Məhkəmə qərarları › İş №1(091)-175/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-175/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-175/2022 05.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: İsmayıllı rayon Vəkil Bürosunun vəkili X7, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri: X5, və X16 xx.xx.1989-cu ildə Tovuz rayonu Alakol kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon X11 Hisəssinin 129 nömrəli yanğından mühafizə bölməsinin yanğınsöndürəni işləyən, orta təhsilli, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə saat 1430 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 268-ci kilometrində idarə etdiyi “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaqdoldurma məntəqəsindən baş yola çıxarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin – sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərini pozaraq Bakı şəhəri istiqamətində hərəkət edən Şahid idarə etdiyi “Daf FT-105 460 T” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən baş yola daxil olmuş, bu zaman idarə etdiyi “X22” markalı avtomobilin arxa hissəsi “Daf FT-105 460 T” markalı avtomobilin qarşı hissəsilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “X22” markalı avtomobildə olan sərnişin X14 qapalı kəllə-beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, boyun fəqərələrinin sınığı, başın ənsə nahiyəsinin yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirərək ölümünə, X4 qapalı kəllə-beyin travması, təpə və gicgah sümüklərinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi və sol gözünün ətraf yumşaq toxumalarının əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirərək xx.xx.2021-ci il tarixdə ölməsinə, Zərərçəkmiş şəxs sağ bud sümüyünün yuxarı 1/3-nin açıq sınığı, qapalı kəllə-beyin travması, sol gözaltı nahiyənin sıyrığı kimi xəsarətlər yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon X11 Hissəsinin 129 nömrəli yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində xidmət etməklə, lizinq şirkətinə məxsus “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə idarə etmişdir. 02 fevral 2021-ci il tarixdə Bakı şəhərinə getmək məqsədi ilə qeyd etdiyi avtomobillə yaşadığı kənddən çıxarkən yolun kənarında qonşu Əyyublu kəndindən olan 4 nəfər həmyerlilərini görüb sonuncuların yanında avtomobili saxlamış, söhbət zamanı həmin şəxslər də Bakı şəhərinə gedəcəklərini bildirdiklərinə görə onun avtomobilinə əyləşib yola düşmüşlər. Saat 1430 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Lukoil” Yanacaqdoldurma Məntəqəsində avtomobilə yanacaq doldurduqdan sonra hərəkətə başlayıb sürətini artıraraq dayanmadan magistral yola çıxmış, artıq yola düzəldiyi zaman Gürcüstan istiqamətindən gələn yük avtomobili onun avtomobilinə çataraq avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən avtomobil yolun kənarına düşmüş, hadisə nəticəsində avtomobildə arxa oturacaqda ortada oturan sərnişinlərdən X17 hadisə yerində, X8 isə sonradan xəstəxanada aldığı xəsarətlərdən ölmüşlər. Hazırda zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışmış, sonunculara dəyən ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə saat 1430 radələrində idarə etdiyi “DAF FTXF 105 460T” markalı **-SM- *** dövlət qeydiyyat nişanlı yük avtomobili və avtomobilə qoşulu **-ZE-*** dövlət qeydiyyat nişanlı Krone markalı yarımqoşqu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində sağ hərəkət zolağı ilə hərəkətdə olduğu zaman yolun sağ tərəfində olan yanacaqdoldurma məntəqəsinin ərazisindən “Renault” markalı avtomobil dayanmadan onun yoluna daxil olmuş, bu zaman məsafə çox yaxın olduğundan heç bir tədbir görə bilməyərək avtomobilinin qabaq hissəsi həmin avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Renault markalı avtomobildə olan sərnişin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sonradan digər sərnişinin də xəstəxanada ölməsini eşitmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə günorta saatlarında Tovuz rayonu Alakol kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı avtomobillə Tovuz rayonundan çıxıb Bakı şəhərinə gedərkən avtomobildə ondan başqa Əyyublu kəndin sakinləri Elnur və Ceyhun adlı şəxslər və qabaq oturacaqda oturan tanımadığı bir nəfər şəxs də olmuşdur. Saat 1430 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonundan keçən hissəsində Elnur yolun kənarında olan «Lukoil» yanacaqdoldurma məntəqəsinə daxil olmuş, yanacağı vurduqdan sonra magistral yola çıxarkən Gürcüstan sərhədi istiqamətindən gələn yük avtomobili onların avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Elnur aldığı xəsarətlərdən hadisə yerində ölmüş, Ceyhun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşsə də sonradan orada ölmüşdür. Onun isə ayağı sınmaqla sonradan sağalmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmaqla sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Ceyhun Hümmətov onun əri olmaqla 02 fevral 2021-ci il tarixdə yaşadıqları Tovuz rayonu Əyyublu kəndindəki evlərindən çıxıb Bakı şəhərinə yola düşmüşdür. Saat təxminən 15 radələrində Ceyhungilin Bakı şəhərinə gedərkən Ağdaş rayonu ərazisində yol qəzasına düşdükdən sonra ağır xəsarətlər alaraq Mingəçevir xəstəxanasına aparılması barədə məlumat gəlmiş, xəstəxanada olarkən Ceyhunun qonşu kənddən olan Elvin adlı şəxsin avtomobili ilə Bakı şəhərinə gedərkən yük avtomobili ilə toqquşduqları, avtomobildə olan şəxslərdən birinin rəhmətə getdiyi, Ceyhun və başqa bir şəxsin isə xəsarət aldığı onlara məlum olmuşdur. Ceyhun bir aydan çox müddətdə Mingəçevir şəhər xəstəxanasında müalicə olunmağına baxmayaraq 16 mart 2021-ci il tarixdə xəstəxanada ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmaqla sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərmişdir ki, X18 onun doğma qardaşı olmaqla 02 fevral 2021-ci il tarixdə Elnur evdən Bakı şəhərinə yola düşmək üçün çıxmışdır, sonradan onlara Elnurun Bakı şəhərinə gedərkən Ağdaş rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölməsi barədə məlumat gəlmişdir. Elnur qonşu kənddən Elvin adlı şəxslə Bakı şəhərinə gedərkən həmin avtomobil yük avtomobili ilə toqquşmuş və Elnur aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmaqla sonuncudan heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2021-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, X9 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə-beyin travması, başın yumşaq qatının iç səthinə qansızma, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, boyun fəqərələrinin sınığı, başın ənsə nahiyəsinin yarası, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. X9 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. X9 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yük avtomobili ilə minik avtomobilinin toqquşması zamanı əmələ gələ bilərlər. X9 ölümü meyitin müayinəsindən ən azı 2, ən çoxu 4 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2021-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar olunan xəsarətlər – qapalı kəllə-beyin travması, təpə və gicgah sümüklərinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi və sol gözünün ətraf yumşaq toxumalarının əzilməsi avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X3 ölümünə səbəb qapalı kəllə-beyin travması, təpə və gicgah sümüklərinin xətti sınıqları, baş beyin toxumalarının əzilməsi nəticəsində inkişaf edən travmatik beyin ödemi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 83 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər – sağ bud sümüyünün yuxarı 1/3-nin açıq sınığı, qapalı kəllə-beyin travması, sol gözaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1208 №-li rəydən görünür ki, “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Daf FT-105 460 T” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahid hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə yolnəqiyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2309 №-li rəydən görünür ki, “Daf FT-105 460 T” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahid hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud yol şəraitində 70-75 km/s sürətlə hərəkətdə olan “Daf FT- 105 460 T” markalı yarımqoşqulu avtomobilin dayanma yolu 66,9-74,6 metrə uyğundur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 02 fevral 2021-ci il tarixli 39 saylı protokolu ilə hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmaması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin Tovuz RQİTBŞ tərəfindən Təqsirləndirilən şəxs verilmiş 01 aprel 2015-ci il tarixli AE 315435 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqənin etibarlılıq müddəti 01 aprel 2025-ci il tarixə kimidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X31 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 016-17093-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan) AE 315435 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Tovuz Rayon Mərkəzi X12 Şəxsinin xx.xx.2022-ci il tarixli 940 saylı məktubundan görünür ki, Alakol kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Tovuz RMX-nı PHŞ-in poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında deyil. Cinayət işinə əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti Başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Tovuz rayonu Alakol kəndində yaşamaqla himayəsində 2015-ci il təvəllüdlü X6 və 2016-ci il təvəllüdlü X10 adında iki azyaşlı uşaqları vardır, yaşadığı Alakol kəndində müsbət səciyyələndirilir. Cinayət işinə əlavə edilmiş Tovuz rayonu DYMH-dən verilmiş 10 fevral 2022-ci il tarixli xidməti xasiyyətnaməyə əsasən xx.xx.2016-cı ildən Tovuz rayonu X11 Hissəsinin 129 nömrəli yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsiin yanğınsöndürəni vəzifəsində xidmət edən, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, yaşayış və iş yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Zərərçəkmiş şəxslərlə barışdığına görə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 200 AZN (iki yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış sübutlar “X22” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı və “Daf FT-105 460 T” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar