Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-180/2023 19.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1989-cu ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “amia.az” internet portalının baş redaktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını hədə-qorxu ilə tələb etmə ilə ələ keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının sonlarında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “whatsapp” ani mesajlaşma sistemində Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq sonuncu barəsində müxtəlif internet portallarında dərc edilmiş həqiqətə uyğun olmayan rüsvayedici məqalələrin amia.az internet portalının baş redaktoru kimi özü tərəfindən yazdırıldığını bildirib həmin məqalələrin digər internet portallarında da yayılacağını təşkil edəcəyi ilə hədə-qorxu gəlməklə qeyd edilən məqalələrin internet portallarından silinməsi müqabilində 1000 (min) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 1232-də Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş 5+” adlanan marketin daxilində yerləşən 50255 nömrəli “Milliön” ödəmə terminalından aparılmış ********** nömrəli maliyyə əməliyyatı ilə ona məxsus “Kapital” bankın 4169 7332 1282 7260 nömrəli plastik bank kartına 100 (yüz) manat pul göndərməsinə nail olaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla hədə-qorxu ilə əmlakını tələb etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmə ilə ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayının ortalarında ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “whatsapp” ani mesajlaşma sistemində Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq sonuncu barəsində müxtəlif internet portallarında dərc edilmiş həqiqətə uyğun olmayan rüsvayedici məqalələrin amia.az internet portalının baş redaktoru kimi özü tərəfindən yazdırıldığını bildirib həmin məqalələrin digər internet portallarında da yayılacağını təşkil edəcəyi ilə hədə-qorxu gəlməklə qeyd edilən məqalələrin internet portallarından silinməsi müqabilində 1300 (min üç yüz) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 1938-də Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun 2” adlanan marketin daxilində yerləşən 50062 nömrəli “Milliön” ödəmə terminalından aparılmış ********** nömrəli maliyyə əməliyyatı ilə ona məxsus “Kapital” bankın 5239 1515 1291 5607 nömrəli plastik bank kartına 1000 (min) manat pul göndərməsinə nail olaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla özgənin əmlakını hədəqorxu ilə təkrarən tələb etmişdir. Məhkəmədə təqsirlndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 182.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən “amia.az” internet portalını yaradaraq həmin portalın baş redaktoru kimi fəaliyyət göstərmiş, Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən tanımaqla 2021-ci ilin oktyabr ayında “facebook” sosial şəbəkəsində sonuncuya yazaraq hal-əhval tutmuşdur. 2021-ci ildə Zərərçəkmiş şəxs “whatsapp” vasitəsilə “dəyərli əmi qızı, salam. Mən ödənişləri edə bilmirəm. Borca 200 manat pul ver. 15-20 günə qayataracam” yazmış, sonuncu isə ona əvəzsiz olaraq 100 manat verə biləcəyini demişdir. Özünə məxsus “Kapital” bankın **********827260 nömrəli, üzərində “NİJAT BAKHSHALİYEV” yazıları olan plastik bank kartının şəklini Zərərçəkmiş şəxs göndərdikdən sonra Sədaqət ona 100 (yüz) manat pul göndərmişdir. 2022-ci ilin oktyabr ayında isə Sədaqət onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “whatsapp” ani mesajlaşma sistemində ona yazaraq internet portallarında Zərərçəkmiş şəxs haqqında həqiqətə uyğun olmayan məlumatların dərc edildiyini bildirərək həmin məqalələrin silinməsini xahiş etmiş, Sədaqətə məqalələrin bütün saytlardan silinməsinin 20-30 min manata həll olunacağını, pulun həmin saytlara verilməsinin məsləhət olmadığını, “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından məqalələri silinməsini məsləhət görmüşdür. Sədaqət ona həmin saytların baş redaktorları ilə danışaraq məlumat verməyini xahiş etdiyinə görə qeyd edilən 3 saytın baş redaktorları ilə danışdıqdan sonra Sədaqətə məqalələrin silinməsi üçün 1300 (min üç yüz) manat pul lazım olduğunu bildirmişdir. Sədaqət əvvəlcə onunla razılaşmış, özünə məxsus olan “Kapital” bankın **********915607 nömrəli plastik kartın nömrəsini Sədaqətə bildirmişdir. Həmin gün axşam saatlarında Sədaqət ona zəng vuraraq 1000 (min) manat pulunun olduğunu bildirdikdə, Sadaqətlə razılaşmış və sonuncu onun kartına 1000 (min) manat pul göndərmişdir. Sədaqət pulu göndərdikdən sonra o, “32gun.az”, “atia.az”, “turantv.az” saytlarının baş redaktoru ilə danışmış və həmin məqalələr qeyd edilən saytlardan silinmişdir. Sədaqətə “facebook” sosial şəbəkəsində və “whatsapp” ani mesajlaşma sistemində yazaraq Sədaqətlə hal-əhval tutmuş, lakin sonuncu onun yazdıqlarına əhəmiyyət verməyərək cavab yazmadığına görə “AZƏRBAYCANREALLİĞİ.com” saytına istinad edərək amia.az saytında “X1 X4 bilmir” başlığı altında məqalə yazmışdır. Sədaqət ona məqalələrin silinməsi üçün müraciət etdikdə o da öz saytından həmin məqaləni silmiş, digər saytların baş redaktorlarına məqalələrin silinməsi üçün pul verməmiş, ancaq həmin şəxslərdən məqalələrin silinməsini xahiş etmişdir. Sədaqətin ona göndərdiyi pulları özü xərcləmiş, Zərərçəkmiş şəxs aylıq 300 manat tələb etməklə barəsində mənfi xarakterli məqalələrin yazılmayacağını vəd verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən Kəlbəcər sakini kimi və “Nicat Ocaqlı” təxəllüsü ilə fəaliyyət göstərən “32gun.az”, “amia.az”, “mia.az” saytlarının rəhbəri olaraq tanımış, Nicatın xalası Malbinəsi kəndində yerləşən Kəlbəcər rayonuna aid məcburi köçkün məktəbinin direktoru olmuşdur. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs “amia.az”, “mia.az”, “xeberkaft.az”, “xeber.az” və “press.az” saytlarında onun haqqında yayımladığı məqalənin silinəsi üçün sonuncuya müraciət etmiş, həmin vaxt Nicat ona yazıları özünün yazdığını, əgər pul verməsə, məqaləni həmin yayımladığı saytlardan silməyəcəyini, əksinə digər daha aktiv izlənilən səhifələrdə yayımlayacağını, həmin məqalələrə görə onu direktor vəzifəsindən çıxardacaqlarını bildirmişdir. Nicat məqalənin silinməsi, eləcə də məqalənin daha çox izləyicisi olan səhifələrdə yayımlanmaması üçün ondan 1000 (min) manat pul istəmiş, Nicata o qədər pulunun olmadığını, 100 manat göndərə biləcəyini bildirmişdir. Həmin vaxtı Nicat ona 055 ***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” mesajlaşma sistemi vasitəsilə özünə məxsus olan “Kapital” banka məxsus **********827260 nömrəli öz adına olan kart göndərmiş, xx.xx.2021-ci il tarixdə saat 1232-də həmin karta Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş 5+” adlanan marketin daxilində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 100 manat pul göndərmişdir. Pulu göndərəndən sonra Nicatla danışmış və sonuncu həmin 100 manat pulu qəbul etdiyini bildirmişdir. Telefon əlaqəsi zaman Nicat pulun qalanını da göndərməyi ondan tələb etmiş və pulun qalanını göndərməyəcəyi təqdirdə onun barəsində yenidən məqalələr yayımlayacağını bildirmişdir. 2022-ci ilin oktyabr ayının ortalarından başlayaraq onun və bacısı Şahid1 barəsində “Azərbaycanreallığı.com”, “Turantv.az”, “32gun.az”, “xeber.az”, “amia.az” saytlarında həqiqətə uyğun olmayan məqalələr dərc edilməyə başlamış, həmin vaxt bacısı Şahid1 "AZƏRBAYCANREALLİĞİ.com saytının rəhbəri Şahid5lə əlaqə saxlayarkən sonuncu bütün yazıları Təqsirləndirilən şəxs dərc etdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən Nicat ona dəfələrlə yazılarına cavab vermədiyinə görə yazıları özünün yazdırdığını, “hörmət” olaraq pul vermədiyinə görə də bu məqalələri dərc etdirdiyini bildirmişdir. Nicatdan həmin yazıları saytlardan sildirməsini tələb etsə də, sonuncu yazıları həmin vaxt sildirməmiş, xx.xx.2022ci ildə isə “32gun.az” saytında onun barəsində həqiqətə uyğun olmayan “Hollywood bacıları Yevlaxda at oynadır" başlıqlə məqalə dərc edilmişdir. 23 oktyabr 2022-ci ildə onun və bacısı Həqiqətin barəsində Təqsirləndirilən şəxs (Ocaqlı) tərəfindən “amia.az” internet səhifəsində “X1 X4 bilmir” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalələrin silinmədiyini görüb 25 oktyabr 2022-ci ildə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “whatsapp” ani mesajlaşma sistemində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “whatsapp” tətbiqinə mesaj yazaraq “32gun.az” saytının rəhbərinin kim olduğunu soruşmuş, Nicat da ona yazaraq dəfələrlə mesajlarına cavab vermadiyinə görə məqalələri özü tərəfindən yazdırıldığını demişdir. Nicatdan həmin yazıları necə sildirə biləcəyini soruşduqda sonuncu ona pulunu verdikdən sonra həmin yazıları sildirəcəyini bildirmişdir. Sonra Nicat onunla dəfələrlə əlaqə saxlayaraq həmin xəbərlərin çox saytda yayıldığını, onu işdən çıxaracaqlarını bildirdikdən sonra Nicata yazıların hamısını sildirmək istədiyini demişdir. Nicat “whatsapp”da səs ataraq "sənin bu yazın çox yerdə yayılıbdır, bunun hamısını sildirmək istəyirsən?" deyə soruşmuş, Nicata bütün yazıların hamısını sildirmək istədiyini bildirmişdir. Nicatla telefonla danışarkən sonuncu ona 20000 (iyirmi min) manat pul verecəyi təqdirdə məqalələri yayımladığı internet saytlarından siləcəyini və izləyici sayı çox olan digər saytlarda yayımlamayacağını bildirmişdir. Nicata birazdan yenidən zəng edəcəyini bildirərək sağollaşdıqdan sonra istifadəsində olan mobil telefondakı “whatsapp” tətbiqi ilə Təqsirləndirilən şəxs zəng vuraraq bacısı Şahid1 onun xahişi və razılığı ilə mobil telefonun səsyazan proqramı ilə qeydə almışdır. Həmin telefon danışığı zamanı yenə də Nicatdan həmin məqalələri silməyi xahiş etmiş, Nicat ona telefonda danışarkən bu dəfə ona “özün bilirsən ki, bu məqalələrə görə səni işdən çıxardacaqlar, sənə yaxşı olmayacaq, 20-30 min manat pul versən bütün saytlardan məqalələri sildirə bilərəm və həmçinin də digər daha aktiv olaraq izlənilən və populyar olan digər internet səhifələrində yayımlamaram, amma pul məsələsi barədə digər jurnalistlər bilməsinlər” deyə bildirmişdir. Həmin telefon danışığı zamanı o, Nicata 20000 (iyirmi min) manat verə bilməyəcəyini, o qədər pulunun omadığını bildirdikdən sonra Nicat ona “onda 1300 (min üç yüz) manat ver, görüm necə edəcəm” deyə bildirmişdir. Adının bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlarla hallanmasını istəmədiyi üçün Nicatın istədiyi pulu, yəni 1300 (min üç yüz) manatı Nicata verməyə razılaşmışdır. Nicat da ona “1300 manatdan əlavə olaraq hər ay 300 manat da pul verməli olduğunu, həmin pulu kiməsə verəcəyini, buna görə də heç kimin onun haqqında heç nə yazmayacağını bildirmişdir. Nicat yenə də ona plastik bank kartının şəklini göndərmiş, sonuncunun göndərdiyi “Kapital” banka aid 5239 1515 1291 5607 nömrəli plastik karta Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən “Neptun 2” adlanan marketə getmiş və saat 19:38-də “Neptun-2” adlanan marketin içərisində olan “MilliÖN” elektron ödəmə sistemindən 1000 (min) manat pul göndərmişdir. Nicat həmin məbləğlə razılaşaraq pulu qəbul etdikdən sonra həmin pulun qarşılığında məqalələri “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından siləcəyini bildirmişdir. Bundan təxminən 30 dəqiqə sonra Nicat onun barəsində yazdığı məqalələri “32gun.az”, “atia.az”, “turantv.az” saytlarından sildirmiş, lakin “xeberfakt.az”, “dovrunnabzi.az”, “dogruxeber.az” internet saytlarında mövcud qalan yazıları isə istədiyi pulu vermədiyinə görə sildirməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “turantv.az” xəbər portalının baş redaktoru işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında “AZƏRBAYCANREALLİĞİ.COM” xəbər portalında “X1 X4 Bilmir” başlığı altında dərc edilən məqalədə yazılanlar diqqətini cəlb etdiyinə görə məqaləni öz xəbər portalında adı çəkilən portala istinad edərək paylaşmış, bir neçə gün sonra “amia.az” internet portalının baş redaktoru kimi tanıdığı Təqsirləndirilən şəxs “whatsapp” mobil tətbiqi vasitəsi ilə ona zəng vuraraq Zərərçəkmiş şəxs özünün əmisi qızı olduğunu bildirərək xəbər portalında Zərərçəkmiş şəxs barəsində dərc edilən məqaləni silməsini xahiş etmişdir. O da Nicatdan gələcəkdə hər hansı bir yazının silinməsi üçün xahiş edə biləcəyini düşünərək jurnalist həmkarının xahişini qəbul etmiş və heç bir etirazını bildirmədən həmin məqaləni silmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “atia.az” xəbər portalının baş redaktoru işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında “amia.az” xəbər portalında “X1 X4 Bilmir” başlığı altında dərc edilən məqalə görüb həmin məqaləni baş redaktoru olduğu “atia.az” xəbər portalına yerləşdirdikdən təxminən 4-5 saat sonra məqaləni oxuyarkən məqalədə yazılanların həqiqətə uyğun olmadığını fikirləşib məqaləni portalından silmişdir. Bir neçə gün sonra xatırlamadığı gündə “amia.az” saytının baş redaktoru olan Təqsirləndirilən şəxs ona zəng vuraraq məqalədə adı çəkilən Zərərçəkmiş şəxs özünün əmisi qızı olduğunu bildirərək məqaləni portalından silməsini xahiş etmişdir. Nicata həmin məqaləni artıq sildiyini, həmin məqaləni Nicatın portalından götürüb istinadən öz portalında dərc etdirdiyini bildirmişdir. Daha sonra Nicata “əgər həmin qadın sənin əmin qızıdırsa, sən hansı səbəbə görə həmin qədın barəsində xoşagəlməz məlumatları öz portalında dərc edirsən” deyə sual vermişdir. Nicat isə ona həmin məqaləni “azerbaycanrealligi.com” xəbər portalından götürüb dərc etdirdiyini və ilkin olaraq məqalədə adı çəkilən qadının Zərərçəkmiş şəxs olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra Nicat məqaləni sildiyinə görə təşəkkürünü bildirərək onunla sağollaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 32gun.az” xəbər portalının baş redaktoru işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında “azerbaycanrealligi.com” xəbər portalında “X1 X4 Bilmir” başlığı altında dərc edilən məqaləni görüb həmin xəbərin başlığı xoşuna gəldiyindən xəbər portalında baxış sayı artırmaq üçün həmin məqaləni baş redaktoru olduğu “32gun.az” xəbər portalına yerləşdirmişdir. Həmin gün axşam saatlarında “amia.az” saytının baş redaktoru olan Təqsirləndirilən şəxs ona zəng vuraraq məqalədə adı çəkilən Zərərçəkmiş şəxs özünün əmisi qızı olduğunu bildirərək məqaləni portalından silməyi xahiş etmişdir. Nicatın xahişinə etiraz etməyərək həmin məqaləni siləcəyini bildirmişdim və dərhal məqaləni öz portalından silmişdir. Bundan başqa Nicat ona Zərərçəkmiş şəxs barəsində tərif məqalələri göndərmiş və ondan həmin məqalələri öz portalında dərc etməyi xahiş etmişdir. Yenə də Nicatın jurnalist həmkarı olduğunu nəzərə alaraq xahişini qəbul edib öz portalında həmin məqalələri paylaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş “azerbaycanrealligi.com” xəbər portalının redaktoru işləyən Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mətbuatda dərc edilən məqalələr vasitəsilə tanımış və heç vaxt şəxsi münasibəti olmamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid1 da mətbuatda dərc edilən məqalələr vasitəsilə tanımış, 2022-ci ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs barəsində internet resurslarında olan məlumatlardan və mətbutda olan məqalələrdən istifadə edərək baş redaktoru olduğu azerbaycanrealligi.com internet portalında “X1 X4 Bilmir” başlığı altında məqalə dərc etmiş və həmin məqalə qısa müddət ərzində digər internet portallarında “azerbaycanrealligi.com” portalına istinad verilərək paylaşılmışdır. Bundan sonra Nicat ona zəng vurub Zərərçəkmiş şəxs barəsində yazılan məqalənin guya Nicat tərəfindən sifarişlə yazdırıldığını iddia etdiyini bildirmiş, Nicata elə bir hal olmadığını bildirərək sonuncu ilə sağollaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC tərəfindən 27 yanvar 2023-cü il tarixli, 2023/49/550 saylı məktubla təqdim edilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, 4169 7332 1282 7260 nömrəli plastik karta xx.xx.2021-ci il tarixdə saat 12:32:59-da terminal vasitəsilə 100 (yüz) manat mədaxil olunması, 5239 1515 1291 5607 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə saat 19:38:42-də 1000 (min) manat mədaxil olunması, DVD diskə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs müxtəlif terminallar vasitəsilə xeyli sayda çəkilmiş şəkilləri aşkar edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi DVD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, diskə Təqsirləndirilən şəxs 5 ədəd telefon danışıqları yazılmışdır. Diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 1-ci telefon danışığının müddəti 2 dəqiqə 49 saniyə, 2-ci telefon danışığının müddəti 2 dəqiqə 2 saniyə, 3-cü telefon danışığının müddəti 41 saniyə, 4-cü telefon danışığının müddəti 6 dəqiqə 24 saniyə, 5-ci telefon danışığının müddəti isə 40 saniyədir. Danışıqların mətnində «a» işarəsi altında Zərərçəkmiş şəxs, «b» işarəsi altında isə Təqsirləndirilən şəxs danışıqları başa düşülmüşdür.
1. Diskə yazılmış 1-ci telefon danışığının mətni: a) bəli, alo. b) nə var nə yox? c) sağol səndə nə var nə yox? a) ə telefonum normal işləmir mənim, ha. b) nə? a) telefonum normal işləmir mənim. b) nətərsən neyniyirsən? a) sağol, yaxşıyıq, sən nə qudurmsan əə, deyirəm ki, iki gündü buna cavab verə bilmirəm, mənə yazdığına bax, ta get məni bir də belə işlərə qatma, nç nç nç. b) ay başıva dönüm camaat məndən cavab gözləyir qadan alım, bu işlər elə olmur valla elə olmur. a) sən nətər danışdın ki? sən də onu 1300 olmuyaydı da, düşsün minə, heç olmasa minə endir. b) ay can? a) heç olmasa danış minə endir da üçü bir yerdə min olsun. b) ay başıva dönüm onda 32 günü sildirək o birilər qalsın. a) bah başın üçün onda o birirlər götürsün paylaşsın o birilərdən? O nətər olur elə? b) ay başıva dönüm 10-15 dənə yerdə vare o. a) indi onu nətər sildirək. b) qaqa onu sildirmək üçün sənin 20-30 min xərcin çıxacaq. Denən niyə. a) aha. b) məsəl üçün bu etibar etdiyim adamlardı, məsəl üçün başqasına deyəcəyik etat adını sən denən reket saytına 100-200 verdik düzdü? a) hə. b) götürəcək bu da atacaq o birisinə, o da atacaq o birisinə? a) nağayrağ indi? b) onun bir dənə çıxış yolu var. a) hə. b) onu bir dənə, onun içində ən aktiv 32 gündü 32 günə veririk pul sildiririk, denən hə. a) hə. b) sonra da sənin adına qəşəng tərif yazıram verirəm ora şappa şap paylayır heçnə elə bil ki, o sənin tərif yazıların o neqativ yazıları üstələyir. a) onda, onda 800 manatca verək deyirsən sildirək? b) 32 gün bax ən aktiv saytdı. a) hə. b) başa düşdünmü? a) hə bildim. b) ondan sonra tappa tap həftədə bir dəfə ee bir dəfə yazı verdirək onunla danışım ki, belə bir dənə yazı verək, yəni onun hörmətini elə də, aylıq da onun pulunu verək. a) yaxşı indi bunun onun aylığı nə qədərdir? Ona nə verəcəm tutaq ki? b) bir uzaqbaşı səndən deyəcəm 300 manatıvı alsın. a) hə yaxşı. Onda sən mənə kart yolla mən bunu göndərim sildir də onu. b) valla mən səni istiyib deyirəm. a) eliyək də mən də sənin dediyinlə razıyam da, mən də sən dediyini edirəm. b) mən sənə bir şey deyim eşidirsən, əzizim? a) hə denən. b) ətrafımda olan adamlarıva inanma. a) yaxşı denən kimdi mənim ətrafımda olan adamlar Nicat? b) haycan? a) bircə dəqiqə gözlə görüm zəng gəlir dayan. b) hə sə rayondasan, Bakıdasan? a) mən rayonda. b) Bakıya haçan gələcəksən? a) hələ mən Bakıya gəlməyim nə bilim imtahanlar zadlar vaxtı. Məktəbdan çıxa bilirəm ki. b) mən onda belə elə mən anamın hüzürünü yola verib mən özüm gələrəm Yevlaxa səninlə danışmağa. a) anan rəhmətə gedibdi? b) hə, bu yaxında. a) ay Allah, Allah rəhmət etsin, nə vaxt? b) Allah ölənlərivə rəhmət etsin, heç bir ay deyil.
2. Diskə yazılmış 2-ci telefon danışığının mətni: b) bilmirəm də gələndə deyəcəm sənə. a) bəs mən pulu sənə harda verirəm? b) bank kartı atacam at ora dana. a) yaxşı göndər, göndər onları da gir sildir, bax ay Nicat mənim düşmənim kimdir sənə qurban olum, bu mənimlə bu düşmənçilik edən kimdir, nə istəyir? b) ən yaxınında olanındır. a) kimdi də ən yaxınım kimdi? Mənim ən yaxınım heçkəsim yoxdu. b) gələndə üz-üzə görəndə deyərəm. a) niyə indi demirsən ki? b) deyirəm gələndə üzüvə deyəcəm. a) de sən. b) özün məndən yaxşı bilirsən. a) valla bilmirəm, anamın qəbrinə and olsun bilmirəm, ananın anamın goruna and olsun bilmirəm, indi inandın? b) gələndə sənin üzüvə deyəcəm onu, bu yaxında gələcəm. a) hə yaxşı, yaxşı ta onda mənə şey elə. b) problem yoxdu indi atıram vur onu rədd olsun başımızdan, sənə deyəcəm, özün də inanmayassan ona. a) hm mənim məllimlərimnəndi? b) yoxe ən yaxın adamıvızdı. a) ən yaxın adamım kimdi mənim ay bala? Mənim öz yoldaşımdan başqa heçkəslə münasibətim, belə salam-sağol elədiyim heç padruqam da yoxdu. b) sənə kömək edən adamlardandı. a) Həbibdi? b) sənə deyəcəm də nəsə. a) hm, nəbilim. b) yaxşımı? a) yaxşı, İmamverdi? b) otur bir dənə araşdır, biləcəksən mən nə demək istəyirəm. a) mənə valla iki adam kömək edib. b) gözüvün qabağından lentanı mən gələnə kimi keçirt biləssən mən sənə nə deyirəm. a) yaxşı, yaxşı. b) prosta o adam böyük oyunlar oynayır, böyük oyunlar da onun başında çatlayacaq bir gün a) Həbibi deyirsən, Həbibi deyirsən. b) yox başqa adamdı, başqadı, Həbib, Həbib pox yeyir, Həbib kimdi ə şey eliyə? Həbibin götü üçün deyil. a) Bəs kimdi onda böyük oyunlar oynayan? b) deyəcəm də deyəcəm. a) denən, sən mən ölüm de. b) Həbib aftafasını getsin daşısın. a) hm, yaxşı bildim. b) Həbiblik deyil, üzüvə deyəcəm, indi atıram sənə kartı. a) yaxşı, yaxşı. b) okey. a) okey. Sağol, sağol
3. Diskə yazılmış 3-cü telefon danışığının mətni: b) bəli. a) Nicat, bax gör gəldi? b) aycan. a) gör gəldimi? b) bircə saniyə qadan alım, bircə saniyə başına dönüm sənin, bircə saniyə. a) min manat göndərdim, b) bajı neyniyir? a) hansı? Həqiqət? b) sənin nə qədər bajın var? a) mənim Tahirə də bacımdı, Elmira da bacımdı, Məxmər də bacımdı, mənim dörd dənə bacım var. b) hə gəldi, indi qoy onu göndərim onu silsin. Okey. a) ay sağol, di yaxşı, hələlik, sağol var ol, Allah sənin köməyin olsun. Sağol Nicat b) telefonu yanında saxla səni yığacam. a) yaxşı yaxşı .
4. Diskə yazılmış 4-cü telefon danışığının mətni: a) nə var nə yox, neynədin? b) sildi də, yazını sildi. a) ba de sən öl, hə qoy girim baxım görüm heç girib baxmamışam, ta fso da day qutardı? düşmənçilik bitdi? b) başa düşmədim. a) deyirəm day düşmən. b) mən sənlə nə düşmənçilik. a) səni yoxe, o yazı yazanın düşmənçiliyi bitdimi bizlə? b) a onun sənlə işi yoxduye onun müəllimlədi işi, Cavid müəllimə yaman döşüyür, indi də şeydən yazıb Hicrandan yazıb, dedim ə bu nədi yazmısan, dedi ki, etıt qarışma mənim işimə a) niyə Cavid müəllim, Kəlbəcərlidir ki onu yazan? b) a yoxe qız qız başqa yerdəndi, nəsə bu onların ətrafına bunu acılıyıb, nağayrıb, neyniyib bilmirəm, Aqilin Aqil müəllimin işində, eşidirsənmi? a) hə hə hə danış. b) Aqil müəllimin oğlunu yazmışdı ki, nəbilim etıt, müxalifətçidi, nədi. a) həə. b) mən buna çıxdım dedim ki, mən onun işini görürəm, ayıbdı da yazma. a) həm də Aqil müəllim sizin qohumunuz deyilmi? b) nə? a) Aqil səninlə qohum deyilmi? b) Aqil müəllim qohumdu da bizimlə. a) hə də hamımız bir-birimizə qohumuq. b) ay sağol mənə qayıtdı dedi ki, sən üçüncü adamsan, mən səninlə iş görə bilmərəm, iş birliyinə girə bilmərəm, iki adam mənə deyib, birinci olsaydın problem deyildi yönləşərdik səninlə. a) həə b) mən də götürdüm bunu şey elədim etıt acıladım bunu a) hm. b) acıladım çıxdıq bununla davaya, sonra adam göndərdim üstünə ona dedim ki, get ona min manat verim qoy onu silsin ordan. a) hə, silmədi? b) götürdü acığıma dörd dənə yazı qoydu. a) indi məni başa sal görüm, bəs nə yaxşı bizimki ilə razılaşdı sildi? b) bu birinci onun yanında bir dənə işçi var, oğlan işləyir a) hə. b) onun yanında . a) hə. b) mən onun dedim ki, ona dedim ki, get ona denən ki, onun işi məndən keçir. a) hm. b) mənim də ona işim keçir, bu mənim yaxınımdı, etıt əmin qızıdır mənim bu. a) demiyəcək əmin qızını özün niyə paylaşırdın bəs? b) elə o sualı mənə verdi də. a) dedim əmim qızı çoxdandı məni bir itirib axtarmırdı, gülür b) nc nc, day mənim sənə sözüm yoxdu valla. a) at kartıvı göndərim onu sil. b) dedi gözüm üstə. a) hə fso. b) dedi Nicat belə olanda belə olanda öz adamlarıvı siyahını ver onlardan mən yazmayım. a) səni verənə şükür, bir dənəsən bax, Həqiqətnən də barışdırım da səni day gərək b) aycan? a) deyirəm Həqiqətnən də gərək barışdıram da, Həqiqətin də haqqında yazıları sildirdin. b) Həqiqət silinib də, ehtiyac yoxdu silinib yoxdu. a) sağol, Allah səni var eləsin. b) yadda saxla, biz yadda saxla ətrafınızda olan sizi sevən insanları yaxın olmursuz gedirsiz harda maşennik var. a) indi yaxşı, indi sən mənə yaxşı sən kişi oğlusan da, sən mənə denən ki, Sədaqət bax sənin o yanında durub sənin haqqında yazı yazdıranın kimdi. Barı mən də düşmənimi tanıyım da ay Nicat. b) özün məndən yaxşı bilirsən. a) sən öl bilmirəm, bax sənə sən öl vururam. valla bax hər ay da üç yüz manatı göndərəcəm sənə. Mən sadəcə o adamı tanıyım, o adamı bilim ki, o adam kimdi. Bilim də düşmənim kimdi ay bala. b) İmamverdidi kim olacaq? Cavid müəllimin torbasını tikən, sənin torbavı a) hm hm. Mən İmamverdiyə neyləmişəm, mən İmamverdiyə nə pislik etmişəm? b) Cavid müəllim ona neyləyib? a) indi deyək Cavid müəllimin paxıllığını çəkir də, Cavid müəllim ilə yaşıddı. Mən onun nəvəsi yaşındayame. b) yoxe o ele bir tip adamdı da. O, sənin bütün faktlarıvı, maxinasiyalarıvı bilir. Təsəvvür elə Cavid müəllim haqqında bütün informasiyaları ötürür ora bura sonra da gedir Cavid müəllimə deyir ki, Cavid müəllim mənə bir əlli min altmış min ver gedim sildirim. a) hm. Bizim haqqımızda mən həmişə bildirdim ki, o vaxt ki, eee bir gədə yazmışdıye İmişlidən idi kim idi. b) Sakit. a) Sakit, ay sağol mən bilirdim ki, ona da İmamverdi yazdırıb. Mən şübhələnmişdim b) ay sağol, sonra da gedib deyirsiz ki, gedib ondan şey edirsiz ki, adını sən denən kömək istəyirsiz. a) hə düz deyirsən mən istəmişim ondan. Sənə özü deyib eləmi? b) ay sağol, sonra gedib deyirsən ki, adını sən de, o da deyir ki, o da qayıdıb deyir ki, etıt Nicat pis adamdı Nicat belədi elədi. Sən də məndən ağız əyirsən. a) Nicat o mənə Nicat demədi. X7 sözün deməyib yalan danışma. İmamverdi mənə qayıtdı ki, Həqiqətin məktəbindən yazdırırlar başını burax. Mən də dedim ki, Nicatdan xahiş etmişəm sildirməyi. Mənə qayıtdı ki, Nicat nə gədədir ki, gedə nəyisə də sildirə. Mən də dedim mən ona neçə dəfə demişəm Nicat mənim dediyim işləri görüb İmamverdi müəllim. Səhv danışma, day deyə bilmirdim ki, bəlkə də sənsən yazdıran, ona görə arxayınsan. b) Mənimlə bir dəfə o görüşdü. a) hə. b) o Nadir müəllim vare etıt qayı Nadir. a) hə hə hə hə tanıyıram. b) Cavid müəllimin işlərini görən vare. a) hə hə. b) onun bir xahişi oldu məndən görüşdük. Görüşəndə bir yüz manat çıxartdı atdı stolun üstünə şəhərdə. a) aha. b) görüşdük. a) aha. b) bu nə yüz manatdı a kişi mənə verirsən götür saxla özüvə a kişi mənim buna ehtiyacım yoxdu lazımdı mən sənə verim pul. a) nə belə eləmisən? b) dedim a kişi götürmürəm. Nə qədər dedi, dedim a kişi götürmürəm, get işinlə məşğul ol. a) hə. b) istəmirəm də ağsaqqal. a) hə. b) mənə bir etıt xahiş elədi zəng elədi xahişi yerə salmadım yazını sildim. Çayın pulunu da özüm verdim. a) sən canın səni yığıb deyirdi ki, Sədaqət haqqında belə-belə yazılar yazdırsın fılan saytda? b) yoxe mən yazını mən görəndə bilirəm yazı haradan çıxır. Mənə başqa bir adam bu yaxında dedi ki, o Süleyman Süleymanlı vare. a) hə hə hə hə. b) Süleyman Süleymanlıya zada, hamıya. a) Süleyman Süleymanlı turantv xarici işləyən onu demirsən? b) hə. a) hə. b) İmamverdi atıb. a) ay Allah, şey Süleyman Cavid müəllim haqqında danışan. b) hə hə hə hə. a) hm. Nə deyim vallah. b) obşim hə Cavidə inanırlar, Cavidə mələk Cavidi. Bax başa düşdünmü? Sonra da gəlib deyir ki, sonra da gedib hamının torbasını bir-bir tikir. Bu bacıva bir dənə sual ver denən ki, ay Həqiqət Nicat sənə neyniyib? a) hm. Nicat girib feysbukda Həqiqəti təhqir edib söyürdü camaat görə-görə. Mən də oxuyurdum onu. İmamverdi ilə birləşib. b) başa düşdüme. a) İmamverdi çox yaxşı adamdı yazırdı.hə. b) qulaq ase sonra apardı verdi məni etıt polisə. a) niyə?
5. Diskə yazılmış 5-ci telefon danışığının mətni: a) niyə? Niyə vermişdi ki? b) nətər? a) hə feysbukda yazdıqlarına görə? b) hə sosial şəbəkədə məni yazıb təhqir edib? a) hə sən də açıq yazırdın da Nicat Ocaqlı adı ilə yazırdın. b) başa düşdüme. Mən də ona dedim ki, onun ekspertizası var. Ekspertizaya aparıb şey eləsələr onsuz mən bilirdim ki, onun heç bir təhlükəsi yoxdu, yəni cərimədi o birbaşa. a) hm. b) ona bir dənə kəlmə söz dedim onunla görüşəndə. Dedim filankəsə məndən salam de. Dedim sən vaxtında Allahıva dua elə ki, gəldin ərizəvi çəkdin dala yoxsa elə bir yazı yazıb səni Kəlbəcərdə elə bir günə salacaqdım. a) hm. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 01 fevral 2023-cü il tarixli, 4/1837 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 15 dekabr 2022-ci il tarixli, xx-xx/1124/2022 nömrəli məktubu ilə istintaqa təqdim edilmiş məlumatlardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:32:46-da şirkətin 50255 nömrəli ödəmə terminalından aparılmış ********** nömrəli maliyyə əməliyyatı ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-nin 4169****7260 nömrəli plastik bank kartına 100 (yüz) manat pul köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 19:38:40-da şirkətin 50062 nömrəli ödəmə terminalından aparılmış ********** nömrəli maliyyə əməliyyatı ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-nin 5239*****5607 nömrəli plastik bank kartına 1000 (min) manat pul köçürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:32:36-da Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən “3 Qardaş 5” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4****7260 nömrəli bank kartına 100 (yüz) manat pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 13 dekabr 2022-ci il tarixli, 12025 nömrəli sorğusundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş 05 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Binəqədi rayon İcra hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs barəsində oğlunun CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul etməməsi, ümumiyyətlə sonuncuya qarşı hər-hansı qanunsuz hərəkətlərə yol verməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, CM-in 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd edir ki, hədəqorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki dəfə, birinci dəfə 100 manat, ikinci dəfə isə 1000 manat pul almışdır. Təqsirləndirilən şəxs həmin pullardan 100 manatı borc kimi, qalan 1000 manatı isə zərərçəkmiş şəxsin ondan yazıları sildirmək ümçün nə qədər xərci çıxacağını soruşduqda 20-30 min xərci çıxacağını, buna görə həmin yazıları 3 saytdan sildirmək üçün aldığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin arasında olan yazışmalardan da göründüyü kimi Təqsirləndirilən şəxs niyyəti məhz Zərərçəkmiş şəxs onun barəsində olan rüsvayedici məlumatların yayılmaması üçün pul almaq olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs pul müqabilində onun barəsində yaxşı şeylər yazdıracağını və bunun müqabilində ondan hər ay 300 manat pul istədiyini bildirmişdir ki, bu hal Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan yazışmalardan da öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs: yaxşı indi bunun onun aylığı nə qədərdir? Ona nə verəcəm tutaq ki? Təqsirləndirilən şəxs: bir uzaqbaşı səndən deyəcəm 300 manatıvı alsın. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı puldan digər saytların redaktorlarına heç bir məbləğ verməmiş, məhkəmədə şahid qismində dindirilmiş həmin şəxslər də Təqsirləndirilən şəxs onlara pul barəsində heç bir söz demədiyini və Zərərçəkmiş şəxs barəsində olan yazını silmələrini xahiş etdiyini bildirmişlər. Belə olan halda məhkəmə Zərərçəkmiş şəxs ifadəsini daha inandırıcı hesab edərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs digər sayt rəhbərlərini bəhanə edərək Zərərçəkmiş şəxs həqiqətən də qeyd edilən məbləğdə pul istəmiş, eyni zaman da digər faktiki olaraq aldığı pul vəsaitlərini də sonuncunu barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində özü üçün almışdır. CM-in 182-ci maddəsinin obyektiv cəhətinin tərkib əlamətlərindən biri kimi zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə əmlak və ya əmlaka olan hüquqları və ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi çıxış edir. Həmçinin məhkəmə burada bir halı da qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs barəsində bir neçə saytlarda onun barəsində rüsvayedici məlumatlar artıq yazılsa da Təqsirləndirilən şəxs həmin yazıların silinməsi və gələcəkdə belə yazıların bir daha yazılmaması və hətta Zərərçəkmiş şəxs barəsində müsbət yazılar yazılması üçün həmin pul vəsaitlərini almışdır. Təqsirləndirilən şəxsin özünün də ifadəsindən göründüyü kimi amia.az saytı məhz Təqsirləndirilən şəxs məxsus olmuş, həmin saytda da Zərərçəkmiş şəxs barəsindəki rüsvayedici məlumatlar məhz onun özü tərəfindən yazılmışdır ki, həmin saytdakı yazıları yığışdırmaq üçün zərərçəkmiş şəxsdən 100 manat almışdır. İkinci epizoda gəldikdə isə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona digər xəbər saytlarında da həmin yazıları özünün yazdırdığını, 2000 manat müqabilində həmin yazıları sildirəcəyini və yenidən yazılmamasının qarşısını alacağını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 ifadələrində həqiqətən də Təqsirləndirilən şəxs onlardan Zərərçəkmiş şəxs barəsində olan yazıların silinməsini xahiş etdiyini bildirmişlər. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan yazışmalar da bu halları bir daha təsdiq edir ki, belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla tamamilə razılaşaraq müdafiə tərəfinin sonuncu barəsində bəraət hökmünün çıxarılmasına dair dəlilləri ilə razılaşa bilmir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində oğlunun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 182.2.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-in 59-cu maddəsinə əsasəsn Təqsirləndirilən şəxs oğlunun yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə təyin edilməli olan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 300 AZN (üç yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 19 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 300 AZN (üç yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən əldə edilmiş bir ədəd DVD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov