Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-179/2023 04.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunan azadlıqdan məhrum etmə cəzsı 2 il sınaq müddəti ilə şərti hesab olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində atası Təqsirləndirilən şəxs2 yaşadıqları evə ağız nahiyəsində yara xəsarətləri ilə gəlməsini görüb atasından həmin xəsarətləri hansı şəraitdə almasını soruşduğu zaman atasının ona qohumları- Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ona “evinə gəlməsini istəməməsini” dediyi üçün aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs onu yumruqla vuraraq xəsarət yetirməsini dedikdən sonra o, atası Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə özü və atası yaşadıqları evdən hər biri özü üçün kəsici-deşici alət olan bıçaqları üzərlərində götürüb Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək sonuncuya məxsus **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ 190” markalı avtomobili həmin evin qarşısında gördükdə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini digərlərini şəxsiyyətinin fövqündə qoymaqla, ümumi birgəyaşayış qaydalarına zidd olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında atası Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin avtomobilin arxa yük yerinin qapısının orta hissəsinə, arxa şüşəsinin müxtəlif yerlərinə yerdən götürdükləri daşlarla və üzərlərində gətirdikləri bıçaqlarla qəsdən vuraraq avtomobilin həmin hissəslərini zədələyərək Zərərçəkmiş şəxs 310 manat məbləğində maddi ziyan vurulması ilə müşayət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etdikdən sonra həmin qanunazidd hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş, həmin vaxtı küçədə baş verən ictimai qaydanın pozulması səs-küyünü eşidib evin içərisindən evin həyətinə çıxan Zərərçəkmiş şəxs oğlu Amin Əsədov, onları görüb nə baş verdiyini soruşarkən o, Amin Əsədovun əlində bıçaq olduğunu və onlara tərəf gəldiyini görüb sonuncuya heç bir açıqlama vermədən öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək atası Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Amin Əsədovu da heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək həmin niyyətini həyata keçirmək məqsədilə həyətdə olan Amin Əsədovun atası Zərərçəkmiş şəxs gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da sonuncuya əzab və iztirab verəcəklərini əvvəlcədən dərk edərək qəfildən Amin Əsədovun üzərinə hücum çəkib atası Təqsirləndirilən şəxs2 ilə birlikdə hər biri üzərlərində gətirdikləri bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən iki ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqları ilə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Amin Əsədovun bədən nahiyələrinə qəsdən ardıcıl olaraq bıçaq zərbələri endirib sonuncuya sağlamlığa ağır zərər vuran döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən cəmi 03 ədəd kəskin qanitirmə ilə ağırlaşan deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran sağ körpücüküstü nahiyənin daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sıyrıq və qançır yara xəsarətlərini yetirməklə Amin Əsədovu qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, bundan sonra Zərərçəkmiş şəxs da atası Təqsirləndirilən şəxs2 xəsarət yetirməsini cüzi səbəblə bəhanə etməklə xuliqanlıq niyyətilə qəsdən öldürməklə bağlı əvvəlcədən qərarlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək üçün özlərinin şəxsiyyətlərini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla həmin bıçaqlarla Zərərçəkmiş şəxs üzərinə heç bir əsaslı səbəb olmadan hücum edərək sonuncuya müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da sonuncuya əzab və iztirab verəcəklərini əvvəlcədən dərk edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə xuliqanlıq niyyətilə ardıcıl çoxsaylı zərbələr vuraraq xüsusi ağrılar verməklə sonuncuya sağlamlığa yüngül zərər vuran alın nahiyyəsinin 01 ədəd, sol qaşüstü nahiyyənin 01 ədəd, döş qəfəsinin arxa səthinin 05 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs özünümüdafiə etmək üçün qışqıraraq “oğlumu öldürdüz” deməsindən sonra o, oraya kənar şəxslərin gələcəyini düşünərək atası Təqsirləndirilən şəxs2lə birlikdə hadisə yerini tərk edərək qaçıb getmiş, Zərərçəkmiş şəxs və Amin Əsədov yaxın qohumları tərəfindən Yevlax şəhər mərkəzi xəstəxanasına aparılıb Amin Əsədov xəstəxanaya çatdırılan zaman öldüyündən, Zərərçəkmiş şəxs isə xəstəxanada tibbi və cərrahiyyə yardımı göstərilərək sağ qaldığından, o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə bağlı cinayət əməlini başa çatdıra bilməyərək həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən öldürməyə cəhd etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə qonaq gəlmiş qohumu Şahid4 öz evlərinə qonaq dəvət etmək üçün Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək həyətdən Şahid4 səsləyib sonuncunu öz evlərinə qonaq aparan zaman Zərərçəkmiş şəxs küçədən həyətə daxil olaraq ona “nə üçün onun evinə gəldiyini, onun evinə gəlməsini istəməməsini” dediyi üçün aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxsla bir-birilərini yumruqla vurduqdan sonra Şahid4 ilə birlikdə oradan çıxaraq öz yaşadığı evə qayıtmış, həmin vaxtı evdə olan oğlu Təqsirləndirilən şəxs1 onun ağız nahiyəsində yara xəsarətləri olmasını görüb həmin xəsarətləri hansı şəraitdə almasını soruşduğu zaman o, həmin xəsarətləri ona Zərərçəkmiş şəxs yetirdiyini deməsindən sonra oğlu Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə özü və oğlu Təqsirləndirilən şəxs1 yaşadıqları evdən hər biri özü üçün kəsici-deşici alət olan bıçaqları üzərlərində götürüb Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək sonuncuya məxsus **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı “MERCEDES BENZ 190” markalı avtomobili həmin evin qarşısında gördükdə heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini digərlərini şəxsiyyətinin fövqündə qoymaqla, ümumi birgəyaşayış qaydalarına zidd olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin avtomobilin arxa yük yerinin qapısının orta hissəsinə, arxa şüşəsinin müxtəlif yerlərinə yerdən götürdükləri daşlarla və üzərlərində gətirdikləri bıçaqlarla qəsdən vuraraq avtomobilin həmin hissələrini zədələyərək Zərərçəkmiş şəxs 310 manat məbləğində maddi ziyan vurulması ilə müşayət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etdikdən sonra həmin qanunazidd hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olmuş, həmin vaxtı küçədə baş verən ictimai qaydanın pozulması səs-küyünü eşidib evin içərisindən evin həyətinə çıxan Zərərçəkmiş şəxs oğlu Amin Əsədov, onları görüb nə baş verdiyini soruşarkən o, Amin Əsədovun əlində bıçaq olduğunu və onlara tərəf gəldiyini görüb sonuncuya heç bir açıqlama vermədən öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək oğlu Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Amin Əsədovu da heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək həmin niyyətini həyata keçirmək məqsədilə həyətdə olan Amin Əsədovun atası Zərərçəkmiş şəxs gözləri qarşısında, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da sonuncuya əzab və iztirab verəcəklərini əvvəlcədən dərk edərək qəfildən Amin Əsədovun üzərinə hücum çəkib oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə hər biri üzərlərində gətirdikləri bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən iki ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqları ilə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Amin Əsədovun bədən nahiyələrinə qəsdən ardıcıl olaraq bıçaq zərbələri endirib sonuncuya sağlamlığa ağır zərər vuran döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən cəmi 03 ədəd kəskin qanitirmə ilə ağırlaşan deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran sağ körpücüküstü nahiyənin daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sıyrıq və qançır yara xəsarətlərini yetirməklə Amin Əsədovu qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, bundan sonra Zərərçəkmiş şəxs da ona xəsarət yetirməsini cüzi səbəblə bəhanə etməklə xuliqanlıq niyyətilə qəsdən öldürməklə bağlı əvvəlcədən qərarlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək üçün özlərinin şəxsiyyətlərini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla həmin bıçaqlarla Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da sonuncuya əzab və iztirab verəcəklərini əvvəlcədən dərk edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə xuliqanlıq niyyətilə ardıcıl çoxsaylı zərbələr vuraraq xüsusi ağrılar verməklə sonuncuya sağlamlığa yüngül zərər vuran alın nahiyyəsinin 01 ədəd, sol qaşüstü nahiyyənin 01 ədəd, döş qəfəsinin arxa səthinin 05 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yarası xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs özünümüdafiə etmək üçün qışqıraraq “oğlumu öldürdüz” deməsindən sonra o, oraya kənar şəxslərin gələcəyini düşünərək oğlu Təqsirləndirilən şəxs1lə birlikdə hadisə yerini tərk edərək qaçıb getmiş, Zərərçəkmiş şəxs və Amin Əsədov yaxın qohumları tərəfindən Yevlax şəhər mərkəzi xəstəxanasına aparılıb Amin Əsədov xəstəxanaya çatdırılan zaman öldüyündən, Zərərçəkmiş şəxs isə xəstəxanada tibbi və cərrahiyyə yardımı göstərilərək sağ qaldığından, o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə bağlı cinayət əməlini başa çatdıra bilməyərək həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən həyatdan məhrum etməyə, yəni qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri elan olunmuş ittiham üzrə tam təqsirli bildirdiyini bildirsə də, faktiki olaraq cinayəti təkbaşına törətdiyini qeyd edərək ifadəsində göstərmişdir ki, hadisə günü bibisigildə işləmişdir. Belə ki, oradan çıxıb evinə yemək yeməyə gəlmişdir. Bir də görmüşdür ki, qardaşı onun evinə gəlmiş və ona demişdir ki, atasını öldürüblər. O da evdən gizlincə bıçaq götürmüş və atasının olduğu yerə getmişdir. Həyətə girdiyi vaxt Zərərçəkmiş şəxs oğlu qarşısına çıxmış və onu təhqir etməyə başlamışdır. Bundan sonra Ramilin oğlu ona bıçaq atmışdır. Bıçaqdan yayınmış, lakin görmüşdür ki, Amin Əsədov ondan əl çəkmir və bıçaq atır. Elə bu vaxt belindən bıçaqla xəsarət almışdır. Ümumiyyətlə onun bıçaq vurmaq kimi niyyəti olmamışdır. Özünü müdafiə məqsədilə bıçaq çıxarmışdır. Ramilin oğlu onu öldürəcəyini demişdir. Dava etdikləri vaxt hava qaranlıq olmuşdur. Bıçaq çıxarmış və əlində sallamağa başlamışdır. Ancaq vurduğunu hiss etməmişdir. Çünki hava qaranlıq olmuşdur və necə vurduğunu görməmişdir. Dava zamanı Ramil də üstünə bıçaqla hücum etmişdir. Onu da bıçaqla vurmuş, amma vurduğunu hiss etməmişdir. Evə gəldikdən sonra bilmişdir ki, Ramilin oğlu Amini və Ramili bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, hadisə yerinə gedən vaxt niyyəti kimisə öldürmək olmamışdır. Bıçağı üzərində götürməkdə məqsədi, özünü müdafiə etmək olmuşdur. Çünki qardaşı yaşadığı evə gəlib demişdir ki, atasını öldürüblər. Hadisə vaxtı bıçaqla xəsarət almışdır. Amini və atası Ramili bıçaqla vurmuşdur. Onun üzərində bir bıçaq olmuşdur. Üzərində iki bıçaq olmamışdır. Həyətə daxil olub hadisə barədə öyrənmək istəmişdir. Ramilin oğlu üstünə bıçaqla hücum çəkmiş və demişdir ki, atası onun atasını vurduğu üçün onu öldürəcəkdir. Özünü müdafiə etmək məqsədilə bıçaq çıxarmışdır. Baş vermiş hadisəyə görə özünü təqsirli bilir və törətdiyi əməldən peşmandır. Hadisəni qardaşı ona xəbər vermişdir. Hadisə yerinə getdiyi vaxt atası yerə yıxılmışdır. Ramilə və ölən şəxsə xəsarətləri o yetirmişdir. İbtidai istintaq zamanı qardaşının yaşadığı evə gəlib atasının öldüyünü ona deməsini bildirmişdir. Müstəntiq isə onun dediyi kimi yazmamışdır. Həmin hissədə müstəntiq doğru qeyd aparmamışdır. Belə ki, qardaşı ona atasını döyüblər deməmişdir. Qardaşı ona atasını öldürüblər demişdir. O, birinci Esmiranı görmüşdür. Ondan atasının harada olduğunu soruşmuşdur. Esmira onun qarşısına çıxdığı vaxt tək olmuşdur. Esmiraya hədəqorxu gəlməmişdir. Təsdiq edir ki, ölən şəxsi və Ramili o vurmuşdur. Esmiraya Ramili axtardığını deməmişdir. Esmiradan atasının yerini soruşmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Gülbala Əliyev küçəsində ev 9-da qeydiyyatda olmaqla yaşamışdır. Zərərçəkmiş şəxs onun atasının xalası oğludur, Amin Əsədov da Ramilin doğma oğludur. Ramilin yaşadığı ev onun yaşadığı evlə yaxın məsafədə yerləşir. Təxminən 2-3 il bundan əvvəl Zərərçəkmiş şəxs onun mərhum anasının ünvanına söyüş işlətdiyi üçün atası Afətlə Ramilin arasında mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19-20 radələrində evdə olarkən təxminən 9-10 yaşlarında olan balaca qardaşı Cəsarət Abdullayev ona “atamızı Ramilgil döyürlər gəl”-deyə bildirmişdir. O da evdən dəstəyi qəhvəyi rəngli olan mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. X5 yaşadığı evinin qarşısında yaşadığı mənzilə getmişdir. Həmin vaxt Ramili axtarmış və əlində hadisə vaxtı istifadə etdiyi mətbəx bıçağı olmuşdur. Lakin həmin vaxt o, tək olmuş, atası Afət onunla birlikdə olmamışdır. O, otaqda Esmiranın öz ailəsinin olduğunu görüb “bağışla” deyib otaqdan çıxmışdır. O, ilk öncə Esmiranın yaşadığı mənzilə daxil olmuş, çünki o, atası Afətin Zərərçəkmiş şəxsla həmin mənzildə mübahisə etdiyini zənn etmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə getdikdə Ramilin onun atası Təqsirləndirilən şəxs2lə əlbəyaxa dava etdiyini görmüşdür. O, atası Afətlə Ramilin arasına girib aralaşdırmağa cəhd etmiş və mübahisə etməmələrini bildirmişdir. Bu zaman oraya gələn Amin Əsədov ona doğru əlində olan bıçaqla zərbə endirmiş, o, zərbələrdən yayınsa da həmin bıçaq zərbələrindən biri onun sol qol nahiyəsindən və biri də bel nahiyəsindən dəymiş, nəticədə o, bıçaq xəsarəti almışdır. Həmin vaxt Amin Əsədovun bıçağı hansı əlində tutduğunu tam xatırlamır. O da həmin vaxt Aminə “atalarımız dalaşır, bizə nə olub ki dalaşırıq?”-deyə bildirmişdir. Aminin onun bu sözünə əhəmiyyət vermədiyini görüb Aminə doğru bıçaq zərbələri endirməyə başlamış və Aminə sol əlində olan bıçaqla təxminən 4-5 dəfə zərbə endirmişdir. Hadisə vaxtı onun Amini öldürmək niyyəti olmamışdır. O, mübahisə olan dava-dalaş yerinə çatarkən atasının ağız nahiyəsindən xəsarət aldığını görmüşdür. Atası Afət ona Ramilin əlində olan daşı ona atarkən daşın ağzına tuş gəldiyini və nəticədə xəsarət aldığını hadisədən sonra demişdir. Lakin həmin vaxt Ramilin onun atası Afəti daşla vurmasını və ya atasına daş atmasını görməmişdir. O, Amin Əsədova bıçaqla xəsarət yetirdikdən sonra atası Afətlə Ramilin yanına yaxınlaşmış, həmin vaxt atası Afət Ramilə “burax məni biz qardaşıq”-deyə bildirmişdir. Lakin buna baxmayaraq Ramil onun atası Afətə kəllə atmışdır. O da buna görə əsəbləşib əlində olan hadisə vaxtı istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bel nahiyəsinə təxminən 3-4 dəfə bıçaq zərbəsi endirmişdir. O, həmin vaxt Amin Əsədova və atası Zərərçəkmiş şəxs yüngül bıçaq zərbəsi endirdiyini düşünmüş, buna görə də Amin Əsədovun yaşadığını zənn etmişdir. Hadisədən bir qədər öncə atası Afət Ramilgilə oturub söhbətləşməsi və münasibətləri bərpa etməsi üçün getmişdir. Lakin Ramil onun atası Afətə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs2 hadisə vaxtı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs onun atası Təqsirləndirilən şəxs2 bıçaqla xəsarət yetirməmişdir. Hadisə vaxtı onun üzərində bir cüt qara rəngli idman ayaqqabısı, bir cüt corab, boz rəngli cins şalvar, ön hissəsi zəncirbəndlə açılıb bağalanan qara rəngli uzunqol kişi sviteri və 01 ədəd qara rəngli qısaqol kişi köynəyi olmuşdur. Qətl hadisəsini törətdikdən sonra evə getmişdir. Həmin vaxt Amin Əsədovun yaşadığını düşünmüş, ona Aminin Yevlax rayon mərkəzi xəstəxanasına aparıldığını bildirmişlər. Buna görə də o da polisə təslim olmaq qərarına gəlmiş, bundan sonra təxminən saat 22 radələrində onun ailə üzvləri polis əməkdaşlarına yaşadığı evdə olmağı barədə məlumat vermiş, bir müddət sonra isə Amin Əsədovun ölməsi xəbərini eşitmişdir. Polis əməkdaşları gəlib onu evdən Yevlax rayon polis şöbəsinə aparmışlar. O, özünü polisə könüllü təqdim etmişdir. Hadisə vaxtı o, sol qol və bel nahiyyələrində xəsarətlər almış, həmin xəsarətləri hadisə vaxtı ona Amin Əsədov əlində olan bıçaqla yetirmişdir. İlkin olaraq ona Amin Əsədov bıçaq xəsarətləri yetirmiş, sonra o, Amin Əsədova bıçaq zərbələri endirməyə başlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs xalası oğludur. Hadisə günü xalası Şahid4 Ağdaş şəhərindən Yevlax şəhərinə gəlmişdir. Hadisə günü anası demişdir ki, xalasını çağırsın, xalası üçün yemək bişirmişdir. Həmin vaxt xalası Yadigar Əsədovun evində olmuşdur. Yadigar onun qardaşıdır. Yolda gedən vaxt Şahid6 görmüşdür. Niyaz ondan hara getdiyini soruşduqda, həmin vaxt Niyaza xalasını çağırmağa getdiyini bildirmişdir. Evə yaxınlaşmış və xalasını çağırmışdır. Görmüşdür ki, səs verən yoxdur və beləcə evin həyətinə daxil olub təkrar xalasını çağırmışdır. Xalası həmin vaxt evdən çıxmış və xalasına demişdir ki, anası onu çağırır, gəlsin gedib onlarda yemək yesinlər. Xalası evə dəyib çıxacağını bildirmişdir. Elə bu vaxt Zərərçəkmiş şəxs gəlmişdir. Heç nə olmadan qəflətən Ramil ağzının üstündən vurmuşdur. Elə bu vaxt özünü itirmişdir. Ramil onu vurduğu vaxt dişləri tökülmüşdür. Özünə gəlib Ramilin yaxasından yapışmış və onlar dava etməyə başlamışlar. Həmin vaxt Ramilin altına yıxılmışdır. Ramili üstündən atmaq istədiyi vaxt barmağı Ramilin ağzına girmişdir. Ramil barmağını dişləmiş və onu vurmağa davam etmişdir. Bundan sonrasını xatırlamır. Çünki özünü itirmişdir. Bildiyi qədəri ilə balaca oğlu Ramil ilə dava etdiyini görüb və böyük oğlunun yanına gedərək, bildirib ki, atasını öldürüblər. Bundan sonra böyük oğlu Təbriz hadisə yerinə gəlmişdir. Təbriz gəlib onu soruşduğu vaxt zərərçəkmiş şəxsin ailəsi oğlunu təhqir etmişdir. Sonra aralarında mübahisə yaranmışdır. Ramilin oğlu Təbrizi bıçaqla vurmuşdur. Təbriz də özünü müdafiə etmək məqsədilə ona bıçaq vurmuşdur. Ancaq o, həmin vaxt özündə olmadığı üçün bunları xatırlamır. Onu necə aparıblar, onu da xatırlamır. Özünə gəldiyi vaxt oğlu Təbriz ona hadisə barədə məlumat vermiş və demişdir ki, Ramilin oğlu onu bıçaqla vurub və o da Ramili və oğlunu bıçaqlamışdır. Özünə gəlmiş və küçəyə çıxmışdır. Bir də görmüşdür ki, qışqırıq səsləri gəlir. Həmin vaxt kimsə uşağın öldüyünü bildirmişdir. Qeyd etdiyi kimi onun olanlardan xəbəri olmamışdır. Heç o, ölən uşağı görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, oğlu hadisə yerinə gəldiyi vaxt heç bir hərəkət etməmişdir. Birinci dəfə Ramillə dava-dalaşı olmuşdur. Ancaq sonra özündə olmamışdır. Kimsə onu evə aparmışdr. Yəni ikinci dava-dalaşdan xəbəri yoxdur. Ramilə yumruq atmışdır. Belə ki, onunla əlbəyaxa dalaşmışlar. Həmin vaxt əlində bıçaq olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin ifadəsi ilə tanış olmuşdur. Güya deyirlər ki, onda bıçaq olmuşdur, lakin həmin vaxt onda bıçaq olmamışdır. Zərərçəkmiş şəxs onu şərləmişdir. Zərərçəkmiş şəxs xalası oğludur. Onunla düşmənçiliyi olmamışdır. Hadisə günü heç nə etməmişdir. Ramil onu heç bir səbəb olmadan qəflətən vurmuşdur. 4-5 il bundan əvvəl Ramillə sözlü mübahisələri olmuşdur. Həmin vaxtdan sonra bir-birlərini danışdırmamışlar. O, xalasını çağırmaq üçün Yadigarın evinə getmişdir. O, haradan bilə bilərmiş ki, Ramil də ora gəlir. Zərərçəkmiş şəxsla 10 dəqiqə dava etmişlər. Bundan sonra oğlu Təbriz gəlmişdir. Ancaq sonra nə hadisə baş verib, onu görməmişdir. Zərərçəkmiş şəxsla dava etdiyi vaxt əlində bıçaq olmamışdır və ona xəsarət yetirməmişdir. Ramil onu heç bir səbəb olmadan qəflətən vurmuşdur. Zərərçəkmiş şəxs yalan danışır. Zərərçəkmiş şəxsla dalaşdıqdan sonra evə gedib oğlunu götürüb təkrar hadisə yerinə gəlməmişdir. Belə bir hal baş verməmişdir. Zərərçəkmiş şəxsla dalaşdıqdan sonra özündə olmamışdır. İkinci dəfə hadisə yerində olmamışdır Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs2lə əvvəllər dava-dalaşı olmuşdur. Belə ki, hadisədən bir müddət əvvəl evdə qardaşı ilə mübahisələri yaranmışdır. Elə bu vaxt Təqsirləndirilən şəxs2 gəlmiş və ona yumruq atmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 evinə bir daha gəlməməsi barədə xəbərdarlıq etmişdir. Hadisə günü Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmişdir. Afətə niyə gəldiyini, ona əvvəllər onlara gəlməməsi barədə xəbərdarlıq etdiyini demişdir. Elə bu vaxt aralarında mübahisə yaranmışdır. Afət Adullayev ona yumruq atmış və o da ona qarşılıq verərək, yumruqla vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 çıxıb getmişdir. Təxminən axşam radələri olanda görmüşdür ki, həyətdən qışqırıq səsləri gəlir. Evdən həyətə çıxdığı zaman görmüşdür ki, Təqsirləndirilən şəxs2 və oğlu Təbriz oğluna xəsarət yetirirlər. Belə ki, Təbriz oğlunu tutur, Afət isə oğluna bıçaqla zərbələr vurmuşdur. Dərhal oğluna kömək etmək üçün onlara yaxınlaşmışdır. Həmin vaxt Afət sinəsindən yapışıb ürəyinə bıçaq zərbəsi vurmuşdur. Özünü itirmiş və yerə yıxılmışdır. Həmin vaxt Afət bıçağın arxa hissəsi ilə başına zərbələr vurmuşdur. Elə o anda huşunu itirmişdir. Bir də ayılmışdır ki, xəstəxanadadır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və oğlu Təbriz qəflətən həyətə daxil olmuşdur. Evdə olduğu zaman həyətdən səs-küy eşitmişdir. Dərhal həyətə çıxmış və görmüşdür ki, Afət oğluna bıçaqla xəsarət yetirir. Dəqiq xatırlamır, əgər səhv etmirsə Afət və Təbriz hadisədən əvvəl ona məxsus maşına zərbələr endirərək zərər vermişlər. Afət və Təbrizin əlində bıçaq olmuşdur. Təbriz oğlunu tutmuşdur, Afət isə bıçaqla zərbələr endirmişdir. O, kömək etmək məqsədilə oğlunun yanına qaçmışdır. Həmin vaxt Afət oğluna təpiklə vurmuşdur. Oğlu həyətə siqaret çəkməq üçün çıxmışdır. Onun Afətlə mübahisə etməyindən oğlunun məlumatı olmamışdır. Hadisə qəfil baş vermişdir. Afət və Təbriz həyətə daxil olaraq, oğluna hücum etmişlər. Afət və oğlu həyətə daxil olaraq heç nə demədən oğluna zərbələr endirmişlər. Mübahisənin qarşısını almaq üçün onlara yaxınlaşmışdır. Görmüşdür ki, Afət bıçaqla oğlunu vurur. Daha sonra Afət onu görmüş və sinəsindən yapışaraq ürək nahiyyəsinə bıçaq zərbələri vurmuşdur. Bundan sonra huşunu itirmişdir. Afət və Təbrizin oğlunu sürüyərək evin həyət qapısına aparıb qoymaqlarından məlumatı yoxdur. Çünki həmin vaxt bıçaq xəsarəti almışdır və huşunu itirmişdir. Hadisədən sonra əməliyyat olmamışdır. Ona sadəcə tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Təbriz Atası ilə birlikdə onun evinə gəlmişdir. Hadisədən əvvəl Təbriz onun evinə gəlməmiş, atası Təqsirləndirilən şəxs2 gəlmişdir. Afətlə mübahisələri olmuşdur. Həmin mübahisənin ardından axşam saatlarında Afət və oğlu Təbriz onun evinə gəlmişdir. Təqsirləndirilən şəxs2 ilk əvvəl evinə gəlməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs2 evinə niyə gəlməsini soruşmuşdur. Sonra aralarında mübahisə yaranmışdır. Afət onu yumruqla vurmuşdur. O da onu vurmuşdur. İlkin münaqişə oğlu ilə olmuşdur. Birinci dava-dalaşdan sonra Təqsirləndirilən şəxs2lə küsülü olmuşdur. Afət və Təbriz hər ikisi oğlunu vurmuşdur. Təbrizin oğlunun hansı nahiyyəsindən vurduğunu dəqiq görə bilməmişdir. Təbriz oğluna təpiklə vurmuşdur. Əvvəldən Təqsirləndirilən şəxs2lə dalaşmağının səbəbi qardaşı ilə mübahisə edərkən, Afətin müdaxilə etməsi olmuşdur. Belə ki, qardaşı ilə mübahisə etdiyi zaman Afət onu yumruqla vurmuşdur. Bundan sonra, Afətlə münasibətləri normal olmamışdır. Afətə demişdir ki, bir də onun həyətinə gəlməsin. Hadisə günü də Afət həyətinə gəlmişdir. Afətə həyətinə gəlməməsini demişdir. Aralarında mübahisə yaranmış və Afət onu vurmuşdur. O da Afəti vurmuşdur. Hadisə günü axşam saatlarında isə Afət oğlu ilə onun evinə qəflətən daxil olub oğlunu vurmuşlar. Afətlə dalaşdığı zaman ikisi olmuşlar. Oğlu yanlarında olmamışdır. Evdə olduğu zaman qışqırıq səsləri eşitmiş və dərhal həyətə çıxmışdır. Bir də görmüşdür ki, Afət və oğlu Təbriz oğlunu vururlar. Oğlunu bıçaqla vuran Afət olmuşdur. Oğlu Təbriz də atasına kömək etmişdir. Afət onu həyətdə görüb üstünə qaçmışdır. Sonra onu bıçaqla ürəyindən vurmuşdur. Daha sonra kürəyinə bıçaq vurmuşdur. Yerə yıxıldığı zaman isə bıçağın qundaq hissəsi ilə başına zərbələr vurmuşdur. Bundan sonra huşunu itirmişdir. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt özündə olmamışdır. Təbriz onu bıçaqla vurmamışdır. Kürəyindəki bıçaq xəsarətlərini Afət yetirmişdir. Afət onu bıçaqla vurduğu zaman Təbriz oğlunu təpiklə vurmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X17 onun oğludur. O, Zərərçəkmiş şəxs ilə təxminən 20-25 il bundan əvvəl rəsmi nikaha daxil olmuş, birgə nikahdan 5 övladı vardır. Təxminən 30 il olar ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. xx.xx.2023 il tarixdə digər oğlu X9 Gəncə şəhərində N saylı hərbi hissədə təşkil olunmuş andiçmə mərasimi olduğuna görə o, əri Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə qayınatası X18 şəhərinə yaşadığı ünvana gəlmişdir. O, hadisədən bir gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09-10 radələrində Yevlax şəhərindən azyaşlı qızı X10 ilə birlikdə Yevlax şəhər dairəsində dayanan nömrəsini və markasını xatırlamadığı taksi avtomobili ilə Gəncə şəhərinə yola düşmüşdür. Bir gün Gəncə şəhərində xatırlamadığı evdə qızı ilə kirayədə qalmış və səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə hərbi hissəyə gedib oğlu Adəmin andiçmə mərasimində iştirak etmişdir. Sonra o, kirayədə qaldığı evə qayıtmışdır. Təxminən saat 20-21 radələrində evdə azyaşlı qızı Zeynəbi çimizdirərkən onun mobil telefonuna qohumlarından xatırlamadığı kimsə zəng edib “Yevlaxa evə gəl, hadisə olub oğlun Aminin meyiti yerdədir”deyə bildirmişdir. O da bundan sonra Yevlax şəhərinə geri qayıtmışdır. Həmin vaxt çox həyəcanlı olmuş, buna görə də Yevlaxa gecə saat neçədə çatdığını xatırlamır. O, evə çatdıqda həyətdə hüquq mühafizə orqanı əməkdaşları və təcili tibbi yardım stansiyasının avtomobili olduğunu görmüşdür. Həmin vaxt təcili tibbi yardım stansiyasının əməkdaşları oğlu Aminin meyitini evə gətirmişdir. Əri Zərərçəkmiş şəxs da xəstəxanada olmuş, hadisə vaxtı Ramil də bədən xəsarətləri almışdır. Evdə olarkən eltisi Esmira, Esmiranın azyaşlı uşaqları Şahid2 və Şahid3 ona əri Ramilin xalası oğlu Təqsirləndirilən şəxs2 və Afətin oğlu Təqsirləndirilən şəxs1 əllərində bıçaqla onun yaşadığı ünvana gəldiklərini, evin həyətinə keçib əri Ramilə və Aminə hücum etdiyini bildirmişdir. Baş vermiş mübahisə zamanı Afət ilə Təbriz əllərində olan bıçaqla ilk öncə onun oğlu Aminə çoxsaylı bıçaq zərbələri endirərək xəsarət yetirmişlər, sonra isə əri Zərərçəkmiş şəxs bıçaq zərbələri endirərək xəsarət yetirmişlər. Oğlu Amin aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Onlar uzun müddət Bakı şəhərində yaşadığından Təqsirləndirilən şəxs2 ailəsi ilə gediş-gəlişləri, münasibətləri olmamışdır. Həmçinin Afətin ailəsi ilə düşmənçiliyi də olmamışdır. Təqsirləndirilən şəxs2 yalan söyləyir, əri Zərərçəkmiş şəxs Afətin arvadına heç vaxt söyməmiş, həmçinin əri Ramil Afətlə mübahisə etməmişdir. Sadəcə Bakı şəhərində yaşadıqları üçün Afətin ailəsi ilə münasibətləri olmamışdır. Mübahisə vaxtı əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 daş atmamış və daşla zərbə endirməmişdir. Afət oğlu Təbrizlə birlikdə onun yaşadığı ünvana qohumları Günəşi bəhanə edib gəlmişlər. Lakin Afətin məqsədi onun oğlu Amini və əri Ramili öldürmək olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır, X25 isə qaynı Ramilin oğludur. Ramil ailəsi ilə birlikdə Yevlax şəhərində qaynanasının evində yaşamışdır. O da öz ailəsi ilə birlikdə həmin evin qarşısındakı bir otaqlı mənzildə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19-20 radələrində qaldığı həmin bir otaqlı mənzildə uşaqları ilə birlikdə olarkən anidən çöldə avtomobilin daşla vurulması səsi eşitmişdir. Sonra qapını açdıqda həmin vaxt ərinin qohumları Təqsirləndirilən şəxs2 və Afətin oğlu Təqsirləndirilən şəxs1 onun üzərinə gəlməyə başlamış, həmin an hər ikisinin, yəni Afətlə Təbrizin əlində bıçaq olmuşdur. O, həmin vaxt çox qorxmuşdur. Təbriz əlində olan bıçaqla onun üzərinə gəlib, “Ramili üzə çıxart, yoxsa sənə də problem yaranar”-deyə bildirmişdir. O da Təbrizə “sən Allah məni vurma, mənim körpələrim var, həm də hamiləyəm, mənim uşaqlarıma yazığın gəlsin”-deyə bildirmişdir. Afətlə Təbriz sonra onun qaynı Ramili axtarmışlar. Bundan sonra Təbriz və Afət əllərində olan bıçaqla onun qaynatasının evinin həyətinə doğru qaçmışlar. Həmin vaxt Ramil onun qaynatasının evinin həyətinə oturmuşdur. Həmin vaxt ətrafda olanlar qaynı oğlu Amin Əsədovun öldüyünü qışqırmışlar. Həmin vaxt o, həmçinin Amin Əsədovun onun yaşadığı mənzilin sağ küncü tərəfində yerdə uzanıqlı və ölmüş vəziyyətdə olduğunu görmüşdür. Ona uşaqları qışqırıb Aminin öldüyünü dediyi üçün, o, Aminin ölmüş olduğunu anlamışdır. O da həm hadisənin qorxusundan, həm də meyitdən qorxduğu üçün mənzildən uşaqlarını götürüb Amin Əsədovun meyiti olduğu yerin əksi istiqamətinə, yəni mənzilin sol tərəfi istiqamətinə qaçmışdır. Sonra o, ev tərəfə qayıtdıqda Aminin qanlar içində olduğunu görüb Aminin öldüyünü qışqırmışdır. Afət və X22 qətlə yetirərkən Ramilin “oğlumu öldürmüyün” qışqırıq səslərini eşitmişdir. O, mənzildən çölə çıxanda Afətlə oğlu Təbrizin küçə istiqamətində qaçdığını görmüşdür. Bundan sonra Amin Əsədovu qaynının avtomobilinə uzadıb Yevlax rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər ona Amin Əsədov xəstəxanaya ölmüş vəziyyətdə çatdırıldığını bildirmişlər. Zərərçəkmiş şəxs da xəsarət aldıqdan sonra üst-başı qan içində olmuşdur. Afət və Afətin oğlu Təbrizin Ramilin yaşadığı ünvana gəldikdə evdə uşaqlarını yatızdırmış, həmin vaxt çöldə səs-küy yaranmış, səs-küyə oğlu Hüseyn və qızı Zülfiyyənin çölə çıxmış, oğlu Hüseynin onun yanına qayıdıb Afət və Təbrizin Ramilin avtomobilini daşladığını bildirmişdir. O, çölə çıxdıqda avtomobilin şüşələrini qırıq vəziyyətdə olduğunu görmüşdür. Afət oğlu Təbrizlə birlikdə Amini qətlə yetirdikdən və Ramilə xəsarət yetirdikdən sonra əllərində olan bıçaqlarla Ramilin evini tərk etmişlər, lakin həmin vaxt aralıq çox qarışdığı üçün Afətin və Təbrizin əllərində olan bıçaqları hara atmalarını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 qanuni nümayəndəsi və mütəxəssis-müəllimin iştirakı ilə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisi, Amin Əsədov da əmisi oğludur. Eşitdiyinə görə təxminən 30 ildir ki, əmisigil Bakı şəhərində yaşayırlar. X15 şəhərində də evləri olmuş, hərdən gəlib həmin evdə qalmışlar. Əmisi Ramilin digər oğlu Adəmin xx.xx.2023 il tarixdə Gəncə şəhərində N saylı hərbi hissədə təşkil olunmuş andiçmə mərasimi olmuşdur. Bu səbəbdən də, Ramil və öz ailə üzvləri ilə birlikdə onlara gəlmişlər. Əmisi Ramilin arvadı Salatın Adəmin andiçmə mərasimində iştirak edə bilsin deyə hadisədən bir gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 18-19 radələrində əmisi Ramilin xalası Günəş evə qonaq gəlmişdir. Həmin vaxt anası Şahid1 babasının evinin həyətinin çölündə tikilmiş onların yaşadığı bir otaqlı mənzildə azyaşlı bacısını yatızdırmışdır. O da anası Esmira və qardaşı Hüseyn ilə birlikdə otaqda olmuşdur. Anidən çöldə səs-küy yaranmış, o, qardaşı Hüseynlə birlikdə çölə çıxdıqda Afətin və Təbrizin onun əmisi Ramilin avtomobilini daşladığını, həmçinin Afət əlində olan bıçaqla maşının arxa hissəsinə zərbə endirdiyini görmüşdür. Əmisi Ramilin avtomobili yaşadığı evin qarşısında dayanmışdır. Sonra Təqsirləndirilən şəxs2 və Afətin oğlu Təqsirləndirilən şəxs1 əllərində olan bıçaqla onun yaşadığı evin qarşısına gəlmişlər. Afət və Təbriz əsəbi şəkildə onun anası Esmiradan əmisi Ramilin harada olduğunu soruşmuşlar, sonra anası Esmiranın üzərinə bıçaqla gəlmişlər. Həmin vaxt o, çox qorxmuşdur. Anası Esmira həmin vaxt Təbrizdən onlara toxunmamasını xahiş etmiş, sonra Afətlə oğlu Təbriz əllərində olan bıçaqla Ramili axtarmaq üçün babası Bilalın evinin həyətinə getmişlər. Afət və Təbriz Ramilin yaşadığı evin həyətinə keçmişlər, həmin vaxt Afət və Təbriz əmisi Ramilin üzərinə hücum etmişlər, bunu görən Amin dərhal atası Ramilə kömək etmək məqsədilə gəlmişdir. Həmin vaxt o, Afət və Təbrizin əllərində olan bıçaqla Aminin üzərinə hücum edərək Aminə bıçaqla bir neçə dəfə xəsarət yetirdiklərini görmüş, sonra da Afətlə Təbriz onun əmisi Ramilin üzərinə hücum etmiş və birlikdə onun əmisi Ramili yerə yıxıb döyməyə başlamışlar. X23 Ramilə də bıçaqla xəsarət yetirmişlər. Ramil halsız vəziyyətdə yerdə uzanıqlı qalmışdır. Sonra Afət və Təbriz onun əmisi oğlu Aminin meyitini götürüb evin hasarının qarşısına atmışlar və tez şəkildə hadisə yerini tərk etmişlər. Təbriz və Afət oranı tərk etdikdən sonra Təbriz əlində olan bıçağı yaşadıqları küçəyə atmış, həmin vaxt hava qaranlıq olduğu üçün Afətin bıçağı hara atdığını görməmiş, lakin Təbriz bıçağı atarkən Afətin Ramilə məxsus avtomobilin yanında dayandığını görmüşdür. Sonra Afət və Təbriz tez şəkildə hadisə yerini tərk etmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 da qanuni nümayəndəsi və mütəxəssis-müəllimin iştirakı ilə şahid qismində dindirilərkən bacısı Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 onun bacılarının oğullarıdır. xx.xx.2023-cü il tarixdə o, Ağdaş rayonundan Yevlax şəhərinə gəlmiş və həmin gün qonaq kimi Zərərçəkmiş şəxs yaşadığı ünvanda qalmışdır. xx.xx.2023-cü il tarixdə axşam təxminən 20 radələrində Ramilin evində olmuşdur. Həmin vaxt evdə qohumu Niyazın arvadı Samirə də olmuşdur. Həmin vaxt Afət Niyazla birlikdə Ramilin yaşadığı evə gəlmiş və ona öz anasının onu evlərinə qonaq çağırdığını bildirmişdir. O da Afətin təklifi ilə razı olmuş, həmin vaxt onlar evdən çıxmaq istəyərkən Ramil evin həyətində daxil olmuşdur. Ramil Afəti gördükdən sonra anidən Ramil Afətin ağız nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Afətlə Ramil mübahisə etmiş, aralarında dava-dalaş başlamışdır. Həmin vaxt o, Niyaz və Ramilin oğlu Aminlə birlikdə Afətlə Ramili aralaşdırmışdır. Amin və Niyaz Ramil götürüb evin içərisinə aparmışlar, o da Afəti götürüb Afətin yaşadığı evə kimi aparmışdır. Afət həmin vaxt çox əsəbi olmuşdur. Afətin yaşadığı evdə olarkən Afətin oğlu Təbriz evə gəlmiş və Afətin ağız nahiyəsindən qan axdığını görmüşdür. Həmin vaxt Təbriz hansı səbəbə Ramil ilə Afət arasında dava-dalaş baş verdiyini maraqlanmışdır. Sonra onun halı pis olduğu üçün o, atasının yaşadığı ünvana getmişdir. Bir müddətdən sonra qonşular ona Afət oğlu Təbrizlə birlikdə Ramilin yaşadığı evə getdiyini, Ramil və Aminlə aralarında davadalaş baş verdiyini, nəticədə isə Amin Əsədovun bıçaqla qətlə yetirildiyini, Zərərçəkmiş şəxs isə bıçaq xəsarətləri aldığını bildirmişdir. Həmin vaxt o, atasının yaşadığı evə getdiyi üçün Afətlə Təbrizin öz yaşadıqları evdən əllərində bıçaqla çıxıb Ramil və Aminin yaşadığı evə getdiklərini görməmişdir. Bu hadisə anidən baş vermişdir. Təqsirləndirilən şəxs2 yolda olarkən ona Zərərçəkmiş şəxs və ya Ramilin oğlu Amin Əsədovu öldürəcəyi barədə heçnə deməmişdir. Həmçinin Təbriz də ona Ramili və Amini öldürəcəyi barədə heçnə deməmişdir. Afət evə getdikdən sonra oğlu Təbrizlə birlikdə yenidən Ramilin yaşadığı evə getməyi qərara almışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qeyri-rəsmi olaraq əridir, Təqsirləndirilən şəxs2 isə onun qayınatasıdır. Zərərçəkmiş şəxs və Amin Əsədov isə onun əri Təbrizin və qayınatası Afətin qohumlarıdır. O, təxminən bir il bundan əvvəl Təbrizlə ailə həyatı qurmuşdur. Təbrizlə onun bir azyaşlı övladları vardır. xx.xx.2023-cü il tarixdə o, evdə olmuşdur. Həmin gün axşam radələrində qaynıatası Afət Ağdaş rayonundan gələn qohumu Günəşi Zərərçəkmiş şəxs yaşadığı evdən onların yaşadığı evə qonaq gəlməsi üçün çağırmağa getmişdir. Bir müddətdən sonra qaynıatası Afət Günəşlə birlikdə birgə yaşadıqları evə gəlmişlər. Həmin vaxt o, qaynıatası Afətin ağız nahiyəsindən qan axdığı görmüşdür. Həmin vaxt Günəş ona Ramil ilə Afətin arasında dava-dalaş baş verdiyini demişdir. Sonra Günəş öz atasının evinə çıxıb getmişdir. O, qayınatası Afətin ağız nahiyəsindən axan qanı yumağa başlamışdır. Həmin vaxt onun əri Təbriz evə daxil olmuş və Afətdən nə baş verdiyini soruşmuş, Afət də əri Təbrizə Ramilin onun ağız nahiyəsinə yumruqla zərbə endirdiyini və onların arasında mübahisə yarandığını bildirmişdir. Sonra əri Təbriz əsəbi şəkildə evdən çıxıb getmiş, Təbrizin ardınca isə qaynatası Afət çıxmış, o da uşaqlara baxmaq üçün evdə qalmışdır. Lakin həmin vaxt o, elə düşünmüş ki, Afət və Təbriz yalnız Ramil ilə söhbət etməyə və barışmağa getmişlər. Təbriz və Afət evdən çıxarkən o, onların əlində bıçaq görməmişdir. Bir müddətdən sonra Afət və Təbriz evə qayıtmışlar. Həmin vaxt Təbriz ona əlində olan bıçaqla Ramilə xəsarət yetirdiyini, Amini isə qətlə yetirdiyini bildirmişdir. Lakin qayıtanası Afət barəsində heçnə deməmişdir. Daha sonra polis əməkdaşları gəlib əri Təbrizi götürmüşlər, bir müddətdən sonra isə polis əməkdaşları gəlib qayınatasını götürüb polis şöbəsinə aparmışlar. O, Təbrizin və Afətin Ramilə və Aminə xəsarət yetirmək və ya öldürmək niyyətlərinin olmasını bilməmiş, bu barədə Təbriz və ya Afət ona heçnə bildirməmişlər. Afətlə Ramilin arasında soyuq münasibətlər olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 onun bibisi oğludur. Zərərçəkmiş şəxs tez-tez ailəsi ilə birlikdə Bakı şəhərinə gedib-gəlir deyə onlara gediş-gəlişləri olmamışdır. xx.xx.2023-cü il tarixdə bibisi Günəş Ağdaş rayonundan Ramilin atası Bilalın evinə qonaq gəlmişdir. Ramilgil də Bakı şəhərindən Yevlax şəhərinə ata evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evin qarşısında olarkən bibisi oğlu Təqsirləndirilən şəxs2 küçədən keçmişdir. Afət onunla salamalaşıb bibisi Günəşin hazırda Ramilin ata evində olmasını bildirmiş və ondan Ramilgilə birlikdə gedib bibisi Günəşi çağırmasını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs2lə razılaşmış və onlar birlikdə Ramilin yaşadığı evinə getmiş və evin həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 onun bibisi Günəşi çağırmışdır. Günəş də Afətə gözləməsini və az sonra aşağı düşəcəyini bildirmişdir. Günəş həyətə düşdükdən sonra onlar həyət darvazasından çıxmağa hazırlaşarkən bibisi oğlu Ramillə anidən qarşılaşmışlar. Həmin vaxt Ramil ilə Afət arasında mübahisə başlamış, Ramillə Afət birbirilərinə yumruq vurmuşlar. Ramil Afətin bir dəfə ağız nahiyəsindən vurmuş, Afət də Ramilin üz nahiyəsinə bir neçə dəfə yumruğu ilə zərbə endirmişdir. X24 hansı səbəbə dalaşması barədə məlumatı olmamışdır. Bundan sonra o, Afəti Ramildən aralayıb mübahisəni sakitləşdirmiş, o, Ramili Afətdən aralaşdırıb evin içərisinə salmış, daha sonra isə evə getməsi üçün Afəti küçəyə qədər ötürmüşdür. Həmin vaxt bibisi Günəş Afəti yaşadığı evə aparmışdır. Bundan sonra o, özü yaşadığı evə getmişdir. Qısa zaman sonra Afətin və Afətin oğlu Təbriz Ramilin yaşadığı ünvana gedərək Ramilə və Ramilin oğlu Aminə hücum etdiyini, aralarında yaranmış dava-dalaş zamanı Amini bıçaqla qətlə yetirdiyini, Ramilə isə bıçaqla xəsarət yetirdiklərini eşitmişdir. Təqsirləndirilən şəxs2 və Afətin oğlu Təqsirləndirilən şəxs1 Ramilin Əsədovun yaşadığı ünvana getməmişdən əvvəl Ramili və Ramilin oğlu Amini qətlə yetirəcəkləri barədə ona heçnə bildirməmişlər. Afətlə Ramil birinci dəfə dalaşdıqdan sonra o, yaşadığı evə getmişdir. Afət ikinci dəfə Təbrizlə birlikdə Ramilin yaşadığı evə gələrkən o, evdə olmuş, hadisədən sonra Aminin qətlə yetirildiyini, Ramilin isə xəsarət aldığını öyrənmişdir. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında əvvəllər düşməçilik olub-olmaması barədə məlumatı olmamış, lakin Afətlə Ramilin arasında soyuq münasibətlər olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Məlumat”dan görünür ki, Yevlax rayon prokurorluğuna həmin tarixdə saat 20:20 radələrində Yevlax RPŞ-nin növbətçi hissəsindən xx.xx.2003-cü il tarixdə ünvan 5 ünvanında yaşayan X11 4 bıçaq xəsarəti ilə rayon xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vərəqi 06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Məlumat”dan görünür ki, Yevlax rayon prokurorluğuna həmin tarixdə saat 21:35-də ünvan 6 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs kürək nahiyyəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Yevlax RMX-yə daxil olması barədə məlumat daxil olmuşdur (cild 01 iş vər. 31). Cinayət işinin materiallarında olan 13-14 fevral 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri X21 yaşadığı Yevlax şəhəri H.Cavid küçəsi ev 83 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin evin qarşısına torpaq yolla gəlinir. X25 qeyd edilən ünvanda yaşamışdır. Evin həyətinə 02 taylı tünd göy rəngli dəmir darvazadan daxil olunur. Evin həyətinin küçəyə baxan hasarı şiferlərdən təşkil olunmuşdur. Həyətə daxil olduqda 25 metr irəlidə 01 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həyətə baxış keçirilən zaman girişdən sağ tərəfdə otluq yer örtüyü üzərində şiferlərdən ibarət çəpərin yaxınlığında 01 ədəd dəstəyi ağ-göy-qırmızı rəngli kapron materialdan, tiyəsi isə metaldan ibarət bıçaq aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evin həyətinə giriş hissədə, yerdə torpaq örtüyü üzərində 01 ədəd qəhvəyi rəngli taxta materiallı bıçaq dəstəyi aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. X21 yaşadığı evin sol tərəfində şiferdən ibarət hasarın sağ tərəfində Amin Əsədovun qohumu Şahid1 yaşadığı bir otaqlı mənzil yerləşir. Şiferdən ibarət hasarın küçəyə aid olan hissəsində, yerdə torpaq örtüyü üzərində 01, 02 və 03 nömrə ilə işarələnmiş qanabənzər ləkələr aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən, həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa həmin yerə baxış zamanı 01 ədəd qadın şərfi, 01 ədəd önü zəncirbəndlə açılıb-bağlanana qadın jileti, 01 ədəd sarı-qara rəngli şalvar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. X21 qohumu Şahid1 yaşadığı mənzilə baxış zamanı evin eyvanına giriş hissədə, pilləkənin yanında 01 ədəd qara rəngli corab aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin evin giriş hissəsinin açıq eyvanında beton döşəmə üzərində 04 və 05 nömrə ilə işarələnmiş, evin pilləkəninin üzərindən 06 və həmin mənzilə daxil olunan taxta giriş qapısınını çərçivəsindən 07 nömrə ilə işarələnmiş qanabənzər ləkələr aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mənzilə daxil olduqda sol tərəfə üzərinə yorğan-döşək yığılmış vəziyyətdə çarpayı yerləşir. Mənzilə giriş hissədə qarşı-qarşıya, çarpayıdan 50 sm sağ tərəf istiqamətində məsafədə üst-üstə yığılmış vəziyyətdə geyim əşyaları yerləşmişdir. Otağa daxil olduqda sağ tərəf istiqamətində 3 metr irəlidə odun sobası yerləşir. Mənzil baxış zamanı başqa iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa X21 yaşadığı evə yaxın ərazidə, küçədə baxış zamanı evin həyət darvazasından 25 metr irəlidə, yerdə torpaq üzərində 01 ədəd metal materiallı bıçaq tiyəsi aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Havanın qaranlıq olması ilə əlaqədar baxış dayandırılmaqla növbəti günə, yəni xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixdə gündüz vaxtı küçəyə, X21 yaşadığı evə və onun qohumu Şahid1 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 33-50). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190” markalı **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, “Mercedes Benz 190” minik (sedan) markalı, **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa yük yerinin qapısınını (kapotunun) orta hissəsində deformasiyaya uğramış zədələr, habelə arxa şüşədə müxtəlif ölçülü zədələrin (deşiklərin) olması aşkar edilmişdir. Avtomobilin kabinəsinin arxa sol sərnişin oturacağı olan hissəsində döşəmə üzərində daş parçaları aşkar edilmiş, habelə kabinənin arxa sağ sərnişin oturacağı olan hissəsində döşəmə üzərində 03 ədəd daş parçaları və 01 ədəd dəstəyi qəhvəyi rəngli taxta materialdan, tiyə hissəsi metaldan olan bıçaq aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, foto şəkillər çəkilərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər, 178-184). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 68 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin 01 ədəd, sol qaşüstü nahiyyənin bir ədəd, döş qəfəsinin arxa səthinin beş ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə, həm də ayrı-ayrılıqda səhhətin qısa müddət pozulmasına səbəb olmuş bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və ölçü göstəriciləri onların ekspertizaya təqdim edilmiş baltanın kəsici-çapıcı hissəsinin təsirindən törənməsini istisna edir (cild 01 iş vər. 249). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 04Ə/68 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin bir ədəd, sol qaşüstü nahiyyənin bir ədəd, döş qəfəsinin arxa səthinin beş ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya onlara bənzər digər bıçaqların tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə, həm də ayrı-ayrılıqda səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və ölçü göstəriciləri onların ekspertizaya təqdim edilmiş baltanın kəsici-çapıcı hissəsinin təsirindən törənməsini istisna edir (cild 01 iş vər, 250-251). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 03ə/07 nömrəli ekspert rəyindən görünür ki, X27 meyitində sağ körpücüküstü nahiyənin daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən 3 ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları, sol almacıq nahyəsinin sıyrığı və qançırı xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətinalətlərin, ola bilsin yuxarıda qeyd edilən İ-İİ bənddə təsvir edilən bıçaqların və ya ona bənzər digər bıçaqların tiyəsinin təsirindən törənmişdir (qeyd olunan xəsarətlərin daha dəqiq məhz hansı bıçağın təsirindən törənməsini müəyyən etmək üçün hadisə vaxtı mərhumun əynində olan paltarların iş materialları ilə birlikdə məhkəmə-tibbi krimnalistika şöbəsinə təqdim edilməklə ekspertizanın təyin edilməsi məqsədəuyğun olardı), həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığa ağir zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər. Sağ körpücüküstü nahiyədə olan deşilmiş-kəsilmiş yara sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sıyrıq və qançırlar həyatidir, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və adətən dərəcəsi təyin edilmir. Mərhumun bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və ölçü göstəriciləri onların ekspertizaya təqdim edilmiş baltanın kəsici-çapıcı hissəsinin təsirindən törənməsini istisna edir (cild 02 iş vər, 117-119). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 07 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X27 ğlunun meyitində sağ körpücüküstü nahiyənin daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən 3 ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları, sol almacıq nahyəsinin sıyrığı və qançırı xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin-alətlərin təsirindən törənmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yuxarı iç hissəsinin, döş qəfəsinin sol aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin daxilə nüfuz edən (cəmi üç ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər. Sağ körpücüküstü nahiyədə olan deşilmiş-kəsilmiş yara sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. Sıyrıq və qançırlar həyatidir, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və adətən dərəcəsi təyin edilmir. X3 meyitində aşkar edilmiş xəsarətlərin yerləşdiyi nahiyələrlə hadisə vaxtı onun əynində olmuş paltarlarda olan zədələr cüzi fərqlə üst-üstı düşür. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu deməyə əsas verir ki, həmin xəsarətləri aldıqdan sonra mərhum qısa müddət ərzində hər hansı iradi hərəkət edə bilərdi. Mərhumun meyitində anadangəlmə və ya sonradan qazanılma sümük-əzələ qüsuru aşkar edilmədi. Xəsarətlərin xarakterini və yerləşdiyi nahiyələri nəzərə alaraq güman etmək olar ki, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən böyük ehtimalla qarşı-qarşıya olmuşlar. Məhkəmə-kimyəvi şöbədə tərtib edilmiş 778/k saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X3 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. X3 bilavasitə ölümünə səbəb döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları nəticəsində kəskin qanitirmə olmuşdur. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir (cild 02 iş vər, 126-128). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs2 bədənində aşkar edilmiş xəsarətlər –dörd dişin travmatik itirilməsi, hər iki dodağın selikli qişasının əzilmiş yarası sağ əlin İ barmağının dırnaq falanqasının arxa səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlməsi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10 %) itirilməsinə səbəb olduğu üçün sağlamlığa az ağır zərər vuran xəsarətlər aid edilir (cild 01 iş vər, 246). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 69 nömrəli rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs1 oglunun bədənində aşkar edilmiş xəsarətlər-sol dirsək nahiyyəsinin,sol kürəkarası nahiyyənin, sol diz oynagının kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ekspertizaya təqdim edilmis bıçaq va ya onlara bənzər digər bıçaqların təsirindən törənməsi istisna edilmir, əmələ gəlməsi xx.xx.2023-cü il tarixə uyğun gəlir.Yaranın xarakteri vo ölçü göstəriciləri onların ekspertizaya təqdim edilmiş baltanın kəsici və çapıcı hissəsinin təsirindən törənməsini istisna edir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilir (cild 01 iş vər, 247-248). Cinayət işinin materiallarında olan əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ƏQ-264/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı “E 190” modelli **-EN-*** dövlət qeydiyyat nişanlı 1991-ci il buraxılışlı “Gümüşü metallik” rəngli, sedan tipli minik avtomobilinə dəymiş ziyanın xx.xx.2023-cü il tarixə real bazar dəyəri 310 (üç yüz on) manat təşkil edir (cild 01 iş vər, 267-275). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları xx.xx.2023-cü il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı əyani şəkildə göstərərək bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin video görüntüsü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 02 iş vər, 142-144). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları xx.xx.2023-cü il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin video görüntüsü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 02 iş vər, 148- 150). Cinayət işinin materiallarında olan PHŞ – 1680/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Yevlax RMX”nin psxio-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 02 iş vər, 180). Cinayət işinin materiallarında olan PHŞ – 1678/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “Yevlax RMX”nin psxio-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 02 iş vər, 182). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 sözügedən dispanserdə qeydiyyatda yoxdur (cild 02 iş vər, 183). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 sözügedən dispanserdə qeydiyyatda yoxdur (cild 02 iş vər, 184). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1383 nömrəli “Məhkəmə lifli ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X13, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X13 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd qəhvəyi rəngli matiraolunmuş uzununa zolaqlı kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən poliverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən poliverin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X13 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən jaketin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 02 iş vər, 202-209). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3/438, 3/439 və 3/441 nömrəli “Kompleks məhkəmə daktiloskopik və trasoloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...X4 meyitinə baxış zamanı onun üzərində olmuş...” yazı qeydləri olan bir ədəd köynəyin və bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd köynəyin və bir ədəd maykanın səthində olan zədələrin təqdim edilmiş üç ədəd bıçağın, bir ədəd bıçaq tiyəsinin də təsirindən yaranması mümkündür. Lakin, həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş üç ədəd bıçaq, bir ədəd bıçaq tiyəsi ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd köynəyin və bir ədəd maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bağlamasının üzərində “...X4 meyitinə baxış zamanı onun üzərində olmuş...” yazı qeydləri olan bir ədəd köynəyin sol qoltuqaltı hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd şalvarın və bir ədəd tumanın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş...” yazı qeydləri olan bir ədəd cins şalvarın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş...” yazı qeydləri olan bir ədəd idman şalvarının səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Həmin bağlamadan aşkar edilmiş bir ədəd puloverin, bir ədəd köynəyin və bir cüt ayaqqabının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində “...Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş...” bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd cins şalvarın və bir cüt ayaqqabının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəb bıçaq tiyəsi və dəstəyi əvvəllər vahid bütövlük təşkil etmişlər, yəni bir bıçağın iki hissəyə bölünmüş hissədir (cild 02 iş vər, 210-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsinin X2 Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 164 nömrəli “Kompleksməhkəmə psixiatrik və psixoloji ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 02 iş vər, 218-221). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsinin X2 Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 165 nömrəli “Kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 02 iş vər, 222-225). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə rayonlararası Narkaloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 747 nömrəli “Məhkəmənarkoloji ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02 iş vər, 226). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə rayonlararası Narkaloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 746 nömrəli “Məhkəmənarkoloji ekspertizası”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02 iş vər, 227). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 139/2023-MTBŞ nömrəli “Məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, X11 ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu: B/lll/. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu: B/lll/. Ekspertizaya təqdim edilən mərhum X13 məxsus köynək, cins şalvar, kəmər, mayka, trusik, Təqsirləndirilən şəxs2 məxsus idman şalvarı üzərində tək-tək yerləşmiş ləkələrdə, bir cüt ayaqqabı, hadisə yerindən götürülmüş jilet, qurumuş bitki qalıqları qarışmış torpaq nümunələri, torpaq nümunəsi, qırmızı, göy, ağ rəngli tutacağı olan mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd gigiyenik çubuğun ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X13 məxsus ola bilər. Lakin ləkələrin bir neçə şəxsin qarışmış qan hesabına yarandığı hallarda/ləkələrin ölçü və xarakteri, yaranma mexanizmi və hadisənin dinamikada gedişi nəzərə alınmaqla ləkələrdə həmçinin O/l/ qruplu qarışmış qanın, həmçinin də həmin qruplu Zərərçəkmiş şəxs qarışmış qanının olması inkar oluna bilməz. Göstərilən ləkələrdə B/lll/ qruplu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanları ABO sitemi ilə inkar olunur. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar, Təqsirləndirilən şəxs1 məxsus şalvar üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd gigiyenik çubuğun ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız H antigeni alındı. Bu antigen tək halda yalnız O/l/ qruplu qanı formalaşdıraraq xarakterizə etdiyindən bu ləkələrin həmin qruplu şəxsə məxsus olduğunu söyləmək olar. Bu halda, göstərilən qan ləkələrində O/l/ qruplu Zərərçəkmiş şəxs qanının olması mümkündür. Göstərilən ləkələrdə A-beta/H//İİ/ qruplu X3 və B/lll/ qruplu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanları ABO sitemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs2 məxsus qısaqol köynək, idman şalvarı, Təqsirləndirilən şəxs1 məxsus idman şalvarının sağ yan cibinin astarında və girişinin kənarlarında, jaket üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri B/H//İİİ/ qruplu şəxsə/şəxslərə/, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs2, həmçinin eyni qruplu Təqsirləndirilən şəxs1 məxsus ola bilər/əgər onların qanlarında müşayiətçi H antigeni varsa/. Lakin ləkələrin bir neçə şəxsin qarışmış qan hesabına yarandığı hallarda/ləkələrin ölçü və xarakteri, yaranma mexanizmi və hadisənin dinamikada gedişi nəzərə alınmaqla ləkələrdə həmçinin O/l/ qruplu qarışmış qanın, həmçinin də həmin qruplu Zərərçəkmiş şəxs qarışmış qanının olması inkar oluna bilməz. Göstərilən ləkələrdə A-beta/H//ll/ qruplu X3 qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim olunan Təqsirləndirilən şəxs2 məxsus pulover üzərində zəif intensivlikli qan ləkələri aşkar olundu. Bu ləkələr keyfiyyət pozğunluğuna məruz qalıb, tərkibində olan zülal denaturasiya olunaraq həllolma xüsusiyyətini itirdiyindən, bu qan ləkələrinin növünü təyin etmək mümkün olmamışdır (cild 02 iş vər, 228-240). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 157.1, 157.2 və 120.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından, cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 bədənində aşkar edilmiş xəsarətlər X25 tərəfindən ölümdən xilas olmaq üçün müdafiə xarakterli törədildiyindən cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 02 iş vər, 241-274). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində CM 127.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (cild 02 iş vər, 326- 327). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai araşdırma və məhkəmə istintaqı zamanı özünü ona olunan ittihamlar üzrə ümumiyyətlə təqsirli bilməməsi, cinayət əməllərinin oğlu Təqsirləndirilən şəxs1 tərəfindən təkbaşına törədilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə bu qənaətə gəlir ki, şəxs bu formada ifadələri cinayət qanunvericiliyinin ağır cəza nəzərdə tutan maddələri ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmaq məqsədilə müdafiə taktikası ilə bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qeyd etdiyi ifadələr iş materiallarında olan zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin (Şahid6, Şahid4, Şahid3, Şahid2, Şahid1) ifadələri, habelə iş materiallarında olan biri o biri ilə üst-üstə düşən sübutlarla təkzib olunaraq, təqsiri tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələri iş materialları ilə təkzib olunduğundan məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut kimi qəbul etmir. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cinayət əməllərinin törədilməsində atası - Təqsirləndirilən şəxs2 iştirak etməməsi, həmin əməllərin məhz onun özü tərəfindən törədilməsi ilə bağlı qeyd etdiklərinə də tənqidi yanaşır və yuxarıda sadalananların fonunda (zərərçəkmiş şxəs və şahid ifadələri) həmin ifadələrə məqsədli şəkildə atasını müdafiə etmək, onu məsuliyyətdən yayındırmaq, həmçinin özünün daha yüngül cəza nəzərdə tutan cinayət qanunvericiliyinin maddələri ilə məsuliyyətə cəlb olunmasına yönələn müdafiə xarakterli ifadələr kimi yanaşır. Bundan əlavə, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hadisələrin baş vermə ardıcıllığı ilə bağlı fərqli ifadə vermələrinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxslər əvvəlcədən düşünülmüş müdafiə taktikası ilə bu formada ifadə vermişlər ki, Təqsirləndirilən şəxs2 CM-in ağır cəza nəzərdə tutan maddələri ilə cinayət məsuliyyətindən yaxa qurtarsın, Təqsirləndirilən şəxs1 isə cinayət məsuliyyəti ilə bağlı vəziyyəti müsbətə doğru dəyişsin. Beləliklə, məhkəmə kollegiyası təqsirəndirilən şəxslərin hadisələrin baş vermə ardıcıllıığı ilə bağlı bildirdiklərinə də tənqidi yanaşır, iş materialları ilə həmin hallar təkzib edildiyindən, təqsirləndirilən şəxslərin ifadələrini həmin hissədə əsassız hesab edir və bu qənaətə gəlir ki, hadisələr məhz ittihamda göstərilən formada cərəyan etmişdir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında ailəsi ilə (arvadı, xx.xx.2001-ci il təvəllüdlü qızı, xx.xx.2004-cü il təvəllüdlü oğulları, xx.xx.2007-ci il təvəllüdlü qızı, xx.xx.2011-ci il təvəllüdlü oğlu, xx.xx.2015-ci il təvəllüdlü qızı, xx.xx.2018-ci il təvəllüdlü qızı ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə qismən yaxşı kimi səciyyələndirilir (cild 02, iş vər, 172-174). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02 iş vər, 124). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs2 əməllərində CM-in 61-ci maddəsinə əsasən, onun cəzasının ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında ailəsi ilə (atası, anası, bacıları və qardaşlaqrı ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 02, iş vər, 176- 178) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, CM-in 152.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza CM-in 70-ci maddəsi tətbiq edilməklə, 02 il sınaq müddət ilə şərti hesab edilmişdir (cild 02 iş vər, 123, 196-200). İş materiallarına əlavə edilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 251799 saylı məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, CM-in 152.2-ci maddəsi ilə ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza CM-in 70-ci maddəsi tətbiq edilməklə, 02 il sınaq müddət ilə şərti hesab edilmiş Təqsirləndirilən şəxs1 hökmdə göstərilən cəzasından 01 il 03 ay 25 gününü çəkmiş, 08 ay 05 günü isə çəkilməmiş qalmışdır (cild 02, iş vər. 201). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilmir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.2-ci maddəsində isə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərdə residiv nəzərə alınmır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 152.2-ci maddəsi ilə ilə təqsirli bilinib məhkum olunarkən 2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Belə olan halda, onun əməllərində cinayətlərin residivi yaranmamış olur. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu əsasən, onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olduğunu bildirsə də, buna dair heç bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla başa çatmış cinayətə görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın, habelə CM-in 66.3-cü maddəsinin müddəalarını nəzərə almaqla başa çatmayan cinayətə görə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmayan cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin, CM-in 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, CM-in 71.5 və 67.1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilməli, hazırki hökmlə ona təyin olunan azadlıqdan məhrumetmə cəzası Yevlax Rayon Məhkəməsinin sözügedən hökmü ilə ona təyin olunan 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu ilə qəti cəza təyin olunmalıdır. Belə ki, CM-in 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər, 80-81, 241-245). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Təbriz oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər, 124-125, 234-238). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Təbriz oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Möhübbət oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 190” markalı **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş 03 ədəd daş parçası və dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, hadisə vaxtı Təqsirləndirilən şəxs2 istifadə etmiş olduğu 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadə etdiyi dəstəyi qəhvəyi rəngli taxta materialdan olan və tiyəsi metaldan olan (tiyəsi dəstəyindən ayrılmış vəziyyətdə olan) bıçaq, hadisə yerində götürülmüş X21 hadisə vaxtı istifadə etdiyi 01 ədəd dəstəyi ağ və göy rəngli olan mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş 01 ədəd önü zəncirbəndlə açılıb bağlanan kişi sviteri, 01 ədəd qara rəngli qısaqol kişi köynəyi, 01 ədəd boz rəngli cins şalvar, 01 cüt qara rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş 01 ədəd tünd qəhvəyi rəngli və ağ rəngli zolaqları olan uzunqol kişi sviteri, 01 ədəd qəhvəyi rəngli qısaqol kişi köynək, 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 cüt qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli cins şalvar, X4 hadisə vaxtı üzərində olmuş 01 ədəd boz rəngli mayka, 01 ədəd üzərində yarpaq naxışlı olaq uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar (cins şalvarın üzərində qara rəngli kəmər vardır), 01 ədəd kişi alt paltar, daktiloskopik xəritələr, 01, 02, 03, 04, 05, 06 və 07 nömrə ilə işarələnmiş qanabənzər ləkə nümunələri, hadisə yerindən 01 ədəd önü zəncirbəndlə açılıb-bağlanan jilet, 01 ədəd qara-sarı rəngli şalvar, 01 ədəd tünd göy rəngli paltar parçası, 01 ədəd qara rəngli corab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, “Mercedes Benz 190” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi (iş materiallarında olan qəbz, cild 02 iş vər, 350) və 04 ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 364 AZN (üç yüz altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 182 AZN (bir yüz səksən iki manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4 maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsini 221.3cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4 maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsini 221.3cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilən şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin olunan 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci-cü il tarixli hökmünə əsasən təyin olunan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 190” markalı **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş 03 ədəd daş parçası və dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, hadisə vaxtı Təqsirləndirilən şəxs2 istifadə etmiş olduğu 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadə etdiyi dəstəyi qəhvəyi rəngli taxta materialdan olan və tiyəsi metaldan olan (tiyəsi dəstəyindən ayrılmış vəziyyətdə olan) bıçaq, hadisə yerində götürülmüş X21 hadisə vaxtı istifadə etdiyi 01 ədəd dəstəyi ağ və göy rəngli olan mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş 01 ədəd önü zəncirbəndlə açılıb bağlanan kişi sviteri, 01 ədəd qara rəngli qısaqol kişi köynəyi, 01 ədəd boz rəngli cins şalvar, 01 cüt qara rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş 01 ədəd tünd qəhvəyi rəngli və ağ rəngli zolaqları olan uzunqol kişi sviteri, 01 ədəd qəhvəyi rəngli qısaqol kişi köynək, 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 cüt qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli cins şalvar, X4 hadisə vaxtı üzərində olmuş 01 ədəd boz rəngli mayka, 01 ədəd üzərində yarpaq naxışlı olaq uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar (cins şalvarın üzərində qara rəngli kəmər vardır), 01 ədəd kişi alt paltar, daktiloskopik xəritələr, 01, 02, 03, 04, 05, 06 və 07 nömrə ilə işarələnmiş qanabənzər ləkə nümunələri, hadisə yerindən 01 ədəd önü zəncirbəndlə açılıb-bağlanan jilet, 01 ədəd qara-sarı rəngli şalvar, 01 ədəd tünd göy rəngli paltar parçası, 01 ədəd qara rəngli corab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, “Mercedes Benz 190” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi və 04 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 364 AZN (üç yüz altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 182 AZN (bir yüz səksən iki manat) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-179/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-179/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver