Məhkəmə qərarları › İş №1(091)-173/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-173/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-173/2023 11.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri X6 və X3 iştirakları ilə, xx xxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 2004-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm üzrə təyin olunmuş cəzanın çəkilməmiş 01 il 03 ay 02 günü Mingəçevir Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə 07 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, qeyd olunan cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı 02 gün müddət həmin cəzadan çıxılmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 182.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib, əldə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında tanıdıqları, xx xxxxx 2005-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli evin yaxınlığında görüb, sonuncuya məxsus əmlakı əldə etmək məqsədi ilə ona yaxınlaşaraq, birlikdə gəzməyi təklif etmiş, Zərərçəkmiş şəxs onlara qoşulduqdan sonra hər üçü birlikdə onların yaşadıqları Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, 4 nömrəli evin yerləşdiyi istiqamətə doğru piyada gedərkən, o, Zərərçəkmiş şəxs istifadəsində olan 160 (yüz altmış) manat dəyərində olan «Redmi Note 9» markalı mobil telefonu baxmaq adı ilə Zərərçəkmiş şəxs aldıqdan sonra, pula ehtiyacının olduğunu və bu səbəbdən də həmin mobil telefonu satacağını sonuncuya bildirmiş, daha sonra gəzə-gəzə yaşadıqları Mingəçevir şəhəri, Xan Şuşinski küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə çatıb, hər üçü evin həyətinə keçdikdən sonra, həyətdə yerləşən yarımçıq tikiliyə daxil olaraq orada qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-ziynət əşyası və ya pul götürüb, onlara gətirməsini tələb edərək, əks təqdirdə ondan aldıqları mobil telefonunu geri qaytarmayacağını bildirmiş, Zərərçəkmiş şəxs qızıl-ziynət əşyası və ya pul verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs1 etdiyi hədənin təsirini gücləndirmək məqsədi ilə, yarımçıq tikilidə yerdə olan, istintaqa məlum olmayan bıçağı götürərək, həmin bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyib, yaşadığı mənzildən qızıl-ziynət əşyası və ya pul gətirib onlara verməsini bıçağın təsiri ilə və bununla da şəxsiyyəti üzərində zor göstərməklə tələb etməyə davam etmiş, artıq bıçağın real tətbiq edilməsindən çəkinən və bu hədəni real qəbul edən Zərərçəkmiş şəxs onlara qızıl-ziynət əşyası gətirib verəcəyinə söz vermiş, ancaq o, qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs vədinə sadiq qalmayacağından ehtiyat edərək, onlara qızıl-ziynət əşyası və ya pul verməyəcəyi təqdirdə ünvanına söyüş söyməsini tələb etdikdən sonra onların hədələrindən qorxan Zərərçəkmiş şəxs, evdən gətirməyə söz verdiyi qızıl-ziynət əşyası və ya pulu verməyəcəyi halda öz ünvanına söyüş söymüş, bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs1 qızılziynət əşyası və ya pul verməyəcəyi təqdirdə verdiyi sözə əməl etmədiyini və bununla bağlı öz ünvanına söydüyü söyüşü üzərinə götürməsini həmyaşıdları arasında yayacağını Zərərçəkmiş şəxs deyib, qızıl-ziynət əşyası gətirib onlara vermək barədə sonuncunun razılığını aldıqdan sonra, o, bir qədər əvvəl alıb özündə saxladığı 160 (yüz altmış) manat dəyərində olan «Redmi Note 9» markalı mobil telefonu Zərərçəkmiş şəxs qaytarıb, barəsində rüsvayedici məlumatlar yayacağı ilə Zərərçəkmiş şəxs hədələyib, 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli evin 16 nömrəli mənzilindən 1440 (min dörd yüz qırx) manat dəyərində, 18 qram çəkidə özünə məxsus qızıl boyunbağının valideynlərindən xəbərsiz şəkildə götürülərək 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli yaşayış binasının qarşısında gətirilib, ona və qardaşı Təqsirləndirilən şəxs1 çatdırılmasına nail olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edib, sonuncuya məxsus 1440 (min dörd yüz qırx) manat dəyərində, 18 qram çəkidə qızıl boyunbağını əldə etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib, əldə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən hər ikisi birlikdə 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında tanıdıqları, xx xxxxx 2005-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli evin yaxınlığında görüb, sonuncuya məxsus əmlakı əldə etmək məqsədi ilə ona yaxınlaşaraq, birlikdə gəzməyi təklif etmiş, Zərərçəkmiş şəxs onlara qoşulduqdan sonra hər üçü birlikdə onların yaşadıqları Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, 4 nömrəli evin yerləşdiyi istiqamətə doğru piyada gedərkən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs istifadəsində olan 160 (yüz altmış) manat dəyərində olan «Redmi Note 9» markalı mobil telefonu baxmaq adı ilə Zərərçəkmiş şəxs aldıqdan sonra, pula ehtiyacının olduğunu və bu səbəbdən də həmin mobil telefonu satacağını sonuncuya bildirmiş, daha sonra gəzə-gəzə yaşadıqları Mingəçevir şəhəri, Xan Şuşinski küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinə çatıb, hər üçü evin həyətinə keçdikdən sonra, həyətdə yerləşən yarımçıq tikiliyə daxil olaraq orada qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evdən qızılziynət əşyası və ya pul götürüb, onlara gətirməsini tələb edərək, əks təqdirdə ondan aldıqları mobil telefonunu geri qaytarmayacağını bildirmiş, Zərərçəkmiş şəxs qızıl-ziynət əşyası və ya pul verməkdən imtina etdikdə o, etdiyi hədənin təsirini gücləndirmək məqsədi ilə, yarımçıq tikilidə yerdə olan, istintaqa məlum olmayan bıçağı götürərək, həmin bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyib, yaşadığı mənzildən qızıl-ziynət əşyası və ya pul gətirib onlara verməsini bıçağın təsiri ilə və bununla da şəxsiyyəti üzərində zor göstərməklə tələb etməyə davam etmiş, artıq bıçağın real tətbiq edilməsindən çəkinən və bu hədəni real qəbul edən Zərərçəkmiş şəxs onlara qızıl-ziynət əşyası gətirib verəcəyinə söz vermiş, ancaq o, qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs vədinə sadiq qalmayacağından ehtiyat edərək, onlara qızıl-ziynət əşyası və ya pul verməyəcəyi təqdirdə ünvanına söyüş söyməsini tələb etdikdən sonra onların hədələrindən qorxan Zərərçəkmiş şəxs, evdən gətirməyə söz verdiyi qızıl-ziynət əşyası və ya pulu verməyəcəyi halda öz ünvanına söyüş söymüş, bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs2 qızılziynət əşyası və ya pul verməyəcəyi təqdirdə verdiyi sözə əməl etmədiyini və bununla bağlı öz ünvanına söydüyü söyüşü üzərinə götürməsini həmyaşıdları arasında yayacağını Zərərçəkmiş şəxs deyib, qızıl-ziynət əşyası gətirib onlara vermək barədə sonuncunun razılığını aldıqdan sonra, Təqsirləndirilən şəxs2 bir qədər əvvəl alıb özündə saxladığı 160 (yüz altmış) manat dəyərində olan «Redmi Note 9» markalı mobil telefonu Zərərçəkmiş şəxs qaytarıb, barəsində rüsvayedici məlumatlar yayacağı ilə Zərərçəkmiş şəxs hədələyib, 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli evin 16 nömrəli mənzilindən 1440 (min dörd yüz qırx) manat dəyərində, 18 qram çəkidə özünə məxsus qızıl boyunbağının valideynlərindən xəbərsiz şəkildə götürülərək 13 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 7A nömrəli yaşayış binasının qarşısında gətirilib, ona və qardaşı Təqsirləndirilən şəxs2 çatdırılmasına nail olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edib, sonuncuya məxsus 1440 (min dörd yüz qırx) manat dəyərində, 18 qram çəkidə qızıl boyunbağını əldə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 182.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Mingəçevir şəhərində qonşu kimi yaşadığı müddətdə tanımışdır. 13 oktyabr 2022-ci il tarixdə yaşadıqları evin yaxınlığında olarkən qardaşı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq dostu Zərərçəkmiş şəxs qohumlarından qızıl boyunbağının qaldığını, həmin boyunbağını satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün qeyd olunan boyunbağını sata bilmədiyini demiş və bundan sonra birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmişlər. Orada olan zaman Zərərçəkmiş şəxs qızıl boyunbağını göstərərək həmin boyunbağının babasından qaldığını, satmaq istədiyini, şəxsiyyət vəsiqəsi olmadığı üçün sata bilmədiyini və qeyd olunan qızıl boyunbağını satmaq istəməsi barədə valideynlərinin də məlumatının olduğunu ona bildirmiş, Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs qızıl boyunbağını satmaq istəməsindən valideynlərinin məlumatının olduğunu deyib bunu təsdiq etmişdir. Bu zaman o, həmin qızıl boyunbağını satdıqdan sonra valideynlərinin buna narazılıq etməyəcəyini Emir Mirzəyevdən soruşmuş, sonuncu isə valideynlərinin bu barədə məlumatının olduğunu demişdir. O, əvvəlcə Zərərçəkmiş şəxs qızıl boyunbağını satmamağı, yəni həmin boyunbağını girov qoyaraq borc qismində pul götürməyi təklif etmiş, sonuncu isə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs birlikdə sonuncunun yaşadıqları evin həyətinə getmişlər və orada olan zaman qızıl boyunbağını səhəri gün satmaqla bağlı razılaşmışlar. Səhəri gün Zərərçəkmiş şəxs onların yaşadıqları evə gəlmiş və birlikdə Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazarın yaxınlığındakı binanın alt hissəsində yerləşən qızıl-ziynət əşyalarının satıldığı mağazaya getmişlər. Orada olan zaman Zərərçəkmiş şəxs mağazanın kənarında dayanıb gözləmiş, o və Təqsirləndirilən şəxs1 birlikdə qızıl mağazasına daxil olmuşlar. Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini təqdim edərək Zərərçəkmiş şəxs verdiyi qızıl boyunbağını satmaq istədiyini satıcıya bildirmiş, satıcı isə Təqsirləndirilən şəxs1 18 yaşının yeni tamam olduğunu görüb yaşca daha böyük bir nəfər şəxsin gəlib qızıl boyunbağının alğı-satqısında iştirak etməsini sonuncuya bildirmişdir. Bundan sonra onlar birlikdə Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazara gedərək əvvəlcədən tanıdıqları Şahid4 qızıl boyunbağını satmaq istədiklərini, lakin mağazada işləyən şəxsin həmin qızıl boyunbağını Təqsirləndirilən şəxs1 yaşının az olması səbəbindən sonuncudan almaq istəmədiyini bildirmişlər və Şahid4 birlikdə mağazaya gedib qızıl mağazasında işləyən şəxsə onları tanıdığını bildirməsini xahiş etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Şahid4 birlikdə həmin qızıl mağazasına getmişlər və orada Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini təqdim edərək qızıl boyunbağını təxminən 900 manat məbləğində pulun müqabilində satmışdır. Təqsirləndirilən şəxs1 qızıl boyunbağını satıb pulu əldə edərək bayıra çıxmış və əldə etdiyi pulu Zərərçəkmiş şəxslə bölmüşlər. O, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evin həyətində yerləşən yarımçıq tikiliyə daxil olmamışlar və Zərərçəkmiş şəxs mütəmadi olaraq onların yaşadıqları evin həyətində olduğu üçün həyətdə olan əşyaların yerini dəqiq bilmişdir. O, qardaşı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evin giriş darvazasının qarşısında söhbət etmişlər, həmin vaxt o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs hər hansı zor tətbiq etməmişlər, Zərərçəkmiş şəxs hər hansı bıçaq və ya digər silah qismində istifadə edilən əşya ilə hədələməmişlər, sonuncudan hər hansı məbləğdə pulu, habelə mobil telefonu satıb əldə olunan pulu və ya qızıl-ziynət əşyasını onlara verməsini tələb etməmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxslə pulla bağlı söhbət etməsindən məlumatı olmamış və o, Zərərçəkmiş şəxs hər hansı məqsədlə pul istəməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 182.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Mingəçevir şəhərində qonşu kimi yaşadığı müddətdə tanımışdır. 13 oktyabr 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində olan zaman sonuncunu yaşadığı evin yaxınlığında görüb yaxınlaşmışlar və söhbət zamanı sonuncudan köməklik etməsini xahiş etmişlər. Daha sonra Zərərçəkmiş şəxs istifadə etmək üçün aldığı saatı geri qaytarmaq məqsədilə sonuncunun yaşadığı Mingəçevir şəhəri, Xan Şuşinski küçəsində yerləşən evin giriş qapısının yaxınlığına getmişlər və orada söhbət edərkən Zərərçəkmiş şəxs ona pul verməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. Təxminən 3-4 saat sonra Zərərçəkmiş şəxs onların yaşadıqları evə gələrək pul tapa bilmədiyini demiş və cibindən qızıl boyunbağını çıxarıb həmin qızıl boyunbağını satıb əldə olunan pulun bir hissəsini onlara verə biləcəyini, bir hissəsini isə özü götürəcəyini onlara demişdir. Bundan sonra o, qardaşı Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığındakı binanın qeyri-yaşayış hissəsində yerləşən qızıl-ziynət əşyalarının satıldığı mağazaya getmişlər və mağazanın qarşısında Zərərçəkmiş şəxs cibindən qızıl boyunbağını çıxarıb Təqsirləndirilən şəxs2 verərək satmasını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs birlikdə Şahid3 işlədiyi qızıl-ziynət əşyalarının satıldığı mağazaya daxil olmuşlar. Orada olan zaman o, özünə məxsus şəxsiyyət vəsiqəsini Şahid3 təqdim etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs verdiyi qızıl boyunbağını Şahid3 təqdim edib özlərinə məxsus olduğunu bildirərək həmin qızıl boyunbağını təxminən 800-900 manat məbləğində pulun qarşılığında Şahid3 satmışlar və bundan sonra əldə etdikləri puldan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 140 manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs həmin pulun az olduğunu bildirərək əlavə pul vermələrini bildirmiş, Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs əlavə olaraq 40 manat məbləğində pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 qızıl boyunbağını satıb əldə etdikləri pulu xərcləmələrinin problem yaradıbyaratmayacağını Zərərçəkmiş şəxs soruşub, problem yaranacağı halda pulları xərcləmədən geri qaytarmalarını sonuncuya təklif etmiş, Zərərçəkmiş şəxs isə qızıl boyunbağının özünə məxsus olduğunu və bu səbəbdən də heç bir problem yaranmayacağını demişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs həmin qızıl boyunbağını satıb verdiyi pulu borc olaraq qəbul etmiş və qeyd olunan pulu sonradan sonuncuya qaytarmağı düşünmüşdür. Bundan təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs nənəsi və babası onların yaşadıqları evə gələrək Zərərçəkmiş şəxs qızıl-ziynət əşyasını evdən valideynindən xəbərsiz götürüb onlarla birlikdə satıb xərclədiyini demiş və həmin qızıl boyunbağının qaytarılmasında köməklik göstərmələrini xahiş etmişlər. Bu zaman onun anası da Zərərçəkmiş şəxs nənəsi və babasına tezliklə qızıl boyunbağını alıb qaytaracaqlarını bildirmişlər, lakin sonradan Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etdiyi üçün onlar qızıl boyunbağını alıb geri qaytara bilməmişlər. O, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evin həyətində yerləşən yarmçıq tikiliyə daxil olmamışlar və Zərərçəkmiş şəxs mütəmadi olaraq onların yaşadıqları evin həyətində olduğu üçün həyətdə olan əşyaların yerini dəqiq bilmişdir. O, qardaşı Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs birlikdə yaşadıqları evin giriş darvazasının qarşısında söhbət etmişlər, həmin vaxt o və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hər hansı zor tətbiq etməmişlər, Zərərçəkmiş şəxs hər hansı bıçaq və ya digər silah qismində istifadə edilən əşya ilə hədələməmişlər, sonuncudan hər hansı məbləğdə pulu, habelə mobil telefonu satıb əldə olunan pulu və ya qızıl-ziynət əşyasını onlara verməsini tələb etməmişlər. Qardaşı Təqsirləndirilən şəxs2 borcu olduğu üçün özündə olan qızıl qolbağını satıb əldə edəcəyi pulun həmin borcu ödəməyə kifayət etmədiyini fikirləşərək pula ehtiyacı olduğu, Zərərçəkmiş şəxs isə şəhər ərazisində yerləşən çayxanalarda işləməsi barədə əvvəlcədən tanıdığı şəxslərdən eşitdiyi üçün sonuncunun pulunun olduğunu fikirləşmiş və bu səbəbdən də pulla bağlı köməklik göstərməsini Zərərçəkmiş şəxs xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin qızıl boyunbağının özünə məxsus olmasını onlara demiş, qeyd olunan boyunbağını satan zaman qardaşı Təqsirləndirilən şəxs2 Şahid4lə birlikdə mağazaya daxil olmuş, Təqsirləndirilən şəxs2 qızıl boyunbağını Şahid3 satmış və həmin vaxt Zərərçəkmiş şəxs də onların yanında olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində qonşu kimi yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 1 ay əvvəl yaşadığı binanın qarşısında olarkən Təqsirləndirilən şəxs1 onun qolunda olan saatı müvəqqəti olaraq istifadə etmək üçün istəmiş, o da həmin saatı sonuncuya vermişdir. 13 oktyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onunla söhbət edərkən Təqsirləndirilən şəxs2 mobil telefonunu baxmaq üçün ondan istəmiş, əvvəlcə o, mobil telefonu vermək istəməsə də Təqsirləndirilən şəxs2 mobil telefonu qaytaracağını dedikdən sonra o, istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu sonuncuya vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 mobil telefonu ona qaytarmayacağını və pula ehtiyacı olduğu üçün satacağını demiş, bundan sonra o, Təqsirləndirilən şəxs2 mobil telefonu istəsə də sonuncu bundan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə daxil olub sol tərəfdə yerləşən tikiliyə getmişlər və orada söhbət edən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara pul və ya qızılziynət əşyası gətirib verəcəyi təqdirdə mobil telefonu ona qaytaracaqlarını demişlər. O yaşadığı mənzildən pul və ya qızıl-ziynət əşyasını gətirib verə bilməyəcəyini desə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək onlar üçün qızılziynət əşyası və ya pul gətirməsini ondan tələb etmişlər. Bu zaman o, etiraz etdiyi üçün Təqsirləndirilən şəxs1 tikilidə saxlanılan uzunluğu təxminən 30 sm olan tünd rəngli plastmas dəstəyi olan bıçağı çıxarıb onun boyun nahiyəsinə dirəyərək ondan pulla bağlı köməklik etməyi tələb etmiş, o isə qorxaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl-ziynət əşyasını gətirib verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona inanmadıqları üçün ondan qızıl-ziynət əşyasını onlara gətirib verəcəyinin təsdiqi kimi özü barədə nalayiq söyüş söyməsini tələb etmişlər, o da bu təkliflə razılaşmış və özü barədə nalayiq sözlər işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl-ziynət əşyalarını onlara gətirib verməyəcəyi təqdirdə özü barədə söyüş söyməsi ilə bağlı dostlarına və tanıdığı şəxslərə məlumat verəcəklərini bildirmişlər, o da razılaşmışdır. Qızıl-ziynət əşyasını gətirib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verməyəcəyi halda özü barədə yalandan söyüş söyməsi ilə bağlı onun dostlarına və tanıdığı şəxslərə bildirəcəklərindən və tanışları arasında sözünə sadiq olmayan adam kimi nüfuzdan düşəcəyindən qorxaraq yaşadığı mənzildən qızıl-ziynət əşyasını gətirib onlara verəcəyini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs2 ondan aldığı mobil telefonu geri qaytarmışdır. Daha sonra birlikdə onun yaşadığı binanın qarşısına getmişlər və o, yaşadığı mənzilə gedib yataq otağında yerləşən paltar dolabının rəfindən valideynlərinin ona hədiyyə aldıqları 01 ədəd qızıl boyunbağını götürüb Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin boyunbağını tanışları olan bir nəfər qadına girov qismində verib həmin qadından pul götürəcəklərini, bir müddət sonra isə qeyd olunan pulu qadına verib qızıl boyunbağını da qadından götürərək ona qaytaracaqlarını bildirmişlər. Daha sonra yaxınlıqda yerləşən binaya tərəf getmişlər, orada Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qızıl boyunbağını götürüb həmin binada yaşayan və sələmçilik fəaliyyəti ilə məşğul olan qadın cinsli şəxsə girov qoyub pul götürəcəyini bildirərək yuxarı mərtəbəyə qalxmış, bu zaman o da Təqsirləndirilən şəxs1 arxası ilə getmişdir. Təqsirləndirilən şəxs1 orada hər hansı qapını döymədiyini görüb sonuncudan bunun səbəbini soruşmuş, Təqsirləndirilən şəxs1 isə qapını döydüyünü, lakin hər hansı şəxsin qapını açmadığını bildirərək gecə saatlarında həmin ünvana yenidən gələcəyini demişdir. Daha sonra həmin yeri tərk edib gedərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qızıl boyunbağını səhəri gün geri qaytaracaqlarını bildirmişlər, lakin səhəri gün qızıl boyunbağı ona qaytarılmadığı üçün o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək hər iki şəxsdən qızıl boyunbağını istəmiş, Təqsirləndirilən şəxs2 isə ona 40 manat məbləğdə pul verib qızıl boyunbağını sonra qaytaracağını demişdir. Bundan sonra o, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq” parkına getmiş və orada olan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüb həmin şəxslərdən yenidən qızıl boyunbağını istəmiş, lakin qeyd olunan şəxslər qızıl boyunbağını girov qoyduqları şəxsin evdə olmadığını və axşam qızıl boyunbağını ona verəcəklərini demişlər. O, adları çəkilən şəxslərlə razılaşmış, daha sonra isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl boyunbağını girov qoyub pul götürəcəklərini bildirdikləri mənzilə getmiş və orada yaşayan şəxsdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl-ziynət əşyasını girov qoyub pul götürüb-götürmədiklərini soruşmuş, həmin şəxs isə sələmçilik fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. 15 oktyabr 2022-ci il tarixdə anası qızıl boyunbağının yerində olmadığını görüb ondan bu haqda soruşmuş, o isə baş verənləri anasına danışmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qarşı zor tətbiq etməmişlər, hər hansı alət və ya vasitə ilə ona xəsarət yetirməmiş və ya xəsarət yetirməklə hədələməmişlər. Təqsirləndirilən şəxs1 onu qorxutmaq üçün bıçağı boğaz nahiyəsinə dirəsə də hər hansı xəsarət yetirməmiş, bıçağı onun boğaz nahiyəsinə dirəməkdə məqsədi onu qorxudaraq yaşadığı evdən onlar üçün qızıl və ya pul gətirib verməsinə dair tələbinin ciddi olduğunu hiss etdirmək olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan aldığı qızıl boyunbağını harada satmalarından məlumatı olmamış, qızıl boyunbağını satmaq üçün həmin şəxslərlə birlikdə getməmiş, adları qeyd edilən şəxslər qızıl boyunbağını sataraq əldə etdikləri puldan ona 220 manat məbləğdə pul verməmişlər və sonradan göstərilən şəxslərdən qızıl boyunbağını istədikdə Təqsirləndirilən şəxs2 ona 40 manat məbləğində pul verərək qızıl boyunbağını da sonra verəcəyini bildirmişdir. Sonradan ona vurulmuş maddi ziyan ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə barışmışdır və həmin şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Təxminən 4-5 il əvvəl Zərərçəkmiş şəxs üçün 1800 manat pulun müqabilində 18 qram çəkidə, 583 əyarlı, Rusiya Federasiyasında istehsal olunmuş qızıl boyunbağı almış və yaşadığı mənzildə yerləşən dolabda saxlamışdır. 15 oktyabr 2022-ci il tarixdə qeyd olunan dolabda saxladığı qızıl-ziynət əşyalarından Zərərçəkmiş şəxs üçün aldığı bir ədəd qızıl boyunbağının orada olmadığını görərək bu haqda sonuncudan soruşmuş, Zərərçəkmiş şəxs isə qızıl boyunbağını tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Həmçinin söhbət əsnasında ona məlum olmuşdur ki, 13 oktyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mobil telefonunu baxmaq üçün istəmiş, lakin sonuncu bundan imtina etsə də Təqsirləndirilən şəxs2 mobil telefonu qaytaracağını dedikdən sonra Zərərçəkmiş şəxs istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu Təqsirləndirilən şəxs2 vermiş, bundan sonra isə Təqsirləndirilən şəxs2 mobil telefonu qaytarmayacağını və pula ehtiyacı olduğu üçün satacağını Zərərçəkmiş şəxs demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə daxil olub sol tərəfdə yerləşən tikiliyə getmişlər və orada söhbət edən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara pul və ya qızıl-ziynət əşyasını gətirib verəcəyi təqdirdə mobil telefonu qaytaracaqlarını Zərərçəkmiş şəxs demişlər. Zərərçəkmiş şəxs yaşadığı mənzildən pul və ya qızıl-ziynət əşyasını gətirib verə bilməyəcəyini desə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək onlar üçün qızıl-ziynət əşyası və ya pul gətirməsini Zərərçəkmiş şəxs tələb etmişlər. Bu zaman Zərərçəkmiş şəxs etiraz etdiyi üçün Təqsirləndirilən şəxs1 tikilidə saxlanılan bıçağı çıxarıb Zərərçəkmiş şəxs boyun nahiyəsinə dirəyərək pulla bağlı köməklik etməsini tələb etmiş, sonuncu isə qorxaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl-ziynət əşyası gətirib verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs inanmadıqları üçün sonuncudan qızıl-ziynət əşyasını onlara gətirib verəcəyinin təsdiqi kimi özü barədə nalayiq söyüş söyməsini tələb etmişlər, sonuncu da bu təkliflə razılaşmış və özü barədə nalayiq sözlər işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl-ziynət əşyasını onlara gətirib verməyəcəyi təqdirdə özü barədə söyüş söyməsi ilə bağlı dostlarına və tanıdığı şəxslərə məlumat verəcəklərini bildirmişlər və daha sonra Zərərçəkmiş şəxs yaşadığı mənzildə olan paltar dolabında saxladığı qızıl boyunbağını götürüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs həmin qızıl boyunbağını girov qoyaraq pul götürəcəklərini, daha sonra pulu qaytarıb qızıl boyunbağını da Zərərçəkmiş şəxs qaytaracaqlarını bildirmişlər. Səhəri gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl boyunbağını qaytarmalarını istəmiş, lakin həmin şəxslər verə bilməyəcəklərini dedikləri üçün Zərərçəkmiş şəxs bu barədə qaynı Şahid2 məlumat vermişdir. Sonradan Şahid2 onların yaşadıqları mənzilə gəlmiş, Zərərçəkmiş şəxs əmisi Şahid2 də bu barədə demiş və bundan sonra sonuncu Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynlərinin yanına gedərək hadisə barədə məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynləri qızıl boyunbağını qaytarmadığı üçün ərizə ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının övladıdır. 16 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs anası Şahid1 ona zəng edərək yaşadığı mənzilə dəvət etmiş, o da həmin ünvana getmişdir. Orada olan zaman Şahid1 deməsindən ona məlum olmuşdur ki, sonuncu 15 oktyabr 2022-ci il tarixdə yaşadığı mənzildə olan dolabda saxladığı qızıl-ziynət əşyalarından bir ədəd qızıl boyunbağının saxlanıdığı yerdə olmadığını görmüş və bu haqda Zərərçəkmiş şəxs soruşmuş, Zərərçəkmiş şəxs isə boyunbağını götürərək hədə-qorxu ilə tələb edən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyini demişdir. Habelə Zərərçəkmiş şəxs deməsindən ona məlum olmuşdur ki, 13 oktyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mobil telefonunu baxmaq üçün istəmiş, lakin sonuncu bundan imtina etsə də Təqsirləndirilən şəxs2 mobil telefonu qaytaracağını dedikdən sonra Zərərçəkmiş şəxs istifadə etdiyi “Redmi Note 9” markalı mobil telefonu Təqsirləndirilən şəxs2 vermiş, bundan sonra isə Təqsirləndirilən şəxs2 mobil telefonu qaytarmayacağını və pula ehtiyacı olduğu üçün satacağını Zərərçəkmiş şəxs demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə daxil olub sol tərəfdə yerləşən tikiliyə getmişlər və orada söhbət edən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara pul və ya qızıl-ziynət əşyasını gətirib verəcəyi təqdirdə mobil telefonu qaytaracaqlarını Zərərçəkmiş şəxs demişlər. Zərərçəkmiş şəxs yaşadığı mənzildən pul və ya qızıl-ziynət əşyasını gətirib verə bilməyəcəyini desə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evə gedərək onlar üçün qızıl-ziynət əşyası və ya pul gətirməsini Zərərçəkmiş şəxs tələb etmişlər. Bu zaman Zərərçəkmiş şəxs etiraz etdiyi üçün Təqsirləndirilən şəxs1 tikilidə saxlanılan bıçağı çıxarıb Zərərçəkmiş şəxs boyun nahiyəsinə dirəyərək pulla bağlı köməklik etməsini tələb etmiş, sonuncu isə qorxaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl-ziynət əşyasını gətirib verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs inanmadıqları üçün sonuncudan qızıl-ziynət əşyasını onlara gətirib verəcəyinin təsdiqi kimi özü barədə nalayiq söyüş söyməsini tələb etmişlər, Zərərçəkmiş şəxs da bu təkliflə razılaşmış və özü barədə nalayiq sözlər işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızılziynət əşyalarını onlara gətirib verməyəcəyi təqdirdə özü barədə söyüş söyməsi ilə bağlı dostlarına və tanıdığı şəxslərə məlumat verəcəklərini bildirmişlər, daha sonra isə Zərərçəkmiş şəxs yaşadığı mənzildə olan paltar dolabında saxladığı qızıl boyunbağını götürüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcə Zərərçəkmiş şəxs həmin qızıl boyunbağını girov qoyaraq pul götürəcəklərini, daha sonra pulu qaytarıb qızıl boyunbağını da Zərərçəkmiş şəxs qaytaracaqlarını bildirmişlər. Səhəri gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qızıl boyunbağını qaytarmalarını istəmiş, lakin həmin şəxslər verə bilməyəcəklərini dedikləri üçün Zərərçəkmiş şəxs bu barədə ona məlumat vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynlərinin yanına gedərək hadisə barədə məlumat vermiş, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 valideynləri qızıl boyunbağını qaytarmadığı üçün ərizə ilə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 51 nömrəli yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən mağazada qızıl-ziynət əşyalarının alğı-satqısı ilə məşğul olur. 14 oktyabr 2022-ci il tarixdə iki nəfər şəxs mağazaya daxil olaraq özlərinə məxsus qızıl boyunbağını satmaq istədiklərini bildirmişlər, o isə həmin şəxsləri tanımadığı üçün qızıl boyunbağını ala bilməyəcəyini, valideynləri və ya onları tanıyan bir nəfər şəxslə birlikdə mağazaya gələcəkləri təqdirdə qızıl boyunbağını ala biləcəyini həmin şəxslərə demiş və bir qədər sonra həmin iki nəfər şəxs əvvəllər tanıdığı Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan Şahid4lə birlikdə mağazaya daxil olmuşlar. Şahid4 həmin şəxsləri tanıdığını, qeyd olunan şəxslərin Mingəçevir şəhərində balıq məhsullarının satışı ilə məşğul olan Məhəmməd Abdullayevin övladları olduğunu, qızılziynət əşyalarının özlərinə məxsus olduğunu və adları qeyd edilən şəxslərdən qızıl boyunbağını ala biləcəyini ona demiş, o da Şahid4 tanıdığı, adları çəkilən iki nəfər barəsində Şahid4 kifayət qədər məlumat əldə etdiyi, göstərilən boyunbağının cinayət yolu ilə əldə edilməsini bilmədiyi və adları qeyd edilən şəxs həmin boyunbağının özlərinə məxsus olmasını bildirdikləri üçün inanıb qızıl boyunbağını almağa razı olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi ilə alğı-satqını rəsmiləşdirmiş, ardınca qızıl boyunbağının çəkisini müəyyən etmiş və həmin boyunbağının müqabilində Təqsirləndirilən şəxs2 930 manat məbləğində pul vermişdir. Həmin vaxt orada başqa şəxs olmamışdır və sonradan o, qeyd olunan boyunbağını tanımadığı şəxsə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində qonşu kimi yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazarda olan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq özlərinə məxsus qızıl boyunbağını satmaq istədiklərini, lakin alıcının onları tanımaması səbəbindən qızıl boyunbağını almaq istəmədiyini bildirmişlər və birlikdə qızıl satmaq istədikləri mağazaya getməyi ondan xahiş etmişlər. O da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə Mingəçevir şəhərində yerləşən Mərkəzi Bazarın yaxınlığında yerləşən yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən qızıl-ziynət əşyalarının alışı və satışının aparıldığı mağazaya getmişlər. Orada olan mağazanın Şahid3 məxsus olduğunu görmüş və qeyd olunan şəxslərin Mingəçevir şəhərində balıq məhsullarının satışı ilə məşğul olan Məhəmməd Abdullayevin övladları olduğunu, qızıl-ziynət əşyalarının özlərinə məxsus olduğunu və həmin şəxslərdən qızıl boyunbağını ala biləcəyini Şahid3 demişdir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi ilə alğı-satqını rəsmiləşdirmiş, ardınca qızıl boyunbağının çəkisini müəyyən etmiş və həmin boyunbağının müqabilində Təqsirləndirilən şəxs2 930 manat məbləğində pul vermişdir. Daha sonra oranı tərk edib işlədiyi yerə getmişlər və orada olan zaman Təqsirləndirilən şəxs2 20 manat məbləğində pulu ona vermiş, o da sonuncunu və Təqsirləndirilən şəxs1 tanıdığı üçün həmin pulu götürmüşdür. Həmin vaxt orada başqa şəxs olmamış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan qızıl-ziynət əşyasının cinayət yolu ilə əldə olunması barədə ona məlumat verməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gələrək qızıl boyunbağını əlindən aldığını bildirmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslər müəyyən edilmişdir. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda Zərərçəkmiş şəxs hədə-qorxu gələrək qızıl-ziynət əşyası və ya pul tələb etməsi, Zərərçəkmiş şəxs qorxaraq yaşadığı ünvanda saxladığı qızıl boyunbağını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verməsi və daha sonra isə adları qeyd edilən şəxslərin həmin qızıl boyunbağını Mingəçevir şəhəri, H.Əliyev prospekti, 51 nömrəli yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən mağazada qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan Şahid3 satmaları ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 17 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gələrək özünə məxsus olan 18 qram çəkidə qızıl boyunbağını ələ keçirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin həyətə daxil olduqda sol tərəfdə yerləşən yarımçıq tikilinin 1-ci otağını göstərərək məhz həmin yerdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gələrək pul və ya qızıl-ziynət əşyasını tələb etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid3 təqdim etdiyi “Samsung A 10” markalı mobil telefon götürülərək baxış keçirilən zaman qeyd olunan mobil telefon vasitəsi ilə 14 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin fotoşəkillərinin çəkilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 182.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 13 aprel 2023-cü il tarixdə ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2023-cü il tarixli 9/1648 nömrəli rəyindən görünür ki, 583 əyarlı, 18 qram çəkidə brilyant qaşlı qızıl boyunbağının qiymətinin 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti 1440 manat müəyyən edilir. Tədqiqat obyekti təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Qızıl-ziynət əşyasının üzərində olan qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 134, 145.2.4, 180.2.1, 180.2.4, 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 182.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 182.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-1-ci bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Bu Qərarın 3-cü bəndində göstərilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olubolmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Bu Qərarın 5-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (CM-in 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib, əldə etmişlər. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində özlərini təqsirli bilməyərək Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evin həyətində yerləşən tikiliyə daxil olmadıqlarını, Zərərçəkmiş şəxs mütəmadi olaraq onların yaşadıqları evin həyətində olması səbəbindən həyətdə olan əşyaların yerini dəqiq bildiyini, Zərərçəkmiş şəxslə birlikdə yaşadıqları evin giriş darvazasının qarşısında söhbət etdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs hər hansı zor tətbiq etmədiklərini, Zərərçəkmiş şəxs hər hansı bıçaq və ya digər silah qismində istifadə edilən əşya ilə hədələmədiklərini, sonuncudan hər hansı məbləğdə pulu, habelə mobil telefonu satıb əldə olunan pulu və ya qızıl-ziynət əşyasını onlara verməsini tələb etmədiklərini, Zərərçəkmiş şəxs borc qismində sonradan qaytarmaq şərtilə pul istədiklərini, sonuncunun razılaşdığını, təxminən 3-4 saat sonra Zərərçəkmiş şəxs onların yaşadıqları evə gələrək pul tapa bilmədiyini, cibindən qızıl boyunbağını çıxarıb həmin qızıl boyunbağını satıb əldə olunan pulun bir hissəsini onlara verə biləcəyini, bir hissəsini isə özü götürəcəyini dediyini bildirmişlər, həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə birlikdə qızıl-ziynət əşyalarının satıldığı mağazaya getdiklərini və mağazanın qarşısında Zərərçəkmiş şəxs cibindən qızıl boyunbağını çıxarıb ona verərək satmasını bildirdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə aralarında üzləşdirmə aparılan zaman ifadəsində qeyd etdiyi xüsusatları həmin şəxslərin üzünə demişdir. Həmçinin qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs məxsus olan boyunbağının satılması prosesində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid4 və Şahid3 həmin boyunbağının Zərərçəkmiş şəxs məxsus olduğunu deməyib yalan ifadə verərək guya qeyd olunan boyunbağının özlərinə məxsus olduğunu demələrinə və ibtidai istintaq zamanı da cinayət işi üzrə adları çəkilən şahidlərlə aralarında üzləşdirmə aparılmasından imtina etmələrinə əsasən məhkəmə onların verdikləri ifadələrini inandırıcı hesab etmir. Beləliklə, təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadənin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə zərərçəkmiş şəxsin ifadəsinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəni və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan hədə-qorxu ilə qızıl-ziynət əşyasını tələb etdiyini göstərsə də 04 may 2023cü il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə aralarında mübahisənin olduğunu, həmin şəxslərin ona ziyan vurmadıqlarını, heç nə tələb etmədiklərini, adları qeyd edilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını və gələcəkdə də hər hansı şikayətinin və tələbinin olmayacağını qeyd etmişdir. Həmin xüsusatla bağlı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində notariat qaydasında təsdiq olunmuş ərizəsinin hansı məzmunda yazılmasını xatırlamadığını, hadisənin ifadələrində qeyd etdiyi kimi baş verdiyini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan hədə-qorxu ilə qızıl-ziynət əşyasını tələb etdiyini bildirmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə aralarında mübahisənin olduğu, həmin şəxslərə qarşı şikayətinin və tələbinin olmadığı və gələcəkdə də hər hansı şikayətinin və tələbinin olmayacağı ilə bağlı qeyd etdiklərini əsas kimi qəbul etsə də onun qeyd olunan ərizəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona ziyan vurmadıqları və heç nə tələb etmədikləri ilə bağlı qeyd etdikləri həm onun ibtida istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə təkzib olunduğundan onun ərizəsində qeyd etdiyi həmin xüsusatlara tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CMin 182.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onların tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxslər cinayət əməlini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib onlara həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Abdullayev X2 şəhəri, Xan Şuşinski küçəsi, ev 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Abdullayev X4 şəhəri, Xan Şuşinski küçəsi, ev 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünün, Mingəçevir Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarının və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmünün surətlərindən görünür ki, Abdullayev X2 Şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 127.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş 01 il 03 ay 02 günü Mingəçevir Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə 07 ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, qeyd olunan cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı 02 gün müddət həmin cəzadan çıxılmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini, CM-in 18.2.1-ci maddəsinə əsasən isə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 127.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli Qərarının 5-ci bəndinin a yarımbəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən, habelə hazırki cinayət əməlini CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hökmdən əvvəl törətdiyindən və ona CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalı olduğundan onun CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmünün, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünün, Şəki Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarının surətlərindən və Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 30 dekabr 2022-ci il tarixli 84876/3-2 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 18 fevral 2020ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və 11 mart 2021-ci il tarixdə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, habelə Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə CM-in 133.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 182.2.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay olmaqla 17 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışda olan şəxsin tutulması haqqında 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutularaq Mingəçevir ŞPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 01 ay 22 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun həbsə alındığı 17 noyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu 13 aprel 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar