Məhkəmə qərarları › İş №1(091)-183/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-183/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-183/2023 25.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısına əsasən külli miqdar hesab edilən 3,394 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan həmin narkotik vasitəni 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri ərazisində saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 18:10-da şöbənin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan pencəyin ön sağ cibindən 01 ədəd həmin sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, ümumi təmiz çəkisi 3,394 qram narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etməmiş, 050 821-12-22 mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. 01 fevral 2023-cü il tarixdə taksi sifariş vermək məqsədilə bu fəaliyyətlə məşğul olan Azər Salmanovun istifadəsində olan 050 ***- **-** mobil telefon nömrəsinə zəng etmiş, sonuncu isə ona avtomobildə başqa müştərinin olduğunu demişdir. Həmin vaxtdan təxminən 20-30 dəqiqə sonra o, Azər Salmanovla görüşərək sonuncunun ağ rəngli “VAZ 21015” markalı avtomobilinə əyləşmiş və bu zaman avtomobildə Azər Salmanovun övladı da olmuşdur. Bundan bir müddət sonra həmin tarixdə saat təxminən 15:30 radələrində polis əməkdaşları tərəfindən Göyçay şəhəri, Həbibi küçəsində deyil, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin qarşısında həmin avtomobildə olan zaman saxlanılmış, Göyçay RPŞ-yə də həmin avtomobil vasitəsilə əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılmış, sonuncu avtomobilin arxa oturacağında, uşaq isə avtomobilin ön oturacağında əyləşmiş, avtomobili Azər Salmanov idarə etmiş, qeyd olunan vaxt Şahid1 və Şahid2 orada olmamış və adları qeyd edilən şəxsləri polis şöbəsində olan zaman görmüşdür. Göyçay Rayon Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmamış, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona məxsus olan mobil telefon ondan götürülmüş, orada olan zaman təsirtəzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları onu döymüşlər. Sonradan orada olan zaman vəkil Rasim Vəliyev cinayət-axtarış bölməsinin rəisi Rəşid Vəliyev tərəfindən mobil telefon vasitəsilə zəng olunaraq polis şöbəsinə dəvət edilmiş və bundan 5-10 dəqiqə sonra Rasim Vəliyev polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman səhhəti normal olmuş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman təzyiq altında və əsəbi vəziyyətdə olmuş, əsəbləşdiyi üçün yerində dayana bilməmiş və ağlamışdır. Polis şöbəsində olan zaman bilavasitə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl müdafiəçi Rasim Vəliyevin yanında əməliyyat müvəkkili Şahid3 tərəfindən onun üzərinə narkotik vasitə yerləşdirilmişdir. Videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə altı-yeddi dəfə aparılmış və bütün videoçəkilişlərdə müdafiəçi Rasim Vəliyev onun yanında olmuşdur. Bu müddət ərzində onu yuxarı mərtəbəyə aparıb döyərək narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etmişlər, həmin vaxt qeyd olunanlarla razılaşsa da videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona məxsus olduğunu deməmiş və qeyd olunan səbəbdən videoçəkiliş altı-yeddi dəfə aparılmışdır. Üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş heroin ona məxsus olmamış və polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qaldığı, habelə polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib həmin evdə yaşayan ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini dedikləri üçün narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə vermişdir. İbtidai istintaq zamanı müdafiəçi Rasim Vəliyev ona narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etməsini təklif etmiş və köməklik edəcəyini demişdir. Bu zaman o, üzərinə narkotik vasitə heroinin müdafiəçi Rasim Vəliyevin yanında yerləşdirildiyini sonuncuya demiş və hər şeyi olduğu kimi danışmasını bildirmişdir. Üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən hansı çəkidə və hansı növ narkotik vasitənin olmasını müəyyən etmək məqsədilə cibindən çıxan narkotik vasitəyə baxmış, baş verənlərə görə heyfslənmiş və əsəb hissi keçirmiş, lakin ona qarşı edilən qanunsuzluqlarla bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. 050 876-12-18 mobil nömrəsinin kimin istifadəsində olduğunu bilmir və o, saxlanıldıqdan sonra ona məxsus olan mobil telefon polis əməkdaşları tərəfindən ondan götürüldüyündən qeyd olunan mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəngin olunmasından sonra mobil telefona kimin cavab verdiyini bilmir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, təxminən 5 aydır psixotrop maddə metamfetamindən istifadə edir. Tutulmamışdan təxminən iki ay əvvəl Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaxınlığında olan zaman yerdə sellofan bükümün olduğunu görüb götürdükdə içərisində qəhvəyli rəngli maddənin olduğunu görmüş və özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin gün narkotik vasitədən bir dəfə istifadə etmiş, qalan hissəsini üzərində saxlamış, qeyd olunan narkotik vasitədən heç kəsə verməmiş və ya satmamışdır. 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra Göyçay RPŞ-nin inzibati binasında olan zaman müdafiəçinin iştirakı ilə həmin tarixdə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynindəki pencəyin ön sağ cibindən içərisində heroin olan bir ədəd sellofan büküm aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,99 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 31 avqust 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobil vasitəsilə deyil, Şahid2 məxsus olan “Lada Priora” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay RPŞ-yə aparılmış və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu bildirmiş, qeyd olunan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,99 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı Göyçay şəhəri, Həbibi küçəsinə o, Şahid3 və Şahid2 sonuncuya məxsus olan “Lada Priora” markalı avtomobillə getmişlər, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin avtomobildə nasazlıq yaranmış, qeyd olunan səbəbdən o, Şahid3 və Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus olan ağ rəngli “VAZ 21015” markalı avomobilə əyləşib Göyçay RPŞ-yə getmişlər. Həmin avtomobilin kim tərəfindən sifariş verilməsini, avtomobildə kimlərin olmasını və avtomobilin hansı hissəsində əyləşdiyini xatırlamır, lakin qeyd olunan avtomobildə uşaq olmamışdır. Şahid2 polis şöbəsinə həmin avtomobillə deyil, özünə məxsus olan avtomobillə gəlmişdir. Müdafiəçinin kim tərəfindən dəvət olunduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı 31 avqust 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobil vasitəsilə deyil, ona məxsus olan “Lada Priora” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay RPŞ-yə aparılmış və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu bildirmiş, qeyd olunan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,99 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 050 488-62-11 mobil telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs Göyçay şəhəri, Həbibi küçəsində o, Şahid1 və Şahid3 tərəfindən saxlanıldıqdan sonra Göyçay RPŞ-yə Şahid1 və Şahid3 tərəfindən “VAZ 21015” markalı avtomobillə aparılmış, avtomobili sahibi idarə etmiş, Şahid1 və Şahid3 həmin avtomobildə arxa oturacaqda əyləşmiş, o isə göstərilən avtomobildə olmamışdır. Həmin avtomobilin sürücüsünün kim tərəfindən sifariş edilməsini xatırlamır, təsadüfən oradan keçən zaman saxladıqlarını hesab edir. Həmin sürücünü Göyçay şəhər sakini kimi tanımış, Təqsirləndirilən şəxs saxlanılan gün qeyd olunan sürücü ilə telefon vasitəsilə əlaqə saxlayıb-saxlamadığını, sonuncudan mobil telefonu götürüb-götürmədiyini, habelə müdafiəçinin kim tərəfindən dəvət olunduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı 28 sentyabr 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və narkotik vasitədən istifadə etməsi barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “VAZ 21015” markalı avtomobilində olan zaman saxlanılmış, həmin vaxt sonuncunun səhhətində hər hansı problem olmamış və Təqsirləndirilən şəxs qeyd olunan vaxt üzərində olan mobil telefonu yerə çırpıb sındırmışdır. Bundan sonra o, avtomobildə arxa oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs qeyd olunan avtomobil vasitəsilə Göyçay RPŞ-yə aparılmış və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu bildirmiş, qeyd olunan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,99 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində özünə məxsus olan ağ rəngli “VAZ 21015” markalı avtomobillə övladı X19 şəhər 1 nömrəli tam orta məktəbdən götürmüş, bu zaman Təqsirləndirilən şəxs onu sifarişlə çağırmamış və hərəkət edən zaman yolda onu görüb əl hərəkəti etmiş, o da avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşmişdir. Bundan bir qədər sonra Göyçay şəhəri, Vidadi küçəsində avtomobili saxlamış və Təqsirləndirilən şəxs avtomobildən çıxan zaman polis əməkdaşı sonuncunu saxlamışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamış və sonuncu saxlanılan zaman səhhətində hər hansı problem olmamışdır. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirmişdir və bu zaman Təqsirləndirilən şəxs və polis əməkdaşı Şahid3 avtomobilin arxa oturacağında, övladı isə avtomobilin ön oturacağında əyləşmişdir. Bundan sonra polis əməkdaşının tələbinə əsasən o, avtomobillə Göyçay Rayon Polis Şöbəsinə tərəf hərəkət etmiş, Şahid1 və Şahid2 Göyçay RPŞ-yə onun avtomobil ilə getməmişlər və Təqsirləndirilən şəxs və Şahid3 polis şöbəsinə apardıqdan sonra həmin yeri tərk etmişdir. Əvvəllər Şahid2 tanımamış və taksi fəaliyyəti ilə əlaqədar sonuncunu hər hansı ünvana aparmamışdır. Həmin tarixdə Şahid2 onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs mobil telefonunun onun avtomobilində qaldığını demiş, o müştərini ünvanına çatdırdıqdan sonra Şahid2lə görüşmüş və sonuncu Təqsirləndirilən şəxs mobil telefonunu ondan götürmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 oğlu ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət etmiş və 055 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Şəxs polis şöbəsinə gətirilən kimi hüquq və vəzifələri izah edilir, daha sonra isə müdafiə ilə təmin olunur. Sənədlərin çoxu artıq hazır vəziyyətdə olur, orada ancaq şəxsin adı və soyadı dəyişdirilir və müdafiəçi özü tərəfindən dəvət olunur. Göyçay şəhəri kiçik şəhər olduğundan müdafiəçinin polis şöbəsinə gəlməsi bir neçə dəqiqə vaxt alır. Sənədlərin çoxu artıq şablon formada olduğundan şəxsin ad və soyadını dəyişmək kifayət edir. Təqsirləndirilən şəxs onun yanına 01 fevral 2023-cü il tarixdə saat 18:05-də gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman şəxsin əhvalının hansı səbəbdən yaxşı olmadığı barədə heç bir məlumatı yoxdur. Şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş bir dəfə aparılmışdır və videoçəkilişin bir neçə dəfə aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə gətirilməsinin vaxtı ilə bağlı “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda, habelə sonuncunun şübhəli şəxs qismində tutulmasının vaxtı ilə bağlı şübhəli şəxsin tutulması haqqında protokolda qeyd olunanların düzgün olduğunu hesab edir. Müdafiəçi polis şöbəsinə çağırılmadığı təqdirdə sonuncunun özbaşına polis şöbəsinə gəlməsinin və müdafiəçini ondan başqa heç kəsin dəvət etməsinin mümkün olmadığını hesab edir. Müdafiəçinin polis şöbəsinə hansı vasitə ilə dəvət olunmasını xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət etmiş və 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs barəsində aparılan əməliyyat-axtarış tədbirində iştirak etməmiş, həmin tədbir keçirilməmişdən əvvəl sənədlərlə tanış olaraq məlumat almış, tədbir keçirildikdən sonra isə nəticəsi barədə şifahi şəkildə ona məruzə olunmuşdur. Müdafiəçi Rasim Vəliyevin polis şöbəsinə kim tərəfindən dəvət olunduğunu və Təqsirləndirilən şəxs saxlanılan tarixdə müdafiəçi Rasim Vəliyevlə danışıb-danışmadığını xatırlamır. Müdafiəçi bəzən təhqiqatçı, bəzən isə Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunur. Müdafiəçi Rasim Vəliyevlə şəxsi münasibətləri olmuş, hər gün sonuncu ilə əlaqə saxlamamış və hər ikisi ürək nahiyəsindən əməliyyat olunduqlarına görə zəng edərək xəstəliklə bağlı məsləhət almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması və saxlaması şübhəsi ilə həmin tarixdə saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:10-dan saat 18:20-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli pencəyin ön sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 3,99 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 02 fevral 2023-cü il tarixli 17/132 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,394 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli 875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 21 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 may 2023-cü il tarixli PHŞ-6-40/2-589/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Əliyev X15 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 9 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18:05-də polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Əliyev X15 Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 20 sentyabr 2023-cü il tarixli 3-13-76/2- 33000/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay şəhər 1 nömrəli tam orta məktəbdən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli 95 nömrəli məktubdan görünür ki, həmin məktəbdə məktəbəqədər təhsil pilləsində təhsil alan X3 dərs müddəti 01 fevral 2023-cü il tarixdə saat 15:20-də başa çatmış və saat 15:23-də atası X7 müşayiəti ilə qeyd olunan məktəbi tərk etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 31 oktyabr 2023-cü il tarixli 3-13-76/2- 38051/23 nömrəli məktubdan görünür ki, 01 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs başqa hər hansı şübhəli və ya təqsirləndirilən şəxslə Göyçay rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə istintaq hərəkətləri həyata keçirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsindən daxil olmuş 13 noyabr 2023-cü il tarixli 1-4337/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuniliyinin yoxlanılması ilə əlaqədar təqdim olunmamış və bu barədə məhkəmə qərarı çıxarılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 821-12-22 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 01 fevral 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 15:23-də və saat 15:30-da X7 istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə, habelə saat 17:56-da və saat 18:15-də isə X4 istifadəsində olmuş 050 876-12-18 mobil telefon nömrəsindən həmin mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, 050 821-12-22 mobil telefon nömrəsi saat 15:23-də “Goycay r-nu. X25 kuc 1”, saat 15:30-da “Goycay r-nu, Cayarxi kendi.”, saat 15:47-də “Goycay r-nu. X25 kuc 1”, saat 17:56-da “Goycay r-nu” və saat 18:15-də “Goycay r-nu. X25 kuc 1” anten dairələrində, 050 876-12-18 mobil telefon nömrəsi isə saat 17:56-da və saat 18:15-də “Goycay sh., “Azercell Express” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X7 istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsinə 01 fevral 2023-cü il tarixdə saat 15:23-də və saat 15:29-da Təqsirləndirilən şəxs məxsus olan 050 821-12-22 mobil telefon nömrəsindən zəng edilmiş, həmin mobil telefon nömrəsi saat 15:23-də “Goycay sh., “Azercell Express” və saat 15:29-da “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuşdur. Bundan başqa, həmin mobil telefon nömrəsinə qeyd olunan tarixdə saat 15:33-də 051 956-71-11 mobil telefon nömrəsindən zəng edilmiş, saat 15:37-də isə göstərilən mobil telefon nömrəsindən 051 935-45-46 mobil telefon nömrəsinə zəng olunmuş və həmin telefon nömrəsi qeyd olunan vaxt “Goycay r-nu. X25 kuc 1” anten dairəsində olmuşdur. Bundan əlavə, həmin tarixdə saat 16:17-də və saat 16:25-də qeyd olunan mobil telefon nömrəsinə Şahid2 istifadəsində olan 51 488-62-11 mobil telefon nömrəsindən zənglər daxil olmuş, göstərilən mobil telefon nömrəsi saat 16:17-də “Goycay r-nu, M.Azizbeyov kucesi 33”, saat 16:25-də isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuşdur. Bundan savayı, həmin mobil telefon nömrəsi qeyd olunan tarixdə saat 17:58-də “Goycay r-nu, Cayarxi kendi.”, saat 18:14-də isə “Goycay sh., “Azercell Express” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 istifadəsində olan 051 488-62-11 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə saat 16:17-də və saat 16:25-də X7 istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə zənglər edilmiş, qeyd olunan mobil telefon nömrəsi saat 16:17-də və saat 16:25-də “Goycay r-nu, Cayarxi kendi.” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X8 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi saat 15:33-də, saat 15:46-da, saat 15:50-də, saat 15:52-də və saat 15:54-də “Goycay sh., “Azercell Express”, saat 16:14-də “Goycay r-nu”, saat 16:24-də, saat 16:25-də və saat 16:40-da “Goycay sh., “Azercell Express”, saat 16:50-də “Goycay r-nu TV”, saat 16:57-də “Goychay r-nu, Cereke kendi.”, saat 16:58-də “Goycay r-nu, Potu kendi”, saat 17:07-də, saat 17:44-də, 17:47-də və saat 18:03-də “Ucar r-nu”, saat 18:07-də “Ucar r-nu, X11”, saat 18:23-də, saat 18:54-də və saat 19:12-də isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuşdur. Bundan başqa, həmin mobil telefon nömrəsinə qeyd olunan tarixdə saat 16:57-də və saat 17:47-də X9 istifadəsində olan 050 796-69-96 mobil telefon nömrəsindən zənglər edilmiş, habelə saat 18:07-də onun istifadəsində olan göstərilən mobil telefon nömrəsindən Rəşid Vəliyevin istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 istifadəsində olan 050 796-69-96 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə saat 16:57-də və saat 17:47-də Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zənglər edilmiş, habelə saat 18:07-də Rasim Vəliyevin istifadəsində olan göstərilən mobil telefon nömrəsindən Rəşid Vəliyevin istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə zəng edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X5 istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə yalnız saat 12:45-də Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının (Ünvan: Göyçay şəhəri, Natəvan küçəsi 11) anten əhatə dairəsində (dairələrində) yerləşməsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin ünvan “Goycay r-nu. X25 pony 1” və “Goycay r-nu TV” anten əhatə dairələrində yerləşir. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-1ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (narkotik vasitəsi heroinin) aşkar olunduğu 01 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, materialların məhkəmə ekspertizasının 02 fevral 2023-cü il tarixli 17/132 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə şübhəli şəxs, habelə təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 cinayət işi üzrə verdikləri şahid ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CMin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023cü il tarixli protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 01 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 18:05-də şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 18:10-dan saat 18:20-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 01 fevral 2023-cü il tarixdə saat 18 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 18:05 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən təxminən 2-3 saat öncə, daha dəqiq 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Göyçay şəhəri 6 nömrəli orta məktəbin yaxınlığında olan zaman Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə aparıldığını və qeyd olunan tarixdən və vaxtdan faktiki saxlanıldığını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı cinayət işi üzrə əlavə şahid qismində dindirilən X17 birbaşa, habelə polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 dolayısı ilə qismən öz ifadələri ilə təsdiq etmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs, Azər Salmanov və Şahid2 istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 821- 12-22 mobil telefon nömrəsi vasitəsilə 01 fevral 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 15:23-də və saat 15:30-da X7 istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə, habelə saat 17:56-da və saat 18:15-də isə X4 istifadəsində olmuş 050 876-12-18 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 821-12-22 mobil telefon nömrəsi saat 15:23-də “Goycay r-nu. X25 kuc 1”, saat 15:30-da “Goycay r-nu, Cayarxi kendi.”, saat 15:47-də “Goycay r-nu. X25 kuc 1”, saat 17:56-da “Goycay r-nu” və saat 18:15-də “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuş, Azər Salmanovun istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə 01 fevral 2023-cü il tarixdə saat 15:23-də və saat 15:29-da Təqsirləndirilən şəxs məxsus olan 050 821-12-22 mobil telefon nömrəsindən zəng edilmiş, Azər Salmanovun istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsi saat 15:23-də “Goycay sh., “Azercell Express” və saat 15:29-da “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuş, bundan başqa, Azər Salmanovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə göstərilən tarixdə saat 15:33-də 051 956-71-11 mobil telefon nömrəsindən zəng edilmiş, saat 15:37-də isə göstərilən mobil telefon nömrəsindən 051 935-45-46 mobil telefon nömrəsinə zəng olunmuş və Azər Salmanovun istifadəsində olmuş həmin mobil telefon nömrəsi qeyd olunan vaxt “Goycay rnu. X25 kuc 1” anten dairəsində olmuş, bundan əlavə, həmin tarixdə saat 16:17-də və saat 16:25-də Azər Salmanovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsinə Şahid2 istifadəsində olan 051 488-62-11 mobil telefon nömrəsindən zənglər daxil olmuş, Azər Salmanovun istifadəsində olmuş həmin mobil telefon nömrəsi saat 16:17-də “Goycay r-nu, M.Azizbeyov kucesi 33”, saat 16:25-də isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuş, bundan savayı, Azər Salmanovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi göstərilən tarixdə saat 17:58-də “Goycay r-nu, Cayarxi kendi.”, saat 18:14-də isə “Goycay sh., “Azercell Express” anten dairələrində olmuş, Şahid2 istifadəsində olan 051 488-62-11 mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə saat 16:17-də və saat 16:25-də Azər Salmanovun istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə zənglər edilmiş, qeyd olunan vaxt Şahid2 istifadəsində olan göstərilən mobil telefon nömrəsi saat 16:17-də və saat 16:25-də “Goycay r-nu, Cayarxi kendi.” anten dairəsində olmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlanılma vaxtı ilə bağlı Şahid1, Şahid3 və Şahid2 qeyd etdiklərinə tənqidi yanaşır və qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs və Azər Salmanovun məhkəmə istintaqı zamanı verdikləri ifadələrini əsaslı sayaraq Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına qoyur. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç də 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində deyil, həmin tarixdə məhz saat 15:30 radələrində saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. CPM-in 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. CPM-in 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə CPM-in 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə CPM-in 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhz 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun azadlığının faktiki məhdudlaşdırılması həmin tarixdə saat 18 radələrində, şübhəli şəxs qismində tutulması isə qeyd olunan tarixdə saat 18:05-də rəsmiləşdirilmiş, protokolda həmin tarixdə və vaxtda şübhəli şəxs qismində tutulması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq qeyd olunan tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulması rəsmiləşdirilənədək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (saat 18:07-də telefonla ailəsinə telefonla məlumat verilməsi barədə protokolda müvafiq qeydlərin edilməsinə baxmayaraq, hansı ailə üzvünə və hansı telefon nömrəsi vasitəsilə məlumat verildiyini müəyyən etmək mümkün olmamışdır), habelə tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulma faktı barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxsin saxlanılması 01 fevral 2023-cü il tarixdə saat 18:05-də sənədləşdirildikdən sonra həmin tarixdə məktubla məlumat verilmiş, məktubun aidiyyəti şəxsə nə vaxt çatdığını müəyyən etmək mümkün olmamışdır). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində saxlanılması və həmin faktın baş verməsi ilə onun qeyd olunan tarixdə saat 18:05-də qeydiyyata alınmaqla rəsmiləşdirilməsinədək keçən təxminən 2-3 saat vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı narkotik vasitədən istifadə etməməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, ibtidai araşdırma zamanı Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirildikdən sonra uzun müddət orada saxlanılması, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində hər hansı narkotik vasitənin olmaması, üzərinə narkotik vasitənin yerləşdirilməsi, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalması, polis əməkdaşlarının yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib həmin evdə yaşayan ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini dedikləri üçün məcbur qalıb narkotik vasitə heroinin özünə məxsus olması barədə etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısına əsasən külli miqdar hesab edilən 3,394 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan həmin narkotik vasitəni 01 ədəd sellofan bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri ərazisində saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 18:10-da şöbənin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan pencəyin ön sağ cibindən 01 ədəd həmin sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, ümumi təmiz çəkisi 3,394 qram narkotik maddə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası irəli sürülən ittihama münasibət bildirərək qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 6-cı maddəsinin də pozuntularını müəyyən etmiş və həmin qərarında bir sıra digər məsələlərlə yanaşı göstərmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X13rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 17 mart 2005-ci il tarixdə polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Bundan başqa, “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarında məhkəmə Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999-cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10:45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxanda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirməninbaşlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri 6 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, həmin vaxtdan orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, qeyd olunan tarixdə saat 18:05-də barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmuş, göstərilən tarixdə saat 18:10dan saat 18:20-dək olan müddət üzərinə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından təxminən 2-3 saat sonra aparılmışdır. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 01 fevral 2023-cü il tarixdə taksi sifariş vermək məqsədilə bu fəaliyyətlə məşğul olan Azər Salmanovun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng etdiyini, sonuncunun ona avtomobildə başqa müştərinin olduğunu dediyini, həmin vaxtdan təxminən 20-30 dəqiqə sonra Azər Salmanovla görüşərək sonuncunun ağ rəngli “VAZ 21015” markalı avtomobilinə əyləşdiyini, bu zaman sonuncunun avtomobilində sonuncunun övladının da olduğunu, bundan bir müddət sonra həmin tarixdə saat təxminən 15:30 radələrində polis əməkdaşları tərəfindən Göyçay şəhəri, Həbibi küçəsində deyil, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin qarşısında həmin avtomobildə olan zaman saxlanıldığını, Göyçay RPŞ-yə də həmin avtomobil vasitəsilə əməliyyat müvəkkili Şahid3 tərəfindən aparıldığını, sonuncunun avtomobilin arxa oturacağında, uşağın isə avtomobilin ön oturacağında əyləşdiyini, avtomobili Azər Salmanovun idarə etdiyini, qeyd olunan vaxt Şahid1 və Şahid2 orada olmadığını, adları qeyd edilən şəxsləri polis şöbəsində olan zaman gördüyünü, polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroinin olmadığını, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona məxsus olan mobil telefonun ondan götürüldüyünü, orada olan zaman təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının onu döydüklərini, sonradan orada olan zaman vəkil Rasim Vəliyevin cinayət-axtarış bölməsinin rəisi Rəşid Vəliyev tərəfindən mobil telefon vasitəsilə zəng olunaraq polis şöbəsinə dəvət edildiyini, bundan 5-10 dəqiqə sonra Rasim Vəliyevin polis şöbəsinə gəldiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman səhhətinin normal olduğunu, üzərində şəxsi axtarış və götürmə aparılan zaman təzyiq altında və əsəbi vəziyyətdə olduğunu, əsəbləşdiyi üçün yerində dayana bilmədiyini, ağladığını, polis şöbəsində olan zaman bilavasitə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl müdafiəçi Rasim Vəliyevin yanında əməliyyat müvəkkili Şahid3 tərəfindən onun üzərinə narkotik vasitə yerləşdirildiyini, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmənin altı-yeddi dəfə aparıldığını və bütün videoçəkilişlərdə müdafiəçi Rasim Vəliyevin onun yanında olduğunu, bu müddət ərzində onu yuxarı mərtəbəyə aparıb döyərək narkotik vasitənin ona məxsus olmasını deməsini tələb etdiklərini, həmin vaxt qeyd olunanlarla razılaşsa da videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona məxsus olduğunu demədiyini, qeyd olunan səbəbdən videoçəkilişin altı-yeddi dəfə aparıldığını, üzərində şəxsi axtarış aparılarkən aşkar olunmuş heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qaldığı, habelə polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə narkotik vasitə yerləşdirib həmin evdə yaşayan ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini dedikləri üçün məcbur qalıb narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə verdiyini, ibtidai istintaq zamanı müdafiəçi Rasim Vəliyevin ona narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etməsini təklif etdiyini və köməklik edəcəyini dediyini, bu zaman üzərinə narkotik vasitə heroinin müdafiəçi Rasim Vəliyevin yanında yerləşdirildiyini sonuncuya dediyini və hər şeyi olduğu kimi danışmasını bildirdiyini, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən hansı çəkidə və hansı növ narkotik vasitənin olmasını müəyyən etmək məqsədilə cibindən çıxan narkotik vasitəyə baxdığını, baş verənlərə görə heyfsləndiyini, əsəb hissi keçirdiyini, 050 876-12-18 mobil nömrəsinin kimin istifadəsində olduğunu bilmədiyini, saxlanıldıqdan sonra ona məxsus olan mobil telefonun polis əməkdaşları tərəfindən ondan götürüldüyünü və qeyd olunan mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəngin olunmasından sonra mobil telefona kimin cavab verdiyini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiəsi üçün irəli sürülən dəlillər aşağı hissədə təhlil olunacaq şahidlərin ifadələri ilə yanaşı rəsmi sənədlərlə də təsdiq olunduğundan məhkəmə hər bir şahidin ifadəsini müvafiq rəsmi sənədlərlə əlaqəli şəkildə təhlil etməyi zəruri hesab edərək ilk öncə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri ilə bağlı bildirir ki, cinayət işinin materiallarında olan "xxxx" MMC, "xxxx" MMC və “Azerfon“ MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs və Azər Salmanovun istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 821-12-22 mobil telefon nömrəsi vasitəsilə 01 fevral 2022-ci il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsindən göstərilən tarixdə saat 15:23-də və saat 15:29-da Azər Salmanovun istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə, habelə saat 17:56-da və saat 18:15-də isə X4 istifadəsində olmuş 050 876-12-18 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefon nömrəsinə zənglər edilmiş və danışıqlar aparılmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 821-12-22 mobil telefon nömrəsi saat 15:23də “Goycay r-nu. X25 kuc 1”, saat 15:29-da “Goycay r-nu, Cayarxi kendi.”, saat 15:47-də “Goycay r-nu. X25 kuc 1”, saat 17:56-da “Goycay r-nu”, saat 18:15-də isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuşdur. Məhkəmə bu hissədə qeyd etməyi lazım bilir ki, 01 fevral 2023-cü il tarixdə saat 17:56-da və saat 18:15-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 821-12-22 mobil telefon nömrəsinə zəng etmiş 050 876-12-18 mobil telefon nömrəsinin X4 adına rəsmiləşdirilməsi müəyyən olunaraq həmin mobil telefon nömrəsi ilə əlaqə saxlanılmağa çalışılmış, lakin qeyd olunan mobil telefon nömrəsi təyin olunmadığı üçün əlaqə saxlamaq mümkün olmamış, daha sonra Səbuhi Həsənovun adına bir neçə mobil telefon nömrəsinin rəsmiləşdirilməsi müəyyən olunmuş, onun adına rəsmiləşdirilmiş 077 501-20-39 mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman telefona cavab verən şəxs X14 olduğunu demiş, 050 876-12-18 mobil telefon nömrəsinin özünə məxsus olduğunu və təxminən 1 il bundan əvvəl itirdiyini bildirmiş, lakin həmin ifadə ilə qeyd olunan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sonuncuya məxsus olan mobil telefon nömrəsinə hansı məqsədlə zəng olunmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, məhkəmənin müəyyən etdiyinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmasından sonra onun istifadəsində olan 050 821-12-22 mobil telefon nömrəsinə zəng yalnız saat 17:56-da və saat 18:15-də X4 adına rəsmiləşdirilmiş 050 876-12-18 mobil telefon nömrəsindən edilmiş, saat 17:56-da 6 saniyə və 5 saniyə olmaqla iki dəfə, habelə saat 18:15-də hər biri 3 saniyə olmaqla iki dəfə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs məxsus olan həmin mobil telefon nömrəsi vasitəsilə qeyd olunan vaxtda danışıqların aparılması onun saat 15:30 radələrində deyil, polis əməkdaşlarının iddia etdikləri kimi saat 18 radələrində saxlanılması şübhəsini yarada bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, cinayət işinin materiallarında olan raporta əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində saxlanılmış, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışa əsasən o, saat 18:05-də polis şöbəsinə gətirilmiş, şübhəli şəxsin tutulması haqqında protokola əsasən sonuncu həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş və şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən qeyd olunan tarixdə saat 18:10dan saat 18:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs saat 18 radələrində saxlanılmasından, saat 18:05-də polis şöbəsinə gətirilməsindən və saat 18:05-də şübhəli şəxs qismində tutulmasından sonra saat 18:10-dan saat 18:20-dək olan müddət ərzində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman həmin müddətdə, yəni şəxsi axtarışın aparılmasının davam etdiyi saat 18:15-də mobil telefonla necə danışa bilməsi ciddi şübhə doğurmalıdır. Çünki ən azından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə fasiləsiz olaraq aparılmışdır və həmin vaxt videogörüntüdə Təqsirləndirilən şəxs mobil telefonla danışmasına dair hallar öz əksini tapmamışdır. Habelə aşağı hissədə ifadəsi ətraflı tədqiq ediləcək Azər Salmanov da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq ona məxsus olan avtomobillə polis şöbəsinə aparılması zamanı sonuncunun mobil telefonunun onun avtomobilində qaldığını və təxminən saat 17 radələrində Şahid2 onunla görüşərək həmin mobil telefonu götürdüyünü bildirmişdir. Həmçinin aşağı hissədə ifadəsi ətraflı tədqiq ediləcək və Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirində iştirak etdiklərini iddia etdikləri polis əməkdaşlarından yalnız Şahid3 Təqsirləndirilən şəxs saxlanılması zamanı sonuncunun üzərində olan mobil telefonu yerə çırpıb sındırması ilə bağlı qeyd etdikləri, sonradan həmin mobil telefona zənglərin edilməsi və danışıqların aparılması fonunda anlaşılan olmamaqla məhkəmədə olan şübhələri daha da artırmışdır. Yuxarıda qeyd olunanlar, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsindən hər hansı şəxsə, o cümlədən Səbuhi Həsənovun adına rəsmiləşdirilmiş həmin mobil telefon nömrəsinə zəng olunmaması, zəngin məhz Səbuhi Həsənovun adına rəsmiləşdirilmiş qeyd olunan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan göstərilən mobil telefon nömrəsinə edilməsi, danışıqların uzun müddət olmamaqla, 3 saniyə, 3 saniyə, 5 saniyə və 6 saniyə davam etməsi, həmin vaxt artıq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmaqla faktiki olaraq polis əməkdaşlarının nəzarətində olması, ona məxsus olan mobil telefonun da Şahid2 olması və qeyd olunan vaxt da mobil telefona Təqsirləndirilən şəxs deyil, digər şəxsin cavab verməsi ilə bağlı məhkəmədə müvafiq qənaətin formalaşmasına zəmin yaratmışdır. Habelə cinayət işinin materiallarında olan Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarış vasitəsilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18:05-də polis şöbəsinə gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi bir-birini təkzib edən rəsmi sənədlərə, yəni “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışa və şübhəli şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18:05-də polis şöbəsinə gətirilmiş və həmin vaxtda (saat və dəqiqə) şübhəli şəxs qismində tutulmuşdur. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Rüstəm Xəlilovun ifadəsində şəxsin polis şöbəsinə gətirilməsindən dərhal sonra hüquq və vəzifələrinin izah edilməsi, daha sonra isə müdafiəçi ilə təmin olunması, müdafiəçinin özü tərəfindən dəvət olunması və Göyçay şəhərinin kiçik şəhər olması səbəbindən müdafiəçinin polis şöbəsinə gəlməsinin bir neçə dəqiqə vaxt alması ilə bağlı qeyd etdiklərini məhkəmə ağlabatan hesab etsə də ifadəsinin davamında sənədlərin çoxunun artıq hazır vəziyyətdə olması, orada ancaq şəxsin adı və soyadının dəyişdirilməsi, sənədlərin çoxunun artıq şablon formada olduğundan şəxsin ad və soyadını dəyişməyin kifayət etməsi və bunların 1 dəqiqədə ediməsinin mümkün olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etmir. Belə ki, ardıcıllığa nəzər salsaq, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 18:05-də bununla bağlı “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda müvafiq qeydlər edilmiş, daha sonra Şahid1 tərəfindən müvafiq sənədləşmənin aparılması üçün aidiyyəti üzrə göstəriş verməsi ilə bağlı raport tərtib olunaraq Göyçay Rayon Polis Şöbəsinin rəisinə təqdim edilmiş, həmin raport qeydiyyata alınmaqla Göyçay Rayon Polis Şöbəsinin rəisi tərəfindən müvafiq göstəriş verilmiş, bundan sonra şübhəli şəxsin tutulması haqqında qərar tərtib olunmuş, ərazi üzrə fəaliyyət göstərən müdafiəçilərin siyahısı Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxs siyahı ilə tanış olaraq X8 hüquqlarını müdafiə etməsi üçün ərizə ilə Göyçay Rayon Polis Şöbəsinin rəisinə müraciət etmiş, həmin raport qeydiyyata alınmaqla Göyçay Rayon Polis Şöbəsinin rəisi tərəfindən müvafiq göstəriş verilmiş, daha sonra müdafiəçinin dəvət olunması haqqında qərar tərtib olunaraq müşayiət məktubu ilə Göyçay rayon Vəkil Bürosuna göndərilmiş, daha sonra müdafiəçi X26 Rayon Polis Şöbəsinə gəlmiş, bundan sonra müdafiəçi tutmaq hüquqlarının izah edilməsi və müdafiəçinin təqdim edilməsi haqqında protokol tərtib olunaraq müdafiəçi Rasim Vəliyev Təqsirləndirilən şəxs təqdim edilmiş, ardınca isə Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan çoxsaylı hərəkətlərin cəmi 1 dəqiqə ərzində edilməsi məhkəmə üçün kifayət qədər qaranlıq qalmaqla ciddi şübhələrin yaranmasına səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi və yuxarıda qeyd olunan dəlillərlə bağlı Azər Salmanov müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilərkən verdiyi ifadəsində 050 ***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini, 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində özünə məxsus olan ağ rəngli “VAZ 21015” markalı avtomobillə övladı X19 şəhər 1 nömrəli tam orta məktəbdən götürdüyünü, bu zaman Təqsirləndirilən şəxs onu sifarişlə çağırmadığını, hərəkət edən zaman yolda onu görüb əl hərəkəti etdiyini, avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdiyini, bundan bir qədər sonra Göyçay şəhəri, Vidadi küçəsində avtomobili saxladığını, Təqsirləndirilən şəxs avtomobildən çıxan zaman polis əməkdaşları tərəfindən sonuncununun saxlanıldığını, həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadığını, sonuncu saxlanılan zaman səhhətində hər hansı problemin olmadığını, daha sonra polis əməkdaşının Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirdiyini, bu zaman Təqsirləndirilən şəxs və polis əməkdaşı Şahid3 avtomobilin arxa oturacağında, övladının isə avtomobilin ön oturacağında əyləşdiyini, bundan sonra polis əməkdaşının tələbinə əsasən avtomobillə Göyçay Rayon Polis Şöbəsinə tərəf hərəkət etdiyini, Şahid1 və Şahid2 Göyçay RPŞ-yə onun avtomobil ilə getmədiklərini, Təqsirləndirilən şəxs və Şahid3 polis şöbəsinə apardıqdan sonra həmin yeri tərk etdiyini, əvvəllər Şahid2 tanımadığını, taksi fəaliyyəti ilə əlaqədar sonuncunu hər hansı ünvana aparmadığını, həmin tarixdə Şahid2 onun istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs mobil telefonunun onun avtomobilində qaldığını dediyini, müştərini ünvanına çatdırdıqdan sonra Şahid2lə görüşdüyünü və sonuncunun Təqsirləndirilən şəxs mobil telefonunu ondan götürdüyünü bildirmişdir. Məhkəmə Azər Salmanovun ifadəsində qeyd etdikləri ilə bağlı bildirir ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Azər Salmanov və Şahid2 istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Azər Salmanovun istifadəsində olmuş 050 449-99-74 mobil telefon nömrəsinə 01 fevral 2023-cü il tarixdə saat 15:23-də və saat 15:29-da Təqsirləndirilən şəxs məxsus olan 050 821-12-22 mobil telefon nömrəsindən zəng edilmiş, Azər Salmanovun istifadəsində olmuş həmin mobil telefon nömrəsi saat 15:23-də “Goycay sh., “Azercell Express”, saat 15:29-da isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuş, bundan başqa Azər Salmanovun istifadəsində olmuş həmin mobil telefon nömrəsinə qeyd olunan tarixdə saat 15:33-də 051 956-71-11 mobil telefon nömrəsindən zəng edilmiş, saat 15:37-də isə göstərilən mobil telefon nömrəsindən 051 935-45-46 mobil telefon nömrəsinə zəng olunmuş və Azər Salmanovun istifadəsində olmuş həmin telefon nömrəsi qeyd olunan vaxt “Goycay r-nu. X25 kuc 1” anten dairəsində olmuş, bundan əlavə, həmin tarixdə saat 16:17-də və saat 16:25-də Azər Salmanovun istifadəsində olmuş həmin mobil telefon nömrəsinə Şahid2 istifadəsində olan 051 488-62-11 mobil telefon nömrəsindən zənglər daxil olmuş, Azər Salmanovun istifadəsində olmuş qeyd olunan mobil telefon nömrəsi saat 16:17-də “Goycay r-nu, M.Azizbeyov kucesi 33”, saat 16:25-də “Goycay rnu. X25 kuc 1”, saat 17:58-də “Goycay r-nu, Cayarxi kendi.”, saat 18:14-də isə “Goycay sh., “Azercell Express” anten dairələrində olmuşdur. Habelə cinayət işinin materiallarında olan Göyçay şəhər 1 nömrəli tam orta məktəbdən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli 95 nömrəli məktubdan görünür ki, həmin məktəbdə məktəbəqədər təhsil pilləsində təhsil alan X3 dərs müddəti 01 fevral 2023-cü il tarixdə saat 15:20-də bitmiş və saat 15:23-də atası X7 müşayiəti ilə qeyd olunan məktəbi tərk etmişdir. Göründüyü kimi polis əməkdaşlarının iddia etdiklərinə əsasən 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Azər Salmanova məxsus olan avtomobillə Göyçay Rayon Polis Şöbəsinə aparıldığı vaxt Azər Salmanov saat 17:58də “Goycay r-nu, Cayarxi kendi.”, saat 18:14-də isə “Goycay sh., “Azercell Express” anten dairələrində olmuş və Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının (Ünvan: Göyçay şəhəri, Natəvan küçəsi 11) yerləşdiyi “Goycay r-nu. X25 pony 1” anten əhatə dairəsində olmamış, lakin məhkəmənin müəyyən etdiyinə əsasən 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Azər Salmanova məxsus olan avtomobillə Göyçay Rayon Polis Şöbəsinə aparıldığı vaxt Azər Salmanov saat 15:33-də və saat 15:37-də “Goycay r-nu. X25 kuc 1” anten dairəsində, yəni Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının (Ünvan: Göyçay şəhəri, Natəvan küçəsi 11) yerləşdiyi anten əhatə dairəsində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi və yuxarıda qeyd olunan dəlillərlə bağlı müdafiəçi Rasim Vəliyev məhkəmə iclasına rəsmi qaydada dəvət olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməkdən imtina etmiş və faktiki olaraq məhkəmə iclasına gəlməmişdir. Qeyd olunan səbəbdən müvafiq sorğu verilməklə cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən daxil olmuş Rasim Vəliyevin istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmasından sonra Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi saat 15:33-də, saat 15:46-da, saat 15:50-də, saat 15:52-də və saat 15:54-də “Goycay sh., “Azercell Express”, saat 16:14-də “Goycay r-nu”, saat 16:24-də, saat 16:25də və saat 16:40-da “Goycay sh., “Azercell Express”, saat 16:50-də “Goycay r-nu TV”, saat 16:57-də “Goychay r-nu, Cereke kendi.”, saat 16:58-də “Goycay r-nu, Potu kendi”, saat 17:07-də, saat 17:44-də, 17:47-də və saat 18:03-də “Ucar r-nu”, saat 18:07-də “Ucar r-nu, X11”, saat 18:23-də, saat 18:54-də və saat 19:12-də isə “Goycay r-nu. X25 kuc 1” anten dairələrində olmuşdur. Bundan başqa, həmin mobil telefon nömrəsinə qeyd olunan tarixdə saat 16:57-də və saat 17:47-də X9 istifadəsində olan 050 796-69-96 mobil telefon nömrəsindən zənglər edilmiş, habelə saat 18:07-də Rasim Vəliyevin istifadəsində olan göstərilən mobil telefon nömrəsindən Rəşid Vəliyevin istifadəsində olan həmin mobil telefon nömrəsinə zəng edilmişdir. Habelə cinayət işinin materiallarında olan Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının (Ünvan: Göyçay şəhəri, Natəvan küçəsi 11) anten əhatə dairəsində (dairələrində) yerləşməsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin ünvan “Goycay r-nu. X25 pony 1” və “Goycay r-nu TV” anten əhatə dairələrində yerləşir. Həmçinin cinayət işinin materiallarında olan olan Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 31 oktyabr 2023-cü il tarixli 3-13-76/2-38051/23 nömrəli məktubdan görünür ki, 01 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs başqa hər hansı şübhəli və ya təqsirləndirilən şəxslə Göyçay rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə istintaq hərəkətləri həyata keçirilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Rüstəm Xəlilovun istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Rüstəm Xəlilovun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə yalnız saat 12:45-də Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmasından sonra zəng olunmamışdır. Göründüyü kimi rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Polis Şöbəsinə gətirildiyi 01 fevral 2023-cü il tarixdə saat 18:05-də, müdafiəçi Rasim Vəliyevin iştirakı ilə şübhəli şəxs qismində tutulduğu həmin tarixdə saat 18:05-də və üzərində şəxsi axtarış və götürmə aparıldığı qeyd olunan tarixdə saat 18:10-dan saat 18:20-dək olan müddət ərzində Rasim Vəliyev ümumiyyətlə Göyçay rayonunun ərazisində olmamış, həmin vaxtlarda Ucar rayonunun ərazisində olmuş və Göyçay Rayon Polis Şöbəsinin inzibati binasının (Ünvan: Göyçay şəhəri, Natəvan küçəsi 11) yerləşdiyi “Goycay r-nu. X25 pony 1” anten əhatə dairəsində isə saat 18:23-də müşahidə olunmuş, nəticədə qeyd olunanlar da faktiki olaraq Təqsirləndirilən şəxs daha əvvəl saxlanılması, müdafiəçi X21 Xəlilov tərəfidən deyil, Rəşid Vəliyev tərəfindən zəng olunaraq polis şöbəsinə dəvət edilməsi, bundan uzun müddət sonra müdafiəçi Rasim Vəliyevin polis şöbəsinə gəlməsi və Təqsirləndirilən şəxs təqdim olunması ilə bağlı məhkəmədə olan şübhələri daha da qüvvətləndirmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi və yuxarıda qeyd olunan dəlillərlə bağlı Rəşid Vəliyev məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs barəsində aparılan əməliyyat-axtarış tədbirində iştirak etmədiyini, həmin tədbir keçirilməmişdən əvvəl sənədlərlə tanış olaraq məlumat aldığını, tədbir keçirildikdən sonra nəticəsi barədə şifahi şəkildə ona məruzə olunduğunu, müdafiəçi Rasim Vəliyevin polis şöbəsinə kim tərəfindən dəvət olunduğunu, Təqsirləndirilən şəxs saxlanılan gün müdafiəçi Rasim Vəliyevlə danışıb-danışmadığını xatırlamadığını, müdafiəçinin bəzən təhqiqatçı, bəzən isə Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduğunu, müdafiəçi Rasim Vəliyevlə şəxsi münasibətlərinin olduğunu, hər gün sonuncu ilə əlaqə saxlamadığını və hər ikisi ürək nahiyəsindən əməliyyat olunduqlarına görə zəng edərək xəstəliklə bağlı məsləhət aldığını demişdir. Məhkəmə Rəşid Vəliyevin ifadəsində qeyd etdikləri ilə bağlı bildirir ki, cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Rəşid Vəliyevin istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Rəşid Vəliyevin istifadəsində olan 050 796-69-96 mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə saat 16:57-də və saat 17:47-də Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zənglər edilmiş, habelə saat 18:07-də Rasim Vəliyevin istifadəsində olan göstərilən mobil telefon nömrəsindən Rəşid Vəliyevin istifadəsində olan qeyd olunan mobil telefon nömrəsinə zəng edilmişdir. Habelə cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Rüstəm Xəlilovun istifadəsində olan mobil telefon nömrəsi ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Rüstəm Xəlilovun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsindən 01 fevral 2023-cü il tarixdə yalnız saat 12:45-də Rasim Vəliyevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 31 oktyabr 2023-cü il tarixli 3-13-76/2-38051/23 nömrəli məktubda 01 fevral 2023cü il tarixdə Göyçay Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs başqa hər hansı şübhəli və ya təqsirləndirilən şəxslə Göyçay rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə istintaq hərəkətlərinin həyata keçirilmədiyi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Rasim Vəliyev Təqsirləndirilən şəxs saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilməsindən sonra Rəşid Vəliyev tərəfindən həmin polis şöbəsinə dəvət olunmuşdur. Bundan savayı, Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi və yuxarıda qeyd olunan dəlillərlə bağlı Şahid1 məhkəmə istintaqı zamanı 31 avqust 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobillə deyil, Şahid2 məxsus olan “Lada Priora” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay RPŞ-yə gətirildiyini, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparıldığını və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümün aşkar olunduğunu demiş, lakin məhkəmə istintaqının gedişində 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanıldığı Göyçay şəhəri, Həbibi küçəsinə Şahid3 və Şahid2lə birlikdə sonuncunun “Priora” markalı avtomobili ilə getdiklərini, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin avtomobildə nasazlıq yarandığını, qeyd olunan səbəbdən o, Şahid3 və Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus ağ rəngli “VAZ 21015” markalı avomobilə əyləşib Göyçay RPŞ-yə getdiklərini, həmin avtomobilin kim tərəfindən sifariş edilməsini, avtomobildə kimlərin olmasını və avtomobilin hansı hissəsində əyləşdiyini xatırlamadığını, qeyd olunan avtomobildə uşağın olmadığını və Şahid2 polis şöbəsinə həmin avtomobillə deyil, özünə məxsus olan avtomobillə gəldiyini qeyd etmişdir. Həmin xüsusatla bağlı Şahid2 məhkəmə istintaqı zamanı 31 avqust 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində saxlanılaraq taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobillə deyil, ona məxsus olan “Lada Priora” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay RPŞ-yə gətirildiyini, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparıldığını və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümün aşkar olunduğunu demiş, lakin məhkəmə istintaqının gedişində 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs Göyçay şəhəri, Həbibi küçəsində o, Şahid1 və Şahid3 tərəfindən saxlanıldığını, bundan sonra Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə Şahid1 və Şahid3 tərəfindən “VAZ 21015” markalı avtomobillə gətirildiyini, avtomobili sahibinin idarə etdiyini, Şahid1 və Şahid3 həmin avtomobildə arxa oturacaqda əyləşdiklərini, özünün göstərilən avtomobildə olmadığını, həmin avtomobilin sürücüsünün kim tərəfindən sifariş edilməsini xatırlamadığını, yoldan keçən zaman saxladıqlarını hesab etdiyini, taksi fəaliyyəti ilə məşğul olan şəxsi Göyçay şəhər sakini olaraq tanıdığını, Təqsirləndirilən şəxs saxlanılan gün taksi fəaliyyəti ilə məşğul olan şəxslə telefon vasitəsilə əlaqə saxlayıb-saxlamadığını, sonuncudan mobil telefonu götürüb-götürmədiyini, habelə müdafiəçinin kim tərəfindən dəvət olunduğunu xatırlamadığını demişdir. Qeyd olunan xüsusatla bağlı Şahid3 məhkəmə istintaqı zamanı 28 sentyabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində deyil, saat 18 radələrində Göyçay şəhəri, Həbibi küçəsində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “VAZ 21015” markalı avtomobilində olan zaman saxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs səhhətində hər hansı problemin olmadığını, qeyd olunan vaxt Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu yerə çırpıb sındırdığını, bundan sonra avtomobildə arxa oturacaqda əyləşdiyini, Təqsirləndirilən şəxs qeyd olunan taksi fəaliyyəti ilə məşğul olan şəxsə məxsus avtomobillə Göyçay RPŞ-yə gətirildiyini, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparıldığını və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin ön sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümün aşkar olunduğunu demişdir. Göründüyü kimi Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı 31 avqust 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdikləri ifadələrində qeyd etdiklərini məhkəmə istintaqının gedişində 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdikləri ifadələrində dəyişmişlər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Şahid3 və Azər Salmanov eyni tarixdə olmaqla 28 sentyabr 2023-cü il tarixdə şahid qismində dindirilmək üçün məhkəməyə gəlmişlər və həmin tarixdə dindirilmişlər. Azər Salmanov ibtidai istintaq zamanı şahid qismində dindirilmədiyindən və məhkəmə istintaqı zamanı qeyd olunan tarixdə dindirilmək üçün gəldiyindən Şahid3 Azər Salmanovu görüb artıq ifşa olunduğunu düşünərək Təqsirləndirilən şəxs məhz Azər Salmanova məxsus olan “VAZ 21015” markalı avtomobili ilə Göyçay Rayon Polis Şöbəsinə aparıldığını etiraf etmiş, bundan sonra isə Şahid1 və Şahid2 də 21 dekabr 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdikləri ifadələrində əvvəlki məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qismən dəyişiklik edərək Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Qeyd olunanlara əsasən, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının ifadələrinin Təqsirləndirilən şəxs əleyhinə olan hissəsi əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Məhkəmə eyni zamanda qeyd olunmasını zəruri bilir ki, Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 20 sentyabr 2023-cü il tarixli 3-13-76/2-33000/23 nömrəli məktubda Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 01 fevral 2023-cü il tarixdə saat 18 radələrində deyil, həmin tarixdə saat 15:30 radələrində saxlanılmaları şübhə doğurmur və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmədə olan olan şübhələri daha da artırmışdır. Eyni zamanda məhkəmə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokola əlavə edilmiş şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntünü tədqiq etməyi zəruri sayır. Həmin videogörüntü görüntülü şəkildə tədqiq olunarkən müəyyən olunmuşdur ki, həm polis əməkdaşlarının, həm də Azər Salmanovun ifadələrinə əsasən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış Təqsirləndirilən şəxs səhhətində hər hansı problemin olmamasına baxmayaraq, üzərində şəxsi axtarış aparılan zaman bədənində ağrılar olmasına xarakterik hərəkətlər etməsi, üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda əynində olan qara rəngli pencəyin ön sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb sanki həmin narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitəsinin onun üzərinə yerləşdirməsinə işarə edən hərəkətlər edərək dərhal Şahid3 tərəf nümayişkəranə şəkildə baxması, ardınca həmin narkotik vasitəni orada olan stolun üzərinə çırparaq narazılıqlar etməsinə baxmayaraq, onun müdafiə hüquqlarını həyata keçirən Rasim Vəliyevin bunlara etinasız yanaşması, qeyd olunanları soyuqqanlılıqla izləməsi, heç bir reaksiya verməməsi, baş verənlərin səbəbini soruşmaması və ən sonda polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmaması barədə formal sual verməsi öz əksini tapmışdır. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmaması, cinayət işi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri olan və Təqsirləndirilən şəxslə tanışlıq əlaqəsi olsa belə qohumluq əlaqələri olmayan və iş üzrə qərəzsizliyi şübhə doğurmayan Azər Salmanovun ibtidai araşdırma zamanı izahatının alınmaması, şahid qismində dindirilməməsi, onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmaması və həmin şəxsin iş üzrə əhəmiyyətli ifadə verə biləcəyi ehtimalı yüksək olduğu halda, qeyd olunan şəxsin ümumiyyətlə bu prosesdən kənarda saxlanılmasıdır. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 2-3 saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs Göyçay Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 01 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 2-3 saat müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (narkotik vasitə heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübut maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2023-cü il tarixli istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün ilkin etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində işgəncəyə məruz qaldığını bildirsə də bununla bağlı müvafiq müayinələrdən keçən zaman bədən səthi üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Sətullayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 19 mart 2020-ci il tarixli qərarında məhkəmə Konvensiyanın 3-cü maddəsinin maddi (substantiv) mənada pozulmadığını, 3cü maddənin prosesual pozuntusunu və 5-ci maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən edərək göstərmişdir ki, pis rəftar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Bu mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı penitensiar müəssisəyə qəbul olunan zaman müayinə olunmuşdur və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yoxlanılması zamanı müvafiq sorğular verilib cinayət işinin materiallarına əlavə olunan rəsmi sənədlər, xüsusilə də üzərində şəxsi axtarış və götümə aparılan zaman qeydə alınmış videogörüntü məhkəmə üçün müvafiq şübhələrin yaranması üçün yetərlidir. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd etdiklərinə şübhə ilə yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 01 fevral 2023-cü il tarixdə saat 18 radələrindən saatlar öncə (təxminən 2-3 saat) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Göyçay Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 2-3 saat vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs üzərindən ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə heroinin aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Azər Salmanovun ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı materialların məhkəmə ekspertizasının rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran məhkəmə-narkoloji ekspertizasının rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt 01 fevral 2023-cü il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə gəlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş və formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul edilməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyyat-axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. CPM-ə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. CPM-in 447.2-ci maddəsinə görə məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci madəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və Başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Lakin cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsindən daxil olmuş 13 noyabr 2023-cü il tarixli 1-4337/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuniliyinin yoxlanılması ilə əlaqədar məhkəməyə təqdim olunmamış və bu barədə məhkəmə qərarı çıxarılmamışdır. Göründüyü kimi, cinayət işi başlamadan öncə məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və onun qanuniliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Beləliklə, artıq hazırki iş üzrə əməliyyat-axtarış tədbiri keçirilmədən öncə polis əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlər (daha doğrusu hərəkətsizliklər) gələcəkdə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunacaq sübutun legitimliyinə şübhə yaratmışdır. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 azad edilməlidir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,294 qram narkotik vasitə heroin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 azad edilsin. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 3,294 qram narkotik vasitə heroin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar