Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-172/2022 01.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 01 noyabr 2022-ci il. Şəki şəhəri. Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X13 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Ağdaş rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla onu qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, qızı Şahid5 ona evdə olmadığı vaxtda tanımadığı kişi cinsli şəxsin evə gəldiyini bildirdiyinə görə, arvadı X3 digər kişi cinsli şəxslərlə əlaqəsinin olub-olmamasını dəqiqləşdirmək məqsədilə onun gündəlik hərəkətlərini, istifadəsində olan mobil telefon vasitəsilə apardığı danışıqları və yazışmalarını izləyərək sonuncunun 2021-ci ilin may ayında tanımadığı şəxslə yazışdığını aşkarlayıb onunla mübahisə edərək döyüb, qeyrirəsmi formada ayrıldıqdan sonra həmin ilin oktyabr ayında arvadı Şaxanım Ələkbərovanın yaşadığı Gəncə şəhərində ayrı-ayrı şəxslərlə intim münasibətində olduğunu müəyyənləşdirib, azyaşlı qızları Şahid5 onunla görüşməsinin qarşısını almaq məqsədilə sonuncunu öz atası və anasının himayəsinə verərək Şaxanım Ələkbərovaya qızı və özündən uzaq durmalı olduğu barədə tənbeh etməsinə baxmayaraq, sonuncu övladları ilə görüşmək istədiyini təkid etdiyinə, habelə xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində nikahın pozulmasına, birgə nikahlardan olan uşağın ananın yanında saxlanılmasına və aliment tələbinə dair mülki iş üzrə icraatla bağlı məhkəmə baxışında iştirak etməyə dəvət edildiyinə görə, artıq istəsə də Şaxanım Ələkbərova ilə olan münasibətlərinə son qoya bilməyəcəyini, sonuncu ilə münasibətlərinin daimi davam edəcəyini və anası ilə ünsiyyət quracağı təqdirdə qızı Şahid5 tərbiyəsinə mənfi təsir edəcəyini fikirləşib, sonuncunu qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətinə nail olmaq məqsədilə 13 aprel 2022-ci il tarixdə Şaxanım Ələkbərovaya zəng edib övladını ona verəcəyini yalandan deyərək, onu Mingəçevir şəhərinə dəvət etmiş, sonuncu 14 aprel 2022-ci ildə, saat 17:30 radələrində ünvan 1 ünvanına gəlib ona bu barədə məlumat verərək onu gözlədiyini dedikdən sonra yaşadığı evin mətbəx otağından zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı bıçağı götürüb sarı rəngli gödəkçənin sağ qol hissəsində əlinin içərinə bərkidib gizlətməklə, təyin edilmiş görüş yerinə çatıb onu gözləyən Şaxanım Ələkbərovaya söhbət etmək istədiyini deyərək, onu nisbətən ətrafda insanların az olduğu istirahət parkında yerləşən səkinin yanına aparıb qəsdən öldürmək məqsədilə ayaqüstə dayanmış vəziyyətdə olan Şaxanım Ələkbərovanı sol qolu ilə boğazından tutub özünə tərəf dartmaqla cinayətkar niyyətini həyata keçirmək üçün sağ əli ilə sonuncunun əvvəlcə boğaz nahiyəsinə, daha sonra sinə nahiyəsinə bıçaq zərbələri yetirərkən Şaxanım Ələkbərovanın ona müqavimət göstərdiyini, yalvararaq öldürməməsini deməsinə baxmayaraq, ona xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ard-arda qəddarcasına zərbələr vurmağa davam edərək, cəmi 21 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən sağ saidin aşağı bayır səthinə bir ədəd, sol saidin içəri 1/3-nə bir ədəd, sağ qulaqaltı nahiyyəsinə bir ədəd, boynunun sol yan aşağı səthinə bir ədəd, sağ çiyin qurşağının yuxarı səthinə dörd ədəd, sağ bazunun bayır yuxarı səthinə iki ədəd, sol körpücük sümüyünə bir ədəd, sağ kürək nahiyəsində iki ədəd dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurmağa aid zərərçəkmiş şəxsə xüsusi izdirablar verən, ümumilikdə on üç ədəd, döş boşluğuna dəlib keçən yeddi ədəd, qarın boşluğuna dəlib keçən bir ədəd dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ümumilikdə səkkiz ədəd xəsarət yetirərək X3 ürəyinin açıq zədələnməsi nəticəsində inkişaf edən kəskin qanaxma nəticəsində ölməsinə səbəb olan xəsarətlər yetirməklə, sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 həyat yoldaşı olmuş, həmin nikahdan bir qız övladları olmuşdur. Əvvəllər münasibətləri normal davam etmiş, işilə əlaqədar Bakı şəhəri Binəqədi rayonunda yerləşən özünə məxsus fərdi yaşayış evində yaşamış və “Sea Breeze” istirahət kompleksində mühafizəçi vəzifəsində işləmişdir. Atası və anası isə Mingəçevir şəhərində yaşamışlar. Tarixini dəqiq xatırlamadığı vaxtda işdən çıxıb evə qayıtdığı zaman qızı Damlanın üzündə qızartı olduğunu görüb, nə baş verdiyini soruşarkən, Damla anası tərəfindən döyüldüyünü bildirmişdir. Qızına “nadinclik etmə” deyib, tənbeh edəndə Damla nadinclik etmədiyini, evə kişi cinsli şəxsin gəldiyini gördüyünü və buna görə anası tərəfindən döyüldüyünü bildirmişdir. Uşağın sözündən sonra Şaxanımdan nə baş verdiyini soruşsa da, o and-aman edərək, uşağın yanlış gördüyünü deyib, onu özünə inandırmışdır. Lakin baş vermiş hadisədən sonra onda şübhə yaranmış və artıq arvadının hərəkətlərinə xüsusi diqqət yetirməyə başlamışdır. Elə həmin ərəfədə 2021ci ilin may ayında arvadı və qızını götürüb Mingəçevir şəhərinə getmişdir. Mingəçevir şəhərində olduğu zaman arvadı Şaxanım Ələkbərovanın istifadəsində olan mobil telefona baxış keçirməyə başlamış və həmin baxış zamanı Şaxanım Ələkbərovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən tanımadığı və xatırlamadığı başqa nömrəyə “evdədir, yatıb” sözləri yazılmış SMS görmüşdür. Bununla bağlı Şaxanım Ələkbərovaya kimlə danışdığını soruşanda, o xalası qızı ilə danışdığını bildirsə də, sonradan keçmiş tələbə yoldaşı ilə danışdığını etiraf etmişdir. Həmin vaxt arvadı Şaxanımı yumruq və təpiklə döymüşdür. Daha sonra hava almaq üçün çölə çıxıb qayıtdıqdan sonra evdən qaçan Şaxanım döyülməsi ilə bağlı Mingəçevir ŞPŞ-nə müraciət etmiş və bu barədə araşdırma aparılmışdır. Şaxanımın bu cür hərəkətlər etməsi onu çox əsəbləşdirdiyindən, atası Məhərrəm ona Şaxanımla olan münasibətinə son qoymalı olduğunu deyib, Şaxanımla görüşməməyi dəfələrlə onun nəzərinə çatdırmışdır. Mingəçevir ŞPŞ-da araşdırma gedərkən Şaxanımla barışmaq üçün sonuncunun təklifi ilə qızını Şaxanımın himayəsinə vermış, lakin qızının Şaxanımın yanında qalmasını istəməmişdir. Baş vermiş hadisədən sonra Şaxanım Ələkbərova qızları ilə birlikdə əvvəl Gəncə şəhərində yaşamağa başlamış, daha sonra Bakı şəhərində yerləşən qadın sığınacağına müraciət edib, təxminən 1-2 ay müddətində orada yaşamağa başlamışdır. Həmin sığınacaqda bir müddət yaşayıb daha sonra yenidən Gəncə şəhərinə geri qayıtmışdır. Tarixini dəqiq xatırlamadığı bir vaxtda Gəncə şəhərinə Şaxanımın bibisi Elmiranın dəqiq xatırlamadığı ünvanında yerləşən mənzilinə getmişdir. Həmin vaxt Şaxanımın istifadəsində olan mobil telefonunu onun iradəsinə zidd olaraq götürüb baxış keçirmişdir. Keçirdiyi baxış zamanı Şaxanımın bir neçə kişi cinsli şəxslə intim söhbətlər apardığının şahidi olmuşdur. Elə buna görə də, uşağı və Şaxanımın istifadəsində olan telefonu götürüb, uşağı artıq ona göstərməyəcəyini deyib, Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhərinə gəlib uşağını ata-anasının himayəsinə təhvil vermiş, lakin bu baş verənlər barədə heç kəsə məlumat verməmişdir. Daha sonra Şaxanımın intim məzmunlu SMS-lərini “Vhatsapp” proqramı vasitəsilə yaxın qohumları olan atasına, qardaşına, dayılarına göndərib Şaxanımın əxlaqsız hərəkətlərini ifşa edib ağıl vermələrini, onu bu hərəkətlərindən çəkindirmələrini xahiş etmiş, lakin bu addım da Şaxanımın əxlaqsız hərəkətlər etməsinin qarşısını almamışdır. Daha sonra həmin məzmunlu SMS-ləri CD diskə köçürüb, saxlaması üçün atası Məhərrəmə vermiş, Şaxanımın əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Atası onun xasiyyətinə bələd olduğu üçün Şaxanımla münasibətinə qəti olaraq son qoymalı olduğunu təkrarən bildirmişdir. Sadəcə Şaxanım ondan və qızından uzaq durmayaraq qızını görməyə cəhd etmişdir. Bu baş verənlərə görə nikahlarını sonlandırmaq məqsədilə tarixini dəqiq xatırlamadığı vaxtda Şaxanım iddia ərizəsilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. O, nikahlarının pozulması ilə bağlı məhkəmədə baş tutan proseslərdə iştirak etməkdən yayınmışdır. Belə ki, Şaxanımla üz-üzə gəlməkdən və həmin vaxt özünə hakim olmayaraq hər hansı cinayət törədə biləcəyindən ehtiyat etmişdir. Şaxanımın əxlaqsız həyat tərzinin qızı Damlanın tərbiyəsinə mənfi təsir göstərəcəyini düşünmüşdür. Lakin həmişə Şaxanım Ələkbərovanı etdiyi əxlaqsızlıqlara görə öldürmək niyyətində olmuşdur. Tarixini dəqiq xatırlamadığı bir vaxtda Gəncə şəhərinə gedib Şaxanımı Mingəçevir şəhərinə yaşadığı ünvana gətirib, əxlaqsız SMS-ləri göstərib, ondan və qızından uzaq durmasını bir daha təkid etmişdir. Həmin vaxt Şaxanımın anası DİN-nin 102 xidmətinə müraciət etmiş, lakin bu etdiyi hərəkətlər də Şaxanıma müsbət təsir etməmişdir. Şaxanım nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra uşağın onun himayəsinə verilməsini xahiş etmişdir. Artıq Şaxanımın bu hərəkətindən sonra onlardan uzaq durmayacağını başa düşüb, Şaxanımı öldürmək qərarına gəlmişdir. 12 və ya 13 aprel 2022-ci ildə (tarixini dəqiq xatırlamadığı vaxtda) Binəqədi Rayon Məhkəməsindən tanımadığı bir şəxs onun istifadəsində olan mobil telefona zəng edib, uşağın yetkinlik yaşına çatmadığını və bu səbəbdən uşağı anaya, yəni Şaxanıma göstərməli olduğunu bildirmişdir. Həmin şəxsə Şaxanımla görüşmək istəmədiyini bildirmiş, lakin icra məmuru uşağı anaya göstərməli olduğunu tələb etmişdir. Elə həmin ərəfədə Şaxanım onun istifadəsində olan telefona zəng edib uşağı görmək istədiyini bildirmişdir. Artıq Şaxanımla münasibətinə son qoya bilməyəcəyini başa düşüb, onu öldürmək qərarına gələrək yalandan uşağı ona verəcəyini deyib görüşməyi təklif etmiş, Şaxanım da təklifi qəbul etmişdir. xx.xx.2022-ci ildə Şaxanım Ələkbərova onun istifadəsində olan mobil telefona zəng edib, yaşadığı ünvanın qarşısında olan avtomobil yolununun yanında olduğunu, taksi ilə gəldiyini və uşağı parkın yanına çıxarmağı demişdir. Şaxanıma taksidən düşüb gözləməyini bildirmiş, özü isə yaşadığı evdən mətbəx bıçağını götürüb gödəkçəsinin sağ qol tərəfində, əlinin içində saxlamaqla gizlədib, evdən çıxıb yaşadığı ünvanın qarşısında olan yola çatmışdır. Təyin olunmuş yerdə Şaxanımın yanına çatanda o, uşağın harada olduğunu soruşmuş, Şaxanıma söhbət edəcəklərini, sonra isə uşağı ona verəcəyini bildirib, ətrafda şəxslərin çox olmadığı yerə, avtomobil yolunu piyada keçib, səkinin yanı tərəfə aparmışdır. Səkinin yanında Şaxanıma “sənə demədim bizdən uzaq dur” deyib, gəzdirdiyi bıçaqla əvvəlcə Şaxanımın boğaz nahiyəsinə, sonra sinə nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə vurmuşdur. Xəsarətlərin sayını və hansı nahiyələrinə yetirdiyini dəqiq xatırlamır. Ölənə qədər Şaxanıma bıçaq zərbələr yetirib, artıq öldüyündən əmin olduqdan sonra istifadə etdiyi bıçağı meyitin yanına atıb yaşadığı ünvana qayıtmışdır. Evə qayıdanda anası evi tərk edib səs-küy gələn tərəfə gəlmiş, lakin anası ilə görüşməyib, evə gedib qızı ilə vidalaşmışdır. Üzərində gəzdirdiyi anasına məxus mobil telefonu evə qoyub, yenidən hadisə yerinə qayıtmışdır. Hadisə yerinə çatanda Mingəçevir ŞPŞ-nın polis əməkdaşı kimi tanıdığı Faiqin meyitin yanında dayandığını görüb Şaxanımı öldürdüyünü etiraf etmişdir. Daha sonra hadisə yerinə gələn Mingəçevir ŞPŞ-nın polis əməkdaşları tərəfindən şöbəyə aparılmışdır. Bundan başqa, tarixini dəqiq xatırlamadığı vaxtda atası Məhərrəm zəng edərək, Şaxanımın keçirdiyi hamiləliklə bağlı vəziyyətinin pisləşməsi və bu səbəbdən Suraxanımın rayon xəstəxanasına yerləşdirilməsi barədə məlumat vermişdir. Həmin vaxt “Sea-Breeze” istirahət kompleksində mühafizəçi vəzifəsini icra etmişdir. Qeyd olunan xəstəxanaya gedəndə Şaxanımın hamiləliyi artıq pozulmuş, uşaq ölü doğulmuşdur. Şahid3 tanımışdır. Onunla tanışlıqları Şaxanım Ələkbərovanın istifadəsində olan mobil telefona baxan zamanı yaranmışdır. Çünki, həmin vaxt İbrahim adlı şəxsin Şaxanımla arasında intim söhbətlər olduğunu görmüşdür. Bununla bağlı İbrahimin istifadəsində olan telefona öz istifadəsində olan telefonla zəng edib, Şaxanımla nə kimi münasibətlərinin olduğunu soruşmuş və Şahid3 Şaxanımla olan bütün münasibətlərini, cinsi əlaqədə olduğunu etiraf etmişdir. Həmin vaxt İbrahimdən qızını himayəsinə götürmək üçün məhkəmədə ona şahidlik etməsini xahiş etmiş, lakin İbrahim təklifi qəbul etməmişdir. Həmin danışığı istifadəsində olan mobil telefona qeyd edib daha sonra həmin səs yazılarını Şaxanımın qohumlarına göndərmişdir. Aytac Əsgərova müraciətində və ifadəsində yanlış göstərmişdir. Şaxanımın hamiləliyinin pozulmasının səbəbi uşağın ana bətnində vəfat etməsi olmuşdur. Uşağın ana bətnində hansı səbəbdən vəfat etdiyini bilməmişdir. Bununla bağlı Şaxanımın hər hansı şikayəti olmadığı üçün araşdırma aparılmamışdır. O daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Şaxanımla mübahisələrinin başlanması Şaxanımın hamiləlik dövrünə təsadüf etmişdir. Şaxanım bu mübahisədən sonra ilk dəfə qadınlar sığınacağına müraciət etmiş və Xoşqədəmin verilişinə müraciət edib, onunla barışmaq istəyini bildirmişdir. Həmin vaxt mübahisələrinin yaranmasına səbəb ailə-məişət zəminində baş vermişdir. Şaxanımın başqa kişilərlə danışmasını 2021-ci ilin may ayında bilmiş və bununla bağlı ona qarşı fiziki zor tətbiq etmişdir. Buna görə Mingəçevir ŞPŞ-da araşdırma da aparılmışdır. xx.xx.2022 və ya xx.xx.2022-ci il tarixlərdə Şaxanım Ələkbərovaya uşağı verəcəyini bildirməklə xx.xx.2022-ci ildə Şaxanımla görüş təyin etməkdə məqsədi yüngül həyat tərzi keçirdiyinə görə Şaxanımı öldürmək olmuşdur. Qızı Damlaya görə Şaxanımın ona xəyanət etdiyini bildikdən dərhal sonra onu öldürməmişdir. Şaxanım Ələkbərovanın atası Misirə, bacısı Aytaca, dayılarına Şaxanımın əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermiş, həmin hərəkətlər Şaxanım Ələkbərovaya təsir etmədiyinə görə, Şaxanımı Mingəçevirə gətirib, ona xəyanət etdiyini sübut etmiş, lakin onu öldürməyərək bildirmişdir ki, ondan və qızından uzaq olsun. X25 görməkdə israr etdiyini görüb Şaxanımı artıq qəsdən həyatdan məhrum etmək qərarına gəlmişdir. Çünki, Şaxanımın yüngül həyat tərzi keçirməsinin Damlanın tərbiyəsinə də mənfi təsir edəcəyini fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə cinayətin aləti qismində istifadə etdiyi bıçaq qəhvəyi rəngli tutacağı olan mətbəx bıçağı olmuş, həmin tarixdə Şaxanımla görüşərkən onun yanında heç kim olmamışdır. Şaxanım dayandığı yerin ətrafında insanların olduğunu görüb, onu adamların az olduğu yerə aparıb orada öldürmək qərarına gəlmişdir. Ona görə də Şaxanıma bıçaq xəsarəti yetirəcəyi zaman ətrafda olan insanların ona köməklik edəcəyini fikirləşib, Şaxanımı adamların az olduğu yerə aparmışdır. Şaxanımı bıçaqla Şaxanıma zərbələr yetirərkən Şaxanımın qolları ilə bıçaq zərbələrinin qarşısını almağa çalışmdığını xatırlasa da, 3-4 bıçaq zərbəsindən sonra baş verənləri xatırlamır. Şaxanımın artıq öldüyünə əmin olduqdan sonra bıçaq zərbələrini dayandırmışdır. Şaxanıma bıçaq zərbələri yetirərkən o, ayaq üstə olmuşdur. Sol əli ilə Şaxanımı özünə tərəf dartıb, sağ əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Şaxanımın ilk xəyanətini İbrahim adlı şəxslə danışması ilə aşkarlamış, lakin həmin şəxsi tanımamışdır. Şaxanım çoxlu kişilərlə intim söhbəti aparmışdır, həmin şəxsləri də tanımamışdır. xx.xx.2022-ci il tarixdə istifadə etdiyi Redmi Note 9 madelli mobil telefon anası Sevdaya məxsus olmuş, operator nömrəsi isə 055 ***-**-** olmuşdur. Məhkəmə istintaqı zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, oğulları Səbuhi Əsgərov, Sübhan Əsgərov və qızı Aytac Əsgərova ilə birlikdə yaşayır. X9 ilk evliliyindən olan qızıdır. İlk nikahı Şahid1, ikinci nikahı isə X10 ilə olmuşdur. X20 X30 Universitetində təhsil almış, lakin Təqsirləndirilən şəxs ilə qoşulub qaçdığından təhsilini başa çatdıra bilməmişdir. xx.xx.2015-ci il tarixdə qızı Şaxanımın Yasinlə toy mərasimi baş tutmuş, lakin həmin toy mərasimində iştirak etməmişdir. Yasinlə qızı Şaxanım ailə qurduqdan sonra Bakı şəhəri, Binəqədi rayonunda yaşamışdır. Şaxanım hamiləliyinin 7-ci ayında olarkən əri Yasinlə aralarında mübahisə yaranmışdır. Həmin mübahisənin yaranmasına səbəb Yasinin anası Sevda Məhərrəmovanın qızından cehiz tələb etməsi və Yasinin qız övladı istəməməsi olmuşdur. Həm bu, həm də əri Yasi tərəfindən fiziki zora məruz qaldığına görə, qızı Binəqədi rayonunda yerləşən “Femmekan” adlı Mehriban Zeynalovanın rəhbərlik etdiyi qadınlar üçün sığınacağa sığınmışdır. Elə həmin ərəfədə qızı qeyd etdiyi sığınacaqda olarkən hamilə vəziyyətində “Xəzər” TV-də yayımlanan Xoşqədəmin verlişində iştirak etmişdir. Qızı sığınacaqda olduğu xx.xx.2017-ci ildə Damla anadan olmuşdur. Yasinin anası Sevdanın tələbi ilə qızı Şaxanımın ev əşyalarının, yəni cehizini verdiklərinə görə hər iki ailələ arasında münasibət normallaşmış və barışıq olmuşdur. Daha sonra xx.xx.2017-ci ildə qızı Şaxanımla Təqsirləndirilən şəxs rəsmi qaydada nikaha daxil olmuş, lakin bu barışıqdan sonra Yasinlə Şaxanım arasında mütəmadi olaraq münaqişələr baş vermiş, söz-söhbət daimi davam etmişdir. May ayında qızı Yasinlə Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhərində olduqları zaman Yasinlə Şaxanım arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Yasin Şaxanımı döymüşdür. Bununla bağlı Mingəçevir ŞPŞ-ya müraciət edərək, Yasinin hərəkətləri barədə şikayət etmişlər. Araşdırmanın gedişində Şaxanım Damlanın verilməsi qarşılığında şikayətindən imtina edəcəyini Yasinə bildirmiş və o qızının təklifini qəbul etdiyinə görə həmin araşdırmaya son qoyulmuşdur. Şaxanım qızı Damlanı götürüb Bakı şəhərinə gedib “Femmekan” adlı Mehriban Zeynalovanın rəhbərlik etdiyi qadınlar üçün sığınacağa sığınaraq, həmin sığınacağın köməkliyi ilə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şaxanım iki ay müddətində nəvəsi Damla ilə həmin sığınacaqda yaşadığı zaman Yasin sığınacağa gedib Damla ilə görüşmüşdür. Qızı sığınacaqda yaşadıqdan sonra Yevlax rayonuna gəlib, onun bir müddət onunla yaşamışdır. Daha sonra qızı Şaxanım yarımçıq qalan təhsilini davam etdirmək və özünə iş yeri tapmaq üçün Gəncə şəhərinə getmişdir. Qızı Gəncə şəhərində “Mazalina” parfümeriya firmasında iş tapdığına görə Damlanı Gəncə şəhərinə aparıb orada kirayədə yaşamağa başlamışdır. Həmin vaxt qızı Gəncə şəhərində Günel adlı bir qızla kirayədə birlikdə yaşamışdır. Qızı Gəncə şəhərində yaşadığı zaman 2021-ci ilin oktyabr ayında Yasin Damlanı görmək üçün Gəncə şəhərinə getmiş, lakin həmin vaxt Damla Yevlax rayonunda onun yanında olmuşdur. 2021-ci ilin oktyabr ayında Şaxanım Ələkbərova onun istifadəsində olan mobil telefona zəng edib Təqsirləndirilən şəxs Gəncə şəhərində olduğunu və uşağı dərhal görmək istədiyini bildirib uşağı taksi vasitəsilə Gəncə şəhərinə gətirməyi ondan tələb etmişdir. Həmin vaxt qızı Şaxanım bibisi Elmiranın evində olmuşdur. Damlanı oğlu Səbuhi ilə birlikdə taksi vasitəsilə Gəncə şəhərinə aparmış, həmin ünvana çatanda Təqsirləndirilən şəxs Damlanı götürüb qaçmışdır. Bununla bağlı qızı Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Şaxanımın işlədiyi marketdə adını xatırlamadığı qız zəng edərək Şaxanımın Təqsirləndirilən şəxs tərəfindən aparılması barədə məlumat vermişdir. Həmin ərəfədə qızından xəbər ala bilmədiyi üçün qızı Şaxanımın qaçırılması barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Qısa araşdırmadan sonra qızı Şaxanımın Yasinin yaşadığı evdə onunla birlikdə olması müəyyən edilmiş, lakin Şaxanım polisə könüllü gəldiyini bildirdiyinə görə, Yasin barədə hər hansı hüquqi prosedur tətbiq edilməmişdir. Şaxanım Yasinlə yaşamağa razı olmadığına görə, Yasin Şaxanımı götürdüyü Gəncə şəhərinə aparmış və bundan sonra qızı, cəmi bir dəfə Yasinin anası Sevdanın köməkliyi ilə Bakı şəhərində qızı Damlanı görmüşdür. Həmin vaxt məhkəmə icraatında olan boşanma proseslərində Yasin iştirak etmədiyinə görə, boşanma prosesi ləngimiş, məhkəmə baxışı tam yekunlaşmamışdır. Mart ayının sonlarında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsindən yaşadıqları ünvana məktub daxil olmuş və həmin məktubda iddiaçı X3 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması və sair tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixə, saat 11:30-a təyin edildiyi qeyd olunmuşdur. Göndərilmiş həmin məktubun surətini təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən qonşuları polis şöbəsindən Mingəçevir şəhərinə çağırıldığını bildirmişdir. Həmin ərəfədə qızının Bakı şəhərində olduğunu güman edərək nəyə görə Mingəçevir şəhərinə çağırıldığını Məhərrəm Məhhərəmovun qohumu Nəbidən soruşanda, o, Məhərrəmin zəng etdiyini bildirmişdir. Belə olan halda ağlına Yasinin qızı Şaxanımı qətlə yetirəcəyi ehtimalı gəlmişdir. Bu barədə Nəbiyə sual verib təsdiqedici cavab alanda qızı Şaxanımın Mingəçevir şəhərində boşanma ərəfəsində olduğu Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini bildirmişdir Zərərçəkmiş şəxsin hüquqi varisi Məleykə Abbasova ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şaxanımın Gəncə şəhərində birlikdə yaşadığı Günel adlı rəfiqəsi ilə Şaxanımın yas mərasimində tanış olmuşdur. Şaxanımın başqa rəfiqəsinin olub-olmadığını bilməmişdir. xx.xx.2022-ci ildə qızı Aytac Əsgərovanın istifadəsində olan mobil telefon vasitəsilə Şaxanımla danışmışdır. Həmin telefon danışığı zaman Şaxanım Yasinin uşağı ona verəcəyini bildirmişdir. Həmin vaxt Şaxanıma Yasinlə görüşməməyi bildirmiş, lakin Şaxanım Mingəçevir şəhərinə gedəcəyi barədə ona əvvəlcədən hər hansı məlumat verməmişdir. Hadisənin baş verdiyi xx.xx.2022-ci ildə Şaxanımın Mingəçevir şəhərində olduğunu bilmişdir. Yasin Şaxanımdan boşanmaq niyyətində olmamışdır. Belə ki, o, məhkəmə baxışlarının heç birində iştirak etməmişdir. Son olaraq xx.xx.2022ci il tarixdə məhkəmə baxışında iştirak etməməsindən sonra növbəti baxışda məcburi iştirakının dövlət tərəfindən təmin olunacağını, Şaxanımla rəsmi qaydada boşanacağını və uşağın da himayəsinin Şaxanıma veriləcəyini bildiyinə görə, Şaxanımı öldürmüşdür. Şaxanımın hər hansı şəxs və ya şəxslərlə qeyri-rəsmi münasibətinin olub-olmaması barədə hər hansı məlumatı olmamışdır. May ayında Yasinlə Şaxanım arasında mübahisə yarandığını və həmin mübahisə zamanı Yasinin Şaxanıma fiziki zor tətbiq etməklə döyməsi, həmin mübahisələrin yaranma səbəbi barədə Şaxanım hər hansı məlumat verməmişdir. Şaxanımla Yasinin arasında mütəmadi olaraq mübahisə olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və onun qanunla nəzərdə tutulmuş ən ağır cəza ilə cəzalandırılmasını tələb edir. Məhkəmə kollegiasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Onun adisədən xəbərim yox imiş, zəng vuraraq hadisənin baş verdiyi ona bildirmişlər. Şaxanım Yasinlə qoşulub gələndən 1 həftə sonra onlara toy etmişdir. Oğlu və gəlini ailə qurduqdan sonra Bakıda Binəqədidə yaşamağa başlamışlar. O da ailəsi ilə birlikdə kirayədə yaşamış və gecə növbələrində işləmişdir. Ailəsini evdə qoyaraq, 2 gündən bir növbədə olmuşdur. Həmin vaxtlar heç nə baş verməmişdir. Lakin, oğlu işdə olarkən, gəlini evə yad kişi gətirmiş və körpə uşaq Damla onu görmüşdür. Şaxanım olanları atasına deməməsi üçün uşağı döymüş, ona kibritlə dağ basmış və Damlaya “atana desən səni öldürərəm” demişdir. Yasin evə gələndə qızı Damla evlərinə bir yad dayının gəldiyini ona demişdir. Yasin Damlanı əxlaqsız insanların olduğu yerlərdən götürərək, evlərinə gətirmişdir. Uşaq özü “ata məni burdan apar” demişdir. Şaxanım 3-4 ayın gəlini olan vaxtlarda onun əlindən telefon yerə düşməmişdir. Bunu oğluna demişdir. Yasin, Şaxanımdan telefonu almış, nömrəni qırmış və buna görə dalaşmışlar. Yasin ona demişdir ki, öz işimizdi, özümüz həll edəcəyik. O, heç nə deməmişdir. Bundan sonra, bir müddət qıza zəng gəlməmiş və aləm bir-birinə dəymişdir. Qızın valideynləri evdə olan telefonlara zəng vuraraq, danışa bilərmişlər. Lakin qız öz telefonunun olmasını, onunla danışmaq istədiyini deyirmiş. Şaxanım evdə olan telefonla danışan zaman, telefon mikrofon rejimində imiş. Anası həmin danışıq zamanı, onu və onun oğlu Yasini söymüşdür. Şaxanıma demişdir ki, Gəncədə yaşayan atanla əlaqə saxla və onunla danış. O, telefonu götürmüş və atasına zəng vuraraq, hal-əhval tutmuşdur. Lakin, atası “cəhənnəm ol, zəhrimar ata, çor ata” demiş və telefonu söndürmüşdür. Bir müddət sonra Şaxanım Mingəçevirə gəlmiş, evdə heç kim olmamışdır. Ona yemək hazırlatdırmışdır. Onlar birlikdə oturmuş və söhbət eləmişlər. Şaxanım ona “Yasin məni bardan işdən çıxartdırıb. Oğlanlar Yasindən qorxurlar. Məni heç kim işə götürmür” demişdir. Bir müddət sonra qız danışdığı oğlanlara zəng vuraraq, “Yasin hər şeyi bilir və sizi tapacaq” demişdir. Daha sonra müstəntiqin otağında İbrahim dindiriləndə olan hər şeyi demişdir. O, haqq-ədalət istəmişdir. Oğlunun tutulması ona təsir etməmiş və bildirmişdir ki, Yasin qeyrəti və namusu üçün belə hadisə törədib. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu və gəlininə ayrı ev almaq üçün rəsmi nikahı gec bağlamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid5 bildirmişdir ki, atası Yasin və anası Şaxanımla birlikdə Bakıda yaşayanda evlərində tanımadığı kişi görüb ağlamışdır. Anası onları gördüyünü görüb üzündən sillə ilə vurub atasına evdə gördüyü şəxslə bağlı heç nə deməməyi ona tapşırmışdır. Lakin atası işdən evə gələndə evlərinə başqa kişi gəldiyini atasına demişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində H.Əliyev prospekti, 76 ünvanında yerləşən istirahət parkındakı çayxanada çay içən zaman bir neçə nəfərin parkın orta hissəsinə tərəf qaçdığını görmüş və təxminən bir-iki dəqiqədən sonra çayxanaya gələn bir şəxsin orada bir qadının bıçaqlanaraq ödürülməsi barədə məlumat vermiş və dərhal parkın orta giriş tərəfinə getmişdir. Parkın avtomobil yolu tərəfdən giriş hissəsində bir nəfər qadın meyitin ayaqları bükülü formada yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb, meyitə tərəf yaxınlaşarkən H.Əliyev prospekti, 72 A ünvanında üzü parka tərəf gələn bir nəfər gənc “Faiq əmi, mən öldürmüşəm deyib” ona yaxınlaşmışdır. Həmin şəxs biraz da yaxınlaşanda onun keçmiş polis əməkdaşı olan tanışı Şahid2 oğlu Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs niyə bu cür hərəkət etdiyini soruşanda Təqsirləndirilən şəxs “ Faiq əmi, bizim ailəyə belə gəlin yaraşmır” deyib təslim olmuşdur. Artıq meyiti gördüyü zaman Mingəçevir ŞPŞ-nın əməliyyat işləri üzrə müavini Cavid Talıbova baş vermiş hadisə barədə məlumat vermiş, təxminən bir-iki dəqiqə meyitin yanında dayandıqdan sonra Mingəçevir ŞPŞ-nın polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-ya aparmışlar. xx.xx.2022-ci il tarixdə meyit ayaqları bükülü yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Meyitin yanında mətbəx bıçağı və əl çantası olmuşdur. İlkin hadisə yerinə çatanda hadisə yerinin mühafizəsini təşkil edərək, hüquq-mühafizə orqanlarına məlumat verib, hadisə yerində onların gəlməyini gözləmişdir. Daha sonra ətrafa xeyli sayda insan yığışdığına görə, qonşuluqda yaşayan şəxsdən parça götürüb meyitin üzərini bağlamışdır. Hadisə yerinə çatanda ətrafa xeyli insan yığışmış, lakin həmin şəxslərdən heç kəs hadisənin bir başa şahidi olmamışdır. Həmin şəxslər hadisədən sonra oraya toplaşan şəxslər olmuşlar. Meyitin yanına çatanda artıq Təqsirləndirilən şəxs avtomobil yolunu keçib üzü ona sarı gəlmiş və onu görən kimi hadisəni törətdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs əlləri və üzərində qan ləkələrinin olduğunu müşahidə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X4 2015-ci ildən tanımışdır. İlk tanışlığı iş yoldaşı kimi yaranmışdır. Gəncə şəhərində yerləşən və fəaliyyət göstərən adını xatırlamadığı restoranda anbardar işləyən zaman Şaxanım da həmin restoranda yaradılmış gümüş dəzgahında satıcı işləmişdir. Əvvəllər tanışlığı sadəcə iş yoldaşı münasibəti olmuş, ancaq sonra Şaxanıma sevgi münasibəti təklif etsə də, Şaxanım onu qəbul etməmişdir. Həmin hadisədən bir neçə ay sonra Şaxanım işdən çıxmışdır. Şaxanımla yenidən ünsiyyət qurmağa çalışsa da, o istifadəsində olan mobil telefonu söndürdüyünə görə, onunla əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən Şaxanımın Gəncə şəhərində yaşadığı ünvana getmiş və Şaxanımın harada olması ilə maraqlanmağa başlamışdır. Həmin vaxt xalası ona Şaxanımın bir nəfər şəxslə qaçdığını və ailə həyatı qurduğunu demişdir. Bu xəbəri eşitdikdən sonra Şaxanımı axtarmaqdan imtina etmişdir. 2017-ci ildə “Facebook” sosial şəbəkəsində istifadəsində olan “Şahid3” adlı profilə Şaxanım tərəfindən ailə həyatı qurduğu, lakin əri ilə münasibətlərinin yaxşı getmədiyi, əri ilə ailə həyatı qurmağa peşman olması barədə SMS daxil olmuşdur. Həmin vaxt Şaxanıma istəmirsə ayrıla bilcəyini bildirmişdir. Həmin SMS-dən xeyli müddət sonra Şaxanım Ələkbərova ona yazmamışdır. Daha sonra növbəti dəfə ona SMS yazıb qızı ilə birlikdə qadın sığınacağına sığındığını və ərindən boşanacağını bildirmişdir. Aralarında bu mövzuda danışıqlar getdikdən sonra 2021-ci ilin sentyabr ayında Şaxanıma “Facebook” sosial şəbəkəsində ona SMS yazaraq, Gəncə şəhərinə gəldiyini, iş axtardığını, qızı ilə birlikdə Gəncə şəhərində olduğunu bildirib istifadəsində olan mobil operatoru qeyd edib, ona görüşməyi təklif etmişdir. Şaxanıma qeyri qida məhsullarının satışı ilə bağlı “X21” MMC-yə müraciət edə biləcəyini bildirmişdir. Şaxanım həmin MMC-yə müraciət etdikdən sonra bir aylıq sınaq müddəti təyin edilməklə işə götürülmüşdür. Sentyabr ayının sonlarında həftənin bazar günü Şaxanıma “Vhatsapp” proqramında ona SMS yazaraq görüşməyi, yəni cinsi əlaqədə olmağı təklif etmişdir. Şaxanıma kömək göstərdiyi üçün özünü borclu hiss etməməsini bildirmiş, lakin Şaxanım könüllü olaraq onunla birlikdə olmağı təklif etdiyindən, Gəncə şəhəri ilə Şəmkir rayonunun arasındakı yolun yanında yerləşən istirahət mərkəzinə gedib, Şaxanımla intim münasibətdə olmuşlar. Həmin vaxt Şaxanım qızını bibisi və ya xalasının yanında qoyduğunu bildirmişdir. Bu baş verənlərdən sonra Şaxanımla münasibət saxlamağa başlamışdır. Həmin vaxt Şaxanım qızına özünün baxacağını, heç kəslə intim münasibətində olmadığını bildirsə də, Gəncə şəhərində təsadüfi hallarda hal-hazırda adlarını xatırlamadığı şəxslərin Şaxanım haqqında rüsvayedici söhbətlər danışdıqlarını eşitmişdir. Həmin söhbətlərdən sonra Şaxanımın yüngül həyat tərzi keçirdiyini başa düşüb, onunla olan münasibətinə son qoymuşdur. 2021-cilin oktyabr ayında tanımadığı mobil telefondan daxil olmuş zəngə cavab verdiyi zaman adının Təqsirləndirilən şəxs olduğunu qeyd edən şəxs Şaxanımın əri olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şaxanımla nə kimi münasibətlərinin olduğunu soruşmuşdur. Əvvəlcə, Təqsirləndirilən şəxs bütün həqiqəti deməsə də, Təqsirləndirilən şəxs Şaxanımdan ayrıldığını, qızının sonuncunun yanında qalmasını istəmədiyini və buna görə də həqiqəti danışıb köməklik etməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb, Şaxanımla aralarında olan bütün münasibətləri ona danışmışdır. Təqsirləndirilən şəxs Şaxanım Ələkbərovanın yüngül həyat təriz keçirdiyindən məlumatlı olduğunu, lakin həmin halı sübut edə bilmədiyini bildirib, boşanma ilə bağlı gedən məhkəmə prosesində şahidlik etməsini qızını öz himayəsinə almaqda köməklik göstərməsini ondan xahiş etmişdir. Lakin Yasinə bu problem onların ailə daxili münasibətləri olduğunu bildirib, məhkəmədə şahidlik etməkdən imtina etmişdir. Yasinlə olan telefon danışığı qurtardıqdan 2-3 gün sonra tanımadığı mobil telefondan daxil olmuş zəngə cavab verdiyi zaman Şaxanımın bacısı və adının Aytac olduğunu bildirən şəxs Yasinin onunla olan telefon danışığının səs yazılarını göndərdiyini bildirib, nəyə görə bacısı Şaxanımı çətin vəziyyətdə qoyduğunu ondan soruşmuşdur. Həmin vaxt X22 şəhərində yalnız onunla münasibət saxlamadığını, artıq şəhər ərazisində əxlaqsız qadın kimi ad çıxartdığını aydın dillə izah etmişdir. İzahından qane olan Aytac bir daha ona zəng etməmişdir. Bu hadisədən sonra Şaxanımla hər hansı münasibəti olmamışdır. Daha sonra aprelin 17-də sosial şəbəkələrdə X12 şəhərində öldürməsi xəbərini görmüşdür. Şahid3 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Şaxanım Ələkbərovanın ayrı-ayrı şəxslərlə münasibətdə olduğunu eşitmiş, lakin həmin şəxslərin kim olduğunu, habelə həmin xəbəri kimdən eşitdiyini xatırlamır. Təqsirləndirilən şəxsla arasında olan telefon danışığının səs yazılarını əks etdirən CD diski dinləmişdir, həmin səs yazısı ona aiddir. Bu səs yazısı Şaxanım barədə Yasinlə arasında olan söhbətdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı şahid qismində ifadə verərkən bildirmişdir ki, X9 ilk evliliyindən olan qızıdır. İlk nikahı X17 ilə, ikinci nikahı isə X14 ilə olmuşdur. X20 X30 Universitetində təhsil almış, lakin Təqsirləndirilən şəxs ilə qoşulub qaçdığından, təhsilini başa çatdıra bilməmişdir. xx.xx.2015-ci il tarixdə Şaxanımın Təqsirləndirilən şəxs ilə toy mərasimi baş tutmuş, lakin həmin toy mərasimində iştirak etməmişdir. Yasinlə qızı Şaxanım ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Binəqədi rayonunda yaşamışdır. X31 Məhərrəmova qoşulub qaçdığına görə Şaxanımlala olan münasibətinə son qoymuşdur. 2017-ci ildə qızı Şaxanımın “Xəzər” TV-də yayımlanan Xoşqədəmin verlişində iştirak etdiyinin televiziya vasitəsilə şahid olmuşdur. Həmin vaxt qızı əri Təqsirləndirilən şəxsla barışmaq istədiyini bildirmişdir. X15 bu hərəkəti onu qəzəbləndirmişdir. xx.xx.2017-ci ildə nəvəsi Damla anadan olmuşdur. Daha sonra xx.xx.2017-ci il tarixdə qızı Şaxanımla Təqsirləndirilən şəxs rəsmi qaydada qanuni nikaha daxil olmuşlar. Bu baş verən hadisələrdən sonra 2021-ci ilin yanvar ayında Şaxanımı əvvəlki etdiyi hərəkətlərə görə əfv etmiş və barışmışdır. Daha sonra 2021-ci ilin may ayında Şaxanımın əri Yasinlə mübahisə etdiyini eşitmiş, lakin həmin mübahisənin yaranma səbəbini və təfərrüatını bilməmişdir. Qızı Gəncə şəhərində yaşadığı zaman 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Damlanı görmək üçün Gəncəyə getmiş, lakin həmin vaxt Damla Yevlax rayonunda arvadı Məleykə Abbasovanın yanında olmuşdur. 2021-ci ilin oktyabr ayında (dəqiq günü xatırlamır) Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlib, qızının başqa oğlanlarla danışıq apardığını deyib, öldürəcəyini bildirmişdir. Qızı Şaxanımın olduğu yeri bilsə də, Təqsirləndirilən şəxs qızına nəsə edəcəyindən ehtiyat etdiyinə görə, həmin yeri Yasinə bildirməmiş və dərhal qızı Şaxanıma Təqsirləndirilən şəxs onu axtardığını, olduğu yeri deməməsini bildirmişdir. Həmin vaxt qızı Şaxanım bacısı Elmiranın yanında olmuşdur. Lakin qızı Şaxanım onun sözlərinə qulaq asmayaraq yeri barədə məlumatı Təqsirləndirilən şəxs vermiş və sonuncu bacısı Elmiranın yaşadığı evə gedib qızı Damlanın verilməsini tələb edərək, Şaxanımın istifadəsində olan mobil telefonu götürmüşdür. Həmin vaxt nəvəsı Damla Yevlax rayonunda nənəsi Məleykə Abbasovanın yanında olmuş və Şaxanım Ələkbərovanın israrı nəticəsində gecə saatlarında taksi ilə nəvəsi Damlanı Gəncə şəhərinə gətirmişdir. Yasin qızı Damlanı və Şaxanımın istifadəsində olan mobil telefonu götürüb Mingəçevir şəhərinə getmişdir. Şaxanım isə ögey qardaşı Səbuhi ilə birlikdə taksi vasitəsilə Yevlax rayonuna qayıtmışdır. Həmin hadisədən sonra X20dan hər hansı xəbər almamış, harada və kiminlə yaşamasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Şaxanımın başqa oğlanlarla münasibəti olduğunu bildirdiyinə görə, nə Təqsirləndirilən şəxs, nə də qızı Şaxanıma inanmamış, sadəcə həmin vaxt qızı yenə də onun sözünə qulaq asmayıb Yasinlə görüşdüyünə görə, Şaxanımla danışmamaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə televizorda xəbərlərə baxarkən Şaxanımın Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilməsi xəbərini görmüş və baş vermiş hadisədən agah olmuşdur. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 14 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri – ünvan 1 ünvanının qarşısında yerləşən park ərazisidir. Həmin parkın qarşısında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tulmuş iki tərəfli avtomobil yolu vardır. Parkın ərazisində çoxsaylı ağaclar vardır. Avtomobil yolu tərəfindən parka daxil omaq üçün sol və sağ tərəfi otluq olan səki vardır. Həmin səkinin sağ tərəfində qadın cinsinə məxsus meyit vardır. Meyitin üzəri bənövşəyi-qəhvəyi rəngli yataq örtüyü ilə örtülmüşdür. Meyit - X5 məxsusdur. Meyit arxaya uzanılıqlı ayaqları bükülmüş vəziyyətdədir. Meyitin baş nahiyəsi avtomobil yoluna tərəf, ayaqları isə park mərkəzində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş park yoluna tərəfdir. Səkidən meyitin baş nahiyəsinə qədər olan məsafə 2.6 metr, park yolundan meyitin bükülü vəziyyətdə olan diz nahiyəsinə qədər məsafə isə 7.2 metr təşkil edir. Qadının gözləri açıqdır. Meyitin əynində olan paltarların üzərində və ətrafında qanabənzər ləkələrin olması müşahidə olunur. Meyitin sağ dizinin yanında qəhvəyi rəngli əl çantası vardır. Meyitin sol ayağın və sol qolun arasında 25 sm uzunluğunda mətbəx bıçağı mövcuddur. Həmin bıçağın tiyəsi və tutacağı qanabənzər ləkələrə bulanmışdır. Qəhvəyi rəngli əl çantanın üzəri “GK” hərfləri ilə bəzək verilməsi üçün naxışlıdır. Çanta 24x25 sm olçüsündədir. Çantanın ön tərəfində 2 ədəd qızılı rəngli zəncirbənd mövcuddur. Zəncirbəndlərin aşağı hissəsələrinin sağ və sol tərəflərində 1 ədəd qızılı rəngli düymə mövcuddur. Çantanın arxa tərəfində 1 ədəd qızılı rəngli zəncirbənd vardır. Çantanın mərkəzi hissəsində yerləşən zəncirbəndi açdıqda çantanın içərisində 1 ədəd telefon adapteri, 1 ədəd qulaqcıq, pul qabı, “samsung markalı” smartfon tipli mobil telefon və digər gündəlik ləvazımatları görünür. Hadisə yerindən qəhvəyi rəngli çanta, mətbəx bıçağı və “Samsung” markalı smartfon tipli mobil telefon və hadisə yerində mövcud olan qanabənzər ləkələr pampığa hopdurulmaqlagələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyini nəzərə alınaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan meyitə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 məxsus meyit Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyi X24 meyitxanasında təşhir masasının üzərində uzadılmışdır. Əynində aşağıdaki paltarlar: açıq qəhvəyi rəngdə gödəkçə, tünd qəhvəyi rəngdə qısaqol kofta, cins şalvar, cins parçadan olan kəmər, krassovka, ağ corab, qara büsqalter və qara rəngdə trusik vardır. Şalvar və trusikın aralıq hissələri (güman ki, sidik ifrazı nəticəsində) islanmışdır. Meyit qadın cinsli və düzgün bədən quruluşludur. Gövdə, baş və yuxarı ətraflar qana bulanmışdır. Dərialtı piy toxuması yaxşı inkişaf etmişdir. Dəri örtüyü avazımışdır. Saçları qara rəngdədir, uzunluğu 25-35 sm-ə qədərdir, boyunun uzunluğu 171 sm-dir. Əllədikdə kəllə tağı sümükləri tamdır. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qışası solğun çəhrayı rəngdədir. Konyuktivada tək-tək nöqtəvarı qansızmalar vardır. Bəbəklər bərabər diametrdə olub ölçüləri təxminən 0,6 sm-dir, buynuz qişa bulanmışdır. Əllədikdə üz və burun sümükləri tamdır, burun dəlikləri və ağız boşluğu sərbəstdir. Ağızı yarıqapalı vəziyyətdədir. Dodaqlarında xəsarətlər aşkar olunmur. Dişləri təbiidir. Boyunu bədənə mütənasib formadadır, əllədikdə qabırğalar tamdır, qarını döşü səviyyədədir. Xarici cinsiyyət üzvləri qadın cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmizdir, sərbəst keçicidir, ətraf dərisi zədəsizdir. Ətrafları normal inkişaf etmişdir, aşağı və yuxarı ətraflarında patoloji hərəkətlilik yoxdur. Xəsarətləri: sağ saidin aşağı bayır 1/3-də köndələn-çəp istiqamətdə 2.5x0,5 sm ölçüdə 1 (bir) ədəd sol saidin içəri 1/3-ində 5x0.5 sm ölçüdə kənarları hamar bucaqları iti kəsilmiş açıq yara (1-bir) vardır, döş qəfəsinin sağ ön səthində 2-3-cü qabırğa proyeksiyalarında köndələn istiqamətdə 2 (iki) ədəd 2,9x0,4 sm ölçüdə kənarları hamar içəri bucağı iti bayır bucağı küt yaralar vardır. Sağ qulaqaltı nahiyyədə 5x0.5 sm ölçüdə kənarları hamar kəsilmiş yara 1 (bir) ədəd vardır. Boynunun sol yan aşağı 1/3-də 3x0,4 sm ölçüdə 1 (bir) ədəd, sol körpücük sümüyünün orta 1/3-i proyeksiyasında 2,9x 0,5 sm ölçüdə 1 (bir) ədəd, sağ çiyin qurşağının yuxarı səthində 1 (bir) ədəd köndələn istiqamətdə 1.5x0,3 sm ölçüdə iki ədəd 4x0.8 sm ölçüdə və bir 1x0.3 sm ölçüdə (cəmi 4 ədəd) kənarları hamar kəsilmişdeşilmiş yaralar vardır. Sağ bazunun bayır yuxarı 1/3-də 3x0,5 sm ölçüdə 2 (iki) ədəd kəsilmiş-deşilmiş yara vardır. Döş qəfəsinin ön qoltuqaltı xətt üzrə 7-8-ci qabırğa proyeksiyasında köndələn istiqamətdə 3x0.5 sm ölçüdə həmin xarakterdə 1 (bir) ədəd yara vardır. Sağ kürək nahiyəsində 10x8 sm sahədə 5 (beş) ədəd 3x0,4 sm ölçüdə, 2 (iki) ədəd 2x0,3 sm ölçüdə cəmi (7 ədəd) kənarları hamar deşilmiş-kəsilmiş yaralar vardır. X1 bədən səthi üzərində olan xəsarətlərin sayı 21 ədəd təşkil edir. Meyitin xarici müayinəsi zamanı başqa xəsarət aşkar olunmadı. Baxış zamanı Şaxanım Ələkbərovaya məxsus “samsung” markalı sadə düyməli mobil telefon, aksessuar əşyaları (bir ədəd üzük, beş ədəd sırğa, bir ədəd sep, bir ədəd qolbaq, bir ədəd qol saatı) və sonuncuya məxsus geyim əşyaları (bir ədəd açıq qəhvəyi rəngli plaş, bir ədəd tünd göy rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar) müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 10 may 2022-ci il tarixli 290/100 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisələr ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə trasoloji və məhkəmə soyuq silah ekspertizasının 01 iyun 2022-ci il tarixli 3/575 və 3/610 saylı rəylərində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Ş.Şahid1ya məxsus plaşın, koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Ş.Şahid1nın bədəni üzəridə olan xəsarətlərlə ona məxsus paltarların(plaşın, koftanın) üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 27 may 2022-ci il tarixli 6/2560 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X5 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X5 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 264/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X3 ABO sistemi üzrə qan qrupu:A/İİ, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ-dir. Ekspertizaya təqdim edilən mərhumə X5 məxsus plaş, cins şalvar, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus papaqlı gödəkcə, cins şalvar, 01 ədəd mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd bint kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində periferik mənşəli insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin əksər ləklərdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X5 məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur/ əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa/. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus qısaqol köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilməsi, əlavələr edilməklə ona yenidən ittiham elan olunması haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilməklə həmin tarixdə Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə elan edilmiş ittiham dəyişdirilməklə əlavələr edilərək ona CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 686 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci tarixdə saat 18:55də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci tarixdə Şaxanım Ələkbərovanı bıçaqlayaraq qəsdən həyatdan məhrum edərkən əynində olan paltarları: bir ədəd qara rəngli cins şalvarını, bir ədəd qısaqol qara rəngli köynəyini və bir ədəd sarı rəngli gödəkçəsini könüllü təqdim etmiş və həmin əşyalar müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayətin aləti qismində istifadə edilmiş kəsici deşici xassəyə malik əşyaya xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, cinayətin aləti qismində istifadə edilmiş kəsicideşici xassəyə malik əşya-mətbəx bıçağıdır. Həmin mətbəx bıçağının ümumi uzunluğu 25,5 sm təşkil edir. Bıçağın tutacağı polad materialından olmaqla qəhvəyi rəngdədir və tutacağın uzunluğu 11,5 sm ölçüsündədir. Bıçağın tiyəsinin yəni, kəsici tərəfinin uzunluğu 14 sm təşkil edir. Bıçaq üzərində gözlə görünə bilən xəsarət yoxdur. Bıçağın həm tiyəsi, həm də tutacağı üzərində qanabənzər ləkələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X3 hadisə zamanı əynində olan paltarlara baxış aparılması haqqında 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şaxanım Ələkbərovanın əynində bir ədəd açıq qəhvəyi rəngli plaş, bir ədəd tünd göy rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar olmuşdur. Açıq qəhvəyi rəngli 80 sm uzunluğu üst geyimi olan plaşdır. Plaşın ön tərəfinin sol hissəsində tünd qəhvəyi rəngli 4 ədəd düymə, sağ hissəsində isə düymələri bağlamaq üçün 4 ədəd yırtıqları mövcuddur. Plaşın qol hissələrin aşağısına zavod üsulu ilə tikilmiş kəmər mövcuddur. Plaşın arxa hissəsində plaşı qabaqdan bağlamaq üçün bel kəməri mövcuddur. Arxa kürək hissəsinin yuxarısında 1 ədəd tünd qəhvəyi rəngli düymə yerləşir. Plaşın üzərində kəsici və deşici xəssayə malik olan xəsarətlər movcuddur. Həmin xəsarətlərin plaşın üzərində yerləşmə lokalizasiyası və ölçüləri aşağıda şərh olunan qaydadadır: Plaşın sağ hissəsinin yaxalığında üç ədəd yanaşı hər birisi 1x.0.1 sm ölçüsündə olan, sol yaxalığın altında 1.5x0.1 ölçüsündə olan kəsiklər mövcuddur. Sağ qolun üzərində 4 ədəd, ikisi 2x0.1 sm ölçüsündə, digərləri isə 4.5x0.1 və 4.8x0.1 sm ölçülərində xəsarətlər müşahidə olunur. Plaşin arxa tərəfinin bel hissəsin mərkəzində 4 ədəd kəsiklər vardır. Həmin kəsiklərin ikisi 2.5x01 sm, biri 3x0.1 sm, digəri isə 5.5x0.1 sm ölçülərindədir. Bel hissəsinin sağ tərəfində 2x0.1 sm ölçüsündə xəsarət vardır. Plaşin üz və arxa hissələrində qanabənzər ləkələrin olması müşahidə olunur. Tünd qəhvəyi rəngli olan sadə qısaqol köynəkdir. Köynəyin etiketinin üzərində “AMİSU” made in Bangladesh loqosu vardır. Köynək M ölçüsündədir. Köynəyin ön tərəfinin körpücük sümüyü hissəsində üç deşici kəsici xəssayə malik olan xəsarətlər müşahidə olunur. Xəsarətlər 3x0.1 sm, 1.5x0.1 sm və 1.0.1 sm ölçülərindədir. Köynəyin arxa tərəfinin bel hissəsin mərkəzində 5 ədəd kəsiklər vardır. Həmin kəsiklərin ikisi 2.5x01 sm, digəriləri isə 4.5x0.1 sm, 5.5x0.1 sm və 1x0.1 sm ölçülərindədir. Köynəyin bel hissəsinin sağ tərəfində 2x01 sm ölçüsündə olan kəsik mövcuddur. Köynəyin sağ qolun arxa tərəfində ölçüləri 1.5x0.1 sm, 2x0.1 sm, 2.5x0.1sm olan 3 ədəd xəsarət mövcuddur. Köynəyin üz və arxa hissələrində qanabənzər ləkələrin olması müşahidə olunur. Mavi rəngli cins materialından olan şalvardır. Şalvarın bel hissəsində tünd mavi rəngdə olan bel kəməri vardır. Şalvarın ön hissəsində sağ və sol tərəfində yerləşən 2 ədəd cibliklər mövcuddur. Şalvarın arxa hissəsində sağ və sol tərəfində yerləşən 2 ədəd cibliklər mövcuddur. Şalvarın üzərində hər hansı bir xəsarət müşahidə olunmur. Şalvarın ön və arxa hissələrində qanabənzər ləkələrin olması müşahidə olunur. Beləliklə, paltarlara baxış keçirildikə plaşın üzərində ümumi 13 ədəd xəsarətlər, qısaqol qəhvəyi köynəyin isə 12 ədəd xəsarətlər olduğu müəyyən edilmişdir. Plaşın üzərində olan xəsarətlər köynəyin üzərində olan xəsarətlərin yerləşmə lokalizasiyası ilə üst üstə düşür. Lakin plaşın arxa tərəfinin mərkəzində yerləşən 4 ədəd kəsilmiş xəsarətlər movcud olsa da, həmin nahiyədə köynəkdə 5 ədəd xəsarət mövcuddur. Həmçinin plaşın sol yaxalığın üzərində 3 ədəd xəsarət olsa da köynəyin üzərində həmin lokalizasiya üzrə 2 xəsarət mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlara baxış aparılması haqqında 17 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, sarı rəngli üst geyimi olan başlıqlı gödəkçədir. Gödəkçənin etiketinin üzərində "DOXGER" made in Turkey sözləri yazılmışdır. Gödəkçə XXL ölçüsündədir. Gödəkçənin ön tərəfinin sol hissəsində 3 ədəd qara rəngli knopkalı düymələr mövcuddur. Gödəkçənin ön tərəfinin sağ və sol hissələrində 2 ciblik vardır. Hər iki cibliklərin üzərində "fashion", "R" sözləri və ox işarəsi vardır. Cibliklərin yuxarı hissələrində yumru gümüşü rəngli dəmirlər mövcuddur. Gödəkçənin arxa tərəfinin bel hissəsində "THE ORİGİNAL" sözləri yazılmışdır. Gödəkçənin içi qara rənglidir. Gödəkçənin üzərində xəsarətlər müşahidə olunmur. Gödəkçənin üzərində qanabənzər ləkələr mövcuddur. Qara rəngli cins materialından olan şalvardır. Şalvarın etiketinin üzərində "ZİLLİ DENİM" sözləri yazılmışdır. Şalvarın ön hissəsində sağ və sol tərəfində yerləşən 2 ədəd cibliklər mövcuddur. Şalvarın arxa hissəsində sağ və sol tərəfində yerləşən 2 ədəd cibliklər mövcuddur. Şalvarın arxa hissəsinin sağ cibliyin üzərində "ZİLLİ" loqosu vardır. Şalvarın arxa tərəfinin bel hissəsində "ZİLLİ” nişanı mövcuddur. Şalvarın üzərində hər hansı bir xəsarət müşahidə olunmur. Qara rəngli qısa qol köynəkdir. Köynəyin yaxalığında qızılı rəngdə zəncibrənd vardır. Köynəyin döş hissəsinin sol tərəfində qartal nişanı vardır. Köynəyin üzərində hər hansı bir xəsarət müşahidə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X5 məxsus olan “Samsung” markalı mobil telefona baxış aparılması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, "Samsung" markalı sadə düyməli mobil telefondur. Mobil telefonun uzunluğu 10,5 sm, eni isə 4 sm-dir. Mobil telefon qara rənglidir. Telefon boyunca yaşıl rəngli xətt keçir. Telefonun arxasında 1 ədəd müşahidə kamerası vardır. Mobil telefonun ön hissəsində "Samsung" logotipi, 1-dən 9-a kimi düymələr vardır. Mobil telefonun sim kart yuvacığında "Azercell" mobil operatoruna məxsus "***-***-**-**" mobil nömrəsi vardır. Mobil telefonun ekranının yuxarısında "Duos" və "B310" sözləri yazılmışdır. Telefonun ekranını yandırdıqda ekranın üzərində "Azercell", "İnsert SİM2", ayın tarixi və saat görsənir. Mobil telefonun menyu hissəsinin zənglər tarixçəsinə daxil olduqda qəbul olunmuş zənglər bölməsində 14 aprel 2022-ci il tarixdə saat 17:00-da "055 473-02-73" mobil nömrəsi ilə 1 dəqiqə 14 saniyə danışıq baş vermişdir. Zəng edilmiş nömrələr bölməsinə daxil olduqda 14 aprel 2022-ci il tarixdə saat 16:41-də "077-335-62 77" mobil nömrəsinə zəng vurulmuş, saat 17:10-da isə "***-***-**-**" mobil nömrəsi ilə 39 saniyə danışıq olmuşdur. Cavabsız zənglər bölməsinə daxil olduqda 14 aprel 2022-ci il tarixdə saat 09:18 "***-***-**-**" mobil nömrədən zəng gəlmişdir. Mobil telefonun menu hissəsinin mesaj bölməsinə nəzər yetirildikdə daxil olmuş mesajlar bölməsində 7 mesaj müşahidə olunur. 15 aprel 2022-ci il tarixdə saat 03:50-də "***-***-**- **" mobil nömrəsindən "Sesine qurban olum ay bacı, nolar telefonu aç. pis xeber eşitdim, aç nolar aç denenki yalandı. xeyallarimiz variydi damlani alib xosbext olacaydoq senen basqa heskimim yoxduş meni buraxib getme" məzmunlu mesaj 6 dəfə təkrar olaraq göndərilmişdir. 18 aprel 2022-ci il tarixdə saat 22:37-də "***-***-**-**" mobil nömrəsindən "Sesine qurban olum ac birce kelme alo de. olurem sensiz ay baci" məzmunlu mesaj daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerindən götürülmüş mobil telefona baxış aparılması haqqında 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, "Samsung" markalı smartfon tipli mobil telefondur. Mobil telefonun uzunluğu 15,5 sm, eni isə 7 sm-dir. Mobil telefonun bütöv ön tərəfi qara rəngli sensor ekrandan ibarətdir. Ekranın yuxarı hissəsinin sağ tərəfində 1 ədəd müşahidə kamerası mövcuddur. Telefonun arxa tərəfi qırmızı rənglidir. Arxa tərəfin yuxarı hissəsinin sol tərəfində 3 ədəd kamera, 1 ədəd flaş işıq quraşdırılmışdır. Mobil telefonun arxa aşağı hissəsində "Samsung" sözləri yazılmışdır. Mobil telefonun sol yan hissəsində bir düymə, sağ yan hissəsində iki düymə quraşdırılmışdır. Telefonun aşağı yan hissəsində usb-kabel və qulaqcıq üçün nəzərdə tutulan keçəcəklər vardır. Mobil telefon cizgili trayektoriyalı şifrə ilə kilitlənmişdir. Həmin şifrəni hal-hazırda müəyyən etmək mümkün olmadığından mobil telefonun içərisində olan zəruri məlumatlara baxış keçirmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin materiallarında olan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyi X24 15 aprel 2022-ci il tarixli 237 nömrəli canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsinə, ekspertizanın qarşısına qoyulan suallara və iş haqqında olan ilkin məlumata uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər (sağ əl barmaqlarında yaralar) kəsici əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyi X24 14 aprel 2022-ci il tarixli 19 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X3 ölümünə səbəb, ürəyin açıq zədələnməsi nəticəsində inkişaf edən kəskin qanaxma olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 1997-ci ildə anadan olmuş X3 bədəni üzərində aşkar olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin-lərin) ola bilsin ekspertizaya təqdim olunan bıçağın təsirindən əmələ gəlmişlər. Ağırlıq dərəcələrinə görə döş boşluğuna dəlib-keçən 7 (yeddi) ədəd, qarın boşluğuna dəlib-keçən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yara, sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Yuxarıda göstərilən digər (13 on üç ədəd) xəsarətlər yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. Xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. X3 bədəni üzərində olan xəsarətlər müxtəlif bucaqlar altında yetirilmişdir. Xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə (ayaq üstündə və əyilmiş vəziyyətdə) ola bilərdi. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda qüvvədə olan CM-in 332.2.3-cü maddəsi ilə təqsirləndirilərək Cəlilabad Hərbi Məhkəməsinin 25 fevral 2014-cü il tarixli hökmü ilə üç il müddətə azadlıqdan məhrum olunmuş, CM-in 70-ci maddəsi tətbiq edilərək altı ay şərti sınaq müddəti təyin edilmişdir. O 30 sentyabr 2014-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Daha sonra 06 iyul 2021-ci ildə CM-in 128-ci maddəsi ilə təqsirləndirilərək Mingəçevir ŞPŞ tərəfindən məsuliyyətə cəlb olunmuş, lakin həmin tarixdə CPM-in 40.3-cü maddəsi əsas götürülmüş və cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 8193 saylı məktubu ilə daxil olmuş CD diskə 17 may 2022-ci il tarixli telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskə baxılan zaman açılan pənəcərədə 05 ədəd yaddaş həcmi 97826 KB olan 9075-xx.xx.2022.zip faylı görsənir. Həmin fayla daxil olduqda +**********19 GSM mobil nömrəsinin anten məlumatları, abunəçilər, zənglər və smslər olan ayrı-ayrı qovluqlar olduğu aşkarlanmamışdır. Həmin +**********19 GSM mobil nömrə X3 adına qeydiyyata alınmışdır. +**********19 GSM mobil nömrə ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılan danışıqlar, daxil olmuş və göndərilmiş SMS mətinləri Azərcel MMC-dən daxil olmuş CD diskdə özünü əks etdirmişdir. +**********19 – GSM nömrə ünvan 9 ünvanda yaşayan X3 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı anası Sevda Məhərrəmovaya məxsus +**********73 GSM mobil nömrəsi ilə aprel ayı ərzində, habelə hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə və hadisədən əvvəl Şaxanım Ələkbərova ilə telefon danışığı apardığını bildirmişdir. X3 istifadəsində olan +**********19 GSM mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********73 GSM mobil nömrəsinə aprel ayı ərzində zənglər daxil olmuş və aralarında xx.xx.2022-ci tarixdə, saat 19:25 radələrində 164 saniyə, xx.xx.2022ci il tarixdə, saat 13:28 radələrində 135 saniyə; xx.xx.2022-ci il tarixdə, saat 12:50-də 762 saniyə, saat 13:14 radələrində 71 saniyə; saat 15:21 radələrində 71 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 15:43 radələrində 842 saniyə, saat 15:58 radələrində 765 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:20 radələrində 78 saniyə, saat 09:21 radələrində 82 saniyə, saat 10:12-də 131 saniyə, saat 12:40-da 19 saniyə, saat 16:34-də 151 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 17:10 radələrində 39 saniyə, saat 17:12 radələrində 39 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan +**********73 GSM mobil nömrəsindən X3 istifadəsində olan +**********19 GSM mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə zəng daxil olmuş və aralarında 74 saniyə danışıq olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 14:30 da +**********19 GSM mobil nömrəsindən məxsusluğu istintaqa məlum olmayan +**********18 GSM mobil nömrəyə “günaydın necəsen mesajımı görendə meni yığ isim var senle gözleyirem zehmet olmasa”, xx.xx.2021-ci il, saat 00:53-də “ meni yığ söz dedin axıra kimi de mende aydınlıq getirim gözleyirem”; xx.xx.2021-ci il tarixdə, saat 21:30-da “ Axşam gel senle işim var xahiş edirem vacibdir”; Təqsirləndirilən şəxs adına qeydiyata alınmış +**********39 GSM mobil nömrəsinə “Bu heyatda yaşadığım heçnəyi sene halal etmeyecem men ne qeder darıxıram zulum cekirem Allah o qeder ondanda artıq senin belanı versin İnşAllah”, məzmunlu SMS-lər göndərildiyi, xx.xx.2022-ci il tarixdə məxsusluğu istintaqa məlum olmayan +**********73 GSM mobil operatordan saat 03:49 da “Sesine qurban ay baci nolar telefonu aç.pis xeber eşitdim aç denenki yalandi Bizim xeyallarımız variydi damlani alib xoşbext olacaydiq menim sendən başqa heç kimim yoxdu. Meni buraxib getmə” məzmunlu SMS daxil olmuşdur. +**********19 GSM mobil nömrəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi həmin hadisə günü xx.xx.2022-ci il tarixdə, həm də hadisədən əvvəl, yəni xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə telefon danışığı apardığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 8449/22 saylı məktubu ilə daxil olmuş CD diskə 27 may 2022-ci il tarixli telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskə baxılan zaman açılan pənəcərədə 08 ədəd ümumi yaddaş həcmi 11.5 MB olan fayllar vardır. Həmin fayla daxil olduqda +**********97 və +**********71 GSM mobil nömrəsinin anten məlumatları, abunəçilər, zənglər və smslər olan ayrı-ayrı qovluqlar olduğu aşkarlanır. +**********71–GSM nömrə Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan X11 adına qeydiyyata alınmışdır. Lakin istintaq zamanı həmin qeyd edilən mobil operatorun X3 istifadəsində olduğu müəyyən edilmişdir. +**********71– GSM mobil nömrəsinin sms tarixçəsinə daxil olunduqda aşağıda qeyd edilən SMS-lərin daxil olduğu aşkar olunmuşdur. Belə ki, Nicat Cəfərlinin adına qeydiyyata alınmış +**********66 GSM mobil nömrədən xx.xx.2021-ci il tarixdə, saat 22:53-də “mene viziv ver boş olanda”; xx.xx.2021-ci il tarixdə, saat 14:05-də “Gir vacapa sen hardasan”; Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış +**********97 GSM mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 23:15-də “ İndi danışa bilmirəm. Daha sonra zəng edə bilərsən”; Nizami Əsədovun adına qeydiyyata alınmış +**********45 GSM mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 15:56-da “Yaxşı”, “Bütün pasyolkanın küçelerini fırlanıram”, “Seni axtarıram”, “ Gedim biraz yatım onda yorulmuşam”, xx.xx.2021-ci il tarixdə, saat 21:44-də “internetin yoxdu deyən zəng edim?”; məxsusluğu kimə aid olduğu müəyyən olunmayan +**********48 GSM mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 22:57-də “ yanindaki adam gedende viziv at”; “küsmedin ki”, “tecili zeng geldi”, “noldun bes”; məxsusluğu kimə aid olduğu müəyyən olunmayan +**********45 GSM mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 17:46-da “menem çin nömreden zeng eden”, “ Niye adboy verirsen niye zenglerime baxmırsan men deli olacam edenden üzüme telefon söndürme aç bu telefonu işim varr”; Ramal Əliyevin adına qeydiyyata alınmış +**********52 GSM mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə, saat 20:37-də “menem Ramal sen adboy edirsen” “niye acmırsan?”; məxsusluğu kimə aid olduğu müəyyən olunmayan xx.xx.2022-ci il tarixdə, saat 23:05-də “ hara getsen bes and içdinki cıxmırsan hec hara getdin amma neyse uğurlar sene” “ömrüm sene qurban olum isde ağilli ol bide mene xeyanet eleme nolar” “ seni sevecem seviremde heyatim senindi Bidenemmmm” “ Gedecem deyir gel bir mesele var onnan bağlidi demedi hecne yazacam”; Niyaz Novruzovun adına qeydiyyata alınmış, lakin istintaq zamanı Günel Əmiraslanova tərəfindən istifadə olunduğu müəyyən edilən +**********73 GSM mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 00:43-də “Yalanan geldim ey senol 1 qepik vermedi Taksinin pulunu verdi i fisyo Gərəy evə gederdim gəlməzdim”; məxsusluğu istintaqa məlum olmayan +**********67 GSM mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 00:45-də “ Netersen huseyndi kofe içirsiz? İçirsizse vhatçapa yaz”; +**********73 GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 18:22-də “ Baci ona denenki gel dunenkinin evezini cixac kayf zad denen edey” “Rehmanın nomresini at meni gotürsün yolda qalmışam”; Tahirə Ələkbərovanın adına qeydiyata alınmış lakin istintaq zamanı Beyrək Ələsgərovun istifadəsində olan +**********01 GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:09-da “ Telefonu aç kartı mene de niye açmırsanki başa dümürem, noldu ma gelende vaxdın olmur, en zehlem deden seydi bu tel acmamaq, en azından ayıbdı yalan danısma demisdim sene,” xx.xx.2022-ci il tarixdə, saat 20:22-də “ne oldu nə uzun çekdi senin yığmağın”, xx.xx.2022-ci il tarixdə, saat 11:43-də “gör bir padruqan varmi emioğlu ile gelim hometin de edecek narahatciliq yoxdur”; +**********73 GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 01:43-də “ loxdular dana 2 nefer 30 manat verir heresi gel 15 deqiqe gorus masındaa, 60 manat edir gorus 15 deqiqe pulunu al”; +**********01 GSM mobil nömrədən xx.xx.2022-ci l tarixdə, saat 12:30-da “Birdefelik denen zeng eleme tay adboy edirsen dunenden”; xx.xx.2022-ci il tarixdə, saat 17:52-də “ Bayaq o sesin gelmir variantı yaxsı idi ama öz aramızdi)))” “Esi yalandı danışıbsan))) heçne olmaz telefonu aç” “ Gelmirsen de gelmirem guya gormuyub acmamaq nedirki halaldi”; Elməddin Abdullayevin adın qeydiyyata alınmış +**********27 GSM mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 20:31-də “rayondasan burda”; xx.xx.2022-ci il tarixdə, saat 10:22-də “salam necesen qadam nece oldu belin”; xx.xx.2022-ci il tarixdə, saat 16:06-da “Slam etibarsız axşama vaxd edə bilersen bura gel hormetin edecem hecne etmiyek ey”; xx.xx.2022-ci il tarixdə, saat 00:36-da “Girdin eve”; “ona yığmışdım” məzmunlu SMS-lərin daxil olması müəyyən edilmişdir. Şaxanım Ələkbərovanın istifadəsində olan +**********71 GSM mobil nömrədən başqa nömrələrə SMS-lər göndərilməmişdir. +**********71 GSM mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə hadisənin baş verdiyi gün, saat 15:21-də Elçin Alıyevin adına qeydiyyata alınmış +**********73 GSM mobil nömrədən zəng daxil olmuş və aralarında 190 saniyə, Günel Əmiraslanovanın istifadəsində olan +**********73 GSM mobil nömrədən, saat 15:25-də zəng daxil olmuş və aralarında 218 saniyə telefon danışığı olmuşdur. Beləliklə, X11 adına qeydiyyata alınmış, lakin X3 istifadəsində olmuş +**********71 GSM mobil operotara keçirilmiş baxış zamanı Şaxanım Ələkbərovanın ayrı-ayrı kişilərlə münasibət qurduğu, ayrı-ayrı şəxslərin görüşmək üçün ona təkliflər etdikləri, həmçinin ayrı-ayrı şəxslərdən sevgi məzmunlu SMS-lərin daxil olması müəyyən edilmişdir. +**********97 GSM mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Həmin mobil operatorun zənglərin detallaşdırılması qovluğuna daxil olduqda mobil operatorun xx.xx.2021-ci il tarixə qədər işlək vəziyyətdə olması müəyyən edilmişdir. Həmin operatora baxış keçirilən zaman cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhəri 4 saylı mənzil-istismar sahəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 19 nomrəli xasiyyətnamədə göstərilmişdir ki, Məhərrəmov X7 şəhəri, H.Əliyev prospekti, 72 a, mənzil 3-də yaşayır. Yaşadığı müddətdə dostları və qonşuları tərəfindən 4 saylı mənzil-istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 120.2.4-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CMin 120.2.4-cü maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşdən görünür ki, Təqsirləndirilən şəxs keçmiş arvadı olan zərərçəkmiş şəxs Şaxanım Ələkbərovaya bıçaqla 21 ədəd kəsilmiş-deşilmiş yaralar yetirməklə, onu qəsdən həyatdan məhrum edib, CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş şəxsdir. Həmin maddənin sanksiyasında, yuxarıda qeyd olunan əməlin törədilməsinə görə, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, ona CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə on yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 14 aprel 2022-ci il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 282 (iki yüz səksən iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd sarı rəngli papaqlı gödəkçə, bir ədəd tünd göy rəngli ön tərəfi sepli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar Təqsirləndirilən şəxs, X5 məxsus bir ədəd açıq qəhvəyi rəngli plaş, bir ədəd tünd göy rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar Şaxanım Ələkbərovanın hüquqi varisinə qaytarılmalı, hadisə yerindən hopdurularaq götürülülmüş üzərində qanabənzər ləkələr olan pambıq isə məhv edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib on yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan iki yüz səksən iki manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olub, Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd sarı rəngli papaqlı gödəkçə, bir ədəd tünd göy rəngli ön tərəfi sepli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar Təqsirləndirilən şəxs, X5 məxsus bir ədəd açıq qəhvəyi rəngli plaş, bir ədəd tünd göy rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar Şaxanım Ələkbərovanın hüquqi varisinə qaytarılsın, hadisə yerindən hopdurularaq götürülülmüş üzərində qanabənzər ləkələr olan pambıq isə məhv edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azyaşlı qızı Şahid5 nəzarət və qulluq edilməsinin təşkil edilməsi yaşadığı yer üzrə Mingəçevir şəhər qəyyumluq və himayə orqanına tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-172/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-172/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver