Məhkəmə qərarları › İş №1(091)-173/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-173/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-173/2021 30.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 154-də qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməndə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saat 01:00 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrində idarə etdiyi Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gürcüstan sərhədi istiqamətində 90-100 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin – ötmə və ya yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır kimi tələblərini pozaraq qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ötən zaman sağa manevr edərək Wolksvagen Crafter markalı avtomobili ZİL-133 markalı avtomobilin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Volksvagen Crafter markalı avtomobildə olan sərnişinlər X9 açıq kəllə-beyin travması, alın sümüyünün çoxqəlpəli sınığı, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, beynin sərt qişasının cırılması, başın yumşaq qatının iç səthinə, alın nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, burun sümüyünün, üzün sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, alın nahiyəsinin yarası, sağ budun orta 1/3-nin ön səthinin yarası, sağ diz oynağının ön səthinin yarası, üzün sol nahiyyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, X7 qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sol gicgah nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, sol gicgah nahiyəsinin, qaşarası nahiyənin, alt dodağın yaraları, alnın sağ nahiyəsinin, sağ əlin üst səthinin, sağ dizaltı nahiyənin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 alnın sağ nahiyəsinin yarası, sağ qaşın bayır ucu nahiyəsinin yarası xəsarətləri yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs2 11570 (on bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 1757 (min yeddi yüz əlli yeddi) manat məbləğində ziyan vurmaqla ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə və iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Güloğlana məxsusdur, avtomobili etibarnamə ilə idarə edir. 18 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən sərnişin götürüb Gəncə şəhərinə yola düşmüşdür. Saat təxminən 01 radələridə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində təxminən 90-100 km/s sürətlə sol zolaqla hərəkət etmiş, ondan sağ tərəfdə sağ zolaqla isə Zil markalı yük avtomobili hərəkət etmişdir. O həmin yük avtomobilini ötüb keçmək istəyərkən ondan arxada gələn avtomobil uzaq işıqlarını bir neçə dəfə yandırıb-söndürərək ondan yol istəmiş, o həmin avtomobilin davamlı olaraq uzaq işıqlarını yandırıbsöndürdüyünü görüb ona yol vermək üçün sağ zolağa istiqamətlənmişdir. Bu zaman ondan irəlidə hərəkət edən Zil markalı yük avtomobili əyləci basdığı üçün o sükanı sola burmuş, buna baxmayaraq avtomobilinin qabaq sağ qanadı və sağ yan hissəsi Zil markalı yük avtomobilinin arxa sol tin hissəsi ilə toqquşmuşdu. Avtomobil bir qədər irəli hərəkət edib yolun hərəkət hissəsində dayanmış, Zil markalı yük avtomobili isə irəliyə gedib yolun sağ tərəfində dayanmışdır. Hadisə nəticəsində avtomobildə qabaq oturacaqda oturan sərnişinlərdən biri hadisə yerində rəhmətə getmiş, digəri isə ağır dərəcədə yaralanmış, lakin sonradan həmin şəxs də vəfat etmişdir. Hazırda ailəli olmasını, himayəsində iki azyaşlıuşağının olmasını, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışdığını, onların ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Lökbatan dairəsi adlanan ərazidə mikroavtobusa əyləşib Ağdaş rayonuna yola düşmüşdür. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət edirmişlər. Saat təxminən 01 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Gürcüstan sərhədi istiqamətində hərəkət edərkən Ağdaş rayonunun ərazisində bir anlıq güclü zərbə ilə mikroavobus başqa avtomobilə çırpılmış, nəticədə o başından və sinəsindən xəsarət almışdır. Avtomobildən düşəndə görmüşdür ki, onların mikroavtobusu qarşıda hərəkət edən yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə yerinə gəlmiş təcili-tibbi yardım avtomobili ilə onu Göyçay Rayon Xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində mikroavtobusda olan iki nəfər sərnişin dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmmuş, 18 mart 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmişdir. Saat təxminən 01 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində təxminən 60 km/s sürətlə hərəkət etmişdir. Bu zaman qarşıda yolun sağ zolağı ilə asta sürətlə qəza işıqları yanılı vəziyyətdə olan Shagman markalı avtomobilin hərəkət etdiyini görmüşdür. O, bunu görüb ayağını qazdan götürüb sürətini azaltmış, bu zaman ani vəziyyətdə arxadan gələn sərnişin mikroavtobusu onun avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. O, avtomobili saxlayıb yerə düşüb mikroavtobusa yaxınlaşmış, orada qabaq oturacaqda əyləşən sərnişinlərdən birinin öldüyünü, digərinin isə ağır yaralandığını görmüşdür. Yaralanmış şəxsi xəstəxayana yola salmışlar. Özü isə hadisə nəticəsində heç bir xəsarət almamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ağır yaralıolan şəxs də vəfat etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, etibarnamə ilə həmin avtomobili idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. 18 mart 2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisində ona məxsus, lakin həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə ona maddi ziyan dəymişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 göstərmişdir ki, mərhum Fuad Verdiyev onun əri olmuşdur. Fuadla 5 ilə yaxındır ki, ailə qurmuşlar. O Türkiyə Respublikasının vətəndaşı idi. Birlikdə Türkiyə Respublikasında yaşayırmışlar. Lakin hadisədən təxminən 6 ay əvvəl o, övladı ilə birlikdə Gəncə şəhərinə gəlmiş, Fuad isə Türkiyədə qalmışdır. 17 mart 2021-ci il tarixdə Fuad Türkiyədən Bakı şəhərinə gəlmiş və oradan da mikroavtobusla Gəncə şəhərinə yola düşmüşdür. 18 mart 2021-ci il tarixdə gecə saatlarında məlumat gəlmişdir ki, Fuad Ağdaş rayonu ərazisində yol qəzasına düşüb və onu Ağdaş xəstəxanasına aparıblar. Sonradan ona məlum olmuşdur ki, o, avtoqəza nəticəsində rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X10 göstərmişdir ki, mərhum Coşqun Babayev onun oğlu olmuşdur. Rəhmətə getməzdən əvvəl Müdafiə Nazirliyinin 708 saylı Hərbi Hissənin taborunda baş atıcısı kimi xidmət etmişdir. 18 mart 2021-ci il tarixdə gecə saatlarında Coşqun Bakı şəhərindən Goranboy rayonuna gəlirmiş. Yolda olarkən onunla bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Gecə saatlarında məlumat gəlmişdir ki, Coşqun Ağdaş rayonu ərazisində yol qəzasına düşmüş və Göyçay Rayon Xəstəxanasına aparılmışdır. Qohumları Göyçay Rayon Xəstəxanasına getmişlər və məlum olmuşdur ki, o, avtoqəza nəticəsində rəhmətə getmişdir. X10 əvvəlki proseslərdə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəza təyin edilməsini və barışmaq üçün oğlunun dəfninə çəkdiyi 11000 manat pulun verilməsini tələb etsə də, sonrakı məhkəmə proseslərində notarial qaydada təsdiq olunmuş ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, habelə ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 18 mart 2021-ci il tarixdə idarə etdiyi Hovo markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində mişar daşı yükləyib Zaqatala rayonuna yola düşmüş, saat təxminən 01 radələridə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi ilə Gürcüstan sərhədi istiqamətində hərəkət etmişdir. Onlarla hərəkət edən digər avtomobillərdən birinin təkəri partladığı üçün avtomobili yolun sağ kənarında yol çiynində saxlamışdır. Təxminən 1 saata yaxın müddətdə yolun kənarında olub təkərin dəyişilməsinə köməklik etmişdir. Bir müddət sonra onlardan təxminən 500 metr arxada yol-nəqliyyat hadisəsinin baş verməsini bilmişdir. Lakin onlar hadisə yerinə yaxınlaşmamış və hadisənin necə baş verməsini görməmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 256-cı kilometrliyidir. Protokola hadisə yerində çəkilmiş şəkillər və sxem əlavə olunmuşdur (cild 01, iş vər. 7-17). Cinayət işinin materiallarında olan 18.03.2021-ci il tarixli 37 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 19). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 27.03.2021-ci il tarixli 12 nömrəli rəydən görünür ki, X8 meyitində aşkar olunan xəsarətlər – açıq kəlləbeyin travması, alın sümüyünün çoxqəlpəli sınığı, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, beynin sərt qişasının cırılması, başın yumşaq qatının iç səthinə, alın nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, burun sümüyünün, üzün sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı sınığı, alın nahiyəsinin yarası, sağ budun orta 1/3-nin ön səthinin yarası, sağ diz oynağının ön səthinin yarası, üzün sol nahiyyəsinin sıyrıqları, küt alət təsirindən təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X8 ölümünə səbəb açıq kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, alın sümüyünün çoxqəlpəli sınığı olmuşdur. X8 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X8 ölümü meyitin müayinəsindən ən azı 8 ən çoxu 12 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 52-55). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 27.03.2021-ci il tarixli 12 nömrəli rəydən görünür ki, 27.03.2021-ci il tarixli 13 nömrəli rəydən görünür ki, X5 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə-beyin travması, beynin maddəsinə, beyin sərt qişası altına, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə, sol gicgah nahiyəsində qansızma, sol gicgah əzələsinə qansızmalar, sol gicgah nahiyəsinin, qaşarası nahiyənin, alt dodağın yaraları, alnın sağ nahiyəsinin, sağ əlin üst səthinin, sağ dizaltı nahiyənin sıyrıqları, küt alət təsirindən təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. X5 ölümünə səbəb qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur. X5 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. X5 ölümü meyitin müayinəsindən ən azı 10 ən çoxu 14 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 48-51). Cinayət işinin materiallarında olan ziyan aktlarından görünür ki, hadisə nəticəsində Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11570 (on bir min beş yüz yetmiş) manat məbləğində, ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1757 (min yeddi yüz əlli yeddi) manat məbləğində maddi ziyan dəymişdir (cild 01, iş vər. 57-58). Cinayət işinin materiallarında olan DİN BDYPİ-nin Qİİ-dən alınmış 07.04.2021-ci il tarixli 016-38653-1221 saylı məktubdan görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 21.07.2014-cü il tarixdə (21.07.2024-cü il tarixədək müddətə etibarlı olan) AE seriyalı 109287 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilənlərin siyahısında yoxdur (cild 01, iş vər. 63). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasnın 16.06.2021-ci il tarixli 177 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - alnın sağ nahiyəsinin yarası, sağ qaşın bayır ucu nahiyəsinin yarası, küt alət təsirindən törənmiş, törənmə müddətləri 18.03.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər (cild 01, iş vər. 217- 218). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 8/836 №-li rəydən görünür ki, Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01, iş vər. 108-109). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Himayəsində 2017 və 2018-ci il təvəllüdlü olmaqla iki azyaşlıuşağı vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 121-126). Cinayət işinin materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri - X11 və X10 ayrı-ayrılıqda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 46). Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Ona görə də, məhkəmə kollegiyası törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən kifayət qədər cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03.07.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 158-159) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın başlanğıcı hökm elan olunduğu vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Habelə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı və Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan ZİL-133 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı və Wolksvagen Crafter markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar