Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-175/2024 09.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, Məhkəmə iclasının katibi: X21, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X46, Zərərçəkmiş şəxsin hüquqi varisi: X26 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Göyçay rayonunun Qarabaqqal kəndində ata evində yaşayan, boşanma ərəfəsində olduğu arvadı X13 ona xəyanət etməsi səbəbindən qisas alıb qısqanclıq zəminində xüsusi amansızlıqla öldürmək qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 11-12 radələrində Göyçay rayonuna gedib X13 götürərək şübhələnməməsi üçün əvvəl Şəki 1 saylı mediasiya təşkilatına müraciətləri ilə bağlı etibarnamə əsasında onlara köməklik göstərən, İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında yerləşən özəl tikilidə surətçıxarma fəaliyyəti işi ilə məşğul olan X14 yanına aparmış, orada nikahın pozulması ilə bağlı söhbətlər aparıldıqdan sonra o, Aytən Bədəlovanı sonuncunun mobil telefonunu və uşaqlarının şəxsiyyət vəsiqələrini qaytaracağını vəd edərək aldadıb faktiki ayrıldıqları vaxta kimi birlikdə yaşadıqları İsmayıllı rayonunun Təzəkənd kəndində yerləşən, atası X8 məxsus evə aparmış, təxminən saat 1330 radələrində o, AytənBədəlova ilə evin qonaq otağında əyləşib söhbət edərkən sonuncudan ona xəyanət etməsinin səbəbini soruşduqda, Aytən Bədəlovanın peşman olduğunu deməsindən sonra o, qısqanclıq zəminində Aytən Bədəlovanı xüsusi amansızlıqla öldürmək niyyətini həyata keçirmək məqsədi ilə əvvəlcədən əldə edib şalvarının sol yan cibində saxladığı, zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 225 millimetr, tiyəsinin uzunluğu 100 millimetr, eni orta hissədə 23 millimetr təşkil edən, kəsicideşici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli, soyuq silah hesab edilməyən bıçağı sol əli ilə çıxarıb açaraq divanda oturmuş vəziyyətdə olanAytən Bədəlovaya xəsarət yetirərkən sonuncu əli ilə onun zərbələrinin qarşısını almaq istədikdə bıçaq sağ əlinin İİ barmağının yan və ovuc səthinə dəyib Aytən Bədəlovaya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid iki ədəd kəsilmiş yara xəsarətləri yetirmiş, bundan sonra o, öz cinayətkar hərəkətlərini davam etdirərək Aytən Bədəlovanın qarın nahiyəsindən qəsdən iki dəfə bıçaq zərbəsi vuraraq sonuncuya qarın nahiyəsinin daxilə nüfuz edən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və hərəkətlərini dayandıraraq Aytən Bədəlovanın qan itirməklə müşayiət olunan fiziki ağrı və iztirab çəkməsini izləmiş, bıçaq zərbələrindən sonra Aytən Bədəlova ona su içmək istədiyini bildirərək zala bitişik otaqda olan su ventilinin yanına getmiş və əyilib su içə bilmədiyini deyərək ondan stəkan gətirməsini istəmiş, o, AytənBədəlovanı öldürməmişdən əvvəl xəyanətinin səbəbini və digər ona maraqlı olan məsələləri öyrənmək məqsədi ilə sonuncuya su verməkdən ötrü mətbəxdən stəkan gətirməyə getdikdə Aytən Bədəlova bundan istifadə edib su ventilinin yanında olan pəncərəni açaraq çölə tullanıb qonşuları X31 məxsus evin həyətinə keçərək qaçmağa başladıqda o, bunu görüb Afiq Şabanova məxsus evin həyətinə keçməklə Aytən Bədəlovanın arxası ilə qaçaraq sonuncuya çatıb əli ilə tutmaqla dayandıraraq Aytən Bədəlovanı yerə yıxmış və öz cinayətkar niyyətini davam etdirərək bədəninin döş qəfəsi, qarın, bel və sair nahiyələrindən əlində olan bıçaqla Aytən Bədəlovanın xüsusi əzab və iztirab çəkəcəyinibildiyi halda, yəni xüsusi amansızlıqla qəsdən əlavə iyirmi dəfə zərbələr vuraraq sonuncuya döş qəfəsinin 4 ədəd, bel nahiyəsinin 2 ədəd, üzün 1 ədəd və boyunun 1 ədəd daxilə nüfuz etməyən yaraları kimi dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və kəskin qanitirmə, ağciyərin hər iki payının, qaraciyərin, çənbər bağırsağın zədələnməsi və X- Xİ qabırğaların hissəvi kəsilməsi ilə müşayiət edilən döş qəfəsinin 5 ədəd, qarının 4 ədəd, bel nahiyəsinin 3 ədəd daxilə nüfuz edən yaraları kimi dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib Aytən Bədəlovanın daxilə nüfuz edən ağır bədən xəsarətlərinintəsirindən ağ ciyərin hər iki payının, qaraciyərin və çənbər bağırsağın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.4-cü maddəsi ilə elan edilmiş itthamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X27 arvadı olmaqla sonuncu 2022-ci ilin təxminən ayından İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən “Basqal” resort və spa otelində soyuq qəlyanaltı aşbazı kimi işə başlamış, 2023-cü ilin iyun ayının 1-də işdən çıxmışdır. 02 fevral 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə və 2 aprel 2023-cü il tarixdən həmin ayın sonuna qədər işləmək üçün Bakı şəhərinə getmiş, mart ayında kəndə qayıdan zaman atası ona kənddə açıq rəngli **-BG-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobilin tez-tez gəlib getdiyini, nə məsələ olmasını maraqlanmağını demişdir. Arvadı Aytəndən həmin avtomobilin kimə məxsus olmasını bilib-bilməməsini soruşduqda sonuncu ona həmin avtomobili idarə edən şəxsi tanımadığını demişdir. Aytənə inanaraq həmin avtomobil barədə bir daha maraqlanmamış, bundan sonra yenidən aprel ayının 2-də Bakı şəhərində işləməyə getmişdir. Bakı şəhərində olduğu zaman Aytən bir neçə dəfə ondan icazə alaraq işlədiyi oteldə işlərin çox olduğunu bildirib oteldə qalacağını demiş, sonuncunun həqiqətən işlərinin çox olmasına görə oteldə qalacağına inanıb buna icazə vermişdir. Aprelin sonunda kəndə yaşadığı evə qayıtmış, may ayının sonlarında atası Əbülfəz Bədəlov ona kənddə Aytənlə bağlı söz-söhbət gəzdiyini, əmisi oğlanları Elvin və Vasifin arvadı Aytənin 14 aprel 2023-cü il tarixdə **-BG-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobilə minərək kənddən getməsini gördüklərini bildirmişdir. Aytən işə hər gün otelə məxsus avtobusla gedib-gəldiyindən Aytənin ona başqa kişi ilə xəyanət etməsini özü də dəqiqləşdirmiş, 01 iyun 2023-cüil tarixdə otelə gedərək Aytəni işdən çıxartmışdır. Bundan sonra otelə gedərək Aytənin hansı tarixlərdə gecə oteldə qalması ilə maraqlandıqda otelin Amid adlı baş aşbazı Aytənin oteldə cəmi 2 dəfə gecə qaldığını, bir dəfə fevral ayında, bir dəfə də mart ayının 8-də qaldığını bildirmişdir. 01 iyun 2023-cü il tarixdə Aytəni işdən götürüb Lahıc qəsəbəsinə gedən yolun kənarında avtomobili saxlayıb sonuncudan mindiyi avtomobilin kimə məxsus olması, həmin avtomobil ilə hara getdiklərini soruşmuşdur. Aytən həmin avtomobilin sürücüsünü tanımadığını, iş yoldaşı Kənanın axşam gəlib onu kənddən götürdüyünü, Kənana “Sərhəd” adlı marketi göstərdiyini, Kənanın bundan sonra onu evə gətirdiyini söyləmişdir. Həmin vaxt əsəbləşib Aytənin üz nahiyyəsindən bir şillə vurmuş, Aytən ona avtomaşını evə sürməsini deyərək bu məsələri evdə danışmalarını söyləmişdir. Bundan sonra birlikdə evə gələrək, evdə qardaşı Bəxtiyar, atası Əbülfəz, əmisi oğlanları Vasif və Elvinlə birlikdə bu məsələ barədə Aytəni sorğu-sual etməyə başlamış, həmin vaxt Aytən xəyanət etdiyini, Kənanla gecə qaldığını, gecəni Şamaxırayonunda tanımadığı bir katejdə qaldıqlarını boynuna alaraq səhv etdiyini bildirmişdir. Aytən xəyanətini boynuna aldıqdan sonra onu axşam uşaqları ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ata evlərinə aparmış, orada Aytənin atası, anası və qardaşına qızlarının səhv iş tutduğunu, özlərinin bu barədə soruşmasını, nə etdiyini özünün deyəcəyini dedikdən sonra Aytəni uşaqlarla birlikdə orada qoyub geri qayıtmışdır. 2-3 gün sonra tanışı Müsülüm müəllimə müraciət edərək arvadı Aytəndən boşanmaq istədiyini bildirmiş, Aytən ona cəmi bir dəfə Kənanla görüşdüyünü desə də, Aytənin bir dəfə deyil, bir neçə dəfə Kənanla görüşməsini öyrənmişdir. Çünki həmin taksini onlar kənddə bir neçə dəfə görmüş, həmin avtomobilin sürücüsünün Samir olduğunu öyrənərək mobil nömrəsini tapıb onunla danışdıqda sonuncu ona bir dəfə Aytəni Kənanla birlikdə kənddən götürüb Şamaxı rayonunda yerləşən “Savalan” restoranına apardığını, qalan vaxtlarda kəndə başqa sərnişin gətirdiyini demişdir. İyun ayında bir neçə dəfə Göyçay rayonuna gedərək həm övladlarını görmüş, həm də Aytənlə bu barədə söhbət etmişdir. Bundan sonra taksi sürücüsü X42 rayonunun Böyük Xınıslı kəndində yaşadığını öyrənib həmin kəndə getsə də Kənanı tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə Kənanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə atasının istifadəsində olan 070-720- 26-08 saylı mobil nömrədən zəng edərək özünü təqdim edərək sonuncu ilə görüşmək istədiyini bildirmiş, Kənan da ona Azərbaycanda olmadığını, Gürcüstan Respublikasında olduğunu, bazar günü gələcəyini, gələndən sonra görüşəcəyini demişdir. Lakin sonradan Kənan ona onunla görüşməyəcəyini, barəsində polisə zəng edərək şikayət edəcəyini söyləmiş, Kənandanarvadı Aytənlə görüşüb-görüşmədiyini soruşduqda sonuncu ona arvadı Aytəni cəmi bir dəfə kənddən avtomobillə götürdüyünü, Aytənin Kənana marketi göstərdikdən sonra Şamaxı rayonunaapararaq iş yoldaşı Şamaxı rayonunda yaşayan Rəxşəndə adlı qadıngilə düşürdüyünü demişdir. Kənana yalan danışdığını, hər şeyi bildiyini söylədikdə Kənan ona arvadın eləbu işlə məşğul olduğunu, kənddə görüşdükləri də olduğunu, onun qardaşının arvadını da elə pozğundu deyərək onu müxtəlif sözlərlə təhqir etdikdən sonra onu “102”-yə verib başına oyun açacağını bildirmişdir. Kənanla telefonla danışan zaman öz telefonu ilə Kənanın səsini də yazmış, bundan sonra xx.xx.2023-cü il tarixdə Göyçay rayonunun Qarabaqqal kəndinə uşaqlarını görməyə getmişdir. Həmin vaxt həyətdə olan Aytəni söhbət etmək üçün yanına çağırmış, Aytən gəlmək istəyərkən atası və qardaşı onun üstünə gəlmişlər. Buna görə “102” xidmətinə zəng edərək həyat yoldaşının ailəsinin uşaqlarını onunla görüşdürmədiklərini bildirmiş, Aytənin ailə üzvləri “102” xidmətinə zəng edərək Etibarın gəlib sonuncuları döymələri barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polislər gələrək onları polis şöbəsinə aparmış, onlardan izahat və iltizam aldıqdan sonra sərbəst buraxmışlar. xx.xx.2023-cü il tarixdəsaat 11-12 radələrində qızına yığaraq telefonu anasına verməyini istəmiş, Aytənə bir saatlıq söhbət eləmək istədiyini bildirmişdir. Aytən də ondan özünün mobil telefonunu vəuşaqların şəxsiyyət vəsiqələrini ona geri qaytarmasını istəmiş, Aytənə telefonunu və uşaqların şəxsiyyət vəsiqələrini verəcəyini bildirdikdən sonra onunla mediasiya xidməti göstərən Müsülüm müəllimin ofisinə gəlmək barədə razılaşmışdır. Bundan sonra Aytəni götürmək üçün Göyçay rayonuna getmiş, mediasiyada boşanmaqla bağlı tələblərini dəqiqləşdirmək məqsədilə İsmayıllı rayonuna gətirmişdir. Aytəni İsmayıllı şəhərində yerləşən mediasiya xidməti göstərən Müsülüm müəllimin ofisinə aparmış, Aytən onunla söhbət edərkən heç bir şey tələb etmədiyini, aliment istəmədiyini, sadəcə evdən əşyalarını götürəcəyini bildirmişdir. Müsülüm müəllimin yanından çıxdıqdan sonra Aytən ondan telefonunu və uşaqlarının vəsiqələrini istədikdə telefonun kənddə olduğunu, kəndə gedib telefon və uşaqlarının vəsiqələrini sonuncuya verdikdən sonra Aytəni atasıgilə aparacağını demişdir. Evə çatdıqdan sonra evin qonaq otağındakı divanda oturaraq Aytənlə yenidən söhbət eləməyə başlamış, Aytəndən xəyanətinin səbəbini öyrənmək məqsədilə bu barədə suallar vermişdir. Aytən də bir səhv elədiyini dedikdən sonra sol cibinə bağlı şəkildə qoyduğu bıçağı çıxarıb açaraq divanda oturaqlı vəziyyətdə olan Aytənin ürək nahiyəsindən vuran zaman Aytən əlini bıçağın qarşısına atdığı üçün bıçaq Aytənin sağ əlinə dəyib xəsarət yetirmiş, bundan sonra Aytənin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Həmin zərbələrdən sonra Aytən su içmək istəyərək su ventilinin yanına getmiş, əyilib su içə bilmədiyinə görə ondan stəkan gətirməyini istəmişdir. Mətbəxdən stəkan gətirmək üçün gedən zaman Aytənin su ventilinin yanında olan pəncərəni açaraq çölə tullanıb qonşuları Afiq Şabanova məxsus həyətə qaçdığını görüb arxasınca qaçaraq Aytənə çatmış və əli ilə tutub dayandırmaq istəyən zaman Aytən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra əlində olan bıçaqla Aytənə hazırda xatırlamadığı bir neçə zərbə vurmuş, özünə gəldikdən sonra öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə yığaraq bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X39 ifadəsində göstərmişdir ki, mərhum Aytən Bədəlova onun qızı olmaqla İsmayıllı rayonu Təzəkənd kənd sakini Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, sonuncular birlikdə Etibarın atası evində yaşamışlar. Hadisədən təxminən iki ay əvvəl Etibar gecə saat 11-12 radələrində qardaşı Bəxtiyar və əmisi oğlu Elvin ilə birlikdə yaşadıqları evə gəlmiş, kürəkəni əmisi oğlu Elvinin Aytəni servis maşınından düşüb başqa maşına minəndə gördüyünü bildirmişdir. Məsələni dəqiqləşdirmək üçün Elvini yanına çağırmış, sonuncu isə gəlməmişdir. Həmin güno, onlara heç nə deməmiş, onlardan sabah gəlmələrini istəmişdir. Etibar da Aytəni və 3 uşağını onlara qoyub çıxıb getmişdir. Sabah Bəxtiyar “Basqal” Resort və Spa otelinin nümayəndəsi ilə gələrək Aytənə ərizəyə qol çəkdirmiş və qızını işdən çıxartdırmışdır. Bəxtiyar gəlib məsələni yoluna qoyacağını bildirsə də, daha sonra gəlməmişdir. Aytən onlara gəldikdən 3 gün sonra sonuncunun üzünün qaraldığını görmüş, bundan bir həftə sonra Etibar gələrək dava-qırğın elədikdən sonra Aytəni aparıb bir saat söhbət edib geri qaytarmışdır. Bu hadisədən 1-2 həftə sonra Etibar yenidən gəlmiş, mübahisə yaradaraq Aytəni yenidən aparıb 1-2 saata geri qayıtmışlar. 2 həftə sonra, yəni xx.xx.2023-cü il tarixdə Etibar yenidən onlara gəlmiş, həmin vaxt Aytənin getməyini istəmədiyindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu barədə şikayətetmişdir. Polislər gəlib onları Etibar ilə birlikdə polis şöbəsinə aparmış, irinci ondan,daha sonra isə Aytəndən izahat alındıqdan sonra Etibarıçağırmışdır. Polis əməkdaşı ona Etibarın Aytəni gəlib götürməyə ixtiyarının çatdığını bildirmiş, daha sonra onlar evə qayıtmışlar. Bir saat sonra Etibar gəlib qapıda Aytənlə 10 dəqiqə söhbət edib çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə, səhər tezdən işə getmiş, həmin vaxt yoldaşı və qızı evdə olmuşdur. Yoldaşı ona həmin gün Etibarıngələrək Aytənlə söhbət etməyə başladığını, daha sonra isə maşında əyləşdiklərini, Etibarın gələrək darvazanı çöldən bağladığını və maşınla oradan uzaqlaşdıqlarını gördüyünüsöyləmişdir. Saat 12-13 radələrində Etibarın atası Əbülfəzə zəng etmiş, lakin Əbülfəz cavab verməmişdir. Daha sonra yoldaşı Etibarın qardaşı Bəxtiyara zəng edərək Aytənlə maraqlanmış, Bəxtiyar da məlumat öyrənib xəbər edəcəyini bildirmişdir. Təxminən 1 saat sonra nəvəsi Ləman telefonda xəbərlərə baxarkən anasının öldürüldüyünü görüb onlara söylədikdən sonra huşunu itirmişdir. Həmin məlumatı öyrəndikdən sonra o, özünü yaxşı hiss eləmədiyindən evdə qalmış, yoldaşı və oğlu isə morqa getmişlər. Qızı onlarda qaldığı müddətdə ondan bu məsələnin nə olduğunu soruşduqda kiminsə Etibarın beynini doldurduğunu, ortada heç bir problemin olmadığını bildirmişdir. Aytən onlarla birlikdə Göyçay rayonunun Qarabaqqal kəndində qalarkən Etibar oraya gələrək bir neçə dəfə qızı ilə söhbət etmiş, Aytəndən Etibarın nə istədiyini soruşduqda sonuncu ona Etibarın boşanmaya razı olduğunu, uşaqların Etibarın adında qalacağını, lakin Aytənin uşaqlara baxmasını istədiyini, Aytən isə bu şərtlə razılaşmadığını söyləmişdir. Aytənin bu söhbətlərdən bezdiyini, sadəcəEtibardan boşanmaq istədiyini, Etibarı boşanmaq barədə yola gətirmək üçün Etibar onların yaşadığı evə gələndə görüşüb danışdığını, xx.xx.2023cü il tarixdə Aytənin Etibarla boşanması ilə bağlı məhkəmə olacağını demişdir. Etibarın əvvəlcədən həmin məhkəmə baş tutmamış Aytəni öldürmək niyyəti olmuş, xx.xx.2023-cü il tarixdə gəlib qızını bu məqsədlə evlərindən götürmüşdür. Etibarın təxminən 3 il qabaq başqasıyla oturub- durmuş, evlilikdən kənar başqa biri ilə münasibəti olmuşdur. Etibarın Aytən bunu qəbul etmədiyinə görə qızını bir neçə dəfə döymüş, həmin vaxt qızının yaşadığı evəgedərək qızını götürüb Etibarla boşanmasını istəmişdir. Lakin Aytənin qaynanası o vaxt buna imkan verməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdirki, Təqsirləndirilən şəxs əmisi oğlu olmaqla bir-birilərinə gediş-gəlişləri olmuş, həçinin qomşuluqda yaşamışlar. 2023-cü ilin aprel ayında əmisi oğlu Vasiflə birlikdə İsmayıllı rayonunun Təzəkənd kəndində yerləşən ona məxsus olan torpaq sahəsinə baxıb qayıdarkən təxminən 20 metr aralıda uzaqdan Etibarın arvadına oxşayan bir nəfərin **- BG-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobilə mindiyini görmüş, hava qaranlıq olduğundan həmin şəxsin dəqiq Aytən olub-olmadığına tam əmin ola bilməmişlər. Vasiflə birlikdə məsləhətləşdikdən sonra Etibarın atası Əbülfəzi bir bəhanə ilə Vasifgilə çağırıb sonuncudan gəlini Aytənin həmin gün evə gəlib-gəlmədiyini soruşmuş, Əbülfəz onlara Aytənin həmin gün növbədə olduğunu və gəlmədiyini bildirmişdir. Həmin vaxt Etibar işi ilə əlaqədar Bakı şəhərində olmuş, Əbülfəz onlara Aytənin həmin güngəlmədiyini bildirdikdə avtomaşına minən şəxsin Aytən olması ilə bağlı onlarda müəyyən şübhələr yaranmışdır. Bundan sonra bir müddət Vasiflə ikisi Aytəni uzaqdan izləsələr də hər hansı nəticə əldə edə bilməmiş, təxminən 15-20 gün sonra Etibarın böyük qardaşı Bəxtiyara bu barədə bildirərək sonuncudan Aytənin həmin gün oteldə qalıb-qalmadığını maraqlanmasını xahiş etmişlər. Etibar Bakı şəhərindəki işləriniqurtarıb gəldikdən sonra sonuncudan bu barədə soruşduqda Bəxtiyar onlara elə bir şey ola bilməyəcəyini demişdir. Həmin gün Bəxtiyar Aytənin işlədiyi otelə gedərək bu barədə maraqlanmış və oteldə işləyən qadınlar üçün gecə növbəsinin olmadığını öyrənmişdir. Birgün sonra Etibar onun yanına gələrək bu barədə bildiyi halda niyə xəbər etməməsini demiş, Etibara bunu deyə bilməyəcəyini, qardaşı Bəxtiyara dəqiqləşdirməsi üçün dediyini bildirmişdir. Daha sonra Vasiflə birlikdə Əbülfəz əmisigildə olarkən Etibar Aytəndən həmin gün avtomaşınla haraya getdiyini soruşmuş, Aytən də əvvəl iş yoldaşına mağazanın yerini göstərdiyini, iş yoldaşının Aytəni evə düşürdüyünü söyləmişdir. Əmisi Aytənə həmin gün və dəfələrlə gecə növbəsi adıyla evə gəlmədiyini bildirmiş, Bəxtiyar da kamera görüntülərinə baxdığını və Aytənin evə gəlmədiyi günlər oteldəqalmadığını, otelə gecə növbəsinin olmadığını söyləmişdir. Bundan sonra Aytən onlara evə gəlmədiyini, iş yoldaşı ilə Şamaxı şəhərində yaşayan rəfiqəsi Rəxşəndəgilə getdiyini söyləmişdir. Məsələ aydınlaşdıqdan sonra Etibar Aytənə hazırlaşmasını, uşaqları vəAytəni sonucunun Göyçay rayonunun Qarabaqqal kəndinə atası evinə aparacağını bildirmişdir. Həmin vaxt Bəxtiyara Etibarın əsəbi olduğunu bildirib sonuncuların avtomaşın sürməməsini, özünün maşını sürəcəyini bildirərək avtomaşını özü sürmüşdür. Qarabaqqal kəndinə çatdıqdan sonra Bəxtiyar, Etibar və uşaqları evə girmiş, o isə qapının ağzında dayanmışdır. Etibarın səsi gəlsə də, ancaqnə danışdığını tam eşitməmiş, yarım saat sonra Etibar Bəxtiyarla birlikdə gəldikdən sonra birlikdə kəndə geri qayıtmışlar. Bundan sonra çox vaxt işdə olduğundan Etibarı çox görməmiş, Aytəni atası evinə qoyduqdan sonra Etibar sakitləşmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında küçədən səs-küy gəldiyini eşidib çölə çıxdıqda Etibarı üzəri qanlı olmaqla əlində bıçaq görmüş, sonuncudan nə baş verdiyini soruşduqda “öldürmüşəm, öldürmüşəm” demişdir. Etibarı həyətlərinə salıb su vermiş, əl-üzünü yumuş, Etibar çölə çıxmaq istədiyini, boğulduğunu bildirmişdir. Etibar ondan onu polisə aparmağını istəmiş, Etibara “102” xidmətinə zəng vurub məlumat verməsini bildirdikdən sonra sonuncu “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Polislər gələnə qədər Etibarın yanında dayanıb sonucunun sakitləşdirmiş, polislər gəlməmişdən 3-4 dəqiqə əvvəl Bəxtiyar da oraya gəlmişdir. Polislər gəldikdən sonra oradan uzaqlaşmış, polislər gələnə kimi Etibar ona Aytənin iş yoldaşı Kənanla xəyanət etdiyinə görə öldürdüyünü bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla 2023-cü ilin may ayının axırları, iyun ayının əvvəllərində əmisi oğlu Elvin ona zəng edərək Vasiflə birlikdə onunla çay içmək istədiyini bildirmiş, birlikdə sonuncularla kafedə oturub çay içən zaman Elvinlə Vasif ona qardaşı arvadı Aytənə oxşayan bir nəfərin “VAZ 2106” markalı avtomobilə mindiyini və Aytənin həmin gün evdə qalmadığını demişlər. Bu barədə maraqlandıqda Aytən gecə növbəsində işlədiyini söyləmiş, Elvinlə Vasif ona Aytənə oxşayan birini gördüklərini söyləyəndə Aytənin işlədiyi yerdən orada gecə növbəsinin olub-olmadığını dəqiqləşdirmək lazım olduğunu bildirmişdir. Səhəri gün tezdən Aytənin işlədiyi “Basqal” Resort və Spa otelinə gedərək terrasda oturub çay sifariş vermiş, orada işləyən ofisiantlardan oteldə gecə növbəsinin olub- olmadığını soruşmuşdur. Oranın işçiləri kişilər üçün gecə növbəsi olsa da, rayonda işləyən qadınlar üçün gecə növbəsinin olmadığını bildirdirdikdən sonra evə qayıdaraq zəng vurub qardaşı Etibarı yanına çağırmışdır. X48 ərizə yazdırıb işdən çıxarmasını demiş, Etibar nə məsələ olduğunu soruşduqda böyük qardaş kimi sözünə qulaq asmasını bildirmişdir. Saat 11- də yenidən Etibara zəng etdikdə sonuncu ona Aytənin işdən çıxmayacağını söyləmiş, bundan sonra Aytənə zəng edib harada olduğunu soruşmuşdur. Aytən işə getdiyini bildirdikdə sonuncuya “ərizəni yaz, işdən çıx, gəl evə” demiş,Aytən ondan bunun səbəbini soruşduqda orada gecə növbəsinin olub-olmadığını soruşmuşdur. Aytən ona gecə növbəsinin olmadığını bildirdikdə sonuncuya dəfələrlə evdə qalmadığını, özünün də dəfələrlə gecə növbəsində işlədiyini söylədiyini, lakin indi gecə növbəsinin olmadığını deməsini bildirmişdir. Aytən ona ərizəsini yazacağını bildirdikdən sonra Ruhiyyə ilə birlikdə gedub Aytəni götürəcəkləini demişdir. Bundan sonra arvadı ilə Aytənin işlədiyi “Basqal” Resort və Spa otelinə getmiş, orada Aytənə zəng vruaraq əgər ərizəsini yazdısa çölə çıxmasını söyləmişdir. Təxminən 2 dəqiqə sonra Etibar ona zəng edərək nəyə görə oraya getdiyini, Aytən Etibara demədən ərizəyazmayacağını söyləmişdir. Etibara burada gecə növbəsinin olmadığını söylədikdən sonra Aytənin nömrəsindən ona zəng gəlmiş, Südabə adlı bir qadın onunla telefonda danışaraq Aytənin həmin qadının evində olduğunu və ərinin də bu barədə xəbəri olduğunu demişdir. Aytənin Südabənin evində neçə dəfə qaldığını soruşduqda sonuncu bunun cəmi bir dəfə dəfə qaldığını söyləmiş, bundan sonra Südabəyə bu işlərə qarışmamasını, bu söhbətlərin sonuncuya aid olmadığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra mühafizəçi yaxınlaşaraq otelin təhlükəsizlik rəisinin onunla görüşmək istədiyini bildirmiş, təhlükəsizlik rəisi ilə tanış olduqdan sonra sonuncudan oteldə gecə növbəsinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona qadınlar üçün gecə növbəsinin olmadığını bildirərək baş aşbazın bu barədə daha məlumatlı olacağını deməklə həmin şəxsi otağına çağırmış, baş aşbazdan gecə növbəsi barədə soruşduqda Bakı şəhərindən gəlib işləyənlər üçün olsa da, yerli qadınlar üçün gecə növbəsinin olmadığını bildirmişdir. Daha sonra baş aşbazdan Aytənin orada nə vaxtsa qalıb-qalmadığını soruşduqda sonuncu ona Aytənin cəmi iki dəfə, bir dəfə öz istəyi ilə, bir dəfə də yolların qarlı olması səbəbindən qaldığını bildirmişdir. Təhlükəsizlik rəisinə Aytənin ev işlərini çatdıra bilməməsi və uşaqlarına baxması səbəbindən sabahdan işə gəlməyəcəyini, Aytənin işdən çıxarılması ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Təhlükəsizlik rəisi də bəzi proseduralar və sənədləşmə işlərinin olduğunu bildirərək köməklik göstərəcəyini və Aytəni axşam servis maşını ilə yola salacağını dedikdən sonra evə qayıtmışdır. Həmin gün Etibarın özü də otelə gedib Aytənlə birlikdə təhlükəsizlik rəisindən iş yerində gecə növbəsinin olmadığını öyrənmiş, bundan sonra Etibarla Aytənin əmisi evinə gəlməklə o da digər qohumları ilə birlikdə orada olmuşdur. Orada artıq Aytənin özü hər şeyi danışaraq onları aldatdığını, servisdən düşəndə Kənan adlı iş yoldaşının avtomaşında oturduğunu gördüyünü, ondan mağazanın yerini soruşduğunu, onun da avtomaşına oturaraq Kənana Lahıc yolundakı mağazanın yerini göstərdiyinibildirmiş, mağazanı göstərdikdən sonra niyə evə gəlməməsi sualına isə Aytən əvvəl nə cavab verəcəyini bilməsə də sonra onlara Şamaxıya Rəşxəndəgilə getdiyini bildirmişdir. Aytəndən niyə yad adamın avtomaşınına minərək getdiyini və axşam evə gəlmədiyini bildirəndə Etibar da Aytənin həmin gün gecə növbəsi adıyla icazə aldığını söyləmiş, bundan sonra Aytən bir səhvdir elədiyini, sonuncunu bağışlamalarını demişdir. Bundan sonra əmisi oğlu Elvinin idarə etdiyi avtomaşınla Aytəni uşaqları ilə birlikdə atası evi olan Göyçay rayonu Qarabaqqal kəndinə aparmış, orada Aytənin atası, anası və qardaşına baş verənlər barədə məlumat verib Etibardan boşanacağını bildirmişlər. Səhəri gün ona oteldən zəng edərək Aytənin işə gəlmədiyini və sonuncunun ərizəsinin alınmasının vacib olduğu bildirilmiş, bundan sonra onlara gəlmiş otelin işçiləri ilə Göyçay rayonu Qarabaqqal kəndinə gedib orada Aytənin yazadığı ərizəni götürüb qayıtımşlar. Bundan sonra Etibara sakitləşməsini bildirərək oraya getməməyini, boşanması üçün mediasiya qurumuna müraciət etməsini söyləmiş, Etibar da sənədləri yığıb mediasiyaya vermişdir. Axırıncı dəfə Qarabaqqal kəndinə getdikdən 2-3 gün sonra Etibar həmən kəndə getmiş, sonuncudan nəyə görə oraya getdiyini soruşduqda Etibar ona 1-2 məsələni dəqiqləşdirdiyini söyləmişdir. Bundan sonra Etibarla söhbət zamanı sonuncu Aytəni bir neçə dəfə Etibarı aldatdığını bildirmişdir. 16 iyun 2023-cü il tarixdə Bakı şəhərində hüzr mərasimində olarkən Etibarın qaynı Murad ona zəng edərək Etibarın gəlib orada səs-küy saldığını, sonuncuya zəng eləməsini və oradan getməsini deməsini bildirmiş, Murada DİN-in “102” xidmətinə zəng edib bu barədə məlumat verməsini bildirmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra Etibarı yanına çağırıb bir daha oraya getməməsini sonuncudan xahiş etmiş, ona mediasiyaya müraciət etdiyini, cavab çıxdıqdan sonra məhkəməyə müraciət edəcəklərini bildirmiş və boş-boş oraya getməməsini istəmişdir. Sonradan Etibarla söhbət zamanı sonuncu ona Ayətinin münasibətdə olduğu Kənan adlı taksi sürücüsünü tapdığını, həmin şəxslə danışdığını, sürücüsü ilə nə danışdığını sonra deyəcəyini bildirmişdir. xx.xx.2023- cü il tarixdə saat 20-21 radələrində Etibar hirsli-hirsli onlara gələrək Göyçaya getdiyini, orada səs-küy saldığını və Aytənin ailəsinin Etibarı “102”-yə verdiyini bildirmiş, Etibar ona Aytənin atasının onu vurduğunu bildirmişdir. Etibara orada nə işi olduğunu, mediasiyaya 5 gün qaldığını və səbrli olub məhkəmə prosesini gözləməli olduğunu söyləmişdir. xx.xx.2023-cü il tarixdə Etibar ona zəng edərək Aytəni öldürdüyünü, özünü də öldürəcəyini bildirmiş, Etibara “102” və “103”-ə məlumat verməsini demişdir. Bundan sonra atasını da götürüb kəndə yollanmış, bundan sonra əməliyyatçılar gəlib Etibardan bıçağın yerini soruşmuşlar. Etibar da bıçağın evdə stolunüstündə olduğunu bildirmiş, biraz sonra prokurorluq əməkdaşları hadisə yerinə gəlib hadisə yerini müayinə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aytən Bədəlova onun qızı olmaqla Təqsirləndirilən şəxsla ailə həyatı quraraq sonuncunun İsmayıllı rayonundakı ata evində yaşamışlar. Hadisədən təxminən iki ay əvvəl kürəkəni Etibar qardaşı Bəxtiyar və əmisi oğlu Elvinlə birlikdə yaşadıqları kəndə gələrək Aytəni və 3 nəvəsini onlara vermiş, həmin vaxt Aytənin üz-gözü qapqara, üst-başıvə paltarı isə qan içərisində olmuşdur. Bəxtiyar ona kənddə çayxanada Aytənin başqa avtomaşınaoturması barədə Bəxtiyara söz atdıqlarını, bu məsələnisakitcə yoluna qoymalarını və heç kəs bilməməsini və səhəri gün tezdən gələcəyini söyləmişdir. Etibargil getdikdən sonra Aytəndən məsələnin nə olduğunu soruşduqda sonuncu ona Etibarın gəlib Aytəni işdən götürdüyünü, daha sonra avtomaşını meşəlik əraziyə sürərək Aytəni başqa maşına mindiyi üçün döydüyünü, həmin avtomaşının yaşadığı kənddəki taksi sürücüsüolduğunu, həmin taksi ilə servis düşürdüyü yerdən evə getdiyini söyləmişdir. Səhəri gün Bəxtiyar “Basqal” resort və spa otelinin nümayəndəsi ilə gələrək Aytənə ərizəyə qol çəkdirib işdən çıxartdıqdan sonra çıxıb getmiş, bundan sonra Etibar hər 2-3 gündən bir gələrək mübahisə eləməyə başlamışdır. Hər dəfə Aytəni aparıb sonuncu ilə söhbət edib geri qaytarmış, qızı hər dəfə Etibar gəlib səs-küy və dava-dalaş saldığından sonuncu ilə danışmağa razı olmuşdur. xx.xx.2023-cü il tarixdə işdə olarkən gəlini ona zəng edərək Etibarın onlara gəldiyini bildirdikdən sonra yaşadığı evə getdikdə polislər artıq orada olmuş, polis əməkdaşına Etibarın onları narahat etdiyini bildirəndə polis əməkdaşı ona Aytənin hələ də arvadı olduğundan Etibarın buna ixtiyarının çatdığını bildirmişdir. Daha sonra onları polis şöbəsinə apararaq orada onlardan izahat alınmış, polisdən qayıtdıqdan təxminən bir saat sonra Etibar yenidən evlərinə gələrək Aytənə söhbət etmək istədiyini bildirmişdir. Etibarın əl çəkmədiyini görüb sonuncuya beş dəqiqə nə söhbəti varsa etməsini demiş, Etibar 5 dəqiqə söhbət etdikdən sonra oradanuzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Etibar yenə gəlib Aytənlə söhbət edib gedəcəyini bildirmiş, həmin vaxt evdə Aytən və nəvələrindən başqa heç kim olmamışdır. Etibar sakit şəkildə Aytənlə 10 dəqiqəyə qayıdacaqlarını söyləmiş,Etibara “bala, gedin danışın, ailənizi dağıtmayın” deyə bildirmişdir. Üç saat keçməsinə baxmauaraq Aytəndən xəbər çıxmamış, buna görə Bəxtiyara zəng edibAytən barədə maraqlanmışdır. Bəxtiyar onlara xəbər edəcəklərini dedikdən sonra nəvəsi Ləman telefonda xəbərlərə baxarkən orada Aytənin qətlə yetirdildiyi xəbərini görüb onlara söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid5 göstərmişdirki, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayının 10-dək İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən "Basqal Resort & Spa" oteldə aşbaz işləmiş, Aytən Bədəlova həmin oteldə soyuq qəlyanaltı aşbazı işləmişdir. Aytən işlə əlaqədar bir dəfə oteldə qalmış, oteldə qadınlarla kişilərin qaldığı yataqxanalar ayrı olmuşdur. Aytənlə birlikdə işlədikləri vaxt zənglə danışmış, həmçinin, “Whatsapp” tətbiqi vasitəsi ilə 2-3 gündən bir yazışmışlar. Aytənlə bir qədər danışdıqdan sonra aralarında sevgi münasibətləri yaranmağa başlamış, Aytənlə bir-birlərinə sevgi məzmunlu mesajlaryazmışlar. İlk dəfə təxmini olaraq 2023-cü ilin yanvar ayının 13-ü, axşam vaxtı Aytəni özünə məxsus “Mercedes C 180” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə işdən götürüb əvvəlcədən Şamaxı rayonunun Çuxuryurd kəndində bir günlük kirayə götürdüyü evə aparmış, həmin vaxt kirayə tutduğu evdə Aytənlə öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Daha sonra Aytəni oradan evlərinə aparıb düşürmüş, həmin vaxtdan sonra Bakı şəhərindəişlədiyi üçün Aytənlə yalnız telefonla danışmışlar. Aytənlə yanaşı oteldə işləyən Kənanı da tanımış, təxminən fevral ayında Kənan ona zəng edib Aytənlə münasibəti olub-olmadığını soruşmuşdur. Aytənlə danışdığını və yazışdığını bildirdikdən sonra Kənanla sağollaşmış, təxminən bir həftə sonra Kənan ona zəng edib Aytənin onunla danışmaq istədiyini deyərək onu üçüncü xəttə qoşmuşdur. Həmin vaxt Aytən onunla davam etmək istəmədiyini, Kənanla yaxın münasibəti olduğunu bildirmiş, buna etirazı olmadığını söylədikdən sonra hər ikisinin onu bloka atdığını görmüşdür. Mart ayının sonları Aytən oteldəki işçilərdən birinin telefon nömrəsi ilə onu yığıb hal əhval soruşmuş, Aytəndən yığmasının səbəbini soruşduqda sonuncu Kənanla münasibətlərinin pozulduğunu bildirərək Bakıda iş olduğu zaman xəbər etməsini istəmişdir. İş olan zaman deyəcəyini bildirməklə həmin vaxtdan sonra yenidən Aytənlə telefonla danışmağa və yazışmağa başlamış, Aytən oğlu Fəqanla birlikdə Bakı şəhərinə gələcəyini və ondan qalmaq üçün yer istəmişdir. May ayının ortalarında Aytən oğlu ilə birlikdə Bakı şəhərinə gəlmiş, hər ikisini götürüb dostunun Bakı şəhəri, Bayıl qəsəbəsində olan evinə aparmışdır. Səhəri gün saat 04 radələrində Aytənin qaldığı evə getmiş, həmin vaxt Aytənin oğlu yatdığına görə Aytənlə cinsi əlaqədə olmuşdur. Birneçə saat sonra hər ikisini xəstəxanaya aparmış, işləri bitdikdən sonra Şamaxinka deyilən yerdən taksi ilə yola salmışdır. May ayının sonları Aytənlə danışan zaman yoldaşının Kənanlamünasibətindən xəbəri olduğunu, buna görə də yoldaşının Aytəni işdən çıxaracağını, daha əlaqə saxlamamasını bildirmiş, o da bununla razılaşmışdır. Təxminən iyun ayında Aytən qızı Ləmanın istifadəsində olan mobil nömrə ilə ona zəng edib Etibarla ayrıldığını, atası evində olduğunu, məhkəməvasitəsi ilə boşanacağını bildirmiş, həmin gündən bir müddət sonra Etibar onunla əlaqə saxlayıb Kənanı tanıyıb-tanımadığını soruşduqda sonuncuya Kənanı işdən tanıdığını söyləmişdir. Həmin vaxt Etibar ona Aytənlə Kənanın münasibətindən xəbəri olduğunu bildirib bir qədər danışdıqdan sonra sağollaşmış, həmin gün yenidən Aytənin nömrəsi ilə zəng edib kim olduğunu soruşmuşdur. Etibara özünü təqdim edərək nə məsələ olduğunu soruşmuş, Etibar onun adının Aytənin telefonunda Fəqan yazıldığını, həmçinin, iyunun 1-i Aytənə 9 dəfə zəng etdiyini deyib bunun səbəbini soruşmuşdur. Etibara niyə Fəqan yazıldığını bilmədiyini, Aytənin nömrəsinə zəng etmədiyini, zənglərdən xəbərinin olmadığınıbildirmiş, bundan sonra Etibarla danışığı olmamışdır. X37 telefonunu özünə yönləndirdiyinə görə Aytənin onun adını Kənana görə Fəqan yazdığını ehtimal etmiş, Kənan Aytənə gələn bütün zəng və mesajların hamısını izləmişdir. 17 iyul 2023-cü il tarixdə Aytənin qızı ona zəng edərək atasının Aytəni öldürdüyünü bildirmiş, bundan sonra danışığı bitirmişdir. Aytəni bir neçə dəfə öz maşını ilə evlərinə aparmış, bir dəfə də Etibarı qapılarından çöldə görmüşdür. Həmin vaxt Etibarla görüşmüş, bundan sonra Etibarı görməmişdir. Aytənlə danışan zaman sonuncu ona bir dəfə Kənan və dostları ilə Şamaxı rayonunda olan evdə oturub yemək yediklərini, yemək yedikdən sonra Kənanın dostlarının getdiyini, sonra olanların yadında olmadığını, özünə gələn zaman hamamda lüt suyun altında olduğunu və istəmədən Kənanla cinsi əlaqədə olduğunu demiş, Aytənin düz və ya yalan dediyini bilməmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid6 göstərmişdir ki, Kənan Həsənov onun qonşusu olmaqla sonuncu bəzən ona zəng edərək müxtəlif yerlərə aparmasını istəmiş, o da taksi kimi pul müqabilində Kənanı həmin yerlərə aparmışdır. 2023-cü ilin aprel ayında dəqiq gününü xatırlamadığı tarixdəaxşam saat 18-19 radələrində Şamaxı bazarında olarkən Kənan ona yaxınlaşıb İsmayıllırayonunun yaxın kəndlərinin birindən bir adam götürüb Şamaxıya geri qayıdacaqlarını söyləmiş, o da 20 manat pula Kənanı aparıb qaytara biləcəyini bildirmişdir. Bundan sonra onlar qiymət barədə razılaşıb yola çıxmış, yolda Kənan bir nəfəri İsmayıllı rayonunun Təzəkənd kəndindən götürəcəklərini bildirmişdir. Onlar Təzəkənd kəndinə çatıb kəndin girəcəyindən bir qızı götürmüş, avtomaşına minəndə Kənandan qızın kim olduğunu soruşmuşdur. Kənan həmin qızın iş yoldaşı olduğunu bildirmiş, sonuncuları Şamaxı şəhərinə aparmışdır. Kənan Şamaxı şəhərində yerləşən “Savalan” restoranının qabağına çatanda düşəcəklərini bildirərək orada düşüb çıxıb getmiş, o da evə qayıtmışdır. Təxminən 7-10 gün sonra Kənan ona zəng edib harada olduğunu soruşduqda, o İsmayıllı rayonuna adam gətirdiyini söyləmiş, Kənan ona “Basqal” oteldə işdə olduğunu, qayıdanda həmin şəxsi də götürməsini istəmişdir. Otelin qabağına çatanda Kənan həmin qızla maşına əyləşib Şamaxı rayonuna gedəcəklərini bildirmiş, Şamaxı rayonunun girəcəyində “Ağsu dairəsi” adlandırılan yerə çatanda Kənan ondan saxlamasını istəyərək orada onlar avtomaşından düşüb uzaqlaşmışlar. Yay aylarında Şamaxı şəhərində bazarda olarkən bir nəfərin ona yaxınlaşıb adının Etibar olduğunu, Kənanı tanıyıb-tanımadığımı soruşmuş, o da tanıdığını bildirmişdir.0 Etibar ondan Kənanla İsmayıllı rayonunun Təzəkənd kəndinə gəlib-gəlmədiyini soruşduqda sonuncuya bir dəfə Kənanla gəlib oradan bir qız götürdüklərini söyləmiş, Etibar ondan başqa nə vaxtsa kəndə gəlib həmin qızı götürübgötürmədiyini maraqlandıqda cəmi birdəfə həmin qızı götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 386 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları və qançırları küt əşya (alət) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, X2 meyitində aşkar olunmuşxəsarətlər - kəskin qanitirmə, ağciyərin hər iki payının, qaraciyərin, çənbər bağırsağın zədələnməsi və X-Xİ qabırğaların hissəvi kəsilməsi ilə müşayiət edilən döş qəfəsinin 09 ədəd, qarının ön divarının 06 ədəd, bel nahiyəsinin 05 ədəd deşilmiş-kəsilmiş (cəmi 20 ədəd),üzün 01 ədəd, boyunun 01 ədəd və sağ əlin İİ barmağın yan və ovuc səthinin 02 ədəd (cəmi04 ədəd) kəsilmiş yaraları; X2 meyitində aşkar olunmuş xəsarətlərdən- döş qəfəsinin daxilə (boşluğa) nüfuz edən 05 ədəd, etməyən 04 ədəd, qarın nahiyəsinin daxilə(boşluğa) nüfuz edən 06 ədəd, bel nahiyəsinin daxilə(boşluğa) nüfuz edən 03 ədəd, etməyən 02 ədəd (cəmi 20 ədəd) deşilmiş-kəsilmiş yaraları, sifətin(üzün) 01 ədəd, boyunun01 ədəd və sağ əlin İİ barmağın 02 ədəd (cəmi 04 ədəd) kəsilmiş yaraları; -X2 meyitində aşkar edilmiş deşilmiş-kəsilmişvə kəsilmiş yaralar (cəmi 24 ədəd) həyati olub, deşici-kəsici alətin deşici-kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixə və şəraitəuyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda, kəskin qanitirmə, ağciyərin hər iki payının, qaraciyərin, çənbər bağırsağın zədələnməsi və X-Xİ qabırğaların hissəvi zədələnməsi iləmüşayiət edilən döş qəfəsinin 05 ədəd, qarının 06 ədəd və bel nahiyəsinin 03 ədəd daxilə (boşluğa) nüfuz edən edən yaraları (cəmi 14 ədəd) canlı səxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə, döş qəfəsinin 04 ədəd və bel nahiyəsinin02 ədəd daxilə (boşluğa) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, üzün 01 ədəd, boyunun01 ədəd və sağ əlin İİ barmağın yan və ovuc səthinin 02 ədəd (cəmi 10 ədəd) kəsilmişyaraları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər; -X2 ölümünə səbəb ağciyərin hər iki payının, qaraciyərin və çənbər bağırsağın zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur; - Mərhum A.Təqsirləndirilən şəxsnın meyitində aşkar olunmuş xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdilər; -Mərhum A.Təqsirləndirilən şəxsnın meyitində aşkar edilmiş kəsilmiş və deşilmiş-kəsilmiş yaralar fonunda qarşılıqlı dalaşmaya və ya döyülməyə xarakterik xəsarətlər aşkar edilməmişdir. Bununla belə, A.Təqsirləndirilən şəxsnın meyitinin sağ əlinin İİ barmağında aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər mərhumda özünü müdafiə zamanı törənə bilərdi; -Mərhum A.Təqsirləndirilən şəxsnın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, spirti barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon,1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 574/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/, X9 ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/. Ekspertizaya təqdim edilən 01 ədəd pambıq tampon, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs Əbülfət oğluna məxsusköynək, şalvar, X15 məxsus alt mayka, idman şalvarı, büstqalter, trusik və kofta üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə, həmçinin, alfa, beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X15 və ya Təqsirləndirilən şəxs Əbülfət oğluna məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olmuşdursa. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tədbiq olunan müvafiq müayinə metodları olmadığı üçün təqdimolunan maddi sübutlar üzərində aşkar olunan qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 405/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X15 məxsus köynəyin ön hissəsində on səkkiz ədəd, köynəyin arxa hissəsində on ədəd, köynəyin kapüşonunun üst hissəsində bir ədəd, maykanın ön hissəsində on iki ədəd, maykanın arxa hissəsində doqquz ədəd və lifçiyin sağ döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş X15 məxsus maykanın sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar edildi. Bu sökülmə küt yaranma mexanizmə malikdir, maykanınmüvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya töqdim edilmiş X15 məxsus tuman və şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. X9 məhkəmə-tibbi ekspertizasına dair rəy təqdim edilmədiyinə görə “X9 bədənində olan xəsarətlərlə əynində olan paltarların üzərində olan zədələr uyğundurmu və eyni alətlə yetirilməyə xarakterikdirmi, müsbət halda həmin xəsarətlər ekspertiza tədqiqatına təqdim olunmuş bıçaqla yetirilmişdirmi” sualına cavab vermək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavodu üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 537 nömrəli rəyindən görünür ki, X16 bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 538 nömrəli rəyindən görünür ki, X28 bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 539 nömrəli rəyindən görünür ki, X10 bədəni üzərində xəsarətin hər hansı bir obyektiv izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 712 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı bir ruhi-əsəb əstəliyi (xroniki psixi xəstəlik), psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onda simuliyativ davranışa meyillilik müşahidə edilmir. Təqsirləndirilən şəxs halhazırda da hər-hansı bir ruhi-əsəb xəstəliyi keçirmir. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqsızlığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Onun əməli CM-in 21 -ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Emosianal halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 32 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Sualın sonuncu hissəsinə cavab olaraq bildiririk ki, “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sualın sonuncu hissəsinə cavab olaraq bildiririk ki, “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal- hazırkı hərəkətləriCM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsi X38 Şöbəsinin kompleks ambulator məhkəmə psixiatrik vəpsixoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli 712 saylı rəyində Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi qeyd edilmişdir. Bir müddət sonra (29 dekabr 2023-cü il tarixdə X4 müayinə məqsədi ilə Müalicə Müəssisəsinə köçürülməsi) Təqsirləndirilən şəxs həyatında baş vermiş mühüm dəyişiklikliyə və stres hadisəsinə adaptasiya periodunda uyğunlaşdırıcı reaksiya pozuntusu (adaptasiyareaksiyasının pozuntusu) yarana bilərdi. Sosial əlaqələrinin itirilməsi, törətdiyi əməlin xarakteri və s. kimi neqativ amillərin təsirindən törətdiyi əməlin məsuliyyətini dərk etdiyi qapalı qeyri-adekvat şəraitdə təqsirləndirilən şəxslərdə uyğunlaşmanın pozulması ilə gedən xarakterinə görə xroniki psixi pozuntu olmasa da, adaptasiya pozuntusunun müşahidə olunması mümkündür. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli 712 saylı rəyinin tərtib edilmə vaxtı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 15 yanvar 2024-cü il tarixli 20-04/-43 nömrəli məktubunun tərtib edilmə vaxtı arasında bir aydan çox zaman keçmişdirvə bu müddət ərzində psixi sağlam şəxsdə uyğunlaşdırıcı reaksiya pozuntusunun yaranması mümkündür. Beləliklə, tərtib edilmiş müvafiq rəy və məktub ziddiyyət təşkil etmir. E.Ə.X12 dinamik həkim müşahidəsində saxlanıldıqdan sonrastasionar müalicə ehtiyacı olmadığı qənaətinə gəlinərək xx.xx.2024-cü il tarixdə saxlanıldığı müəssisəyə göndərilmişdir. Halhazırda da Təqsirləndirilən şəxs uyğunlaşdırıcı reaksiya pozuntusu aşkar edilmir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Təzəkənd kəndində yerləşən ev və arvadı X13 həyatdan məhrum etməkdə ifadə olunan cinayət əməlini başa çatdırdığı yer qonşuluqda yerləşən Afiq Şabanova məxsus fərdi yaşayış evinin həyətidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli telefona baxış keçirilməsi haqqındaprotokolundan görünür ki, baxış keçirilən telefon “Samsung A32” markalı smartfon tipli mobil telefondur. Mobil telefonda səs yazan tətbiqi üzərindən “Siyahı” adı ilə qeyd olunmuş hissəyə daxil olduqda Etibarın müxtəlif şəxslərlə danışıqlarının olduğu görünür. “Amid şef” adlı şəxslə danışıqlarından görünür ki, Etibar yoldaşı Aytən Bədəlovanın oteldə hansı müddətlərdə qaldığını dəqiqləşdirmək üçün suallar vermiş, Amid Aytənin oteldə yanvar ayında iki dəfə qaldığını, digər tarixlərdə qalmadığını, oteldə qadınlar üçün gecə növbəsinin olmadığını bildirmişdir. Bundan başqa, X63 öldürməyəcəyini, boşanacağını, Aytənin maaş kartının onda olduğunu, Amid isə hər şeyi qanuni yolla eləməyini, özü üçün problem yaratmamağını, Aytənin bəzi iş yoldaşlarına borcu olduğunu söyləmişdir. Bundan əlavə, Etibarın “Fizuli” adlı şəxslə danışıqlarından görünür ki,X43 nə vaxt danışdığı, adının telefonda niyə “Fəqan” yazıldığı, Aytənə niyə iyun ayının 1-də 9 dəfə zəng etdiyi ilə bağlı suallar vermiş, Fizuli də iş yoldaşı kimi hal- əhval tutduqlarını, adının hansı səbəbdən “Fəqan” yazıldığını bilmədiyini, ona axrıncı dəfə 15 gün qabaq zəng etdiyini, 9 dəfə yığdığını xatırlamadığını söyləmişdir. Etibarın “Aytən” adlı şəxslə danışıqlarından görünür ki, X44 bir oğlunun adının “Fəqan” olduğuna görə adını elə yazdığını, iş yoldaşı olduqlarını bu səbəbdən Fizulinin ona zəng etdiyini, Kənanla bir dəfə dostunun evində qaldığını, səhv elədiyini bildirmiş, heç kəsdən şikayət edib özünü biabır etməməsini istəmişdir. Həmçinin, Etibar Aytəndən kimlərlə münasibətdə olduğunu, Kənanla neçə dəfə yatdığını, hansı səbəbdən bu hərəkəti elədiyini soruşmuş, lakin Aytən suallarına cavab verməmişdir. Etibar Aytəndən özünü öldürməyini istəmiş, o da öldürməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli telefona baxış keçirilməsi haqqındaprotokolundan görünür ki, baxış keçirilən telefon “Samsung A52” markalı smartfon tipli mobil telefondur. Telefona daxil olduqda arxa fonda Təqsirləndirilən şəxs fotosu yerləşdirilmişdir. Cihazda müxtəlif tətbiqlər mövcuddur. Telefon zənglərinə daxil olduqda Təqsirləndirilən şəxs sonuncu dəfə “102” nömrəsinə zəng edərək 16 saniyə danışdığı görünür. Həmindanışıqdan əvvəl isə kontaktında olmayan bəzi nömrələrdən zənglərin daxil olduğu, bəziləri ilə danışdığı, “102” nömrəsinə əvvəl də zəng etdiyi və ailə üzvləri ilə danışıqların aparıldığı görünür. “Whatsapp” və “Whatsapp Business” tətbiqlərinə daxil olduqda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar olunmamışdır. “Səs yazan” tətbiqi üzərindən “Siyahı” adı ilə qeyd olunmuş hissəyə daxil olduqda Etibarın müxtəlif şəxslərlə danışıqlarının olduğu görünür. Etibarın “Kənan” adlı şəxslə danışıqlarından görünür ki, X54 heç bir yaxın münasibətinin olmadığını bildirmiş, danışıqlar zamanı Etibar və Kənan bir-birlərinə qarşı nalayiq ifadələr işlətmiş, bir-birlərinə qarşı hədə-qorxu gəlmişdirlər. Etibarın “Aytən” adlı şəxslə danışıqlarından görünür ki, Aytən aprelin 14-ü Kənanla yatdığını bildirmişdir. Etibarın “Samir” adlı şəxslə danışıqlarından görünür ki, Samir Etibara aprelin 14-ü günü X50 oteldə düşürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, üzərində “14956” nömrəsi olan açıq boz rəngli “Verbatim” markalı disk kömpüterdə açıldıqdan sonra orada “14956xx.xx.2023.zip” adlı qovluq vardır. Həmin qovluğa daxil olduqda “14956-xx.xx.2023” adlı qovluq açılır. Həmin qovluğa daxil olduqda “14956-ant.xlsx”, “14956-k.m..xlsx”, “505410960_SMS.txt”,“515785051_SMS.txt”, “**********60.txt” və “**********51.txt” adlı faylar vardır, həminfayllarda ümumi daxil olan, çıxan zənglər, SMS-lər, zəng tarixləri, zəng müddətləri, anten dairələri və nömrələrin kimə məxsus olduğu barədə məlumatlar əks olunmuşdur. “14956- ant.xlsx” adlı faylda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzindəki * * * - * * * - * * - * * saylı mobil nömrəyə ümumi daxil olan, çıxan zənglər, SMS-lər,zəng tarixləri, zəng müddətləri və anten dairələri əks olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən saat 12:47 və 13:53 arasında həmin nömrəyə heç bir zəngin daxil olmadığı, həmin nömrədən hər hansı zəngin çıxmadığı, daha sonra saat 13:53-dən 14:07-yə qədər olan müddət ərzində Təqsirləndirilən şəxsailə üzvlərinə məxsus telefon nömrələrinə zəng edərək onlarla əlaqə saxladığı, saat 14:07 və saat 14:37-də 2 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurduğu əks olunmuşdur. “14956-k.m..xlsx” adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrəyə başqa nömrələrdən daxil olan zənglərin və zəng edilən nömrələrin kiməməxsus olması, istifadəçi tərəfindən qəbul edilən və digər nömrələrə göndərilən smslərinkimə məxsus olması barədə məlumatlar görünür. Həmin məlumatlardan görünür ki, 051-578- 50-51 saylı mobil nömrə X22 məxsusdur. “505410960_SMS.txt” adlı faylda X9 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və nömrədən çıxan SMSlərin olduğu görünür. “515785051_SMS.txt”adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ümumi daxil olan və nömrədən çıxan SMS-lər əks olunmuşdur. “**********60.txt” adlı fayla daxil olduqda * * * - * * * - * * - * * saylı mobil nömrənin izahlıqaimə hesabatının əks olunduğu görünür. Həmin məlumatlara baxdıqda həmin nömrəninƏsməgül Bədəlovaya məxsus olduğu, onun xx.xx.1959-cu il tarixdə anadan olduğu, ünvanının İsmayıllı rayonunun Təzəkənd kəndi olduğu, şəxsiyyətini təsdiq edən seriya və nömrənin AZE №08401236 olduğu məlum olur. “**********51.txt” adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrənin izahlı qaimə hesabatının əks olunduğu görünür. Həmin məlumatlara baxdıqda həmin nömrənin Heydər Kamilova məxsus olduğu, onun xx.xx.1985- ci il tarixdə anadan olduğu, ünvanının İsmayıllı rayonunun Təzəkənd kəndi olduğu, şəxsiyyətini təsdiq edən seriya və nömrənin AA №2690801 olduğu məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli elektron yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Seagate” markalı elektron yaddaş qurğusu komputerdə açıldıqda elektron yaddaş qurğusunda müxtəlif qovlquların olduğu görünür. Daha sonra ardıcıl olaraq qovluqlara daxil olundu. “2023-09-22.15-01-23” adlı qovluğa daxil olan zaman “samsung_SM-A325F” adlı qovluq açılır. Həmin qovluğa daxil olduqda müxtəlif qovluqların olduğu görünür. Həmin qovluqlarda X15 məxsustelefonun yaddaşından silinmiş və bərpa olunmuş məlumatlar vardır. Həmin məlumatlara baxış keçirərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi. Daha sonra “2023-09-22.18-08-56” adlı qovluğa daxil olundu. Həmin qovluğa daxil olduqda “SmartPhones_PDAs_Android Qualcomm” adlı digər qovluq açıldı. Həmin qovluqlarda Təqsirləndirilən şəxs məxsus telefonun yaddaşından silinmiş və bərpa olunmuş məlumatlar vardır. Həmin məlumatlara baxış keçirərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 465 nömrəli arayışvə xasiyyətnamədən görünür ki, Bədəlov X11 rayonu Təzəkənd kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində X32, X33 və X17 ibarət üç azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı Rayon Mərkəzi X36 Şəxsindən daxil olmuşxx.xx.2023-cü il tarixli, 18-1-47/2-816/23 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonunun Təzəkənd kəndində yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və həmin kənddə yaşamış xx.xx.1988-ci il təvəllüdlü X1 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetinlərində dispanser qeydiyyatda yoxdurlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1988-ci il təvəllüdlü X15 qarşı ailə mübahisəsi ilə bağlı (nikahın pozulması, uşaqların himayədə saxlanılmaları və aliment tələbinə dair” müraciəti xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatına daxil olmuşdur. Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən həmin müraciət İsmayıllı rayonunda fəaliyyət göstərən mediator X18 icraatına verilmişdir. X34 tərəfinən həmin müraciətlə bağlı ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixə, saat 1130-a təyin edilmişdir. Həmin müraciətin nəticəsi olaraq mediator X34 tərəfindən mediasiya prosessinə xitam verilməsi haqqında 28 iyul 2023- cü il tarixli, MŞŞ/MT0xx/xx-01729 nömrəli protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 84/2-24486/23 nömrəli məktubdan görünür ki, 1998-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X23 VMAS-da yoxlanışı zamanı xx.xx.2023-cü il tarixdə, saat 17:09:35də (sənəd nömrəsi: C********) ölkə hüdudlarını tərk dərək Rusiya Federasiyasına getməsi müəyyən olunmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşəlr Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs rayon prokurorluğuna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs prokurorluğa ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə yaşadığı İsmayıllı rayonunun Təzəkənd kəndində yerləşən evdə arvadı X13 bıçaqla vurub öldürdüyünü bildirmiş, törətdiyi əməli etiraf etdiyini, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını, baxışda özünün də iştirak edib hadisəni hansı şəraitdə və necə törətməsini könüllü surətdə göstərmək istədiyini qeyd etmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs rayon prokurorluğuna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs prokurorluğa ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə yaşadığı İsmayıllı rayonunun Təzəkənd kəndində yerləşən evdə arvadı X13 ona xəyanə etməsi səbəbindən bıçaqla vurub ölümünə səbəb olduğunu, bu barədə dərhal DİN-in “102 xidməti”nə zəng edib törətdiyicinayəti səmimi etiraf etdiyini, polis və prokurorluq əməkdaşları gəldikdən sonra könüllü surətdə öz təşəbbüsü ilə hadisəni harada və necə törətdiyini göstərdiyini və hadisəni törədərkən istifadə etdiyi bıçağı könüllü surətdə müstəntiqə təqdim etdiyini bildirmiş, göstərilənlərə əsasən könüllü təqsirini boynuna almaqla cinayətin açılmasına fəal köməketməsinin cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, X3 Etibarın onu döyməsi, yaşadığı ünvana gələrək münaqişə yaratması və onu itələyib yıxması barədə xx.xx.2023-cü il tarixli, habelə Təqsirləndirilən şəxs qaynatası Ehtibar Osmanov və qayını Murad Osmanovun onun arvadı və uşaqları ilə görüşməsinə mane olmaları, münaqişə etmələri, Ehtibar Osmanovun onu ağacla vurması barədə xx.xx.2023-cü il tarixli müraciətləri əsasında Göyçay rayon polis şöbəsinin Təhqiqat bölməsində HK-1/1250, 1251 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma nəticəsində X39 və Təqsirləndirilən şəxs bir birinə qəsdən xəsarət yetirmələri faktının öz təsdiqini tapmaması nəticəsinə gəlinmiş və Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü tarixdə saat 1705-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 19 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.4-cü maddəsinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs arvadı Aytən Bədəlovanı qısqanclıq zəminində öldürməsini, lakin bu zaman cinayət əməlini heç bir xüsusi amansızlıq olmadan törətdiyini göstərsə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlərin sayı (təxminən 20 ədəd bıçaq xəsarətləri yetirməsi), cinayətin törədildiyi zaman onun hərəkətlərinin xüsusiyyətləri (qaçan Aytən Bədəlovanı təqib edərək saxlayıb yenidən sonuncuya bıçaq xəsarətlərinin yetirməsi) və digər hallar onun Aytən Bədəlovanı həyatdan məhrum edərkən sonuncuya xüsusi ağrılar yetirərək xüsusi amansızlıqla öldürdüyünü bir daha təsdiq edir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs bu hissədə ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edməklə ibtidai araşdırma orqanının onun əməlini düzgün tövsif etməsi qənaətinə gəlir. CM-in 59-cu maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi X6 cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Ehtibar Bədəlovun ittiham olunduğu əməlin sanksiyasına ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan ona CM-in 60.1-ci maddəsinin müddəası tətbiq oluna bilməz. Odur ki, təqsirləndirilən şəxs X24 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 17 iyul 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci ildə doğulmuş X16 doğum haqqında şəhadətnaməsində anası qrafasında mərhum Aytən Bədəlova, atası qrafasında Təqsirləndirilən şəxs, xx.xx.2010-cu ildə doğulmuş X25 doğum haqqında şəhadətnaməsində anası qrafasında mərhum Aytən Bədəlova, atası qrafasında Təqsirləndirilən şəxs qeyd edilmiş, bundan başqa xx.xx.2017-ci il təvəllüdlü X19 da şəxsiyyət vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan X32, X33 və X29 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə İsmayıllı rayon qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 498 AZN (dörd yüz doxsan səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Prokurorluğunda saxlanılan bir ədəd “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs, X15 məxsus bir ədəd “Samsung A32” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X35 qaytarılmalı, bir ədəd “ZARA” yazılmış narıncı rəngli kofta, bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli liftçiy və bir ədəd tünd çəhrayı-bənövşəyi rəngli tursik, bir ədəd firuzəyi rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qatlanan tipli cib bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 498 AZN (dörd yüz doxsan səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Prokurorluğunda saxlanılan bir ədəd “Samsung A52” markalı mobil telefon Təqsirləndirilən şəxs, X15 məxsus bir ədəd “Samsung A32” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X35 qaytarılsın, bir ədəd “ZARA” yazılmış narıncı rəngli kofta, bir ədəd göy rəngli cins şalvar, bir ədəd ağ rəngli mayka, bir ədəd ağ rəngli liftçiy və bir ədəd tünd çəhrayı-bənövşəyi rəngli tursik, bir ədəd firuzəyi rəngli qısaqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qatlanan tipli cib bıçağı məhv edilsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2008-ci ildə doğulmuş X32, xx.xx.2017-ci ildə doğulmuş X33 və xx.xx.2010-cu ildə doğulmuş X29 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə İsmayıllı rayon qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-175/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-175/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver