Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-184/2020 04.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X9, zərər çəkmiş şəxsin hüquqi varisi X7, Zərərçəkmiş şəxs2 iştirakları ilə x xxxxxx 1989-cu ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, “xxxxx” MMC-də mühafizəçi işləyən, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X11 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə, saat 02 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsi sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olmasına dair və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsi sürücüsünün sürücülük vəsiqəsini özündə saxlamalı olmasına və mexaniki nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı olmasına dair tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1995-ci ildə istehsal olunmuş, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 7-ci kilometrliyində, yolun İsmayıllı rayonunun Kürdmaşı kəndindən keçən hissəsində Qaraməryəm istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəli şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələri və başqa əmlaka zərər vurmamalı olmasına, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda, bunları etməyərək, yaşayış məntəqəsi daxilində avtomobili 60 kilometrdən artıq sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, qeyd olunan tələblərin pozulması nəticəsində avtomobil yoldan sol tərəfə çıxaraq Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin yan tərəfindəki mişar daşından tikilmiş hasara çırpılmış, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində o, ehtiyatsızlıqdan avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin X4 daxili qanaxma ilə müşayət olunan sağdan İİ, İİİ, İV, V, Vİ və Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, burnun, alt çənə nahiyəsinin, sağ bazunun, döş qəfəsinin sıyrıqları, sağ saidin qançırlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, avtomobili zədələməklə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurulmasına, eləcə də Zərərçəkmiş şəxs2 məxsus evin tək qat hasarının 18 kvadrat metr hissəsini dağıtmaqla mülkiyyətçisi Zərərçəkmiş şəxs2 ümumilikdə 222 (iki yüz iyirmi iki) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2016-cı ildə 2700 manata atası Vahid almış, Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən atasına 6 ay müddətinə baş etibarnamə verilmiş, hazırda həmin etibarnamənin müddəti başa çatmışdır. Avtomobili sərbəst idarə etməyi bacarır, lakin sürücülük vəsiqəsi yoxdur. İş yeri evdən uzaq olduğundan “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedib-gəlir. x xxxx 2020-ci ildə saat 16 radələrində İsmayıllı rayonu Hapıtlı kəndində yaşayan mərhum dayısı X8 idarə etdiyi “Opel” markalı maşınla yaşadığı evə gəlmişdir. X6 rayonunun Kürdmaşı kəndində olan 0,5 ha arpa sahəsinə gəlmiş, orada kombayn sürücüsü arpa sahəsini biçdikdən sonra arpanı tanımadığı şəxsin idarə etdiyi yük maşınına doldurmuş, arpanı təxminən saat 19 radələrində atası Vahidə məxsus evin həyətinə gətirmişlər. Həmin gün evdə Mahirlə birlikdə yemək yeyib spirtli içki içməyi qərara almış, əvvəlcədən pivə, 0,5 litrlik araq içmişlər. xx xxxx 2020-ci il saat 02 radələrinə qədər Mahirlə yemək yeyib spirtli içki qəbul etmişlər. Vahid evə gedəndən sonra dayısı Mahirin avtomobilini öz avtomobili ilə müşayiət edib aparıb Hapıtlı kəndinə düşürtməyə qərar vermiş, bu barədə atasına heç nə bildirməmişdir. Mahir yolun kənarında onu gözləmiş, “Fiat Tempra” markalı avtomobilin sükanı arxasında əyləşib dayısının avtomobilinin arxasında Hapıtlı kəndində onun yaşadığı evin qarşısına getmişdir. Həyət darvazasını açdıqdan sonra dayısı avtomobilini özü idarə edib həyətə salmış və Mahir ona siqaretinin olmadığını deyib Kürdmaşı kəndindəki mağazadan, əgər orada olmazsa Göyçay rayonu Qaraməryəm qəsəbəsindən siqaret alıb qayıtmaqlarını xahiş etmişdir. Spirtli içki içdiyindən pivənin ona az miqdarda təsiri olmuş, maşını idarə edib Qaraməryəm-İsmayıllı-Şəki yoluna çıxmış, kəndin içərisi ilə asfalt yolla Qaraməryəm istiqamətində hərəkət etmiş, təxminən 5-10 dəqiqə sonra Kürdmaşı kəndində yaşayış məntəqəsi daxilində 80-90 km/saat sürətlə hərəkət edərkən qəflətən avtomobilinin sol təkərlərinin yolun sol ehtiyat hissəsindəki daşlı-çınqıllı yola çıxdığını hiss etmiş və artıq idarəetməni itirdiyi üçün qəflətən avtomobilinin qarşısı Zərərçəkmiş şəxs2 mişar daşından hörülmüş hasarına çırpılmışdır. Avtomobil qaz borusuna sürtünərək təxminən 5-10 metr qabaqda tut ağacı ilə hasarın arasında qalmış, hadisə yeri qaranlıq olmuş, özünü itirmiş və “dayı-dayı” deyə bildirdikdə o, xışıltı kimi səs çıxarıb hər hansı reaksiya verməmişdir. Sürücü tərəfdən qapını açıb yerə düşərək sağ tərəfdən dayısının oturacağının qapısına yaxınlaşdıqda qapının deformasiyaya uğradığını, dayısına əl vurduqda isə artıq reaksiyasının olmadığını hiss etmişdir. Təcili tibbi yardıma zəng etmək üçün mobil telefonunu maşında axtarsa da tapa bilməmişdir. Fikirləşmişdir ki, onu xəstəxanaya çatdırsa həkimlər tərəfindən yardım göstərilsə ayıla bilər. Təxminən 1-2 dəqiqə orada dayanmış və həmin vaxt həmkəndlisi X5 hadisənin səsinə yanına gəlmişdir. Aqilə hadisənin ani anda başqa verdiyini bildirmiş və ona gedib həmkəndlisi Elçini çağırıb gəlib onlara köməklik etməyini və dayısını xəstəxanaya aparmağını demişdir. Həmin vaxt hasarı dağılmış Zərərçəkmiş şəxs2 da çölə çıxıb yanlarına gəlmişdir. Təxminən 50-100 metr məsafədə yaşayan Elçin də hadisə yerinə gəlmiş, Elçinin mobil telefonu ilə atası Şahid1 zəng edərək hadisə barədə məlumat verib təcili hadisə yerinə gəlməsini bildirmişdir. Elçin isə mobil telefonu ilə “103” təcili yardıma zəng edib məlumat vermiş, təxminən 30 dəqiqə sonra təcili tibbi yardım hadisə yerinə gəlmiş, həkimlər dayısının nəbzini yoxlayıb öldüyünü demişlər. Mahirin meyitini təcili tibbi yardım maşınına yerləşdirib İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sağ əlində ağrı olduğundan Elçin onu “Vaz-2107” markalı avtomaşını ilə yaşadığı evə aparıb evində qolunu sarımış, sonra isə özünə gəldikdə polis şöbəsinə gələrək tibbi sərxoşluq müayinəsindən keçirilmiş və yüngül dərəcəli sərxoş olmağı müəyyən edilmişdir. Zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etmiş, barışmışdır. Onlara dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmədə ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci ildə saat 05 radələrində Bakı şəhərində yaşadığı evdə olarkən İsmayıllı rayonu Hapıtlı kəndində yaşayan əmisi Habil Osmanov mobil telefonuna zəng edərək bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Fiat tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxaraq hasara və sonra isə ağaca çırpılması nəticəsində atasının öldüyünü bildirmişdir. Dərhal İsmayıllı rayonuna gəlmiş, hadisə günü hadisə yerinə də getmiş və ona məlum olmuşdur bibisi oğlu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb hasara və ağaca çırpılmış, nəticədə qabaq sağ oturacaqda əyləşmiş atası Mahir rəhmətə getmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, razılıq əldə etmişdir. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2016-cı ildə onun adından etibarnamə əsasında tanışı Adıgözəlov Namiq Ziyadxan oğlu 2700 manata İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Şahid1 satmışdır. Namiq avtomobili satdıqdan sonra həmin 2700 manat pulu ona vermişdir. Namiq tərəfindən onun razılığı ilə Vahidə 6 ay müddətinə etibarnamə verilmişdir. Həmin avtomobili pulla satdığı üçün avtomobil rəsmi sənədlərlə onun adına olsa da faktiki olaraq Şahid1 istifadəsində və mülkiyyətində olmuşdur. Sonradan ona bildirilmişdir ki, həmin avtomobil Şahid1 oğlu Təqsirləndirilən şəxs tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində hərəkətdə olarkən yol qəzasına uğramış və 1 nəfər şəxsin ölümünə, avtomobilin zədələnməsinə səbəb olmuşdur. Yol qəzasının hansı şəraitdə, kim tərəfindən idarə olunması nəticəsində baş verdiyini görməmişdir. Avtomobili pulla satdığı üçün heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Razılıq əldə etmişlər. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 02 radələrində yaşadığı evdə olarakən yol tərəfdən möhkəm tappıltı səsi eşitmiş və evdən çıxıb yol tərəfə baxdıqda hasarının dağılmış vəziyyətdə olduğunu görmüşdür. Orada Təqsirləndirilən şəxs və həmkəndlisi X3 olduğunu görmüşdür. Avtomobilin sağ oturacağına baxdıqda İlqarın dayısı X4 oturacaqda ölmüş vəziyyətdə qaldığını görmüşdür. Artıq başa düşmüşdür ki, İlqar avtomobili idarə edərkən avtomobili hasarına vurmuş və hasar dağılmışdır. İlqar özü də avtomobili hadisə zamanı özünün idarə etdiyini bildirmişdir. Həmin avtomobili İlqar özü idarə etmiş, avtomobilin sağ yan tərəfi ümumilikdə deformasiyaya uğramışdır. Həmin vaxt həmkəndlisi Elçin də həmin yerə gəlmiş və kimsə təcili tibbi yardıma zəng edərək məlumat verdiyindən hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, həkimlər Mahirin nəbzini yoxlayıb öldüyünü təsdiqləmişlər. Hasarın dağılması nəticəsində ona təxminən 200 manat ziyan dəymişdir. Həmin ziyan ödənmişdir. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir. Ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 02 radələrində X5 mobil telefonuna zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs Qaraməryəm-İsmayıllı-Şəki yolunun Kürdmaşı kəndində keçən hissəsində Zərərçəkmiş şəxs2 evinin qarşısında yol nəqliyyat hadisəsi törətdiyini, dayısı Mahirin də avtomobildə olduğunu, gəlib köməklik etməyini bildirmişdir. 5-10 dəqiqə sonra hadisə yerinə gəlmiş, orada “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğramış vəziyyətdə tut ağacı ilə hasarın arasında qaldığını görmüşdür. İlqar da avtomobilin yanında olmuş, İlqarın dayısı mərhum X4 isə qabaq sağ sərnişin yerində ölmüş vəziyyətdə qaldığını görmüşdür. Zərərçəkmiş şəxs2 məxsus evin yan hasarı zərbədən dağılmış vəziyyətdə olmuş, avtomobilin sağ yan tərəfi deformasiyaya uğramışdır. Hadisə barədə İlqarın atası Vahidin mobil telefonuna zəng edərək məlumat vermiş, İlqar da mobil telefonu alaraq Vahidlə danışmış, Vahid də hadisə yerinə gəlmişdir. O, təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. İsmayıllı RMX-nın təcili tibbi yardım avtomobili gəldikdən sonra Vahid təcili tibbi yardım işçiləri ilə köməkləşib Mahirin meyitini qabaq sağ sərnişin yerindən çıxarıb təcili tibbi yardım avtomobilinə yerləşdirib İsmayıllı rayon Mərkəzi Xəstəxanasının həyətindəki Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə gətirmişlər. İlqarın qolu ağrıdığı üçün ona yardım etdikdən sonra idarə etdiyi avtomobillə Aqil və İlqar birlikdə İsmayıllı RMX-na gəlmiş, sonra isə kəndə qayıtmışlar. Sonra isə İlqar polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2016-cı ildə 2700 manata almış, Zərərçəkmiş şəxs1 nümayəndəsi Adıgözəlov Namiq Ziyadxan oğlu tərəfindən ona 6 ay müddətinə x xxxxxx 2016-cı il tarixədək etibarnamə verilmiş və hazırda etibarnamənin müddəti başa çatmışdır. xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Mahir avtomobili ilə Hapıtlı kəndinə aparmış, orada qəza törətmiş və Mahir ölmüşdür. Həmin maşina dəymiş ziyan ilə əlaqədar heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə-tibbi ekspertizasının x xxxx 2020-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, mərhum X4 meyitində aşkar edilmiş xəsarətlər- daxili qanaxma ilə müşayət olunan sağdan İİ, İİİ, İV, V, Vİ və Vİİ qabırğalarına qapalı yerdəyişən sınıqları, burnun, alt çənə nahiyəsinin, sağ bazunun, döş qəfəsinin sıyrıqları, sağ saidin qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı salonun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum M. T.Osmanovda əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum M.T.Osmanovun ölümünə səbəb almış olduğu travma nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Mərhum M.T.Osmanovun meyitindən götürülmüş qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-2%-dir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolodilər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 2,4 benzodiazepin törəmələri və slisilatlar aşkar edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2450 nömrəli rəyindən görünür ki,1995-ci il buraxılışlı, mühərrik həcmi 1600 kub sm “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3000 (üç min) manat müəyyən olunur. Məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/1615 nömrəli rəyindən görünür ki, ərazinin sökülmüş daşlardan təmizlənməsi üçün 20 manat, 20 sm qalınlığında mişar daşından hasarın hörülməsi üçün usta pulu hər kvadrat metr üçün 3 manat olmaqla 18 kvadrat metr üçün 54 manat, mişar daşınının 1 ədədinin 0,5 manat olmasını nəzərə alaraq 252 ədəd mişar daşı üçün 126 manat, 1 ədəd sementin 6 manat olmasını nəzərə alaraq 2 ədəd sement üçün 12 manat, 0,5 kub metr həcmində qum üçün 10 manat, əlavə və nəqliyyat xərcləri (zibil atılması, materialların daşınmas və s) 20 manat, beləliklə smeta üzrə hesablamalar nəticəsində Zərərçəkmiş şəxs2 mülkiyyətində olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən yaşayış evinin həyətyanı hasarının dağılmış hissəsinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 222 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1407 nömrəli rəyindən görünür ki, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Fiat Tempra” markalı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış x xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Bağırlı İlqar Vahid oğlunun əvvəllər məhkumluğu olmamışdır. xx xxxx 2020-ci il tarixli 218 nömrəli tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun 7-ci km-də, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində baş vermişdir. xx xxxx 2020-ci il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir nasazlıq olmamışdır. İş materiallarına əlavə edilmiş AB 184649 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 adınadır. xx xxxxxxxx 2020-ci il tarixli 016-312-1589-1220 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi olması barədə BDYPi-nin mərkəzi informasiya sistemində məlumat yoxdur. Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş 222 manat ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi sənədlərlə onun mülkiyyətidə olsa da faktiki olaraq Şahid1 istifadəsindədir. Həmin avtomobili xx xxx 2016-ci il tarixdə etibarnamə əsasında 2700 manata Şahid1 satmış, Şahid1 oğlu Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə idarə etdiyi həmin avtomobillə yol nəqliyyat qəzasına uğradığı üçün 3000 (üç min) manat ziyanın dəyməsi müəyyən edilmiş və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, avtomobil faktiki olaraq Şahid1 istifadəsində və mülkiyyətində olduğu üçün avtomobillə dəymiş ziyanla əlaqədar heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsi, himayəsində 2014-cü il təvəllüdlü Nihad və 2015-ci il təvəllüdlü Ayan adlı 2 azyaşlı uşağının olması, cinayət nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş 222 (iki yüz iyirmi iki) manat maddi ziyanı tam ödəməsi, həmçinin Zərərçəkmiş şəxs1 dəymiş 3000 (üç min) manat maddi ziyanı aradan qaldırması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir tələbi və şikayətinin olmamasıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60- cı maddəsinin “ bu Məcəllənin 59.1.10- 59.1.13-cü maddələrindən hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa təyin edilən cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müdəasını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olsa da, ehtiyatsızlıqdan törədilən cinayət olduğundan və ona maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edildiyinən CM-nin 56.1.1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməli, cəza çəkməsinin əvvəli cəzaçəkmə məntəqəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat təşkil edir. Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə məntəqəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə yeinə çatdırılması İsmayıllı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza xərci 200 ( iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və İsmayıllı RPŞ-nin müvəqqəti saxlama dayanacağında saxlanılan “Fiat Tempra” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətində X11 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-184/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-184/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver