Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-188/2023 14.07.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorui Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X6 və Yevlax Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş şəhəri, 14-cü məhəllə 3/12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Ağdaş rayonu Tofiqi kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Tofiqi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil edərək birləşdiyi tanışı Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri H.Hacıyev küçəsində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 5,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 16 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində həmin narkotik vasitəni Şahid3 40 manat müqabilində satmış, Şahid3 həmin narkotik vasitənin bir hissəsini, yəni 0,50 qramını xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində X3 vasitəsi ilə X8 20 manat müqabilində satmış, həmin tarixdə saat 18 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X20 rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 1908-dən 1920-dək Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 02 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,50 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 2050 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-nə gətirildikdən sonra həmin tarixdə saat 2131-dən 2152-dək ünvan 3 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,47 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 5,97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs təşkil edərək həmin narkotik vasitəni satmaq üçün sonuncuya Ağdaş şəhəri. H.Hacıyev küçəsində vermiş, sonuncu da həmin narkotik vasitəni üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 16 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində həmin narkotik vasitəni Şahid3 40 manat müqabilində satmış, Şahid3 həmin narkotik vasitənin bir hissəsini, yəni 0,50 qramını xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində X3 vasitəsi ilə X8 20 manat müqabilində satmış, həmin tarixdə saat 18 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X20 rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 1908-dən 1920-dək Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində aparılmış şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 02 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,50 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 2050 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-nə gətirildikdən sonra həmin tarixdə saat 2131-dən 2152-dək ünvan 3 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,47 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Playstation” oyunu oynayan zaman tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə istəmiş, sonuncu narkotik vasitənin evində olduğunu, günorta verə biləcəyini deyərək getmişdir. Başı daşı qoymaq üçün işlədiyi qəbirstanlığa getmiş, Elmin ona başı daşı qoyduqdan sonra birlikdə narkotik vasitə çəkmələrini demişdir. Yenidən “Playstation” salonuna gəldikdən sonra polis əməkdaşları ona zəng edərək narkotiklə tutulan şəxslərin onun adını verdiklərini bildirmişlər. Murada pul qarşılığında narkotik vasitə verməmiş, şəxsi istifadəsi üçün Elmindən narkotik vasitə aımışdır. Elmin narkotik vasitəni ona verərək baş daşını qoyduqdan sonra birlikdə həmin narkotik vasitəni çəkmələrini təklif etmişdir. Elmindən aldığı narkotik vasitəni Şahid3 adlı şəxsə satmamış, polis əməkaşları ona daha ağır maddə verəcəklərini dediklərinə görə məhkəməyədək icraat zamanı Murada narkotik vasitə satdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində tanışı Murad ona zəng edərək bir kibrit qutusu qurudulmuş marixuana lazım olduğunu bildirdikdən sonra Elminə zəng edərək sonuncuda marixuana olub-olmamasını soruşmuş, Elmin ona bir kibrit qutusunda marixuana olduğunu bildirmişdir. Həmin vaxt Elminə Murad adlı tanışına narkotik vasitə lazım olduğunu həmin narkotik vasitəni 40 manat sata bilib-bilməyəcəyini soruşmuşdur. Elmin onunla razılaşaraq nə vaxt gələcəyini soruşmuş, saat 16 radələrində Elmin ilə sonuncunun qaldığı binanın qarşısında görüşərək bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı götürdükdən sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Muradla görüşüb sonuncudan 40 manat alaraq narkotik vasitəni Murada vermişdir. Ağdaş şəhərində yerləşən “44 playstation club”da Elminlə görüşüb bir qədər söhbət etdikdən sonra Samit adlı polis əməkdaşı ona zəng edərək harada olduğunu soruşmuş, sonuncuya olduğu yeri söyləmişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları onun olduğu yerə gələrək polis şöbəsinə dəvət etmiş, birlikdə Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Şahid3 Nadir Mustafayevə satdığı və üzərindən aşkar edilmiş narkotik vasitəni ondan 40 manata aldığını bildirmiş, polis əməkdaşlarına Şahid3 40 manata narkotik vasitə satdığını bildirmişdir. Həmin 40 manatı Elminlə birlikdə “44 playstation club”da oyuna xərcləməyi, qalan pulu isə borclarına xərcləməyi nəzərdə tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2la playstation oynayarkən sonuncu ondan narkotik vasitə istəmiş, Firiduna narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra öz evinə getmiş, Firidun oraya gələrək ondan narkotik vasitə olan marixuananı götürüb hazırladıqdan sonra bilikdə doldurub çəkmək üçün xəbər edəcəyini bildirmişdir. Yarım saat sonra yenidən “Playstation” salonuna getmiş, orada Firidunla birlikdə narkotik vasitə olan marixuananı qəbul etmişlər. Bir qədər sonra polis əməkdaşları oraya gələrək əvvəlcə Firidunu, sonra isə onu rayon Polis Şöbəsinə aparmışılar. Ona narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirsələr də buna etiraz etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Firidun ona zəng edərək playstation oynamaq istədiyini və yanında da başqa bir şəxsin olduğunu bildirmiş, Firiduna üzərində pulun olmadığını demişdir. Firidun ondan çəkmək üçün marixuananın olub-olmamasını soruşmuş, Firiduna çəkmək üçün bir qədər marixuananın olmasını bildirmişdir. Firidun həmin marixuananın üstündən çəkmək üçün bir qədər götürəcəyini qalan hissəsini isə tanışına satacağını bildirmiş, Firidundan marixuananı neçəyə satacağını soruşmuşdur. Firidun da ona 40 manata satacağı həmin puldan hesabı verəcəyini, qalan pula isə borclarını verəcəyini bildirmişdir. Firiduna üzərində narkotik vasitə ilə şəhər çıxa bilməyəcəyini bildirmiş, buna görə Firidun onun yaşadığı binanın qarşısına gəlmişdir. Binanın qarşısında Firidunla görüşərək bir ədəd kibrit qutusunda marixuananı sonuncuya vermiş, təxminən bir saat sonra Firidun ona zəng edərək “44 playstation club” da olmasını bildirmişdir. Həmin kluba gedib Firidunla görüşmüş, Firidun çəkmək üçün marixuanaları hazırladıqdan sonra bir ədəd papirosda marixuananı ikisi çəkmişlər. Firidun marixuanın bir hissəsini 40 manat satdığını və həmin pulun özündə olduğunu, puldan hesabı verəcəyini, qalan puldan isə borclarını verəcəyini bildirmişdir. Təxminən 25-30 dəqiqə sonra polis əməkdaşları əvvəlcə Firidunu, təxminən 15 dəqiqə sonra onun olduğu yerə gələrək birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Ağdaş rayon Polis Şöbəsində narkotik vasitələrin satışında şübhəli şəxs qismində tutulmuş Murad adlı şəxs həmin narkotik vasitəni Firidundan aldığını, həmçinin Firidun da narkotik vasitəni ondan götürərək satdığını bildirdiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs kimi üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunsuz olaraq saxladığı hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şahid3 saxlanılaraq rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, sonuncu həmin narkotik vasitəni Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 adığını bildirdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 2205 radələrində Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs2 yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar olunmuş 01 ədəd mobil telefon və 40 manat pul iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs2 yaşadığı Ağdaş şəhəri 14-cü məhəllə 3/12 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan qanunla qadağan edilmiş hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Şahid3 satdığı narkotik vasitəni Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs1 aldığını bildirdiyinə görə saat 2350 radələrində Post Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman Elmin Mahmudaova yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Redmi NOTE 8” markalı mobil telefon, həmin mobil telefonun örtüyü açılan zaman “Kapital Bank”-a məxsus plastik kart, daha sonra həmin həmin şalvarın sağ yan cibindən 01 ədəd 1 manatlıq pul əskinazı və 3 qramlıq ətir qabı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğunu bildirərək, üç gün əvvəl Əmirmahmud kəndi ərazisində işıq dirəyinin kənarında tapdığı narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Firidun adlı şəxsə kağız bükümdə satmaq niyyəti ilə verdiyini, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə müqabilində ona 40 manat pul verəcəyini, lakin həmin narkotik vasitənin pulunu almadığını bildirmişdir. Mobil telefon və 1 manatlıq pul əskinazı qablaşdırılaraq götürüldükdən sonra plastik kart və 3 qramlıq ətir qabı iş üçün əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X17 Patrul Xidmət Bölüyünün polis nəfər işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tanışı Nadir adlı şəxs ondan narkotik vasitə istəmiş, qonşusu Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə almamışdır. Ağaş rayon polis şöbəsində Firidun özü ona 40 manat qarşılığında narkotik vasitə verdiyini bildirmiş, o da elə bir şey olmadığını demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində onunla qonşuluqda yaşayan Nadir Mustafayev ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, Nadirə maraqlanaraq ona bir söz deyəcəyini bildirdikdən sonra tanışı Firiduna zəng edərək qonağı olduğunu və buna görə də narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Firidun da öz növbəsində ona maraqlanaraq bir söz deyəcəyini bildirmişdir. Təxminən 20-25 dəqiqə sonra Firidun ona zəng etdikdən sonra sonuncu ilə Ağdaş rayon mərkəzi xəstəxanasının yaxınlığında görüşürək 40 manat müqabilində Firidundan bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. Sonra yaşadığı evdə olan zaman həmin kibrit qutusunu açaraq içərisində olan narkotik vasitənin bir hissəsini 02 ədəd kağız bükümdə qablaşdırmış, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonra yaşadığı binanın blokunun girişində cibindən çıxardığı 02 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı 20 manat müqabilində Nadirə vermişdir. Sonra Ağdaş şəhəri Beynəlxalq Bankın yaxınlığında yolun kənarı ilə piyada yol gedən zaman polis əməkdaşları ona yaxınlaşmışaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan və çəkisi 7,6 qram olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. Polis əməkdaşları ona Əli Əsədov adlı şəxsin şübhəli şəxs kimi tutularaq üzərində şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni sonuncunun xahişi ilə Nadir adlı şəxsin ondan aldığını bildirdiyini demişlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Firidunu işlədiyi qəbirstanlığa düşürmüş, sonra oradan götürüb Ağdaş şəhərinə düşürmüşdür. Həmin vaxt Firiduna pulun verilməsini görməmiş, sonuncunun deməsinə görə iş sahibi Firiduna 200 manat pel vermişdir. Bundan başqa heç nəyin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 24 fevral 2023-cü il tarixli 17/211 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, “Vət.X7 üzərindən aşkar olunmuş 02 ədəd sellofan büküm....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-0,29 qr, 0,21 qr ümumi təmiz çəkisi-0,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir(İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/212 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət.Şahid3 üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusu” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində 02(iki) ədəd bükümdə qurudulmuş marixuana X14 yazısı olan 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 02 (iki) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 910 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərizə narkoloji kabinetdə qeydiyyata alınması məshlət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 911 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərizə narkoloji kabinetdə qeydiyyata alınması məshlət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki mavi rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd 10 manatlıq, 6 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 82 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, 14-cü məhəllə 3/12 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2- 95/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu Tofiqi kəndində qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2012-ci ildə doğulmuş Aygün Mahmudova və xx.xx.2014-cü ildə doğulmuş Davud Mahmudov adlı iki azyaşlı uşağı vardır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22-2-337-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağdaş RMX-nin poliklinika şöbəsində ruhiəsəb və narkoloji qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2235-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0005-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 2350-də Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. İş materiallarında olan Ağdaş rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitəni satmamalarına dair ifadələrini məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin heç biri onlara qarşı təzyiq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitə olan marixuananı 40 manata Şahid3 satdığını bildirmiş, eyni zamanda Şahid3 da Təqsirləndirilən şəxs2la üzləşdirmə zamanı narkotik vasitə olan marixuananı sonuncudan 40 manata aldığını bildirmişdir. Ona görə də digər şahid ifadələri təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə təsdiq olunduğuna görə məhkəmə həmin ifadələri daha obyektiv və mötəbər ifadələr kimi qəbul edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la razılaşaraq sonuncudan götürdüyü narkotik vasitə olan marixuananı Şahid3 40 manata satmış, Elmin Mahmudav da həmin 40 manat pulu Təqsirləndirilən şəxs2 özündə saxlamasını, birlikdə xərcələyəcəklərini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudlmuş marixunanı Şahid3 40 manata satarkən Təqsirləndirilən şəxs1la birgə hərəkət etmiş, həmin narkotik vasitənin satışından əldə etdikləri gəliri də gələcəkdə birlikdə xərcləməyi planlaşdırmışlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1-ci maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları və faktiki olaraq hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2023cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş cinayət yolu ilə əldə edilmiş 41 manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş cinayət yolu ilə əldə edilmiş 41 manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan iki ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-188/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-188/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver