Məhkəmə qərarları › İş №1(091)-185/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-185/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-185/2025 30.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X18 və X5 iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Oğuz rayonunun Qumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Satınalma və logistika şöbəsinin Logistika bölməsində logistika üzrə kiçik mütəxəssis vəzifəsində işləyən, Oğuz rayonunun Qumlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 22 dekabr 2024-cü il tarixdə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun ərazisindən keçən 39-cu kilometrliyində Qəbələ rayonu istiqamətində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili təhlükəsiz təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili 50 km/saat sürətlə idarə etməli olduğu halda, həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkətdə olan zaman avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib avtomobilin idarəetməsini itirməsi nəticəsində avtomobili yolun sol hissəsində olan su keçidinə aşırmış, hadisə nəticəsində ehtiyatsızlıqdan “Mercedes Benz 200” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs İİ boyun fəqərəsinin sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət, X13 baş beyinə və onun qişaları altına qansızma, başın və bədənin sıyrıqları, almış olduğu travma kompleksi nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar kimi 22 dekabr 2024-cü il tarixdə saat 04:45-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ölümünə səbəb olan və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, X6 baş beyinə və onun qişaları altına qansızma, kəllə əsası sümüyünün xətti sınığı, burun və sol bud sümüklərinin qapalı, yerdəyişən sınığı, başın və bədənin qançırları, almış olduğu travma kompleksi nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar kimi hadisə yerində ölümünə səbəb olan və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, sürücülük vəqisəsi və özünə məxsus “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. X20 və Səfər Rəşidovla birlikdə İsmayıllı rayonunda yaşayan dostu Qüdrət Məmmədli ilə görüşüb söhbətləşmək məqsədilə 21 dekabr 2024-cü il tarixdə təxminən saat 21 radələrində ona məxsus olan qeyd olunan avtomobillə Oğuz rayonundan İsmayıllı rayonuna getmişlər. Oraya çatdıqdan sonra Qüdrət Məmmədli ilə görüşüb tanımadığı restoranda əyləşmişlər, lakin spirtli içki qəbul etməmişdir. Bir neçə saat müddətində orada qaldıqdan sonra 22 dekabr 2024-ci il tarixdə təxminən 01-02 radələrində Oğuz rayonu istiqamətində hərəkətə başlamışlar, həmin vaxt avtomobili o, idarə etmiş, Səfər Rəşidov öndə, Şükür Şükürlü isə onun oturacağının arxa hissəsindəki oturacaqda əyləşmişdir. İsmayıllı şəhərindən çıxan zaman İsmayıllı rayonunun Cülyan kəndinin yaxınlığında yolun kənarında tanımadığı bir nəfər şəxsin olduğunu görüb gecə vaxtı olduğundan yolda qalmaması üçün avtomobili həmin şəxsin yanında saxlamış və söhbət əsnasında qeyd olunan şəxs ona yaxın kəndə gedəcəyini demişdir. Bundan sonra onun göstərişi ilə həmin şəxs avtomobildə arxa sağ oturacaqda əyləşmiş və bundan sonra Oğuz rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Qeyd olunan vaxt yolun əksər hissəsində təmir işləri getmiş, bir hissəsi asfalt örtüklü olmuş və o, təmir olunan hissəni keçdikdən sonra asfalt örtüklü hissədə avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. 22 dekabr 2024-ci il tarixdə saat 02 radələrində İsmayıllı rayonunun ərazisində hərəkətdə olan zaman hava qaranlıq olsa da yol quru olduğundan avtomobildən qarşı tərəfi görmək mümkün olmuş, hər hansı maneə olmamış və qeyd olunan vaxt spirtli içkinin təsiri altında olmamışdır. Avtomobil ilə hərəkətdə olan zaman qəflətən asfalt örtüklü hissə bitmiş, təmir olunan hissəyə keçmiş, daha sonra avtomobilin idarəetməsini itirmiş, bundan sonra baş verənləri xatırlamamış, huşu ayıldıqda isə xəstəxanada olması ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 22 dekabr 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxıb İsmayıllı rayonunun Sumağallı kəndinə getmək üçün yolun kənarında gözləmiş və bir müddət sonra Qəbələ rayonu istiqamətində hərəkətdə olan bir avtomobil işıqforun yanında dayanmışdır. O, əl işarəsi ilə həmin avtomobili saxlatmış, avtomobilə yaxınlaşıb hara getməklərini soruşmuş, avtomobildə olan şəxslər isə Oğuz rayonuna getdiklərini demişlər. Bundan sonra onu yaxınlıqdakı kəndə kimi apara bilib-bilməyəcəklərini soruşmuş və sürücü razı olduqdan sonra o, avtomobilə əyləşmişdir. Həmin vaxt sürücü oturacağında sürücü, ön sərnişin oturacağında bir nəfər, sürücünün arxa hissəsində olan oturacaqda bir nəfər əyləşmiş, o isə sağ arxa sərnişin oturacağında əyləşmişdir. Daha sonra qeyd olunan avtomobillə Oğuz rayonu istiqamətində hərəkət etməyə başlamışlar və hərəkətdə olan zaman o, bir qədər yuxulu halda olmuşdur. Avtomobil ilə 22 dekabr 2024-cü il tarixdə saat 01:30 radələrində İsmayılı rayonunun Qurbanəfəndi kəndinin ərazisində hərəkətdə olan zaman qəflətən yolnəqliyyat hadisəsi baş vermiş, lakin necə baş verməsini xatırlamamışdır. Bundan sonra baş verənləri xatırlamamış, huşu ayıldıqda artıq avtomobil ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılmasını hiss etmiş, sonradan isə Bakı şəhərinə aparılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şükür Şükürlü onun oğlu olmuş, Təqsirləndirilən şəxs isə onunla eyni kənddə yaşamışdır. Şükür Şükürlü 21 dekabr 2024-cü il tarixdə təxminən saat 20 radələrində evi tərk edib getmiş, bundan bir müddət sonra saat 23:05-də arvadı “WhatsApp” tətbiqi vasitəsilə oğluna mesaj yazıb Şükür Şükürlünün harada olmasını soruşmuş, sonuncu ev istiqamətində hərəkətdə olduğunu demiş, bundan sonra isə ilə əlaqə saxlaya bilməmişlər. 22 dekabr 2024-cü il tarixdə təxminən saat 02:20 radələrində Şükür Şükürlünün evdə olmadığını görüb sonuncunun istifadəsində olan mobil telefon nömrəsinə zəng etdikdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının mühafizə əməkdaşı telefona cavab verib Şükür Şükürovun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, həmin xəstəxanada olduğunu, bir nəfər şəxsin isə öldüyünü bildirmişdir. Bundan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına getdikdə Şükür Şükürlünün və Səfər Rəşidovun ölməsi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə xəsarət alması ona məlum olmuşdur. Bundan sonra Şükür Şükürlü və Səfər Rəşidovun meyitini Oğuz rayonuna aparmışlar və orada dəfn etmişlər. Bundan sonra o, hadisənin necə baş verməsi ilə maraqlanmaq məqsədilə avtomobildə olan və sağ qalmış Zərərçəkmiş şəxslə əlaqə saxlamış və söhbət əsnasında həmin şəxsin yolda olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşməsi, avtomobil ilə hərəkətdə olan zaman avtomobili Təqsirləndirilən şəxs idarə etməsi, Zərərçəkmiş şəxslə Şükür Şükürlünün arxa oturacaqda əyləşmələri, Səfər Rəşidovun ön sərnişin oturacağında əyləşməsi, avtomobil ilə hərəkətdə olan zaman X24 Rəhimliyə dəfələrlə avtomobili idarə etməməsini, avtomobili digər şəxslərin idarə etməsini xahiş etməsi, lakin Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün heç kimə verməməsi, həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə etməsi, bir neçə dəfə qəza şəraiti yaratması, yolun təmir olunan hissəsində isə avtomobilin idarə etməsini itirməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ona məlum olmuşdur. Habelə orada olan ofisiantın deməsinə əsasən sonuncunun kabinetə 8 bakal pivə, habelə pivə üçün məzələri və sulu qəlyanı aparması ona məlum olmuşdur. Eləcə də oğlu və digər şəxslər qeyd olunan kafedə olarkən oğlu bir nəfər şəxslə yazışmış və oğlu həmin şəxsə orada olan hər kəsin spirtli içki qəbul etdiyini və özünün oraya ayıq sürücü qismində getdiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Səfər Rəşidov onun oğlu olmuş, Təqsirləndirilən şəxs isə onunla eyni kənddə yaşamışdır. Səfər Rəşidov 21 dekabr 2024-cü il tarixdə təxminən saat 17 radələrində Şükür Şükürlünün yaşadığı evə getmiş, bir qədər sonra Səfər Rəşidov atası Ehtibar Rəşidovla mobil telefon vasitəsilə əlaqə saxlamış və bu zaman X29 Şükürlü və Təqsirləndirilən şəxs ilə birlikdə İsmayıllı rayonundan çıxıb yaşadıqları ev istiqamətində hərəkətə başladıqlarını demiş, bundan sonra isə əlaqə saxlaya bilməmişlər. 22 dekabr 2024-cü il tarixdə təxminən saat 03:30 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinə polis şöbəsindən zəng daxil olmuş və zəng edən şəxs Təqsirləndirilən şəxs avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. Bundan sonra o, Ehtibar Rəşidov və Mehman Xəlilov birlikdə onlara məxsus olan avtomobil ilə birlikdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına getmişlər və bu zaman Səfər Rəşidovun ölməsi ona məlum olmuşdur. Bundan sonra Şükür Şükürlü də orada ölmüş, daha sonra isə Şükür Şükürlü və Səfər Rəşidovun meyitini Oğuz rayonuna aparmışlar və orada dəfn etmişlər. Bundan sonra o, hadisənin necə baş verməsi ilə maraqlanmaq məqsədilə ögey oğlu Elşad avtomobildə olan və sağ qalmış Zərərçəkmiş şəxslə əlaqə saxlamış və söhbət əsnasında həmin şəxsin yolda olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşməsi, avtomobil ilə hərəkətdə olan zaman avtomobili Təqsirləndirilən şəxs idarə etməsi, Zərərçəkmiş şəxslə Şükür Şükürlünün arxa oturacaqda əyləşmələri, Səfər Rəşidovun ön sərnişin oturacağında əyləşməsi, avtomobil ilə hərəkətdə olan zaman X24 Rəhimliyə dəfələrlə avtomobili idarə etməməsini, avtomobili digər şəxslərin idarə etməsini xahiş etməsi, lakin Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün heç kimə verməməsi, həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə etməsi, bir neçə dəfə qəza şəraiti yaratması, yolun təmir olunan hissəsində isə avtomobilin idarə etməsini itirməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostunun qardaşıdır. Hadisə baş verən zaman o, hadisə yerində olmamış və dostu onunla əlaqə saxlayıb dərhal hadisə yerinə getməsini xahiş etmişdir. Bundan sonra o, hadisə yerinə getmiş və oraya çatdıqda xilasedicilərin və Təcili və X7 Xidmətinin əməkdaşlarının orada olduğunu görmüşdür. Daha sonra o, Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, orada olarkən X21 Rəhimlinin avtomobili yavaş sürətlə hərəkət etdirməsinə xarakterik sözləri deməsini eşitmiş, lakin hadisə vaxtı sürücünün avtomobili hansı sürətlə idarə etməsindən məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Baş X33 İdarəsinin rəisinə ünvanlanmış 22 dekabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:30-da Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun ərazisindən keçən 39-cu kilometrliyində Təqsirləndirilən şəxs Meham oğlunun idarə etdiyi “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun solunda yerləşən su keçirinə aşırması, nəticəsində avtomobildə olan sərnişinlər X2 hadisə yerində, X10 isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ölməsi, sürücü Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndinin ərazisindən keçən 39-cu kilometrliyi daxilindədir, avtomobil yolunda təmir ilə əlaqədar nişanlanma xətti yoxdur. Avtomobil yolunun bir hissəsi asfalt örtüklü, digər hissəsi isə təmir ilə əlaqədar torpaq örtüklüdür və qurudur. Yolun sol tərəfində su keçidi, sağ tərəfində isə meşəlik vardır. Avtomobil yolunda icazə verilən hərəkət sürəti 50 km/saat-dır. Yolun hərəkət hissəsinin eni 18 metrdir. Hərəkət hissəsinin sağ hissəsi lentler vasitəsilə bağlanmış və müvafiq nişanlardan istifadə edilmişdir. Hərəkətə icazə verilən hissəsinin eni 9 metrdir. Baxış keçirilən zaman yolun hərəkət hissəsində su keçidinə doğru 19 metr və 16 metr uzunluğunda şin izləri vardır. Avtomobilə məxsus tormoz izi yoxdur. Baxış keçirilən zaman yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Avtomobildə 4 sərnişin olmuş, avtomobil yüksüz olmuşdur. Avtomobil yol-nəqliyyat hadisəsindən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Ətrafda videomüşahidə kameralarının və təhlükəsizlik şəhər kameralarının olmaması səbəbindən hadisənin videogörüntüsünü əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 22 dekabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 05:15-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından İsmayıllı-Qəbələ magistral yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 hadisə yerində ölməsi, X10 “qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarnın qapalı travması” diaqnozu ilə xəstəxanaya daxil olması və saat 04:45-də xəstəxanada ölməsi, Zərərçəkmiş şəxs isə “baş boynun və döş qəfəsinin qapalı travması” diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 yanvar 2025-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, mərhum X3 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “baş beyinə və onun qişaları altına qansızma, kəllə əsası sümüyünün xətti sınığı, burun və sol bud sümüklərinin qapalı yerdəyişən sınığı, başın və bədənin qançırları” diaqnozu ilə, həyati, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, 22 dekabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisə nəticəsində əmələ gələ bilən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə səbəbli əlaqəsi olan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar olmuşdur. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 yanvar 2025-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, mərhum X10 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “baş beyinə və onun qişaları altına qansızma, başın və bədənin sıyrıqları” diaqnozu ilə, həyati, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, 22 dekabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisə nəticəsində əmələ gələ bilən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə səbəbli əlaqəsi olan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar olmuşdur. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 08 yanvar 2025-ci il tarixli 4472/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X18 tərəfindən ünvanlanmış 19 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Şükür Şükürlünün ölməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş X16 tərəfindən ünvanlanmış 19 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Səfər Rəşidovun ölməsi barədə məlumat verərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 yanvar 2025-ci il tarixli 503 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “İİ boyun fəqərəsinin sınığı” diaqnozu ilə, bərk-küt əşyanın (alətin) təsirindən törənmiş, 22 dekabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilməyən, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun ərazisindən keçən 39-cu kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin X12 Hissəsinin xilasetmə işləri aparan zaman qeydə aldığı videogörüntülərə həmin tarixdə baxış keçirilmişdir. “VİD-20241222-WA0003” adlı videoya baxış keçirilən zaman videonun müddətinin 39 saniyə olması, videonun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin X12 Hissəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsilə qeydə alınması müəyyən edilmişdir. Baxış keçirilən zaman avtomobilin sol üzərində aşması, avtomobilin lyuk hissəsində bir nəfər şəxsin ayaq hissələrindən tutmaqla çıxarılması, həmin şəxsin əynində boz rəngli gödəkçənin olması, qeyd olunan şəxsin aldığı xəsarətlərdən qışqıraraq ağrıması və göstərilən şəxsin təcili yardım xərəyinə qoyularaq oradan aparılması müəyyən edilmişdir. Baxış keçirilən zaman Rüstəm Şəfaqətov həmin şəxsin sürücünün arxa hissəsindəki arxa oturacaqda olduğunu və onun avtomobilin lyuk hissəsindən çıxarıldığını, daha sonra birinci təcili yardım avtomobili ilə göndərildiyini bildirdi. “VİD-20250124-WA0014” adlı videoya baxış keçirilən zaman görüntünün avtomobilin dam hissəsində qeydə alınması, avtomobilin dam hissəsinin kəsilməsi və həmin şəxsin sürücü oturacağında sıxışıb qalması, qeyd olunan vaxt xilasetmə işləri ilə bağlı iş üçün əhəmiyyətli olmayan danışıqların olması müəyyən edilmişdir. Baxış keçirilən zaman Rüstəm Şəfaqətov göstərilən şəxsin sürücü oturacağında sıxışıb qaldığını, avtomobilin dam hissəsinin kəsildiyini və sonradan oradan çıxarılmasının mümkün olduğunu bildirmişdir. “VİD- 20250124-WA0015” adlı videoya baxış keçirilən zaman videonun müddətinin 01 dəqiqə 37 saniyə olması, avtomobilin dam hissəsinin sürücünün çıxarılması məqsədilə kəsilməsi, danışıqların yalnız xilasetmə işləri ilə bağlı olması və iş üçün əhəmiyyətli danışıqların olmaması müəyyən edilmişdir. Baxış keçirilən zaman Rüstəm Şəfaqətov həmin işlərin sürücünün çıxarılmasıdan ötrü olduğunu və qeyd olunan kəsilmə işləri görüldükdən sonra boşluq hissə yaradıb sürücünün oradan çıxarıldığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 fevral 2025-ci il tarixli, 8/272 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercsedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. O, avtomobil hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış və barəsində CM-in 263-1.4 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AE seriyalı, 734304 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2019-cu il tarixdə 18 iyul 2029-cu il tarixədək etibarlı olan “AE” seriyalı, 734304 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD seriyalı, 248537 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 15 dekabr 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən Təqsirləndirilən şəxs 12 noyabr 2025ci il tarixədək “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsindən daxil olmuş 04 fevral 2025-ci il tarixli 3-13-16/2-23315/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 18 iyul 2019-cu il tarixdə 18 iyul 2029-cu il tarixədək etibarlı olan AE seriyalı, 734304 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 fevral 2025-ci il tarixli, 8/272 nömrəli rəyində istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercsedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluğun olması qeyd olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, bu Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Eləcə də qeyd olunmalıdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi Araz Şirinov ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs yol-nəqliyat hadisəsi baş verən zaman avtomobili sərxoş halda idarə etdiyini, restoranda işləyən ofisiantın deməsinə əsasən sonuncunun kabinetə 8 bakal pivə, habelə pivə üçün məzələri və sulu qəlyanı aparmasının ona məlum olduğunu, oğlu və digər şəxslər qeyd olunan restoranda olarkən oğlunun bir nəfər şəxslə yazışdığını, oğlunun həmin şəxsə orada olan hər kəsin spirtli içki qəbul etdiyini və özünün oraya ayıq sürücü qismində getdiyini dediyini qeyd etmişdir. Həmin xüsusatla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi Aygün Rəşidova ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs yol-nəqliyat hadisəsi baş verən zaman avtomobili sərxoş vəziyyətdə idarə etdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və “WhatsApp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan görünür ki, şəxs mobil telefonda “Xədicə2018” adı ilə qeyd olunmuş şəxsə İsmayıllı rayonunda digər şəxslərlə birlikdə əyləşdiyini deyir və bu zaman “Xədicə2018” adı ilə qeyd olunmuş şəxs həmin şəxsə pulunun olmadığını dediyini xatırladır. Cavab olaraq həmin şəxs digər şəxslərlə birlikdə əyləşməsinə görə hesabı ödəməyəcəyini, oraya ayıq sürücü qismində getdiyini, hesabın digər şəxslər tərəfindən ödəniləcəyini və ayıq halda ancaq özünün olduğunu bildirir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, müvafiq yazışmalardan da görünür ki, “Xədicə2018” adı ilə qeyd olunmuş şəxsin borc qismində pul istəməsinə cavab olaraq digər şəxs sanki borc qismində pulun verilməsindən yayınmaq məqsədilə pulunun olmadığını və hesabın özü tərəfindən ödənilməyəcəyini deyir və bunu daha da qüvvətləndirmək məqsədilə oraya ayıq sürücü qismində getdiyini və buna müvafiq olaraq, ayıq halda ancaq özünün olduğunu bildirir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 08 yanvar 2025-ci il tarixli 4472/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “WhatsApp” tətbiqi vasitəsilə aparılmış yazışmalardan da Təqsirləndirilən şəxs yol-nəqliyat hadisəsi baş verən zaman avtomobili sərxoş halda idarə etməsini müəyyən etmək mümkün olmadığından, əskinə cinayət işinin materiallarında olan digər sübutlarla sonuncunun yol-nəqliyat hadisəsi baş verən zaman avtomobili ayıq halda idarə etməsi müəyyən olunduğundan sonuncunun yolnəqliyat hadisəsi baş verən zaman avtomobili sərxoş halda idarə etməsi qənaətinə gəlinməsi də yolverilməzdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs yolnəqliyat hadisəsi baş verən zaman avtomobili sərxoş halda idarə edib-etməməsi ilə bağlı zərərçəkmiş şəxslərin hüquqi varisləri Araz Şirinov və Aygün Rəşidovanın ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə zərərçəkmiş şəxsin və şahidin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonunun Qumlaq kəndində yaşayır, işlədiyi və müddətli həqiqi hərbi xidmət yerləri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, habelə səhhətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə olmaqla, aşağı həddə olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 263.3-cü maddəsinin dispozisiyasına əsasən, həmin cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməlidir və qeyd olunan maddənin sanksiyasına əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi beş ildir. CM-in 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə olmaqla, aşağı həddə olmayan həddə azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və əvvəli qeyd olunan tarixdən hesablanmaqla barəsində 02 ay 05 gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi 03 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 mart 2025-ci il tarixli 18-1-64/2-286/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 mart 2025-ci il tarixli 18-1-64/2-286/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X18 mülki iddia verərək mənəvi ziyana görə 100000 (yüz min) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ödənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. CPM-in 181.3-cü maddəsinə əsasən, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərər çəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. CPM-in 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-in 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması qərarlarından biri əks etdirilir. CPM-in 89.3-cü maddəsinə əsasən, mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. CPM-in 93.3-cü maddəsinə əsasən, mülki cavabdeh qismində tanındıqdan sonra həmin şəxsin üzərinə təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi və ya şəxsin mülki cavabdeh vəziyyətində qalmasına digər əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin (bundan sonra – MM) 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, plenum izah edir ki, MM-in 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə mülki iddiaçı X11 fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən kifayət qədər sübutlar təqdim olunmadığından və cinayət işinin materiallarında olan sübutlar əsasında mülki iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin və dəymiş mənəvi ziyanın məbləğinin müəyyən olunması mümkün olmadığından Araz Şirinov tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, mülki iddianın sonradan mülki məhkəmə icraatı qaydasında verilməsinin mümkün olması Araz Şirinova izah edilməli, habelə cinayət prosesində Araz Şirinovun mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində iştirakına xitam verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, mülki iddianın sonradan mülki məhkəmə icraatı qaydasında verilməsinin mümkün olması Araz Şirinova izah edilsin, habelə cinayət prosesində Araz Şirinovun mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində iştirakına xitam verilsin. Cinayət işi üzrə maddi sübut olan “Mercedes Benz 200” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar