Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-19/2021 26.01.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Əliyev Rəşad Şəmşir oğlunun sədrliyi ilə Hakimlər – Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 4 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X9 saxlanılan Əmraliyev Vidadi Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X26 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmraliyev Vidadi Şəmsəddin oğlu satış məqsədi olmadan qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamış, habelə qəsdən qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, o, müəyyən olunmamış mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 115,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtда və mənbədən qəsdən, qanunsuz olaraq əldə etmiş olduğu tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 220 mm olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əynində olan gödəkçənin sol iç cibində qəsdən, qanunsuz olaraq, gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol iç cibindən həmin kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan xəncər aşkar edilərək götürülmüşdür. Bununla da, o, CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhz həmin cinayət əməllərini təqsirli olaraq törətməsinə dair nəticəyə gələrkən məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra şəxsi axtarış və götürmə aparılmasına dair protokol, sonuncunun yaşadığı evə baxış keçirilməsinə dair protokol, ekpertiza rəyləri, şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ifadələri kimi sübutlara əsaslanır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə axşam radələrində evdə olarkən bayırdan, yəni yoldan səs-küy gəldiyini eşidib yola çıxmış, yola çıxan zaman uşaqlarının əlinə keçməməsi üçün evdə olan bıçağı da, götürmüşdür. Bu zaman o nə səs-küy olduğunu araşdırdıqdan sonra, elə küçədən bir taksi tutub, həmin vaxt Zaqatala rayonunda xəstəxanada olan anasının yanına gedəcəyini də, fikirləşmişdir. Lakin o, yola çıxdıqda Balakən rayon Polis şöbəsinin əməkdaşları olan Cuma və Şəmsəddin adlı polislərin orada olduğunu görmüşdür. Həmin polislər rəisin onu çağırdığını demiş, o isə hər-hansı cinayət törətmədiyini bildirirək, çağırılmasının səbəbini soruşmuşdur. Bununla belə, polis əməkdaşları ona çağırılmasının səbəbini bildirməmiş və bu barədə ona polis idarəsində məlumat veriləcəyini demişlər. Bu zaman o, polisə getməsi barədə ailəsinə məlumat vermək istəmiş, lakin polis əməkdaşları buna mane olaraq özlərinin bu barədə onun ailəsinə məlumat verəcəklərini demişlər. O, məlumat verməyə təkid etsə də, ona məlumat verməsi üçün şərait yaradılmamış və əksinə polis əməkdaşları onu zorla maşına mindirərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman üzərindən həmin bıçaq aşkar edilmiş və o, aşkar olunmuş bıçağın səs eşidib yola çıxan zaman uşaqlarının əlinə keçməməsi üçün üstündə saxladığını və həmin vaxt Cuma və Şəmsəddin adlı polis əməkdaşlarının onu tutduğunu, döyərək maşına mindirdiklərini və evlərinə məlumat verməyə qoymadıqlarını demişdir. Şöbədə olan zaman onun üstündən qanunsuz başqa heç bir şey aşkar olunmadığı üçün polis rəisi həmin polis əməkdaşlarının üstünə qışqıraraq niyə onu boş gətirdiklərini demiş, polis əməkdaşları isə onu evinin qabağında olan zaman tutub gətirdiklərini demişlər. Sonra polis əməkdaşları onu döyməyə başlamış, Şəmsəddin adlı polis əməkdaşı onun başına dubinka ilə 40 dəfə vurmuş və o, özündən getmişdir. O, ayılan zaman Şəmsəddin adlı polis əməkdaşının onun qoltuq cibini doldurduğunu görmüş, o, bunun nə olduğunu Şəmsəddindən soruşan zaman, sonuncu bunların ona məxsus olduğunu bildirmiş, o isə zarafatla doldurduqlarının balaca olduğunu, imkan varsa yekəsini qoymasını Şəmsəddinə deyən zaman, Şəmsəddin yekəsini onun evinə qoyduqlarını bildirmişdir. Həmin gecə polis əməkdaşları onu polis şöbəsində saxlamış, özləri isə onun evinə getmişlər və gecədən səhərə qədər 10 nəfər polis əməkdaşı onun evində qalmışdırlar. Polis əməkdaşları onun evində olan zaman ailə üzvlərini çölə çıxmağa qoymamışlar. Həmin gün onların evlərində anasının yanına getmək istəyən qohumu, qardaşı və qardaşının yoldaşı da, olmuş, polislər qardaşını da, həyətə girməyə qoymamışlar. Həmçinin o, tutulan zaman yoldaşı qaynatasıgildə olmuş, qayıtdıqda isə istədiklərini etmələrinə maneə olacağına görə polis əməkdaşları onun yoldaşını da, həyətə buraxmamışlar. Növbəti gün, yəni 26 mart günorta radələrində polis əməkdaşları onu evinə gətirmişlər. Onu evinə gətirən zaman polis rəisinin müavini Anar müəllim yolda ona hədə qorxu gələrək evindən çıxanların hamısının onun olduğunu deməsini tələb etmiş, o isə evdən aşkar edilənlərdən yalnız özünə məxsus olanları etiraf edəcəyini demişdir. Ona etiraf etməyəcəyi halda axşam döyüldüyündən daha pis döyüləcəyi, elektraşokdan daha ağır işgəncələrə məruz qalacağı, həmçinin onun üzərinə 5 nəfərin ölümü olan silah qoyulacağını demişlər, o isə həmin vaxt qorxmuşdur. Evə çatan kimi o, birbaşa soyuducunun yanına gətirilmiş və soyuducunun yanına bir torba, içərisinə bir torba, arxasına başqa bir balaca torba qoyulduğunu, polis əməkdaşlarının onun evindən 3-4 ədəd bükümdə torbalar çıxartdıqlarını görmüş, o isə həmin torbaların ona məxsus olmadığını demiş və özünün yalnız narkotik çəkən, istifadə edən olduğunu bildirmişdir. O, həmin narkotiklərdən 33 qramının ona məxsus olduğunu, digərlərinin ona məxsus olmadığını demişdir. Həmin vaxt polis əməkdaşları axşamkı döyülmənin ona az olduğunu, digər narkotikləri də, boynuna almalı olduğunu, çəkiliş gedəcəyini, çəkiliş gedərkən etiraf etməyəcəyi halda axşam daha çox döyüləcəyini ona bildirmişlər. O, məcazi mənada polis əməkdaşlarına qoyduqları narkotikin az olduğunu demiş, polis əməkdaşları isə qoyulan narkotikin ona bəs edəcəyini bildirmişlər. Hətta orada çəkinin çox olmasnı təmin etmək üçün polislərin qoyduqları narkotikin içərisində çürüntü nəşə yarpaqları və çubuqlarda olduğunu görmüşdür. Bundan sonra aparılan çəkiliş zamanı o, məcbur olaraq həmin narkotikin də, onun olduğunu etiraf etmişdir. Bundan başqa evdən bir sıra əşyalar aşkar edilmişdir. Lakin evdən tapılan tərəzilər də, ona və ya ailə üzvlərinə məxsus olmamışdır. Hesab edir ki, istər evdən tapılan tərəzilər, istərsə də, narkotik onun tutulmasının təmin edilməsi məqsədi ilə polislər tərəfindən oraya qoyulmuşdur. Ehtimal edir ki, qardaşının tutulmasında iştirak edən Şəmsəddin adlı polisin ünvanına söyüşlər söyməsi səbəbindən sonuncu onun tutulmasını təmin etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir. Çünki, təqsirləndirilən şəxsin CM-nin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi fəaliyyət göstərən vəkil X20 Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Bundan əlavə “Cinayət işi başlananadək şəxsi tutma” protokolunda Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02.15-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və saat 02.18-də 5-29-77 nömrəsinə zəng olunmaqla sonuncunun arvadına məlumat verildiyi öz əksini tapmışdır. Protokol təqsirləndirilən şəxslə yanaşı onun müdafiəçisi, istintaq hərəkətini həyata keçirən müstəntiq və Balakən RPŞ-nin məsul növbətçisi tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd bıçaq və 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi, habelə sol sağ yan cibindən daha 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə içərisində çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq etməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında x xxxx 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, istərsə də, Təqsirləndirilən şəxs şikayəti ilə bağlı prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində sonuncuya qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Məhkəmə həmçinin diqqətə alır ki, Təqsirləndirilən şəxs qarşı polis orqanlarının əməkdaşları tərəfindən qanunsuzluqlara yol verilməsinə dair onun şikayəti üzrə araşdırma aparılaraq Balakən rayon pokurorluğunun müstəntiqi X14 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur ki, bu qərarla da, Təqsirləndirilən şəxs tutulması şəxsi axtarışının aparılmasında qanun pozuntularına yol verilmədiyi təsdiq edilir. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, sözügedən şəxsi axtarış və götürməyə dair protokolda göstərilən xüsusatlar şahid ifadələri ilə də, öz təsdiqini tapmış, habelə, Təqsirləndirilən şəxs Balakən RPŞ-nə aparıldıqdan bir neçə saat sonra şəxsi axtarışın keçirilməsinə dair göstərdiyi xüsusat təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verərək Balakən rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında – ayın 25-dən 26-na keçən gecə Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, bununla əlaqədar polis əməkdaşı Şahid6la birlikdə Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində öz evinə yaxın yerdə müəyyən edib, Balakən RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs aşkar edərkən ilk əvvəl sonuncu onların dəvətini rədd etsə də, sonradan qəbul edib, onlarla birlikdə Balakən RPŞ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmaqla Təqsirləndirilən şəxs ciblərindən 1 ədəd bıçaq, 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi və çətənə bitkisinin toxumlarına oxşar toxumlar aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Götürmə zamanı sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və bir torbadakı kütlənin çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs marixuananın, toxumların və bıçağın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçıları protokolu imzaları ilə təsdiqləmişlər. O, Təqsirləndirilən şəxs əvvəldən kənd sakini kimi tanısa da, heç bir münasibətləri olmamış, sonuncunun qardaşının bir müddət əvvəl ifşa edilməsi əməliyyatında iştirak etsə də, Təqsirləndirilən şəxs onun barəsində hər-hansı xoşagəlməz söz danışmasını eşitməmişdir. Təqsirləndirilən şəxslə heç bir qərəzli münasibəti olmamış və sonuncuya qarşı qanunsuzluq edən olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid6 Şahid2yla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/195 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan torbada, təmizi çəkisi- 28,23 qram və 1 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 87,31 qram, ümumi təmiz çəkiləri- 115,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd rəngli sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... bitki toxumları." sözləri və imzalar yazılmış zərfin içərisindəki 5 (beş) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki 3 (üç) ədəd salfet bükümlərdə, ümumi təmiz çəkiləri- 5,27 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/364 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab olunur. Rəyin təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, bu bıçağın tiyəsini uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm-dir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X24 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə ifadə verərkən təqsirləndirilən şəxsin arvadı X10, bacıları X4 və X6, qardaşı X7 və sonuncunun arvadı X15, habelə qohumu X12 təqsirləndirilən şəxsin faktiki olaraq xx xxxx 2020-ci ildə tutulduğunu bildirsələr də, onların ifadələrində göstərdikləri bu xüsusat başqa hər-hansı dəlillə təsdiq olunmamış, əksinə yuxarıda sadalanan sübutlarla tam təkzib olunmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 228.4-cü maddələrinə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmiş hesab olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın digər hissəsi, yəni xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə-marixuana ilə bağlı hissəsinin əsaslı qənatəinə gəlmək üçün mötəbər sübutlar olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə ittihamın həmin hissəsinin əsasını təşkil edən sübut kimi ittiham tərəfinin təqdim etdiyi axtarış və götürməyə dair protokolu təhlil edərkən müəyyən etmişdir ki, həmin axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi düzgün təşkil edilməmişdir ki, belə olan halda ittihamın həmin hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Məhkəmə qeyd edir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evində keçirilmiş axtarış və götürmə zamanı yol verilmiş pozuntulara əsasən həmin axtarış nəticəsində tərtib olunmuş protokol və maddi sübutlar, hətta bu istintaq hərəkəti məhkəmə qərarı ilə aparılsa və videçəkiliş həyata keçirilsə belə mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, məhkəmə baxışında müdafiə tərəfi xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin və elektron tərəzilərin təqsirləndirilən şəxsə məxsus olduğunu mübahisələndirərək, həmin əşyaları evə sonradan polis əməkdaşlarının yerləşdirdiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmədə aparılmış geniş araşdırma, habelə ibtidai istintaq orqanın gəldiyi nəticənin əsası olan xx xxxx 2020-ci il tarixli evə axtarış keçirilməsi və maddi sübutların götürülməsinə dair protokolun, eləcə də, bu istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin təhlili nəticəsində müəyyən edilmişdir ki, müdafiə tərəfinin mübahisələndirdiyi hallarla bağlı yaranan şübhələri aradan qaldırmaq mümkün deyildir. Belə ki, iş materiallaında olan Balakən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 5(019)-37/2020 saylı qərarına əsasən xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxsn yaşadığı A.Məmmədov keçəsi 49 (keçmiş ünvan 1i ünvanı) ünvanında axtarış keçirilməsi və götürmə aparılması protokolu, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə V.Əmralıyevin evində keçirilmiş bu axtarış zamanı qanunvericiliyin tələblərinə formal olaraq riayyət edilsə də, çoxsaylı sakinləri olan axtarış və götürmənin aparıldığı evin heç bir sakini bu istintaq hərəkətinə bilavasitə cəlb edilməmiş, axtarış gedişatında bir sıra məkanlar o cümlədən narkotik vasitələrin sonradan aşkar edildiyi tikili – ev tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, bu zaman polis əməkdaşları həmin zonalarda azad hərəkət etmək imkanına malik olmuşdur. Bu zaman diqqət cəlb edən ən əsas hallardan biri də, qeyd edilən ünvanda faktiki olaraq 2 evin (tikilinin) olması və istintaq hərəkətinin birinci evin (birmərtəbəli tikilinin) yanından keçməklə ikinci evdə (ikimərtəbəli tikilidə) aparılması və bu evdən (ikimərtəbəli tikilidən) narkotik vasitə və ya tərəzilərin aşkar olunmaması, bu evdə axtarış başa çatdıqdan sonra digər, yəni həyətin girişinə daha yaxın məsafədə olan və həmin vaxt faktiki olaraq müdafiə tərəfinin nəzarətindən çıxmış və videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi evə (birmərtəbəli tikiliyə) qayıdılır və orada keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda öz əksini tapmış 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram qurudulmuş marixuana, habelə iki ədəd elektron tərəzinin, 2 ədəd kağız bükümlərin və bir sıra digər əşyaların aşkar edilərək götürülməsi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, nəzarətsiz qalan həmin məkandan axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, habelə elektron tərəzilərin təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığına görə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs həmin narkotik vasitələrin də, az miqdarının ona məxsus olduğunu bildirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinin onun evindən aşkar edilmiş narkotik vasitə və elektron tərəzilərlə əlaqədar hissəsinə dair xüsusatlar ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, həmin xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmamışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onun həmin ifadəsində göstərdiyi qeyd olunan xüsusatlar ittihamın əsası kimi qəbul edilməməlidir. Çünki, sözügedən qanun normasına əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, məhkəmə iclasında ifadə verən Balakən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid5 şahid qismində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılmasında iştirak etmişdir. Axtarışla əlaqədar Balakən Rayon Məhkəməsinin müvafiq qərarı olmuş, həmin qərarla əlaqədar müvafiq olaraq şöbə rəhbərliyinin göstərişi əsasında bu tədbirdə iştirak etməyə cəlb olunmuşdur. Axtarış aparılan dövrdə o, Təqsirləndirilən şəxs, onun vəkili və polis əməkdaşları iştirak etmişlər. Axtarış prosesində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və bilavasitə onun evinə onlar özü ilə birlikdə girilmişdir. İlk olaraq baxışa Təqsirləndirilən şəxs həyətində yerləşən 2 mərtəbəli evdən başlamış, qeyd olunan evin yataq otağında müxtəlif sellofan və kağız bükümlərdə, plastik qablarda, kibrit qutularında narkotik tərkibli çətənə bitkisinin toxumuna oxşar bitki toxumları aşkar olunmuş, həmin toxumlar qablaşdırılmış, həmçinin eyni otaqdan aşkar olunmuş, onların arasında işıq fənəri, binokl, oyuncaq tapanca, 19 ədəd ov tüfənginin güllələri aşkar olunub götürülmüş və qablaşdırılmışdır. Qeyd olunan 2 mərtəbəli evin digər otaqlarında və həmçinin evin birinci mərtəbəsində aparılan axtarış zamanı qanunsuz hərhansı əşya və predmet aşkar olunmamışdır. Sonrakı mərhələdə axtarış həyətdə yerləşən 1 mərtəbəli yaşayış olan evdə davam etdirilmiş, orada Təqsirləndirilən şəxs özü onları bir otağa gətirmiş, həmin otaqda olan böyük yun kisəsinin içərisindən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan sellofan torba çıxartmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, əvvəllər həyətyanı sahəsində çətənə bitkisi əkib, becərdiyini, onu qurudub, özünün şəxsi istehlakı üçün əldə edərək evində saxladığını bildirmişdir. Yun kisəsinin içərisi axtarıldıqda, digər bir sellofan bağlama aşkar olunmuş və həmin bağlamanın da içərisində qurudulmuş marixuana kütləsinə oxşar kütlə olmuşdur. Həmçinin eyni otaqda istifadə olunmayan, taxılı vəziyyətdə olmayan, köhnə soyuducu olmuş, soyuducunun əvvəlcə içərisindən daha bir selofan torba çıxmış, onun da, içərisində qurudulmuş marixuana bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Bundan əlavə həmin soyuducunun arxa tərəfində də, eyni qaydada böyük bir sellofan torba olmuş və həmin torbanın içərisindən də, qurudulmuş marixuana bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Bu kütlələr hamısı müvafiq olaraq orada qablaşdırılaraq götürülmüşdür. Axtarış davam edtdirilmiş və qeyd olunanlardan əlavə istintaq marağı kəsb edə biləcəyi nəzərə alınmaqla otaqlardan aşkar olunmuş kağız bükümlər, elektron tərəzilər, fənər, 2 ədəd bıçaq və avtomobil qeydiyyat nişanı və çətənə bitkisinin toxumlarına bənzər toxumlar qablaşdırılaraq götürülmüşdür. Axtarışın nəticəsi olaraq müvafiq protokol tərtib olunmuş, hamı ordakı iştirakçılar kimi o da, protokolun məzmunu ilə tanış olmuş və onun səhifələrini, eləcə də, yekun hissəsini imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 Şahid5yla oxşar məzmunlu ifadələr vermişdirlər. Məhkəmə qeyd edir ki, bu şahidlərin ifadələri faktiki olaraq axtarışda qeydə alınmış videogörüntülərlə və axtarışa dair protokolla, eynilik təşkil etməkdədir. Bununla belə, bu şahidlər tərəfindən də, Təqsirləndirilən şəxs həyətində yerləşən və sonradan narkotik vasitə ilə elektron tərəzilər və digər əşyalar aşkar edilmiş məkan kimi qeydə alınmış evin(bir mərtəbəli tikilinin) nəzarətdən kənar qalmasını və bununla da, oraya kənar şəxslər tərəfindən qeyd edilən narkotik vasitələrin və elektron tərəzilərin yerləşdiriləməsinə dair müdafiə tərəfinin göstərdiklərinin təkzib olunmasına əsas ola biləcək heç bir hala istinad edilməmişdir. Əksinə videogörüntüdə həmin evin(bir mərtəbəli tikilinin) nəzarətdən kənar qalması bu ifadələrin də, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələrlə bağlı sonuncuya qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilməsini istisna edir. Bu qənaətə gələrkən Məhkəmə həmçinin diqqətə alır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında protokolda onun xx xxxx 2020-ci il tarixdə saat 02.15-də tutulması və bundan dərhal sonra, yəni saat 02.18-də sonuncunun arvadına bu barədə telefon vasitəsi ilə məlumat verilməsi və yalnız bundan 12 saata yaxın müddət sonra, yəni elə həmin tarixdə saat 14.05-də yaşadığı evdə axtarış keçirilməyə başlanması həmin müddət ərzində polis əməkdaşlarının evi nəzarətsiz qoyması, digər tərəfdən isə ev sakinlərinin evdə hərəkət etmələri məhdudlaşdırılmadığı halda onların evdən qanunsuz əşyaları uzaqlaşdırmamaları, eləcə də, könüllü olaraq axtarış keçirilən məkanı sahibsiz və qapıları açıq vəziyyətdə qoyub getmələri inandırıcı görünmür. Bununla yanaşı Məhkəmə qeyd edir ki, axtarışın başlamasından bilavasitə qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri küçədə-evin həyətinin giriş qapısının qarşısında izah edildikdən dərhal sonra polis əməkdaşının həyətin örtülü olan qapısnın kilidinin bağlı olub-olmamasını yoxlamadan, eləcə də, qapının açıq və ya bağlı olmasını sorğulamadan belə birbaşa qapını açıb həyətə daxil olması, bütün axtarış gedişatında ev sakinlərinin harada olması ilə maraqlanılmaması, ev sakinlərinin evdə olmadığı müəyyən edildikdə onların axtarış barədə məlumatlandırılmaları üçün tədbir görülməməsi də, axtarışdan əvvəl polis əməkdaşlarının həmin həyətə girmiş olmalarını istisna etməyə imkan vermir. Məhkəmə hesab edir ki, sadalanan bu halla axtarış və götürmənin qanun pozuntuları ilə həyata keçirildiyini təsdiq edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı təsdiq edən daha bir sübut olaraq onun üzərində aşkar olunmuş narkotik vasitə ilə evindən götürülmüş narkotik vasitələrin eyni tərkibli olmasına dair ekspert rəyinə istinad edilmişdir. Cinayət işi materiallarında olan həmin rəydə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsindən alınmış xx xxxx 2020-ci il tarixli 17/195 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri və imzalar yazılmış zərfin içərisindəki 1(bir) ədəd şəffaf sellofan torbada, təmizi çəkisi- 28,23 qram və 1(bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 87,31 qram, ümumi təmiz çəkiləri- 115,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1(bir) ədəd rəngli sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... bitki toxumları." sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kağız bükümlərdə və 1(bir) ədəd şəffaf sellofan bükümün içərisindəki 3 (üç) ədəd salfet bükümlərdə, ümumi təmiz çəkiləri- 5,27 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/199 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri- 4kq 335qr., 1kq 975qr., 420qr.və 320qr, ümumi təmiz çəkiləri- 7 kiloqram 50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1(bir) ədəd sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, hər birinin üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki toxumları." sözləri və imzalar yazılmış 05 (beş) ədəd zərflərin içərilərindəki kibrit qutularında, plastik qabda, kağız və sellofan bükümlərdə, ümumi təmiz çəkiləri- 104,17 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/412 nömrəli ekspert rəyindən göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış zərfin içərisindəki 2 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə qeyd edir ki, bir tərəfdən Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kimi təqdim edilən narkotik vasitələrlə bağlı keçirilmiş axtarış və götürməyə dair protokol və maddi sübutlar məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, digər tərəfdən isə bu rəylər müstəqil şəkildə həmin narkotik vasitələrin eyni tərkibli olmasının onların eyni şəxs tərəfindən, eyni zamanda, eyni məkanda, eyni qaydada becərilməsini və ya bir bitkinin hissələri olmasını, eləcə də, bu kimi digər zəruri halları təsdiq etmədiyinə, habelə qeyd olunan hallar digər sübutlarla da, təsdiq olunmadığına görə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsi və məhz bir tək onlara əsasən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamın bu hissəsində də, göstəriilmiş cinayət əməlini törətməsi nəticəsinə gəlmək və onu buna görə də, məhkum etmək yolverilməzdir. Bütün bunlarla yanaşı məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə - marixuananın məhz satış məqsədi ilə əldə edib-etməməsini də, tam şəkildə araşdırmış və müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hər-hansı sübut mövcud deyildir. Belə ki, yuxarıda göstərilənlərlə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən göstərdiyi bir sıra hallar digər sübutlarla tədqiq edilmədiyinə görə həmin xüsusatların ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsinin istisna olunması ilə yanaşı, istər məhkəməyədək icraat, istərsə də, məhkəmə gedişatında təqsirləndirilən şəxsin narkotik vasitə istifadəçisi olduğunu göstərməsi, digər tərəfdən isə yuxarıda da, qeyd olunmuş əsaslara görə onun evində aparılmış axtarış və götürmə zamanı həyata keçirilmiş kriminalistik tədbirlərdəki ciddi pozuntulara görə elektron tərəzilərin də, ona məxsus olması qənaətinə gəlmək mümkün olmadığına görə, habelə bütün icraat dövründə Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olmasına dəlalət edən hər-hansı bir sübut aşkar olunmadığına və məhkəməyədək icraat zamanı həyata keçirilmiş əməliyyat tədbirləri müsbət nəticə vermədiyinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək yoverilməzdir. Bu qənaətə gələrkən həmçinin məhkəmə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və bunun məhz narkotik vasitə olan kannabionidlərdən suiistifadə nəticəsində yaranmasını da, nəzərə alır. Çünki, satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər sübutların olmaması ilə yanaşı təqsirləndirilən şəxsin narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkməsi təqsirləndirilən şəxsin məhz şəxsi istehlakı üçün üzərindən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixunananı əldə etməsinə dair məhkəmənin gəldiyi qənaətin əsaslı olduğunu bir daha göstərir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş X24 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxx 2020-ci il tarixli 448 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. Məhkəmə iclasında tədqiq edilən daha bir dəlil Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/363 nömrəli ekspert rəyi olmuşdur. Həmin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1(bir) ədəd tərəzi..." sözləri yazılmış zərfin içərisindəki 1(bir) ədəd "Sinbo" markalı, gümüşü rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan bitki hissəcikləri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir.Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş elektron tərəzi..." sözləri yazılmış zərfin içərisindəki, 1(bir) ədəd "Aosai" markalı, qara rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri heroin hissəcikləridir. Məhkəmə hesab edir ki, həmin ekspert rəyində yalnız aşkar olunmuş tərəzilərin xüsusatları və üzərindən aşkar edilmiş mikrohissəciklərin göstərildiyi ilə əlaqədar olduğuna, onun ittihamda göstərilən narkotik vasitələrlə hər-hansı birbaşa bağlılığını təsdiq etmədiyinə və tərəzilərin götürülməsi ilə nəticələnmiş axtarış və götürmənin nəticələri yuxarıda şərh edilən əsaslara görə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmadığına görə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut kimi qəbul oluna, eləcə də, təqsirləndirilən şəxsin məhz satış məqsədi ilə üzərindən aşkar olunmuş narkotik vasitəni əldə edib, daşıması və saxlaması qənaətinə gəlmək üçün əsas ola bilməz. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti ilə iş üzrə Təqsirləndirilən şəxs bir sıra ailə üzvləri və qohumlarının məhkəmədə dindirilməsi təmin olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı X10 ifadəsində göstərdi ki, bir neçə gün qaynanasının ağrıları olduğuna görə xx xxxx 2020-ci il tarixdə böyük qaynı Bayram Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin gün baldızları İnarə və Bahar, həmçinin qaynanasının qardaşının nəvəsi Tinay və eltisi Sevda onlarda olmuşdur. Bundan sonra əri Təqsirləndirilən şəxs xəstəxanaya yemək aparmaq qərarına gəlmiş və buna görə də o, yemək bişirmiş, sonra isə özünün xəstə olan atasına baş çəkmək üçün kiçik oğlu ilə birlikdə Mahamalar kəndinə getmişdir. Atasıgilə çatdıqdan təxminən 1-1,5 saat sonra İnarə atasının ***-***-**-** nömrəli telefonuna zəng edərək Vidadinin polis əməkdaşları tərəfindən zorla aparıldığını bildirib, qapıda çox sayda polislər olduğunu demiş və ondan qayıtmağı xahiş etmişdir. Bu zaman o, kiçik oğlunu gəlinigilə qoyub, taksi ilə evə gəlmişdir. O, evlərinə gələndə qonşudakı evədək polis maşınları olduğunu, bir neçə polisin də, maşınların içərisində oturduqlarını görmüşdür. Bu zaman küçədən həyətlərinə olan qapını açmaq istəsə də, polis əməkdaşları onu evə buraxmamış və rəis evdə olduğu üçün həyətin qapısını bağladıqlarını demişlər. O, polislərə evin gəlini olduğunu deyib, evə buraxmağı tələb etsə də, evə buraxılmamışdır. Buna görə o, məcbur olub qaynı Bayramın kirayə yaşadığı qonşuluqdakı evə getmiş, lakin orada da, heç kim olmamışdır. Təxminən 1,5 saat qaynıgildə oturmuş, sonra dözə bilməyib yenidən öz evlərinə doğru gəlmişdir. Evlərinin yaxınlaşan zaman həyətlərindən çox sayda polislərin çıxdığını görmüşdür. Daha sonra o, həyətə girmiş və həyətə girəndə həyətdə hələ də, xeyli sayda polis əməkdaşlarının qaldığını görmüşdür. Bu zaman polislər ona həyətdə daynmağa icazə vermədiklərinə görə o, həyətdəki ikimərtəbəli evlərinin ikinci mərtəbəsinə çıxmışdır. Pilləkənlərlə çıxarkən qaynı Bayramın pilləkəndə dayandığını görmüşdür. Həmin vaxt o, öz otağına daxil olmaq istəmiş lakin bu otaqda da, çox sayda polislərin oturduqlarını müəyyən etmişdir. Daha sonra qaynanasının otağına keçmiş və qayanasının otağında kiçik baldızı İnarənin, böyük baldızı Baharın, 16 yaşlı qızının, 15 yaşlı oğlunun və bir də, qaynanasının qardaşının nəvəsi Tinayın olduqlarını görmüşdür. Polis əməkdaşları onların bayıra çıxmasını qadağan etmiş və həmin gün gecəni polislərin müşayiəti altında bu otaqda qalmışlar. O, polis əməkdaşlarına öz otağından götürəcək əşyası olduğunu dedikdə onu öz otağına girməyə də qoymamışlar və onları qaynanasının otağına salmışlar. Sabahsı gün çəkiliş olan zaman onları aparıb, zirzəmiyə salmışlar. Onlar polis əməkdaşlarından bunun səbəbini soruşduqda bunun səbəbi onlara izah edilməmişdir. Martın 26-sı təxminən saat 1-2 radələrində polis əməkdaşları onların evinə gəlib, çəkiliş edib, çıxıb getmişlər. Bütün bu müddət ərzində evdə nə baş verdiyindən xəbərləri olmamış və ev faktiki olaraq polislərin nəzarətində olmuşdur. Yalnız qaynı Bayram bayırda qalmışdır. Bu müddətdə qaynanası ***-***-**-** nömrəsindən istifadə etmişdir. Əri Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonları olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı X7 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 17.15 radələrində ona anasının xəstə olması və onu xəstəxanaya aparmasına zərurət olması barədə zəng gəlmişdir. Bu zaman o, qardaşı Vidadi ilə əlaqə saxlayıb anasını xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu isə halsız olduğunu bildirib, özünün aparmasını demişdir. O, Vidadinin evinə gəlmiş və Balakəndə karantin olduğu üçün anasını Zaqatalaya xəstəxanaya aparıb, anasını xəstəxanaya yerləşdirib, axşam təxminən saat 19 radələrində qayıtmışdır. Bu zaman Vidadinin evində bacıları Bahar və İnarə ilə yanaşı, qohumları Tinay da və onun arvadı Sevda da, olmuşdur. Qayıtdıqdan sonra o, bacılarına anasını xəstəxanaya yerləşdirdiyini demişdir. Bundan sonra o, telefonla Bakıda yaşayan bacısı ilə danışmış və elə bu vaxt çağıran var deyə küçədən səs gəlmiş, o, kim olduğunu soruşmuş, həmin vaxt Vidadinin maşına basılıb zorla aparıldığını demişlər. Həmin vaxt o, əlindəki telefonu bacısıgilə verib bayıra çıxmışdır. İlk əvvəl o, Vidadinin kiminləsə dalaşması səbəbindən aparıldığını fikirləşsə də, bayıra çıxdıqda qonşuda polislərin olduğunu görmüşdür. Polislər oraya 7-8 maşınla gəlmişlər. Polislər bu zaman onlara tərəf gəlib, ondan “Vidadinin evi buradır?” deyə soruşmuşlar. O, qarşısında dayandığı evin Vidadinin evi olduğunu təsdiqlədikdən sonra, ondan kim olduğu soruşulmuş və o, Vidadinin qardaşı olduğunu bildirmişdir. Bu zaman polislər onu evə itələmişlər. O, bu davranışın səbəbini soruşduqda polislərdən mülki geyimdə olan biri əvvəl onun şəxsiyyəti barədə suallar vermiş, sonra isə onu söyüb-təhqir etmiş və hədələmişdir. O, digər polislərdən həmin şəxsin kim olduğunu soruşmuş, onlar isə həmin şəxsin rəis olduğunu bildirmişlər. Bu zaman onlara heç bir sənəd təqdim edilməmiş, rəis kimi təqdim edilən şəxsin qışqıraraq verdiyi göstərişlərə əsasən polislərin hərəsi evin bir yerinə daxil olmuşdur. Buna görə, o həmin şəxsə yaxınlaşaraq “yoldaş rəis bu axtarışla bağlı nəsə kağız varmı sizdə” deyən zaman həmin vaxt həyətdə it hürürmüş, rəis ona “küçük sənə kağızmı lazımdı, get itini bağla” demiş, əlində tapancasını da, çıxarıb “yeri get itini bağla, bu dəqiqə itinin başına gülləni qoyaram, yerinə də səni bağlayaram” demişdir. O, yenicə cəza çəkib qurtardığına görə çəkilib, qıraqda durmuşdur. Bu vaxt Vidadinin 11-ci sinifdə oxuyan oğlu Şəmsəddin də, onun yanına gəlmiş və polislər onlara nəzarət edərək heç bir yerə getməyə qoymamışlar. Bu zaman hətta polislərdən biri Şəmsəddini qırağa çağırıb, hinə tərəf aparmış, o, polislərin uşağın cibinə nəsə soxduğunu, qulağına əyilib nəsə dediklərini, uşağın nəsə dediyini görmüşdür. Bu zaman rəis də ondan 3 metr o tərəfdə dayanmış, onların uzaqlaşmasına icazə verməmişdir. Həmin vaxt o, telefonla çəkiliş aparmaq istəsə də, icazə verilməmişdir. Polislər həyətdən qadınları aparıb, onun da telefonunu əlindən alıb, bir vaxtı söndürüb, geri vermişlər. Üstündən saat yarım keçdikdən sonra, təxminən saat 23 radələrində polislərdən biri gəlib nə isə tapdıqlarını məruzə etmişdir. Bu zaman rəis ev sakinlərinin harada olduğunu soruşmuş, polislər evdə olduqlarını dedikdə, rəis onlardan iki nəfərini çağırmağı tapşırmışdır. Polislər gedib bacısı Baharla arvadı Sevdanı dəvət etmişlər. Bundan sonra polislər həyətdəki, bayırdan həyətə daxil olduqda sağda yerləşən Vidadinin yaşadığı otağa daxil olmuşlar. Bir qədər sonra onlar, yəni onunla arvadı Sevda və bacısı Bahar da, həmin otağa daxil olmuşlar. Orada rəis və rəis müavinin iştirakı ilə onlara ortada qoyulmuş 16-17 ədəd 16 kalibrli patron, suvenir tapanca, fənər və tir gülləsi olmuşdur. Rəis buna məyus olub “bu nədi zir-zibili yığmısız bura, burda tankdan başqa nələr yatır bilmirsiz, axtarın” deyib, əmri verib, çıxıb getmişdir. Həmin gün gecə polislər ondan gedib qadınlar olan otaqda yatmağı tələb etmiş, o tutulmaqdan ehtiyyatlanaraq həyətdən bayıra çıxıb kənarda gözləmişdir. Polislər onu heç qapının qarşısında da, gözləməyə qoymadığı üçün o bir qədər uzaqlaşmışdır. Evdən nə çıxmışdısa masanın üzərində qalmışdır. Arada o, gödəkçəsini götürmək üçün qayıtmış və bu zaman evin qarşısında 4 avtomobil dayandığını görmüşdür. Bu zaman da, polislər onu oradan qovmuşdur. Həmin axşam o, polislərin hasardan həyətə nə isə atıb “mən atdım sən götür” dediyini eşitmişdir. Sonra polislər bu əşyanı götürüb aparıb evə qoymuşlar. Həmin vaxt həyətdə 20 nəfər, avtomobillərdə isə 8 nəfər polis əməkdaşı olmuşdur. Sabahısı gün, xx xxxx 2020-ci il tarixdə evdə axtarış keçirilmiş və guya evdəki soyuducunun içindən və ya yanından 7 kq narkotik tapılmışdır. Səhər o evə gəlmişdir. İlk əvvəl qapı bağlı olsa da, sonra polislər onu içəriyə buraxaraq bir qədər sonra çəkiliş gələcəyini və onun gizlənməli olduğunu demişlər. Sonra onu zirzəmiyə salmışlar, evin digər sakinləri isə evin pəncərəsi olmayan otağa salınıb, qarşısında iki nəzarətçi qoyulmuşdur. Bu zaman oraya gəlmiş bacısı oğlu və yeznəsi evə girmək istəmiş, lakin polislər onları evə və həyətə buraxmamışlar. Çöldə olanları padvala, evdə olanları isə pəncərəsi olmayan otağa keçirdib, birdən çəkiliş olar deyə qabağına da 2 nəfər nəzarətçi qoyub, onları evdən çıxmağa qoymamışlar. Bütün bu müddət ərzində o, arvadı ***-***-**-** nömrəsindən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilən Təqsirləndirilən şəxs bacıları X8 25-xx.xx.2020-ci il tarixlərdə istifadəsində olan mobil telefon nömrəsi barədə məlumat vermədən, X4 istifadəsində ***-***-**-** nömrəsinin olmasını, qardaşı arvadı X15 istifadəsindən ***-***-**-** nömrəsinin və qohumları X12 istifadəsində ***- ***-**-** nömrəsinin olmasını qeyd etməklə X3 və X2 ifadələrinə oxşar ifadələr verdilər. Göründüyü kimi, müdafiə tərəfinin şahidləri əsasən təqsirləndirilən şəxsin məhz xx xxxx 2020-ci il tarixdə faktiki tutulması və bundan bir neçə saat sonra üzərinə baxış keçirilməsinə, habelə xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxsin ailə üzvləri ilə birlikdə yaşadığı və baxış keçirilərkən orada ciddi qanun pozuntularına yol verildiyinə məhkəməni inandırmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin evində axtarış keçirilməsi zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham çərçivəsində məhkəmə hüquqi mövqeyini yuxarıda göstərmişdir. Təqsirləndirilən şəxsin 26 deyil, məhz xx xxxx 2020-ci il tarixdə tutulması isə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunduğuna görə bu xüsusatla əlaqədar istər təqsirləndirilən şəxsin, istərsə də, onun ailə üzvləri və qohumları olan şahidlərin göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanmasının - tutulmasının xx xxxx 2020-ci il tarixdə baş verməsinə dair çoxsaylı sənədlərin olması, vəkilin iştirakı ilə istintaq və prosessual hərkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması, eləcə də, ibtidai istintaq dövründə müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il deyil xx xxxx 2020-ci ildə tutulmasına dair xüsusata istinad etməməsi müdafiə tərəfindən bu xüsusatı əsassız mübahisələndirdiyini və təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmağa yönəldiyini bir daha təsdiq edir. Məhkəmə xüsusilə nəzərə alır ki, “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli 17968 nömrəli, “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli BKC/LGL-22627/20 saylı və “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli AZF/LGL-13525/20 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, şahid Sevinc Əmraliyevanın atasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2020-ci il tarixdə saat 00:00 dan xx.xx.2020-ci il saat 21:52-dək Balakən rayonu Mahamalar kəndində yerləşən antenlər vasitəsi ilə istifadə edildiyi və yalnız xx.xx.2020-ci il tarixdə saat 12:09-da 21 saniyə ünvan 2 ünvanında yerləşən antenin əhatəsində istifadə edilmişdir. Həmin nömrə ilə yaradılmış əlaqələrin təhlili isə onu göstərir ki, 24-xx.xx.2020-ci il tarixlərdə bu nömrə ilə təqsirləmndirilən şəxsin bacısı İnarə Süleymanovanın ***-***-**-** nömrələri arasında əlaqə olmamışdır. Təqsirləndirilən şəxsin bacısı X1 ***-***-**-** nömrəsi xx.xx.2020-ci il saat 00:00dən xx.xx.2020-ci il saat 11:09-dək Zaqatala rayonu Qımır kəndi ərazisində, xx.xx.2020-ci il saat 13.30-dan günün sonunandək isə Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən antenin əhatə dairəsində istifadə olunmuşdur. Məhkəmə qeyd edir ki, İ.Sülemanovanın telefonunun istifadə edildiyi Zaqatala rayonu Qımır kəndi ilə ünvan 4 ünvanı arasında 30 kilometrdən artıq məsafə olduğuna görə İ.Süleymanovanın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il saat 11:09-dək təqsirləndirilən şəxsin evində olması qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən 24-xx.xx.2020-ci il tarixlərdə İnarə Süleymanovanın mobil telefonundan Sevinc Əmraliyevanın atasının nömrəsi arasında əlaqənin olmaması, habelə sonuncun İ.Süleymanovanın 25-xx.xx.2020-ci il tarixlər ərzində onların yaşadıqları evdə olmasını təkidlə göstərməsi istər Sevinc Əmraliyevanın istərsə də, İnarə Süleymanovanın ifadlərini həqiqəti əks etdirdiyi qənaətinə gəlməyi və beləliklə də, həmin ifadələrin mötəbər sübut kimi qəbul olunmasını istisna edir. Bununla yanaşı məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş - təqsirləndirilən şəxsin qohumu olan X5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə bağlı “xxxx” MMC-dən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, həmin nömrə xx.xx.2020-ci il saat 11:08-dən xx.xx.2020-ci il saat 09.12-dək Balakən şəhərindən 10 kilometrdən artıq məasafədə olan Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində, həmin gün saat 11:07-dən saat 21.03-dək ünvan 3 ünvanında yerləşən antenlərin əhatə dairəsində istifadə edilməsi müəyyən edilmişdir ki, bu da, sonuncunun xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxsin yaşadığı evdə olması qənaətinə gəlməyi də, istisna edir. Göstərilənlər müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin ailə üzvləri və qohumları olan bütün şahidlərin ifadələrində T.Xattayevanın xx.xx.2020-ci il tarixdə məhz Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evdə olması və xx.xx.2020-ci il tarixədək orada davamlı qalmasını göstərdiklərinə görə həmin şahidlərin ifadələrinin doğruluğu şübhə altına düşür. Beləliklə məhkəmə hesab edir ki, müdafiə tərəfinin vəsatəti ilə şahid qidmində ifadə vermiş həmin şəxslərin ifadələri mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutların məcmususu ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmış, daşımış və saxlamış, habelə qəsdən qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, o, müəyyən olunmamış mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 115,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtда və mənbədən qəsdən, qanunsuz olaraq əldə etmiş olduğu tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 220 mm olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əynində olan gödəkçənin sol iç cibində qəsdən, qanunsuz olaraq, gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol iç cibindən həmin kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan xəncər aşkar edilərək götürülmüşdür. Bu nəticəyə gələrkən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində 2 ayrı-ayrı bükümdə narkotik vasitə olan marixuanının aşkar olunması onun həmin narkotiki satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə edib, daşıması və saxlaması qənaətinə gəlməyə əsas vermir. Çünki, bir tərəfdən onun bu üzərindən aşkar olunmuş narkotiki satış məqsədi ilə əldə edib, daşımasını və saxlamasını təsdiq edən hal və ya sübut müəyyən olunmamış və hətta bu halın müəyyən edilməsi məqsədi ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmiş, digər tərəfdən isə onun narkomaniyadan əziyyət çəkməsi bir daha şəxsi istehlak məqsədi ilə həmin əməli törətməsinə dair gəlinən nəticənin əsaslı olduğunu göstərir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında əks etdirdiyi həmin mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələri onun satış məqsədi ilə əldə etməsinə dəlalət edən hər-hansı hal olmadığı müəyyənləşdiyinə görə məhkəmə hesab edir ki, hazırda gəlinən nəticə Ali Məhkəmənin tövsiyyələrinə də, uyğundur. Odur ki, Təqsirləndirilən şəxs məhz CM-nin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirildiyindən o, CM-nin həmin maddəlləri ilə məhkum edilməlidir. Ona irəli sürülümüş ittihaməın digər hissəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təsirliliyi sübuta yetmətdiyinə görə həmin hissədə gpöstərilən əməlləri törətməkdə təəqsirli bilinməməli və buna görə məhkum olunmamalıdır. Məhkəmə hesab edir ki, belə olan halda V.Əmrəliyevə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsassız olaraq daxil edilmiş bir sıra ifadələr çıxarılmalı- xaric edilməlidir. Çünki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittham belədir ki, o, satış məqsədi ilə, qəsdən qanunsuz olaraq, külli miqdarda narkotik vasitə əldə etmə, daşıma,saxlama və qəsdən, qanunsuz olaraq soyuq silah əldə eтмя вя gəzdirmя ъинайят ямяlлərини тюрятмişdir. Belə ki, o, 2017-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə tapmış olduğu çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkib becərərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini 2018-ci ilin avqust ayında toplayıb qurudaraq satış məqsədi ilə, qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 7 kq 165,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə və üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkcənin sol iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Balakən rayon məhkəməsinin həmin tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında (məhkəmə qərarında və axtarış protokolunda Qullar kəndi qeyd edilmiş) yerləşən evində, evin həyətyanı sahəsində və həyətyanı sahəsində yerləşən tikililərdə axtarış aparılan zaman yaşadığı evin otağından 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram ümumilikdə külli miqdarda yəni 7 kq 165,54 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtда və mənbədən qəsdın, ганунсуз olaraq əldə etmiş olduğu tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 220 mm olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əynində olan gödəkçənin sol iç cibində qəsdən, qanunsuz olaraq, gəzdirмиш, xx xxxx 2020ci il tarixdə saat 2 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol iç cibindən həmin kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan xəncər aşkar edilərək götürülmüşdür. Məhkəmə həmin ittihamdan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlamasında satış məqsədi olmasına dair ifadəsi satış məqsədi olmadan ifadəsi ilə əvəz edilməklə, habelə ondan aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisinin 7 kq 165,54 qram olmasına, eləcə də, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Balakən rayon məhkəməsinin həmin tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında (məhkəmə qərarında və axtarış protokolunda Qullar kəndi qeyd edilmiş) yerləşən evində, evin həyətyanı sahəsində və həyətyanı sahəsində yerləşən tikililərdə axtarış aparılan zaman yaşadığı evin otağından 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram ümumilikdə külli miqdarda yəni 7 kq 165,54 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsinə dair ifadələri çıxarır - xaric edir. Göstərilənlərdən əlavə məhkəmə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı təhlil edərkən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda onun 2017ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə tapmış olduğu çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkib becərərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini 2018-ci ilin avqust ayında toplayıb qurutmasına dair göstərilənlər bir tərəfdən təsdiq edilmiş, digər tərəfdən isə əsassız olaraq təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırmağa xidmət edir. Belə ki, ibtidai istintaq orqanı bu qənaətə yalnız məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxsin dindirilməsinə dair protokollarda göstərilən xüsusatlara əsaslansa da, bu protokollarda narkotikin mənbəyi ilə bağlı göstərilən həmin xüsusatlar da, digər sübutlarla təsdiq edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda onun 2017-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə tapmış olduğu çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkib becərərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini 2018-ci ilin avqust ayında toplayıb qurutmasına dair göstərilən ifadələr, müəyyən olunmamış mənbədən ifadələri ilə əvəz edilməklə ona irəli sürülmüş ittihamdan çıxarılır - xaric edilir. Bundan əlavə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun üzərindən və evindən aşkar edilmiş qurudulmuş marixuananın külli miqdarda olduğu göstərilsə də, məhkəmənin gəlidiyi qənaətə görə ondan aşkar edilmiş qurudulmuş marixuananın 115,54 qram olmasına, habelə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıya əsasən qurudulmuş marixuananın külli miqdar kimi qəbul edilməsi üçün çəkisinin ən azı 500 qram olması tələb olunduğuna görə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “külli miqdarda” ifadəsi də, məhkəmə tərəfindən çıxarılır - xaric edilir. Yekun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilməlidir ki, o, satış məqsədi olmadan qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamış, habelə qəsdən qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmişdir. Belə ki, o, müəyyən olunmamış mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 115,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Bundan başqa o, istintaqa məlum olmayan vaxtда və mənbədən qəsdən, qanunsuz olaraq əldə etmiş olduğu tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 220 mm olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əynində olan gödəkçənin sol iç cibində qəsdən, qanunsuz olaraq, gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 2 radələrində Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol iç cibindən həmin kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan xəncər aşkar edilərək götürülmüşdür. Bununla da, V.Əmaliyev, CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/361 nömrəli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş 19 ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz(hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, karteç və güllə ilə təhciz olunmuş patronlardır, istifadəyə yararlıdır, tədqiqata dəmir qabda təqdim edilmiş predmetlər 4,5 kalibrli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tüfənglərdə istifadə olunan güllələrdir, istifadəyə yararlıdır, döyüş sursatı hesab olunmurlar, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış suvenirdir, odlu, qaz və pnevmatik silah hesab edilmir, konstruksiyasına əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X22 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/362 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, küstur üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2002-ci il tarxli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyətnin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası xx.xx.2011-ci il tarixli 106-İVQ nömrəli Qanununa və həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamna əsasən şəhər ərazisinin genişlənməsi ilə bağlı olaraq əvvəl ünvan 5 ərazi dairəsinin tərkibində olmuş ünvan 2012-ci ildən ünvan 4 saylı ev kimi qeydiyyaa alınmışdır. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyətnin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 saylı evdə yaşayır və himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyətnin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin idarəyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Yekun olaraq məhkəmə hesab edir ki, CPM-nin 318.1 və 351.2-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin CM-nin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmiş hesab edilməli və onun əməli CM-nin 234.1 və 228.4-cü maddələrinə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinib məhkum edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən və təyin edilən cəzanın həcmini müzakirə edərkən CM-nin 60-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə və ya ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların və ya daha yüngül cəzanın, habelə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də, az müddətdə cəza tətbiq ediləcəyi halda onun islah olunacağı və cəzanın digər məqsədlərinə nail olunacağı qənaətinə gəlmək üçün zəruri hallar müəyyən olunmadığına, digər tərəfdən isə bunun üçün qanuni əsas və qanunla müəyyən edilmiş zəruri şərtlər mövcud olmadığına görə, təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və onun bu cəzanı real çəkməsi təmin edilməlidir. Odur ki, təqsirəndirilən şəxs təqsirli bilindiyi CM-nin hər iki maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunan cəzaların qismən toplanması yolu ilə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, ona təyin ediləcək cəzanın baaşlanğıcı tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, habelə ona cəza çəkdiyi dövrdə narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. İş üzrə maddi sübut olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 115,34 qram olan narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 7 kq 49,60 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, 2 ədəd elektron tərəzi və 2 ədəd kağız bükümlər, habelə iş üzrə götürülmüş ümumi təmiz çəkisi 5,27 qram və 104,17 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları onların mənbəsinin müəyyən olunması məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilən “Cinayət haqqında məlumatın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əlavə edilməli və qərar əsasında aparılan araşdırmanın nəticəsi olaraq bu maddi sübutlarla bağlı Qanunvericiliyin tələblərinə uyğun qaydada yekun qərar qəbul edilməsi təmin olunmalıdır. İş üzrə maddi sübut olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanıla bir ədəd xəncər məhv edilməlidir. İş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd videokameranın, 1 ədəd uzaqgörmə cihazının, 1 ədəd bıçağınn, 1 ədəd suvenir tapancanın 1 ədəd fənərin Təqsirləndirilən şəxs anası X16 təhvil verilmıəsi nəzərə alınmalıdır. İş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd avtomobil dövlət qeydiyyat nişanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X28 təhvil verilməlidir. İş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd ov bıçağı və 19 ədəd 16 kalibrli patronlar, 4,5 kalibrli, təlim-məşq təyinatlı pnevmatik tüfəng güllələri “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayyət edilməklə sahibinə qaytarılsın, bu mümkün olmadıqda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə məsrəfləri olaraq təqsirləndirildiyi şəxsin təqsirli bilindiyi əməllərin araşdırılması ilə əlaqədar keçirilmiş ekspertizalara görə 178,83 (yüz yetmiş səkkiz manat səksən üç qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə digər ekspertizaların predmeti olmuş narkotik vasitələrlə bağlı təqsirləndirilən şəxs təqsirli bilinmədiyinə görə, həmin xərclər ondan tutulmamalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə 6(altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1(bir) il 9(doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Əmraliyev Vidadi Şəmsəddin oğluna təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 2(iki) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Əmraliyev Vidadi Şəmsəddin oğlu cəza çəkdiyi dövrdə barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 115,34 qram olan narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 7 kq 49,6 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, 2 ədəd elektron tərəzi və 2 ədəd kağız bükümlər habelə iş üzrə götürülmüş ümumi təmiz çəkisi 5,27 qram və 104,17 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları onların mənbəsinin müəyyən olunması məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilən “Cinayət haqqında məlumatın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əlavə edilsin və qərar əsasında aparılan araşdırmanın nəticəsi olaraq bu maddi sübutlarla bağlı Qanunvericiliyin tələblərinə uyğun qaydada yekun qərar qəbul edilməsi təmin olunsun. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanıla 1 ədəd xəncər məhv edilsin. İş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd videokameranın, 1 ədəd uzaq görmə cihazının, 1 ədəd bıçağınn, 1 ədəd suvenir tapancanın 1 ədəd fənərin X16 təhvil verilməsi nəzərə alınsın. İş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd avtomobil dövlət qeydiyyat nişanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X28 təhvil verilsin. İş üzrə götürülmüş Balakən Rayon Polis Şöbəsinndə saxlanılan 1 ədəd ov bıçağı və 19 ədəd 16 kalibrli patronlar, 4,5 kalibrli, təlim-məşq təyinatlı pnevmatik tüfəng güllələri “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayyət edilməklə sahibinə qaytarılsın, bu mümkün olmadıqda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - 178,83(yüz tetmiş səkkiz manat səksən üç qəpik) ekpertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu vaxtdan (Əmraliyev Vidadi Şəmsəddin oğlu isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X26 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar “Əsli ilə düzdür" Sədrlik edən Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(091)-19/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-19/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver