Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-184/2023 03.11.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1980-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 1, ev 8 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə qabaqcadan özünü ona “Vasmoy İbrahim” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə “WhatsApp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb, 15 fevral 2023-cü il tarixdə saat 18 radələrində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 1240,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroni əldə etmək barədə qabaqcadan razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni qoyduğu Ucar rayonunun Müsüslü kəndinin ərazisində yerləşən fəaliyyəti dayandırılmış “Qəzənfər kafe” adlanan restoranın həyətinin fotoşəkillərini və həmin ərazinin xəritəsini göndərdikdən sonra narkotik vasitə olan heroni qeyd olunan yerdən əldə edib üzərində daşımaqla saxlamış, həmin gün saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı sərnişin qismində arxa sağ oturacağında əyləşdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, ünvan 1 ünvanda yaşayan Şahid8 ilə birlikdə Bakı-Qazax yolunun Ucar rayonunun Qarabörk kəndinin ərazisindən keçən 244-cü kilometrliyində Qazax rayonu istiqamətində dayanarkən rayon polis şöbəsinin əməkdaşlarının yaxınlaşdığını görüb, avtomobilin arxa sağ şüşəsindən içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd qara rəngli sellofan torbanı yolun sağ kənarındakı otluq əraziyə atıb sonuncuya avtomobili sürməsini bildirməklə hərəkət etməyə başlayaraq oradan uzaqlaşmaq məqsədilə nəqliyyat vasitəsilə bir qədər irəlilədikdən sonra Ucar rayonunun Qarabörk kəndinin ərazisində “köhnə avtovağzal” adlanan yerdə Ucar Rayon Polis X8 X6-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb bağlamanı avtomobildən atdığı otluq əraziyə onunla birlikdə baxış keçirilən zaman üzəri şəffaf yapışqan lentlə bağlanmış formada 01 (bir) ədəd qara rəngli sellofanın içərisində üzərində yazılar və yarpaq şəkli olan digər 01 (bir) ədəd əlavə qara rəngli sellofana bükülmüş torbada satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 1240,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun istifadə etdiyi mobil telefon nömrəsinə mütəmadi olaraq müxtəlif məkanların koordinatları göndərilmiş və həmin koordinatları göndərən şəxs onu görmək istədiyini demişdir. O, həmin şəxslərin barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Hadisə baş verən tarixdə isə ona koordinatı göndərərək 01 kq narkotik vasitə qurudulmuş marixuananı təklif edən şəxs qeyd olunan ünvana getməsini və özünün də həmin yerə gələcəyini demişdir. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olan Şahid8 məxsus olan avtomobillə həmin şəxsi görmək üçün koordinatda qeyd olunan Ucar rayonunun ərazisində yerləşən fəaliyyəti dayandırılmış obyektə getmiş, ancaq həmin şəxs orada olmadığı üçün görə bilməmişdir. Həmin vaxt oradan qurudulmuş marixuana deyil, başqa növ narkotik vasitə aşkar etsə də həmin bağlamanı götürməmiş və geri qayıtmışdır. Daha sonra həmin avtomobillə geri qayıdan zaman avtomobildə siqaret çəkmiş və bir müddət hərəkət etdikdən sonra Şahid8 ürəyinin bulandığını deyib avtomobili yolun sağ kənarında saxladıqda siqaret kötüyünü həmin yerə tullamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və avtomobildə narkotik vasitə aşkar edilməmiş və sonradan polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. İbtidai istintaq zamanı təsir-təzyiq altında olmuş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin çox hissəsi onun dediklərinə əsasən deyil, müstəntiq tərəfindən öz təxəyyülünə uyğun yazılmışdır. Polis əməkdaşları onu bir dəfə döysələr də bədəni üzərində xəsarətlər yaranmamış və ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı heç bir dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Şahid8 ilə aralarında hər hansı şəxsi ədavət və düşmənçilik olmamışdır. 2015-ci ilədək qurudulmuş marixuanadan istifadə etsə də, tutulduğu vaxt hər hansı narkotik vasitədən istifadə etməmişdir. Tutulduğu vaxtdan təxminən 2 ay əvvəldən başlayaraq +**********03 mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zənglər edilmiş və mesajlar göndərilmiş və qeyd olunan mobil telefon nömrəsinin sahibi ona narkotik vasitə təklif etmişdir. O isə həmin şəxsə artıq narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Sonuncu dəfə 15 fevral 2023-cü il tarixdə həmin nömrənin sahibi ona ərazi şəkilləri və məkan-xəritə göndərmiş, o da qeyd olunan şəxsin kim olduğunu öyrənmək məqsədilə ona göndərilmiş əraziyə getmək qərarına gəlmişdir. Bu məqsədlə əvvəlcədən tanıdığı Şahid8 zəng edərək avtomobillə gəzmək istədiyini bildirmiş, sonuncu həmin yerə gəldikdən sonra avtomobilə əyləşmiş və bir müddət hərəkət edib Ucar rayonunun Müsüslü kəndi ərazisində olan zaman sanitar qovşağa getmək istəyini bildirərək sürücüyə həmin kəndin ərazisində yerləşən və fəaliyyəti dayandırılmış iaşə obyektinə getməyi təklif etmişdir. Həmin obyekt ona göndərilmiş məkan-xəritədə olan obyekt olmuşdur. Daha sonra o, obyektin maşından düşərək obyektin ərazisini gəzmiş, lakin mütəmaid olaraq ona zənglər edən mesajlar göndərək şəxsi tapa bilməmişdir. Bu səbəbdən o, qeyd olunan şəxsin obyektin həyətinə yerləşdirdiyi qara rəngli bağlamanı götürmüş, məqsədi həmin bağlamanı tullamaq və narkotik vasitəni obyektə yerləşdirmiş şəxsə ziyan vurmaq olmuş, həmin şəxslə narkotik vasitənin satışı ilə bağlı heç bir razılıq əldə etməmişdir. Bundan sonra o, avtomobilə əyləşmiş və avtomobil Ucar rayonu istiqamətində hərəkətə davam etmişdir. Bir müddət hərəkət etdikdən sonra Şahid8 avtomobili yolun sağ hissəsində saxlamış və o, həmin ərazidə paketi yolun sağ kənarına tullamışdır. Qeyd olunanlarla bağlı Şahid8 deməmiş və bu haqda sonuncunun hər hansı məlumatı olmamışdır. Daha sonra bir müddət avtomobillə hərəkət edib Yol-Patrul Xidmətinin avtomobilinin yanından keçən zaman “saxla” əmrini eşitmişlər, lakin Şahid8 həmin əmrin ona ünvanlanmadığını hesab edib hərəkətə davam etmişdir. Yol-Patrul Xidmətinin avtomobili onun əyləşdiyi avtomobilin arxası ilə hərəkət edərək saat 18 radələrində səsgücləndici vasitəsilə həmin avtomobilin dövlət qeydiyyat nişanını dedikdə Şahid8 avtomobili saxlamışdır. Onlar avtomobildən aşağı düşdükdən sonra polis əməkdaşları özlərini təqdim edərək onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər, o və Şahid8 isə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadıqlarını demişlər. Həmin vaxt Yol-Patrul Xidmətinin əməkdaşlarından biri avtomobili saxlayıb onun yol kənarına qara rəngli əşya atdığını deyib polis əməkdaşının həmin ərazinin mühafizəsini təşkil etdiyini bildirib qeyd olunan əraziyə baxış keçiriləcəyini bildirmişdir. Bu zaman o, həmin ərazidə avtomobil dayananda yerə siqaret atdığını, başqa hər hansı əşya atmadığını bildirmiş, Şahid8 isə onun yerə hər hansı əşya atdığını bildirmiş, lakin konkret olaraq siqaret və ya başqa hər hansı əşya olubolmadığını bilmədiyini demişdir. Həmin vaxt orada olan Yol-Patrul Xidmətinin əməkdaşlarından biri Şahid8 idarə etdiyi avtomobili yol çiynində dayandıqda avtomobilin arxa tərəfindən qara rəngli əşyanı yol kənarına atıldığını demiş və həmin əşyanın narkotik vasitə olması ehtimalını bildirmişdir. Bundan sonra Şahid8 avtomobili yol çiynində saxladığı yerə getmişlər və orada olan zaman yol kənarında dərəyə oxşar olan yerdə qara rəngli əşyanın yanında iki nəfər mülki geyimli polis əməkdaşlarının dayanmaları ona məlum olmuşdur. Orada olan zaman o, həmin əşyanı özünün atmadığını demiş, polis əməkdaşları isə qeyd olunan əşyanı onun tulladığını bildirmişlər. Daha sonra həmin torbaya baxış keçirilən zaman üzərində iran hərflərinə bənzər yazıların olması, içərisində isə tünd qəhvəyi rəngli kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlənin olması məlum olmuşdur. O, bu zaman həmin narkotik vasitəyə bənzər kütlənin özünün olmadığını qeyd etmiş, polis əməkdaşları isə yenidən həmin predmeti onun tulladığını gördüklərini qeyd etmişlər. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə aralarında şəxsi ədavət və düşmənçilik olmamış, sonuncu bəzən onunla gəzməyə getmiş və həmin vaxtlarda adətən avtomobilin ön oturacağında oturmuşdur. 15 fevral 2023-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək gəzmək istədiyini bildirmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşməyin daha rahat olduğunu deyərək həmin hissədə oturmuş və bir müddət hərəkət edib Ucar rayonunun Müsüslü kəndi ərazisində olan zaman sanitar sonuncu ona qovşağa getmək istəyini bildirərək həmin kəndin ərazisində yerləşən və fəaliyyəti dayandırılmış iaşə obyektinə getməyi təklif etmişdir. O da maşını həmin obyektə tərəf hərəkət etdirmiş, Təqsirləndirilən şəxs orada avtomobildən düşmüş, o isə avtomobildə gözləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs oraya qayıdan zaman sonuncuya tərəf baxmadığı üçün əlində hər hansı bağlamanın olub-olmamasını bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs gecikməsinin səbəbini soruşmuş, sonuncu isə gecikməsini sanitar qovşağa getməsi ilə əlaqələndirmişdir. Lakin o, Təqsirləndirilən şəxs sanitar qovşağın yanından keçərək başqa istiqamətdə getdiyini görsə də sonuncudan bununla bağlı soruşmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs arxa oturacaqda əyləşmiş və onlar avtomobillə Ucar rayonu istiqamətində hərəkətə davam etmişlər. Hərəkətdə olan zaman o, Təqsirləndirilən şəxs əlində sellofan paketin olubolmamasını görməmiş, sonuncu oturduğu arxa sağ tərəfin şüşəsini açıq saxlamış, gah siqaret çəkmiş, gah da özünü pis hiss etdiyini demişdir. Ucar rayonuna çatdıqda Təqsirləndirilən şəxs ona özünü pis etdiyini və yolun kənarında saxlamağı bildirmiş, o da avtomobili yolun sağ çiynində saxlamışdır. Bu zaman qarşıda Yol-Patrul Xidmətinin avtomobilinin əks istiqamətdə hərəkət etməyə başladığının şahidi olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt arxa şüşədən yolun kənarına qara rəngli bağlamanı atmış, lakin o, sonuncunun həmin bağlamanı haradan götürdüyünü görməmiş və həmin bağlamanın içərisində nə olduğunu bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs göstərişi ilə hərəkətə davam etmişdir. Bu zaman Yol-Patrul Xidmətinin avtomobili “saxla” əmrini versə də o, həmin əmrin ona ünvanlanmadığını hesab edərək hərəkətə davam etmişdir. Yol-Patrul Xidmətinin avtomobilin arxası ilə hərəkət edərək saat 18 radələrində səsgücləndici vasitəsilə həmin avtomobilin dövlət qeydiyyat nişanını dedikdə o, avtomobili saxlamışdır. Onlar avtomobildən aşağı düşdükdən sonra polis əməkdaşları özlərini təqdim edərək onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. O və Təqsirləndirilən şəxs isə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadıqlarını bildirmişlər. Həmin vaxt Yol-Patrul Xidmətinin əməkdaşlarından biri avtomobili saxlayarkən Təqsirləndirilən şəxs yol kənarına qara rəngli əşya atdığını deyib polis əməkdaşının həmin ərazinin mühafizəsini təşkil etdiyini bildirib qeyd olunan əraziyə baxış keçiriləcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin ərazidə avtomobil dayananda yerə siqaret atdığını, başqa hər hansı əşya atmadığını bildirmiş, o isə Təqsirləndirilən şəxs yerə hər hansı əşya atdığını bildirmiş, lakin konkret olaraq siqaret və ya başqa hər hansı əşya olub-olmadığını bilmədiyini demişdir. Həmin vaxt orada olan Yol-Patrul Xidmətinin əməkdaşlarından biri onun idarə etdiyi avtomobili yol çiynində dayandırdıqda avtomobilin arxa tərəfindən qara rəngli əşyanı yol kənarına atıldığını demiş və həmin əşyanın narkotik vasitə olması ehtimalını bildirmişdir. Bundan sonra onun avtomobili yol çiynində saxladığı yerə getmişlər və orada olan zaman yol kənarında dərəyə oxşar olan yerdə qara rəngli əşyanın yanında iki nəfər mülki geyimli polis əməkdaşlarının dayanmaları ona məlum olmuşdur. Orada olan zaman Təqsirləndirilən şəxs həmin əşyanı özünün atmadığını demiş, polis əməkdaşları isə qeyd olunan əşyanı Təqsirləndirilən şəxs tulladığını sonuncuya bildirmişlər. Daha sonra həmin torbaya baxış keçirilən zaman üzərində iran hərflərinə bənzər yazıların olması, içərisində isə tünd qəhvəyi rəngli kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlənin olması məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlənin özünün olmadığını qeyd etmiş, polis əməkdaşları isə yenidən həmin predmeti sonuncunun tulladığını gördüklərini qeyd etmişlər. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, göy rəngli “Mercedes Benz E220 CDİ” markalı “**-DR-***” dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı-Qazax yolunun Ucar rayonu ərazisi ilə hərəkətdə olması və üzərində külli miqdarda narkotik vasitə olması barədə 15 fevral 2023-cü il tarixdə Ucar RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmə işləri aparılmış və bundan sonra isə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Mercedes Benz C220 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidəyə götürdükdən sonra həmin avtomobilin sürətlə hərəkət etməsi səbəbindən saxlanılması mümkün olmayacağından avtomobilin saxlanılması barədə Şahid5 və Şahid6 məlumat verilmişdir. Şahid5 və Şahid6 həmin avtomobilin saxlanılması ilə bağlı mövqe tutduqları Bakı-Qazax yolunun Ucar rayonunun Qarabörk kəndinin ərazisindən keçən 244cü kilometrliyində avtomobilin sürücüsü Şahid8 avtomobili yolun sağ çiyininə tərəf istiqamətləndirib dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs Yol-Patrul Xidmətinin avtomobilini gəldiyini görərək, avtomobilin açıq olan arxa şüşəsindən əlini bayıra çıxarmaqla əlində olan qara rəngli bağlamanı təxminən 5 metr kənar əraziyə atmışdır. Onlar avtomobildən düşərək Təqsirləndirilən şəxs və Şahid8 saxlamaq istəsələr də, həmin vaxt artıq onlar Qazax rayonunun istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və CAB-nin rəisi Şahid1 Təqsirləndirilən şəxs tərəfindən yerə atılmış qara rəngli bağlmanın mühafizə olunması məqsədilə həmin ərazidə qalmışlar, o isə əməliyyat tədbirinin digər iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ilə Şahid8 arxasınca getmişdir. Təqsirləndirilən şəxs ilə Şahid8 Ucar rayon Avtovağzalının yaxınlığında saxlanılmışdır. Bu zaman Şahid5 15 fevral 2023-cü il tarixdə saat 18 radələrində xidmətdə olarkən onlara narkotik vasitə olması ehtimal edilən Mercedes Benz E220 CDİ markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ucar rayonunun ərazisinə daxil olduğu, həmin avtomobilin saxlanılması ilə bağlı təlimat verildiyini, bu səbəbdən avtomobili Ucar rayonun giriş hissəsində gözlədiklərini, həmin avtomobildə olan şəxslər onları gördükdə avtomobili yolun sağ çiynində saxladığını, arxa tərəfdə əyləşən şəxsin şüşədən yol kənarına qara rəngli əşya atdığını, daha sonra hərəkətə başladıqda avtomobilə “saxla” əmri verdiklərini, lakin avtomobilin həmin əmri yerinə yetirməyərək hərəkətə davam etdiyini, daha sonra səsgücləndirici vasitəsilə “saxla” əmrini yenidən verdikdə avtomobilin yolun sağ kənarında saxladığını və əşyanın atıldığı yerdə əməliyyat tədbirinin iştirakçılarından iki nəfər polis əməkdaşının mühafizə məqsədilə qaldıqlarını bildirmişdir. Bundan sonra Şahid8 saat 18 radələrində Ucar rayonuna tərəf gəldiklərini, gəzmək üçün bir yerdə olduqlarını, Təqsirləndirilən şəxs arxa sağ oturacaqda əyləşdiyini, avtomobili təxminən 3-5 saniyə yolun kənarında saxladığını, Təqsirləndirilən şəxs yerə nə isə atdığını, konkret olaraq siqaret və ya hansı əşya və ya predmet atdığını görmədiyini, qara rəngli olub-olmadığını bilmədiyini, siqaret olmasını ehtimal etdiyini, “saxla” əmrinin ona ünvanlanmadığını hesab edərək hərəkətə davam etdiyini və növbəti dəfə “saxla” əmri verildikdə avtomobili saxladığını qetd etmişdir. Təqsirləndirilən şəxs isə özünü narahat hiss etdiyi üçün orada avtomobili saxlatdırdığını və siqaretin kötüyünü atıb hərəkətə davam etdiklərini bildirmişdir. Bundan sonra Şahid8 avtomobili yol çiynində saxladığı Bakı-Qazax magistral yolunun 244-cü kilometrliyində Ucar rayonunun Qarabörk kəndinin ərazisində yerləşən qara rəngli bağlamanın atıldığı yerə getmişlər və orada olan zaman yol kənarında dərəyə oxşar olan yerdə qara rəngli əşyanın yanında Ucar RPŞ-nin CAB-nin rəisi Şahid1 və Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 dayanmaları ona məlum olmuşdur. Orada olan zaman Təqsirləndirilən şəxs həmin predmetin onun tərəfindən atılmadığını və siqaret kötüyünü tulladığını bildirərək yerdən siqaret kötüklərindən birini götürüb onun atdığı siqaret kötüyü olmasını qeyd etmiş, Yol-Patrul Xidmətinin inspektoru Şahid5 isə avtomobilin həmin yerdə dayandığını qeyd edərkən Məhəmmədli Əsgərov qeyd olunan yerdə 5-6 saniyə mərzində dayandıqlarını demişdir. Şahid5 və Şahid6 Təqsirləndirilən şəxs həmin qara rəngli predmetin sonuncunun əyləşdiyi tərəfdən yol kənarına atıldığını bildirmişlər. Təqsirləndirilən şəxs Yol-Patrul Xidmətinin əməkdaşlarının uzaqda dayandıqlarını, onun yerə nə atdığını görmələrinin mümkün olmadığını demiş və predmetin nə olduğundan xəbəri olmadığını qeyd etmişdir. Bu zaman Şahid5 və Şahid2 bir daha Təqsirləndirilən şəxs həmin predmeti sonuncunun atdığını bildirmişlər. Şahid2 digər avtomobil ilə arxadan gəldiyini və Təqsirləndirilən şəxs olduğu tərəfdən qara rəngli predmetin yerə atıldığını və həmin əşyaya kənar müdaxilə olmadığını qeyd etmişdir. Daha sonra həmin torbaya baxış keçirilən zaman üzərində iran hərflərinə bənzər yazıların olması, içərisində isə tünd qəhvəyi rəngli kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlənin olması məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlənin özünün olmadığını, siqaret atmaq üçün həmin yerdə avtomobili saxlatdığını demiş, baş əməliyyat müvəkkili Şahid2 yerə siqaret atılması üçün avtomobili saxlatmağın məntiqsiz olduğunu, arxadan başqa avtomobil ilə gəldikləri zaman Təqsirləndirilən şəxs həmin qara rəngli torbanı atdığını gördüyünü bildirmiş, CAB-nin rəisi Şahid1 də, Şahid2 dediklərini təsdiq etmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6, Şahid7 və X4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması, hazırda göy rəngli “Mercedes Benz E220 CDİ” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı-Qazax yolunun Ucar rayonu ərazisində hərəkətdə olması və üzərində satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 1, ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli raportdan görünür ki, Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 1, ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması, hazırda göy rəngli “Mercedes Benz E220 CDİ” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı-Qazax yolunun Ucar rayonu ərazisində hərəkətdə olması və üzərində satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə olması şübhəsi ilə qeyd olunan avtomobildə saxlanılmış və onun avtomobildən yerə atdığı qara rəngli sellofan torba aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və vətəndaş Şahid8 iştirakları ilə Təqsirləndirilən şəxs narkotik vasitəni tulladığı Bakı-Qazax magistral yolunun 244-cü kilometrliyində Ucar rayonunun Qarabörk kəndinin ərazisində yerləşən yerə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman qara rəngli torbanın içərisində tünd qəhvəyi rəngli kəskin qoxuya malik narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarış, baxış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 16 fevral 2023-cü il tarixli 17/185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ucar rayonu Qarabörk kəndi ərazisindəki Bakı-Qazax yolunun 244-cü kilometrliyində Şahid8 idarə etdiyi **-DR-*** d.q.n-lı Mercedes markalı avtomobilin arxa sağ oturacağından sərnişin Təqsirləndirilən şəxs yol kənarına atdığı ehtimal edilən narkotik vasitəyə bənzər tünd rəngli yapışqan kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində olan digər 01(bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi - 1240,0 qram olan maddə kustar üsula hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd Samsung A50 markalı mobil telefona baxış keçirilmiş, bu zaman mobil telefonun “galeri” adlanan hissəsindəki səkkizinci qovluda 03 saniyə davam edən, elektron tərəzinin üzərinə çəkisi 50 qram olan narkotik vasitəyə bənzər kütlənin qoyulduğu video görüntünün olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin video görüntünün bir nəfər tanımadığı şəxs tərəfindən ona göndərildiyini bildirmişdir. Daha sonra doqquzuncu qovluğa baxış keçirilən zaman iaşə obyektini əks etdirən 4 ədəd və həmin obyektdə olan pilləkənin yanında yerə atılmış vəziyyətdə olan qara rəngli sellofan torbanı əks etdirən 1 ədəd fotoşəkil müəyyən olundu. Təqsirləndirilən şəxs iki ay müddətində tanımadığı şəxsin ona narkotik vasitə əldə etməsi ilə bağlı məkan-xəritə göndərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “WhatsApp” mobil tətbiqetməsində olan “Vasmoy Nbrahim” adlı istifadəçi ilə yazışmalara baxış keçirilmiş, “Vasmoy Nbrahim” adlı istifadəçinin mobil telefon nömrəsinin +**********03 olması, Təqsirləndirilən şəxs da daha əvvəllər həmin şəxsə çoxsaylı foto və videolar göndərməsi, narkotik vasitənin yerləşdirildiyi yerin məkan-xəritəsi ilə bağlı şəkillərin həmin mobil nömrə vasitəsilə göndərilməsi və qeyd olunan məkan-xəritəyə baxış zamanı konumun “Qəzənfər Kafe” adlı yerin yanını göstərməsi müəyyən olunmuşdur. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni aşkar etdiyi və tulladığı yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 15 mart 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni “Vasmoy İbrahim” adlı şəxsdən əldə etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı müəyyən məlumatlar əldə olunsa da konkret olaraq kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstəlik əlamətləri aşkar edilmir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkələrinə cavab vermək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür, o, halhazırda da öz hərəklətini ölçüb-biçmək və onları idarə etmək iqtidarındandır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. O, hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-cü il tarixli 476 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, 15 fevral 2023-cü il tarixdə saat 16:43:16-da Təqsirləndirilən şəxs istifadəsində olan **********17 mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olan **********50 mobil telefon nömrəsi arasında 15 saniyə və həmin tarixdə saat 17:16:07-də Təqsirləndirilən şəxs istifadəsində olan **********99 mobil telefon nömrəsi ilə İran İslam Respublikasına aid **********03 mobil telefon nömrəsi arasında 124 saniyə davam edən telefon danışığı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən CM-in 234.4.3 və 234.4.4-cü maddələrinə tövsif edilmiş, barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitə heroinin əldə olunma mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin əldə olunma mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 234.4.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 fevral 2023-cü il tarixli PHŞ-6-77/2-232/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 15 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması, hazırda göy rəngli “Mercedes Benz E220 CDİ” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı-Qazax yolunun Ucar rayonu ərazisində hərəkətdə olması və üzərində satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni tulladığı Bakı-Qazax magistral yolunun 244-cü kilometrliyində Ucar rayonunun Qarabörk kəndinin ərazisində yerləşən yerə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman narkotik vasitə heroin aşkar edilərək götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni tulladığı Bakı-Qazax magistral yolunun 244-cü kilometrliyində Ucar rayonunun Qarabörk kəndinin ərazisində yerləşən yerə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində istifadəsində olan mobil telefon nömrələrinə zənglər edilərək və mesajlar göndərilərək ona narkotik vasitə təklif olunduğunu, sonuncu dəfə 15 fevral 2023-cü il tarixdə onun mobil telefon nömrəsinə ərazi şəkilləri və məkan-xəritənin göndərildiyini, qeyd olunan şəxsin kim olduğunu öyrənmək məqsədilə Şahid8 avtomobili ilə ona göndərilmiş məkan-xəritədə olan və Ucar rayonunun Müsüslü kəndinin ərazisində yerləşən fəaliyyəti dayandırılmış iaşə obyektinə getdiyini, ona zənglər edən və mesajlar göndərən şəxsi tapa bilmədiyini, qeyd olunan şəxsin obyektin həyətinə yerləşdirdiyi qara rəngli bağlamanı sonradan tullamaq və bununla da həmin şəxsə ziyan vurmaq məqsədilə göstərilən qara rəngli bağlamanı götürərək avtomobilə əyləşdiyini, avtomobil Ucar rayonu istiqamətində bir müddət hərəkət etdikdən sonra Şahid8 avtomobili yolun sağ hissəsində saxladığını və bağlamanı həmin ərazidə yolun sağ kənarına tulladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun istifadə etdiyi mobil telefon nömrəsinə koordinatı göndərərək narkotik vasitə təklif edən şəxsi görmək üçün taksi fəaliyyəti ilə məşğul olan Şahid8 məxsus olan avtomobillə həmin koordinatda qeyd olunan Ucar rayonunun ərazisində yerləşən fəaliyyəti dayandırılmış obyektə getdiyini, ancaq həmin şəxs orada olmadığı üçün görə bilmədiyini, həmin vaxt oradan qurudulmuş marixuana deyil, başqa növ narkotik vasitə aşkar etdiyini, lakin həmin bağlamanı götürməyərək geri qayıtdığını, daha sonra həmin avtomobillə hərəkətdə olan zaman avtomobildə siqaret çəkdiyini, bir müddət hərəkət etdikdən sonra Şahid8 ürəyinin bulandığını deyib avtomobili yolun sağ kənarında saxladığını, bu zaman siqaret kötüyünü həmin yerə tulladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və avtomobildə narkotik vasitə aşkar edilmədiyini, sonradan polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, ibtidai istintaq zamanı təsir-təzyiq altında olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsinin çox hissəsinin onun dediklərinə əsasən deyil, müstəntiq tərəfindən öz təxəyyülünə uyğun yazıldığını, polis əməkdaşlarının onu bir dəfə döydüyünü, lakin bədəni üzərində xəsarətlərin yaranmadığını və ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı heç bir dövlət orqanına (qurumuna) şikayət etmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, baxış keçirilən zaman o, həmin prosessual hərəkətlə bağlı heç bir irad bildirməmiş və protokola hər hansı qeyd aparmamışdır. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Ucar RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Həmçinin qeyd olunan xüsusatla bağlı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxs onunla gəzməyə getdiyi vaxtlarda adətən avtomobilin ön oturacağında oturduğunu, 15 fevral 2023-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs təklifi ilə sonuncunu gəzmək məqsədilə aparan zaman Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında əyləşməyin daha rahat olduğunu deyərək həmin hissədə oturduğunu, bir müddət hərəkət edib Ucar rayonunun Müsüslü kəndinin ərazisində olan zaman sonuncunun ona sanitar qovşağa getmək istəyini bildirərək həmin kəndin ərazisində yerləşən və fəaliyyəti dayandırılmış iaşə obyektinə getmək barədə təklifinə əsasən həmin obyektə tərəf hərəkət etdirdiyini, Təqsirləndirilən şəxs orada avtomobildən düşüb getdiyini, bir müddət sonra oraya qayıdan zaman sonuncuya tərəf baxmadığı üçün əlində hər hansı bağlamanın olub-olmamasını bilmədiyini, daha sonra Təqsirləndirilən şəxs gecikməsinin səbəbini soruşduqda sonuncunun bunu sanitar qovşağa getməsi ilə əlaqələndirdiyini, lakin Təqsirləndirilən şəxs sanitar qovşağın yanından keçərək başqa istiqamətdə getdiyini görməsinə baxmayaraq, sonuncudan bununla bağlı soruşmadığını, Təqsirləndirilən şəxs arxa oturacaqda əyləşdikdən sonra avtomobillə Ucar rayonu istiqamətində hərəkətə davam etdiyini, hərəkətdə olan zaman sonuncunun əlində sellofan paketin olub-olmamasını görmədiyini, sonuncunun oturduğu arxa sağ tərəfin şüşəsini açıq saxladığını, gah siqaret çəkdiyini, gah da özünü pis hiss etdiyini dediyini, Ucar rayonuna çatdıqda Təqsirləndirilən şəxs ona özünü pis etdiyini və yolun kənarında saxlamağı bildirməsinə görə avtomobili yolun sağ çiynində saxladığını, bu zaman qarşıda Yol-Patrul Xidmətinin avtomobilinin əks istiqamətdə hərəkət etməyə başladığının şahidi olduğunu və sonuncunun həmin vaxt arxa şüşədən yolun kənarına qara rəngli bağlamanı atdığını demişdir. Xüsusilə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinə mütəmadi olaraq müxtəlif məkanların koordinatlarının göndərilməsi ilə bağlı həmin şəxslərin barəsində hüquq-mühafizə orqanlarına şikayət etmədən məhz ona həmin koordinatları göndərən şəxsi görmək məqsədilə Şahid8 məxsus olan avtomobillə koordinatda qeyd olunan Ucar rayonunun ərazisində yerləşən fəaliyyəti dayandırılmış obyektə getməsi, əvvəllər Şahid8 məxsus avtomobillə gəzməyə getdiyi vaxtlarda avtomobilin ön oturacağında oturmasına baxmayaraq, məhz hadisənin baş verdiyi tarixdə həmin avtomobildə arxa oturacaqda əyləşməsi, oturduğu arxa sağ tərəfin şüşəsini açıq saxlaması, özünü pis hiss etdiyini deməsi, Ucar rayonuna çatdıqda isə Şahid8 özünü pis etdiyini və yolun kənarında saxlamasını bildirməsi, nəticədə bu mexanizmdə Təqsirləndirilən şəxs şübhəli hərəkətləri məhkəmə kollegiyasında məhz onun qeyd olunan obyektdən narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən yaxalanması ehtimalını nəzərə alaraq ehtiyat tədbirlərini görməsi və qarşıda Yol-Patrul Xidmətinin avtomobilinin əks istiqamətdə hərəkət etməyə başlamasından sonra isə arxa şüşədən yolun kənarına qara rəngli bağlamanı tullamaqla məsuliyyəti öz boynundan atmaq istəməsi qənaətini formalaşdırmışdır. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin göstərilən məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 və polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq, hadisənin baş vermə mexanizmi ilə bağlı təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı qeyd etdiklərinə, habelə narkotik vasitəni hansı məqsədlə götürüb saxlaması ilə bağlı isə ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitənin çəkisinin çox olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 1, ev 8 ünvanında yaşayır, 2011-ci ildə doğulmuş Zəhra Cavadlı və 2013-cü ildə doğulmuş Şəhla Cavadlı onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ucar Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmünün və Qobustan Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə CMin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qobustan Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 il 03 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində qeyd olunan cəzanı yüngülləşdirən halı olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, narkotik vasitənin çəkisinin çox olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1239,800 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Şahid8 məxsus avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid8 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Yol-Patrul Xidməti avtomobilinin video qeydiyyat qurğusu vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd və Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefondan aşkar olunmuş narkotik vasitəyə bənzər maddənin görüntüsünün əks olunduğu videogörüntünün köçürüldüyü bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1239,800 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, Şahid8 məxsus avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Şahid8 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Yol-Patrul Xidməti avtomobilinin videoqeydiyyat qurğusu vasitəsilə qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd və Təqsirləndirilən şəxs məxsus “Samsung A50” markalı mobil telefondan aşkar olunmuş narkotik vasitəyə bənzər maddənin görüntüsünün əks olunduğu videogörüntünün köçürüldüyü bir ədəd olmaqla, ümumilikdə altı ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-184/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-184/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver