Məhkəmə qərarları › İş №1(091)-173/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-173/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-173/2025 24.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə, xx xxxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə saat 00:10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan mərhum X5 adına olmaqla, faktiki olaraq özünə məxsus olan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə Yevlax rayonunun Tanrıqulular kənd yolu ilə Yevlax rayonunun Tanrıqulular kənd orta məktəbi istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə zidd olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq avtomobilin idarə olunması ilə əlaqədar tormozlama, manevr və sair hərəkətləri düzgün olaraq yerinə yetirməyərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməyərək, yolayrıcına daxil olarkən avtomobilin idarəetməsini itirməklə düzünə hərəkət edib yoldan çıxaraq avtomobilin daş hasara dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında sərnişin qismində əyləşmiş arvadı X3 açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyinə qansızma, sol tərəf qabırğaların çoxsaylı sınıqları, hər iki gözətrafı nahiyənin qançırı və dərialtı hematoması, alın nahiyəsinin, burun kökünün əzilmiş yaraları xəsarətləri ilə müşayiət olunan, ölümlə birbaşa səbəbli əlaqəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilərək ölməsinə səbəb olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 il öncə şifahi razılaşmalarına əsasən Goranboy rayon sakini X6 1950 manat pulun müqabilində almış, lakin maddi imkanı olmadığından avtomobili öz adına rəsmiləşdirməsə də avtomobil faktiki olaraq ona məxsus olmuş və həmin avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 26 noyabr 2024-cü il tarixdə arvadı X7 və övladı X19 ilə birlikdə idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayınatası X2 yaşadığı evə getmişlər və həmin tarixdə saat təxminən 23:50 radələrində oradan yaşadıqları evə qayıdan zaman o, avtomobili idarə etmiş, arvadı Sənubər Nəsibova və oğlu Elcan Nəsibov qabaq sağ oturacaqda əyləşmişlər. Həmin tarixdə Yevlax rayonunun Tanrıqulular kənd yolu ilə öz evinə doğru 80 km/saat sürətlə hərəkətdə olan zaman anidən avtomobilinin qarşısına sol tərəfdən küçə iti çıxdığından o, avtomobilin sürətini artıraraq avtomobilini nisbətən sağ tərəfə hərəkət etdirmiş, bu zaman yolayrıcına çatmasına 4-5 metr qaldığını görərək avtomobili yaşadığı ev istiqamətində olmaqla sola doğru hərəkət etdirmək istədikdə idarəetməni itirmiş, həmin vaxt əyləci sıxsa da kənd yolu yağmurlu və palçıqlı olduğundan tormozlama baş tutmamış, nəticədə avtomobili ilə yolayrıcından sonra yerləşən Ayaz İsmayılova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini əhatə edən mişar daşından hörülmüş hasara çırpılmışdır. Bundan sonra həmkəndlisi Şahid3 öz avtomobili ilə onu, mərhum arvadı Sənubər Nəsibovanı və azyaşlı övladı X15 Şəhər Mərkəzi Xəstəxanasına aparmış, arvadı Sənubər Nəsibova həmin xəstəxanada ölmüşdür. O, sonradan Ayaz İsmayılova məxsus hasarı bərpa etdirərək sonuncuya dəymiş maddi zərəri tamamilə ödəmişdir. Törətdiyi əmələ görə peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X7 onun qızı olmuşdur. 25 noyabr 2024-cü il tarixdə saat 21 radələrində qızı Sənubər Nəsibova, sonuncunun övladı X19 və kürəkəni Təqsirləndirilən şəxs sonuncunun idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadığı evə gəlmişlər və bir müddət orada qaldıqdan sonra həmin tarixdə saat təxminən 23:50 radələrində mərhum qızı Sənubər Nəsibova, azyaşlı nəvəsi Elcan Nəsibov və kürəkəni Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxaraq sonuncunun idarə etdiyi avtomobilə əyləşərək hərəkətə başlamışlar. Təxminən 20-25 dəqiqə sonra o, kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini eşitmiş, dərhal hadisə yerinə, ardınca isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmiş və oraya çatdıqdan təxminən 4-5 saat sonra qızı Sənubər Nəsibova ölmüşdür. X17 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X7 onun qızı olmuşdur. 25 noyabr 2024-cü il tarixdə saat 21 radələrində qızı Sənubər Nəsibova, sonuncunun övladı X19 və kürəkəni Təqsirləndirilən şəxs sonuncunun idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yaşadığı evə gəlmişlər və bir müddət orada qaldıqdan sonra həmin tarixdə saat təxminən 23:50 radələrində mərhum qızı Sənubər Nəsibova, azyaşlı nəvəsi Elcan Nəsibov və kürəkəni Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxaraq sonuncunun idarə etdiyi avtomobilə əyləşərək hərəkətə başlamışlar. Təxminən 20-25 dəqiqə sonra o, kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini eşitmiş, dərhal hadisə yerinə, ardınca isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmiş və oraya çatdıqdan təxminən 4-5 saat sonra qızı Sənubər Nəsibova ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Tanrıqulular kəndində Ayaz İsmayılova məxsus olan və yaşayış olmayan evin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. 26 noyabr 2024-cü il tarixdə saat 00:10 radələrində yaşadığı evdə olarkən küçədən yol-nəqliyyat hadisəsinin səsinə oxşar səsin gəldiyini eşidib dərhal küçəyə çıxmış və bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək həmin avtomobil ilə Ayaz İsmayılova məxsus yaşayış olmayan evin daş hasarına çırpılması ona məlum olmuşdur. O, dərhal avtomobilə yaxınlaşaraq qonşuluqda yaşayan Şahid3 köməkliyi ilə sürücü Təqsirləndirilən şəxs, sonuncunun arvadı Sənubər Nəsibovaya və azyaşlı övladları Elcan Nəsibova ilkin yardım göstərməyə çalışmış, ilk öncə Təqsirləndirilən şəxs və oğlu Elcan Nəsibovu avtomobildən aşağı düşürmüşlər, lakin Sənubər Nəsibova huşunu itirdiyindən sonuncunu avtomobildən düşürməmişlər. Əvvəlcə hadisə yerinə Təcili və X11 Xidmətinin əməkdaşlarını çağırmağı fikirləşsələr də həmin əməkdaşların gəlməsi üçün uzun müddət keçəcəyini nəzərə alaraq xəsarət alan Təqsirləndirilən şəxs, Elcan Nəsibov və X22 Rəhimova məxsus olan “Mercedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Tanrıqulular kəndində Ayaz İsmayılova məxsus olan və yaşayış olmayan evin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. 26 noyabr 2024-cü il tarixdə saat 00:10 radələrində yaşadığı evdə olarkən küçədən yol-nəqliyyat hadisəsinin səsinə oxşar səsin gəldiyini eşidib dərhal küçəyə çıxmış və bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək həmin avtomobil ilə Ayaz İsmayılova məxsus yaşayış olmayan evin daş hasarına çırpılması ona məlum olmuşdur. O, dərhal avtomobilə yaxınlaşaraq qonşuluqda yaşayan Şahid2 köməkliyi ilə sürücü Təqsirləndirilən şəxs, sonuncunun arvadı Sənubər Nəsibovaya və azyaşlı övladları Elcan Nəsibova ilkin yardım göstərməyə çalışmış, ilk öncə Təqsirləndirilən şəxs və oğlu Elcan Nəsibovu avtomobildən aşağı düşürmüşlər, lakin Sənubər Nəsibova huşunu itirdiyindən sonuncunu avtomobildən düşürməmişlər. Əvvəlcə hadisə yerinə Təcili və X11 Xidmətinin əməkdaşlarını çağırmağı fikirləşsələr də həmin əməkdaşların gəlməsi üçün uzun müddət keçəcəyini nəzərə alaraq o, xəsarət alan Təqsirləndirilən şəxs, Elcan Nəsibov və Sənubər Nəsibovanı özünə məxsus olan “Mercedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Sənubər Nəsibovaya orada ilkin tibbi yardım göstərilmiş, lakin bir neçə saat sonra sonuncu orada ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 noyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 01:05-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon Polis Şöbəsinə zəng olunaraq Təqsirləndirilən şəxs, X7 və X12 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alaraq həmin xəstəxanaya daxil olmaları və Sənubər Nəsibovanın aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonunun Tanrıqulular kənd yolunda baş vermişdir. Həmin yerdə yol yolayrıcından keçməklə üç istiqamətlidir. Yolda hərəkət iki tərəflidir, yolun hərəkət hissəsi asfalt örtüklü, düz, yaş və hamardır, hər iki tərəfə görünüş məsafəsi qeyri-məhdudur, yolun hərəkət hissəsinin eni 6 metrdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtmobili ilə hərəkət etdiyi yol yolayrıcında yol iki hissəyə, sağa və sola doğru ayrılır. Həmin hərəkət istiqamətləri də asfalt örtüklü olmaqla hər iki istiqamət üzrə yolun eni 6 metrdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi qeyd olunan avtomobil ilə düzünə hərəkət etdikdə orada Ayaz İsmayılova məxsus fərdi yaşayış evi yerləşməkdə və evin ətrafı mişar daşından hörülmüş hasarla əhatə olunmaqdadır. Təqsirləndirilən şəxs yolayrıcına doğru hərəkət etdiyi yolun sağ tərəfində 02 metr, sol tərəfində 1,5 metr ehtiyat hissəsi vardır. Hadisə yeri yaşayış sahəsi daxilidir, həmin yerdə yol hərəkətini tənzimləyən yol nişanı qoyulmuşdur. Baxış keçirilən zaman hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi müşahidə olunmamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil ilə yaşadığı ev istiqamətində hərəkət etmək üçün yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olarakən yolayrıcına çatmağa 5 metr məsafə qalmış idarəetməni itirərək yolayrıcından sola dönmə manevri edə bilməmiş və yolayrıcının qurtaracağında yerləşən Ayaz İsmayılova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini əhatə edən mişar daşından hörülmüş hasara çırpılmışdır. Hadisə zamanı qeyd olunan avtomobilin sürəti 80 km/saat, Elcan Nəsibovun idarə etdiyi avtomobil ilə idarəetməni itirdiyi yerlə avtomobilin daş hasara dəydiyi yerin arasındakı məsafə 10 metr olmuşdur. Həmin avtomobilin sürücüsü üçün təhlükə avtomobilin qarşısına küçə iti çıxdığı andan, yəni idarəetməni itirdiyi andan yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə” dair 26 noyabr 2024-cü il tarixli 1317 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263-1.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X3 meyitinə baxış keçirilmişdir. Meyitin hər iki xarici qulaq keçəcəkləri və burun dəliklərində qan izi, ağız boşluğunda duru və laxta qan vardır. Müayinə olunan bütün qrup əzələlərdə meyit qacıması inkişaf etməmişdir. Meyit ləkəsi gövdənin arxa-yan səthində yerləşir, zəif intensivlidir, açıq çəhrayımtıl rəngdədir. Barmaqla təzyiq etdikdə rəngi itir, təzyiq götürüldükdən sonra 30-35 saniyə ərzində əvvəlki rəngi bərpa olunur. Baxış keçirilən zaman meyitin alın nahiyəsində, sol üst göz qapağında, burun kökündə sınıq xətt formalı, nahamar kənarlı üzərində cərrahi tikiş olan 1,5x0,4 smdən 3x0,5 sm-dək ölçülü yaralar, hər iki gözətrafı nahiyədə tünd bönövşəyimtil rəngdə qançır, dərialtı hematoma aşkar edildi. Bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilmədi. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 dekabr 2024-cü il tarixli 51 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “açıq kəllə-beyin travması, kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyinə qansızma, sol tərəf qabırğaların çoxsaylı sınıqları, hər iki gözətrafı nahiyənin qançırı və dərialtı hematoması, alın nahiyəsinin, burun kökünün əzilmiş yaraları” diaqnozu ilə, 26 noyabr 2024-cü il tarixdə bərk küt alətin-alətlərin təsirindən, yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin maneəyə dəyərək kəskin tormozlanması nəticədə avtomobildə sərnişin qismində əyləşmiş şəxsin salonda olan detallara (ön külək şüşəsinə, cihazlar panelinə və s.) çırpılması nəticədə əmələ gəlməsi istisna edilməyən, ölümlə birbaşa səbəbli əlaqəli olan və sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malik xəsarətlər aşkar edilmişdir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə-beyin travması nəticədə baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin ön, ön qanad və sağ yan hissələrinin zərbənin təsirindən tamamilə əzilməsi və avtomobilin hissələrinin və ön alın şüşəsinin qırılması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X18 daxil olmuş 08 yanvar 2025-ci il tarixli 3-13-16-11/2-39/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur və sürücülük hüququ məhdudlaşdırılmamışdır və ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X18 daxil olmuş 08 yanvar 2025-ci il tarixli 3-13-16-11/2-40/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan X5 adına qeydiyyatdadır və həmin avtomobil etibarnamə ilə digər şəxs tərəfindən idarə olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 fevral 2025-ci il tarixli 8/89 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmış və barəsində CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı, 969790 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtomobil ilə 80 km/saat sürətlə hərəkətdə olan zaman anidən avtomobilinin qarşısına sol tərəfdən küçə itinin çıxması səbəbindən avtomobilin sürətini artıraraq avtomobilini nisbətən sağ tərəfə hərəkət etdirdiyini, bu zaman yolayrıcına çatmasına 4-5 metr qaldığını görərək avtomobili yaşadığı ev istiqamətində olmaqla sola doğru hərəkət etdirmək istədikdə idarəetməni itirdiyini, həmin vaxt əyləci sıxsa da kənd yolu yağmurlu və palçıqlı olduğundan tormozlamanın baş tutmadığını, nəticədə avtomobili ilə yolayrıcından sonra yerləşən Ayaz İsmayılova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini əhatə edən mişar daşından hörülmüş hasara çırpıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 fevral 2025-ci il tarixli 8/89 nömrəli rəyində də istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ- 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, onun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi səbəbindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluğun olması və onun avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etməsi səbəbindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluğun olması qeyd olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadisənin baş vermə şəraiti ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 fevral 2025-ci il tarixli 8/89 nömrəli rəyində qeyd olunanların və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, bu Qanunun 33-cü maddəsinin İV hissəsinə əsasən, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsinin Yevlax Regional Qeydiyyat-İmtahan və X18 daxil olmuş 08 yanvar 2025-ci il tarixli 3-13-16-11/2-40/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sistemində olan məlumata əsasən, “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında qeydiyyatda olan X5 adına qeydiyyatdadır və həmin avtomobil etibarnamə ilə digər şəxs tərəfindən idarə olunmur Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan avtomobili təxminən 2 il öncə şifahi razılaşmalarına əsasən Goranboy rayon sakini X6 1950 manat pulun müqabilində aldığını, lakin maddi imkanı olmadığından avtomobili öz adına rəsmiləşdirməsə də avtomobilin faktiki olaraq ona məxsus olduğunu və həmin avtomobili etibarnamə olmadan idarə etdiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq orqanına notariat qaydasında təsdiq edilmiş ərizəni təqdim edərək baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 mart 2025-ci il tarixli ərizədən görünür ki, X16 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Tanrıqulular kəndində yaşayır, 05 noyabr 2020-ci ildə doğulmuş Elcan Nəsibov onun himyəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonunun Tanrıqulular kəndində yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin arvadının ölməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Habelə CM-in 70.1-ci maddəsinə əsasən, azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsini, hadisə nəticəsində arvadının ölməsini, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq onun azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Həmçinin CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və digər vəzifələr qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Eləcə də Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Bundan başqa, CİM-in 181-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, CM-in 45.2-ci maddəsinə əsasən, şərti məhkum etmə zamanı nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 70.4-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 16 dekabr 2024-cü il tarixli PHŞ-7451/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Göstərilənlərdən başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə maddi sübut qismində tanınmış və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təsvir olunanlarla yanaşı, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama duracağında saxlanılan “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar