Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-178/2022 11.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8,356 qram narkotik vasitəheroini əldə edərək əynində olan qara rəngli gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 1830 radələrində Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X9 şəhəri, Pişəvəri küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə saxladığı külli miqdarda üç ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,755 qram, 0,805 qram və 0,796 qram olmaqla ümumi təmiz çəkisi 8,356 qram narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə səhər saatlarında işə getmiş, saat 15 radələrində fərdi əməklə məşğul olduğu evin sahibindən icazə alaraq xalasının ona verdiyi 105 manat bank kreditini ödəmək məqsədilə velosipedi ilə Yevlax şəhəri Qoqol küçəsi ilə hərəkət edərkən qabaqlaşdığı Teymur adlı şəxsdən 30 manat qarşılığında bir kibrit qutusunda narkotik vasitə olan marixuana almışdır. Təxminən 700-800 metr hərəkət edib aralandıqdan sonra polis nəfəri Şahid2 və sahə rəisi Əmirxan Namazov onu onu velosipeddən yerə salaraq yıxmış, sonra onu Əmirxan Namazovun xidməti otağına apararaq narkotik vasitənin harada olmasını soruşmuşlar. Sonunculara üzərində narkotik vasitə olmadığını bildirməsinə baxmayaraq onun sözlərinə inanmayaraq üzərinə baxış keçirmiş, üzərindən telefon, siqaret, pul qabı və bir kibrit qutusu narkotik vasitə aşkar edilmişdir. Buna baxmayaraq polis əməkdaşları ona qarşı zor tətbiq edərək narkotik vasitənin qalan hissəsinin harada olmasını soruşmuş, sonra onu polis şöbəsinə aparmışlar. Orada Vüsal, Əmirxan və Bəhruz adlı əməliyyatçı onu döydükdən sonra rəis müavini Əfqan müəllim otağa daxil olaraq ondan narkotik vasitənin harada olmasını soruşmuş, həmin vaxt Vüsal adlı polis əməkdaşı onun işlədiyi sexə baxış keçirilməsini təklif etmişdir. Onun işlədiyi sexə gedib qapısını sındıraraq oraya baxış keçirdikdən sonra dəzgahın yanında bükümdə narkotik vasitə və tərəzi aşkar olunduğunu bildirmişlər. Polis əməkdaşları narkotik vasitənin ona məxsus olmasını iddia etsələr də, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, bundan sonra onu yenidən polis şöbəsinə aparmışlar. Polis Şöbəsində polis əməkdaşlarının təzyiqi ilə narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Axşam saat 22-23 radələrində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən üzərinə keçirilən şəxsi axtarış zamanı polislərin əlavə etdikləri daha iki büküm narkotik vasitənin özünə məxsus olması və həmin narkotik vasitəni Şahid adlı şəxsdən alması barədə etirafedici ifadə vermişdir. Sonradan Şahidlə üzləşmə zamanı narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları həmin narkotik vasitəni onun üzərinə qoymuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində gəzərkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu və polis şöbəsinə getməsini bildirmiş, Yevlax rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə aparılmış şəxsi axtarış zamanı Yevlax şəhərində yerdən tapıb üzərində saxladığı narkotik vasitə olan heroini əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, bir ədəd tərəzini isə gödəkçənin sol yan cibindən çıxarıb təqdim etmişdir. Narkotik vasitəni satmaq məqsədi olmamış, öz şəxsi istifadəsi məqsədi ilə saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X10-Təhlükəsizilik Bölməsinin polis nəfəri işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması zamanı keçirilmiş əməliyyat tədbirində iştirak edərək Təqsirləndirilən şəxs sahə rəisi Əmirxan Namazovla birlikdə saxlayaraq sonuncunun xidməti otağına gətirib üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar etdikdən sonra Təqsirləndirilən şəxs Yevlax rayon Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X4 X11 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə saat 19 radələrində əməliyyat müvəkili Şahid3 və polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri ərazisində saxlayaraq Yevlax rayon polis şöbəsinə gətirmiş və polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Elşənin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə narkotik vasitə olan heroin olduğunu demiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Vends” markalı elektron tərəzi aşkar olunmuşdur. Həmin heroinə bənzər kütlələr müvafiq ardıcıllığa uyğun olaraq çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 və eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X10 təhlükəsizlik bölməsinin polis sahə rəisi işləyən X7 ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, polis nəfəri Şahid2la birlikdə Təqsirləndirilən şəxs öz xidməti otağına gətirib sonuncunun üzərinə baxış keçirməmişdir. Ola bilsin ki, Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasını digər başqa şəxsin saxlanılması ilə səhv salaraq ifadəsində o cür göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 17/47 nömrəli rəyində göstərilir ki, Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....sözləri yazılmış zərfin içərisindəki -02 (iki) ədəd sellofan bükümlərdə 01(bir) ədəd bükümdə, təmiz çəkisi -6,755 qr və digər 01(bir) ədəd sellofan bükümün içərisindəki 02(iki) ədəd sellofan bükümlərdə, təmiz çəkiləri -0,805 qr.., 0,796 qr.., ümumi təmiz çəkisi 8,356 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 158 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan baxış keçirilməsinə dair 12 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı ayrı-ayrı bükümlərdə çəkiləri müvafiq olaraq 8,05 qram və 2,04 qram olan heroinə bənzər kütlə və bir ədəd Vends markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci ildə doğulmuş Dəryanur Əliyeva, xx.xx.2014-cü ildə doğulmuş Gülşən Əliyeva və xx.xx.2015-ci ildə doğulmuş Mədinə Əliyeva adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 607 nömrəli arayışdan görünür ki, Əliyev X9 rayon narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinet tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 823 nömrəli arayışdan görünür ki, Əliyev X9 rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 12 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmaması və polis əməkdaşlarının ona qarşı zor tətbiq edərə təzyiq və təsir göstərmələrinə dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilməsini və polis əməkdaşlarının narkotik vasitəni onun üzərinə qoyduqlarını göstərsə də nə şübhəli şəxs qismində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman, nə də ki, barasində həbs qətimkan tədbiri seçilən zaman bu barədə heç nə bildirməmiş və bu halı bəyan etməməsinin səbəbi barədə heç bir heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl narkotik vasitəni Şahid adlı şəxsdən aldığını bildirsə də sonradan ərizə yazaraq ifadə vermək istəməsini bildirməsi və ifadəsində narkotik vasitəni yerdən tapdığını bildirməsi onun məhkəməyədək icraat zamanı ona qarşı iddia etdiyi qanunsuzluqlar barədə sərbəst şəkildə bəyan etməyə imkanının olduğunu bir daha təsdiq edir. Həmçinin məhkəmə Şahid2 ifadəsinə də tənqidi yanaşaraq Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilməsini sonuncuların və sahə rəisi Əmirxan Namazovun ifadələri ilə də bir daha təsdiq olunduğuna görə daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Eyni zamanda Şahid2 məhkəməyədək icraat zamanı da Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri Şahid1 və Şahid3lə birlikdə saxlayaraq Yevlax rayon Polis Şöbəsinə gətirdiklərini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası işin hallarına uyğun gəldiyindən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 12 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 8,356 qram heroin məhv edilsin, 3 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-178/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-178/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver