Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-18/2022 18.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlərə dair Məhkəmələrdə Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru X14, müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X12, zərərçəkmiş şəxsin hüquqi varisi: X13, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Miraj” kafesində birlikdə işlədiyi X4 03.07.2021-ci il tarixdə saat 21 radələrində həmin kafedə işləyən Şahid7 itələməsindən hiddətlənərək onunla mübahisə etsə də, ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində həmin mübahisəni dayandırmasına baxmayaraq, Məhəmməd Alıyevin 04.07.2021-ci il tarixdə saat 00:15 radələrində iş vaxtı bitdikdən sonra “Miraj” kafesinin yaxınlığında tanışları ilə birlikdə toplanıb onu aralarında olan mübahisəni davam etdirmək üçün dəvət etdikdən sonra Məhəmməd Alıyevə yaxınlaşaraq onunla təklikdə söhbət etmək istədiyini bildirmiş və birlikdə yaxınlıqda olan ünvan 2 ünvanının qarşısına gələrək, orada həmin gün aralarında baş vermiş münaqişəni müzakirə edərkən Məhəmməd Alıyevin qəflətən onun burun nahiyyəsinə yumruq zərbəsi vuraraq dərəcəsi təyin edilməyən burnunun üstündə qançır xəsarətini yetirməsindən hiddətlənərək onu qəsdən öldürmək qərarına gəlib sağ əlində tutduğu və təxminən 1 ay əvvəl istintaqa məlum olmayan mənbədən taparaq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq, ona xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ona zərbələr vurmağa davam edərək, cəmi 6 ədəd kəsilmişdeşilmiş yaralar, o cümlədən sol bazuda, sol döş giləsində, sağ çiyin qurşağında sıyrıqlar, alt çənədə, sol bazu nahiyyəsində, sağ körpücük nahiyyəsində 03 ədəd dərəcəsinə görə yüngül xəsarətlər, ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 03 ədəd deşilmiş-kəsilmiş yaralar-hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində inkişaf edən kəskin qanitirmədən ölümə səbəbiyyət verməklə zərərçəkmiş şəxs X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhərində yerləşən işlədiyi “Miraj” kafesində keçirilən toy şənliyində ofisiant olaraq o, Nizami, Məhəmməd, Anar, Nicat, Maqa, Alı, Rövşən və adlarını bilmədiyi 3 nəfər digər şəxslər xidmət etmişdir. Məhəmməd həmin gün işə başlamış, saat 17 radələrində toy şənliyi başa çatdıqdan sonra onlar da kafeni səliqəyə salmışlar. Həmin vaxt kafe boş olduğundan orada təxminən 50 qram spirtli içki olan araq qəbul etmiş, bundan sonra kafeyə qonaqlar gəldiyinə görə o, Məhəmməd, Anar, Nicat və Maqa kafenin həyətində olan masalara xidmət etməyə başlamışlar. Həmin gün saat 21 radələrində iş yoldaşı Rövşənin kafenin zalında ofisiant işləyən Nizami adlı şəxsə irad bildirdiyini, bu zaman Məhəmməd də Nizamini müdafiə edərək Rövşənin üzərinə gələrək sonuncunu əli ilə itələdiyini görmüş, Məhəmmədin bu hərəkəti onun xoşuna gəlmədiyinə görə o da Məhəmmədə irad bildirərək Rövşənin yaşca böyük olduğunu və etdiyi hərəkətin düzgün olmadığını demişdir. Məhəmməd dediklərini qəbul etməyərək onu itələmiş, o da Məhəmmədin sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Bundan sonra Məhəmməd də onun sifət nahiyyəsinə bir dəfə yumruqla zərbə endirdikdən sonra orada olan iş yoldaşları onları aralaşdırmışlar. Saat 24 radələrində işi qutarıb əmək haqlarının verilməsini gözləyən zaman iki nəfər tanımadığı və Məhəmmədin dostları olduğunu bildiyi şəxs kafenin içərisində ona yaxınlaşaraq Məhəmmədi onun vurub vurmadığını soruşmuş, o da Məhəmmədi vurduğunu bildirdikdə onu çöldə gözlədiklərini bildirmişlər. Kafedən çölə çıxan zaman təxminən 7-8 nəfər şəxsin onu gözlədiyini görmüş, həmin vaxt Məhəmməd və Nizami də həmin şəxslərin arasında olmuşdur. Oraya yaxınlaşaraq Məhəmməd ilə təkbətək söhbət etmək isdədiyini bildirdikdə sonuncu onunla razılaşmış və Məhəmməd ilə ikisi “Səbinə” marketdən sol tərəfdə yerləşən küçəyə keçmişdir. Orada Məhəmməd onu niyə vurduğunu soruşduqda o da Rövşəni itələdiyi üçün vurduğunu bildirmiş, həmin vaxt cibində gəzdirdiyi açılıb-bağlanan qara rəngli cib bıçağı sağ əlində tutmuşdur. Əlində bıçaq tutduğunu görən Məhəmməd onu vura biləcəyini soruşmuş, hər hansı cavab vermədən Məhəmməd qəflətən yumruq zərbəsi ilə onun burun nahiyyəsinə zərbələr endirmişdir. Bundan sonra onun sağ ayağının bud nahiyyəsinə təpiklə vurmuş və bir-biri ilə tutaşmışlar. Bu vaxt Məhəmməd sağ qolu ilə onun boynundan tutaraq aşağı doğru çəkmiş, onun ailəsinin ünvanına nalayiq söyüşlər söymüşdür. O da həmin vaxt əsəbləşmiş və özünü itirərək sağ əlində tutduğu cib bıçağı ilə bir neçə dəfə Məhəmmədə bıçaq zərbələri endirmişdir. Lakin, həmin vaxt Məhəmmədin hansı nahiyyələrinə bıçaqla zərbə endirdiyini bilməmişdir. Bıçaq zərbələri endirərkən hər ikisi birlikdə yerə yıxılmış və tədricən Məhəmmədin qolunun boşaldığını hiss etdiyindən bıçaq zərbələrini dayandıraraq buraxmışdır. Məhəmməd həmin vaxt can vermiş, bundan sonra insanlar toplaşan “Səbinə” marketin qarşısına gəlmişdir. Həmin marketin qarşısına gələrkən əlindəki bıçağı marketə çatmamış sağ tərəfdə yerləşən evin həyətyanı sahəsinə atmışdır. Orada toplaşan insanlara gedib Məhəmmədi götürmələrini bildirmiş, bundan sonra qorxduğundan “Səməni” restoranı istiqamətində qaçaraq sağ tərəfdə olan küçəyə dönmüş və orada olan kolların arasında bir neçə saat gizlənmişdir. Bundan sonra polis əməkdaşları onu taparaq şəhər prokurorluğuna gətirmişlər. Etdiyi əməldən peşman olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X4 hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə oğlu Məhəmməd işləmək istədiyini deyərək tanışı Nizami ilə birlikdə “Miraj” kafesinə geib orada ofisiant kimi işləməyə başlamış, Eştidiyinə görə toydan sonra oturduqları vaxt Mahalın oğlu Rövşən irad bildirərərk nəyə görə oturduqlarını demişdir. Oğlu Məhəmməd də yeni oturduqlarını bildirərək mübahisə etməyə başlamış, bundan sonra Kənan oğlu Məhəmmədə nəyə görə müdirlə mübahisə etdiyini deyərək bir-birləri ilə dalaşmağa başlamışlar. X25 Məhəmmədi dördüncü küçə deyilən yerə apararaq orada oğlunu bıçaqla vurub öldürmüşdür. Kənanın oğlu Məhəmmədi tək öldürmədiyini, başqa şəxslərin də Kənana köməklik etdiyini hesab etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01.07.2021-ci il tarixdən etibarən Mingəçevir şəhərində Kür çayının sahilində yerləşən “Miraj” kafesində ofisiant olaraq işləmiş, dostu Məhəmməd ona həmin kafedə iş tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində işlədiyi “Miraj” kafesində toy şənliyi olmuş, Məhəmmədə bu barədə məlumat verərək işləmək istəsə sonuncunu da kafeyə apara biləcəyini demişdir. Saat 17 radələrində toy şənliyi başa çatdıqdan bir qədər sonra istirahət etmiş, saat 20 radələrində həmin kafeyə gələn qonaqlara xidmət etməyə başlamışlar. Saat 21 radələrində o və Məhəmməd kafedə oturan zaman Şahid7 onlara irad bildirərək oturmağa gəlmədiklərini və işləməli olduqlarını bildirmiş, yerindən qalxaraq işləmək üçün gedərkən orada Məhəmməd ilə Rövşənin mübahisə etdiyini eşitmişdir. Bundan sonra geri qayıdanda Məhəmməd ilə Kənanın münaqişə etdiyini görmüş, Məhəmmədi qucaqlayaraq aralaşdırdıqdan sonra uzaqlaşdıraraq kafenin içərisinə aparmışdır. Həmin vaxt Kənanı da Rövşən və orada olan digər işçilər aralaşdırmışar. Məhəmməd ilə kafenin içərisində olan zaman Məhəmməd ondan mobil telefonunu istəyərək telefonu vasitəsi ilə dostlarına zəng edərək danışmış, saat 0015 radələrində Məhəmməd ilə kafedən çıxan zaman orada Məhəmmədin təxminən 5-10 nəfər dostunun toplaşdığını görmüşdür. Orada olan tanımadığı dostları ona Kənanın işdən çıxmasını və sonuncu ilə söhbət edəcəklərini ona bildirmişlər. Bir qədər sonra Kənan kafedən çıxaraq Məhəmmədin dostlarının olduğu yerə yaxınlaşmış, orada Kənan Məhəmmədin boynuna qolunu salaraq sonuncu ilə təkbətək söhbət etməyi təklif etmişdir. Məhəmməd də buna razılıq verərək Kənan ilə birlikdə hər ikisi “Səbinə” marketin yanından sola dönmüşlər. Təxminən 10-15 dəqiqə sonra Kənan təkcə, əlində qara rəngli bıçaqla “Səbinə” market istiqamətində gələrək Məhəmmədi öldürdüyünü və “zibilinizi götürün” demişdir. Kənan hadisə baş verən zaman və ondan əvvəl tək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03.07.2021-ci il tarixdə saat 23 radələrində Məhəmməd Alıyev qardaşı Nizamiyə məxsus nömrədən ona zəng edərək onunla işinin olduğunu, görüşmələrini bildirdikdən sonra evdən çıxaraq Məhəmmədin işlədiyi “Miraj” kafesinə tərəf getmişdir. Kafeyə çatana yaxın “Riverside otelin” qarşısında təxminən 10 nəfər şəxsin toplaşdığını görmüş, həmin şəxslərin içərisində Məhəmməd və qardaşı Nizami də olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yanında tanımadığı təxminən 3 nəfər şəxs ilə birlikdə onların olduqları yerə gəlmiş, bu vaxt Məhəmməd ilə Kənan kafedə aralarında baş vermiş münaqişəni müzakirə etməyə başlamışlar. Təxminən 1-2 dəqiqə sonra Kənan Məhəmmədə sonuncu ilə təkbətək söhbət etmək isdədiyini bildirmiş, Məhəmməd də Kənan ilə razılaşaraq birlikdə “Səbinə” market istiqamətində getmişdir. Onlar isə orada gözləmiş, təxminən 5 dəqiqə sonra Kənanın getdikləri istiqamətdən geri qayıdaraq Kənanı vurduğunu və “gedin zibilinizi götürün” demişdir. Bundan sonra onlar dərhal “Səbinə” marketin yanından sola döndükdən sonra Məhəmmədi yerdə uzanmış vəziyyətdə olduğunu görüb sonuncunu saxlatdıqları tanımadığı avtomaşınla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində işlədiyi “Miraj” kafesində toy şənliyi olmuş, Məhəmməd Alıyev həmin gün işə başlamışdır. Saat 17 radələrində toy şənliyi başa çatmış və onlar bir qədər istirahət etmişlər. Saat 20 radələrində kafeyə qonaqlar gəlmiş və kafenin həyətində olan masalara xidmət etməyə başlamışlar. Saat 21 radələrində Nizamiyə tapşırdığı işi yerinə yetirmədiyi üçün iradını bildirmiş, bu zaman Məhəmməd Alıyev ona Nizamiyə göstəriş verməməsini və irad bildirməməsini demişdir. Məhəmmədə onlara mane olmamasını bildirdikdə sonuncu onun üzərinə gələrək onu itələmişdir. Bu zaman orada olan Təqsirləndirilən şəxs söhbətə müdaxilə edərək Məhəmmədə onu itələdiyi üçün irad bildirərək onun böyük olduğunu söyləmişdir. X19 Osmanova məsələnin sonuncuya aidiyyatının olmadığını və müdaxilə etməməsini bildirmişdir. Bundan sonra Kənanla Məhəmmədin arasında mübahisə başlamış və Nizami ilə birlikdə hər ikisini ayırmışlar. 04 iyul 2021-ci il tarixdə təxminən saat 0030 radələrində kafedə olarkən X15 Osmanov tərəfindən bıçaqlanaraq öldürülməsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyul 2021-ci il tarixdə saat 0015 radələrində işlədiyi “Miraj” kafesindən iş yoldaşı Nicatla birlikdə çıxıb evə gedərkən onlardan əvvəl kafedən çıxan Təqsirləndirilən şəxs ”Riverside” oteli istiqamətində hərəkət etdiyini görmüşlər. Həmin yerdə içərisində kafedə işləyən Məhəmməd Alıyev və Nizaminin də olduğu təxminən 10 nəfər şəxs toplaşmış, Kənanın həmin şəxslərə yaxınlaşdığını görüb məsələnin mahiyyətini öyrənmək məqsədi ilə oraya yaxınlaşmışlar. X20 kafedə onu vurmasına irad bildirdikdə Kənan Məhəmmədə insanların içərisində söhbət etməməyi, kənarda təkbətək söhbət etməyi təklif etmişdir. Məhəmməd də Kənanla razılaşdığından ikisi təkbətək “Səbinə” market istiqamətində getmişlər. Bundan təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs “Səbinə” market istiqamətindən onların olduğu yerə doğru tək gələrək Məhəmmədin dostlarına “gedin zibilinizi götürün, vurmuşam” deyə bildirmişdir. Bundan sonra o, və orada olan digər şəxslər Məhəmmədin olduğu yerə doğru qaçmağa başlamış, Nicat isə Kənanla birlikdə “Miraj” kafesinə doğru hərəkət etmişdir. Məhəmmədin olduğu istiqamətdə getdikdə orada sonuncunun can verən vəziyyətdə yerdə uzandığını görmüşlər. Məhəmmədə ilkin yardım göstərərək sonuncunun sinə nahiyyəsindən axan qanını kəsməyə çalışsa da, buna nail ola bilməmiş və təcili tibbi yardıma zəng etmişdir. Lakin, təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmədən orada olan şəxslər Məhəmmədi oradan keçən tanımadığı bir avtomobil vasitəsi ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində işlədiyi “Miraj” kafesində toy şənliyi olmuş, həmin toy şənliyi zamanı masalara o, Alı, Rövşən, Anar, Kənan, Maqa, Məhəmməd Alıyev, Rövşən və Nizami xidmət etmişlər. Saat 17 radələrində toy şənliyi başa çatmış, saat 20 radələrində həmin kafeyə qonaqlar gəldiyinə görə masalara xidmət etməyə başlamışlar. Saat 21 radələrində kafenin həyətində Təqsirləndirilən şəxsla Məhəmməd Alıyevin münaqişə etdiklərini görmüş, münaqişə zamanı hər ikisi qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Münaqişləyə səbəb isə Rövşənin Nizamiyə iş tapşırmasına görə X11 itələməsi və buna görə də Kənanın Məhəmmədə irad bildirməsi olmuşdur. 03.07.2021-ci il tarixdə saat 2345 radələrində tanımadığı və Məhəmməd Alıyevin dostları olduğunu bildiyi iki nəfər şəxs “Miraj” kafesinə gələrək Təqsirləndirilən şəxs sonuncunu çöldə gözlədiklərini bildirmiş, Kənana getməməsini bildirsə də sonuncu ona qulaq asmayaraq kafedən çölə çıxmışdır. Həmin yerdə içərisində kafedə işləyən Məhəmməd Alıyev və Nizaminin də olduğu təxminən 10 nəfər şəxs toplaşmış, Kənanın həmin şəxslərə yaxınlaşdığını görüb məsələnin mahiyyətini öyrənmək məqsədi ilə oraya yaxınlaşmışlar. X20 kafedəki mübahisə zamanı əl-qol atmasına irad bildirdikdə Kənan Məhəmmədə insanların içərisində söhbət etməməyi, kənarda ikilikdə söhbət etməyi təklif etmişdir. Məhəmməd də Kənanla razılaşdığından ikisi təkbətək “Səbinə” market istiqamətində getmişlər. Bundan təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs “Səbinə” market istiqamətindən onların olduğu yerə doğru tək gələrək Məhəmmədin dostlarına “gedin zibilinizi götürün, vurmuşam” deyə bildirmişdir. Bundan sonra Alı və orada olan digər şəxslər Məhəmmədin olduğu yerə doğru qaçmağa başlamış, o, isə Kənanla birlikdə “Miraj” kafesinə doğru hərəkət etmişdir. Kafeyə çatdıqda o, kafeyə girsə də Kənan kafeyə girməyərək yoluna davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 iyul 2021-ci il tarixdə saat 13 radələrində işlədiyi “Miraj” kafesində toy şənliyi olmuş, toy şənliyi zamanı o, Alı, Rövşən, Nicat, Kənan, Maqa, Məhəmməd Alıyev, Rövşən və Nizami xidmət etmişdir. Məhəmməd Alıyev həmin gün işə başlamış saat 17 radələrində toy şənliyi başa çatmışdır. Saat 20 radələrində həmin kafeyə qonaqlar gəlməyə başladığından onlar da kafenin həyətində olan masalara xidmət etmişlər. Saat 21 radələrində kafenin həyətində Təqsirləndirilən şəxs ilə Məhəmməd Alıyevin münaqişə etdiklərini görmüş, münaqişə zamanı hər ikisi qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. O da həmin yerə gedənə qədər orada olan Rövşən, Nizami və X16 aralaşdırmış və onlar işlərinə davam etmişlər. 04 iyul 2021-ci il tarixdə təxminən saat 0030 radələrində kafedə olarkən Kənan kafenin qapısının qarşısına gələrək adam öldürdüyünü bildirdikdən sonra kafedən sol istiqamətdə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 iyul 2021-ci il tarixli, 21 nömrəli rəyində göstərilmişdir ki, X4 ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X4 ölümünə səbəb, ürəyin açıq zədələnmələri ilə döş qəfəsinin daxilinə dəlib keçən bir ədəd yara nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur. X4 bədəni üzərində aşkar olunan xəsarətlər – ürəyin və ağciyərin zədələnməsi ilə döş boşluğuna dəlib keçən 3 ədəd deşilmiş-kəsilmiş yara, alt çənədə, sol bazu nahiyyəsində, sağ körpücük nahiyyəsində kəsilmiş yaralar kəsici-deşici əşyanın təsirindən əmələ gəlmişlər, sol bazuda, sol döş giləsində, sağ çiyin qurşağında sıyrıqlar bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, xəsarətlər həyatidirlər yəni ölümündən bir qədər əvvəl yetirilmişdir, yetirilmə müddətləri qərarda göstərilən 04.07.2021-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə:-ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 3 ədəd deşilmiş-kəsilmiş yaralardan hər biri ayrı-ayrılıqda və ümumilikdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Alt çənədə, sol bazu nahiyyəsində, sağ körpücük nahiyyəsində kəsilmiş yaralar, sol bazuda sol döş giləsində, sağ çiyin qurşağında sıyrıqlar yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər, xəsarətlər ekspertizaya təqdim olunmuş bıçaqla yaxud həmin ölçüdə tiyəyə malik digər formalı bıçaqla yetirilə bilərdilər. Xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən 04.07.2021-ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04.07.2021-ci il tarixli, 445 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - burnunun üstündə qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri qərarda göstərilən 04.07.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 avqust 2021-ci il tarixli 496/2021-MTBŞ saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim olunnan şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən onun qan qrupu AB/İV/, X4 ABO sistemi üzrə qan qrupu: Oalfabeta/İ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 05 ədəd çınqıl daşı, 04 ədəd tənzif tampon, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, Məhəmməd Alıyevə məxsus şalvar, köynək və 01 cüt idman ayaqqabısı keta üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, tənzif tamponlar və Məhəmməd Alıyevə məxsus köynək üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən X7 məxsus ola bilər. Tədqiq olunan 4 ədəd tənzif tampon, M.Alıyevə məxsus köynək və şalvar üzərindəki qan ləkələrinin sitoloji tədqiq zamanı periferik mənşəli olması müəyyənləşdirildi. 05 ədəd çınqıl daşı, 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, M.Alıyevə məxsus idman ayaqqabısı üzərindəki qan ləkələrin ölçüləri və intensivliyi sitioloji tədqiqat aparmaq üçün kifayət qədər olmadığından sitioloji tədqiqata aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji və məhkəmə-soyuq silah ekspertizasının 30 iyul 2021-ci il tarixli, 3/1193, 3/1194, 3/1195 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthində əl barmaq və papilyar naxış izlərinin ayri-ayri fraqmentləri aşkar edilmədiyindən eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş X7 məxsus köynəyin üzərində rəyin təsvir hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. X7 məxsus köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, X7 məxsus ayaqqabı və şalvar üzərində trasoloji zədənin olması aşkar edilmədi. X4 bədəni üzərində olan xəsarətlər ona məxsus köynəyin üzərində olan zədələr ilə uyğunluq təşkil edir və üst-üstə düşür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27 iyul 2021-ci il tarixli 6/2738 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 cüt ayaqqabının; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqdimata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməpsixiatrik-psixoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 511/165 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə tədbirlərinə ehtiyacı yoxdur. O hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə edə bilmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli 1110 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2021-ci tarixdə saat 0500-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 05 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhəri 4 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Osmanov X3 şəhəri N.Nərimanov küçəsi ev 51, mənzil 30-da yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş Məhəmməd Alıyevə yetirdiyi bıçaq xəsarətlərinin sayını, üsulunu nəzərə alaraq onun M.Alıyevi xüsusi amansızlıqla öldürməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin iddia etdiyi kimi Məhəmməd Alıyevin bir neçə nəfər şəxs tərəfindən qəsdən öldürülməsinə dair qeyd etdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə istintaqı zamanı X15 Osmanovdan başqa digər şəxs tərəfindən qəsdən həyatdan məhrum edilməsinə dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, əvvəldən də münaqişə Təqsirləndirilən şəxsla Məhəmməd Alıyev arasında baş vermiş, həmin münaqişə səbəbindən Məhəmməd Alıyev zəng vuraraq öz tanışları Şahid3, Şahid5, Şahid6 və Şahid8 hadisə yeri olan “Miraj” kafesinin qarşısına dəvət etmişdir. Adları qeyd olunan şəxslər də Təqsirləndirilən şəxs Məhəmməd Alıyevlə təkbətək söhmət etməyə getdiklərini, bundan sonra Kənanın qayıdaraq Məhəmmədi öldürdüyünü bildirdiyini göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlan məhkumlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 04 iyul 2021-ci il tarixdən hesablanmalı və CM-in 85.5-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 344,16 AZN (üç yüz qırx dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd mavi rəngli cins şalvar, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək və ağ rəngli idman ayaqqabısı zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmalı, bir ədəd qara rəngli şalvar, bir ədəd üzərində sarı rəngli zolağı olan qara rəngli qısaqol köynək, qan nümunəsi, hadisə baxış zamanı tənzifə hopdurularaq götürülmüş 03 ədəd qana bənzər ləkələrin olduğu nümunələr, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qana bənzər ləkələr olan çınqıllar və bir ədəd bıçaq məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 344,16 AZN (üç yüz qırx dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd mavi rəngli cins şalvar, üzərində qanabənzər ləkələr olan ağ rəngli qısaqol köynək və ağ rəngli idman ayaqqabısı zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli şalvar, bir ədəd üzərində sarı rəngli zolağı olan qara rəngli qısaqol köynək, qan nümunəsi, 03 ədəd qana bənzər ləkələrin olduğu nümunələr, üzərində qana bənzər ləkələr olan çınqıllar və bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-18/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-18/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver