Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-186/2021 10.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4, 05 avqust 1991-ci ildə Balakən rayonu Tülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının ortalarında Balakən rayonu Tülü kəndinin ərazisindən keçən Mazım çayının kənarındakı kolluq sahədə aşkar etdiyi yabanı halda bitmiş, 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı 31 (otuz bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından 28 (iyirmi səkkiz) ədədini 2021-ci ilin may ayının ortalarında yaşadığı evin həyətindəki dirrik sahədə olan istixanada torpağa, 3 (üç) ədədini isə istixananın içərisindəki dəmir vedrəyə qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş cəmi 31 ədəd olmaqla külli miqdar hesab edilən, yəni 28 (iyirmi səkkiz) ədəd hündürlükləri 52 smdən 99 sm-dək, ümumi təmiz çəkisi 1 kiloqram 650,00 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və 03 (üç) ədəd hündürlükləri 12 sm-dən 14 sm-dək, ümumi təmiz çəkisi 0,46 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 26 iyun 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 09:00-dan 10:00-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik hissəsində olan istixananın içərisində qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi cəmi 31 ədəd olmaqla külli miqdar hesab edilən, yəni 28 (iyirmi səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş halda, həmin istixanada olan dəmir vedrənin içərisindən isə 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının ortalarında balıq tutmaq üçün Balakən rayon Tülü kəndinin ərazisində yerləşən Mazım çayına gedərkən çay ərazisində çayın kənarı ilə gəzərkən kolluqda bir ədəd narkotik tərkibli çətənə bitkisi görmüş, özü çəkib istifadə etmək məqsədi ilə həmin çətənə bitkisinin toxumlarından 31 ədəd yığaraq özündə saxlamış və yaşadığı evində gizlətmişdir. 2021-ci ilin may ayının ortalarında həmin toxumları evinin arxasında düzəltdiyi pomidor əkdiyi yanları açıq istixanaya əkmişdir. Həmin çətənə bitkilərinin toxumlarının 28 ədədini yerə torpağa, 03 ədədini isə istixananın içərisində olan köhnə dəmir vedrəyə torpaq dolduraraq oraya əkmişdir. İstixanada olan ümumilikdə 31 ədəd narkotik tərkibli çətənə bitkisinə özü qulluq edərək suvarmış və diblərini alaq otlarından təmizləmişdir. Bəzilərinə isə yıxılmaması üçün diblərinə paya basdırıb iplə bağlamışdır. 26 iyun 2021-ci il tarixdə saat 09 radələrində polis əməkdaşları onu yol qapısından çölə çağıraraq ona yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi barədə məlumat daxil olduğunu və buna görə də yaşadığı evin həyətinə baxış keçiriləcəyini və bu barədə qərarı ona izah etmişlər. Baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə verdikdən sonra yaşadığı evin həyətyanı sahəsinə dəvət edilmiş aqronomla birlikdə baxış keçirilən zaman açıq istixanada əkib becərdiyi 03 ədədi dəmir vedrədə olmaqla narkotik təbiətli çətənə bitkiləri və 28 ədəd torpaqda əkilmiş ümimilikdə 31 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 iyun 2021-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əmliyyat qrupu və dəvət edilmiş mütəxəssis aqronom Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək küçənin qapısından Təqsirləndirilən şəxs çağırmış, sonuncu oraya gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilər əkib-becərilməsi barədə Balakən rayon polis şöbəsinə məlumat daxil olduğu izah olunmuş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyəta keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını, həmçinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman yaşayış evinin arxasında dirrik sahəsində pomidor bitkilərinin cərgəsinin arasında yanları açıq istixananın içərisində dəmir qabda əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, həmçinin 28 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Daha sonra Baxışda iştirak edən aqronom Şahid2 aşkar edilmiş ümumilikdə 31 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibləri alaq otlarından təmizləndiyini, suvarıldığını, dibləri yumşaldıldığını, yəni həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Dəmir qabda olan 03 ədəd bitkilər kökündən çıxarılaraq bir ədəd kağız zərfdə qablaşdırılmış, həmçinin 28 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər də kökündən çıxarılmışdır. Ümumilikdə 31 ədəd bitkilərin hündürlüklərinin 12 santimetrdən 99 santimetrədək olması müəyyən edilmişdir. Çıxarılmış narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər bir ədəd sintetik kisəyə qoyulmuş, həmçinin dəmir qabda əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kağız zərfə sonra isə həmin kağız zərf sintetik kisənin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin bitkilər ümumilikdə sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1 kiloqram 730 qram olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X7 Patrul Xidməti Bölüyünün polis nəfəri işləyən Şahid3 və mütəxəssis aqronom Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 26 iyun 2021-ci il tarixli, 17/468 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin arxasından aşkar edilmiş...” sözləri yazılmış sintetik kisənin içərisindəki, hündürlükləri 12 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri- 0,46 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Həmin sintetik kisənin içərisindəki, hündürlükləri 52 sm-dən 99 sm-dək, ümumi təmiz çəkiləri- 1 kiloqram 650,00 qram olan 28 (iyirmi səkkiz) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Qaronom mütəxəssis Şahid2 26 iyun 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə və 28 (iyirmi səkkiz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 16 iyul 2020-ci il tarixli 582 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 26 iyun 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1110-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 27 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 iyun 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Balakən rayonu Tülü kəndində yaşamaqla himayəsində14.10.2020-ci ildə anadan olmuş bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 26 iyun 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və 28 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 26 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və 28 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-186/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-186/2021
10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver