Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-173/2022 13.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1993-cü ildə Balakən rayonunun Xalatala kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonunun Xalatala kəndində qeydiyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2016-cı ildə Rusiya Federasiyasının Rostov şəhərində tanımadığı şəxsin ona verdiyi təxminən 300 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Balakən rayonu Xalatala kəndində yerləşən yaşadığı evinə gətirərək gizlətmiş, yaşadığı evdə gizlətdiyi həmin toxumlardan 25 ədədini qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə 07 may 2022-ci il tarixdə 2 ədəd dəmir dibçəklərə əkib Xalatala kəndində yaşadığı evin həyətyanı torpaq sahəsindəki kiçik ölçülü istixanaya qoymuş, əkdiyi toxumlardan cücərərək bitmiş hündürlükləri 3 sm-dən 15 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 0,92 qram olan əkilib-becərilməsi qadağan olunmuş 20 (iyirmi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərini diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 27 may 2022-ci il tarixdə saat 0710-dan 0820-dək olan müddət ərzində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Balakən rayonu Xalatala kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həyətdəki kiçik ölçülü istixananın içərisinə qoyduğu 02 ədəd dəmir dibçəklərdə əkib qulluq göstərib yetişdirərək kultivasiya etdiyi həmin 20 (iyirmi) ədəd hündürlükləri 3 sm-dən 15 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 0,92 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə işləməyə getdiyi Rusiya Federasiyasının Rostov şəhərindən yaşadığı Balakən rayonuna geri qayıdarkən həmin vaxt tanımadığı şəxsdən aldığı narkotik tərkibli çətənə toxumlarını da özü ilə gətirmiş, 07 may 2022-ci il tarixdə həmin toxumlardan 25 ədədini götürüb 2 ədəd dəmir dibçəklərə torpaq töküb həmin toxumları dibçəklərə səpmişdir. Narkotik toxumlarını əkdiyi həmin dibçəkləri də həyətyanı sahəsində olan kiçik istixananın altında saxlamış, toxumlardan 20 ədədi cücərmişdir. Əkdiyi narkotik bitkilərini suvarmaqla diblərini alaq otlarından təmizləyib bitkilərə qulluq etmişdir. xx.xx.2022-ci il tarixdə səhər tezdən yaşadığı evdə olduğu zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı Xalatala kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da baxışa etirazının olmadığını bildirərək bu barədə ərizə verdikdən sonra polis əməkdaşlarının və mütəxəssis kimi dəvət edilmiş aqronomun iştirakı ilə yaşadığı evə baxış keçirilərkən həyətyanı torpaq sahəsindəki istixanada saxladığı 2 ədəd dəmir dibçəkdə əkib-becərdiyi 20 ədəd narkotik bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Hündürlükləri 3 sm-dən 15 sm-dək olan bitkilərə baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüş, daha sonra yaşadığı evdə çarpayının altında gizlədib saxladığı bir ədəd sellofan torbada olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını polis əməkdaşlarına təqdim etmişdir. Cəmi 256 ədəd olan bitki toxumları da polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonu Xalatala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid3 ilə birlikdə həmin tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Xalatala kəndindəki evinə getmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədəki kiçik ölçülü istixanada olan 2 ədəd dəmir dibçəklərdə əkib-becərdiyi, hündürlükləri 3 sm-dən 125 sm-dək olan 20 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini təqdim etmişdir. Şitillərə baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüş, baxışda iştirak edən aqronom Şahid3 aşkar edilmiş 20 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağındakı çarpayının döşəyinin altından 1 ədəd sellofan torbada narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin toxumlarını çıxardıb təqdim etmiş, həmin 256 ədəd bitki toxumları da təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X3 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 oğlu və mütəxəssis aqronom Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 27 may 2022-ci il tarixli 17/439 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 20 (iyirmi) ədəd, hündürlükləri 3 sm-dən 15 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri - 0,92 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom-mütəxəssis Şahid3 tərəfindən verilmiş 27 may 2022-ci il tarixli aqronom rəyinə əsasən tədqiqata təqdim olunmuş 20 (iyirmi) ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi – 3,17 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0710-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Xalatala kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Balakən rayonu Xalatala kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsi, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev duqstaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 27 may 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzrədə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri 0,92 qram olan 20 (iyirmi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və ümumi təmiz çəkisi 3,17 qram olan 256 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkiləri 0,92 qram olan 20 (iyirmi) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və ümumi təmiz çəkisi 3,17 qram olan 256 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-173/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-173/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver