Məhkəmə qərarları › İş №1(091)-182/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-182/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-182/2023 20.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ucar şəhərində doğulmuş, evli və himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 oktyabr 2021-ci ildə cəzası başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri, xx.xx.1961-ci il tarixdə Ucar rayonu Alpout kəndində doğulmuş, evli və himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla Ucar şəhəri H.Əliyev prospekti 100 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – təmiz çəkisi 858,41 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin qurudulmuş marixuananın 338,25 qramını 01 aprel 2022-ci il tarixdə Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan qohumu Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı həyətin giriş qapısında 100 qramı 900 manata razılaşmaqla satmış, özündə qalan külli miqdarda - eyni tərkibə malik 520,16 qram qurudulmuş marixuananın isə təmiz çəkisi – 0,16 qramını 1 ədəd şəffaf rəngli sellofan bükümdə idarə etdiyi ağ rəngli “Vaz 21-011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində, 520 qramını isə yaşadığı həyətyanı sahəsində 1 ədəd şəffaf rəngli sellofan torbada, həmçinin istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı evin qonaq otağında yerləşən qab-qacaq şkafındakı çaynikin içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, həmçinin istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – təmiz çəkisi 0,03 qram narkotik vasitə olan metadonu əldə edib konvalyut kəsiyində idarə etdiyi ağ rəngli “Vaz 21-011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda sadalanan cinayət xarakterli predmetlər – Təqsirləndirilən şəxs2 aldığı 338,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 270 qramı sonuncunun yaşadığı evin hamamındakı soyunma otağında ağ rəngli soyuducunun alt kamerasında 1 ədəd şəffaf rəngli sellofan torbada, qalan 68,25 qramı isə yaşadığı evin dəhlizində yerdə karton qutudakı 1 ədəd sellofan torbanın içərisində 0,21 qramı açıq vəziyyətdə və ayrıayrılıqda təmiz çəkiləri 4,37 qram, 4,25 qram, 4,68 qram, 4,56 qram, 4,20 qram, 4,36 qram, 4,67 qram, 4,21 qram, 5,18 qram, 4,10 qram, 4,98 qram, 4,86 qram, 4,85 qram, 4,41 qram və 4,36 qram olan - 15 ədəd kibrit qutusunda, özündə qalan külli miqdarda eyni tərkibə malik 520,16 qram qurudulmuş marixuananın isə təmiz çəkisi – 0,16 qramı 1 ədəd şəffaf rəngli sellofan bükümdə idarə etdiyi ağ rəngli “Vaz 21-011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində, 520 qramı isə yaşadığı həyətyanı sahəsində 1 ədəd şəffaf rəngli sellofan torbada, təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin yaşadığı evin qonaq otağında yerləşən qab-qacaq şkafındakı çaynikin içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,03 qram narkotik vasitə olan metadon konvalyut kəsiyində idarə etdiyi ağ rəngli “Vaz 21-011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab edilən qısa tiyəli xəncəri qanunsuz olaraq əldə edib, idarə etdiyi ağ rəngli “Vaz 21- 011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının interyer panelində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını üzərində saxlamaqla gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi həmin avtomobillə Ucar şəhəri Heydər Əliyev prospektində saxlanılaraq Ucar rayon Polis Şöbəsinə gətirilib keçirilmiş baxış zamanı soyuq silah hesab edilən qısa tiyəli xəncər avtomobilin interyer panelindən, həmçinin keçirilmiş şəxsi axtarış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı əynində olan göy rəngli idman şalvarının belindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxladığı xeyli miqdarda, yəni 4 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu 2021-ci ilin aprel-may aylarında dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində Ucar rayonu Alpout kəndində yerləşən çöl sahəsində 4 ədəd plastik materialdan olan dibçəyə səpib qanunsuz əkərək keçən müddət ərzində sulayıb şitillərin diblərini alaq otlarından təmizləməklə və sair üsullarla aqrotexniki qaydada qulluq edib kultivasiya edərək yetişdirdiyi 4 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisini 2021-ci ilin sentyabr ayında dəqiq tarixi yadında qalmayan günlərin birində köklü halda çıxarıb yaşadığı evin həyətyanı sahəsində ağacların arasında qurudaraq eyni tərkibli bitkilərin ümumi təmiz çəkisi 13,71 qram olan budaq və saplaqlarını yaşadığı evin yataq otağında ütü stolunun altında 1 ədəd şəffaf rəngli sellofan torbada, həmin çətənə bitkilərinin yararsız hissələrini yaşadığı evin həyətyanı sahəsində ocaqda yandırıb yararlı hissələrini isə kustar üsulla hazırlamaqla, külli miqdarda, yəni ümumi təmiz çəkisi – 525,78 qram eyni tərkibli qurudulmuş marixuananın təmiz çəkisi 520,00 qramını 1 ədəd qarışıq rəngli sellofan torbada yaşadığı həyətdəki yaşayış olmayan evinin hamamında, təmiz çəkisi 5,78 qramını isə 1 ədəd kibrit qutusunda əynində olan qış gödəkçəsinin sol üst yan cibində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda sadalanan cinayət xarakterli predmetlər - çəkisi 13,71 qram olan narkotik tərkibli bitkilərin budaq və saplaqları yaşadığı evin yataq otağında ütü stolunun altında 1 ədəd şəffaf rəngli sellofan torbada, ümumi təmiz çəkisi – 525,78 qram eyni tərkibli qurudulmuş marixuananın təmiz çəkisi 520,00 qramı 1 ədəd qarışıq rəngli sellofan torbada yaşadığı həyətdəki yaşayış olmayan evinin hamamında, təmiz çəkisi 5,78 qramı isə 1 ədəd kibrit qutusunda əynində olan qış gödəkçəsinin sol üst yan cibində aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən 01 aprel 2022-ci il tarixdə yaşadığı həyətin giriş qapısında tanışı Təqsirləndirilən şəxs1 100 qramı 900 manata razılaşmaqla satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda aldığı, ümumi təmiz çəkisi 338,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 270 qramını yaşadığı evin hamamındakı soyunma otağında ağ rəngli soyuducunun alt kamerasında 1 ədəd şəffaf rəngli sellofan torbada, qalan 68,25 qramını isə yaşadığı evin dəhlizində yerdə karton qutudakı 1 ədəd sellofan torbanın içərisində - 0,21 qramını açıq vəziyyətdə və ayrı-ayrılıqda təmiz çəkiləri 4,37 qram, 4,25 qram, 4,68 qram, 4,56 qram, 4,20 qram, 4,36 qram, 4,67 qram, 4,21 qram, 5,18 qram, 4,10 qram, 4,98 qram, 4,86 qram, 4,85 qram, 4,41 qram və 4,36 qram olan hissəsini isə 15 ədəd kibrit qutusunda satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda sadalanan cinayət xarakterli predmetlər - təmiz çəkisi 338,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 270 qramı yaşadığı evin hamamındakı soyunma otağında ağ rəngli soyuducunun alt kamerasında 1 ədəd şəffaf rəngli sellofan torbada, qalan 68,25 qramı isə yaşadığı evin dəhlizində yerdə karton qutudakı 1 ədəd sellofan torbanın içərisində - 0,21 qramını açıq vəziyyətdə və ayrıayrılıqda təmiz çəkiləri 4,37 qram, 4,25 qram, 4,68 qram, 4,56 qram, 4,20 qram, 4,36 qram, 4,67 qram, 4,21 qram, 5,18 qram, 4,10 qram, 4,98 qram, 4,86 qram, 4,85 qram, 4,41 qram və 4,36 qram olmaqla 15 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi – 0,728 qram kustar üsullla hazırlanmış narkotik vasitə olan heroini əldə edib onun 0,595 qramını 1 ədəd şəffaf rəngli sellofan bükümdə üzərində, qalan 0,133 qramını isə yaşadığı evin hamamının soyunma otağında divardan asılmış dəri gödəkçəsinin sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, bundan başqa, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi – 1,503 qram psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı həyətdəki yaşayış olmayan evinin hamam otağının qapısının arxasında-yerdə 1 ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda sadalanan cinayət xarakterli predmetlər ümumi təmiz çəkisi – 0,728 qram kustar üsullla hazırlanmış narkotik vasitə olan heroinin 0,595 qramı 1 ədəd şəffaf rəngli sellofan bükümdə üzərində, qalan 0,133 qramı yaşadığı evin hamamının soyunma otağında divardan asılmış dəri gödəkçəsinin sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, ümumi təmiz çəkisi – 1,503 qram psixotrop maddə olan metamfetamin yaşadığı həyətdəki yaşayış olmayan evinin hamam otağının qapısının arxasında yerdə 1 ədəd şəffaf rəngli sellofan bükümdə baxış və şəxsi axtarış zamanı, eləcə də yaşadığı evin yataq otağında paltar şkafının yuxarı hissəsində 1 ədəd qara rəngli dəri üzlükdə üzərində marixuana hissəcikləri olan işlək vəziyyətdə 1 ədəd elektron tərəzi baxış zamanı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 əvvəlki ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən (CM-in 228.4 və 234.1-ci maddələri ilə) təqsirli bilərək göstərmişdir ki, Heydər Əliyev prospektində polis əməkdaşları onları saxlayaraq öz maşınları ilə polis şöbəsinə gətirmişlər. Polislər sonradan onların üzərlərində şəxsi axtarış keçirmişlər. Polislər onun üzərindən narkotik vasitə deyil, yalnız 01 ədəd bıçaq aşkar etmişlər. Lakin ona məxsus avtomobilə baxış keçirilərkən 0,16 qram marixuana aşkar edilmişdir. Gecə vaxtlarında isə evinə və həyətyanı sahəsinə baxış keçirilmiş və həyətindən narkotik vasitə tapılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitəni aldığı şəxsin iranlı olub-olmadığını dəqiq bilmir. O, narkotik vasitəni İmişlidən almışdır. 5000 manat qarşılığında, özü istifadə edəcəyi qədər narkotik vasitə almışdır. Həmin şəxsdən qramla marixuana almışdır. O, narkotik vasitədən heç kimə verməmişdir. Onları saxlayanda özünü təqdim edən olmamışdır. Onları aprelin 6-sı tarixində saxlamışlar. Onları saxlayanda evlə əlaqə saxlamağa şərait yaratmamışlar. Onları saxlayan vaxt üzərlərində olan bütün əşyaları götürmüşlər. Maşınını polis şöbəsinə kimin gətirdiyi haqqında heç bir məlumatı yoxdur. Evə baxış keçirmək üçün ona sənəd gətirmişlər və həmin sənədə imza çəkmişdir. Evin sənədi atasına məxsus olmuşdur. Narkotik vasitə evdən deyil, həyətdəki çəlləkdən tapılmışdır. Özünün bıçaq kolleksiyası olduğundan həmin bıçaqları ona görə əldə etmişdir. Məhkəmə istintaqının yekununda isə təqsirləndirilən şəxs özünü yalnız avtomobildən aşkar olunan 0,16 qram çəkidə olan qurudulmuş marixuana ilə bağlı təqsirli bilərək barəsindən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 5 ildən çoxdur ki, tapdıqda narkotik vasitə olan marixuanadan bir neçə dəfə istifadə etmişdir. 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşamış, barəsində 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanı xx.xx.2021-ci ildə çəkib qurtarmışdır. Onun epilepsiya xəstəliyi var, ona görə də arabir tapdıqda yenə də marixuanadan istifadə etmişdir. Təxminən 2022-ci ilin fevral ayında dəqiq tarixi yadında qalmayan günlərin birində internetdə Nasir adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Nasirin yalnız adını bilmiş və sonuncunu şəxsən tanımamışdır. Bir dəfə videogörüntü ilə danışdığından Nasirin cavan oğlan olduğunu bilmiş, yaşadığı yeri bilməmiş və üz cizgiləri yadında qalmamışdır. İran vətəndaşı kimi tanımış olduğu Nasir adlı şəxsdən birinci dəfə qurudulmuş marixuananı internet vasitəsilə danışaraq almış, həmin vaxt şəxsi istifadəsi üçün 1 bağlama narkotik alaraq istifadə edib bitirmişdir. Sonra isə 30 mart 2022-ci il tarixdə Nasir adlı şəxslə internet vasitəsilə əlaqə saxlayaraq göndərdiyi kart hesabına 5000 və 4000 manat olmaqla cəmi 9000 manat pulu ödəniş edərək İmişli rayonuna gedib İranla sərhədə yaxın yerdən 4 bağlamada olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək Ucar rayonuna gətirmişdir. Belə ki, vatsap sosial şəbəkəsi vasitsilə danışan zaman Nasir narkotik vasitənin İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yol kənarında hazırda xatırlamadığı yerdəki daşın altına qoyulduğunu bildirmiş və vatsapda danışa-danışa gedib 4 ədəd şəffaf sellofan torbada olan həmin narkotik vasitəni taparaq idarə etdiyi Vaz 21011 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə Ucar şəhərinə daşıyaraq gətirmişdir. Həmin narkotik vasitənin şəxsi istifadəsi üçün çox olduğu görmüş, həm qalıb xarab olmaması, həm də verdiyi məbləğin çox olması səbəbi ilə narkotik vasitənin bir qismini satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin narkotik vasitənin 400 qramını bir ədəd şəffaf rəngli sellofan torbaya yığaraq ayırmış, qalan narkotik vasitəni isə çəkmədən başqa bir şəffaf sellofan torbaya yığaraq həmin sellofanı yaşadığı ünvanda həyətində mavi rəngli çəlləkdə gizlətmişdir. Tanımadığı şəxslərə etibar etmədiyi üçün əvvəlcədən tanışı, həmkəndlisi və qonşusu olan Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsini bildiyi, həmçinin ehtiyacı olduqda bir neçə dəfə istifadəsi üçün pay olaraq qurudulmuş marixuana verdiyi üçün sonuncuya həmin narkotik vasitəni almağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitənin əslində qiymətinin baha olmasını, lakin tanışlıqla 100 qramının 900 manat satmasını bildirmiş, ümumilikdə 3600 manata razılaşmış, lakin Təqsirləndirilən şəxs2 narkotik vasitənin pulunu 1 ay ərzində verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə həmin 1 ədəd sellofan torbadakı 400 qram narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 darvazasının qarşısında 3600 manata nisyə olaraq satmışdır. Bir neçə gün narkotik vasitə istifadə etməsə də, xx.xx.2022-ci il tarixdə narkotik vasitə istifadə etmək qərarına gəlmiş və çəlləkdə olan narkotik vasitədən az miqdarda götürüb 1 ədəd şəffaf sellofan kəsiyində bükərək avtomobilin qoltuqaltı hissəsində gizlətmişdir. 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində əvvəlcədən küçədə qarşılaşdığı Təqsirləndirilən şəxs2lə birlikdə baş etibarnamə əsasında idarə etdiyi Vaz 21011 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar şəhəri H.Əliyev prospektində hərəkət edərkən mağazadan alış-veriş etmək üçün maşını həmin prospektdə saxlamış, bu zaman mülki formada polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyib onları Ucar RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobildə Ucar RPŞ-nə getmiş, şöbənin həyətində polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirilməsinə başlanılmış, bu zaman avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə əvvəlcədən ərizə vermişdir. Baxış keçirilən zaman avtomobilində qanunla qadağan edilmiş əşya və ya predmet olub olmadığı soruşulmuş, həmin vaxt avtomobilində qoltuqaltı hissədə narkotik vasitə olan marixuana olduğunu deyib 1 ədəd şəffaf sellofanda olan həmin predmeti təqdim etmiş, sonra avtomobilə baxış keçirilməsinə davam edilmişdir. Baxış zamanı həmin qoltuqaltı hissədən narkotik vasitədə olan marixuanadan əlavə 1 ədəd metadon həbi, arxa şüşəsinin altından 01 ədəd beyzbol taxtası və saxlanc hissəsindən isə 1 ədəd xırda bıçaq aşkar edilmişdir. Həmin predmetlərdən ikisi, yəni 1 ədəd şəffaf sellofanda olan marixuana və 1 ədəd metadon həbi ayrı-ayrılıqda zərfdə qablaşdırılıb üzərinə möhür vurulmaqla götürülmüş, özü və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra RPŞ-nin NH-də onun üzərində müdafiəçi X14 iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub olmadığı soruşulmuş, bu zaman tünd rəngli cins şalvarının kəmərinə arxa hissədən bərkidilmiş 1 ədəd bıçağı təqdim etmişdir. Sonradan üzərində şəxsi axtarış keçirilməsinə davam edilmiş, lakin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bıçaq zərfdə qablaşdırılıb üzərinə möhür vurulmuş, həmin zərfin üzərinə özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca yaşadığı ünvana baxış keçiriləcəyi deyilmiş, yaşadığı ünvan 4rləşən evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermiş və müdafəçisi Tural Rəhimov və digər iştirakçılar ilə birlikdə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zaman yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuş, yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını desə də, baxış keçirilən zaman tutulmaqdan qorxduğu üçün həyətdə gizlətdiyi marixuananı təqdim etmək istəmişdir. Yaşadığı ünvana baxış keçirilən zaman həyətində mavi rəngli çəlləkdə gizlətdiyi 1 ədəd şəffaf sellofanda olan marixuana aşkar edilmiş, həmin marixuananın kimə məxsus olduğu soruşulduqda anası həyətdə olduğu üçün ilk öncə həmin kütlənin özünə məxsus olmasını tam etiraf etməsə də, sonradan baxış zamanı videoçəkilişdə həmin predmetin özünə məxsus olduğunu təsdiqləmişdir. Ardımca evində baxış davam etdirilmiş, qonaq otağında yerləşən qab-qacaq şkafında dəm çaynikinin içərisindən 1ədəd şəffaf sellofanda olan kristal formalı kütlə aşkar edilmiş, həmin kütlənin nə olması soruşulduqda kütlənin nə olduğunu bilmədiyini və özünə məxsus olmadığını demişdir. Bundan sonra evində baxış keçirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamış, aşkar edilmiş predmetlər götürülüb qablaşdırılaraq üzərlərinə möhür vurulmuş, o və digər iştirakçılar tərəfindən həmin qablaşdırmalar imzalanmışdır. İstintaq zamanı əvvəllər tapdığı tapançanı könüllü təqdim etmək qərarına gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Belə ki, tutulmazdan bir müddət əvvəl xatırlamadığı yerdən 1 ədəd “revolver-naqan” tipli, üzərində “naqant, Liege və 1898” sözləri yazılmış tapanca tapmış, ilk olaraq həmin tapancanın “suvenir” olmasını zənn etsə də, sonradan həmin tapançanın odlu silah olmasını bilmişdir. Bundan sonra onu harada gizlədəcəyini fikirləşmiş, tapdığı tapançanı 1 ədəd şəffaf rəngli sellofan torbanın, həmin torbanı da 1 ədəd qarışıq rəngli sellofan torbanın içərisinə qoymuş və Ucar şəhərində köhnə PMK-39 adlanan idarə binasının içərisində gizlətmişdir. Həmin tapancaya aid başqa hər hansı sursatı və s. olmamış, tapançanı heç vaxt istifadə etməmiş, tapança barədə hər hansı şəxsə məlumat verməmiş, bundan heç kimin xəbəri olmamış və olduğu kimi polis əməkdaşlarına göstərərək könüllü tədim etmişdir. Polis əməkdaşları tərəfindən həmin tapança götürülərək ekspertizaya göndərilmiş, onun odlu silah olması və atəşə yararlı olması məlum olmuşdur. Üzərində gəzdirdiyi bıçaq və avtomobilindən aşkar olunmuş xəncəri uzun müddət əvvəldən əldə etmiş, haradan əldə etdiyini xatırlamamışdır. Həmçinin metodon həbindən əvvəllər istifadə etmiş və avtomobilindən aşkar olunmuş metodon həbini nə vaxt və kimdən əldə etməyini də xatırlamamışdır. Evindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olmamış, evdə azyaşlı övladı olduğundan heç vaxt evinə narkotik vasitə daxil etməmişdir. İstifadə etdiyi narkotik vasitələri kənarda istifadə etmiş, o cümlədən aşkar olunmuş qurudulmuş marixuananı da həyətdə çəlləkdə gizlətməyi buna misal olmuşdur. Baş etibarnamə əsasında idarə etdiyi “Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 06 aprel 2022-ci il tarixdə baxış keçirilərkən aşkar edilmiş 1 ədəd xırda sellofan bükümdə qurudulmuş marixuana, avtomaşının qoltuqaltından aşkar edilmiş 1 ədəd metadon həbi, arxa pəncərədən aşkar edilmiş 1 ədəd beyzbol taxtası və bardaçokdan aşkar edilmiş 1 ədəd xəncərin, eyni zamanda üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 1 ədəd qatlanan cib bıçağının həqiqətəndə özünə məxsus olmasını, avtomaşının qoltuqaltından aşkar edilmiş metadonu ora nə vaxt qoymağını və haradan əldə etməyini hazırda xatırlamadığını qeyd etmişdir. Arxa pəncərənin altından aşkar edilmiş beyzbol taxtası, bardaçokda aşkar edilmiş xəncər və üzərində aşkar edilmiş bıçağın uzun müddətdir ki, özündə olmuş, həmin predmetləri nə vaxt, haradan və ya kimdən almağını xatırlamamışdır. O, ifadəsində daha sonra göstərmişdir ki, üzərində aşkar olunaraq götürülən qara rəngli “Samsung A51” markalı android tipli mobil telefon özünə məxsus olmuş, telefonda +7***-***-**-** mobil nömrəsi və vatsap tətbiq etməsi mövcud olmuşdur. 30 mart 2022-ci il tarixdə Nasir adlı şəxsin istifadəsində olan +**********22 saylı mobil nömrənin vatsap tətbiqetməsi ilə əlaqə saxlayaraq 1-ci dəfə 01 aprel 2022-ci il tarixdə Ucar şəhəri Aran marketin qarşısından saat 16:31 və 16:34-də Vaqif Tağıyevin adına olan 4169 7413 9977 6221 nömrəli “Kapital bank” kartının hesabına 5000 və 4000 manat olmaqla cəmi 9000 manat pulu göndərdikdən sonra İmişli rayonuna gedərək İranla sərhədə yaxın yerdən 4 ədəd bağlamaları götürərək bu yolla külli miqdarda qurudulmuş marixuana əldə etmiş, 2-ci dəfə 06 aprel 2022-ci il tarixdə Nasir adlı şəxslə eyni qaydada əlaqə saxlayaraq X8 adına olan 4098 5844 5003 8920 nömrəli “Leobank” kartına isə Aran marketin qarşısından 5000 manat pul göndərərək eyni qaydada külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana sifariş vermiş, Nasir 2-3 günə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə göndərib məlumat verəcəyini bildirmiş, lakin polislər tərəfindən saxlandığından həmin narkotik vasitəni götürə bilməmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı yuxarıda göstərilən kimi əldə etmiş, Nasir adlı şəxslə internetdəinstaqram adlı sosial şəbəkədə 2022-ci ilin fevral ayında dəqiq tarixi yadında qalmayan günlərin birində tanış olmuş, Nasirin adından başqa haqqında heç bir məlumatı olmamışdır. İran vətəndaşı olan Nasirin cavan oğlan olmasını bilmiş, bir dəfə telefonda videogörüntü ilə danışmış, sifət cizgiləri və digər əlamətləri yadında qalmamışdır. Nasirlə danışdığı instaqram hesabının adı “Qasımov.Mirqədir” olmuş, hesabı bir dəfə açmış, kodu yadında qalmamış, Nasirin instaqram hesabı isə yadında qalmamışdır. İran vətəndaşı Nasir adlı şəxsdən 1-ci dəfə 1 bağlama qurudulmuş marixuananı yuxarıda göstərilən qaydada alıb həmin narkotiki çəkmiş, 2-ci dəfə 1 aprel 2022-ci il tarixdə narkotikiqurudulmuş marixuananı alıb müəyyən bir hissəsini çəkmiş, bir hissəsini yaşadığı ünvanda çəlləkdə gizlətmiş, sonra 400 qramını isə qohumu Təqsirləndirilən şəxs2 3600 manata satmışdır. 3-cü dəfə də narkotik-qurudulmuş marixuana gətirmək üçün 5000 manat pul göndərsə də, polis əməkdaşları tərəfindən tutulduğundan həmin narkotiki əldə edə bilməmişdir. Narkotiki İmişli rayonunda İranla sərhəddə yerləşən Bəhramtəpə qəsəbəsində yolun kənarından götürmüş, Nasir həmin yerin şəklini çəkib atmış, narkotiki götürdükdən sonra şəkili telefonundan silmişdir. Həmin vaxtı orada heç kim olmamış, narkotiki götürməyə özü tək getmiş, 1-ci dəfə olan bağlama çox kiçik olmuş, həmin paketdən hər hansı şəxsə satmamış və özü istifadə etmişdir. 2-ci dəfə əldə etdiyi narkotiki nə etdiyini yuxarıda bildirmiş, yəni Təqsirləndirilən şəxs2 satmış, qalığı isə tutulmuşdur. 3cü dəfə pulu göndərsə də, tutulduğu üçün həmin narkotiki götürə bilməmişdir. Əldə etdiyi narkotikdən tanışı Təqsirləndirilən şəxs2 01 aprel 2022-ci il tarixdə 100 qramını 900 manatdan olmaqla cəmi 3600 manata nisyə olaraq satmış, Səfərin həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün aldığını zənn etmiş, çünki Səfər həmişə qurudulmuş marixuana istifadə etmişdir. Avtomobilinə və evinə baxış zamanı, eləcə də üzərində şəxsi axtarış keçirilən zaman, həmçinin RPŞ-də izahat verərkən özünə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. 1 ədəd həbi haradan aldığı yadında qalmamış, çaynikdən götürülmüş predmetdən isə xəbəri olmamışdır. Ailə üzvlərinin onun psixotrop maddə və narkotik vasitə qəbul etməsindən xəbərləri olmamışdır. Yaşadığı ünvandan və idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş bütün predmetlər özünə məxsus olmuş, yalnız çaynikin içərisindən çıxmış predmetlər onun məxsus olmamış, törətdiyi əmələ görə peşmandır. Əldə etdiyi narkotikdən yalnız 1 dəfə tanışı Təqsirləndirilən şəxs2 satmış, başqa vaxt narkotik vasitə satmamış, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni şəxsi istifadəsi üçün satmış, sonuncunun həmin narkotik vasitəni satıb-satmayacağını bilməmiş və bu barədə soruşmamışdır. Həmçinin, aralarında olan söhbət zamanı da Təqsirləndirilən şəxs2 narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını bildirmiş və ona satacağı barədə heç nə deməmişdir. Nasir adlı şəxsi tanımamış və görməmişdir, həmin şəxslə internet vasitəsilə telefonda danışaraq 9000 manatlıq narkotik vasitə almaq istədiyini bildirərək həmin narkotik vasitəni almışdır. Ümumiyyətlə, pulunu verərək Nasirdən narkotik vasitə almış, həmin narkotik vasitəni satıb-satmamağından asılı olmayaraq Nasir əvvələcədən pulunu alaraq həmin narkotik vasitəni vermişdir. Həmçinin narkotik vasitəni götürməyə gedəndə bu barədə heç kimə bildirməmiş, gətirdikdən sonra isə yalnız Səfərə etibar etdiyi üçün ona satmışdır. Təqsirləndirilən şəxs2lə əvvəlcədən 3600 manat sövdələşərək narkotik vasitəni satmış, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni satıbsatmayacağından, baha və ya ucuz satacağından asılı olmayaraq pulunu verməli olmuşdur. Həmçinin, könüllü olaraq tutulmazdan bir müddət əvvəl tapdığı 1 ədəd “revolver-naqan” tipli, üzərində “naqant, Liege və 1898” sözləri yazılmış tapançanı könüllü olaraq təqdim etmiş və bunun üçün ona heç bir təzyiq olunmamışdır. Törətdiyi əməlini səmimi olaraq etiraf etmiş, aşkar olunmuş qurudulmuş marixuanaya, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuana satdığına görə özünü təqsirli bilərək əməlindən peşman olsa da, evindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin ona məxsus olmadığını, həmçinin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, satış məqsədilə saxlamadığını, buna görə də özünü qismən təqsirli bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mirqədir ilə birlikdə şəhərdə olmuş, polis əməkdaşları onları tutub polis şöbəsinə gətirmişdir. Polis şöbəsində onun qollarını bağlayaraq, ona zor tətbiq etmişlər. Polis əməkdaşları ondan Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verməsini istəmişlər. Onun ancaq tutulan 180 qram marixuadadan xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəyə imza çəkmişdir, lakin latın qrafikalı əlifbanı bilmədiyindən, orada nə yazıldığından məlumatı olmamışdır. O, Mirqədirdən marixuana almamışdır. O, narkotik vasitəni özü əkmişdir. Cəmi 4 narkotik tərkibli çətənə kolu var imiş. Həmin kolların uzunluğu 2 metr olmuşdur. Onda qurudulmuş marixuna olmuşdur. O, qurudulmuş narkotik vasitələrini özü əkdiyindən, əldə etmişdir. İbtidai istintaq zamanı əməliyyatçılar ona zor tətbiq edərək, Mirqədir barəsində ifadə verməyini istəmişlər. Əməliyyatçıların bu hərəkətləri haqqında heç kimə şikayət etməmişdir. O, Mirqədirlə birlikdə narkotik istifadə etmiş, ancaq narkotikin satışı ilə məşğul olmamışlar. O, Mirqədirdən narkotik vasitəsi almamışdır. 180 qram olan narkotik vasitə evdə soyuducuda aşkarlanmışdır. Üzərinə şəxsi axtarış zamanı üzərində heç nə olmamışdır. Lakin onun cibinə narkotik vasitə qoymuşlar. 180 qram olan narkotik vasitə paket şəklində olmuşdur. İstintaq zamanı yanında müdafiəçisi olmuşdur. Ona edilən zor tətbiq barədə vəkilinə də bildirmişdir, ancaq heç kimə şikayət olunmamışdır. Onlar şəhərdə olmuş, polis əməkdaşları onları saxlayaraq polis şöbəsinə aparmışdır. Maşında Mirqədirlə birlikdə olmuşdur. Maşını Mirqədir idarə etmişdir. Saxlanıldıqdan sonra Mirqədirin maşınını polis nəfəri idarə etmişdir. Onları şöbəyə aparanda narkotik vasitəni ciblərinə qoymuşlar. Onlar polis şöbəsində 15 gün olmuşlar. Evinə baxış keçirilən zaman video-çəkilişdən istifadə olunmuşdur. Polis əməkdaşları ona təzyiq göstərərək, Mirqədirin əleyhinə ifadə verməyini istəmişlər. Özünü yalnız CM-in 237.1 və 234.1-ci maddələrlə təqsirli bilmiş, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, yəni 4-5 ildir ki, əslən Ucar rayonu Alpout kəndindən olmaqla Ucar şəhərində yaşayan Təqsirləndirilən şəxs1la tanış olaraq sonuncu ilə birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmiş, həmçinin marixuana kollarını istifadə etmək üçün əkib becərmişdir. Təxminən 2021-ci ilin aprel-may aylarında Alpout kəndi ərazisində sahədə 4 ədəd marixuana kolunu plastik dibçəklərdə əkmiş, onlara qulluq etmiş, su vermiş, diblərini təmizləmiş və təxminən sentyabr ayında həmin kolları toplayaraq gətirib ünvan 5 ünvanında yerləşən evinin həyətində ağacların arasında qurutmuşdur. Bundan sonra həmin qurudulmuş marixuanaları çəkməyə başlamış, lakin özünün əkib-becərdiyi narkotik vasitə o qədərdə təsirli olmadığından hər dəfə Təqsirləndirilən şəxs1 yaxşı təsiri olan narkotik vasitə əldə edəndə ona da verməsini xahiş etmiş, sonuncu isə onunla razılaşmamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21-011 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evin həyət darvazasının qarşısına gələrək bir ədəd şəffaf sellofan torbada (400 qram) narkotik vasitə olan qurudulmuş marixuana verərək 100 qramının qiymətinin 900 manat olmasını və həmin narkotik vasitənin müqabilində ona 3600 manat verəcəyini istəmişdir. Təqsirləndirilən şəxs1la razılaşsa da, hazırda pulunun olmamasını, narkotik vasitənin pulunu hissə-hissə verəcəyini bildirmiş, Mirəqdir Qasımov da razılaşaraq pul almadan çıxıb getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitələri nə edəcəyini deməmişdir. Belə ki, özü narkotik vasitə istifadə etsə də, ehtiyacı olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuananı sataraq dolanmış, lakin narkotik satdığı şəxslər yadında qalmamışdır. Elə həmin məqsədlə də Təqsirləndirilən şəxs1 aldığı 400 qram çəkidə olan narkotikləri yaşadığı evdə tək olaraq kibrit qutularında qablaşdırmış, hər kibrit qutusunu 70-80 manata sataraq Təqsirləndirilən şəxs1 olan 3600 manat borcunu qaytarmağı, qalan narkotik vasitələri isə sataraq özü üçün gəlir əldə etməyi planlaşdırmış, lakin xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Mirqədirlə birlikdə saxlanılmışdır. Polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkçəsinin üst sol cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuana və heroin aşkar olunaraq götürülmüş, həmin narkotik vasitələrin cibinə hansı şəkildə düşməsini bilməmiş və ona məxsus olmamışdır. Bundan sonra yaşadığı H.Əliyev 100 ünvanına baxış keçirilmiş, həmin ünvanda soyuducudan Mirqədirin verdiyi 1 ədəd şəffaf sellofan torbada qurudulmuş marixuana, həmçinin hamam otağında olan divardan asılmış dəri qış gödəkçəsinin sağ üst yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroin, hamamla otağın arasındakı dəhlizdən qutunun içərisindən bir ədəd sellofanda açıq halda marixuana və 15 ədəd kibrit qutusunda marixuanalar aşkar olunaraq götürülmüşdür. Bundan başqa, həmin otaqdan üzərində narkotik hissəcikləri olan 1 ədəd elektron tərəzi, 1 ədəd qəlyan, həmçinin ütü stolunun alt hissəsindən şəffaf sellofanda marixuana qalıqları aşkar olunaraq götürülmüşdür. Bundan sonra bacısına məxsus iki mərtəbli fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən istifadəsiz hamam otağından bir ədəd qarışıq rəngli sellofanda qurudulmuş marixuana və 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin aşkar olunaraq götürülmüşdür. Ardınca baxış Ucar rayonu, Alpout kəndində həyat yoldaşının evində davam etdirilsə də, heç bir narkotik vasitə, qeyri-qanuni əşya predmet aşkar olunmamışdır. Sonda tərtib edilmiş protokola bütün iştirakçılar imza etmişlər. O, ifadəsində əlavə olaraq qeyd etmişdir ki, 4 ədəd çətənə bitkisini şəxsi istifadəsi üçün Alpout kəndinə aid çöl sahəsində 4 ədəd plastik dibçəklərdə tək əkib-becərmiş, bundan heç kimin xəbəri olmamış, əkdiyi yeri dəqiq xatırlamamış və bitkiləri yığdıqdan sonra əkdiyi dibçəkləri su arxına atmışdır. Narkotik vasitə olan qurudulmuş marixuananı özü çəkməklə yanaşı, maddi imkanı zəif olduğu üçün satışı ilə də məşğul olmuş, lakin narkotik vasitə satdığı şəxslər hazırda yadında qalmamışdır. Buna görə çox peşmandır. Narkotik vasitəni yuxarıda qeyd etdiyi çəkidə və miqdarda Təqsirləndirilən şəxs1 almış, Təqsirləndirilən şəxs1 narkotik vasitəni haradan əldə etməsindən xəbərsiz olmuş, ümumiyyətlə sonuncunun narkotik vasitə istifadəçisi olmasını əvvəlcədən bilsə də, konkret olaraq haradan narkotik əldə etməsini, kiməsə satıb-satmamasını bilməmiş, eyni zamanda bu barədə də aralarında hər hansı bir razılaşma olmamışdır. Sadəcə olaraq, Mirqədirdə daim yaxşı narkotik olmasını bilmiş, bir neçə dəfə də qohum kimi Mirəqdir ona pay vermiş, buna görə də yaxşı təsiri olan narkotik vasitə satmasını sonuncudan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 alacağı narkotik vasitəni satıb pul qazanmağı düşünmüş, bunun Təqsirləndirilən şəxs1la əlaqəsi olmamışdır, özünün şəxsi fikri olmuşdur. Narkotik vasitəni sataraq Təqsirləndirilən şəxs1 pul vermək barədə fikirləşsə də, bu barədə Təqsirləndirilən şəxs1la razışmamış, sonuncu konkret olaraq ona 400 qram qurudulmuş maruxuana verərək 3600 manat pul alacağını bildirmişdir. Həmin narkotik vasitələri hansı məbləğə satacağı, gəliri hansı şəkildə böləcəyi barədə danışmamış, eləcə də həmin narkotik vasitələri özü istifadə etsə belə 3600 manat pulu Təqsirləndirilən şəxs1 borclu olaraq qalmış və ödəməli olmuşdur. Əvvəlki izahat və ifadələrini verərkən öz fikrini qeyd edərək Mirqədirə satıb pulunu verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaq üçün verdiyini və satıb pulunu onunla bölməyini bildirməmiş, satdıqdan sonra Mirqədirə olan 3600 manat borcunu verəcəyini demişdir. O, tək yaşamış, ailə üzvlərinin və heç kimin onun əməllərindən xəbəri olmamışdır. Əvvəl tərəddüd etsə də hazırda üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş bütün predmetlərin özünə məxsus olmasını, törətdiyi əmələ görə peşman olmasını bildirmişdir. Aşkar olunmuş bütün predmetlər özünə məxsus olmuş, Ucar RPŞ-də olarkən, şəxsi axtarış, izahat və ifadə verərkən özünə heç bir zor və ya hədə tətbiq edən olmamış, sərbəst şəkildə izahat, ifadə vermiş və törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkili, polis leytenantı Şahid4 ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında, həmçinin Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla Ucar şəhəri H.Əliyev prospekti 100 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat daxil olmuş, məlumat əsasında şöbə rəhbərliyinə raportla məruzə olunduqdan sonra iki əməliyyat-istintaq qrupu yaradılmışdır. Hər iki qrup üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi planlaşdırılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus VAZ 21011 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ucar şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olmaları barədə məlumat daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18 radələrində hər iki şəxs Ucar şəhəri H.Əliyev prospektində avtomobildə müşahidəyə götürülmüş, bir neçə dəqiqə sonra avtomobili saxlayaraq yerə enən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək onlarla polis şöbəsinə getməli olmaları bildirilmiş, sonuncular da etiraz etmədiyindən polis şöbəsinə gətirilmişlər. Bundan sonra polis şöbəsində ilk olaraq Təqsirləndirilən şəxs1 minik avtomobilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu avtomobilində qoltuqaltı adlanan saxlanc yerində 1 bükümdə marixuana olduğunu bildirib əlindəki açarla avtomobilinin sürücü tərəfdə olan qapısını açmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 dediyi həmin yerdən 1 ədəd şəffaf sellofanın içərisində spesifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə çıxarılmış, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin özünə məxsus olduğunu deyib şəxsi istifadə üçün saxladığını bildirmişdir. Ardınca həmin avtomobildə qanunla qadağan edilmiş başqa əşya və ya predmetin olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs1 da avtomobilində başqa qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını demişdir. Bundan sonra avtomobilə baxış keçirilməsinə başlanmış, baxış zamanı avtomobilin qoltuqaltı adlanan saxlanc yerindən üzərində “metadon 40” yazılmış həb qutusunun içərisində 1 ədəd boz-qəhvəyi rəngli həb aşkar edilmiş, Təqsirləndirilən şəxs1 ilk öncə həmin predmetin kimə məxsus olmasında tərəddüd etsə də, sonra həmin premetin özünə məxsus olduğunu demişdir. Sonra avtomobilin salonunda interyer panelindəki saxlanc yerindən 1 ədəd soyuq silaha bənzər xırda bıçaq (kəsicideşici alət) və avtomobilin arxa şüşəsinin alt hissəsində 1 ədəd idman (beyzbol) taxtası aşkar edilmiş və həmin predmetlər götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, Ucar RPŞ-nin Növbətçi hissəsində müdafiəçi Tural Rəhimovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu isə üzərində 1 ədəd bıçaq olduğunu deyib mavi rəngli idman şalvarının kəmərinin arxa hissəsinə bərkidilmiş 1 ədəd boz rəngli bıçağı təqdim etmişdir. Bundan başqa üzərində qanunla qadağa edilmiş əşya və ya predmet olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs1 üzərində başqa qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlansa da, sonuncunun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Ucar şəhəri, H.Əliyev prospekti 100 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 həyətin qapısını cibindən çıxardığı açarla açaraq iştirakçıları içəri dəvət etmiş, həyətdəki 2 mərtəbəli yaşayış evində yaşayış olmamasını, özünün 1 mərtəbəli evdə yaşamasını bildirmişdir. Baş müstəntiq Sadiq Alıyev tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olduğu soruşulduğunda sonuncu yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa əşya predmet saxlamadığını bildirmişdir. Həmin 1 mərtəbəli fərdi yaşayış evinə daxil olduqda evin 1 yataq otağından, qarşısı açıq dəhlizdən və 2 otaqlı hamamdan ibarət olması, evdə qaz sobasının yanması, yaşayışın olması müəyyən olunmuş, iştirakçıların müşahidəsi ilə 1 mərtəbəli həmin evin yataq otağında baxışa başlandıqda otaqda olan paltar şkafının üzərində 1 ədəd qara rəngli, işlək vəziyyətdə, üzərində narkotik tozları müşahidə olunan elektron tərəzi, həmin şkafın üzərindən 1 ədəd içərisində narkotik vasitə olan marixuana qalıqlarının olması ehtimal olunan qəlyan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 elektron tərəzinin evə məxsus olmasını, qəlyanın isə özünün olmasını bildirmiş və həmin elektron tərəzi ilə qəlyan 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra otağın giriş qapısının sol tərəfində olan ütü stolunun alt hissəsində döşəmədə 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuana çubuqlarına bənzər yaşıl rəngli, spesifik qoxuya malik quru halda bitki çubuqları aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin çubuqların özünə məxsus olmasını, çubuqların qurudulmuş marixuana çubuqları olmasını və özünün həmin çubuqlarda olan yarpaqları yığıb istifadə etməsini bildirmiş və baş müstəntiq Sadiq Alıyev tərəfindən həmin çubuqlar sellofan torba ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin otaqda narkotik vasitə və ya digər qeyri-qanuni əşya, predmet aşkar olunmadığından baxış evin qarşısı açıq olan beton döşəməli dəhlizində davam etdirilmişdir. Dəhlizdə hamam otağının qapısından bir qədər irəlidə beton döşəmə üzərində qoyulmuş karton qutunun içərisində 1 ədəd qarışıq rəngli sellofan torbanın olması müəyyən olunmuş, həmin torbanı açdıqda içərisində 15 ədəd kibrit qutusunda və açıq halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik qoxuya malik kütlələrin olması aşkarlanmışdır. Həmin yer əlverişsiz olduğundan aşkar edilmiş sellofan torba yataq otağına işığın altına gətirilərək döşəmə üzərinə qoyulmuş, döşəmə üzərində sıra ilə yığılıb sayılan zaman həmin sellofan torbada 15 ədəd sarı rəngli avion yazılı olmaqla hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik qoxulu quru yaşıl kütlənin olması, həmçinin az miqdarda isə sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik qoxulu quru yaşıl kütlənin olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin özünə məxsus olmasını, yay aylarında Alpout kəndi ərazisində çöllük sahədə 1 ədəd çətənə kolu əkərək həmin koldan yığaraq qurudub istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin 15 kibrit qutusu və açıq halda olan kütlə 1 ədəd sellofan torbada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Ardınca baxış hamam otağının soyunma otağında davam etdirilmiş, soyunma otağında sol tərəfdə divarda paltarlar, həmçinin otaqda ağ rəngli soyuducu, qaz pilətəsi, paltaryuyan maşın olması müşahidə olunmuş, ilk öncə soyuducuya baxış zamanı soyuducunun alt kamerasının üst hissəsindən 1 ədəd şəffaf sellofan torbada spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar olunaraq qablaşdırılması üçün yataq otağında olan masanın üzərinə qoyulmuş və həmin kütlə uzun müddət soyuducuda qaldığından soyumuş halda olmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin özünə məxsus olmasını, əslində yuxarıda səhv qeyd etdiyini, qeyd etdiyi çöllük sahədə 4 ədəd çətənə kolu əkərək həmin kollardan yığaraq əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra hamamın soyunma otağında baxış davam etdirilərək solda divardan asılmış dəri qış gödəkçəsinin üst sağ cibindən 1 ədəd şəffaf sellofan bükümdə toz maddə aşkar olunaraq yataq otağında olan masanın üzərinə gətirilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həmin heroinin özünə məxsus olmamasını və həmin heroinin oraya necə düşməsindən xəbərsiz olmasını bildirmişdir. Bundan sonra hamam otağında baxış davam etdirilsə də, narkotik vasitə və qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamnanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ucar RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat daxil olmuş, həmin məlumat əsasında şöbə rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat-istintaq qrupu yaradılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Şahid4 Ucar rayonu Alpoud kəndində qeydiyyatda olmaqla Ucar şəhəri H.Əliyev prospekti 100 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında da məlumat daxil olmuş, həmin məlumat əsasında şöbə rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyatistintaq qrupu yaradılmışdır. Hər iki qrup üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi planlaşdırılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus VAZ 21011 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Ucar şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olmaları barədə məlumat daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18 radələrində hər iki şəxs Ucar şəhəri H.Əliyev prospektində avtomobildə müşahidəyə götürülmüş, bir neçə dəqiqə sonra avtomobili saxlayaraq yerə enən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək onlarla polis şöbəsinə getməli olmaları bildirilmiş, sonuncular da etiraz etmədiyindən polis şöbəsinə gətirilmişlər. Bundan sonra polis şöbəsində ilk olaraq Təqsirləndirilən şəxs1 VAZ 21011 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobildən 1 ədəd şəffaf sellofanın içərisində spesifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin özünə məxsus olduğunu deyib şəxsi istifadə üçün saxladığını bildirmiş, həmin avtomobildə qanunla qadağan edilmiş başqa əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu avtomobilində başqa qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını demişdir. Ardınca avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin qoltuqaltı adlanan saxlanc yerindən üzərində “metadon 40” yazılmış həb qutusunun içərisində 01 ədəd boz-qəhvəyi rəngli həb aşkar edilmiş, Təqsirləndirilən şəxs1 ilk öncə həmin predmetin kimə məxsus olmasında tərəddüd etsə də, sonra həmin predmetin özünə məxsus olduğunu bildirmişdir. Bundan əlavə avtomobilin salonunda interyer panelindəki saxlanc yerindən 1 ədəd soyuq silaha bənzər xırda bıçaq (kəsici-deşici alət) və avtomobilin arxa şüşəsinin alt hissəsində 1 ədəd idman (beyzbol) taxtası aşkar etmiş, həmin predmetlər də götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş, müdafiəçi Tural Rəhimovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində 1 ədəd bıçaq olduğunu deyib mavi rəngli idman şalvarının kəmərinin arxa hissəsinə bərkidilmiş 1 (bir) ədəd boz rəngli bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, həmin gün X1 Ucar şəhəri A.Səhhət küçəsi ev 4 ünvanına keçirilmiş baxışda iştirak etmişdir. Evin həyətinə giriş dəmir qapıdan olmuş və həyətə daxil olduqda üzbəüzdə ikimərtəbəli mişar daşından hörülmüş ev, sağ tərəfdə yardımçı tikililər, sol tərəfdə isə bir hissəsi dəmir setka ilə bağlanmış boş sahə və toyuq hini olmuşdur. İlk öncə baxış keçirilməsinə həyətyanı sahədən başlanılmış, baxış zamanı evin sol tərəfində dəmir setkayla bağlanmış hissədə evə yaxın yerdə qoyulmuş mavi rəngli çəlləyin içərisindən 1 ədəd şəffaf sellofan torbada spesifik iyə malik, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar etmiş, müstəntiq Kamran Vəliyev bu barədə soruşduqda Təqsirləndirilən şəxs1 ilk öncə həmin narkotik vasitəyə bənzər kütlənin özünə məxsus olduğunu etiraf etməsə də, sonradan həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün həmin mavi rəngli çəlləkdə gizlətdiyini bildirmişdir. İlk öncə tərəddüd etməsinə isə anasının həyətdə olması ilə aydınlıq gətirmişdir. Belə ki, anası eşidə-eşidə həmin narkotikin özünə məxsus olmasını birbaşa dilə gətirmək istəmədiyini bildirmişdir. Bundan sonra həyətyanı sahədə yerləşən toyuq hininə, eləcə də həyətin giriş hissəsində olan yardımçı tikililərə baxış keçirilsə də, həyətyanı sahədən mavi rəngli çəlləkdən aşkar edilmiş kütlədən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ardınca evin giriş hissəsində yerləşən dəmir qapıdan ikimərtəbəli evin birinci mərtəbəsinə daxil olmuşlar. Evə daxil olduqda qonaq otağı yerləşir. Orada bir daha Təqsirləndirilən şəxs1 evində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs1 evində qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Sonra evin qonaq otağında baxış keçirilməsinə davam edilmiş, baxış keçirilən zaman həmin qonaq otağında yerləşən qab-qacaq şkafında dəm çaynikinin içərisində 1 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin predmetin nə olması barədə sual verilərkən Təqsirləndirilən şəxs1 həmin predmetin ona məxsus olmadığını və nə olmasından xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid5, Şahid6, Şahid8, X9 və Şahid7 eyni məzmunlu ifadələr verərək Şahid11 və Şahid1 ifadələrində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı Şahid2 və Şahid9 ibtidai istintaq zamanı verdikləri şahid ifadələri elan olunaraq tədqiq olunmuş və onların da sözügedən şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ucar Rayon Polis Şöbəsinə xx.xx.1985-ci il tarixdə Ucar şəhərində doğulmuş, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul oması, narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması, idarə etdiyi “Vaz 21011“ markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də yaşadığı Ucar şəhəri Abbas Səhət küçəsi ev 4-də və həmin evin həyətyanı sahəsində, külli miqdarda narkotik vasitə saxlaması, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 H.Əliyev prospektində olacağı və onun üzərində, eləcə də idarə etdiyi “Vaz 21011" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01 iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı iə məşğul olması, idarə etdiyi “Vaz 21011“ markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də yaşadığı Ucar şəhəri Abbas Səhət küçəsi ev 4-də və həmin evin həyətyanı sahəsində, külli miqdarda narkotik vasitə saxlaması, bu gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 H.Əliyev prospektində olacağı və onun üzərində eləcə də idarə etdiyi “Vaz 21011“ markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ucar şəhəri H.Əliyev küçəsində idarə etdiyi avtomobili ilə saxlanılaraq Ucar RPŞ-yə gətirilmişdir (cild 01 iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21011” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunanda Təqsirləndirilən şəxs1 avtomobilində qoltuqaltı adlanan saxlanc yerində 1 bükümdə marixuana olduğunu bildirib əlindəki açarla avtomobilinin sürücü tərəfdə olan qapısını açmış, bundan sonra əməliyyat müvəkkili Şahid11 Təqsirləndirilən şəxs1 dediyi həmin yerdən 1 ədəd şəffaf sellofanın içərisində spessifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə çıxarmış, sonuncu həmin narkotik vasitənin özünə məxsus olduğunu deyib şəxsi istifadə üçün saxladığını bildirmişdir. Ardınca avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin qoltuqaltı adlanan saxlanc yerindən üzərində “metadon 40” yazılmış həb qutusunun içərisində 01 ədəd boz-qəhvəyi rəngli həb aşkar edilmiş, Təqsirləndirilən şəxs1 ilk öncə həmin predmetin kimə məxsus olmasında tərəddüd etsə də, sonra həmin premetin özünə məxsus olduğunu təsdiqləmişdir. Bundan sonra Şahid11 avtomobilin salonunda interyer panelindəki saxlanc yerindən 1 ədəd soyuq silaha bənzər xırda bıçaq (kəsici-deşici alət) və avtomobilin arxa şüşəsinin alt hissəsində 1 ədəd idman (beyzbol) taxtası aşkar etmiş və həmin predmetlər götürülmüşdür. Avtomobildən aşkar edilmiş 1 ədəd şəffaf sellofanın içərisində spessifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və üzərində “metadon 40” yazılmış həb qutusunun içərisində 1 ədəd boz-qəhvəyi rəngli həb müstəntiq Kamran Vəliyev tərəfindən ayrıayrılıqda 2 (bir) ədəd ağ rəngli zərflərin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri 71 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 12-14, cild 03 iş vər. 66-67). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində tünd göy rəngli şalvar, tünd göy rəngli qollu qış köynəyi, həmin köynəyin üzərində tünd göy rəngli qollu jaket və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs1 üzərində 1 ədəd bıçaq olduğunu deyib mavi rəngli idman şalvarının kəmərinin arxa hissəsinə bərkidilmiş 1 (bir) ədəd boz rəngli bıçağı təqdim etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bıçaq götürülüb 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 71 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilmiş “samsunq A51” markalı qara rəngli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 34-36). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar şəhəri A.Səhhət küçəsi ev 4 ünvanında yerləşən evinə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər. 38). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 evinə və həyət yanı sahəsinə baxış keçirilmiş baxış zamanı evin həyətinə giriş dəmir qapı vasitəsilədir. Baxış zamanı həyətyanı sahədə, evin sol tərəfində dəmir setkayla bağlanmış hissədə evə yaxın yerdə qoyulmuş mavi rəngli çəlləyin içərisindən 1 ədəd şəffaf sellofan torbada spesifik iyə malik, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bu barədə soruşulduqda Təqsirləndirilən şəxs1 ilk öncə həmin narkotik vasitəyə bənzər kütlənin özünə məxsus olduğunu etiraf etməsə də, sonradan həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün həmin mavi rəngli çəlləkdə gizlətdiyini demiş və öncə tərəddüd etməsinə isə anasının həyətdə olması ilə aydınlıq gətirmişdir. Belə ki, anası eşidə-eşidə həmin narkotikin özünə məxsus olmasını birbaşa dilə gətirmək istəmədiyini bildirmişdir. Bundan sonra evin qonaq otağına baxış keçirilən zaman otaqda yerləşən qabqacaq şkafında dəm çaynikinin içərisində 1 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin predmetin nə olması barədə sual verilərkən Təqsirləndirilən şəxs1 həmin predmetin ona məxsus olmadığını və nə olmasından xəbəri olmadığını bildirmişdir. Evin digər otaqlarında baxış keçirilməsinə davam etdirilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 1 ədəd şəffaf sellofanda olan kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə götürülüb zərfə qoyularaq üzəri Ucar RPŞ-nin 71 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs1 və digər iştirakçılar tərəfindən imza edilməklə həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Baxış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 39-41). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Ucar Rayon Polis şöbəsinə xx.xx.1961-ci il tarixdə Ucar rayonu Alpout kəndində doğulmuş, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Ucar şəhəri H.Əliyev prospekti 100-də yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması, eləcə də yaşadığı Ucar şəhəri Abbas Səhət küçəsi ev 4-də və həmin evin həyətyanı sahəsində, külli miqdarda narkotik vasitə saxlaması, bu gün saat 18 radələrində H.Əliyev prospektində olacağı və onun üzərində külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01 iş vər. 54). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 55). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1961-ci il tarixdə Ucar rayonu Alpout kəndində doğulmuş, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Ucar şəhəri H.Əliyev prospekti 100-də yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması, eləcə də yaşadığı Ucar şəhəri Abbas Səhət küçəsi ev 4-də və həmin evin həyətyanı sahəsində, külli miqdarda narkotik vasitə saxlaması, bu gün saat 18 radələrində H.Əliyev prospektində olacağı və onun üzərində külli miqdarda narkotik vasitə olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs1 məxsus avtomobildə Ucar şəhəri H.Əliyev küçəsində saxlanılaraq RPŞ-yə gətirilmişdir (cild 01 iş vər. 60). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində tünd göy rəngli, orta hissədən yuxarıda yarıya qədər sepi olan, sağ və sol tərəflərində cibləri olan qış gödəkçəsi, qara rəngli, üzərində xırda ağa çilləri olan qollu sviter, tünd mavi rəngli və hər iki tərəfində qarşıda və arxada cibləri olan cins şalvar və qara rəngli ipsiz dəri ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya, predmet və narkotik vasitə olmamasını bildirsə də, axtarış zamanı əynində olan qış gödəkçəsinin sol üst yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik qoxuya malik yaşıl kütlə, həmçinin həmin cibdən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər toz maddə aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin heç birinin özünə məxsus olmamasını, cibinə necə düşməsindən xəbərsiz olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən 8 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq və 6 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 246 manat pul aşkar olunur və sayılaraq özünə qaytarılmışdır. Həmçinin üzərində olan açarlar, siqaret, dəsmal, alışqan da özünə qaytarılmışdır. Şəsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək, müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 79-80, cild 03 iş vər. 78-79). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yerləşən evinə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01 iş vər. 82). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmişdir və baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olduğu soruşulduğunda Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa əşya predmet saxlamadığını bildirmişdir. Bundan sonra onun yaşadığı 1 mərtəbəli fərdi yaşayış evinə daxil olduqda evin 1 yataq otağından, qarşısı açıq dəhlizdən və 2 otaqlı hamamdan ibarət olması, evə daxil olduqda isə evdə qaz sobasının yanması, yaşayışın olması müşahidə olunmuş, evin yataq otağında olan paltar şkafının üzərinə baxıldıqda 1 ədəd qara rəngli, işlək vəziyyətdə, üzərində narkotik tozları müşahidə olunan elektron tərəzi, həmin şkafın üzərindən 1 ədəd içərisində narkotik vasitə olan marixuana qalıqlarının olması ehtimal olunan qəlyan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 elektron tərəzinin evə məxsus olmasını, qəlyanın isə özünün olmasını bildirmiş və həmin elektron tərəzi ilə qəlyan 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra otağın giriş qapısının sol tərəfində olan ütü stolunun alt hissəsində döşəmədə 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuana çubuqlarına bənzər yaşıl rəngli, spesifik qoxuya malik quru halda bitki çubuqları aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin çubuqların özünə məxsus olmasını, çubuqların qurudulmuş marixuana çubuqları olmasını və özünün həmin çubuqlarda olan yarpaqları yığıb istifadə emtəsini bildirmişdir. Ardınca həmin çubuqlar sellofan torba ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı evin dəhlizində hamam otağının qapısından bir qədər irəlidə beton döşəmə üzərində karton qutu qoyulmuşdur ki, həmin qutunun içərisində 1 ədəd qarışıq rəngli sellofan torbanın olması müəyyən olunmuş, həmin torba əməliyyat müvəkili Şahid11 tərəfindən açıldıqda içərisində 15 ədəd kibrit qutusunda və açıq halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik qoxuya malik kütlələrin olması müəyyən olunmuşdur. Həmin yer əlverişsiz olduğundan aşkar edilmiş həmin sellofan torba yataq otağına işığın altına gətirilərək döşəmə üzərinə qoyulmuş, döşəmə üzərində sıra ilə yığılıb sayılan zaman həmin sellofan torbada 15 ədəd hər birinin içərisində narkotik vasitə olan quruduılmuş marixuanaya bəznər spesifik qoxulu quru yaşıl kütlənin olması, həmçinin az miqdarda isə sellofanın içərisində narkotik vasitə olan quruduılmuş marixuanaya bənzər spesifik qoxulu quru yaşıl kütlənin olması aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin özünə məxsus olmasını, yay aylarında Alpout kəndi ərazisində çöllük sahədə 1 ədəd çətənə kolu əkərək həmin koldan yığaraq qurudub istifadəsi üçün saxlamasını bildirmiş, sonra həmin 15 kibrit qutusu və açıq halda olan kütlə 1 ədəd sellofan torbada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Baxış dəhlizdə davam etdirilsə də narkotik vasitə və qeyri qanuni əşya predmet aşkar olunmamışdır. Baxış hamam otağının soyunma otağında davam etdirilmiş, soyunma otağında olan soyuducuya baxış zamanı soyuducunun alt kamerasının üst hissəsindən 1 ədəd şəffaf sellofan torbada spesifik qoxuya malik, narkotik vasitə qurudlmuş marixuana bənzər kütlə aşkar olunaraq qablaşdırılması üçün yataq otağında olan masanın üzərinə qoyulmuş, həmin kütlənin uzun müddət soyuducuda qaldığından soyumuş halda olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin özünə məxsus olmasını, əslində yuxarıda səhv qeyd etdiyini, qeyd etdiyi çöllük sahədə 4 ədəd çətənə kolu əkərək həmin kollardan yığıb əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını söyləmişdir. Bundan sonra hamamın soyunma otağında baxış davam etdirilərək solda divardan asılmış dəri qış gödəkçəsinin üst sağ cibindən 1 ədəd şəffaf selolofan bükümdə toz maddə aşkar olunaraq yataq otağında olan masının üzərinə gətirilərək 1 ədəd ağ zərfdə qablaşdırılmış, Təqsirləndirilən şəxs2 həmin heroinin özünə məxsus olmamasını və həmin heroinin oraya necə düşməsindən xəbərsiz olmasını bildirmişdir. Bundan sonra hamam otağında baxış davam etdirilsə də, narkotik vasitə və qeyri qanuni əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 həyətdə olan yeri göstərək marixuananı 2021-ci ilin sentyabr ayında qurutduğu yeri olduğunu bildirmişdir. Ardınca baxış həyətə bitişik iki mərtəbəli fərdi yaşayış evində davam etdirilmiş, evin ikinci mərtəbəsində istifadəsiz hamam otağının qapısının arxa hissəsindən qarışıq rəngli, üzərində çobanyastığı olan sellofan torbada yaşıl bitki kütləsi və şəffaf sellofan bükümdə kristal şəkilli maddə aşkar olunmuş, həmin torbanın baş hissəsi açılaraq quru yaşıl kütlə olması olunsa da, qablaşdırma üçün şərait olmadığından 1 mərtəbəli fərdi yaşayış evinin yataq otağına gətirilərək masanın üzərinə qoyulmuş, 1 ədəd sellofan torbada olan kütlə həmin torbada, 1 ədəd şəffaf sellofan bükümdə olan kristal maddə isə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür (cild 01 iş vər. 83-86, cild 03 iş vər. 80- 82). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının 07.04. 2022-ci il tarixli, 17/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Mirqədir Mirələkbər oğlunun idarə etdiyi avtomaşının qoltuqaltı hissəsindən götürülən kütlə." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi- 0,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 M'ırəiəkbər oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş kütlə.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki, təmiz çəkisi- 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülən kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 1,506 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs2 yaşadığı otağa baxış zamanı ütü stolunun alt hissəsindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi- 13,71 qram olan bitki kütləsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs2 yaşadığı otaqla hamam otağı arasındakı karton qutuda olan sellofan (qarışıq rəngli) torbada açıq halda və...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisində açıq vəziyyətdə və 15(on beş) ədəd kibrit qutularında, uyğun olaraq ayrı- ayrılıqda təmiz çəkiləri- 0,21 qr., 4,37qr., 4,25qr., 4,68qr., 4,56qr., 4,20qr., 4,36qr., 4,67qr., 4,21 qr., 5,18qr., 4,10qr., 4,98qr., 4,86qr., 4,85qr., 4,41 qr. və 4,36qr., ümumi təmiz çəkiləri- 68,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...H.Əliyev prospekti 100 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən hamam otağının (istifadəsiz) qapısının arxa hissəsində...üzərində çobanyastığı olan sellofan torbada...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd rəngli sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...H.Əliyev prospekti 100 ünvanında yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı otağın qarşısında yerləşən...ağ rəngli soyuducunun içərisində bir ədəd şəffaf sellofan torbada...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki, təmiz çəkisi- 270 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs2 əynində olan qış gödəkçəsinin sol üst yan cibindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 5,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,595 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “...H.Əliyev prospekti 100 ünvanında Təqsirləndirilən şəxs2 yaşadığı otağın hamam otağında asılmış qara rəngli dəri kurtkanın sağ üst cibindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,133 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “...H. Əliyev prospekti 100 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən hamam otağının (istifadəsiz) qapısının arxasındakı yerdə aşkar edilmiş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 1,503 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “...H.Əliyev prospekti 100 ünvanında yerləşən...Təqsirləndirilən şəxs2 yaşadığı otağa baxış zamanı götürülmüş 1 ədəd qəlyan 1 ədəd...elektron tərəzi.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qəlyanın və 01 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində olan bitki hissəcikləri çətənə bitkisinin hissəcikləridir. Çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd bağlamanın içərisindəki 01 (bir) ədəd qara rəngli qış gödəkçəsinin üst sağ cibində olan cüzi miqdarda maddə hissəcikləri- heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş qurudulmuş 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi- 0,16 qram, 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi- 520 qram, açıq vəziyyətdə və 15(on beş) ədəd kibrit qutularında, ümumi təmiz çəkiləri- 68,25 qram və 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi- 270 qram olan qurudulmuş marixuanalar öz aralarında tərkiblərinə görə eyni olub, təqdim olunmuş 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 520 qram və 01 (bir) ədəd kibrit qutusunda,‘təmiz çəkisi- 5,78 qram olan qurudulmuş marixuanalardan tərkiblərinə görə fərqlənirlər. Təqdim olunmuş 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 520 qram və 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 5,78 qram olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş heroinlər və metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01 iş vər. 106-112). Cinayət işinin materiallarında olan “Ucar RMX” publik hüquqi şəxsin təqdim etdiyi məktubdan görünür ki, Ucar rayonunun Alpout kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış xx.xx.1961-ci il tarixdə doğulmuş Təqsirləndirilən şəxs2 Ucar RMX-nin poliklinika şöbəsinin narkoloj və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur (cild 01 iş vər. 247). Cinayət işinin materiallarında olan “Ucar RMX” publik hüquqi şəxsin təqdim etdiyi məktubdan görünür ki, Ucar şəhəri A.Səhhət küçəsi ev 4 ünvanında yaşamış, xx.xx.1985ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Mirələkər oğlu xx.xx.2005-ci ildən Ucar RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatdadır. Diaqnoz: Tez-tez tutan epilepsiya. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən Ucar RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Diaqnoz: narkomaniya (cild 01 iş vər. 248). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs1 məxsus “Samsung A51” markalı android tipli mobil telefonuna baxış protokolundan görünür ki, telefonda +7***-***-**-** mobil nömrəsi və həmin nömrənin vatsap tətbiq etməsi vardır. Təqsirləndirilən şəxs1 30 mart 2022-ci il tarixdə Nasir adlı şəxsin istifadəsində olan +**********22 saylı mobil nömrənin vatsap tətbiqetməsi ilə əlaqə saxlayaraq 1-ci dəfə 01 aprel 2022-ci il tarixdə Ucar şəhəri Aran marketin qarşısından saat 16:31 və 16:34-də Vaqif Tağıyevin adına olan 4169 7413 9977 6221 nömrəli “Kapital bank” kartının hesabına 5000 və 4000 manat olmaqla cəmi 9000 manat pulu göndərdikdən sonra İmişli rayonuna gedərək İranla sərhədə yaxın yerdən 4 ədəd bağlamaları götürmüş və bu yolla külli miqdarda qurudulmuş marixuana əldə etmişdir. 2 dəfə də 06 aprel 2022-ci il tarixdə Nasir adlı şəxslə eyni qaydada əlaqə saxlayaraq X8 adına olan 4098 5844 5003 8920 nömrəli “Leobank” kartına isə Aran marketin qarşısından 5000 manat pul göndərərək eyni qaydada külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana sifariş vermiş, Nasir 2- 3 günə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə göndərib məlumat verəcəyini Təqsirləndirilən şəxs1 bildirmişdir (cild 02 iş vər. 01, cild 03 iş vər. 19). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi (cild 02 iş vər. 7-9). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi (cild 02 iş vər. 10-11). Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının 13.04. 2022-ci il tarixli, 17/321 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, beyzbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir (cild 02 iş vər. 17-19). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 603 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02 iş vər. 104). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 604 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik olaraq istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02 iş vər.105). Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (cild 02 iş vər. 106-108). Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (cild 02 iş vər. 109-111). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3436 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №71” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 Bölməsi TƏDQİQAT OBYEKTİ № 3” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin...” sözləri və imzalar olan bir ədəd zərfdəki kovalyut kəsiyində üzərində “Methadone 40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbin dörddə üç hissəsi (3/4 həb) metadondur; təsiredici maddəsinin ümumi miqdarı 0,03 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04) olduğu müəyyən edilmişdir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir (cild 02 iş vər. 193- 198). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon danışıqlarına dair 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-**; ***-***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrələrlə aparılan telefon danışıqları mövcuddur. Baxış zamanı diskdə 07.02. 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-**; ***-***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrələrə giriş-çıxış zəngləri, SMS-lər barədə məlumatlar əks olunmuşdur (cild 03 iş vər. 88). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 206, 228.1 və 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs2 barəsində CM-in 206 və 234.4.1-ci maddələri, Nasir adlı şəxsin barəsində CM-in 206 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin, X4, X5 və X10 barələrində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03 iş vər. 189-222). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinə xx.xx.1985-ci il tarixdə Ucar şəhərində doğulmuş, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul oması, narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması, idarə etdiyi “Vaz 21 011“ markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də yaşadığı Ucar şəhəri Abbas Səhət küçəsi ev 4-də və həmin evin həyətyanı sahəsində, külli miqdarda narkotik vasitə saxlaması, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 H.Əliyev prospektində olacağı və onun üzərində, eləcə də idarə etdiyi “Vaz 21 011" markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxslər saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərilərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 məxsus avtomobilə, həmçinin həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 yaşadığı ünvana sonuncuların yazılı razılığı ilə baxış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr, soyuq silaha bənzər əşyalar aşkar olunmuşdur. Götürülmüş maddələr, əşyalar məhkəmə kimyəvi, bioloji, o cümlədən məhkəmə balisstik ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və baxış keçirilərək narkotik vasitə marixuananın, heroinin, psixotrop maddənin, o cümlədən soyuq silah hesab edilən əşyaların aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-in 234.2-ci maddəsində göstərilmişdir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əməli törətməyə görə təqsirli bilinən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.4-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunur və həmin əməli törətməyə görə təqsirli bilinən şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3- cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. CM-in 234.3-cü maddəsində göstərilən hərəkətlərin bu maddədə qeyd olunan məqsədlə dəfələrlə edilməsi və ya ilk dəfə həmin hərəkətlər edilməsinə baxmayaraq, hazırlanmış, əldə edilmiş, saxlanılmış, göndərilmiş və daşınmış prekursorlar istifadə edilməklə dəfələrlə satış məqsədi ilə narkotik vasitə hazırlama, istehsal etmə və ya emal etmə CM-in 234.4.2ci maddəsinin tərkibini (təkrarlıq) yaradır. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Habelə, CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici - deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Eyni zamanda, CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət sayılır və təqsirli bilinən şəxs üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan görünür ki, narkotik vasitələrin siyahısında qurudulmuş marixuananın külli miqdarı 500 qram, “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər”in siyahısında çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə isə 3-15 ədəd və ya ondan çox olan sayda bitki olması qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi hər ikisinin də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 münasibətdə CM-in 228.4 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə CM-in 237.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitə almaması ilə bağlı qeyd etdiklərinə, habelə Təqsirləndirilən şəxs1 isə avtomobilindən aşkar olunan marixuanadan başqa yaşadığı evdən, avtomobildən aşkar olunan digər narkotik və psixotrop maddələrin ona aid olmaması ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır və bunu cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, həm Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan 338,25 qram narkotik vasitə qurudulmuş marixuana, həm də Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunan 0,16 qram və yaşadığı evdən aşkar olunan 520 qram narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynilik təşkil edir ki, təkcə bu hal özlüyündə həmin şəxslərin məhkəmə istintaqı zamanı müdafiə xarakterli ifadə verməsini təsdiq edir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifədələr iş materialları ilə üst-üstə düşüb, biri digərini tamamladığından, məhkəmə kollegiyası həmin ifadələri daha əsaslı sübut kimi qəbul edir və onlara elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmaları ilə bağlı qeyd etdiklərinə gəldikdə, məhkəmə kollegiyası buna da tənqidi yanaşaraq bildirir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı qeyd etdikləri barədə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən, barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, habelə istintaq təcridxanasında həkim müayinəsindən keçirilərkən heç nə bildirməmişlər, həmçinin barələrində olan məhkəmə-tibbi ekspertizasının rəylərindən də görünür ki, bədənlərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən yaxa qutarmaq üçün müdafiə taktikası ilə məhkəmədə belə ifadə vermişdir. Odur ki, təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə polis təzyiqi və təsirinə məruz qalması ilə bağlı qeyd olunanlar öz təsdiqini tapmadığından, məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərini əsaslı saymır və onlarla razılaşmır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı onun yaşadığı ünvana baxış keçirilməsi haqqında protokola əlavə olunmuş video çəkiliş tədqiq olunarkən video görüntüyə istinad edərək polis əməkdaşı Şahid1 onların həyətindən narkotik vasitə aşkar olunduqdan sonra o etirafedici ifadə verməkdən yayındığı üçün çəkiliş gedə-gedə onu kənara çəkib ona etirafedici ifadə verməsi üçün təzyiq göstərməsini qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, video görüntülər tədqiq olunarkən həqiqətən də belə bir halın baş verməsi, yəni polis əməkdaşı Şahid1 narkotik vasitə aşkar olunduqdan sonra Təqsirləndirilən şəxs1 kənara çəkərək onunla qısa söhbət etməsi müşahidə olunmuş, lakin dərhal sonra çəkilişin davamında Təqsirləndirilən şəxs1 çəkilin gedən zaman anasının orada iştirak etməsi səbəbindən belə bir halın yaşandığını, anasının onu bu halda görməsini istəmədiyini və ona görə də belə ifadə verdiyini bildirmişdir. Odur ki, bu hissədə də Təqsirləndirilən şəxs1 qeyd etdikləri məhkəmə kollegiyası tərəfindən müdafiə xarakterli ifadə kimi qəbul olunur və məhkəmə həmin ifadələrlə razılaşmır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə (2009-cu il təvəllüdlü oğlu (X15) ilə) birlikdə Ucar şəhəri H.Əliyev prospekti ev 100-də müvəqqəti yaşayır və yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 02, iş vər. 22-23). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasının CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4200 manat cərimə cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qutarmışdır (cild 02, iş vər. 51-52). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə (arvadı, 2019-cu il təvəllüdlü qızı (X6) və 2015-ci il təvəllüdlü qızı (X12) ilə) birlikdə Ucar şəhəri A.Səhhət küçəsi ev 4 ünvanında yaşayır, yaşayış yeri üzrə yaxşı kimi səciyyələndirilir (cild 01 iş vər. 249-251). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasının CM-in 59.1.4-cü maddəsinə əsasən, tez-tez tutan epilepsiya” diaqnozu ilə Ucar rayon X3 şöbəsində qeydiyyatda olmasını CM-in 59.2-ci maddəsinı əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Cinayət işinin materiallarında olan tələbnamədən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatdığından, şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ödənilməmişdir (cild 02 iş vər 53-54, cild 01 iş vər. 130). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 76-77). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Mirələkbət oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 237-241, 112-117). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəzasına hesablanmalı və cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olumalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1,383,14 qram qurudulmuş marixuana, 2,909 qram metafetamin, 0,628 qram heroin, 1 ədəd elektron tərəzi, 1 ədəd qəlyan, 1 ədəd xəncər, 1 ədəd bıçaq və 0,03 qram metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd dəri gödəkçə Təqsirləndirilən şəxs2 qaytarılmalı, 08 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 189,25 AZN (yüz səksən doqquz manat, iyirmi beş qəpik) ekspertiza xərcinin 94,63 AZN (doxsan dörd manat altmış üç qəpik) Təqsirləndirilən şəxs1, 94,62 AZN (doxsan dörd manat altmış iki qəpik) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 189,25 AZN (bir yüz səksən doqquz manat, iyirmi beş qəpik) ekspertiza xərcinin 94,63 AZN (doxsan dörd manat, altmış üç qəpik) Təqsirləndirilən şəxs1, 94,62 AZN (doxsan dörd manat, altmış iki qəpik) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1,383,14 qram qurudulmuş marixuana, 2,909 qram metafetamin, 0,628 qram heroin, 1 ədəd elektron tərəzi, 1 ədəd qəlyan, 1 ədəd xəncər, 1 ədəd bıçaq və 0,03 qram metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd dəri gödəkçə Təqsirləndirilən şəxs2 qaytarılsın, 08 ədəd diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar