Məhkəmə qərarları › İş №1(091)-183/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-183/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-183/2025 10.09.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əfəndizadə Tural Qurbanəli oğlunun sədrliyi, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Zaqatala şəhəri, S.Kazımov küçəsində "xxxx" MMC ilə anası X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “Toyota Prius minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq mobil telefonunu əldə saxlayıb ondan istifadə etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 80 km/saat surətlə idarə etmiş, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itirib, yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyada xx.xx.2010-cu il təvəllüdlü, azyaşlı X14 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya hər iki göz ətrafında şişkinlik və hematoma, sağ qaş nahiyəsində əzilmişcırılmış yara, üzünün sağ tərəfində, döş qəfəsinin sağ yarısını və sağ qasıq nahiyəsini əhatə edən sıyrılmış yara, sağ baldırda sıyrılmış yara, sağ sağrıda və sol budunda qançırlar, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızma kimi, ümumilikdə həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, bununla da hadisə anında Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində qeyd edilmiş nəticə baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi avtomobili hadisə yerində, yəni ünvan 2 ünvanında yerləşən evin qarşısında qoyaraq həmin yol nəqliyyat hadisəsi yerindən dərhal qəsdən qaçmış, zərərçəkmiş şəxs X18 isə onun ehtiyatsızlıqdan olan yuxarıda qeyd edilən əməlləri nəticəsində kəllə sümüklərinin sınığı ilə əlaqədar baş beyində əzilmə və qansızma səbəbli xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü evdən maşınla çıxıb yoluna davam etmişdir. Bir anda qarşısına uşaq çıxmışdır. İstəmədən uşağı maşınla vurmuşdur. Bu hadisə baş verməsini və kiminsə balasını bədbəxt etmək istəməzmiş. Əməlindən çox peşmandır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, sürücülük vəsiqəsi yoxdur. Sürücülük vəsiqəsi olmadan maşını sürmək istəmişdir. Mütəamadi olaraq maşın sürmür. Sadəcə həmin gün maşınla gedib siqaret alacaqmış. Bir ayağı protezdir. Hadisənin baş verməsinə səbəb futbol topu olmuşdur. Bir anda qarşısına top çıxmışdır. Topdan qaçmaq istəyən zaman idarəetməni itirmiş və uşağı vurmuşdur. Topa başı qarışmış olduğu üçün uşağı görməmişdir. Həmin vaxtı telefondan istifadə etməmişdir. Hadisə olan vaxt sürəti saatda 50-60 kilometr olmuşdur. Toqquşmadan əvvəl uşağı görməmişdir. Əyləcə basmışdır. Topdan qaçmaq istəyən zaman uşağı vurmuşdur. Həmin vaxt fikirli olmuşdur. Barışmaq üçün zərərçəkmiş tərəfə qohumlarını göndərmişdir. Hadisədən sonra hadisə yerindən uzaqlaşıb evə gəlmişdir. Sonra hadisə yerinə anasını göndərmişdir. Əsgərdə olmuşdur. Düşmən minasına düşmüşdür. Ona görə də, ayağı xəsarət almışdır. Rusiya Federasiyasında bir dəfə olmuşdur. Rusiya Federasiyasına hadisədən bir müddət əvvəl müalicə almaq məqsədilə getmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması və bunun ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı hissədə, həmçinin yol – nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissələrlə bağlı təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində göstərdi ki, 22 iyun 2024-cü il tarixdə axşam saat təxminən 21 radələrində oğlu Əkbər küçədə evlərinin qarşısında oynadığı vaxtı evdə olmuş, birdən küçədən bir avtomobilin təkərlərinin tormoz vermə səsi gəlmiş, bundan sonra qonşuların qışqırıq səslərini eşitmiş, küçəyə qaçıb çıxanda oğlu Əkbəri bir avtomobilin vurduğu ona məlum olmuş, oğlu Əkbər zərbədən yolun kənarında olan arxa düşmüşdür. Avtomobilin sürücüsü yaşadığı küçənin aşağı hissəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, dərhal oğlu Əkbəri Zaqatala rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırmışlar. 26 iyun 2024-cü il tarixə qədər oğlu Əkbərin həmin reanimasiya şöbəsində həkimlərin nəzarəti altında qalsa da, həmin günü saat 18 radələrində hadisə vaxtı aldığı xəsarətlərdən orada vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində göstərdi ki, azyaşlı Əkbər Alxasov onunla qonşuluqda yaşamışdır, Əkbərin evi yaşadığı evdən 2-3 ev yuxarı tərəfdədir. 22 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində evinin qarşısında olduğu vaxtı uşaqları Əkbərlə birlikdə evlərinin qarşısında küçədə dayanmış, onlar telefonlarına nəsə bir oyun yükləyib telefona baxmışlar. Həmin vaxtı yaşadıqları küçənin aşağısında yaşayan sinif yoldaşı olmuş Əli Ömərovun qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə əvvəlcə yuxarıdan aşağıya əlində telefonla ya “tik-tokda” açıq efirdə ya da kiminləsə danışa-danışa keçmişdir. Aşağıya keçəndən sonra təxminən 10 dəqiqədən Abdulla həmin avtomobillə geriyə küçələri ilə aşağıdan yuxarı gəlmiş, yenə də həmin vaxtı əlində mobil telefon və həmin telefonla ya kiminləsə ya da açıq efir açıb danışmışdır. Evləri qarşısına çatanda Abdulla avtomobili çox yüksək surətlə, təxminən 80-90 km/saat sürətlə sürmüş, onun fikri telefona qarışdığına görə əvvəlcə yolun kənarında evinin qarşısında dayanan uşaqları əvvəlcə görməmiş, lakin sonra birdən görəndə tormoz pedalına basmış və tormozun səsi küçəni bürümüş, avtomobil yolun nisbətən orta hissəsindən tormozda sürüşə-sürüşə sağa düz uşaqlar olan yerə istiqamətlənmiş və avtomobilin qabaq hissəsi su arxın dibində üzü yola tərəf dayanan Əkbərə dəymiş, avtomobil onun nisbətən sol tərəfindən vurmuş, Əkbər qalxıb birdə avtomobilin qabaq podpress şüşəsinə də dəymiş, podpresdən isə Əkbər göyə, demək olar ki, işıq məftillərinə qədər qalxıb sonra üzü aşağı yolun sağında olan həmin su arxına düşmüşdür. Avtomobilin sürücüsü Əkbər avtomobilin altında qaldığını guman edib avtomobili Əkbəri vurduğu yerdən iki-üç metr arxaya sürüb dayanmışdır. Təqsirləndirilən şəxs evlərdən Əkbərin anasının, qonşuların küçəyə həyəcanlı vəziyyətdə çıxdığını görüb qaçıb getmişdir. Arxdan çıxarıb qaldıranda Əkbər özündən getmiş vəziyyətdə olmuş, onun heç nəfəsi gəlməmiş, başından, qulağından şiddətli qan axmağa başlamışdır. Dərhal təcili yardım avtomobilini çağırmış, təcili yardımla gələn həkimlər ona ilk yardım göstərərək xəstəxanaya reanimasiya şöbəsinə aparmışlar. Əkbər orada 26 iyun 2024-cü il tarixə qədər həkimlərin nəzarəti altında qalsa da, həmin günü axşam saat 18 radələrində vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində göstərdi ki, mərhum azyaşlı Əkbər Alxasov qonşuluğunda yaşamışdır, evləri bir-birinə bitişikdir. Təqsirləndirilən şəxs küçənin aşağı hisssində yaşadığına görə tanımış, onunla elə bir əlaqəsi olmamış, aralarnda heç bir ədavət, narazılıq olmamış, sadəcə görüşəndə salamlaşmışlar. 22 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində evinin qarşısında dayandığı vaxtı uşaqlar Əkbər Alxasovla birlikdə qonşusu Şahid1 yaşadığı evinin qarşısında küçədə dayanmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə əlində telefonla danışa-danışa əvvəlcə yuxarıdan aşağıya keçmiş, aşağıya keçəndən sonra təxminən 10-dəqiqədən Abdulla həmin avtomobillə geriyə küçə ilə aşağıdan yuxarı gəlmiş, yenə də həmin vaxtı onun əlində mobil telefon və həmin telefonla ya kiminləsə ya da açıq efir açıb danışmışdır. Şahid1 evinə çata-çatda Abdulla avtomobili çox yüksək surətlə, təxminən 80-90 km/saat sürətlə sürmüş, onun fikri telefona qarışdığına görə yolun kənarında Aygünün evinin qarşısında dayanan uşaqları əvvəlcə görməmiş, lakin sonra birdən görəndə çaşıb tormoz pedalına basmış və tormozun səsi küçəyə yayılmış, avtomobil yolun nisbətən orta hissəsindən tormozda sürüşə-sürüşə sağa düz uşaqların üstünə istiqamətlənmiş və avtomobil qabaq hissəsi ilə su arxın dibində dayanan Əkbərə dəymiş, Əkbər göyə qalxıb birdə avtomobilin qabaq podpress şüşəsinə də dəymiş, podpresdən isə Əkbər göyə çox yüksəyə qalxıb sonra üzü aşağı yolun sağında olan həmin su arxına düşmüşdür. Avtomobilin sürücüsü Abdulla Əkbərin avtomobilin altında qaldığını guman etdiyinə görə avtomobili Əkbəri vurduğu yerdən 2-3 metr arxaya verib dayandırmışdır. Abdulla evlərdən Əkbərin anasının, qonşuların küçəyə həyəcanlı vəziyyətdə çıxdığını görüb evlərinə tərəf qaçıb getmişdir. Əkbəri arxdan çıxarıb qaldıranda onun heç nəfəsi gəlməmiş, başından, qulağından qan gəlmiş, özündən getmiş vəziyyətdə olmuşdur. Dərhal təcili yardım avtomobilini çağırmışlar, təcili yardımla gələn həkimlər ona ilk yardım göstərərək xəstəxanaya reanimasiya şöbəsinə aparmış, Əkbər orada 26 iyun 2024-cü il tarixə qədər həkimlərin nəzarəti altında qalsa da, həmin günü axşam saat 18 radələrində vəfat etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndə və mütəxəssis müəllimin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək ifadəsində göstərdi ki, mərhum azyaşlı Əkbər Alxasov qonşusu olmuşdur, onun evi 2-3 ev Əkbərgilin evlərindən yuxarı tərəfdədir. 22 iyun 2024-cü il tarixdə axşam saat 21 radələrində evlərinin qarşısında Əkbər Alxasov və qonşuları Təranə xalanın oğlu Yasinlə birlikdə dayanmış, həmin vaxtı yaşadıqları küçədən ağ rəngli xarici bir avtomobil əvvəlcə yuxarıdan aşağıya keçmiş, tanımadığı sürücü əlində telefonla danışmış, aşağıya keçəndən təxminən 10-dəqiqədən sonra həmin avtomobil geriyə küçələri ilə aşağıdan yuxarı gəldiyi vaxtı yenə də sürücünün əlində mobil telefon olmuş və həmin telefonla kiminləsə danışmışdır. Evlərinə çatanda sürücü həmin avtomobillə çox yüksək surətlə gəlmiş, birdən uşaqları gördükdə sürücü tormoz pedalına basmış və tormozun səsi küçəyə yayılmış, avtomobil yolun nisbətən orta hissəsindən tormozda sürüşə-sürüşə sağa, düz yolun kənarında uşaqlar dayandığı yerə üstlərinə istiqamətlənmiş və avtomobilin qabaq hissəsi su arxın dibində dayanan Əkbərə dəymişdir. Avtomobil onun vuranda Əkbər qalxıb birdə avtomobilin qabaq podpress şüşəsinə də dəymiş, podpresdən isə Əkbər göyə işıq məftillərinə qədər qalxıb sonra üzü aşağı yolun sağında olan həmin su arxına düşmüşdür. Avtomobilin sürücüsü Əkbəri vurduğu yerdən iki-üç metr arxaya sürüb saxlamış və avtomobildən düşüb oradan qaçıb getmişdir. Anası Aygün orada olmuş, evlərdən Əkbərin valideynləri, başqa qonşuları çıxmış, arxdan Əkbəri çıxarıb qaldıranda onun heç nəfəsi gəlməmiş, huşsuz vəziyyətdə olmuş, başından, qulağından qan gəlmişdir. Təcili yardım avtomobili ilə gələn həkimlər ona ilk yardım göstərib xəstəxanaya aparmışlar. Sonradan Əkbər bir neçə gündən xəstəxanada vəfat etmişdir. Həmçinin Şahid4 hadisəni törədən sürücünün hadisədən dərhal sonra avtomobildən düşüb oradan qaçıb uzaqlaşdığını, sonuncuya həmin vaxtı heç kimin dəymədiyini, heç kimin xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə və mütəxəssis müəllimin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində azyaşlı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 21:30 radələrində Zaqatala rayon MDMdən tibb-bacısı Mamedova telefonla məlumat verərək 2010-cu il təvəllüdlü Zaqatala rayonu S.Kazımov küçəsi ev 95 X5 beyin travması ilə xəstəxanaya daxil olmuşdur (cild

01. iş vər. 04). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxışın keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və foto şəkillərdən görünür ki, hadisənin ünvan 2 ünvanında yerləşən evin qarşısında baş verdiyi, hadisə vaxtı “Toyota - Prius” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobil S.Kazımov küçəsi ilə hərəkət etdiyi vaxtı yolun tam orta hissəsində olduğu vaxtı tormoz pedalına basması nəticəsində avtomobil tormozlama vəziyyətində nisbətən orta hissədən sağa istiqamətlənmiş, hadisə yerində tormoz izinin uzunluğu 17 metr olduğu, avtomobilin sağa istiqamətlənməsi, yolun tam qurtaracağında, yəni kənarında, su arxının dibində piyada avtomobildən sağda olan su arxına avtomobildən 6 metr irəliyə düşmüş, hadisə nəticəsində “Toyota-Prius” markalı **-PX-*** qeydiyyat nişanlı avtomobilin qabaq kapot, bufer hissəsi əzilmiş, deformasiyaya uğramış, qabaq podpresin alın şüşəsi tam sınmış və çatlamış vəziyyətdə müşahidə edilmişdir (cild 01, iş vər. 6-10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli Zaqatala rayon Məhkəməsinin 2(033)-372/2017 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir (cild 01, iş vər. 42-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə prosessual hərəkəti aparılmış və həmin üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs bir-başa üzünə qarşı hadisə vaxtı avtomobili yüksək surətlə, təxminən 80-90 km/saat surətlə idarə etdiyini, hadisə anında əlində mobil telefonla danışdığını və mərhum Əkbər Alxasovun yolun kənarında su arxın dibində dayandığı vəziyyətdə avtomobilin qabaq hissəsi ilə vurulduğunu göstərmişdir. (cild 01, iş vər. 63- 64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə prosessual hərəkəti keçirilmiş və həmin üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs bir-başa üzünə qarşı hadisə vaxtı avtomobili yüksək surətlə, təxminən 80-90 km/saat surətlə idarə etdiyini, hadisə anında əlində mobil telefonla danışdığını və mərhum Əkbər Alxasovun yolun kənarında su arxın dibində dayandığı vəziyyətdə avtomobilin qabaq hissəsi ilə vurulduğunu göstərmişdir (cild 01, iş vər. 65-66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala RPŞ-nin DYPB-nin rəisi, polis kapitanı Ruslan İsayevin raportundan görünür ki, DİN-nin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlama zamanı Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olmaması aşkar olunmuşdur (cild 01, iş vər. 70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 13 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X12 hər iki göz ətrafında şişkinlik və hematoma, sağ qaş nahiyyəsində əzilmiş-cırılmış yara, üzünün sağ tərəfində, döş qəfəsinin sağ yarısını və sağ qasıq nahiyyəsini əhatə edən sıyrılmış yara, sağ baldırında sıyrılmış yara, sağ sağrıda və sol budunda qançırlar, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya daxili olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan, avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümünün səbəbi ilə birbaşa əlaqəlidir. X2 ölümünə səbəb kəllə sümüklərinin sınığı nəticəsində baş beyində əzilmə və qansızma olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 18-15-də Zaqatala RMX-nın PHŞ-nin reanimasiya şöbəsində baş vermişdir, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 3-4 saat əvvələ uyğun gəlir (cild 01, iş vər 72-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 3-16-16/2-8/2080 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota-Prius” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobilin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobilin yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 103-105). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 18-1-78/2-1094/2024 nömrəli məktubdan görünür ki, Ömərov X6 RMX PHŞ-nin psixiatrik kabinetində qeydiyyatda yoxdur (cild 01, iş vər. 106). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X19 Birliyi xx.xx.2015-ci il tarixli Ə serialı, 004152 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup müharibə əlilidir (cild 01, iş vər. 119). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görürün ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 141-142). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli Zaqatala RİHB-nın Zaqatala şəhər İƏD üzrə nümayəndəliyinin arayışından və həmin tarixli Zaqatala Bələdiyyəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, oğlu və qızı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, iş vər. 148-149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in 664 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir (cild 01, iş vər. 153-154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə yerləşdirilmişdir (cild 01, iş vər 164-166). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinin 4951 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və və onları idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən travma mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən o,öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməllərini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 01, iş vər. 181-186). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin 2(033)-327/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olan şəxs hesab edilmişdir (cild 01, iş vər.198- 199). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra döyülməsi xüsusatı təsdiqini tapmadığından həmin hissədə rədd edilməsi qərar alınmışdır (cild 01, iş vər. 202-210). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq Əkbər Alxasovu vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yolnəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan mobil telefonunu əlində saxlayıb ondan istifadə edərkən anası X3 müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “Toyota Prius minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşayış məntəqəsində 80 km/saat surətlə idarə etmişdir. O, avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan Zaqatala şəhəri, S.Kazımov küçəsində idarə edərkən saat 21 radələrində idarəetməni itirib, yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyada, azyaşlı Əkbər Alxasovu vurmuşdur. Əkbər Alxasov avtomobilin onu vurması nəticəsində xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə edərkən azyaşlını avtomobilin qabaq hissəsi ilə vurduğunu görüb, törətdiyi əməlin mahiyyətini və nəticəsini başa düşmüş, avtomobili hadisə yerində qoyaraq həmin yol nəqliyyat hadisəsi yerindən dərhal uzaqlaşmışdır. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan Əkbər Alxasovu idarə etdiyi avtomobillə vurduqdan sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri icra etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itirib, yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyada X14 idarə etdiyi avtomobillə vurduqdan və avtomobili saxladıqdan sonra təcili tibbi yardıma zəng etməmiş, polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmiş, eləcə də cinayət hadisəsini törətdikdən sonra ətrafda olan və hadisə yerinə toplaşmış şəxslərə öz şəxsiyyəti barədə məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs Əkbər Alxasovu avtomobillə vurduqdan və avtomobili saxlayıb düşdükdən sonra ətrafdan hadisə yerinə yığışan insanları görüb dərhal avtomobili orada qoyaraq evləri istiqamətdə qaçmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən Təqsirləndirilən şəxs Əkbər Alxasovu avtomobillə vurduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə əlində telefonla danışa-danışa əvvəlcə yuxarıdan aşağıya keçmiş, aşağıya keçəndən sonra təxminən 10-dəqiqədən Abdulla həmin avtomobillə geriyə küçə ilə aşağıdan yuxarı gəlmişdir. Həmin vaxtı onun əlində mobil telefon olmuş, avtomobili çox yüksək surətlə, təxminən 80 km/saat sürətlə sürmüş və onun fikri telefona qarışdığına görə yolun kənarında dayanan uşaqları əvvəlcə görməmiş, lakin sonra birdən görəndə çaşıb tormoz pedalına basmış və avtomobil yolun nisbətən orta hissəsindən tormozda sürüşə-sürüşə sağa düz uşaqların üstünə istiqamətlənmiş və avtomobil qabaq hissəsi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan Əkbərə dəymişdir. Əkbər avtomobilin ön şüşəsinə dəyərək havaya qalxmış və üzü aşağı yolun sağında olan su arxına düşmüşdür. Abdulla Əkbəri vurduğu yerdən 2-3 metr arxaya verib avtomobili dayandırmış və Abdulla hadisə yerinə toplaşmış şəxsləri görüb evlərinə tərəf qaçıb getmişdir. Qeyd edilən hallar məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə də tam şəkildə təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqıda dindirilmiş şahid ifadələrindən görünür ki, 22 iyun 2024cü il tarixdə axşam saat 21 radələrində Zaqatala şəhəri, S.Kazımov küçəsində Əkbər digər qonşu uşaqları ilə birlikdə evlərinin qarşısında dayanaraq telefona baxmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə əvvəlcə yuxarıdan aşağı, daha sonra geriyə həmin küçə ilə aşağıdan yuxarı əlində telefonla keçmişdir. Abdulla avtomobili çox yüksək surətlə, təxminən 80-90 km/saat sürətlə sürmüşdür. O, birdən uşaqları görəndə tormoz pedalına basmışdır. Avtomobil yolun nisbətən orta hissəsindən tormozda sürüşə-sürüşə sağa düz uşaqlar olan yerə istiqamətlənmiş və avtomobilin qabaq hissəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan Əkbərə dəymiş, avtomobil onun nisbətən sol tərəfindən vurmuş, Əkbər qalxıb birdə avtomobilin qabaq ön şüşəsinə də dəymiş, avtomobilin ön şüşəsindən isə Əkbər göyə qalxıb sonra üzü aşağı yolun sağında olan su arxına düşmüşdür. Avtomobilin sürücüsü Əkbər avtomobilin altında qaldığını guman edib avtomobili Əkbəri vurduğu yerdən iki-üç metr arxaya sürüb dayanmışdır. Təqsirləndirilən şəxs evlərdən Əkbərin anasının, qonşuların küçəyə həyəcanlı vəziyyətdə çıxdığını görüb qaçıb getmişdir. Əkbər 26 iyun 2024-cü il tarixdə axşam saat 18 radələrində vəfat etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/2080 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota-Prius” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobilin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 5-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobilin yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2024-cü il tarixli 13 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X12 hər iki göz ətrafında şişkinlik və hematoma, sağ qaş nahiyyəsində əzilmiş-cırılmış yara, üzünün sağ tərəfində, döş qəfəsinin sağ yarısını və sağ qasıq nahiyyəsini əhatə edən sıyrılmış yara, sağ baldırında sıyrılmış yara, sağ sağrıda və sol budunda qançırlar, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızma.

2. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və eləcə də yardım üçün Zaqatala RMX PHŞ-ya daxili olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan, avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümünün səbəbi ilə birbaşa əlaqəlidir.

3. X2 ölümünə səbəb kəllə sümüklərinin sınığı nəticəsində baş beyində əzilmə və qansızma olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 18-15-də Zaqatala RMX-nın PHŞ-nin reanimasiya şöbəsində baş vermişdir, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 3-4 saat əvvələ uyğun gəlir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə yolun sağ kənarında dayanmış vəziyyətdə olan piyada azyaşlı Əkbər Alxasovu vurmuş, törətdiyi əməlin nəticəsini başa düşdükdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hadisə yerindən uzaqlaşmışdır. Başqa sözlə, o, yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməli və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları yoxdur, lakin bununla yanaşı cinayət işi üzrə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxs Əkbər Alxasovun azyaşlı olması CM-nin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alnmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olması və onun anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməllərini törətməsi halı cinayət işi materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törədilməsini CM-nin 59.1.9-cu maddəsinə əsasən, həmçinin təqsirləndirilən şəxsin 1-ci qrup müharibə əlili olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işi üzrə cəzanın ağırlaşdırıcı halına gəldikdə isə məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdırıcı halı yoxdur. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin azyaşlı Əkbər Alxasova qarşı törədildiyini hesab edərək CM-nin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş halı cinayət işi üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Qanunun tələbindən görünür ki, cinayətin törədilməsi məhz qanunda göstərilmiş subyektlərə qarşı olduqda ağırlaşdırıcı hal olaraq nəzərə alınmalıdır. Lakin verilmiş ittihamdan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi kriminal əməlinin obyektiv cəhətinin yönəldiyi ictimai münasibətlər (cinayətin obyekti) yol hərəkəti qaydalarının pozulmasına istiqamətlənmiş, Əkbər Alxasovun ölməsi faktı isə bu qaydaların pozulmasının nəticəsində yaranmış hadisə səbəbi ilə baş vermişdir. Həmçinin cinayətin subyektiv cəhətinə gəldikdə isə Təqsirləndirilən şəxs törədilən cinayətdə ictimai təhlükəli nəticəni nəinki arzu etməmiş, hətta onun qarşısını alacağına ümid bağlamış və yaxud ümumiyyətlə, belə nəticənin baş verəcəyini görə bilməli və görməli olduğu halda görməmişdir. Odur ki, Təqsirləndirilən şəxs kriminal davranışı azyaşlı Əkbər Alxasova qarşı törədilməmiş və Təqsirləndirilən şəxs üçün Əkbər Alxasovun ölümü arzu olunan kriminal nəticə olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri üzrə ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddələr üzrə ona ayrı-ayrılıqda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin ediləcək əsas cəzalar və əlavə cəzalar qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən maddi sübut yoxdur. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Tural Əfəndizadə

Hakimlər Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar