Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-176/2024 05.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Qəbələ rayonunun Kürd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Qəbələ rayonunun Kürd kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1995-ci ildə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs qismində adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 14 fevral 2024-cü il tarixdə saat 14 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs qismində birləşərək, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs Qəbələ şəhəri, Abbas Səhhət küçəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında işə gedərkən yolda qarşısını kəsib, özü ilə evlənməyə nail olmaq məqsədi ilə iradəsinə zidd olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub dartaraq, eləcə də qışqırmaması üçün ağzından tutaraq avtomobilin arxa oturacağına mindirdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmış, lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində Qəbələ Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında Qəbələ rayonu, Zarağan kəndi istiqamətində hərəkətdə olarkən yol patrul xidməti avtomobili vasitəsi ilə saxlanılaraq yaxalandıqları üçün öz iradəsindən asılı olmayan səbəbdən planlaşdırdığı əməli başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qaçırtmaq yolu ilə oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 14 fevral 2024-cü il tarixdə saat 14 radələrində Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs xalası oğlu Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmasına nail olmaq məqsədi ilə Təqsirləndirilən şəxs1la bir qrup şəxs qismində birləşərək, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Zərərçəkmiş şəxs işə gedərkən yolda qarşısını kəsib, idarə etdiyi “Opel Astra” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə iradəsinə zidd olaraq Təqsirləndirilən şəxs1 tərəfindən zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub dartaraq, eləcə də qışqırmaması üçün ağzından tutaraq avtomobilin arxa oturacağına mindirildikdən sonra avtomobili idarə edərək Təqsirləndirilən şəxs1 dediyi ünvana getmək üçün hadisə yerindən uzaqlaşmış, lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində Qəbələ Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında Qəbələ rayonu, Zarağan kəndi istiqamətində hərəkətdə olarkən yol patrul xidməti avtomobili vasitəsi ilə saxlanılaraq yaxalandıqları üçün öz iradəsindən asılı olmayan səbəbdən planlaşdırdığı əməli başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qaçırtmaq yolu ilə oğurlamağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə qurmaq istəmiş, bu məqsədlə atası və anası bir neçə dəfə sonuncunun yaşadığı evə elçi getmiş, lakin Zərərçəkmiş şəxs ailəsi cavab verməmişdir. O, utandığı üçün Zərərçəkmiş şəxs yaxınlaşmağa cürət etməmiş, bu səbəbdən ona üzük almasını məsləhət görmüşlər. O da bu məqsədlə üzük almış, avtomobil idarə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs üzük vermək istədiyini xalasının oğlu Təqsirləndirilən şəxs2 demiş və 14 fevral 2024-cü il tarixdə sonuncunun avtomobili ilə Zərərçəkmiş şəxs iş yerinin yanına getmişlər. Onun məqsədi Zərərçəkmiş şəxs işdən çıxan zaman avtomobillə qarşısını kəsib üzüyü təqdim etmək olmuş və sonuncu razı olacağı halda Qəbələ şəhəri, H.Əliyev parkına gedərək birlikdə şəkil çəkdirməyi düşünmüşdür. Həmin vaxt o, avtomobillə Zərərçəkmiş şəxs qarşısına çıxaraq sözünün olduğunu demiş, lakin sonuncu sifətini çevirib getmək istəyən zaman o, sonuncunun əlindən tutub saxlayaraq avtomobilə əyləşməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs onu istəmədiyini demiş, bu zaman o, sonuncuya üzük vermək istədiyini və sözünün olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtomobilə əyləşmiş və hər hansı səs-küy salmamışdır. Daha sonra həmin avtomobil ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs ağlamış və baş nahiyəsini onun çiyin nahiyəsini söykəmişdir. Həmin avtomobil ilə Qəbələ Rayon Məhkəməsinin qarşısından dönüb Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələ Rayon Şöbəsinin yanından Qəbələ şəhəri, H.Əliyev parkına tərəf hərəkət edən zaman polis əməkdaşları onları saxlamışlar, lakin həmin vaxt Zərərçəkmiş şəxs polis avtomobilinə əyləşmək istəməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 15 fevral 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımış, sonuncu ilə ailə qurmaq qərarına gəlmiş, bu məqsədlə bir neçə dəfə Zərərçəkmiş şəxs elçi göndərmiş, onunla evlənməyəcəyi halda oğurlayacağını bildirmiş, lakin Zərərçəkmiş şəxs hər dəfəsində bundan imtina etmişdir. 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə bir neçə dəfə elçi göndərdiyini, lakin sonuncunun onunla evlənməyə razı olmadığını və bu səbəbdən də Zərərçəkmiş şəxs ilə birlikdə qoşulub getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs razı olub-olmadığını ondan soruşmuş, o isə sonuncunun razılığının olduğunu demişdir. Bundan sonra o, və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus olan “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmişlər və sonuncunun nahar edib işə qayıtmasını gözləmişlər. Saat təxminən 13:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq işlədiyi yerə doğru piyada şəkildə hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs2 avtomobili idarə etməsini və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan modul tipli xəstəxananın yaxınlığında avtomobilini saxlamasını demiş, Təqsirləndirilən şəxs2 də avtomobilini idarə edərək həmin modul tipli xəstəxananın yaxınlığında, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində, Zərərçəkmiş şəxs iş yerinin yaxınlığında avtomobilini saxlamışdır. O, avtomobilin arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs həmin avtomobilin yanından keçməsini gözləmiş və sonuncunun onun əyləşdiyi avtomobilin olduğu yerə tərəf gəldiyini gördükdə dərhal avtomobildən çıxaraq Zərərçəkmiş şəxs tərəf 3-4 metr məsafədə hərəkət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs üzük təqdim etmiş, lakin sonuncu ona heç nə deməmiş və o, sonuncunu qucaqlayaraq, qollarından tutub avtomobilin arxa sərnişin oturacağına zorla əyləşdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan uzaqlaşmaq məqsədilə müqavimət göstərmiş, lakin buna nail ola bilməmiş və bir dəfə ucadan qışqırmışdır. Avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs sinə nahiyəsinə sıxaraq qucaqlamış və avtomobili onun yaşadığı evə tərəf hərəkət etdirməsini Təqsirləndirilən şəxs2 təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilin mühərrikini işə salaraq avtomobili hərəkət etdirmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasının yaxınlığında olan zaman polis əməkdaşları idarə etdikləri avtomobili onun əyləşdiyi avtomobilin qarşısında saxlamışlar. Bundan sonra o, avtomobildən çıxmış və polis əməkdaşları onu Qəbələ Rayon Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 fevral 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 04 may 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanımış, sonuncu ilə ailə qurmaq qərarına gəlmiş, bu məqsədlə bir neçə dəfə Zərərçəkmiş şəxs elçi göndərmiş, lakin sonuncu hər dəfəsində bundan imtina etmiş, buna baxmayaraq o, qeyd olunan səbəbdən Zərərçəkmiş şəxs hədələməmişdir. 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə sonuncuya üzük təqdim etmək istədiyini demişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs razı olub-olmadığını ondan soruşmuş, o isə sonuncunun razılığının olduğunu bildirmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs2 sonuncuya məxsus olan “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmişlər və sonuncunun nahar edib işə qayıtmasını gözləmişlər. Saat təxminən 13:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq işlədiyi yerə doğru piyada şəkildə hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs2 avtomobili idarə etməsini və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan modul tipli xəstəxananın yaxınlığında avtomobilini saxlamasını demiş, Təqsirləndirilən şəxs2 də avtomobilini idarə edərək həmin modul tipli xəstəxananın yaxınlığında, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində, Zərərçəkmiş şəxs iş yerinin yaxınlığında avtomobilini saxlamışdır. O, avtomobilin arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs həmin avtomobilin yanından keçməsini gözləmiş və sonuncunun onun əyləşdiyi avtomobilin olduğu yerə tərəf gəldiyini gördükdə dərhal avtomobildən çıxaraq Zərərçəkmiş şəxs tərəf 3-4 metr məsafədə hərəkət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs üzük təqdim etmiş, lakin sonuncu ona heç nə deməmiş və o, sonuncunun qolundan tutub avtomobilin arxa sərnişin oturacağına əyləşdirmişdir. Daha sonra avtomobil hərəkət etməyə başlamış və o, nisbətən sakit yerdə avtomobili saxladaraq Zərərçəkmiş şəxs üzük hədiyyə vermək niyyətində olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasının yaxınlığında olan zaman polis əməkdaşları idarə etdikləri avtomobili onun əyləşdiyi avtomobilin qarşısında saxlamışlar. Bundan sonra o, avtomobildən çıxmış və polis əməkdaşları onu Qəbələ Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs ilə evlənmək istədiyini və həmin xanıma üzük vermək fikrinin olduğunu demişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs da onu istəyibistəmədiyini soruşmuş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs da razı olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzük almış və onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs1 gözləməyi və Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxdıqda üzüyü verməyi təklif etmiş, daha sonra həmin avtomobillə Modul tipli xəstəxananın qarşısına getmişlər. O, avtomobili saxlamış və mühərriki söndürmüşdür. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs 15-20 saniyə müddətində danışdıqdan sonra əvvəlcə Zərərçəkmiş şəxs, ardınca isə Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmiş və sonuncu parka getməli olduqlarını ona demişdir. Həmin vaxt qapılar açıq olduğu üçün Zərərçəkmiş şəxs avtomobildən düşmək istəyəcəyi halda əyləşdiyi qapı tərəfdən rahat şəkildə avtomobildən düşmək imkanına malik olmuş, lakin sonuncu avtomobildən düşməmişdir. Habelə qeyd olunan vaxt o, hər hansı səs-küy eşitməmiş və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məcburi şəkildə avtomobilə əyləşdirməsi barədə məlumatı olmamışdır. Bundan sonra o, avtomobili hərəkət etdirmiş, yolda olan zaman Zərərçəkmiş şəxs ona avtomobili saxlamasını deməmiş, yalnız Təqsirləndirilən şəxs1 ürəyinin sıxıldığını demiş, sonuncu isə narahat olmamasını və hər şeyin yaxşı olacağını bildirmişdir. Daha sonra isə həmin avtomobillə hərəkətdə olan zaman polis əməkdaşalrı tərəfindən saxlanılmışlar və onları polis şöbəsinə aparmışlar. O, ifadəsinə oxumadan imza etmiş və sonradan ibtidai araşdırmanın gedişində müvafiq sənədlərlə tanış olan zaman həmin sənədlərdə adam oğurluğu məsələsinin qeyd olunması ona məlum olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə sonuncunu oğurlamaq qərarına gəldiyini, Zərərçəkmiş şəxs da onu istədiyini və oğurladıqdan sonra evlənəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonuncunu istəyib-istəmədiyini, qoşulub getməyə razı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs razı olduğunu, qoşulub gedəcəyini və yaşadığı şəhərciyə və ya zərurət olarsa Qəbələ rayonunun Kürd kəndində yerləşən babasıgilin evinə yerləşdirəcəyini demiş, habelə Təqsirləndirilən şəxs1 cibindən üzük çıxarıb göstərərək həmin üzüyü Zərərçəkmiş şəxs aldığını və nişan üzüyü kimi hədiyyə edəcəyini demişdir. Təqsirləndirilən şəxs1 xalası oğlu olduğuna və sonuncu Zərərçəkmiş şəxs da razı olduğunu ona dediyinə görə o, razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 onun etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına, ardınca isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qarşısına hərəkə etdirməsini, Zərərçəkmiş şəxs iş yerinin orada olduğunu, bir müddət sonra iş yerinə tərəf gələcəyini və bu zaman sonuncunun yanında saxladıqda sonuncunun avtomobilə əyləşəcəyini demişdir. Həmin avtomobil ilə saat təxminən 13:30 radələrində modul tipli xəstəxananın yanına gedib orada təxminən 5-6 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri, Heydər Əliyev prospekti tərəfdən Modul tipli xəstəxananın qarşısı ilə onlara tərəf gələn qadın cinsli şəxsi göstərib həmin şəxsin istədiyi Zərərçəkmiş şəxs olduğunu demiş və arxa oturacaqda əyləşib Zərərçəkmiş şəxs gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxs onların yanına çatmağa 2-3 metr qalmış Təqsirləndirilən şəxs1 avtomobildən çıxıb Zərərçəkmiş şəxs yaxınlaşıb qucaqlayaraq zorla avtomobilin yanına gətirib avtomobilin arxa qapısını açıb arxa oturacağa əyləşdirmiş və avtomobilin qapısını örtmüşdür. Bu zaman Zərərçəkmiş şəxs ağlayıb qışqıraraq kömək istəmiş, bu səbəbdən o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla oğurladığını başa düşmüşdür. O, həyəcanlanmış, lakin Təqsirləndirilən şəxs1 heç nə deyə bilməmiş, arxası ilə gümüşü rəngli “Opel” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin gəldiyini görüb onu izlədiyini hesab etmişdir. Bu səbəbdən o, avtomobili idarə edib diaqnostika mərkəzinin qarşısından keçib ara küçəyə daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs ağlayaraq ürəyinin sıxıldığını demiş və buraxmasını Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Bir müddət hərəkət edib Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binası tərəfdən mərkəzi yola çıxıb “Azpetrol” yanacaq doldurma mənətəqəsinə tərəf avtomobili idarə etmək istəyərkən Yolpatrul və Post-patrul xidmətinin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar və polis əməkdaşları Təqsirləndirilən şəxs1 tutub avtomobildən çıxarmışlar. O və Zərərçəkmiş şəxs isə özləri avtomobildən çıxmışlar. Polis əməkdaşları avtomobili saxlamayacaqları halda Zərərçəkmiş şəxs oğurlamağa imkanları olmuş, lakin qeyd olunan səbəbdən sonuncunu oğurlaya bilməmişlər. Daha sonra polis şöbəsinə aparılmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir dəfə evlənmək məqsədilə ona elçi göndərmiş, lakin o, bundan narazı olduğu üçün evlənməyəcəyini demiş, bu səbəbdən də Təqsirləndirilən şəxs1 evlənməyəcəyi halda oğurlayacağını digər şəxslərin vasitəsilə ona bildirmişdir. 14 fevral 2024-cü il tarixdə saat 14 radələrində nahar edib Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən iş yerinə piyada şəkildə hərəkət edib həmin xəstəxananın modul tipli xəstəxanasının qarşısındakı yolda olan zaman yolun qarşısında bir ədəd avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş və həmin avtomobilə çatan zaman qeyd olunan avtomobildən əvvəlcədən adını bildiyi Təqsirləndirilən şəxs1 çıxmış, o isə hərəkətini davam etdirmişdir. Avtomobilə çatmağa təxminən 5 metr məsafə qalmış Təqsirləndirilən şəxs1 ona tərəf gəlmiş, qollarından və bədənindən tutub sıxaraq onu zorla qeyd olunan avtomobilin arxa sərnişin oturacağına əyləşdirmiş, bu zaman qolunda xəsarət yaranmış, həmin vaxt müqavimət göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 da həmin arxa sərnişin oturacağına əyləşmiş və avtomobilin qapısını bağlamışdır. Bu zaman o, bir neçə dəfə avtomobildən çıxmağa cəhd etmiş, lakin Təqsirləndirilən şəxs1 onun qollarından və bədəninin müxtəlif nahiyələrindən tutub sıxaraq ona avtomobildən çıxmağa imkan verməmişdir. Həmin vaxt avtomobili sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsin idarə etməsi ona məlum olmuş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 avtomobili idarə etməsini demiş və sonuncu da avtomobili hərəkət etdirməyə başlamışdır. O, həm avtomobilə əyləşməmişdən əvvəl, həm də avtomobilin içərisində olan zaman ona köməklik olunması üçün ucadan qışqırmış, lakin nəticəsi olmamış və Təqsirləndirilən şəxs2 avtomobili idarə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasının yaxınlığına getmişdir. Orada olan zaman əyləşdiyi avtomobilin ön və arxa tərəflərində polis əməkdaşlarının avtomobilinin olduğunu görmüş və qeyd olunan səbəbdən Təqsirləndirilən şəxs2 avtomobili asfalt örtüklü yolun ortasında saxlamışdır. Bundan sonra o, avtomobildən çıxmış, polis əməkdaşlarının avtomobili ilə polis şöbəsinə getmiş və orada olan zaman baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və həmin şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Təqsirləndirilən şəxs1 bir dəfə evlənmək məqsədilə elçi göndərərək qızı Zərərçəkmiş şəxs istəmiş, lakin qızı razı olmamış və qeyd olunan səbəbdən də Təqsirləndirilən şəxs1 evlənməyəcəyi halda oğurlayacağını digər şəxslərin vasitəsilə qızına demişdir. 14 fevral 2024-cü il tarixdə saat təxminən 14 radələrində qızı Zərərçəkmiş şəxs ona zəng edərək verdiyi məlumata əsasən əvvəlcədən tanımadığı, lakin adını eşitdiyi Təqsirləndirilən şəxs1 qızı Zərərçəkmiş şəxs əllərindən və ağzından tutub qucaqlayaraq razılığı olmadan, məcburi şəkildə avtomobilə əyləşdirərək oğurlaması və qızının həmin avtomobil ilə bir qədər hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən azad olunması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün komandir müavini vəzifəsində xidmət edir. 14 fevral 2024-cü il tarixdə saat təxminən 13:50 radələrində Qəbələ şəhəri, A.Səhhət küçəsində Şahid4la birlikdə xidmətdə olan zaman olduğu yerdən təxminən 200 metr məsafədə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən modul tipli xəstəxananın yaxınlığında bir nəfər kişi cinsli şəxsin “Opel” markalı avtomobildən düşüb bir neçə metr piyada qaçaraq bir nəfər küçə ilə piyada hərəkətdə olan qadın cinsli şəxsi qucaqlayaraq zorla həmin “Opel” markalı avtomobilin arxa sərnişin oturacağına əyləşdirdiyini, qeyd olunan qadının uca səslə qışqıraraq kömək istədiyini və göstərilən avtomobilin isə hərəkətə başladığını görmüşlər. Dərhal həmin avtomobilin arxası ilə xidməti avtomobili ilə hərəkətə başlamışlar və qeyd olunan avtomobili müşayiət edərək bu barədə mobil rabitə vasitəsi ilə ərazidə xidmət aparan digər Post-patrul və Yolpatrul xidmətinin əməkdaşlarına məlumat vermişlər. Həmin avtomobilin arxası ilə gedərək “Azpetrol” yanacaq doldurma məntəqəsinə tərəf gedən yolda Yol-patrux xidmətinin əməkdaşları Elşad Eyvazlı, Cavanşir Quliyev, Şahid2 və Nurlan Hüseynov tərəfindən “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bundan sonra o və Şahid4 avtomobildən yerə düşmüşlər. Daha sonra o, həmin “Opel” markalı avtomobilin arxa sərnişin qapısını açmış və içəridə sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 tərəfindən qucaqlanaraq saxlanıldığını görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs uca səslə qışqıraraq və ağlayaraq kömək etməsini ondan xahiş etmiş, o da dərhal Zərərçəkmiş şəxs həmin avtomobildən yerə düşürmüşdür. Daha sonra qeyd edilən “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 avtomobil ilə birlikdə Yol-patrul xidmətinin əməkdaşları, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs isə o və digər polis əməkdaşları tərəfindən Qəbələ RPŞ-yə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis X13 X12-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. 14 fevral 2024-cü il tarixdə saat təxminən 14 radələrində Nurlan Hüseynovla birlikdə Qəbələ şəhərində xidmətdə olan zaman Post-patrul xidmətinin əməkdaşları tərəfindən mobil rabitə vasitəsilə adam oğurluğunun baş verməsi və köməyin lazım olması barədə məlumat verilmiş, daha sonra Post-patrul xidmətinin əməkdaşı Şahid3 “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir nəfər qadının oğurlanmasını ona bildirmişdir. Dərhal xidməti avtomobil ilə birlikdə həmin avtomobili saxlamaq üçün gedərək “Azpetrol” yanacaq doldurma məntəqəsinə tərəf gedən yolda “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsmişlər və həmin avtomobil məcburi olaraq dayanmışdır. Daha sonra xidməti avtomobildən düşmüşlər və həmin “Opel” markalı avtomobilin arxa sərnişin qapısını polis əməkdaşları ilə birlikdə açdıqda içəridə sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin sonradan Təqsirləndirilən şəxs1 tərəfindən qucaqlanaraq saxlanıldığını görmüşdür. Zərərçəkmiş şəxs uca səslə qışqıraraq və ağlayaraq kömək etməsini ondan xahiş etmiş, o və digər şəxslərlə birlikdə dərhal sonuncunu həmin avtomobildən yerə düşürmüşdür. Daha sonra qeyd edilən “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 avtomobil ilə birlikdə o və digər Yol-patrul xidmətinin əməkdaşları, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs isə Post-patrul xidmətinin əməkdaşları tərəfindən Qəbələ RPŞ-yə aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 14:00 radələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında, yolda olan zaman Təqsirləndirilən şəxs1 ona zor tətbiq etməklə tanımadığı avtomobilə əyləşdirərək oğurlaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:50 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən modul tipli xəstəxananın qarşısında olan zaman bir nəfər kişi cinsli şəxsin “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşağı düşərək bir nəfər qadın cinsli şəxsə zor tətbiq edərək zorla avtomobilə əyləşdirməsinin müşahidə olunması, daha sonra avtomobilin saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd ətək həmin tarixdə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd uzunqol qış gödəkcəsi və bir ədəd şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş bir ədəd 19 mm ölçüdə, 1,81 qram çəkidə qızıl üzük götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 29, 144.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş, bu zaman mobil telefonun “Zənglər” bölməsində Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə 14 fevral 2024-cü il tarixdə saat 11:28-də zəng edildiyi və 34 saniyə danışıq aprıldığı, yenidən həmin tarixdə saat 11:32-də zəng edildiyi və 12 saniyə danışıq aparıldığı, yenidən qeyd olunan tarixdə saat 11:37-də zəng edildiyi və 13 saniyə danışıq aparıldığı, sonradan isə saat 12:06-da Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***- **-** mobil telefon nömrəsinə zəng edildiyi və 12 saniyə danışıq aparıldığı, sonuncu dəfə isə həmin tarixdə saat 12:29-da Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edildiyi və 18 saniyə danışıq aparıldığı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 050 ***-**-** mobil telefon nömrəsinin ona, 050 ***-**-** mobil telefon nömrəsinin isə Təqsirləndirilən şəxs2 məxsus olduğunu, sonuncuya görüşmək üçün zəng etdiyini, telefon danışığı zamanı Zərərçəkmiş şəxs oğurlanması ilə bağlı söhbət etdiklərini və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onunla birlikdə getməyə razı olduğunu demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 01 mart 2024-cü il tarixli 3-16-16-2-17/184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış tünd-boz rəngli elastan kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısa ətək yubkanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısa ətək yubkanın səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərindən tapılmış kənar lif mikrohissəciklərinin fərdi əlamətləri aşkar edilmədiyinə görə Təqsirləndirilən şəxs1 məxsus geyim əşyaları ilə Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının qarşılıqlı təmasda olubolmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 29, 120, 134, 144.2.4, 221 və 228-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 fevral 2024-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, sonuncu ilə ailə qurmaq qərarına gəldiyini, bu məqsədlə bir neçə dəfə Zərərçəkmiş şəxs elçi göndərdiyini, onunla evlənməyəcəyi halda oğurlayacağını bildirdiyini, lakin Zərərçəkmiş şəxs hər dəfəsində bundan imtina etdiyini, 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə bir neçə dəfə elçi göndərdiyini, lakin sonuncunun onunla evlənməyə razı olmadığını, bu səbəbdən də Zərərçəkmiş şəxs ilə birlikdə qoşulub getmək istədiyini dediyini, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs razı olub-olmadığını ondan soruşduğunu, sonuncunun razılığının olduğunu Təqsirləndirilən şəxs2 dediyini, bundan sonra Təqsirləndirilən şəxs2 məxsus olan “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə getdiklərini, sonuncunun nahar edib işə qayıtmasını gözlədiklərini, saat təxminən 13:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq işlədiyi yerə doğru piyada şəkildə hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs2 avtomobili idarə etməsini və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan modul tipli xəstəxananın yaxınlığında avtomobilini saxlamasını dediyini, Təqsirləndirilən şəxs2 də avtomobilini idarə edərək həmin modul tipli xəstəxananın yaxınlığında, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində, Zərərçəkmiş şəxs iş yerinin yaxınlığında avtomobili saxladığını, avtomobilin arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs həmin avtomobilin yanından keçməsini gözlədiyini, sonuncunun onun əyləşdiyi avtomobilin olduğu yerə tərəf gəldiyini gördükdə dərhal avtomobildən çıxaraq Zərərçəkmiş şəxs tərəf 3-4 metr məsafədə hərəkət etdiyini, daha sonra Zərərçəkmiş şəxs üzük təqdim etdiyini, lakin sonuncunun ona heç nə demədiyini, daha sonra sonuncunu qucaqlayaraq, qollarından tutub avtomobilin arxa sərnişin oturacağına zorla əyləşdirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ondan uzaqlaşmaq məqsədilə müqavimət göstərdiyini, lakin buna nail ola bilmədiyini və bir dəfə ucadan qışqırdığını, avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs sinə nahiyəsinə sıxaraq qucaqladığını, avtomobili onun yaşadığı evə tərəf hərəkət etdirməsini Təqsirləndirilən şəxs2 təklif etdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilin mühərrikini işə salaraq avtomobili hərəkət etdirdiyini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasının yaxınlığında olan zaman polis əməkdaşlarının idarə etdikləri avtomobili onun əyləşdiyi avtomobilin qarşısında saxladıqlarını, bundan sonra avtomobildən çıxdığını və polis əməkdaşlarının onu Qəbələ Rayon Polis Şöbəsinə apardıqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində 04 may 2024-cü il tarixdə verdiyi ifadəsində Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, sonuncu ilə ailə qurmaq qərarına gəldiyini, bu məqsədlə bir neçə dəfə Zərərçəkmiş şəxs elçi göndərdiyini, lakin sonuncunun hər dəfəsində bundan imtina etdiyini, buna baxmayaraq, qeyd olunan səbəbdən Zərərçəkmiş şəxs hədələmədiyini, 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə sonuncuya üzük təqdim etmək istədiyini dediyini, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs razı olub-olmadığını ondan soruşduğunu, sonuncunun razılığının olduğunu Təqsirləndirilən şəxs2 dediyini, bundan sonra Təqsirləndirilən şəxs2 məxsus olan “Opel” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə getdiklərini, sonuncunun nahar edib işə qayıtmasını gözlədiklərini, saat təxminən 13:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq işlədiyi yerə doğru piyada şəkildə hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs2 avtomobili idarə etməsini və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında olan modul tipli xəstəxananın yaxınlığında avtomobilini saxlamasını dediyini, Təqsirləndirilən şəxs2 də avtomobilini idarə edərək həmin modul tipli xəstəxananın yaxınlığında, Qəbələ şəhəri, Abbas Səhhət küçəsində, Zərərçəkmiş şəxs iş yerinin yaxınlığında avtomobili saxladığını, avtomobilin arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs həmin avtomobilin yanından keçməsini gözlədiyini, sonuncunun onun əyləşdiyi avtomobilin olduğu yerə tərəf gəldiyini gördükdə dərhal avtomobildən çıxaraq Zərərçəkmiş şəxs tərəf 3-4 metr məsafədə hərəkət etdiyini, daha sonra Zərərçəkmiş şəxs üzük təqdim etdiyini, lakin sonuncunun ona heç nə demədiyini, sonuncunun qolundan tutub avtomobilin arxa sərnişin oturacağına əyləşdirdiyini, daha sonra avtomobilin hərəkət etməyə başladığını, nisbətən sakit yerdə avtomobili saxladaraq Zərərçəkmiş şəxs üzük hədiyyə vermək niyyətində olduğunu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binasının yaxınlığında olan zaman polis əməkdaşlarının idarə etdikləri avtomobili onun əyləşdiyi avtomobilin qarşısında saxladıqlarını, bundan sonra avtomobildən çıxdığını və polis əməkdaşlarının onu Qəbələ Rayon Polis Şöbəsinə apardıqlarını demişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə atası və anasının bir neçə dəfə sonuncunun yaşadığı evə elçi getdiyini, lakin Zərərçəkmiş şəxs ailəsinin cavab vermədiyini, utandığı üçün Zərərçəkmiş şəxs yaxınlaşmağa cürət etmədiyini, bu səbəbdən ona üzük almasını məsləhət gördüklərini, bu məqsədlə üzük aldığını, avtomobil idarə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs üzük vermək istədiyini xalasının oğlu Təqsirləndirilən şəxs2 dediyini, 14 fevral 2024-cü il tarixdə sonuncunun avtomobili ilə Zərərçəkmiş şəxs iş yerinin yanına getdiklərini, məqsədinin Zərərçəkmiş şəxs işdən çıxan zaman avtomobillə qarşısını kəsib üzüyü təqdim etmək olduğunu, sonuncu razı olacağı halda Qəbələ şəhəri, H.Əliyev parkına gedərək birlikdə şəkil çəkdirməyi düşündüyünü, həmin vaxt avtomobillə Zərərçəkmiş şəxs qarşısına çıxaraq sözünün olduğunu dediyini, lakin sonuncu sifətini çevirib getmək istəyən zaman sonuncunun əlindən tutub saxlayaraq avtomobilə əyləşməsini xahiş etdiyini, lakin Zərərçəkmiş şəxs onu istəmədiyini dediyini, bu zaman sonuncuya üzük vermək istədiyini və sözünün olduğunu dediyini, bundan sonra Zərərçəkmiş şəxs avtomobilə əyləşdiyini, hər hansı səs-küy salmadığını, daha sonra həmin avtomobil ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxsnın ağladığını, baş nahiyəsini onun çiyin nahiyəsini söykədiyini, həmin avtomobil ilə Qəbələ Rayon Məhkəməsinin qarşısından dönüb Dövlət Təhlükəsizliyi Xidmətinin Qəbələ Rayon Şöbəsinin yanından parka tərəf hərəkət edən zaman polis əməkdaşlarının onları saxladıqlarını, lakin həmin vaxt Zərərçəkmiş şəxs polis əməkdaşlarının avtomobilinə əyləşmək istəmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində 14 fevral 2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, bu məqsədlə sonuncunu oğurlamaq qərarına gəldiyini, Zərərçəkmiş şəxs da onu istədiyini və oğurladıqdan sonra evlənəcəyini dediyini, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonuncunu istəyib-istəmədiyini, qoşulub getməyə razı olub-olmadığını soruşduğunu, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs razı olduğunu, qoşulub gedəcəyini və yaşadığı şəhərciyə və ya zərurət olarsa Qəbələ rayonunun Kürd kəndində yerləşən babasıgilin evinə yerləşdirəcəyini dediyini, habelə Təqsirləndirilən şəxs1 cibindən üzük çıxarıb göstərərək həmin üzüyü Zərərçəkmiş şəxs aldığını və nişan üzüyü kimi hədiyyə edəcəyini dediyini, Təqsirləndirilən şəxs1 xalası oğlu olduğuna və sonuncu Zərərçəkmiş şəxs da razı olduğunu ona dediyinə görə razılaşdığını, daha sonra Təqsirləndirilən şəxs1 onun etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına, ardınca isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qarşısına hərəkə etdirməsini, Zərərçəkmiş şəxs iş yerinin orada olduğunu, bir müddət sonra iş yerinə tərəf gələcəyini və bu zaman sonuncunun yanında saxladıqda sonuncunun avtomobilə əyləşəcəyini dediyini, həmin avtomobil ilə saat təxminən 13:30 radələrində modul tipli xəstəxananın yanına gedib orada təxminən 5-6 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri, Heydər Əliyev prospekti tərəfdən Modul tipli xəstəxananın qarşısı ilə onlara tərəf gələn qadın cinsli şəxsi göstərib həmin şəxsin istədiyi Zərərçəkmiş şəxs olduğunu dediyini, arxa oturacaqda əyləşib Zərərçəkmiş şəxs gəlməsini gözlədiyini, Zərərçəkmiş şəxs onların yanına çatmağa 2-3 metr qalmış Təqsirləndirilən şəxs1 avtomobildən çıxıb Zərərçəkmiş şəxs yaxınlaşıb qucaqlayaraq zorla avtomobilin yanına gətirib avtomobilin arxa qapısını açıb arxa oturacağa əyləşdirdiyini, avtomobilin qapısını örtdüyünü, bu zaman Zərərçəkmiş şəxs ağlayıb qışqıraraq kömək istədiyini, bu səbəbdən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla oğurladığını başa düşdüyünü, həyəcanlandığını, lakin Təqsirləndirilən şəxs1 heç nə deyə bilmədiyini, arxası ilə gümüşü rəngli “Opel” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin gəldiyini görüb onu izlədiyini hesab etdiyini, bu səbəbdən avtomobili idarə edib diaqnostika mərkəzinin qarşısından keçib ara küçəyə daxil olduğunu, bu zaman Zərərçəkmiş şəxs ağlayaraq ürəyinin sıxıldığını dediyini, buraxmasını Təqsirləndirilən şəxs1 xahiş etdiyini, bir müddət hərəkət edib Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin inzibati binası tərəfdən mərkəzi yola çıxıb “Azpetrol” yanacaq doldurma mənətəqəsinə tərəf avtomobili idarə etmək istəyərkən Yol-patrul və Post-patrul xidmətinin əməkdaşlarının onun idarə etdiyi avtomobili saxladıqlarını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 tutub avtomobildən çıxardıqlarını, o və Zərərçəkmiş şəxs isə özlərinin avtomobildən çıxdıqlarını, polis əməkdaşları avtomobili saxlamayacaqları halda Zərərçəkmiş şəxs oğurlamağa imkanlarının olduğunu, lakin qeyd olunan səbəbdən sonuncunu oğurlaya bilmədiklərini və daha sonra polis şöbəsinə aparıldıqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs ilə evlənmək istədiyini və həmin xanıma üzük vermək fikrinin olduğunu dediyini, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onu istəyib-istəmədiyini soruşduğunu, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs da razı olduğunu dediyini, daha sonra Təqsirləndirilən şəxs1 üzük aldığını, onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə getdiklərini, orada olan zaman Təqsirləndirilən şəxs1 gözləməyi və Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxdıqda üzüyü verməyi təklif etdiyini, daha sonra həmin avtomobillə Modul tipli xəstəxananın qarşısına getdiklərini, orada avtomobili saxladığını və mühərriki söndürdüyünü, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs 15-20 saniyə müddətində danışdıqlarını, bundan sonra əvvəlcə Zərərçəkmiş şəxs, ardınca isə Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdiyini, sonuncunun parka getməli olduqlarını ona dediyini, həmin vaxt qapılar açıq olduğu üçün Zərərçəkmiş şəxs avtomobildən düşmək istəyəcəyi halda əyləşdiyi qapı tərəfdən rahat şəkildə avtomobildən düşmək imkanının olduğunu, lakin sonuncunun avtomobildən düşmədiyini, habelə qeyd olunan vaxt hər hansı səs-küy eşitmədiyini, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məcburi şəkildə avtomobilə əyləşdirməsi barədə məlumatının olmadığını, bundan sonra avtomobili hərəkət etdirdiyini, yolda olan zaman Zərərçəkmiş şəxs ona avtomobili saxlamasını demədiyini, yalnız Təqsirləndirilən şəxs1 ürəyinin sıxıldığını dediyini, sonuncunun isə narahat olmamasını və hər şeyin yaxşı olacağını bildirdiyini, daha sonra isə həmin avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, polis şöbəsinə aparıldıqlarını, orada olan zaman ifadəsinə oxumadan imza etdiyini və sonradan ibtidai araşdırmanın gedişində müvafiq sənədlərlə tanış olan zaman həmin sənədlərdə adam oğurluğu məsələsinin qeyd olunmasının ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın gedişində 04 may 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və s.) onların dediklərini tam təkzib edir. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman ifadəsində qeyd etdiyi xüsusatları həmin şəxsin üzünə demişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın gedişində 04 may 2024-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15 fevral 2024-cü il tarixdə verdikləri ifadələrində qeyd etdiklərinin, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində adam oğurluğu cinayətini törətməyə cəhd etmişlər. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini hansı səbəblərə görə başa çatdıra bilməmələrinin müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxslərin əməllərinin tövsifində və həmin əməlləri törətməkdə təqsirli olub-olmamalarında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə CM-in 144-cü maddəsinin Qeyd hissəsinə əsasən, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəlala Hacıyevanı könüllü şəkildə deyil, öz iradələrindən asılı olmayan səbəblərə görə oğurlaya bilmədikləri üçün onların cinayət məsuliyyətindən azad olunmaları istisna olunur və qeyd olunanlara əsasən onların törətmiş olduğu cinayət əməli CM-in 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli cinayət etməyə cəhd olmaqla başa çatmamış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlində CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli cinayət etməyə cəhd olmaqla başa çatmamış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 may 2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ şəhəri, Xətai küçəsi, ev 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmünün, Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün və 28 dekabr 2021-ci il tarixli qərarının surətlərindən, habelə Qəbələ Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli 162638/5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş və həmin hökm Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin cəza Qəbələ Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib ona təyin olunmuş 02 il 02 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına tam birləşdirilməklə qəti olaraq 02 il 02 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə cəzasına məhkum olunmuş, Qəbələ Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, qeyd olunan cəzanın müddətinin başa çatması nəzərə alınaraq cəzadan azad edilmiş və Təqsirləndirilən şəxs1 1500 manat cəriməni ödəmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən, CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə az ağır cinayətlər hesab olunur. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 29,144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtardığından, habelə əvvəllər törətdiyi cinayət əməllərinə görə cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edildiyindən və həmin cəzalar azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı növ cəzaların təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınmalı və onların barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. CM-in 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onların hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxs ilə barışmalarını, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, yaşayış yeri üzrə müsbət səciyyələnmələrini, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəza təyin etməklə onların islah olunmalarını mümkün sayaraq, barələrində CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 144.2.3-cü maddəsində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:44-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:00-da Qəbələ Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə həmin tarixdə saat 10:40-da tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında 06 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:15-də azad olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 05 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, habelə 06 mart 2024-cü il tarixdə saat 10:40-dan saat 11:15-dək tutulduğu müddət 01 (bir) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 03 (üç) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 fevral 2024cü il tarixli 18-1-52/2-287/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 fevral 2024cü il tarixli 18-1-52/2-560/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi olmadığından cəza çəkdikləri müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2024-cü il tarixli 171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər və hal hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli-gerilik xəstəliyi keçirməmişdir. O, psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. O, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2024-cü il tarixli 172 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu XBT-10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyindən əziyyət çəkmişdir. O, hal hazırda da “Şəxsiyyətin isterik tipli pozuntusu XBT- 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyindən əziyyət çəkir. Hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqligerilik xəstəliyi keçirməmişdir. O, “Şəxsiyyətin isterik tipli pozuntusu XBT-10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq, onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən onun hal-hazırda məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. O, “Şəxsiyyətin isterik tipli pozuntusu XBT-10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq, onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 fevral 2024cü il tarixli 18-1-52/2-287/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “F60.4 isterik tip şəxsiyyət dəyişikliyi” diaqnozu ilə həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 fevral 2024cü il tarixli 18-1-52/2-560/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Habelə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 “Şəxsiyyətin isterik tipli pozuntusu XBT-10” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və saxlanması barədə 01 may 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd şalvar və bir ədəd qış gödəkcəsi, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd ətək həmin tarixdə maddi sübut qismində tanınmış və Qəbələ Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və saxlanması barədə 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan “Opel Astra” minik markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması məqsədilə sahibi Təqsirləndirilən şəxs2 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd qızıl üzük maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs1 anası Leyla Aslanovaya təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd şalvar və bir ədəd qış gödəkcəsi Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd ətək Zərərçəkmiş şəxs qaytarılmalı, habelə Təqsirləndirilən şəxs2 məxsus olan “Opel Astra” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonun və bir ədəd qızıl üzüyün isə Təqsirləndirilən şəxs1 anası Leyla Aslanovaya təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat və 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 221,94 (iki yüz iyirmi bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Məhkəmə eyni zamanda qeyd olunmasını zəruri hesab edir ki, 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş materialların məhkəmə ekspertizasının 01 mart 2024-cü il tarixli 3-16- 16-2-17/184 nömrəli rəyinə əsasən, 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verildiyi CM-in 29, 144.2.3-cü maddəsinin istintaqı ilə bağlı deyil, Təqsirləndirilən şəxs1 X1 qəsdən yüngül zərər vurması ilə bağlı barəsində araşdırma aparılan zaman sonuncuya xəsarət yetirdiyi bir ədəd bıçağın, habelə Canalı Kamilova məxsus məxsus geyim əşyalarının tədqiq edilməsi ilə bağlı çəkilmiş və bununla bağlı tərtib olunmuş məhkəmə ballistik-trasoloji ekspertizasının 04 mart 2024-cü il tarixli 3-16-16/2-3/287; 3/288 nömrəli rəyinə əsasən müəyyən olunmuş və sonradan Təqsirləndirilən şəxs1 Canalı Kamilovla barışaraq sonuncuya dəymiş maddi və mənəvi zərəri tamamilə ödədiyi üçün barəsində CM-in 128-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 221,94 (iki yüz iyirmi bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfindən 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutula bilməz, digər 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci isə şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq Təqsirləndirilən şəxs1 41,94 (qırx bir manat doxsan dörd qəpik) manat və Təqsirləndirilən şəxs2 30 (otuz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, habelə 06 mart 2024-cü il tarixdə saat 10:40-dan saat 11:15-dək tutulduğu müddət 01 (bir) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 03 (üç) gün müəyyən olunaraq ona təyin olunan cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X4 Mühafizə taboruna təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd şalvar və bir ədəd qış gödəkcəsi Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd ətək Zərərçəkmiş şəxs qaytarılsın, habelə Təqsirləndirilən şəxs2 məxsus olan “Opel Astra” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonun və bir ədəd qızıl üzüyün isə Təqsirləndirilən şəxs1 anası Leyla Aslanovaya təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 41,94 (qırx bir manat doxsan dörd qəpik) manat və Təqsirləndirilən şəxs2 30 (otuz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-176/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-176/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver