Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-178/2021 30.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X14 İstismar İdarəsinin Ucar xidmət sahəsində çilingər işləmiş, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, D.Qorqud yaşayış məhəlləsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə – heroini əldə edərək saxlamış, 22 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən adsız çayxananın qarşısında Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldıqdan sonra Ucar Rayon Polis Şöbəsinə gətirilib növbətçi hissədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin iç sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda üzərində daşımaqla saxladığı 01 ədəd polietilen bükümün içərisində, təmiz çəkisi 2,172 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofon bükümdə, təmiz çəkisi 0,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,066 qram heroin, 01 ədəd siqaret formasında bükülmüş 1 AZN-lik əsginasın içərisində, təmiz çəkisi 0,112 qram heroin, həmçinin həmin gödəkçənin iç sol yan cibindən 01 ədəd polietilen bükümün içərisində, təmiz çəkisi 1,98 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan gödəkçənin sağ iç cibindən açıq şəkildə saxladığı tərkiblərinə görə eyni olan 0,054 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə, günorta saat 2-3 radələrində çayxanada olarkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onun göy rəngli gödəkçəsi üzərində yox, əməliyyat müvəkkilinin əlində olmuşdur. Bundan sonra o, şöbənin yanında maşında gözləmiş, polis əməkdaşları maşının yanında dayanıb nəsə söhbət etmişlər. Bir neçə dəqiqədən sonra o, polis şöbəsinə daxil olmuşdur. Həmin vaxt da gödəkçəsi üzərində olmamışdır. Üstündən aşkar olunan heroin və marixuana ona məxsus olmuş, metamfetamin isə onun olmamışdır. Ona görə də özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq çayxanada narkotik vasitə istifadə edərkən polis əməkdaşları tərəfindən tutulduğunu, özünü 0,372 qram və 01 ədəd 0,066 qram narkotik vasitə olan heroinə, həmçinin 1,98 qram olan narkotik vasitə olan marixuanaya görə təqsirli bildiyini, metamfetaminin çəkisindən məlumatının olmadığını, metamfetamini onun gödəkçəsinə polis əməkdaşlarının qoyduğunu, buna etirazını bildirərkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, lakin bu barədə heç bir yerə şikayət etmədiyini, göy rəngli gödəkçəsini çəkiliş zamanı ona geyindirdiklərini, həmin vaxt əlinin bağlı olduğunu, şübhəli şəxs qismində saat 19:36-dan qabaq tutulduğunu, həmin müddət ərzində polis şöbəsində müdafiəçisiz qaldığını, onun satış məqsədi olmadığını, narkotik vasitə istifadə etməyə bir neçə ay əvvəl başladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə xidmətdə olarkən Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs “Dostlar” kafesində narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və ona görə əməliyyat qrupu yaradılmışdır. O, CAB-ın əməliyyat müvəkili Şahid3la birlikdə, saat 20 radələrində Ucar rayonunun ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Ucar RPŞ-yə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, siqaretin içindən 3 büküm sellofan və gödəkçəsinin sol yan cibindən ağ rəngli sellofanda narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt Rüstəm xəstə olduğunu, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Şahid5 istintaq zamanı şahid qismində verdiyi həmin ifadəsində bildirmişdir ki, 2008-ci ildən DİO-da, 2018-ci ildən Ucar RPŞ-nin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsylə özü və ya digər ailə üzvləri ilə heç bir ədavəti, düşmənçiliyi, qərəzli münasibəti və ya qohumluq əlaqəsi yoxdur. 22 aprel 2021-ci il tarixdə Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, istehlak etməsi satışı ilə məşğul olması barədə ona qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra məlumatın yoxlanılması üçün tərəfindən müvafiq sənədləşmələr aparılmışdır. Şöbə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında, eləcə də şöbə rəhbərliyinin göstərişi ilə o, CAB-ın əməliyyat müvəkili, polis leytenantı Şahid3 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. O, CAB-ın əməliyyat müvəkili, polis leytenantı Şahid3la birlikdə saat 20 radələrində Ucar rayon ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Ucar RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Ucar RPŞ-yə gəlmişdir. Bundan sonra İstintaq bölməsinin rəisi Saleh Muştaqov polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiə hüququnun olmasını izah edərək ona hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil seçməsi üçün Ucar şəhəri və yaxın rayonlarda fərdi qaydada fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. O, hüquqlarının müdafiəsi üçün Ucar şəhərində fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan X1. Vəkil X2 RPŞ-yə dəvət edilmişdir. Sonra iki nəfər hal şahidi və vəkil X3 iştirakı ilə Ucar RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan cinayət predmeti hesab edilən əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində cinayət predmeti olan əşyaları könüllü surətdə təhvil verməyə razıdır. O, könüllü olaraq əynindəki göy rəngli gödəkçənin sağ içəri yan cibindən bir ədəd “Palmall” siqaret qutusu çıxararaq onun içərisini açmışdır. Həmin siqaret qutusunun içərisindən üç ədəd sellafon və bir ədəd gümüşü rəngli bükümlər və həmin bükümlərin içərisindən narkotik vasitəyə oxşar kütlələr aşkar olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd ağ sellafonda narkotik vasitəyə oxşar yaşıl rəngli spesifik iyə malik kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bir neçə aydır ki, narkotik istifadəçisi olduğunu və həmin kütlələrin ona aid olmasını qeyd etmişdir. Aşkar edilmiş maddələr kağız zərfdə qablaşdırılmış, DİN-in zərflər üçün № 71 möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış və şəxsi axtarış zamanı fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman heç-bir şikayət, tələb və irad daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər baxış iştirakçıları və hal şahidləri protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs razılığına əsasən yaşadığı Ş.İ.Xətai küçəsi, ev 7 ünvanına gedərək orada yaşadığı evdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda heç bir cinayət predmeti hesab edilən alət və vasitə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman heç bir şikayət, tələb və irad daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs digər baxış iştirakçıları və hal şahidləri protokolu imzalamışlar. İfadəsi elan olunaraq tədqiq edildikdən sonra Şahid5 hadisədən xeyli müddət keçdiyindən bəzi halları unutduğunu bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə Şahid3 və Şahid5lə birlikdə ərazidə xidmətdə olarkən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid5 bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən kafedə Rüstəmə yaxınlaşmış və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu polis şöbəsinə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsində iki nəfər hal şahidi ilə birlikdə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş və o, hüquqlarının müdafiəsi üçün vəkil Elşən Məcidovu seçmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı gödəkçəsinin sağ yan cibindən siqaret qutusu çıxmış, həmin qutunun içində 3 ədəd sellofan büküm və 1 ədəd gümüşü rəngli sellofanda narkotik tərkibli kütlə aşkar olunmuşdur. Gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli sellofanda spesifik iyə malik narkotik kütlə aşkar edilmişdir. Narkotik tərkibli kütləni Təqsirləndirilən şəxs özü təqdim etmiş, onun heç bir etirazı olmamışdır. Sonra Rüstəmin evinə baxış keçirilmiş, evdən qeyri-qanuni heç nə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə o, polis şöbəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs növbətçi hissədə ona təhvil verilmişdir. O, orada Rüstəmi saxlamış, növbətçi hissədə Rüstəmin üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən “Palmall” siqaret qutusu çıxmış, göy rəngli gödəkçəsinin iç cibindən 3 büküm sellofanda narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə məxfi agentdən əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında Ucar şəhərində yerləşən “Dostluq” kafesinə yaxınlaşan zaman orada Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən siqaret qutusundan 3 büküm metamfetamin və üzərində olan gödəkçənin iç cibindən 1 büküm marixuana aşkar edilmişdir. Hadisədən sonra avtomobil qəzası keçirdiyinə görə səhhətində narahatçılıq yaranmış və hazırda da davam etdiyindən, hadisənin detallarını tam xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə işdən çıxandan sonra mağazadan alver etmiş, evinə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş və polis şöbəsinə daxil olmuşdur. Orada otaqda olan stolun üstündə kağızın arasında 2 ədəd bükülü görmüşdür. Şahid6 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, yazıb-oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı yazılan ifadədən xəbərsizdir. O, ancaq stolun üstündə 2 ədəd bükülüdə narkotik vasitə görmüş və buna əsasən də imza etmişdir. Təqsirləndirilən şəxsin cibindən narkotik vasitənin çıxarılmasını görməmişdir. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. İbtidai istintaq zamanı Şahid6 bildirmişdir ki, Ucar rayon sakini Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçiliyik münasibəti olmamış, onu tanımamışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində şəxsi işi ilə əlaqədar Ucar şəhəri, H.Əliyev prospekti, Ucar Rayon Polis Şöbəsinin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O polis əməkdaşlarının təklifini qəbul edərək hal şahidi kimi iştirak etmək üçün Ucar RPŞ-nın inzibati binasına daxil olmuşdur. İnzibati binanın birinci mərtəbəsində yerləşən növbətçi hissədə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra müdafiəçinin və orada olan digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində olan cinayət predmeti sayıla bilən əşya və vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ içəri yan cibindən bir ədəd “Palmall” siqaret qutusu çıxararaq onun içərisini açmışdır. Həmin siqaret qutusunun içərisindən üç ədəd sellafon və bir ədəd gümüşü rəngli bükümlər və həmin bükümlərin içərisindən narkotik vasitəyə oxşar kütlələr aşkar olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd ağ sellafonda narkotik vasitəyə oxşar yaşıl rəngli spesifik iyə malik kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bir neçə aydır ki, narkotik istifadəçisi olduğunu və həmin kütlələrin ona aid olmasını qeyd etmişdir. Aşkar edilmiş maddələr kağız zərfdə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülərək möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Protokol bütün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə təklif olunduqda, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ucar RPŞ-yə müraciət etdikdən sonra onlar avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də yerləşən fərdi yaşayış evinin qarşısına getmiş və həyətə keçmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı cinayət predmeti hesab olunan hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməyi polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə heç bir cinayət predmeti olan əşya və ya narkotik vasitə saxlamır. Sonra polislər onun yaşdığı bir mərtəbəli, üç otaqlı evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir cinayət predmeti hesab olunan əşya və ya vasitə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, tələb və ya irad bildirən olmamışdır. Protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ucar şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaq polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada otağa daxil olmuşdur. Otaqda stolun üstündə bükülü olduğunu görmüşdür. Şahid4 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, stolun üstündə olan bükülünün arasında narkotik vasitə olduğunu bilmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olduğunu və həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt irad və etirazını bildirdiyini eşitməmişdir. O, Təqsirləndirilən şəxs cibindən narkotik vasitə çıxarılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı Şahid4 bildirmişdir ki, Ucar rayon sakini Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçiliyik münasibəti olmamış, onu tanımamışdır. xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində şəxsi işi ilə əlaqədar Ucar şəhəri, H.Əliyev prospekti, Ucar Rayon Polis Şöbəsinin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O polis əməkdaşlarının təklifini qəbul edərək hal şahidi kimi iştirak etmək üçün Ucar RPŞ-nın inzibati binasına daxil olmuşdur. İnzibati binanın birinci mərtəbəsində yerləşən növbətçi hissədə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra müdafiəçinin və orada olan digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində olan cinayət predmeti sayıla bilən əşya və vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ içəri yan cibindən bir ədəd “Palmall” siqaret qutusu çıxararaq onun içərisini açmışdır. Həmin siqaret qutusunun içərisindən üç ədəd sellafon və bir ədəd gümüşü rəngli bükümlər və həmin bükümlərin içərisindən narkotik vasitəyə oxşar kütlələr aşkar olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd ağ sellafonda narkotik vasitəyə oxşar yaşıl rəngli spesifik iyə malik kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bir neçə aydır ki, narkotik istifadəçisi olduğunu və həmin kütlələrin ona aid olmasını qeyd etmişdir. Aşkar edilmiş maddələr kağız zərfdə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülərək möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Protokol bütün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə təklif olunduqda, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ucar RPŞ-yə müraciət etdikdən sonra onlar avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də yerləşən fərdi yaşayış evinin qarşısına getmiş və həyətə keçmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı cinayət predmeti hesab olunan hər hansı bir əşya və ya narkotik vasitə olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməyi polis əməkdaşları tərəfindən ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə heç bir cinayət predmeti olan əşya və ya narkotik vasitə saxlamır. Sonra polislər onun yaşdığı bir mərtəbəli, üç otaqlı evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə heç bir cinayət predmeti hesab olunan əşya və ya vasitə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, tələb və ya irad bildirən olmamışdır. Protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə müstəntiq olmuş, iş üzrə ilkin araşdırma materiallarında protokol və qərarlar qeydiyyata alınmadığına görə nömrə qoyulmamış, ancaq cinayət işi başlayandan sonra protokol və qərarlar müvafiq kitaba qeydiyyata alınmışdır. Saleh Muştaqov ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hazırki cinayət işi üzrə qeydiyyat aparılmış protokol və qərarların qeydiyyat kitabı iyun ayında dolduğu üçün məhv edilmişdir. İbtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokurorun göstərişinə əsasən material formasında araşdırma müddətində protokol və qərarlara nömrə qoyulmamış, cinayət işi başlanandan sonra qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 3 ədəd sellofan bükümdə və 1 ədəd gümüşü-ağ kağız bükümdə narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşıması və satılmasında şübhəlidir. Cinayət işinin materiallarında olan 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 22 aprel 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Ucar RPŞ-nin Növbətçi Hissəsində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkçə və göy rəngli cins şalvar müəyyən edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ içəri yan cibindən bir ədəd “Palmall” siqaret qutusu çıxararaq onun içərisini açmış, həmin siqaret qutusunun içərisində 3 ədəd sellofan və bir ədəd gümüşü rəngli kağız bükümlər və həmin bükümlərin içərisində narkotik vasitəyə oxşar rəngli kütlələri, həmçinin cibində olan 2 ədəd narkotik çəkmək üçün istifadə etdiyini bildirdiyi bir manatlıq əskinasdan hazırlanmış kağız bükümlər təqdim etmişdir. Bundan sonra o, əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd ağ sellofanda narkotik vasitəyə oxşar yaşıl rəngli spesifik iyə malik kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmişlər. Təqsirləndirilən şəxs bir neçə aydır narkotik istifadəçisi olduğunu və həmin kütlələrin ona aid olmasını, həmin kütlələrin heroin, metamfetamin və marixuana olmasını, təqdim etdiyi bir manatlıq pul əskinasından hazırladığı kağızlardan isə narkotik vasitə istifadə etdiyi bildirmişdir. Axtarış davam etdirilsə də bu zaman başqa hər hansı cinayət xarakterli iz və ya əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 17/294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar maddələr ...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ( bir ) ədəd politelin bükümün içərisində, təmiz çəkisi-2,172 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” ( İ siyahı İİ bənd, sıra N 27) daxil olanmetamfetamindir. 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-0,066 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,372 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd siqaret formasında bükülmüş 1 AZN-lik əskinasın içərisində, təmiz çəkisi- 0,112 qram olan maddə kustar üsulla hazırılanmış narkotik vasitə-heroindir. 01 ədəd siqaret formasında bükülmüş digər 1 AZN-lik əskinasın üzərində olan maddə hissəcikləri-heroin hissəcikləridir. 01 ədəd politelin bükümün içərisində, təmiz çəkisi-1,98 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanandır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs əynindən götürülmüş bir ədəd göy rəngli gödəkçə” sözləri yazılmış rəngli sellefon torbanın içərisindəki 01 ədəd göy rəngli gödəkçənin sağ iç cibində təmiz çəkisi-0,054 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” ( İ siyahı İİ bənd, sıra N 27) daxil olan-metamfetamindir. Tədqiqata təqdim edilmiş 01 ədəd polietilen bükümdə və 01 ədəd göy rəngli gödəkçənin sağ iç cibində olan metafetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, 01 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd 1 AZN lik əskinasın içərisində olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd 1 AZN lik əskinasın üzərində olan heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş digər heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 21 iyun 2021-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 19 iyul 2021-ci il tarixli 842 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halı olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Ucar Rayon Mərkəzi X8 Şəxsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli 813 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Mərkəzi X8 Şəxsin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə saat 19:36-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ucar rayonu İcra Hakimiyyəti Ucar rayon Mənzil İstismar Təmir İstehsalat sahəsindən daxil olmuş 23 aprel 2021-ci il tarixli 357 nömrəli arayışdan və 23 aprel 2021-ci il tarixli 356 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan digər dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin metamfetaminin ona məxsus olmaması, metamfetamini onun gödəkçəsinə polis əməkdaşlarının qoyması, buna etirazını bildirərkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması, göy rəngli gödəkçəsini çəkiliş zamanı ona geyindirmələri, həmin vaxt əlinin bağlı olması, şübhəli şəxs qismində saat 19:36-dan qabaq tutulması, həmin müddət ərzində polis şöbəsində müdafiəçisiz qalması, onun satış məqsədi olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə olumuş 22 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının dövlət hesabına tutulmuş vəkilin vasitəsilə müdafiə olunmasının təmin edilməsini xahiş etmiş, bundan sonra Ucar rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuşdur. Vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi və hüquqlarının izah olunması barədə 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona hüquqlarının izah olunduğunu bildirmiş və hüquqlarının müdafiə olunmasından ötrü göstərilən siyahıdan vəkil seçmiş və həmin vəkilin ona dövlət hesabına müdafiəçi təyin olunmasını istədiyini bildirmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan əlavə, iş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə, saat 19:36-da tutulmuş, həmin protokolu özü və müdafiəçisi imzalamış, həmçinin Təqsirləndirilən şəxs tutulma ilə bağlı heç bir etirazının, vəsatətinin və qeydinin olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokoldan isə müəyyən olunur ki, 22 aprel 2021ci il tarixdə, saat 20:10-da Ucar RPŞ-nın əməkdaşları şahidlər Şahid5, Şahid3, Şahid2, Şahid1, iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ içəri yan cibindən bir ədəd “Palmall” siqaret qutusunun içərisində narkotik vasitəyə oxşar rəngli kütlələr olan 3 ədəd sellofan və bir ədəd gümüşü rəngli kağız bükümlər, həmçinin cibində olan 2 ədəd narkotik çəkmək üçün istifadə etdiyini bildirdiyi bir manatlıq əskinasdan hazırlanmış kağız bükümlər təqdim etmişdir. Bundan sonra o, əynində olan göy rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd ağ sellofanda narkotik vasitəyə oxşar yaşıl rəngli spesifik iyə malik kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və həmin kütlələrin ona aid olduğunu bildirmişdim. Axtarış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmin şəkillərdən də Təqsirləndirilən şəxs yanında vəkil olduğu və onun aşkar olunan narkotik vasitələri göstərdiyi aydın görünür. Tərtib olunmuş protokol barədə heç bir ərizə, şikayət daxil olmamışdır. Axtarış həmin tarixdə, saat 20:57-də qurtarmışdır. Götürülmüş maddələr məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmə iclasında bildirmişdir ki, (i. v. 92-94) elan edilmiş ittiham üzrə özünü qismən, yəni satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə saxlamaqda təqsirli bilir. Ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni Ucar şəhərində tapmışdır və istifadə etmək üçün özündə saxlamışdır. Saxlanılan vaxtdan ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Azadlıqda qaldığı təqdirdə çağırışlara vaxtında gələcəkdir, ibtidai istintaq orqanının çağırışlarından yayınmayacaqdır, yenidən cinayət törətməyəcəkdir, həmçinin ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur, əvvəllər məhkum olunmamışdır, ailəlidir, daimi iş və yaşayış yeri vardır, odur ki, təqdimatın və vəsatətin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə əldə olunmuş və bükümlərə bölüşdürülməklə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini, metamfetamini və marixuananı üzərində saxlaması işə əlavə olunmuş sübutlarla da təsdiq olunur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi xüsusatların (polisin təsir və təzyiqinə məruz qalması və s.) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Ümumilikdə, tədqiq edilmiş sübutlar ittihamın təsdiq edilməsi üçün yetərlidir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Cinayət işinin materiallarında olan bəzi istintaq hərəkətlərinin protokollarının qeydə alınmaması məsələsinə gəlincə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cinayət işinin materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsini təsdiq etdiyindən və həmin sübutların mənbəyinin mötəbərliyinə heç bir şübhə olmadığından CPM-in 134.3-cü maddəsinə uyğun olaraq, məhkəmənin keçirdiyi araşdırma nəticəsində qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokolları sübut kimi qəbul edilməlidir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçisinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ona ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd polietilen bükümün içərisində, təmiz çəkisi 2,172 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan metamfetamini, 01 ədəd şəffaf sellofon bükümdə, təmiz çəkisi 0,372 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,066 qram heroini, 01 ədəd siqaret formasında bükülmüş 1 AZN-lik əsginasın içərisində, təmiz çəkisi 0,112 qram heroini, həmçinin həmin gödəkçənin iç sol yan cibindən 01 ədəd polietilen bükümün içərisində, təmiz çəkisi 1,98 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və əynində olan gödəkçənin sağ iç cibindən açıq şəkildə saxladığı tərkiblərinə görə eyni olan 0,054 qram psixotrop maddə olan metamfetamini üzərində daşımaqla CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ağır cinayət əməlini törətmiş şəxsdir. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, ali təhsil almasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsinin sanksiyasına uyğun olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu əsasa görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alınaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Ucar RPŞ-nın maddi sübutlar otağına təhvil verilmiş bir ədəd politelin bükümün içərisində təmiz çəkisi - 2,172 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı İİ bənd, sıra N 27) daxil olan metamfetamin, bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 0,066 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,372 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd siqaret formasında bükülmüş 1 AZN-lik əsginasın içərisində, təmiz çəkisi - 0,112 qram olan maddə kustar üsulla hazırılanmış narkotik vasitə heroin, 01 ədəd siqaret formasında bükülmüş digər 1 AZN-lik əsginasın üzərində olan maddə hissəcikləri heroin hissəcikləri, 01 ədəd politelin bükümün içərisində, təmiz çəkisi - 1,98 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd göy rəngli gödəkçənin sağ iç cibində təmiz çəkisi - 0,054 qram olan maddə metamfetamin məhv edilməlidir. İş üzrə 103,65 (bir yüz üç manat, altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanılması üçün Ucar RPŞ-nın maddi sübutlar otağına təhvil verilmiş bir ədəd politelin bükümün içərisində, təmiz çəkisi - 2,172 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı İİ bənd, sıra N 27) daxil olan metamfetamin, bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 0,066 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,372 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd siqaret formasında bükülmüş 1 AZN-lik əsginasın içərisində, təmiz çəkisi - 0,112 qram olan maddə kustar üsulla hazırılanmış narkotik vasitə heroin, bir ədəd siqaret formasında bükülmüş digər 1 AZN-lik əsginasın üzərində olan maddə hissəcikləri heroin hissəcikləri, 01 ədəd politelin bükümün içərisində, təmiz çəkisi - 1,98 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd göy rəngli gödəkçənin sağ iç cibində təmiz çəkisi - 0,054 qram olan maddə metamfetamin məhv edilsin. İş üzrə 103 manat 65 qəpik (bir yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-178/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-178/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver