Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-177/2023 07.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bərdə rayonunun Nazırlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1984-cü ildə Bərdə rayonunun Dəymədağıldı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bərdə rayonunun Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlayaraq daşımış, qanunsuz olaraq yivli odlu silahın döyüş sursatını əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop və güclü təsir edən maddələrin, o cümlədən döyüş sursatının qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryəki, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroini, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “Tamol..Tramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həbləri, eləcə də 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 1 ədəd 7.65 mm kalibrli patronu, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patronu qanunsuz olaraq satış məqsədi ilə əldə edib bir ədəd qara rəngli sellofan torbada olmaqla üzərlərində saxlayaraq eyni məqsəd ilə daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 22 yanvar 2023-cü tarixdə gecə saat 12 radələrində Göyçay rayonunun Bığır kəndinin ərazisində saxlanılaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib 23 yanvar 2023-cü il tarixdə saat 00:35-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq Təqsirləndirilən şəxs2 ilə birgə bir ədəd qara rəngli sellofan torbanın içərisində eyni məqsəd ilə daşıdığı - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdarda, yəni 2165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryək, kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroin, kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamfetamin, Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” əsasən, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “Tamol..Tramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həblər, 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 1 ədəd 7.65 mm kalibrli patron, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patron ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlayaraq daşımış, qanunsuz olaraq yivli odlu silahın döyüş sursatını əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop və güclü təsir edən maddələrin, o cümlədən döyüş sursatının qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 2165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryəki, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroini, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamfetamini, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “Tamol..Tramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həbləri, eləcə də 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 1 ədəd 7.65 mm kalibrli patronu, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patronu qanunsuz olaraq satış məqsədi ilə əldə edib bir ədəd qara rəngli sellofan torbada olmaqla üzərlərində saxlayaraq eyni məqsəd ilə daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 22 yanvar 2023-cü tarixdə gecə saat 12 radələrində Göyçay rayonunun Bığır kəndinin ərazisində saxlanılaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilib 23 yanvar 2023-cü il tarixdə saat 00:35-də üzərlərində şəxsi axtarış aparılarkən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq Təqsirləndirilən şəxs1 ilə birgə bir ədəd qara rəngli sellofan torbanın içərisində eyni məqsəd ilə daşıdığı - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdarda, yəni 2165,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 916,057 qram təmiz çəkidə narkotik vasitə olan tiryək, kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 325,050 qram təmiz çəkidə narkotik vasitə olan heroin, kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 96,833 qram təmiz çəkidə psixotrop olan metamfetamin, Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” əsasən, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, yəni 218,025 qram olmaqla üzərlərində “Tamol..Tramadol 225mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həblər, 7.65 mm kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 1 ədəd 7.65 mm kalibrli patron, “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP- 38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 3 ədəd 9 mm kalibrli patron ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti işə məşğul olur. Narkotik vasitə marixuanadan istifadə etmiş, lakin digər narkotik vasitələrdən istifadə etməmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayıb, avtomobillə qayınatasıgilə aparmasını ondan xahiş etmiş, o isə icarəyə götürdüyü avtomobil ilə Təqsirləndirilən şəxs2lə birlikdə İsmayıllı rayonu istiqamətində hərəkətə başlamışdır. Göyçay rayonunun Bığır kəndinə çatmamış yanacaqdoldurma məntəqəsinin yaxınlığında bir nəfər qadın cinsli şəxs əl hərəkəti ilə onun idarə etdiyi avtomobilini saxladaraq bir nəfər şəxsi gözlədiyini, həmin şəxsin gəlmədiyini və üzərində pulunun olmadığını demiş, onlardan danışmaq üçün mobil telefonlarını vermələrini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 mobil telefonunda olan mobil telefon nömrəsinin balansında vəsait olmadığından o, həmin qadın cinsli şəxsə özünə məxsus olan mobil telefonu vermiş, qeyd olunan qadın cinsli şəxs isə bir qədər kənarlaşıb telefonla danışmağa başlamışdır. Daha sonra isə həmin qadın cinsli şəxs digər şəxs tərəfindən onun plastik kartının hesabına 30 manat pulun yüklənilməsini və həmin pulu çıxarıb vermələrini xahiş etmiş, onlar da bununla razılaşmışlar. Bundan sonra təxminən 10 dəqiqə müddətində hərəkət edib Göyçay rayonunun Bığır kəndinə gedən avtomobil yolunda olan zaman Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş, o isə avtomobildə qalmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb şübhəli şəxs olduqlarını bildirib əllərində sellofan paketin olduğunu iddia etmişlər, lakin həmin vaxt onun əlində hər hansı əşya olmamışdır. Nə Təqsirləndirilən şəxs2, nə də onun narkotik vasitə ilə bağlı əlaqəsi olmamış. Onun və Təqsirləndirilən şəxs2 narkotik vasitəyə, psixotrop və güclü təsir edən maddələrə və silaha əlləri dəyməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində onun narkotik maddəni əldə edib Yevlax sakininə verəcəyi qeyd olunsa da o, həmin məzmunda ifadə tərtib edildiyini bilməmiş, ifadəsi tərtib edildikdən sonra polis əməkdaşları onu döyərək imza etməyə məcbur etmişlər. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində göz və qaş nahiyələrində xəsarətlər yaranmış, penitensiar müəssisəyə daxil olarkən dodaq və qaş nahiyələrində xəsarətlər aşkar olunsa da o, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yarandığını həkimə deməmişdir. Ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman bildirsə də sonradan bu haqda hər hansı dövlət orqanına şikayət etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, tutulmamışdan təxminən 1 ay əvvəldən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamış və 051 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. 2023-cü ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində tanımadığı bir nəfər şəxsin narkotik vasitə satdığını öyrənmiş və qeyd olunan şəxsdən çəkmək üçün narkotik vasitə olan marixuana istəmişdir. X9 Respublikasının vətəndaşı olan şəxs isə ona Göyçay rayonunda narkotik vasitə olduğunu bildirib həmin narkotik vasitəni oradan götürüb Yevlax rayonunda magistral yolun kənarında hər hansı əlverişli yerə qoyaraq şəklini və məkan koordinatlarını “WhatsApp” tətbiqi vasitəsi ilə göndərməsinin müqabilində oraya qoyulan narkotik vasitənin üzərindən özü istifadə etməsi üçün təxminən 50 qram götürə biləcəyini bildirmişdir. O, həmin şəxsdən hansı növ narkotik vasitəni götürüb dediyi yerə qoymalı olduğunu, bunu hansı məqsədlə edəcəyini, qeyd olunan torbanı Göyçay rayonunun Bığır kəndinin ərazisinə kimin qoyduğunu və həmin predmetləri haradan əldə edəcəyini soruşmamış, eləcə də İran İslam Respublikasının vətəndaşı olan şəxsə tam olaraq razılıq verməmişdir. Son vaxtlar İran İslam Respublikasında yaşayan müəyyən şəxslərin Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışını təşkil etdiyini eşitdiyi üçün həmin torbanı müvafiq yerdən götürüb tapşırığa əsasən digər bir yerə qoyduqdan sonra narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsin məqsədli şəkildə götürüb qanunsuz olaraq dövriyyəyə buraxılmasını təşkil edəcəyini bilmişdir. Bundan bir müddət sonra isə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 çay içmək barədə təklifi ilə özünə məxsus olan “Mercedes Benz C 220” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun yaşadığı Bərdə rayonunun Dəymədağıldı kəndinə getmişdir. Orada olan zaman İran İslam Respublikasının vətəndaşı ilə aralarında olan razılaşma barədə Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncu özü də narkotik vasitədən istifadə etdiyi üçün Göyçay rayonuna getməyi və oradan narkotik vasitəni götürməyi ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış və birlikdə Göyçay rayonuna gedib qeyd olunan narkotik vasitəni götürmək və Yevlax rayonunda müəyyən bir yerə qoymaq üçün qeyd edilən avtomobil ilə yola düşmüşlər. Oraya gedən zaman İran İslam Respublikasının vətəndaşı avtomobili yanacaqla təmin etmək üçün onun istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına 30 manat məbləğində pul köçürmüş, habelə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini, habelə məkanını göndərmiş, həmin fotoşəkildən narkotik vasitənin qara rəngli torbanın içərisində olması və ağacın altına qoyulması müəyyən olunmuşdur. Onlar həmin torbanın içərisində narkotik vasitə olduğunu bilsələr də, növü və çəkisi barədə məlumatları olmamış, yolda olarkən isə İran İslam Respublikasının vətəndaşının yazmasına əsasən torbanın içərisində silahın da olmasını bilmişdir. Onlar qeyd olunan məkan əsasında hərəkət edib Göyçay rayonunun Bığır kəndinə yollanmışlar. Həmin yerə çatdıqda o, avtomobili saxlamış və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək qeyd olunan narkotik vasitənin qoyulduğu yer istiqamətində hərəkət etmişdir. Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları yaxılaşıb onu saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs2 də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onları qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli olmaları ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs2 götürdüyü torbanın içərisindən silahın, bir ədəd darağın, dörd ədəd patronun, külli miqdarda narkotik vasitələrin, yəni heroinin, marixuananın, tiryəkin, tramadol həblərinin, psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əsəb xəstəsi olduğu üçün marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 onu İsmayıllı rayonuna aparmasını xahiş etmiş və birlikdə avtomobil ilə hərəkətdə olan zaman əvvəlcədən tanımadığı bir nəfər qadın cinsli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlatmış və sonuncuya köməklik etmişlər. Həmin vaxt o, içkili vəziyyətdə olmuş, polis şöbəsində ona qarşı təsir-təzyiqlər edildiyi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, narkotik vasitə və sellofan paketin içərisində olan əşyalarla bağlı məlumatı olmasa da üzərində şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının istədiyi məzmunda ifadə verərək narkotik vasitənin özlərinə məxsus olduğunu bildirmişlər. Polis şöbəsinə aparılan zaman yolda polis əməkdaşları tərəfindən döyülmüş, qabırğa və ayaq nahiyələrində xəsarətlər yaranmışdır. Penitensiar müəssisədə olan zaman bədənində xəsarətlər aşkar olunsa da o, həmin xəsarətlərin döyülməsi nəticəsində deyil, yıxılması nəticəsində yarandığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində qətimkan tədbiri seçilən zaman hakimə, habelə hər hansı dövlət orqanına şikayət etməmiş və bu barədə müdafiəçisinə məlumat verməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, təxminən 10 ildir narkotik vasitədən istifadə etmiş, habelə Təqsirləndirilən şəxs1 ilə də bir neçə dəfə birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Narkotik vasitəni Bərdə rayonunda tanımadıqları şəxslərdən, eləcə də İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən nisyə qaydada almışdır. Hər dəfəsində İran İslam Respublikasının vətəndaşı olan həmin şəxs narkotik vasitəni Bərdə rayonunda müəyyən bir yerə qoymuş, o da həmin yerdən götürmüş, pulunu isə daha sonra müəyyən bir yerə qoyub qeyd olunan şəxsə xəbər etmiş, lakin sonradan pulunu verə bilmədiyinə görə göstərilən şəxslə əlaqə saxlamamışdır. 22 yanvar 2023-cü il tarixdə yaşadığı Bərdə rayonunun Dəymədağıldı kəndində olan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 çay içmək üçün yaşadığı kəndə dəvət etmiş, bir müddət sonra isə sonuncu özünə məxsus olan “Mercedes Benz C 220” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı kəndə gəlmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı ilə telefonla əlaqə saxladığını, həmin şəxsin Göyçay rayonuna içərisində narkotik vasitə və silah olan bağlama qoyduğunu və həmin bağlamanı oradan götürərək həmin şəxsin dediyi məkana qoyaraq şəklini və məkan koordinatlarını “WhatsApp” tətbiqi vasitəsi ilə göndərməsinin müqabilində ona çəkmək üçün 50 qram marixuana verəcəyi ilə razılaşdığını bildirmiş, o da Təqsirləndirilən şəxs1 etiraz etməyərək narkotik çəkmək istəyi olduğuna görə sonuncu ilə birlikdə Göyçay rayonuna gedib-gəlməyə razılaşmışdır. Qeyd olunan torbanı Göyçay rayonunun Bığır kəndinin ərazisinə kimin qoyması və qeyd olunan şəxsin həmin predmetləri haradan əldə etməsi barədə məlumatı olmamışdır. Son vaxtlar İran İslam Respublikasında yaşayan müəyyən şəxslərin Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışını təşkil etdiyini eşitdiyi üçün həmin torbanı müvafiq yerdən götürüb tapşırığa əsasən digər bir yerə qoyduqdan sonra narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsin məqsədli şəkildə götürüb qanunsuz olaraq dövriyyəyə buraxılmasını təşkil edəcəyini bilmişdir. O, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C class” markalı avtomobil ilə birlikdə Göyçay rayonuna yollanmışdır. Avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 həmin şəxslə telefon vasitəsi ilə qeyd olunan bağlamanın Göyçay rayonunun ərazisində haraya qoyulması barəsində söhbətləşmiş və göstərilən şəxs də “WhatsApp” tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin məkanını göndərmişdir. Onlar qeyd olunan məkan əsasında hərəkət edib Göyçay rayonunun Bığır kəndinə yollanmışlar. Oraya gedən zaman İran İslam Respublikasının vətəndaşı avtomobili yanacaqla təmin etmək üçün Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik bank kartına 30 manat məbləğində pul köçürmüş, habelə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini, habelə məkanını göndərmiş, həmin fotoşəkildən narkotik vasitənin qara rəngli torbanın içərisində olması və ağacın altına qoyulması müəyyən olunmuşdur. Onlar həmin torbanın içərisində narkotik vasitə olduğunu bilsələr də, növü və çəkisi barədə məlumatları olmamış, yolda olarkən isə İran İslam Respublikasının vətəndaşının yazmasına əsasən torbanın içərisində silahın da olmasını bilmişdir. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 avtomobili saxlamış və o, avtomobildən düşmüşdür. İran İslam Respublikasının vətəndaşının göndərdiyi fotoşəkillərdən həmin narkotik vasitənin və silahın olduğu bağlamanın ağacın dibinə qoyulduğu göründüyü üçün o, avtomobildən düşərək qeyd olunan torbanın qoyulduğu yer istiqamətində hərəkət edib həmin bağlamanı götürdükdən sonra polis əməkdaşları ona yaxınlaşaraq onu, ardınca isə Təqsirləndirilən şəxs1 saxlamışlar və qanunsuz olaraq narkotik vasitə və silah əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirib onları Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan qara rəngli torbanın içərisindən külli miqdarda narkotik vasitə heroin, marixuana, tiryək, tramadol həbləri və psixotrop maddə metamfetamin, 01 ədəd üzərində “Berreto” yazılmış silah, 01 ədəd silah darağı və 04 ədəd patron aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etmələri, mütəmadi olaraq üzərlərində gəzdirmələri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 22 yanvar 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 22 yanvar 2023-cü il tarixdə gecə saat 00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Mercedes Benz” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında Göyçay rayonunun Bığır kəndinin ərazisində sahəlikdə müəyyən edib özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Göyçay Rayon Polis Şöbəsinə gətirmişlər. Orada olarkən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman sonuncunun əlində olan qara rəngli torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitə marixuana, heroin və tiryəkə bənzər, psixotrop maddə metamfetaminə bənzər kütlələr, üzərində “tamol” yazısı olan həblər, 01 ədəd silah, 01 ədəd həmin silahın darağı və 04 ədəd patron aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etmələri, “Mercedes Benz” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonunun ərazisində narkotik vasitələri gəzdirmələri, daşımaları, satmaları və silah-sursat saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 yanvar 2023-cü il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etmələri, “Mercedes Benz” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonunun ərazisində narkotik vasitələri gəzdirmələri, daşımaları, satmaları və silah-sursat saxlamaları şübhəsi ilə həmin tarixdə saat 00 radələrində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlindəki qara rəngli torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitə marixuanaya, heroinə və tiryəkə, psixotrop maddə metamfetaminə bənzər kütlələr, üzərində “tamol” yazısı olan həblər, bir ədəd silah, bir ədəd həmin silah darağı və dörd ədəd patron aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli 17/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş maddələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 2165,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkidə - 916,057 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkidə 325,050 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 96,833 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefonun “WhatsApp” tətbiqi açıldıqda orada hər hansı adla qeydiyyata alınmamış +380 66 *** **** mobil telefon nömrəsindən 22 yanvar 2023-cü il tarixdə saat 21:20-də 051 ***-**-** mobil telefon nömrəsinə göndərilmiş üzərində 4098 5844 6705 6543 nömrələri qeyd edilmiş, hansı banka aid olması bilinməyən bank kartının fotoşəkli aşkar edilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 +380 66 *** **** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 məxsus olduğunu və ancaq “WhatsApp” tətbiqində istifadə edildiyini, həmin kart hesabının onun özünə məxsus olduğunu, ona narkotik vasitə göndərən İran İslam Respublikasının vətəndaşının həmin kart hesabına pul göndərməsi üçün Təqsirləndirilən şəxs2 tərəfindən onun mobil telefonuna göndərildiyini, daha sonra həmin kartın şəklini İran İslam Respublikasının vətəndaşının mobil telefonuna göndərdiyini, həmin vaxt kartı üzərində olmadığından Təqsirləndirilən şəxs2 mobil telefonunda əvvəlcədən qalan həmin kartın fotoşəklini özünə göndərtdirib İslam Respublikasının vətəndaşının mobil telefonuna göndərdiyini bildirmişdir. Bundan başqa, mobil telefonun “WhatsApp” tətbiqində hər hansı adla qeydiyyata alınmamış +98 939 *** **** mobil telefon nömrəsindən 22 yanvar 2023-cü il tarixdə saat 20:46-dan etibarən saat 22:49-dək olan müddət ərzində 051 ***-**-** mobil telefon nömrəsinə göndərilmiş maps.google.com internet səhifəsi vasitəsilə «40 37’37.2” N – 47 54’10.0” E» koordinatları əks olunmuş məkan, qaranlıqda çəkilmiş müəyyən yol kənarının, sonradan dibində qara rəngli torba olan ağacın fotoşəkilləri, “dəmiri də götür, səninkidi. Qaqa mənə bir xəbər ver, götürən kimi silahı çatdır, adam tələsir səni gözləyir, onu tez çatdırmalısan. Cavab ver, bu nə hərəkətdir edirsən, səni gözləyirəm mən, mənə tez cavab ver, bu nə hərəkətdir, belə şey olmaz. Qaqa sən o silahı Yevlaxda demişdim haa sənə ora çatdırmalısan” məzmunda mesajların, eləcə də 051 ***-**-** mobil telefon nömrəsi ilə +98 939 *** **** mobil telefon nömrəsi arasında videogörüntülü danışıqların olduğu, həmçinin 051 ***-**-** mobil telefon nömrəsindən +98 939 *** **** mobil telefon nömrəsinə üzərində 4098 5844 6705 6543 nömrələri qeyd edilmiş, hansı banka aid olması bilinməyən bank kartının fotoşəklinin göndərildiyi məlum olmuşdur. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 qeyd edilən koordinatların narkotik vasitənin qoyulduğu yerin koordinatları olduğunu, +98 939 *** **** mobil telefon nömrəsinin İran İslam Respublikasının vətəndaşının mobil telefon nömrəsi olduğunu, həmin şəxsin onun yuxarıdakı kart hesabına saxlanıldığı gün 30 manat məbləğində pul göndərdiyini, qeyd olunan şəxsin ona yuxarıda göstərilən məzmunda mesajlar yazdığını, lakin özünün həmin mesajları oxuyub cavab yazmadığını, göstərilən şəxslə səsli və görüntülü telefon danışığı apardığını bildirmişdir. Baxış keçirilən zaman 051 ***-**-** mobil telefon nömrəsi ilə +98 939 *** **** mobil telefon nömrəsi arasında “WhatsApp” tətbiqi vasitəsilə zənglərin 13 yanvar 2023-cü il tarixdən etibarən başlandığı müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun “leobank” tətbiqi açıldıqda içərisində Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş 4098 5844 6705 6543 nömrəli plastik bank kartının hesabının olması, həmin hesabın balansında 31 manat pulun olması və 22 yanvar 2023-cü il tarixdə naməlum hesabdan 30 manat pulun göndərilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs1 həmin pulu İran İslam Respublikasının vətəndaşının ona göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 24 yanvar 2023-cü il tarixli 3/131 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, “BAREDDA A6” markalı, “18-00535 nömrəli səs tapançasıdır, saz vəziyyətdədir, istifadəyə yararlıdır, odlu silah hesab edilmir. Həmin tapançanın zavod nişanlarında və hissələri üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet 9 mm kalibrli 14 ədəd səs patronun tutumuna malik olan, “BAREDDA A6” markalı səs tapançasında istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 7,65 mm kalibrli olmaqla həmin kalibrə malik “BROWNİNG”, “BERETTA”, “WALTHER PPK” “ASTRA” markalı tapançalarda istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron “GLOCK 19”, “Zəfər K”, “Mətin” “Parabellum” “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19 mm kalibrli olub həmin kalibrə malik “Zəfər K”, “Mətin”, “LUGER P08” (“PARABELLUM”) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilən 04 (dörd) ədəd patronlarla, tədqiqata təqdim edilmiş səs tapançasından atəş açmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 6/4331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkəmə Ekspertizası Mərkəzi X7 TƏDQİQAT OBYEKTİ №3” möhür əksi, “Ekspert rəyi 17/87.., 23 yanvar 2023-cü il.. Göyçay RPŞ..” yazıları olan MEM-ə məxsus bir ədəd qəhvəyi rəngli kağız paketdəki bir ədəd torbanın içərisində üzərlərində “Tamol..Tramadol..225 mg” göstəricisi olan 100 ədəd konvalyutda ümumilikdə 969 ədəd ağ rəngli, dairəvi formalı həblər tramadoldur, təsiredici maddəsinin ümumi miqdarının 218,025 qram (üzərindəki göstəricilərə əsasən, bir həbdə 0.225 qram) olması müəyyən edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 17 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü güclü təsir edən maddələri, habelə qanunsuz olaraq döyüş sursatını satış niyyəti ilə əldə edib saxlamaları və daşımaları barədə əməliyyat məlumatları əldə edilmiş, lakin qeyd edilən maddələrin və predmetlərin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 525-75-69 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 203-02-76 mobil telefon nömrələri anten əhatə dairəsinə əsasən 22 yanvar 2023-cü il tarixdə Göyçay rayonunun Bığır kəndinin ərazisində olmuşdur, hər iki nömrə arasında telefon danışıqları vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli 861 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli 862 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 may 2023-cü il tarixli PHŞ-6-28/2-612/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 may 2023-cü il tarixli PHŞ-6-28/2-613/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri və döyüş sursatını əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 12-ci bəndinə əsasən, 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar, 19-cu bəndinə əsasən, 50 qram və daha artıq çəkidə narkotik vasitə tiryək və həmin Siyahının psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 79-cu bəndinə əsasən, 6 qram və daha artıq çəkidə tramadol külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 22 yanvar 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etmələri, “Mercedes Benz” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonunun ərazisində narkotik vasitələri gəzdirmələri, daşımaları, satmaları və silah-sursat saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxslər saxlanılaraq polis şöbəsinə gətirilmişlər və müdafiəçi ilə təmin edilməklə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman əlindəki qara rəngli torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitə marixuana, heroin və tiryək, psixotrop maddə metamfetamin, habelə üzərində “tamol” yazısı olan həblər aşkar olunaraq götürülmüş və həmin narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış axtarış aparılıb narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin aşkar edilməsi zamanı CPMin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPMin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat və ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 11-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan başqa, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 2-ci maddəsinə əsasən döyüş sursatı dedikdə müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar başa düşülür. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 02 nömrəli qərarının (bundan sonra – Qərar) 4-cü bəndinə əsasən döyüş sursatı dedikdə müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyalar başa düşülür. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq, hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir. Bu Qərarın 9-cu bəndinə əsasən CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Bu Qərarın 12-ci bəndinə əsasən qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni CM-in 228.2.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlayaraq daşımış, qanunsuz olaraq yivli odlu silahın döyüş sursatını əldə edib saxlayaraq daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə yuxarıda qeyd edilən çəkidə narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri edib saxlayaraq daşımasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində 2023-cü ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində tanımadığı bir nəfər şəxsin narkotik vasitəni satdığını öyrəndiyini, qeyd olunan şəxsdən çəkmək üçün narkotik vasitə olan marixuana istədiyini, X9 Respublikasının vətəndaşı olan şəxsin isə ona Göyçay rayonunda narkotik vasitə olduğunu bildirib həmin narkotik vasitəni oradan götürüb Yevlax rayonunda magistral yolun kənarında hər hansı əlverişli yerə qoyaraq şəklini və məkan koordinatlarını “WhatsApp” tətbiqi vasitəsi ilə göndərməsinin müqabilində oraya qoyulan narkotik vasitənin üzərindən özü istifadə etməsi üçün təxminən 50 qram götürə biləcəyini bildirdiyini, daha sonra isə bu barədə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 dediyini, sonuncunun özünün də narkotik vasitədən istifadə etməsi səbəbindən Göyçay rayonuna getməyi və oradan narkotik vasitəni götürməyi ondan xahiş etdiyini, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşdığını və birlikdə Göyçay rayonuna gedib qeyd olunan narkotik vasitəni götürmək və Yevlax rayonunda müəyyən bir yerə qoymaq üçün qeyd edilən avtomobili ilə yola düşdüklərini, oraya gedən zaman İran İslam Respublikasının vətəndaşının avtomobili yanacaqla təmin etmək üçün onun istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına 30 manat məbləğində pul köçürdüyünü, habelə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini, habelə məkanını göndərdiyini, həmin fotoşəkildən narkotik vasitənin qara rəngli torbanın içərisində olmasının və ağacın altına qoyulmasının müəyyən olunduğunu, həmin torbanın içərisində narkotik vasitənin olmasını bilməsinə baxmayaraq, növü və çəkisi barədə məlumatlarının olmadığını, yolda olarkən isə İran İslam Respublikasının vətəndaşının yazmasına əsasən torbanın içərisində silahın da olmasını bildiyini, qeyd olunan məkan əsasında hərəkət edib Göyçay rayonunun Bığır kəndinə yollandıqlarını, həmin yerə çatdıqda avtomobili saxladığını, Təqsirləndirilən şəxs2 avtomobildən düşərək qeyd olunan narkotik vasitənin qoyulduğu yer istiqamətində hərəkət etdiyini və bir müddət sonra isə özünün və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 xahişi ilə sonuncunu qayınatasıgilə aparmaq məqsədilə İsmayıllı rayonu istiqamətində hərəkətə başladıqlarını, Göyçay rayonunun Bığır kəndinə çatmamış yanacaqdoldurma məntəqəsinin yaxınlığında bir nəfər qadın cinsli şəxsin əl hərəkəti ilə onun idarə etdiyi avtomobilini saxladaraq bir nəfər şəxsi gözlədiyini, həmin şəxsin gəlmədiyini və üzərində pulunun olmadığını dediyini, onlardan danışmaq üçün mobil telefonlarını vermələrini xahiş etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 mobil telefonunda olan mobil telefon nömrəsinin balansında vəsait olmadığından həmin qadın cinsli şəxsə özünə məxsus olan mobil telefonu verdiyini, qeyd olunan qadın cinsli şəxsin isə bir qədər kənarlaşıb telefonla danışmağa başladığını, daha sonra isə həmin qadın cinsli şəxsin digər şəxs tərəfindən onun plastik bank kartının hesabına 30 manat məbləğində pulun yüklənilməsini və həmin pulu çıxarıb vermələrini xahiş etdiyini, bununla razılaşdıqlarını, daha sonra təxminən 10 dəqiqə müddətində hərəkət edib Göyçay rayonunun Bığır kəndinə gedən avtomobil yolunda olan zaman Təqsirləndirilən şəxs2 avtomobildən düşdüyünü, özünün isə avtomobildə qaldığını və bu zaman polis əməkdaşları tərəfindən saxlanıldıqlarını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs1 bu barədə heç kəsə məlumat verməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin, habelə şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə edib saxlayaraq daşımış, qanunsuz olaraq yivli odlu silahın döyüş sursatını əldə edib saxlayaraq daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitəni, psixotrop və güclü təsir edən maddələri əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə yuxarıda qeyd edilən çəkidə narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri edib saxlayaraq daşımasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Maarif Babayev ibtidai istintaq zamanı verdiyi ifadələrində 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı ilə telefonla əlaqə saxladığını, həmin şəxsin Göyçay rayonuna içərisində narkotik vasitə və silah olan bağlama qoyduğunu və həmin bağlamanı oradan götürərək həmin şəxsin dediyi məkana qoyub fotoşəklini və məkan koordinatlarını “WhatsApp” tətbiqi vasitəsi ilə göndərməsinin müqabilində çəkmək üçün 50 qram marixuana verəcəyinə razı olduğunu bildirdiyini, sonuncu ilə razılaşdığını, sonuncunun idarə etdiyi “Mercedes Benz C class” markalı avtomobil ilə birlikdə Göyçay rayonuna yola düşdüklərini, hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 həmin şəxslə telefon vasitəsi ilə qeyd olunan bağlamanın Göyçay rayonunun ərazisində haraya qoyulması barəsində söhbətləşdiyini və qeyd olunan şəxsin də “WhatsApp” tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin məkanını göndərdiyini, göstərilən məkan əsasında hərəkət edib Göyçay rayonunun Bığır kəndinə yollandıqlarını, oraya gedən zaman İran İslam Respublikasının vətəndaşının avtomobili yanacaqla təmin etmək üçün Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına 30 manat məbləğində pul köçürdüyünü, habelə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin fotoşəklini, habelə məkanını göndərdiyini, həmin fotoşəkildən narkotik vasitənin qara rəngli torbanın içərisində olmasının və ağacın altına qoyulmasının müəyyən olunduğunu, göstərilən torbanın içərisində narkotik vasitənin olmasını bilmələrinə baxmayaraq, növü və çəkisi barədə məlumatlarının olmadığını, yolda olarkən isə İran İslam Respublikasının vətəndaşının yazmasına əsasən torbanın içərisində silahın da olmasını bildiyini, həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 avtomobili saxladığını, özünün avtomobildən düşdüyünü, İran İslam Respublikasının vətəndaşının göndərdiyi fotoşəkillərdən həmin narkotik vasitənin və silahın olduğu bağlamanın ağacın dibinə qoyulduğu göründüyü üçün qeyd olunan torbanın qoyulduğu yer istiqamətində hərəkət edib həmin bağlamanı götürdükdən sonra polis əməkdaşlarının onu, ardınca isə Təqsirləndirilən şəxs1 saxladıqlarını bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 onu İsmayıllı rayonuna aparmasını xahiş etdiyini, hərəkətdə olan zaman əvvəlcədən tanımadığı bir nəfər qadın cinsli şəxsin Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlatdığını və sonuncuya köməklik etdiklərini, polis şöbəsində ona qarşı təsir-təzyiqlər edildiyi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində qaldığını, narkotik vasitə və sellofan paketin içərisində olan əşyalarla bağlı məlumatı olmasa da üzərində şəxsi axtarış və götürmə aparılan zaman polis əməkdaşlarının istədiyi məzmunda ifadə verərək narkotik vasitənin özlərinə məxsus olduğunu bildirdiklərini, polis şöbəsinə aparılan zaman yolda polis əməkdaşları tərəfindən döyüldüyünü, qabırğa və ayaq nahiyələrində xəsarətlərin yarandığını, penitensiar müəssisədə olan zaman bədənində xəsarətlərin aşkar olunmasına baxmayaraq, həmin xəsarətlərin döyülməsi nəticəsində deyil, yıxılması nəticəsində yarandığını bildirdiyini, polis əməkdaşları tərəfindən ona qarşı edilən qanunsuzluqlarla bağlı barəsində qətimkan tədbiri seçilən zaman hakimə, habelə hər hansı dövlət orqanına şikayət etmədiyini və bu barədə müdafiəçisinə məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs2 bu barədə heç kəsə məlumat verməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin, habelə şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 22 yanvar 2023-cü il tarixli qərarda Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsi, “Mercedes Benz” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonunun ərazisində narkotik vasitələri gəzdirmələri, daşımaları, satmaları və silah-sursat saxlamaları barədə əməliyyat məlumatının daxil olması və onların cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qərara alındığını və qərarın qanuniliyinin yoxlanılması məqsədilə qərarın surətinin rayon məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsindən daxil olmuş 06 sentyabr 2023-cü il tarixli 1-3049/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuniliyinin yoxlanılması üçün həmin məhkəməyə təqdim olunmadığına görə bununla bağlı məhkəmə tərəfindən qərar qəbul olunmamışdır. Göründüyü kimi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 22 yanvar 2023-cü il tarixli qərar qanuniliyinin yoxlanılması üçün məhkəmə nəzarətini həyata keçirən Göyçay Rayon Məhkəməsinə təqdim olunmadığından məhkəmə tərəfindən müvafiq qərar qəbul olunmamışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 22 yanvar 2023-cü il tarixli qərar qanunsuz hesab edilmədiyinə və ləğv edilmədiyinə görə göstərilən qərar əsasında əldə olunmuş sübutlar etibarsız hesab edilə bilməz. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində sol bazunun yan səthində və döş nahiyəsində çapıq toxuma xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, polis əməkdaşlarının qarın, ayaq və bədən nahiyələrinə zərbələr endirdiklərini, qaş, göz və dodaq nahiyələrində xəsarətlərin yarandığını qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zərbələrin vurulduğunu qeyd etdiyi nahiyələrində hər hansı xəsarət aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş sol bazunun yan səthində və döş nahiyəsində çapıq toxuma xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Sadalananlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun sol ayağında kiçik yara xəsarəti aşkar olunmuşdur. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində sağ baldırın ön səthində bir ədəd, sağ diz nahiyəsində bir ədəd qartmaqlaşmış yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, polis əməkdaşlarının onun sol ayaq, burun və qabırğa nahiyələrinə zərbələr endirdiklərini və həmin nahiyələrində xəsarətlərin yarandığını qeyd etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən zərbələrin vurulduğunu qeyd etdiyi burun və qabırğa nahiyələrində hər hansı xəsarət aşkar olunmamışdır. Sol ayağında olan kiçik yara xəsarətinin isə müxtəlif şəraitlərdə yaranması mümkündür. Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunması nəticəsində Təqsirləndirilən şəxs2 sol ayağında kiçik yara xəsarətinin aşkar olunmasını və həmin xəsarətin müvafiq kitaba qeyd edilməsini nəzərə alaraq, məhkəmə qeyd olunan xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsini inandırıcı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş sol ayağında kiçik yara, sağ baldırın ön səthində bir ədəd və sağ diz nahiyəsində bir ədəd qartmaqlaşmış yara xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 228.2.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonunun Dəymədağıldı kəndində qeydiyyatdadır, 24 may 2010-cu ildə doğulmuş Nuray Babayeva və 21 avqust 2020-ci ildə doğulmuş Raul Babazadə onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonunun Nazırlı kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əməlində isə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 228.2.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün olmaqla 12 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün olmaqla 12 iyun 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəylərini və “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2164,80 qram qurudulmuş marixuana, 915,857 qram tiryək, 324,850 qram heroin, 96,633 qram metamfetamin və 940 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, dörd ədəd patron, bir ədəd səs tapançası və onun bir ədəd darağı xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung A3” markalı mobil telefon Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məxsus olan “Redmi Note 8” markalı mobil telefon isə Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 247,65 (iki yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 247,65 (iki yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 123,85 (yüz iyirmi üç manat səksən beş qəpik) manat və Təqsirləndirilən şəxs2 isə 123,80 (yüz iyirmi üç manat səksən qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə isə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə isə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2164,80 qram qurudulmuş marixuana, 915,857 qram tiryək, 324,850 qram heroin, 96,633 qram metamfetamin və 940 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, dörd ədəd patron, bir ədəd səs tapançası və onun bir ədəd darağı xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung A3” markalı mobil telefon Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məxsus olan “Redmi Note 8” markalı mobil telefon isə Təqsirləndirilən şəxs1 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 247,65 (iki yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 123,85 (yüz iyirmi üç manat səksən beş qəpik) manat və Təqsirləndirilən şəxs2 isə 123,80 (yüz iyirmi üç manat səksən qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-177/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-177/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver