Məhkəmə qərarları › İş №1(091)-177/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-177/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-177/2025 04.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər: Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X29, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlərə məhkəmələrdə dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X24, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Şamfi MMC” şirkətində sürücü işləmiş, əvvəllər məhkum olumamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayında iş üçün getdiyi Qazaxıstan Respublikasından ölkə ərazisinə qayıtdıqdan bir müddət sonra qonşuları X7 arvadı Şahid2 məxsus mobil telefona tez-tez zəng etdiyini, arvadının həmin zənglərə yalandan bəhanələr uydurmaqla Bəxtiyar Həsənlinin uşaqların problemləri ilə maraqlandığını deyib aralarında olan münasibəti gizlətmək cəhdindən şübhələnərək arvadı ilə qonşusu X14 arasında sevgi münasibəti yarandığını yəqin etdikdən sonra xx.xx.2024-cü il tarixdə sonuncu ilə görüşüb aralarında olan münasibəti aydınlaşdıracağını arvadına bildirərək xx.xx.2024-cü il tarixdə, axşam 21 radələrində yaşadığı evdən cinayətin aləti qismində istifadə etdiyi ümumi uzunluğu 217 mm olan, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik, qatlanmayan konstruksiyalı, soyuq silah hesab edilməyən, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş ümumi təyinatlı mətbəx bıçağını götürüb əynində olan qara rəngli gödəkcənin sağ qolunda gizlədərək X7 istifadəsində olan mobil telefona zəng edib onunla görüşmək istədiyini bildirdiyi zaman sonuncu yaşadığı Mingəçevir şəhəri, 2-ci Məktəb küçəsində yerləşən fərdi yaşayış evində olduğunu və qeyd edilən ünvanda görüşə biləcəklərinin mümkünlüyünü dediyi üçün həmin ünvana gəlib, orada Bəxtiyar Həsənlinin istifadəsində olan mobil nömrəsinə yenidən zəng edərək əvvəlcədən razılığa gəldikləri kimi onun yaşadığı evin qarşısında olduğunu bildirib saat 21 radələrində Mingəçevir şəhəri, 2-ci Məktəb küçəsində asfalt yolda Bəxtiyar Həsənli ilə görüşərək sonuncudan nəyə görə arvadına “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesaj yazdığını və zəng etdiyini soruşduqda Bəxtiyar Həsənli pis niyyəti olmadığını dediyi zaman edilən hərəkətin hər hansı yaxşı tərəfi olmadığını qeyd etməklə onu cəzalandırmaq məqsədi ilə əynində olan qara rəngli gödəkcənin sağ qolunda gizlətdiyi bıçağı götürüb sağ əli ilə tutaraq qısqanclıq zəminində qəsdən Bəxtiyar Həsənlinin qarın nahiyəsinə bir dəfə zərbə endirərək ona nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən kəsici-deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək oradan uzaqlaşmış, zərərçəkmiş X14 qonşuların köməyi ilə təcili tibbi yardım avtomaşını ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasının cərahiyyə söbəsinə yerləşdirilərək zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, aldığı ağır xəsarət nəticəsində yaranmış kəskin daxili qanaxma zamanı inkişaf edən posthemorrargik şokdan xx.xx.2024-cü il tarixdə saat 02:00-da Mingəçevir ŞMX-da ölmüş, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən əvvəl Qazaxıstan Respublikasına işləməyə getmişdir. Həmin ərəfədə mərhum Bəxtiyar Həsənli həyat yoldaşının qarşısını kəsərək onu narahat etmiş, telefonuna “SMS”lər yazmış və zənglər etmişdir. Ölkəyə qayıtdıqdan sonra evdən demişdirlər ki, Bəxtiyar onları narahat edir. Yoldaşı uşağı məktəbə aparan vaxt Bəxtiyar yoldaşının qarşısını kəsmiş, dəfələrlə yoldaşına zənglər etmişdir. Özü Qarabağ veteranıdır. 4 medalla təltif olunmuşdur. O, namusunu təmizləmişdir. Bəxtiyarı qəsdən öldürməmişdir. Ona bir bıçaq zərbəsi vurmuşdur. Bəxtiyar namusuna sataşdığı üçün onu vurmuşdur. Bəxtiyar sonradan xəstəxanada rəhmətə getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yoldaşı Gülay Bəxtiyarın ona zənglər etdiyini bildirmişdir. Bəxtiyar dəfələrlə yoldaşının qarşısını kəsmiş, onu narahat etmiş və zənglər etmişdir. Bəxtiyar yoldaşının qarşısını kəsib onunla tanış olmağı təklif etmişdir. Bəxtiyar qonşuluqda yaşamışdır. Ölkəyə gələndən sonra yoldaşı Bəxtiyar barədə ona məlumat vermişdir. Qazaxıstan Respublikasında olan vaxt yoldaşı Bəxtiyar barədə ona heç nə deməmişdir. Ölkəyə gəldikdən sonra məsələni öyrənmişdir. Ölkəyə qayıtmaq səbəbi Bəxtiyar olmamışdır. Məsələni öyrənib Bəxtiyarla görüşmüş və Bəxtiyar pis niyyətinin olmadığını bildirmişdir. Yoldaşına zəng edib narahat etməsi ilə əlaqədar sübut göstərmişdir. Sonra demişdir ki, zəng etmiş və yaxşı eləmişdir. Gülayın telefonunda Bəxtiyardan gələn neçə zəng olduğunu bilmir. O, Qazaxıstan Respublikasında olan zaman yoldaşı anası və qardaşı ilə yaşamışdır. Gülay anasına Bəxtiyar barədə heç nə deməmişdir. Bəxtiyarın Gülaya neçə dəfə zəng etdiyini bilmir. Sonra Bəxtiyar demişdir ki, zəng etmiş, yaxşı etmişdir. İlk əvvəl Bəxtiyar pis niyyətinin olmadığını bildirmiş, o da demişdir ki, bunun pis niyyəti necə ola bilər? Dəfələrlə yoldaşının qarşısını kəsib narahat etmişdir. O, da yaxşı edib zəng etdiyini bildirmişdir. Bəxtiyarın yoldaşına hansı məzmunda “SMS” yazdığını bilmir. Çünki yoldaşı qorxudan bütün “SMS”ləri silmişdir. Bəxtiyarı zəng edib küçəyə çağırmışdır. Gedən vaxt üstündə bıçaqla getmişdir. Bəxtiyarında üzərində bıçaq olmuşdur. Bəxtiyar qonşuya gedən vaxt üzərində bıçaq görmüşdür. Bəxtiyara bir bıçaq zərbəsi vurmuşdur. Sonra davam etməmişdir. Bəxtiyarı öldürmək məqsədi olmamışdır. Bəxtiyarı qorxudmaq məqsədi ilə vurmuşdur. Bəxtiyar üstünə gəlmişdir. Bəxtiyar cüssəcə ondan iridir. O da onu bıçaqla vurmuşdur. Bıçağı evdən götürmüşdür. Hadisədən sonra bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hadisə vaxtı yanında heç kim olmamışdır. Bəxtiyar hadisədən sonra qonşunun qapısını döymüşdür. Sonra təcili tibbi yardım maşını gəlmişdir. Bəxtiyar özü qonşunun qapısını döyüb, kömək istəmişdir. Hadisədən sonra dayısı və qardaşı gəlmişdir. Onlara demişdir ki, Bəxtiyarı xəstəxanaya çatdırın. Əvvəllər Bəxtiyarla qərəzli münasibəti olmamışdır. Bəxtiyarla münasibəti daima yaxşı olmuşdur. Bəxtiyara dəfələrlə köməklik etmiş, onunla birlikdə çörək kəsmişdir. Onunla heç bir düşmənçiliyi olmamışdır. Sadəcə yoxluğundan istifadə etmişdir. Hadisədən sonra evə gəlib uşaqlarını öpmüşdür. Sonra hadisəni törətdiyini və polisə təslim olacağını bildirmişdir. Evdən çıxan zaman “Mercedes”markalı maşın yanında dayanmış və içindən bir nəfər düşmüşdür. Həmin şəxsin adını hazırda xatırlamır. Həmin şəxs hadisə törədib-törətmədiyini soruşmuşdur. O da səmimi etiraf etmişdir. Bundan sonra maşına əyləşib polis şöbəsinə getmişdir. Evdən barışmaq üçün zərərçəkmiş tərəfə zəng etmişlər, lakin onlar barışmaq istəməmişdir. Hadisə yerinə tək getmişdir. Bəxtiyarla söhbət edən zaman qardaşı gəlmiş və söhbəti sonra edər demişdir. Sonra küçənin başına qədər qardaşı ilə gəlmişdir. Daha sonra qardaşına getməsini bildirmişdir. Qardaşı getdikdən sonra təkrar Bəxtiyarın yanına gəlmişdir. Bəxtiyarla təkrar söhbət etmişdir. Yoldaşı Bəxtiyarın telefonunu “Bloka” atmışdır. Ancaq yoldaşı uşağı məktəbə aparan vaxt Bəxtiyar yoldaşının qarşısını kəsmişdir. Evdəkilər demişdir ki, Bəxtiyarın telefonu “Bloka” atılıb. Yoldaşının özündən soruşmuşdur. Yoldaşı Bəxtiyarın telefonunu “Bloka” atdığını bildirmişdir. Yoldaşının telefonuna baxmamışdır. Bəxtiyarla cəmi bir dəfə söhbət etmişdir. Bəxtiyar boyca ondan hündür olmuşdur. Bəxtiyar pis niyyətlə yoldaşına zəng etmədiyini bildirmişdir. Qazaxıstan Respublikasına gedən vaxt yoldaşını Bəxtiyara tapşırmamışdır. Bəxtiyara iradını bildirən vaxt, yaxşı etdiyini bildirmişdir. Buda onun kişi olaraq qeyrətinə toxunmuşdur. Bəxtiyara cəmi bir bıçaq zərbəsi vurmuşdur. Bəxtiyar bıçaq zərbəsindən sonra qonşuya getmişdir. O da çıxıb getmişdir. Bəxtiyarı vurduqdan sonra arxasınca getməmişdir. Bəxtiyarı axşam saat 21-22 radələrində vurmuşdur. Bəxtiyarı vurduqdan sonra evə doğru getmişdir. Qarşısına çıxanlara demişdir ki, təcili tibbi yardım maşınına zəng edib Bəxtiyara kömək etsinlər. Bıçağı vurandan sonra təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqəyə gəlmişdir. Polisə könüllü təslim olmuşdur. Hadisədən sonra hamı toplanmışdır. Uşaqlarını öpüb polisə təslim olmağa getmişdir. Hadisədən sonra maşından düşüb ona yaxınlaşan şəxsin adını xatırlamır. Polisə gedən vaxt bıçağı götürüb polisə vermişdir. 14 dekabr tarixində Bəxtiyarın yoldaşına zənglər etdiyini bilmişdir. Öyrəndiyi gün Bəxtiyarla görüşməmiş, çünki bir nəfərə kömək edəcəyinə dair söz vermiş və həmin adamın toyunda iştirak etməli olmuşdur. Toyda 100 qram spirtli içki qəbul etmişdir. Evə gəlib bıçağı götürüb sağ qolunda gizlətmişdir. Bıçağı sağ qolunda gizlətmiş, cibinə qoymamışdır. Çünki mütamadi olaraq bıçaqla gəzən biri olmamışdır. Bəxtiyar daima üzərində bıçaq gəzdirən biri olmuşdur. Bıçağı gödəkcənin sağ qolunda gizlətmişdir. Bıçağı Bəxtiyarı qorxudmaq məqsədilə götürmüşdür. Bəxtiyarla görüşməyə gedən vaxt evdəkilərin məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ibtidai araşdırma zamanı veridiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X14 qardaşı olmuşdur. Ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Abşeron rayonunda yaşamağa başlamışdır. Bəxtiyar Həsənlini sonuncu dəfə 2024-cü ilin sentyabr ayında görmüşdür. Lakin, onlar gündəlik olaraq telefon əlaqəsi yaratmış, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Bəxtiyar ilə danışmışdır. Telefon danışığı zamanı Bəxtiyar səhhətinin yaxşı olduğunu, heç bir problem olmadığını və kənd ərazisində yas məclisinə gedəcəyini bildirmişdir. xx.xx.2024-ü il tarixdə, axşam saatlarında bacısı Bəxtiyarın qonşusu Nizami adlı şəxsin zəng etdiyini, kənd sakini Təqsirləndirilən şəxs Bəxtiyarı bıçaqladığını və sonuncunun hazırda xəstəxanada əməliyyatda olduğunu demişdir. Həmin gün xəstəxanaya getmək istəsə də, xəstəxanada olan şəxslər əməliyyatın yaxşı keçdiyini, Bəxtiyarın səhhətinin yaxşıya doğru getdiyini, gəlməyinə ehtiyac olmadığını bildirmişdir. Lakin, bir neçə saat sonra xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində bacısı yenidən zəng edərək Bəxtiyarın şəhər mərkəzi xəstəxanasında əməliyyatdan çıxdıqdan sonra rəhmətə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşını təkbaşına öldürdüyünə inanmamışdır. Belə ki, həmin ərazidə yaşayan şəxslərin deməsinə görə, Təqsirləndirilən şəxs əmisi oğlu Şahid3 özü bildirmişdir ki, hadisə zamanı özü də hadisə yerində olmuş və Bəxtiyara bir sillə vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirərkən orada Şahid1 və Şahid5 da olmuş və Təqsirləndirilən şəxs həmin şəxslərlə birlikdə qardaşı X9 öldürmüşdür. Şahid3 və ailəsi ilə aralarında Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsi səbəbindən mübahisə yaranmış və bir neçə il davam etmişdir. Ali Məhkəmənin qərarı əsasında həmin torpaq sahəsinin onlara məxsusluğu təsdiqlənmiş, buna görə də, Şahid3 və ailəsinin qardaşı ilə şəxsi ədavətləri olmuşdur. Qardaşı tərbiyəli, sakit təbiətli, qayğıkeş və qohumlar tərəfindən yaxşı tanınan biri olmuşdur. Şahid2 tanımamış və qardaşının sonuncu ilə münasibətinin olub-olmamasını bilməmişdir. Qardaşı bu barədə ona və ya tanıdığı heç kəsə məlumat verməmişdir. Bəxtiyar Həsənlini qətlə yetirən bütün şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı olmuşdur. X14 isə sinif yoldaşı olmuş, sonuncunu uzun müddətdir ki tanımışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024cü il tarixdə, 21-22 radələrində qardaşı və ailəsi ilə birlikdə yaşadığı ünvanda olmuşdur. Həmin zaman qardaşı Şahid1 yaşadıqları ünvandan çıxıb getmişdir. X35 və qardaşının arvadı Şahid2 ona qonşuluqda yaşayan X26 Rüstəmovaya zəng edərək və mesaj yazaraq narahat etdiyini, qardaşı Elvinin bundan xəbərdar olduğunu və Bəxtiyar ilə görüşmək üçün evdən çıxdığını bildirmişdir. Dərhal qardaşı Elvini tapmaq üçün evdən çıxmışdır. X36 Həsənlinin evinin qarşısında sonuncu ilə söhbət edərkən görmüşdür. Oraya gedib qardaşına sabah söhbət edə biləcəklərini, indi saatın gec olduğunu bildirib kənarlaşdırıb yaşadıqları ünvana tərəf aparmışdır. Bir neçə dəqiqə sonra yolda olarkən qardaşı ona burada dayanmasını, Bəxtiyar ilə yenidən söhbət edəcəyini, ona heç nə etməyəcəyini bildirməklə geri qayıtmışdır. Təxminən 5-10 dəqiqə sonra qardaşı Elvin yanına gələrək rahatlaşdığını bildirmişdir. Ondan nə etdiyini soruşduqda sonuncu Bəxtiyar Həsənlini bıçaqla vurduğunu bildirmişdir. Onlar evə tərəf gedərkən Bəxtiyar Həsənlini əlini qarın nahiyəsinə tutmaqla qonşuluqda yaşayan Nizami adlı şəxsin yaşadığı evə tərəf qaçdığını görmüşdür. Evə gəldikdən bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək qardaşını polis şöbəsinə aparmışlar. xx.xx.2024-cü il tarixdə isə X8 ŞMX-da öldüyünü öyrənmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq ilə xəsarət yetirdiyini desə də, onun məhz hansı bıçaqla Bəxtiyar Həsənliyə xəsarət yetirdiyini bilməmiş və həmin bıçağı görməmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Sadəcə qardaşı X31 bıçaqla xəsarət yetirdiyini demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilmir. xx.xx.2024-cü il tarixdə qardaşı ilə birlikdə getməyində səbəb qardaşının Bəxtiyar Həsənliyə qarşı hər hansı xəsarət yetirməsinin qarşısını almaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olmuşdur. Yoldaşının Bəxtiyarı bıçaqladığını sonradan xəbər tutmuşdur. Hadisədən bir müddət sonra yoldaşı evə gəlmiş, onun ardınca da polis gəlib onu aparmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Bəxtiyarla heç bir münasibəti olmamışdır. Bəxtiyar arada-bir uşaqla bağlı ona mesajlar yazmışdır. Bəxtiyar qohumu deyil, qonşusu olmuşdur. Həyət evində yaşayırlar. Yoldaşı Qazaxıstan Respublikasına işləməyə getmişdir. Bəxtiyar həmin ərəfədə oynatmaq üçün uşağı çölə çıxartması ilə bağlı mesajlar yazırmış. O da demişdir ki, uşağı küçədə görəndə oynadar. Yoldaşına Bəxtiyarın mesaj yazdığını bildirmişdir. İstintaqda iki dəfə ifadə vermişdir. Məhkəməyə verdiyi ifadənin eynisini istintaqda da demişdir. Bəxtiyar onu narahat etməmiş, sadəcə uşağa görə mesajlar yazmışdır. Bəxtiyar uşağı gəzdirirmiş. Bəxtiyar Elvinlə dost olmuşdur. Elvin Bəxtiyarın yazdığı mesajları qəbul etmədiyi üçün onu bıçaqlamışdır. Elvinin “ailəm sənə əmanətdir, Bəxtiyar” deməsini eşitməmişdir. Bəxtiyarla telefonda 41 dəqiqə danışdığını xatırlamır, onunla uşaq barəsində danışmışdır. Elvin Qazaxıstan Respublikasında olan zaman Bəxtiyar Elvinlə bağlı məlumatlar ötürmüş, Bəxtiyar Elvinin videolarını ona göndərmişdir. Bəxtiyarın hansı səbəbə görə Elvinin videolarını göndərdiyini bilməmişdir. Elvin videoları Bəxtiyara, Bəxtiyar isə həmin videoları ona göndərirmiş. O, razı olmamış, lakin Bəxtiyar Elvinlə bağlı videoları göndərmişdir. Bəxtiyarla qonşuluq münasibəti olmuşdur. Bəxtiyarın Elvinin xəyanət etməsi ilə bağlı videoları niyə atdığını bilməmişdir. Bəxtiyarın videolar atmasını normal qəbul etməmişdir. Bu barədə yoldaşına məlumat vermək istəmiş və son olaraq yoldaşına demişdir. Bəxtiyar ona yazmış, zəng etmiş, o da ona cavab vermişdir. Arada Bəxtiyarın zənglərinə cavab verməmişdir. Elvin Bəxtiyarı ona yazdığına görə vurmuşdur. Elvin Bəxtiyarın nəyə görə ona yazdığını soruşmuş, o da “Bəxtiyar uşağa görə mənə yazıb” demişdir. Bəxtiyarla telefon danışıqları olmuşdur. İki uşağı var. Balaca uşağın 4 yaşı var. Bəxtiyar balaca uşaqla maraqlanmış və onunla çox oynamışdır. O, həmin uşağı Bəxtiyarla görüşdürməmiş, Bəxtiyar uşağı küçəyə çıxarmağı demiş, o isə Bəxtiyara “uşağı küçədə görsən oynadarsan” demişdir. Bəxtiyarın uşağı bir ay ərzində neçə dəfə gördüyünü dəqiq bilmir. Uşaq küçədə olan zaman Bəxtiyar da küçədə olmuşdur. Son aylarda Bəxtiyar Mingəçevir şəhərində olmuşdur. Bəxtiyarla təxmini 3 ay yazışmaları olmuşdur. Bəxtiyarla daimi yazışmaları olmamışdır. Bəxtiyardan narahatçılığı olmamışdır. Lakin Bəxtiyar gəlib uşağı oynadanda görənlər olmuşdur. Kənddə bəzi adamlar lazımsız sözlər danışırmış. Bəxtiyar hər iki uşaqla oynamamış, yalnız balaca uşaqla oynamışdır. Nömrəni Bəxtiyara o, vermişdir. Bəxtiyarda demişdi ki, “sənin telefonuna Elvinlə bağlı videolar atacağam”. Bəxtiyarla ilk dəfə yazışma “Tik-Tok” sosial şəbəkəsində olmuşdur. Bəxtiyar “Tik-Tok” sosial şəbəkəsində yazışma əsnasında nömrəni istəmişdir. O da vermişdir. Səbəbi isə Elvinlə bağlı videolar atmaq olmuşdur. Bəxtiyar Elvinin videolarını atan zaman dərhal Elvinə bu barədə bildirmək istəmiş, Bəxtiyar isə Elvinə heç nə deməməsini bildirmişdir. Əlavə olaraq bildirsə, Elvinlə arasının pisləşəcəyini qeyd etmişdir. Bəxtiyar Elvinin videolarını atan zaman maraqlı gəlmişdir. Bəxtiyar tez-tez mesaj yazmışdır. Bəxtiyara demişdir ki, “mənə mesaj yazma, zəng etmə”. Bəxtiyara mesaj yazma, zəng etmə deməyinə baxmayaraq, Bəxtiyar mesaj yazmağa davam etmişdir. Bəxtiyar onu narahat etmişdir. Bəxtiyarın nömrəsini əngəlləməmişdir. Bəxtiyarın onun uşağından başqa qonşuların uşaqlarını gəzdirməsinin, onların uşaqları ilə oynamasının şahidi olmamışdır. Bəxtiyar sadəcə onun uşağı ilə oynayırmış. Bəxtiyarın sadəcə onun uşağı ilə oynamasının səbəbini bilməmişdir. Bəxtiyar uşağı çox istəyirmiş. Bəxtiyara bura kənd yeridir, səhv başa düşürlər demişdir. Bəxtiyarın nömrəsini silmiş, lakin nömrəsini əngəlləməmişdir. Bəxtiyar ilk dəfə “Tik-Tok” sosial şəbəkəsində yazmışdır. Həmin ərəfədə Elvin Qazaxıstan Respublikasında olmuşdur. “Tik- Tok”da uşaqların videolarını paylaşan vaxt, Bəxtiyar arada bir videoların altına fikir bildirmişdir. Bəxtiyar nömrəsini istəmişdir. Bəxtiyar Elvinlə bağlı videolar göndərmək məqədilə nömrəsini almışdır. “Tik-Tok”da videolar göndərmək olmurmuş. Elvin gəlməmişdən əvvəl arabir Bəxtiyar mesaj yazmışdır. Elə gün olurmuş ki, Bəxtiyar hər gün mesaj yazırmış. Bəxtiyar mesaj yazmışdır ki, “uşağı çıxart oynayım”. Bəxtiyar Elvinlə bağlı söhbət etmiş, Elvinin video və şəkillərini atmışdır. Hadisədən bir gün əvvəl Elvin Bəxtiyarla yazışmanı öyrənmişdir. Elvinə demişdir ki, “Bəxtiyar sənlə bağlı mənə şəkillər atır”. Elvin də demişdir ki, “sən ona niyə cavab vermisən?” Bu barədə Elvinə nə dediyini xatırlamır. Səhv etmirsə, Elvinə “Bəxtiyar uşağa görə mənə yazırdı” demişdir. Elvin Bəxtiyarın yaxşı pulu var istifadə etmək lazımdır deyə bir söz deməmiş, ümumiyyətlə Elvin heç vaxt Bəxtiyar barədə nə isə danışmamışdır. Bəxtiyar heç vaxt kontur vurmamış, ya da hər hansı məbləğ ötürməmişdir. Lakin Bəxtiyar uşağı mağazaya aparıb ona şirniyyat almışdır. Bir dəfə də, uşağın əlinə 1 manat pul vermişdir. Bəxtiyarla restorana getməmiş, Bəxtiyar onun restoranda hesabını verməmiş, belə hal baş verməmişdir. Bunlar hamısı şər böhtandır. Bəxtiyarın pulu olmamışdır. Bəxtiyar borclarının olduğunu demişdir. Bəxtiyar heç vaxt ona pul verməmiş, onu heç yerə aparmamışdır. Bəxtiyarla sevgili münasibətində olmamışdır. Bəxtiyarla telefonda danışmış, lakin sevgili olmamışdır. İstintaqda Bəxtiyarla sevgili olduğunu deməmişdir. İstintaqdakı ifadənin altındakı imza ona məxsusdur. Lakin ifadəni oxumadan imzalamışdır. Müstəntiqə ifadə verən vaxt sevgili sözü işlətməmişdir. İfadənin altına məcbur imza atmamışdır. Müstəntiq ifadə almış, lakin ifadə verən vaxt sevgili sözünü işlətməmişdir. Müstəntiq ondan ifadə almış, oturub danışmış və sual-cavab etmişdir. Müstəntiq ifadəni “Printer”dən çıxarmış, ifadəyə imza çəkmişdir. Lakin müstəntiqə ifadə verən vaxt sevgili sözünü işlətməmişdir. Elvinin dediyinə oxşar formada ona məlumat vermiş və Elvinə demişdir ki, “uşağı bağçaya apararkən, Bəxtiyar uşağı əlindən tutub bağçaya aparırdı”. Bəxtiyar yaxınlaşan vaxt qonşular görmüşdür. Elvin Bəxtiyarla arasında nə münasibət olduğunu soruşmuşdur. Elvinə uşaqla gedərkən Bəxtiyarın onlara yaxınlaşdığını və bunu qonşuların gördüyünü demişdir. Əvvəl Bəxtiyarın yazdığını, uşaqla maraqlandığını Elvindən gizlətmişdir. Sonradan Elvinə bildirmişdir. Elvin Bəxtiyarla aralarında olan münasibəti gedib araşdırıb məsələnin axrına çıxacağını bildirmişdir. Hadisədən bir gün əvvəl Elvin anasını çağırmış, Bəxtiyarla onun münasibətinin olduğunu, sabah məsələni aydınlaşdıracağını bildirmişdir. Elvin həmin gün toya getmişdir. Bəxtiyara demişdir ki, “Elvin səni axtarır getməyərsən”. Bəxtiyarda heç yerə getməyəcəyini evdə olacağını demişdir. Elvin toydan sonra evə gəlmiş və daha sonra küçəyə çıxmışdır. Ancaq hara getdiyini bilməmişdir. Sonradan xəbər gəlmişdir ki, Elvin Bəxtiyarı bıçaqlayıb. Elvinin qardaşının həmin gün evdə olub-olmadığını dəqiq xatırlamır. Sədaqət Rüstəmova hadisəni eşidən kimi qardaşlarını çağırmışdır. İfadəsində sevgili sözünü işlətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə doğrudur. Yalnız sevgili sözünü qəbul etmir. Bəxtiyar mesaj yazmışdır. O da mesajları cavablandırmışdır. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, həmin nikahdan 2018-ci il təvəllüdlü Pünhan və 2020-ci il təvəllüdlü Anur adlı övladları dünyaya gəlmişdir. X10 isə uzun müddətdir ki, tanımış, belə ki, sonuncu onunla qonşu ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs 2023-cü ildə işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmişdir. Təqsirləndirilən şəxs ölkə xaricinə getdikdən sonra, 2024-cü ilin yay aylarında Bəxtiyar Həsənli “Tiktok” sosial şəbəkəsi vasitəsi ilə onun hesabına mesaj yazmışdır. Bəxtiyarı uzun müddətdir tanıdığından “Tiktok” sosial şənəkəsində onun hesabı olduğunu bilmişdir. Bundan sonra Bəxtiyarla həm “Tiktok” sosial şəbəkəsi üzərindən, həm də Whatsapp ani mesajlaşma tətbiqi vasitəsi ilə danışmağa başlamış və aralarında sevgi münasibəti başlamışdır. Bir neçə müddət Bəxtiyarla gündəlik olaraq Whatsapp tətbiqi vasitəsi ilə danışmışdır. 2024-cü ilin sentyabr ayında Elvin Qazaxıstandan qayıtdıqdan bir neçə gün sonra onun mobil telefonuna Bəxtiyarın Whatsapp tətbiqi vasitəsi ilə zəng etdiyini görmüşdür. Bəxtiyarın nə üçün zəng etdiyini soruşmuş, o isə Bəxtiyarla olan münasibətlərini gizlədərək uşaqlarla maraqlanmaq üçün zəng etdiyini bildirmişdir. Bu hadisədən sonra Elvin hər 2-3 gündən bir Bəxtiyarla hər hansı münasibətləri olubolmadığını soruşmuşdur. O, isə hər dəfəsində fərqli cavablar verərək Bəxtiyarla olan münasibətlərini gizlətməyə çalışmışdır. Lakin, son dövrlərdə Elvin artıq Bəxtiyarla münasibətləri olduğundan şübhələnmişdir. Belə ki, Elvin çıxıb getməyini, ona heç nə etmək istəmədiyini, lakin, Bəxtiyar ilə bu məsələnin axırına çıxacağını bildirmişdir. Sonuncu dəfə, Elvinlə bu mövzu haqqında xx.xx.2024-cü il tarixdə, axşam saatlarında danışmışdır. Bu zaman Elvin tələsməməyini, artıq sabah bu mövzunu tam aydınlaşdıracağını bildirmişdir. Bu zaman Elvinin X35 ora gəlmiş, Elvin onunla Bəxtiyarın münasibəti olduğunu, artıq bu məsələni sabah tamamilə aydınlaşdıracağını bildirmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Elvin səhər 05-06 radələrində toy məclisində iştirak etmək üçün evdən çıxmışdır. Həmin gün Bəxtiyarın istifadəsində olan mobil telefona Elvinin onu harasa çağıracağı təqdirdə getməməsini demişdir. Bəxtiyar isə cavabında heç hara getməyəcəyini, evdə olacağını bildirmişdir. Həmin gün, saat 20 radələrində Elvin evə qayıtmış və anasına özü ilə Bəxtiyar arasında olan münasibətdən danışaraq Bəxtiyar ilə söhbət edəcəyini bildirməklə evdən çıxıb getmişdir. Bu zaman X15rdaşı X38 ilə söhbət etmək məqsədi ilə evdən çıxdığını, onunla birlikdə getməsini bildirdiyinə görə Elçin qardaşından bir neçə dəqiqə sonra evdən çıxmışdır. Sədaqət Rüstəmova isə zəng edərək öz qardaşlarına baş verən hadisə barədə məlumat verməklə onları çağırmışdır. Təxminən 20-25 dəqiqə sonra Elçin və Elvin evə qayıtmış, Elvin Bəxtiyarı bıçaqla vurduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gələrək Elvini polis şöbəsinə aparmışdır. Bəxtiyar Həsənli ilə olan münasibətlərini heç kəsə deməmiş, Bəxtiyarın isə kiməsə deyib-demədiyini bilməmişdir. Elvin Bəxtiyarla aralarında olan məsələni neçə həll edəcəyi barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, həm Şahid1, həm də X14 qonşusu olmuş, hər ikisini uzun müddətdir ki tanımış, münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvanda olarkən çöldən kiminsə “Elvin geri qayıt hara getdin” deməsini, bundan bir neçə dəqiqə sonra yaşadığı fərdi yaşayış evinin giriş darvazasının bərk döyüldüyünü eşitmişdir. Qapını açdığı zaman Bəxtiyar Həsənlinin əlini qarnına tutaraq daravazaya söykəndiyini görmüşdür. Ondan nə olduğunu soruşduqda Bəxtiyar yıxılaraq xəsarət aldığını və ona kömək etməyini xahiş etmişdir. Bəxtiyarı qolundan tutaraq yaşadığı evə aparmış və həyat yoldaşına dəsmal gətirməsini bildirmişdir. Bəxtiyarı evdə uzadaraq dəsmalı Bəxtiyarın yaralandığı qarın nahiyəsinə tutmuşdur. Bu zaman üzbəüz qapı qonşusu olan Taleh içəri gəlmiş və Bəxtiyardan nə olduğunu soruşmuş, sonuncu yenə də yıxıldığını ona görə yaralandığını, təcili tibbi yardım istəmədiyini, sadəcə tanış həkimin gəlib ona yardım etməsini istədiyini bildirmişdir. Bununla razılaşmayıb Bəxtiyarın əmisi oğlu Şahid8 zəng edərək məsələni ona bildirmişdir. Bir neçə dəqiqə sonra Kamal gələrək Bəxtiyarın vəziyyətini görmüş, təcili tibbi yardım çağırmağın mütləq olduğunu Bəxtiyara bildirmiş və TTTY-in 103 xidmətinə zəng etmişdir. Həmin zaman evə Təqsirləndirilən şəxs dayısı (adını xatırlamır) və əmisi oğlu Şahid5 gəlmişdir. Elvinin dayısı Elvinin Bəxtiyarı bıçaqla vurduğunu və təcili tibbi yardım çağırmadığını bildirmişdir. Hadisə yerində olan şəxslərlə birlikdə Elvinin Bəxtiyarı bıçaqla vurduğunu öyrənmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobilini qarşılamaq üçün evdən çölə çıxmış, bu zaman evin qarşısında Təqsirləndirilən şəxs əmisi oğlu Şahid3 və Şahid5, qonşuluqda yaşayan Mehmanı və Talehi görmüşdür. Təcili tibbi yardım avtomobili gəldikdən sonra həkim heyətinin köməyi ilə Bəxtiyarı avtomobilə yerləşdirmişdir. Daha sonra Elvinin dayısının idarə etdiyi avtomobil ilə birlikdə Mingəçevir ŞMX-a getmişdir. Burada lazımi müayinə tədbirlərindən sonra Bəxtiyarın qanaxması olduğu bildirilərək sonuncu əməliyyata alınmışdır. Təxminən 3 saat orada gözlədikdən sonra Bəxtiyarın əməliyyatında iştirak edən 2 nəfər həkim yanlarına gələrək əməliyyatın videosunu təqdim edərək cərrahi müdaxilənin uğurlu olduğunu lakin Bəxtiyarın xəsarət aldıqdan sonra xəstəxanaya çatdırılana qədər 1.5 litir, əməliyyatın gedişində isə 1 litir qan itirdiyini bildirmişdir. Həmin zaman Bəxtiyarın əmisi oğlu Şahid8 qan qrupunun Bəxtiyarın qan qrupuna uyğun olduğunu, qan verə biləcəyini demiş, lakin, əməliyyatı icra edən həkim qana ehtiyac olmadığını bildirmişdir. Daha sonra oradan çıxaraq evə qayıtmışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında isə Bəxtiyar Həsənlinin xəstəxanada öldüyünü öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Sadəcə Elvinin dayısı X21 bıçaqla xəsarət yetirdiyini demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Neman, Elgiz və Şahid1 Bəxtiyar Həsənli ilə mübahisə etdiyini və ona qarşı fiziki zor tətbiq etdiklərini görməmiş və həmin hadisəni görə biləcək digər şəxs tanımamışdır. Daha əvvəl Bəxtiyar Həsənli ilə Təqsirləndirilən şəxs eləcə də sonuncunun qohumları arasında mübahisənin olub-olmamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X14 qohumu, Təqsirləndirilən şəxs isə həmkəndlisi olmuşdur. Bəxtiyar Həsənli ilə Təqsirləndirilən şəxs münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda olmuşdur. Həmin gün, saat 21 radələrində qonşusu Şahid6 zəng edərək Bəxtiyar Həsənlinin yaralı olduğunu, təcili özünü çatdırmalı olduğunu bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid6 yaşadığı ünvana getmişdir. Ora getdiyi zaman Bəxtiyar Həsənlinin qonşusu Şahid7, Şahid6, sonuncunun arvadının həmin evdə olduğunu, Bəxtiyarın isə arxası üstə yerdə uzandığını görmüşdür. Bəxtiyardan nə olduğunu soruşduğu zaman yıxıldığını və xəsarət aldığını bildirmişdir. Onun vəziyyətinin pis olduğunu görüb təcili tibbi yardım çağırmaq məqsədi ilə öz mobil telefonunu götürmüş, vəsait olmadığını gördüyü üçün Bəxtiyarın mobil telefonunu götürüb TTTY-in 103 xidmətinə zəng etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs dayısı Şahid6 yaşadığı ünvana gəlmiş və Təqsirləndirilən şəxs Bəxtiyarı bıçaqla vurduğunu və təcili tibbi yardım avtomobili çağırmadığını bildirmişdir. O və hadisə yerində olan digər şəxslər yalnız bundan sonra Elvinin Bəxtiyarı bıçaqla vurduğunu öyrənmişdir. Şahid6 bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobilini qarşılamaq üçün evdən çölə çıxmışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra həkim heyətinin köməyi ilə Bəxtiyar avtomobilə yerləşdirilmişdir. Daha sonra Elvinin dayısının idarə etdiyi avtomobil ilə birlikdə Mingəçevir ŞMX-a getmişdir. Burada lazımi müayinə tədbirlərindən sonra Bəxtiyarın qanaxması olduğu deyilmiş və sonuncu əməliyyata qaldırılmışdır. Təxminən 3 saat orada gözlədikdən sonra Bəxtiyarın əməliyyatında iştirak edən 2 nəfər həkim yanlarına gələrək əməliyyatın videosunu təqdim edərək cərrahi müdaxilənin uğurlu olduğunu bildirmiş və əlavə olaraq Bəxtiyarın xəsarət aldıqdan sonra xəstəxanaya çatdırılana qədər 1.5 litir, əməliyyatın gedişində isə 1 litir qan itirdiyini bildirmişdir. Həmin zaman Bəxtiyarın əmisi oğlu Şahid8 qan qrupunun Bəxtiyarın qan qrupuna uyğun olduğunu, qan verə biləcəyini demiş, lakin, əməliyyatı icra edən həkim qana ehtiyac olmadığını bildirmişdir. Daha sonra oradan çıxaraq evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında isə Bəxtiyar Həsənlinin xəstəxanada öldüyünü öyrənmişdir. Həmin gün, günorta saatlarında isə yas mərasimində olan zaman ora gələn kənddə yaşayan şəxslər Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun qardaşı Şahid1 və onların qohumları Şahid3 və Şahid5 birlikdə Bəxtiyar Həsənlinin yaşadığı ünvana getdiyini və sonuncuya qarşı fiziki zor tətbiq etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənlini bıçaqla vurduğunu demişlər. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Həmin zaman yaşadığı ünvanda olmuşdur. Sadəcə Şahid6 zəng etdikdən sonra bu barədə xəbərdar olmuşdur. xx.xx.2024cü il tarixdə Neman, Elgiz və Şahid1 Bəxtiyar Həsənli ilə mübahisə etdiyini və ona qarşı fiziki zor tətbiq etdiklərini görməmiş və həmin hadisəni görə biləcək digər şəxs tanımamışdır. Yas mərasimində olan zaman Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun qardaşı Şahid1 və onların qohumları Şahid3 və Şahid5 birlikdə Bəxtiyar Həsənlinin yaşadığı ünvana getdiyini və sonuncuya qarşı fiziki zor tətbiq etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənlini bıçaqla vurduğunu deyən şəxsləri tanımamış onların şəxsiyyətləri və əlaqə vasitələri haqqında heç nə bilməmişdir. Daha əvvəl Bəxtiyar Həsənli ilə Təqsirləndirilən şəxs, eləcə də sonuncunun qohumları arasında mübahisənin olub-olmamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və həm də X14 qonşusu olmuş, həmin şəxsləri uzun müddətdir ki tanımışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Keçən il hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs işləmək məqsədi ilə Qazaxıstan Respublikasına getmişdir. Həmin ərəfələrdə Bəxtiyar Həsənli ona Elvinin arvadı Şahid2 ilə aralarında münasibət olduğunu bildirmişdir. O isə belə hərəkətin Bəxtiyara yaraşmadığını, Gülay ilə münasibəti yekunlaşdırmalı olduğunu Bəxtiyara demişdir. Təqsirləndirilən şəxs Qazaxıstan Respublikasından qayıtdıqdan sonra isə Bəxtiyar artıq Şahid2 ilə münasibətini bitirdiyini bildirmişdir. Bundan başqa, Bəxtiyar həm də Təqsirləndirilən şəxs əmisi oğlu Şahid3 həyat yoldaşı Gülşən Rüstəmovanın istifadəsində olan mobil nömrəyə də tanış olmaq məqsədi ilə Whatsapp proqramı vasitəsi ilə mesaj yazmış, lakin, sonradan Şahid3 qardaşı Pərvin Rüstəmovun bundan xəbəri olmuş, buna görə də mesaj yazmağa davam etməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21:31 dəqiqədə Şahid1 hazırda xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Bəxtiyar Həsənlinin yaşadığı ünvanın yaxınlığına gəlməyini, onunla görüşmək istədiyini bildirmişdir. Həmin zəngdən sonra yaşadığı evdən çıxaraq Bəxtiyarın yaşadığı ünvana tərəf getmişdir. Bu zaman yolda olarkən Şahid1 və qardaşı Təqsirləndirilən şəxs görmüşdür. Elvin X5 arvadı Şahid2 narahat etdiyini, bu səbəbdən ona bıçaq xəsarəti yetirdiyini bildirmişdir. Dərhal qaçaraq Bəxtiyarın yaşadığı ünvana getmişdir. Ora çatdığı zaman Bəxtiyarın yaşadığı evin yaxınlığında yaşayan Nizami adlı şəxsin evinin qarşısında Təqsirləndirilən şəxs əmisi oğlu Şahid3 görmüşdür. Ondan nə baş verdiyini soruşsa da, sonuncu onun sualına cavab verməmişdir. Nizami adlı şəxsin yaşadığı evin darvazasından daxil olduqda fərdi yaşayış evinin həyətində Nizami adlı şəxsi və Şahid3 qardaşı Şahid5 görmüşdür. Onlardan nə olduğunu soruşduqda Bəxtiyarın yaralı olduğunu öyrənmişdir. Həmin zaman Nizami adlı şəxs Bəxtiyarın təcili tibbi yardım istəmədiyini, qonşuluqda yaşan tibb bacısının yardım etməsini istədiyini bildirmişdir. O, isə onunla razılaşmayaraq təcili tibbi yardımın gəlməsinin zəruri olduğunu bildirmişdir. Daha sonra Nizami adlı şəxs təcili tibb yardıma zəng edildiyini, həkim heyətinin qısa müddət ərzində gələcəklərini bildirmişdir. Bir müddət sonra oradan çıxaraq evə getmişdir. Təxminən bir neçə dəqiqə sonra evdə olarkən təcili tibbi yardım avtomobilinin səsini eşitmişdir. Təxminən 30 dəqiqə sonra Nizami adlı qonşuya zəng edərək Bəxtiyar Həsənlinin vəziyyətini soruşmuş, sonuncu da cavabında Bəxtiyarın yarasına tikiş qoyulduğunu, vəziyyətin qənaətbəxş olduğunu bildirmiş, lakin, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bəxtiyar Həsənlinin xəstəxanada öldüyünü öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Neman, Elgiz və Şahid1 Bəxtiyar Həsənli ilə mübahisə etdiyini və ona qarşı fiziki zor tətbiq etdiklərini görməmiş və həmin hadisəni görə biləcək digər şəxs tanımamışdır. xx.xx.2024-cü il tarixdə uzaqdan Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibinə bıçağı qoyduğunu görmüş, lakin, məsafə uzaq olduğu üçün bıçağın xüsusiyyətləri haqqında heç nə deyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Sadəcə X31 bıçaqla xəsarət yetirdiyini demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilmir. Daha əvvəl Bəxtiyar Həsənli ilə Təqsirləndirilən şəxs və sonuncunun qohumları arasında hər hansı mübahisə olub-olmaması haqqında məlumatı olmamışdır. Bəxtiyar Həsənli narkotik vasitələrin marixuana növündən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1, həm də X14 qonşusu olmuş, hər ikisini uzun müddətdir ki tanımışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvanda olarkən qonşusu Şahid6 fərdi yaşayış evinin giriş darvazasının bərk döyüldüyünü eşitmişdir. Ora getdiyi zaman Təqsirləndirilən şəxs əmisi oğlu Elgiz Rüsrəmovun və Şahid3, eləcə də qonşuluqda yaşayan Mehmanı orada görmüşdür. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs dayısı Fərhad gəlmiş və Elvinin Bəxtiyarı bıçaqla vurduğunu və təcili tibbi yardıma xəbər vermədiyini bildirmişdir. Bunu eşidəndən sonra dərhal evə girmiş və Bəxtiyarın evdə uzandığını əli ilə qarın nahiyəsində olan yaranı tutduğunu görmüşdür. Ondan nə olduğunu soruşmuş, Bəxtiyar cavabında yıxıldığını və təcili tibbi yardıma ehtiyac olmadığını bildirmişdir. Bununla razılaşmamış və təcili tibbi yardımın gəlməsinin lazım olduğunu bildirmişdir. Bundan sonra Bəxtiyar öz mobil telefonu ilə TTTY-in 103 xidmətinə zəng etmişdir. Həmin gün, 21:50 radələrində təcili tibbi yardım avtomobili gəlmiş və həkim heyətinin köməyi ilə Bəxtiyar avtomobilə yerləşdirilərək xəstəxanaya aparılmışdır. Daha sonra Elvinin dayısının idarə etdiyi avtomobil ilə birlikdə Mingəçevir ŞMX-a getmişdir. Burada lazımi müayinə tədbirlərindən sonra Bəxtiyarın qanaxması olduğu deyilmiş və sonuncu əməliyyata qaldırılmışdır. Təxminən 3 saat orada gözlədikdən sonra Bəxtiyarın əməliyyatında iştirak edən 2 nəfər həkim yanlarına gələrək əməliyyatın videosunu təqdim edərək cərrahi müdaxilənin uğurlu olduğunu bildirmiş və əlavə olaraq Bəxtiyarın xəsarət aldıqdan sonra xəstəxanaya çatdırılana qədər 1.5 litir, əməliyyatın gedişində isə 1 litr qan itirdiyini bildirmişdir. Həmin zaman Bəxtiyarın əmisi oğlu Şahid8 qan qrupunun Bəxtiyarın qan qrupuna uyğun olduğunu, qan verə biləcəyini demiş, lakin, əməliyyatı icra edən həkim qana ehtiyac olmadığını bildirmişdir. Daha sonra oradan çıxaraq evə qayıtmışdır. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında isə Bəxtiyar Həsənlinin xəstəxanada öldüyünü öyrənmişdir. X7 yaşadığı evlə onun yaşadığı ev bitişik şəkildədir. Yəni, evdə hər hansı səs olarsa həmin səsi eşitmişdir. Lakin, həmin gün Bəxtiyar Həsənlinin evində hər hansı mübahisə, söz-söhbət olmamışdır. X22 Şahid6 evinin giriş darvazasını döydüyü zaman onun səsini eşitmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Sadəcə Elvinin dayısı X21 bıçaqla xəsarət yetirdiyini demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Neman, Elgiz və Şahid1 Bəxtiyar Həsənli ilə mübahisə etdiyini və ona qarşı fiziki zor tətbiq etdiklərini görməmiş və həmin hadisəni görə biləcək digər şəxs tanımamışdır. Daha əvvəl Bəxtiyar Həsənli ilə Təqsirləndirilən şəxs eləcə də sonuncunun qohumları arasında mübahisənin olub-olmamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid1 əmisi oğludur. X14 isə qonşusu olmuş, sonuncunu uzun müddətdir ki tanımışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Elvin istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, o isə Elvinə hazırda görüşə bilməyəcəyini, yanında qonağı olduğunu demişdir. Təxminən 15 dəqiqə sonra evdən çıxaraq Elvinə zəng etmiş, harada olduğunu soruşmuş, sonuncu yaşadığı küçədə olduğunu bildirmişdir. Elvinlə yaşadığı küçədə, 4 yol adlanan yerdə görüşmüş, bu zaman Elvinin yanında qardaşı Elçin də olmuşdur. Elvin həmin zaman Bəxtiyar Həsənlinin onun arvadı Şahid2 Whatsapp vasitəsi ilə mesaj yazaraq narahat etdiyini, bu səbəbdən də Bəxtiyarı bıçaqla vurduğunu və ürəyinin sakitləşdiyini bildirmiş və yaşadığı evə tərəf getmişdir. Bu zaman X28 adlı qonşusunun yaşadığı evin giriş darvazasını döydüyünü və içəri girdiyini görmüşdür. Bəxtiyarın vəziyyətinin necə olduğunu öyrənmək məqsədi ilə Nizami adlı qonşusunun yaşadığı evə getmişdir. Qapıdan içəri girdiyi zaman Nizami adlı şəxs Bəxtiyarın yaralı olduğunu, lakin, sonuncunun təcili tibbi yardım istəmədiyini, sadəcə tibb bacısını çağırmasını istədiyini bildirmişdir. Lakin, Nizami Bəxtiyarın istəyinin əksinə təcili tibbi yardıma zəng edəcəyini demişdir. Bundan sonra qayıdıb yenidən yaşadığı küçəyə çıxmışdır. Elvin və ailəsinin yaşadığı evə tərəf gedərkən artıq qonşuluqda yaşayan şəxslərin və Elvinin dayıları Cabbar və Fərhadın Nizami adlı qonşusunun evinə tərəf getdiklərini və hadisə ilə maraqlandıqlarını görmüşdür. Daha sonra Elvin və ailəsinin yaşadığı evə getmişdir. Burada Elvinin qardaşı Elçindən nəyə görə qardaşına mane olmadığını və belə bədbəxt hadisə törətməsinə icazə verməsini soruşmuşdur. Elçin isə mane olmaq üçün getdiyini, lakin özünü çatdıra bilmədiyini bildirmişdir. Həmin zaman Elvin Bəxtiyarın onun həyat yoldaşı Gülşən Rüstəmovaya da “Whatsapp” vasitəsi ilə mesaj yazdığını, qardaşı Pərvinin bundan xəbərdar olduğunu və Bəxtiyar ilə bu barədə danışdığını, Bəxtiyarın isə səhvən mesaj yazdığını dediyini bildirmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra təcili tibbi yardım avtomobilinin Nizaminin evinin qarşısından xəstəxanaya tərəf hərəkət etdiyini görmüşdür. Həmin hadisənin 15 dəqiqə sonra isə Elvin evə gələn polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Daha sonra qardaşı Pərvin də Elvinin dediklərini təsdiqləmiş və Bəxtiyar ilə bu barədə danışdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında isə Bəxtiyarın Mingəçevir ŞMX-da öldüyünü öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq ilə xəsarət yetirdiyini desə də, məhz hansı bıçaqla Bəxtiyar Həsənliyə xəsarət yetirdiyini bilməmiş və həmin bıçağı görməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. Sadəcə X31 bıçaqla xəsarət yetirdiyini demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. X14 isə qonşusu olmuş, sonuncunu uzun müddətdir ki tanımışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün adətən Mingəçevir şəhərində Bahar küçəsində yerləşən Peşə məktəbinin qarşısında dayanmışdır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yenə həmin yerdə olarkən kənd əhalisinin Nizami adlı şəxsin evinin qarşısına yığışdığını görmüşdür. Nə baş verdiyini öyrənmək məqsədi ilə ora getmişdir. Evə daxil olduğu zaman Bəxtiyar Həsənlinin yaralı şəkildə, sol əli ilə qarın nahiyəsini tutaraq uzandığını görmüşdür. Ondan nə olduğunu soruşduğu zaman Bəxtiyar Elvinin onu bıçaqla vurduğunu demişdir. Həmin zaman həyəcanlandığı üçün nə edəcəyini bilməmiş və tibbi yardım çağırılıb-çağırılmadığını soruşmuşdur. Nizami adlı şəxs artıq tibbi yardımın çağırıldığını, tez bir zamanda həkim heyətinin gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və Bəxtiyar Həsənli avtomobilə yerləşdirib mərkəzi xəstaxanaya aparılmışdır. xx.xx.2024-cü il tarixdə X8 ŞMX-da öldüyünü öyrənmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə bıçaq xəsarəti yetirdiyini görməmişdir. X3 bıçaqla vurduğunu demişdir. Buna görə də, həmin hadisənin şahidləri haqqında heç nə deyə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 22:30-da Mingəçevir şəhər xəstəxanasının PHŞ-nın Acil şöbəsindən tibb bacısı Mahmudova telefonla məlumat verərək Mingəçevir şəhəri 2-ci Məktəb küçəsi ev 31-də yaşayan, xx.xx.1998-ci il təvəllüdlü X14 qarnın ön divarının daxilə keçən açıq yarası xəsarətini almasını bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri olan Mingəçevir şəhəri, 2-ci məktəb küçəsi fərdi yaşayış evlərinin yerləşdiyi küçədir. Küçədə avtomobil yolunun sağ və sol tərəfində yaşayış evləri vardır. Həyətyanı sahələr mişar daşla hasarlanmışdır. Küçədən keçən avtomobil yolunun eni 7 metrdir. Yolun sağ və sol tərəflərində ehtiyyat torpaq sahəsi vardır. Hadisə avtomobil yolunun kənarında, X7 yaşadığı 31 saylı yaşayış binasından 30 metr məsafədə baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs X11 bıçaqla xəsarət yetirdikdən sonra həmin bıçağı atdığı yeri göstərdi. Həmin yerə baxış keçirilərkən müəyyən olundu ki, avtomobil yolunun kənarında, asfaltın üzərində dəstəyi taxtadan olan bıçaq vardır. Bıçaqdan yolun sol yan kənarına 50 sm, yolun sağ yan kənarına isə 6,5 metrdir. Bıçağın dəstəyi tiyəyə 3 ədəd dəmir düymə ilə bərkidilmişdir. Tiyəsinin bir tərəfi kəsicidir. Baxış zamanı bıçağın tiyəsinin üzərində qana bənzər ləkələr aşkar olunmuş, bıçaq maddi sübut əhəmiyyəti nəzərə alınmaqla müvafiq şəkildə qablaşdırılıb götürülmüşdür (cild 01, iş vər. 04-08). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində həmin gün saat 00:10 dəqiqədə Mingəçevir şəhər Polis şöbəsinin inzibati binasında tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 03:00-da Mingəçevir şəhəri 2-ci Məktəb küçəsi ev 31-də qeydiyyatda olan və yaşayan X14 müalicə aldığı X2 şöbəsində aldığı xəsarətlərdən ölmüşdür (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, meyit X11 məxsusdur. Meyit MTE və PA ETT birliyinin Mingəçevir şəhər şöbəsinin meyitxanasında təşrih masasının üzərində uzadılmışdır. Əynində paltarlar yoxdur. Meyid kişi cinsli və düzgün bədən quruluşludur. Dərialtı piy toxuması normal inkişaf etmişdir. Meyid soyumuşdur. Meyid ləkələri bədənin arxa və yan səthlərində zəif inkişaf etmişdir. Barmaqla təsir etdikdə itir və 3 dəqiqə müddətində yenidən bərpa olunur. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərdə normal inkişaf etmişdir. Dəri örtüyü avazımışdır. Saçları qaradır rəngdədir, uzunluğu 2-3 sm-ə qədərdir, boyunun uzunluğu 4sm-dir, əllədikdə kəllə tagı sümükləri tamdır. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Bəbəklər bərabər diametrdə olub ölçüləri təxminən 0.5 sm-dir, buynuz qişa şəffafdır. Əllədikdə üz və burun sümükləri tamdır, burun dəlikləri və ağız boşluğu sərbəstdirlər. Ağızı yarıqapalı vəziyyətdədir. Dodaqlarımda xəsarətlər aşkar olunmur. Dişləri təbiidir. Boyunu bədənə mütənasib formadadır. Xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Döş qəfəsi slindirik formadadır, əllədikdə qabırğalar tamdır, qarnı döşü səviyyədədir. Xarici cinsiyyət üzvüləri kişi cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmizdir, sərbəst keçiricidir, ətraf dərisi zədəsizdir. Ətrafları normal inkişaf etmişdir, aşağı və yuxarı ətraflarında patoloji hərəkəllilik yoxdur. Xəsarətləri-göbəkdən yuxarı orta xətt üzrə 15 sm uzunluğunda, ətrafında 14 ədəd cərrahi tikiş olan cərrahi əməliyyat kəsiyi vardır. Qarının aşağı sol kvadratında drenaj borusu üçün açılmış 1,4 sm ölçüdə cərrahi kəsik vardır. Qarının yuxarı sol ön kvadratında boylama istiqamətdə aşağı bucağı iti yuxarı bucağı küt, kənarları hamar və ətralarında iki ədəd cərrahi tikiş olan 1,9x0.3 sm ölçüdə yara vardır. Meyidin xarici müayinəsi zamanı başqa xəsarət aşkar olunmadı. Baxış zamanı cinayət işi üzrə cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək X7 hadisə zamanı üzərində olmuş paltarlar və “Redmi” markalı mobil telefon müvafiq şəkildə qablaşdırlaraq götürüldü (cild 01, iş vər. 29-34). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(051)-83/2024 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 93-98). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, bıçaq qatlanmayan konstruksiyalı bıçaqdır. Bıçaq tiyə və dəstək hissədən ibarət olub, ümumi uzunluğu 217 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, diger tərəfi (ağzı) kesici, ucu deşici xassəyə malikdir. Tiyənin küt tərəfə birləşməsi nəticəsində əmələ gəlmiş və orta xətdən aşağıda yerləşir. Tiyənin ümumi uzunluğu 117 mm, orta hissədən eni 19,5 mm, maksimal qalınlığı 0,9 mmdir. Tiyənin sol üzərinə "feng-feng" yazıları həkk edilmişdir. Dəstəyin əsası tiyənin davamıdır və üzərinə açıq qəhvəyi rəngli taxtaya oxşar materialdan hazırlanmış üzlük bərkidilmişdir. Dəstəyin ölçüləri: uzunluğu 110 mm, orta hissədən eni 19 mm, orta hissədən qalınlığı 11,5 mm-dir. Bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. xüsusiyyətlərinə görə deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir (cild 01, iş vər. 100-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bəxtiyar Həsənlinin əynində olmuş bir ədəd qara rəngli uzunqol köynəyin uzunluğu -590 mm, çiyin hissəsindən eni -350 mm-dir. Köynəyin üzərində qanabənzər maddənin ləkələri və istismar xarakterli izlər müşahidə olundu. Köynəyin ön sol orta hissəsində sol yan tikişdən 210 mm sağda, ətəyin aşağı son kənarından 200 mm yuxarıda bir ədəd 24 mm uzunluqda zədə vardır. Hadisə zamanı Bəxtiyar Həsənlinin əynində olan belində qara rəngli kəməri olan 01 ədəd göy rəngli cins şalvarın uzunluğu 920 mm, bel hissəsindən eni 420 mm-dir. Şalvarın üzərində istismar xarakterli izlər mövcuddur (cild 01, iş vər. 103-106). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, əynində olmuş bir ədəd gödəkcə qara rəngli, başlıqlı, ön hissəsi zəncırbəndlı, ıkı yan cibli uzunqol gödekçədir. Gödəkçənin uzunluğu 790 mm, çiyin hissəsindən eni 440 mm-dir. Gödəkçənin üzərində istismar xarakterli izlər müşahidə olundu. Gödəkcə üzərində zədə aşkar edilmədi. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan bir ədəd qara rəngli uzunqol köynəyin uzunluğu 540 mm, çiyin hissəsindən eni 310 mm-dir. Köynək üzərində istismar xarakterli izlər müşahidə olundu. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd qara rəngli, ön yuxarı hissəsi zəncirbəndli cins şalvarın uzunluğu 860 mm, bel hissəsindən eni 340 mm-dir. Təqdim edilmiş şalvarın üzərində istismar xarakterli izlər müşahidə olundu (cild 01, iş vər. 107-109). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər X1 məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (cild 01, iş vər. 174). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur və müraciəti daxil olmamışdır (cild 01, iş vər. 175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X23 PHŞ-in 48 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü X7 ölümünə səbəb, kəskin daxili qanaxma zamanı inkişaf edən posthemorrargik şok olmuşdur. - bədənin üzərində aşkar olunan xəsarət: nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən bir ədəd deşilmiş-kəsilmiş yara, kəsici-düşici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - X7 ölümünün müddəti tibbi sənəddə göstərilən xx.xx.2024-cü il 02 radələrinə uyğundur (cild 01, iş vər. 227-231). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edilmiş və həmin idarədən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 236). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2025-ci il tarixli 3/2004, 3/2015 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kesici, ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthində olan zədə bir tərəfi kesici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kesilmə zədəsidir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. - Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthindəki zədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X13 xx.xx.2024-cü il tarixli 48 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən «Qarın boşluğu dəlib keçən bir ədəd deşilmiş-kesilmiş yara....» xəsarəti ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. - Təqdim edilmiş üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində «Təqsirləndirilən şəxs məxsus..» yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur (cild 02, iş vər. 55-59). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/5588/2024 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərində aşkarlanmış qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərində aşkar edilmiş qara rəngli pambıq liflər rənginə və təbiətinə görə X11 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 60-66). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X23 PHŞ-in xx.xx.2025-ci il tarixli, 22/KEŞ saylı rəyindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə TTTY vasitəsi ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Acil şöbəsinə gətirilmişdir. Xəstəyə obyektiv müayinələr aparılmış və qarnın ön divarında, göbəkdən yuxarı orta xətdə təqribi 2 sm solda, ölçüləri ~1,5x0,6 sm olan, kənarları hamar, bucaları iti qanayan yara aşkar edilmişdir. Yaranın birincili reviziyası zamanı yara kanalının istiqaməti aşağıdan yuxarı, bayırdan içəriyə doğrudur. Yara kanalı qarın boşluğuna açılır. Deşilmiş-kəsilmiş yara qarın boşluğuna nüfuz etdiyi üçün qarın boşluğunun USM və rentgen müayinələri aparılmışdır. Qarın boşluğunda mayeli sahə izlənilmiş və xəstə təcili əməliyyatxanaya verilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:05-də «Laparotomiya. Nazik bağırsağın və müsariqənin tikilməsi. QBDE» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində qarın boşluğunda ~ 1 litrə qədər qan və qan laxtaları sorucu ilə qurudulmuşdur. Nazik bağırsaqda Treitz bağında ~ 50 sm məsafə, 4 ədəd və nazik bağırsaq müsariqəsində 1 ədəd dəlib-keçən yaralar aşkar olunaraq tikilmişdir. Əməliyyat bitdikdən ~ 20 dəqiqə sonra xəstənin vəziyyəti qəflətən pisləşmiş və göstərilən tibbi tədbirlərə baxmaraq xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində bioloji ölüm faktı qeydə alınmışdır. X7 meyiti müayinə olunmuş və onun ölümünə səbəb «kəskin daxili qanaxma zamanı inkişaf edən posthemorragik şok»un olduğu müəyyən edilmişdir. X11 təyin edilmiş diaqnoz və üzərində icra edilmiş cərrahiyyə əməlliyatı düzgün olmuşdur. Xəstədə kəskin daxili qanaxma ilə əlaqədar inkişaf etmiş posthemorragik şok onun almış olduğu xəsarətlə əlaqədar olmuşdur. Bununla da aparılmış müalicələrdə (cərrahi əməliyytla) baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X11 Mingəçevir şəhər Mərkəzi xəstəxanasında göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur (cild 02, iş vər. 68-79). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı Kombinatı 4 saylı MİS –nin arayış və xasiyyətnaməsindən görünür ki, Rüstəmov X18 şəhəri 1-ci Bahar döngəsi 9 nömrəli mənzildə qeydiyyatda olmaqla ailə tərkibi anası, qardaşı, həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü X32 və xx.xx.2018-ci il təvəllüdlü X25 adlı övladlarından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, iş vər. 88-89). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 292 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ekspert rəyindən görünür ki, o, narkotik vasitələrdən istifadə etməmiş, narkomaniya xəstəliyindən əzab çəkməmiş və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 90). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ xx.xx.2025-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntudan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X20 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs hazl-hazırda tibbi xarakterli məxburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 02, iş vər. 91-94). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1, Şahid3 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə cinayət təqibinin başlanması, habelə Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsinin anestezioloq həkimləri X41 və X12 barələrində azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 108-133). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın M/V serialı 117491 nömrəli vəsiqəsindən görünür ki, X33 “Vətən müharibəsi” veteranıdır, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 2715 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (cild 02, iş vər 149). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş CD diskdən görünür ki, təqdim edilən məhkəmə qərarında qeyd edilən "xxxx" MMC-yə aid ********* vǝ ********* mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixində istifadəsi qeydə alınmamışdır. ********* və ********* mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixində mövcud olan zənglər və SMS siyahısına, nömrələr adına rəsmiləşdirilmiş şəxslərə, əhatə dairəsinə dair məlumat təqdim edilir. Həmin nömrələrdə xx.xx.2024-cü il tarixində SMS mətni aşkar edilməmişdir. ********* mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixində mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, nömrələr adına rəsmiləşdirilmiş şəxslərə, əhatə dairəsinə dair məlumat təqdim edilir. Həmin nömrə xx.xx.2017-xx.xx.2025-ci il tarixlərində Azercell şəbəkəsində olmuşdur. xx.xx.2025-ci il tarixində yenidən Bakcell şəbəkəsinə daşınmışdır. İnternet üzərindən göndərilən SMS mətnlərinin qeydiyyatı "xxxx" MMC-də aparılmır, qısa nömrələr və xüsusi təyinatlı xidmətlər istiqamətlərindən göndərilən SMS mətnlərinin isə araşdırılması əlavə vaxt tələb etdiyi üçün həmin mətnlərin əldə edilməsi zəruri olarsa, bildirməyinizi xahiş edirik. Eyni zamanda diqqətinizə çatdırırıq ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə \yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Təqdim edilmiş CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə olunmuş CD diskdən görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir və hər hansı abunəçinin adına sənədləşdirilməmişdir. Təqdim edilmiş CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə olunmuş məlumatdan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Nömrə xx.xx.2017-ci il tarixində Bakcell şəbəkəsindən Azercell şəbəkəsinə daşınıb, ikitərəfli bağlı olmuş nömrə Bakcell şəbəkəsinə qaytarılıb, xx.xx.2025-ci il tarixində təkrar satış çıxarılmışdır. Təqdim edilmiş məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən halların olmaması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanserin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şahid1 xx.xx.2018-ci ildən”primitiv şəxsdə mülayim dərəcəli nervasteniya” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X19 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya özünün adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. CM-in 126.1, eləcə də 126.2-ci maddəsində göstərilən əməllərin törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi hesab edilir. CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə subyektiv cəhətdən təqsirin qarışıq formasında, yəni sağlamlığa ağır zərər vurulmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Bəxtiyar Həsənli qonşu olmuş və cinayət hadisəsi baş verənədək onların münasibətləri normal olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs işləmək üçün getdiyi Qazaxıstan Respublikasından ölkə ərazisinə qayıtdıqdan bir müddət sonra X7 həyat yoldaşı Şahid2 məxsus mobil telefona tez-tez zəng etdiyini, arvadının həmin zənglərə yalandan bəhanələr uydurmaqla Bəxtiyar Həsənlinin uşaqların problemləri ilə maraqlandığını deyib aralarında olan münasibəti gizlətmək cəhdindən şübhələnərək arvadı ilə qonşusu X14 arasında sevgi münasibəti yarandığını yəqin etmiş və xx.xx.2024-cü il tarixdə Bəxtiyar Həsənli ilə görüşüb aralarında olan münasibəti aydınlaşdıracağını arvadına bildirmişdir. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixdə, axşam 21 radələrində yaşadığı evdən mətbəx bıçağını götürüb əynində olan qara rəngli gödəkcənin sağ qolunda gizlədərək X7 istifadəsində olan mobil telefona zəng edib onunla görüşmək istədiyini bildirdiyi zaman Bəxtiyar yaşadığı Mingəçevir şəhəri, 2-ci Məktəb küçəsində yerləşən fərdi yaşayış evində olduğunu və qeyd edilən ünvanda görüşə biləcəklərinin mümkünlüyünü dediyi üçün həmin ünvana gəlmiş, orada Bəxtiyar Həsənlinin istifadəsində olan mobil nömrəsinə yenidən zəng edərək əvvəlcədən razılığa gəldikləri kimi onun yaşadığı evin qarşısında olduğunu bildirib saat 21 radələrində Mingəçevir şəhəri, 2-ci Məktəb küçəsində asfalt yolda Bəxtiyar Həsənli ilə görüşərək sonuncudan nəyə görə arvadına “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesaj yazdığını və zəng etdiyini soruşduqda Bəxtiyar Həsənli pis niyyəti olmadığını dediyi zaman edilən hərəkətin hər hansı yaxşı tərəfi olmadığını qeyd etməklə onu cəzalandırmaq məqsədi ilə əynində olan qara rəngli gödəkcənin sağ qolunda gizlətdiyi bıçağı götürüb sağ əli ilə tutaraq qısqanclıq zəminində qəsdən Bəxtiyar Həsənlinin qarın nahiyəsinə bir dəfə zərbə endirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Nəticədə isə Təqsirləndirilən şəxs qəsdən onun nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsilə qarın boşluğuna dəlib-keçən kəsici-deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək oradan uzaqlaşmış, zərərçəkmiş X14 qonşuların köməyi ilə təcili tibbi yardım avtomaşını ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasının cərahiyyə söbəsinə yerləşdirilərək zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, aldığı ağır xəsarət nəticəsində yaranmış kəskin daxili qanaxma zamanı inkişaf edən posthemorrargik şok onun ölümünə səbəb olmuşdur. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə yanaşı, ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarət və həmin aldığı ağır xəsarətlərdən ölməsi ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin ona yetirdiyi zərbə nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Bəxtiyar Həsənliyə ağır xəsarət yetirsə də onun ölümünün həmin xəsarətlə deyil, məhs həkim səhlənkarlığı ilə bağlı olmasına dair göstərdiyi halları onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadəsi kimi qəbul edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X7 meyiti müayinə olunmuş və onun ölümünə səbəb «kəskin daxili qanaxma zamanı inkişaf edən posthemorragik şok»un olduğu müəyyən edilmişdir. X11 təyin edilmiş diaqnoz və üzərində icra edilmiş cərrahiyyə əməlliyatı düzgün olmuşdur. Xəstədə kəskin daxili qanaxma ilə əlaqədar inkişaf etmiş posthemorragik şok onun almış olduğu xəsarətlə əlaqədar olmuşdur. Bununla da aparılmış müalicələrdə (cərrahi əməliyytla) baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X11 Mingəçevir şəhər Mərkəzi xəstəxanasında göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X40 Rüstəmovun hadisə yerinə tək getmədiyi hallı ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin hadisə yerinə əmisi oğlanları “Malış” ləqəbli Neyman Rüstəmov, Şahid5 və qardaşı Şahid1la getmələri ilə bağlı məhkəmə istintaqında araşdırma aparılmasına baxmayaraq iddia edilən hallar öz təsdiqini tapmamışdır. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən qismən fərqli ifadə verməsi ilə bağlı qeyd etməyi zəruri sayır ki, sözügedən şahid təqsirləndirilən şəxsin həyat yoldaşıdır. Qeyd edilən hal isə onun bu formada ifadə verməsini anlaşılan edir. Buna görə də, məhkəmə hesab edir ki, Şahid2 bu formada ifadə verməklə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli hesab olunan ağır zərər vurmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 09 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, Vətən müharibəsi iştirakçısı olmasını, veteran olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır və qiymətləndirilir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli köynək Təqsirləndirilən şəxs, X11 məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli köynək zərərçəkmiş şəxs X17 qaytarılmalı və bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Eyni zamanda, iş üzrə 282 (iki yüz səksən iki) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 282 (iki yüz səksən iki) manat 16 (on altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra işi üzrə maddi sübut olan və Mingəçevir rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli köynək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, X11 məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli köynək isə zərərçəkmiş şəxsin hüquqi varisi X17 qaytarılsın və bir ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərci 282 (iki yüz səksən iki) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Tural Əfəndizadə (sədrlik edən) Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar