Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-18/2023 26.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri X7 və X8 iştirakı ilə, xx xxxx 1966-cı il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ilə, xx xxxxx 1981-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 237.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanı 05 may 2022-ci il tarixdə təxminən saat 12 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki- Qax yolunun kənarında həmkəndlisi Şahid3 10 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 12:35 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ ön cibindən qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 10 manat müqabilində alıb əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə təmiz çəkisi 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı fərdi yaşayış evinin həyətindəki köhnə soyuducu qutusunun içərisinə 04 ədəd dəmir qablarda xeyli miqdarda, yəni 13 ədəd çətənə (kannabis) bitkisinin şitillərini aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 07 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün onun yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evinin arxa hissəsində olan köhnə soyuducu qutusunun içərisindən 04 ədəd dəmir qablarda, xeyli miqdarda, yəni 13 ədəd hündürlükləri 14 sm-dən 22 sm-dək, ümumi təmiz çəkisi 18,76 qram olan aqrotexniki qaydada qulluq göstərilən və əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1 və 237.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, tamah niyyəti və satış məqsədilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanı 03 may 2020-ci il tarixdə saat 14 radələrində satmaq üçün sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 da qəsdən, tamah niyyəti və satış məqsədilə, qanunsuz olaraq bir ədəd kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuananı satmaq üçün ondan əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 05 may 2022-ci il tarixdə təxminən saat 12 radələrində isə həmin bir kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuananı qazanc əldə etmək məqsədilə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki-Qax yolunun kənarında həmkəndlisi Şahid3 10 manat dəyərində satmış, 07 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid3 həmin gün saat 12:35 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X13 küçəsi 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ ön cibindən qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1 10 manat dəyərində alıb əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə təmiz çəkisi 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girdikdən sonra istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib qəsdən, əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda, yəni 13 ədəd çətənə (kannabis) bitkisinin şitillərini evi yol kənarında yerləşdiyinə və kənar şəxslərin həyətində həmin bitkiləri görməsindən ehtiyat edərək 15 aprel 2022-ci il tarixdən 4 may 2022-ci il tarixədək olan müddət ərzində üç dəfə dəmir qablarda olmaqla, bir dəfə isə şüşə bankada olmaqla vahid niyyətlə sonuncuya vermiş, Təqsirləndirilən şəxs1 da əkilib xüsusi qulluq göstərilib yetişdirilərək kultivasiya edilən xeyli miqdarda, yəni 13 ədəd çətənə (kannabis) bitkisinin şitillərini ondan alıb Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı fərdi yaşayış evinin həyətindəki köhnə soyuducu qutusunun içərisinə 04 ədəd dəmir qablarda qoyaraq orada həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 07 may 2022ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün onun yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evinin arxa hissəsində olan köhnə soyuducu qutusunun içərisindən 04 ədəd dəmir qablarda, xeyli miqdarda, yəni 13 ədəd hündürlükləri 14 sm-dən 22 sm-dək, ümumi təmiz çəkisi 18,76 qram olan aqrotexniki qaydada qulluq göstərilən və əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona CM-nin 234.4.1 və 237.2.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən (CM-in 237.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə həmkəndlisi Zaur ondan qızını məktəbə aparıb gətirməyini xahiş etmişdir. Ona görə özünə məxsus avtomobillə onun qızını bir neçə dəfə məktəbə aparıb gətirmişdir. 2022-ci ilin aprel ayının ortalarında Zaurun qızını evlərinə gətirib düşürəndə Zaurun evlərinin qarşısında küçədə tut ağacının altında üç müxtəlif yerdə yan-yana bitən çətənə bitkilərinin yetişdiyini görmüşdür. Çətənə bitkisini çəkəndə ciyərə xeyri olduğunu eşitdiyi üçün həmin çətənə bitkilərindən bir neçəsini çıxarıb aparıb həyətində əkib becərib yetişəndə hərdən düşəndə istifadə etməsini qərara almışdır. Ona görə yerdən tapdığı çöplə həmin çətənə bitkilərinin diblərini boşaldıb saymadan bir neçəsini çıxardıqdan sonra ətrafdan tapdığı bir ədəd şüşə bankasına qoyub evlərinə aparmış və həmin çətənə bitkisinin şitillərinin hamısını köhnə gül əkdiyi boş üç ədəd dəmir qablara basdırmışdır. Sonra həmin üç ədəd çətənə bitkilərini əkdiyi qabları arvadı görməsin deyə aparıb evinin arxa hissəsində olan köhnə soyuducu qutusunun içərisinə qoymuş və soyuducunun qapağını üstünə qoymuşdur ki, görən olmasın. Bir neçə göndən sonra əkdiyi çətənə bitkilərinə baxanda əkdiyi çətənə bitkilərinin böyüdüyünü görmüş və bir neçəsini saymadan çıxarıb başqa, yəni dördüncü dəmir qaba əkmişdir. 07 may 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman küçədən çağırdıqlarını eşitsə də küçəyə çıxmamışdır. Bu zaman mülki geyimdə olan bir neçə şəxs evinə daxil olub ondan Nicata verdiyi malın, yəni narkotik vasitənin yerini deməsini, deməyəcəyi təqdirdə polis şöbəsində onu dedirtdirəcəyi ilə hədələmişlər. Həmin şəxslərə Nicata narkotik vasitə vermədiyini bildirmişdir. Sonra həmin mülki geyimdə olan polis əməkdaşları evini axtarmağa başlamışlar. Evindən narkotik vasitə tapmamışlar. Daha sonra mülki geyimdə olan polis əməkdaşlarından biri ondan bəs Zaur verən çətənə bitkisinin şitilləri hardadır deyə soruşduqda, həmin polis əməkdaşına Zaurun ona çətənə bitkisinin şitillərini vermədiyini demişdir .Bu zaman evinin arxasına baxan polis əməkdaşlarından biri çətənə bitkisinin şitillərini tapdıq, burdadır deyə bildirmişdir. Sonra polis əməkdaşları ona bildirmişlər ki, indi çəkiliş olacaq çölə çıxırlar qapını döyəndə beş dəqiqədən küçəyə çıxsın. Polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Yaşadığı evin həyət darvazası döyüləndə qapını açıb küçəyə çıxmışdır. Bu zaman evinin qarşısında bir neçə maşın və maşınların yanında polis və mülkü geyimdə olan şəxslərin dayandığını görmüşdür. Polis geyimində olan şəxs özünü təqdim edib müstəntiq olduğunu və onlara yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib becərməyi barədə onlara məlumat daxil olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşlarına həyətində tərkibində narkotik vasitə olan çətənə bitkisi olduğunu etiraf etmişdir. Sonra yazılı ərizəsi alınmış və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahəsindəki soyuducunun içərisində dəmir qablarda çətənə bitkiləri aşkar olunduğu üçün videoçəkiliş dayandırılmış və müstəntiq ona vəkillərin siyahısını təqdim etmişdir. Vəkillərdən Ruslan müəllimi seçdiyi üçün müstəntiq zəng edib vəkil Ruslan müəllimi dəvət edib ona təqdim etmişdir. Vəkili gələndən sonra vəkili Ruslan müəllimin, polis əməkdaşlarının və mütəxəsissin iştirakı ilə həyətinə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həyətindəki köhnə soyuducu qutusunun içərisindəki dörd ədəd dəmir qablarda 13 ədəd çətənə bitkiləri aşkar olunmuş və həmin bitkilər onun, müdafiəçisinin, mütəxəssislərin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş, evinə və həyətindəki tikililərə baxış keçirilmiş, lakın evindən qanunla saxlanılması qadağan olunan hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Müstəntiq isə polis işçilərinin, vəkili Ruslan müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı üzərindən qeyriqanuni heç nə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, heç vaxt narkotik vasitə istifadə etməmişdir. 2005-ci ildən alkoqoldan asılılıq sindromu ilə qeydiyyatdadır. Ancaq spirtli işki qəbul edir. Nicat şöbədə üstündən aşkar olunub götürülmüş narkotik vasitə olan bir büküm narkotik vasitəni 10 manata, yəni bir şüşə arağın qarşılığında ondan aldığını bildirdiyinə görə acıqla sonradan şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona satdığı narkotk vasitəni və özü əkdiyi çətənə bitkilərinin şitillərini onun qardaşı Zaurdan aldığını bildirmişdir. O, daha sonra polis əməkdaşları ondan evinə gələndə Zaur verən şitillər hardadır deyə soruşduqları üçün, həm də Nicat yalandan üzünə durub üstündən aşkar olunub götürülmüş narkotik vasitəni ondan aldığını bildirdiyinə görə onların hər ikisinin birləşib tutdurmaq istədiklərini fikirləşmiş və özü də yalandan ifadələrində həmin narkotik vasitə olan bir büküm marixuananı və 13 ədəd çətənə bitkilərini ona Zaurun verdiyini bildirmişdir. Zaurla heç vaxt çətənə şitilləri haqqında danışmamışdır. Çətənə şitillərini Zaurun evinin qarşısında küçədə tut ağacının altındam əldə etmiş, bundan Zaurun xəbəri olmamışdır. Nicata marixuana verməmiş, heç onu ümumiyyətlə görməmişdir. Odur ki, barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaqın ilkin mərhələsində veridiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, spirtli içki aludəçisi olsada, narkotik vasitələrdən istifadə etməmişdir. 2022-ci ilin aprel ayının 15-də Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki Qax yolunun kənarında yerləşən qardaşı oğlu Fəxrəddinin işlətdiyi yeməkxananın qarşısında həmkəndlisi Zaur Qənimət oğlu yanına gəlmiş, onunla salamlaşıb görüşmüşdür. Söhbət zamanı Zaur ona evinin həyətində dəmir qablarda çətənə bitkiləri əkdiyini, lakin evi yol kənarında olduğuna görə yoldan keçən şəxslərin həyətində çətənə bitkiləri əkdiyini görmələrindən qorxduğunu bildirmiş və ona təklif etmişdir ki, həmin çətənə bikilərini ona verəcək aparıb yaşadığı evin həyətində su verib, dibin boşaldıb, qulluq göstərsin, bir qədər böyüyəndən sonra gəlib aparacaq. Həmin bitkilərə qulluq göstərməsinin müqabilində hərdən ona araq, siqaret alıb verəcək. Həmin vaxtı Zaurdan əgər qorxursa nə üçün çətənə bikiləri əkirsən deyə soruşduqda Zaurda ona həmin bitkiləri özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Bundan sonra Zaurun təklifi ilə razılaşmışdır.Arvadı kəndlərində xəstəxanasında tibb bacısı işlədiyinə görə Zaura arvadı gecə növbəsində olan günü qablarda əkdiyi çətənə bitkilərini onlara gətirməsini demişdir. İki gündən sonra arvadı gecə növbəsində olan günu Zaur onlara iki ədəd qara rəngli sellofan torbalarda iki ədəd qablarda əkdiyi çətənə bitkilərini gətirmişdir. Həmin torbaları açıb baxanda içərisindəki hər bir dəmir qablarda bir neçə yeni cücərmiş, torpaqdan yenicə çıxmış bitkilərin olduğunu görmüşdür. Zaur sellofan torbaları ona verib çıxıb getmişdir. Zaur gedəndən sonra onun gətirdiyi sellofan torbalardakı dəmir qabları çıxarıb aparıb həyətindəki su çənin arxasındakı köhnə işləməyən soyuducu qutusunun içərisinə qoymuş və qapağını üstünə qoymuşdur ki, kənardan görən olmasın. İki gundən sonra Zaur yenə ona quluq etmək üçün bir qabda əkdiyi çətənə bitkisi gətirmişdir. Arvadı evdə olduğu üçün Zaurdan sellofan torbanın içərisindəki qabda əkdiyi çətənə bitkisini alıb gizlində aparıb soyuducunun içərisinə qoymuşdur.Zaur sonuncu çətənə bitkisi əkdiyi dəmir qutunu ona verəndə evlərində bir qutudada çətənə bitkiləri əkdiyini, son vaxtlar ardıcıl onlara gəlməsini görən şəxslərin onlara gəlməsindən şübhələnə biləcəklərini, ona görə həmin əkdiyi çətənə bitkilərini özünün gəlib aparmasını bildirmişdir. Razılaşdığı üçün 21 aprel 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Vaz-2106 markalı, ** BN *** nömrəli avtomobili ilə Zaurun evinə getmişdir. Zaurun evinin qarşısına çatıb siqnal vermişdir. Zaur küçəyə çıxanda onun gəldiyini görmüş və geri qayıdıb əlində sellofan torba ilə yanına gələrək çətənə bitkiləri əkdiyi bir dəmir qutunu ona vermişdir.Həmin qutunuda gətirib həyətindəki soyuducu qutusunun içərisinə qoymuşdur. Bundan sonra həmin çətənə bitkilərinə su verib,dibini boşaldıb qulluq göstərməyə başlamışdır. Zaurda arada bir iki dəfə ona araq və siqaret alıb vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13-14 radələrində Aşağı Göynük kəndində yerləşən yeməkxananın qarşısında olan zaman Zaurla rastlaşmışdır.Söhbət zamanı Zaurdan Nicatın çəkməsi üçün bir büküm narkotik vasitə marixuana istəmişdir. Zaurda cibindən bir büküm narkotik vasitə olan marixuana çıxarmış və qardaşı Nicata aparıb verməsi üçün ona vermişdir. Sonra Zaur ondan çətənə bitkilərinin vəziyyətini soruşanda ona toxumların çoxunun çıxmadığını demişdir. Bu zaman Zaur ona sabah evlərinə gəlməsini, ona cücərən çətənə bitkiləri verəcəyini və aparıb əkməsini bildirmişdir. Zaurdan ayrıldıqdan sonra ondan aldığı Nicata vermək üçün yeməkxananın qarşısına getmişdir. Lakin Nicatı orada tapmadığına görə piyada evlərinə qayıtmışdır.Səhəri gün idarə etdiyi Vaz-2106 markalı avtomobillə Zaurun yaşadığı evin qarşısına gedib siqnal vermişdir.Az sonra Zaur küçəyə çıxıb yanına gəlmiş və içərisində 7 ədəd təxminən 4 sm hündürlüyündə çətənə bitkisinin şitilləri olan bankanı ona vermişdir. Çətənə bitkilərini aldıqdan sonra yaşadığı evə qayıtmış və həmin şitilləri Zaurun ona verdiyi qablara əkmişdir. Gətirdiyi şitilləri əkdikdən sonra qablarda 13 ədəd çətənə bitkiləri olmuşdur. Sonradan həmin bitkilərə su verib qulluq etmişdir.05 may 2022-ci il tarixdə saat 12 radələrində Aşağı Göynük kəndindən keçən Şəki-Qax yolunun kənarında yerləşən mağazaların qarşısında Nicatı görüb ona yaxınlaşıb narkotik vasitə olan marixuanası olduğunu bildirmişdir. Nicatda ona 10 manat pul verən zaman ona həmin pula gedib bir şüşə araq almasını demişdir. Nicatda yaxınlıqdakı mağazaya gedib bir şüşə 0,5 litirlik markasını xatırlamadığı araq alıb gətirib ona vermişdir.O da cibindən bir büküm narkotik vasitə olan marixuananı çıxarıb Nicata vermişdir.Nicat marixuananı ondan alıb çıxıb getmişdir. Sonra özü yaxınlaqdakı mağazanın arxasında arağı içib şüşəsinidə ora atıb çıxıb evlərinə getmişdir.07 may 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman həyət darvazasının döyüldüyünü eşidib küçəyə çıxmışdır.Bu zaman evinin qarşısında bir neçə maşın və maşınların yanında polis və mülkü geyimdə şəxslərin dayandığını görmüşdür. Polis geyimində olan şəxs özünü təqdim edib müstəntiq olduğunu və onlara yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib becərməsi barədə onlara məlumat daxil olduğunu bildirmişdir. Bir söz tapa bilmədiyi üçün polis əməkdaşlarına həyətində tərkibində narkotik vasitə olan çətənə bitkisi olduğunu etiraf etmişdir. Sonra könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsi barədə ərizə verdikdən sonra polis əməkdaşları, dəvət olunmuş mütəxəssisin iştirakı ilə əvvəlcə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahəsindəki soyuducunun içərisində dəmir qablarda çətənə bitkiləri aşkar olunduğu üçün videoçəkiliş dayandırılmış və müstəntiq ona vəkillərin siyahısını təqdim etmişdir.Vəkillərdən Ruslan müəllimi seçdiyi üçün müstəntiq zəng edib vəkil Ruslan müəllimi dəvət edib ona təqdim etmişdir.Vəkili gələndən sonra vəkili Ruslan müəllimin,polis əməkdaşlarının və mütəxəsisslərin iştirakı ilə həyətinə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həyətindəki köhnə soyuducu qutusunun içərisindəki dörd ədəd dəmir qablarda 13 ədəd çətənə bitkiləri aşkar olunmuş və həmin bitkilər onun, müdafiəçisinin, mütəxəssislərin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Sonra polis əməkdaşları ona evində başqa narkotik vasitə olub-olmadığını soruşduqda evində narkotik vasitə olmadığını bildirmişdir.Bundan sonra baxış davam etdirilmiş, evinə və həyətindəki tikililərə baxış keçirilmiş, lakın evindən qanunla saxlanılması qadağan olunan hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra müstəntiq tərəfindən protokol tərtib olunub oxunduqda müdafiəçisi və digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Müstəntiq isə polis işçilərinin, vəkili "Ruslan" müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişdir.Müstəntiq ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyindən əynindəki şalvarın sağ yani cibindən xəstəliyi ilə əlaqədar müayinə kağızlarını, şəxsiyyət vəsiqəsini, əynindəki gödəkcənin sol yan cibindən bir qutu Bakı siqaretini və alışqanını çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sonra müstəntiq üstündən aşkar olunmuş alışqanını, siqaretini, şəxsiyyət vəsiqəsini, xəstəliyi ilə əlaqədar müayinə kağızlarını iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıb vermişdir. Sonra müstəntiq hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığına görə bu barədə müstəntiq tərəfindən protokol yazılıb onlara oxunduqdan sonra vəkili Ruslan müəllim və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.4.1 və 237.2.1-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Qax rayonunda işdə olan zaman bir nəfər polis əməkdaşı ona zəng vurub onunla görüşmək lazım olduğunu dediyi üçün onlarla görüşmüş, görüş zamanı polis əməkdaşlarından biri ona narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi və narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə onlara məlumat daxil olduğunu bildirərək ona Şəki rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişdir. Razılaşdığı üçün həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələndən sonra onu polis əməkdaşları ikinci mərtəbədəki otaqlardan birinə aparıb sorğu-sual etmişlər. Ondan Ziyəddinə çətənə bitkiləri verib-verməməsini soruşmuşlar. Polis əməkdaşlarına Ziyəddinə çətənə bitkiləri vermədiyini bildirmişdir. Sonra həmin polis əməkdaşlarından biri qollarını yapışqan lentlə (skoçla) bağlayıb qollarını dizlərin, daha sonra ayağının arasına taxta keçirmiş və digər polis əməkdaşı ilə birlikdə onu qaldırıb stuldan asıb Ziyəddinə çətən bitkilərini verməsini boynuna almasını bildirmişdir. Əvvəl razılaşmasa da, sonradan ağrılara dözə bilmədiyi üçün polis əməkdaşlarına Ziyəddinə yeddi ədəd çətənə bitkiləri verməyini boynuna alacağını demişdir. Bundan sonra polis əməkdaşları onu stulun başından düşürüb qollarını açıb bildirmişlər ki, onu müstəntiqin otağına aparacqlar, orada çəkiliş olacaq çəkilişdə də Ziyəddinə 7 ədəd çətənə bitkisi verdiyini desin. Qorxduğu üçün razılaşmışdır. Polis şöbəsinə gətirən polis əməkdaşları sonra onu otaqdan çıxarıb müstəntiqin otağına aparmışlar. Müstəntiq ona tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə satması barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş və ona Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Vəkillərin siyahısından vəkil Musa müəllimi seçdiyi üçün, onun iştirakı ilə video çəkilişlə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Daha sonra müstəntiq ondan həmkəndlisi Təqsirləndirilən şəxs1 tərkbində narkotik maddələr olan çətənə bitkiləri verib-verməsini, həmçinin narkotik vasitə olan marixuana satıb-satmasını soruşduqda, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarının dedikləri kimi müstəntiqə Ziyyəddinə yeddi ədəd tərkibində narkotik maddələr olan çətən bitkisinin şitillərini verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ziyəddin ondan çətənə bitkisi istəməmiş, belə bir hal baş verməmişdir. Həmçinin, Ziyəddin ona narkotik vasitə verməmişdi. Həmin ərəfədə yaşadığı evin yaxınında yolda çətənə bitkisi bitmiş, əgər səhv etmirsə çətənə bitkilərinin sayı 3, ya da 4 ədəd olmuşdur. Həmin yolda bitən çətənə bitkilərini dərib Ziyəddinə verməmişdir. Ziyəddin taksi sürücüsü kimi fəaliyyət göstərmiş, həmin ərəfələrdə onun övladını məktəbə aparıb-gətirmişdir. Belə düşünür ki, bəlkə də həmin zaman Ziyəddin çətənə bitkilərini görüb və çətənə bitkilərini yolun kənarından məhz o özü dərib götürmüşdür. Ancaq yenə də bu haqda dəqiq heç nə deyə bilmir. İbtidai istintaq zamanı birinci dəfə ifadə verdiyi zaman, bu şəkildə ifadə verməmiş, birinci ifadəsində polis əməkdaşları nə yazıblarsa ona imza çəkmişdir. Polis əməkdaşı Şahid6 ona demişdir ki, bu 3 dənə çətənə bitkisinin onun olduğunu qəbul etsə, onu həbs etməyəcəklər. O da təzyiqə məruz qaldığı üçün və ona inanaraq boynuna almışdır. Polis əməkdaşları ilə hər-hansı bir ədavəti yoxdur. Ancaq bunu deyə bilər ki, onların kəndində Sərxan adlı şəxs var, məhz həmin şəxsin polis əməkdaşları ilə əlaqəsi var. Belə ki, onun Sərxan adlı şəxslə əvvəllər dava-dalaşı olmuşdur və ona elə gəlir ki, bu işlərin hamısını Sərxan düzüb-qoşmuşdur. Düşünür ki, onu şərləyən Sərxandır. Belə ki, Sərxan adlı şəxs onların kəndində yaşayır. Həmin şəxs polislə iş görür. Bir neçə il bundan əvvəl o, həmin şəxsi döymüşdür. Çünki kənddə hamıya deyirdi ki, istədiyi adamı həbs etdirə bilər. Belə olub, onunla sözləri çəp gəlmiş və onu döymüşdür. Ziyəddinə çətənə bitkisi verməmişdir. Qardaşı əvvəllər Rusiya Federasiyasında olarkən bir-iki dəfə marixuana istifadə etmişdir, ancaq hazırda istifadəçisi deyil. Polis əməkdaşları onun narkotik vasitədən istifadə edib-etmədiyini yoxlamış, nəticədə təmiz çıxmışdır. Ziyəddinlə heç bir düşmənçiliyi yoxdur. Ziyəddinin polis şöbəsində onun adını verməsinin səbəbi o olub ki, polis əməkdaşları ona deyiblər ki, guya onun narkotik vasitə istifadəçisi olduğunu o, polisə bildirmişdir. Belə olub Ziyəddin də acığı tutduğu üçün polis əməkdaşlarına bildirib ki, çətənə bitkilərini ona guya o vermişdir. Ancaq belə bir hal baş verməmiş, o Ziyəddinə çətənə bitkisi verməmişdir. Birinci dəfə ifadə verərkən ibtidai istintaq zamanı polis əməkdaşları nə deyiblərsə, onu yazmışdır, daha doğrusu imza çəkmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaqın ilkin mərhələsində veridiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, təxminən 4 il əvvəl Rusiya Federasiyasının Sanpeterburq şəhərində olan zaman özbək tanışı ilə birlikdə narkotik vasitə olan marixuana istifadə etmişdir. Sonradan 2019-cu ildə Azərbaycana Respublikasına yəni yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndinə qayıdıb gəlmiş və hərdən düşəndə narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən 6-7 ay bundan əvvəl narkotik vasitə istifadə etdiyinə görə barəsində Şəki ŞRPŞ-də inzibati protokol tərtib olunmuş və toplanmış material Şəki rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə narkotik vasitə istifadə etdiyinə görə 300 manat cərimə olunmuşdur. X2 tanıyır, onunla aralarında əvvəllər heç bir narazılıq, mübahisə, ədavət və düşmənçilik olmamışdır. Əksinə əvvəllər Ziyəddinlə yaxşı münasibətləri olmuşdur. Düşəndə Ziyəddin idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərdiyinə görə onun maşını ilə istədiyi yerə getmişəm. Hərdən Ziyəddin uşağını məktəbə aparıb gətirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Ziyəddinlə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki Qax yolunun kənarında yerləşən mağazaların qarşısında görüşəndə Ziyəddin onun narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona bir çəkimlik narkotik vasitə olan marixuana vermişdir. Ziyəddin həmin narkotik vasitəni ona versədə qarşılığında ondan pul istəməmişdir. Sonradan Ziyəddinin verdiyi həmin narkotik vasitəni istifadə etmişdir. Bundan başqa təxminən bir ay əvvəl yenə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki Qax yolunun kənarında yerləşən mağazaların qarşısında Ziyəddinlə görüşüb söhbət edəndə ona bildirmişdir ki, onda çətənə bitkisinin toxumu və ya şitili varsa ona versin. O da Ziyəddinə olsa verəcəyini demişdir. Ziyəddinlə aralarındakı söhbətdən təxminən 5-6 gün sonra yaşadığı evin qarşısında küçədə 7 ədəd çətənə bitkiləri olduğunu görmüş, səhəri gün həmişə görüşdükləri yerdə Ziyəddinlə görüşən zaman ona həyətlərinin qabağında yolda 7 ədəd çətənə bitkiləri olduğunu, istəyirsə ona verə biləcəyini demişdir. Ziyəddin də ondan həmin çətənə bitkilərini istədiyi üçün ondan ayrılıb evlərinə getmişdir. Günortadan sonra Ziyəddin ona zəng vurub çətənə bitkilərini götürməyə gələcəyini demişdir. Bir azdan Ziyəddinin maşını ilə gəlib evindən bir qədər aralıda avtomobilini saxladığını gördüyü üçün evlərindən bel götürüb həyətlərinin qarşısında yolda olan 7 ədəd çətənə bitkilərini qazıb çıxarıb bankaya qoymuş və aparıb Ziyəddinə vermişdir. Ziyəddin də həmin çətənə bitkilərini ondan alıb çıxıb getmişdir. Bundan sonra Ziyəddini görməmişdir. Bir-iki dəfə Ziyyədinə zəng vursa da, Ziyəddin zənglərinə cavab verməmişdir. 09 may 2022-ci il tarixdə Qax rayonunda işdə olan zaman bir nəfər ona zəng vurub Şəki ŞRPŞ-nin əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxsə işlədiyi ünvanı dediyi üçün bir azdan həmin polis əməkdaşı işlədiyi ünvana gəlmişdir. Yanına gələn polis əməkdaşının yanında başqa bir polis əməkdaşıda olmuşdur. Polis əməkdaşlarından biri ona narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu bildirərək ona Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişdir. Razılaşdığı üçün həmin polis əməkdaşları ilə Şəki ŞRPŞ-nə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Müstəntiq ona tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə satması barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş və ona Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Vəkillərin siyahısından vəkil "Musa" müəllimi seçdiyi üçün müstəntiq zəng vurub "Musa" müəllimi polis şöbəsinə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra müstəntiq onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini izah etmişdir. Sonra PŞnə dəvət edən polis işçilərinin, vəkili "Musa" müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişilər. Müstəntiq əvvəlcə ona üstündə olan əşyaları təqdim etməsini təklif etdiyindən əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd alışqanı, həmin gödəkcənin sol yan cibindən bir qutu Bakı siqaretini çıxarıb stolun üstünə qoymuşdur.Müstəntiq tərəfindən əynindəki paltarlarının ciblərinə,ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmişdir. Baxış zamanı üstündən başqa heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Müstəntiq ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə, əvvəlcə alışqanını, sonra siqaretini təqdim edib özünə məxsus olduğunu demişdir. Müstəntiq iş üçün əhəmiyyət kəsb etmədiyindən siqaretini və alışqanını qaytarıb özünə vermişdir. Daha sonra müstəntiq ondan həmkəndlisi Təqsirləndirilən şəxs1 tərkbində narkotik maddələr olan çətənə bitkiləri verib-verməsini, həmçinin narkotik vasitə olan marixuana satıb-satmasını soruşduqda, Ziyəddinə 7 ədəd tərkibində narkotik maddələr olan çətən bitkisinin şitillərini verdiyini, lakin ona narkotik vasitə olan marixuana vermədiyini bildirmişdir. İbtidai stintaqın ilkin mərhələsində verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab verərək göstərmişdir ki, birinci dəfə bu şəkildə ifadə vermişdir. Çünki polis əməkdaşları ona demişlər ki, belə ifadə versə onu həbs etməyəcəklər. Onun sadəcə günahı bundan ibarət olmuşdur ki, yolun kənarındakı çətənə bitkilərini görüb polisə məlumat verməmişdir. Həmin çətənə bitkiləri öz-özünə yetişmişdir. Belə ki, bəzi zamanlar meşədən torpaq gətirib yolun kənarına səpir, ola bilsin ki, məhz bundan sonra həmin çətənə bitkiləri yetişməyə başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evdə olduğu zaman polis əməkdaşları gəlib onu evdən aparmışlar. Qonşuları da buna şahid olmuşdur. Yoldaşı həmin zaman “102” qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir. Çünki polis əməkdaşları onu apararkən evi dağıtmışlar. Sonra onu polis əməkdaşları polis şöbəsinə gətirmiş və üzərinə baxış keçirmişlər. Baxış zamanı guya cibindən narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları evinə də baxış keçirmiş, lakin evdən heç nə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ziyəddindən narkotik vasitə olan marixuana almamışdır. İstintaq zamanı Ziyəddin bildirmişdir ki, aşkar olunan narkotik vasitəni guya onun qardaşı Zaurdan almışdır. O da acıq edərək, polis əməkdaşlarına demişdir ki, aşkar olunan narkotik vasitəni Ziyəddindən almışdır. Əslində isə onun üzərində narkotik vasitə olmamış, sonradan acığa düşüb narkotik vasitəni Ziyyədindən aldığını demişdir. Ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Ziyəddinlə münasibəti normal olmuş, Ziyəddindən narkotik vasitə istəməmişdir. Polis şöbəsində Ziyəddinlə üzləşmə olmuş, üzləşmə zamanı Ziyəddin narkotik vasitəni qardaşı Zaurdan aldığını demiş, onun da acığı tutduğu üçün narkotik vasitəni Ziyəddindən aldığını demişdir. Üzərindən aşkar olunan narkotik vasitəyə görə məhkəməyə çıxarılmış və məhkəmə tərəfindən 300 manat cərimə edilmişdir. Qardaşı Zaurla münasibəti həmişə yaxşı olmuşdur, indi də yaxşıdır. Qardaşı ilə eyni evdə yaşamasa da, eyni kənddə yaşayırlar. Evləri bir-birinə yaxındır. Qardaşı ilə tez-tez görüşür. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsinin arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaqın veridiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, 1 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 05 may 2020-ci il tarixdə narkotik vasitə olan marixuana çəkmək qərarına gəlmişdir. Ona görə həmin gün günorta vaxtlarında Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Ziyəddinə zəng vurub ondan özü çəkmək üçün bir büküm narkotik vasitə olan marixuana istəmişdir. Ziyəddində ona indi işləri olduğunu bildirmiş və günortadan sonra Aşağı Göynük kəndində mağazaların qarşısında görüşmələrini təklif etmişdir. Bir qədər sonra evlərindən çıxıb kəndlərindən keçən Şəki- Qax yolunun kənarında yerləşən mağazaların qarşısına getmiş və Ziyəddinin həmkəndlləri Adilin işlətdiyi mağazanın qarşısında dayandığını görüb ona yaxınlaşmışdır. Ziyəddinlə salamlaşıb görüşdükdən sonra mağazanın qarşısındakı beton daşın üstündə oturub söhbət etmişlər. Söhbət zamanı Ziyəddindən ona narkotik vasitə gətirib-gətirmədiyini soruşmuşdur. Ziyəddində ona bir büküm narkotik vasitə olan marixuana gətirdiyini və həmin bir büküm narkotik vasitəni 10 manata satdığını bildirmişdir.Cibindən 10 manat pulu çıxarıb ona vermək istəyəndə Ziyəddin pulu götürməmiş və həmin pula gedib ona araq almasını demişdir. Ona görə yaxınlıqdakı mağazaya gedib satıcıdan bir şüşə 10 manatlıq araq alıb Ziyədinin yanına qayıdıb arağı ona vermişdir. Ziyəddində cibindən bir kağız bükümü çıxarıb ona vermişdir. Ziyədindən narkotik vasitəni alandan sonra evlərinə getmişdir. Səhəri gün təxminən saat 12:30 radələrində evlərindən çıxıb kəndlərindən keçən Şəki-Qax yolunun kənarına gedən zaman evlərinin yaxınlığında iki mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşlarından biri ona narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu ona görə də onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişdir. Razılaşdığı üçün həmin polis işçiləri ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Ziyəddindən aldığı bir ədəd kağız bükümdə narkotik vasitə olan marixuanada üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməsi barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmiş və ona Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Vəkillərin siyahısından vəkil "Zaur" müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub "Zaur" müəllimi polis şöbəsinə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu evlərinin yaxınlığında saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili "Zaur" müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı əvvəlcə ona üstündə olan əşyaları təqdim etməyini təklif etdiyi üçün əynindəki boz rəngli şalvarın sol ön cibindən bir ədəd alışqanı, şalvarının sağ ön cibindən bir ədəd ağ rəngli kağız bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmişdir. Baxış zamanı üstündən başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı ondan stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə, əvvəlcə alışqanını təqdim etmiş, sonra bir ədəd ağ rəngli kağız bükümü təqdim edib içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Ziyədin adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı içərisində narkotik vasitə olan bir ədəd ağ rəngli kağız bükülünü zərfə qoyaraq zərfi möhürlədiyi üçün digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı sonra üstündən aşkar edilmiş alışqanı özünə qaytarıb vermişdir. Daha sonra təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılmış, onlara oxunduqdan sonra vəkili Zaur müəllim və polis işçiləri ilə birlikdə həmin protokolu imzalamışdır. Daha sonra Ziyəddinin narkotik vasitə satmasını bilmədiyini, belə ki, bir neçə gün əvvəl Ziyədinlə söhbət edən zaman ona narkotik vasitə olsa çəkərəm deyən zaman Ziyədinində ona onda narkotik vasitə olduğunu dediyini, həmin vaxt Ziyəddində narkotik vasitə olduğunu bildiyini, ona görə iki gün sonra narkotik vasitə çəkmək üçün ondan narkotik vasitə olan marixuana aldığını, Ziyəddinin ona satdığı narkotik vasitə olan marixuananı hardan almasından xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ona «Ziyəddin» adlı şəxsin Şəki rayonu ərazisində yaşadığı evin həyatyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, «Ziyəddin» adlı şəxslərin şəxsiyyətnin müəyyən olunaraq onun cinayət əməllərinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Şöbə rəisinin icazəsi ilə xx.xx.2022-ci il tarixdə «Ziyəddin» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra «Ziyəddin» adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. 07 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərərək kultivasiya etməsi barədə barəsində əməliyyat məlumatı daxil olmuş «Ziyəddin» adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Bundan sonra Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilməsi məqsədilə polis əməkdaşları ilə birlikdə Şəki rayonu, Aşağı Göynük kəndinə Təqsirləndirilən şəxs1 evinin qarşısına getmişlər. Müstəntiq qarşısında dayandıqları Təqsirləndirilən şəxs1 evinin həyət qapısını bir neçə dəfə döymüşdür. Təxminən 3-4 dəqiqədən Ziyəddin küçəyə çıxmışdır. Ziyəddin evinin qarşısına küçəyə çıxandan sonra müstəntiq ona özünü təqdim edib polis əməkdaşı olduğunu və onun yaşadığı evin həyətində narkotik vasitə olan bitkilər əkib becərməsi barədə onlara məlumat daxil olduğunu bildirmişdir. Bu zaman Ziyəddin bir anlıq duruxmuş sonra müstəntiqə həyətində tərkibində narkotik vasitə olan çətənə bitkisi olduğunu etiraf etmişdir. Sonra Ziyəddinin könullü razılığı və iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həyətindəki tikililərə və evinə baxış keçirilmişdir. Ziyəddinin yaşadığı evin həyətinə daxil olduqdan sonra onun evinin yan tərəfində olan üstü polietilen örtüklə örtülən köhnə soyuducu qutusunu açdıqda qutunun içərisində 4 ədəd dəmir qablarda tərkibində narkotik maddələrə olan çətənə bitkilərinə oxşar bitkilərin olduğunu görmüşlər. Müstəntiq Ziyəddindən həmin bitkilərin nə bitkiləri olduğunu soruşduqda, o, həmin bitkilərin çətənə bitkiləri olduğunu və həmin bitkiləri ona 15-20 gün əvvəl ona Zaur adlı şəxsin verdiyini bildirmişdir. Ziyəddinin cavabından sonra müstəntiq tərəfindən həyətində narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunan Ziyəddinə müdafiəçi təqdim edilməsi, həmçinin həmin bitkilərə aqrotexniki qulluq olunmasını müəyyən etmək üçün aqronom mütəxəssis dəvət edilməsi məqsədi ilə vidieoçəkiliş dayandırılmışdır. Ziyəddin ona təqdim olunmuş vəkillərin siyahısından vəkil Ruslan Salahovu seçdiyi üçün müstəntiq zəng vurub həmin vəkili və mütəxəssis aqronom kimi Şahid5 dəvət etmişdir. Müdafiəçi və mütəxəssis aqronom gəldikdən sonra videoçəkiliş bərpa olunmuş və Təqsirləndirilən şəxs1 həyətyanı sahəsinə onun, polis nəfəri Şahid2, Təqsirləndirilən şəxs1 özünün, müdafiəçisinin, mütəxəssis aqronom Şahid5 və mütəxəssis operator Qiyam Səfərəliyevin iştirakı ilə baxış davam etdirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həyətyanı sahəsindəki köhnə soyuducu qutusunun içərisində dörd ədəd dəmir qablarda 13 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Müstəntiq həmin vaxt mütəxəssisə aşkar olunmuş bitkilərin nə bitkiləri olduğunu soruşduqda, o, həmin bitkilərə baxıb müstəntiqə əkilmiş bitkilərin çətən bitkisi olduğunu və həmin bitkilərə aqrotexniki qulluq edildiyini bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs1 həyətindən aşkar olunmuş 4 ədəd dəmir qablarda cəmi 13 ədəd çətənə bitkilərin hündürlüklərini ölçüb qablarla birlikdə möhürləyərək götürmüşdür. Bundan sonra Ziyəddinin evinə baxış keçirilmişdir. Baxış zamanı onun evindən başqa bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Sonra müstəntiq tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirmişlər. 07 may 2022-ci il tarixdə saat 22:16 radələrində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin, onun, polis nəfəri Şahid2 və mütəxəssis Qiyam Səfərəliyevin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı onun üstündən heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, evinin həyətyanı sahəsindən çətənə bitkiləri aşkar olunduqdan sonra Ziyyədin Hümmətov şifahi sorğu-sual zamanı bildirmişdir ki, çətənə bitkilərini ona saxlamaq məqsədilə Təqsirləndirilən şəxs2 vermişdir. İşlə bağlı, daha doğrusu Ziyyədin Hümmmətovla bağlı əməliyyat-qeydiyyat işi açılmamışdır. Əvvəllər şəxslə bağlı hər hansı əməliyyat tədbirləri keçirilməsini xatırlamır. Şəxsin evinə gedərkən məhkəmə qərarı olmamış, təxirəsalınmaz olduğu üçün məhkəməyə müraciət olunmamış və özü tərəfindən qəbul edilən qərarla tədbiri keçirmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmiş, daxil olan məlumat Təqsirləndirilən şəxs1 narkotik vasitə sayılan çətənə bitkilərinin qanunsuz əkibbecərməsi ilə məşğul olmasına dair olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 may 2022-ci il tarixdə ona Şəki rayonunda yaşayan "Nicat" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və "Nicat" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 07 may 2022-ci il tarixdə rəhbərliyə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra "Nicat" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş "Nicat" adlı şəxsin Şahid3 olduğu müəyyən edilmiş və Şahid3 göstərilən tarixdə saat 12:30 radələrində Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Şahid3 şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin və onların iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Şahid3 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Şahid3 da əynindəki boz rəngli cins şalvarın sol ön cibindən bir ədəd alışqanı, həmin şalvarın sağ ön cibindən bir ədəd ağ rəngli kağız bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Şahid3 stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsi təklif etdikdə o, bir ədəd kağız bükülünü təqdim edib həmin kağız bükülünün içərisindəki maddənin «nəşə», yəni narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni üç gün əvvəl yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində həmkəndlisi Ziyəddindən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa 08 may 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs1 Şahid3 10 manata satdığı narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs1 verən şəxsin Təqsirləndirilən şəxs2 olması və həmin şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən olunmuş və ona narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. X14 Təqsirləndirilən şəxs2 Mahmudov şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış Təqsirləndirilən şəxs2 üzərindən qeyri-qanuni heç nə, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ifadəsində həyətindəki soyuducunun içərisindən aşkar olub götürülmüş dörd ədəd dəmir qablarda olan 13 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin şitillərini onun verdiyini bildirdiyini və bununla bağlı nə deyə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 13 ədəd çətənə bitkiləri deyil, həyətinin qabağında bitən 07 ədəd çətənə bitkilərini çıxarıb verdiyini bildirmişdir. Həmçinin müstəntiq Təqsirləndirilən şəxs2 Ziyyəddin Hümmətovun ifadəsində onun yaşadıqları kəndin ərazisində ona qardaşı Şahid3 verməsi üçün bir ədəd kağız bükümdə narkotik vasitə olan marixuana verdiyini, o da həmin narkotik vasitəni onun qardaşına verib qarşılığında 10 manat dəyərində araq aldığını bildirdiyini və bununla bağlı nə deyə biləcəyini soruşduqda, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qardaşı Nicata verməsi üçün narkotik vasitə olan marixuana vermədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid3 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-qeydiyyat işi açılmamış, Təqsirləndirilən şəxs2 barəsində məlumatı Ziyəddin dedikdən sonra əldə etmişlər. Əvvələr Təqsirləndirilən şəxs2 barədə əməliyyat məlumatı olmamışdır. Şahid3 üzərindən aşkar olunan marixuananı Ziyəddin adlı şəxsdən əldə etdiyi söyləmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 07 may 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları ona zəng edərək keçirdikləri əməliyyat tədbiri zamanı Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi barədə onlara məlumat daxil olduğunu, həmin narkotik tərkibli çətənə bitkilərinə aqronom mütəxəssi kimi baxıb çətən bitkilərinə xüsusi qulluq olunması və ya yabanı halda bitməsi ilə bağlı rəy verməsi üçün həmin yerə dəvət etmişlər. Ona görə həmin yerə gedib polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə vidieoçəkilişlə baxış keçirmişlər.Baxış zamanı Təqsirləndirilən şəxs1 həyətinin yan tərəfindəki köhnə soyducu qutusunun içərisində 04 ədəd dəmir qablarda torpağa əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkilməsini görmüşlər. Müstəntiq ondan çətənə bitkilərinə baxıb çətən bitkilərinin yabanı və ya xüsusi qaydada qulluq göstərilməsi barədə məlumat verməsini xahiş etmişdir. Ona görə həmin narkotik tərkibli çətənə bitkilərinə baxıb həmin bitkilərə xüsusi qayda qulluq göstərilməsini müəyyən etdikdən sonra şifahi formada müstəntiqə bu barədə məlumat vermişdir. Müstəntiq Təqsirləndirilən şəxs1 həyətindəki köhnə söyuducu qutusunun içərisindəki 04 ədəd dəmir qablarda aşkar olunmuş cəmi 13 ədəd çətənə bitkilərinin hündürlüklərini ölçmüş və dəmir qablarla birlikdə möhürləyərək götürmüşdür. Həmin çətənə bitkiləri əkilmiş yerə baxan zaman çətənə bitkilərinin diblərinin yumşaldığını, suvarıldığını,yəni aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsinin arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaqın veridiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, “...Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin aşkar olunmuş narkotik təkibli çətənə bitkilərini ona Zaur adlı şəxsin verdiyini və həmin bitkilərə su verib xüsusi qaydada qulluq göstərib yetişdirdiyini bildirmişdir.” İbtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd olunan hissəsi elan olunub tədqiq edildikdən sonra Şahid5 bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs1 bitkiləri kimdənsə aldığını dediyini eşitmiş, lakin həmin adın Zaur olduğunu eşitdiyini hazırda xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki -Qax yolunun kənarında ərzaq mağazası vardır. Həmin mağazanın özü işlədir, yəni satıcı kimidə özü işləyir. X4 tanıyır. Nicat onun qonşusudur. Nicatla ədavət və düşmənçiliyi olmamış və hazırdada yoxdur. Nicatla qonşu kimi normal münasibətləri olmuşdur. Dəqiq tarixini xatırlamadığı vaxtda, yəni 2022-ci ilin may ayının əvvəllərində Nicat işlətdiyi mağazaya gəlib ona 10 manat verib bir şüşə araq alıb getmişdir. Lakin Nicatın həmin arağı kimin üçün aldığından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Şəki Regional Ekspertiza mərkəzinin rəisi olmaqla, 2011-ci ildən ekspert təcürbəsinə malik mütəxəssis kimi işləyir. 08 may 2022-ci il tarixdə tədqiqata təqdim olunmuş 13 ədəd çətənə bitkisinin şitilləri, bitkinin inkşafının ilkin mərhələsində olduğundan həmin bitkilərin əkilməsi 2022-ci ildə mümkündür və əkildikləri vaxtdan həmin bitkilərə aqrotexniki qulluğa (torpağa kübrələrin verilməsi, suvarması, alaq otlarından təmizlənməsi) başlanılmışdır. Həmin çətənə bitkilərinin şitilləri tədqiqata təqdim olunduğu gündən 15-25 gün əvvəl əkilməsi mümkün olmaqla, əkildiyi gündən etibarən aqrotexniki qulluq göstərilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisidir və onunla yaxın qonşudur. Hadisə vaxtı öz evində olmuş, arvadı ona əmisi Ziyəddinin evindən səsküy gəldiyini demiş və əmisigilin evinə tərəf gedərkən görmüşdür ki, əmisigilin həyətində adamlar var. Sonra görmüşdür ki, polislər Ziyəddinin qolunu buraraq aparır. O artıq həmin evə çatanda Ziyəddin oturulu vəziyyətdə olmuşdur. Polislər ondan Ziyəddinin niyə belə olduğunu soruşmuş, o da əmisinin adətən içkili olmasını və xəstə olmasını bildirmişdir. Belə olub polislər ona araq alındığı təqdirdə Ziyəddinin vəziyyətinin düzəlməsi və onun araq tapa biləcəyi ilə bağlı soruşmuş, o da araq tapa bilməyəcəyini demişdir. Bundan sonra polislər ora yemək və kiçik şüşədə olan araq gətirmiş və orada yeyib-içmişlər. Bundan sonra əmisi Ziyəddinə normal paltar geyindirilmişdir. Daha sonra polis hər kəsi həyətdən çıxarmış, yalnız onu yaxın adam kimi çay vermək üçün həyətə salmışlar. Bundan sonra ora kapitan və ya mayor rütbəli polis, bir serjant və aqronom gəlmiş, daha sonra onlar yenidən həyətdən çıxarılmışdır. Polislər əmisi Ziyəddini öyrətmişlər ki, qapını döyəcəyik, sən isə açarsan. Bundan sonra qapını döydmüşlər və həyətə daxil olaraq tədbir keçirdmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ziyəddini ilk dəfə görəndə o, alt paltarında olmuş və qorxudan əsmişdir. Təxminən bu hadisələr 4 saat davam etmiş, polislər Ziyəddinlə söhbət etmiş, lakin onların tam aydın nə danışdıqlarını eşitməsə də, polislərin Ziyəddinə “sən yaşlı adam və xəstə olduğundan, səni tutmayacağıq” kimi sözlər danışdıqlarını eşitmişdir. İbtidai istintaq zamanı ifadə verməmiş, dindirilmək üçün ibtidai istintaqa çağırılmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Ziyəddin çox spirtli içki qəbul etdiyindən, adətən sərxoş vəziyyətdə olmuşdur. May ayında o, həyətdə paltar yuyan zaman, qəfil bir neçə nəfər polis əməkdaşı həyətə daxil olmuş, onlardan nə olduğunu soruşsa da, onlar məhəl qoymamışdır. Üç nəfər evə daxil olmuş və daha sonra Ziyyədinin qışqırıq səsləri eşidilmişdir. Daha sonra Ziyəddin çölə çıxarılmış, geyimi nazik olduğu üçün Ziyəddin titrəmişdir. Polislər Ziyəddindən soruşmuşdur ki, Zaur və Nicat verən ştillər haradadır, Ziyəddin isə xəbərinin olmadığını bildirmişdir. Ziyəddinə polislər demişdir ki, polis şöbəsinə gedəndə ştillərin harada olduğunu biləcəksən. Daha sonra onu darta-darta həyətə aparmışlar və orada paltalarını geyindirmişlər. Sonra polislərin yanına gələrkən görmüşdür ki, əri Ziyəddin polislərin yanında araq butulkasında araq içir. Bir müddət sonra müstəntiq gəlmiş və onlar evdən çölə çıxarılmışdır. Sonrasından isə xəbəri olmamışdır. Bir müddət sonra əri polis şöbəsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə saat 11-12 radələrində olmuş, belə ki, o, kənddə olan yas yerinə getməli olduğu üçün saata nəzarət etmiş, lakin bu hadisə baş verdiyi üçün yasa gedə bilməmişdir. Ziyəddinin saxlanılması ilə bağlı tədbir təxminən 4-5 radələrində yekunlaşmışdır. Polislər evə girəndə heç bir sənəd göstərməmiş və hər hansı bir ərizə yazdırmamışlar. İbtidai istintaqda dindirilməmiş, habelə ibtidai istintaqda dindirilmək üçün müraciət etməmişdir. Çünki o, kimə müraciət edəcəyini bilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə “Ziyəddin” adlı şəxsin Şəki rayonu ərazisində yaşadığı evin həyətyanı sahəsində narkotik mənşəli bitkilərin əkini ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, əldə olunmuş əməliyyat məlumatına əsasən Şəki rayonu ərazisində yaşadığı evin həyətyanı sahəsində narkotik mənşəli bitkilərin əkini ilə məşğul olan “Ziyəddin” adlı şəxs xx.xx.1966cı il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1dur (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə xx.xx.1966-cı il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 42). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə Şəki rayonu, Aşağı Göynük kənd sakini Təqsirləndirilən şəxs1 Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı orada əkilibbecərilməsi qadağan olunmuş 13 (on üç) ədəd xeyli miqdarda narkotik tərkiblili çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Həmçinin, baxış prosesi videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 43-51). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində 04 ədəd dibçəkdə aşkar olunan ümumilikdə 13 ədəd bitkilər ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 52) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/392 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərlərinə yapışdırılmış vərəqədə « Şəki rayonu, Aşağı Göynük kənd sakini Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsində aşkar edilmiş ....» sözləri yazılmış 04 (dörd) ədəd dəmir qabların içərisindəki ümumi sayı 13 (on üç) ədəd, hündürlükləri 14 sm-dən 22 sm-də olan ümumi təmiz çəkisi -18.76 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Tədqiqata təqdim edilmiş 13 (on üç) ədəd çətənə bitkisinin şitilləri erkən inkşaf fazasındadırlar, həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 89-90). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə “Nicat” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, əldə olunmuş əməliyyat məlumatına əsasən Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olan “Nicat” adlı şəxs xx.xx.1985-ci il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Şahid3dur (cild 01, iş vər. 99) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə xx.xx.1985-ci il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Şahid3 barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Şahid3 həmin tarixdə saat 12:35-də Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 97). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid3 üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ ön cibindən bir ədəd kağız bükümdə içərisində narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Həmçinin, şəxsi axtarış videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 135-144). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/391 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində « şübhəli şəxs Şahid3 üzərindən aşkar olunmuş maddi sübut ....» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi -2.82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (cild 01, iş vər. 151-152). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(075)-31/2022 saylı qərarından görünür ki, həmin qərarla Şəki Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat tədbirinin keçirilməsi barədə 07 may 2022-ci il tarixli qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması qərara alınmışdır (cild 02, iş vər. 75-76). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 192 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları. Asılılıq sindromu” diaqnozu ilə narkoloji dispanserdə qeydiyyatdadır, Təqsirləndirilən şəxs2 isə qeydiyyatda yoxdur (cild 02, iş vər. 180). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 1010 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 03, iş vər. 3). Cinayət işinin materiallarında olan 20 may 2022-ci il tarixli, 316 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixoratik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır (cild 03, iş vər. 5-6). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(075)-280/2022 saylı qərarından görünür ki, həmin tarixdə Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 300 manat məbləğində cərimə edilmişdir (cild 03, iş vər. 19). Cinayət işinin materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 104-107). Hazırkı cinayət işinin materiallarında mövcud olan hər bir sübutu ayrı-ayrlıqda, həmçinin bir-biri ilə əlaqəli şəkildə araşdıran, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanılan sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə əsassız olaraq hər iki təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası tərəfindən gəlinən qənaət isə ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə məhz CM-in 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs2 isə hazırki iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə “Nicat” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə “Nicat” adlı şəxsin xx.xx.1985-ci il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Şahid3 olması müəyyən olunmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, daha sonra müdafiəçinin də iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu-sual zamanı şəxs həmin kütləni Ziyəddin adlı şəxsdən aldığını bildirmiş, daha sonra həmin tarixdə Şəki Şəhər Rayon Polis Şöbəsinə “Ziyəddin” adlı şəxsin Şəki rayonu ərazisində yaşadığı evin həyətyanı sahəsində narkotik mənşəli bitkilərin əkini ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə “Ziyəddin” adlı şəxsin xx.xx.1966-cı il təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, bundan sonra şəxsin yaşadığı ünvana gedilmiş, həmin ünvanda şəxsin yazılı razılığı ilə özünün, aqronommütəxəssisin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə və həyətinə baxış keçirilmiş və həmin ünvanda narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən prosessual hərəkətlər zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasına anlayış verilmiş və göstərilmişdir ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, iş materialarında olan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd kağız bükülüdə 2,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanı 05 may 2022-ci il tarixdə təxminən saat 12 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisindən keçən Şəki- Qax yolunun kənarında həmkəndlisi Şahid3 10 manat müqabilində satmış, bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib Şəki rayonu, Aşağı Göynük kəndində yaşadığı fərdi yaşayış evinin həyətindəki köhnə soyuducu qutusunun içərisinə 04 ədəd dəmir qablarda xeyli miqdarda, yəni 13 ədəd çətənə (kannabis) bitkisinin şitillərini aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-in 237.1 və 234.2-ci maddələrində əks olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilən digər şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Müdafiə tərəfin (konkret olaraq Təqsirləndirilən şəxs1 və onun müdafiəçsinin) məhkəmə istintaqı zamanı sərgilədiyi mövqeyə və qeyd etdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərkətlərə yol verildiyini bildirsə də, iş materiallarında olan Şəki rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, həmin qərar müdafiə tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Bundan əlavə, müdafiəçi məhkəmə iclasında iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(075)-31/2022 saylı qərarına istinad edərək həmin qərarla Şəki Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat tədbirinin keçirilməsi barədə 07 may 2022-ci il tarixli qərarının məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qanuni hesab edilmədiyini göstərmiş və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə sözügedən protokolun etibarsız sayılmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, müdafiə tərəfin istinad etdiyi həmin qərarla məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən Şəki Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat tədbirinin keçirilməsi barədə 07 may 2022-ci il tarixli qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması ilə bağlı nəticəyə gəlinmişdir ki, bu xüsusat heç bir halda sözügedən qərarın qanunsuz olmasına dəlalət edə bilməz. Odur ki, sözügedən qərara əsaslanmaqla Şəki Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat tədbirinin keçirilməsi barədə 07 may 2022-ci il tarixli qərarı ilə keçirilmiş əməliyyat tədbirinin qanunsuz sayılması qeyri-mümkündür. Həmçinin, məhkəmə kollegiyası Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə də tənqidi yanaşaraq qeyd edir ki, onun təqsirləndirilən şəxslə eyni kəndin sakini olması, birbiri ilə yaxşı münasibətlərinin olması məhkəmə istintaqında sözügedən şahidin Təqsirləndirilən şəxs1 xeyrinə ifadə verməsini (onun Ziyyədin Hümmətovdan 10 manat müqabilində narkotik vasitə almaması ilə bağlı) anlaşılan edir. Habelə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada 300 manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(075)-280/2022 saylı qərarında olan izahatından da görünür ki, Şahid3 heç bir təsir altında qalmadan məhkəmə qarşısında izahat vermiş və üzərindən aşkar olunan narkotik vasitəni 10 manat müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Eyni zamanda, Şahid3 ibtidai istintaqın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 onun əleyhinə ifadə verdiyinə görə acığa düşüb Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verdiyini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, məhz Şahid3 ilk əvvəl polis əməkdaşları tərəfndən saxlanılmış, şifahi sorğu-sual zamanı sözügedən narkotik vasitəni Ziyəddindən aldığını bildirmiş, zaman etibarı ilə məhz daha sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası Şahid3 məhkəmə istintaqı zamanı veriyi ifadəsini qəbul etmir, əksinə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin daha obyektiv olması, iş materialları ilə uyğunluq təşkil etməsi qənaətinə gəlir və Ziyyədin Hümmətova elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə istintaqı zamanı dindirilən əlavə şahidlərə (Pərviz Hümmətov və Məlahət Rəhimovaya münasibətdə) gəldikdə isə məhkəmə kollegiyası həmin şahidlərin təqsirləndirilən şəxsin yaxınları olması səbəbindən onların obyektiv ifadə verməsinə şübhə ilə yanaşır və hesab edir ki, həmin şəxslər məqsədli şəkildə Təqsirləndirilən şəxs1 xeyrinə ifadə verməklə onu məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, iş materiallarında olan sübutlar həmin şahid ifadələrində göstərilənləri təkzib etdiyindən, məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və onları əsaslı sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə məhkəmə həmin ifadəni iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb belə nəticəyə gəlir ki, həmin ifadədə (yəni şəxsin özünü qismən təqsirli bildiyi hissədə) qeyd olunanlar iş materialları iklə üst-üstə düşür və obyektiv həqiqəti əks etdirir. Odur ki, məhkəmə həmin ifadəni əsaslı sayaraq şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin dövründə verdiyi ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə bəraətin verilməsi əsasları ilə birlikdə qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən gəlinən nəticənin, yəni hər iki təqsirləndirilən şəxsə qarşı CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə ittihamın irəli sürülməsininin özəyini məhz Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin dövründə verdiyi etirafedici ifadələri təşkil etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhz ilkin ifadələrində evinin həyətyanı sahəsindən aşkar olunan çətənə bitkilərini, həm də Şahid3 aşkar olunan narkotik vasitə marixuananı ona Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, ibtidai istintaq orqanı bu məlumatdan yola çıxaraq istintaqı davam etdirmiş və müvafiq sübutlar toplanıldıqdan sonra təəssüf ki, həmin sübutlar düzgün qiymətləndirilməmiş və yekunda təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında çıxış etdiyi qənaətinə gəlinərək hər iki şəxsə qarşı məhz CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə sözügedən ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ilkin ifadələrini iş materiallarında olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, həmin ifadələrin ziddiyyətli olmasını, habelə şəxsin özünün həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı həmin ifadədən imtina edərək birmənalı şəkildə sözügedən ifadələrdə göstərilənlərin həqiqəti əks etdirmədiyini bildirməsini nəzərə alaraq bir sübut kimi ona tənqidi yanaşmaqla həmin sübutu əsaslı sübut kimi qəbul etmir. Belə ki, iş materialları ilə müəyən olunur ki, Təqsirləndirilən şəxs1 ilkin olaraq evinin həyətyanı sahəsinə baxış keçirilən zaman, daha sonra şübhəli şəxsi qismində tutulub üzərinə şəxsi axtarış aparılan zaman, sonra təqsirləndirilən şəxs qismində ilk dəfə ifadə verərkən və nəhayət iş üzrə digər Təqsirləndirilən şəxs2la üzləşdirilən zaman sualları cavablandırarkən ümumi şəklildə evinin həyətyanı sahəsindən aşkar olunan çətənə bitkilərini, həm də Şahid3 aşkar olunan narkotik vasitə marixuananı ona Təqsirləndirilən şəxs2 verdiyini bildirsə də, konkret sualları cavablandırarkən ən vacib nüanslarla bağlı ziddiyyətli ifadələr vermiş, yəni Təqsirləndirilən şəxs2 tərəfindən ona təqdim olunan çətənə bitkilərinin sayı (aşkar olunan on üç ədəd olsa da, gah sayı dəqiq deyə bilmir, gah da on yeddi ədəd olduğunu bildirir), Təqsirləndirilən şəxs2 tərəfindən həmin bitkilərin verildiyi qabların sayı, habelə həmin qabların forması (gah dəmir qabda, gah şüşə qabda, gah da yağ qabında və ya dibçəkdə verildiyini deyir), Nicata verilən marixuanaya dair Nicatın həmin marixuananın Zaurdan alınıb ona verilməsi ilə bağlı məlumatının olması, Nicatın onun evində olan qardaşı Zaura məxsus çətənə bitkilərindən xəbərdar olması, Zaurdan marixuananı hansı məqsədlə alması və Zaurun həmin marixuananı ona hansı məqsədlə verməsi hissəsində suallara fərqli cavablar vermiş, hər dəfəsində qeyd etdikləri ilə daha əvvəl qeyd etdikləri üst-üstə düşməmiş, ifadələrində axıcılıq, ardıcıllıq olmamış, hadisələrin baş vermə mexanizmini dəqiq göstərə bilməmiş, hadisələr onun tərəfindən ətraflı təsvir edilməmiş, bütün suallara cavab verərkən sözügedən prosessual hərəkəti həyata keçirən şəxs tərəfindən lazımi formada ifadə verməyə yönəldilmişdir ki, nəticədə məhkəmə heyətində həmin ifadələrin əvvəlcədən öyrədilmiş olması, istiqamət verilərək əldə edilməsi ilə bağlı şübhələr yaranmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona sözgedən çətənə bitkilərini verərkən polis tərəfindən onun evinin nəzarətdə olduğunu, tutulacağından qorxduğu üçün həmin bitkiləri yetişdirmək üçün ona verməsini və sonradan götürəcəyini bildirdiyini qeyd etmişdir ki, buna münasibətdə də məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 barəsində ümumiyyətlə əvvəlcədən polis şöbəsində əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs2 əməliyyat nəzarətinə götürülməmiş, onun barəsində əməliyyat-qeydiyyat işi açılmamış, istintaq orqanında, həminçinin ümumiyyətlə X14 Mahmudov barəsində məlumat yalnız Təqsirləndirilən şəxs1 bu barədə qeyd etməsindən sonra əldə edilmiş və yalnız bundan sonra istintaq orqanı tərəfindən əməliyyat tapşırığı verilməklə Təqsirləndirilən şəxs2 şəxsiyyətinin müəyyən olunması və onun polis şöbəsinə gətirilməsi tapşırılmışdır (cild 01, iş vər. 93). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hətta Təqsirləndirilən şəxs1 ilkin ifadələri ziddiyyətli olmasaydı və etibarlı sübut kimi qəbul edilsəydi belə, yalnız bu ifadəyə əsaslanıb hər iki şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək onlara elan olunan ittihamda əks olunmuş cinayətkar fəaliyyətlə məşğul olması qənaətinə gəlmək qeyri-mümkün idi. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 ilkin ifadələrini sübutlar bazasının əsası kimi qəbul etmiş, digər sübutları isə həmin sübutun fonunda, məhz həmin sübutu möhkəmləndirmək məqsədi ilə toplamağa çalışmışdır. Halbuki ibtidai istintaq zamanı əldə olunan həmin sübutlar ayrı-ayrılıqda qiymətləndirildikdə sözügedən şəxslərə qarşı hazırki ittihamın irəli sürülməsi ilə bağlı nəticəyə gəlmək mümkün deyil. Bu da onunla bağlıdır ki, hər hansı şəxsə qarşı müəyyən ittihamın irəli sürülməsi üçün hər hansı bir sübutun deyil, sübutlar bazasının, məcmusunun olması zəruridir. Hətta təqsirləndirilən şəxsin müəyyən cinayəti etiraf etməsi belə, yəni etirafedici ifadə verməsi özü-özlüyündə ona qarşı yeganə sübut kimi ittihamın əsası qismində çıxış edə bilməz. Bu sübut iş materiallarında olan digər sübutların məcmusu ilə təsdiq edilməlidir. Belə ki, CMPin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İş materiallarında olan digər sübutlar isə nəinki Təqsirləndirilən şəxs1 qarşı CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs2 barəsində də sözügedən maddələrlə ittihamın irəli sürülməsinə əsas olacaq mötəbərlikdə olmamışdır. Belə ki, iş materiallarında olmaqla ibtidai istintaq orqanın istinad etdiyi digər sübut Təqsirləndirilən şəxs2 ibtidai istintaqın illkin mərhələsində verdiyi qismən etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolu olmuşdur ki, məhkəmə kollegiyası ümumiyyətlə həmin ifadələri qismən də olsa etirafedici ifadə kimi qəbul etmir. Çünki Təqsirləndirilən şəxs2 həmin ifadələrində Təqsirləndirilən şəxs1 həyətlərinin qarşısında yolda olan yabanı halda bitmiş 7 ədəd çətənə bitkisini verdiyini bildirmişdir ki, bu halda belə Təqsirləndirilən şəxs2 məsuliyyəti istisna edilir. Belə ki, hazırda qüvvədə olan cinayət qanunvericiliyi ilə yabanı halda bitən 7 ədəd çətənə bitkisinin toplanılması heç bir halda cinayət məsuliyyəti yaratmır. Odur ki, bu hal Təqsirləndirilən şəxs2 cinayətkar fəaliyyəti kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı istintaqın ilkin mərhələsində verdiyi həmin ifadələri təsdiq etməmiş və həmin ifadəni təzyiq altında verdiyini bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs2 ibtidai istintaqın illkin mərhələsində verdiyi həmin ifadə belə Təqsirləndirilən şəxs1 ibtidai istintaqın illkin mərhələsində verdiyi etirafedici ifadəsinin həqiqət olduğuna dəlalət etmir. Əvvəla həmin ifadə ilə uyğunluq təşkil etmir. Digər tərəfdən də, yuxarıda da qeyd edildiyi kimi, bu hal yalnız təqsirləndirilən şəxsin özünün ifadəsi ilə təsdiq olunur. Halbuki sözügedən hallar yalnız təqsirləndirilən şəxsin ifadəsi ilə deyil, digər sübutlar vasitəsi ilə də təsdiq olunmalıdır. İş materiallarında olan digər şahid ifadələrinə (dörd nəfər polis əməkdaşı və bir nəfər aqronom-mütəxəssisin şahid ifadələrinə) gəldikdə isə əvvəla həmin şahidlərin əksəriyyəri polis əməkdaşlarıdır ki, bu şəxslər ittiham orqanının əməkdaşlarıdır və onlar işin nəticəsində maraqlıdırlar. Digər tərəfdən isə işdə adıkeçən bütün şahidlər (dörd nəfər polis əməkdaşı və bir nəfər aqronom-mütəxəssis) Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edən şahidlərdir. Yəni onlar Təqsirləndirilən şəxs1 dediklərini eşitmiş və onun söylədiklərinin şahidi olduqlarını təsdiq etmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan hər hansı bir qrup halında birləşərək cinayətkar fəaliyyətlə məşğul olmasının birbaşa şahidi olmamışdır. Hətta aqronom-mütəxəssis Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ümumiyyətlə Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsinə baxış keçirilən zaman kiminsə adını verməsini, xüsusən də Təqsirləndirilən şəxs2 adını çəkməsini eşitmədiyini bildirmişdir. Digər iki şahid isə biri mağazada satıcı işləyən şəxs, digəri isə ekspertdir ki, onlar ümumiyyətlə cinayət hadisəsi ilə bağlı heç bir halın şahidi olmamışdır. Odur ki, iş materiallarında mövcud olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilən şahid ifadələrini də hazırki iş üzrə təqsirləndirilən şəxslərə CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı əsaslı sübut kimi qəbul etmək qeyri-mümkündür. Cinayət işinin materiallarında olan digər sübutlara gəldikdə isə, həmin sübutlardan ikisi məhkəmə bioloji ekspertizasının rəyləridir ki, həmin sübutlar da yalnız müəyyən faktı, yəni aşkar olunan kütlənin hazırki halda narkotik vasitə marixuana və çətənə bitkisi olması, həmçinin həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi faktını təsdiq edən sübut növüdür. Sözügedən sübutlarla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı bir hala rast gəlinmir. Bundan əlavə, cinayət işinin materiallarında olan digər sübutlar qismində məhkəmə narkoloji ekspertizasının rəyləri çıxış edir ki, həmin rəylər də təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əzab çəkib-çəkməməsi faktını təsdiq edir. Hətta Təqsirləndirilən şəxs1 aid olan xx.xx.2022-ci il tarixli, 1010 saylı rəyin (cild 03, iş vər. 3) təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə heç bir marağı olmayan ekspertlə söhbət edərkən sözgedən narkotik tərkibli çətənə bitkilərini özü gələcəkdə istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. Göründüyü kimi, iş materiallarında olan və ittiham aktında istinad olunan sübutlar heç bir halda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək onlara elan olunan ittihamda əksini tapmış cinayətkar fəaliyyətlə məşğul olmasını təsdiq etmir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə qarşı CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə ittiham irəli sürülərək onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar fəaliyyətlə məşğul olmasına istinad edilsə də, ibtidai istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə qarşı o zaman ittiham irəli sürülə bilər ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilmiş olsun. İbtidai istintaq orqanının gəldiyi qənaətlərdən biri ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra satış məqsədi ilə əldə etdiyi narkotik vasitə marixuananı satmaq üçün ondan istəyən Təqsirləndirilən şəxs1 vermiş, daha sonra Təqsirləndirilən şəxs1 ondan aldığı marixuananı Təqsirləndirilən şəxs2 qardaşı Şahid3 10 manat dəyərində olan bir butulka spirtli içki, yəni araq müqabilində satmışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin qanunsuz satışı cinayətinin əsas əlaməti onun tamah niyəti ilə həyata keçirilməsi, yəni əsas məqsəd narkotik vasitənin satışını həyata keçirən şəxslərin maddi qazanc əldə etməsidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitənin satışının həyata keçirilməsi ilə bağlı ittiham irəli sürsə də, bu epizoddan aydın olur ki, Təqsirləndirilən şəxs2 qardaşı Şahid3 narkotik vasitənin satışından heç bir qazanc əldə etməmişdir. İş materiallarından müəyyən olunan hal odur ki, məhz Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 heç bir xəbəri və əlaqəsi olmadan özünün qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi marixuananı Şahid3 satmış və qazanc olaraq 10 manat dəyərində spirtli içki olan araq əldə etmişdir. Belə olan halda, hansı əsasla Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitənin satışı ilə məşğul olması qənaətnə gəlinməsi aydın deyil. Eyni zamanda, məhkəmə kollegiyası üçün eyni kəndə yaşayan, bir-biri ilə yaxşı münasibəti olan, aralarında küskünlük olmayan, evləri bir-birinə yaxın olan iki qardaşın arasında narkotik vasitənin dövriyyəsinin, satışının həyata keçirilməsi, o cümlədən bunun üçün vasitəçi kimi qonşu Təqsirləndirilən şəxs1 istifadə edilməsi ağlabatan sayılmır. Məhkəməyə Təqsirləndirilən şəxs2 öz doğma qardaşına narkotik vasitə vermək istəyi olduğu halda bunun üçün Təqsirləndirilən şəxs1 müraciət etməsi anlaşılan gəlmir. Məhkəmə hesab edir ki, bunun üçün Təqsirləndirilən şəxs2 ən azından özü doğma qardaşını telefon vasitəsi ilə və ya başqa yolla dəvət edib şəxsən ona narkotik vasitə verə bilərdi və bundan heç kimin də xəbəri olmazdı. Odur ki, ibtidai istintaq orqanının bu hissədə, sözügedən xüsusatla bağlı gəldiyi qənaət də məhkəmə kollegiyası tərəfindən ağlabatan, məqbul qəbul edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən istintaqın gedişində toplanılan sübutlar mötəbər olmalı, həmin sübutlar şübhə doğurmamalı, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham formal mülahizələrə söykənməməlidir. Sübutlar əsasında məhkəmədə daxili inam formalaşmalıdır. Hazırki iş üzrə toplanılan sübutlar ayrı-ayrılıqda və məcmu halında hər iki təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 237.2.1-ci maddələri ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığı kimi, ümumiyyətlə Təqsirləndirilən şəxs2 barəsində ayrıca cinayət qanunvericiliyinin hər hansı maddəsi ilə ittihamın irəli sürülməsinə kifayət etmir. Məhkəmə kollegiyası hesab edir ki, kifayət qədər əsaslar olmadan, lazımi sübutlar toplanmadan, toplanılan sübutlar düzgün qiymətləndirilmədən hər hansı şəxsə qarşı ittihamın irəli sürülməsi, həmin şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqların pozulması ilə nəticələnə bilər ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Eyni zamanda, CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində isə göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Yekunda məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, sübutlar əsasında formalaşan daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, toplanılan və tədqiq edilən sübutlar əsasında Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Odur ki, CM-in 237.2.1 və 234.4.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 qarşı elan olunan ittiham üzrə sonuncuya bəraət verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Barəsində bəraət hökmünün çıxarılmasına dair qənaətə gəlindiyindən, Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 CM-in 234.2 və 237.1-ci maddələri təqsirli bilinib cəzalandırılması ilə bağlı nəticəyə gəlindiyindən, onun barəsində təyin olunacaq cəzanın növünə və həddinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə Şəki rayonu, Aşağı Göynük kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 02, iş vər. 134-135). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 155). Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs1 CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, həmçinin CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, eyni zamanda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşını, alkoqolizmdən əziyyət çəkməsini əsas götürərək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu ilə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs məhz bu növdə cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 66-67). Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin taixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 236-239). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına daxil edilməli, cəzaçəkmənin başlanğıcı isə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan bir ədəd zərfin içərisində bir ədəd kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana və 04 ədəd dəmir qabların içərisində 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 136,67 AZN (bir yüz otuz altı manat, altmış yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan bir ədəd zərfin içərisində bir ədəd kağız bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana və 04 ədəd dəmir qabların içərisində 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 136,67 AZN (bir yüz otuz altı manat, altmış yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-18/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-18/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver