Məhkəmə qərarları › İş №1(091)-182/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-182/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-182/2024 09.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X20, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Ölmüş zərərçəkmiş şəxs X8 hüquqi varisi X21, ölmüş zərərçəkmiş şəxs X9 hüquqi varisi X10 və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid5, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 13 radələrində «X29» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan, həmçinin həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan faktiki olaraq özünə məxsus Mersedes Benz C 220 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Göyəm-Zaqatala şəhəri avtomobil yolunun Göyəm kəndi ərazisindən keçən hissəsində Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən “X29” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərək “X29” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq avtomobilin idarəetməsini itirərək yolun sol çiyninə çıxarıb işıq dirəyini, daha sonra yolun sol çiyni ilə hərəkətdə olan Zaqatala rayonu Göyəm kənd sakinləri 2013-cü il təvəllüdlü piyadalar X14, X15 və Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs təpə nahiyyəsində əzilmiş-cırılmış yara, baş beynin ocaqlı travması, epidural qansızma, travmatik pnevmotoraks, ağciyərlərdə hemorragik kontuziya sahələri, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır xəsarətlər, həmçinin X16 alnında və sifətində çoxsaylı sıyrılmış yaralar, üz sümükləri, alın, təpə, hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən iri qəlpəli sınıqları, baş beyin maddəsinin əziyi və qansızmaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Kamal Permadovun yol-nəqliyyat hadisəsi zamanı aldığı üz və kəllə əsasına keçən iriqəlpəli sınıqları nəticəsində baş beyin maddəsində əzilmə və qansızmalardan ölümünə səbəb olan, eyni zamanda X4 gicgah-almacıq nahiyyəsində sıyrılmış yara, sağ qulaq seyvanında şişkinlik və qançır, sağ alt çənədə qançır, İ-İİ boyun fəqərələrinin yerdəyişən sınıqları onurğa beynində əzilmə beyinciyə və beyin maddəsinə qansızmalar, sağ bazunun, hər iki budun və hər iki baldırın qançırları, sağ bazu, hər iki bud və hər iki baldır sümüklərinin yerini dəyişən qapalı sınıları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Ramazan İsayevin yol-nəqliyyat hadisəsi zamanı aldığı İ-İİ boyun fəqərələrinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, uzunsov beyinə, beyinciyə və beyin maddəsinə qansızmalardan ölməsinə, yəni iki şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 fevral tarixində günorta saat 01 radələrində uşaqları məktəbdən götürüb evə aparmış və saat 02 radələrində qəbir üstünə getmək məqsədilə evdən çıxmışdır. Maşını nasaz olduğu üçün ilk əvvəl maşın ustasının yanına getmək qərarına gəlmiş və gəldiyi yolu dala qayıtmışdır. 150-200 metr qarşıda arx olmuşdur. Həmin arxı keçən vaxt maşın oynamağa başlamış və yolun kənarına çıxmşdır. Həmin vaxt yolun kənarında 3 məktəbli uşaq olmuşdur. Maşın yoldan çıxaraq uşaqlara dəymiş və fırlanıb yerində dayanmışdır. Dərhal maşından düşüb uşaqlar tərəfə getmiş və görmüşdür ki, uşaqların heç biri tərpənmir. Uşaqların birini qucağına almış və üzünə baxmışdır. Həmin vaxt uşağın rəngi xoşuna gəlməmiş və şok vəziyyətinə düşmüşdür. Özündən aslı olmadan çağırmağa başlamışdır. Səsinə qonşular çıxmış və dərhal təcili tibbi yardıma zəng etmişdirlər. Təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş və onlar uşaqları maşına aparmışlar. Uşaqları xəstəxanaya yola saldıqdan sonra polis şöbəsinə getmiş və hadisəni danışaraq təslim olmuşdur. Polis şöbəsinə gəldikdən sonra orada onu müayinə etmişlər və 02 faiz içkili olduğu müəyyən olunmuşdur. Hadisə günündən bir gün evvəl dostları məclisə çağırmış və orada bir stəkan çaxır içmişdir. Ona yüngül dərəcədə sərxoş yazmışlar. Qanından heç nə aşkar olunmamışdır. Valideyinlər elə bilirlər ki, hadisə günü o, içkili vəziyyətdə olmuşdur. Halbu ki, belə bir hal baş verməmişdir. Heç kim istəməz ki, başına belə bir hadisə gəlsin. Qohumları tərəfindən zərərçəkmişlərin ailəsinə barışıq əldə etmək üçün gedilmişdir. Ancaq barışıb-barışmadıqlarını bilmir. Hadisə vaxtı sürəti saatda 80/90 km olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X23 onun kiçik oğludur. Oğlu Kamal yaşadığı kənddə yerləşən Göyəm kənd orta məktəbinin beşinci sinifində oxumuşdur. Məktəb evdən təxminən bir kilometr aralıda yerləşmişdir. Ona görə də oğlu Kamal hər gün səhər tezdən 08 radələrində məktəbə piyada şəkildə getmiş, dərsdən çıxdıqdan sonra isə özü piyada şəkildə evə qayıdıb gəlmişdir. Bəzən isə özü evdə olduğunda onu özünə məxsus avtomobillə məktəbə aparıb gətirmişdir. 08 fevral fevral 2024-cü il tarixdə o, səhər tezdən duraraq başqa işi olmadığından digər övladı ilə birlikdə Kamalıda Göyəm kənd orta məktəbinə aparmışdır. Saat təxminən 13 radərində o, Zaqatala şəhərində oğluna lazım olan kitaba baxırmış. Həmin vaxtı qonşusu olan Məmməd onun mobil telefonuna zəng edərək harada olmasını soruşmuşdur. O, Zaqatala şəhərində olduğunu bildirdikdə Məmməd ona təcili kənddə gəlməli olduğunu demişdir. O, Məmməddən nə hadisə baş verməsini soruşduqda Məmməd kənddə problem olmasını bildirmişdir. O, həmin vaxtı evdə olan yaşlı atasına və ya anasına nəsə ola biləcəyini düşünərək tez Zaqatala şəhərində baxçada işləyən arvadı Gülnarı götürərək kənddə getmişdir. Yaşadığı evə çatdığında orada çoxlu sayda avtomobilin dayanmasını görmüş və həmin vaxtı təcili yardım avtomobilidə oraya çatmışdır. O, avtomobildən düşdükdə yolun kənarında iki uşağın uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin uşaqlardan biri qonşusu Babəkin oğlu Ramazan, digəri isə Əzizin oğlu İbrahim olmuşdur. İbrahim inildiyirmiş, Ramazan isə vəfat etmişdir. O, həmin vaxtı Kamala nəsə olmasını bilməmişdir. Ona orada həmkəndlisi Cumanın oğlunun öldüyünü, Cumanın uşağı xəstəxanaya aparıb getdiyini bildirmişlər. O da həmin vaxtı Kamalı axtarıb tapa bilməmişdir. Bundan sonra o, təcili yardım avtomobilinin arxasınca xəstəxanaya getmişdir. Orada Cumagilin qucağında uşaq olmasını görmüş, lakin tanıya bilməmişdir. Geri kənddə qayıdıb gəlmiş və Kamalı axtarmağa başlamışdır. Lakin tapa bilməmişdir. Həmin vaxtı Məmməd ona yenidən zəng edərək ölən uşağın Cumanın oğlu deyil onun oğlu Kamal olmasını bildirmişdir. Bundan sonra onlar Kamalın meyitini evə gətirmiş, onda görmüşdür ki, Kamalın sifəti tanınmaz halda olmuş və Kamalı üzdən tanımaq mümkün olmamışdır. Daha sonra onlar Kamalı kənd qəbiristanlığında dəfn etmişlər. Oğlu Kamal digər yoldaşları ilə məktəbdən çıxaraq evə gəldiyi zaman evə çatmağa 50 metr məsafə qalmış Kamal və digər uşaqlar yolda qaz borusunun üzərində oturaraq söhbət edirlərmiş. Həmin vaxtı kəndin içi ilə gedib geri qayıdan mersedes markalı dövlət nömrə nişanını bilmədiyi avtomobil yüksək sürətlə gəldiyi zaman yolun ortasında yuxarı vəziyyətdə basdırılmış borunun üzərindən keçdikdə idarəetməni itirərək yolun kənarında olan uşaqları vurmuşdur. Hadisə nəticəsində oğlu X6 hadisə yerində aldığı xəsarətlərdən ölmüş, Əzizin oğlu isə ağır xəsarət almışdır. O, Təqsirləndirilən şəxs əvvəllər üzdən tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindrilmiş X21 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X24 onun oğludur. Oğlu Ramazan yaşadığı kənddə yerləşən Göyəm kənd orta məktəbinin beşinci sinifində oxumuşdur. Məktəb evdən təxminən bir kilometr aralıda yerləşmişdir. Ona görə də oğlu Ramazan hər gün səhər tezdən 08 radələrində məktəbə piyada şəkildə getmiş, dərsdən çıxdıqdan sonra isə özü piyada şəkildə evə qayıdıb gəlmişdir. 08 fevral fevral 2024-cü il tarixdə o, səhər tezdən duraraq öz işlərinin arxasınca getmişdir. O, evdən çıxdıqda Ramazan yatırmış. Saat təxminən 13 radəərində o, fermada olduğu zaman arvadı ona mobil telefon ilə zəng edərək oğlu Ramazanı avtomobil vurduğunu bildirmişdir. Oğlu Ramazan çox dəcəl olduğundan fikirləşmişdir ki, Ramazan yol keçən avtombilin qarşısına qaçdığından avtomobil vurmuş və hər hansı xəsarət almışdır. Ona görə də o, tez Zaqatala rayon mərkəzi xəstəxanasına getmişdir. Ramazanın orada olmadığını görmüşdür. Orada o, bilmişdir ki, yolda avtomobil qonşusu Elçinin oğlu Kamalı və Əzizin oğlunu da vurmuşdur. Lakin o, hələ də hadisənin necə baş verməsini bilməmişdir. Bundan sonra o, Zaqatala Diaqnostika mərkəzinə getmiş və oğlu Ramazanın orada olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, baş vermiş hadisə nəticəsində oğlu Ramazan və Elçinin oğlu Kamal ölmüş, Əzizin oğlu isə ağır bədən xəsarətləri almışdır. Bundan sonra meyitləri müayinə olunması üçün tibbi ekspertizaya aparmışlar. Daha sonra isə onlar, oğlunun meyitini kənd qəbirstanlığında dəfn etmişlər. Oğlu Ramazan digər yoldaşları ilə məktəbdən çıxaraq evə gəldiyi zaman evə çatmağa 50 metr məsafə qalmış üçü yolda qaz borusunun üzərində oturaraq söhbət edirlərmiş. Həmin vaxtı kəndin içi ilə gedib geri qayıdan mersedes markalı dövlət nömrə nişanını bilmədiyi avtomobil yüksək sürətlə gəldiyi zaman yolda yuxarı vəziyyətdə basdırılmış borunun üzərindən keçdikdə idarəetməni itirərək yolun kənarında olan uşaqları vurmuşdur. Hadisə nəticəsində oğlu X7 hadisə yerində aldığı xəsarətlərdən ölmüş, Əzizin oğlu isə ağır xəsarət almışdır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Zaqatala rayonu Göyəm kənd orta məktəbinin 5-ci sinifində oxuyur. Hər gün o, məktəbə marşurut avtobusla gedib gəlmiş və səhər növbəsində oxumuşdur. 08 fevral 2024-cü il tarixdə səhər tezdən o, marşurutla məktəbə getmişdir. Saat təxminən 12:30 radələrində dərsdən çıxmışdır. O, dərsdən çıxan kimi marşuruta minməmiş, sinif yoldaşları Kamal və Ramazanla söhbət edə edə gəlməyə başlamışdır. Ramazanla Babəkin yaşadığı evə yaxınlaşmalarını təxmini xatırlamışdır. Bundan başqa heç nə xatırlamamışdır. O, özünə gəldiyində xəstəxanada olduğunu görmüşdür. Həmin vaxtı valideyinləri ona pəncərədən yıxılmasını bildirmişlər.O, xəstəxanadan çıxıb evə gəldikdən sonra isə valideyinləri ona məktəbdən gəldiyi zaman onları avtomobil vurduğunu, hadisə nəticəsində Kamalla Ramazanın öldüyünü, özünün isə ağır bədən xəsarətləri aldığını bilmişdir. Lakin o, baş vermiş hadisəni ümumiyyətlə xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, hal-hazırda Zaqatala RPŞ-də sürücü polis nəfəri kimi işləmişdir. Zərərçəkmiş şəxs onun oğludur. Əziz Zaqatala rayonu Göyəm kənd orta məktəbinin 5-ci sinifində oxumuşdur. Hər gün məktəbə marşurut avtobusla gedib gəlmişdir. Müəyyən vaxtlarda isə o, aparıb gətirmişdir. 08 fevral 2024-cü il tarixdə də o, özü İbrahimi evdən məktəbə yola salmış, özü isə işləri ilə məşğul olmağa başlamışdır. Günorta saat təxminən 13 radələrində o, evə gəldiyində arvadı Fatma Göyəm kəndində məktəbdən gələn uşaqları avtomobil vurduğunu, İbrahimin isə telefonlara cavab vermədiyini bildirmişdir. O, İbrahimin üzərində olan mobil telefona dəfələrlə zəng vursada İbrahim telefon zənglərinə cavab verməmişdir. Ona görə də o, arvadı Fatma ilə tez Zaqatala rayon mərkəzi xəstəxanasına getmişdir. Oraya getdiyində xəstəxanada çoxlu sayda adam olduğunu görmüşlər. Xəstəxanada onlar bilmişlər ki, Göyəm kəndində Mersedes markalı avtomobil üç məktəblini vurmuş, onlardan biri də İbrahim olmuşdur. Həmin uşaqlardan ikisi ölmüş, İbrahim isə ağır bədən xəsarətləri almışdır. Orada onlar İbrahimə həkimlərin ilkin yardım göstərdiklərini, İbrahimin sağ ayağının qırıldığını, başından ciddi zədə aldığını, sifətinin isə qan içində olduğunu görmüşlər. Həkimlərin ilkin yardımından sonra onlar İbrahimi Bakı şəhərinə xəstəxanaların birinə aparmış və orada müalicə etdirmişlər. Sonradan İbrahim yaxşı olduqdan sonra onlara hadisəni xatırmadığını, yalnız sinif yoldaşları Kamal və Ramazanla yol gəldiyini xatırladığını bildirmişdir. Sonradan onlar bilmişlər ki, Emin adlı şəxs Mersedes markalı avtomobil ilə Göyəm kəndindən Zaqatala şəhəri istiqamətində yüksək sürətlə gəldiyi zaman nisbətən döngəli yolda idarəetməni itirdiyindən uşaqları vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Ramazan İsayev onun kiçik övladıdır. Ramazan Zaqatala rayonu Göyəm kəndində yerləşən kənd orta məktəbinin 5-ci sinifində oxumuşdur. Məktəb yaşadığı evdən təxminən bir kilometr məsafədə yerləşmişdir. Hər gün səhər tezdən Ramazanı məktəbə tez çatması üçün avtobusla yola salmış, günortalar isə Ramazan özü tək evə gəlmişdir. 08 fevral 2024-cü il tarixdə səhər tezdən həmişəki kimi o, Ramazanı məktəbə avtomobusla yola salmışdır. Saat təxminən 13 radələrində o, evdə olduğu zaman qonşu uşaqlardan biri onlara gələrək “Ramazan, Ramazan” deyərək qışqırmışdır. O, həmin vaxtı Ramazanın kiminləsə dalaşacağını düşünərək tez yola qaçmışdır. Yola çıxdığında onların evdən təxminən 50 metr məktəb istiqamətinə əzilmiş vəziyyətdə qapıları açıq avtomobil olmasını, həmçinin yolun kənarında üç uşağın üst üstə olmasını görmüş və yol nəqliyyat hadisəsi olmasını başa düşmüşdür. Tez yaxınlaşdıqda üst üstə olan uşaqların ən üstə olanı qonşusu İbrahim, İbrahimin altında oğlu Ramazan, ən əltda isə sifəti tamami ilə dağılmış və tanınmaz vəziyyət olan bir oğlanın olmasını görmüşdür. Ətrafa toplaşan şəxslər tez birinci İbrahimi götürmüşlər, İbrahim həmin vaxtı inildəmişdir. O, Ramazanı qucağına götürərək nə qədər çağırsada Ramazan səsinə cavab verməmişdir. Bir nəfər oğlan isə kənarda “mən neylədim” deyərək dizlərinə vururmuş. Bu zaman ətrafda olan şəxslər təcili yardıma zəng edərək məlumat vermişlər. Bir xeyli sonra təcili yardım avtomobili gələrək uşaqların üçünüdə Zaqatala rayon Diaqnostika Mərkəzinə gətirmişdir. Oraya gəldikdən sonra o, bilmişdir ki, baş vermiş hadisə nəticəsində Ramazan ölmüşdür. Eyni zamanda sifəti dağılmış vəziyyətdə olan uşağın isə digər bir qonşusu Kamal olmasını bilmişdir. Kamalın sifəti tanınmaz hala düşdüyündən o, hadisə yerində Kamalı tanımamışdır. Xəstəxanada onlar Kamalında ölməsini bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, barəsində soruşulan X24 və X25 qonşuluğunda yaşamışdır. Ramazan və Elçin qonşuluqda normal bir uşaq kimi tanımışdır. Hal hazırda Ramazan və Kamal Göyəm kənd orta məktəbinin 5-ci sinifində oxumuşdurlar. 08 fevral 2024-cü il tarixdə günorta saat təxminən 13 radələrində o, nahar üçün yaşadığı evə gəlmişdir. Evdə olduğu zaman arvadı gələrək yolda güclü səs eşitdiyini bildirərək yola çıxmağı ona demişdir. Lakin o, həmin vaxtı hər hansı bir səs eşitməmişdir. O da tez yola tərəf getmiş, yola çıxdığında yolda qara rəngli mersedes markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilin dayanıqlı olmasını görmüşdür. O, yola çıxanda həmçinin yolun kənarında iki uşağın uzanıqlı vəziyyətdə olmasını görmüşdür. O, uşaqlara yaxınlaşdıqda uşaqları həmin avtomobilin vurmasını başa düşmüşdür. Uşaqlara baxdığında onların heç birini tanımamışdır. Uşaqlardan birinin sifəti tanınmaz halda olmuşdur. O, həmin avtombilin yanında olan şəxsə nə baş verməsi barədə qışqırdıqda həmin şəxs qucağında üçüncü uşağıda gətirərək digər uşaqların yanına qoymuşdur. O, baxdıqda üçüncü gətirilən uşağın qonşusu Babəkin oğlu Ramazan olmasını görmüşdür. Bu zaman qonşusu Məmməd və digər qonşularıda yola çıxmış, bütün kənd camaatı həmin yerə toplaşmışlar. Uşaqları avtomobillə vuran şəxs isə “mən neylədim, bunlar kimin uşaqlarıdır” deyərək qışqırmışdır. Bu zaman Ramazanın anası Ayseldə gəlmiş və Ramazanı qucağına görürərək ağlamışdır. Həmin vaxtı başqa bir qonşusu Dürdənə gəlib uşaqlardan birinə baxıdıqda onun sağ olduğunu deyərək qışqırmışdır. Bundan sonra o, sağ olan uşağın başqa bir qonşusu olan Əzizinin oğlu İbrahim olmasını bilmişdir. Lakin o, həmin uşağı tanımamışdır. Bir qədər sonra təcili yardım avtomobili gələrək uşaqların üçünüdə avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Həmin vaxtı o, üçüncü sifəti tanınmaz halda uşağın digər qonşumuz olan Elçinin oğlu Kamal olmasını bilmişdir. Bundan sonra onlar bilmişlər ki, baş vermiş hadisə nəticəsində Ramazan və Kamal ölmüş, İbrahim isə ağır bədən xəsarətləri almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Soltanhəmid oğlunun Şahid3 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli “raport”dan görünür ki, Zaqatala rayon MDM-dən tibb bacısı Musayeva telefon vasitəsi ilə 2013-cü il təvəllüdlü Zaqatala rayon Göyəm kənd sakini Zərərçəkmiş şəxs başın açıq yarası, sağ qamış sümüyünün sıyrığı xəsarəti və həmin kənd sakinləri 2013-cü il təvəllüdlü X26 və 2013-cü il təvəllüdlü X24 baş vermiş yol nəqliyyat hadisəsi zamanı oldüklərini bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə baş verən ərazi Zaqatala-Göyəm avtomobil yolunun Göyəm kəndi ərazisindən keçən hissəsindədir, maksimum icazə verilən sürət həddi 60 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, üfüqüdür, qurudur. Yol nəqliyyat hadisəsi yolun sol ehtiyyat hissəsində baş vermişdir. MERCEDES BENZ C200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, avtomobilərdə sərnişin olmamışdır. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Asfalt üzərində hər hansı nişanlanma xətti yoxdur. Yolun sol kənarında eni 4.5 metr, sağ kənarında isə eni 4.5 metr enində yol çiyni vardır. Yolun sağ və sol kənarlarında kənd tipli yaşayış evləri vardır. MERCEDES BENZ C200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyəm kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili birinci yolun sol kənarında olan işıq dirəyinə, daha sonra isə yol kənarı ilə gedən üç piyada məktəblini vurmuşdur. Yolda MERCEDES BENZ C200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 48.5 metr uzunluğunda tormuz izi vardır. Hadisə anında yolda hərəkət üçün hər hansı maneə olmamışdır (cidl 01, iş vər. 05-24). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli, 98 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:45-də Azərbaycan Respublikası cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından tutulmuşdur (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 fevral 2024-cü il tarixli Azərbaycan Respunlikası Daxili İşlər Nazirliyi zaqatala rayon Polis şöbəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamışdır (cild 01, iş vər. 49). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 fevral 2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin 4(033)-2/2024 nömrəli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər.85-88). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2024-cü il tarixli 04 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X19” PHŞ məhkəmə tibbi ekspertiza (meyitin ekspertizası) rəyindən görünür ki, X9 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Alnında və sifətində çoxsaylı sıyrılmış yaralar, üz sümükləri, alın, təpə, hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən iri qəlpəli sınıqları, baş beyin maddəsinin əziyi və qansızmalar. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi, həyat üçüm təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, ölümün baş vermə səbibi ilə birbaşa əlaqəlidir. X1 ölümünün səbəbi üz və kəllə sümüklərinin kəllə əsasına keçən iriqəlpəli sınıqları nəticəsində baş beyin maddəsində əzilmə və qansızmalar olmuşdur. Meyit əlamətlərinə görə, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 4-6 saat əvvələ uyğun gəlir (cild 01, iş vər. 100-104). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2024-cü il tarixli 03 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X19” PHŞ məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, 22 fevral 2024-cü il tarixli 03 nömrəli məhkəmə tibbi ekspertiza (meyitin ekspertizası) rəyindən görünür ki, X8 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: sağ gicgah-almacıq nahiyyəsində sıyrılmış yara, sağ qulaq seyvanında şişkinlik və qançır, sağ alt çənədə qançır, İ-İİ boyun fəqərələrinin yerdəyişən sınıqları, onurğa beynində əzilmə, beyinciyə və beyin maddəsinə qansızmalar, sağ bazunun, hər iki budun və hər iki baldırın qançırları, sağ bazu, hər iki bud və hər iki baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi, həyat üçüm təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, ölümün baş vermə səbibi ilə birbaşa əlaqəlidir. X3 ölümünün səbəbi İ-İİ boyun fəqərələrinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, uzunsov beyinə, beyinciyə və beyin maddəsinə qansızmalar olmuşdur. Meyit əlamətlərinə görə, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir (cild 01, iş vər. 105-109). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1989cu il təvəllüdlü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib (cild 01, iş vər. 162). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2013-cü il tarixdə Zaqatala rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 28 gün islah işləri cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 163- 165). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 noyabr 2013-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin hökmündən görünür ki,Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirmi bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə işlah işləri cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 204-217). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 01 aprel 2024-cü il tarixli 45 nömrəli məktubdan görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs barəsində Zaqatala rayon İcra və Probasiya şöbəsində şəxsi iş yoxdur (cild 01, iş vər. 222). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala şəhəri, Anar Həmidov küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi üç nəfər şəxsdən ibarət olmaqla barəsində şikayət daxil olmamışdır (cild 01, iş vər. 223-224). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyun 2017-ci il tarixdə verilmiş, AZ-İİİ serialı, 935284 nömrəli doğum şəhadətnaməsindən görünür ki, 2017-ci il təvəllüdlü X11 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 225). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 avqust 2012-ci il tarixdə verilmiş AZ-İİ serialı, 917760 nömrəli doğum şəhadətnaməsindən görünür ki, 2012-ci il təvəllüdlü X12 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 226). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ 04 aprel 2024-cü il tarixli, 18-1-78/2-455/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-in Psixiatrik və Narkoloji kabinetində qeydiyyatda yoxdur (cild 01, iş vər.227). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 aprel 2024-cü il tarixli 8/982 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz C 220 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 33-cıü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 228-231). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X19” PHŞ-in 182 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- təpə nahiyyəsində əzilmiş-cırılmış yara, baş beynin ocaqlı travması, epidural qansızma, travmatik pnevmotoraks, ağciyərlərdə hemorragik kontuziya sahələri, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, 08 fevral 2024-cü il tarixldə baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir (cild 01, iş vər.233- 237). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz C 220 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və təqsirlənirilən, zərərçəmiş şəxsin hüquqi varisləri və zərərçəkmiş şəxs tanış olduqdan sonra Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 5-ci tağımının 718 saylı postunun duracağında saxlanmışdır (cidl iş vər. 250-261). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünürki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə əlavə ittiham elan edilməsi barəsində cinayət işinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 250- 261). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs ağır xəsarət almasına, eləcə də X8 və X9 ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 13 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan, həmçinin sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan faktiki olaraq özünə məxsus Mersedes Benz C 220 markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobillə Göyəm-Zaqatala şəhəri avtomobil yolunun Göyəm kəndi ərazisindən keçən hissəsində Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərək avtomobilin idarəetməsini itirərək yolun sol çiyninə çıxarıb işıq dirəyini, daha sonra yolun sol çiyni ilə hərəkətdə olan Zaqatala rayonu Göyəm kənd sakinləri 2013-cü il təvəllüdlü piyadalar X14, X15 və Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli syılan ağır xəsarətlər almış, X24 və X23 aldığı xəsarətlərdən ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, “X29” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən maddələrdə göstərilən vəzifələri icra etməli idi. Belə ki, «X29» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan, həmçinin həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə faktiki olaraq özünə məxsus Mersedes Benz C 220 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobili idarə edərək “X29” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərkən “X29” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozmuşdur. Halbuki, “X29” Azərbaycan Repsublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair sürücülərin üzərinə vəzifələr qoyulur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Belə ki, 22 fevral 2024-cü il tarixli 03 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X19” PHŞ məhkəmə tibbi ekspertiza (meyitin ekspertizası) rəyindən müəyyən olunur ki, X8 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: sağ gicgah-almacıq nahiyyəsində sıyrılmış yara, sağ qulaq seyvanında şişkinlik və qançır, sağ alt çənədə qançır, İ-İİ boyun fəqərələrinin yerdəyişən sınıqları, onurğa beynində əzilmə, beyinciyə və beyin maddəsinə qansızmalar, sağ bazunun, hər iki budun və hər iki baldırın qançırları, sağ bazu, hər iki bud və hər iki baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi, həyat üçüm təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, ölümün baş vermə səbibi ilə birbaşa əlaqəlidir. X3 ölümünün səbəbi İ-İİ boyun fəqərələrinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, uzunsov beyinə, beyinciyə və beyin maddəsinə qansızmalar olmuşdur. Meyit əlamətlərinə görə, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. Həmçinin 22 fevral 2024-cü il tarixli 04 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X19” PHŞ məhkəmə tibbi ekspertiza (meyitin ekspertizası) rəyindən müəyyən edilir ki, X9 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Alnında və sifətində çoxsaylı sıyrılmış yaralar, üz sümükləri, alın, təpə, hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən iri qəlpəli sınıqları, baş beyin maddəsinin əziyi və qansızmalar. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi, həyat üçüm təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, ölümün baş vermə səbibi ilə birbaşa əlaqəlidir. X1 ölümünün səbəbi üz və kəllə sümüklərinin kəllə əsasına keçən iriqəlpəli sınıqları nəticəsində baş beyin maddəsində əzilmə və qansızmalar olmuşdur. Meyit əlamətlərinə görə, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 4- 6 saat əvvələ uyğun gəlir. Habelə 30 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X19” PHŞ-in 182 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- təpə nahiyyəsində əzilmiş-cırılmış yara, baş beynin ocaqlı travması, epidural qansızma, travmatik pnevmotoraks, ağciyərlərdə hemorragik kontuziya sahələri, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, 08 fevral 2024-cü il tarixldə baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hisslərinin dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. 25 aprel 2024-cü il tarixli 8/982 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Benz C 220 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 33-cıü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X29” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, tələblərinə uyğunsuzluq olmuşdur. 08 fevral 2024-cü il tarixli, 98 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 13 radələrində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan faktiki olaraq özünə məxsus Mersedes Benz C 220 markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Göyəm-Zaqatala şəhəri avtomobil yolunun Göyəm kəndi ərazisindən keçən hissəsində Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərək avtomobilin idarəetməsini itirərək yolun sol çiyninə çıxarıb işıq dirəyini, daha sonra yolun sol çiyni ilə hərəkətdə olan Zaqatala rayonu Göyəm kənd sakinləri 2013-cü il təvəllüdlü piyadalar X14, X15 və Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs təpə nahiyyəsində əzilmiş-cırılmış yara, baş beynin ocaqlı travması, epidural qansızma, travmatik pnevmotoraks, ağciyərlərdə hemorragik kontuziya sahələri, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır xəsarətlər, həmçinin X16 alnında və sifətində çoxsaylı sıyrılmış yaralar, üz sümükləri, alın, təpə, hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən iri qəlpəli sınıqları, baş beyin maddəsinin əziyi və qansızmaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Kamal Permadovun yol-nəqliyyat hadisəsi zamanı aldığı üz və kəllə əsasına keçən iriqəlpəli sınıqları nəticəsində baş beyin maddəsində əzilmə və qansızmalardan ölümünə səbəb olan, eyni zamanda X4 gicgah-almacıq nahiyyəsində sıyrılmış yara, sağ qulaq seyvanında şişkinlik və qançır, sağ alt çənədə qançır, İ-İİ boyun fəqərələrinin yerdəyişən sınıqları onurğa beynində əzilmə beyinciyə və beyin maddəsinə qansızmalar, sağ bazunun, hər iki budun və hər iki baldırın qançırları, sağ bazu, hər iki bud və hər iki baldır sümüklərinin yerini dəyişən qapalı sınıları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Ramazan İsayevin yol-nəqliyyat hadisəsi zamanı aldığı İ-İİ boyun fəqərələrinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, uzunsov beyinə, beyinciyə və beyin maddəsinə qansızmalardan ölüməsinə, yəni iki şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4–cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM 59.1.4–ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Emin İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «X29» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («X29» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun həbs olunduğu vaxtdan, yəni 08 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs istifadəsində olan və hazırda Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 5-ci tağımının 718 saylı postunun duracağında saxlanılan Mersedes Benz C 220 markalı ** BB *** markalı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 5-ci tağımının 718 saylı postunun duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Mersedes Benz C 220 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar