Məhkəmə qərarları › İş №1(091)-183/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-183/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-183/2021 15.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1974-cü ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala şəhəri İ.Şamil küçəsi ev 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,227 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış, 06 iyun 2021-ci il tarixdə, saat 11 radələrində həmin narkotik vasitəni Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsində üzərində qanunsuz olaraq daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinib rayon polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 12:25 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindəki“Prima” markalı siqaret qutusunda qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,227 qram təşkil edən psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 15 iyun2021-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndinin yaxınlığında yerləşən “qusur” adlanan ərazidə yabanı halda bitmiş çətənə bitkilərindən yığmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6 kq 030 qram çəkidə narkotik vasitə- qurudulmamış marixuana əldə etmiş və 01 ədəd ağ rəngli sintetik kisədə saxlamış, əldə etdiyi narkotik vasitələri özü ilə Danaçı kəndinin mərkəzinə gətirmiş və orada Şahid4 taksi kimi istifadə etdiyi Vaz 21154 markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşına qoyub özü ilə Zaqatala şəhərinə qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxladılaraq rayon polis şöbəsinə gətirilmiş vəhəmin gün saat 18:44 radələrində avtomaşına baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının ayaqaltısı üzərində“Azərşəkər” yazıları olan kisədətəmiz çəkisi 6 kq 030 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat 11 radələrində Zaqatala şəhəri S.Qazıyeva küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına gəldikdən sonra narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəklişlə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin siqaret qutusunun içərisinə baxılarkən qutunun içərsində bir ədəd iynə, şpris, limon duzu yazısı olan açıq paket, şüşə flakon və qara rəngli sellofan bükümdə çəkisi 0,3 qram olan ağ rəngli metamfitaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Şalvarın sağ yan cibindən alışqan və mobil telefon aşkar edilmiş, siqaret qutusunda aşkar olunanlar polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Bundan başqa o, Danaçı kəndi ərazisində olan sahələrdən keçdiyi zaman çətənə bitkilərinin olmasını görmüş, bu zaman həmin kolların yarpaqlarını qopararaq qurudub istifadə edə biləcəyini düşünmüşdür. Həmin çətənə bitkisinin üzərində olan, yəni yarpaqlarının narkotik vasitə kimi istifadə etmək üçün yararlı olan hissələrinin bir ədəd ağ rəngli kisəyə yığaraq Danaçı kəndinin mərkəzinə getmiş, orada VAZ 21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı taksiyə minib Zaqatala şəhərinə getdikdə yolda polis əməkdaşları onları saxladaraq sərnişin olduğu avtomobillə birlikdə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, şübhəli şəxs qismində tutulduqdan sonra üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşlarına sahədən yığdığı marixuananın sərnişin olduğu avtomobildə olduğunu bildirdikdən sonra onun iştirakı ilə polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərkən qeyd etdiyi sahədən yığdığı marixuana polis əməkdaşları tərəfindən götürülərək elektron tərəzidə çəkildəkidə çəkisinin 6040 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərində və sərnişin olduğu avtomobildə aşkar olunmuş psixotrop maddə olan metamfetamini və qurudulmamış marixuananı özünün istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Zaqatala rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri S.Qazıyeva küçəsində xidmətdə olarkən Zaqatala şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sonuncuya yaxınlaşaraq özünü təqdim edib Zaqatala rayon polis şöbəsinə dəvət etmiş, orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərsinə baxış keçirilərkən orada bir ədəd iynə, şprits, limon duzu yazısı olan açıq paket, şüşə plafon və qara rəngli klyonka bükümdə çəkisi 0,3 qram olan ağ rəngli metanmfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən alışqan və mobil telefon aşkar olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs siqaret qutusunda aşkar olunanları Zaqatala şəhərində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra bir ədəd ağ rəngli zərfə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 15 iyun 2021-ci il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsində və saxlamasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında CAB-nin rəisi polis mayoru İlkin Hüseynovla, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Nicat Qurbanovla birlikdə Zaqatala rayonu Danaçı kəndinə çatdıqda Təqsirləndirilən şəxs qara rəngli VAZ 21154 markalı 02 BX-919 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala şəhəri istiqamətinə gediyi müəyyən edilmişdir. Həmin vaxt Zaqatala rayon X10 X11 əməkdaşları ilə əlaqə saxlayıb qeyd olunan avtomaşının saxlanması üçün YPX-nin xidməti avtomaşınından istifadə etməyə qərara almışdır. Həmin tarixdə DYPB-nin istifadəsində olan avtomaşınla Zaqatala rayonun Qazangül qəsəbəsinin yaxınlğında qara rəngli VAZ 21154 markalı 02 BX-919 dövlət qeydiyyat nişanlı avtomaşına saxla işarəsi verilmiş, qeyd olunan avtomaşın saxlanıldıqdan sonra avtomobilin sürücüsü və avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs Zaqatala rayon Polis Şöbəsinə gətirilərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunsuz saxladığı əşya və predmet aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs taksi avtomobilndə özünün istifadə etməsi üçün Zaqatala rayon Danaçı kəndi ərazisindən yığdığı marixuana olduğunu bildirdiyinə görə Təqsirləndirilən şəxs sərnişin olduğu Zaqatala rayon Danaçı kənd sakini X7 idarə etdiyi VAZ 21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən vaxt avtomobilin qabaq sağ sərnişin oturacağının ayaq altında bir ədəd üzərində “Azər şəkər” yazlıkarı olan kisə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kisəni avtomobildən çıxarıb təqdim etdikdə həmin kisəyə baxış keçirilən vaxt kisənin içərsində bir ədəd Təqsirləndirilən şəxs özü tərəfindən şeirlər yazlılmış bloknot və çəkisi 6040 qram olan bitki mənşəlli kəskin spesifik iyə malik olan yeni yığılmış marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kisənin içərsində olan kütlənin narkotik vasitə marixuana olduğunu, həmin marixunanı Zaqatala rayon Danaçı kəndinin ərtazsində yerləşən boşluq sahələrdə bitmiş vəziyyətdə aşkar edərək özünün istifadəsi üçün qoparıb həmin kisəyə yığdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütlə qablaşdırılaraq məhkəmə bioloji ekspertizasına göndərilməsi məqsədi ilə götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 oğlu və X2 baş inspektoru Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zaqatala rayon Danaçı kəndində ailəsi ilə birlikdə yaşamaqla VAZ 21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15 iyun 2021-ci il tarixdə saat 1730 radələrində yaşadığı Danaçı kəndi ərazisində hərəkətdə olduğu zaman tanımadığı bir nəfər əlində ağ kisə ilə ona əl edib saxlamış, avtomobili saxlayaraq həmin şəxsi avtomobilinə götürmüşdür. Həmin şəxs onun idarə etdiyi avtomobilə əyləşərək Zaqatala şəhərinə getmək istədiyini bildirdiyinə görə həmin istiqamətdə hərəkət etmişdir. Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları onun idarə etdiyi avtomobili saxlayıb polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə gəldikdən sonra avtomobil duracaqda saxlanılan zaman vəkilin və digər şəxslərin iştirakı ilə protokol tərtib olunub avtomobilin qapıları bağlanaraq avtomobilin açarları ona təhvil verilmişdir. Avtomobilində sərnişin olan şəxsə məxsus ağ kisə isə avtomobilində qalmışdır. Sonradan həmin şəxn Təqsirləndirilən şəxs olduğu məlum olmuş, həmin şəxs narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra vəkilin və digər şəxslərin iştirakı ilə protokol tərtib olunub vəkilin və digər şəxslərin iştirakı ilə videoçəkilişdən istifadə edilərək onun avtomobilinə baxış keçirilən zaman avtomobilindən çıxarılaraq kisənin içərisində bitki mənşəli kəskin spesifik iyə malik olan yeni yığılmış marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olmaqla Zaqatala rayon Danaçı kəndi ərazisində boşluq sahədən yığdığını bildirmişdir. Bundan sonra həmin kisə polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilərək içərsində narkotik vasitə marixuananın çəkisi 6040 qram olması müəyyən edilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2021-ci il tarixli 17 /405 nömrəli ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində 2Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,227 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (1 siyahı.İİ bənd,sıra N-27)daxil olan- metamfetamindir. 01 (bir) ədəd şpris və iynə narkotik və psixotrop maddə hissəcikləri aşkar edilmədi. 01 (bir) ədəd şüşə flaklonda olan maddə hissəcikləri-heroin hissəcikləridir. 01(bir) ədəd polietilen paketin içərsində təmiz çəkisi 6,502 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 16 iyun 2021-ci il tarixli 17 /436 nömrəli ekspert rəyindən aydın olur ki.tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs oğlundan götürülmüş yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə” sözləri və imzalar yazılmış sintetik kisənin içərsindəki, təmiz çəkisi-6 kiloqram 030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 16 iyun 2021-ci il tarixli 17 /436 nömrəli ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd dellofan bağlamanın içərsindəki, ümumi təmiz çəkiləri-81,56 qram olan 03 (üç) ədəd bitki hissələri əkilib-becərməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir Çətənə bitkisinin hissələrinin üzərində yarpaq olmadığından, yalnız kök və qısa gövdədən ibarət olduğundan onların təqdim olunmuş qurudulmamış marixuana ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli 858 nömrəli ekspert rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon məhkəməsinin 04.12.2002-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə 02 il 8 ay müddətinə, Zaqatala rayon Məhkəməsinin 19.12.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə 02 il müddətinə, Binəqədi rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə CM-in 317.2.1-ci maddəsi ilə 03 ay 27 gün müddətinə, Qax rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.03.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 06 iyun 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şpris, 1 ədəd iynə, 1 ədəd şüşə qab, 1 ədəd limon duzu paketi, 1 ədəd 0,3 qram narkotik maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 15 iyun 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, X8 məxsus VAZ-21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən 6 kiloqram 040 qram narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 06 iyun 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1205-də şübhəli şəxs qismində tutulmuşdur. İş matreiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 08 iyun 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 15 iyun 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1805-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zaqatala rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olması, həmin narkotik vasitəni daşıması və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 15 iyun 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza təyin edilməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 138,20 AZN (yüz otuz səkkiz manat iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan çəhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 138,20 AZN (yüz otuz səkkiz manat iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala rayon Polis Şöbəsində 0,177 qram olan 1 ədəd qara rəngli sellofan bükümdəki narkotik maddə metamfetamin, 1 ədəd şpris, 1 ədəd iynə, 1 ədəd şüşə qab, 1 ədəd limon duzu paketi, Şahid4 məxsus avtomobildən götürülmüş qurudulmamış marixuana, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən götürülmüş 3 ədəd bitki hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar