Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-172/2021 26.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkilləri X4, X8, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1985-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan,Ucar şəhər Babək küçəsi ev 11-də qeydiyyatda olmaqla Ucar şəhər H.B.Zərdabi küçəsi, Təzə Məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1993-cü ildə Ağdaş rayon Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Ləki qəsəbə ərazi dairəsi, M.Məmmədov küçəsi 17-də qeydiyyatda olmaqla, Ucar şəhər T.İsmayılov küçəsi ev 6-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 21 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamış, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 114,923 qram çəkidə narkotik vasitə olan heroini və 37,902 qram psixotrop maddə olan metamfetamini əldə edib, yaşadığı ünvan 1 ünvanında saxlamış, 09 yanvar 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs2 02 ədəd sellofan bükümlərdə 0,147 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,492 qram olmaqla eyni tərkibə malik narkotik vasitə olan heroinləri 20 manata və 01 ədəd kağız bükümdə 0,089 qram psixotrop maddə olan metamfetamini isə 06 manata satmış, həmin tarixdə saat 19 radələrində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitələr və həmin psixotrop maddə müvafiq qaydada aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə saat 21:30 radələrində Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı məlum ünvana baxış keçirilərkən evin həyətində, mişar daşları ilə hörülmüş hasarın küncündə yerdə üzərinə “Buta” sözü yazılmış 01 ədəd sellofan torbada olmaqla həmin torbanın içərisində 04 ədəd şəffaf sellofan torbalarda tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 114,923 qram çəkidə narkotik vasitə olan heroinlər və 37,902 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ki, ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla üzərində daşımış,09.01.2021-ci il tarixdə saat 19 radələrində xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ucar şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri, H.B.Zərdabi küçəsi, Təzə Məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 20 manata 0,492 qram çəkidə narkotik vasitə olan heroini və 6 manata 0,089 qram psixotrop maddə olan metamfetamini alaraq əldə edib üzərində daşımaqla saxlamış, 09.01.2021-ci il tarixdə saat 19 radələrində Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Zərdabi küçəsində saxlanılaraq polis əməkdaşlarının dəvəti ilə şöbəyə gəlmiş və üzərinə keçirilmiş şəxsi axtarış zaman həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətdən və cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı aşağıdakı kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamış, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 114,923 qram çəkidə narkotik vasitə olan heroini və 37,902 qram psixotrop maddə olan metamfetamini əldə edib, yaşadığı ünvan 1 ünvanında saxlamış, 09 yanvar 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs2 02 ədəd sellofan bükümlərdə 0,147 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,492 qram olmaqla eyni tərkibə malik narkotik vasitə olan heroinləri 20 manata və 01 ədəd kağız bükümdə 0,089 qram psixotrop maddə olan metamfetamini isə 06 manata satmış, həmin tarixdə saat 19 radələrində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitələr və həmin psixotrop maddə müvafiq qaydada aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə saat 21:30 radələrində Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı məlum ünvana baxış keçirilərkən evin həyətində, mişar daşları ilə hörülmüş hasarın küncündə yerdə üzərinə “Buta” sözü yazılmış 01 ədəd sellofan torbada olmaqla həmin torbanın içərisində 04 ədəd şəffaf sellofan torbalarda tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 114,923 qram çəkidə narkotik vasitə olan heroinlər və 37,902 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İttihamın məzmunundan və işin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə olan heroinin 0,492 qramını və psixatrop maddə olan metamfetaminin 0,089 qramını Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilərkən evin həyətində, mişar daşları ilə hörülmüş hasarın küncündə yerdə üzərinə “Buta” sözü yazılmış 01 ədəd sellofan torbada ümumi təmiz çəkisi 114,923 qram çəkidə narkotik vasitə olan heroin və 37,902 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2021-ci il tarixli 17/16 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik ... və şpiris...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki;-02 ( iki) ədəd sellofan bükümlərdə , ayrıayrılıqda təmiz çəkiləri -0,147 qram və 0, 345 qram, ümumi təmiz çəkisi -0,492 qram olan maddələr kustar usulla hazırlanmış narkotik vasitə- heroinlərdir.Həmin heroinlər tərkiblərinə görə eynidirlər.01( bir ) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,089 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş narkotik ... və elektron tərəzi ...” sözləri yazılmış 01( bir ) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükmlərdə, ayrı-ayrılqda təmiz çəkiləri -106, 69 qram və 8,233 qram, ümumi təmiz çəkisi -114,923 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroinlərdir.Həmin 02 (iki) ədəd sellofan bükümdəki heroinlər tərkiblərinə görə eynidirlər.02 (iki) ədəd sellofan bükümlərdə,ayrı-ayrılıqda təmiz çəkiləri -32,916 qram və 4, 986 qram, ümumi təmiz çəkisi 37,902 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Belə olan təqdirdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi heroinin ümumi miqdarı (114,923+0,492) 115,415 qram, metamfetaminin ümumi miqdarı (37,902+0,089) 37,991 qram olmalı idi. Lakin Təqsirləndirilən şəxs1 11.01.2021-ci il tarixdə verilmiş ittihamda və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi heroinin miqdarı 114,923 qram, metamfetaminin ümumi miqdarı 37,902 qram qeyd edilmişdir. CPM-nin 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 11.01.2021-ci il tarixdə verilmiş ittihamda və ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın təsviri işin faktiki hallarına uyğun olmamışdır. Bundan başqa tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün dəlil gətirdiyi göstərilsə də, lakin dəlilin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməmiş, yalnız həmin dəlilin vəsatət kim rədd edildiyi qeyd edildiyi göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı halda CPM-in 303.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri başa çatdığına görə dövlət ittihamçısı həbs müddətinin daha 01 (bir) ay müddətinə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.2-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndidirlən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarılması haqqında qəraraı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndidrilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin cinayət işi üzrə ibtidai araşdırmanı aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ucar rayon X5 Bölməsinin müstəntiqi, polis mayoru X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 299-301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ:
1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri daha 01 (bir) ay müddətə - yəni 26 sentyabr 2021-ci il tarixə kimi uzadılsın.
4. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev