Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-181/2025 12.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onunibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Quliyev Şahlar Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi 23 aprel 2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona görə CM-in 234.4.3-cü maddəsilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni 2,246 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, həmin metamfetaminin xeyli miqdarda, yəni 1,415 qramını xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şəki şəhərində yerləşən 8 saylı orta məktəbin arxa tərəfindəki küçədə tanışı Şahid1 qırx manata qanunsuz olaraq satmış, Şahid1 qırx manata aldığı həmin xeyli miqdarda, yəni 1,415 qram çəkidə metamfetaminin az miqdarda olan 0,033 qramını xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Şəki şəhərində tanışı Şahid2 qırx manata qanunsuz olaraq satmış, 22 noyabr 2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin və Narkotiklərlə mübarizə qrupunun (bundan sonra Şəki ŞRPŞ-nın CAB və ya NMQ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid2 xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq, həmin tarixdə, saat 16:41 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərindən qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı həmin bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olan, az miqdarda, 0,033 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəki ŞRPŞ-nın CAB və NMQ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı zamanı Şahid1 xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq, həmin tarixdə, saat 22:11 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1,382 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəki ŞRPŞ-nın CAB və NMQ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq, həmin tarixdə, saat 02:47 dəqiqədən etibarən üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd şəffaf rəgli sellofan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,831 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətilə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında çıxış edərən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına təyin olunmasını və təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, əvvəlki məhkəmə iclasında ibtidai istintaq müddətinin uzadılmaması ilə bağlı məsələni aydınlaşdırmaq üçün dövlət ittihamçısı vaxt istəmiş və məhkəmə iclası təxirə salınmışdır. Hal-hazırda dövlət ittihamçısı həmin məsələyə açıqlama gətirmədən məhkəmə baxışının təyin edilməsi xahiş etmişdir. Pozuntu baş verdiyi halda məhkəmə baxışının təyin edilməsi prosessual baxımdan yolverilməzdir. Buna görə də məhkəmədən CPM-in 303-cü maddəsinin tələblərini nəzərə alaraq, qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışını müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr keçirib, cinayət prosesi tərəflərini dinləyib və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 10-cu (Qanunçuluq) maddəsində təsbit edilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmçinin, CPM-in tələblərinə əsasən, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: -sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; -şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: -haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; -hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin (mad. 48.1-48.2.2). İbtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər istisna olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır (mad. 217.1). Cinayət işi üzrə ibtidai istintaq ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci dörd ay keçdikdən sonra başa çatmalıdır (mad. 218.2.3). İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir (mad. 218.3). İbtidai istintaq müddətinə həmçinin bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə ibtidai istintaqın dayandırıldığı müddət daxil edilmir (mad. 218.5). Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən ağır cinayətlər üzrə üç aydan çox olmayan müddətə uzadıla bilər (mad. 218.6.3.). Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.6-cı maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən ağır cinayətlər üzrə üç aydan çox olmayan müddətə aşağıdakı qaydada uzadıla bilər (mad. 218.7.3.). Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.7-ci maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ağır cinayətlər üzrə üç aydan çox olmayan müddətə uzadıla bilər (mad. 218.8.3.). Bu Məcəllənin 218.3—218.9-cu maddələrinin müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda ağır cinayətin törədilməsində ittiham üzrə on üç aydan çox olmayan müddətdə qurtarmalıdır (mad. 218.10.3). Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə cinayət açılanadək bir neçə dəfə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən uzadıla bilər. Cinayət açıldıqdan sonra iş üzrə ibtidai istintaq müddətləri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə yalnız bir dəfə uzadıla bilər. Cinayətin törədilməsində iştirakı müəyyən olunmuş şəxsin obyektiv səbəblərə görə cinayət məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında həmin şəxsə qarşı ittiham irəli sürülənədək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə uzadıla bilər (mad. 218.11). Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi üzrə bu Məcəllənin 218.10 və ya 218.11-ci maddələrində göstərilən ibtidai istintaq müddətləri qurtardıqda, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iş üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə bir dəfə uzadıla bilər (mad. 218.12). İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir (mad. 290.1). İstinad olunan prossesual hüquq normaları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair 10 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müddət zaman kəsiyi olmaqla fərdin, şəxsiyyətin, ümumiyyətlə bəşər cəmiyyətinin daim gözlədiyi, riayət etdiyi, qoruduğu və əksər hallarda onun gəlib çatmasını arzu etdiyi qeyri-maddi varlıqdır. Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. CPM-in 48-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanılmalı və qurtarmalıdır ki, sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Prosessual müddətlərin əhəmiyyəti özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin cinayət prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl və fasiləsizliyinin təmin olunmasında da göstərir. Qeyd olunmalıdır ki, cinayət prosesinin məhkəməyədək və məhkəmə icraatı mərhələlərinə bölünməsi CPM-də nəzərdə tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə səbəb olmuşdur. Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək icraat mərhələsində konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi prosessual müddətləri ehtiva edir. Məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönələn və cinayət təqibi üzrə icraatın səmərəli aparılmasına xidmət edən müddətlərə aşağıdakılar daxildir: törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatlara baxılması müddətləri (CPM-in 207-ci maddəsi); ibtidai araşdırmanın müddətləri (CPM-in 218-ci maddəsi); cinayət təqibini həyata keçirən orqanların vəsatətlərə və şikayətlərə baxılması müddətləri (CPM-in 122, 220, 287-ci maddələri); cinayət işinin materialları ilə tanış olma vaxtı (CPM-in 284.3-cü maddəsi); prokuror tərəfindən ittiham aktına baxılması və işin məhkəməyə göndərilməsi müddətləri (CPM-in 290, 292-ci maddələri). Bundan əlavə, qanunçuluq və hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prossesual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilsin, əks halda qanunun tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi olmayacaq. Qanunçuluq prinsipinin mahiyyətini açan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli qərarında isə qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquq tətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.1-ci maddəsinin həmin Məcəllənin 207.5, 215.7 və 216.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2 dekabr 2024cü il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin ayrılmaz tərkib hissəsi olmaqla hüquqi münasibətlərə stabillik gətirir, həmin münasibətlərin iştirakçıları üçün aydın hüquqi əsaslar yaradır. Məhz həmin prinsip əsasında qurulan hüquq normaları, o cümlədən prosessual qaydalar hər-hansı hərəkətləri öncədən planlaşdırmağa və müəyyən etməyə imkan verir. Oxşar mövqe Avropa Məhkəməsinin X1rşı iş üzrə 1979-cu il 26 aprel tarixli qərarında ifadə edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanılması haqqında 23 noyabr 2025-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 0,831 qram psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq, üzərində saxlamış və Şəki ŞRPŞ-nın CAB və NMQ-nın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 noyabr 2024-cü il tarixdə, saat 02:47-dən etibarən Şəki şəhəri, S.Mümtaz küçəsində saxlanılaraq, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman həmin metamfetaminin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə 1,415 qram çəkidə metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış və həmin metamfetamini xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şəki şəhərində yerləşən tanışı Şahid1 40 manata qanunsuz olaraq satmışdır. Həmçinin, Şahid1 tanışı Təqsirləndirilən şəxs aldığı 1,415 qram metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddənin 0,033 qramını tanışı Şahid2 satmış, 22 noyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın CAB və NMQ-nın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 16:41-də Şəki şəhəri, S.Mümtaz küçəsində saxlanılaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərindən təmiz çəkisi 0,033 qram metamfetaminin aşkar edilərək götürülmüşdür. Şahid1 özü istifadə etmək məqsədilə üzərində saxladığı 1,382 qram metamfetamini üzərində saxlayıb, gəzdirmiş, 22 noyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın CAB və NMQnın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 22:11-də Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman həmin metamfetamin aşkar edilərək götürülmüş və həmin faktlar üzrə 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Şahid1 CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işindən 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata götürülüb, ibtidai istintaqı aparılmışdır. 23 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddələri ilə ona ittiham elan olunmuş, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2024-cü il tarixli qərarı ilə əvvəli 23 noyabr 2025-ci il tarixdən hesablanmaqla, barəsində 23 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunaraq, ibtidai istintaq həmin maddə ilə davam etdirilmişdir. Şəki Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay 7 gün müddətə, yəni 30 aprel 2025-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs məxsus bank hesabından müvafiq nömrəli kart vasitəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aparılmış əməliyyatlara dair hesabdan çıxarış "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli RB02/951 nömrəli məktubu ilə istintaqa təqdim edilmişdir. 14 aprel 2025-ci il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş, 15 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-ca maddəsilə yenidən ittiham elan edilərək, təqsirləndirilən şəxs qismində dindirilmiş, 16 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış edilmiş, 21 aprel 2025-ci ildə müstəntiq ittiham aktını tərtib edərək, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim etmiş və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuror 22 aprel 2025-ci ildə ittiham aktını təsdiq edərək, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxs barədə CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması haqqında 30 yanvar 2025-ci il tarixli qərarda qeyd olunmuşdur ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi 0,831 qram psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması, Şəki Şəhər-Rayon Polis Şöbəsinin (bundan sonra Şəki ŞRPŞ) CAB-ın və NMQ-nın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 noyabr 2024-cü il tarixdə, saat 02:47-dən etibarən Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə olan metamfetaminin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi, bundan başqa Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə 1,415 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlaması, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Şəki şəhərində yerləşən tanışı Şahid1 40 manata qanunsuz olaraq satması, bundan başqa Şahid1 tanışı Təqsirləndirilən şəxs aldığı 1,415 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlaması, həmin psixotrop maddənin 0,033 qramını tanışı Şahid2 satması, 22 noyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın CAB-ın və NMQ-nın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 16:41-də Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman üzərindən təmiz çəkisi 0,033 qram olan psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi, həmçinin Şahid1 özü istifadə etmək məqsədilə üzərində saxladığı 1,382 qram psixotrop maddə olan metamfetamini üzərində saxlayıb gəzdirəməsi, 22 noyabr 2024-cü il tarixdə Şəki ŞRPŞ-nın CAB-ın və NMQ-nın əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, saat 22:11-də Şəki şəhəri, Salman Mümtaz küçəsində saxlanılaraq, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi faktı və həmin fakt üzrə toplanmış materiallar olmuşdur.. ..Cinayət işinin materiallarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs hər biri müstəqil olaraq cinayət əməlini törətmişlər. Şahid1 psixotrop maddə lazım olduğu üçün tanışı Təqsirləndirilən şəxs müracəit etmiş və sonuncudan lazım olan psixotrop maddəni alıb əldə etmişdir. Belə ki, onlar qeyd olunan cinayət əməllərini törədən zaman qabaqcadan əlbir olmamış və bu məqsədlə cinayət əlaqəsinə girməmişlər. Həmçinin, plenum qərarının digər bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə) eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Odur ki, Şahid1 və Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarından X2 CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq, ayrıca icraatda ibtidai istintaqı davam etdirilməlidir. Bu səbəbdən, Şahid1 barəsində olan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-in 194.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraatıma qəbul edilib ayrıca icraatda ibtidai istintaqı aparılmalı, hazırkı cinayət işi CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmalı, ibtidai istintaq həmin maddə ilə davam etdirilməli, Təqsirləndirilən şəxs aid hissədə sənədlərin əsli, digər şəxslər barəsində olan sənədlərin surətləri çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilməlidir. ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barədə ********* nömrəli cinayət işinin ayrılması cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr yaratmır. CPM-in 49.2-ci maddəsində qeyd olunmuşdur ki, müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Həmçinin, CPM-in 50.1-ci maddəsinə əsasən, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Əvvəlcə qeyd olunmalıdır ki, qərarda ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barədə CM-in 194.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması göstərilməklə səhvə yol verilmişdir. Digər tərəfdən, qərarda CPM-in 49.2 və 50.1-ci maddələrinə istinad edilsə də, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barədə ********* nömrəli cinayət işinin ayrılmasının konkret əsası göstərilməmişdir. Halbuki, həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır: 211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə; 211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda; 211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda; 211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə); 211.2.5. qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda; 211.2.6. cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda. 211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. 211.4. Başqa cinayət işinin ayrılması haqqında qərarda aşağıdakılar göstərilməlidir: 211.4.1. cinayət işinin ayrılması üçün əsaslar; 211.4.2. cinayət işinin ayrılması üçün səbəb olmuş epizodlar və şəxslər; 211.4.3. cinayət işinin ayrılmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi; 211.4.4. cinayət işinin sonrakı ibtidai istintaqının aparılması və öz icraatına qəbul edilməsi haqqında qərar. Cinayət işinin ayrılması haqqında qərarın qanuni və əsaslı olmaması qənaətinə gələn məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 211.2.1 - 211.2.6-cı maddələrində göstərilmiş bütün hallarda cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması yalnız bir şərtlə həyata keçirilə bilər ki, bu, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmasın. CPM-in 211.2-ci maddəsində göstərilmiş əsaslardan biri və bir neçəsi mövcud olsa da, bu, cinayət işi üzrə bütün halların hərtərəfli, tam və vaxtında aparılmasına mane olduqda başqa cinayət işinin ayrılmasına yol verilmir. Cinayətin əlamətlərinin aşkar edildiyi bütün hallarda cinayət işinin başlanılması haqqında qərar çıxarılmadan ibtidai araşdırmanın aparılması cinayət prossesual qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir. Cinayət işinin materiallarından başqa cinayət işi ayrıldıqda iki halda cinayət işinin başlanması haqqında qərar çıxarılmalıdır: a) barəsində ilkin cinayət işinin başlanmadığı yeni cinayət haqqında cinayət işi ayrıca icraata ayrıldıqda, b) konkret şəxs barəsində ilkin cinayət işinin başlanması haqqında qərarda göstərilməyən şəxslər barəsində cinayət işi ayrıca icraata ayrıldıqda. Məsələn, konkret şəxs barəsində cinayət işi başlanmışdırsa, sonradan ibtidai araşdırmanın gedişində həmin cinayətin yeni iştirakçıları aşkar edilərsə, həmin şəxslər barəsində cinayət işinin başlanması haqqında yeni qərar çıxarılmalıdır. Artıq istintaq olunan cinayət işi üzrə yeni cinayət haqqında məlumatların müəyyən edilməsi və ilkin cinayət işinin başlanması haqqında qərarda göstərilməyən konkret şəxslərin aşkar edilməsi mövcud cinayət işinin materiallarından başqa cinayət işinin ayrılmasını tələb etdiyi kimi, yeni aşkar edilmiş faktlar üzrə də cinayət işinin başlanılmasını tələb edir. Belə olan halda cinayət işinin materiallarından ayrılmış cinayət işi üzrə ibtidai istintaq müddətlərinin axımı aşağıdakı vaxtdan başlanır: a) əgər ayrılan cinayət işi ibtidai istintaq zamanı müəyyən edilən yeni şəxslər, yaxud yeni cinayətlər barəsində deyilsə, ilkin cinayət işinin başlandığı vaxtdan, b) əgər cinayət işi ibtidai istintaq zamanı müəyyən edilən yeni şəxslər, yaxud cinayətlər barəsində ayrılırsa (bu halda ayrılan cinayət işi üzrə cinayət işinin başlanması haqqında qərar çıxarılır), ayrılan cinayət işi üzrə cinayət işinin başlanması haqqında qərar çıxarıldığı vaxtdan. İstinad edilən prosessual hüquq normaları, eləcə də Konstitusiya Məhkəməsinin qərarları birmənalı olaraq onu tələb edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktının təsdiq edilməsi və işin məhkəməyə göndərilməsi yalnız cinayət işi üzrə istintaq müddətində həyata keçirilməlidir. Başlanmış cinayət işindən qanunvericiliklə nəzərdə tutulmayan əsaslarla yeni cinayət işinin ayrılması CPM-in 218.3-cü maddəsində nəzərdə tutulan müddətin uzanması kimi şərh oluna bilməz. Əks halda CPM-in 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud prosessual pozuntu baş verəcəkdir. Bu ondan irəli gəlir ki, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab olunur və cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas yaradır. CPM-in 289-cu maddəsində ittiham aktının tərtib edilməsindən, onun tərtibatının formasından, ittiham aktının giriş, təsviri əsaslandırıcı və nəticə hissələrində hansı mühüm məlumatların göstərilməsindən bəhs olunsa da, cinayət işinin yekun sənədi və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən bu mühüm təqsirləndirici prosessual aktın CPM-in bununla bağlı digər normalarının tələblərini aşkar şəkildə pozmaqla təsdiq edilməsi ayrılıqda pozuntu kimi götürülə bilməz və bu pozuntu bütövlükdə cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmayan ittiham aktı kimi qiymətləndirilməlidir. Belə olan halda cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CPM-in 303.3.6-cı maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab edildiyindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 may 2025-ci il tarixdə bitir. CPM-in 306-cı maddəsindən isə görünür ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilənşəxs barədə seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəki Rayon Məhkəməsinin 24 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 20 may 2025-ci il tarixə qədər uzadılmışdır. Cinayət işi 23 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. CPM-in 159.7-ci və 159.7.3-cü maddələrinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq ağır cinayətlər üzrə 10 aydan artıq ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin azadlıqda qalarsa istintaqdan yayınma riski və şahidlərə təsir göstərə bilmə ehtimalları nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay, yəni 20 iyun 2025-ci il tarixə kimi uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299-301 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair (istintaq nömrəsi 2********) cinayət işinə baxılmasına xitamverilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 iyun 2025-ci il tarixə kimi uzadılsın. Kobud prosessual pozuntuya yol vermiş Şəki ŞRPŞ-nın müstəntiqi, polis polkovnikleytenantı X6 barədə xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin icrası X4 həvalə edilsin. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-181/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-181/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver