Məhkəmə qərarları › İş №1(091)-173/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-173/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-173/2024 23.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri Nizami prospekti ev 17/35, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1993-cü ildə Ağdam rayonu Novruzlu kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mİngəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmək barədə razılığa gələrək, bu məqsədlə 19 yanvar 2024-cü il tarixdə “WhatsApp” sosial şəbəkə vasitəsi ilə Təqsirləndirilən şəxs2 tanıdığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə sonuncu tərəfindən danışılaraq razılıq əldə olunduqdan sonra, birlikdə video konfrans formatında əlaqə yaradaraq, həmin şəxslə külli miqdarda psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan marixunanı və tiryəki, həmçinin qanunsuz olaraq odlu silahı əldə edib, sataraq qazanc əldə etmək barədə razılığa gəlib, həmin istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən sosial şəbəkə vasitəsi ilə yaratdıqları qrupa narkotik vasitələrin, psixotrop maddələrin və silahın gizlədildiyi yerlərin fotoşəkillərini göndərdikdən sonra həmin narkotik vasitələri, psixotrop maddələri və odlu silahı gizlədildiyi yerdən onun tərəfindən götürülərək Bakı şəhərinə, Təqsirləndirilən şəxs2 yaşadığı evə gətirilərək, gələcəkdə satışının həyata keçirilməsi barədə sonuncu ilə razılığa gəldikdən sonra, yaşadığı Mingəçevir şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz olan Şahid5 idarə etdiyi “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nömrəli avtomobillə yerləşmə məkanın göstərildiyi Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığına gəlmiş və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, içərisindən 13,505 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin, 1525,47 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, 175,451 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryək olan 1 ədəd ağ rəngli torbanı və içərsində 01 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AK 74” markalı yivli, odlu, konstruktiv dəyişikliyə məruz qalmamış, avtomat döyüş silahı, 28 (iyirmi səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronlar və 2 (iki) ədəd “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqcanı götürüb həmin yerdən uzaqlaşarkən, xx.xx.2024-cü il tarixdə saat 0145-də o, narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Oğuz şəhəri S.Qazıyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Oğuz rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün saat 0201-dən saat 0335-dək olan müddət ərzində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı həmin 01 (bir) ədəd ağ rəngli sellofan torbada - 13,505 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 04 (dörd) ədəd qara rəngli sellofan torbada -1525,47 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd sarı rəngli sellofan torbada -175,451 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və digər torbanın içərisində olan həmin 01 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AK 74” markalı avtomat döyüş silahı, 28 (iyirmi səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronları və 2 (iki) ədəd “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik sandıqca aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməyə dair razılığa gələrək, bu məqsədilə 20 yanvar 2024-cü il tarixdə “WhatsApp” sosial şəbəkə vasitəsi ilə tanıdığı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə video konfrans formatında əlaqə yaradaraq sonuncu ilə külli miqdarda psixotrop maddə olan metamfetamini və həmçinin narkotik vasitə olan marixunanı və tiryəki, o cümlədən də, qanunsuz olaraq odlu silahın əldə olunaraq, sonradan satılaraq qazanc əldə olunmasına dair razılığa gəldikdən sonra, həmin istintaqa məlum olmayan şəxs tərəfindən sosial şəbəkə vasitəsi ilə onların yaratdıqları qrupa narkotik vasitlələr və silahın gizlədildiyi yerə dair yerləşmə məlumatları göndərildikdən sonra, narkotik vasitə olan marixuna və tiryəkin, o cümlədən də, odlu silahın gizlədildiyi yerdən Təqsirləndirilən şəxs1 tərəfindən götürülüərək Bakı şəhərinə onun yaşadığı evə gətirilməsinə və sonradan satışının həyata keçirilməsinə dair öz aralarında razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz olan Şahid5 idarə etdiyi “VAZ 2107” markalı **-CA- *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Mingəçevir şəhərindən yerləşmə məkanın göstərildiyi Oğuz rayonuna gəlib, oradan Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında istintaqa məlum olmayan mənbədən 13,505 qram külli miqdarda psixotrop maddə olan metamfetamini, 1525,47 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, 175,451 qram külli miqdarda narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən əldə edərək qanunsuz olaraq ağ rəngli torbanı götürüb həmin yerdən uzaqlaşarkən, xx.xx.2024-cü il tarixdə saat 0145-də Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Oğuz şəhəri, S.Qazıyev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında Oğuz rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Oğuz Rayon Polis Şöbəsinə gətirilib üzərinə həmin gün saat 0201-dən saat 0335-dək olan müddət ərzində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbada - 13,505 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 04 (dörd) ədəd qara rəngli sellofan torbada -1525,47 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd sarı rəngli sellofan torbada -175,451 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və digər torbanın içərisində olan 01 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AK 74” markalı yivli, odlu, konstruktiv dəyişikliyə məruz qalmamış, avtomat döyüş silahını, 28 (iyirmi səkkiz) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patronları və 2 (iki) ədəd “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqca aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində yaşamaqla hadisə baş verən gün saat 16-17 radələrində əvvəllər bir küçədə qaldığı Səxavətlə danışdıqda sonuncu onda narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürə bilib-bilməyəcəyini soruşmuş, o da Səxavətlə razılaşmışdır. Narkotik vasitə 300-400 qram olmaqla Oğuz rayonundan götürməli olmuş, saat 19 radələrində şəxsin ona atdığı konum Oğuz rayonu Bucaq kəndinin ərazisi olmuşdur. Bucaq kəndinin qarşısında olan zaman ona bir qədər gözləməsi bildirilmiş, sonra Oğuz şəhərini göstərən konum atılmışdır. 1-2 dəfə həmin yerə getsə də narkotik vasitəni götürməmiş, avtomaşından düşüb həmin yerə getmək istəyərkən polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt polislər ona “tərpənmə Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarıdır” deyərək göyə və ayağının altına atəş açmış, həmin vaxt üzərində olan bıçağı çıxardıb özünə xəsarət yetirmişdir. Onu kötüklə vuraraq sinəsinə kərpic atmış, yıxılandan sonra qolunu qandallayıb aparmışlar. Hadisə yerində onu vuraraq nalayiq ifadələr işlətmiş, sonra polis şöbəsinə apararaq orada birinci mərtəbədə yenə onu döymüşlər. Polis Şöbəsində onu döyərək narkotik vasitənin özünə məxsus olmasını deməyə məcbur etmiş, polislərə bağlamanı götürmədiyini, sellofan götürən zaman saxlanılmadığını bildirmişdir. Təzyiqlərə məruz qalıb narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həmin narkotik vasitə və silah ona məxsus olmamaqla ancaq 300-400 qram marixuana üçün oraya getmişdir. Saat 23 radələrində saxlanılmış, saat yarım sonra vəkili şöbəyə gəlmişdir. İran vətəndaşı ondan narkotik vasitəni götürüb başqa yerə qoymasını bildirsə də həmin narkotik vasitəni öz istifadəsi üçün götürməyi nəzərdə tutmuşdur. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat 15 radələrinə Mingəçevir şəhərində yaşayan əvvələr tanıdığı “Kokuş” ləqəbli şəxs mobil telefon vasitəsilə ona zəng edərək adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ilə onu tanış etmək istəmiş, Kokuşun mobil telefonunda təşkil etdiyi video konfransla İran İslam Respublikasının vətəndaşı ilə danışarkən sonuncudan özü üçün istifadə etmək məqsədi ilə 1-2 kiçik bükümdə marixuna almaq istədiyini bildirmiş, həmin adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşı ona cavabında dediyi yerə “konum” atacağını, həmin yerdə ona içərisində marixuna olan iki büküm verəcəyini, həmin bükümlərdən biri ona çatacağını, digərini isə Bakı şəhərinə aparmasını bildirmişdir. Deyilənlərlə razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Mingəçevir şəhərindən tanışı Turalın idarə etdiyi “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nömrəli avtomaşınla Mingəçevir şəhərindən çıxarkən İran İslam Respublikasının vətəndaşı ona zəng edərək Oğuz rayonuna getməsini və oraya çatdıqda ona “konum” atmaqla əvvəl razılaşdıqları kimi orada olan bükülüdəki narkotik vasitə və psixotrop maddəni götürməsini bildirmişdir. Yol boyu video konfrans vasitəsi ilə “Kokuş” ləqəbli şəxs və İran İslam Respublikasının vətəndaşı ilə telefonla danışmış, Tural həmin vaxt ondan bir neçə dəfə kiminlə danışmasını, nə baş verdiyini soruşsa da sonuncuya bu barədə heç nə deməmişdir. Oğuz rayonuna çatdıqda təkrar olaraq video konfrans etmiş və bu zaman onun istifadəsində olan mobil telefonunun “whatsapp” sosial şəbəkəsinə İran İslam Respublikasının vətəndaşı konum atmışdır. Oğuz rayonuna bələdçiliyi olmadığından yol boyu həmin şəxsin narkotik vasitəni hara qoymasını dəqiqləşdirməyə çalışmış, mobil telefonunda həmin yeri konum vurduqda dəqiq olaraq həmin yer mobil telefonun ekranında görünmüşdür. Konumda qeyd edilən yerə çatdıqda Turala avtomaşını saxlamasını bildirmiş, avtomaşından yerə düşdükdən sonra konumda atılan və qarşıda olan qədim alban kilsəsinə tərəf getmişdir. Kilsədən bir qədər qabaqda traktor qoşqusu olduğunu görmüş, konumda atılmış marixunanın olduğu yerə yaxınlaşdıqdan sonra həmin yerə qoyulmuş ağ rəngli torbanı götürüb oradan uzaqlaşarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt ağ rəngli torbanı yerə qoymuş, üzərində olan bıçağı çıxarıb boğaz nahiyəsinə dirəyərək polis əməkdaşlarının ona yaxın gəlməmələrini bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onun müqavimətini sındıraraq bıçağı onun əlindən almış, bundan sonra polis əməkdaşları onu və həmin çantanı götürüb polis şöbəsinə aparmışlar. Eyni zamanda həmin vaxt onunla birlikdə avtomaşını idarə edən Tural adlı şəxs də polis şöbəsinə gətirilmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı torbanın içərisindən bir ədəd avtomat silahı, iki ədəd daraq və patronlar, üç ədəd bükümlər, bükümlərdə çəkilərinin 412 qram, 512 qram, 329 qram və 304 qram olduğu marixuna, 179 qram olan tiryək və 14 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona həmin elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə Oğuz rayon Polis Şöbəsinə aparılaraq sonra azadlıqda saxlanılmış, Bakı şəhərindən axtarış ilə tutulub gətirmişlər. İran İslam Respublikası vətəndaşının nömrəsini Təqsirləndirilən şəxs1 vermiş, iranlı Cavidə narkotik vasitənin olduğu yeri bildirmişdir. Cavidin psixi narahatçılıqları olduğuna görə narkotik vasitə istifadə etdikdən sonra sakitləşdiyinə görə Cavid narkotik vasitəni götürdükdən sonra birlikdə həmin narkotik vasitəni istifadə etməyi nəzərdə tutmuşlar. Cavid hadisə yerinə gedən zaman polis əməkdaşları Cavidin qabağına içərisində narkotik vasitə olan torba və avtomat qoymuşlar. X6 vətəndaşı narkotik vasitənin bir hissəsini başqa yerə aparmalarını bildirmiş, qalan hissəsini isə özləri istifadə etməyi nəzərdə tutmuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, əsl adı Səxavət olsa da hamı onu “Kokuş” kimi tanımış, tanışları ona Kokuş və ya Ramal kimi müraciət emişlər. 19 yanvar 2024-cü il tarixdə saat 14 radələrində tanımadığı İran İslam Respublikasının vətəndaşı onun mobil telefonuna zəng edərək adının Rəhman olduğunu, Oğuz rayonunda narkotik vasitəsinin olduğunu, həmin narkotik vasitəni Bakı şəhərinə gətirməyi, bunun qarşılığında isə ona 1000 manat pul verəcəyini demiş, həmin şəxsə hazırda yol pulu olmadığını bildirdikdə sonuncu ona bankomat kartına pul vuracağını demişdir. Bundan sonra “vatsap” sosial şəbəkəsi vasitəsi ilə anasının adına olan bank kartının şəkilini həmin şəxsə göndərmiş, bir qədər sonra bankomat kartına 30 manat pul gəlmişdir. Bundan sonra özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin ona göndərdiyi pulu öz məqsədləri üçün xərcləyəcəyini, pulu mənimsəyərək həmin şəxsə yalan danışacağını planlaşdırmış, Rəhman ona zəng edərək deyilən yerə nə vaxt gedəcəyini soruşduqda tanışı Mingəçevir şəhərində yaşayan Cavid adlı şəxsin istifadəsində olan mobil telefona yığaraq zəng etmişdir. X10 rayonunda narkotik vasitə olduğunu, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməsini və İranlı şəxsin dediyi ünvana verə biləcəyi halda bunun qarşılığında isə onlara 1000 manat pul veriləcəyini bildirmişdir. Cavid onunla razılaşdıqdan sonra Cavid ilə mobil telefonla video konfrans edərək İran İslam Respublikasının vətəndaşı Rəhman adlı şəxslə də danışmış, söhbət zamanı həmin Rəhman adlı şəxs X10 rayonunda ona çatacaq narkotik vasitə olduğunu və həmin narkotik vasitənin Bakı şəhərinə gətirilməsini, bunun qarşılığında isə 1000 manat pul verəcəyini demişdir. Həmin vaxt Bakı şəhərindən Oğuz rayonuna gedə bilməyəcəyini demiş, bu zaman Cavid özü ona Mingəçevir şəhərindən Oğuz rayonuna gedə biləcəyini və həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirə biləcəyini Rəhman adlı şəxsə demişdir. Birlikdə bu barədə razılaşdıqdan sonra Cavid həmin şəxsi narkotiki qeyd olunan yerdən götürüb gətirəcəyinə əmin etmişdir. Bundan sonra onlar birlikdə bir neçə dəfə mobil telefonla video konfrans vasitəsi ilə danışmışlar. Cavid hər dəfə danışıqlarda İranlı Rəhman adlı şəxsə narkotik vasitənin qoyulduğu yerin konumu ona atmasını, özünün gedib götürəcəyini bildirmişdir. Sonradan özü Cavid ilə ikilikdə telefonla danışarkən Cavidə bu işdə olmadığını, Rəhmanla Cavidin nə edirsə özləri bildiklərini demişdir. Eyni zamanda Cavidə özü də bu işə qol qoymaması sözlərini yazmış, lakin Cavid ona gedib götürəcəyini və Bakı şəhərinə İran İslam Respublikası vətəndaşının dediyi ünvana gətirib verəcəyini yazmışdır. Cavidə bir daha “özün bilərsən, amma mən bu söhbətdə yoxam” sözlərini yazmışdır. Buna baxmayaraq Cavid yaşadığı Mingəçevir şəhərindən Oğuz rayonuna gedəcəyini, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirəcəyini ona bildirmişdir. Cavid əlavə olaraq onunla mobil telefonla danışarkən sonuncuya bu işdə xeyir olmadığını desə də, Cavid isə ona “qaqa bu məsələnin xeyridə mənimdir, ziyanıda mənimdir” demişdir. Cavid ilə danışarkən ona telefonunu 24 saatlıq rejimə qoymuş, həmin rejimdə telefona gələn mesajlar 24 saatdan sonra silinmişlər. Bundan sonra Cavid ilə əlaqə saxlamamış, bir dəfə gecə yarısı Cavidin mobil telefonunun vatcap sosial şəbəkəsini yığmış, lakin Cavidin mobil telefonuna zəng çatmadığından Cavidin tutulduğunu hesab etmişdir. Cavid ilə telefonla danışarkən sonuncu ona özü niyə gedib narkotiki götürməməsini soruşmiş, Cavidə bu işin axmaq iş olduğunu deyərək, nə özünə nə də ki, Cavidə məsləhət görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayon Polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 19 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkiləri Şahid2, Şahid1 və ictimai təhlükəsizlik bölməsinin sahə rəisi işləyən Şahid4 Oruz oğlu ilə birlikdə Oğuz şəhəri, S.Qazıyev küçəsinə getmiş, artıq 20 yanvar 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Oğuz şəhəri, S.Qazıyev küçəsində əlində bağlama ilə hərəkətdə olan Təqsirləndirilən şəxs1 yaxınlaşarkən, sonuncu əlindəki bağlamanı yerə qoyub cibindən bıçaq çıxararaq özünə xəsarət yetirəcəyini, yaxın gəlməmələrini bildirmiş, həmin vaxt Cavidə yaxınlaşaraq sonuncunun müqavimətini sındıraraq bıçağı əlindən almışlar. Saxlamaq istəyərkən Təqsirləndirilən şəxs1 özünə bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 yaxınlaşaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Oğuz rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 bir qədər aralıda olmaqla sonuncunu gözləyən VAZ 2106 markalı avtomaşında olan Şahid5 adlı şəxs də tərəflərindən saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmişdir. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 stolun üzərinə qoyduğu ağ rəngli bağlamanın içərisi açılıb baxıldıqda, orada bir ədəd kalaşnikov markalı avtomat silahı, iki ədəd həmin silaha aid daraq, 28 ədəd güllə və qara rəngli bağlama aşkar olunmuşdur. Həmin qara rəngli bağlamanın içərisi açılan zaman bağlamanın içərisində çəkisi 412 qram, 512 qram, 329 qram və 304 qram olan dörd ədəd narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi, çəkisi 179 qram olan qara rəngli narkotik vasitə tiryəkə oxşar kütlə və çəkisi 14 qram olan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Cavid Bababayev həmin bağlamaların içərisindəkini Oğuz şəhər ərazisində yerləşən alban kilsəsinin yaxınlığından götürdüyünü, həmin yerə onu əvvələr tanıdığı “Kokuş” ləqəbli şəxsin göndərdiyini və həmin bağlamanı sonuncuya çatdırmasını dediyini, oraya dostu Tural adlı şəxsin idarə etdiyi avtomaşınla Mingəçevir şəhərindən gəldiyini, bağlamanın içərisindəki narkotik vasitədən sonradan özünün istifadə etmək fikri olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1, Şahid2 və İTB-nin sahə rəisi işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 17/76 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmnış vərəqədə “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşakar olunaraq götürülmüş maddi sübut ..... ” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanı açdıqda içərisindəki; 01 (bir) ədəd ağ rəgli sellofan bükümdə, təmiz çəkisi -13,505 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 (dörd) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri-510,0., qr, 320,0., qr, 400.0.,qr 295,47., qr ümumi təmiz çəkisi -1525,47 qram olan biki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi-175,451 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 20 yanvar 2024-cü il tarixli 17/77 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmuş silah zavod üsuli ilə hazırlanmış, nömrəsi silinmiş, 5,45 mm kalibirli “Kalaşnikov” AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir. Tədqiqata təqdim edilmiş 28 (iyirmi səkkiz ) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibrli olmaqla, həmin kalibirə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK- 74M”,”AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74”(RPKS-74”) markalı əl pulemyotlarında və s.yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır-döyüş sursatıdırlar, istifadəyə(atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqca tədqiqata “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadırlar, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağııdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli 703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 05 mart 2024-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10 cu baxəş) F60.3 xəstəliyindən əziyyət çəkir. Ona şamil edilən hadisəni törədən zaman Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə qiymət verə və dərk edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 stolun üzərinə qoyduğu ağ rəngli bağlamanın içərisi acılıb baxıldıqda içərisində bir ədəd kalaşnikov markalı avtomat silah, iki ədəd həmin silaha aid 28 ədəd güllə, qara rəngli bağlamanın içərisində altı ədəd bağlama, həmin bağlamaların 4-nün içərisində çəkiləri 412 qram, 512 qram, 329 qram və 304 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, digərində çəkisi 179 qram olan qara rəngli narkotik vasitə tiryəkə oxşar kütlə, digərində isə çəkisi 14 qram olan psixatrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2024-cü il tarixdə vatcap sosisal şəbəkəsi vasitəsi ilə yazışmalar olmuş, mobil telefonun foto qalareyasında olan şəkillərə baxdıqda “qori” adlı şəxs ilə telefon əlaqəsində olması və həmin şəxsin adının Təqsirləndirilən şəxs1 olması və onunla əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı Rəhman adlı şəxsin göndərdiyi narkotik vasitənin Oğuz rayonun inzibati ərazisinin konumu, və əlavə olaraq yazışmaların olduğu müəyyən olunmuşdur. Həmin protokola əsasən qeyd olunan yazışmalarda Başqa nömrəyə keçsəm adımı yazma– Yaxşı- Bilki yazacam ki, menem- Ok- Qaqa-Adım bedamdır onsuzda- Poxa salma meni durdug yere qaqa- Yaxş- Esas ehtiyatlı ol- Başqa hecne demirəm- Deqiq qaqa?- Benzin töküb pramoy ora- He gel- Yada maşını deyişəcəm – Qal bizdə- Başqa yerim var qalmağa?- Burdan tiqilovka-Eliyəçəm- Yaxşı abi- Qeşey pul tutacayıq-Eger inşallah sağsalamtcılıq olsa- Yoldsaan? Yaxşı Gör ne deyirəme-Eger bu deyən kimi olsa sen bakıya gele bilessen?- He- Pul qoydurtsa He- Deqiq qaqa? Qaqa-Sen ananın canı bidene ehtiyyatlı ol s....m. o malın icini – Qaqa-Qulaq-As-Nağarım nömrə- Ok- Başqa nömrədən yazsam- Day-Özünnən danışmısan- Hecnə- Eger insallah sağsalamatçılıq olsa-Temanı götür qabaqda sakitlikde tulla tezden biraz aralıya-Heckim olmayan yere-Mene qulaq as qiqqetnen-Seheri cıx tezden qayıt götür-Bilki saxlamadılar seni-Temaynan olsanda saxlamayacaqdilar- Hele qayıt götür- Yaxşı- Qaqa elə elə ki tutulma sonra deyyəssen kokuş caladı eledi getdim. Tutuldum- Adım beddamdi onsuz sözlərin yazılması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 271 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayon X7 Hüquqi Şəxsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur, xx.xx.2023-cü il tarixdən XBT F15.2- Digər stimulyatorların (kofein də daxil olmaqla) qəbulundan yaranan psixi və davranış pozuntuları, asılılıq sindromu, psixi və davranış pozuntuları diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Babayev X4 şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Camalzadə X3 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əəsasən 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası 01 il 01 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməyən 05 ay 14 gün hissəsində vaxtından əvvəl azad edilmişdir. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Babayev X4 şəhəri Nizami küçəsi ev 17/35 mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanda məskunlaşmış, qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0155-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1720-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Oğuz rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 09 mart 2024-cü il tarixli protokaldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. İş materiallarında olan Oğuz rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını bildirmələrinə dair münasibətdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan təqsirləndirilən şəxslərin video çəkilişlə etirafedici ifadələri, məhkəmə kimyəvi ekspertizasının rəyləri, SMS yazışmalar və işdə olan digər sənədlər təsdiq edir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində olan cib bıçağı ilə özünə xəsarət yetirməyə cəhd göstərmiş, polis əməkdaşları onu rayon Polis Şöbəsinə apardıqdan sonra orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman da məhkəmə istintaqında verdiyi ifadələrə uyğun ifadə vermiş, daha sonra isə prosessual sənədləri imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs1 bədən səthində olan xəsarətlərə gəldikdə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 özünün də qeyd etdiyi kimi özü üzərində olan cib bıçağı ilə özünə xəsarət yetirmiş, polislərin müdaxiləsindən sonra bıçaq ondan alınmışdır. Yuxarıda bəhs edilən Plenum Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 və Səaxvət Cavalzadənin arasında olan SMS yazışmaların məzmunun da görünür ki, Təqsirləndirilən şəxs2 Cavid X11 Respublikası vətəndaşı ilə əlaqələndirmiş (Qaqa elə elə ki tutulma sonra deyyəssen kokuş caladı eledi getdim. Tutuldum-Adım beddamdi onsuz), daha sonra Cavidə qeyd edilən yerdən narkotik vasitəni götürməsini bildirmişdir. SMS-lərin digər məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin satışı ilə əlaqədar razılaşma olmuşdur (Qeşey pul tutacayıq-Eger inşallah sağsalamtcılıq olsa). Ona görə də məhkəmə hər iki təqsirləndirilən şəxsin verdiyi ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 yanvar 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 mart 2024-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən hər iki təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixə kimi 02 (iki) gün şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 76.6.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs2 yenidən qəsdən ağır cinayət törətdiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-in 67.1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 05 (beş) ay 14 (on dörd) gün çəkilməmiş hissəsi ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 138,51 AZN (yüz otuz səkkiz manat, əlli bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 69,26 AZN (altmış doqquz manat iyirmi altı qəpik) Təqsirləndirilən şəxs2 69,25 AZN (altmış doqquz manat iyirmi beş qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş 01 (bir) ədəd 5,45 mm kalibirli “ Kalaşnikov” AK-74 markalı avtomat silah, 25 (iyirmi beş ) ədəd patronlar və 2 (iki) ədəd sandıqca xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs2 yenidən qəsdən ağır cinayət törətdiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 1 (bir) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 05 (beş) ay 14 (on dörd) gün çəkilməmiş hissəsi ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixə kimi 02 (iki) gün şübhəli şəxs kimi həbsdə olduğu müddət Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 138,51 AZN (yüz otuz səkkiz manat, əlli bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 69,26 AZN (altmış doqquz manat iyirmi altı qəpik) Təqsirləndirilən şəxs2 69,25 AZN (altmış doqquz manat iyirmi beş qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş 01 (bir) ədəd 5,45 mm kalibrli “Kalaşnikov” AK-74 markalı avtomat silah, 25 (iyirmi beş ) ədəd patronlar və 2 (iki) ədəd sandıqca xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan və Oğuz rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 1525,07 qram olan narkotik vasitə marixuana, ümumi çəkisi 175,351 qram olan narkotik vasitə tiryək ümumi çəkisi 13,405 qram olan psixotrop maddə olan metamfetamin və bir ədəd bıçaq məhv edilsin, 05 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın, Samsung markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2, Redmi markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar