Məhkəmə qərarları › İş №1(091)-187/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-187/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-187/2024 25.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə İsmayıllı rayonu, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, məhkum olunmuş, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi 5 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 22 fevral 2024-cü il tarixdə təxminən saat 18:45 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 36-cı kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, 3.20 “ötmək qadağandır” yol nişanı ilə ötmə əməliyyatı aparılması qadağan olunan hissəsində ötmə əməliyyatı aparmaq üçün avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı, qarşıdan əks istiqamətdən hərəkətdə olan avtomobilin hərəkəti üçün təhlükə yaratmamalı, avtomobili 50 km/saat sürətlə idarə etməli olduğu, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “X16” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 70 km/saat sürətlə idarə edib qarşısında olan avtomobili ötüb keçmək məqsədilə avtomobilini sol hərəkət zolağına çıxarıb hərəkətinə davam edən zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Şahid idarə etdiyi Maz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində ehtiyatsızlıqdan Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X8 başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına, beyinin yumşaq qişasına qansızmalar, alın sümüyünün qismən basılmış açıq sınığı, alının yarası, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol baldırın yaraları, başın, bədənin sıyrıq və qançırları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan hadisə yerində ölümünə səbəb alın sümüyünün basılmış açıq sınığı nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olmadan maşını idarə etmişdir. 07 sentyabr 2021-ci il tarixdə 3 ay 11 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin vaxt sürücülük hüququndan 2 il məhrum edilmişdir. Həmin vaxt isə 16 fevral tarixində bitmişdir. Hadisə isə 21 fevral tarixində baş vermişdir. Bu barədə dəfələrlə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Ona sürücülük vəsiqəsini gəlib götürməyini bildirmişlər. 17 fevral tarixində Zaqatala rayonuna gedərkən yol polis əməkdaşlarından sürücülük vəsiqəsini sistemə vurmalarını xahiş etmişdir. Həmin vaxt sistemdə sürücülük vəsiqəsi görsənmişdir. Hadisə zamanı öz yolu ilə hərəkət edən zaman qarşıda “Opel” markalı avtomobilin dayandığını görmüş və uzaqdan ona xəbərdarlıq siqnalı vermişdir. Həmin vaxt yolda təmir işləri getdiyi üçün yolda heç bir nişan olmamışdır. “Opel” markalı maşın qarşısında dayandığı üçün məcbur qalaraq ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatı edərkən onun yolunda olan və qarşısına çıxan “Maz” markalı avtomobil onun maşınını vuraraq 11 metrə onu sürüyüb aparmışdır. Hadisə olan vaxt özünü itirməmiş və huşu yerində olmuşdur. Buna görə də, hadisənin necə baş verdiyini şəxsən özü görmüş və tam xatırlayır. Hadisədən sonra maşından özü çıxmış və özü xəstəxanaya getmişdir. Müstəntiqin hansı səbəbdən bu işi onun üzərinə atdığı hələ də ona məlum olmamışdır. Müstəntiq və yol polisi əməkdaşları zərərçəkmişin ailəsini qıcıqlandırmaq üçün ona şərlər atmışlar. Belə ki, güya o, maşını idarə edərkən və hadisə zamanı narkotik vasitənin təsiri altında olmuşdur. Ancaq ondan qan analizi alınmış, qanından spirtli içki və narkotik vasitə aşkar edilməmişdir. Dəfələrlə bildirmişdir ki, bu iş üzrə heç bir günahı olmamışdır. Müstəntiq üzbə-üz toqquşmanı qeyd edib. Hadisədən sonra maşınının çəkilmiş videogörüntüləri və şəkilləri var. Açıq-aşkar görünür ki, “Maz” markalı maşın onun maşınının sağ tərəfindən vuraraq onu 11 metr sürüyüb aparmışdır. Hadisədən sonra xilasedicilər gəlmiş, “Maz” markalı maşını qoşquya taxaraq 10-15 metr geriyə, yəni gəldiyi yol istiqamətinə çəkmişdirlər. İstintaq hadisənin olduğu yerdə yox məhz başqa tərəfdə aparılmış və istintaq zamanı iştirak etməmişdir. Müstəntiqə dəfələrlə istintaqda iştirak etmək istədiyini və hadisənin yerini göstərməyi bildirsə də müstəntiq ona ehtiyac olmadığını və istintaqın yekunlaşdığını bildirmişdir. Onun sürətini saatda 70 kilometr qeyd etmişlər. Maşınına baxış keçirilsə maşınının spidometrində saatda 45 kilometr sürətlə hərəkət etdiyi açıq-aşkar görünəcəkdir. Müstəntiq işi düzgün aparmamış və kobud pozuntulara yol vermişdir. Bu səbəbdən heç bir sənədə imza etməmişdir. Baş prokurorluğa ərizə ünvanlayaraq özünü təqsirli bilmədiyini və təkrar yol-nəqliyyat ekspertizasının keçirilməsini bildirmişdir. Onun bu işdə günahı yoxdur. Günahsız olduğu halda hazırda cəza çəkir. İstintaq onsuz aparılmış, kamera görüntüləri müstəntiq tərəfindən gizlədilmiş, “Maz” markalı maşının sürücüsü istintaqa cəlb edilməmiş və istintaq zamanı kobud pozuntulara yol verilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, “Opel” markalı maşının dayandığını görmüşdür. “Maz” markalı maşın onun yoluna çıxmışdır.“Maz” markalı maşını görməmiş, çünki həmin vaxt hava çiskinli olmuşdur. “Maz” markalı maşının işıqları yanmamışdır. “Maz” markalı maşın onların yolundan gələrək öz yoluna çıxmaq istəmişdir. Həmin vaxt onun maşınını vurmuşdur. Maşını xəndəyə düşmüş və “Maz” markalı maşında onun maşınının üstündə qalmışdır. Hadisə olan yolda ötmək qadağandır nişanı olmamışdır. “Opel” markalı maşını ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatı etmədən əvvəl “Opel” markalı maşına xəbərdarlıq siqnalı etmişdir. “Opel” markalı maşın yolundan çəkilmədiyinə görə qarşıda heç bir maneənin olmadığını görüb ötmə əməliyyatı etmişdir. “Opel”ə xəbərdarlıq siqnalı etdikdən sonra həmin maşın sağa meyillənib öz yolu ilə getməli idi. “Opel” markalı maşından 20-25 metr arxada olan vaxt onun əyləc işıqlarını görmüş və ona xəbərdarlıq siqnalı etmişdir. “Opel” markalı maşın isə getməmiş və yerində dayanmışdır. “Maz” markalı maşın öz yolu ilə yox məhz onun yolu ilə hərəkət etmişdir. O, qarşıda heç bir maneənin olmadığını görüb ötmə əməliyyatı etmişdir. “Maz” markalı maşın sağ tərəfdən qarşısına çıxmışdır. Hadisə olan yolun bir tərəfi yüksək, digər tərəfi isə aşağıdadır. O da “Maz” markalı maşını görməmişdir. O, yolun yuxarı hissəsində olmuş, “Maz” markalı maşın isə yolun aşağı hissəsində olmuş və heç bir işığı yandırmamışdır. Hadisə vaxtı sürəti saatda 45 kilometr olmuşdur. Hadisə yerinin sxemi ilə onu tanış etməmişlər. Hadisə yerinin sxemi çəkildikdən sonra polis şöbəsində ona həmin sxemi göstərmişlər və o, onunla razılaşmamış və etiraz etmişdir. Heç bir sənədə imza etməmişdir. “Maz” markalı maşın onun yolu ilə hərəkət edərək idarə etdiyi maşının sağ tərəfindən vurmuşdur. Üzbə-üz toqquşma olmamışdır. Hadisə yerinin sxemi ilə razılaşmamış və etiraz etmişdir. Ötmə əməliyyatını aparmışdır. Ötmə əməliyyatını apardığı yolda hərəkət zolağı olmamışdır. Hadisə olan yolda iki maşın yanyana gedə bilərdi. Yol biri getmək biri gəlmək üzərə iki tərəfli olmuşdur. “Opel” markalı maşını ötərkən “Maz” markalı maşın onun yolu ilə hərəkət edərək qəflətən qarşısına çıxmışdır. Həmin vaxt hava çiskinli olmuşdur. Yol isə enişli-yoxuşlu olmuşdur. “Opel” markalı maşını ötmədən əvvəl həm ona xəbərdarlıq siqnalı vermiş, həm də işıqları yandırıb söndürmüşdür. “Opel” markalı maşını keçmək istəyən zaman qəflətən qarşısına “Maz” markalı maşın çıxmışdır. “Opel” markalı maşın yolun ortasında gedən vaxt dayanmışdır. O, onun dayanmasını 20-25 metr məsafədən görmüşdür. O, “Opel” markalı maşına yaxınlaşan vaxt xəbərdarlıq siqnalı vermiş və ötmə əməliyyatı etmişdir. Ötmə əməliyyatını etmədən əvvəl qarşıdan heç bir maneənin olmadığını görüb, sonra “Opel” markalı maşını keçmişdir. Opel markalı maşını ötərkən onunla tam paralel formada dayanan vaxt “Maz” markalı maşın onun maşınını sağ tərəfdən vurmuşdur. İlk öncə “Maz” “Opel” markalı maşının üstünə doğru hərəkət etmişdir. “Opel” hara gedəcəyini bilməmişdir. “Opel” üzü İsmayıllı şəhərinə gedən tərəfdə dayanmışdır. Hadisə yerində yolun təmiri aparılırdı və buna görə onun maşınının sürəti çox ola bilməzmiş. Onun videosunda var ki, sürətinin saatda 45 kilomert olması müəyyən olunur. Hadisə vaxtı maneə onun hərəkət zolağında yaranmışdır. O, “Opel” markalı avtomobilin dayandığını görmüş və ona xəbərdaredici siqnallar verməyə başlamışdır. “Opel” markalı maşın onun maşınından 20- 25 metr məsafədə hərəkət etmişdir. O, “Opel” markalı maşını ötmək istəyən zaman “Maz” markalı maşınla maşını toqquşmuşdur. “Maz” markalı maşın onun maşınını sağ tərəfdən vurmuşdur. Əgər həmin “Maz” markalı maşın qarşı tərəfdən gəlsəydi, onun maşınını sağdan vura bilməzdi. “Maz” markalı maşının sol hissəsi onun maşınının sağ hissəsi ilə toqquşmuşdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisədən 1 saat sonra ona məlumat verilmişdir ki, qızı Təqsirləndirilən şəxs maşınında olmuş, həmin maşın “Maz” markalı maşının altına girmişdir. Hadisə yerinin şəkilləri də ona göndərilmişdir. Qızı ona İsmayıllı rayonundan Təqsirləndirilən şəxs onu bəyəndiyini demişdir. O, qızına demişdir ki, həmin şəxs 2 dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin, Elçinin ayağında qolbaq olduğunu, savadsız bir adam olduğunu, cəmiyyət arasında hörmətinin olmaması və onunla münasibət qurduğu halda qızını həyatından siləcəyini bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtlar onun “Aztelekom” ilə müqaviləsi olmuş və yük daşımışdır. Hadisə günü Ağsu rayonundan yük daşımışdır. O, İsmayıllıdan Qəbələ istiqamətində hərəkət edirmiş. Hadisə yerində yolda təmir işləri gedirmiş. O, yolun kənarında asfalt örtüyü olmayan hissədən asfalt olan hissəyə çıxdığı an bir maşının ötmə əməliyyatı edərək qarşısına çıxdığını görmüşdür. O, maşını yolun sağına çəkmiş, qarşısına çıxan maşın isə onun maşınına dəymişdir. Bundan sonra o, maşından düşmüş, kənd əhalisi köməyə gəlmiş, xanımı maşında əyləşdiyi hissədən çıxarmaq mümkün olmamış və Təqsirləndirilən şəxs ilk olaraq maşından çıxarılmışdır. FHN-ə məlumat verilmiş və onlar sona kimi köməklik etmişdir. Bundan sonra polisə aparılmış və içkili olub-olmamaları yoxlanılmışdır. Onlar xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs xəstəxanada qardaşı ilə birlikdə olmuşdur. O, onların yanına gəlmiş və sonra çıxıb getmişdir. Hadisə yerində ötmək qadağandır işarəsi olmuş və yolda təmir işləri aparılırmışdır. Təqsirləndirilən şəxs ötmək istədiyi maşını dəqiq xatırlamır, lakin maşının rənginin qırmızı olması yadındadır. O, Elçinin ötmə əməliyyatı etməsini ani olaraq görmüş və artıq qəzanın qarşısının alınması üçün gec olmuşdur. O, asfalt örtüyü olmayan yoldan asfalt örtüyü olan yola keçirmiş. Elçin təxminən 100 km/saat-da artıq sürətlə hərəkət etmişdir. Elçinin maşınından qarşıda olan maşın keçdi, Elçinin maşını isə onun maşını ilə toqquşmuşdur. O, hadisə vaxtı öz hərəkət zolağında olmuş, hətta qəzadan yayınmaq üçün bir az kənara da çəkilmişdir. Hərəkət zolağından da sağ ehtiyat hissəyə tərəf çıxmışdır. Toqquşmaya səbəb ötmə əməliyyatı olmuşdur. Təqsirləndirilən şəxs ötmək istədiyi maşında 100 km/saat-dan artıq sürətlə hərəkət etmişdir. Hadisə vaxtı hava şəraiti yağışlı olmuşdur. Elçin hadisənin qarşısını almaq üçün əyləcə basmamış və gəldiyi sürətlə onun maşınıyla toqquşmuşdur. O, hərəkət zolağından maşını sağ ehtiyat hissəyə tərəf qaçırmağa çalışmışdır. Hadisə yol kəsişməsində baş vermişdir. O, öz yoluyla gəlmişdir. O, gələn istiqamətdən baxanda asfaltın sol hissəsi təmir olunan yol olmuş, o, isə həmin yoldan asfalt yola çıxmış, Təqsirləndirilən şəxs isə idarə etdiyi maşını ilə həmin sol tərəfdən gələrək onun maşınıyla toqquşmuşdur. Daş hasara onun maşın dəymiş, maşınının həmin hissəsində əziyi hələdə vardır və bunu təsdiq edən foto şəkillər də mövcuddur. İdarə etdiyi kamazda 7 boltla bağlanan ehtiyyat hissəsinin vəziyyətinə baxanda bilmək olur ki, Elçin maşını 35 km/saat sürətlər deyil, daha böyük sürətlə idarə etmişdir. Hadisə vaxtı hava şəraiti yağışlı olmuş və hava artıq qaralırdı. Hadisə zamanı avtomobillər fənərdən istifadə edirdi, həmçinin mən də istifadə edirdim. Təqsirləndirilən şəxs də maşının da fənərdən istifadə edirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 18:45 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 36-cı kilometrində İsmayıllı rayonu Topçu kəndində yaşayan, 1983-cü il təvəllüdlü X12 idarə etdiyi Maz markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu istiqamətinə hərəkətdə olarkən, qarşı hərəkət zolağı ilə İsmayıllı rayonu istiqamətinə hərəkətdə olan İsmayıllı rayonu N.Kehdiyev küçəsi ev 5-də yaşayan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Azsamand markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqqumuş, nəticədə Azsamand markalı avtomobildə olan sərnişin Zaqatala rayonu Azərbaycan prospekti ev 104 mənzil 12-də yaşayan, 1985-ci il təvəllüdlü X13 hadisə yerində ölmüşdür (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona ələvə edilmiş sixem və foto cədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı- Şəki yolunun İsmayıllı rayonu, Xanagah kəndi ərazisindən keçən 36-cı kilometrliyində baş vermişdir. Hərələtə icazə verilən sürət həddi 50 km/saat sürətdir. Hadisə baş verən yer yaşayış məntəqəsi daxili deyildir. Yol təmir ilə əlaqədar nişanlanmamışdır. Yolun bir hissəsi kələ-kötürlü torpaq hissə, bir hissəsi isə asfaltdır. Yolun ümumi eni 15 metrdir. Təmir olunan hissə 8.80 metrdir. Yolun sağ kənarında 2.6 metr məsafədə ehtiyat hissə vardır. Yolda 4.2.1, 3.1 nişanları vardır. Həmin nişanlar Khazar LX markalı avtomobilin hərəkət istiqamətində təmir ilə əlaqədar quraşdırılmış və Azsamad markalı avtomobilin sürücüsünə və həmin istiqamətdə hərəkətdə olan digər sürücülərə şamil edilmişdir. Hadisə yerində tormoz və şin izi aşkar edilməmişdir. Toqquşma yolun sağ hissəsində, yolun sağ kənarından 4 metr məsafədə baş vermişdir. İsmayıllı rayonundan Qəbələ rayonu istiqamətində hərəkətdə olan zaman toqquşma nöqtəsinə təmir olunan yol ilə gəldikdən sonra asfalt hissəyə çıxmaqla yola hərəkətə davam edilməlidir. Həmçinin Qəbələ rayonu istiqamətindən hərəkətdə olduqda isə toqquşma nöqtəsinə çatmamış asfalt hissədən sağ tərəfə istiqamətlənməklə təmir olunan hissə ilə hərəkətə davam edilməlidir. Toqquşma nöqtəsi asfalt hissədə olmaqla Maz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Toqquşmadan sonra Maz markalı avtomobil toqquşma nöqtəsindən 4.20 metr, Khazar LX markalı avtomobil 11.40 metr məsafədə dayanmışdır. Maz markalı avtomobil toqquşmadan sonra avtomobil yolun sağ kənarında olan daş hasara dəymişdir.Hadisə baş verən yolda ümumi hərəkət surəti 50 km/saatdan artıq olmayan surətdir (cild 01, iş vər. 04-16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tibbi ərazi X3 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin xx.xx.2024-cü il tarixli 57 nömrəli tibbi müayinə aktından görünür ki, Şahid müayinəsi zamanı spirt buxarları aşkar olunmamışdır (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Nigar Bayramovaya məxsus 01 ədəd mobil telefon və 01 ədəd qızıl klon olmaqla 01 ədəd qızıl sepi Yaxşı Bayramovaya təhvil verilmişdir (cild 01, iş vər. 77). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 04 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər – başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına, beyinini yumşaq qişasına qansızmalar, alın sümüyünün qismən basılmış açıq sınığı, alının yarası, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol baldırın yaraları, başın, bədənin sıyrıq və qançırları həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində mərhum X5 əmələ gələ bilərdilər, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Nigar Bayramovanın ölümünə səbbəb alın sümüyünün basılmış açıq sınığı nəticəsində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalar olmuşdur (cild 01, iş vər. 82- 87). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 244 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ sirkə kasasının qapalı –qəlpəli sınığı, burun sümüyünün qapalı sınığı, sağ bud. Sağ diz, sağ bazu oynaqlarının yumşaq toxumalarının əziyi, əzələ və bağların gərilməsi, üzün, burunun sıyrıqları, alt dodağın yarası bərk –küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixli yol –nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir (cild 01, iş vər. 88-91). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı RMX-ın 11 mart 2024-cü il tarixli, 18-1-47/2-372/2024 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri, N.Kehdiyev küçəsi ev 5 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü, Cəfərli X6 RMX-ın Polinlinika şöbəsinin “Ruhi-əsəb” və “narkoloji” kabinetlərində qeydiyyatda yoxdur (cild 01, iş vər. 97). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmişxx.xx.2024-cü il tarixli 824/K nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 01, iş vər 99-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli İsmayıllı rayon Məhkəməsinin hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə 01 il azadlığın məhdudlaşdırılması və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi cəzasına məhkum edilmişdir. İsmayıllı rayonu məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 263,1 və 52-1.5-ci maddələrinə əsasən 03 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.1 bəndinə əsasən cəzadan azad edilmişdir. Barəsində CM-nin 263-1.1-ci maddəsinə əsasən istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 01, iş vər. 132-134). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”-dan görünür ki, “Opel” markalı avtomobilin konkret olaraq markasını, dövlət qeydiyyat nişanını, sürücüsü və ya sahibin anket məlumatlarını müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/-2-47201/24 nömrəli BDYPİ-nin məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1993-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 967993 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmiş və Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXMnin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddəti axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaq (cild 01, iş vər. 140). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəfərli X6 rayon məhkəməsinin 1(037)-10/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilənərək 02 il müddətinə nəqliyyat vasitələrinin istifadi etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası zamanı yol verdiyi pozuntular səbəbindən barəsində xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim verilmiş və İsmayıllı rayon məhkəməsinin 7(037)-21/2021 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmişdir. xx.xx.2021-ci il tarixində məhkum Cəfərli X6 rayon İcra və Probasiya şöbəsindən qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vər 141). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 8/868 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.20 “Ötmək qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Habelə sürücü Təqsirləndirilən şəxs Khazar LX markalı avtomobil hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “ X16” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 156-159). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ismayıllı Rayon İcra başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnamə Cəfərli X6 şəhəri, N.Behdiyev küçəsi ev 5 ünvanında oğlu - 18 iyun 2016-cı il təvəllüdlü X14 ilə yaşır, barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır (cild 01, iş vər. 162-163). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(037)-17/2024 nömrəli İsmayıllı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay, 06 (altı) gün müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmışdır(cild 01, iş vər. 106-107). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 17-28). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İsmayıllı Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 1(037)-10/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı çəkməkdən mütamadi şəkildə yayındığı üçün İsmayıllı Rayon Məhkəməsinin 7(037)-21/2021 nömrəli qərarı ilə CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzası 03 (üç) ay, 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunduğundan xx.xx.2021-ci il tarixdə İsmayıllı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən başlanmaqla xx.xx.2021-ci il tarixə, yəni həbs edildiyi müddətə qədər cəzasının 05 (beş) ay, 27 (iyirmi yeddi) günü çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs ismayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)-20/2024 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs həbsdə olduğu üçün sözügedən hökmün icrası mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İsmayıllı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli hökmün icrası Ağsu 3 nömrəli Rayonlar arası X10 göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)-20/2024 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəazsına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İsmayıllı Rayon Məhkəməsinin məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)-20/2024 nömrəli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-4728/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə daxil olmuş və Təqsirləndirilən şəxs barəsində əvvəllər amnistiya aktının tətbiq edilməsi ilə bağlı şəxsi işində heç bir sənəd yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış və təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak edərək ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq Şahid idarə etdiyi “Maz” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs avtomobilində olan sərnişin Nigar Bayramova aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan 22 fevral 2024-cü il tarixdə təxminən saat 18:45 radələrində idarə etdiyi “Khazar LX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən avtomobili 70 km/saat sürətlə idarə edib qarşısında olan avtomobili ötüb keçmək məqsədilə avtomobilini sol hərəkət zolağına çıxarıb hərəkətinə davam edən zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan “Maz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı Şahid idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin olan Nigar Bayramova avtomobilin toqquşması nəticəsində ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar ilə də tam şəkildə təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan zaman “ötmək qadağandır” yol nişanı ilə ötmə əməliyyatı aparılması qadağan olunan hissəsində ötmə əməliyyatı aparmış, avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, həmçinin avtomobili 50 km/saat sürətlə idarə etməli olduğu halda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmiş və həmin hərəkətləri ilə qanunvericiliyin tələblərinə riayət etməmişdir. Halbuki, Təqsirləndirilən şəxs “X16” Azərbaycan Respublikasının Qanununda göstərilən vəzifələri icra etməli idi. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs yol hərəkətinin iştirakçıların yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, 3.20 “ötmək qadağandır” yol nişanı ilə ötmə əməliyyatı aparılması qadağan olunan hissəsində ötmə əməliyyatı aparmaq üçün avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı, qarşıdan əks istiqamətdən hərəkətdə olan avtomobilin hərəkəti üçün təhlükə yaratmamalı, avtomobili 50 km/saat sürətlə idarə etməli olduğu və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmiş və nəqliyyat vasitəsini idarə edərkən “X16” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruzi hesab edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və bu hərəkətlərinin nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və onun himayəsində bir (bir) azyaşlı uşağının olmasını, habelə yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-4728/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə daxil olmuş və Təqsirləndirilən şəxs barəsində əvvəllər amnistiya aktının tətbiq edilməsi ilə bağlı şəxsi işində heç bir sənəd yoxdur. Lakin 29 mart 2024-cü il tarixli DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(037)-10/2021 nömrəli hökmünə münasibətdə 15.11.21-ci il tarixdə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(037)-21/2021 nömrəli qərarına münasibətdə isə xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarları tətbiq edilmiş və sözügedən amnistiya qərarının 2.1 bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)-20/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəazsına məhkum edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü və 66.5-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə ona təyin ediləcək cəza İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(037)- 20/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq əsas və əlavə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 -cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3ci maddəsinə əsasən ona təyin ediləcək əsas cəza ilə İsmayıllı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş əsas cəza, habelə Təqsirləndirilən şəxs təyin ediləcək əlavə cəza ilə isə təyin edilmiş əlavə cəza qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «X16» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («X16» Qanunun 37-ci maddəsinin İV hissəsi). Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun barəsində hazırkı iş üzrə “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil və Maz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan əsas və əlavə cəza ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş əsas və əlavə cəzalar, yəni 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 04 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Khazar LX markalı **-PE-*** dövlət qeydiyyat nişanlı və Maz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarıılması nəzərə alısnın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar