Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-18/2021 02.12.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi2 zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri: X11, X13 və X15 zərərçəkmiş şəxsin nümayəndəsi: X19 xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 dekabr 2019-cu il tarixdə, saat 18:00 radələrində, AC seriyalı 642979 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi, etibarnamə əsasında, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai HD78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu Qaraməmmədli kəndinin ərazisindən keçən 28-ci kilometrliyində Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisəssinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hisəssinin 1-ci bəndinin tələblərini pozmuş, yəni həmin yolda quraşdırılmış 3.24 qadağanedici yol nişanının təsiri altında avtomobilini maksimum 60 km/saat sürət həddində idarə etməli olduğu, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bu hərəkətləri etməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda özünə güvənmə və cinayətkarcasına ehtiyatsızlıq etməklə buna əməl etməyərək idarə etdiyi avtomobili 80 km/saat sürət həddində idarə edib, həmin yolda çəkilmiş 1.1 düz xətt nişanını qadağan olduğu halda idarə etdiyi avtomobillə kəsib keçərək əks hərəkət zolağına çıxmış və «İncə çayı»nın üstündə quraşdırılmış körpünun üzərində həmin hərəkət zolağı ilə əks istiqamətdə hərəkətdə olan X12 Yüngül dərəcəli sərxoşluq vəziyyətində sürücülük hüququ olmadan, etibarnamə ilə idarə etdiyi «Mitsubishi Lancer» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş, nəticədə «Mitsubishi Lancer» markalı avtomobilin sürücüsü Elman Musavinin «açıq kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol bud sümüyünün aşağı 1/3-nin, sağ said sümüklərinin tipik yerdən sınığı, sifətin iri ölçülü didilmiş-dağılmış yarası» ilə müşayiət olunan, törəndiyi andan həyat üçün təhlükəli olan, bu əlamətlərinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına, açıq kəllə beyin travması nəticəsində baş vermiş baş beyinin yumşaq qişası altına geniş qansızma ilə aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, həmin avtomobildə olan sərnişinlər: X6 qapalı kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, sağ sirkə kasasının qapalı sınığı, baldır sümüklərinin aşağı 1/3-nin qapalı sınığı, sol alın qabarının yarası» ilə müşayiət olunan, törəndiyi andan həyat üçün təhlükəli olan, bu əlamətlərinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına, qapalı kəllə beyin travması nəticəsində baş vermiş baş beyinin yumşaq qişası altına geniş qansızma ilə aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X7 qapalı kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, sağ sirkə kasasının qapalı sınığı, baldır sümüklərinin aşağı 1/3-nin qapalı sınığı, sol alın qabarının yarası»ilə müşayiət olunan, törəndiyi andan həyat üçün təhlükəli olan, bu əlamətlərinə görə sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri almasına, qapalı kəllə beyin travması nəticəsində baş vermiş baş beyinin yumşaq qişası altına geniş qansızma ilə aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, "xxxx"MMC-yə məxsus «Hyundai HD78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 1730 (bir min bir yüz yüz otuz) manat məbləğində maddi ziyan vurulmasına, Zərərçəkmiş şəxs məxsus «Mitsubishi Lancer» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə 6000 (altı min) manat məbləğində maddi ziyan vurulmasına, üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2019-cu il tarixdə saat 12 radələrində idarə etdiyi «Hyundai HD78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gəncə şəhərindən çıxıb Yevlax rayonunda yerləşən mağazalara ərzaqları payladıqdan sonra Bərdə rayonunda yerləşən mağazalardakı sifarişlər yerinə yetirib işlərini yekundlaşdırmışlar. Avtomobildə isə 1 tona yaxın meyvə şirələri və araqlar qalmaqla Gəncə şəhərinə qayıtmaq üçün Mingəçevir-Bəhramtəpə yoluna daxil olub avtomaşını 60-70 km/saat sürətlə idarə etməyə başlamışdır. Saat 18 radələrində idarə etdiyi yük avtomobili ilə həmin avtomobil yolunun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman İncəçay çayının üzərindən keçən körpüyə yaxınlaşarkən əks tərəfdən "Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin körpüyə doğru gəlməsini görmüşdür. Toqquşma yerinə çatmağına təxminən 20-25 metr qalmış "Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili onun hərəkət zolağına daxil olaraq birbaşa onun üstünə doğru gələn kimi özünü həmin avtomobilin zərbəsindən qorumaq məqsədi ilə ayağını tormoza ataraq sükanı sola çəkməsinə baxmayaraq toqquşmadan yayına bilməmişdir. Avtomobillər onun hərəkət zolağında toqquşmuşlar. İdarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə Elman Musavinin idarə etdiyi avtomobilin sağ tərəfi toqquşmuşdur. Toqquşma nəticəsində baş nahiyəsi idarə etdiyi avtomobilin alın şüşəsinə dəymişdir. Şahid1 isə ayaq və baş nahiyələri zədələnmişdir. Çətinliklə güclərini toplayıb avtombildən düşəndə digər avtomobildə iki nəfər şəxs olmasını görüb onları düşürtmək istədikdə kənardan da köməyə gəlmişlər. Yoldan keçən avtomobillər hamısı orada dayanıb kömək etmək istəsələr də, cəsədləri maşından çıxara bilməmişlər. Fövqəladə Hallar Nazirliyi, tibb xidməti və polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Orada hadisə yerinə baxış keçirilən zaman qarşı avtomobildə olan sürücü və 2 nəfər sərnişinin hadisə yerində ölməkləri ona məlum olmuşdur. Həmin hadisənin qarşısını almaq imkanı olmamışdır. 18 dekabr 2019-cu il şübhəli şəxs qismində və 20 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi «Hyundai HD78» markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Mingəçevir-Bəhramtəpə yolunun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsində 80km/saat sürətlə hərəkətdə olan zaman qarşı hərəkət zolağı ilə hərəkətdə olan ağ rəngli avtomaşın onun hərəkət zolağına daxil olmuş, həmin vaxt idarə etdiyi avtomaşının sürətini azaldaraq yola davam etmişdir. Həmin avtomaşın öz hərəkət zolağına çıxmadığına görə əks hərəkət zolağına çıxmış, həmin anda ağ rəngli nəqliyyat vasitəsi öz hərəkət zolağına qayıtdığına görə toqquşma baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 dekabr 2019-cu il tarixdə saat 18 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai HD78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bərdə rayonundan Gəncə şəhərinə gedərkən Mingəçevir-Bəhrəmtəpə yolunda olan zaman mobil telefonunda oyun oynayaraq Turalla söhbət etmiş, yolun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmdəli kəndindən keçən hissəsinə çatdıqda qəftələn sərnişin qismində əyləşdiyi avtomaşına bərk zərbə dəydiyindən o, da qarşı alın şüşəsinə dəyərək yerində donub qalmışdır. Özünə gələndən sonra sol ayağını işlədə bilmədiyini, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Elman Musavinin idarə etdiyi «MİTSUBİSHİ LANCER» markalı avtomobillin toqquşmasının, sonuncu avtomobildə olan üç nəfər şəxsin ölməsini bilmişdir. Həmin vaxt müstəntiq onun ifadəsini alan zaman özündə olmamış, ona görə də ibtidai araşdırma zamanı birinci dəfə verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı 18 dekabr 2019-cu il tarixli ifadəsində Şahid1 göstərmişdir ki, 18 dekabr 2019-cu il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai HD78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində sərnişin qismində olmuş, Yevlax rayonu Qaraməmmədli kəndi ərazisindən keçərkən Tural avtomaşını 90km/saat sürətlə idarə etmişdir. Təxminən 100-150 metr aralıdan ağ rəngli minik avtomobilinin onların hərəkətdə olduqları hərəkət hissəsinə daxil olmasını görmüş, Turala da həmin avtomobilin onların yoluna çıxdığını və ehtiyatlı olmasını demişdir. Təqsirləndirilən şəxs avtomobili yolun ortasına doğru yönləndirsə də, ağ rəngli minik avtomobili öz yoluna davam etmiş, bu zaman Tural idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxartmış, həmin anda ağ rəngli minik avtomobili öz yoluna qayıtmaq istəyərkən onalrın avtomobilinin qabaq sağ küncü ilə “Mitsubişi Lanser” markalı avtomaşının ön tərəfi toqquşmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 dekabr 2019-cu il tarixdə saat 18 radələrində idarə etdiyi «VAZ-2106» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Bəhramtəpə yolu ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsində İncə çayıın üzərindəki körpüyə çatanda onun hərəkət zolağında toqquşma baş verdiyindən yolun bağlandığını görmüşdür. Orada olan polis müstəntiqi hadisə yerinə baxış keçirmək üçün gəldiklərini deyib ondan hal şahidi kimi iştirak etməyini xahiş etdikdə razı olmuşdur. Hadisə yerinə baxışda hal şahidi kimi iştirak etsə də öeyli vaxt keçdiyinə görə hadisənin detallarını xatırlamamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisə yerinə dair tərtib edilmiş sxemdəki imza ona məxsus olsa da baxış keçirilməsi haqqında protokoldakı imza onun imzasına oxşamamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, baxış zamanı avtomobillər hər ikisinin onun hərəkət zolağında yəni, Mingəçevir-Bəhpramtəpə yolu ilə Bərdə şəhəri istiqamətində hərəkət etdikdə yolun sağında toqquşmaları ona məlum olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai HD-78» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili üzü Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində, əks hərəkət zolağında Elman Musavinin idarə etdiyi "Mitsubishi Lancer" markalı avtomobil isə Bərdə şəhəri istiqamətində yolun sol hərəkət zoladığnda dayanmışdır. Asfalt örtük üzərinə yağ qalıqları və ehtiyat hisəsələrini qalıqları tökülüb dağılmışdır. Orada baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə Yevlax rayonunu Aran qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Elman Musavinin idarə etdiyi avtomaşınla onun hərəkət zolağına çıxaraq üzərinə gəlməsini görüb sürəti azaldaraq sükanı sağ çəkməli olduğu halda bunu etməyərək sükanı sola çəkib əks hərəkət zolağına daxil olub Elman Musavinin öz hərəkət zolağına qayıtmasını, lakin, hadisənin qarşısını ala bilməməsini, Elman Musavinin hərəkət zolağında aralarında toqquşma baş vermiəsini bildirmişdir. Toqquşmadan sonra yük avtomobili minik avtomobilini 20 metrə məsafədə Yevlax rayonu Aran qəsəbəsi istiqamətində sürümüşdür. Həmin vaxt orada avtomaşınlara aid heç bir tormoz izi aşkar edilməmiş, hər iki avtomaşın gəldikləri sürətlə də onun hərəkət zolağında toqquşmuşlar. Həmin vaxt hadisə yerində olan şəxslər Təqsirləndirilən şəxs öz hərəkət zolağından çıxıb əks zolağa çıxaraq hadisə törətməsinə irad tutduqda o, tələsdiyindən əks hərəkət zolağına çıxıdığını və bu səbəbdən avtomobillər arasında toqquşma baş verməsini demişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirəndən sonra isə protokol və sxem tərtib olunmuşdur. O, da digər iştirakçılar kimi protokola və sxemə imza etmişdir. Sonra isə evinə getmişdir. Hal şahid qismində iştirak edilməsi üçün ona hər hansı fiziki və psixi təsir edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmiş, məhkəməyədək icraat zamanı isə sonuncunun məhkəməməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə bölgə direktoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəmiyyətdə sürücü vəzifəsində işləm «Hyundai HD-78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında sonuncuya verilmişdir. 18 dekabr 2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs yuxarıda göstərilən avtomobillə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 28-ci kilomterliyi ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman sonradan ad və soyadını bildiyi Elman Musavinin idarə etdiyi "Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə qarşı tərəfdə olan avtomobildəki 3 nəfər şəxs hadisə yerində ölmüşlər. Hadisə yerinə çatanda qarşı avtomobildə olan meyitlərin çıxarılmasını görüb təxliyyə avtomaşını çağırıb Cəmiyyətə aid «Hyundai HD-78» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini cərimə meydançasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsində müstəntiq işləmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 dekabr 2019-cu il tarixdə saat 1730 radələrində əməliyyat qrupunun üzvü olduğu zaman Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alıb Yevlax RPŞ-inin məsul növbətçisinin saat 18 radələrində qeyd edilən yerə getmiş, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 28-ci kilometrliyinin Yevlax rayonunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsinə «İncə Çayı» üzərindən keçən körpünün üzərinə çatan zaman həmin yerdə yəni, yol-nəqliyyat hadisəsi baş vermiş hissədə Təqsirləndirilən şəxs 18 dekabr 2019-cu il tarixdə saat 17:30 radələrində «BC» kateqoriyalı sürüclük vəsiqəsi ilə idarə etdiyi «Hyundai HD-78» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonunun Qaraməmmədli kəndindən keçən hissəsində Yevlax rayonu Aran qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn X12 idarə etdiyi "Mitsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq öz avtomobili ilə qarşıdan gələn həmin avtomobili toqquşdurmaqla yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə "Mitsubishi Lancer" markalı avtomobilin sürücüsü X20, eləcə də, sənişin qismində əyləşmiş X16 və X6 hadisə yerində ölmələri məlum olmuşdur. Hadisə yerinə baxış keçirən zaman toqquşmanın Elman Musavinin idarə etdiyi "Mitsubishi Lancer" markalı avtomobilin hərəkət zolağında baş verməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs hərəkət zolağında heç bir yağ və ya ehtiyat hissələrinin qalıqları aşkar olunmamışdır. Elman Musavinin hərəkət zolağında isə yağ qalıqları və ehtiyat hissələri tökülüb dağılmışlar. Hadisə yerinə baxış keçirən zaman toqquşma yerinin Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində irəlilədikdə körpünün üstündə yolun sol ehtiyat hissəsindən mərkəzə doğru 1 metr məsafədə yerləşməsi məyyən olunmuşdur. Həmin toqquşma nöqtəsindən sonra 20 metr uzunluqda cütləşmiş təkər izləri müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs və onun yanında sərnişin qismində əyləşmiş Şahid1 ifadələrindən Təqsirləndirilən şəxs həmin gün qeyd olunan yolda 80-90 km/saat sürətlə hərəkət edərkən təxminən 80-100 metr məsafədən "Mitsubishi Lancer" markalı avtomobilin sürücüsü Elman Musavinin onun hərəkət yoluna çıxmasını görüb sürətini azaldaraq avtomobilini yolun sağ hissəsindəki 2,2 metrlik ehtiyat hissəyə çəkməli olduğu halda bunu etməməsi, əks hərəkət zolağına çıxaraq avtomobili ilə Elman Musavinin avtomobilini toqquşdurması, həmçinin Elman Musavinin idarə etdiyi avtomobili 20 metr məsafədə Aran qəsəbəsi istiqamətində sürüyərək kəskin tormozlanması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai HD-78» markalı avtomobillə Elman Musayevin idarə etdiyi "Mitsubishi Lancer" markalı avtomobilin toqquşduğu nöqtənin Elman Musavinin hərəkət zolağında olması dəqiqləşdirilmiş, 19 dekabr 2020-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində olan ifadəsi foto və video çəkiliş tətbiqi ilə yerində yoxlanılan zaman, 20 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə video çəkilişlə dindirilən zaman da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq ifadələrinin doğruluğunu öz xətti ilə sərbəst olaraq yazdığı yazılarla tam təsdiq etmişdir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etmiş, daha sonra isə xidməti vəzifəsinii dəyişməyi ilə bağlı icraatında olan cinayət işlərini, eyni zamanda qeyd olunan cinayət işini də təhvil vermişdir. O, və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir göstərməmiş, toqquşmanın baş verdiyi bütün mexanizmlər və masəfələr hadisə yerinə baxış keçirilən zaman müəyyən olunmuş, Təqsirləndirilən şəxs isə ilkin ifadəsində həmin halları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X22 Bölməsində müstəntiq işləyən Şahid6 və Yol Patrul Xidmət Bölməsində inspektor işləyən Şahid7 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş X5 ifadəsində Şahid2 yuxarıda göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş, təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X17 doğma qardaşı olmaqla 18 dekabr 2019-cu il tarixdə saat 14 radələrində qardaşı onun Yevlax şəhərində yerləşən mənzilinə gələrək saat 15 radələrində Goranboy rayonundan olan tanışı Elman Musavi ilə görüşəcəyini deyib getmişdir. Saat 20 radələrində qardaşı X27 Musavi və Calal Rüstəmovla birilkdə Elmanın Musavinin avtomobilində Yevlax rayonuna qayıdan zaman Elman Musavinin avtomobili ilə sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtombillə toqquşmasını, nəticədə qardaşı və yanında olan şəxslərin elə hadisə yerində ölmələrini bilmişdir. Qardaşının ölümü ilə bağlı Təqsirləndirilən şəxs şikayət və tələbi olmamış, sonuncu ilə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, mərhum X20 əri olmuş, 17 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Elman səhəri gün qayıdacağını deyərək Bakı şəhərinə yola düşmüşdür. 18 dekabr 2019-cu il tarixdə saat 17:40 radələrində onun mobil telefon nömrəsinə zəng edərək evə gəlib-gəlməyəcəyini soruşanda o, tanışı İlqar Namazovu evinə düşdürdüb 20 dəqiqə ərzində qayıdacağını demişdir. 20 dəqiqədən sonra Elmanın mobil telefonuna zəng etdikdə isə tanımadığı polis əməkdaşı zəngə cavab vermiş, onunla danışan zaman ərinin avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin Yevlax rayonunun ərazisində toqquşmasını, nəticədə əri və sərnişinlər İlqar Namazov və Calal Rüstəmovun hadisə yerində ölmələrini bilmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi olmamış, sonuncu ilə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, mərhum X16 doğma qardaşı olmaqla 18 dekabr 2019-cu il tarixdə saat 18 radələrində qohumları zəng edərək qardaşı Calal Rüstəmovun qonşusu Elman Musavinin avtomobilində İlqar Namazov və Elman Musavi ilə birilkdə Yevlax rayonuna gedən zaman Təqsirləndirilən şəxs sürdüyü yük avtomobili ilə toqquşmasını, nəticədə qardaşı və onun yanında olan şəxslərin hadisə yerində öldüklərindən öyrənmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi olmamış, sonuncu ilə barışmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 sentyabr 2019-cu ilə qədər «MİTSUBİSHİ LANCER» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. Həmin avtomobili qeyd etdiyi vaxt Goranboy rayon sakini Elman Musaviyə 7000 (yeddi min) manata satmış, sonuncuya da avtomobilə dair 10 aylıq etibarnamə vermişdir. Sonradan da Elman Musavinin həmin avtomobillə 2019-cu il dekabrın 18-də Yevlax rayonunun Qaraməmmədi kəndindən keçən avtomobil yolunda qəza törətməsini, özünun və dostlarının qəzada ölməsi ona məlum olmuşdur. «MİTSUBİSHİ LANCER» markalı, ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobilin adına olmasına və atomaşına ziyan dəyməsinə baxmayaraq həmin ziyanın ona heç bir aidiyyəti olmamış, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə-tibbi ekspertizanın 2020-ci il 10 yanvar tarixli 40 saylı rəyindən görünür ki, 1979-cı ildə anadan olmuş X12 meyidində açıq kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol bud sümüyünün aşağı 1/3-nin, sağ said sümüklərinin tipik yerdən sınığı, sifətin iri ölçülü didilmiş-dağılmış yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt alət(alətlərin) təsirindən əmələ gəlmişdir. Həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. 18 dekabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna edilmir. Adətən bu növ xəsarətlər hərəkətdə olan avtomobilin maneəyə çırpılaraq kəskin tormozlanması zamanı avtomobildə sürücü qismində əyləşmiş şəxsin avtomobilin salonunda olan detallara (sükan, cihazlar panelinə, ön külək şüşəsinə və.s) çırpılması nəticəsində törənir. Mərhumun ölümünə bilavasitə açıq kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişası altına geniş qansızma səbəb olmuşdur. Erkən meyit əlamətləri ölümün meyidin müayinəsindən 1,5-2 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyidindən götürülmüş qanını məhkəmə-kimyəvi tədqiqatı zamanı 0,6 promilli qatılığında etil spirti aşkar edilmişdir ki, bu göstərici də mövcud cədvələ görə canlı şəxsdə atədən Yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Məhkəmə-tibbi ekspertizanın 2020-ci il 10 yanvar tarixli 41 saylı rəyindən görünür ki, 1967-ci ildə anadan olmuş X6 meyidində qapalı kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, sağ sirkə kasasının qapalı sınığı, baldır sümüklərinin aşağı 1/3-nin qapalı sınığı, sol alın qabarının yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt alət(alətlərin) təsirindən əmələ gəlmişdir. Həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. 18 dekabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna edilmir. Mərhumun ölümünə bilavasitə qapalı kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişası altına geniş qansızma səbəb olmuşdur. Erkən meyit əlamətləri ölümün meyidin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Məhkəmə-tibbi ekspertizasının 2020-ci il 10 yanvar tarixli 42 saylı rəyindən görünür ki, 1975-ci ildə anadan olmuş X7 meyidində qapalı kəllə-beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma, sağ sirkə kasasının qapalı sınığı, baldır sümüklərinin aşağı 1/3-nin qapalı sınığı, sol alın qabarının yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt alət(alətlərin) təsirindən əmələ gəlmişdir. Həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. 18 dekabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri istisna edilmir. Mərhumun ölümünə bilavasitə qapalı kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişası altına geniş qansızma səbəb olmuşdur. Erkən meyit əlamətləri ölümün meyidin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının 27 dekabr 2019-cu il tarixli 31649 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai HD 78» markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24«maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X12 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 mart 2020-ci il tarixli 5112 saylı rəyindən görünür ki, 2012-ci il buraxılışlı «Hyundai HD 78» markalı ** AC *** dövlət qeydiyyat nişanlı, mühərrik tutumu 3907 kub santimetr yük (furqon) avtomobilinin 2019-cu il ilin dekabr ayına təmir-bərpa xərci təxminən 1730 manat müəyyən edilir. Təkrar məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 17 iyun 2020-ci il tarixli 8\712 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai HD 78» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24«maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X12 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X23 "Mitsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sürücülük vəsiqəsi olmadan idar etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerinin «Hyundai HD 78» markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin hərəkəti istiqamətində qarşı sol hərəkət zolağında, hərəkət hissəsinin sol kənarından 2 metrlik, hərəkət hissəsinin ortasına çəkilmiş bütöv xətdən isə 1 metrlik məsafədə yerləşməsi və toqquşmaya kimi «Minsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin tam öz hərəkət zolağına qayıtması nəzərə alınmaqla sürücü Təqsirləndirilən şəxs və müdafiəçisinin vəsatətlərində qeyd etdikləri, yəni toqquşmanın «Hyundai HD 78» markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət zolağında baş verməsi və təhlükə yaranan anda «Hyundai HD 78» markalı ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin toqquşma yerindən 20-25 metrlik məsafədə olması real hadisə mexanizminə uyğun deyildir. Yevlax ŞMX-nın sərxoşluq və alkoqolun müayinəsi haqqında 18 dekabr 2019-cu il tarixli 647 saylı protokolu ilə hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmaması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin Yevlax RQİTBŞ tərəfindən Təqsirləndirilən şəxs verilmiş 21 iyun 2018-ci il tarixdə AC 642979 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqənin etibarlılıq müddəti 21 iyun 2028-ci il tarixə kimidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-kommunal X4 9 saylı sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 82, mənzil 4-də yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə Dəniz Nəbizadə adlı uşağı doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2019-cu il tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş həmin məhkəmənin 22 fevral 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi hadisənin onun hərəkətdə olduğu hərəkət zolağında baş verməsi və Mitsubishi Lancer markalı avtomaşının təxminən 20-25 metr məsafədən onun hərəkət zolağına daxil olması və bundan sonra toqquşmanın baş verməsinə dair xüsusatları onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, iş üzrə təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən də göründüyü kimi qeyd olunan hallar hadisənin real mexanizminə uyğun gəlməyən hal kimi qiymətləndirilmiş, bundan başqa istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs və hadisənin əsas şahidi olan Şahid1 da toqquşmanın əks hərəkət zolağında baş verdiyini və qarşıdan gələn nəqliyyat vasitəsini təxminən 100- 150 metr məsafədən onların hərəkət zolağına çıxdığını gördüklərini qeyd etmişlər ki, həmin hallar da məhkəmə yol nəqliyyat ekspertizasının rəyləri ilə hadisənin baş vermə mexanizminə tam uyğun hesab edilmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 istintaqın ilkin mərhələsində verdikləri ifadəni daha obyektiv və iş hallarına uyğun olan ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Zərərçəkmiş şəxslərlə barışdığına görə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 18 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 250 AZN (iki yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 18 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il 6 (altı) ay müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 250 AZN (iki yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon X3 duracağında saxlanılan «Hyundai HD-78» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" MMC-yə və "Mitsubishi Lancer" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın, 2 ədəd CD diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-18/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-18/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver