Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-184/2021 03.12.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Neft Kəməri küçəsi nömrəsiz evdə qeydiyyatda olan və Yevlax şəhəri K.Nəsibov küçəsi nömrəsiz evdə yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs küsərək Yevlax şəhəri K.Nəsibov küçəsində yaşadığı atası evinə gəlmiş bacısı Şahid3 yenidən ər evinə aparmaq üçün 22 aprel 2021-ci il tarixdə saat 22 radələrində onların yaşadığı evə gəlmiş yeznəsi Zərərçəkmiş şəxsla aralarında bacısının əri ilə birlikdə yaşadığı evə getməməsinə görə evin həyətində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək ona qəsdən “sol kürək və kürəkaltı nahiyyənin sıyrığı, təpə nahiyyəsinin şişkinliyi” xəsarətləri ilə müşayiət olunan” sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə yaşadığı ünvandan götürdüyü bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaqla yaşadığı evin yerləşdiyi K.Nəsibov küçəsində Zərərçəkmiş şəxs boyun və bel nahiyyələrindən iki dəfə qəsdən vuraraq ona “bel nahiyyəsinin kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran və “traxeyanın zədələnməsi, pnevmohemotoraksla ağırlaşan boyunun ön səthinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Şahid3 Yevlax şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqdan sonra əvvəllər Ruslanın Aytəkinə qarşı münasibəti yaxşı olsa da, son vaxtlar münasibətləri pisləşmişdir. Ruslan heç bir səbəb olmadan Aytəkinlə mübahisə edərək sonuncunu döymüşdür. Bu səbəbdən Aytəkin dəfələrlə onun yaşadığı evə gələrək onlarla birlikdə qalmışdır. 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən Aytəkin ağlaya-ağlaya onun yaşadığı evə gələrək yenə də Ruslan tərəfindən döyüldüyünü və yaşadığı evdən qovduğunu bildirmişdir. Həmin gün saat 22 radələrində Ruslan onun yaşadığı ünvana gələrək onu çağırmış, evdən həyətə çıxarkən Ruslanın əlində bir ədəd dəmir boru parçası olduğunu görmüşdür. Ruslan ona Aytəkini aparmağa gəldiyini demiş, həmin vaxt Aytəkin və ailə üzvləri evdən həyətə çıxmışlar. Ruslandan nə səbəbə Aytəkini döyüb evdən qovduğunu soruşmuş, sonuncu ona “yaxşı at özünə qamçı vurdurmaz” demişdir. X8 həmin sözlərə görə öz iradını bildirdikdə Ruslan ailə üzvlərinin yanında ona nalayiq söyüşlər söymüş və əlindəki dəmir boru parçası ilə onun başından və belindən bir neçə dəfə vurmuşdur. Dəmir boru parçasını Ruslanın əlindən alıb kənara atsa da sonuncu həmin dəmir boru parçasını götürüb yenidən onu vuraraq ona nalayiq söyüşlər söymüşdür. Sonra Ruslan şalvarından bir ədəd bıçaq çıxarıb ona hücum etmiş, oradan qaçaraq həyətdəki mətbəx bıçağını əlinə götürmüşdür. Həyətdən küçəyə çıxarkən Ruslan onun arxasınca gəlmiş, sonra ona çataraq bıçaqla ona zərbələr endirsə də sonuncunun bıçaq zərbələri ona dəyməmişdir. Həmin vaxt əlindəki bıçaqla Ruslanın boyun nahiyyəsindən bir dəfə və bel nahiyyəsindən bir dəfə zərbə endirmiş, Ruslan boyun və bel nahiyyəsindən xəsarət alıb yerə yıxılmışdır. Ailə üzvləri onu yaşadığı evə aparmış, sonradan Ruslanın Yevlax şəhər mərkəzi xəstəxanasına aparıldığını, həkimlərin Ruslana tibbi yardım göstərdiyini bilmişdir. Hazırda zərəçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Yevlax şəhərində yaşayan Şahid3 ilə evlənmiş, sonuncu ilə yaxşı münasibəti olmuşdur. 22 aprel 2021-ci il tarixdə saat 16 radələrində Aytəkin anası Leylaya məxsus paltarları yumaq üçün anasının yaşadığı evə getmək istədiyini demiş, sonuncunun getməsinə etiraz etməmişdir. Aytəkin onun azyaşlı qızı Arzu ilə birlikdə anası Leylanın yaşadığı evə getmiş, saat 21 radələrində Aytəkinin evə qayıtmadığını görüb Aytəkini və qızı Arzunu gətirmək üçün piyada Əbülfəzin yaşadığı evə getmişdir. Əbülfəz ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt Aytəkinə evlərinə getməsini demiş, Əbülfəz Aytəkinin onunla getməsinə icazə verməmişdir. Bunun üstündə Əbülfəzlə mübahisə etmiş, Əbülfəzin oğlu Rahib, arvadı Leyla və digər ailə üzvləri onun üstünə gəlib ona nalayiq söyüşlər söymüşlər. Əbülfəz və ailə üzvlərinə söyüş söymüş, bundan sonra Rahib onu evin arxa tərəfində yerləşən küçəyə aparmışdır. Orada Rahib onunla mübahisə edərək ona nalayiq söyüşlər söymüş, o da Rahibə söymüş və yumruqla Rahibin başından və kürəyindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt Rahib əli ilə həyətdən hansısa bir əşya götürüb onun boynunun ön tərəfindən bir dəfə zərbə endirmişdir. Bundan sonra boğazının aşağı hissəsinin kəsildiyini və həmin nahiyəsindən qan axdığını görmüşdür. Qan itirdiyi üçün başı fırlanmış və yerə yıxılmışdır. Huşunu itirdiyi üçün sonra baş verənləri xatırlamamışdır. Ayıldıqda Yevlax şəhər mərkəzi xəstəxanasında olduğunu, həkimlərin ona tibbi yardım etdiyini görmüşdür. Xəstəxananın reanimasiya şöbəsində müalicə olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə faktiki nikah münsibətləində olmaqla birgə nikahlarından Əkbər adlı bir oğlanları olmuşdur. Rahibin bacısı Aytəkin 2021-ci ilin təxminən fevral ayında Yevlax şəhərində yaşamış Zərərçəkmiş şəxs ilə evlənmişdir. Ruslanın əvvəllər Aytəkinə qarşı münasibəti yaxşı olmuş, 2021-ci ilin mart ayında isə münasibətləri pisləşmişdir. 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Ayətkin yenə də Ruslanla dalaşaraq onun yaşadığı evə gəlmiş, Ruslan tərəfindən döyüldüyünü bildirmişdir. Təxminən bir saat sonra Ruslan onun yaşadığı ünvana gəlib Rahibi səsləmiş və evdən çıxmasını demişdir. Rahib, sonra isə o və digər ailə üzvləri həyətə çıxmış, Ruslana Aytəkinin uşaq olduğunu və nəyə görə döydüyünü demişdir. Ruslan onu nalayiq sözlərlə təhqir etmiş, Rahib buna görə Ruslana öz iradını bildirmişdir. Ruslan əlindəki boru ilə Aytəkinin üstünə getmiş, Aytəkin də oradan qaçıb getmişdir. Bundan sonra Ruslan onun üstünə tərəf gələrək onu vurmağa çalışmışdır. Rahib Ruslanın onu vurmasına imkan verməmiş, Ruslan əlindəki boru parçası ilə Rahibin başından və belindən bir neçə dəfə vurmuşdur. X9 əlindən almağa çalışmış, Rahib qaçıb həyətdən küçəyə çıxmışdır. Ruslan da Rahibin arxasınca getmiş, o, Əbülfəz və Leyla da küçəyə çıxmışlar. Rahib dəmir boru parçasını Ruslanın əlindən alıb yerə atmış, Ruslan həmin boru parçasını yerdən götürüb yenidən Rahibin bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bundan sonra Ruslan kürəyindən bir ədəd mətbəx bıçağı çıxarmış və Rahibi vurmağa çalışsa da bıçaqla Rahibi vura bilməmişdir. Bundan sonra Rahib həyətdəki mətbəx bıçağını götürüb Ruslanın boynundan və belindən iki dəfə vurmuşdur. Ruslan yerə yıxılmış və boynundan qan axmağa başlamışdır. Rahib evə getmiş, qohumları gələrək Rahibi xəstəxanaya aparmışlar. Məhkəmədə ifadəsi elan ounaraq tədqiq edimiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə evlənmiş, əvvəllər Ruslanın ona qarşı münasibəti yaxşı olsa da, lakin son vaxtlar Ruslan heç bir səbəb olmadan onu tez-tez döymüşdür. Bu səbəbdən o, atası Əbülfəzin yaşadığı evə küsülü getmişdir. 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Ruslan siqaret almaq üçün ondan 5 manat pul istəmiş, Ruslana pulunun olmadığını deyərək sonuncuya pul verməmişdir. Ruslan dəmir borudan düzəltdiyi dəyənəklə onun qollarından və ayaqlarından bir neçə dəfə vurmuş, Ruslan onu döydüyü üçün qaçıb atası Əbülfəzin evinə getmişdir. Ailə üzvlərinə Ruslanın onu döydüyünü demiş və bədənindəki xəsarətlərini göstərmişdir. Təxminən bir saat sonra Ruslan gələrək onun qardaşı Rahibi səsləmiş və evdən həyətə çıxmasını demişdir. Əvvəlcə Rahib, sonra isə o, valideyinləri və Rahibin arvadı Şəhriban həyətə çıxmışlar. Ruslanın əlində dəyənək olmuş, Ruslan onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək dava etmişdir. Rahib və atası Əbülfəz Ruslanı sakitləşdirməyə çalışmış, lakin, Ruslan heç kimə məhəl qoymamışdır. Ruslan əlindəki dəyənəklə onun üstünə hücum etmiş, o, qaçaraq kənara çəkilmişdir. Ruslan dəyənəklə Rahibin kürəyindən və başından bir neçə dəfə vurmuş, Ruslan Rahibi dəyənəklə vura-vura həyətdən küçəyə çıxarmışdır. Ruslandan qorxduğu üçün küçəyə çıxmamış və evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra valideyinləri və Şəhriban Rahibi evə gətirmişlər. Həmin vaxt o, Rahibin mətbəx bıçağı ilə Ruslana bədən xəsarəti yetirdiyini bilmiş, bu barədə ailə üzvləri ona demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla xx xxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuşdur. Rahib bir neçə il əvvəl Yevlax şəhər sakini Şahid2 ilə evlənmiş, Rahibin Əkbər adlı körpə bir oğlu doğulmuşdur. Rahib Şəhribanla birlikdə onun evində yaşamış, qızı Şahid3 2021-ci ilin fevral ayında Yevlax şəhərində yaşamış Zərərçəkmiş şəxs ilə evlənmişdir. Ruslanın əvvəllər Aytəkinə qarşı münasibəti yaxşı olsa da, 2021-ci ilin mart ayında həmin münasibət pisləşmişdir. Belə ki, Ruslan heç bir əsaslı səbəb olmadan Aytəkinlə mübahisə edib dalaşmış və Aytəkini döymüşdür. 2021-ci ilin mart və aprel aylarında Aytəkin bir neçə dəfə ərindən küsüb onun yaşadığı evə gəlmiş və hər dəfə Ruslan tərəfindən döyüldüyünü bildirmişdir. Sonuncu dəfə 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Aytəkin həyəcanlı vəziyyətdə onun yaşadığı evə gəlmiş və Ruslanın dəyənəklə Aytəkini döydüyünü demişdir. Təxminən bir saat sonra Ruslan onun yaşadığı ünvana gəlib Aytəkini aparmaq istədiyini demiş, Aytəkin isə Rahiblə birlikdə getmək istəmədiyini demişdir. Ruslan Aytəkinin və digər ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, əlindəki dəyənəklə Aytəkinin üstünə getmişdir. O, Əbülfəz və Rahib Ruslanı sakitləşdirmək istəsələr də Ruslan onlara məhəl qoymamış, hərəkətlərini davam edərək yenidən nalayiq söyüşlər söymüşdür. Ruslan dəyənəklə Rahibin başından və belindən bir neçə dəfə vurmuş, Rahib qaçıb həyətdən küçəyə çıxmışdır. Ruslan Rahibin arxasınca getmiş, o, Əbülfəz və Şəhriban da küçəyə çıxmışlar. Rahib dəyənəyi Ruslanın əlindən alıb yerə atmış, Ruslan həmin dəyənəyi yerdən götürüb yenidən Rahibin bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bundan sonra Ruslan kürəyindən bir ədəd mətbəx bıçağı çıxararaq Rahibi vurmağa çalışsa da əlindəki bıçaqla Rahibi vura bilməmişdir. Bundan sonra Rahib həyətdəki mətbəx bıçağını götürüb Ruslanın boynundan və belindən iki dəfə vurmuşdur. Ruslan yerə yıxılmış və boynundan qan axmışdır. Rahib evə getmiş, qohumları isə gələrək Rahibi xəstəxanaya aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23 aprel 2021-ci il tarixli 202 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – traxeyanın zədələnməsi, pnevmohemotoraksla ağırlaşan boyunun ön səthinin deşilmişkəsilmiş yarası, bel nahiyyəsinin kəsilmiş yarası deşici-kəsici alətin-alətlərin, ola bilsin bıçağın tiyəsinin təsirindən törənmişdir, törənmə müddətləri 22.04.2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlərdən boyun nahiyəsində olanı yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran, bel nahiyəsində olan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 iyul 2021-ci il tarixli 04/202 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – traxeyanın zədələnməsi, pnevmohemotoraksla ağırlaşan boyunun ön səthinin deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin kəsilmiş yarası deşici-kəsici alətin-alətlərin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən törənə bilərdi, törənmə müddətləri 22.04.2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 aprel 2021-ci il tarixli 207 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol kürək və kürəkaltı nahiyyənin sıyrığı, təpə nahiyyəsinin şişkinliyi küt alətin təsirindən törənmişdir, törənmə müddətləri 22.04.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə krimnalistik ekspertizasının 16 iyul 2021-ci il tarixli 17/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 17 iyul 2021ci il tarixli 394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1800-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 24 aprel 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Şəhər Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri K.Nəsibov küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslə barışaraq sonuncunun ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab edir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 23 aprel 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi cinayətin aləti olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfatməişət təyinatlı mətbəx bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 aprel 2021-ci il tarixdən hesablansın. Cinayətin aləti olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-184/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-184/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver