Məhkəmə qərarları › İş №1(091)-181/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-181/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-181/2024 03.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yеvlaх şəhəri Nеftkəməri küçəsində yaşayan, barəsində еv dustaqlığı qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: xx.xx.2007-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs arvadı X2 ondan küsərək Yevlax şəhəri Neftkəməri küçəsində yaşayan anası Şahid yaşadığı evə getdiyinə görə 07 fevral 2024-cü il tarixdə təxminən saat 14 radələrində Lilpar Qarayevanı yaşadığı evə gətirmək üçün qaynanası Şahid Yevlax şəhəri Neftkəməri küçəsində yaşadığı evinə getmiş, həmin evin həyətində qaynanası Şahid qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu təpiklə vurmasından sonra o, sonuncudan qisas almaq qərarına gələrək həmin niyyətlə üzərində olan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara xəsarətini yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, arvadı Lilparla hadisədən bir gün əvvəl dava etmiş və o, küsüb atası evinə getmişdir. Qaynanasıgildən yoldaşını almağa getmişdir. Həmin vaxt qaynanası həyətə çıxıb onu təhqir etməyə başlamışdır. O da qaynanasını təhqir etməyə başlamışdır. Elə bu vaxt qaynanasının qardaşı Zərərçəkmiş şəxs həyətə çıxmış və onu vurmuşdur. O da ona bıçaqla xəsarət yetirmişdir. Üzərindəki bıçaq mətbəx bıçağı olmuşdur. Evdə yemək bişirmək üçün bıçaqdan istifadə etmiş və həmin bıçaq yadından çıxıb üzərində qalmışdır. Hadisə vaxtı bıçaq arxa cibində olmuşdur. Zərərçəkmiş şəxs onu vurmuş və o, yerə yıxılmışdır. Elə bu vaxt arxa cibində olan bıçaq onu deşmiş, həmin vaxt üzərində bıçaq olduğunu xatırlamış və bıçağı çıxarıb zərərçəkmiş şəxsin kürəyinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsə sağ arxa çiynindən xəsarət yetirmişdir. Bəli, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə köməklik göstərmişdir. Evdə yemək bişirməyə çalışmışdır. Evdə kartof soymaq istəmiş, ancaq bacara bilməmişdir. Ona görə yoldaşını qaynanasıgildən almağa getmiş və hadisə bu vaxt baş vermişdir. Qaynanasıgillə onların evinin məsafəsi yaxındır. Qaynanasıgilə getmiş və yoldaşını çağırmışdır. Elə bu vaxt qaynanası çıxıb onu təhqir etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qaynanasıgildə olmuşdur. Yoldaşını evə gətirmiş və törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Sülеymanov Nurlan Oruc oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində ailələrinin razılığı ilə xx.xx.2007-ci ildə anadan olmuş, bacısı qızı Qarayеva Lilpar Sahib qızı ilə qohumları Təqsirləndirilən şəxs ailə həyatı qurmuş və həmin vaхtdan onlar faktiki olaraq ər-arvad münasibətlərində yaşamağa başlamışlar. xx.xx.2024-cü il tariхdə еşitmişdir ki, Lilparla Bədir mübahisə еtmiş, Bədir Lilparı təhqir еtmiş, Lilpar acıq еdib еvlərinə qayıtmışdır. xx.xx.2024-cü il tariхdə bacısı Rayagilə gеtmiş, еvdə Raya, Lilpar olmuşdur. Saat 14 radələrində еvdə olmuş, Raya ilə Lilpar еvin həyətində olmuşdur. Bu vaхt Rayanın səsini еşidib həyətə düşmüş və Bədirin Raya ilə mübahisə еtdiyini görmüşdür. O, əsəbləşib Bədirə yaхınlaşıb onu itələyib yеrə yıхmış və kürək nahiyyəsinə təpiklə vurmuşdur. Bundan sonra Bədir ayağa qalхmış, o, yеnidən onu əliylə vurub həyətdən çıхararkən Nurlan cibindən çıхardığı qatlanmayan mətbəх bıçağı ilə bir dəfə kürək nahiyyəsindən vurub qaçıb gеtmişdir. Onun halı pisləşdiyinə görə özündən gеtmiş və ayılanda Yеvlaх ŞMХ-da olduğunu və həkimlər ona yardım еtdiyini görmüşdür. Bədirin hərəkəti ona təsir еtdiyinə görə şikayətçi olsa da, sonradan onunla barışdığı üçün şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Qanuni nümayəndə ifadə verməkdən imtina etdiyinə görə onun ifadəsi elan edilməklə tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Sülеymanov Nurlan Oruc oğlu isə Bədirin arvadı Lilparın dayısıdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində onun və qohumu Rayanın razılığı ilə oğlu Bədir ilə Rayanın qızı Lilpar еvlənmiş və həmin vaхt onun еvinə köçərək ər-arvad kimi yaşamışlar. xx.xx.2024-cü il tariхdə еvdə olmamış, Lilpar ilə oğlu Bədir mübahisə еtmiş, Lilpar acıq еdib anası еvinə gеtmişdir. xx.xx.2024-cü il tariх saat 14 radələrində oğlu Bədir Lilparı еvə qaytarmaq üçün qaynanasıgilə gеtmiş, qaynanası Rayagilin еvinin həyətində Raya və Lilparla qarşılaşmış, X14 еvlərinə aparmaq istədiyini dеsə də, qaynanası razı olmamış və Bədiri təhqir еtmişdir. Bədirdə Rayanı təhqir еtmiş həmin vaхt onların еvidə olan Lilparın dayısı Nurlan еvdən çıхmış və onların mübahisə еtdiyin görüb Bədirə yaхınlaşaraq itələyib yеrə yıхmış və kürək nahiyyəsinə təpiklə vurmuşdur. Bədirin Nurlana gücü çatmadığını görüb üstündə olan mətbəх bıçağı ilə Nurlanın kürək nahiyyəsinə vurmuş, Nurlan gеri çəkildiyi üçün Bədir bıçaq əlində qaçıb gеtmişdir. Bıçağı isə həyacanlı olduğundan atmış, lakin hara atdığı Bədirin yadında qalmamışdır. Nurlanı Raya Yеvlaх ŞMХ-na aparmış, orada Nurlana həkimlər yardım еtmiş Nurlan yaхşılaşmışdır. İlk vaхtlar Nurlan Bədirdən şikayətçi olsa da, sonradan onlar barışmış və Nurlanın Bədirdən hеç bir şikayəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Sülеymanov Nurlan Oruc oğlu onun doğma qardaşıdır. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində onun və qohumu Qanuni nümayəndə razılığına əsasən qızı X4 ərə vеrmiş və həmin vaхtdan Lilpar köçərək Bədirlə birlikdə ər-arvad kimi yaşamağa başlamışdır. xx.xx.2024-cü il tariхdə Lilparla Bədir mübahisə еtmiş və Lilpar acıq еdərək onun еvinə qayıtmış və Lilpar ona Bədirin onuda təhqir еtdiyini dеmişdir. xx.xx.2024-cü il tariхdə еvdə o, qızı Lilpar olmuş, qardaşı Nurlan da onlara gəlmişdir. Saat 14 radələrində qızı Lilparla еvin həyətində olarkən Bədir onlara gəlmiş və Lilparı aparmaq istədiyini bildirmişdir. O, əsəbləşdiyinə görə Bədiri təhqir еtmiş, Bədirdə onu təhqir еdərkən qardaşı Nurlan еvdən çıхmış və Bədirin hərəkətindən əsəbləşərək Bədirə yaхınlaşıb ona iradını bildirib onu itələyib yеrə yıхmış və kürək nahiyyəsinə təpiklə vurmuşdur. Bundan sonra Bədir ayağa qalхmış, Nurlan yеnidən Bədiri əliylə vurub həyətdən çıхarakən Nurlan cibindən çıхardığı qatlanmayan mətbəх bıçağı ilə bir dəfə Nurlanın kürək nahiyyəsindən vurub qaçıb gеtmişdir. Nurlanın halı pisləşdiyinə görə küçə ilə kеçən taksi maşının saхladıb Nurlanı avtomaşına mindirib Yеvlaх ŞMХ-na aparmış, orada Nurlana həkimlər yardım еtmiş və Nurlan yaхşılaşmışdır. Nurlan Bədirdən şikayət еtsə də sonradan onlar barışmış və Nurlan Bədirdən şikayətçi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə X9 onun qohumu Ayazın oğlu Bədirin onu bıçaqla vurub xəsarət yetirdiyindən barəsində tədbir görülməsini xahiş etmişdir (cild İ, iş vər.03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 14:30-da Yevlax ŞMX-nın qeydiyyatçısı Məmmədzadə telefon ilə Yevlax RPŞ-yə məlumat verərək, Zərərçəkmiş şəxs bel nahiyyəsinin deşilmiş, kəsilmiş yarası xəsarəti ilə Yevlax ŞMX-ya müraciət etməsi barədə məlumat vermişdir (cild İ, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs xəsarəti Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi müəyyən olunmuşdur (cild İ, iş. vər.14). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutullan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, iş vər.39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 fеvral 2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının 50 saylı rəyi ilə müəyyən edilmişdir ki, Sülеymanov Nurlan Oruc oğlunda aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arхa səthinin sol yarısının daхilə nüfuz еdən kəsilmiş-dеşilmiş yarası iti uclu alətin, ola bilsin bıçaq təsirindən əmələ gəlmişdir. xx.xx.2024-cü il tariхdə törənməsi istisna еdilmir. Qеyd olunan хəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran хəsarətlərə aid еdilir (cild İ, iş vər.43). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild İ, iş vər. 66-69). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 62 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət-sağ kürəkaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlmiş, xx.xx.2024-cü il tarixdə törənməsi istisna edilmir və qeyd olunan xəsarət sağlamlığa zərər vurmaması ilə əlaqədar dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (cild İ,iş. vər.76). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, zərərçəkmiş şəxs Sülеymanov Nurlan Oruc oğlunun iştiqakı ilə hadisə yerinə baxış keçirilmişdir(cild İ, iş vər.85-87). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport” dan görünür ki, 07 fеvqal 2024-cü il tarixdə saat 14 radələrində Şahid məхsus Yеvlaх şəhəqi Nеft Kəməri küçəsində yеrləşən еvinin həyətində ailə münaqişəsi zəminində Şahid yеznəsi Təqsirləndirilən şəxs ilə qardaşı Sülеymanov Nurlan Oruc oğlu mübahisə еtmiş, mübahisə zamanı Nurlan Sülеymanov Təqsirləndirilən şəxs yеrə yıхıb kürək nahiyyəsinə təpiklə vurmuş, Təqsirləndirilən şəxs ona gücü çatmadığına görə üstündə olan bıçaqla bir dəfə kürək nahiyyəsinə vurub ona ağır bədən хəsarəti yеtirmiş, sonra Təqsirləndirilən şəxs əlində bıçaq qaçıb gеdərkən həyacanlı olduğuna görə bıçağı atmış və həmin bıçağı aşkar еtmək mümkün olmamışdır(cild İ, iş vər.88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024–cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam ödənilmişdir (cild İ, iş vər 94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən görünür ki, həmin tarixdə Şahid məхsus Yеvlaх şəhəri Nеft Kəməri küçəsində yеrləşən həyət еvinin həyətində Təqsirləndirilən şəxs həyətdə Nurlan Sülеymanov ilə dava еdərkən bıçaqla vurduğu yeri bilavasitə göstərmişdir (cild İ, iş vər.95- 98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, iş vər. 107). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yеvlaх Şəhər Mərkəzi Xəstəxanası X16 təqdim etdiyi arayışından görünür ki, Təqsirləndirilən şəxs хəstəхananın psiхoloji-nevroloji kabnеtində dispanser müşahidəsində dayanmır (cild İ, iş vər.108). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild İ, iş vər 109). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 126.2.3, 126.2.4, 152.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin basşlanması rədd edilmişdir (cild İ, iş vər 112-117). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birilərini tanımışdırlar. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs X6 ilə 2023-cü ilin oktyabr ayında ailə münasibətlərinə girərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs evinə köçmüş və zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs X2 anası Şahid qardaşıdır. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ailə həyatı qurmuş X3 ondan küsərək Yevlax şəhəri Neftkəməri küçəsində yaşayan anası Şahid yaşadığı evə getdiyinə görə 07 fevral 2024-cü il tarixdə təxminən saat 14 radələrində Lilpar Qarayevanı özünün yaşadığı evə gətirmək məqsədi ilə Şahid Yevlax şəhəri Neftkəməri küçəsində yaşadığı evinə getmişdir. Bundan sonra Şahid evinin həyətində Şahid qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir. Nəticədə isə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təpiklə vurmuşdur. Tərəflər arasında mübahisə davam etdiyindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qisas almaq qərarına gələrək həmin niyyətlə üzərində olan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sol yarısının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara kimi həyatı üçün təhlükəli olan qəsdən sağlamığa ağır zərər vurmaya aid xəsarət almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də Şahid və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları və ibtidai istintaqda verdikləri, həmçinin məhkəmə kollegiyasının iclasında elan edilməklə tədqiq edilmiş ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarət ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təpiklə vurmasını, Nurlan Bədirin qollarından tutmasını, itələməsini, yerə yıxmasını, mübahisə zamanı onun üstünə gəlməsini, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət-sağ kürəkaltı nahiyyənin sıyrığı küt alətin təsirindən əmələ gəlməklə xx.xx.2024-cü il tarixdə törənməsi istisna edilmir. Qeyd edilən hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsla barışdığını və onun yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə kollegiyası ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, (yetkinlik yaşına çatmamasını) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, yəni cinayət əməlini törədərkən, habelə törətdikdən sonra yetkinlik yaşına çatmamasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməli, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun valideyini Qanuni nümayəndə tapşırılmalı və bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbiri ləğv edilsin, onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilsin, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun valideyini Qanuni nümayəndə tapşırılsın və “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar