Məhkəmə qərarları › İş №1(091)-172/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-172/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-172/2025 04.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 06 ay azaldılmış, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2697,08 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuananın 22,08 qram hissəsini üzərində saxlamış, 2675,0 qram hissəsini isə Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisində gizlədərək saxlamış, xx.xx.2025-ci il tarixdə saat 13:18də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Mustafayev küçəsində, “Dəvəçi” qəbirstanlığının yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 13:18-dən 13:30-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisindəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 22,08 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 13:40-dan saat 13:53-dək olan müddət ərzində video çəkilişlə Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisinə keçirilən baxış zamanı oradan sarı rəngli sellofan torbada 01 ədəd sintetik kisənin içərisində olan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuna ilə eyni tərkibli olan 2675,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayırmış və Yevlax şəhərində yaşamırmış. Bayramla əlaqədar anasını görmək məqsədi ilə Yevlax şəhərinə gəlmişdir. Çünki anası onkoloji xəstədir. 11 yanvar tarixində səhər saat 8-9 radələrində yatdığı yerdə polis əməkdaşları qanunsuz evə daxil olaraq onu və qardaşını saxlayıb, polis şöbəsinə aparmışlar. Polis şöbəsində əllərini və qollarını bağlayıb, döyməyə başlamışlar. Ayağının altına dəyənəklə vurmuşlar. Ancaq polis əməkdaşları ilə razılaşmırmış. Otağa əməliyyatçı Teymur daxil olmuş və şkafı açaraq narkotiki göstərmişdir. Daha sonra ona demişdir ki, ya qardaşını, ya da narkotiki seçməlidir. Temur bir torba narkotiki ona göstərib, bu torbadakı narkotik onundur demişdir. O, isə ona etiraz etmişdir. Polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. 2023-cü ilin iyul ayından etibarən narkotikdən istifadə etmirmiş. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. İstintaqda verdiyi ifadəni oxumamışdır. Kürün kənarında videoçəkiliş aparılmışdır. Belə ki, onu evdən aparıb qardaşı ilə təhdid etmişdirlər. Boynuna narkotik vasitə qoymuşdurlar. Qardaşıda xəstədir. Polis əməkdaşları narkotiki özləri ilə birlikdə Kürün kənarına gətirmişlər. Daha sonra isə çəkiliş başlamışdır. O da onlarla razılaşmışdır. Çünki qardaşı onkoloji xəstədir. Onu qardaşı ilə təhdid etmişlər. Razılaşandan sonra isə qardaşını buraxmışlar. Onu Gəncə şəhərinə etab etmişlər. Daha sonra özünə xəsarətlər yetirmişdir. Polis şöbəsində onu döymüşlər. İstintaq təcridxanasına daxil olan vaxt xəsarətləri qeydə alınmışdır. Daha sonra araşdırma aparılmışdır. Qətimkan tədbiri ilə bağlı məhkəmə qarşısına çıxmışdır. Orada heç nə deyə bilməmişdir. Çünki qardaşı polisin əlində olmuşdur. Polis əməkdaşları onu qardaşı ilə təhdid edirmişlər. Polis əməkdaşları qardaşı ilə onu birlikdə tutmuşlar. O, polis əməkdaşları ilə razılaşandan sonra, qardaşını buraxmışlar. Qardaşının adı Rüstəm Hüseynovdur. Polislərlə heç bir ədavəti olmamışdır. Həmin vaxt qonşular onları görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Rəfael oğlu ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması və istifadə etməsi barədə 11 yanvar 2025-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun şəxsiyyətinə dair məlumatları müəyyən etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri C.Mustafayev küçəsinə, “Dəvəçi” qəbiristanlığının yaxınlığına getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt həmin yerdə olması barədə onun məlumatı olmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə saat 13:18-də Yevlax şəhəri C.Mustafayev küçəsində, “Dəvəçi” qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. xx.xx.2025-ci il tarixdə saat 13:18-də Yevlax şəhəri C.Mustafayev küçəsində, “Dəvəçi” qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs üzərində baxış keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən əlavə olaraq qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 1 ay öncə Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində kolluq ərazidən tapdığını, həmin tapmış olduğu narkotik vasitəni Yevlax şəhəri ərazisində yerləşən “Köhnə Xəstəxanın” istifadə edilməyən binasının zirzəmisində gizlətdiyini, oradan hissə-hissə götürərək istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd şəffaf sellofanda olan kütləni elektron tərəzidə çəkmiş, həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin ümumilikdə 0,17 qram olmasını qeyd etmişdir. Lakin sonradan videoçəkilişə baxdıqda texniki səhv səbəbi ilə tərəzinin “Kq” rejimində deyil “LB” rejimində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı bir ədəd zərfin içərisinə yerləşdirib zərfin ağzını bağlayaraq qablaşdırmış və möhürləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Yevlax şəhər C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxanın” inzibati binasının həyətinə getmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı “Köhnə Xəstəxanın” inzibati binasının zirzəmisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin yerə gedərək narkotik vasitəni təqdim etməsini istəmişdirlər. Bu zaman Təqsirləndirilən şəxs onların iştirakı ilə “Köhnə Xəstəxanın” istifadə edilməyən inzibati binasının zirzəmisinə daxil olaraq orada bir neçə daş parçasının altında gizlətdiyi sarı rəngli sellofan torbanı götürərək zirzəmidən çıxmışdır. Həmin sellofanın içərisinə baxıldıqda həmin sellofan torbanın içərisində bir ədəd ağ rəngli sintetik kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin narkotik vasitə marixuanaya bənzər kütlənin sellofanla və sintetik kisə ilə birlikdə çəkisinin 2625 qram olması müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan həmin sarı rəngli sellofanın üzərinə müvafiq qeydlərin yazıldığı vərəq qoyulduqdan sonra qablaşdırılmışdır. Qablaşdırma bitdikdən sonra baxışın bitdiyini elan edilmişdir. Baxış saat 13:40-dan 13:53-dək aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax RPŞ-nə apararaq təhvil vermişdirlər. Xidməti iş otağında ilk öncə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu zərfin ağzı açılaraq içərisinə baxış keçirilmiş, daha sonra Təqsirləndirilən şəxs məxsus olan və “Köhnə Xəstəxananın” inzibati binasının zirzəmisindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bağlamanın ağzı açılaraq içərisinə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd ağ rəngli sintetik kisənin içərisinə yerləşdirilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsini əks etdirən CD diskə, sonra isə Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni gizlətdiyi “Köhnə Xəstəxananın” inzibati binasında keçirilən baxış və götürmənin əks edildiyi CD diskə baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş və “Köhnə Xəstəxananın” inzibati binasının zirzəmisindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 1 ay öncə Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsindən tapdığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, hadisə olan ərəfədə Yevlax rayon polis şöbəsində təhqiqatçı vəzifəsində işləmişdir. Bu iş üzrə maddi sübuta baxış keçirmişdir. Portaldan çıxarışı əməliyyat aparatı çıxardırmış. Qeyd olunan portaldan çıxarışa onun müdaxiləsi olmamışdır. Həmin şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra portaldan şəxsə aid sənədləri çıxarılırmış. Bundan sonra tədbir keçirilir və tədbirdən sonra sənədlər və portaldan çıxarış təhqiqata təqdim olunurmuş. Əməliyyat keçirilmədən əvvəl ona məlumat verilmirmiş. Əməliyyatçılar portaldan çıxarışı və digər sənədləri tədbirdən sonra ona təqdim etmişlər. İşin tikilməsində müstəntiq diqqətsiz olmuş və ona görə portaldan çıxarışı əvvələ qoymuşdur. Sənədlər ilk əvvəl dəftərxanaya təqdim olumuş və sənədlər dəftərxanadan götürülmüşdür. Bu iş üzrədə sənədləri dəftərxanadan götürmüşdür. Təhqiqatçı olaraq sənədləri dəftərxanadan götürürlərmiş. Təhqiqatçı olaraq portal çıxarışını tədbir keçirildikdən sonra götürmüşdür. Göstərilən sənədlər əməliyyatçıların verdiyi materialla birlikdə ona təqdim edilmişdir. Təhqiqatçı portaldan çıxarış çıxarmır. Portal məlumatları digər sənədlərlə birlikdə təhqiqata təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, səhər saat 9-10 radələrində evdə çay dəmləyən zaman polis əməkdaşlarının evə daxil olduqlarını görmüşdür. Bundan sonra iki nəfər mülki geyimli şəxs Ruslanın qolundan yapışaraq onu aparmışlar. Bir nəfər şəxsdə Ruslanın paltarlarını aparmışdır. Həmin şəxslər Ruslanı pilləkəndən düşürmüşlər. O da arxasınca qaçıb Ruslana hara getdiyini soruşmuşdur. Ruslan heç nə bilmədiyini bildirmişdir. Həmin şəxslərə kim olduqlarını soruşmuşdur. Mülki geyimli şəxslər polis əməkdaşları olduqlarını və Ruslanı aparacaqlarını bildirmişlər. O da demişdir ki, Ruslanın paltarlarını verin. Çünki Ruslan həmin vaxt alt geyimində olmuşdur. Sonra Teymur adlı şəxsə zəng gəlmişdir. Həmin vaxt Teymur müəllim cavab vermişdir ki, Elman müəllim, Ruslanı götürmüşlər. Elman müəllim evdə başqa kiminsə olub-olmadığını soruşmuşdur. Teymur müəllim evdə Ruslanın qardaşı olduğunu bildirmişdir. Elman müəllim Teymura Ruslanın qardaşını da götürmələrinə tapşırıq vermişdir. Bundan sonra iki nəfər polis əməkdaşı evə qalxıb Rüstəmi tutmuşlar. Rüstəmin üzərində paltar olmuşdur. Lakin Ruslanın paltarları polisin qucağında olmuşdur. Bundan sonra iki oğlunu ağ rəngli xarici maşına əyləşdirib aparmışlar. Həmin vaxt küçədə hər iki oğlunun hansı şəraitdə aparıldığını görən şahidlər olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Əsli Hüseynova göstərmişdir ki, oğlu Ruslan həmin vaxt evdə yatırmış. Oğlunu yataqdan qaldırıb aparmışlar. Oğlunu səhər saat 9-10 radələrində aparmışlar. O, elə düşünmüşdür ki, oğlu axşamüstü gələcəkdir. Ona görə də, gedib ifadə verməmişdir. Digər oğlu Rüstəm axşam saat 18 radələrində evə gəlmişdir. Ruslan isə gəlməmişdir. Polis əməkdaşları evə həyət qapısından daxil olmuşlar. Qapı həmin vaxt açıq olmuşdur. Səhər qapı açıq olmuşdur. Səhər vedrədə olanları boşaldır deyə qapı açıq olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, yanvar ayında evdə qardaşı ilə yatdıqları zaman polis əməkdaşları evə daxil olaraq hər ikisini tutub polis şöbəsinə aparmışlar. Onları polis şöbəsində ayrı-ayrı otaqda saxlamışlar. Bu hadisədən 3 ay sonra özüdə tutulmuşdur. Lakin haqlı yerə tutulmuşdur. Narkotikdən istifadə etdiyi üçün tutulmuşdur. Lakin qardaşı haqsız yerə tutulmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Rüstəm Hüseynov göstərmişdir ki, onları səhər saat 10-11 radələrində aparmışlar. Qardaşı ilə onu polis şöbəsinə eyni vaxt aparmışlar. Onu sonradan buraxmışlar. Onu axşam saat 18 radələrinə qədər polis şöbəsində saxlamışlar, sonra buraxmışlar. Qardaşı polislə razılaşana qədər onu polis şöbəsində saxlamışlar. Qardaşı ilə onu ayrı-ayrı otaqlarda saxlamışlar. Polis şöbəsində ondan izahat almamışlar. Qardaşının aparılması ilə bağlı prokurorluğa şikayət etmişdir. Səhər yatdıqları yerdə polis əməkdaşları evə daxil olmuş və qardaşı ilə onu aparmışlar. Polislə qərəzli münasibətləri olmamışdır. Ruslan tutulduqdan təxminən 3 ay sonra tutulmuşdur. Onu Ruslanla birlikdə polis şöbəsinə aparmışlar. Sonra axşam saat 17-18 radələrində onu buraxmışlar. Dəqiq saatı xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, səhər saat 9-10 radələrində evdən çıxıb suya gedirmiş. Ruslangilin qapılarının açıq olduğunu görmüşdür. Həmin vaxt onların həyətindən səs-küy gəldiyini eşitmişdir. Qapının yanında ağ rəngli xarici maşın dayanmış və maşının yanında bir oğlan olmuşdur. Vedrəni yerə qoyub Ruslangilin həyətinə daxil olmuşdur. Həmin vaxt Ruslanın anası qışqıraraq “Qoyun uşaqlar paltarlarını geyinsin, yataq paltarında hara aparırsız?” deyirmiş. Anası əlində paltar gətirərkən, bir nəfər mülki geyimli şəxs onun sinəsindən itələmiş və demişdir ki, xala çölə çıx, sonra gələrsən. Vedrəni götürüb su doldurmağa getmişdir. Suyu doldurub geri qayıdan vaxt həmin şəxslərin Ruslan və qardaşını maşına əyləşdirib apardıqlarının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Rəfiqə Quliyeva göstərmişdir ki, təxminən saat səhər 9-10 radələri olarmış. O, həyətə daxil olan vaxt Ruslan və qardaşı yataq paltarında olmuşdur. Səs-küy eşidib Ruslangilin həyətinə daxil olmuşdur. Daha sonra su doldurmağa getmişdir. Su doldurduğu yer Ruslan gilin evindən 5 ev sonra olmuşdur. Suyu 3 dəqiqəyə doldurub geri qayıtmışdır. Suyu doldurub geri qayıdan vaxt həmin şəxslərin Ruslan və qardaşını maşına əyləşdirib apardıqlarının şahidi olmuşdur. Ruslangilin evi ilə su doldurduğu yer yaxın olmuşdur. Ruslangilin evi onların küçənin baş tərəfində yerləşir. Ruslanı qonşu kimi tanıyır. Ruslanın heç kimlə işi olmamış və həmişə onlara köməklik etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X24 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü küçələrindən evə doğru gedirmiş. Ruslan və Rüstəm dayılarının polis əməkdaşları tərəfindən maşına əyləşdirilib, aparıldıqlarının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Aysel Məmmədova göstərmişdir ki, Saat təxminən səhər 10 radələri olarmış. Ruslan və Rüstəm dayılarının polis əməkdaşları tərəfindən maşına əyləşdirilib, aparıldıqlarının şahidi olmuşdur. Hər iki dayısının aparıldığının şahidi olmuşdur. Gələn şəxslər uzun boylu olmuşlar. Həm də dayılarını çölə çıxaranda anlamışdır ki, gələnlər polis əməkdaşlarıdır. Polis əməkdaşları gəlmədən əvvəl küçəyə çıxmışdır. Polis əməkdaşları 10 radələrində gəlmişlər. Evdən çıxıb çörək almağa getmişdir. Səhər yeməyindən sonra çörək almağa getmişdir. Polis əməkdaşlarını çörək alıb qayıdan zaman görmüşdür. Həmin vaxt qapı aralı olmuşdur. Polis əməkdaşları maşını saxlayıb həyətə daxil olmuş və 2-3 dəqiqə sonra dayılarını çıxartmışlar. Polis əməkdaşları dayılarının qollarını arxadan tutmuşlar. Dayılarını ağ rəngli maşına əyləşdirmişlər. Maşının markasını xatırlamır. O, gedəndə polis əməkdaşları gəlməmişlər. O, qapını açıq qoyub çörək almağa getmişdir. Daha doğrusu o, evdən çıxanda qapı açıq olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax şəhəri X32 küçəsi ev 78 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07-08). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “raport”dan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx.xx.1982-ci ildə Yevlax rayonunda doğulmuş Yevlax şəhəri X32 küçəsi ev 78 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirdiyi üçün saxlanılaraq üstü yoxlanılmış, Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda əynində olan boz rəngli idman köynəyinin sağ yan cibindən 1 (bir) ədəd sellofan torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin kütlə qablaşdırılaraq götürülmüş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Yevlax şəhərində yerləşən, hal-hazırda istismara yararsız olan köhnə xəstəxananın binasındada narkotik vasitə hesab olunan qurudulmuş marixuana gizlətdiyini bildirmiş, həmin qeyd olunan ünvana baxış zamanı sellofan kisədə narkotik vasitəyə bənzərkütlə aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, 11 yanvar 2025-ci il tarixdə saat 13:18 dəqiqədən saat 13:30 dəqiqəyədək olan müddət ərzində Yevlax şəhəri C.Mustafayev küçəsində “Dəvəçi” qəbiristanlığının yaxınlığında Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, baxış və götürmə aparılmış, həmin istintaq hərəkətində Yevlax NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Rafael oğlu, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid3, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 iştirak etmiş, Şahid3 tərəfindən “Samsung” markalı video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin yoxlama, baxış və götürmə zamanı CAB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah edərək üzərində yoxla və baxış keçiriləcəyini izah edərək yoxlama və baxış prosessinə başlamazdan öncə müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra CAB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan bükülünü CAB-nin əməliyyat müvəkkili Şahid2 təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən yoxlama-baxış zamanı üzərindən qadağan edilmiş əşya və predment aşkar edilməmişdir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni təxminən 1 ay öncə Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində kolluq ərazidən tapdığını, həmin tapmış olduğu narkotik vasitəni Yevlax şəhəri ərazisində yerləşən “Köhnə Xəstəxanın” istifadə edilməyən binasının zirzəmisində gizlətdiyini, oradan hissə-hissə götürərək istifadə etdiyini bildirmişdir. Bundan sonra Şahid2 həmin 01 ədəd şəffaf sellofanda olan kütləni elektron tərəzidə çəkmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin ümumilikdə 0,17 qram olmasını qeyd etmişdir. Lakin videoçəkilişə baxdıqda texniki səhv səbəbi ilə tərəzinin “Kq” rejimində deyil “LB” rejimində olması müəyyən edilmişdir. Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı bir ədəd zərfin içərisinə yerləşdirmiş zərfin ağzını bağlayaraq qablaşdırmış və zərfin üzərini şöbənin 85 nömrəli möhrü ilə möhürləmişdir. Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə zərfin üzərini öz imzası ilə imzalayaraq təsdiqləmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ilə birlikdə Yevlax şəhər C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxanın” inzibati binasının həyətinə getmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın “Köhnə Xəstəxanın” inzibati binasının zirzəmisində gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə “Köhnə Xəstəxanın” istifadə edilməyən inzibati binasının zirzəmisinə daxil olaraq orada bir neçə daş parçasının altında gizlətdiyi sarı rəngli sellofan torbanı götürərək zirzəmidən çıxmışdır. Şahid2 tərəfindən həmin sellofanın içərisinə baxıldıqda həmin sellofan torbanın içərisində bir ədəd ağ rəngli sintetik kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid2 tərəfindən həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin narkotik vasitə marixuanaya bənzər kütlənin sellofanla və sintetik kisə ilə birlikdə çəkisinin 2625 qram olması müəyyən edilmişdir. Bundan sonra Şahid2 tərəfindən bir ədəd ağ vərəqin üzərində müvafiq qeydlər aparıldıqdan sonra həmin vərəqin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 tərəfindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan həmin sarı rəngli sellofanun üzərinə müvafiq qeydlərin yazıldığı vərəq qoyulduqdan sonra qablaşdırılmışdır. Qablaşdırma bitdikdən sonra Şahid2 baxışın bitdiyini elan etmişdir. Baxış saat 13:40-dan 13:53-dək aparılmışdır (cild 01, iş vər. 12-14). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-cil tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-də X7ə təhvil verilmiş. Tərxan Allahverdiyev tərəfindən xidməti iş otağında ilk öncə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu zərfin ağzı açılaraq içərisinə baxış keçirilmiş. Daha sonra Tərxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs məxsus olan və “Köhnə Xəstəxananın” inzibati binasının zirzəmisindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bağlamanın ağzı açılaraq içərisinə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr Tərxan Allahverdiyev tərəfindən bir ədəd ağ rəngli sintetik kisənin içərisinə yerləşdirilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. X7 tərəfindən bir ədəd vərəqin üzərində müvafiq qeydlər aparıldıqdan sonra həmin vərəq iştirakçılar tərəfindən imzalanmış və qablaşdırılmış sintetik kisənin üzərinə yapışdırılmışdır. Tərxan Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs saxlanılması və üzərində baxış keçirilməsini əks etdirən CD diskə, sonra isə Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni gizlətdiyi “Köhnə Xəstəxananın” inzibati binasında keçirilən baxış və götürmənin əks edildiyi CD diskə baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş və “Köhnə Xəstəxanaın” inzibati binasının zirzəmisindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən 1 ay öncə Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsindən tapdığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir (cild 01, iş vər. 16-18). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27-28). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, predment aşkar edilməmişdir (cild 01, iş vər. 35-43). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X28 Bölməsinin 17/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 22,08 qram və 01(bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi – 2675,0 qram, ümumi təmiz çəkisi – 2697,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi – 2697,08 qram, tədqiqata sərf edildi- 0,10 qram (hər bir obyekt 0,05 qram.) Qalıq- 2696,98 qram (cild 01, iş vər.49-53). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus DİN elektron portal məlumatlarını əks etditən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2025-ci il tarixdə saat 10:50 dəqiqədə portaldan çıxarılmışdır (cild 01, iş vər. 73-76). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli yevlax Rayon Məhkəməsinin 4(039)-4/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti 4 (dörd) ay həddində müəyyən edilməklə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən hesablanmışdır (cild 01, iş vər. 89-92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Həmçinin Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 1(006)-348/2021 nömrəli Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin (cild 01, iş vər. 117- 122). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 7(001)-185/2022 nömrəli Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-348/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmaqla hazırda 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilsin. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılsın (cild 01, iş vər. 124-127). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 7(001)-400/2023 nömrəli Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 128-130). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.01.25-ci il tarixli “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixo-nevroloji dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 131). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin 128 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən dispanserdə qeydiyyatdadır (cild 01, iş vər. 132). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 5-9-1/2-70/2025 nömrəli məktubuna əlavə edilmiş aliə tərkibi, yaşayış yerinə dair arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmiş, ailə tərkibi anası-Əsli hüseynova, bacısı-Arzu (Gülnarə) Xudaverdiyeva, qardaşı-Rüstəm Hüseynov, oğlanları-Allahverdi Hüseynov, Elçin Hüseynov, Həmzə Hüseynovdan ibarətdir və o, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır (clid 01, iş vər. 137-140). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab “raport”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisində gizlədərək saxladığı tərkiblərinə görə eyni olan 2697,08 qram narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisində gizlədərək saxladığı tərkiblərinə görə eyni olan 2697,08 qram narkotik vasitə olan qurudulmuş marixuananı Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsindən, yabanı halda bitmiş çətənə kollarından yığaraq əldə etmişdir (cild 01, iş vər. 141). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin 268 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 167). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci li tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı xx.xx.2025-ci il tarixdə keçirilmiş “əməliyyat –axtarış tədbirlərinin keçirilməsinə”, “şübhəli şəxsin üstünün yoxlanılması haqqında”, “baxış keçirilməsi haqqında”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” və “şəxsi-axtarış və götürmə haqqında” protokollara əlavə edilmiş 03 ədəd CD disklər cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır (cild 01, iş vər. 168-179). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 35/2025/36 nömrəli Təqsirləndirilən şəxs məxsus X16 görünür ki, boyunun ön səthinin orta 1/3-nin kəsilmiş, qarının ön şöbəsinin orta 1/3-nin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası aşkar olunmuş, sorğu zamanı o, xx.xx.2025-ci il tarixində saxlandığı 45 saylı kamerada özünə xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “X17 və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Polis şöbəsində tibbi yoxlamadan keçirilərkən onda xəsarət aşkar edilməməşdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qəraradan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin əməkdaşları tərəfindən özünün və qardaşı X3 döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmaları, eləcədə özünün təzyiqlər altında törətdiyi cinayət əməlini etiraf etməyə məcbur etməsi barədə 11/233-C-24 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” Kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:10-da Yevlax rayon Polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X9 xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-1862/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işində tələb edilən sənədlər (izahat, akt, məlumat və xüsusi məlumat) yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 35/2025/36 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs boyunun ön səthinin orta 1/3-nin kəsilmiş, qarının ön şöbəsinin orta 1/3-nin kəsilmişdeşilmiş, daxilə nüfuz edən yarası aşkar olunmuşdur. Sorğu zamanı o, xx.xx.2025-ci il tarixində saxlandığı 45 saylı kamerada özünə xəsarət yetirdiyini bildirmişdir. Diaqnoz: Boyunun kəsilmiş, qarının ön şöbəsinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax RPŞ-nin 2025-ci il tarixli “X17 və X10 qeydiyyatı” kitabından çıxarışdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xəsarətlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin əməkdaşları tərəfindən özü və qardaşı X3 döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmaları, eləcə də Ruslan Allahverdiyevin təzyiqlər altında törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə təcridxanadan Baş Prokurorluğa daxil olmuş müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Yevlax RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri halları müəyyən edilmədiyindən 12 mart 2025-ci il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd olunmasına dair qərar qəbul edilmiş və bununla əlaqədar Ruslan və Rüstəm Hüseynovlara hüquqları izah olunmaqla müvafiq məlumatlar verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubla qoşma şəklində təqdim etdiyi məlumatlarda iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubvə ona qoşma şəklində təqdim etdiyi CD diskdə iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” Kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:10-da Yevlax rayon Polis şöbəsinə gətirilmiş, X3 Yevlax rayon Polis şöbəsinə gətirilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubvə ona qoşma şəklində təqdim etdiyi CD diskdə iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktub və ona qoşma şəklində təqdim etdiyi CD diskdə iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X21 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək olan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə saat 13:18-də narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri C.Mustafayev küçəsində, “Dəvəçi” qəbiristanlığının yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Orada həmin gün saat 13:18-dən 13:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisindəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 22,08 qram narkotik vasitə qurudulmuş marixunana, həmçinin Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 13:40-dan saat 13:53-dək olan müddət ərzində Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisinə keçirilən baxış zamanı oradan sarı rəngli sellofan torbada 01 ədəd sintetik kisənin içərisinə olan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi və üzərindən aşkar edilmiş qurudulmuş marixuna ilə eyni tərkibli olan 2675,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək 11 yanvar tarixində səhər saat 8-9 radələrində yatdığı yerdə polis əməkdaşları qanunsuz evə daxil olaraq onu və qardaşını saxlayaraq polis şöbəsinə apardıqlarını, polis şöbəsində əllərini və qollarını bağlayaraq döyməyə başlamalarını, ayağının altına dəyənəklə vurmalarını, polis əməkdaşları ilə razılaşmamasını, otağa əməliyyatçı Teymur daxil olaraq şkafı açıb narkotik vasitəsini göstərməsini, ya qardaşını, ya da narkotiki seçməli olduğunu, Temur bir torba narkotiki ona göstərib, bu torbadakı narkotik onun olduğunu deməsini, onun ona etiraz etməsini və polis əməkdaşları polis şöbəsində ona fiziki və psixi təzyiq göstərmələrini və təzyiq altında olduğu üçün narkotik vasitə qurudulmuş marixuana ilə bağlı etirafedici ifadələr alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Yevlax rayon Polis şöbəsinə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş şəxsi işin materiallarından sorğu verilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus “Məhkumun tibbi kitabçası”nın təsdiq edilmiş surəti elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs boyunun ön səthinin orta 1/3-nin kəsilmiş, qarının ön şöbəsinin orta 1/3-nin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası aşkar olunmuşdur. Sorğu zamanı o, xx.xx.2025-ci il tarixində saxlandığı 45 saylı kamerada özünə xəsarət yetirdiyini bildirmişdir. Həmçinin sorğu verilərək götürülmüş və məhkəmə iclasında tədqiq edilmiş “X17 və X10 Qeydiyyat” kitabının surətindən müəyyən edilmişdir ki, Yevlax RPŞ-nin MSY-nə daxil olduqdan sonra keçirilmiş müayinədə onun bədənində hər hansı bir xəsarət aşkar olunmamış və xəsarətlərin olması barədə qeydiyyat aparılmamışdır. Ümumiyyətlə cinayət işi materiallarında Təqsirləndirilən şəxs öz –özünə yetirdiyi xəsarətlər istisna olmaqla onun üzərində başqa xəsarət izlərinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs və müdafiəçisi polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalıb-qalmaması, eləcə də özünün təzyiqlər altında törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilib-edilməməsi ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş Xəstəxananın acil şöbəsinə daxil olması, ona zəruri tibbi yardımlar göstərilməklə cərrahi əməliyyatın icra edilməsi, Təqsirləndirilən şəxs xəstəxanaya daxil olarkən iti alətlə özü-özünə xəsarət yetirdiyini bildirməsi, həmçinin xx.xx.2025-ci il tarixli 83/25 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində nazik və çənbər bağırsağın zədələnməsi, daxili qanaxma ilə müşayət olunan qarının ön divarının kəsilmiş yarası xəsarətlərinin aşkar edilməsi, bu xəsarətin iti kənarlı alətin (əşyanın) təsirindən əmələ gəlməsi, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlməsi və ilk məlumatda göstərilən şəraitdə törənməsinin mümkünlüyü müəyyən edilmiş və dindirilmiş şəxslərin izahatları, həmçinin araşdırma zamanı keçirilmiş ekspertiza rəylərinə əsasən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması, habelə özünün təzyiqlər altında törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilmə faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində özü-özünə yetirdiyi ağır xəsarətdən başqa hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Bundan başqa müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanılma vaxtını və yerini mübahisələndirərək polis əməkdaşlarının Təqsirləndirilən şəxs və qardaşı Rüstəm Hüseynov ilə birlikdə səhər saat 8-9 radələrində evdə saxlanılaraq polis şöbəsinə aparıldıqlarını iddia etmiş və həmin halın təsdiqi kimi qohumlarının və qonşularının şahid olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə istintaqında əlavə şahid X24 ifadəsində polis əməkdaşlarının 10 radələrində gəlmələrini, evdən çıxıb çörək almağa getdiyin, səhər yeməyindən sonra çörək almağa getdiyini, polis əməkdaşlarını çörək alıb qayıdan zaman gördüyünü göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid X23 ifadəsində səhər saat 9-10 radələrində evdə çay dəmləyən zaman polis əməkdaşlarının evə daxil olduqlarını, bundan sonra iki nəfər mülki geyimli şəxs Ruslanın qolundan yapışaraq onu və bir nəfər şəxsin isə Ruslanın paltarlarını aparmalarını, iki nəfər polis əməkdaşı evə qalxıb Rüstəmi tutduqlarını və Rüstəmin üzərində paltar olduğunu, lakin Ruslanın paltarları polisin qucağında olduğunu bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində Ruslangilin həyətdə səsküy olduğundan onların həyətinə daxil olduğunu, həmin vaxt Ruslanın anasının qışqıraraq “Qoyun uşaqlar paltarlarını geyinsin, yataq paltarında hara aparırsız?” dediyini və anası əlində paltar gətirərkən bir nəfər mülki geyimli şəxs onun sinəsindən itələməsini, təxminən saat səhər 9-10 radələri olmasını, o, həyətə daxil olan vaxt Ruslan və qardaşının yataq paltarında olmasını bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid X8 ifadəsində polis əməkdaşlarının qardaşı ilə onu səhər saat 10-11 radələrində polis şöbəsinə eyni vaxta aparıldığını bildirmişdir. Qeyd olunan ifadələrlə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müdafiə tərəfinin iddia etdiyi hallarla bağlı məhkəmə istintaqında əlavə şahid qismində dinirilmiş X12, X3, X4 və X13 ifadələri həm ayrı-ayrılıqda, həm də cinayət işi materialları ilə ziddiyyət təşkil etdiyindən, onların ifadələrində əks olunmuş məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut sayılmır və qəbul olunmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respubliası Daxili İşlər Nazirliyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” Kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:10-da Yevlax rayon Polis şöbəsinə gətirilmiş, X3 Yevlax rayon Polis şöbəsinə gətirilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə kollegiyası iş üzrə əlavə şahidlər X23, X8, X11 və X24 məhkəmə istintaqında verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə əlavə şahidlər X23, X8, X11 və X24 ilə Təqsirləndirilən şəxs yaxın qohumluq və qonşuluq əlaqəsinin olması, yəni təqsirləndirilən şəxsin qonşusu, anası, qardaşı və bacısı qızı olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Göründüyü kimi şahidlər X1 X6 Rəfiqə Xudaverdi qızı və X24 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş CD diskə baxış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vsatəyə bənzər bitkinin narkotik vasitə olmadığını, aşkar edilmiş bitki tərkibli kütlənin kəklik otu bitkisi olduğunu bildirmiş və iddia etdiyi hallı 15 yaşından narkotik vasitə olan marixuanadan istifadə etməsi ilə əsaslandırmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Narkoloji Dispanserdə X22 Tibbi yoxlama zamanı narkotik vasitə olan marixuanadan 15 yaşından istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X28 Bölməsinin 17/23 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi yerdən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 22,08 qram və 01(bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi – 2675,0 qram, ümumi təmiz çəkisi – 2697,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları, həmiçinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Habelə məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus DİN elektron portal məlumatlarını əks etditən çıxarışın 11 yanvar 2025-ci il tarixdə saat 10:50 dəqiqədə portaldan çıxarılması həmin saatda Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilinə daxil olmuş əməliyyat məlumatı üzrə yoxlamanın aparılması və şübhə olunan şəxsin şəxsiyyətin müəyyənləşdirilməsinin başa çatması faktını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra həm qanunvericiliyə, həm də DİN –nin qaydalarına uyğun olaraq əməliyyat müvəkkili tərəfindən şübhə edilən şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarın qəbul edilmiş, raportla rəhbərliyə müraciət edilmiş, sonra, rəhbərlik tərəfindən əməliyyat qrup yaradılmış və Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirildikdən sonra əməliyyat qrupu onun olduğu yerə getmişdir. Prosessual hərəkət keçirilməzdən əvvəl müvafiq tədbirlər təmin olunduğundan şəxsin saxlanılmasının və üzərin yoxlanılmasının bir müddət sonra keçirilməsi ağlabatandır və bu kimi hallar keçirilmiş əməliyyat-axtarış tədbirinin şəffaflığına təsir edə bilməz. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananın 22,08 qram hissəsini üzərində, 2675,0 qram hissəsini isə Yevlax şəhəri C.Mustafayev küçəsində yerləşən “Köhnə Xəstəxananın” istifadə edilməyən binasının zirzəmisində gizlədərək saxlamış və əməliyyat axtarış tədbirləri nəticəsində külli miqdarda 2697,08 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsi sadə residiv təşkil etdiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən əməllər cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2696,98 qram miqdarında narkotik vasitəqurudulmuş marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2696,98 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar