Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-18/2025 14.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Göyçay rayonu Bəydövül kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Göyçay rayonu Bəydövül kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əvvəldən tanıdığı və özünün yaşadığı Rusiya Federasiyası, Moskva şəhəri, Novoçerkasskiy prospekti, ev 26, mənzil 307 nömrəli mənzil ilə qonşuluqda, yəni Moskva şəhəri, Novoçerkasskiy prospekti, ev 26, mənzil 306 ünvanında yaşayan, Rusiya Federasiyası vətəndaşı, xx.xx.1936-cı il təvəllüdlü X12 qəsdən öldürdükdən sonra onun əmlakını, yəni mənzilində olan pulu və əmlakını ələ keçirib qazanc əldə etmək qərarına gələrək, Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən plan hazırlayaraq, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə cinayət törədilərkən istifadə edəcəyi istintaqla müəyyən edilməyən kəsici-deşici aləti (qara dəstəkli bıçağı) üzərində götürərək Şahid3 əvvəldən nümayiş etdirməklə, cinayətkar planını onunla razılaşdırıb sonuncu ilə xx.xx.2011-ci il tarixdə Moskva şəhəri, Novoçerkasskiy prospekti, ev 26 ünvanına gələrək, Valentin Rıbinin yaşadığı mənzilə, yəni binanın 6-cı mərtəbəsində yerləşən 306 nömrəli mənzilə qalxaraq qapının zəngini basmış, Valentin Rıbin həmin vaxt evdə olmadığı üçün qapını açmamış, buna görə də, Şahid3 ilə birlikdə aşağı düşüb, binanın blokunun girişində Valentin Rıbinin gəlməsini gözləmiş, sonuncu gəldikdən sonra, binaya girib 306 nömrəli mənzil, yəni Valentin Rıbinin yaşadığı mənzilə qalxaraq mənzilin zəngini basmış, sonuncu onun və Şahid3 cinayətkar niyyətlərindən xəbərsiz olduğu üçün mənzilin qapısını açmış, Valentin Rıbin onu tanıdığı üçün mənzilə maneəsiz daxil olaraq, sonuncu ilə birlikdə mətbəxə daxil olmuş, bu zaman X30 Oduşkinində mənzilə daxil olmasını gördükdən sonra, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin Şahid3 mənzili tərk etməyərək, əvvəldən razılaşdıqları plana əsasən Valentin Rıbinin hadisə yerini tərk etməsinin qarşısını almaq, polis əməkdaşları və ya kənar şəxslər gələcəyi halda ona məlumat vermək üçün dəhlizdə mənzilin giriş qapısının yanında dayanmış, bundan sonra, o Valentin Rıbinə qarşı basqın törətməyə və sonuncunu qətlə yetirməyə yönəlmiş əvvəlcədən aralarında olan razılığa əsasən, Valentin Rıbindən pul verməsini tələb etmiş, sonuncu pul verməkdən imtina etdikdə isə, istintaqla dəqiq müəyyən edilməyən əşya ilə sonuncunu döyərək baş nahiyəsinə 10-dək zərbələr endirərək, dərəcəsinə görə zərəçəkmiş şəxs Valentin Rıbinin sağlamlığına AĞİR zərər vuran başın tüklü hissəsinin, təpə və ənsə nahiyələrinin çoxsaylı əzilmiş yara xəsarətləri yetirmiş, daha sonra istintaqla müəyyən edilməyən “jqutu” götürüb, Valentin Rıbini boğmağa başlamış, sonuncu huşunu itirdikdən sonra, öldüyünü zənn edərək telefon şunuru ilə ayaqlarını bağlamış, daha sonra Şahid3 ilə birlikdə Valentin Rıbini mənzilin bir otağından digər otağına keçirmiş, sonuncu orada özünə gəlməyə başlayarkən yenidən öz cinayətkar əməlini davam etdirərək Valentin Rıbini öldürmək niyyəti ilə, sonuncunun əmlakına əlçatanlığı asanlaşdırmaq məqsədilə qayçı və üzərində olmaqla əvvəldən özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən kəsicideşici alət (qara dəstəkli bıçaq) bıçaq ilə Valentin Rıbinin bədəninin müxtəlif nahiyələrinə 29 ədəd xəsarətlər yetirərək, sonuncuya dərəcəsinə görə sağlamlığa AĞİR zərər vurmaya aid edilən yumşaq toxumaların, aşağı çənənin və sağ daxili boyun venasının zədələnməsi ilə üzün aşağı hissəsinin və boynun sağ yan səthinin kəsilmiş yaraları, başın ənsə nahiyəsinin, boynun arxa səthinin, sağ çiyinüstü nahiyənin və döş qəfəsinin yuxarı hissəsinin arxa səthinin kəsilmiş deşilmiş yaraları və dərəcəsində görə sağlamlığa YÜNGÜL zərər vuran sağ əlin arxa səthinin kəsilmiş yaraları xəsarətləri yetirməklə, həm sayına, həm də xarakterinə görə zərərçəkmişə xüsusi əzab və iztirab verdiyini dərk edərək həmin xəsarətləri yetirməklə, cinayətlərin törədilməsində xüsusilə fəal iştirak edib sonuncunun almış olduğu xəsarətlərdən qan itirməsinə səbəb olmaqla Valentin Rıbini qəsdən həyatdan məhrum etmiş, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla basqın edərək Valentin Rıbinin ölümdündən sonra mənzildə axtarış etməklə, sonuncunun 12000 rubl məbləğdə pulunu və əmlakını götürərək, həmin əmlaklar üzərində sərəncam verməklə quldurluq etmişdir. Məhkəmədə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Göyçay rayonu Bəydövül kəndindən anadan olsa da 1987-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyası, Moskva şəhərinə köçərək orada yaşamışdır. Moskvada yaşadığı müddətdə bir dəfə soyğunçuluğa və bir dəfə də oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunaraq məhkumluğu olmuş, 2007-ci ilədək Moskva şəhəri, Novoçerkass prospekti, bina 26, mənzil 307 ünvanında, ailəsi ilə birlikdə özlərinə məxsus evdə yaşamışlar. 2008-ci ildə Azərbaycana qayıdaraq Bakı şəhərində yaşamış, 2009-cu ilin sonlarında ailə həyatı qurmuşdur. 2009-cu ildə Azərbaycanda olarkən, Göyçay rayonunda şəxsi istehlak miqdarından artıq narkotik vasitəni üzərində daşıdığı üçün 1 il 8 ay müddətə azadlıqdan məhrum edilmişdir. 2010-cu ilin təxminən oktyabr-noyabr aylarında Rusiya Federasiyasında olan evlərindən qeydiyyatdan çıxması üçün oraya qayıtmış, 1 ay orada qaldıqdan sonra 2010-cu ilin dekabr ayında Azərbaycana qayıtmışdır. 2011-ci ilin əvvəllərində yenidən Rusiya Federasiyasına getmiş, orada avtoyuma məntəqəsində Ruslan adlı şəxsin yanına işə düzəlmişdir. Həmin avtoyuma məntəqəsinin üzərində olan kafenin yardımçı otaqlarından birində qalmış, bir neçə ay işlədikdən sonra atası ona zəng edərək arvadı ilə boşanması üçün Azərbaycana qayıtmasını demişdir. xx.xx.2011-ci ildə Azərbaycana qayıdaraq həmin gün X15 keçmiş arvadı Gülərdən boşanmış, bundan sonra Azərbaycanda yaşayaraq Rusiya Federasiyasına getməmişdir. 2016-cı ildə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə azadlıqdan məhrum edilmiş, 2017-ci ilin may ayında 14 saylı Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra, Rusiya Federasiyası tərəfindən axtarışa verildiyindən və Rusiya Federasiyası vətəndaşı olduğu üçün onu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə aparmışlar. Miqrasiya Xidmətində səhərdən axşama kimi saxlanıldıqdan sonra axşam saatlarında ondan izahat alıb buraxmış, bundan sonra Göyçay rayonuna gəlib Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək, şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə yenə də onu saxlayaraq axtarışda olduğunu bildirməklə orada da saxlayıb buraxmışlar. Buraxıldıqdan sonra Bakı şəhərinə qayıdaraq və orada kirayə ev tutub yaşamağa başlamış, bir neçə ay sonra polis əməkdaşları yaşadığı evə gələrək onu 18-ci Polis Bölməsinə, oradan isə Azərbaycan Respublikası Baş Prokurorluğuna aparmışlar. Azərbaycan Respublikası Baş Prokurorluğunda ondan yenidən ifadə almış, həmçinin, onu Rusiya Federasiyasında bu işi aparan müstəntiqlə video-görüntü vasitəsilə danışdırmışlar. Bundan sonra, barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və ona ekstradisiya olunmaq üçün həbs edildiyini bildirmişlər. Rusiya Federasiyasına ekstradisiya olunmamış, müddəti başa çatdıqdan sonra onu azad etmişlər. Azad olunduqdan sonra yenidən həmin işə görə hər hansı yerə çağırılmamış və saxlanılmamışdır. 02 aprel 2018-ci ildə yenidən cinayət törətdiyi üçün həbs olunmuş, istintaq müddətində müstəntiq yenə də ona Rusiya Federasiyasında adam öldürməyə görə axtarışda olduğunu bildirmişdir. Bundan sonra, ona törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzası təyin edilərək cəzasını 17 saylı Cəzaçəkmə Müssəsisində çəkməyə başlamışdır. Cəzaçəkmə müəssisəsində olarkən, yenidən Xəzər rayon prokurorluğunun müstəntiqi onun yanına müstəntiq gələrək ondan izahat almış, izahatında həmin hadisə ilə bağlı heç bir əlaqəsi olmadığını bildirmişdir. 2023-cü ilin əvvəllərində isə Göyçay rayon prokurorluğunun müstəntiqi Cəzaçəkmə Müəssisəsinə gələrək ondan ifadə almış, ifadəsində yenə də həmin cinayət əməlini törətmədiyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında vaxtından əvvəl azadlığa buraxıldıqdan sonra Bakı şəhəri Nəsimi rayonunda kirayə tutduğu evdə yaşamışdır. Daha sonra isə Göyçay raon Polis Şöbəsinın əməkdaşları onu saxlayıb axtarışda olduğunu bildirərək, Göyçay rayon prokurorluğuna təhvil vermişlər. Ona qarşı irəli sürülmüş ittiham üzrə konkret olaraq göstərmişdir ki, X28 şəhərində qonşusu kimi tanımış, münasibətləri normal olmuşdur. Yaşadıqları binanın altıncı mərtəbəsində dörd mənzil olmaqla onların yaşadığı 307 nömrəli mənzil ilə Valentin Rıbinin yaşadığı 306 nömrəli mənzil yanbayan olmuşdur. Valentin təqaüdçü və spirtli içki aludəçisi olmaqla sonuncunun evində bir dəfə olmuş, Valentin Rıbin içki aludəçisi olduğu üçün, spirtli içki qəbul edərək söyüş söymüşdür. Binada kirayə yaşayan şəxslər də bu barədə atasına dedikdən sonra sonuncu ona gedib nə baş verməsini öyrənməsini tapşırmışdir. Buna görə də Valentin Rıbinin evinə gedərək evin içərisinə girmiş, həmin vaxt polis əməkdaşları da onunla birlikdə həmin mənzilə getmişlər. Xatırladığı qədər dəhlizə daxil olduqda, sol tərəfdə mətbəx olmuş, yataq otağının yeri isə yadında qalmamışdır. Həmin evdə Anjela adlı erməni milliyyətindən olan qadın, öz qızları və oğlu ilə yaşamışdır. Anjela evdə kirayə qaldığı müddətdə atası ona zəng edərək, Anjelanın kommunal xərcləri ödəmədiyini bildirmiş və bu məsələ ilə maraqlanmasını demişdir. Bu barədə maraqlandıqda Anjelanın həqiqətən də həmin kommunal xərcləri ödəmədiyini görüb sonuncunun işlədiyi spirtli içkilər satılan mağazaya getmiş və borcu ödəməsini tələb etmişdir. Həmin vaxt, Anjela da ondan 3 (üç) gün möhlət istəmiş və borcu ödəyəcəyini bildirmişdir. Həmin 3 (üç) gün keçdikdən sonra Anjela həqiqətən də kommunal borclarını ödəmiş, Anjela kirayə qaldığı müddətdə bir dəfə evlərinə gedərək evin səliqə-səhmanına baxmışdır. Atası həqiqətən də kirayəşinlərə nəzarət etməyi Tərlana tapşırmış, Tərlan kirayəşinlərə yaxşı nəzarət etmədiyi üçün kommunal borclar yığılmışdır. Buna görə də atası sonradan həmin işləri ona tapşırmış, Azərbaycandan Rusiyaya qayıdanda, artıq evlərində kirayəşin olmuşdur. Buna görə işlədiyi yerdə qalmış və maddi vəziyyəti ilə əlaqədar evlərini kirayə vermişdir. Azərbaycanda olduğu müddətdə Rusiyada olan ögey qardaşı Anton atasına zəng edərək evlərndə polis əməkdaşları tərəfindən axtarış keçirildiyini dedikdən sonra atası qardaşından həmin polis əməkdaşlarından birinin mobil nömrəsini alaraq həmin telefon vasitəsilə polis əməkdaşları ilə danışmışdır. Bundan sonra atası Rusiya Federasiyasına gedib bir neçə gün orada qaldıqdan sonra Azərbaycana qayıtmış, Valentin Rıbinin evdə meyitinin tapıldığını və buna görə atasından qonşu kimi ifadə aldıqlarını demişdir. Bundan sonra Valentin Rıbinin qətlə yetirilməsindən məlumatı olmuş, 2013-cü ildə avtomobil ilə Rusiya Federasiyasına gedərək sərhəddən keçmişdir. Sərhəddən keçərkən ona axtarışda olması ilə bağlı heç bir məlumat verilməmiş, Rusiyada 10-15 gün qalıb yenidən dəmiryolu vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ildə Rusiya Federasiyasına gedib-qayıtmış və bununla bağlı, sərhəddə ona Rusiya Federasiyasından verilmiş, xarici pasportunda qeydiyyat aparılmışdır. Rusiya Federasiyasında Yaroslav vilayətində, Rıbiski şəhərində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində və Ryazan vilayətinin Ryazan şəhərində cəza çəkmişdir. Şahid3 adlı şəxsi tanımamış, sonuncunun ifadəsində göstərdikləri tamamilə yalan olmaqla Valentin Rıbinin qətlə yetirilməsi ilə hər hansı aidiyyatı olmamışdır. Dmitri Arxipov adlı şəxsi də tanımamış, həmin şəxslə heç bir əlaqəsi olmamışdır. X10 qətlə yetirilməsi ilə bağlı Rusiya Federasiyasının İstintaq Komitəsində istintaq edilən cinayət işi üzrə Valentin Alekseyeviçin yaşadığı binanın giriş hissəsini əhatə edən müşahidə kamerasından xx.xx.2011-ci il saat 00-dan xx.xx.2011-ci il saat 08-dək olan iş materiallarına əlavə edilmiş video-görüntüdə olan şəxsin ilk əvvəl həmin şəxsin özünə oxşamasını demiş, lakin videodakı şəxsin özü olmasını deməmişdir. “Sərhədkeçmə haqqında” məlumatlarına əsasən xx.xx.2011-ci il tarixdə, yəni hadisədən 1 gün sonra Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsini bildirməsi, ilkin ifadəsində 2010-cu ilin sonlarında Azərbaycana gəldiyini və hadisə baş verən tarixdə Azərbaycanda olduğunu qeyd etməsi, hazırda isə 2011-ci ilin əvvələrində Rusiya Federasiyasına getdiyini “Sərhədkeçmə məlumatında” göstərildiyi tarixdə isə Azərbaycana qayıtdığını bildirməsi ilə bağlı ilkin ifadəsində bunu düzgün xatırlamamış, ona görə də, 2010-cu ilin sonlarında Azərbaycana qayıtdığını və daha sonra Rusiyaya getmədiyini bildirmişdir. Sonradan isə 2011-ci ilin əvvələrində yenidən Rusiyaya qayıtdığını, orada bir neçə ay yaşadığını, xx.xx.2011-ci il tarixdə isə atası Azərbaycana çağırdığı üçün qayıtmalı olduğunu xatırlamışdır. Ruslan İbrahimov adlı şəxsə məxsus avtoyuma məntəqəsində işçi kimi işləmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycana gələrkən özü Ruslana Yaroslavl şəhərinə getməyi barədə yalandan məlumat vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi X23 göstərmişdir ki, xx.xx.1936-cı il təvəllüdlü X16 dayısı olmaqla sonuncu Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26, mən. 306 ünvanında yaşamış, V.A.Rıbin qapalı adam olmaqla mənzilə heç kimi buraxmamışdır. Bir müddət Valentina Palçiklə nikahsız yaşamış, lakin son zamanlar qadın həmin mənzildə yaşamasa da dayısının yanına gəlmişdir. Valentinanın oğlu əvvəllər daşınmaz əmlakla məşğul olmuş, amma hansı vəzifədə işlədiyini bilməmişdir. Valentinanın sözlərindən son zamanlar heç bir yerdə işləmədiyini bilmiş, V.A.Rıbinin əvvəl ailəsi olmaqla evli olmuş, həmin nikahdan bir oğlu olmuşdur. Oğlunun 3 yaşı olanda, dayısı həyat yoldaşından boşanmış və o vaxtdan dayısı oğlunu və həyat yoldaşını görməmişdir. Sonralar dayısı, bir dəfə də evlənmiş, lakin həmin nikahdan övladları olmamış və ikinci dəfə də boşanmışdır. Həmçinin V.A.Rıbinin qarajlarda Klavdiya adlı mühasibatlıqda işləyən tanışı olmuş, 1987-ci ilə qədər dayısı DAM-da işləmişdir. Dayısı çox qapalı adam olmaqla heç vaxt heç kimə heç nə danışmamış, planlarını açıqlamamışdır. Mütləq həftədə bir dəfə dayısına zəng edib hal-əhval tutmuş, ayda bir dəfə yanına gəlmişdir. Bəzən də dayısı onlara qonaq gəlmiş, pensiyaçı olmaqla əvvəllər mülkiyyətində avtomobil olmuşdur. Dayısına həmişə ərzaq aparmış, bir dəfə sonuncu onu buna görə danlamış və öz pulu olduğunu demişdir. Bununla da dayısının pulu olduğunu bilmiş, amma pulun miqdarı və harada saxladığını bilməmişdir. Dayısının borcu və kreditləri olmamış, qumar oynamamışdır. Həmçinin dayısının qarajlarda tanışları olmuşdur. Qarajların harada yerləşdiyini bilməmiş. sonuncu dəfə dayısı onlara xx.xx.2011-ci il tarixdə gəlmişdir. Sonuncu dəfə dayısı şəhər telefonuna zəng edib dostunun Leninskiyə gəldiyini, ola bilsin ki, sonuncu ilə birgə onlara gələcəyini, həmçinin xx.xx.2011-ci il tarixdə də həmin dostu ilə onlara gəlmək istədiyini bildirmişdir. 1,5 saatdan sonra dayısı onlara gəlmiş, evin girişlərini səhv salaraq onlar 5-ci girişdə yaşamalarına baxmayaraq avtomaşın 10-cu girişin qarşısında dayanmışdır. Buna görə də, dayısı zəng etmiş və evin girişini soruşmuşdur. Bundan sonra, mənzilə tək gəlmiş, yəni nə maşınını, nə də dostunu görməmişdir. Dayısının əlində Kettler velotrenajoru olmuş, sonuncudan həmin əşyanı niyə gətirdiklərini soruşduqda dayısı ona evindən artıq şeyləri atmaq və mənzildə sərbəstlik istədiyini bildirmişdir. Dayısı həmçinin Jeleznovods şəhərinə getməyə hazırlaşdığını bildirərək pulsuz yollayış vermədiklərinə görə biletlərin qiymətini soruşmuş, bundan əvvəl dayısı qızından dəfələrlə telefonda Kislovodska niyə getmədiyini soruşmuşdur. Dayısı siqareti çoxdan atmış, lakin həmin gün öz qızından siqaret istəyərək çəkmişdir. Pəncərənin qarşısında dayananda, pəncərələrə görə ona 36000 rubl hesabladıqlarını demiş, bundan sonra laminatın qiymətini soruşmuşdur. Qızı dayısına təmirlə məşğul olan fəhlələri məsləhət vermiş, lakin dayısı bununla əlaqədar heç bir söz deməyərək evə getməyə hazırlaşmışdır. Özündən başqa dayısının yaxın qohumları olmamış, oğlu ilə ümumiyyətlə əlaqəsi olmayaraq dayısının oğlunun Sankt-Peterburq şəhərində yaşadığını bilmişdir. Dayısı oğlunun kino prodüseri və imkanlı olduğunu demiş, evinin qarşısındakı skamyada V.A.Rıbin heç vaxt oturmamışdır. Qonşularla söhbət etməmiş, yalnız yaşadığı yer üzrə poliklinikaya, mağazaya və hərdən qarajlara getmişdir. xx.xx.2011-ci il tarixdən sonra şəhər telefonuna tez-tez zənglər daxil olmuş, sonradan zəng edən şəxsin Valentina Palçik olduğunu bilmişdir. Sonuncu dayısının 8-***-***-**-** nömrəli mobil telefonuna zəng etdiyini, lakin onların ev nömrələrinə düşdüyünü, V.A.Rıbinin telefonuna nə isə olduğunu bildirmişdir. Bir neçə gün sonra V.A.Rıbin öz mobil telefonundan qızına şəhər nömrəsinə zəng edərək guya qızı ya da, A.V.Blinkov, yəni oğlu zarafat edib mobil telefonunu şəhər telefonuna yönəltdirdiyini bilmişdir. Qızı isə bunun mümkün olmadığını, bunu yalnız rabitə şirkətinə müraciət edərək telefon sahibi edə biləcəyini bildirmiş və mobil rabitə şirkətinə gedib hər şeyi aydınlaşdırmasını məsləhət bilmişdir. Bildiyi qədər, dayısı oraya getmiş və sonuncuya onun telefonunun bütün zənglərinin ev telefonlarına yönəldldiyini bildirmişlər. Sonradan telefonu düzəltmiş, dayısı bir daha bundan şikayət etməmişdir. xx.xx.2011-ci il tarixdə dayısına zəng etmiş, sonuncu onlardan evə normal gedib çatdığını bildirmişdir. Bundan sonra, dayısı ilə zəngləşməmişdir. xx.xx.2011-ci il tarixdə dayısına zəng etmək istəsə də dəstəyi heç kim götürməmiş, mobil telefonu isə söndürülmüşdür. Dayısı hərdən xəstəxanada yatdığına görə bu dəfə də sonuncunun xəstəxanaya yerləşdirdiklərini düşünmüş, amma bu barədə heç kimə məlumat verməmişdir. Dayısının mənzilinin sənədlərinin, pasportunun harada olduğunu bilməmiş, mənzilinin açarları yalnız özündə olmuşdur. Dayısı kənar adamlara mənzilinin qapısını açmamış, mənzilinə gələn adamları tanımamışdır. Dayısı çox ehtiyatlı adam olmuş, evin domofonuna zəng etdikdə, sonuncu qapıya yaxınlaşıb açsa da yenə də kimin gəldiyini soruşmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 anası Nina Blinkova ilə eyni məzmunlu ifadə verərək sonuncunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2011-ci ilin may ayında dostu ifadə verdiyi dövrdə qarətə görə Mordoviya Respublikasında cəza çəkən X5 Əziz adlı şəxslə tanış etmiş, Dmitrinin Əziz ilə birgə 2009-cu ildə İvanovski vilayətində cəza çəkməsini bilmişdir. Həmin vaxt X27 metropoliteni stansiyasının yanında, Lyublinskaya küçəsində yerləşən “Moyka-24” avtoyuyucuda avtomobillərin yuyulması ilə məşğul olmuş, Əzizin həmçinin narkotik vasitələrdən asılılığı olmuşdur. Bu zəmində Əzizlə ünsiyyətləri daha müntəzəm olmuş, vaxtaşırı görüşüb “metadon” narkotik vasitəsini qəbul etmişlər. Təxminən 2011-ci ilin may ayının sonunda, Əziz və Dmitri Arxipovla görüşü zamanı Əziz “Ded” adlandırdığı və Moskva şəh., Novoçerkassk bulvarı, ev 26, mən. 306 ünvanında yaşayan qonşusuna quldurcasına basqınını etməyi təklif etmiş, həmin gün Əziz və D.A.Arxipov ilə birlikdə “Dedin” yaşadığı ünvana getmişlər. Evə yaxınlaşanda Əziz və Dmitri Arxipov altıncı mərtəbəyə qalxmış, Əziz 306 saylı mənzilin qapısını döymüş, lakin sonuncu evdə olmamışdır. Bununla əlaqəar həmin ünvandan çıxıb getmiş, bir neçə gün Əzizlə görüşməmişlər. Təxminən 2011-ci ilin may ayının sonunda, dəqiq tarixini xatırlamadığı gündə, 8-***-***-**-** nömrəli mobil nömrəyə Əziz zəng vuraraq narkotik vasitə qəbul etmək üçün görüşməyi təklif etmiş, həmin gün saat 0930-da yuxarıda qeyd olunan avtomobil yuyulması məntəqəsində Əzizlə görüşmüşdür. Əziz yenə də narkotik vasitə almağa pulları olmadığı üçün “Ded” adlı qonşusuna basqın etməyi təklif etmiş, narkotik vasitəyə ehtiyacı olduğu üçün sonuncu ilə razılaşmışdır. Bundan sonra, Moskva şəh., Novoçerkassk bulvarı, ev 26 ünvanına yollanmış, yolda Əziz ona narahat olmamasını, “Ded” ilə bağlı bütün məsələləri öz üzərinə götürdüyünü bildirib özündə olan bıçağı ona göstərməklə lazım gəlsə kişini bıçaqlayacağını demişdir. Həmçinin, Əziz “Ded”i qarət edəndə, mənzilin dəhlizində gözləyəcəyi və kənar şəxslərin və ya milis əməkdaşlarının gəlməsinə nəzarət edəcəyini, sonuncular gəldiyi təqdirdə Əzizi xəbərdar edəcəyi, eləcə də “Ded”in mənzildən çıxmasının qarşısını alacağı qərarna gəlmişlər. Narkotik vasitələrdən asılılığı olduğuna görə cinayətə razılıq vermiş, bütün təfərrüatları danışdıqdan sonra Əziz ilə liftdə qeyd olunan evin altıncı mərtəbəsinə qalxmışlar. Əziz 306 saylı mənzilin qapısını döysə də qapını açan olmamış, bundan sonra birinci mərtəbəyə düşmüşlər. Blokdan çıxaraq “Ded”i gözləməyə başlamış, saat 1230 radələrində “Ded” bloka girmişdir. Bundan təxminən 1 dəqiqə sonra Əziz ilə birlikdə bloka girib liftlə altıncı mərtəbəyə qalxmış, liftdən çıxıb sol tərəfdə yerləşən 306 saylı mənzilə tərəf getmişlər. Əziz 306 saylı mənzilin giriş qapısını döymüş, “Ded” qapını dərhal açaraq sonuncunun əynində ağ rəngli mayka və tuman - şort olmuşdur. Əziz mənzilə keçərək qapını bağlamamış, təxminən 3 dəqiqə sonra özü də mənzilə daxil olmuşdur. İçəri girməmişdən əvvəl pilləkəndə adamların olub-olmamasına baxmış, mənzilə daxil olduqdan sonra giriş qapısını bağlayaraq Əzizi axtarmağa başlamışdır. Sonuncu mətbəxdə “Ded” ilə yüksək tonlarda danışmış, “Ded”-ın özündə olan pulları verməkdən imtina etməsini görmüşdür. “Ded” onu görəndə kim olduğunu bilmədiyi üçün qışqırmağa başlamış, ona getməsini demişdir. Əziz də ona mənzilin dəhlizinə getməyi və danışdıqları kimi gözləməsini demişdir. Mətbəxdən çıxaraq mənzilin dəhlizinə keçmiş, giriş qapısının yanında gözləməyə başlamışdır. Təxminən 5 dəqiqədən sonra Əziz və “Ded” kiçik otağa keçərək təxminən 10 dəqiqə yüksək tonlarda danışmışlar. Konkret olaraq söhbətin nədən getdiyini bilməsə də, lakin “Ded”in vaxtaşırı Əzizi söydüyünü eşitmişdir. Sonradan söhbətin puldan getməsini başa düşmüş, bütün bu vaxt ərzində mənzilin dəhlizində olmuşdur. Bir anda “Ded”in səsi kəsilmiş, bundan sonra otaqdan xırıltı eşitmişdir. Həmin otağa tərəf getmiş və Əzizin “Ded”in qarnının üstündə oturduğunu, “Ded”-in isə kürəyi üstə uzandığını görmüşdür. Əzizin əlində rezin jqut və ya məftil olsa da Əzizin arxası ona tərəf olduğuna görə bunu dəqiq görməmiş, həmin jqutla Əziz “Ded”in boğazını sarıyaraq sonuncunu boğmuşdur. Əziz onu görəndə ünvanına nalayiq söyüşlər işlədərək giriş qapısına nəzarət etməsini demiş, bundan sonra dərhal dəhlizə çıxmışdır. Təxminən 1 dəqiqədən sonra Əziz balaca otaqdan çıxıb yanından keçərək nisbətən böyük otağa keçmiş, “Ded” isə otaqdan çıxmayaq oradan səs gəlməmişdir. Təxminən 1 dəqiqə sonra Əziz nisbətən böyük otaqdan çıxaraq balaca otağa keçmiş, bu zaman sonuncunun əlində telefon aparatının naqili olmuşdur. Təxminən 2 dəqiqə sonra Əziz onu balaca otaqdan çağırdığına görə içəri girəndə “Ded”in ayaqlarını həmin telefon naqili ilə bağlanıldığını görmüş, Əziz ona “Ded”i başqa otağa keçirmək lazım olduğunu demişdir. Bundan sonra Əziz ilə birlikdə “Ded”i böyük otağa apararaq qapının yanında qoymuş, bu zaman “Ded” hələ də sağ olmuşdur. “Ded”i qoyduqdan sonra Əziz yenə də ona pilləkana nəzarət etməyi tapşırmış, təxminən 2 dəqiqədən sonra, “böyük” otaqdan mübarizə səslərini eşitmişdir. Otağa keçəndə Əzizin “Ded”in kürəyində və ayaqlarında oturub, sağ əlində daha əvvəl ona göstərdiyi bıçaqla “Ded”ə boyun və ənsə nahiyəsinə yuxarıdan aşağıya iki və ya daha artıq zərbə vurduğunu görmüş, “Ded” əli ilə zərbələrdən qorunmağa çalışmışdır. Onu görəndə Əziz bərk qışqıraraq yenə giriş qapısına nəzarət etməyi tapşırmış, bundan sonra dəhlizə çıxmış və böyük otağa tərəf baxmamışdır. Təxminən 10 dəqiqə sonra Əziz böyük otaqdan çıxmış, sonuncunun paltarları və əlləri qan içində olmuşdur. Əzizin əlində üç ədəd qara polietilen paket olmaqla ona pilləkəndə gözləməsini demiş, mənzildən çıxaraq liftin yanında dayanmışdır. Təxminən 10 dəqiqə sonra Əziz 306 saylı mənzildən çıxaraq, ondan həmin üç paketi götürüb özünün yaşadığı 307 saylı mənzilə keçmişdir. Təxminən 10 dəqiqədən sonra Əziz öz mənzilindən çıxmış, bu zaman sonuncunun əlində qara rəngli polietilen paket olmuşdur. Həmçinin öz mənzilində olarkən Əziz əyinindəki qanlı paltarlarını dəyişdirmiş, qara paketin içində öz köynəyini tapmışdır. “Ded”in mənzilinin qapısını Əziz açarla bağlamış, açarı haradan götürdüyünü və sonradan hara qoyduğunu görməmişdir. Bundan sonra, Əzizlə birinci mərtəbəyə düşərək blokdan çıxmış, Əziz ona “Ded”in mənzilindən götürdüyü minlik əskinzalarla dörd min rubl göstərmiş, bundan sonra Əzizlə yola tərəf getmişlər. Yolda dövlət nömrə nişanını xatırlamadığı “VAZ 2106” avtomobilini saxladıb həmin avtomobil ilə Əzizlə birlikdə “Tekstilşiki” metrostansiyası rayonuna getmişlər. Orada onları Maksim adlı qafqaz milliyyətli narkotik satıcısı gözləmiş, Əzizlə “Ded”in qarət olunması zaman əldə etdikləri pula Maksimdən narkotik vasitə metadon almışlar. Bundan sonra Əziz həmin avtomobildə naməlum istiqamətdə getmiş, özü isə Maksimlə birgə Sovxoznaya küçəsi tərəfə getmişdir. Bundan sonra Mosva vilayəti, Ramenskoye şəh., Çuqunov küç., ev 36, mən. 49 ünvanınakı evinə getmişdir. Əzizin “Ded”in müqavimət göstərdiyi zaman sonuncunu öldürə biləcəyinə hazır olduğunu bilməmiş, “Ded”in evinə quldur basqını üçün, narkotiklərin alınması üçün pul almaq məqsədilə getmişdir. Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26 ünvanında yerləşən kameradan videoyazı ona təqdim olunmuş, həmin videoyazıda özünü tanımış, əynində cins və futbolka olmuşdur. Həmçinin, tanışı Əzizi tanımış, sonuncunun əynində idman şalvarı və futbolka olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Moskva vilayətinin Elektrostal şəhərində anası V.B.Palçiklə birlikdə yaşamış, 1995-ci ildə anası onu V.A.Rıbinlə tanış etməklə sonuncu onun mənzilində yaşamışdır. Amma V.A.Rıbin çətin adam olmaqla qısqanc olduğundan, anası Rıbindən dəfələrlə ayrılmış, amma sonradan yenə barışmışlar. Onda olan məlumata görə V.A.Rıbinin bacısı və bacısı uşaqları olmuş, amma sonuncularla heç bir əlaqəsi olmamışdır. 2006-cı ildə anası ilə Maryino rayonundan Kuzminki rayonuna köçmüş və bir daha V.A.Rıbini görməmişdir. Anası ilə V.A.Rıbinin əlaqədə olduğu bütün bu müddət ərzində şəxsən özü Rıbinlə 10 dəfədənn çox ünsiyyətdə olmamış, bəzən telefonla ünsiyyətdə olmuşdur. 2006-cı ildən anası artıq V.A.Rıbinlə yaşamamış, amma telefonla əlaqə saxlamışlar. Ayrıldıqdan sonra, anası Rıbinin evinə ildə bir dəfə bayrama gəlmiş və gecə qalmışdır. Anası V.A.Rıbinlə mübahisə etməyin mümkün olmadığını, sonuncunun həmişə qalib olduğunu bildirmişdir. V.A.Rıbin DAM-da xidmət keçmiş, amma nədən işdən çıxdığını bilməmiş, sonralar qarajlarda deyəsən gözətçi işlədiyini bilmişdir. Orada V.A.Rıbinin qarajı və avtomaşını olmuş, lakin avtomaşını heç vaxt görməmişdir. V.A.Rıbin möhkəm adam olmuş, idman bədən quruluşuna malik olmuşdur. Sonuncunun evində əvvəllər olanda, evdə turnik, müxtəlif trenajorlar olmasını görmüş, mənzilə V.A.Rıbin kənar şəxslərdən heç kimi buraxmamışdır. Yaşadığı binada da heç kimlə əlaqə saxlamamış, bildiyi qədər, anası V.A.Rıbinin evində may ayında qonaq olmuşdur. Anası görüş haqqında heç nə danışmamış, yalnız V.A.Rıbinin işlərinin qaydasında olduğunu demişdir. Anası Rıbinə iyun ayında da zəng etməyə cəhd etmiş, lakin sonuncu dəstəyi götürməmişdir. 2011-ci ilin iyun ayında anası Solneçnoqorsk şəhərinə xalasının yanına qonaq getmiş, orada bir neçə gün qalmışdır. xx.xx.2011-ci il tarixdə ona anasından zəng daxil olaraq sonuncu Moskva vilayətinin Jeleznodorojnı şəhərində elektrik qatarından çıxacağını, milisə çağırıldığını demişdir. Artıq xx.xx.2011-ci ilin səhər saatlarında anası zəng edib ağlaya-ağlaya V.A.Rıbinin qətlə yetirildiyini, bunu milis əməkdaşlarının bildirdiklərini demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşlı kişi, təqaüdçü X16 2011-ci ilin iyun ayına qədər onunla qonşuluqda Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26, mənzil 306 ünvanında yaşamış, sonuncunu demək olar ki, hər gün görmüşdür. V.A.Rıbin sakit həyat tərzi sürməklə ona məlum olduğu qədər, son zamanlar işləməmiş, sonuncunun evinə heç kim gəlib-getməmişdir. 2011-ci ilin aprel ayında V.A.Rıbinin yanına 45-55 yaşlarında qadın gəlib-getmiş, V.A.Rıbin həmin qadını onunla tanış etməmişdir. Həmin qadından başqa sonuncunun evinə gəlib-gedəni görməmiş, V.A.Rıbini sərxoş vəziyyətdə görməmişdir. Sonuncunun mənzilində hər zaman sakitlik olmuş, V.A.Rıbin bir çox sakinlərlərlə ünsiyyət saxlamışdır. Təxminən, 2011-ci ilin iyun ayının əvvəllərində-ortalarında V.A.Rıbini görməmiş, təxminən 2011-ci ilin iyun ayının ortalarında blokda pis qoxu hiss etməyə başlamışdır. Bunun əvvəlcə səbəbinin kanalizasiya olmasını düşünmüş, lakin sonradan V.A.Rıbinin mənzilinin üstündə 310 saylı mənzildə yaşayan qonşular da pis qoxunu hiss edərək qoxunun 306 saylı mənzildən gəldiyini bilmişlər. Bununla əlaqədar 7-ci mərtəbədəki qonşular FHN əməkdaşlarını çağırmış, xx.xx.2011-ci ildə FHN əməkdaşları 306 saylı mənzilin qapısını sındırıb otağa daxil olarkən orada V.A.Rıbinin zorakılıq əlamətləri ilə cəsədinin aşkar etmişlər. Özü 306 saylı mənzilə daxil olmamış, lakin pilləkan meydançasından mənzildəki otaqda V.A.Rıbinin üzərində çoxlu qan olan cəsədini görmüşdür. Pilləkən meydançasında 2011-ci ilin may ayından iyun ayına qədər kənar şəxslər görməmiş, yalnız 304 saylı mənzildəki qonşuları görsə də həmin sakinlər yay mövsümündə bağda olmuşlar. 2011-ci ilin may-iyun aylarında 304 saylı mənzildə demək olar ki, heç kimi görməmiş, bundan başqa, pilləkən meydançasında 307 saylı mənzilin sakinlərini görmüşdür. Həmin mənzildə 2 qadın yaşamış, həmin qadınların biri slavyan görünüşlü, ikincisi isə Qafqaz görünüşlü olmuşdur. Həmçinin həmin mənzilə tez-tez azərbaycanlı kişilər gəlib-getmiş, 2-3 nəfər gecələmişdir. Sonuncu xatırladığı həmin şəxs - 307 saylı mənzilin sahibinin oğlu olduğunu bilmiş, həmin şəxs təxminən 30 yaşlarında, saçları qara düz, qısa, burnu bir qədər sola əyilib, qulaqları balaca, qaşları demək olar ki, birləmiş, başı oval, arıq, boyu təxminən 165 - 175 sm, özündən təxminən 10 sm alçaq olmuşdur. 307 saylı mənzilin sahibini təxminən 3 ildir ki, tanımış şəxsi məlumatlarını bilməmişdir. 307 saylı mənzilin sahibi təxminən 2009-cu ildə Azərbaycan Respublikasına getmiş, sonuncunun oğlunu vaxtaşırı pilləkəndə görmüşdür. Sonuncu dəfə təxminən 2011ci ilin may - iyun aylarında 306 və 307 saylı mənzillərin yaxınlığında görmüş, xarici görünüşü xoşagəlməz olmaqla həmin şəxslə ünsiyyət saxlamamışdır. Cəsəd aşkar olunduqdan sonra ola bilsin ki, bir neçə gün əvvəl 307 saylı mənzilin sakinləri oradan köçmüş, lakin səbəbi ona məlum olmamışdır. Həmçinin yuxarıda qeyd olunan gənci bir daha görməmiş, çünki V.A.Rıbinin cəsədi aşkar olunduqdan sonra Moskva şəh. BDİİ CAŞ əməkdaşları yuxarıda qeyd olunan şəxsin, eləcə də orada yaşayan qadınların gəldiyi zaman ona verdikləri nömrə ilə xəbər verməyini xahiş etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Moskva ş. Lublinsk RİŞ müstəntiqi vəzifəsində işləmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il tarixində Moskva ş. Lublinsk RİŞ tərəfindən ona xx.xx.2011-ci il tarixində V.A. Rıbinin qətlə yetirilməsi faktı üzrə RF CM 105 maddəsinin 1 hissəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə Moskva şəhəri Lublinsk RİŞ tərəfindən başladılmış 699141 №li cinayət işinin istintaqı tapşırılmış, cinayət işini 2011-ci ilin sentyabr ayına kimi araşdırmışdır. Cinayət işində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, həmçinin o zaman icraatında həbsdə olan şəxslərlə çoxlu sayda cinayət işləri olduğundan şöbə rəhbərliyi tərəfindən cinayət işinin istintaqı baş müstəntiq Y.S. Kuzinin icraatına verilmişdir. xx.xx.2011-ci il tarixində baş müstəntiq Y.S. Kuzin tərəfindən cinayət işi RF CPM 208 maddəsinin 1 hissəsinin 1 bəndinin əsasları üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi ilə əlaqədar dayandırılmışdır. xx.xx.2012-ci il tarixində Moskva şəhəri üzrə Rusiya DİN Bİ CAİ 1-ci ƏAH 2-ci şöbəsinin XMİ üzrə baş əməliyyat müvəkkili K.V. Masleyevadan Şahid3 V.A. Rıbinin qətlə yetirilməsi faktı üzrə RF CM 105 maddəsinin 1 hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyi və onun saxlanılaraq Moskva şəhəri Lublinsk RİŞ-ə gətirilməsi barədə raport daxil olmuşdur. Təxminən saat 1400-dan 1600-a kimi olan müddət ərzində xx.xx.2012-ci il tarixində A.S Oduşkin CAİ əməkdaşları tərəfindən Moskva şəhəri Lublinsk RİŞ-in 5 №li xidməti otağına yanına gətirilmiş, sonuncu ona “baba”ya – Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26, mənzil 306 ünvanında yaşayan kişiyə qarşı törədilmiş soyğunda iştirakının olduğunu danışmışdır. Şahid3 ona dərhal sərbəst şəkildə quldurluğun bütün hallarını danışmış, bu cinayəti törətməkdə təqsirli olduğunu bildirmişdir. Eləcə də bu cinayəti törətdiyini etiraf etmək qərarı onun tərəfindən könüllü, öz istəyi ilə qəbul edildiyi üçün təqsirini boynuna alma protokolu tərtib etmişdir. Təqsirini boynuna alma protokolunun rəsmiləşdirilməsi gedişində Şahid3 V.A.Rıbinə qarşı quldurluq hücumunun hallarını sərbəst şəkildə danışmış, sonuncunun verdiyi ifadəni qeydə almışdır. Şahid3 təqsirini boynuna alma protokolu tərtib edilərkən, əslində iş arxivdə olduğundan və onu şübhəli şəxs qismində dindirilmənin keçirilməsindən əvvəl aldığından cinayət işinin materialları ilə tanış olmağa və onları yaddaşında təzələməyə vaxtı olmamış, bununla əlaqədar olaraq iş materialları ilə tanış olmaq və cinayətin hallarını xatırlamaq imkanı olmamışdır. Təqsirini boynuna alma protokolu rəsmiləşdirildikdən sonra Şahid3 vəkilinin olmadığını və RF CPM 51 maddəsinə uyğun olaraq vəkil verilməsini istədiyini bildirdiyinə görə vəkil X7 dəvət etmiş, təxminən saat 1600 – 1700-da xx.xx.2012-ci il tarixində Şahid3 və sonuncunun müdafiəçisi Q.B.Qritsenkonun iştirakı ilə tərəfindən şübhəlinin saxlanılması protokolu tərtib olunmuş və Şahid3 vəkili Q.B.Qritsenkonun iştirakı ilə tərəfindən şübhəli şəxs qismində dindirilmişdir. Şahid3 şübhəli şəxs qismində dindirilmə başlamazdan əvvəl vəkil Q.B.Qritsenko ilə konfidensial şəkildə görüşmüş, saat 1900-dan saat 2000-a kimi Şahid3 videokameranın tətbiq olunması ilə şübhəli şəxs qismində əlavə olaraq dindirilmişdir. Sonradan A.S. Oduşkinin ifadəsini dəyişdirə və ya ifadəsindən imtina edə biləcəyini başa düşdüyü üçün videokameradan istifadə etməklə əlavə dindirmə aparmaq qərarına gəlmiş, xx.xx.2012-ci il tarixində saat 1600-dan saat 1800-a qədər Moskva şəhəri üzrə Rusiya CİFXİ 7 №li İT FDM-də Şahid3 müdafiəçi X4 iştirakı ilə videokameradan istifadə etməklə dindirmişdir. Əlavə dindirmənin aparılması barədə qərar xx.xx.2012-ci il tarixdə arxivdən cinayət işinin materiallarını aldığı, onlarla tanış olduğu və Şahid3 bir sıra sualları olduğu üçün, suallara cavab almadan Şahid3 ittiham edə bilmədiyi üçün qəbul edilmişdir. xx.xx.2012-ci il tarixində Moskva şəhəri üzrə Rusiya CİFXİ 7 №li İT FDM-də müdafiəçi A.N.Maskayevin iştirakı ilə Şahid3 RF CM 162 maddəsinin 4 hissəsinin “v” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham irəli sürülmüş, həmçinin Şahid3 təqsirləndirilən şəxs qismində dindirilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilərkən A.S. Oduşkin cinayətdə təqsirini tam etiraf etmiş, daha əvvəl şübhəli şəxs qismində verdiyi ifadəsini tam təsdiq edərək ayağı ağrıdığına görə genişləndirilmiş formada ifadə verməkdən imtina etmişdir. Təqsirini boynuna alma protokolunun rəsmiləşdirilməsi, şübhəli şəxs qismində dindirilmələr zamanı Şahid3 tanışı Təqsirləndirilən şəxs tərəfindən birlikdə V.A.Rıbinə qarşı soyğun törətmələrini əvvəlcədən planlaşdırıldığını, Təqsirləndirilən şəxs A.S. Oduşkinə bıçağının olduğunu bildirərək bıçağı A.S. Oduşkinə göstərdiyini, lazım gələrsə, bıçaqdan istifadə edəcəyini və V.A. Rıbinin müqavimətini qıracağını bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs Şahid3 soyğunu törədərkən köməklik göstərməli və verdiyi əmrləri yerinə yetirməli, heç kimin mənzilə girə bilməməsinə, həmçinin V.A.Rıbinin mənzildən çıxa bilməməsinə nəzarət etməli olduğunu bildirməsinə dair izahlar vermişdir. Soyğun zamanı xx.xx.2011-ci il tarixində Şahid3 və Təqsirləndirilən şəxs V.A.Rıbinin mənzilinə daxil olmuş, İ.İ. Əzizov V.A.Rıbini mənzilin kiçik otağında boğmağa başlamışdırdır. Şahid3 həmin vaxt mənzilin giriş qapısına nəzarət etmiş, bundan sonra Şahid3 Təqsirləndirilən şəxs göstərişi ilə V.A.Rıbini böyük otağa daşımaqda kömək etmişdir. Həmçinin Şahid3 Təqsirləndirilən şəxs V.A.Rıbini necə boğduğunu və bıçaqladığını görmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Şahid3 içərisində oğurlanmış əmlak olan bağlamaları vermiş, bundan sonra Şahid3 bu bağlamalarla Təqsirləndirilən şəxs gözləmişdir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs ilə birlikdə cinayət yerindən qaçıb gizlənmişlər.Özü və polis əməkdaşları tərəfindən Şahid3 psixoloji və fiziki təzyiq göstərilməmiş, sonuncuya qarşı qanuna zidd hərəkətlər törədilməmiş, Şahid3 bütün ifadələrini öz istəyi ilə könüllü surətdə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Moskva şəhəri üzrə RF DİN Bİ CAİ 1-ci ƏAH 2-ci şöbəsinin XMİ üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, V.A.Rıbinin qətlə yetirilməsi faktı üzrə 699141 №li cinayət işi üzrə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bu cinayətin törədilməsində iştirak edən X25 və Şahid3 müəyyən edildiyinə görə Moskva şəhəri üzrə RF DİN Bİ CAİ 1-ci ƏAH 2-ci şöbəsinin XMİ üzrə baş əməliyyat müvəkkili D.V.Dubçak ilə birlikdə Oduşkinin Moskva vilayətinin Noginsk rayonunun Ramensk şəhərindəki yaşayış yerinə getmiş, mənzilə çatanda, qapını Oduşkinin nənəsi açmışdır. Sonuncu nəvəsinin ayağının xəstə olduğunu, otaqda uzandığını demiş, bundan sonra sonuncunun yanına gedərək Şahid3 xx.xx.2011-ci il tarixli Rıbinin yaşadığı girişdəki video yazının çapını göstərmişlər. Oduşkin görüntüdəki “Əziz” dediyi oğlan və özü olmasını təsdiqləmiş, Oduşkin əvvəlcə babadan – Əzizovun qonşusundan narkotik üçün borc pul almaq istədiklərini, lakin heç bir işin olmadığını və çıxıb getdiklərini demişdir. Sonuncunu dinlədikdən sonra oradan ayrılmış, sonra cinayət işinin materiallarını və əməliyyat-axtarış işində mövcud olan materialları təhlil edərək videoya yenidən baxdıqda Oduşkinin izahatlarında uyğunsuzluqlar olduğunu görmüşlər. Videoda Oduşkin və Əzizovun Rıbini necə gözlədikləri, girişə daxil olduqları və sonuncuların arxasınca Rıbinin içəri girdiyi əks olunmuş, təxminən 20-30 dəqiqədən sonra Oduşkin və Əzizov qaçaraq girişdən çıxmışlar. Eyni zamanda Əzizovun əynində artıq başqa paltar olmuş, Oduşkin isə əlində bağlama aparmışdır. Yenidən Oduşkinin yanına gələrək sonuncunu müstəntiq tərəfindən dindirilməyə dəvət etmiş, Moskva üzrə RF DİN Bİ CŞİD üzrə Dİİ CAŞ-a çatanda Oduşkinə girişin videoyazısını göstərmişlər. Bunu görən Oduşkin hər şeyi etiraf edərək sadəcə Rıbini özü öldürmədiyini və ətrafı güddüyünü, həmçinin əl-qolu bağlanmış Rıbinin daşınmasına kömək etdiyini bilmişdir. Əzizovun ona bıçağı göstərdiyini və Oduşkinə lazım gələrsə, babanı (Rıbini) öldürəcəyini demişdir. Nə özü, nə də əməkdaşlardan heç kim Oduşkinə nə fiziki, nə də mənəvi təzyiq göstərməmiş, sonuncu videoya baxdıqdan sonra hər şeyi özü danışmağa başlamışdır. Həmçinin Oduşkin təqsirini boynuna alma protokolunun rəsmiləşdirilməsini xahiş etmiş, sonuncuya buna müstəntiqin qərar verəcəyini bildirmişlər. Bundan sonra Oduşkini Lyublinsk RİŞ-ə aparmış, orada müstəntiq Zubkov Oduşkinin təqsirini boynuna alma protokolunu rəsmiləşdirdikdən sonra sonuncunu saxlayıb şübhəli şəxs qismində dindirmişdir. Oduşkinlə istintaq hərəkətlərində vəkil iştirak etmiş, lakin istintaq hərəkətlərinə qarışmamış və otağa daxil olmamışdır. Şübhəli Oduşkinin dindirilməsindən sonra müstəntiq Zubkov iş təcrübəsi az olduğuna görə, dəqiq tanımadığı rəhbərliklə məsləhətləşməyə getmiş, Zubkova video çəkilişdən istifadə edərək Oduşkinin dindirilməsi tövsiyə olunmuşdur. Zubkov videokamera ilə Oduşkini yenidən dindirmiş, Zubkovun Rıbinin qətlə yetirilməsi hallarını yaxşı bilmədiyini başa düşmüşdür. Belə ki, Zubkov cinayət işinin bir çox incəliklərini bilməmiş, bunun da sonuncunun az iş təcrübəsi və ağır iş yükü ilə izah edilə biləcəyini bildirmişdir. Sonra Oduşkin “Maryino” müvəqqəti saxlama təcridxanasına aparılmış, Zubkovun Oduşkinə nə deməli olduğunu öyrətdiyini eşitməmişdir. Oduşkinə hər hansı fiziki və ya mənəvi təsir göstərilməmiş, Oduşkinin həmin vaxt əsa ilə gəzməsi sonuncunun narkotikdən istifadə etməsi ilə bağlı olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 Carı oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1978-ci ildən Moskva şəhərində yaşamış, 1996-cı ildə Moskva şəhəri, Malaya Xaritonovskaya küç., ev 7, mən. 7 ünvanında yerləşən 2 otaqlı mənzilini Novoçerkassk bulvarı, ev 26, mən. 307 ünvanında yerləşən 3 otaqlı mənzillə dəyişdirmək təklif edildiyinə görə buna razılıq verərək həmin ünvana köçmüşdür. Qeyd olunan mənzilə köçdüyü vaxtdan Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26, mənzil 306 ünvanında yaşayan Valentin Rıbinlə tanış olmuş, qonşu kimi bir neçə dəfə içki içmişlər. Valentinlə dost münasibətlərində olmuş, sonuncu yaxşı insan olmaqla haqqında pis heç nə eşitməmişdir. Dindirilməmişdən təxminən 8 il əvvəl özü içkini atmış və Valentinlə daha az görüşməyə başlamışdır. Valentinin haqqında DTK-də və ya milisdə işlədiyini, son illər təqaüddə olduğunu, daim öz mənzilində tək yaşadığını, lakin yanına bir qadın gəlib-getdiyini, həmin qadını bir neçə dəfə gördüyünü, lakin bunun təxminən 1-2 il əvvəl olduğunu, hətta Valentini həmin qadınla birgə küçədə gəzərkən göründüyünü eşitmişdir. Valentini sonuncu dəfə təxminən 2010-cu ilin noyabr ayında bacısı oğlu Tərlanın Anar adlı tanışının onun yanına gəldiyi vaxt görmüşdür. Elə həmin gün öz mənzilini kirayəyə vermək istəmiş, Anar isə kirayə mənzil axtaran müştərilər tapmışdır. Həmin gün Anar yuxarıda qeyd olunan ünvana onun yanına gələrək qəfildən mənzilində huşunu itirmiş, sonuncuda epilepsiya qıcolmaları başlamışdır. Nə edəcəyini bilməmiş və qışqırmağa başlamış, həmin vaxt qonşusu Valentin köməyə gələrək Anarın dilini qaşıqla çıxarmaq lazım olduğunu demişdir. Bundan sonra təcili yardım çağırmağa getmiş, lakin Anarın vəziyyəti bir qədər yaxşılaşaraq sonuncu özü çıxıb getmişdir. Təxminən 2 həftədən sonra Anar onun yanına milliyətcə erməni olan Anjela adlı qadını sonuncunun iki qızı ilə birlikdə gətirmiş, sonuncularla iki nəfər kişi gəlməklə qadın onların qardaşı və qızlarından birinin həyat yoldaşı olmasını izah etmişdir. Sonuncular mənzilini kirayə götürmək istəmiş və bununla razılaşmış, ailədaxili səbəblərindən uzun müddət Azərbaycan Respublikasına gedəcəyinə görə evini kirayə vermək istəmişdir. Həmin gün Azərbaycana getməzdən əvvəl qeyd olunan şəxsləri sonuncu dəfə görmüş, mənzilinə nəzarət etməyi və 30 min rubl ödənişi almağı bacısı oğlu Tərlana tapşırmışdır. Anar ona Anjelanın Maryino rayonunda yerləşən “ATAMA” restoranında işlədiyini, dəqiq ünvanı bilmədiyini, həmçinin sonuncunun nə işlədiyini də bilmədiyini qeyd etmişdir. Azərbaycanda olarkən, təxminən 19 və ya xx.xx.2011-ci ildə Tərlan ona zəng vuraraq Anjelanın mənzil üçün kirayə haqqını ödəmədiyini və telefon zənglərinə cavab vermədiyini demişdir. Bundan sonra Anjelaya məxsus 8-***-***-**-** nömrəsinə zəng vurmuş və telefon danışığı zamanı Anjela ona qoxuya görə mənzildə yaşamağın mümkün olmadığını, qonşunun öldüyünü, hazırda qardaşının bağ evində olduğunu və xx.xx.2011-ci ilə qədər ödənişi edəcəyini demişdir. Daha sonra zənglərinə cavab verməmiş, telefonu sönük olmuş, bundan sonra, tanışlar vasitəsilə açarları bazarda Tərlana təhvil verdiklərini öyrənmişdir. Həmçinin Tərlan ona televizor və yataq dəstləri olan yastıqlar, yorğanlar, döşəklər yoxa çıxdığını demişdir. Anjeladan sonra təxminən xx.xx.2011-ci ildə Tərlan mənzilini digər şəxslərə vermiş, xx.xx.2011-ci ildə Azərbaycandan Moskva şəhərinə gəlmişdir. X31 tanımış, Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqi ona zəng edərək, ifadə vermək üçün Rusiya Federasiyasına çağırmışdır. Orada ifadə verərkən, oğlu Təqsirləndirilən şəxs həmin ölüm işi ilə bağlı şübhələndiklərini bilmiş, İftixarın həmin vaxt Rusiya Federasiyasında olubolmaması yadında qalmamışdır. İftixarın Rusiya Federasiyasında cinayət əməli törətməyə görə, hansı cəzaçəkmə müəssisəsində cəza çəkməsi yadında qalmamışdır. İftixarla maraqlanmadığı üçün, bu barədə məlumatı olmamışdır. Həyat yoldaşı Valentin Rıbinin öldürülməsini və sonuncunun qətlindən İftixardan şübhələnilməsini, sonuncudan soruşmuş, İftixar isə həmin ölümlə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, dayısı oğlu İftixarla ayrı-ayrı işlərlə məşğul olmaqla arada bir görüşüb söhbət etmiş, İftixar avtoyuma məntəqəsində işləməklə hadisə vaxtı da həmin yerdə işləmişdir. Hadisə baş verən gün İftixarla birlikdə saat 17-18 radələrində yemək yemiş, sağollaşdıqdan sonra evinə getmişdir. Onda İftixarın 29000 rubl pulu olmuş, İftixar qapıya gəlib öz pulunu istəyərək xalasıgilə gedəcəyini bildirmişdir. İftixarın pulunu verdikdən sonra çıxıb getmiş, ondan sonra İftixarı görməmişdir. İftixargilin evində kirayənişinlər olmaqla həmin evə nəzarət etmiş, binada yaşayan sakinlərin heç birini tanımamışdır. İfitixarın evində qalan şəxslərdən biri Angela adlı erməni millətindən olan qadın, digəri isə sonuncunun qızı olmuş, Angela ilə mərhum arasında problem olmuşdur. Angelanın iş yerinə gedib ondan kirayə pulunu almış, Angela bir gün ona kirayə pulunu evdə verəcəyini bildirmişdir. Hava yağışlı olduğuna görə Angela çölə çıxmamış, evə qalxarkən Angela mərhum barədə onunla söhbət etmişdir. Mərhumun tək yaşadığını, heç kimin olmadığını və yaxşı pulunun olduğunu demiş, Angelagil evdə 3-4 ay qaldıqdan sonra hadisə həmin ərəfədə olmuşdur. Angelaya hadisə olan ay bir neçə dəfə zəng etsə də sonuncu telefonu açmamış, sonra özü ona başqa nömrə ilə zəng etmişdir. Angelaya harada olduqlarını soruşmuş və kommunal ödənişləri verməsini tələb etmişdir. Angela ona evdən çıxdığını bildirmiş, Angelaya qonşu ilə ödəniş barədə danışacağını, sonra qapını sındırıb içəri girəcəyini bildirdikdə Angela ona kişinin öldüyünü demişdir. Xalası oğlu ona evin açarını bir oğlanın gətirdiyini bildirmiş, həmin gün axşam xalası oğlu ilə evə girdikdə evdən pis iylər gəlmiş və bəzi əşyalar da oğurlanmışdır. Hadisə olan ayın 15-i onlar ona kommunalın pulunu verməli olmuş, Angela ona evdən niyə, nə vaxt getdiyini demədiyi üçün sonuncudan bu barədə heç nə soruşmamışdır. Dayısı ona zəng eləyib evə kirayənişin tapmağını istəmiş, Gəncə şəhərindən olan 6-7 nəfər kafe işlədənləri kirayənişin olaraq tapmış, 34000 rubl pula kirayə vermişdir. Bir həftə keçməmiş həmin şəxslər ona saat 07:00-da zəng edib gecə maskalılar evə girib sonuncuları şöbəyə apardıqlarını demişlər. Evin açarını polislərə kimin verdiyini maraqlandıqda həmin şəxslərə işdə olduğunu və şöbəyə gələ bilmədiyini bildirmişdir. Kafeni işlədənin sahibi ona zəng edib polis əməkdaşlarının onunla görüşmək istədiklərini bildirmiş, kafedə həmin polislərlə birlikdə çay içmişlər. Onu sorğu–sual etməyə başlamış, şəkillər göstərəndə birinin dayısı oğlu, digərinin isə kirayənişin olduğunu qeyd etmişdir. Mərhumu tanımadığını bildirmiş, polis əməkdaşları ona mərhumun öldürüldüyünü demişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid5 dayısı olmaqla sonuncu Moskva şəhəri, Novoçerkassk bulvarı, ev 26, mənzil 307 ünvanında yaşamışdır. 2010-cu ilin noyabr ayında dayısı ona müraciət edərək bir müddət Azərbaycan Respublikasında olacağına görə qeyd olunan ünvandakı mənzil üçün kirayəçi tapmağı xahiş etmiş, o da buna görə belə işlərlə məşğul olan tanışı Anar adlı şəxsə müraciət etmişdir. Anar ona normal kirayəçi tapmağa söz verdiyinə görə sonuncuya dayısının telefon nömrəsini vermiş, bundan sonra dayısı ilə Anar özləri zəngləşərək onsuz razılığa gəlmişlər. Anar təxminən 3 il müddətində “Kamaya” restoranında işləmiş, sonuncu ilə elə orada tanış olmuşdur. Bir müddətdən sonra dayısı ona zəng vuraraq Anarın dayısı üçün yaxşı kirayəçi tapdığını demiş, kirayəşinlər Anjela adlı qadın, sonuncunun iki övladı, qardaşı və qızının əri olmuşdur. Təxminən, 20 oktyabr 2010-cu ildə dayısı İmran Azərbaycana getdiyi üçün, onu kirayəçilərlə tanış etməyə görə, özünün yuxarıda qeyd olunan ünvandakı mənzilinə dəvət etmiş, orada ondan mənzilə nəzarət etməsini və Anjeladan kirayə haqqını almağı xahiş etmişdir. Dayısının evinə gəlib 40-45 yaşlarında və 160-165 sm boyunda milliyyətcə erməni olan Anjela adlı qadınla tanış olmuş, Anjelanın Anjelika və Mariam adlı qızlarını da orada görmüşdür. Anjela ona öz telefon nömrəsini vermiş, hər ayın 18-də gəlib mənzil üçün 30 min rubl məbləğində kirayə haqqını götürəcəyinə razılaşmışlar. Dayısı İmran açarları Anjelaya verdikdən sonrakı gün Azərbaycana uçmuş, Anjelanın Maryino rayonunda yerləşən “ATAMA” restoranında işlədiyini bilmişdir. Bundan sonra Anjela bir müddət İlovayskaya küçəsi, ev 3 və ya 5 ünvanında yerləşən “Çaxır-araq” mağazasında satıcı işləmiş, Anjela ilə birgə yaşayan kişiləri, məhz qardaşını və qızının ərini görməmişdir. Anjeladan təyin olunmuş gün kirayə pulunu əvvəlcə qeyd olunan restoranda, daha sonra mağazada götürmüş, bəzən çox nadir hallarda mənzilə gəlib nəzarət etmişdir. Ev səliqəsiz olmaqla evdə tez-tez spirtli içkilər qəbul edilməsini görmüş, mənzilin açarları onda olmamışdır. Təxminən, 2011-ci ilin iyun ayının 14, 15, 16-da mənzil üçün ödəniş etməli olduğuna görə Anjelaya zəng vurmağa başlamış, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Təxminən, xx.xx.2011-ci ildə Anjelaya zəng vurmüş, sonuncu zəngə cavab verdikdə, onu danlamağa başlayaraq qardaşı ilə birgə Podmoskovyedə olduğunu demiş, Anjelaya ona mənzilin açarları lazım olduğunu dedikdə, sonuncu tezliklə özünün gələcəyi, açarları və pulları verəcəyini demişdir. Anjelaya əgər gəlməsə, gəlib qonşunun yanına gedəcəyəni və qapını sındıracağını demiş, buna cavab olaraq Anjela qonşunun öldüyünü demiş, bundan sonra söhbət kəsilmişdir. 2011-ci ilin iyun ayının 20 və ya 21-də bazarda işləyən qardaşı Rəhim ona bir nəfər gəncin gəlib onu axtardığını, həmin adamın yanında işləyən şəxsə evin açarlarını verdiyini və onları Rəhimə verməyi xahiş etdiyini demişdir. Bundan sonra Rəhim evin açarlarını ona vermişdir. Mənzilə gələndə televizor və yataq dəstləri, döşəklərin yoxa çıxdığını görmüş, bundan sonra Anjelanı görməmiş, sonuncu zənglərinə cavab verməmişdir. Mənzildə səliqəsizlik olmaqla yerdə butulkalar, mətbəxdə zibillər olmuş, lakin hamam otağında səliqə və səhman olmuşdur. Daha sonra həmin mənzili özü 5 nəfər azərbaycanlıya vermiş, sonradan dayısı İmran Azərbaycandan Moskvaya qayıdaraq özü mənzildə yaşamaq istəmişdir. 306 saylı mənzildəki qonşunu tanımamış və görməmiş, qonşunun öldüyünü ona Anjela demişdir. Dayısının oğlu İftixar ilə aralarında dostluq münasibəti olmamış, sonuncunu təxminən ayda bir dəfə dayısının yanına gələndə görmüşdür. Xatırladığı qədər, Təqsirləndirilən şəxs Tekstilşiki rayonunda yaşamış, orada avtomobil yuma məntəqəsində işləmişdir. İftixarın kiminlə birlikdə yaşamasını bilməmiş, sonuncu mənfi xarakterizə olunmaqla eşitdiyi qədər narkotik vasitə istifadəçisi olmuşdur. Moskva şəhəri, Novoçerkasskiy bulvarı, ev 26, mənzil 306 ünvanında yaşayan V.A.Rıbini İftixarın öldürdüyünü polis əməkdaşlarından eşitmiş, lakin bu barədə təfərrüatlı məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildə daimi yaşamaq üçün Rusiyaya köçmüş, Moskva şəhəri, Bolşaya Yuşunskaya küçəsi, ev 7A ünvanında yerləşən “Mazda dom” avtoservisin və Moskva şəhəri, Lyublinskaya küçəsi, ev 18a ünvanında yerləşən yumanın təsisçisi olmuşdur. Əməkdaşları işə şəxsən qəbul etmiş, təşkilat, qeydiyyat üzrə bütün əsas qərarları qəbul etmişdir. Təxminən 15 mart 2011-ci ildə Təqsirləndirilən şəxs işə düzəlmək xahişi ilə ona müraciət edərək yoxlamaq üçün pasportunun surətini ona vermişdir. 22 mart 2011-ci ildən Təqsirləndirilən şəxs Moskva şəhəri, Lyublinskaya küçəsi, ev 18a ünvanında yerləşən avtoyuma məntəqəsinə işə qəbul etmiş, Təqsirləndirilən şəxs öz öhdəliklərini tam həcmdə yerinə yetirməklə əmək intizamını pozmamışdır. Təxminən 2011-ci ilin aprel ayında qanunsuz işçilərə görə yazılan cərimələri ödəmək üçün Təqsirləndirilən şəxs adına "Tetris" şirkətinin direktor müavini olması haqqında sənədlər rəsmiləşdirilmiş, 2011-ci ilin may ayının sonunda Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cərimənin ödənilməsi üçün 75000 rubl məbləğində pul verilmişdir. 08 iyun 2011-ci ildə İ.İ. Əzizov yuxarıda qeyd olunan avtoyuma məntəqəsinə işə çıxmamış, 09 və ya 10 iyun 2011-ci ildə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vuraraq təcili olaraq Yaroslavl şəhərinə getdiyini və işi olduğunu demişdir. Təqsirləndirilən şəxs getməsi barədə xəbərdar etmədiyi üçün, bir daha işə qayıtmamasını demiş, sonradan Təqsirləndirilən şəxs cəriməni ödəmədiyini öyrənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs görməmiş və onun barəsində eşitməmiş, sonuncu ona təkrar zəng vurmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 1,5-2 min rubl məbləğində əmək haqqı ödəməli olmuş, lakin sonuncu işə gəlmədiyi üçün maaşı verməmişdir. Təqsirləndirilən şəxs 2011-ci ilin aprel ayından 08 iyun tarixinə qədər yuxarıda qeyd olunan avtoyuma məntəqəsində yaşamış, sonradan ona Təqsirləndirilən şəxs Moskva şəhəri, Novoçerkasska bulvarı, ev 26, mənzil 307 ünvanında yerləşən mənzili olduğunu, həmin mənzili 2 qadına icarəyə verildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs vaxtaşırı yuxarıda qeyd olunan mənzildə olmasını bilmiş, lakin sonuncunun mənzildə olmaqda məqsədi ona məlum olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu olmaqla əri oğlu 2 aylıq körpə olanda onları atıb Rusiya Federasiyasına gedib rus qızla ailə həyatı qurandan sonra oğlunu heç övladı kimi qəbul etməmişdir. Oğlunu tək böyütmüş, sonra atası gəlib barışsa da amma yenə də oğlunu qəbul etməmiş, münasibəti pis olmuşdur. Hadisə barədə məlumat yayılanda oğlu Azərbaycanda olmuş, oğlunun övladı olmadığına görə yoldaşından boşanmaq üçün Azərbaycana çağırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə Rusiya Federasiyasının Səlahiyyətli Orqanlarına verilmiş beynəlxalq sorğunun icrası ilə əlaqədar, Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə rayon prokurorluğuna 01 ədəd zərfdə olan 01 ədəd elektron daşıyıcıya baxış keçirilməsinə dair protokoldan görünür ki, elektron daşıyıcıda bir ədəd qovluq vardır. Həmin qovluğa daxil olduqda, 04 ədəd video-fayl vardır. Həmin video-fayllar hadisənin baş verdiyi V.A.Rıbinin yaşadığı binada mənzilinin yerləşdiyi blokun girişinə quraşdırılmış müşahidə kamerasından video-görüntülərdir. 1-ci video-fayla daxil olduqda, həmin faylda xx.xx.2011ci il saat 1000-dan xx.xx.2011-ci il saat 21-dək olan video-görüntülər vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edildi ki, xx.xx.2011-ci il tarixdə saat 1720 radələrində üzərində qısaqol köynək ilə şalvarda və üzərində idman şalvarı ilə qısaqol köynək olan istintaqla müəyyən edilməmiş, lakin sonradan Təqsirləndirilən şəxs olması müəyyən edilən gənc oğlanla birgə V.A.Rıbinin yaşadığı mənzilin olduğu bloka yaxınlaşırlar və içəri daxil olurlar, içəri daxil olarkən Şahid3 əlində qara polietilen torba olur, daha sonra 1729-da (videodakı vaxt ilə 05:45:25-də) blokdan çıxırlar, bu zaman Şahid3 əlində qara polietilen torba olmur, bir qədər blokun qarşısında bir-biriləri ilə söhbət edirlər və siqaret çəkirlər. Saat 1734-də (videodakı vaxt ilə 05:47:13-də) blokun qarşısından çıxıb gedirlər. Saat 17:41-də (videodakı vaxt ilə 05:48:42-də) yenə blokun qarşısına gəlirlər. Saat 17:44-də (videodakı vaxt ilə 05:5:01-də) blokdan aralanıb gedirlər, saat 17:51-də (videodakı vaxt ilə 05:51:46-da) yenidən gəlirlər və bloka girirlər. Saat 18:03-də (videodakı vaxt ilə saat 05:53:55-də) V.A.Rıbinlə bloka yaxınlaşır və bloka daxil olur. Daha sonra saat 18:58-də (videodakı vaxt ilə 05:59:38-də) Şahid3 və Təqsirləndirilən şəxs blokdan çıxırlar. Bu zaman, Təqsirləndirilən şəxs daha əvvəl bloka girərkən üzərində olan paltarları dəyişməsi, Şahid3 isə əlində qara polietilen torba olması görünür. 2-ci video-fayla daxil olduqda, həmin faylda xx.xx.2011-ci il saat 21:28-dən xx.xx.2011-ci il saat 17-dək olan videogörüntülər vardır. 3-cü video-fayla daxil olduqda, həmin faylda xx.xx.2011-ci il saat 17-dən xx.xx.2011-ci il saat 19:15-dək olan video-görüntülər vardır. 4-cü video-fayla daxil olduqda, həmin faylda xx.xx.2011-ci il saat 19:16-dan xx.xx.2011-ci il saat 19:28-dək olan videogörüntülər vardır. Baxış zamanı 2,3 və 4-cü fayllara daxil olduqda, iş üçün əhəmiyyətli olan hər hansı bir hal aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınması həyata keçirilmiş və müəyyən edilmişdir ki, tanıyan şəxs Şahid4 tanınma üçün təqdim olunmuş fotoşəkillərə baxaraq 2 saylı fotoşəkildə təsvir olunmuş şəxsdə Novoçerkassk bulvarı, ev 26 ünvanındakı 307 saylı mənzilin sahibinin oğlunu, yəni Təqsirləndirilən şəxs tanıyır, onu sonuncu dəfə (İ.V. Buvin) 2011-ci ilin may-iyun aylarında 306 və 307 saylı mənzillərin arasında görüb, həmin gənc oğlanı burunun, çənənin, dodaqlarının (düz - qalınlığı) formasından, üzünün formasından tanıyır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tanımaya təqdim edilmə haqqında protokoldan görünür ki, tanıyan şəxs R.T. İbrahimov tanınma üçün təqdim olunmuş fotoşəkillərə baxıb, bildirdi ki, 2 saylı fotoşəkildə təsvir olunmuş şəxsdə xx.xx.2011-ci ildən 09 və ya 10 iyun 2011-ci il tarixinədək Moskva şəh., Lyublinskaya küç., ev 18 A ünvanında yerləşən yumada onun (R.T. İbrahimovun) yanında işləyən Təqsirləndirilən şəxs tanıyır. Onu burunun, çənənin, dodaqlarının formasından tanıyır, o (R.T. İbrahimov) tamamilə əmindir ki, 2 saylı şəkildə İ.İ. Əzizov təsvir olunub. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, X18 iştirakı ilə Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınması həyata keçirilmiş və müəyyən edilmişdir ki, Tanıyan şəxs şahid İ.A.Arxipov tanıma üçün təqdim edilmiş fotoşəkillərə baxdı və bildirdi ki, təqdim edilmiş fotoşəkillərdə 2 saylı fotoşəkildəki şəxs İ.İ. Əzizovdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 716 nömrəli rəyindən görünür ki, 1) vət. Rıbinin meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Bədənin bədən müştərək travma kompleksi: 1.1. Küt kəllə travması: başın tüklü hissəsinin, təpə və ənsə nahiyələrinin çoxsaylı əzilmiş yaraları, - 10 (№ 1-9, № 11) yaxın yumşaq toxumalara qansızmalarla yaraların tək-tək yaralar kəllə sümüklərinə nüfuz edir. 1.2. Yumşaq toxumaların, aşağı çənənin və sağ daxili boyun venasının zədələnməsi ilə üzün aşağı hissəsinin və boynun sağ yan səthinin kəsilmiş yaraları. 1.3. Başın ənsə nahiyəsinin (№ 10 və № 12), boynun arxa səthinin, sağ çiyinüstü nahiyənin və döş qəfəsinin yuxarı hissəsinin arxa səthinin (№13-30) kəsilmiş-deşilmiş yaraları. Boyun və döş qəfəsinin yaraları hər biri 4-5 yaradan ibarət ayrı-ayrı qruplarda qruplaşdırılmışdır. Əsasən yaralar yuxarıda qeyd olunan yaraların kənarında yerləşir. Yara kanallarının yuxarıdan aşağıya, arxadan önə, sağdan sola bir istiqaməti var. Bu yaralardan çıxan yara kanallarının əksəriyyəti onların yerləşdiyi kənarı boyunca kəsilmiş yaraların dibində “itir”. Bəzi yara kanalları olduqca aydın şəkildə izlənilir. Bəziləri arxa əzələlərdə kor-koranə solur. Yaraların birindən yara kanalı 5-ci və 6-cı boyun fəqərələrinin köndələn çıxıntıları arasından keçir və bununla da sol onurğa arteriyasından keçir. Bir döş qəfəsi yarası ağciyəri zədələmədən sol plevra boşluğuna nüfuz edir. 2. Sağ əlin arxa səthinin kəsilmiş yaraları (2) - 1-ci daraqfalanqa oynağının və 3-cü barmağın birinci falanqasının nahiyəsində. 2) Bu xəsarətlər vət. Rıbinin ölümündən az əvvəl (bir neçə dəqiqə, on dəqiqə əvvəl) əmələ gəlib. Meyit tədqiqata kəskin çürümə dəyişiklikləri vəziyyətində çatdırılıb. Və histoloji (mikroskopik) olaraq bəzi görmə sahələrində yalnız sağ ikən olan qanaxmalara bənzər “qəhvəyi rəngli ocaqlar” müəyyən edilmişdir. Buna görə də xəsarətlərin yetirilmə ardıcıllığını müəyyən etmək olduqca çətindir. Amma güman etmək olar ki, boynun kəsilmiş yaraları (b. 1.2.) hələ başın tüklü hissəsinin, boyun və döş qəfəsinin arxa səthinin (b. 1.1. və b. 1.3. xəsarətləri) zədələnməsindən daha əvvəl əmələ gəlmişdir. Bunu zərərçəkmiş şəxsin travmatik cismin təsirindən üzünü və boynunu sağ əlinin ovucu ilə bağladığı zaman boynun kəsilmiş yaraları vurulan zaman əmələ gələ biləcək sağ əlin arxa səthinin kəsilmiş yaraları göstərir. 3) 1.1. bəndinin xəsarətləri – başın tüklü hissəsinin yaraları qabırğalı məhdud uzadılmış təmas edən səthə malik bərk küt cismin dəfələrlə yetirilən (ən azı 10 dəfə) təsirindən yaranmışdır. 1.2. bəndinin xəsarətləri kəsici xüsusiyyətlərə malik kəskin predmetin, o cümlədən bıçağın təsirindən yaranmışdır, xəsarət yetirici predmetin ən azı 7 dəfə yetirilən təsirindən yaranmışdır. 2 bəndinin xəsarətləri də həmçinin kəsilmiş yaralardır, kəsici xüsusiyyətlərə malik kəskin predmetin təsirindən yaranmışdır. 1.3. bəndinin xəsarətləri kəsici-deşici xüsusiyyətlərə malik kəskin predmetin, çox günaki, bıçağın təsirindən yaranmışdır. Yuxarıda qeyd olunan xəsarətləri yetirən predmetin bir ülgücü və “P” formalı küpü var. Zərbələrin təsiri – 20. 4) Dərinin kəsilmiş-deşilmiş yaralarının uzunluğunun (0,5 sm-dən 2,3 sm-ə kimi) nəzərə alınması ilə ehtimal etmək olar ki, tiyənin saplanan hissəsinin eni ən çox 2,3 sm olub. Yaraların yara kanallarının uzunluğunun nəzərə alınması tiyənin saplanan hissəsinin uzunluğu təqribən 7 sm olub. 5) 1 bəndinin xəsarətləri toplu halda sağ daxili boyun venasının, sol onurğa arteriyasının zədələnməsi ilə kütləvi qan itkisinə gətirib çıxarıb və həyat üçün təhlükəlilik əlamətinə görə sağlamlığa ağır zərər vurmuşdur, ölümün baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsindədir. Sağ əlin kəsilmiş yaraları sağlamlığın qısa müddətə (21 gündən çox olmamaqla) pozulmasına gətirib çıxarır, buna görə də sağlamlığa yüngül zərər kimi qiymətləndirilir, ölümün baş verməsi ilə birbaşa səbəb-nəticə əlaqəsində deyil. 6) vət. Rıbinin ölümü ona yetirilmiş b. 1 xəsarətlər kompleksi (başın küt travması, boynun kəsilmiş yaraları, ənsə nahiyəsinin, boynun döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları) nəticəsində inkişaf etmiş halda sağ daxili boyun venasının, sol onurğa arteriyasının zədələnməsi ilə kütləvi qan itkisindən baş vermişdir. 7) Meyinin skelet əzələsinin və böyrəyinin məhkəmə-kimyəvi tədqiqatı zamanı müvafiq olaraq 1,2% və 0,7% (promille) etil spirti aşkar edilmişdir ki, bu, canlı insana münasibətdə alkoqol sərxoşluğunun yüngül dərəcəsinə uyğun ola bilər. Çürümə dəyişiklikləri olan cəsədlərdə etanolun təyin edilməsinin nəticəsi nisbi əhəmiyyət kəsb edir. 8) Meyitin aşkar edildiyi yerdə ilkin müayinəsi zamanı meyit hallarının kəskinliyini nəzərə alaraq (“Meyit halları xx.xx.2011-ci il tarixində saat 20.45-də, +24 °C havanın temperaturunda qeydə alınıb. Meyit qacıması bütün əzələ qruplarında yoxdur (açılışıb). Meyitin dərisində aşkar çürük dəyişikliklər nəticəsində meyit ləkələri fərqlənmir. Sonuncular toxunduqda, əsasən baş nahiyəsində və bədənin arxa səthində qeyri-bərabər sıxdır, nəmdir, dərialtı laylanma var, ayaq nahiyəsində çürümüş maye ilə dolu qabarcıqların əmələ gəlməsi ilə qabarıb. Dəri örtüyü sarımtıl-qəhvəyi, tünd qəhvəyi və ya boz-sarımtıl rəngdədir. Meyitin üz, boyun, qasıq nahiyəsində uzunluğu 1,3 sm-ə qədər, eni 0,4 sm-ə qədər olan çox sayda canlı milçək sürfələri var) deyə bilərik ki, ölümün başlama anından meyit hallarının təsbit edilməsi anına kimi təxminən 6-9 sutka keçib. 9) Qrup xassələrinin mümkün qədər müəyyən edilməsi üçün skelet əzələsi MSD MTE Bürosunun məhkəmə bioloji şöbəsinə göndərildi. 10) Rıbinə başın tüklü hissəsinə əzilmiş yaralar, boynun arxa səthinə, döş qəfəsi nahiyəsinə kəsilmiş-deşilmiş yaralar yetirilərkən, hücum edən şəxs onun arxasında, bəlkə də bir az sağ tərəfdə olub. İstisna etmək olmaz ki, bu xəsarətlər yetirilərkən Rıbin bədənin ön səthində uzanmış vəziyyətdə olub. Rıbinin boynuna kəsilmiş yara xəsarətləri yetirilərkən, hücum edən şəxs zərərçəkmiş şəxsin sağında və ya qarşısında ola bilərdi. 11) Buna baxmayaraq, boyun nahiyəsinin kəsilmiş yaralarının ilkin yaralar olubsa, zərər çəkmiş şəxsin bu xəsarətləri aldıqdan sonra çox qısa müddət ərzində hər hansı aktiv müstəqil hərəkətlər etməsi istisna edilmir. Qeyd edək ki, zərərçəkmiş şəxsin geyindiyi corabın parçasının daban nahiyəsində qan ləkələri olub. O, hətta qısa bir məsafə qət etmiş ola bilər. Əgər digər xəsarətlər (əzilmiş yaralar, bədənin arxa səthinin kəsilmişdeşilmiş yaraları) daha sonra, zərərçəkmiş şəxs huşsuz vəziyyətdə olarkən vurulubsa, bu xəsarətləri aldıqdan sonra onun hər hansı aktiv müstəqil hərəkətlər etməsi istisna edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 701 nömrəli rəyindən görünür ki, V.A. Rıbinin meyitindən alınmış əzələ toxuması nümunəsinin tədqiqatı üçün 2011-ci il tarixli MTE Bürosunun Molekulyar Genetika Şöbəsinin 700 №li “ekspert rəyi”nə baxın. Ekspertiza gedişində müəyyən edilmişdir: Pul kisəsi üzərində olan qan izlərindən və V.A.Rıbinin meyitindən alınmış əzələ toxuması nümunəsindən ayrılmış DNT preparatlarında genotipik əlamətlər və cins (kişi genetik cinsi) mənsubiyyəti eynidir ki, bu da onu göstərir ki, bu qan izləri və nümunə eyni kişidən qalmışdır. Hadisə yerinə əlavə baxış zamanı götürülmüş pul kisəsində olan qan izlərinin V.A.Rıbinə aid olmasının təxmin edilən [şərti] ehtimalı ən azı 99,99999% təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 700 nömrəli rəyindən görünür ki, Qayçı üzərində olan qan izlərindən (ob. № 1) və V.A.Rıbinin meyitindən alınmış əzələ toxuması nümunəsindən ayrılmış DNT preparatlarında genotipik əlamətlər və cins (kişi genetik cinsi) mənsubiyyəti eynidir ki, bu da onu göstərir ki, bu qan izləri və nümunə eyni kişidən qalmışdır. Hadisə yerinə əlavə baxış zamanı götürülmüş qayçıda olan qan izlərinin V.A.Rıbinə aid olmasının təxmin edilən [şərti] ehtimalı ən azı 99,99999% təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müqayisəli məhkəmə bioloji ekspertizasının 2933/2830 nömrəli rəyindən görünür ki, 1. xx.xx.1936-cı il təvəllüdlü V.A.Rıbinin qanı 0αβ qrupuna aiddir (Moskva ŞDİİ 2 №li poliklinikasından alınmış 777 №li ambulator karta əsasən). 2. Hadisə yerinə baxış gedişində otağın divarından götürülmüş və ekspertizaya təqdim edilmiş dörd tənzif tamponda (qərarda dörd bint kəsiyi kimi qeyd olunub) Oαβ qrupuna məxsus insan qanı aşkar edilmişdir – bax: 1782 №li 2011-ci il tarixli ekspert rəyi, həmin qan zərərçəkmiş V.A.Rıbindən əmələ gələ bilərdi. 3. Hadisə yerinə baxış gedişində otağın divarından götürülmüş və ekspertizaya təqdim edilmiş divar kağızı fraqmentində Oαβ qrupuna məxsus insan qanı aşkar edilmişdir – bax: 1781 №li 2011-ci il tarixli ekspert rəyi, həmin qan zərərçəkmiş V.A.Rıbindən əmələ gələ bilərdi. 4. Hadisə yerinə baxış gedişində dəhlizin divarından götürülmüş və ekspertizaya təqdim edilmiş dörd tənzif tamponda (qərarda dörd bint kəsiyi kimi qeyd olunub) Oαβ qrupuna məxsus insan qanı aşkar edilmişdir – bax: 1783 №li 2011-ci il tarixli ekspert rəyi, həmin qan zərərçəkmiş V.A.Rıbindən əmələ gələ bilərdi. 5. Hadisə yerinə baxış gedişində dəhliz döşəməsindən götürülmüş və ekspertizaya təqdim edilmiş dəsmalda Oαβ qrupuna məxsus insan qanı aşkar edilmişdir – bax: 1784 №li 2011-ci il tarixli ekspert rəyi, həmin qan zərərçəkmiş V.A.Rıbindən əmələ gələ bilərdi. 5. Hadisə yerinə baxış gedişində hamam otağından çanaqdan götürülmüş və ekspertizaya təqdim edilmiş dəsmalda Oαβ qrupuna məxsus insan qanı aşkar edilmişdir – bax: 1785 №li 2011-ci il tarixli ekspert rəyi, həmin qan zərərçəkmiş V.A. Rıbindən əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə daktiloskopik ekspertizasının 4996 nömrəli rəyindən görünür ki, 1. Moskva ş., Novoçerkassk bulvarı, ev 26, mən. 306 ünvanında hadisə yerinə əlavə baxış gedişində götürülmüş telefon aparatında aşkar edilmiş 19x28 mm ölçülü əl barmağının izi V.A.Rıbinin sol əlinin baş barmağından qalmışdır. 2. Moskva ş. üzrə CŞİD üzrə Dİİ EKM ekspertinin 3034, 3035 №li 06 iyul 2011-ci il tarixli rəylərində 1 №li fotoda əks olunmuş 12x20 mm, 10x25 mm ölçülü iki əl barmağı izləri nə Şahid2 əl barmaqlarından, nə də V.A.Rıbinin əlinin baş və şəhadət barmağından qalmayıb. V.A. Rıbinin sağ əlinin orta, adsız və çeçələ barmaqlarının izlərində papilyar naxışların müqayisəli tədqiqatının aparılması sonuncuların təqdim edilmiş daktilokartda qeyri-qənaətbəxş keyfiyyətdə olması səbəbi ilə mümkün deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 763 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Şahid3 ilə Təqsirləndirilən şəxs hadisə günü Moskva şəhəri, Novoçerkassk bulvarı, 26 nömrəli binanın zərərçəkmiş şəxs V.A.Rıbinin yaşadığı blokun girişinə quraşdırılmış müşahidə kamerasından video-görüntülər elektron daşıyıcıda alınaraq istintaq materiallarına əlavə edilmiş, həmin video-görüntülərdə olan şəxsin Təqsirləndirilən şəxs olub-olmamasını müəyyən etmək üçün təyin edilmiş və iş materiallarında olan məhkəməportret ekspertizasının 18 dekabr 2023-cü il tarixli 3-16-16/1-3/1992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaddaş kartının daxilindəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdən kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş yaddaş kartının daxilindəki videogörüntülərdən çıxarılmış kişi cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Təqsirləndirilən şəxs dair fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərin surətindən görünür ki, İftixar X2 ilə xx.xx.2007-ci il tarixdə nikaha girmiş, xx.xx.2011-ci il tarixdə həmin nikah pozulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə X6 ilə nikah bağlamış, həmin nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Sonradan Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə X1 ilə nikaha girmiş, həmin nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycana Respublikasından Rusiya Federasiyasına getmiş, xx.xx.2011-ci il tarixdə isə, yəni hadisədən 1 gün sonra Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bəydövül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 148 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdı Göyçay rayonu Bəydövül kəndində yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əzizov X21 rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-in 177.2.2-ci maddəsi həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilərək üzərində 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən İfitxar Əzizov hazırda ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayət əməlini 2009-cu ildə törədilən qəsdən az ağır cinayət olan CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətdikdən sonra məhkumluğu ödənilmədən törətdiyindən onun əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, Əzizov X22 Federasiyası, Moskva Vilayəti, X9 İşlər İdarəsi tərəfindən verilmiş axtarış əsasında barəsində 30 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 08/7693Şİ nömrəli məktub əsasında onun Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən olunduğundan həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 noyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2115-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan Şahid3 ifadəsi, onun ifadəsi ilə üst-üstə düşən hadisə yerindəki video görüntülər, həmin video-görüntülərlə üstüstə düşən məhkəmə portret ekspertizasının rəyi və iş materiallarında olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. CM-in 61.1.1 və 61.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi və cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halları və yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 12.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 12.5-ci maddəsində göstəriliri ki, həmin Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, “sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanununu ilə cəzalandırılmalı əməl olsun. Şəxs törədilimiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində törətdiyi əməl RF CM-in 105-сi maddəsinin 2-ci hissəsinin “z” bəndinə görə (tamah niyyətilə, sifarişlə, eyni zamanda quldurluq, hədə-qorxu ilə tələb etmə və ya banditizmlə müşayət olunan qəsdən adam öldürmə) 8 (səkkiz) ildən 20 (iyirmi) ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, həmin Məcəllənin 162-ci maddəsinin 4-ci hissəsinin “v” bəndində görə (zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla quldurluq) 8 (səkkiz) ildən 15 (on beş) ilə qədər azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddən də az müəyyən müddətə azadlıqdan məhrum etmə cəza təyin edilərkən CM-in 62.1-ci maddəsinə istinad etməyə zərurət yoxdur. CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CM-in 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 30 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunla CM-yə edilmiş dəyişikliklə CM-in 120.2-ci maddəsinin sanksiyasında on iki ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-in 66.3-cü maddəsində cinayətlərin məcmusuna görə qəti cəza təyin edilərkən azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən iyirmi ilə qaldırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası vəziyyətini yaxşılaşdırdığına görə onun cinayət törətdiyi vaxt qüvvədə olan CM-in müddəlarına uyğun olaraq həm CM-in 120.2.1, 120.2.4 və 120.2.11-ci maddələrinə görə, həm də cinayətlərin məcmusuna görə 15 ildən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 20 noyabr 2023-cü il tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 30 gün həbsdə olduğu müddət ona təyin edləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-in 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və cəzasını çəkdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müdddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 342 AZN (üç yüz qırx iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs X13 xəsarət yetirdiyi 01 ədəd qayçı, 01 ədəd hamam dəsmalı, 01 ədəd əl-üz dəsmalı, 01 ədəd dəstəyi olmayan mobil telefon, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş 04 ədəd nümunə, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan oboy hissələri məh edilməli, X10 yaşadığı binanın mənzili yerləşdiyi blokunun giriş hissəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş video-görüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.11-ci maddələri ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş azadlıqdan məhrum cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının çəkdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 05 (beş) il 06 (altı) ay 04 (dörd) gün müdddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və ona 09 (doqquz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi həbsdə olduğu 01 (bir) ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılısn. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 20 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 342 AZN (üç yüz qırx iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs X14 xəsarət yetirdiyi 01 ədəd qayçı, 01 ədəd hamam dəsmalı, 01 ədəd əl-üz dəsmalı, 01 ədəd dəstəyi olmayan mobil telefon, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş 04 ədəd nümunə, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan oboy hissələri məhv edilsin, X10 yaşadığı binanın mənzili yerləşdiyi blokunun giriş hissəsinə quraşdırılmış müşahidə kamerasından götürülmüş video-görüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-18/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-18/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver