Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-186/2023 04.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 7,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 31,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda-ümumi təmiz çəkisi 3,517 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Yevlax şəhəri H.Ərəblinski küçəsi ərazisinə daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 1650-də Yevlax şəhəri H.Ərəblinski küçəsi ərazisində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada saat 1740-dan etibarən xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda 7,368 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda 3,517 qram çəkidə psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 31,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə yaşadığı Yevlax şəhərindəki evindən siqaret çəkmək üçün küçəyə çıxarkən içərisində dörd nəfərin olduğu Prius markalı avtomobil yanında saxlayıb adını soruşmuş, özünü təqdim etdikdən sonra əllərini bağlayaraq onu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Orada ona təsir və təzyiq edərək polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni boynuna almasını, əks halda evinə bir kiloqram narkotik vasitə qoyaraq ailə üzvlərini də məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Bundan sonra qorxduğuna görə məcbur olaraq narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməklə tutulmamışdan təxminən iki gün əvvəl Yevlax şəhərində “Qaraçılar” məhəlləsi adlanan ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadə məqsədilə 300 manat pul müqabilində bir büküm marixuana, bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almış, 20 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Yevlax şəhəri, H.Ərəblinski küçəsi ərazisində yol kənarında olduğu zaman Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini, bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, gödəkçəsinin sol yan cibindən isə bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, narkotik vasitələr və psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 20 oktyabr 2022-ci il tarixdə saat 1650 radələrində Yevlax şəhəri, H.Ərəblinski küçəsi ünvanının yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni, bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni, gödəkçəsinin sol yan cibindən isə bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin bükümlər qabaqlaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri saxlanılmamışdan iki gün öncə Yevlax şəhəri ərazisində "Qaraçılar" məhəlləsi adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə marixuananı 50 manata, heroinin bir qramını 25 manata, metamfetaminin 1 qramını isə 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 16/1210 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,368 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd sellofan bükümdə təmiz çəkisi 31,37 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli 7358 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 491 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qarın və hər iki said nahiyələrində yaralardan sonrakı çapıq toxumalar kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, ilkin tibbi sənədlər olmadığından xəsarətlərin müddətini müəyyən etmək mümkün deyildir, özü tərəfindən yetirilməsi inkar olunmur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2022-ci il tarixdə müayinə zamanı sol körpücük sümüyünün köhnə mazollaşmış sınığı aşkar olunmuşdur ki, bu da zərərçəkənin göstərdiyi xx.xx.2022-ci il tarixlə üst-üstə düşmür, belə ki, 4 gün müddətində sümük sınıqlarının mazollaşmasının əmələ gəlməsi qeyri-mümkündür, körpücük sümüyünün sınığı yıxılma nəticəsində və küt əşya təsirindən əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İlkin sənədlərdə kürək nahiyəsində xəsarətlərin olması barədə qeydiyyat aparılmadığından onların yetirilmə müddətlərini və mexanizmlərini müəyyən etmək mümkün deyildir, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda 7,368 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə 3,517 qram çəkidə psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 31,37 qram məkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 855 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin üç çeşiddə olması, onun narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməməsi və iş materiallarında olan digər hallar onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə saxlamasını bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsin axtarış zamanı aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmçinin onun barəsində həbs qətimkan tədbiri seçilən zaman da ona qarşı hansısa qanunsuzluq edilməsinə dair məhkəmədə heç bir halı bəyan etməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qarın və hər iki said nahiyəsində aşkar olunan çapıq toxumalarını özünün qeyd etidiyi kimi tutulmamışdan əvvəl öz ehtiyatsızlığından almış, sol körpücük sümüyünün köhnə mazollaşmış sınığını isə polis əməkdaşları tərəfindən ona yetirildiyini bildirsə də ekspert rəyində həmin xəsarətlərin qeyd edilən tarixdə yetirilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs kürək nahiyəsində aşkar olunan xəsarətə gəldikdə isə qeyd etmək lazımdır ki, həmin xəsarətin də polis əməkdaşları tərəfindən yetirilməsinə dair hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 491 nömrəli rəyində həmin xəsarət sol kürək sümüyünün orta 1/3 proyeksiyasında aypara formalı 9x1 sm ölçüdə kənarları məhdud, səthi yaradan sonrakı zərif çəhrayımtıl rəngli piqmentasiya sahəsi kimi göstərilmiş, lakin xəsarətin yetirilmə müddəti və mexanizmini müəyyən etmək mümkün olmamışdır. İlkin tibbi sənədlərdə həmin xəsarətlər barədə qeydiyyat aparılmaması həmin xəsarətlərin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu vaxt onda olmadığını bir daha təsdiq edir. Bundan başqa xəsarətin ölçüsü və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurması isə özünün qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən yetirildiyi halda istintaq təcridxanasına daxil olarkən həkim müayinəsindən kənarda qalmaq ehtimalının olmamasını göstərir. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmadığını, onun tərəfindən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 60,80 AZN (altmış manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 60,80 AZN (altmış manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 7,268 qram heroin, 3,467 qram psixotrop maddə metamfetamin və 31,35 qram qurudulmuş marixuana məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-186/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-186/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver