Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-184/2024 25.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X10, zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx xxxx 1996-cı ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayonu Yeni Çobankərə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi mülkiyyətində olan “VAZ 21061” markalı, **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, K.Sabitov küçəsi ilə Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 90 km/saat sürətlə idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərar vurmamalı olduğu halda bunlara əməl etməyib avtomobilin idarəetməsini itirərək avtomobili yolun sağ kənarına istiqamətlənib səkinin üzərində olan ağaca çırpması nəticəsində həmin avtomobildə olan sərnişin, övladı Yevlax rayon Çobankərə kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.2019-cu il təvəllüdlü X1 ağır zərər vuran açıq kəllə-beyin travması, kəllə tağı və əsası, üz skelet sümüklərinin qəlpəli sınıqları, baş beyinin yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olan, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Yevlax rayon Aytən Şadlıq sarayından toydan çıxaraq evə getmək üçün oğlu azyaşlı uşağı Məna Həsənovu özünə məxsus olan Vaz 2106 markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoymuş, bibi nəvəsi Şahid1 isə avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Yevlax şəhəri, K.Sabitov küçəsi ilə Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman avtomobilin qarşısına it çıxdığına görə iti vurmamaq üçün avtomobili yolun sağ tərəfinə çəkmiş və bu zaman idarəetməni itirmişdir. Bu zaman tez avtomobilin sükanından əlini çəkərək oğlu Mənanı tutmaq üçün arxaya dönmüş, həmin vaxt oğlunun arxada olmadığını görmüşdür. Avtomobil yolun kənarında olan səkiyə dəyərək istiqamətini dəyişmiş, həmin yerə yaxın olan ağaca çırpılmışdır. Avtomobil dayandıqdan sonra özünü toparlayıb avtomobilin qabaq şüşəsini ayaqları ilə vuraraq sındırmiş, avtomobildən düşərkən bibi nəvəsi Fərdinin yerdə olduğunu görüb tez öz oğlu Mənaya tərəf qaçmışdır. Məna avtomobilin arxa şüşəsindən çıxaraq asfalt yerə düşdüyünü görmüşdür. Bu zaman tez əyilib Mənanı qucağına götürmüş, yola doğru qaçaraq sonuncunu xəstənaya çatdırmaq üçün avtomobil axtarmışdır. Bu zaman tanımadığı bir taksi sürücüsü avtomobili onun yanında saxladıqdan sonra oğlu Məna qucağında avtomobilə oturmuş, taksi sürücüsü onu Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Xəstaxanada artıq oğlu Mənanın öldüyünü ona bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla birlikdə Yevlax rayonu Yeni Çobankərə kəndində yaşamış, xx.xx.2024-cü il tarixdə saat 17 evdə olarkən qaynı Sənan Həsənov ona zəng edərək Yavərin Yevlax şəhərində yerləşən Aytən Şadlı sarayından toydan çıxıb evə gələrkən avtoqəzaya düşdüyünü bildirmişdir. Yevlax rayon Mərkəzi Xəstaxanasına çatdıqda oğlu Mənanın artıq öldüyünü bilmiş, Yavər ona Yevlax şəhəri Aytən şadlıq sarayından çıxıb evə gedərkən Yevlax şəhəri K.Sabitov küçəsi ilə Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkət edərkən, qarşısına it çıxdığı üçün idarəetməni itirib yolun kənarında olan səkiyə dəydiyini, avtomobilin istiqamətinin dəyişdiyini və həmin yerə yaxın ağaca çırpıldığını və oğlu Mənanın avtomobilin arxa şüşəsindən çıxaraq yerə asfalta düşüyünü bildirmişdir. Oğlunun ölümü ilə əlaqədar heç bir şikayət və tələbi olmamış, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində atasının dayısı oğlu Təqsirləndirilən şəxs və sonuncunun oğlu Məna ilə birlikdə Yavərə məxsus “VAZ-21061” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayon Aytən Şadlıq sarayından üçü çıxmış, həmin vaxt avtomobilin qabaq oturacaq hissəsində, Məna isə avtomobilin arxa hissəsindəki oturacaqda oturmuşdur. Avtomobil ilə Yevlax şəhəri, K.Sabitov küçəsi ilə Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman Yavərin idarə etdiyi avtomobilin qarşısına it çıxmış, sonuncu iti vurmamaq üçün avtomobili yolun sağ tərəfinə çəkmişdir. Bu zaman Yavər idarəetməni itirmiş, avtomobil yolun kənarında olan səkiyə dəydikdən sonra özünü itirmişdir. Özündə olmadığı üçün Yevlax rayon Mərkəzi Xəstəxanaya çatana qədər olanları xatırlamamış, Yevlax rayon Mərkəzi Xəstəxanasında özünə gəldikdən sonra Yavərin oğlu Mənanın öldüyünü bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X14 Bölməsinin inspektoru işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayon ərazisində xidmətdə olan zaman Yevlax şəhər ərazisində yolnəqliyyat hadisəsi nəticəsində bir nəfər şəxsin xəsarət alaraq ölmüş vəziyyətdə Yevlax rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Yevlax RPŞ-nin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal Yevlax şəhər Mərkəzi Xəstəxanasına getmiş, orada Yevlax rayon Yeni Çobankərə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, K.Sabitov küçəsi ilə Bakı Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman avtomobilin idarəetməni itirməsi, avtomobil yolun sağ kənarına istiqamətlənərək səkinin üzərində olan ağaca çırpıldığı, nəticədə avtomobildə olan sərnişin, sürücü Təqsirləndirilən şəxs övladı Məna aldığı bədən xəsarətlərindən Yevlax rayon Mərkəzi Xəstəxanasında öldüyü ona məlum olmuşdur. Bundan sonra hadisə yerinə gedərək hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 fevral 2022-ci il tarixli 03 nömrəli rəyində göstərilmişdir ki, X7 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə-beyin travması, kəllə tağı və əsası, üz skelet sümüklərinin qəlpəli sınıqları, baş beyinin yumşaq toxumasına qansızma, ənsə nahiyəsinin əzilmiş –cırılmış yarası küt alətin təsirindən əmələ gəlmişdir, həyatidirlər, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna edilmir. Mərhum bilavasitə ölmünə səbəb baş beynin yumşaq toxumalarına qansızma ilə müşaiyət olunan kəllə sümüklərinrinin açıq, qəlpəli sınıqları olmuşdir. Erkən meyit əlamətləri ölümün meyitin müaynəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16-16/2-87/14 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21061 markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayiş məntəqəsində maksimum icazə verilən 60 km/saat surətindən yüksək, 90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəssinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 14 may 2024-cü il tarixli 332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Təsvir edilən hadisəni törədən zaman Təqsirləndirilən şəxs görünür ki, ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, öz hərəkətlərinə qiymət vermək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs keçirdiyi ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi səbəbindən onun əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi baş verən yerə baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin yоl-nəqliyyаt hаdisəsi Yevlax şəhəri K.Sabitov küçəsində baş vermişdir. Hadisə baş verən ərazinin yaşayış yeri olması, maksimum hərəkət surətinin 60 km/saat olması, yolun bir hərəkət hissəli, iki hərəkət istiqamətli, asfalt örtüklü, düz, quru və hаmаrdır, görmə məsafəsinin havanın işıqlı vaxtında yaxşı olması, yolun sağ və sol kənarlarında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin olması,həmin ərazidə yol nişanlarının olmaması, yolun ümumi hərəkət hissəsinin eni 8 metr olmaqla hər iki hərəkət istiqamətlərinin eninin 4 metr olması müəyyən edilmişdir. Yolun sağ və sol tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki olmuş və hər iki tərəf üçün səkinin eni 1,8 metrdir. Hadisə yerinə baxış Yevlax şəhəri, K.Sabitov küçəsində Bakı-Qazax-Gürcüstan avtomobil yolu istiqamətində aparılmışdır. Həmin yolda avtomobil idarəetməni itirdikdən sonra ağaca dəydiyi yerə qədər 81 metr uzunluğunda təkər sürtünmə izi olmuş, avtomobil ağaca dəyəndən sonra 10 metr məsafə qət edərək dayanmışdır. Hadisədən əvvəl nəqliyyat vasitəsi texniki cəhətdən saz olmuş, sürücüdən başqa iki nəfər sərnişin olmuş, yük olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji dispanserinin “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair 105 nömrəli aktından məlum olur ki, sürücü Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax RQİ və TBŞ tərəfindən verilən xx.xx.2024-cü il tarixli 3-13-xx-xx-1567/2024-nömrəli cavab məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiiqəsi qeydiyyatı yoxdur. Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs adında DİN-nin MİS-də olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən VAZ-21061 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yevlax rayon X6 hüquqi şəxsin 06 may 2024-cü il tarixli PHŞ-3085/25 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixi-nevroloji kabinetində keçirilmiş qapalı kəllə beyin travması nəticəsində baş-beyin silkələnməsi yaddaşın zəifləməsi depressiv sindrom diaqnozu ilə dispanser müşahidəsində dayanır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində baş-beyin silkələnməsi yaddaşın zəifləməsi depressiv sindrom, aşağı ətrafda hərəkət məhdudluğu. Baş ağrısı, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, “sol baldırın toxunub keçən, sağ baldırın kor güllə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsi güllənin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət vertebrogen mənşəli tumbalgiya remissiya mərhələsində” diaqnozu ilə üçüncü dərəcəli əlillik verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 9151 nömrəli arayışdan görnür ki, Təqsirləndirilən şəxs aşkar olunan sol baldırın toxunub keçən, sağ baldırın kor güllə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsi güllənin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tairxli 2363 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 18 dekabr tarixli 2354 nömrəli sərəncamı ilə “Döyüşlərdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli ayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Yeni Çobankərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2018-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Qətimkan tədbirinin seçilməsinə dair 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tairxli 2363 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 18 dekabr tarixli 2354 nömrəli sərəncamı ilə “Döyüşlərdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi, 44 günlük Vətən Müharibəsində iştirak edərək sol baldırın toxunub keçən, sağ baldırın kor güllə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsi güllənin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət hərbi travmasını alması, İİİ qrup əlil olması, keçirdiyi ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi səbəbindən onun əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşməsi kimi hallar onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış və iş yerindən müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı uşağının olması və ailəsinin yeganə qazanc gətirəni olması, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisinin ondan heç bir şikayət və tələblərinin olmamasını, ölmüş zərərçəkmiş şəxsin onun yaxın qohumu olan övladı olmasını, 44 günlük vətən müharibəsində iştirak edərək döyüş travması alması, müxtəlif medallarla təltif edilməsi, cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntunun təsiri alında olması və nəhayət İİİ qrup əlil olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs Akif oğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə şərti təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsində VAZ 21061» mаrkаlı, ** KB *** dövlət qеydiyyаt nişаnlı minik аvtоmоbili sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan VAZ 21061 mаrkаlı, ** KB *** dövlət qеydiyyаt nişаnlı minik аvtоmоbili sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-184/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-184/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver