Məhkəmə qərarları › İş №1(091)-175/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-175/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-175/2020 04.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X6 oğlu, zərər çəkmiş şəxsZərərçəkmiş şəxs iştirakları ilə 1985-ci ilin fevral ayının 25-də Yevlax rayonu, Nurallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkumluğu olan Qobustan rayonu, Təsi kəndində pasport qeydiyyatında olmaqla həbs edilənə kimi Yevlax rayonu, Nurallar kəndində yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X7 Məhkəməsinin 2 saylı zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxsxx xxxx 2020-ci ildə saat 15 radələrində həmkəndlisi, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evin arxa tərəfində olan boş torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında suvarma suyunun suvarılması ilə bağlı şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs sifət və başının sol ənsə nahiyəsinə iki dəfə qəsdən vuraraq ona baş beyinə qansızma, ənsə sümüyünün sınığı xəsarətləri ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri, burun sümüyünün açıq yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən burun kökünün yarası, alın nahiyəsinin sıyrığı, hər iki gözətrafı nahiyənin qançırı xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 19:00 radələrində Yevlax rayonu, Nurallar kəndində hənkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşmış, birlikdə Bərdə rayonu, Seyidyusifli kəndində yerləşən mağazaya getmiş, mağazadan evə ərzaq almış, Mətləb isə içki almışdır. Mağazadan ərzaq alıb Mətləblə birlikdə yaşadığı kəndə qayıtmışdır. Mətləbi vurmamış, ona xəsarət yetirməmişdir. İlkin ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq olduğuna görə Zərərçəkmiş şəxs yumruqla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 15:00 radələrində Yevlax rayonu, Nurallar kəndində yaşadığı evin həyətinin arxa hissəsində olan zaman Təqsirləndirilən şəxs həmin yerə gəlmişdir. Kənddə yaşadığı evin arxa hissəsi tərəfdən su arxı keçir. Həmin arxın suyu ilə kəndin bir çox camaatı öz həyətini suvarır. Seymur həmin vaxt ona öz məhləsini indi sulayacağını demiş, o, isə Seymura hələ suyu açmadığını, birinci öz məhləsini sulayacağını, sonra isə onun sulayacağını bildirmişdir. Seymurla aralarında su məsələsi ilə bağlı mübahisə yaranmış, mübahisə zamanı su arxının üstündə oturulu, Seymur isə ayaq üstə olmuşdur. Həmin vaxt Seymur yerdən dəmir götürüb sifət nahiyəsinə bir dəfə, başının sol ənsə nahiyəsinə isə bir dəfə vurmuş,zərbənin təsirindən huşunu itirib yerə yıxılmış, iki-üç gün sonra xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxs onu vurduğu sahənin kənarları dəmir armaturlarla sarınmış məftillərlə hasarlanmış, hasarlanmış əraziyə heyvanlar otarılması üçün salınan zaman armaturlar dəmirlə yerə salınmış, ona görə həmin ərazidə dəmirlər olmuşdur. Hadisə baş verən zaman həmin yerdə 4-5 ədəd fərqli xüsusiyyətlərə malik dəmirlər olmuşdur. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 15:00 radələrində Mətləbin evə gəlmədiyindən narahat olub onu axtarmağa getmiş, Mətləbin yaşadığı evin arxa hissəsinə çatan zaman həmkəndlisi Təqsirləndirilən şəxs Mətləbi dəmirlə vurduğunu, sonra isə onu görüb dəmiri tullayıb qaçdığını görmüş, Seymurun Mətləbi dəmirlə neçə dəfə vurduğunu görməmiş, ancaq bir dəfə vurduğunu görmüşdür. Mətləbin yanına çatan zaman Mətləbin yerdə yıxılmış vəziyyətdə olduğunu, üz-gözünün qan içində olduğunu görmüş, bu zaman qorxaraq bərkdən qışqırmış və özündən gedib yerə yıxılmışdır. Sonra qızı Bahar həmin yerə gəlib onu yerdən qaldırmış, qızı Baharla birlikdə Mətləbi çətinliklə yerdən qaldırıb yaşadığı evə aparmış, Bahar evdə bir neçə dəfə təcili yardıma zəng etmiş, ancaq təcili yardım hər dəfə başqa yerdə olduğunu deyib gələ bilməmiş, sonra Bahar Yevlax şəhərində yaşayan nəvəsi Hüseynə zəng etmiş, Hüseyn təxminən 20-25 dəqiqəyə idarə etdiyi avtomobillə Mətləbin yaşadığı evə gəlmiş, Hüseynlə birlikdə Mətləbi Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs vurduğu sahənin kənarları dəmir armaturlarla sarınmış məftillərlə hasarlanmış, hasarlanmış əraziyə heyvanlar otarılması üçün salınan zaman armaturlar dəmirlə yerə salınmış, ona görə həmin ərazidə dəmirlər olmuşdur. Hadisə baş verən zaman həmin yerdə 4-5 ədəd fərqli xüsusiyyətlərə malik dəmirlər olmuşdur. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 14:50 radələrində Yevlax rayonu, Nurallar kəndində yaşadığı evdə olan zaman anası Şahid3 qardaşı Mətləbin evə gəlmədiyini görüb Mətləbi axtarmağa getdiyini görmüş, 2-3 dəqiqə sonra anasının arxasınca getmiş, Mətləbin yaşadığı evin arxa hissəsinə çatan zaman anası Gilasın qışqırdığını eşitmiş, həmin vaxt anası ilə arasında təxminən 10-15 metr məsafə olmuş, anasının yanına çatan zaman anasının özündən gedib yıxılmış vəziyyətdə yerdə olduğunu görmüş, bu zaman qardaşı Mətləb də yerdə yıxılmış vəziyyətdə olmuşdur. Üz-gözü qan içində olmuşdur. anasını ayıltmış, anası ilə Mətləbi çətinliklə yerdən qaldırıb yaşadığı evə aparmışlar. Evdə bir neçə dəfə təcili yardıma zəng etmiş, ancaq təcili yardım hər dəfə başqa yerdə olduqlarını bildirmiş, sonra isə Yevlax şəhərində yaşayan bacısı oğlu Hüseynə zəng etmiş, Hüseyn təxminən 20-25 dəqiqəyə idarə etdiyi avtomobillə Mətləbin yaşadığı evə gələrək anası X5 Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 18:00 radələrində Bərdə rayonu, Seyidyusifli kəndində ot yığan zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Seyidyusifli kəndində yerləşən mağazaya tərəf gedərkən görmüş, özü ilə onlar arasında təxminən 20-25 metr məsafə olmuşdur. Seymurla Mətləbin mağazaya girib-girmədiklərini görməmişdir. Təxminən 10-15 dəqiqə sonra X3 kəndi istiqamətində getdiyini görmüş, daha sonra Seyidyusifli kəndində yerləşən mağazaya gedib kontur və siqaret almış, həmin mağazada həmkəndlisi Şahid2 görmüşdür. Hüseyn mağazadan alver etmiş və birlikdə Nurallar kəndində qayıtmışlar. Yolda Hüseyn ona mağazaya gələndə Nurallar kəndində Seymurla Mətləbi gördüyünü, Seymurun Mətləbin siqaretini yandırdığını bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, sonradan bu barədə eşitmişdir. Şahid2 məhkəmədə şahid X.Ş.Xasayevin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs vurmamış və ona xəsarət yetirməmişdir. Lakin şahidlər Şahid3, Şahid4, Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 15 radələrində Mətləbi dəmir ilə vuraraq xəsarətləndirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrində etdiyi əməli qismən etiraf etməklə Mətləbi həmin gün saat 19 radələrində sillə ilə vurmasını göstərmişdir. Faktiki olaraq isə iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 18-19 radələrində görüşməklə mağazaya getmiş və bilikdə mağazadan çıxıb evlərinə getmişlər. Təqsirləndirilən şəxs ibtiai araşdırma zamanı ifadsində bilərəkdən belə təhriflərə yol verməklə xx xxxx 2020-ci ildə saat 15 radələrində olan kriminal əməlini gizlətməyə çalışmışdır. xx xxxx 2020-ci ildə saat 19 radələrində Mətləbi sillə ilə vurmasını göstərmişi ilə də özünə münasibətdə albi yaratmaq istəmişdir. Odur ki, məhkəmə təkzibedilməz sübutlar la ziddiyyət təşkil etdiyindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Məhkəmə bu hissədə Zərərçəkmiş şəxs, şahidlər Şahid3 və Şahid4 ifadəsini daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 330 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-burun kökünün yarası, burun sümüklərinin açıq qəlpəli, yerini dəyişmiş sınığı, ənsə sümüyünün sınığı, baş beyinə qansızma, alın nahiyəsinin sıyrığı, hər iki gözətrafı nahiyənin qançırı, bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən baş beyinə qansızma, ənsə sümüyünün sınığı yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran, burun sümüyünün açıq yerini dəyişmiş qəlpəli sınığı səhhətin uzun müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Qançır və sıyrıq sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Yuxarıda qeyd olunan xəsarətlərin sillə ilə vurulması mümkün deyil. Məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Qasımov X2 Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə həmin cəza 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 656/6 saylı məktubundan görüür ki, Təqsirləndirilən şəxs həmin cəzanı xx xxxxxx 2020-ci ildə çəkib qurtarmışdır. CM-nin 83-cü maddəsinə əsasən o, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal onun himayəsində 2008-ci il təvəllüdlü Məqsəd, 2010-cu il təvəllüdlü Mətin, 2014-cü il təvəllüdlü Ayət, 2016-cı il təvəllüdlü Mərdan adlı 4 azyaşlı uşaqlarının olmasıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər törətmiş olduğu cinayətlərin sayını, xarakterini ictimai təhlükəliliyini, təyin edilmiş cəzanın onun islah olunmasına yetərli olmamasının səbəblərini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəası nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, xx xxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə olmuşdur. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Ekspertiza xərci, mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin126.1-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın . Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X7 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar