Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-175/2023 27.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnitsiya qərarı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq olunmaqla hökmlərin məcmusu ilə 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 06 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 26,027 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 10,395 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək, narkotik vasitə olan heroini 0,415 qram, 0,409 qram, 0,450 qram, 0,426 qram, 0,445 qram, 0,403 qram, 12,110 qram, 0,410 qram, 0,354 qram, 0,348 qram, 0,315 qram, 0,294 qram, 0,358 qram, 0,337 qram, 0,324 qram, 0,367 qram, 0,367 qram ,0,309 qram, 0,355 qram, 0,346 qram, 0,344 qram, 0,327 qram, 0,366 qram, 0,319 qram, 0,395 qram, 0,349 qram, 0,358 qram, 0,363 qram, 0,336 qram, 0,345 qram, 0,371 qram, 0,331 qram, 0,320 qram, 0,312 qram, 0,306 qram, 0,373 qram, 0,291 qram, 0,316 qram, 0,418 qram və 0, 345 qram təmiz çəkilərdə 40 (qırx) ədəd sellofan bükümlərdə, eləcə də psixotrop maddə olan metamfetamini 0,514 qram, 0,442 qram, o,402 qram, 0,393 qram, 0,413 qram, 0,421 qram, 0,412 qram, 0,459 qram, 0,447 qram, 0,452 qram, 4,182 qram və 1,858 qram təmiz çəkilərdə 12 (on iki) ədəd sellofan bükümlərdə qablaşdırıb, müvəqqəti yaşadıqları Göyçay şəhəri, H.Əliyev prospekti, 88 ünvanında yerləşən “Çinar” mehmanxanasının 13 saylı otağında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 noyabr 2022-ci il tarixdə saat 13:48-də Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı həmin otaqdan həmin külli miqdarda narkotik vasitə heroin və həmin külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iyun ayında Göyçay rayonuna işləmək məqsədilə getmişdir. Həmin vaxt Göyçay rayonunda yerləşən Çinar oteldə qalmışdır. Hərdən dostu Ruslan da onun yanına otelə qalmağa gəlmişdir. Saxlanılmadan bir gün əvvəl dostu Ruslan yanına gəlmişdir və onlar birlikdə oteldə qalmışdır. Sabahısı gün təxminən səhər saat 10-11 radələrində qapı açılmış və içəri təxminən 9-10 nəfər polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları onlara demişdir ki, otağa baxış keçirəcəkdir. Bir də görmüşlər ki, stolun üzərində külli miqdarda narkotik vasitə vardır. Onlar bunun nə olduğunu soruşduqda, həmin vaxt polis əməkdaşları demişdir ki, bu narkotik vasitələr güya onlara aiddir. O, dərhal bildirmişdir ki, narkotik vasitələr onlara aid deyildir. Bundan sonra, polis əməkdaşları onları döyə-döyə polis şöbəsinə aparmışdır. Daha sonra polis əməkdaşları nəyə imza çəkməyini deyiblərsə, həmin yerlərə imza çəkmişdir. Bildiyi qədəri ilə sonra otelin işçisini çağırmışlar. Onu da qeyd edir ki, sözügedən həmin oteldə qaldığı müddət ərzində otelin işçiləri onun narkotik satdığını və istifadə etdiyini görməmişdir. Əlavə olaraq qeyd edir ki, özü narkotik vasitədən istifadə edir. Belə ki, 2004-cü ildən bəri narkotik vasitə istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. İttiham aktında qeyd edilmişdir ki, güya narkotik vasitələri İran vətəndaşından əldə etmişdir. Halbuki, belə bir hal yoxdur. Bunların hamısı polis əməkdaşlarının oyunudur. Ruslanın da bu işdə günahı yoxdur. Odur ki, barəsində ədalətli hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saxlanılana qədər 20 gün olar ki, Göyçay rayonunda yerləşən oteldə qalmışdır. Özü Ağdaşda doğulmuşdur. Göyçay şəhərinə getməkdə məqsədi işləmək olmuşdur. Belə ki, orada xurma işi ilə məşğul olmuşdur. Otelə qalmaq üçün gündəlik 10 manat pul vermişdir. Ruslanı otelə qonaq çağırmışdır. Ruslan onlar saxlanılmadan bir gün əvvəl yanına gəlmişdir. Saxlanılan zaman şüşə qabda ona məxsus hazır vəziyyətdə heroin olub, lakin çəkisini dəqiq xatırlamır. Ona məxsus narkotik vasitə olan heroini də digər aşkar edilmiş narkotik vasitələrin arasına qoymuşlar. Oteldə Ruslana aid qanunsuz heç nə olmamışdır. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni, ibtidai istintaq zamanı da vermişdir. Polis əməkdaşları ona işgəncə vermişdir və ona psixi təsir etmişdir. Təxminən 12 radələrində polis şöbəsinə aparılmışlar. Polis şöbəsində Ruslanla onu ayrı-ayrı otaqlarda saxlamışlar. Ruslanı polis şöbəsində döymüşlər. Ruslan yanına gəldiyi vaxt üzərində narkotik vasitə olmamışdır. 2005-ci ildən bəri narkotik vasitənin heroin növündən istifadə edir. İstifadə etmək istədiyi vaxt adətən Yevlax şəhərinə gedirmiş və oradan narkotik vasitə tapırmış. Göyçay rayonunda xurma ticarəti ilə məşğul olmuşdur. Gündəlik 40-50 manat maaş almışdır. Qalmaq üçün gündəlik 10 manat otelə pul vermişdir. Saxlanılan zaman üzərində özünə məxsus şüşə qabda narkotik vasitə olan heroin olmuşdur. Digər aşkar edilmiş narkotik vasitələr ona aid olmamışdır. Özünə məxsus narkotik vasitənin çəkisini dəqiq bilmir. Heroini damar yolu ilə qəbul etmişdir. Ruslan narkotik vasitədən istifadə edir, lakin saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. O özü Ruslanı Göyçay rayonuna qonaq çağırmışdır. X7 qəbul olunduğu zaman müayinə olunmuşdur. Müəssisəyə qəbul olunan zaman bədənində olan sıyrıqlar qeydə alınmışdır. Bədənində döyülmə izləri olmamışdır. Döyülmə faktı ilə bağlı prokururluğa şikayət etmişdir. Ruslanın üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni dəqiq yazmamışlar. İbtidai istintaq zamanı müstəntiq onu aldatmışdır. Ona demişdir ki, polis əməkdaşlarının dediklərini etsə, ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham veriləcəkdir. İbtidai istintaq zamanı dindirildiyi vaxt vəkili yanında olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. 10 gündən çoxdur ki, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanda yerləşən “Çinar” mehmanxanasında qalmışdır. Onun oteldə qalmaqda məqsədi burada narkotik maddə satmaq olmuşdur. Hər ikisi narkotik aludəçisidir. O özü 5-6 ildir ki, narkotik maddələr qəbul edir. O sosial şəbəkə vasitəsi ilə tanış olduğu Saleh adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq ondan narkotik maddələr almışdır. Həmin narkotik maddələri isə Ağdaş və Göyçay rayon ərazisində satmışdır. O həmin şəxsdən bu vaxta qədər 3-4 dəfə narkotik vasitə və psixotrop maddə almışdır. Narkotik maddə alarkən Salehin ona dediyi hesaba bankomat vasitəsi ilə pul köçürmüşdür. O həmin şəxsə pul köçürdükdən bir neçə saat sonra Saleh narkotik maddəni harasa qoymuş və narkotik maddəni qoyduğu yeri ona demişdir. O sonradan gedib həmin narkotik maddəni ordan götürmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o həmin Saleh kimi tanıdığı şəxsin ona verdiyi hesaba Bakı şəhər Yasamal rayonu ərazisindən bankomat vasitəsi ilə 750 manat pul köçürmüşdür. Salehə 30 qram “kakos” və 10 qram isə metamfetamin sifariş etmişdir. O, pulu Salehin hesabına köçürdükdən sonra Saleh “Whatsapp” vasitəsi ilə onunla əlaqə saxlayıb, sifariş verdiyi narkotik maddələri Yasamal rayon ərazisində yerləşən “Qismət” şadlıq sarayının yaxınlığında olan yaşayış binasının yanında olan qaz borusunun yanına qoyduğunu bildirmişdir. O, taksi ilə Salehin dediyi yerə gedib qoyduğu 30 qram “kakosu” və 10 qram isə “metamfetamini” oradan götürüb yenidən ünvan 5 ünvanda yerləşən “Çinar ” mehmanxanasına qayıtmışdır. O aldığı narkotik maddələri satmaq məqsədi ilə özündə olan elektron tərəzi ilə 0,40 qram çəkidə bölərək şəffaf rəngli selefonlara bükmüşdür. Eyni zamanda həmin narkotik maddələrdən özü və Ruslan bir neçə dəfə istifadə etmişlər. Qalan narkotik maddənin bir hissəsi qaldığı mehmanxanada olan masanın üstünə, bir hissəsini isə yatdığı çarpayının yanında olan şkafın gözünə qoymuşdur. xx.xx.2022-ci il tarixdə isə saat 13 radələrində o Ruslanla birlikdə Göyçay şəhər H.Əliyev prospekti 88 saylı ünvanda yerləşən “Çinar” mehmanxanasının 13 nömrəli otağında olarkən polis işçiləri ora gəlmişlər. Onun və Ruslanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını demişlər. Bundan sonra hər ikisinə hüquq və vəzifələri izah edilmiş, qaldıqları otağa baxış və üzərlərinə şəxsi axtarış keçirilməli olduqlarını demişlər. O da Ruslan da razılaşmış, qaldıqları otağa baxış keçirilməsinə etiraz etməmişlər və bu barədə yazılı ərizə ilə müraciət etmişlər. Baxış zamanı qaldıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağından masanın üzərindən 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, onun yatdığı çarpayının yanında olan kiçik, 2 gözlü şkafın üst gözündən səffaf rəngli selefon bükümün içərisində 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, masanın üzərindən aşkar olunmuş boz rəngli 7 ədəd bükümün ayrı-ayrı çəkiləri, 0,48, qram, 0,48 qram, 0,47 qram, 0,43 qram, 0,41 qram, 0,45 qram,12,39 qram, ümumilikdə 15,11 qram oldu, ağ rəngli 12 ədəd bükümün ayrı-ayrı çəkiləri 4,50 qram, 0,48 qram, 0,47 qram, 0,47 qram 0,43 qram, 051 qram, 0,47 qram, 0,47 qram 0,45 qram, 0,42 qram, 047 qram, 1,95 qram ümumilikdə isə 11,09 qram olmuşdur. Onun yatdığı çarpayının yanında olan kiçik, 2 gözlü şkafın üst gözündən səffaf rəngli selefon bükümün içərisində olan 33 bükümün ayrı-ayrılıqda çəkiləri, 0,44 qram , 0,37 qram,0,37 qram,0,39 qram, 0,39 qram,0,41 qram,037 qram,0,37 qram, 0,39 qram, 0,37 qram, 0,43 qram,0,41 qram,0,42 qram, 0,41 qram, 0,35 qram, 0,39 qram, 0,46 qram, 0,40 qram, 0, 39 qram, 0,40 qram, 0,39 qram,036 qram, 0,37 qram, 0,37 qram,045 qram/, 0,49 qram, 0,39 qram, 0,40 qram, 0,35 qram, 0,40 qram, 0,40 qram, 0,39 qram, və 0, 38 qram ümumi çəkisi 13,07 qram olmuşdur. Qaldıqları otaqdan ümumilikdə isə 28,18 qram “kakos”, 11,09 qram “metamfetamin” aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddələr eləcə də stolun üstündə olan 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, bir ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan əlavə masanın üzərində olan 1 ədəd mənə məxsus olan elektron tərəzi və 12 manat 1 manatlıq əskinazlar maddi sübut kimi götürülmüşdür. O və onu müdafiə edən vəkil həmin zərfin üzərini imzalamışlar. Onun və Ruslanın qaldığı otaqdan qanunla qadağan edilmiş başqa hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. O aşkar olunmuş 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddələri sosial şəbəkədə tanış olduğu Saleh adlı şəxsdən 750 manata almış, həmin maddələri özündə saxlamaqda məqsədi özü istifadə etmək, həmçinin satmaq və qazanc əldə etmək olmuşdur. Ruslan narkotik maddələr qəbul edir, onun narkotik maddələr satmağından məlumatı var, lakin Ruslan narkotik maddələr satmamışdır. Ruslanı o yanına çağırıb gətirmişdir, aşkar olunmuş narkotik maddələr ona məxsusdur. O narkotik maddələr aldığı Saleh adlı şəxsi heç vaxt görməmişdir və tanımır, Salehin harda yaşadığını bilmir, yalnız “Whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır, hazırda isə Salehin nömrəsini unutmuşdur. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 əlavə ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tam təqsirli bilsə də, CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilmir. xx.xx.2022-ci il tarixdə o və tanışı Təqsirləndirilən şəxs1 Göyçay rayonu ərazisində yerləşən Çinar oteldə olan zaman polis əməkdaşları tərəfindən tutulmuş, orada qabaqcadan bir yerdə otaq tutub eyni otaqda qalmış, həmin vaxt qaldıqları otaqda olan külli miqdarda narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Həmin narkotik vasitələri özü satmaq üçün qablaşdırıb saxlamış, tanışı Ruslan onun yanında qonaq olaraq qalmış, həmin vaxtlar sonuncuya istifadə etməsi üçün narkotik vasitə vermişdir. Onlar oteldə qalan zaman birlikdə narkotik vasitə istifadə etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmadan bir müddət əvvəl Bakı şəhərində həyat yoldaşının xalasıgildə qalmış, həmin vaxt uşağı olacağı üçün həyat yoldaşını xəstəxanaya aparıb-gətirmişdir. O, özü narkotik vasitədən istifadə edir. Hərdən Göyçay şəhərində Raqifin yanına gəlmişdir. Bəzi vaxtlar dostlarla pul atışıb narkotik vasitə almışlar. Uzun müddət olar ki, rayona getməmişdir. Çünki Ağdaş rayon Polis Şöbəsinin polis əməkdaşları tez-tez onun evinə gəlmişlər və polis əməkdaşlarının onunla ədavəti olmuşdur. Saxlanılmadan əvvəl Raqifə demişdir ki, ağrısı vardır və ona narkotik vasitə lazımdır. Raqif Göyçay şəhərində tək qaldığını bildirmişdir və onu Göyçaya dəvət etmişdir. Belə olub Göyçay şəhərinə Raqifin yanına getmiş və orada qalası olmuşdur. Yanlarında əlavə bir dostları da olmuşdur. Belə ki, istifadə etmək məqsədilə onunla birlikdə gedib narkotik vasitə götürüb gəlmişdir. Onu qeyd edir ki, saxlanılan zaman Raqifin qaldığı oteldə olmuşdur. Oteldə olduqları vaxt təxminən səhər saatlarında içəri polis əməkdaşları daxil olmuşdur. Daha sonra onlara təzyiq göstərmişlər və stolun üstünə narkotik vasitə və tərəzi qoyaraq demişlər ki, onlara aiddir. Sonra videoçəkiliş aparmışlar. Güya ki, polis əməkdaşlarına qapını o açmışdır. Polis əməkdaşları həmin vaxt onu aldatmışldır. Belə ki, ona söz vermişlər ki, onu buraxacaqlar, ancaq videoçəkiliş zamanı Raqifin yanında olmalıdır. O da onlara inanmışdır. Bundan sonra polis şöbəsinə getmişlər. Polis şöbəsində onu döymüşlər və psixi təzyiq göstərmişlər. Həmin vaxt demişdir ki, onun heç bir günahı yoxdur və aşkar olunanlar ona aid deyildir. Sonra ondan kağıza imza çəkməyini istəmişlər, lakin o, etiraz etmişdir və kağızı imzalamamışdır. Sonra ona demişlər ki, polislərin dediklərini yazsa, onu buraxacaqlar. Daha sonra inanmış və izahat yazmışdır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Raqifin narkotik vasitə tapacağını bilmişdir. Belə ki, öz aralarında 5-10 manat pul atışıb narkotik vasitə alırmışlar. Raqif narkotik vasitəni Pərviz adlı şəxsdən götürürmüş və daha sonra birlikdə istifadə edirmişlər. Elə olurmuş ki, maşında narkotik vasitə istifadə edirmişlər. Saxlanılmadan əvvəl dostu həbsdən çıxmışdır. Belə ki, dostunun 1500 manat pulu olmuşdur. Həmin pula narkotik vasitə alıb birlikdə istifadə edirmişlər. Raqifin oteldə qalma səbəbi xurma işi ilə məşğul olması olmuşdur. Oteldə psixotrop maddə olan metamfetamin olmamışdır. Əgər bilsəymiş ki, oteldə külli miqdarda narkotik vasitə vardır, o, heç ora getməzmiş. Saxlanılan zaman və polis şöbəsində olduğu zaman təzyiqə məruz qalmışdır. Polis əməkdaşları onu döymüşdür. X9 qəbul olunduğu zaman müayinə olunmuşdur. Həmin vaxt ərizə də yazmışdır ki, onu döymüşlər. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır. X9 qəbul olunduğu zaman bədənində xəsarətlər olmuşdur və hamısı qeyd olunmuşdur. Üzərində döyülmə xəsarətləri olmuşdur. Döyülmə faktı ilə bağlı Göyçay rayon prokurorluğundan əməkdaş gəlib onu dindirmişdir. Döyülmə faktı ilə bağlı şikayətləri prokurorluğa və bir çox orqanlara göndərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir. Çünki o, həmin məzmunda ifadə verməmişdir. İbtidai istintaq zamanı əlyazma ilə verdiyi ifadə ona aiddir. Həmin ifadəni özü yazmışdır. Digər ifadəni qəbul etmir. Çünki o, həmin məzmunfa ifadə verməmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi, ev 41-də ailəsi ilə birlikdə yaşayır. 10 gündən çoxdur ki, tanışı Təqsirləndirilən şəxs2 Göyçay şəhər H.Əliyev prospekti 88 saylı ünvanda yerləşən “Çinar ” mehmanxanasında qalmışdır. O da hərdən gedib Təqsirləndirilən şəxs2 yanında qalmışdır. Orada narkotik maddə satan Təqsirləndirilən şəxs2 narkotik maddə alıb özü üçün istifadə etmişdir. Belə ki, hər ikisi narkotik aludəçisidirlər. O özü 4-5 ildir ki, narkotik maddələr qəbul edir. Tanışı Təqsirləndirilən şəxs2 sosial şəbəkə vasitəsi ilə tanış olduğu Saleh adlı şəxsələ “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq narkotik maddələr almışdır. Bunu Raqif özü ona demişdir. Həyat yoldaşı Bakı şəhərində olduğu üçün o Göyçay rayonuna gəlib Raqiflə bir yerdə “Çinar” mehmanxanasında 13 nömrəli otaqda qalmışdır. Həmin narkotik maddələri isə Raqif Ağdaş rayon ərazisində satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Raqif özünün deməsinə görə Bakı şəhər Yasamal rayonu ərazisindən bankomat vasitəsi ilə 750 manat pul köçürməklə 30 qram “kakosu”, 10 qram isə “Metamfetamini” həmin Saleh adlı şəxsdən alıb qaldığı “Çinar” mehmanxanasına gətirmişdir. Raqif mehmanxanaya gətirdiyi narkotik maddələri satmaq məqsədi ilə qaldıqları otaqda özündə olan elektron tərəzi ilə çəkilərə bölərək şəffaf rəngli selefonlara bükmüşdür. Eyni zamanda, həmin narkotik maddələrdən özü də, o da bir neçə dəfə istifadə etmişlər. Qalan narkotik maddələrin bir hissəsi qaldıqları mehmanxanada olan masanın üstünə bir hissəsini isə Raqifin özünün yatdığı çarpayının yanında olan şkafın gözünə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində o Raqiflə birlikdə Göyçay şəhər H.Əliyev prospekti 88 saylı ünvanda yerləşən “Çinar” mehmanxanasının 13 nömrəli otağında olarkən polis işçiləri ora gəlmişdir. Onun və Raqifin narkotik vasitələrin qanunsuz dövrisyyəsi ilə məşğul olmaqda şübhəli bilindiklərini demişlər. Bundan sonra hə ikisinə hüquq və vəzifələri izah edilmiş, qaldıqları otağa baxış və üzərlərinə şəxsi axtarış keçirilməli olduqlarını demişlər. O da Raqif də razılaşmışlar, qaldıqları otağa baxış keçirilməsinə etiraz etməmişlər. Bu barədə yazılı ərizə ilə müraciət etmişlər. Baxış zamanı qaldıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağından masanın üzərindən 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, Raqifin yatdığı çarpayının yanında olan kiçik, 2 gözlü şkafın üst gözündən səffaf rəngli selefon bükümün içərisində 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, masanın üzərindən aşkar olunmuş boz rəngli 7 ədəd bükümün ayrı-ayrı çəkiləri, 0,48, qram, 0,48 qram, 0,47 qram, 0,43 qram, 0,41 qram, 0,45 qram,12,39 qram, ümumilikdə 15,11 qram oldu, ağ rəngli 12 ədəd bükümün ayrı-ayrı çəkiləri 4,50 qram, 0,48 qram, 0,47 qram, 0,47 qram 0,43 qram, 051 qram, 0,47 qram, 0,47 qram 0,45 qram, 0,42 qram, 047 qram, 1,95 qram ümumilikdə isə 11,09 qram olmuşdur. Onun yatdığı çarpayının yanında olan kiçik, 2 gözlü şkafın üst gözündən səffaf rəngli selefon bükümün içərisində olan 33 bükümün ayrıayrılıqda çəkiləri, 0,44 qram , 0,37 qram,0,37 qram,0,39 qram, 0,39 qram,0,41 qram,037 qram,0,37 qram, 0,39 qram, 0,37 qram, 0,43 qram,0,41 qram,0,42 qram, 0,41 qram, 0,35 qram, 0,39 qram, 0,46 qram, 0,40 qram, 0, 39 qram, 0,40 qram, 0,39 qram,036 qram, 0,37 qram, 0,37 qram,045 qram/, 0,49 qram, 0,39 qram, 0,40 qram, 0,35 qram, 0,40 qram, 0,40 qram, 0,39 qram, və 0, 38 qram ümumi çəkisi 13,07 qram olmuşdur. Qaldıqları otaqdan ümumilikdə isə 28,18 qram kakos, 11,09 qram, “Metamfetamin“ narkotik maddəsi aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddələr eləcə də stolun üzərində olan 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, bir ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan əlavə masanın üzərində olan 1 ədəd Raqifə məxsus olan elektron tərəzi və 12 manat 1 manatlıq əskinazlar maddi sübut kimi götürülmüşdür. O, Raqif və onu müdafiə edən vəkil həmin zərfin üzərini imzalamışlar. Onun və Raqifin qaldığı otaqdan qanunla qadağan edilmiş başqa hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Onların qaldığı otaqdan aşkar olunmuş 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddələr narkotik maddə olan kakos, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddələr isə narkotik maddə olan “Metamfetamin”dir. O və Raqifin qaldığı otaqdan aşkar olunmuş 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddələri Raqif sosial şəbəkədə tanış olduğu Saleh adlı şəxsdən 750 manata almışdır, həmin narkotik maddələr Raqifə məxsusdur. Raqifin həmin maddələri özündə saxlamaqda məqsədi özü üçün istifadə etmək və onları satıb qazanc əldə etmək olmuşdur. O özü narkotik maddələr qəbul edir, lakin narkotik maddələr satmamışdır. O Raqifin narkotik maddələr aldığı Saleh adlı şəxsi heç vaxt görməmişdir, həmin şəxsi tanımır, harda yaşadığını bilmir, telefon nömrəsini bilmir. O ümumiyyətlə həmin şəxslə heç vaxt əlaqə saxlamamışdır. Həmin şəxslə yalnız Raqif əlaqə saxlamışdır. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 öz əlyazması ilə əlavə ifadəsində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, narkotik vasitə istifadəçisi olduğu üçün özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o əlavə ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl də bir neçə dəfə tanışı Təqsirləndirilən şəxs2la Göyçay rayonu ərazisində fəaliyyət göstərən “Çinar” hoteldə birlikdə qalmışdırlar. Tanışı Təqsirləndirilən şəxs2 həmin hoteldə otaq kirayələyib narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün o da, tez-tez tanışı Raqifin yanına qonaq gedib hoteldə tutduqları eyni otaqda qalaraq sonuncudan pulu ilə narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə isə 2022-ci ilin noyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan həmin Çinar hotelə getmiş, həmin vaxt tanışı Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsi olmadığı üçün öz şəxsiyyət vəsiqəsini hotelin qeydiyyatçısına təqdim etmiş, hotelin 13 nömrəli otağını öz adına kirayələyib birlikdə orada qalmışlar. Orada birlikdə qaldıqları müddət ərzində tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olsa da, o ancaq narkotik vasitə istifadə etmiş, kiməsə narkotik vasitə satmadığını bildirmişdir. O son olaraq narkotik vasitə istifadəçisi olmasını etiraf etmiş, buna görə də, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 06 noyabr 2022-ci il tarixdə saat 13 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞ-nin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə o da iştirak etmişdir. Həmin gün saat təxminən 13 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, H.Əliyev prospekti, 88 ünvanında yerləşən müvəqqəti yaşadıqları “Çinar” mehmanxanasının 13 saylı otağına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqdim edib, yaşadıqları “Çinar” mehmanxanasının 13 saylı otağında narkotik vasitə saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduqlarına görə yaşadıqları otağa baxış keçirəcəklərini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir etiraz etməmiş və bu barədə ərizə də yazmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşlar və həmin otağa videokamera vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaldıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağından masanın üzərindən 7 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə, 12 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli maddə, 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, Təqsirləndirilən şəxs2 yatdığı çarpayının yanında olan kiçik, 2 gözlü şkafın üst gözündən şəffaf rəngli sellofan bükümün içərisində 33 ədəd şəffaf rəngli sellofan bükümdə bozumtul rəngli maddə aşkar edilmişdir. Aşkar olunmuş narkotik maddələr eləcə də stolun üstündə olan 1 ədəd içərisində qəhvəyi rəngli mayenin qalığı olan şüşə flakon, 1 ədəd içərisində bozumtul rəngli maddənin qalıqları olan kiçik həcmli boş plasmas qab və bir ədəd üzərində bozumtul maddənin qalıqları olan kiçik metal qaşıq, 1 ədəd elektron tərəzi zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 noyabr 2022-ci il tarixdə günorta radələrində 4-5 nəfər polis əməkdaşı “Çinar” adlı otelə gəlmişlər. Həmin əməkdaşlar təqsirləndirilən şəxslərin qaldığı otağı soruşmuşlar və ondan otağı açmağını istəmişlər. O da onlara otağı göstərmiş və qapını açmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 bildirmişdir ki, polis əməkdaşları günorta radələrində gəlmişdir və təxminən 4-5 nəfər olmuşlar. Polis əməkdaşları birinci qapını döymüşlər, sonra o, qapını açmışdır. Otaq 3 nəfərlik otaq olmuş, lakin otaqda 2 nəfər təqsirləndirilən şəxslər qalmışdır. Təqsirləndirilən şəxs2 yanına bir nəfər qonaq gəlib-getmişdir. Daha sonra otaqda iki nəfər qalmışlar. Qonaq polis əməkdaşları gəlməzdən bir gün əvvəl Yusif Raqifovun yanına gəlib-getmişdir. Səhv etmirsə, vəkil də orada olmuşdur. Polis əməkdaşları ona təzyiq, təsir etməmişlər. Təqsirləndirilən şəxsləri oteldə tanımışdır. Belə ki, arada bir gəlib qalırmışlar. Bildiyi qədərilə, təqsirləndirilən şəxslər yerli sakinlər olmamışdır. Təqsirləndirilən şəxslər əvvəllər otelə gəlib qalmışdır. Təqsirləndirilən şəxslərin narkotik vasitədən istifadə etmələrindən xəbəri olmamışdır. Polis əməkdaşları təqsirləndirilən şəxslərə təzyiq etməmişlər. Qapı döyülən zaman şəxslər otaqda olmuşdur. Otağın qapısını o açmamışdır. Onda otağın əlavə açarı olmuşdur. Belə ki, o, qapını açan zaman, həmin an təqsirləndirilən şəxslər də qapını açmışlar. Otağa daxil olmamışdır. İbtidai istintaq zamanı düzgün ifadə vermişdir, lakin ifadəni dəqiq xatırlamır. Videoçəkiliş zamanı otaqda olmuşdur. Polis əməkdaşları təqsirləndirilən şəxslərə heç bir təzyiq etməmişdir. Təqsirləndirilən şəxslər videoçəkiliş zamanı etiraz etməmişlər. Yusif yatdığı otaqda çarpayının yanındakı kiçik şkafda narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşlarının hər hansı bir yerə narkotik vasitə qoyduğunu görməmişdir. O, otağa daxil olan zaman narkotik vasitə stolun üzərində olmuşdur. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmaqla, tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Ruslan və Raqif lap əvvəldən bir neçə dəfə işlədiyi otelə birlikdə gəlib otaq kirayəliyib eyni otaqda qalmışlar. Həmin şəxslər bir neçə gün qaldıqdan sonra yenə getmişlər. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə o işdə olan zaman Ruslan onun yanına gələrək kirayə tutduqları otağa gündəlik 30 manat verməyin çox olduğunu, hələ bir müddət oteldə qalacaqları üçün qaldıqları otağı aylıq tutub pulundan bir qədər endirim etməsini ondan xahiş etmişdir. Həmin vaxt o da, Ruslanla bu barədə danışaraq 13 nömrəli otağı həmin şəxslərə aylıq 300 manata verə biləcəyini bildirmiş, bu zaman sonuncu da, ona otağın pulunu əvvəlcədən 300 manat verib hələ 1 ay hoteldə qalacaqlarını bildirmişdir. Həmin şəxslər hotelə gələn zaman o şəxsiyyət vəsiqəsi tələb etmiş, bu zaman Ruslan yanında olan dostu Raqifin şəxsiyyət vəsiqəsini itirməsini, buna görə də öz şəxsiyyət vəsiqəsini cibindən çıxarıb ona göstərmişdir. O da sonuncunun şəxsiyyət vəsiqəsinin hər iki tərəfini surətini A4 vərəqəsinə çıxarmış, eləcə də Ruslanın yanında olan digər şəxs Rafiq adlı şəxsin adını da Ruslanın vəsiqəsinin surətinin üzərinə yazıb digər şəxslərin vəsiqələrinin surətlərini qoyduğu qutuya qoymuşdur. Əlavə olaraq qeyd etmiş ki, o hotelə gələn müştərilərin şəxsiyyət vəsiqələrini tələb edib surətini götürsə də, ancaq hotelin hər hansı qeydiyyat kitabı olmadığından onların adlarını kitaba yazmamışdır. Ancaq Ruslangilin narkotik vasitə ilə tutulmaqlarından sonra o, 2023-cü ilin yanvar ayından etibarən komputerdə otelin qeydiyyat cədvəl sistemi hazırlayıb oteldə qalan müştərilərin adlarını və anket məlumatlarını həmin cədvələ qeyd etmişdir. Həmçinin, son olaraq qeyd etmişdir ki, Ruslan və Raqif əvvəllər də bir neçə dəfə Çinar hotelə birlikdə gəlib ikisi eyni otaqda bir neçə gün qalıb getsələr də, ancaq 13 nömrəli otaqda 2022-ci ilin 01 noyabr tarixindən etibarən qalmışlar. Həmin otağı da Təqsirləndirilən şəxs1 01 aylıq olaraq öz adına kirayəliyib qarşılığında ona 300 manat pul vermiş, həmin şəxslər hər zaman hotelə birlikdə gəlib ikisi eyni otaqda qalmış, gün ərzində bir neçə dəfə hoteldən çıxıb yenidən geri qayıtmışlar. Ancaq Ruslangilin hoteldə kirayələdikləri otaqda narkotik vasitə istifadə edib satışı ilə məşğul olmaqları onun ağlına gəlməmişdir. Hətta o Ruslanın bir neçə dəfə kalidora qeydiyyat bölməsinə düşüb onunla elə tərzdə söhbətlər etməsindən sonuncunun iş adamı olması kimi tanımışdır. O Ruslana məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Göyçay RPŞ-yə ünvan 6 ünvanda yaşayan, məhkum olunmuş, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 7 ünvanda yaşayan, məhkum olunmuş, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alüdəçisi olmaları, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları və müvəqqəti yaşadıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağında narkotik vasitələr saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçməsinə dair” qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların müvəqqəti yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 6 ünvanda yaşayan, məhkum olunmuş, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 7 ünvanda yaşayan, məhkum olunmuş, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alüdəçisi olmaqda, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda və müvəqqəti yaşadıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağında narkotik vasitələr saxlamaqda şübhəli olduqlarından, həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır (cild 01 iş vər, 11). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid5 ərizə ilə müraciət edərək, inzibatçı işlədiyi Göyçay şəhəri Heydər Əliyev prospekti 88 ünvanında yerləşən “Çinar” Mehmanxanasına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər, 37). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizələr”dən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadıqları “Çinar” Mehmanxanasında qaldıqları otağa baxış keçirilməsinə etiraz etməmişlər (cild 01 iş vər, 38-39). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən hal şahidi və müdafiəçilərin də iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadıqları “Çinar” mehmanxanasının 13 nömrəli otağına baxış keçirilərkən oradan 40 (qırx) ədəd şəffaf rəngli selefon bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,415 qram, 0,409 qram, 0,450 qram, 0,426 qram, 0,445 qram, 0,403 qram, 12,110 qram, 0,410 qram, 0,354 qram, 0,348 qram, 0,315 qram, 0,294 qram, 0,358 qram, 0,337 qram, 0,324 qram, 0,367 qram, 0,367 qram ,0,309 qram, 0,355 qram, 0,346 qram, 0,344 qram, 0,327 qram, 0,366 qram, 0,319 qram, 0,395 qram, 0,349 qram, 0,358 qram, 0,363 qram, 0,336 qram, 0,345 qram, 0,371 qram, 0,331 qram, 0,320 qram, 0,312 qram, 0,306 qram, 0,373 qram, 0,291 qram, 0,316 qram, 0,418 qram və 0, 345 qram olmaqla ümumi təmiz çəkisi 26,027 qram külli miqdarda narkotik vasitə olan heroin, eyni zamanda 12 (on iki) ədəd şəffaf rəngli selefon bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri—0,514 qram, 0,442 qram, o,402 qram, 0,393 qram, 0,413 qram, 0,421 qram, 0,412 qram, 0,459 qram, 0,447 qram, 0,452 qram, 4,182 qram və 1,858 qram olmaqla ümumi çəkisi 10,395 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə istintaq hərəkətlərinin əks video görüntülər CD diskə köçürülərək, həmçinin foto şəkillər çəkilərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər, 40-45). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022ci il tarixli 17/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2.... Şübhəli şəxs Təqsirləndirilən şəxs1” sözləri yazılmış zərfin içərisindəki: 07 (yeddi) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,415 qram, 0,409 qram, 0,450 qram, 0,426 qram, 0,445 qram, 0,403 qram və 12,110 qram, ümumi çəkiləri – 14,658 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 33 (otuz üç) ədəd şəffaf sellofana bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 410 qram, 0,354 qram, 0,348 qram, 0,315 qram, 0,294 qram, 0,358 qram, 0,337 qram, 0,324 qram, 0,367 qram, 0,367 qram ,0,309 qram, 0,355 qram, 0,346 qram, 0,344 qram, 0,327 qram, 0,366 qram, 0,319 qram, 0,395 qram, 0,349 qram, 0,358 qram, 0,363 qram, 0,336 qram, 0,345 qram, 0,371 qram, 0,331 qram, 0,320 qram, 0,312 qram, 0,306 qram, 0,373 qram, 0,291 qram, 0,316 qram, 0,418 qram və 0, 345 qram, ümumi çəkiləri – 11,369 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 12 (on iki) ədəd şəffaf sellofana bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,514 qram, 0,442 qram, o,402 qram, 0,393 qram, 0,413 qram, 0,421 qram, 0,412 qram, 0,459 qram, 0,447 qram, 0,452 qram, 4,182 qram və 1,858 qram, ümumi çəkiləri – 10,395 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01(bir) ədəd plasmas qabın içərisində, 01 (bir) ədəd metal qaşığın üzərində və 01 (bir) ədəd şüşə flakonun içərisində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata tədqim olunmuş 07 (yeddi) ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata tədqim olunmuş 33 (otuz üç) ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata tədqim olunmuş 07 (yeddi) ədəd şəffaf sellofan bükümdə olan heroinlər ilə 33 (otuz üç) ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Tədqiqata tədqim olunmuş 12 (on iki) ədəd şəffaf sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild 01 iş vər, 58-62). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarın yoxlanılmasına dair” qərarından görünür ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 Göyçay şəhəri H.Əliyev prospekti 88 ünvanında yerləşən “Çinar” mehmanxanasında müvəqqəti yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 nömrəli otağına baxış keçirilməsinə dair 06 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilsin (cild 01 iş vər, 154). Cinayət işinin materiallarında xx.xx.2022-ci il tarixli “Ağdaş RMX” X22 təqdim etdiyi məktubdan görünür ki, Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 41 ünvanında qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 sözügedən xəstəxananın poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ağdaş şəhəri Nəsimi küçəsi 5 ünvanında qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 sözügedən xəstəxananın poliklinika şöbəsində ruhi-əsəb və nakoloji xəstəliklər üzrə qeydiyyatda deyil (cild 01 iş vər, 157). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş arayışdan görünür ki, Ağdaş şəhəri Nəsimi küçəsi 5-də qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Ağdaş şəhəri İ.Millətoğlu küçəsi 41-də qeydiyyatda olan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün barələrində xx.xx.2022-ci il tarixdə əməliyyat işi açılmış, açılmış əməliyyat işinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə istifadələrində olan mobil nömrələrində apardıqları telefon danışıqlarına gizlin qulaq asılması üçün rayon prokurorluğuna vəsatət ünvanlandırılmış və vəsatət təmin edilərək Ağdaş rayon Məhkəməsinin 5(014)101/2022 və 5(014)98/2022 saylı "Telefon danışıqlarına gizli qulaq asılması" barədə qəbul edilmiş qararlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon danışıqları ələ keçirilmişdir. Ələ keçirilmiş telefon danışıqları aşağıdakı kimidir. Elşən: Ay Ruslan, quzu kəsərəm, onu durğuz, vəziyyət pisdir. Gəlim pulumuzu verim, malımızı alaq da,Yaman agrıyırıq. Ruslan: Qardaş canı onda heç nə yoxdur. Sənə nə deyib ki? Elşən: Deyir var da. (Ruslan telefonu Raqifə ötürür.) (Ruslan Rafiq müraciət edir: Mosu, al gör Elşən nə deyir....) Raqif: Alo.Elşən: Ay Mosu, qaqa haradasan sən? Raqif: Ay Elşən, həç nə yoxdur e, Allah haqqı. Qə* dünən mənə heç nə vermədilər. Elşən: Ağdaşdasan? Raqif: Yox, başqa yerdəyəm. Alınsa özüm sənə zəng vuracağam. Yaxşı? Elşən: Ay da... Bu nədir e... Raqif: Alınmayıb e, heç nə alınmayıb. Elşən: Qaqa, heç yarı zad da alınmır nəsə? İndi götürərdim də. Raqif : nəsə alınsa sənə zəng vuracağam. Narahat olma... Obyektin təyin olduğu ərazi: Goychay TKQ... Raqif: Alo. Ruslan: Haradasan? Raqif: Gəlirəm, 5 dəqiqəyə gəlirəm, Ruslan: Hardasan e sən? Raqif: gəlirəm yoldayam. Ruslan: Camaat gözləmir səhərdən?! Raqif: Göndərəndə bilmirsən hara göndərirsən? Ruslan: Hara getmisən e, 2 dəqiqəlik yolu? Haradasan sən? Raqif: Çatıram. Obyektin təyin oldugu ərazi: Goychay TKQ... Ruslan: Alo.Kişi: Ruslan, nə var, nə yox? Ruslan: Sag ol. Kişi: Abim, görüşə bilirik səninlə? Bakıdan qonaqlarım gəlib. Ruslan: Nə eləyim? Kişi: 1 dənə qram. Ruslan: Nə? Kişi: Pati. Ruslan: Yox e, yoxdur. Kişi: Sən Allah varındır? Ruslan: Sənin başin qaçıb e... Sən arada özünü elə aparırsan... O nə dəməkdir Kişi: Bildim e... Ruslan: Səndən yaxşısına verəcəyəm, başı xarab, Kişi: Yox. 0.5-də yoxdur? Ruslan: Qara... Tiryək yoxdur? Kişi: Daş yoxdur? Ruslan: Yox. Kişi: Belə başqa yerin yoxdur gedib alaq? Ruslan: Yox Kişi: Həç nə. Ruslan: Oldu. Obyektin təyin olduğu ərazi: X1... Ruslan: Hə. Kişi: Rusi, qara neçəyədir, qramı? Ruslan: Bələ 60... 50-ə verərəm 1 dəfə. Kişi: Yox e, baha olmadı o bir az? Ruslan: Mən sənə, o qara demirəm e... 40 manatlıq, 35 manatlıq... Mən sənə qara deyirəm... 1 dənə şeyim var... WhatsApp-la şəklini atım, bax... Kişi: Yazıram indi. Ruslan: Davay.... Obyekt: Alo. İlkin: Mosu, mənəm İlkin. Nə təhər oldu? Obyekt: Hələ həç nə, sən öİ. İlkin: Nə vaxt olar e, təxmini? Belə mən də oturum gözləyim. Obyekt: Alınsa qaqaş, səhərə alınar. İlkin: Şəhərdən heç kimdən əlin girmir götürmək? Obyekt: Yoxdur, Vallah. Özüm ölürəm bu dəqiqə. İlkin: Heç nə, oldu. qaqa. Obyektin təyin oldugu ərazi: Goychay ray. Goychay shəh. XDMX qulləsi... Obyekt: Heç nə yoxdur, Vallah. Kişi: Salam. Olmayacaq? Obyekt: Yox. Sabah, alınsa. Kişi: 100 manat var idi e. Olsa idi, gələrdik də. Obyekt: Tiryək istəyirsən? Kişi: Onu atmaq olur, çəkmək? Obyekt: Atmaq da olur, çayda həll eləyib içmək də olur. Kişi: Həqiqi? Obyekt: Hə. Kişi: Qramı neçəyədir onun? Obyekt: 60 manata: Kişi: 20 manata nə qədər düşür? 1-2 dəfə atmağa verə bilərsən? Obyekt: 30 manata yarım qram. Kişi: Götürək də lomkadan çıxardırsa, nə eləyək. Sabaha kimi idarə edək. Sabah olar. Obyekt: Hə. Kişi: Harada görüşək? Obyekt: Mən sənə indi xəbər edəcəyəm. Kişi: Rayondasan da? Obyekt: Yox. Mən yoxam, uşağa deyəcəyəm o sənə verəcək də Kişi: Bu nömrəni yığarsan. Obyekt: Oldu. Obyektin təyin olduğu ərazi: Goychay ray. Goychay sheh. XDMX qulləsi...Ruslan: AloKişi: Qaqa, nə eləyək? Ruslan: Nə eləmək istəyirsən? Kişi: 1 dənə. Ruslan: 1 dənə? Kişi: Hə də 1 dənə... Ruslan: Adın var, sanın var... Kişi: Pulum yoxdur da, hər şeyim var puldan başqa. Vəziyyətim pisdir, ay Ruslan oğraşdır yalan deyən.. Ruslan: İndi haradasan sən? Kişi: Kənddə. Ruslan: Trassa çıxa bilərsən? Kişi: Hə. Hansı tərəfə, 4 yola? Ruslan: Öz qapından qabağa çıx. Biri var o küçəyə, biri var küçədən yola Kişi: Ala qapı tərəf Ruslan: Ay sağ ol. Kişi: çıxıram. Ruslan: Sənə zəng edəcəyəm. Kişi: Nə qədər pul düzümqoşum? Ruslan: 50 manat da, qaqa. Kişi: 1 dənə bütövə? Ruslan: Hə. Kişi: Koladır, o? Ruslan: Məzələnirsən? Kişi: Vallah mən də başa düşə bilmədim, sən mənə dedin ki, kola verəcəyəm. Ruslan: Mən sənə elə heç nə deməmişəm. Dedin kola, dedim yoxdur. Dedim, amma səhər mənə zəng edərsən. Kişi: Hə. Ruslan: Səhər var idi... Kişi: Gəl görüşək də. Ruslan: 50 manatdır, qaqa. Çox alsa, Ucuz verərəm. Kişi: Neçəyə? Ruslan: 5-6 manat benzinim tutur. Yolda da başıma nə gəlsə, bir Allah bilir. Kişi: Radar... Ruslan: Radar bir qırağa... Miqalkalı işçilərdən... Kişi: Allah uzaq eləsin. Ruslan: İndi belə pis çıxmasın, o boyda işə görə mən ən azı bir 10 manat özümə götürməliyəm, ya götürməli deyiləm? Kişi: Elədir. Ruslan: O, yəni böyük bir şey deyil... Həç nə, çıxanda çata-çat da zəng edəcəyəm, çıxarsan. 5 dəqiqə zad... Bax, çıxıram Kişi: Davay. Kişi: Alo. Ruslan: Çıx, uşaqlar çatır. Kişi: Ala qapıdayam. Ruslan: Hə. 010 gəlmir, görmürsən o tərəfdə? Kişi: Yox, qaqa. İndi çatıram Ala qapıya, bir 15 metrə qalıb. Ruslan: Ay da... Dayan onlara zəng edim... Kişi: Gör haradadırlar... Obyektin təyin olduğu ərazi: Goychay shahari, Shirvani kuchasi ev 2... Ruslan: Bəli. Kişi: Ruslan, nə eləyirsən, qaqa? Ruslan: Sag ol. Kişi: Salamatlıqdır, brat? Ruslan: Yox. Kişi: Ruslan, verərdin də, bir az lomkalıq idi. 30-40 manat da pul var idi. Ruslan: Qardaş, məndə nəsə olub? Kişi: Bilirəm e, səndə heç nə... Ruslan: Sabah, mənim yerimdə sən də ola bilirsən. O demək deyil e, mən sənə zəng edim ki, görüşək... Özün istəyirsən, gəl qonağım ol. Problem deyil. Kişi: Allah səndən razı olsun... Ruslan: Mənimki ancaq dərmandır... Nəşə zad yoxdur, qaqa. Ürəyin istəyir, qurbandır. Kişi: Siqaretin var, qara var? Ruslan: Niyə yoxdur? Kişi: Yəni, belə pulu ilə eləmək olar? Ruslan: Hə.Kişi: Onun qramını neçəyə eləmək olar? Ruslan: 50 manata sənə verərəm, 1 dəfə...Kişi: Ondan 20 manat təşkil eləmək olar? Ruslan: 20 manatlıq yox, 30 manatlıq edərəm.Kişi: Allah səndən razı olsun. 15-20 dəqiqəyə yığım sənə?Ruslan: Ürəyin istəyir yığ, ürəyin istəyir yığma.Kişi: Yox, yığım da. Səhər maşın bazarına gedəcəyəm. Vəziyyətdən çıxardım da....Ruslan: Bir də, yığanda, bir salam, bir qardaş nə eləyirsən, danışa bilirsən, danışa bilmirsən...Kişi: Mən bildim ki sənsən, brat.Ruslan: Lap mən olum... Mosu ilə ürəyin nə təhər istəyir, elə də danışın. Adamın başına nəsə iş gələr... Telefonda hamısı yazılır. Kişi: Düz deyirsən, qaqa. Ruslan: Deyirlər, filankəs qə** elədi. Yəni, belə şeyi qoruyun saxlayın e... öz təmizliyimizdir bizim. Kişi: Qaqa, kontur bir az azdır. Sənə yığacağam. Ruslan: Oldu. Obyektin təyin olunduğu ərazi : GTQ... Parviz: Hə.Ruslan: Parviz, na elayirsan? Parviz: Heç na. Ruslan: Bağışla da səni narahat eladim. Mənəm e, Mosu. Parviz: Eşidirəm.Ruslan: Nasa lazım idi sana? Parviz: Kola var? Ruslan: Hə. Nə qədər istəyirsən, 1 qram? Parviz: Hə Ruslan: Mən zəng edəndə, çıxa bilərsən Ala qapıya? Parviz: Yox e... Ruslan: Mən gəlim onda ora? Bayaq ostanovka var idi e.. Parviz: Hə. Ruslan: Mən gələn tərəfdən... Ostanovkanı keçən kimi soldadır... Parviz: Hə, ela ostanovkanın yanında solda. Ruslan: Hə, onda o biri yolun başına çıxarsan da. Ala qapıdan girim içəri... O, 2-ci. dönmürsən? Həmən yerə gələrsən də, o dönən tərəfə. Parviz: Yaxşı. Bayaq sənə 60 vermişəm mən? Ruslan: Yox, 50. Parviz: Elə bil 60 vermişəm? Ruslan: yox 50 Parviz: yaxşı. Ruslan: oldu Obyektin təyin olduğu ərazi: Aghsu rayonu Kadnoba kəndi.... Ruslan: Alo. Pərviz çıxırsan yavaş-yavaş? Pərviz: Haradasan? Ruslan: Mən uje Göyçaya girdim. Pərviz: Ala qapıdan girəndə də. Ruslan: 4 yoldan gəlirəm uje sizin yola. Uje, o Qəribşah yolunun başındayam poçti. Çıx yavaş-yavaş, gəlirəm mən. 7-8 dəqiqəyə oradayam. Pərviz: Oldu. Obyektin təyin olduğu ərazi: Goychay rayonu, Ulacali Shixli kandi. X25 X27 var nə yox, Ruslan Sağ ol X20 Göyçaydasan, yoxsa Ruslan buralıqda yəni uzaq deyiləm də Yaşar Kolan var? X26 Hansı tərəfə gələk Ruslan Kimdir? Yaşar. Yaşardır Yaşarın qonşusu Ruslan Neçə dənə? Yaşar 1,2 dənə 3 dənə Ruslan Dəqiq dedə Kişi yarımdır? X28 yarımı neçiyə,? Ruslan (Kiməsə müraciət edir: Yarımı neçiyə,?) Qaqa 40aKişi hansı tərəfə gələk Ruslan (kiməsə müraciət edir: Yaşar ağ baş Göyçaylı) 3 yol varee Kişi hə Ruslan Biz tərəfdən Ağdaş tərəfdən gəlirsəne Yaşar Hə hə Ruslan: Dayan orada Kişi Hə davay Ruslan Orada ol aa Gözləyəsi deyilik Yaşar Sən çıxmısan Ağdaşdan? Ruslan Biz çoxdan çıxmışıq Sən nə vaxt orada ola bilərsən? Yaşar Maşın çağırıb 5 dəqiqəyə orada oluram. Ruslan Maşına minəndə bizə zəng elə Yaşar Zəng edəndə telefonu götür X24 Davay Obyektin təyin olunduğu ərazi GTQ (cild 01 iş vər, 201-211). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “"xxxx" MMC-nin 13 yanvar 2023-cü il tarixli 1213 nömrəli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə müxtəlif mobil nömrələrlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların olması aşkar edildi. Belə ki, həmin mesajlarda konkret olaraq narkotik vasitə və psixatrop maddələrin adları çəkilməsə də, həmin mesajlarda narkotik vasitələrin adları qramlararla “torpaq”, “daş” və ya “duz” kimi yazılmaları, eləcə də, narkotik vasitələri satdığı şəxslərlə arasında pul söhbətləri olması aydın şəkildə görünür. /09/2022,19:00:35,**********94,**********81,Qaqa menem isi orda olur hec olma getmiwken mene bidene yari al getrde pulun verim burda onsuzda getmisen var orda al bidene vererem pulun gelende xx/xx/2022,09:54:16,**********13,**********81,Qaqa menem seymur opel süren blotanı başva dönerem bir söz de xx/xx/2022,18:19:11,**********72,**********81,AY GAGA VEZYET PİSDİ GAGAYA VİR SOZ Dİ xx/xx/2022,19:44:38,**********72,**********81,GAGA HARDASAN xx/xx/2022,19:48:44,**********01,**********81,Qaqa menə zaqadka qutaədğ xx/xx/2022,19:48:44,**********01,**********81,Qaqa menə zaqadka qutaədğ xx/xx/2022,16:59:58,**********25,**********81,qaqa yulduyam bir sata girecem wat sapa xx/xx/2022,18:25:59,**********86,**********81,Menem ruslan xx/xx/2022,00:25:38,**********55,**********81,qaqa nağarsan? xx/xx/2022,00:44:55,**********55,**********81,qaqa dansanmram rösenin sinf yoldasdı bayaxki oglan vezyet neterdi? xx/xx/2022,18:07:28,**********25,**********81,qaqa gadan alim imkan olsa 800 900 vur 100olacag xx/xx/2022,18:09:08,**********25,**********81, kaptaall bank xx/xx/2022,18:12:41,**********25,**********81,qaqa ceki vuranan sonra saxliyarsan xx/xx/2022,22:29:49,**********81,**********25,Biz qələy Bakıya xx/xx/2022,22:30:08,**********81,**********25,Yoxsa alinmayacaq xx/xx/2022,22:30:23,**********25,**********81,hardasiz siz hal hazirda xx/xx/2022,22:30:47,**********81,**********25,Salyanda xx/xx/2022,22:30:58,**********81,**********25,Dəyamisam xx/xx/2022,22:31:20,**********81,**********25,Bilmirəm nə edim xx/xx/2022,22:32:10,**********25,**********81,qaqa vesayit biraz azdi 30toprag 10daş var hal hazirda xx/xx/2022,22:32:10,**********25,**********81,ab vermir xx/xx/2022,22:32:10,**********25,**********81,qaqa vesayit biraz azdi 30toprag 10daş var hal hazirda xx/xx/2022,22:33:02,**********25,**********81,ancag 50tuprag 10daş var deyirsen ge bulari gutur galaninda sabah gutur xx/xx/2022,22:33:20,**********25,**********81,30tuprag 10daş var 50yux xx/xx/2022,22:34:01,**********25,**********81,bugununk 30toprag 10daş ge gutur galaninda sabah atim xx/xx/2022,22:34:32,**********81,**********25,Daş varmizdi 12dənə...torpaq lazımdır xx/xx/2022,22:35:16,**********81,**********25,Allah canını sağ eləsin gözəl insane xx/xx/2022,22:35:17,**********25,**********81,Balamin cani utana utana yaziram 30toprag 10daş var xx/xx/2022,22:36:07,**********25,**********81,gelirsiz gelin 30t10p guturun gedin galaninda sabah duz guş eleiyim xx/xx/2022,22:45:14,**********25,**********81,qaqdan alim sebiri olacagsn duz 12de atacam envani xx/xx/2022,22:57:16,**********81,**********25,Daşın yerinə torpaq verər mənə xx/xx/2022,22:57:37,**********81,**********25,Daş vardır qaqam xx/xx/2022,22:58:06,**********25,**********81,Balamin cani olani sene guydurdum xx/xx/2022,23:05:43,**********25,**********81,qaqa gadan alim nexedem yoluz galir xx/xx/2022,11:30:52,**********88,**********81,Abi dunenkini basin burax 20-22 verim bidene hell edek ureyim partlayr yatmamisam xx/xx/2022,12:29:47,**********55,**********81,Mosu salam menem faxı mehemed emin qardası Oglu veziyet rucadı ac teli xx/xx/2022,11:34:41,**********85,**********81,Qaqa goruwmek isdiyirdim 30 manat pul var idi se catasidi xx/xx/2022,19:41:37,**********52,**********81,Qaqa salam duz var (cild 01 iş vər, 218- 223). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ““Bakcell MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL-5371/23 nömrəli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı “***-***-**-**” saylı Bakcell şəbəkəsinə məxsus mobil nömrənin Təqsirləndirilən şəxs1 adına olması və başqa nömrələrdən həmin nömrəyə “Ruslan” deyə müraciət edilməsindən aydın şəkildə görünür ki, qeyd olunan nömrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə müxtəlif mobil nömrələrlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajların olması aşkar edildi. Bundan başqa həmin diskdə olan “anten” dairəsi adlanan bölümə baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günün bütün hissəsini Göyçay rayonu ərazisində eyni ünvanda olması aydın şəkildə görünür. Mesajlar - Qaqa menem elvin unu 2yarim ele mene o patidanda koladanda aca acca heresinden ayri ozume ver bu adam gormesi; Qaqa nagarim kruqdayam ay ruslan, Qayidim men dala cavabreda. Anten dairəsi - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günün bütün hissələrində Göyçay şəhəri ərazisində “USVN1416B/GSVN1416 Goychay_ATC/"Göyçay şəhəri., Əli Kərim küçəsi, X5"/ “ ünvanda olmuşdur (cild 02 iş vər, 147-226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyət Nazirliyinin Gəncə Şəhər X8 X18 Yoxlamanın xx.xx.2023-cü il tarixli 242 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər, 224). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyət Nazirliyinin Gəncə Şəhər X8 X18 Yoxlamanın xx.xx.2023-cü il tarixli 245 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər, 226). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Çinar” hotelində tutulmazdan əvvəllər də, bir neçə dəfə hotelə birlikdə gəlib otaq kirayələyib eyni otaqda qalmışar. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 hotelə gələrək hoteldə kirayə tutduqları 13 nömrəli otağa gündəlik 30 manat verməyin çox olduğunu, hələ bir müddət hoteldə qalacaqları üçün qaldıqları otağı aylıq olaraq 300 manata razılaşaraq götürmüş və həmin otaqda dostu Təqsirləndirilən şəxs2la birlikdə qalmışlar. Həmçinin, hotelə gələn müştərilərin şəxsiyyət vəsiqələrini tələb edib surəti götürülsə də, ancaq hər hansı qeydiyyat kitabı olmadığından, onların adları qeydiyyat kitabına yazılmamışdır (cild 02 iş vər, 123). Cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 234.1-1-ci maddəsinin tərkibi olmadığından, onların barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 02 iş vər, 249). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiq və ya hər hansı təsirə məruz qalması ilə bağlı araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxidə polis şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxslər saxlanılmaqla və hotelin nümayəndəsinin və təqsirləndirilən şəxslərin ərizələri alınmaqla müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə müvəqqəti yaşadıqları hotel otağına baxış keçirilmiş, narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvəqqəti yaşadıqları hotel otağına baxış keçirilərək narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, həmçinin onda xəsarətlərin olması barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Göyçay rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Digər tərəfdən, X10 hər iki şəxsə aid olan tibbi kartoçkadan çıxarışlar tələb edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Həmin sənədlərdə Təqsirləndirilən şəxs1 döyülməyə xarakterik olan hər hansı bir xəsarər aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 aid sənədlərdə müəyyən xəsarətlərin olması müəyyən olunsa da, həmin sənədlərdən görünür ki, şəxs onda aşkar olunan xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. İbtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs2 ona elan olunan ittihamda göstərilən cinayət əməlini təkbaşına törətməsi barədə, həmçinin Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə törədilən cinayət əməli ilə heç bir əlaqəsinin olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 bu formada ifadə verməklə həm digər Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək, həm də özünün məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 qeyd etdikləri cinayət işinin materiallarında olan sübutlarla tam təkzib olunur. X15 məhkəmə istintaqı zamanı aşkar olunan şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroinin yalnız bir hissəsinin ona aid olması və psixotrop maddə metamfetaminin ona aid olmaması, Təqsirləndirilən şəxs1 isə aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin ümumiyyətlə ona aid olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, müxtəlif növdə olan narkotik vasitələr olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqa saxlanılması onu deməyə əsas verir ki, aşkar olunan narkotik vasitələr və psixotrop maddə şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə sonuncunun ibtidai istintaq zamanı qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla üstüstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında narkotik vasitənin Təqsirləndirilən şəxs2la birlikdə əldə edilməsini və istifadə edilməsini mübahisələndirməsə də, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsini qəbul etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs1 əksini bildirsə də, iş materiallarında olan arayış, "xxxx" MMC və “Bakcell” LTD-dən əldə olunmuş məlumatlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda müxtəlif şəxslərlə narkotik vasitə və psixotrop maddənin satışının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmış və həmin narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs2la müvəqqəti yaşadıqlaırı hotelin otağından qabaqcadan hazırlanmış xırda bükümlər halında aşkar olunması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdikləri həqiqəti əks etdirmir. Qeyd olunanlar nəzərə alındıqda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 sözügedən narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs2la məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə əldə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdikləri məhkəmə kollegiyası tərəfindən müdafiə xarakterli ifadələr kimi qəbul edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Sonuncunun ibtidai istintaq zamanı narkotik vasitənin əldə edilməsi ilə bağlı verdiyi ifadəsi digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, o cümlədən cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşdüyündən, məhkəmə həmin ifadələri əsaslı qəbul edərək ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda məhkəmə kollegiyası Şahid5 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə bildirir ki, o, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə məxsus narkotik vasitə və psixotrop maddənin aşkar olunmasını gördüyünü bildirsə də, bir sıra ziddiyyətli ifadə verməsi hadisədən xeyli müddət keçməsi ilə bağlı olması qənaətinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Şahid5 ibtidai istintaq zamanı təzyiq və ya hər hansı təsir altında olmadan sərbəst ifadə verdiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası Şahid5 məhkəmə iclasında qeyd etdiyi ifadənin bəzi hissələri işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Əksinə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə digər sübutlarla uyğunluq təşkil etdiyindən, məhkəmə Şahid5 həmin ifadəsini əsaslı və həqiqəti əks etdirən ifadə kimi qəbul edir, o cümlədən təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanında ailəsi ilə (arvadı, xx.xx.2014-cü il təvəllüdlü qızı və xx.xx.2016-cı il təvəllüdlü oğlu ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər, 41-44) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01 iş vər, 229-231, 232-238). İş materiallarına əlavə edilmiş 3-16-17/27/2-3171/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnitsiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs2 isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 14 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 160.161). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadənamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il təvəllüdlü üç azyaşlı uşaqları (X3, X4 və X6) vardır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlər məhkum olunmuş, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 ay 18 gün hissəsindən vaxtından əvvəl azad olunmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsi tətbiq olunmaqla 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər, 241-243). İş materiallarına əlavə edilmiş Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 06 ay 23 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Belə olan halda CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 10 ay 18 gün hissəsindən vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət törətdiyindən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1-ci maddəsi tətbiq olunmaqla, yəni hökmlərin məcmusu ilə 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 06 ay 23 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Eyni yanaşma Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 22 dekabr tarixli Qərarında da sərgilənmiş və göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Sonuncu cinayət əməli, həmçinin ondən əvvəlki cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, hər iki məhkumluq üzrə müddət keçmədən, yəni məhkumluq ödənilmədən Təqsirləndirilən şəxs1 yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəq 19, 100-102). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəq 32, 144-147). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 isə yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Göyçay RPŞ-də 24,027 qram narkotik vasitə olan heroin, 9,795 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd plasmas qab, 01 ədəd metal qaşıq, 01 ədəd şüşə flakon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-də saxlanılan 24,027 qram narkotik vasitə olan heroin, 9,795 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd plasmas qab, 01 ədəd metal qaşıq, 01 ədəd şüşə flakon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-175/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-175/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver