Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-177/2021 13.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və X6 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X5 xx xxxx 1990-cı ildə Ucar rayonun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Ucar şəhəri M.F.Axundov küçəsi ev 4-də qeydiyyatında olmaqla Ucar şəhəri Nəsimi küçəsi ev 80-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 2,332 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, yaşadığı ünvan 1 ünvanında saxlamış, 16 aprel 2021-ci il tarixdə saat 18 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı məlum ünvana baxış keçirilərkən həmin evin mətbəxində olan masanın üzərindəki kauçuk qabın içərisində satış məqsədi ilə qanunsuz olaraq saxladığı 01 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,332 qram, 02 ədəd gümüşü ağ rəngli kağıza bükülmüş vəziyyətdə ayrıayrılıqda təmiz çəkiləri 0,463 qram və 0,537 qram olmaqla, ümumi təmiz çəkisi 2,332 qram çəkidə külli miqdarda tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetaminlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 aprel 2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək evində axtarış aparmış, evin mətbəxindən üç bükümdə metamfetamin aşkar olunmuşdur. Lakin qeyd olunan çəki ilə razılaşmamış, onda olan metamfetaminin çəkisi cəmi 1 qrama yaxın olmuşdur. Eyni zamanda narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində saxladığı itini yaşadığı Ucar şəhəri Nəsimi küçəsində gəzdirən zaman yerdə 1 ədəd ağ rəngli sellofan paketin olduğunu görmüş və əyilib həmin sellofanı yerdən götürmüşdür. Ağzı qara iplə bağlı sellofanın ipini açan zaman sellofan bükümün içərisindəki psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. Həmin bükümü istifadə etmək üçün özü ilə götürərək evə getmişdir. Evdə olan zaman yerdən tapdığı metamfetamini hissə-hissə istifadə etmək üçün ayrı-ayrı hissələrə bölmüş, daha sonra həmin bükümləri mətbəxdə olan kauçuk qabın içərisinə qoymuşdur. 16 aprel 2021-ci il tarixdə saat 18 radələrində evdə olan zaman darvazanın döyüldüyünü eşidib qapıya çıxdıqda polis əməkdaşlarının gəldiyini görmüş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və yaşadığı evə baxış keçirməli olduqlarını demişlər. Buna etiraz etməyərək eyni məzmunda ərizə yazmış, bundan sonra razılığı ilə tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı mətbəxdə masanın üzərindəki kauçuk qabın içərisində bir ədəd ağ rəngli sellofan bükümdə və iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxladığı psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim edərək həmin maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, 2021-ci ilin aprel ayının əvvəllərində yerdən tapdığını və özü istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin kauçuk qabın içərisindəki 14 ədəd çətənə bitkisinin toxumunu da təqdim etmiş, həmin 14 ədəd çətənə bitkisinin toxumları qablaşdırılaraq götürülmüşdür. Daha sonra Ucar RPŞ-nə dəvət edilərək orada şübhəli şəxs qismində tutulduqdan sonra müdfiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Metamfetamini satış məqsədi ilə saxlamamış, törətdiyi əməlinə görə peşman olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Ucar şəhəri M.F.Axundov küçəsi ev 4-də qeydiyyatda olmaqla Ucar şəhəri Nəsimi küçəsi ev 80-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan 16 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Ucar şəhərində Təqsirləndirilən şəxs yaşadığı məlum ünvana gedərək sonuncunu çağırmışlar. Təqsirləndirilən şəxs qapıya çıxdıqda xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək birincinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də yaşadığı ünvana baxış keçiriləcəyini və üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirməklə yanaşı bu barədə ərizə yazmış, baxış keçirilməzdən əvvəl həmin ünvana baxışda iştirak etməsi üçün iki nəfər şəxs hal şahidi qismində dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda mətbəxə daxil olarkən orada masanın üzərindəki kauçuk qabın içərisində ikisi gümüşü kağız, bir ədədi isə şəffaf rəngli xırda sellofan büküm olmaqla 3 ədəd büküm metamfetamin və açıq vəziyyətdə narkotik tərkibli bitki toxumları aşkar olunmuşdur. Bundan sonra aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq aşkar edilmiş həmin kütlələrin metamfetamin olmaqla özünə məxsus olduğunu, 2021-ci ilin aprel ayında 1 ədəd sellofan paketdə yerdən tapdığını və hissələrə bölərək az bir hissəsini istifadə etdiyini, hazırda aşkar edilən kütlələri də istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilsə də başqa cinayət xarakterli əşya və ya iz aşkar edilməmiş, bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Ucar RPŞ-nin Növbətçi Hissəsində üzərində vəkilinin və digər iştirakçılarla birgə keçirilən şəxsi axtarış zamanı hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid2, hal şahidləri X7 və məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş X8 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs ilə iki il əvvəldən rəsmi olaraq evlənmiş, həmin müddət ərzində əri Ayaz narkotik qəbul etdiyi üçün dəfələrlə evdə söz-söhbətləri, mübahisələri olmuşdur. 16 aprel 2021-ci il tarixdə əri Ayaza zəng gəlmiş və sonuncu tələsərək evdən çıxıb getmək istəmişdir. Ayazdan hara getdiyini soruşduqda sonuncu ona “neynirsən” deyə cavab vermiş, bunun üstündə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ayaz onu sözlə ölümlə hədələsə də əlində heç bir əşya olmamışdır. Bundan sonra anası Könülə zəng vuraraq evdə əri ilə mübahisəsinin olması barədə məlumat vermiş, anası da öz növbəsində DİN-in 102 xidmətinə ailə münaqişəsinin olması barədə məlumat vermişdir. Bundan az sonra polis əməkdaşları yaşadığı ünvana gəldikdən sonra baş vermiş hadisə barədə sonunculara məlumat vermiş, eyni zamanda polslərə ərinin narkotik vasitənin qəbulu və satışı ilə məşğul olması barədə də bildirmişdir. Əri Ayaz narkotik vasitə satdığına görə mobil nömrələrini dəyişmiş, ancaq Ayazın dəqiq olaraq kimlərə narkotik satmasını bilməmişdir. Ayaz narkotik satdığı şəxslərlə vapsap proqramı ilə danışmış, sonra danışığı silmişdir. Əri Təqsirləndirilən şəxs narkotiklə məşğul olduğuna görə barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2021-ci il tarixli 17/274 N-li rəyində göstərilmişdir ki, , tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxsb yaşadığı...evindən... psixotrop maddə olan metamfetaminə bənzər maddələr olan 3 ədəd büküm və ...bitki toxumları....” sözləri yazılmış zərfin içərisindəki; - 01(bir) ədəd ağ rəngli sellofan bükümdə və 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 1,332 qr., 0,463 qr., 0,537 qr., ümumi təmiz çəkisi – 2,332 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. -01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə 14(on dörd) ədəd, ümumi təmiz çəkisi 0,20 qram olan bitki toxumları, əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan bükümdə və 02(iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 21.06.2021-ci il tarixli 318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli 843 N-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 24.05.2016-cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.03.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 83-cü maddəsinə əsasən-məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar şəhəri M.F.Axindov küçəsi ev 4-də qeydiyyatda olmasına baxmayaraq ünvan 4 ünvanında yaşamış, himayəsində 2013-cü ildə doğlumuş Arif Əliyev və 2020-ci ildə anadan olmuş Araz Əliyev adlı azyaşlı uşaqları vardır, yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Mərkəzi Xəstəxanasından alınmış 21 iyun 2021-ci il tarixli 832 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2017-ci il tarixdən Ucar rayon X4 Hüquqi Şəxsinin narkoloji kabinetində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 16 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1604-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ucar rayon məhkəməsinin 18 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin ayr-ayrı bükümlərlərdə saxlanması, onunla birlikdə yaşamış arvadı Şahid3 ərinin narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq etməsi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 16 aprel 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 aprel 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ucar rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kağız zərfin içərisində, ümumi təmiz çəkisi 2,182 qram kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni psixotrop maddə olan metamfetaminlər və 0,20 qram narkotik vasitəyə aid olmayan 14 ədəd çətənə bitkisi toxumu məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-177/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-177/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver