Məhkəmə qərarları › İş №1(091)-187/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-187/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-187/2023 06.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Göyçay rayonunun Qarayazı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Göyçay rayonunun Qarayazı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və alkoqol sərxoşluğu vəziyyətində texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 21 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qarayazı kənd ərazisindən keçən 195-ci kilometrliyində Göyçay rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol sərxoşluğu vəziyyətində idarə etməməli, avtomobili 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X13” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yolun sağ kənarındakı ağaca vurduqdan sonra yol nəqliyyat hadisəsi baş verdiyi yerdən qaçmaqla avtomobildəki sərnişin X3 müştərək ağır açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma və İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınığı ilə nəticələnən sağ ağ ciyərin orta payının əzilmiş – deşilmiş yarası fonunda daxili qanitirmə kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət, döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə İ – İİİ – İV – V qabırğaların döş sümüyünə birləşən yerində yerdəyişməyən sınıqları kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət, sağ mil – bilək – sağ ovuc – sağ V əl darağı – oynaq başı nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları, sağ dirsək oynağı nahiyəsində əzilmiş – cırılmış yara fonunda sıyrıq və sağ diz oynağının ön və hər iki baldırın yuxarı 1/3-nin ön hissələrində sıyrıqlar kimi dərəcəsinə görə sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb müştərək ağır açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı və döş qəfəsinin sağ yarısında İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınığı fonunda sağ ağ ciyərin orta payının əzilmiş – deşilmiş yarasından əmələ gələn daxili qanitirmə və baş beyinə qansızma kimi xəsarətlər yetirməklə sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ,yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini və nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Sürücülük vəsiqəsi yoxdur. X4 1991-ci il tarixdən tanıyır. Onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçiliyi yoxdur. 2022-ci ilin fevral ayının əvvəllərində Bakı şəhərinə qohumu Sərvərin evində usta kimi işləməyə getmişdir. Sərvərin evinin həyətində balaca otaq tikmişdir. Həmin otağı təxminən fevralın əvvəllərində başlamaqla tikmiş və bir neçə günlük işi qalmışdır. Bakı şəhərində qaldığı müddət ərzində Sərvərin qonşuluğunda yaşayan qızıgilin evində qalmışdır. Təxminən 17 fevral 2023-cü il tarixdə “lalafo” internet səhifəsində işlənmiş soyuducunun 180 manata satıldığını görmüşdür. Kənddəki evində olan soyuducu köhnə və yaxşı işləmədiyindən həmin soyuducunu alıb evə aparmaq istəmişdir. Həmin soyuducunu satan şəxslə əlaqə saxlayıb satışı silməsini və bir neçə gün sonra gəlib alacağını demiş, həmin vaxt onunla telefonda soyuducu üçün 180 manata danışıb razılaşmışdır. Daha sonra 20 fevral 2023-cü il tarixdə “Lalafo” da baxıb bəyəndiyi soyuducunu alıb kəndə aparmaq istəmişdir. Avtomobili olmadığı üçün tanışı İlqara zəng edərək soyuducu almağını və onu kəndə aparmaq istədiyini bildirmişdir. Həmin vaxt İlqar problem olmadığını, avtomobilinə 50 manatlıq benzin yanacağı vurmağını demişdir. Daha sonra isə İlqar onu evdən götürmüş və birlikdə soyuducunu almağa getmişlər. Soyuducunu aldıqdan sonra həmin gün, yəni 20 fevral 2023-cü il tarixdə saat 11-12 radələrində Bakı şəhərindən çıxaraq Göyçay rayonuna gəlməyə başlamışlar. Şamaxı rayon ərazisində olan zaman İlqar ona pivə almağını demişdir. Həmin vaxt avtomobil idarə etməsini desədə o, narahatçılıq olmadığını bildirmişdir. Daha sonra isə Şamaxı rayon ərazisində olan “Qayalı” marketdə dayanmışlar. Həmin marketə daxil olub oradan 2 ədəd şüşə butulkada olan pivə, 01 ədəd 1.7 litr Ağsu arağı, özü üçün siqaret almış və yola davam etməyə başlamışlar. Göyçay rayon istiqamətində hərəkətdə olan zaman aldığı pivələri o, və İlqar içmişlər. Ağsu rayon ərazisində olan zaman evə zəng edib yemək hazırlamaqlarını demişdir. Onlar Göyçay rayonuna Bakı Şamaxı yolu ilə gəlib Ağsu rayonundan keçərək Göyçay rayonu, Qarayazı kəndinə gəlmişlər. Kəndə gəldikdən sonra soyuducunu evə düşürmüşlər. Kəndə çatdıqda təxminən 15 radələri olmuşdur. Daha sonra 35-40 dəqiqə həyətdə gəzdikdən sonra yemək yeməyə başlamışlar. Yeyib-içdikdən sonra axşam radələri olmuş və hava qaralmışdır. Eyni kənddə yaşayan bacısı Könülə zəng edib onlara gəlməklərini demişdir. Həmin vaxt İlqar özünün gedib gətirəcəyini demiş və razılaşmışdır. Bundan sonra isə İlqar özünə məxsus avtomobil ilə bacısı Könülü onların evinə gətirmişdir. Bundan sonra isə yenidən yeyib-içməyə davam etmişdir. Bir xeyli yeyibiçdikdən sonra gecə radələrində yeyib içməyi bitirəndən sonra bacısı Könülü aparıb evlərinə düşürmək istəmişlər. Yeyib içən zaman artıq arağı içib bitirmişlər. Onlar yeyib içdikdən sonra Könülü evlərinə aparmaq istəmişlər. Onlar evdən çıxdıqda İlqar ona avtomobili sürməyi təklif etmiş və o, da razılaşmışdır. Daha sonra isə o, sürücü oturacağında, İlqar qabaqda, bacısı Könül və nəvəsi Tahir də arxa oturacaqda əyləşmişdir. Evdən çıxdıqdan sonra o, avtomobili idarə edib bacısı Könülgilə getmişlər. Həmin vaxt hamısı avtomobildən düşmüşlər. Bacısını evə ötürdükdən sonra İlqar arxa oturacaqda, nəvəsi Tahir isə ön oturacaqda əyləşmişdir. Həmin vaxt nəvəsi Tahir “coca-cola” istədiyini demiş və İlqar da Qaraməryəm kəndindəki “kruqda” olan mağazaya sürməyini demişdir. O, da avtomobili idarə edib Qaraməryəmin kruqundakı Aleksandırın mağazasına gəlmiş və avtomobili mağazanın qarşısında saxlamış və hamısı avtomobildən yerə düşmüşlər. Onlar mağazaya getmiş və nəvəsi oradan özü üçün 03 ədəd “coca cola” içkisi, 02 ədəd saqqız götürmüş, İlqar isə özünə dəmir qabda olan içərisində spirt olan içki götürmüşdür. Daha sonra isə mağazadan çıxıb Qarayazı kəndinə tərəf hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman Qaraməryəm kəndini keçdikdən sonra Göyçay şəhəri istiqamətində hərəkətdə olan zaman qarşı zolaqdan tanımadığı avtomobil gəlmişdir. Həmin avtomobilin işıqları uzaq işıqları olduğuna görə həmin işıqlar gözünə vurmuşdur. O, İlqarın avtomobili ilk dəfə idarə etdiyinə görə onun işıqlarının haradan yanıb sönməsini bilmədiyindən işıqların yerini axtarmağa başlamışdır. Bu vaxt ani anda avtomobilin idarəetməsini itirmiş və avtomobil fırlanaraq yolun sağ tərəfində olan ağaca dəymişdir. Həmin vaxt İlqar avtomobilin sağ tərəfində əyləşmiş və zərbə onun tərəfindən dəymişdir. Qəzadan sonra İlqarı avtomobil çıxardıb avtomobilə söykəmiş, həmin vaxt İlqarın artıq öldüyünü görmüşdür. Bundan sonra isə nəvəsi Tahirin üz nahiyəsində qanama görüb özünü itirmiş və Tahiri götürüb evə aparmışdır. Avtomobildən təxminən 50-100 metr aralanmışdır ki, Göyçay şəhər istiqamətindən bir avtomobilin gəlib hadisə yerində saxladığını görmüşdür. Daha sonra isə yoluna davam etmiş və piyada Tahiri evə aparmışdır. Evə çatdıqdan sonra ailə üzvlərinə qəza olmasını demişdir. Daha sonra isə taksi işləyən tanışı və həmkəndlisi Eyvaza zəng edib qəza olmasını, İlqarın da ölməsini deyib ona birlikdə qəza olan yerə getməyi xahiş etmişdir. Eyvaz isə 30 dəqiqəyə gələcəyini demişdir. Eyvazın konkret nə vaxt gəldiyini bilmir. Bir qədər keçdikdən sonra Eyvaz özünə məxsus Vaz-2107 markalı avtomobil ilə gəlib onu götürmüş və qəza olan yerə getmişdir. Hadisə olan yerə getdikdə artıq nə avtomobilin, nə də ki, İlqarın orada olmasını görməmişdir. Bundan sonra isə Göyçay şəhər RMX-na gəlmiş və morqda heç kim olmadığını görmüşdür. Xəstəxanada növbətçi həkimdən soruşduqda qəza nəticəsində bir nəfər adam gətirilməsini demişlər. Daha sonra isə Göyçay RPŞ-nə gəlib qapı postunda olan polis nəfərlərində qəza ilə bağlı avtomobil gətirilməsini soruşduqda onlar gətirilməsini, lakin avtomobilə baxmağa icazə olmadığını demişlər. Həmin vaxt polis əməkdaşlarına həmin avtomobildə qəza olmasını deməmiş və hiss elətdirməmişdir. Daha sonra isə çıxıb evə getmiş və ağrıkəsici atıb yatmışdır. Daha sonra isə səhərisi günü onu polis əməkdaşları dəvət etdikdə artıq qəzaya görə çağırıldığını bilib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs hadisənin xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı Şamaxı Yevlax avtomobil yolunun Göyçay rayonu, Qarayazı kənd ərazisindən keçən hissəsində baş verdiyini, avtomobildə ondan başqa İlqar və nəvəsi Tahirin olduğunu, hadisə vaxtı avtomobili təxminən 100 km/saat sürətlə idarə etdiyini, qəzadan sonra İlqarı avtomobildən düşürdükdə artıq onun vəfat etdiyini, əlini İlqarın boğazına apardıqda nəbzinin vurmadığını gördüyünü, qəzadan sonra şokda olduğu üçün heç kimə hadisə ilə bağlı məlumat vermədiyini, hadisədən əvvəl pivə və araq içdiyini bildirmişdir. Həmçinin, ən böyük səhvinin nə polis şöbəsinə gedən zaman, nə də xəstəxanaya gedən zaman hadisəni özünün törətdiyini bildirməməsi olduğunu, əməlindən peşman olduğunu və onun həbs olunması ilə ailəsinin ağır vəziyyətə düşdüyünü bildirməklə barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, mərhum İlqar Zeynalov onun əri olmuşdur. 20 fevral 2023-cü il tarixdə İlqar dostu Tahirin soyuducu aldığını və onu Göyçaya aparacağını bildirmişdir. Bundan sonra isə həmin gün təxminən 18 radələrində mərhum əri İlqar ilə əlaqə saxlayan zaman o, Göyçayda qalacağını demişdir. Bundan sonra səhərisi günü işə getmək istəyən zaman İlqar ilə əlaqə saxlamaq istəsədə onun telefonuna zəng çatmadığını görmüşdür. Bir neçə saat keçdikdən sonra qohumları İlqarın ölməsini, dostu Tahirin onun avtomobili idarə edən zaman avtomobil yolunda qəza etməsini və qəza nəticəsində də İlqarın ölməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsin ailəsi barışıq əldə etmək üçün müraciət etsələr də, həmçinin yas mərasimi üçün maddi yardım təklif etsələr də heç birini qəbul etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə və müəllim-mütəxəssisin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Göyçay rayonu, Qarayazı kənd orta məktəbində oxuyur, 3-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs babasıdır. 21 fevral 2023-cü il tarixdə babası Tahir əvvəllər də tanıdığı İlqar əmi ilə Bakıdan soyuducu alıb gətirmişdir. Evindəki soyuducunun qapağı xarab olduğundan babası soyuducu alıb gətirmişdir. Babası İlqar əmi ilə gəldikdən sonra çay içib çörək yeməyə başlamışlar. Nənəsi Fərqanə babasının Bakıdan gəlməsi ilə əlaqədar bozbaş bişirmiş və babasıda İlqar əmi ilə birlikdə bozbaş yeməyə başlamışlar. Onlar yemək yeyəndə araq içmişdilər. Yeyib içən zaman İlqar əmi onu və onlarda olan əmisi uşaqlarını babası Tahirin xahişi ilə əmisigilə özünə məxsus ağ rəngli avtomobil ilə aparmış və uşaqları orada düşürdükdən sonra İlqar əmi ilə birlikdə geri evə qayıtmışdır. Evə qayıdandan sonra babası Tahir bibisi Könülü evlərinə aparmaq istəmişdir. Könül də onlar ilə eyni kənddə yaşayır. Həmin vaxt babası Tahir İlqar əminin avtomobilinin sürücü oturacağında əyləşmiş, Könül bibi və əri Həsən arxada, onunla İlqar əmi isə avtomobildə ön oturacaqda əyləşmişdir. Onlar Könül bibini evlərinə apardıqdan sonra İlqar əmi arxa oturacağa keçmiş, o, isə ön oturacaqda oturmuşdur. Bundan sonra isə babası Tahir cocacola istədiyinə görə avtomobil ilə Qaraməryəm kəndində olan mağazaya getmişdir. Babası Tahir mağazanın yanında avtomobili saxladıqdan sonra avtomobildən düşmüş və onlar coca-cola, fanta, saqqız almış və sonra yenidən avtomobilə gəlmişdirlər. Avtomobildə yenə ön sərnişin oturacağında əyləşmiş, babası Tahir maşını sürmək üçün sürücü oturacağında əyləşmiş, İlqar əmi isə arxada oturmuşdur. Bundan sonra isə kəndə evə getməyə başlamışdır. Hərəkətdə olan zaman qəfildən avtomobil sola və sağa tərəf getməyə başlamış və avtomobil ağaca dəyib dayanmışdır. Sonra babası ilə avtomobildən düşüb piyada kəndə gəlmiş, İlqar əmi isə maşında qalmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisədən sonra evə gedən zaman babası Tahir ona soruşsalar avtomobili İlqar əminin idarə etməsini deməyini tapşırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, özünə məxsus Vaz-2107 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi vardır və məhkum olunmamışdır. Özünə məxsus avtomobil ilə taksi kimi işləyir. Təqsirləndirilən şəxs tanıyır. O, həmkəndlisidir. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. İlqar Zeynalov əvvəllər onların kənddən ailə qurduğu üçün tanıyır, onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Tahir 21 fevral 2023-cü il tarixdə səhər saat 05:45 radələrində zəng eləyib qohumları və tanıdığı İlqarın onlara gəldiyini, onun Qaraməryəm kənd yolu tərəflərində qəza törətdiyini, öldüyünü, ona baxmağa getməyi xahiş eləmişdir. Bundan sonra isə Tahiri gəlib evlərindən götürmüş və kənddən çıxmışdır. Kənddən çıxdıqdan sonra Tahir Qaraməryəm kənd istiqamətinə getməyini və qəza olan yerə gedib baxmağı demişdir. Bundan sonra isə Qaraməryəm kənd istiqamətinə tərəf getmişdir. Həmin istiqamətə tərəf getdikdən sonra Tahir qəza olan yeri göstərmiş və qəza olan yerin yaxınlığında saxlamışdır. Tahir həmin yerə baxdıqda orada yolun sağ hissəsində qruşitil qırıqları və digər qırıntılar olması, yolun sol tərəfində isə təkər olmasını görmüşdür. Həmin vaxt İlqarın maşının nə olmasını soruşduqda o, polis doblolarına oxşar avtomobil olduğunu bildirmişdir. Daha sonra isə orada heç avtomobildən düşməyərək Göyçay RMX-na getmişdir. Onlar ora çatdıqdan sonra morqun yanına getmişdir. Avtomobili morqun yanında saxladıqdan sonra Tahir avtomobildən düşüb xəstəxananın mühafizəsinə tərəf gedib təxminən 10 dəqiqə sonra geri avtomobilə qayıtmışdır. Avtomobilə qayıtdıqdan sonra Tahir İlqarın meyitini gətirdiklərini, lakin 9-dan tez açılmadığını, polis şöbəsinə gedib maraqlanmağı xahiş eləmişdir. Daha sonra isə Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Orada avtomobili saxladıqdan sonra Tahir və o, avtomobildən düşmüşdür. Tahir polis şöbəsində olan qapıdakı polis əməkdaşlarına yaxınlaşıb qəza ilə bağlı avtomobil gətirilib-gətirilməməsini soruşduqda polis əməkdaşları avtomobil gətirilməsini, lakin iş vaxtı olmadığını, icazə verilmədiyini bildirmişlər. Bundan sonra isə səhər 08 radələrində avtomobili düzəltdirib geri qayıdan zaman kartoşka almaq üçün İsmayıllı rayonuna getməli olduğuna görə də Tahirə İsmayıllı rayonuna getməli olduğunu demiş və kəndə qayıdıb Tahiri evlərinə düşürmüşdür. Tahir avtomobildən düşən zaman isə 20 manat pul vermiş və o, da 10 manat qaytarmışdır. Daha sonra isə İsmayıllı rayonuna getdiyini bildirmişdir. Bundan başqa ifadəsində hadisənin xx.xx.2023-cü il tarixdə səhər radələrində olduğunu, Tahir İlqarın qəza törətdiyini, ona bu barədə İlqarın birinci arvadından olan qaynanasının deməsini, buna görə də məlumatının olduğunu dediyini, bundan sonra Tahirdən İlqarın burada nə etməsini soruşduqda o, İlqar ilə Bakıdan soyuducu gətirdiklərini, evdə yeyib-içdiklərini, bundan sonra isə İlqarın onların evindən çıxıb gedəndən sonra qəza etdiyini bildirdiyini, Tahir ona sürücünün İlqar olduğunu dediyini, lakin sonradan kənddən sürücünün İlqar deyil, Tahir olmasını eşitdiyini, Tahir bu barədə məlumat vermədiyini, heç bir dövlət orqanına məlumat vermədiyini, Göyçay RMXna və Göyçay RPŞ-nə getdiyindən artıq dövlət orqanlarının məlumatları olduqlarını düşündüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, Göyçay Rayon Polis X14 Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir və polis baş serjantı rütbəsindədir. O, və Şahid3 Göyçay RPŞ-nin giriş qapısında xidmət edirlər. Xidməti 12 saat olub, axşam 21:00dan səhər 09:00-dəkdir. 20 fevral 2023-cü il tarixdə saat 21:00-da həmşəki kimi Şahid3 ilə xidmətə başlamışlar. Həmin gün xidmətə başladıqdan sonra gecə 01 radələrində Göyçay rayonu Qaraməryəm kənd istiqamətində yol nəqliyyat hadisəsi olmasını və 1 nəfər şəxsin qəzada ölməsini eşitmişlər. Bir qədər keçdikdən sonra qəza olan avtomobil gətirilib polis şöbəsinin arxa hissəsində olan duracaqda yerləşdirilmişdir. Lakin həmin vaxt qəzanın necə baş verməsi, kimin ölməsini dəqiq bilməmişdir. Bundan sonra isə xidmətinə davam etmişdir. Saat 06 radələrində iş yoldaşı Qəribin atası Eyvaz dayı və yanında tanımadığı 1 nəfər kişi polis şöbəsinin giriş qapısına hadisə olmasını, morqa getdiklərini və orada heç kimin olmamasını, tanışlarının qəzada ölməsini bildirib şöbədə kimin olub-olmamasını, işi kimin aparmasını soruşduqda şöbədə hazırda qeyri-iş vaxtı olmasını, səhər vaxtı gəlməklərini, başqa məlumatının olmadığını bildirmişdir. Daha sonra Eyvaz dayı avtomobilə baxmaq istədiklərini dedikdə buna icazə verilmədiyini və iş vaxtı olduqdan sonra icazə veriləcəyi halda avtomobilə baxmağın mümkün olduğunu bildirmişdir. Daha sonra isə onlar sağollaşaraq çıxaraq getmişlər və xidmətinə davam etmişdir. Səhəri günü isə xidməti təhvil verib istirahət üçün evə getmişdir. Bir neçə gün sonra isə həmin qəza zamanı sürücünün Qarayazı kənd sakini Tahir adlı şəxsin olmasını, həmin şəxs Eyvaz dayı birlikdə gələn elə həmin şəxs olmasını eşitmişdir. Bundan başqa ifadəsində Eyvaz və Tahir polis şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində polis şöbəsinə gəldiyini, onların yanında başqa heç kim olmadığını, o, soruşduqda onlar ölən şəxsin bir tərəfinin Bakıdan, bir tərəfinin isə Qarayazıdan olmasını və tanışlarının olmasını bildiklərini dediklərini, Eyvaz dayını tanıdığından, oğlunun polis şöbəsində işlədiyindən sürücünün həmin vaxt Təqsirləndirilən şəxs olmasından şübhələnmədiyini, Təqsirləndirilən şəxs sürücü olması və qəza törətməsi ilə bağlı heç bir məlumat vermədiyini, sakit dayandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə təxminən saat 00:30 radələrində Bakı- Şamaxı-Yevlax yolunun Göyçay rayonu Qarayazı kəndi ərazisindən keçən 195-ci kilometrində Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan, 1961-ci il təvəllüdlü X2 idarə etdiyi “Pajeo Partnor” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə üzü Yevlax istiqamətinə hərəkətdə olarkən yolun sağında ehtiyat hissədə olan ağaca vurması, nəticədə avtomobilin sürücüsü X2 hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Bak- Şamaxı-Yevlax avtomobil yolunun 195-ci kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 60 km/saatdır. Avtomobil yolu 1.5 nişanlanma xətti ilə nişanlanmışdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, qurudur. Yolun hərəkət hissəsinin eni 7.80 metrdir. Yolun sol kənarında eni 2 metr sağ kənarında isə eni 3 metr enində yol çiyni vardır. Həmçinin yolun sağ və sol tərəflərində əkin sahələri vardır. Peugeot Partner minik markalı **-MH-*** dövlət qeydiyyat avtomobil yolun sağ kənarıdan 7 metr məsafə olan ağaca dəymiş və 9 metr irəlidə dayanmışdır. Yolun sağ kənarında Peugeot Partner minik markalı avtomobilə məxsus 19 metr uzunluqda şin izi vardır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobil yüksüz olmuş və 2 nəfər sərnişin olmuşdur. Avtomobilin sağ arxa tərəfi əzilmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili 100 km/saat sürətlə idarə etmişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 05-13). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 23:40:49-da ağ rəngli Peugeot Partner markalı avtomobilin gəlib mağazanın qarşısında saxlaması müəyyən edildi. Avtomobil saxlanıldıqdan sonra avtomobilin ön sərnişin oturacağından az yaşlı uşağın düşməsi, onun ardınca isə sürücünün avtomobildən düşməsi müəyyən edildi. Daha sonra az yaşlı oğlan uşağı avtomobilin sağ arxa qapısını açır və orada əyləşən şəxs uşağı qolundan tutub içəriyə doğru çəkərək nəsə söz deyir. Həmin vaxt isə sürücü mağazanın aşağı küncündə olan meyvə tərəvəz satılan yerə gedib orada olan şəxslərlə görüşüb söhbət edir. Bu ərəfədə az yaşlı uşaq mağazanın çöl hissəsində olan soyuducudan 2 ədəd su götürüb sürücüyə göstərdikdən sonra mağazaya daxil olur və qısa müddət sonra çölə çıxır, çıxan zaman isə əlində suların olmaması görünür və o, sürücünün yanına gedir. Daha sonra isə sürücü və uşaq birlikdə mağazaya daxil olurlar (saat 23:42:47). Təxminən 10-15 saniyə sonra uşaq mağazadan çıxaraq avtomobilin arxa oturacağında əyləşmiş şəxsə yaxınlaşaraq nəsə deyərək yenidən mağazaya geri qayıdır. Qısa müddət sonra uşaq mağazadan yenidən çölə çıxıb mağazanın giriş hissəsindəki soyuducudan hansısa içki götürür və bu ərəfədə sürücüdə mağazadan çıxaraq uşağın yanına gəlir. Uşaq içki götürdükdən sonra isə birlikdə mağazaya daxil olurlar. Saat 23:44:41-də avtomobilin arxa oturacağında əyləşmiş şəxs avtomobildən düşür və mağazaya daxil olur. Saat 23:45:10 həmin adam yenidən mağazadan çıxıb avtomobilə qayıdaraq arxa oturacaqda əyləşir. Həmin şəxsin orta çəkili və orta boylu orta yaşlarında kişi olması, saçının keçəl olması kamera görüntüləri ilə müəyyən edilmişdir. Saat 23:46:42-də uşaq yenidən mağazadan çıxaraq giriş qapının sol tərəfində olan 1-ci soyuducudan hansısa içki götürüb mağazaya qayıdır. Saat 23:48:15-də isə əvvəlcə uşaq, arxasınca isə sürücü mağazadan çıxır. Sürücünün əlində şəffaf sellon torba və onun içərisində əşyalar olması görünür. Hər iki avtomobilə yaxınlaşdıqdan sonra sürücü mağazanın yaxınlığında olan Vaz-2106 markalı avtomobilə yaxınlaşaraq oradakı şəxslər ilə görüşür və uşaqda onun arxasınca gəlir. Daha sonra isə hər iki yenidən avtomobilin yanına qayıdır. Sürücü avtomobilin sürücü oturacağında, uşaq isə arxa qapını örtərək avtomobilin ön sərnişin oturacağında əyləşir. Daha sonra isə sürücünün avtomobili işə salaraq geriyə hərəkət etdirməsi və saat 23:49:57-də sola dönmə işığını yandırmaqla geriyə dönüb hərəkətinə davam etməsi müəyyən edildi. Bununla da 1-ci kameraya baxış keçirilməsi yekunlaşdırıldı. “Camera 11” baxış zamanı həmin kameranın mağazanın sağ aşağı tərəfinin görüntüsünü qeydə alması müəyyən edildi. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 23:40:49-da ağ rəngli Peugeot Partner markalı avtomobilin gəlib mağazanın qarşısında saxlaması müəyyən edildi. Həmin kameraya baxış zamanı kameranın İ kameranın görüntüsü ilə eyni görüntülərin fərqli tərəfdən qeydə alması müəyyən edildi. Həmin görüntülər ilə İ kameranın görüntülərin eyni olması və yeni əhəmiyyətli halların olmaması müəyyən edildi. “Camera 12” baxış zamanı həmin kameranın mağazanın giriş qapısının sol yuxarı tərəfdə yerləşdirilməsi və həmin hissədən mağazanın ön və giriş hissəsinin görüntüsünü qeydə alması müəyyən edildi. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 23:40:49-da ağ rəngli Peugeot Partner markalı avtomobilin gəlib mağazanın qarşısında saxlaması müəyyən edildi. Həmin kameraya baxış zamanı kameranın İ kameranın görüntüsü ilə eyni görüntülərin fərqli tərəfdən qeydə alması müəyyən edildi. Həmin görüntülər ilə İ kameranın görüntülərin eyni olması və yeni əhəmiyyətli halların olmaması müəyyən edildi. Baxış zamanı uşağın əvvəlcə plastik qabda içkilər götürməsi, daha sonra isə 3 ədəd dəmir qabda içkiləri götürməsi, həmçinin avtomobilin arxa oturacağında əyləşən şəxsin avtomobildən düşüb mağazanın giriş hissəsindəki soyuducudan 1 ədəd dəmir qabda olan içki götürməsi müəyyən edildi. 12-ci kamerada 1 və 11-ci kameralar ilə eyni görüntülərin olması müəyyən edildi. “Camera 03” baxış zamanı kameranın mağazanın içərisinin və kassanın ön hissəsinin görüntülərini qeydə alması müəyyən edildi. Baxış zamanı saat 23:42:12-də avtomobildən düşən az yaşlı uşağın mağazaya daxil olaraq götürdüyü 2 ədəd plastik qabda olan “Cococola” qazlı içkisini kassanın masasının üzərinə qoyması, daha sonra isə mağazadan çıxması və sürücü ilə birlikdə geri qayıtması, geri qayıtdıqdan sonra kassanın yanındakı olan qabdan saqqız götürməsi, sürücünün isə kassir ilə görüşdükdən sonra əllərini buraxmayaraq zarafat etməkləri, kassirin həmin içki və saqqızları sellofan torbaya qoymaq istəyən zaman sürücünün uşağa nəsə deməsi və uşağın çölə çıxması, qısa müddət sonra uşağın mağazaya geri qayıdıb Cococola içkilərini götürüb çölə çıxması, daha sonra isə sürücünün də mağazadan çıxması və qısa müddət sonra uşağın mağazaya daxil olaraq soyuducudan götürdüyü 3 ədəd dəmir qabda enerji içkilərini kassirin qarşısına qoyması, daha sonra isə sürücünün də mağazaya daxil olması, kassir içki və saqqızları sellofan torbaya qoyan zaman avtomobilin arxa oturacağında əyləşmiş şəxsin əlində dəmir qabda olan içkini gətirib kassirə verməsi, kassirin isə onu da sellofan torbaya qoyması və daha sonra sürücünün çıxarıb kassir pul verməsi və kassirində alınan malların dəyərini çıxdıqdan sonra yerdə qalan pulu sürücüyə qaytarması, daha sonra isə sürücünün yenə də kassir ilə zarafatlaşması və sonra mağazadan uşaq ilə birlikdə çıxması müəyyən edildi (cild 01 iş vər. 18-20). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokolundan görünür ki, 21 fevral 2023-cü il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 195-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat avtomobilə əlavə baxışın keçirilməsi və təyin ediləcək zəruri ekspertizalar üçün nümunələrin götürülməsu zərurəti yaranmışdır. Həmin avtomobil hazırda saxlanılması üçün Göyçay RPŞ-nin duracağında saxlanılır. Baxışda iştirak etmək və nümunələrin götürülməsi məqsədilə Ucar RPŞ-nin KTQ-nun baş ekspert kriminalisti dəvət edilmişdir. Beləliklə avtomobil baxış keçirilməyə başlanılmışdır. Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat avtomobil ağ rənglidir. Üzərində və içərisində müxtəlif yerlərdə qan nümunələri vardır. Avtomobilin sağ arxa qanad hissəsindən zərbənin dəyməsi, zərbə nəticəsində avtomobilin müxtəlif hissələrində zədələrin olması müəyyən edildi. İş üçün əhəmiyyət kəsb etdiyinə görə avtomobil müxətlif yerlərin qan nümunələri götürülməyə başlanıldı. Belə ki, aşağıdakı yerlərdən qan izləri götürüldü və bu qayda da nömrələndi: 1.avtomobilin sürücü oturacağının sol tərəfində, dəmir dayağın üzərində qan izləri. Həmin yerdə 2 ədəd qan nümunəsi götürüldü və hər ikisi 1 nömrə ilə nömrələndi. 2.Sürücü oturacağının üzərində olan qan izləri 3.Avtomobilin sol ön qapısı, yəni sürücü qapısının içəri tərəfində əl tutulacaq yerində olan qan izləri 4.Avtomobilin sol ön qapısı, yəni sürücü qapısının içərisi tərəfində müxtəlif əşyalar qoyulması üçün nəzərdə tutulmuş yerdə olan qan izləri 5.Avtomobilin sağ arxa qanad hissəsində olan qan izləri 6.Avtomobilin sağ arxa qanadının arxasında olan qan izləri 7.Avtomobilin sol arxa qapısının bağlanan hissəsinin aşağısında olan qan izlər Bundan başqa avtomobilin sürücü və arxa oturacaqların hər birindən 3 ədəd parolon qubka vasitəsilə lif nümunələri götürüldü. Bundan başqa avtomobilin sağ arxa qanad hissəsindən (5 nömrə) qan izindən başqa ekspertizaya təqdim olunması məqsədilə avtomobilin rənglənmiş hissəsinin üst qatından nümunə götürüldü. Foto şəkillər çəkilərək müvafoq protokola əlavə edilmişdir (cild 01 iş vər. 34-42). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 93 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü Şahid4 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – üzün sağ yanaq nahiyəsində sıyrılmış yara küt – bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olmadığı üçün dərəcəsi təyn edilmir (cild 01 iş vər. 117-118). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 21 fevral 2023-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 195-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar tərəfimizdən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat avtomobili xx.xx.1970-ci il təvəllüdlü, Göyçay rayonu, Qarayazı kənd sakini Təqsirləndirilən şəxs idarə etməsini, həmin vaxt qəza nəticəsində ölən X2 avtomobilin arxa oturacağında, avtomobilin ön oturacağında isə Təqsirləndirilən şəxs nəvəsi 2014-cü il təvəllüdlü Şahid4 əyləşməsi müəyyən edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə olmasına dair əməliyyat məlumatı daxil olmuş və o, yaşadıqdan evdən Polis Şöbəsinə dəvət edilmişdir (cild 01 iş vər. 43). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Göyçay RMX” X16 təqdim etdiyi məktubdan görünür ki, Göyçay rayonu Qarayazı kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs psixiatr və narkoloq həkimlərin qeydiyyatında yoxdur (cild 01 iş vər. 141). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli DİN Baş Dövlət Yol Polisi İdarəsindən təqdim olunmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1970ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 01 iş vər. 149). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 837/K saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 01 iş vər. 161-163). Cinayət işinin materiallarında olan 124/2023-MTBŞ nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: B(H)- /İİİ/. 2. X2 AB0 sistemi üzrə qan qrupu: B(H)- /İİİ/. 3. ekspertizaya təqdim olunan 08 ədəd plastmass çubuqlar, 01 ədəd pambıq torbası, 01 ədəd üst qat qırıntıları üzərində insan qanı ləkəsi aşkar olundu. Maddi sübutlar üzərindəki ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə B və H antigentləri və alfa aqqlyutinini alındı. Bu qan ləkələri AB0 sistemi üzrə B, H alfa(İİİ) qruplu şəxsə(lərə), o cümlədən İ.A.Zeynalova və Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər Zeynalovun qanunda müşayiətçi H antigen varsa) (cild 01 iş vər. 164-169). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 17/239 nömrəli məhkəmə lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Peugeot Partner markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının və arxa sərnişin oturacağının üzərlərindən təhqiqatçı terefinden silinərək götürülmüş 06 parolon qubkaların üzərlərində lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağından təhqiqatçı tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərine göre Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağından təhqiqatçı tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən tapılmış çəhrayı rəngli elastan kimyəvi lifləri cinsi əlamətlərinə görə Zeynalov İlqar Abdulǝhəd oğluna məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər (cild 01 iş vər. 170-176). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 05 nömrəli məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, mərhum X2 meyitinin daxili – xarici müayinələrinə, laborator müayinənin nəticəsinə, iş haqqında ilkin məlumata əsasən, qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir. Mərhum. X2 bədəni üzərində aşağıdakı xəsarətlər: Müştərək ağır açıq kəllə beyin travması. Kəllə əsası sümüklərinin sınığı. Baş beyinə qansızma. Döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə İ – İİİ – İV – V qabırğaların döş sümüyünə birləşən yerində yerdyişməyən, İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınıqları. Sağ ağ ciyərin orta payının əzilmiş – deşilmiş yarası. Daxili qanitirmə. Sağ mil – bilək – sağ ovuc – sağ V əl darağı – oynaq başı nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları. Sağ dirsək oynağı nahiyəsində əzilmiş – cırılmış yara fonunda sıyrıq. Sağ diz oynağının ön və hər iki baldırın yuxarı 1/3nin ön hissələrində sıyrıqlar. Müştərək ağır açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma və İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınığı ilə nəticələnən sağ ağ ciyərin orta payının əzilmiş – deşilmiş yarası fonunda daxili qanitirmə küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum. İ.A.Zeynalovun ölümündən az əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə yol – nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar edilmir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə İ – İİİ – İV – V qabırğaların döş sümüyünə birləşən yerində yerdəyişməyən sınıqları küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum. İ.A.Zeynalovun ölümündən az əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş müddət və şəraitdə yol – nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Sağ mil – bilək – sağ ovuc – sağ V əl darağı – oynaq başı nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları, sağ dirsək oynağı nahiyəsində əzilmiş – cırılmış yara fonunda sıyrıq və sağ diz oynağının ön və hər iki baldırın yuxarı 1/3-nin ön hissələrində sıyrıqlar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum. İ.A.Zeynalovun ölümündən az əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş müddət və şəraitdə, yol – nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri inkar edilmir və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmir. Mərhum. X2 ölümünə səbəb – müştərək ağır açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı və döş qəfəsinin sağ yarısında İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınığı fonunda sağ ağ ciyərin orta payının əzilmiş – deşilmiş yarasından əmələ gələn daxili qanitirmə və baş beyinə qansızma olmuşdur. Mərhum. X2 meyitindən götürülmüş qan və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda 1,9%, sidikdə 1,5%-dir. Bu da canlı şəxslərdə orta dərəcəli şərxoşluq kimi qiymətləndirilir (cild 01 iş vər. 181-184). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 89 nömrəli rəyindən görünür ki, sağ əlin 1-ci barmağın daraq sümüyünün proksimal ucunun yerdəyişmiş sınığı küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Sol diz oynağının ön hissəsində dərinin epidermis qatının soyılaraq yığılması, sol baldırın yuxarı 1/3-nin ön hissəsində sıyrılmış yara küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inka edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01 iş vər. 185-187). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 8/803 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Peugeot Partner markalı, ** MH *** dövlet qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissasinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.X12 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.X12 markalı avtomobili sərxoş vəziyyətdə idare etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T. X12 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X13 Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin telablarin uyğunsuzluq olmuşdur (cild 01 iş vər. 191-194). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 258/2023 nömrəli məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, 1-2. Vətəndaş Təqsirləndirilən şəxs sağ əlin İ barmağın daraq sümüyünün proksimal ucunun yerdəyişmiş sınığı, sol diz oynağının ön səthinin və sol baldırın yuxarı 3/1- nin ön hissəsinin sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023cü il tarixa uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Mərhum İ.A.Zeynalovun meyitin müayinəsi zamanı onda müştərək ağır açıq kəllə beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma, döş qəfəsinin sağ yarısında orta körpücük xətti üzrə İ-İİİ-İV-V qabırğaların döş sümüyünə birləşən yerində yerdyişməyən, İİ qabırğanın qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edən yerdəyişən sınıqları, sağ ağ ciyərin orta payının əzilmiş-deşilmiş yarası, daxili qanitirmə, sağ mil-bilək, sağ ovuc, sağ V al darağı sümüyünün oynaq başı nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları, sağ dirsək oynağı nahiyəsində əzilmiş-cırılmış yara fonunda sıyrıq, sağ diz oynağının ön və hər iki baldırın yuxarı 1/3-nin ön hissələrində sıyrıqlar aşkar olmuşdur. Qeyd edilən xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol- nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Vətəndaş Təqsirləndirilən şəxs və mərhum İ.A.Zeynalovda olan xəsarətlərin xarakterini va lokalizasiyasını nəzərə alaraq hadisə vaxtı avtomaşının sükanı arxasında Təqsirləndirilən şəxs, avtomaşının salonunda sağ tərəfdə isə mərhum İ.A.Zeynalovun olması qənaətinə gəlmək mümkündür. Belə ki, mərhum 1.A.Zeynalovda xəsarətlər əsasən bədənin sağ tərəfində yerləşməklə daha kobud və ağır, lakin Təqsirləndirilən şəxsdǝ isə xəsarətlər az və kiçik qabaritlidir. Bunu hadisəni sürücünün daha tez hiss etməsi və özünü sükanla təsbit edərək az hərəkətli, sərnişinin isə daha hərəkətli olması ilə əlaqələndirmək olar (cild 02 iş vər. 05-10). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmçinin, həmin Məcəllənin 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 263.1-ci maddəsində isə göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda əməlin törədilməsində təqsirli bilinən şəxs iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.3-cü maddəsinə əsasən isə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 264-cü maddəsində isə göstərilmişdir ki, 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «X13» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («X13» Qanunun 37ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-in 263-cü və ya 263- 1-ci maddələri ilə yanaşı, həm də CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-in 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı həm də CM-in 143-cü maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır. Belə ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində X13» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirildiyi halda, Qanunun bu tələbini pozub sürücülük vəsiqəsi olmadan, idarə etdiyi “Peugeot Partner” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan və hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol sərxoşluğu vəziyyətində idarə etməməli, avtomobili 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X13” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi, daha sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət əməllərini törətməsi, onun özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, yol nəqliyyat vasitələrinin məhkəmə ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3 və 264-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, oğlu, gəlini və nəvələri ilə) birlikdə Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 177-179). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarilxi hökmünə əsasən CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum olunmuş, hazırda məhkumluğu ödənilmişdir və məhkumluğu yoxdur (cild 01, iş vər. 156). Cinayət işinin materiallarında olan Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz saat) ictimai işlər cəzasına məhkum edilmiş, həmin ilə Təqsirləndirilən şəxs həmin cəzanı çəkdiyindən, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild 02 iş vər. 01). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, onun hadisəsindən sonrakı hərəkətlərini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzaların da qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 244.247). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli və cəzaçəkmənin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə maddi sübut olub Göyçay RPŞ-nin duracağında saxlanılan Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi (arvadı) X5 qaytarılmalı, 08 ədəd qan nümunəsi olan plastmass çubuq, 01 ədəd qan nümunəsi olan pambıq, 01 ədəd avtomobilin rənginin üstü qatı, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları, X3 məxsus geyim əşyaları, Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişin oturacağından silinərək götürülmüş 06 ədəd parolon qubka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 156,94 AZN (bir yüz əlli altı manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əlavə cəza əlavə cəza ilə, əsas cəza əsas cəza ilə qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin duracağında saxlanılan Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi (arvadı) X5 qaytarılsın, 08 ədəd qan nümunəsi olan plastmass çubuq, 01 ədəd qan nümunəsi olan pambıq, 01 ədəd avtomobilin rənginin üstü qatı, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları, X3 məxsus geyim əşyaları, Peugeot Partner markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişin oturacağından silinərək götürülmüş 06 ədəd parolon qubka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 156,94 AZN (bir yüz əlli altı manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar