Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-174/2021 17.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X9 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi: X11 xx.xx.1988-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Ucar rayonu Qarabörk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə saat 15 radələrində Ucar rayonu Qarabörk kəndində yerləşən yaşayış evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ucar şəhər sakini, 1985-ci il təvəllüdlü X7 ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq sözlərlə təhqir etməsindən əsəbiləşərək, Validə Kərimovaya qarşı yaranmış nifrət hissini əsas tutaraq, edilmiş təhqirlərə son qoymaq üçün qisas almaq məqsədi ilə Validə Kərimovanı qəsdən öldürmək qərarına gəlib, bu niyyətlə istintaqda əldə edilməsi mümkün olmayan bıçaqla ilk olaraq sinə nahiyyəsinə 1 dəfə vurub sonuncunun yerə yıxılmasından istifadə edib öz cinayətkar niyyətini başa çatdırmaq üçün müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, Validə Kərimovaya xüsusi ağrılar, əzab və iztirab verməsini dərk edib, bunu arzulayaraq, yəni xüsusi amansızlıq nümayiş etdirərək əlindəki həmin bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan Validə Kərimovanın üzərinə çıxıb bədəninin vacib sayılan orqanlarına çoxsaylı zərbələr endirməklə sonuncunun bilavasitə ölümünə səbəb olmuş daxili üzvlərin zədələnməsi, daxili və xarici qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan 01 ədəd sol qabırğaüstü nahiyyənin, 01 ədəd sağ körpücüküstü nahiyyənin, 01 ədəd sağ kürəküstü nahiyyənin, 01 ədəd sağ kürəkaltı nahiyyənin, 02 ədəd sol kürəkarası nahiyyənin, 03 ədəd sol kürəkaltı nahiyyənin deşilmiş-kəsilmiş yaralarından ibarət ümumilikdə 09 ədəd daxilə keçən yaralar kimi dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran, 01 ədəd sol körpücükaltı nahiyyənin, 02 ədəd sağ körpücükaltı nahiyyənin, 02 ədəd sağ süd vəzisinin yuxarı iç kvadratının, 04 ədəd sağ süd vəzisinin aşağı bayır kvadratında, 01 ədəd sağ arxa qoltuqaltı nahiyyənin və hər iki bazunun yuxarı 1/3-nin yan səthinin deşilmiş kəsilmiş yaralarından ibarət ümumilikdə 12 ədəd kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran, 01 ədəd sol əlin arxa səthinin, 03 ədəd sol əlin İV əl barmağının əsas falanqasının ovuc səthində səthi kəsilmiş yaraları və sağ gözaltı nahiyyənin sıyrığından ibarət, ümumilikdə 05 ədəd sağlamlığa zərər vurmayan olmaqla cəmi 26 ədəd xəsarətlər yetirərək X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar şəhər sakini X7 ilə təxminən 2014-cü il tarixdən etibarən sevgili münasibətlərində olaraq 2020-ci il tarixdə Validə Kərimova ilə Bakı şəhərində kirayədə bir yerdə yaşamış, 2021-ci ilin yanvar ayından isə sonuncu ilə birlikdə Ucar rayonu Qarabörk kəndində yerləşən ata həyətində yerləşən yaşayış evində birlikdə yaşamağa başlamışlar. Həyətdə onun və bacısı Şahid2 ayrı-ayrılıqda yaşadıqları 02 yaşayış evi olmuş, Validə Kərimova ilə bir evdə, bacısı Şahid2 və qardaşı Şahid5 övladları ilə birlikdə digər evdə yaşamışlar. Ucar rayonu Qarabörk kəndində yerləşən sexdə fəhləlik etmiş, ailə kimi bir yerdə yaşamalarına baxmayaraq dəfələrlə Validə Kərimova ilə aralarında mübahisələr olmuşdur. Validə Kərimovanın bacısı Şahid1 da onların birlikdə yaşamalarını istəməmiş, sonuncu dəfələrlə yaşadıqları evə gələrək Validə Kərimovanı ata evinə aparmaq istəsə də, Validə Kərimovanın buna razılıq verməmişdir. 14.04.2021-ci il tarixdə saat 14 radələrində Şahid1 istifadəsində olan mobil nömrəsinə zəng edərək Validə Kərimovanı götürəcəyini deyərək yaşadığı evə getməsini tələb etmiş, saat 15 radələrində yaşadığı evdə olarkən X16 Quliyeva ilə birlikdə onun ünvanına və ata-anasının qəbrinə nalayiq sözlər deməklə onu təhqir etmişdir. Validə Kərimova ilə aralarında soyuqluq yarandığından sonuncunun da evdən çıxıb getmək istədiyini, davamlı olaraq onun və ailə üzvlərinin ünvanına nalayiq sözlərlə təhqir etdiyinə görə yaşadığı evdə stol üzərində olan və Şahid1 məxsus “REDMİ” markalı və arxasında 04 ədəd kamera olan mobil telefonu götürüb stol üstünə vurmaqla qıraraq həmin telefonu həyətə tərəf atmış, bundan sonra isə Validə Kərimovanın davamlı olaraq onu təhqir etməsindən əsəbiləşib stolun üzərində olan dəstəyi qırmızı rəngli və ümumi uzunluğu təxminən 25 sm olan mətbəx bıçağını götürüb Validə Kərimovanın sinə nahiyəsinə 01 dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən Validə Kərimova yerə yıxılmış, həmin vaxt cibində olan “SAMSUNG A10” markalı və adi düyməli mobil telefonların cibindən düşə biləcəyini düşünüb otaqdan həyətə tərəf çıxıb, telefonları və cibində olan 50 manat pulu həmin həyətdə yaşayan bacısı qızı Şahid6 çağıraraq sonuncuya vermiş və Aysuna evə girib bayıra çıxmamasını tapşırmışdır. Yenidən yaşadığı evə qayıdıb otağa daxil olaraq Validə Kərimovanın üstünə hücum edib sağ əlindəki bıçaqla sonuncunun bədəninin müxtəlif yerlərinə davamlı olaraq çoxsaylı zərbələr vurmuş və zərbənin təsirindən Validə Kərimovanın yerə yıxılmışdır, Validə Kərimovanın üstündə oturub bıçaqla sonuncunu vurmasını davam etdirdikdə otağın qapısı açılaraq içəri qardaşı arvadı Şahid3 daxil olmuş və onları ayırmaq üçün yaxınlaşdığını görüb Şahid3 üstünə qışqıraraq otağı tərk etməsini bildirmişdir. Şahid3 dərhal otağı tərk edib qapını örtmüş, həmin vaxtı dizləri üstə Validə Kərimovanın üstündə oturub sonuncuya çoxsaylı bıçaq zərbələri vurarkən Şahid1 arxasından köynəkdən tutub onu çəkmək istəyərkən köynəyi cırılmışdır. Şahid1 onu Validə Kərimovadan ayırmağa gücü çatmadığı üçün otaqda olan çayniki götürüb onun başına vurmuş, bu zaman çaynik qırılmışdır. Sonra Şahid1 otaqda olan gümüşü rəngli, içərisində yemək yağı olan dəmir materialdan hazırlanmış tava ilə başından vurduqdan sonra huşunu itirib yerə uzanmış, huşunu itirsə də, sol qarın hissəsindən kəskin ağrı hiss etmiş, həmin ağrıya görə gözlərini açdıqda Şahid1 Validəni vurduğu bıçaqla otağın qapısından həyətə çıxaraq qaçdığını görmüşdür. Şahid1 onun huşsuz vəziyyətindən istifadə edərək, bıçaqla ona xəsarət yetirdiyini başa düşmüş, həmin vaxtı yerdə uzanılı vəziyyətdə qalaraq, ayaq üstə qalxmağa taqəti olmamışdır. Qısa müddətdən sonra otağa Validə Kərimovanın qardaşı Mahir, həmçinin polis əməkdaşları gəlmiş, Mahir təpiklə üzündən çoxsaylı zərbələr vurduqdan sonra dərhal hadisə yerində olan polislər Mahiri aralamışlar. Ucar RMX-yə çatdırılaraq tibbi yardım göstərildikdən sonra həmin günü buraxılmış, xəstəxanada olarkən Validə Kərimovanın öldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, 14 aprel 2021-ci il tarixdə yaşadığı evdə olan vaxt bacısı Şəfəq onu səsləyərək, digər bacısı Şahid1 zəng vuraraq bacısı Validə Kərimovanı qeyri-rəsmi nigahla yaşadığı Təqsirləndirilən şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirdiyini dedikdən sonra dərhal bacısı Şəfəqlə birlikdə qonşuluqda yaşayan qardaşı İbrahimin avtomobili ilə Ucar rayonu Qarabörk kəndində yerləşən bacısı Validə Kərimovanın evlərinə getmişlər. Evə çatarkən evin qarşısında polis əməkdaşları və qonşuların yığılışdığını görmüş, evə daxil olub bacısı Validə Kərimovanın yerdə uzandığını üst başının qanlı olduğunu görmüşdür. Validənin yerdə tərpənməz və bədəni üzərində xəsarətlər olmasını görüb, həmin vaxt yerdə uzanmış Təqsirləndirilən şəxs yalandan özünü bicliyə qoymaması və ayağa qalxması barədə irad bildirirək ayağı ilə sonuncuya toxunmuş, Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq etməmiş və təpikləməmişdir. Qardaşı ilə köməkləşib bacısı Validəni Ucar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə aparsalar da, həkimlər bacısının artıq öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X7 onun bacısı olmaqla sonuncu 4 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq bir yerdə yaşamış, son bir ildə isə Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndində yerləşən evlərində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxsla Validə Kərimova arasında məişət zəminində mübahisələr baş vermiş, son zamanlar Validə Kərimova ayrılaraq ata evinə qayıtmaq istəsə də, Təqsirləndirilən şəxs buna icazə verməmişdir. Validə Kərimovaya ad günü hədiyyəsi kimi istifadəsində olan “REDMİ NOTE 9” telefonu vermək istədiyindən 14.04.2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs zəng edərək oraya gəlmək istədiyini bildirdikdən sonra saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, həmin vaxt Qasımla Validə həyətdə olmuşlar. Validə ağladığına görə Qasımla Validəni evə dəvət etmiş, evdə söhbət zamanı Validə Qasım tərəfindən döyüldüyünü və buna görə də evdən getmək istədiyini bildirmişdir. Validə Kərimovaya “REDMİ NOTE 9” ad günü hədiyyəsi kimi vermək istəsə də, Qasım Validənin digər kişilərlə danışacağından ehtiyyat edib buna razılıq verməmiş, daha sonra Təqsirləndirilən şəxs çölə çıxaraq qısa müddətdən sonra evə daxil olmuş və belində saxladığı bıçağı çıxararaq Validə Kərimovanın üstünə hücum etmişdir. Validə küncə sıxılaraq özünü müdafiə etmək istəsə də, Qasım sağ əlində saxladığı bıçaqla Validənin bədəninin müxtəlif yerlərinə çoxsaylı zərbələr vurmuş, həmin vaxtı Validə yerdə uzanıqlı vəziyyətdə qışqırmasına baxmayaraq Qasım öz hərəkətlərini davam etdirmişdir. Qasımın əlində olan bıçağı öz əli ilə saxlayıb sonuncunun Validəyə xəsarət yetirməsinin qarşısını almaq istəsə də bunu bacarmamış, bu zaman Qasımın qardaşı arvadı Şahid3 köməklik üçün içəri daxil olmaq istəmiş, lakin Qasım Samirənin üstünə qışqıraraq bayıra çıxmasını tələb etmişdir. Şahid3 qorxusundan evdən bayıra çıxmış, həmin vaxtı qorxduğu üçün və Qasımın əməllərinin qarşısını almaq məqsədi ilə kömək çağırmaq üçün ayaqyalın darvazaya tərəf qaçmışdır. Qışqıraraq köməklik çağırsa da, heç kim çağırışa gəlməmiş, küçədə olan Qasımın bacısı qızı, azyaşlı Şahid6 mobil telefonu ilə nömrədə danışıq məbləği olmadığı üçün bacısı Şəfəqə qısa zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra küçədən qaça-qaça Şahid5 gəlib həyətə daxil olaraq Təqsirləndirilən şəxs evinə tərəf getmiş, təxminən 5-6 dəqiqə sonra Əbülfəz darvazaya tərəf qayıdaraq ona Qasımı onun vurub-vurmadığını soruşmuşdur. Qasıma heç nə etmədiyini bildirmiş, qısa müddətdən sonra hadisə yerinə qardaşları Mahir və İbrahim, bacısı Şəfəq gəlmişlər. Həmçinin Ucar RPŞ-nin əməkdaşları da oraya gəlmişdir. Ucar RPŞ-nin əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi otağa daxil olduqda Validə Kərimovanın yerdə uzanılı vəziyyətdə və üstündə xəsarətlərin olduğunu, Təqsirləndirilən şəxs da yerdə huşsuz vəziyyətdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Təqsirləndirilən şəxs bacısı Validəyə çoxsaylı bıçaq zərbələri yetirməklə sonuncunu artıq öldürdüyünü başa düşmüş, cinayətin aləti olmuş bıçaq ancaq Təqsirləndirilən şəxs əlində olmuşdur. Bıçağın harda olması barədə heç bir məlumatı olmamış, hadisə baş verən vaxtı Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Eləcə də Qasım ona heç bir xəsarət yetirməmiş, lakin cinayətin qarşısını almaq üçün Qasımın əlindəki bıçağı öz əli ilə tutduğu üçün həmin bıçaq sol əlini qismən kəsmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu Qarabörk kəndində yerləşən həyətdə iki ədəd ev olmaqla, evlərin birinin birinci mərtəbəsində əri Şahid5 və dörd azyaşlı övladı, ikinci mərtəbədə isə baldızı Şahid2 iki azyaşlı övladı ilə birlikdə yaşamış, evin əks tərəfində özlərinə giriş qapısı açmışlar. Həyətdə olan ikinci evdə isə qaynı Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətlərində olduğu Validə Kərimova ilə birlikdə yaşamışdır. 14.04.2021-ci il tarixdə saat 11 radələrində həyətyanı sahədə Təqsirləndirilən şəxsla Validə Kərimova arasında sözlə mübahisə yaranmış, sonuncu evi tərk edərək getmək istəsə də, sonradan bu fikrindən daşınmışdır. Həmin gün saat 15 radələrində Şahid1 həyətə daxil olaraq Validə ilə Qasımı sonuncunun evinə dəvət etmiş, qısa müddətdən sonra həyətdən Şahid1 qonşuları köməyə çağıraraq qışqırdığını eşitmişdir. Darvaza içəri tərəfdən bağlı olduğundan baldızı qızı Şahid6 qapını açaraq həyətə daxil olub Təqsirləndirilən şəxs yaşadığı evə tərəf getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin qapısını açdıqda Validə Kərimovanın yerdə arxası üstə uzanılı vəziyyətdə olmasını, sonuncunun üzərində dizi üstə ayaqlarını aralayıb oturmuş Təqsirləndirilən şəxs əlində bıçaq olmasını, Şahid1 Təqsirləndirilən şəxs əlindəki bıçağı öz əli ilə tiyəsindən tutaraq bacısını vurmamasını deyərək qışqırmasını görmüşdür. Həmin vaxt mübahisə tərəflərini ayırmaq istəsə də, Təqsirləndirilən şəxs üstünə qışqıraraq onun qarışmamasını və çölə çıxmasını demiş, qorxusundan dərhal darvaza olan tərəfə getdikdə arxası ilə Şahid1 qışqıraraq ayaqyalın onun arxası ilə qaçmışdır. Təqsirləndirilən şəxs sağ əlində bıçaq həyətyanı sahəyə çıxaraq Şahid6 çağırmış, sonuncu evdən çıxaraq həyətə düşmüşdür. Təqsirləndirilən şəxs Şahid6 sol əlində saxladığı qara rəngli mobil telefonu verərək evə girməsini və çölə çıxmamasını demişdir. Şahid1 qışqırıq səsinə yoldan keçən nömrəsini xatırlamadığı avtomaşın saxlamış, Şahid1 həmin avtomobildə olan tanımadığı kişi cinsli şəxsin birindən mobil telefonu alıb zəng etdikdən sonra həmin şəxs oradan uzaqlaşmışdır. Qışqıraraq köməklik çağırsa da, gələn olmamış, darvazada dayandıqda Şahid1 mobil telefon ilə 102 xidmətinə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs evində mobil telefonunun qaldığını deyərək qardaşına zəng etmək üçün həmin telefonu götürmək istədiyini demiş və bu məqsədlə həyətə daxil olmuşdur. Təxminən 2-3 dəqiqə sonra Şahid1 geri qayıtmış, sonradan İradənin Mahir adlı qardaşı, adını bilmədiyi digər qardaşı, bacısı Şəfəq küçədən həyətə daxil olmuşlar. Bu vaxt Ucar rayon Polis Şöbəsinin əməkdaşı Həsən və digər adlarını tanımadığı polis əməkdaşları da, hadisə yerinə çatdığından Şahid1 arxasıyca evə daxil olmuş, özü də polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinə gedib giriş qapısı tərəfdə dayanmışdır. Qapı açıq olduğundan Təqsirləndirilən şəxs və Validə Kərimovanın huşsuz vəziyyətdə yerdə uzanılı vəziyyətdə olmasını görmüş, həmin vaxt əri Şahid5 da həyətə gəldikdən sonra əri ilə birlikdə otağa daxil olmuşdur. Otaq ətrafında əşyalar dağınıq halda olmaqla, Validə Kərimova kürəyi üstə yerdə uzanılı vəziyyətdə olub bədəninin müxtəlif yerlərində xəsarətlər olmuş, sonradan hadisə yerinə baldızı Şahid2 da gəlmişdir. Otaqda olan İradə Səkinənin üstünə hücum edərək sillə ilə üzündən vurmuş, nəticədə sonuncunun qolunda olan saat qırılaraq yerə düşmüşdür. Həmçinin Mahir də, Validə Kərimovaya xəsarət yetirdiyi üçün yerdə uzanılı və huşsuz vəziyyətdə olan Təqsirləndirilən şəxs təpiklə vuraraq özünü bicliyə vurmamasını və ayağa durmasını demişdir. Həmin vaxt polis əməkdaşları Mahiri otaqdan çölə çıxartmış, daha sonra Validə Kərimova və Təqsirləndirilən şəxs Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır, sonradan polislərdən Validə Kərimovanın öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı olmaqla onlarla bir həyətdə, lakin ayrı evdə yaşamışdır. 14 aprel 2021-ci il tarixdə anası Şahid2 işlədiyi Ucar şəhəri 5 saylı bağçaya getmiş, dayısı Təqsirləndirilən şəxs özündə olan mobil telefonla zəng vuraraq evdə tək olduğundan qorxduğunu və qapını bağlayıb bağlamamağı soruşmuşdur. Qasım tez gələcəyini deyərək təxminən 15 dəqiqə sonra evə gəlmiş, təxminən 5 dəqiqə sonra da dayısının birlikdə yaşadığı Validə Kərimovanın bacısı Şahid1 oraya gəlmişdir. Dayısı Qasım, Validə və İradə həyətdə söhbət etdikdən sonra evin içərisinə keçmiş, az vaxt keçdikdən sonra eyvanda olduğu vaxt dayısı Qasım evdən bayıra çıxıb həyətdə güllərin içərisində olan bıçağı götürüb yenidən içəri keçmişdir. Həmin vaxt səs-küyləri gəldiyini və mübahisə olduğunu bilmiş, qapı açıq olduğundan uzaqdan dayısının Validəni yerə yıxılmış halda üzərinə çıxdığını, İradənin isə dayısının arxasında sonuncunu Validədən aralamaq istədiyini görmüşdür. Həmin vaxt eyvandan aşağı düşüb Əbülfəz dayısının arvadı Şahid3 bu barədə məlumat vermək istəmiş, həmin vaxt İradə evin qapısından bayıra çıxıb Qasımın Validəni ödürdüyünü deyərək qışqırmışdır. X17 bıçaqla vuraraq xəsarət yetirdikdən sonra həyətə çıxıb onu çağıraraq 50 manat pulu və 2 ədəd özünə məxsus telefonları ona verib evə yaxın gəlməməsini və evə çıxıb getməsini tapşırmışdır. O, Samirəyə məlumat vermək üçün getmiş, İradə isə geri otağa qayıtmışdır. Samirəyə bu barədə məlumat verdikdən sonra Şahid3 evin içərisinə keçib Qasımla Validəni ayırmaq istəyərkən Qasımın Samirəyə qışqıraraq qarışmamasını deyib bayıra çıxmasını tələb etməsini eşitmişdir. Samirə də evə girməyib onun mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, həmin vaxt X17n üzərində oturub ona bıçaqla xəsarət yetirmiş, lakin qorxduğundan tam baxa bilməyib oradan uzaqlaşmışdır. Sonra xalası Şahid4 vhatsap vasitəsi ilə zəng edərək məlumat vermiş, bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12.05.2021-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər –İ) Daxilə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər: Sol qabırğaüstü nahiyyənin, sağ körpücüküstü nahiyyənin, sağ kürəküstü nahiyyənin, sağ kürəkaltı nahiyyənin, sol kürəkarası nahiyyənin 02 ədəd, sol kürəkaltı nahiyyənin 03 ədəd deşilmişkəsilmiş yaraları, İİ) Daxilə nüfuz etməyən deşilmiş,kəsilmiş yaraları- sol körpücükaltı nahiyyənin, sağ körpücükaltı nahiyyənin 02 ədəd, sağ süd vəzisinin yuxarı iç kvadratının 02 ədəd, sağ süd vəzisinin aşağı bayır kvadratında 03 ədəd, sağ arxa qoltuqaltı nahiyyənin deşilmiş kəsilmiş yaraları İİİ) deşilmiş kəsilmiş yaralar- Hər iki bazunun yuxarı 1/3-nin yan səthinin deşilmiş-kəsilmiş yaraları, İV)- Sol əli arxa səthinin, sol əlin İV əl barmağının əsas falanqasının ovuc səthində 03 ədəd səthi kəsilmiş yaraları, V)Sıyrıq- sağ gözaltı nahiyyənin sıyrığı, qeyd olunan xəsarətlər həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir. Deşilmiş-kəsilmiş və kəsilmiş deşici-kəsici alətin təsirindən, sıyrıq isə məhdud təsir səthinə malik küt alətin, ola bilsin dırnağın təsirindən əmələ gəlmişdir. Ağırlıq dərəsinə görə İ bənddə göstəilən xəsarətlər yetirilən anda həyat üçün təhlükəli olduğuna görə sağlamlığa Ağır zərər vuran xəsarətlərə, İİ və İİİ bəndlərdə qeyd edilən xəsarətlər sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. İV və V bənddə qeyd edilən xəsarətlərin dərəsi təyin edilmir. Mərhumun meyidində aşkar edilmiş xəsarətlərin xarakteri, yerləşdiyi nahiyyələrə əsasən güman etmək olar ki, hadisə vaxtı o müxtəlif pozalarda, o cümlədən ayaq üstə və uzanmış vəziyyətdə ola bilərdi. X2 meyitindən götürülmüş duru qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. Hadisə vaxtı mərhumun əynində olmuş geyim paltarlarında aşkar edilən zədələrlə meyitdə aşkar edilmiş əsarətlərin yerləşdiyi nahiyyələrcüzi fərqlə üst-üstə düşür. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X3 hamiləlik aşkar edilmədi. X2 ölümünə səbəb daxili üzvlərin zədələnməsi, daxili və xarici qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaraları olmuşdur. X2 arxa keçəcək dəliyində və düz bağırsağının selikli qişasında hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14.04.2021-ci il tarixli 81 nömrəli tibbi-ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş –döş qəfəsinin və sol qalça çuxurunun daxilə keçməyən deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin-alətlərin, ola bilsin yastı tiyə tipli bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 14.04.2021-ci il tarixə uyğun gəlir. Adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Xəsarətlər əl çatan nahiyyədə olduğundan həmin xəsarətlərin Təqsirləndirilən şəxs özü-özünə yetirməsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 16.04.2021-ci il tarixli 82 nömrəli rəyindən görünür ki, Şahid1 bədənində aşkar edilmiş xəsarət-sol əlin ovuc səthinin kəsilmiş yarası iti kənarla alətin, ola bilsin bıçağın tiyəsinin kəsər hissəsinin təsirindən törənmişdir. Törənmə müddədi 14.04.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 07.07.2021-ci il tarixli 271/2021-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X2 ABO sistemi üzrə qan qrupu – O-alfa, beta/İ/, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A-beta/H//İİ/ olmuşdur. Ekspertizaya təqdim olunan Validə Kərimovanın sağ və sol əl barmaq dırnaq kəsiklərində, ona məxsus ev şalvarı, qısaqol mayka, busqalter üzərindəki ləkələrdə və hadisə yerində döşəmədəki xalça üzərindən 02 ədəd kosmetik çubuğun hər iki ucuna sarılmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antingenti, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutinlərii alındı. Beləliklə bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X6 məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus sviter, idman şalvarı və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə bu qan ləkələri A-beta/H//İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs özünə məxsus ola bilər. Göstərilən ləkələrdə V.Kərimovanın qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən V.Kərimovanın ğ və sol əl barmaq dırnaq kəsiklərindən hazırlanmış preparatlarda sitoloji tədqiqat üçün yararlı nüvəli hüceyrə elementləri/əri epidermisi/ aşkar olunmadı. Ekspertizaya təqdim edilən X2 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan tamponlarda spermatazoidlər aşkar olunmadı. Təqdim edilən V.Kərimovaya məxsus üzük, REDMİ NOTE 9 PRO markalı mobil telefon, tava, Dior markalı qol saatı, 04 ədəd çaynik qırığı üzərində qan, KV.M.Kərimovaya məxsus trusik, Şahid1 məxsus idman şalvarı, cins gödəkçə, qısaqol mayka üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikrimnalistik ekspertizasının 22.06.2021-ci il tarixli 212/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X6 məxsus köynəyin ön səthində 14 ədəd, arxa səthində 8 ədəd, büstqalterin arxa sol nahiyyəsində 1 ədəd, arxa sol nahiyyəsində 1 ədəd dəlib-keçən zədələr aşkar edildi. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş mərhum X6 məxsus tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin ön səthinin sol nahiyyəsində 01 ədəd, maykanın ön səthinin sol yuxarı nahiyyəsində 01 ədəd, ön səthinin sağ nahiyyəsində 01 ədəd, idman şalvarının sol ayağının ön yuxarı hisəsində 01 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipl deşici-kəsici alətin təsirindən törənmişlər. ekspertizaya təqdim edilmiş mərhum Şahid1 məxsus gödəkçə, köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 21.05.2021-ci il tarixli 6/1585 nömrəli rəyindən görünür ki, mərhum X6 məxsus olduğu qeyd olunan 01 ədəd idman şalvarının, 01 ədəd köynəyin, 01 ədəd büsqalterin, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan 01 ədəd sviterin, 01 ədəd idman şalvarının, 01 ədəd maykanın Şahid1 məxsus olduğu qeyd olunan 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin, 01 ədəd idman şalvarının, səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd olunan 01 ədəd idman şalvarının səthi üzərində aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd olunan 01 ədəd qısaqol köynəyin səthi üzərindən aşkar edilmiş açıq göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd olunan sağ və sol əlin əl dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd sviterin, 01 ədəd idman şalvarının və 01 ədəd maykanın tərkib liflərindən yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 21.06.2021-ci il tarixli 319/103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırki ekspertiza zamanıda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini eitraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs əqli inkişafinda gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk edə bilmiş, öz hərəkətlərini tam idarə etmək qabiliyyətində olmuşdur Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi-psixi emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 31.05.2021-ci il tarixli 9/2492 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların zədələnməmişdən əvvəl, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə istifadə edilməsi və istifadədə olması nəzərə alınmaqla, 2021ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 01 ədəd Çin istehsalı olan “Redmi” markalı M2003J6B2G(Note 9 Pro) modelli, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsalfotokameralı mobil telefon (satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması) -400,0 manat, 01 ədəd üzərində “Dior Back StainlessSteel” yazıları lan, qara rəngli, süni dəri kəmərli qol saatı- 15,0 manat. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə saat 2000da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 16 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Ucar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 16 sentyabr 2021-ci il tarixli 09/2019 nömrəli məktubdan görünür ki, Ucar rayon Məhkəməsinin 1(063)-52/2019 saylı, 27 noyabr 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Fazuil oğlu 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmün icra edilməsi üçün Ucar rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, lakin cəzası icra olunmamışdır. CM-in 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Rafail oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Ucar rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 120.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq xüsusi amansızlıqla qəsdən adam öldürməni nəzərdə tutan CM-in 120.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Təqsirləndirilən şəxs Validə Kərimovanı öldürərkən sonuncuya çoxsaylı (26 ədəd) bıçaq xəsarəti yetirməsi onun zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum etdiyini bir daha təsdiq edir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 14 aprel 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 67 və 68.1.3-cü maddələrinə əsasən Ucar rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzaya birləşdirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 204,16 AZN (iki yüz dörd manat 16 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 (on altı) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 67 və 68.1.3-cü maddələrinə əsasən Ucar rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 204,16 AZN (iki yüz dörd manat 16 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ucar rayon prokurorluğunda saxlanılan 01 ədəd “REDMİ NOTE 9 PRO” markalı mobil telefon, mərhum Validə Kərimovaya məxsus 01 ədəd üzük, zərərçəkmiş şəxsin hüquqi varisi X8, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli qısaqol mayka, 01 ədəd qara rəngli idman şalvarı Təqsirləndirilən şəxs, 01 ədəd mavi rəngli uzunqol gödəkçə, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədəd busqalter Şahid1, 01 ədəd qol saatı Şahid2 qaytarılsın, mərhum X6 məxsus geyim əşyaları olan 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədədağ-qara rəngli büsqalter, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qan nümunəsi, üzərində qanabənzər ləkələr olan döşəmədəki xalçadan götürülmüş 02 ədəd nümunələr, çaynikin 04 ədəd qırılmış hissələri, 01 ədəd tava, mərhum X2 meyitindən götürülmüş sağ və sol əl dırnaq kəsintiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-174/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-174/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver