Məhkəmə qərarları › İş №1(091)-19/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-19/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-19/2022 27.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X2 iştirakı ilə, xx xxxxxx 1963-cü il tarixdə Ağsu rayonu Külüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər avtomobil təmiri ustası işləmiş, hazırda işsiz, evli, Ağsu rayonu, Külüllü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ağsu şəhəri, H.Əliyev prospekti 60 ünvanında yaşayan dul bacısı Şahid5 Qəmbər qızı və ünvan 2 ünvanında yaşamış X11 arasında yaxın münasibətlərin olmasından şübhələnərək oğlu Şahid9la birlikdə işlədiyi Bakı-Şamaxı- Yevlax yolunun 157-ci km-də, Ağsu rayonu ərazisində. Ağsu çayının üzərindən keçən körpünün sağ kənarında yerləşən avtomobil təmiri sexindən 18.06.2015-ci il tarixdə, saat 21-22 radələrində tək çıxıb bacısı Şahid5 evinə gedərkən, sonuncunun həyətyanı sahəsinin hasarına bitişik olan "Köhnə dəyirman" adlanan istifadəsiz, kol-kosla örtülü, içərisində hündür ağaclar olan bir tərəfi Ağsu çayına kimi uzanan, yaşayış evləri mövcud olmayan torpaq sahəsinin yol istiqamətindəki giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri keçib bacısı evinin həyətinin həmin torpaq sahəsi ilə ümumi hasarına yaxın yerdə, əncir ağacının altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb ona yaxınlaşaraq axşam saatlarında sonuncunun onun bacısı Şahid5 ilə qeyri-rəsmi yaxın münasibətlərinin olmasına dair özündə əminlik yaratdıqdan sonra qısqanclıq motivi ilə sonuncunu öldürmək qərarına gəlib, əvvəlcə Sahib Babayevlə mübahisə edərək axşam saatlarında bacısının evinin yaxınlığında gözləməsinin və ora gəlməsinin səbəblərini soruşmuş, sonuncunun cavablarının ağlabatan olmamasını fikirləşərək onun sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, Sahib Babayevin başının həmin yerdə yerləşən mişar daşlarından tikilmiş Şahid5 həyətyanı sahəsindəki hamamın daş hasarına dəyməsini, yerdə yanı üstə hasara söykənməklə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün mübahisə etdiyi yerin yaxınlığında yerdə "Ot kipi” bağlamaq üçün istifadə olunan 1 metrdən artıq ölçüdə sintetik ipi götürərək Sahib Babayevin arxa tərəfinə keçərək əlindəki ipi sonuncunun boğaz nahiyəsinə keçirib hər iki əli ilə ipi özünə tərəf bir neçə dəqiqə dartıb saxlamaqla sonuncuya boyun orqanlarının ilgəklə sıxılmasından baş verən mexaniki asfiksiya nəticəsində boyun dərisində stanqulyasiya şırımı, dilaltı sümüyün sınığı və boyun əzələlərinin qansızmaları ilə. eləcə də döş qəfəsinin sağdan 4-cü qabırğasının qapalı tam sınığı ilə müşayət olunan ağır bədən xəsarətlər yetirməklə, X8 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, X34n ölümü ilə heç bir əlaqəsi olmamış, Sahib Babayevi itkin düşməmişdən 10-15 gün əvvəl görmüş, onunla normal münasibəti olmuşdur. İbtidai istintaq zamanı inzibati qaydada məhkəmə qərarı ilə həbs olunduqdan sonra Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılmış və orada saxlanılaraq işgəncəyə, təsir və təzyiqə məruz qalmış, eyni zamanda oğlu Şahid9 da həmin idarəyə gətirilmiş və oğluna deyilmişdir ki, əgər atan Təqsirləndirilən şəxs cinayəti boynuna almasa onda sənə çox pis olacaqdır. Belə olub törətmədiyi cinayəti etiraf etməyə məcbur qalmışdır. İfadəsi hadisə yerində yoxlanılarkən də müstəntiqin istiqaməti üzrə ifadə vermiş, əslində isə onun qeyd edilən cinayətlə heç bir əlaqəsi olmamışdır. Onun həmin vaxt ifadəsində göstərdiyi hərəkətləri etməsi qeyrimümkün olmuş, çünki həmin vaxt qabırğası sınıq olduğundan düz əməlli hərəkət edə bilməmişdir. Ona görə də, onun mərhumu sellofan torbaya qoyub daşıması barədə ifadəsi həqiqəti əks etdirməmişdir. Odur ki, qeyd olunanlara əsasən barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında, o cümlədən ifadəsinin hadisə yerində yoxlanması zamanı verdiyi ifadəsi ilə ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadələrində göstərmişdir ki, 1981-1983-cü ildə Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən Daxili qoşunlarda hərbi xidmət etmiş, türmələrin mühafizəsində əsgər kimi postlara çıxırmışdır. 1983-1985-ci illərdə Kazaxıstan Respublikası Stepnaqorski şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsində nazor işləmişdir. O, xidmətdən imtina etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilərək 1985-ci ildə Qazaxıstan Respublikasında hərbi tribunal tərəfindən məhkum edilmişdir. Bundan sonra o, işdən azad edilmişdir. 1988-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş, birgə nigahlarından 2 övladı vardır. Qızı Şəqanə ailəsi ilə birlikdə Ağsu şəhərində, oğlu Zahid isə ailəsi ilə birlikdə onların yanında yaşayır. Tarixini dəqiq xatırlamır, lakin 90-cı illərdə oğurluq cinayətinə görə məhkum edilmiş, şərti cəza almışdır. 1998-ci ilin noyabr ayında Rusiya Federasiyasının Surqut şəhərinə getmiş, orada 17 il yaşadıqdan sonra 2015-ci ilin mart ayında Ağsu rayonuna qayıtmışdır. Surqut şəhərində avtomobil təmiri sexlərində rəngsaz işləmişdir. Oğlu Şahid9 2011-ci ildə Rusiya Federasiyasının Surqut şəhərinə gəlib onunla işləyərkən avtomobillə nəqliyyat hadisəsi törətdiyi üçün 2014-cü ildə Rusiya Federasiyasından deportasiya edilmişdir. O, Rusiyada şəxsiyyətini təsdiq edən sənədləri olmadan 17 il müddətinə yaşamışdır. Tarixini dəqiq xatırlamır, təxminən 2001-ci ildə SSRİ-ə aid pasportdan istifadə etməklə bir dəfə Ağsu rayonuna gəlmiş, 2014-cü ilin oktyabr ayında atası Qəmbər Gözəlov vəfat etdikdən sonra Ağsu rayonuna geri qayıtmağı qərarlaşdırmışdır. Svedlovski şəhərində yerləşən Azərbaycan Respublikasının Konsulluğundan aldığı arayışdan istifadə etməklə Ağsu rayonuna gəlmişdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşı olsa da, şəxsiyyət vəsiqəsi almamışdır. 2015-ci ilin mart ayında Ağsu rayonuna qayıtdıqdan sonra həmin rayonun Külüllü kəndində yaşamışdır. Həmin kənd Ağsu şəhərindən 20 km aralıda, İsmayıllı rayonu istiqamətində yerləşir. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra oğlu Şahid9 Ağsu şəhərində, Ağsu çayının üzərində yerləşən körpünün yaxınlığındakı avtomobil təmiri sexində rəngsaz işləmişdir. Həmin obyekt Xanqulu adlı şəxsə məxsus olmuş, Şahid9 da icarəyə götürüb orada dəmirçi və rəngsaz işləmişdir. Həmin avtomobil sexində onlardan başqa kənar şəxslər işləməmişdir. Obyektin qonşuluğunda avtomobil yuma yeri olmuş, həmin avtomobil yuma yerini Rizvan adlı şəxs işlətmişdir. O, oğlu Şahid9la birlikdə həmin avtomobil sexində 2016-cı ilin payız aylarına qədər işləmiş, obyektin icarə pulunu ödəyə bilmədiyi üçün sexi təhvil vermişdir. 2015-ci ilin mart ayından 2016-cı ilin payız aylarına qədər Ağsu şəhərində yerləşən avtomobil sexində işlədiyi müddətdə gündəlik Külüllü kəndindən Ağsu şəhərinə gedib-gəlməkdə çətinlik çəkdiyi üçün Ağsu şəhəri, Şakir Şahbazov küçəsi, ev 12-də kirayədə yaşamışlar. Həmin ev bacısı Şahid5 Ağsu şəhəri H.Əİiyev küçəsində yerləşən evinin yaxınlığında yerləşmişdir. O, oğlu Şahid9la birlikdə hər gün saat 09 radələrində işə gedib saat 20-21 radələrinə qədər işləmişdir. 2015-ci ilin mart ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra ağ-boz rəngli 2106 markalı, dövlət qeydiyyat nişanlı avtomobil almış və 2017-ci ildə tanımadığı şəxsə satmışlar. Onun sürücülük vəsiqəsi olmasa da, bəzi vaxtlarda həmin avtomobili sürmüşdür. Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən kirayədə qaldığı evi geri qaytarmışlar. Onların Külüllü kəndində hər hansı təsərrüfatı olmamışdır. 2015-ci ilin may ayının sonlarında Külüllü kəndində qardaşı Seymur Gözəlovun ot preslərinin yığılmasına köməklik edərkən yıxılmış və bel nahiyəsindən xəsarət almışdır. Ağsu rayon xəstəxanasına müraciət edib tibbi müayinədən keçmiş, hər hansı qabırğa sınığı və daxili orqanların zədələnməsi aşkar edilmədiyi üçün ambulator müayinə edilib evə buraxılmışdır. 2015-ci ilin mart ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra X33 şəhər sakini kimi tanımış, sonuncu ilə onun arasında heç bir ədavət və düşmənçilik olmamışdır. X37 çayının digər sahilində yerləşən özünə məxsus avtomobil yuma yerində oğlu Şahid1lə birlikdə işləmişdir. X28 və ailə üzvləri arasında hər hansı yaxın münasibət eləcə də, hər hansı telefon əlaqəsi olmamışdır. X21 Mehdiyeva və Şahid7lə yaxşı münasibətləri olmuş, mütəmadi telefon əlaqəsi saxlamışlar. Tarixini dəqiq xatırlamır, lakin bacısı Şahid5 əri Nizami vəfat etdikdən sonra oğlu Şahid7lə birlikdə Külüllü kəndindən Ağsu şəhəri H.Əİiyev küçəsində yerləşən və hazırda yaşadığı evə köçmüşdür. Şahid5 Ağsu RMX-nın morqunda tibb bacısı işləyir. Şahid7 isə yaz-yay aylarında Sabirabad rayonunda icarəyə torpaq sahəsi götürüb qarpız əkir və yetişdirdiyi qarpızları müxtəlif yerlərdə satır. O, X21 Mehdiyeva ilə tez-tez görüşüb intim münasibətdə olmasını hiss etdiyi üçün sonuncuları izləməyə başlamış, sonradan Sahib Babayev və Şahid5 arasında yaxın münasibətlərin olmasına əmin olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, 18.06.2015-ci il tarixdə, günün ikinci yarısında Ağsu rayonu Külüllü kəndindən Ağsu şəhərinə gəlmiş, həmin gün, axşam saatlarında piyada bacısı Şahid5 evinə getmişdir. Həmin gün bacısı Şahid5 Ağsu şəhərindən Bakı şəhərinə gedib kredit götürərək qızına vermiş, daha sonra geri qayıtmışdır. Bacısı Şahid5 onunla telefon vasitəsi ilə danışarkən “Bakıya gedirəm, axşama qayıdıb gələcəm” demişdir. Həmin gün, axşam saat 21 radələrində bacısı Şahid5 evinə gəlib açıq vəziyyətdə olan qapıdan həyətə keçmiş və sonuncu ilə həyətdə 15-20 dəqiqə söhbət etmişdir. Şahid5 Bakı şəhərinə gedib-gəlməyindən danışmış, daha sonra Sahib Babayevlə telefon vasitəsi ilə danışığını bildirmişdir. O, bu söhbətdən sonra sağollaşıb kirayədə qaldığı evə getmişdir. Sahib Babayev və Şahid5 telefonla danışdıqlarına görə qısqanıb 18.06.2015-ci il tarixdə gecə vaxtı, saat 22 radələrində sonuncunun evlərinin qarşısına gələrək, küçə tərəfdən hasarın açıq yerindən “Köhnə dəyirman”ın ərazisinə keçib Şahid5 hamamlarının arxa divarının sonuna gəlmiş və orada dəyirmanın ərazisində bitmiş “Əncir” ağacının altında, daşın üzərində oturmuş vəziyyətdə Sahib Babayevi görmüşdür. Sahib Babayevdən “Burda nə gəzirsən, neynirsən?” soruşub sonuncuya bir sillə vurmuşdur. Sahib Babayevlə bir qədər söhbət etdikdən sonra “Nə gəzirsən, nəyə gəlmisən” deyib sonuncuya yenə bir sillə vurmuş, həmin vaxt Sahib Babayevin başı hasara dəydiyi üçün sonuncunun ağlı başından çıxmış və daşın üstündən oturmuşdur. Onlar arasında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş və həmin mübahisəni kənar şəxslər eşitməmişdir. X34 öldürmək fikri olmamış, lakin qayıdıb getmək istəyərkən hasarın yaxınlığında, yerdə atılmış vəziyyətdə olan “Press” ipini görüb götürmüş və Sahib Babayevə tərəf getmişdir. O, Sahib Babayevin arxa tərəfinə keçib ipin hər iki kənarlarından tutub orta hissəsini Sahib Babayevin boğaz nahiyəsinə salmış, daha sonra sol dizini sonuncunun kürək nahiyəsinə dirəyib həmin ipi Sahibin boğazında öndən arxaya doğru çəkib təxminən 3-4 dəqiqə sıxılı vəziyyətdə saxlamışdır. Sahib Babayevin hərəkətsiz olduğunu görüb ipin sıxılmasını boşaltmış, Sahib Babayev isə oturmuş vəziyyətdə bir qədər önə doğru əyilib hərəkətsiz qalmışdır. O, ipi Sahib Babayevin yanına atıb oranı tərk edərək evlərinə getmişdir. Sahib Babayevi “Köhnə Dəyirman”ın ərazisində qəsdən öldürdükdən bir neçə gün sonra, təxminən 2018-ci ilin iyun ayının sonlarında həmin ərazinin qonşuluğunda yaşayan bacısı Şahid5 və həmin ətrafda yaşayan şəxslərdən “Köhnə Dəyirman”ın ərazisindən kəskin qoxu gəldiyini eşitmiş, həmin qoxunun öldürdüyü Sahib Babayevin meyitindən gəlməsini, sonuncunun meyitinin oradan aşkar edildiyi halda, bacısı Şahid5 insanlar arasında biabır olacağını, eləcə də hamının diqqətinin onların üzərinə gələcəyini fikirləmişdir. Ona görə də Sahib Babayevin meyitini bacısı Şahid5 evinin yaxınlığından uzaqlaşdırmaq və cinayətin onun tərəfindən törədilməsini gizlətmək məqsədi ilə Sahib Babayevin meyitini cığalaya büküb torbaya salmaq və aparıb çay dərəsinə atmaq qərarına gəlmişdir. Bu məqsədlə hadisədən bir neçə gün sonra, gecə saatlarında işlədiyi avtomobil təmiri sexinə getmiş, oradan çığala və əlcək götürüb “Köhnə Dəyirman”ın ərazisinə gəlmişdir. O, Sahib Babayevi cığalaya bükmüş, daha sonra zibillikdən götürdüyü un torbasına qoyub sürüyərək giriş hissəsinin yaxınlığına gətirib qoymuşdur. Növbəti gün, vaxtını dəqiq xatırlamır, lakin saat 6-7 radələrində, yuxudan oyanıb paltarlarını geyinmiş, həmin vaxt oğlu Şahid9 yatmış, arvadı Kütahi isə oyanmışdır. Kütahi ondan hara getdiyini soruşduqda, o işinin olduğunu, sexə dəyib qayıdacağını bildirmişdir. O, evin giriş qapısı tərəfdə olan pəncərənin çərçivəsinə vurulmuş mismardan asılmış açarı götürmüş və oğlunun idarə etdiyi “Vaz 2106” markalı, nömrəsini xatırlamadığı avtomobili sürüb dərimanın ərazisinə getmiş, meyiti ordan çıxararaq avtomobilinin baqajına qoyub oğlu işlədikləri sexin yanına aparmışdır. Meyitin olduğu torbanı baqajdan çıxararaq, sürüyüb aparıb sexdən təxminən 150 metr aralı çay kənarına atdıqdan sonra avtomobillə evə qayıtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadələrində bildirmişdir ki, hadisə baş verən ərəfədə Sahib Babayevin əynində qara rəngli şalvar, qara rəngli ayaqqabı, yarımqol köynək olmuş, xatırladığına görə “Qolu kəsik rubaşka, dama-damalı, göy rəngli kletkalı” olmuşdur. Həmin vaxt onun əyində yay paltarları- şalvar və teniska olmuş, lakin üzərindən uzun zaman keçdiyi üçün həmin paltarların harada olmasını xatırlamır. Sahib Babayevi boğub öldürərkən istifadə etdiyi ipot kiplərinin bağlanmasında istifadə edilən ağ rəngli, təxminən 1 metr- 1 metr 10 sm uzunluqda “Press” ipi olmaqla üzərində bir neçə ədəd düyün olmuşdur. Bununla belə, dindirmə istintaq hərəkəti zamanı sellefona bükülüb torbaya salınaraq çay kənarına atılmış Sahib Babayevin meyitinin aşkar edildiyi yerdən, meyitin yanından götürülmüş 2 ədəd 106 sm və 127 sm ölçüdə ip Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin iplərlə tanış olduqdan sonra bildirmişdir ki, təqdim edilmiş 106 sm ölçüdə olan ipdən Sahib Babayevi boğub öldürərkən istifadə etmiş, həmin ip “Köhnə Dəyirman”ın ərazisində yerə atılmış vəziyyətdə olmuş və cinayətin törədilməsində istifadə etmək üçün onun tərəfindən yerdən götürülmüşdür. 127 sm ölçüdə olan ipi isə “Köhnə Dəyirman”ın ərazisindən götürmüş və Sahib Babayevin meyitini sellefona büküb un torbasına saldıqdan sonra torbanın ağzını bağlamaq üçün istifadə etmişdir. Bundan başqa, dindirmə istintaq hərəkəti zamanı torbaya salınaraq çay kənarına atılmış Sahib Babayevin meyitinin büküldüyü 1 ədəd sellefon Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu həmin sellefonla tanış olaraq bildirmişdir ki, Həmin cığala onun tərəfindən işlədiyi avtomobil təmiri sexindən götürülmüş və Sahib Babayevin meyiti həmin cığalaya bükülmüşdür. Avtomobil təmiri sexinin iki açarı olmuş, həmin açarlardan biri onda, digəri oğlu Şahid9 olmuşdur. Onun sexdən çığala götürdüyünü oğlu Şahid9 bilməmişdir. Meyit çay kənarında tapıldıqdan sonra, Şahid9 ona sexdə cığalanın olmadığını demiş, o, Şahid9 ondan şübhələndiyini hiss etmiş, yalandan sexdən cığala götürmədiyini demişdir. Dindirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş 1 ədəd torba ilə tanış olduqdan sonra bildirmişdir ki, həmin torba Sahib Babayevin meyitinin daşınması zamanı onun tərəfindən istifadə edilmişdir. “Köhnə Dəyirman”ın ərazisinə giriş hissədə qoyulmuş zibil qablarının yanından həmin torbanı götürmüşdür. Torbanın içərisində xatırlamadığı həcmdə zibil olmuş, həmin zibili boşaldıb torbanı götürərək dəyirmanın dəmir hasarının aralı hissəsindən içəri keçmiş və Sahib Babayevin meyitinin olduğu yerə getmişdir. Bacısı Şahid5 evlərinin gündəlik məişət zibillərini həmin zibil qablarına atdığı üçün Sahib Babayevin meyitinin içərisinə salınmış torbanın Xalidəgilə məxsus olmasını və həmin torbada zibil atdıqlarını fikirləşmişdir. Lakin X34 öldürməyindən bacısı Şahid5 və digərlərinin məlumatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “Köhnə Dəyirman”ın ərazisi ağac, kolkosla əhatələnmiş olsa da, orada piyada hərəkət etmək mümkün olmuş, çay kənarından dəyirmanın ərazisinə gəlmək üçün cığır olmuşdur. Sahib Babayevin dəyirmanın ərazisinə çay tərəfdən cığırla gəldiyini fikirləşmişdir. Bacısı Şahid5 həyətini dəyirmanın ərazisindən dəmir vərəqlərdən çəkilmiş hasar ayırmış, dəmir vərəqlər dəmir dirəklərə məftil ilə bağlanmış, lazım olduqda həmin məftilləri açıb həyətə girmək mümkün olmuşdur. O, Sahibi öldürdüyü vaxtı tam xatırlamır, lakin saat 21-22 radələri olmuş, hava tam qaralmamışdır. Sahibin meyitini cığalaya büküb torbaya saldıqdan sonra əlcəkləri əlindən çıxarıb dəyirmanın ərazisində yerə atmış, lakin üstündən kifayət qədər zaman keçdiyi üçün əlcəyi atdığı yeri dəqiq göstərə bilməyəcəkdir. Hadisədən sonrakı dövrdə “Köhnə Dəyirman”ın ərazisində ağaclar və kol-koslar kəsilmiş, zibillər təmizlənmişdir. Meyiti atdığı yerə gedilən cığırın sağ tərəfində yerləşən torpaq sahələrində müəyyən tikinti işləri görülmüş, torpaq sahələri taxta dirək və məftillə hasara alınmışdır. Bununla belə, Təqsirləndirilən şəxs ifadələrində əlavə olaraq bildirmişdir ki, Sahib Babayevin döş qəfəsinin sağdan 4-cü qabırğasının qapalı tam sınığı ilə müşayiət olunan xəsarəti onun tərəfindən yetirilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onu bağışlamır, onunla barışmır. Məhkəmədən ona qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında onu və atasını polis əməkdaşları saxlayaraq məhkəməyə gətirmiş, barələridə inzibati qaydada həbs qərarı qəbul olunmuşdur. Daha sonra isə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılmış və orada saxlanılaraq işgəncəyə, təsir və təzyiqə məruz qalmış, törədilən cinayət barədə məlumat verilməsi tələb olunmuş, lakin o, cinayət hadisəsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra ona atası Təqsirləndirilən şəxs törədilən cinayət əməli ilə bağlı etirafedici ifadəsi olan video çəkiliş göstərilmiş, bu zaman onun əhvalı tamam pis olmuşdur. Daha sonra onun qarşısına hansı sənəd qoyulubsa o da imza etmişdir. Sənədlərdə müstəntiq tərəfindən nə yazılmasından xəbəri olmamış, sadəcə imza etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2015-2016-cı il tarixlərdə istifadəsində VAZ 2016 markalı minik avtomobili olmuş, lakin sürücülük vəsiqəsi olmadığı üçün onu idarə etməmişdir. 2015-ci ildə Sahib Babayevin cəsədi aşkar olunarkən hadisə yerinə getmiş, uzaqdan sonuncunun cəsədini görmüş, həmin cəsəd sellofan torbaya, cığaraya bükülmüş vəziyyətdə olmuşdur. Onlar ibtidai istintaq zamanı prokurorluqda dindirilmədən öncə atası Təqsirləndirilən şəxs ona “Səndən soruşsalar ki, iş yerində cığaradan istifadə edirsiniz? Deyərsən ki, yox” dediyini xatırlamışdır. İbtidai istitaq zamanı verdiyi ifadəni qəbul etməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid9 Qəmbər oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında, o cümlədən ifadəsinin hadisə yerində yoxlanması zamanı verdiyi ifadəsi ilə ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid9 göstərmişdir ki, atası Təqsirləndirilən şəxs təxminən 1998-ci ildən 2015-ci ilin mart ayına qədər Rusiya Federasiyasının Surqut şəhərində yaşamış və avtomobil təmiri sexində işəmişdir. O, da 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində yaşayan atası Təqsirləndirilən şəxs yanına getmiş, orada bir müddət qaldıqdan sonra 2013-cü ilin payız aylarında Ağsu şəhərinə qayıtmışdır. Tarixini dəqiq xatırlamır, lakin 2014-cü ilin əvvəllərində Rusiya Federasiyasından geri qayıtdıqdan sonra Bakı-Göyçay avtomobil yolunun 157-ci km-də, Ağsu çayının üzərindəki körpüyə çatmamış, yolun sağ tərəfində yerləşən 5 bokslu obyektin 3-cü boksunu icarəyə götürmüşdür. Həmin obyektin sahibini tanımır, o, obyekti Nazilə adlı xanımdan icarəyə alıb orada avtomobil təmiri və avtomobillərin boyanması ilə məşğul olmuşdur. Həmin ərəfədə o, ailəsi ilə birlikdə Ağsu şəhəri H.Əliyev prospektində yerləşən Mübariz adlı şəxsə məxsus evdə kirayədə yaşamışdır. 2015-ci ilin mart ayında atası Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Ağsu rayonuna gəldikdən sonra onlarla birlikdə həmin evdə kirayə yaşamışdır. Onların daimi yaşadığı ev Ağsu rayonu Külüllü kəndində yerləşir və orada təsərrüfatları mövcuddur. Onlar kirayədə yaşasalar da, mütəmadi olaraq həmin kəndə gedib-gəlmişlər. Tarixini dəqiq xatırlamır, lakin Ağsu şəhərində avtomobil ustası kimi işlədiyi müddətdən Sahib Babayevi tanımış, sonuncu və ailə üzvləri ilə hər hansı yaxın münasibəti eləcə də, hər hansı telefon əlaqəsi olmamışdır. Sahib Babayevin meyiti tapılan ərəfədə o, iş yerində olmuş, sexin qarşısına çoxsaylı adamların və polis işçilərinin toplandığını görüb nə məsələ olduğu ilə maraqlanmış, orada olan polis əməkdaşlarının deməsinə görə Sahib Babayev öldürülmüş və sellefona bükülmüş vəziyyətdə işlədiyi sexin arxa tərəfində, bir qədər aralı məsafədə çay dərəsinə atılmışdır. Onu kim(lər)in öldürməsini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Avtomobil təmiri sexinin bir ədəd “Jaluz” qapısı, həmin qapının da 2 ədəd açarı olmuş, açarın biri atası Təqsirləndirilən şəxs, digəri onda olmuşdur. Atası Təqsirləndirilən şəxs istədiyi vaxt qapını açaraq sexdə işləmişdir. Onlar sellefonu və əlcəkləri istifadə etdikdən sonra qatlayıb sexdəki piştaxtanın üzərinə qoymuşlar. Bundan başqa, Şahid9 ifadələrində göstərmişdir ki, tarixini dəqiq xatırlamır, 2018-ci ilin iyun ayının sonlarında, bibisioğlu Şahid7 Ağsu şəhərinə gəldiyi gündən təxminən 2-3 gün əvvəl valideynləri ilə birlikdə Şahid5 yaşadığı evə getmiş, həmin vaxt Bakı şəhərində yaşayan bibisi qızı Şahid16 də gəlmişdir. O, həyətdə olarkən çox pis qoxunun gəldiyini hiss etmiş, hətta Şahid16 bu qoxunun haradan və nədən gəldiyini soruşmuşdur. Həmin vaxt o, üfunət qoxusunun gəldiyini hiss edib küçəyə çıxmış, orada qonşu Cəlal Şahbazovu görüb ətrafdan çox pis qoxunun gəldiyini bildirdikdə, sonuncu da “Bir neçə gündür buralarda belə pis qoxu var” demişdir. Şahid9 həmçinin ifadələrində göstərmişdir ki, tarixini dəqiq xatırlamır, lakin meyit tapılan zaman digər şəhər sakinləri ilə birlikdə meyitin tapıldığı yerə gedərək meyiti görmüş, meyit sellefona bükülmüş vəziyyətdə olmuş, həmin sellefonu gördükdə tanımışdır. Həmin sellefon onun tərəfindən avtomobil rənglənərkən istifadə edilmiş, o, meyitin olduğu yerdən çıxıb işlədiyi sexə gəldikdən sonra sexdə, giriş qapısından sağ tərəfdə olan piştaxtanın üzərinə qoyduğu sellefonun yerində olmadığını görmüşdür. Bundan sonra o, meyitin büküldüyü sellefonun onlara məxsus olmasına bir daha əmin olmuşdur. Bundan başqa, avtomobil təmiri zamanı istifadə etdiyi bir cüt köhnə fəhlə əlcəklərinin də yerində olmadığını görmüşdür. O, bu barədə atası Təqsirləndirilən şəxs soruşduqda, sonuncu əlcək və sellefonu götürmədiyini bildirmişdir. İstintaqla əlaqədar, 27.05.2021-ci il tarixdə atası Təqsirləndirilən şəxsla birlikdə Ağsu rayon prokurorluğuna dəvət edilərkən sonuncunun ona “Səndən sellefon soruşsalar, denən ki, sellefondan istifadə etmirik” Bundan başqa atası Təqsirləndirilən şəxs ümumiyyətlə onunla birlikdə avtomobil təmiri sexində işləmədiyini istintaqda deməsini tapşırmışdır. Atasının bu sözləri məhz atasının həmin qətli törətməsinə dair onda şübhə yatmışdır. Bundan sonra atası Təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadə verilməsi, onda əminlik yaratmışdır ki, həqiqətən sonuncu Sahib Babayevi öldürmüşdür. 2015-2016-cı illərdə onun istifadəsində “Vaz 2106” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobili 2017-ci ildə satmışdır. Həmin avtomobili ondan başqa, atası Təqsirləndirilən şəxs da idarə etmişdir. O, avtomobili həmişə kirayədə yaşadığı mənzilin qarşısında saxlamış və avtomobilin açarını da giriş qapısının yanındakı pəncərənin taxta çərçivəsindən asmışdır. Atası Təqsirləndirilən şəxs cinayəti törətdikdən bir neçə gün sonra səhər saatlarında Sahib Babayevin meyitini olduğu yerdən götürüb başqa yerə aparıb qoymaq məqsədi ilə yuxudan oyanıb mismardan asılmış avtomobilin açarını götürməsini, daha sonra həyətdə saxladığı avtomobili idarə edib meyitin olduğu yerə getməsini bilməmişdir. Sahib Babayev itkin düşdüyü gün, yəni 18.06.2015-ci il tarixdə o, gün ərzində işdə olmuş axşam saat 21 radələrində işdən çıxıb evlərinə getmişdir. Həmin gün aşxam saatlarında atası Təqsirləndirilən şəxs onun yanında olmuş, sonuncu oranı tərk edib gedərkən “Hara gedirsən” soruşmuş, Təqsirləndirilən şəxs da “Xalidəgil tərəfə gedirəm” demişdir. Sahib Babayev itkin düşdüyü gün, yəni 18.06.2015-ci il tarixdə Təqsirləndirilən şəxs hər hansı şübhəli hərəkət və ya bədənində xəsarət görməmişdir. Sahib Babayev və souncunun ailə üzvləri ilə münasibəti olmamış, sonuncuya “Moyşik” Sahib demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə barədə heç bir məlumata malik olmamışdır. Hesab edir ki, əri Təqsirləndirilən şəxs heç bir cinayətin törədilməsidə iştirak etməmişdir. Əri avtomobil təmiri və boyanması ilə məşğul olmuş, onun sexi olmuşdur. Hadisə baş verən gününü belə xatırlayır ki, ərinə məxsus sexin 150 metr arxasında Sahib Babayevin cəsədi aşkar olunduğunu eşitmiş, lakin kim tərəfindən öldürülməsini bilməmişdir. Onların evində avtomobil olmamış, oğlu Zahid xalası oğlunun avtomobilini idarə etmişdir. Sahib Babayevlə əri Təqsirləndirilən şəxs heç bir ədavəti olmamış, o da onlar arasında olan hər hansı mübahisənin şahidi olmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, əri Təqsirləndirilən şəxs təxminən 1998-ci ildən 2015-ci ilin mart ayına qədər Rusiya Federasiyasının Surqut şəhərində yaşamış və avtomobil təmiri sexində işəmişdir. Oğlu Şahid9 da 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərində yaşayan Təqsirləndirilən şəxs yanına getmişdir. Orada bir müddət qaldıqdan sonra 2013cü ilin payız aylarında Ağsu şəhərinə qayıtmışdır. Tarixini dəqiq xatırlamır, lakin 2014-cü ilin əvvəllərində Rusiya Federasiyasından geri qayıtdıqdan sonra Ağsu çayının üzərindəki körpüyə çatmamış, yolun sağ tərəfində yerləşən avtomobil təmiri sexini icarəyə götürüb avtomobil təmiri və avtomobillərin boyanması ilə məşğul olmuşdur. Həmin ərəfədə o, ailəsi ilə birlikdə Ağsu şəhərində yerləşən Mübariz adlı şəxsə məxsus evdə kirayədə yaşamışdır. 2015-ci ilin mart ayında əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Ağsu rayonuna gəldikdən sonra onlar ilə birlikdə həmin evdə kirayə yaşamışdır. Onların daimi yaşadığı ev Ağsu rayonu Külüllü kəndində yerləşir və orada təsərrüfatları mövcuddur. Onlar kirayədə yaşasa da, mütəmadi olaraq həmin kəndə gedib-gəlmişlər. Həmin ərəfədə oğlu Şahid9 istifadəsində “2106” markalı avtomobil olmuşdur. Sahib Babayev adlı şəxsi tanımır, sonuncu ilə heç bir münasibəti olmamışdır. Əri Vahid qayıtdıqdan sonra Ağsu şəhərində Şahid9 işlətdiyi avtomobil təmiri sexində sonuncu ilə birlikdə usta işləmişdir. Həmin avtomobil təmiri sexinin 2 ədəd açarı olmuş, açarın biri əri Təqsirləndirilən şəxs, digəri isə oğlu Şahid9 olmuşdur. Şahid9 işə getmədiyi vaxtlarda, əri Təqsirləndirilən şəxs özü tək işə getmişdir. İşləri çox olduqda, hər ikisi eyni vaxtda işə getmiş, işdən isə müxtəlif vaxtlarda evə gəlmişlər. 18.06.2015-ci il tarixdə gün ərzində Ağsu rayonu Külüllü kəndində olmuşdur. Tarixini dəqiq xatırlamır, lakin növbəti günlərdə Ağsu şəhərində yerləşən kirayə tutduqları evə gəlmişdir. Təqsirləndirilən şəxs deməsinə görə, 18.06.2015-ci il tarixdə, günortadan sonrakı ərəfədə Ağsu rayonu Külüllü kəndindən çıxıb taksi ilə Ağsu şəhərinə gəlmiş, daha sonra həmin gün axşam saatlarında Xalidə Babayevanın yaşadığı evə gedərək sonuncuya baş çəkmiş, bir qədər Ağsu şəhərində olduqdan sonra kirayədə yaşadıqları evə qayıtmışdır. Bundan başqa, Şahid2 ifadələrində göstərmişdir ki, Ağsu şəhərində kirayədə yaşadığı evin yataq otağında o, oğlu Şahid9 və əri Təqsirləndirilən şəxsla birlikdə yaşamış, gecələri də orada ailə üzvləri ilə birlikdə döşəməyə sərilmiş döşəyin üzərində yatmışdır. Onlar adətən saat 22-23 radələrində yatırlar. Tarixini dəqiq xatırlamır, 2015-ci ilin iyun ayının sonları, 2015-ci ilin iyul ayının əvvəlləri gecə saatlarında Ağsu şəhərində kirayədə yaşadığı evdə oğlu Şahid9 ilə birlikdə yatarkən əri Təqsirləndirilən şəxs evə gəlməmişdir. Təqsirləndirilən şəxs evə nə vaxt gəlməsini və nə vaxt yatmasını xatırlamır. Növbəti gün, təxminən saat 5-6 radələrində taqqıltı səsinə yuxudan oyanmış və əri Təqsirləndirilən şəxs paltarlarını geyindiyini görmüşdür. O, Təqsirləndirilən şəxs hara getməsini soruşmuş, sonuncu da ona nəsə cavab vermiş, lakin üzərindən uzun müddət keçdiyi üçün hazırda nə deməsini xatırlamır. Oğlu Şahid9 idarə etdiyi avtomobilin açarları evin giriş qapısının çərçivəsinə vurulmuş mismardan asılı olmuş, avtomobili isə digər günlərdə olduğu kimi evin qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs avtomobilin açarını oradan götürüb avtomobili sürüb getmiş, lakin nə qədər müddətdən sonra geri qayıtmasını və həmin vaxta qədər Şahid9 oyanıb-oyanmadığını xatırlamır. Tarixini dəqiq xatırlamır, lakin Ağsu çayının üzərindən keçən körpünün sağ kənarında yerləşən əri Təqsirləndirilən şəxs işlədiyi avtomobil təmiri sexinin arxasından təxminən 150 metr məsafədə çayın kənarından Sahib Babayevin sellefona bükülərək torbaya salınmış meyitinin aşkar edilməsini eşitmiş, lakin həmin şəxsin kim tərəfindən öldürülməsini bilməmişdir. Sahib Babayev 18.06.2015-ci il tarixdə itkin düşdüyü vaxtdan sonrakı günlərdə qohumu Şahid5 evlərinin həyətinin qonşuluğunda yerləşən “Köhnə dəyirman”ın ərazısındən kəskin qoxunun gəlməsi barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və digərləri bu barədə ona heç nə deməmişdir. 06 iyul 2015-ci il tarixdə Sahib Babayevin meyiti tapıldığı vaxta qədər, eləcə də 18.06.2015-ci il tarixdə Təqsirləndirilən şəxs əynində hansı paltarların olmasını xatırlamır. Bundan başqa Şahid2 istintaqda ifadə verib bildirmişdir ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə istintaqa dəvət edilərkən özünü narahat aparmış, lakin bir söz deməmişdir. O da Təqsirləndirilən şəxs ifadə verməkdən, xüsusilə də Sahib Babayevin ölümünə görə istintaqa dəvət edilməkdən utandığını fikirləşmişdir. Əri Təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadə verilməsi, həqiqətən də cinayətin sonuncu tərəfindən törədilməsinə dair onda əminlik yaratmışdır. Lakin Təqsirləndirilən şəxs Sahib Babayevi öldürməsini etiraf edən zamana qədər hər hansı cinayət etməsini bilməmiş, bu barədə ona heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mərhum atası X29 rayonunda yaşayan hər hansı bir qadınla yaxın münasibətdə, yəni cinsi-intim münasibətində olması barədə əvvəllər məlumatı olmamış, lakin sonuncunun meyiti aşkar olunandan sonra Ağsu rayonu ərazisində yerləşən “Köhnə dəyirman” adlanan yerdə yaşayan Şahid5 adlı qadınla münasibətlərinin olmasını bilmişdir. O, bir neçə dəfə yolla gedərkən atası X25 Mehdiyevanın evinin ətrafında görmüşdür. 27.05.2021-ci il tarixdə istintaqla əlaqədar Ağsu rayon prokurorluğunda olarkən Təqsirləndirilən şəxs görüb tanımışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs oğlu Şahid9la birlikdə avtomobil təmiri ustası və rəngsaz işləmiş, avtomobil rəngləyən zaman sellefondan istifadə etmişlər. Hadisədən əvvəl Təqsirləndirilən şəxs və Sahib Babayev arasında hər hansı narazılıq, ədavət və ya mübahisə olması barədə heç bir məlumatı olmamışdır. Tarixini dəqiq xatırlamır, lakin bir dəfə axşam üstü atası X21 Mehdiyevanın yaşadığı evə getməsini kənardan görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum atası Sahib Babayevin meyiti Şahid9 işlətdiyi avtoyuma sexinin arxasında təxminən 100-150 metr məsafədə aşkar olunmuşdur. Sahib Babayev 18 iyun 2015-ci il tarixdə axşam saat 21 radələrinə kimi onunla birlikdə işlədiyi avtoyuma sexində olmuş, o, avtoyuma yerini bağladıqdan sonra birlikdə evə getməyi atası Sahib Babayevə təklif etmişdir. Sahib Babayev ona “Sən evə get, mən də gələcəm” demişdir. Növbəti gün, yəni 19 iyun 2015-ci il tarixdə səhər saatlarında yuxudan oyananda anası Növrəstə Salahova ona “Atan axşam evə gəlməyib” demişdir. Bundan sonra o, istifadəsində olan 070 ***-**-** mobil telefon nömrəsindən atası Sahib Babayevin istifadəsində olmuş 050 ***- **-** mobil telefon nömrəsinə zəng etmiş, lakin zəngə cavab verən olmamışdır. Həmin gün o, Ağsu Rayon Polis Şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Hadisədən 18 gün keçdikdən sonra, yəni 06 iyul 2015-ci il tarixdə günorta saatlarında avtomobil yuma yerində avtomobili yuyarkən Ağsu çayının üzərindəki körpünün üzərində və çayın digər sahilində yerəşən obyektin qarşısında çox saylı adamların toplaşdığını görmüş, yoldan keçən şəxslərin birindən nə olmasını soruşarkən həmin şəxs ona “Kimisə qovurlar” demişdir. Bir neçə dəqiqə keçdikdən sonra qeyd olunan yerdə toplaşan insanların sayının çoxaldığını görüb işləməyi dayandırıb piyada çay körpüsünün üzərindən keçməklə çayın digər sahilində yerləşən obyektin qarşısına getmiş, oraya çatdıqda təcili tibbi yardım avtomobili də gəlmişdir. Polis əməkdaşları onu meyitin aşkar olunduğu yerə yaxınlaşmağa icazə vermədikdə o, polis əməkdaşlarına atasının 18 gün əvvəl itkin düşməsini bildirmiş, tapılmış meyitin atasına aid olmasını ehtimal etmişdir. Bundan sonra, polis əməkdaşları onu obyektin arxa tərəfinə keçib çay dərəsinə getməyinə icazə vermiş, o da obyektin arxa tərəfinə keçmiş olsa da, çəkilmiş lentdən içəri buraxılmamışdır. Polis əməkdaşları meyitə bir neçə metr məsafədən onun baxmasına icazə vermişlər. Onunla meyitin olduğu yer arasında təxminən 10-12 metr məsafə olmuş, polis əməkdaşları torbanı açdıqda torbadakı meyitin qolunu meyitini əynində olan köynəyi görüb həmin meyitin atası Sahib Babayevə aid olduğunu bilmiş və bu barədə polis əməkdaşlarına demişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs və Sahib Babayev arasında hər hansı narazılıq, ədavət və ya mübahisə olması barədə heç bir məlumatı olmamışdır. Hadisədən sonra atası Sahib Babayev və Şahid5 arasında çoxsaylı telefon danışıqlarının olmasını, hətta onların münasibətlərinin olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Qəmbər qızı ifadəsində göstərmişdir ki, Sahib Babayevin qətlə yetirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Mərhumla sağlığında telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamış, lakin onunla heç bir yaxınlığı olmamışdır. Həmin ərəfədə mərhumun oğlu polis əməkdaşları tərəfindən saxlanıldığından, Sahib onunla telefonla danışaraq məsləhətləşmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Sahib Babayev sağlığında onun evinə bir dəfə gəlmiş, lakin onunla intim münasibəti olmamışdır. Həmin vaxt evində su krantı xarab olduğundan, sahib onun düzəldilməsində ona köməklik etmişdir. Sahib Babayevlə arasında olan telefon danışıqlarına görə qardaşı Təqsirləndirilən şəxs ona heç bir irad bildirməmişdir. Sahib Babayev itkin düşən ərəfədə onun evinin ətrafında pis qoxu olmuş, lakin bu qoxu cəsəd qoxusu olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamış, onun məzmunundan xəbərsiz olmuşdur. Məhkəmədən məhkəmə istintaqı zamanı verdiyi ifadənin nəzərə alınmasını və əsas götürülməsini xahiş etmişdir. Şahid5 Qəmbər qızının məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, Ağsu şəhəri, H.Əliyev prospekti 60 nömrəli evdə oğlu Vüsal Mehdiyev, gəlini Ülviyyə Mehdiyeva, azyaşlı uşaqları Nizami və Eminlə birlikdə yaşayır. MTE və PA Birliyinin Ağsu rayon şöbəsində kiçik tibb bacısı işləyir. Tarixini dəqiq xatırlamır, lakin Külüllü kəndində yaşadığı ərəfədə əri Nizami vəfat etmişdir. Böyük qızı Alidə ailəsi ilə birlikdə Rusiya Federasiyasında, qızı Samirə oğlu Ruslanla birlikdə Bakı şəhərində, qzı Vüsalə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayırlar. Seymur, Çingiz, Vaqif və Vahid adlı 4 qardaşı, Aybəniz adlı bacısı vardır. Tarixini dəqiq xatırlamır, lakin qardaşı Təqsirləndirilən şəxs Qazaxıstan Respublikasında hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikasına geri qayıtmış, 1988-ci ildə Ağsu rayonu Külüllü kəndində Kütahi İsrayılova ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladı var. 1998-ci ildə qardaşı Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Surqut şəhərinə getmiş, təxminən 17-18 il orada qalmışdır. Qardaşı oğlu Şahid9 2011-ci ildə hərbi xidmətdən təxris olduqdan sonra Rusiya Federasiyasının Surqut şəhərinə atası Təqsirləndirilən şəxs yanına getmiş, 2013-cü ilin payız aylarında Ağsu şəhərinə qayıtmışdır. Şahid9 Azərbaycan Respublikasına qayıtdıqdan sonra Ağsu şəhərində, Ağsu çayının kənarından avtomobil təmiri sexini götürüb usta işləmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından gəldikdən sonra oğlu Şahid9 yanında işləmişdir. Tarixini dəqiq xatırlamır, onlar bir müddət Ağsu şəhərində kirayə götürdükləri evdə yaşamış, Külüllü kəndində yerləşən evlərinə gedib-gəlmişlər. 2015-ci ilin fevral ayında oğlu Şahid7 Sabirabad rayonunda torpaq sahəsi alıb orada qarpız əkmiş və balaca bir ev tikib ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Şahid7 iki-üç həftədən bir gəlib ona baş çəkib qayıtmışdır. Şahid7 Sabirabad rayonunda olduğu müddətdə o, evdə tək qalmışdır. 17.06.2015-ci il tarixdə səhər saat 10 radələrində Şahid7 həyat yoldaşı və uşaqları ilə birlikdə Sabirabad rayonundan Ağsu şəhərinə gəlmişlər. O, həmin vaxt iş yerində olduğundan Şahid7lə Ağsu şəhərində "xxxx" ASC-nin Ağsu filialının yanında görüşüb evin açarlarını sonuncuya vermişdir. Şahid7 ailəsini evdə düşürüb sonra Sahib Babayevin iş yerində sonuncu ilə görüşüb sonuncuya qarpız və yemiş vermişdir. Bundan sonra Şahid7 ailəsini də götürüb Şamaxı şəhərində yaşayan qayınatası Gülaməddingilə getmiş, oradan Sabirabad rayonuna qayıtmışdır. Şahid7 18 və 19 iyun 2015-ci il tarixlərdə Sabirabad rayonunda yerləşən bostanında olmuşdur. Bundan başqa, Şahid5 ifadələrində göstərmişdir ki, onlar 2006-cı il tarixdə Ağsu şəhəri, H.Əliyev prospekti 60 ünvanındakı evə köçdükdən təxminən 4-5 il sonra Sahib Babayevi tanımış, sonuncu ilə münasibəti yaxşı olmuşdur. Sahib Babayevin ailə üzvlərindən arvadı Növrəstə, övladları Elməddin və Gündüzü Ağsu şəhər sakinləri kimi tanımış, lakin onlarla çox münasibətdə olmamışdır. Şahid7 təxminən iki-üç il bundan qabaq X26 məxsus avtoyuma sexində avtoyuyucu işləmiş, təxminən 1 ildən sonra başqa bir avtoyuma yeri icarəyə götürüb işlətmişdir. O, Şahid7 Sahib Babayevin avtoyuma yerində işləməyə başladığı vaxta qədər sonuncunu tanımamışdır. Şahid7 Sahib Babayevin yanında işə düzəldikdən sonra X28 arasında münasibət yaranmışdır. Həmin ərəfədə Şahid7 mobil telefonu olmadığı üçün X35 Mehdiyevə görə ona zəng etmiş, o cümlədən o da Şahid7 lazım olduqda Sahib Babayevə zəng etmişdir. Bu minvalla onların tanışlığı yaranmış və dost kimi danışmağa başlamışlar. O, Sahib Babayevlə hər gün telefon əlaqəsi saxlayıb hal-əhval etmişdir. Sahib Babayevlə əvvəllər, həmçinin itkin düşdüyü gün, yəni 18 iyun 2015-ci il tarixdə mütamadi olaraq telefon əlaqəsi saxlayıb danışmış, lakin danışığının məzmununu xatırlamır. X29 rayon polis şöbəsinin əməkdaşları ilə münasibətləri yaxşı olduğu üçün onların polislə bağlı olan məsələlərinin həll olunmasına yaxından köməklik göstərmişdir. X19 “Bu rayonda nə olursa, bunu birinci mən bilirəm, sonra da Sübhi bilir” demişdir. Bəzi vaxtlar Sahib Babayev ondan ekspertiza şöbəsinə gəlib-gedən adamlar barədə maraqlanmışdır. Sahib Babayev xaraktercə çox mehriban bir insan olmuş, heç vaxt nalayiq ifadələr işlətməmişdir. Sahib Babayevlə onun arasında heç vaxt hər hansı bir narazılıq, ədavət və ya mübahisə olmamışdır. 2015-ci ilin fevral ayında yalnız bir dəfə X35 Mehdiyevlə birlikdə onların evlərinə gəlib çay içib getmişdir. Həmin vaxt Sahib Babayevi ilk dəfə görmüşdür. Eləcə də 2015-ci ilin may ayının ortalarında evinin həyətinə təzə su kranı çəkilməli olduğu üçün o, Sahib Babayevə zəng edib evin hasarını deşmək üçün direl tapıb gətirməsini xahiş etmişdir. O, evin açarını qonşu Cəlal Şahbazova verib xəstə olan dayısı qızına baş çəkmək üçün getmişdir. O, evə geri qayıtdana qədər Sahib Babayevin su idarəsinin işçiləri ilə birlikdə onun evinə gəlmiş və onun həyətinə kran çəkdirib getmişdir. Həmin gün Sahib Babayevin üzünü görməmişdir. Qardaşı Təqsirləndirilən şəxs Sahib Babayevi qəsdən öldürməsi barədə həqiqəti etiraf etməsi haqqında bildirmişdir ki, Təqsirləndirilən şəxs Ağsu çayının kənarında yerləşən avtomobil təmiri sexində oğlu Şahid9la birlikdə işləmiş, bildiyinə görə, avtomobil təmiri sexinin 2 ədəd açarı olmuş, açarın biri qardaşı Təqsirləndirilən şəxs, digəri qardaşı oğlu Şahid9 olmuşdur. Onlar avtomobil rəngləyərkən sellefondan istifadə etmişlər. O, Təqsirləndirilən şəxs etiraf ifadəsindən sonra meyitin büküldüyü sellefonun sonuncunun işlədiyi sexdə istifadə edilməsini bilmişdir. Təqsirləndirilən şəxs meyitinin daşınmasında istifadə etdiyi torbanı haradan almasını bilməmişdir. Cinayət hadisəsindən heç bir məlumatı olmamış, yeznəsi Rövşən özünə kredit götürdüyünə görə 18 iyun 2015-ci il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən "xxxx" ASC-ə getmiş, kredit müqaviləsinə imza etdikdən sonra günorta saatlarında Ağsu şəhərinə qayıtmış və gün ərzində evində olmuşdur. 18.06.2015-ci il tarixdə, axşam saatlarında qardaşı Təqsirləndirilən şəxs işdən sonra onların evinə gəlib açıq vəziyyətdə olan darvazadan həyətə daxil olarkən o, həyətdəki toyuq-cücəni yemləmişdir. Qardaşı Təqsirləndirilən şəxs onunla salamlaşıb hal-əhval etdikdən sonra Bakı şəhərinə gedib-getmədiyini soruşarkən sonuncuya “Hə, getdim, sənədlərə imza edib gəldim” bildirmişdir. Həmin vaxt onlar ayaq üstü söhbət edərkən Sahib Babayevin oğlunun Uğur Caniyevgilin evlərindən oğurluq etdiyini, Sahib Babayevin də özünü xəcalətli hiss etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da bu barədə ona heç nə deməyib kirayədə qaldığı evə getdiyini bildirmiş və darvazadan çölə çıxıb getmişdir. Bundan sonra o, küçəyə açılan darvazanın kilidini bağlamışdır. Vahidin əynində hansı paltarların olmasını xatırlamır. Bundan başqa, Şahid5 ifadələrində göstərmişdir ki, 18 iyun 2015-ci il tarixdə Sahib Babayev ona zəng edib oğlu Şahid8 oğurluq cinayəti törətdiyini, sonuncunun Ağsu RPŞ-nin əməkdaşları tərəfindən tutulmasını bildirib qeyd olunan mövzuda xeyili söhbət etmişdir. Həmin gün təxminən saat 24 radələrində telefonu səssiz rejimə qoyub yatmış, ona gəlmiş zənglərdən məlumatı olmamışdır. O, Sahib Babayevlə sonuncu dəfə 18.06.2015-ci il tarixdə saat 20:58-də telefonla danışmışlar. 18 iyun 2015-ci il tarixdə Sahib Babayev onun yaşadığı evə gəlməmiş, sonuncu ilə onun arasında heç bir yaxın münasibət olmamışdır. 19-20 iyun 2015-ci il tarixdə, müxtəlif vaxtlarda o, Sahib Babayevə məxsus 050 ***-**-** mobil nömrəsinə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verməmiş, sonrakı günlərdə isə sonuncunun mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, Sahib Babayevin mobil nömrəsinə heç vaxt zəng etməmişdir. Sahib Babayev itkin düşdüyü ərəfələrdə onun evinin yaxınlığından pis qoxu gəlmiş, amma həmin qoxunun nədən və nə vaxtdan etibarən yarandığını bilməmişdir. Həmin pis qoxu təxminən 3 gün ərzində gəlsə də, sonradan çəkilməyə başlamışdır. Həmin pis qoxu onun evinin həyətinə qonşu Gülxarə müəllimənin həyətyanı sahəsi tərəfdən gəlmiş, çox adam həmin yeri “Köhnə dəyirman”ın ərazisi olaraq bilmişdir. O, qonşusu Cəlal Şahbazova “Ay qonşu mənim uşaqlarım burda yoxdu, çıx evin damından boylan bax görək bu nə qoxudu gəlir” demiş, sonuncu da öz evindən nərdivan gətirib hasara söykəyib “Köhnə dəyirman”ın ərazisinə göz gəzdirmiş, lakin heç nə görməmişdir. O. həmin pis qoxunun hansısa ölüb qalan bir itin qoxusu olması barədə fikirləşmiş, hətta o, bu barədə öz həkimi Əfrasiyat həkimə (tibb eksperti) demişdir. Əfrasiyat həkim də ona zarafatyana “Sahib itkin düşüb, bəlkə elə Sahibdir, orada qalıb iylənibdir” bildirmişdir. Bundan başqa, Şahid5 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı evin qonşuluğunda yerləşən “Köhnə dəyirman”ın ərazisində Sahib Babayevi öldürməsini, sonradan sonuncunun meyiti daşıyıb işlədiyi avtomobil təmiri sexinin arxa tərəfinə aparıb atmasını ona deməmiş, bu barədə onların arasında heç bir söhbət olmamışdır. Sahib Babayevin meyiti çay dərəsindən tapıldıqdan sonra kim tərəfindən öldürülməsi barədə bir qədər düşünmüş, lakin kimin öldürməsini bilməmişdir. O, xəstəxanada işlədiyi üçün həkimlər onu tanıyır, qohumlarına nəsə sənəd lazım olanda köməklik etməyi üçün ona deyirlər. Təqsirləndirilən şəxs da 2015-ci ilin may ayında yıxılıb xəsarət alması barədə Ağsu RMX-da müayinə edilməsi zamanı tərtib edilmiş sənədlərin alınmasında ondan köməklik etməyi bildirib, həmin sənədləri istintaqa təqdim edəcəyini, hadisə baş verən ərəfədə yaxşı hərəkət edə bilmədiyini deyəcəyini bildirmişdir. O, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələnmiş, eləcə də sonuncunun özü üçün alibi yaratmaq istədiyini fikirləşmişdir. 06 iyul 2015-ci il tarixdə saat 20 radələrində Sahib Babayevin meyitinin çayın kənarından tapılmasını eşitmiş, hətta sonuncunun meyiti meyitxanaya gətirildikdən sonra paltarlarının əynindən soyundurulmasında iştirak etmişdir. Bundan başqa, Sahib Babayevin istifadəsində olmuş 050 588-30-00, 055 ***-**-** və 070 ***-**-** mobil telefon nömrələri və Şahid5 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə mütəmadi olaraq çoxsaylı telefon danışıqları olmuş, həmin telefon danışları istintaq zərurəti ilə əlaqədar olaraq müvafiq məhkəmə qərarları əsasında müxtəlif telefon operatorlarından götürülmüş, dindirmə istintaq hərəkəti zamanı Şahid5 təqdim edilmiş, lakin sonuncu ifadələrində qeyri səmimiyyət göstərib telefon danışıqlarının real məzmunu, xüsusilə də Sahib Babayevlə arasındakı əlaqənin mahiyyətini gizlətməklə, sonuncu ilə arasındakı münasibətlərinə aydınlıq gətirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, mərhum Sahib Babayev onun həmkəndlisi və sinif yoldaşı olmuş, sonuncu dəfə isə 18.06.2015-ci il tarixdə Sahib Babayevlə görüşmüşdür. Həmin gündən bir neçə müddət əvvəl X37 rayonu Kəlağayılı kənd bələdiyyəsinin sədri Nahidin anasının cümə axşamı mərasiminə birlikdə getmək barədə razılaşmışlar. Sahib Babayev 2015-ci ilin iyun ayının 17-də, ya da 18-də təxminən saat 10 radələrində ona zəng edərək Nahidin anasının yas mərasiminə gedib-getmədiyini soruşmuş, o da Sahib Babayevə həmin yas yerinə getmək istədiyini bildirmişdir. O, əvvəl tanışı Vaqif Nəsirovla görüşüb sonuncunun avtomobili ilə 18.06.2015-ci il tarixdə, saat 10-11 radələrində Sahib Babayevin avtoyuma yerinə gəlib sonuncunu da oradan götürüb Kəlağayılı kəndinə yas yerinə getmiş, orada yarım saat iştirak etdikdən sonra yenidən Ağsu şəhərinə qayıtmışlar. X30 avtoyuma yerində düşürmüş, daha sonra avtomobilini təmir edən ustanın yanına getmiş, lakin avtomobilinin təmiri yekunlaşmadığı üçün Vaqiflə birlikdə kafelərin birinə nahar etməyə getmişdir. Nahardan sonra yenidən avtomobilinin yanına qayıtmışdır. Təxminən saat 14-15 radələrində Vaqif birlikdə avtomobilinin yanında olarkən Sahib Babayev də onların yanına gəlmişdir. Onun avtomobilinin təmir olunduğu yerlə Sahib Babayevin avtoyuma yeri arasında təxminən 150-200 metr məsafə olmuşdur. Avtomobili təmir olunduqdan sonra o, avtomobilini yudurmaq üçün Sahib Babayevlə birlikdə sonuncunun avtoyuma yerinə getmişlər. Avtomobil yuyulduğu müddətdə o, avtoyuma yerinin yanında Sahib Babayevin həmişə oturub çay içdiyi stolda oturmuşdur. Oğlu Şahid1 Sahib Babayevi kənara çəkib nəsə dedikdən sonra sonuncu onun yanına gəlib yumruğunu möhkəm masanın üstünə vurub ağlamağa başlamış, o da Sahib Babayevdən nə baş verdiyini soruşduqda sonuncu “Uşağı da tutdular, maşınımı da içəri qoydular” demişdir. O, Sahib Babayevə təsəlli verərək onu sakitləşdirməyə çalışmışdır. O, avtomobili yuyulub qurtardıqdan sonra o, evlərinə çıxıb getmişdir. O, evə gəldikdən sonra Ağsu şəhərində yaşayan tanışı Şakir Nadirova zəng edərək Sahib Babayevin özünü çox pis hiss etdiyini və sonuncu ilə maraqlanmasını demişdir. Növbəti gün, yəni 19 iyun 2015-ci il tarixdə hal-əhval tutmaq məqsədi ilə Sahib Babayevin mobil telefon nömrəsinə zəng etmiş, lakin sonuncunun telefonuna zəng çatsa da telefona cavab verməmişdir. 06.07.2015-ci il tarixdə Ağsu şəhər Məscidinin axundu Hacı İltifat ona zəng edərək “Xəbərin varmı, Sahibin meyitini sellefona bükülmüş vəziyyətdə Ağsu çayının kənarından tapıblar” demişdir. Onun meyitinin kim tərəfindən həmin yerə gətirilib atılması, hansı şəraitdə ölməsi barədə heç bir məlumatı olmamışdır. Tanışı Şahid5 2-3 il əvvəl oğlu Şahid7 işə düzəltməsini ondan xahiş etmiş, o da sonuncunun xahişi əsasında mərhum X22 Mehdiyevi işə götürməsini istəmişdir. Bundan sonra X35 Mehdiyevi avtoyuma yerində avtoyuyucu kimi işə götürmüş, lakin Sahib Babayev və Şahid5 bir-biriləri ilə əlaqə saxlayıb-saxlamadıqlarını bilməmişdir. 18 iyun 2015-ci il tarixdə Şahid5 ilə mobil telefon vasitəsi ilə danışarkən Sahib Babayev barədə heç nə danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, qardaşı X23 Mehdiyeva arasında hər hansı münasibətin olmasından məlumatsız olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. O, 2005-2006-cı illərdə mərhum zərərçəkmiş şəxsin obyektində işləmişdir. Onunla yaxşı münasibəti olmuşdur. Həmçinin dayısı Təqsirləndirilən şəxsla mərhum Sahib Babayevin də yaxşı münasibəti olmuşdur. Anası Şahid5 mərhum Sahib Babayevlə hər hansı münasibətinin olmasından xəbəri olmamışdır. Hadisədən bir gün əvvəl Sahib Babayevlə telefonla danışmış və danışığın məzmunu hazırda yadında qalmamışdır. Həmin vaxtı avtomobil sürdüyü üçün yolda yatmamaq üçün Sahiblə danışmışdır. Danışıq xoş olmuşdur. Yəni mübahisə etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi sexi görmüş, həmin sexin neçə açarının olmasından xəbəri olmamış, həmçinin sexdə sellofan cığara görməmişdir. Sahib babayevin yanında işləyən zaman mobil telefonu olmadığı üçün anası Xalidə həmişə sahibə zəng edib onunla maraqlanmışdır. Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid7 göstərmişdir ki, atası Nizami Mehdiyev 14.09.1997-ci il tarixdə beynin qansızmasından dünyasını dəyişdikdən sonra anası Şahid5 və üç bacısı ilə birlikdə Ağsu rayonu Külüllü kəndində yaşamış, bir müddət sonra Külüllü kəndində yerləşən evlərini satıb Ağsu şəhərinə köçmüşlər. Bacıları Alidə, Samirə və Vüsalə ailə həyatı qurub ailələri ilə birlikdə ayrı yaşayırlar. O da 2007-ci ildə Şamaxı şəhər sakini Ülviyyə Mehdiyeva ilə ailə həyatı qurmuşdur. O, ailəsi ilə birlikdə anası Şahid5 yanında Ağsu şəhəri, Heydər Əliyev küçəsi ev 60-da yaşayır. Ağsu şəhərinə köçdükdən təxminən 1 il sonra Ağsu şəhər sakini Sahib Babayevin avtoyuma yerində avtoyuyucu kimi işləmiş, həmin vaxta qədər sonuncunu tanımamışdır. Sahib Babayevin yanında işə atasının köhnə dostu Ağsu rayonu, Kəndoba kənd sakini Şahid21 düzəltmişdir. O, Sahibin yanında təxminən 1 il işləmiş və daha sonra Sabirabad rayonuna gedib icarəyə 2 hektar torpaq sahəsi götürüb orada qarpız əkmişdir. Həmin sahədə çardaq tikib ailəsi də oraya köçmüşdür. Qarpız mövsümü bitdikdə ailəsi ilə birlikdə yenidən Ağsu şəhərində yerləşən evlərinə qayıtmış, bu proses hər il eyni qaydada təkrarlanmışdır. 2015ci ilin fevral ayında o, yenə ailəsi ilə birlikdə Sabirabad rayonu Yolçubəyli kəndinə gedib orada icarəyə torpaq sahəsi götürüb qarpız əkmişdir. Hər həftə Ağsu rayonuna gəlib anasına baş çəkib qayıtmışdır. Anası Şahid5 uzun müddətdir ki, Ağsu rayon tibbi ekspertiza şöbəsində tibb bacısı işləyir və həyətdə toyuq-cücə saxlayır. O, bostandan qarpızları etibarnamə əsasında idarə etdiyi özünə məxsus “Qazel” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yükləyib satmaq üçün Şamaxı rayonuna aparmışdır. Ağsu rayonuna çatmağa təxminən 10 km qalmış təxminən saat 22 radələrində avtomobil qızdırıb işləməmişdir. O, avtomobil xarab olarkən Sahib Babayevə zəng edib su gətirməsini xahiş etmişdir. Sahib Babayev də özünə məxsus “Vaz 21011” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə onun olduğu yerə su gətirmişdir. O, avtomobili təmir edəndən sonra yenidən Şamaxı istiqamətində yola düşmüş, lakin yolda avtomobil xarab olduğu üçün Ağsu şəhərində yerləşən evlərinə geri qayıtmışdır. 17.06.2015-ci il tarixdə Ağsu şəhərinə gəlib anası Şahid5 ilə "xxxx" ASC-nin Ağsu filialının qarşısında görüşüb sonuncudan evin açarlarını almış və avtomobildə olan bəzi kənd təsərrüfatı məhsullarından evə qoymuş, daha sonra isə evin həyətinin darvazasını kilitləyib, açarı həyətdə daşın altına qoyaraq Şamaxı şəhərinə yola düşmüşdür. Ağsu şəhərindən Şamaxıya çıxanda təxminən saat 13 radələri olmuşdur. Həmin gecə o, Şamaxıda qalandan sonra ailəsi ilə birlikdə Sabirabad rayonuna getmişdir. Təxminən iyun ayının 26- 27-i tarixlərdə anası Şahid5 qohumu Rasimin idarə etdiyi avtomobillə Sabirabad rayonunda yerləşən bostana gəlib onun xəstələnmiş azyaşlı uşaqlarını Ağsu şəhərinə aparmışdır. Bakı şəhərindən bacısı Şahid16 da uşaqlara baxmaq üçün həmin ərəfədə Ağsu şəhərinə getmişdir. Bundan bir neçə gün sonra o, arvadı Ülviyyə Mehdiyevanı abort etdirmək üçün Ağsu şəhərinə gətirmiş, sonuncu Ağsu rayon mərkəzi xəstəxanasında müalicə olduqdan sonra növbəti gün uşaqlarını da götürüb yenidən Sabirabad rayonuna qayıtmışdır. Tarixini dəqiq xatırlamır, lakin o, əmisi Ramizin idarə etdiyi “Qazel” markalı avtomaşını sənədləşdirilməsinə köməklik göstərməsi üçün istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsi ilə Sahib Babayevin istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinə zəng etmiş, lakin sonuncunun mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, X10 Babayevin istifadəsində olan 070 ***-**-** saylı mobil nömrəsinə zəng edib Sahib Babayevi soruşmuşdur. Şahid1 atası Sahib Babayevin itdiyini bildirmişdir. Bundan sonra o, Sahib Babayevə zəng etməmişdir. Tarixini dəqiq xatırlamır, lakin 2015-ci ilin iyul ayının əvvəllərində anası Şahid5 ona telefonda Sahib Babayevin meyitinin tapıldığını, bununla bağlı polislərin onu axtardıqlarını demişdir. Bundan sonra o, Ağsu rayon prokurorluğuna gedərək ifadə vermiş, Sahib Babayevin hansı şəraitdə və nə üçün ölməsindən məlumatının olmadığını bildirmişdir. Bundan başqa, Şahid7 ifadələrində göstərmişdir ki, Sahib Babayevin istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinə 17 iyun 2015-ci il tarixdə gecə saat 00:17 dəqiqədə zəng edilərək 18 saniyə, saat 00:23 dəqiqədə zəng edilərək 68 saniyə, saat 00:25 dəqiqədə zəng edilərək 15 saniyə, saat 01:16 dəqiqədə zəng edilərək 63 saniyə, səhər saat 07:45 dəqiqədə zəng edilərək 61 saniyə, saat 07:48 dəqiqədə zəng edilərək 44 saniyə, saat 08:41 dəqiqədə zəng edilərək 8 saniyə, saat 15:50 dəqiqədə zəng edilərək 12 saniyə, həmçinin onun telefon nömrəsindən mərhumun Sahib Babayevin mobil telefon nömrəsinə saat 09:16 dəqiqədə zəng edilərək 10 saniyə, saat 12:22 dəqiqədə zəng edilərək 18 saniyə qeydə alınmış danışıqların konkret nədən ibarət olmasını xatırlamamışdır. Ümumiyyətlə o, Sahib Babayevlə tez-tez telefon əlaqəsi saxlamışdır. 18 iyun 2015-ci il tarixdə gün ərzində Sabirabad rayonu Yolçubəyli kəndində bostanda olmuş, daha sonra isə Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” adlanan yerə gəlib yığdığı məhsulun satışı ilə məşğul olmuş, 1-2 gündən sonra yenidən Sabirabad rayonu Yolçubəyli kəndinə qayıtmışdır. O, mərhum Sahib Babayevi axırıncı dəfə 17 iyun 2015-ci ildə avtoyuma yerində görmüş, avtomobili saxlayıb sonuncu ilə görüşmüş və Sabirabad rayonundan gətirdiyi qarpızdan iki ədədini sonuncuya pay verib evə getmişdir. Həmin vaxt arvadı Ülviyyə və iki uşağı da yanında olmuşdur. Anası Şahid5 və Sahib Babayev arasında yaxın münasibətin olmasını bilməmişdir. Sahib Babayev və Şahid5 telefon vasitəsi hətta onun yanında danışdıqlarını bilmiş, lakin münasibətlərinin hansı həddə olmasını bilməmişdir. 2018-ci ilin iyun ayının sonlarında o, Ağsu şəhərindəki evlərinin həyətində olanda burnuna nəsə ölmüş cəsəd qoxusu gəlmiş, həmin qoxunun “Köhnə dəyirman”ın ərazisində hansısa ölüb qalmış itin, pişiyin və ya başqa heyvanın cəsədinin qoxusu olmasını fikirləşmişdir. Ona görə də həmin qoxuya əhəmiyyət verməmiş və anası Şahid5 və ya başqa şəxslərdən heç nə soruşmamışdır. Sahib Babayevin meyiti çay dərəsindən tapıldıqdan sonra kim tərəfindən öldürülməsi barədə fikirləşməmişdir. Təqsirləndirilən şəxs Ağsu çayının kənarında yerləşən avtomobil təmiri sexində oğlu Şahid9la birlikdə işləmişdir. Bildiyinə görə, avtomobil təmiri sexinin 2 ədəd açarı olmuş, açarın biri dayısı Təqsirləndirilən şəxs, digəri dayısıoğlu Şahid9 olmuşdur. Onlar orada avtomobil rəngləyərkən sellefondan istifadə etmişlər. O, Ağsu şəhərinə olarkən dəfələrlə həmin avtomobil təmiri sexində olmuş, lakin üzərindən uzun müddət keçdiyi üçün sexin içərisində hansı əşyaların olmasını, həmin əşyaların harada olmasını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, Şahid5 mənim qonşusudur. Təxminən 2015-ci ilin yay aylarında Şahid5 onu görüb demişdir ki, “Cəlal dəyirman tərəfdən pis qoxu gəlir, bax gör nə qoxusudur”. Həmin dəyirman köhnə olmuş, oraya it, pişik yığışmışdır. Həmin ərəfədə küləkli havada daha çox qoxu gəlmişdir. Həmin vaxt həyətdə olan yardımçı binanın damına çıxıb dəyirman tərəfə baxmış və heç nə görməmişdir. Nə qoxusu gəldiyini bilməmiş, lakin qoxu ölünün çürüntü qoxusuna oxşamışdır. Onun Şahid5 ilə Sahil Babayev arasında hər hansı münasibətin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra hadisə barədə eşitmiş, mərhumu tanımamış, hadisə vaxtı Bakı şəhərində olmuşdur. Şahid16 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid16 göstərmişdir ki, 2015-ci ilin iyun ayının sonlarına yaxın, yəni ya ayın 25-də, ya da 26-da anası Şahid5 onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək qardaşı Şahid7 uşaqlarının xəstə olduğunu və uşaqlara baxmaq üçün rayona gəlməyini xahiş etmişdir. Həmin vaxt qardaşı Şahid7 və sonuncunun arvadı Sabirabad rayonunda bostanda qalmışlar. O, Ağsu şəhərinə gedəndən sonra orada təxminən 7-8 gün anası Şahid5 yanında qalmış və sonuncudan Sahib Babayevin itkin düşdüyünü eşitmişdir. 07 iyul 2015-ci il tarixdə anası Şahid5 ona zəng edərək polisə çağırıldığını bildirmiş, lakin polisə çağırılmasının səbəbi barədə heç nə deməmişdir. 2015-ci ilin iyun ayının sonları, iyul ayının əvvəllərində anası Şahid5 evində olduğu müddətdə həqiqətən də evin həyətinə bitişik olan “Köhnə dəyirman” adlanan ərazidən xoşagəlməz qoxu gəlmiş, amma həmin qoxunun nə qoxusu olduğunu bilməmişdir. Hətta anası Şahid5 xahişi ilə qonşu Cəlal Şahbazov onların həyətlərinin hasarından “Köhnə dəyirman”ın ərazisinə baxmış, uzaqda nəsə ölmüş quş görmüş, başqa bir şey görə bilməmişdir. Növbəti günlərdə həmin qoxu get-gedə azalmışdır. Onların yaşadığı evin qonşuluğunda yerləşən “Köhnə dəyirman”ın ərazisində Təqsirləndirilən şəxs Sahibi öldürməsini, sonradan sonuncunun meyitini daşıyıb işlədiyi avtomobil təmiri sexinin arxa tərəfinə aparıb atmasını ona deməmiş, bu barədə onlar arasında heç bir söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, uşaqlari Şahid14 və Şahid15 evə gəlib Ağsu çayının kənarında gördükləri şübhəli torba barədə ona danışdıqdan sonra o, torbanın olduğu yerə gedərək bir qədər aralı məsafədən baxmış, həmin vaxt torbanın bir tərəfi açıq olmuşdur. O, sellofanın yarımaçıq olan hissəsindən içəri baxarkən çürümüş insan başı olduğunu görüb polis əməkdaşı kimi tanıdığı Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Sübhiyə zəng edib məlumat vermiş, sonuncu da “Orada gözlə gəlirəm” demişdir. Təxminən 5-10 dəqiqə sonra Sübhi Ağsu rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin yerə gəlmişlər. Torbadan kəskin qoxu gəldiyi üçün Sübhi ağzına dəsmal tutub həmin çürümüş meyitin baş hissəsinə baxaraq “Bu meyit Sahibin meyiti ola bilərmi?” demişdir. Bundan sonra polis əməkdaşları onun kənara çəkilməyini bildirib hadisə yerinə lent çəkmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra X10 Babayev hadisə yerinə gəldikdə polis əməkdaşları sellofanda olan meyiti sonuncuya göstərmiş, Şahid1 meyiti gördükdən sonra başını aşağı salıb oradan bir neçə metr aralaşaraq kövrəlmiş halda daşın üstündə oturub siqaret çəkmişdir. O, Sahib Babayevin meyitinin aşkar olunduğu gündən təxminən 1 ay əvvəl həmin yerdən keçmiş, həmin vaxtı və əvvəllər çayın ətrafında nəzərini cəlb edəcək sellefona və ya başqa hər hansı bir torbaya bükülü vəziyyətdə olan nəsə görməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid14 və Şahid15 ayrı-ayrılıqda Şahid6 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid3 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək bacısı Şahid5 ilə Sahib Babayevin münasibətlərinin olmasını müəyyən etdiyi üçün sonuncunu 18.06.2015-ci il tarixdə saat 22 radələrində Ağsu şəhəri H.Əliyev prospektində yerləşən “Köhnə dəyirman”ın ərazisində qısqanclıq zəminində qəsdən öldürdüyünü, sonrakı günlərdə Sahib Babayevin meyitini sellofana bükərək torbaya salıb Bakı-Şamaxı- Yevlax yolunun 157-ci km-də Ağsu rayonu ərazisində Ağsu çayının üzərindən keçən körpünün sağ kənarında yerləşən maşın təmiri və avtoyuma sexlərinin arxasından təxminən 100-150 metr aralı məsafədə çayın kənarına aparıb qoyduğunu bildirmişdir (cild 05, iş vər. 200). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi detalları təsdiq edib Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə dəyirman”ın ərazisində Sahib Babayevi kəndirlə boğub öldürdüyü yeri, sonradan meyiti sellefona büküb torbaya salaraq Ağsu çayının kənarına aparıb atdığı yeri, eləcə də işlədiyi avtomobil təmiri sexini və kirayədə qaldığı mənzili, hadisənin mexanizmini əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdikləri ilə daha əvvəl verdiyi sərbəst ifadələri arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Müvafiq istintaq hərəkətinin video görüntüləri CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 5, iş vər. 236-246). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Şahid9 03.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, Sahib Babayevin meyitinin Ağsu çayının kənarından tapılması faktı üzrə Ağsu rayon prokurorluğuna ifadə verməyə dəvət edilərkən atası Təqsirləndirilən şəxs onu təlimatlandırmış, dindirmə zamanı sonuncunun işləməyə az-az gəldiyini, avtomobil rəngləyən zaman sellofandan istifadə etmədiklərini bildirməsini demişdir. Bundan sonra o, atası Təqsirləndirilən şəxs Sahib Babayevin öldürülməsində əlinin olduğundan şübhələnmişdir. O, Sahib Babayevin meyitinin onların işlədikləri sexdə istifadə etdikləri sellofana bükülü olmasını görmüşdür (cild 06, iş vər. 30-33). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid9 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi faktları təsdiq edib işlədiyi avtomobil təmiri sexini, həmin sexin giriş qapısının necə açıldığını, sellefon və fəhlə əlcəkləri haraya qoyduğunu, kirayədə qaldığı mənzili, avtomobil harada saxladığını və avtomobilin açarını harada saxladığını, eləcə də digər xüsusatları əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdikləri ilə daha əvvəl verdiyi sərbəst ifadələri arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Müvafiq istintaq hərəkətinin video görüntüləri CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 6, iş vər. 19-24). Cinayət işinin materiallarında olan 06.07.2015-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı-Şamaxı-Yevlax yolunun 157-ci km-də, Ağsu rayonu ərazisində, Ağsu çayının üzərindən keçən körpünün sağ kənarında yerləşən avtomobil təmiri və avtoyuma sexlərinin arxasından təxminən 100-150 metr məsafədə Ağsu çayının kənarında Sahib Babayevin meyiti sellofana bükülüb torbaya salınmış və kolluq sahəyə atılmış vəziyyətdə aşkar edilmişdir. Həmin ərazi kol və xırda ağac bitkiləri ilə əhatə olunmuşdur. Çayın hər iki tərəfində təxminən 100 metr məsafədə seyrək şəkildə tikililər və evlərin olması müşahidə edilmişdir. Hadisə yerindən ağ rəngli ip, sellefon və meyitin içərisində olduğu torba müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vər. 5-13). Cinayət işinin materiallarında olan 06.07.2015-ci il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sahib Babayevin əynində kənarları 0,5 sm ölçüdə, ağqara rəngli kvadrat şəkilli, köndələn və boylama zolaqı, ön hissəsi düyməli, iki döş cibi olan qarımqol köynək olmuş, həmin köynəyə üfunət qoxulu çürümə mayesi hopmuş, arxa hissəsində, ətək tikişindən 20 sm yuxarıda 5x3 sm sahədə boylama, 3 ədəd yanbayan lıflənmiş və sürtülmüş zədə olmuşdur. Köynəyin sol döş cibində 1 ədəd “Kent” markalı, içərisində siqaret olmayan qutu, 1 ədəd içərisində kibrit dənələri olan kibrit qutusu olmuşdur. Sahib Babayevin əynindəki qara rəngli şalvarın sağ yan cibində “Samsung” markalı telefon, həmin telefonun içərisində 2 ədəd nömrə, sol yan cibində “Vazelin” krem, 1 ədəd 10 manat və 2 ədəd 1 manat pul əskinazları olmuşdur. Həmçinin onun əynində ağ rəngli qolsuz mayka, bozumtul-ağımtıl rəngdə çirkli maye hopmuş qısa alt tumanı, qara rəngli çirkli maye hopmuş iki ədəd corab, 2 ədəd qara rəngli ayaqqabı olmuş, sağ ayağa geyindiyi ayaqqabının daban hissəsi ayaqqabının içərisinə doğru qatlanmış vəziyyətdə olmuşdur. Baxış zamanı meyitin üzərində olmuş paltarlar və əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, meyitin xarici müayinəsi zamanı müəyyən edilmişdir ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşludur. Meyitin boynun uzunluğu 165 sm olmaqla kəskin çürümə prosesinə məruz qalmışdır. Bütün bədən səthi üfunət qoxu verən çirkli yaşılı və pasvari qaramtıl qonur rəngdə olmaqla, dəri üstlüyü epidermisi paltarlar çıxarıldıqda asanlıqla ayrılmışdır. Meyitin sifəti, döş qəfəsinin ön səthi qaramtıl qəhvəyi rəngdə olub çürüyərək hissəvi ərimiş və tanınmaz vəziyyətdə olmuşdur. Baş hissəsində, ənsə gicgah nahiyəsində olan tükləri asanlıqla qopub ayrılmışdır. Başın dəri örtüyü çirkli qaramtıl rəngdə olub çürüntü kütləsi ilə örtülmüşdür. Meyitin döş və qarın nahiyəsində səpələnmiş şəkildə ağımtıl rəngdə 1 sm uzunluqda milçək süfrələri olmuşdur. Meyitin arxa bel hissəsində, yəni döş qəfəsinin arxa hissəsində sağ çiyin qurşağını tutmaqla böyük həcmli sahədə qabırğalar, döş fəqərələri görünməklə yumcaq toxumaları çürüyüb əriməklə dağılmış formada olub silkələdikdə içərisindən milçək pupları uçuşmuşdur. Dəri örtüyü bütün sahələrdə qaramtıl rəngli olub yarım maye şəkildə çürüntü kütləsi ilə örtülmüşdür. Bu kütlənin içərisində uzunluğu 0.5-1 sm olan ağ rəngli qurdlar olmuşdur. Boynu orta uzunluqda olub hərəkətli olmuş, kəskin çürümə fonunda boynun ön yuxarı 3/1 hissəsində 6 x 0,7 sm ölçüdə dəri tamlığı pozulmuş, ətraf dəridən fərqli açıqqəhvəyimtil rəngdədir (cild 01, 14-24). Cinayət işinin materiallarında olan “Axtarış aparılması haqqında” istintaqı hərəkətinin protokolundan görünür ki, 07.07.2015-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Şahid5 Qəmbər qızının yaşadığı evin həyətinin hasar hissəsinin arxa tərəfındə, “Köhnə dəyirman” adlanan yerdə və Şahid5 evində aparılmış axtarış zamanı kəskin üfunət qoxu gələn “Köhnə dəyirman”ın ərazisində, üzərində tünd-qəhvəyi rəngdə ləkə olan torpaq nümunəsi və 1 ədəd daş parçası aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, Şahid5 həyətində setka hasarın üzərinə çəkilmiş və tikiş hissələrindən sökülmüş un torbaları olmuş, eləcə də setka hasarın üzərindən müəyyən məsafədə kənar predmetlə üzəri örtülməmiş hissə vardır. Bundan başqa, Şahid5 həyətindəki hamamın arxa divarı “Köhnə dəyirman”ın ərazisinin sərhədini təşkil etməklə üzü həyət istiqamətində tikilmiş, sağ yan tərəfdə dəmir listlərlə hasar çəkilmişdir. Fotoşəkillərdən görünür ki, hamam və hasardan digər tərəfdə “Köhnə dəyirman”ın ərazisində yaşıl yarpaqları olan “Əncir” ağacı vardır (cild 01, iş vər. 36-44). Cinayət işinin materiallarında olan “Götürmə aparılması haqqında” istintaqı hərəkətinin protokolundan görünür ki, 10.09.2015-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Şahid5 Qəmbər qızının yaşadığı evin həyətində dəmir torun üzərinə çəkilmiş 3 ədəd tikiş hissəsindən sökülmüş un torbaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 03, iş vər. 95-99). Cinayət işinin materiallarında olan 06.07.2015-ci il tarixli 04 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, X6 meyiti kəskin çürümə prosesinə məruz qalmış, çürümə dəyişikliyi fonunda Sahib Babayevin meyitində makroskopik və mikroskopik müayinədə boynun ön səthində bir ədəd (6x0.7sm ölçüdə) üfiqi istiqamətdə yerləşmiş stranqulyasiya şırımının bir hissəsi və şırım nahiyəsinin dəri toxumasına və boyun əzələlərinə qansızmalar və dilaltı sümüyünün sınığı aşkar edilmişdir. Həmçinin döş qəfəsinin sağdan 4-cü qabırğanın qapalı tam sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati əlamətlərə malikdir və Sahib Babayevin ölümündən bir qədər əvvəl yetirilmişdir. Çürümə fonunda aşkar edilmiş boynun bir ədəd stranqulyasiya şırımı nahiyəsinin dəri toxumasına və boyun əzələlərinə qansızmalar və dilaltı sümüyünün sınığı ilgəklə boynun sıxılmasından baş vermiş və mexaniki asfiksiyaya səbəb olduğu üçün ağırlıq dərəcəsinə görə ölümlə nəticələnən ağır dərəcəli bədən xəsarətlərinin əlamətlərinə malikdir. Döş qəfəsinin sağdan 4-cü qabırğanın qapalı tam sınığı küt əşya ilə yetirilmiş və ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarət həyati əlamətlərinə malikdir və Sahib Babayevin ölümündən bir qədər əvvəl yetirilmişdir. Meyit kəskin çürümə prosesinə məruz qaldığından və gövdənin arxa səthinin xeyli hissəsinin yumşaq toxumalarının və eləcə də həyat üçün vacib olan daxili orqanlarının xeyli hissələrinin milçək süfrələri tərəfindən yeyildiyindən boyun nahiyəsində olan mexaniki asfiksiyaya səbəb olan həyati şırımdan və sağdan 4-cü qabırğanın sınığından başqa bədənində digər xəsarət müəyyən etmək mümkün olmadır. Gecikmiş meyit əlamətlərinin inkişafına əsasən və meyitdə olan pup milçəklərin əmələ gəlməsini- yəni bioloji inkişaf dövrünü və həmçinin meyitin çürüməsi üçün ən əlverişli şərait olan ətraf mühitin temperaturunun 30-40 C olduğunu nəzərə alaraq demək olar ki, Sahib Babayevin ölümü meyitin müayinəsindən 14- 20 gün əvvələ, ola bilsin ki, 18.06.2015-ci il tarixdə, yəni itkin düşdüyü vaxtda baş vermişdir. Sahib Babayevin ölümünə səbəb boyun dərisindəki stranqulyasiya şırımı ilə, dilaltı sümüyünün sınığı və boynun əzələlərində qansızmaların yaranması ilə müşayət olunan boyun orqanlarının ilgəklə sıxılmasından baş vermiş mexaniki asfiksiya olmuşdur. Sahib Babayevin meyiti kəskin çürümə prosesinə məruz qaldığı üçün və çox hissəsi süfrələr tərəfindən yeyilmiş ürəkdə, həmçinin onun iri damarlarında qan aşkar edilməmiş və etil spirtinin təyini üçün məhkəmə-kimyəvi müayinəyə göndərilməmişdir. Mərhumun meyitindən götürülmüş yumşaq toxumada məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri salisilatlar aşkar edilməmişdir. Bu da hadisə vaxtı onun ayıq olduğunu sübut edir (cild 01, iş vər. 158-165). Cinayət işinin materiallarında olan 01.11.2016-cı il tarixli 415-MTKŞ/2016 nömrəli məhkəmə maddi sübutların ekspertiza rəyindən görünür ki, “MTE və PA” ETT Birliyinin Ağsu rayon şöbəsinin məhkəmə-tibb eksperti X7 tərəfindən X6 adına (meyitin ekspertizası) tərtib edilmiş 04 saylı ekspert rəyinə, Sahib Babayevin meyitinin boyun nahiyəsində olan stranqulyasiya şırımının morfoloji xüsusiyyəti və istiqamətinə (boyunun ön yuxarı 1/3 hissəsində 6x0,7 sm ölçüdə dəri tamlığı pozulmuş, ətraf dəridən fərqli açıqqəhvəyimtil rəngdə üfiqi istiqamətdə), dilaltı sümüyünün sağ böyük buynuzunun distal ucunda aşkar olunmuş sınığa əsaslanaraq demək olar ki, Sahib Babayevin meyitində aşkar olunmuş bu xəsarətlər (boyun nahiyəsində olan stranqulyasiya şırımı və dilaltı sümüyün sınığı) iplə boynun sıxılması nəticəsində yaranmışlar. Sahib Babayevin meyitində aşkar olunmuş xəsarətlərin təqdim olunmuş iplə, o cümlədən oxşar morfoloji xüsusiyyətlərə malik digər iplə törədilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş iki ədəd ip fraqmentlərindən birinin üzərində ilgək aşkar olundu. Lakin bu ilgəyin diametrinin ölçüsünü (8,5sm) nəzərə alaraq demək olar ki, Sahib Babayevin boyun nahiyəsində olan stranqulyasiya şırımının bu ilgəyin təsirindən yaranması inandırıcı deyildir (cild 03, iş vər. 248-249). Cinayət işinin materiallarında olan 04.08.2015-ci il tarixli 322-MTKŞ/2015 nömrəli məhkəmə maddi sübutların ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X9 məxsus şalvarın sol ayaq hissəsinin ön səthində aşağıda bir ədəd, arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində altı ədəd, sol ayaq hissəsinin arxa səthində aşağıda bir ədəd, sağ ayaq hissəsinin arxa səthində aşağıda bir ədəd və qısaqol köynəyin arxa səthində solda aşağıda üç ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr küt yaranma mexanizminə malikdirlər, cırılma xarakterlidir, şalvarın və köynəyin müvafiq nahiyələrinin dartılması nəticəsində, onlardan bəziləri isə hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gəlmişdir. Sahib Babayevə məxsus şalvarın ön səthində solda, kiçik toxuma çatmamazlığı ilə müşayiət olunan dörd ədəd dəlib-keçən zədə və ayaqqabının sol tayının üz hissəsində bir neçə kiçik ölçülü, bəziləri cüzi toxuma defekti ilə müşayiət olunan zədələr vardır. Bu zədələr küt yaranma mexanizminə malikdirlər, məhdud cırılma xarakterlidir və bu zədələrin hər hansı bir kiçik ölçülü həşəratların və ya qurdların təsirindən əmələ gəlməsi inkar olunmur. Sahib Babayevə məxsus qolsuz maykada, tumanda və ayaqqabının sağ tayında hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Sahib Babayevə məxsus geyim əşyaları meyitin çürümə məhsulları ilə tam hopmuş və nəm vəziyyətdə ekspertizaya təqdim olunmuşdur. Bu fonda həmin geyim əşyaları üzərində sürünməyə xarakter olan hər hansı bir əlamət aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X26 məxsus qolsuz mayka, bir cüt ayaqqabı, tuman və hadisə yerindən götürülmüş torpaq nümunəsi üzərində olan ləkələrdə qan aşkar edilməmişdir. Bu ləkələrdən hazırlanmış məhlulda zülal aşkar edilmədiyi üçün qanın növünü təyin etmək mümkün olmamışdır. X26 məxsus şalvar, qısaqol köynək və hadisə yerindən götürülmüş daş parçası üzərində olan ləkələrdə qan aşkar edilməmişdir. Torpaq nümunəsi və daş parçası üzərində yararlı hüceyrə elementləri aşkar edilməmişdir (cild 02, iş vər. 222-225). Cinayət işinin materiallarında olan 31.08.2015-ci il tarixli 1984/K-2015 nömrəli məhkəmə maddi sübutların ekspertiza rəyindən görünür ki, mərhum X6 meyitindən götürülmüş bioloji obyekt nümunəsində cinsi aktivliyi artıran prepratlar, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 05, iş vər. 159-162). Cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli 262/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində məhkəmə-tibbi müayinə zamanı hazırda xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tibbi sənədə əsasən 29.05.2015-ci il tarixdə aşkar edilmiş xəsarət sol bel, sol sağrı nahiyəsinin əzilməsi, qançırı küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti 29.05.2015-ci il tarixi inkar edilmir, yıxılma nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə “qabırğa sınığı” ilə əlaqədar hərhansı bir qeydiyyat yoxdur. Hətta qabırğa sınığı olduğu halda belə 18.06.2015-ci il tarixdə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinə zamanı qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun, yəni 18.06.2015-ci il tarixdə X8 ip vasitəsi ilə boğub öldürərkən onun bədən səthində “müqavimətə” xarakterik hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 06, iş vər. 173-176). Cinayət işinin materiallarında olan 19.08.2021-ci il tarixli 530/2021-MTBŞ nömrəli məhkəmə bioloji ekspertiza rəyindən görünür ki, mərhum X6 qan qrupu- O/İ/, təqdim olunan fərdi uçot kartoçkasının kserosurətinə əsasən Təqsirləndirilən şəxs qan qrupu-A/İİ/ olmuşdur. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 02 ədəd iplərdən 106 sm ölçüdə olanı üzərində insan qanı aşkar aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən mərhum X9 məxsus ola bilər. Digər ip üzərində isə qan aşkar olunmadı. Tədqiq olunan iplər üzərində tükə bənzər hər hansı obyekt, tər, sidik ifrazatı, ağız suyu aşkar olunmadı. Tədqiqata təqdim edilmiş 01 ədəd daş üzərində tükəbənzər hər hansı obyekt, qan, tər, ağız suyu, sidik ifrazı aşkar olunmadı (cild 07, iş vər. 37-43). Cinayət işinin materiallarında olan 03.08.2021-ci il tarixli, 1689 nömrəli kompleks ambulator məhkəmə psixiatrik, psixioloji və narkoloji ekspertizalarının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıldır, mühakimələrində qeyri-səmimilik, davranışlarında nümayişkəranəlik elementləri özünü büruzə verir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfiliktə meyilli şəxs olduğu müəyyən edilir. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliklərinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizmdən əzab çəkmir. Təqsirləndirilən şəxs bu xəstəliklərlə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosionallıq, özünümüdafiə etməyə meyillilik, inadkarlıq, situasiyanı öz xeyrinə yönəltmək, hirslilik, məsuliyyətsizlik, öz maraqları çərçivəsindən çıxış etmək, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, soyuqqanlılıq, hövsələsizlik, kinlilik, qeyri-səmimilik, mənəvi keyfiyyətlərin aşağı olması kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman Təqsirləndirilən şəxs psixiemosional sferasında hirslilik, qəzəblilik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilmiş fərdi-psixi xüsusiyyətlər fonunda situasiya (Sahib Babayevin bacısı Xalidə ilə tez-tez görüşdüyünü, intim münasibətdə olduğunu hiss etməsi, onları izləyərək aralarında yaxın münasibətlərin olduğundan əmin olması, Sahib Babayevin bacısı Xalidə ilə telefonla danışması, bacısını qısqanması, hadisə baş verən gün Sahib Babayevin gecə saatlarında bacısıgilin hamamlarının arxasında əyləşdiyini görməsi və s.) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs keçirdiyi psixi emosional halın yaranma səbəbləri onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər fonunda Sahib Babayevin hərəkətləri ilə əlaqədar ola bilərdi. Təqsirləndirilən şəxs uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında ifadə verməyə meyillik əlamətləri aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə törətdiyi cinayət əməlinin bəzi məqamlarını öz maraqlarına uyğun tərzdə yönəldərək danışa bilər. Təqsirləndirilən şəxs video görüntü ilə ifadələr verərkən (istintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən) psixi-emosional vəziyyəti norma səviyyəsində olmuşdur. Onun emosional vəziyyətində əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (qorxu, həyəcan, gərginlik və s.) müşahidə olunmur. İstintaq hərəkətləri zamanı videoçəkiliş aparılarkən (video görüntü ilə ifadələr verərkən) Təqsirləndirilən şəxs hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur (cild 07, iş vər. 30-36). Cinayət işinin materiallarında olan 25.06.2021-ci il tarixli 6/2106-6/2107 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas /imza/ Həsən..” mətni yazılmış bağlamanın içərisində şəffaf rəngli bükülmüş vəziyyətdə olan polietilen örtüyün üzərində bir təbəqəli göy rəngli boya sürtünməsi izi və mikrohissəcikləri vardır. Həmin bir təbəqəli göy rəngli metalik boya mikro hissəciklərinin üst səthi hamar, yarım parlaq və eynicinsli, avtonəqliyyat və onun hissələrinin rənglənməsində istifadə olunan lak-boya maddələrinə məxsus olub özündə eksplatasiya əlamətləri (yəni zəif parlaqlıq, rəngin solması və s əlamətləri) daşıyır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd ağ rəngli kisənin və 3 (üç) ədəd bir-birinə tikilmiş kisələrin materialı kimyəvi tərkibinə görə eyni olub polipropilen tərkiblidirlər. Tədqiqata təqdim edilmiş şəffaf bükülmüş sellefon kimyəvi tərkiblərinə görə polietilendir (cild 05, iş vər. 117-122). Cinayət işinin materiallarında olan Ağsu rayon polis şöbəsindən daxil olmuş 07.06.2015-ci il tarixli 2991 nömrəli əməliyyat tapşırığına cavab məktubuna əsasən 06.07.2015-ci il tarixdə ünvan 4 ünvanında yaşamış X6 Bakı-Şamaxı Yevlax yolunun 157ci km-də Ağsu rayonu ərazisində Ağsu çayının üzərindən keçən körpünün sağ kənarında yerləşən avtomobil təmiri və avtoyuma sexlərinin arxasından təxminən 100-150 metr məsafədə Ağsu çayının kənarında sellefon bükülüb torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyat tədbirləri keçirilmişdir. Cinayəti törətmiş şəxsin tapılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 07.07.2015-ci il tarixdə 63009 saylı əməliyyat-axtarış işi açılaraq geniş plan tərtib olunmuş, əməliyyat aparatının əməkdaşları həmin hadisə ilə bağlı təlimatlandırılmış, faktla bağlı alınmış məlumatlar dərhal yoxlanılmışdır. Hadisənin başqa rayonlardan gəlmiş cinayətkar(lar) tərəfindən törədilməsi ehtimalı ilə bağlı rayon-şəhər polis şöbələrinə istiqamətləndirici məktublar göndərilmişdir. Sahib Babayev İ8.06.2015-ci il tarixdə təxminən saat 21 radələrinə kimi oğlu Şahid1lə birlikdə işlətdikləri Ağsu şəhəri Bayraq meydanının yaxınlığında yerləşən avtoyuma yerində olmuşlar. Həmin vaxtdan Sahib Babayev naməlum istiqamətə gedərək geri qayıtmamışdır. Sahib Babayevin 18 iyun 2015-ci il tarixdə itkin düşməsi ilə bağlı oğlu Şahid1 rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, 23.06.2015-ci il tarixdə 15558 saylı axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X37 şəhər sakini Şahid5 Qəmbər qızı ilə yaxın münasibəti olmaqla, İ8.06.2015-ci il tarixdə onlar arasında bir neçə dəfə telefon danışıqları olmuşdur. X4 yaşadığı ünvan müəyyən edilmiş, onun özü və qonşuları ilə aparılan söhbət zamanı məlum olmuşdur ki, Şahid5 yaşadığı ünvan 6 ünvanındakı evinin həyətinin hasarına bitişik “Köhnə dəyirman” adlanan ərazi tərəfdən 21 iyun 2015-ci il tarixdən 2015-ci ilin iyul ayının əvvəllərinədək kəskin üfünət qoxusu, hər hansı bir canlının çürüməsi nəticəsində əmələ gələ bilən qoxu gəlmiş və həmin qoxu 2015-ci ilin iyul ayının əvvəllərində tədricən azalmışdır. X6 meyitini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 157-ci kilometrliyinə, Ağsu çayının kənarında yerləşən avtomobil təmiri və avtoyuma məntəqələrinin arxasına, Ağsu çayının sahilinə atmış şəxs (şəxslərin) müəyyən edilməsi istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir (cild 01, iş vər. 32- 33). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında daxil olmuş 23.08.2021-ci il tarixli 5662 nömrəli əməliyyat tapşırığının nəticəsinə dair məktuba əsasən Bakı istintaq təcridxanasında saxlanılan, xx.xx.1963-cü il təvəllüdlü, Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilərək həbs olunmuş şəxs Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi Bakı-Şamaxı-Yevlax yolunun 157-ci km- də, Ağsu rayonu ərazisində, Ağsu çayının kənarında yerləşən avtomobil təmiri sexindən 18.06.2015-ci il tarixdə saat 21-22 radələrində tək çıxıb bacısı Şahid5 evinə gedərkən sonuncunun həyətyani sahəsinin hasarına bitişik olan “Köhnə dəyirman” adlanan yerin yol istiqamətindəki giriş hissəsinin bir qədər aralı olmasından şübhələnib oradan içəri keçib bacısı evinin həyətinin həmin torpaq sahəsi ilə ümumi hasarına yaxın yerdə əncir ağacının altında oturmuş vəziyyətdə Sahib Babayevi görmüş, sonuncu ilə mübahisə edərək axşam saatlarında bacısının evinin yaxınlığında gözləməsinin və ora gəlməsinin səbəblərini soruşmuş, onun sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, qısqanclıq zəmnində oradan götürdüyü “Press” ipi ilə Sahib Babayevin arxa tərəfinə keçərək həmin ipi sonuncunun boğaz nahiyyəsinə keçirib hər iki əli ilə ipi özünə tərəf bir neçə dəqiqə dartıb saxlamaqla qəsdən öldürmüşdür. Növbəti günlərdə sonuncunun meyitindən ətrafa qoxu yayıldığı üçün meyiti olduğu yerdən götürərək başqa yerə atmaq qərarına gəlmiş, bu məqsədlə təxminən 03-04.07.2015-ci il tarixlərdə işlədiyi sexdən götürdüyü sellefona Sahib Babayevin meyitini bükərək un torbasına salıb bir qədər “Köhnə dəyirman”ın giriş hissəsinə tərəf gətirib qoymuş, növbəti gün səhər saatlarında yuxudan oyanıb kirayədə qaldığı evin həyətində saxladığı avtomobili sürüb meyitin olduğu yerə getmiş, un torbasında olan meyiti avtomobilin baqajına qoyub işlədiyi sexin yaxınlığına aparmış, daha sonra baqajdan yerə qoyub Ağsu çayının kənarına sürüyüb aparmış və meyiti orada sellofana bükülmüş və torbaya salınmış vəziyyətdə qoyaraq çıxıb getmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin cinayətin törədilməsində ailə üzvləri və qohumlardan, eləcə də kənar şəxslərdən heç kim ona kömək etməmişdir (cild 07, iş vər. 54-55). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Baş Cinayət Axtarış İdarəsindən daxil olmuş 14.01.2021-ci il tarixli 004134-390-1221 nömrəli və Ağsu RPŞ-dən daxil olmuş 06.01.2021-ci il tarixli 130-215-1221 nömrəli əməliyyat tapşırıqlarının nəticələrinə dair məktublara əsasən mərhum X13 Xalidə Qəmbər qızı ilə yaxın münasibətlərinin olması müəyyən edilmişdir. Sonuncunun MTE və PA Birliyinin Ağsu rayon şöbəsində tibb bacısı işləməsini nəzərə alaraq, Sahib Babayevin meyitinin sellefona bükülərək torbaya salınmasında hadisəni törətmiş şəxsin bu sahədə müəyyən bacarıqlara malik olmasını göstərir. Şahid5 Sahib Babayevlə aralarında olan münasibətlərə tam aydınlıq gətirməmiş və verilən suallara dolayı cavablar verməklə yayınmışdır (cild 04, iş vər. 116-124, 127-129). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının DTX-dən daxil olmuş 06.03.2021-ci il tarixli 23/5-542 nömrəli əməliyyat texniki məlumatlara baxış keçirərkən müəyyən edilmişdir ki, 12 fevral 2021-ci il tarixdə saat 11:52-də Şahid16 (055 212-72-88) və Təqsirləndirilən şəxs (***-***-**-**) arasında telefon danışıqları zamanı Təqsirləndirilən şəxs Bakıya gələcəyini qeyd etmiş, Şahid16 "Hə, get başından olsun da, get izahatını ver çıx da" demiş, Təqsirləndirilən şəxs "Bir dənə şey soruşacaqdım e səndən. Dünən şey soruşacaqdım e səndən" bildirmiş, Şahid16 "hə?" demiş, Təqsirləndirilən şəxs "O vaxtı sən demişdin ki, hə, mamanla olursan, orada olursan hə, yoxsa?" deyə soruşmuş, Şahid16 "A yox e, onun dəxli yoxdur, mən ayrı yaşayıram" cavab vermiş, Təqsirləndirilən şəxs "Hə, elə bir dənə onu soruşacaqdım" demiş, Şahid16 "Hə, yox, bir də ki yadından çıxmasın, o vaxtı sənin qıçın qırılmışdı da, araba" söyləmiş, Təqsirləndirilən şəxs "Bilirəm, o heç, onu neynirəm, hə, nə isə, uzatma, oldu, davay" bildirmişdir (cild 05, iş vər. 32-33). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının DTX-dən daxil olmuş 18.06.2021-ci il tarixli 23/5-1708 nömrəli əməliyyat texniki məlumatlara, 01.06.2021ci il tarixli 23/5-1859 nömrəli əməliyyat texniki məlumatlara və əlavə edilmiş diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, 27 may 2021-ci il tarixdə saat 10:36-da Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** mobil nömrəsi ilə oğlu Şahid9 (050 876-80-85) zəng edib "İşdir, səndən qəfil zəng eləyər soruşar ki, maşını kraskalayanda, həmin yerdə, orada, cığala çəkirdiz maşının üstünə zadına, denən yox, bizim hündür boks idi, cığala zad çəkməmişik, cığala da heç nə çəkməmişik. Həmin vaxtlarda mən işləməmişəm, may ayının axırına mən işləməmişəm də, kənddə olmuşam, otla əlaqədar, mən işləməmişəm, işdə olmamışam, düz yıxılıb gəlincə, mən fakt, voobşe işləməmişəm həmin vaxtlar. Oldu? Şey olsa, sənə zəng eləsə" demiş, Şahid9 da"Hə. Haradasan?" söyləmiş, Vahid "Burada gözləyirəm, bu hələ yol gəlir e" bildirmiş, Zahid "Nəyi gözləyirsən, səndən elə soruşdusa" bildirmiş, Vahid Gözəlov "Mənə deyir ki, cığala ilə bağlı, deyir sənin əl izlərin şey olub, dedim a heç mənim əl izim, mənim əl izimi kim götürüb ki, heç kim götürməyib, yalandan deyir də, bilmir nə desin, a dedim a cığala nədir, mən nə bilim axı, başqa söhbət elə, dedi hə gəlirəm, dedim gəl də gəl görə. Amma mən onda işləməmişəm a, axırına, nə bilim, belə vaxtları, dedim işləməmişəm, otla əlaqədar kənddə olmuşam, ayın 15-dən zaddan sonra mən kənddə olmuşam, ot yığmışıq" demiş, Şahid9 da "Hə, heç həmin vaxtlar işimiz var idi ki, guya, nə cığala" cavab vermiş, Təqsirləndirilən şəxs "Hə şey olsa denən iş zad var idi ki, işimiz yox idi axrı denən, heç mən maşın kraskalamamışam, eləməmişəm denən onda heç, maşın zad kraskalamamışam heç, denən ki, biz denən cığala çəkmirik denən, hara, hündür boksdur denən, orada toz düşmür, bir şey deyil" deyə tapşırmış, Şahid9 da onunla razılaşmışdır. 27 may 2021-ci il tarixdə saat 08:50-də Şahid5 istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə qardaşı oğlu Şahid9 məxsus olan 050 ***-**-** mobil nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs "Səni çağırmamışdılar prokuraturaya? Zöhrab müəllim çağırmamışdı səni? Bakıdan o müstəntiq çağırmayıb bura, prokuraturaya" soruşmuş, Xalidə Mehdiyeva “Yox, nə prokuraturaya?" demiş, Təqsirləndirilən şəxs “Buradadır. məni çağırıb, deyir 20 dəqiqədən sonra gələrsən, yarım saata zada" söyləmiş, Şahid5 "Məni görüb gedərsən də" deyə tapşırmış, Təqsirləndirilən şəxs "Səni nətər görürəm, Sən haradasan?" soruşmuş, Şahid5 xəstəxanada işdə olduğunu demiş, Təqsirləndirilən şəxs "Mənim o xəstəlik kağızım səndədir?” soruşmuş, Şahid5 kağızın onda olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs "Zahid gəlsin götürsün də onu" bildirmiş, həmdə ki, şey elə də, əməlli möhkəm danış, nətəri, özünü qorxuzma, bir şeydən xəbərin yox, bir şeyin yox” deyə tapşırmış, Təqsirləndirilən şəxs “onu demirəm e, kağızı, birdən məndən kağız istəsələr, deyirəm onu göstərim ki, ala da bala, onda Zahid gəlsin ora iş yerinə, sənə vızov versin çıx oradan ver qapının ağzına Zahidə" demiş, Şahid5 onunla razılaşmışdır. Həmin gün saat 08:57-də Şahid9 xəstəxananın qarşısında Xalidə Mehdiyeva ilə görüşməsi müşahidə edilmişdir. Həmin gün, saat 11:20-də Şahid5 "Papan gəlmədi?" demiş, Şahid9 "Heç nə işdəyəm, yox hələ gəlməyib" söyləmiş, Şahid5 "Bekarsansa, işin yoxdursa, gəl biz tərəfə, Samirə də buradadır (qızı), deyir bekardırsa gəlsin" bildirmiş, Şahid9 iş gördüyünü qeyd etmiş, sonra gələcəyini söyləmişdir. Həmin gün, saat 12:22-də Şahid5 "Gəlmədi papan?" soruşmuş, Şahid9 "Ora gedirəm, məni də çağırdılar" cavab vermiş, Şahid5 "Hə çağırsınlar da, get də" demişdir. Həmin gün, saat 16:44-də Şahid5 harada olduğunu soruşmuş, Şahid9 "Kənddən gəlirəm, mamamı gətirirəm ora, deyir ifadəsinı alacağıq da" demiş, Şahid5 "Mamanı istəyirlər. Hə, yaxşı, papan hanı?" deyə soruşmuş, Şahid9 "Papam orada idi də, nə bilim" bildirmişdir. Saat 16:47-də Şahid5 "Sən ifadə verdin?" soruşmuş, Şahid9 "Hə verdim" cavab vermiş, Şahid5 "Hə, maman da hə də, şeydir də, adını nədir, papandır, evdə olub da, yanınızda olub da" demiş, Zahid “Aaa hə də yaxşı, day başlama, oldu davay" söyləmiş, obyekt "Qayıdanda bizdən keçərsiz də" bildirmiş, Şahid9 onunla razılaşmışdır (cild 05, iş vər. 94-95). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının DTX-dən daxil olmuş 02.06.2021-ci il tarixli 23/5-1500 nömrəli əməliyyat texniki məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 12 mart 2021-ci il tarixdə saat 18:26-da Təqsirləndirilən şəxs 050 ***-**-** mobil telefon nömrəsi ilə Şahid5 zəng edib "Sabah onu ya Şükufəyə deyək, şey elə, gör onu tapa bilsələr o şeyi, hə, hə, yox, yox, yoxdursa o pulu” bildirmiş, Şahid5 “Tapa bilməsə, pulu alıb götürüb gələcəm” cavab vermiş, həmsöhbəti “Şükufəyə denən o, 20 manatı sənə verirəm, sən bir dənə ordan mənə bax gör bu kitaba işlənibişlənməyib, hə, ya yox, yoxsa canın sağ olsun qorxma, işlənməyib-işlənməyib də, zərər yoxdur, pulu al Seymurun maşınına benzin vurub gedib gələrik. Kitaba işlənilməyibsə mən onu niyə yazdırıram ki, lazım deyil, bəbəyini çıxardacam ki, mən 2 dənə şahidlə ki, mən bura gəlmişəm, sən niyə işləməmisən onu kitaba" deyə tapşırmış, Şahid5 "Sənin şahidin sübutun elə öz balaların, oğlun" söyləmiş, Təqsirləndirilən şəxs "Elə xəstəxanaya səninlə Zahid aparıb da məni ora" demiş, Şahid5 pulu həkimdən geri götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sabah günorta bacısının evinə gələcəyini demişdir. 14 mart 2021-ci il tarixdə saat 17:14-də Təqsirləndirilən şəxs həkimdən pulu alıb-almadığını soruşmuş, Şahid5 "Yox, ala bilmədim, e, yazacaq, ona görə almadım. Səhər gedəcəyik?” bildirmiş, Təqsirləndirilən şəxs sabah Bakıya gedəcəyini söyləmişdir. Onlar 15 mart 2021-ci il tarixdə Bakı şəhərinə, prokurorluğa getmək barədə razılaşmışlar. 20 mart 2021-ci il tarixdə səhər obyekt qardaşı Təqsirləndirilən şəxs sonuncunun vaxtilə xəstəxanada tibbi yardım göstərilməsi barədə sənədini aldığını bildirmişdir (cild 05, iş vər. 91-93). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş telefon danışıqları, antena məlumatları, sms və digər ötürülən məllumatlara 13.02.2021-ci il tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2015-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs istifadəsində olmuş **********93 mobil nömrəsi “İMEİ **********50520” kodlu telefon cihazında istifadə edilmiş, 18.06.2015-ci il tarixdə müxtəlif mobil telefon nömrələri ilə apardığı telefon danışıqları zamanı həmin gün saat 08.34, 09:47, 12:14, 13.27 və 13.31 radələrində “İsmayılov rayonu, Gəraybəyli”, saat 21.38 radələrində “Ağsu r-nu”, saat 21:39 radələrində “Ağsu r-nu, 28 May küç, ev”, saat 22.19 və 23:10 radələrində “Ağsu r-nu, 28 May küç, ev”, saat 23.13 radələrində “Ağsu r-nu”, 19.06.2015-ci il tarixdə saat 10:13 radələrində “İsmayıl r-nu Gəraybəyli” antena dairələrində olmuşdur (cild 2, iş vər. 13-14, 72-79). Cinayət işinin materiallarında olan 13 fevral 2021-ci il tarixdə meyitin üzərindən aşkar edilərək maddi sübut qismində götürülmüş “Samsung duos” markalı telefona, eləcə də həmin telefonun içərisində olan "xxxx" MMC-ə məxsus olmaqla üzərinə “89994, 01111, 01713, 85588” rəqəmləri yazılmış karta və "xxxx" MMC-ə məxsus olmaqla üzərinə “89994, 55005, 01456, 04317” rəqəmləri yazılmış karta baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Samsung duos” markalı telefon İMEİ- **********2705/5 və İMEİ-**********2705/2 kodlu cihazdır. Telefonun “Yes” düyməsini basdıqda “All logs” başlıqlı telefona gələn cavablandırılmamış zəng və mesajların siyahısı görünmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, sonuncu telefon danışığı 18.06.2015-ci il tarixdə saat 20:58 radələrində 050 ***-**-** mobil nömrəsi ilə edilmişdir. Qeyd olunan mobil telefon nömrəsi də Şahid5 istifadəsindədir. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, 050 ***-**-** mobil nömrəsindən 19.06.2015-ci il tarixdə saat 07:36, 07:44, 08:31, 10:11, 11:28, 17:40-da cavablandırılmamış zənglər edilmişdir (cild 04, iş vər. 228-230). Cinayət işinin materiallarında olan Sahib Babayevə istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsi və Şahid5 istifadəsində olan 050 ***-**-** mobil nömrəsi arasında 17.06.2015-ci il və 18.06.2015-ci il tarixlərdə edilmiş telefon danışıqları analiz edilərkən müəyyən edilmişdir ki, 17.06.2015-ci il tarixdə saat 10:03-də 27 saniyə telefon danışığı olarkən hər iki nömrə “Ağsu r-nu 28 may küç. ev” antena dairəsində olmuş, saat 10:08-də 19 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r-nu 28 may küç.ev”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r. Ağsu Aşrımı” antena dairəsində olmuş, saat 10:50-də 142 saniyə telefon danışığı olarkən hər iki mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, saat 16:10-da 1583 saniyə telefon danışığı olarkən hər iki mobil telefon nömrəsi “Ağsu r-nu 28 may küç.ev” antena dairəsində olmuş, saat 18:04də 32 saniyə, saat 22:29-da 137 saniyə, saat 23:05-də 70 saniyə, saat 23:07-də 26 saniyə, saat 23:37-də 1045 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r-nu 28 may küç.ev”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, 18.06.2015-ci il tarixdə saat 00:51-də 189 saniyə, saat 00:55-də 25 saniyə, saat 07:50-də 12 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r. Ağsu aşrımı”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, saat 09.11-də 15 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Qaradağ Müşviqabad qəs.”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, saat 09.22-də 29 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Höküməli dairəsi”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, saat 14:43-də 254 saniyə telefon danışığı olarkən hər iki nömrə “Ağsu r-nu 28may küç.ev” antena dairəsində olmuş, saat 16:14-də 24 saniyə, saat 17:04də 65 saniyə, saat 17:31-də 1386 saniyə telefon danışığı olarkən 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r-nu 28 may küç.ev”, 050 ***-**-** mobil telefon nömrəsi “Ağsu r.” antena dairəsində olmuş, sonuncu telefon danışığı 20:58-də 383 saniyə olarkən hər iki mobil telefon nömrəsi “Ağsu r.” Antena dairəsində olmuşdur. Şahid5 istintaqda həqiqəti etiraf etməsə də, qeyd olunan çosaylı telefon danışıqlarından və hər iki nömrənin müəyyən saatlarda eyni antena dairəsinə düşməsindən onlar arasında yaxın münasibətin olması, eləcə də günün müxtəlif vaxtlarında görüşmələri qənaətinə gəlinmişdir. "xxxx" MMC-dən daxil olan məlumatlardan görünür ki, mərhum Sahib Babayevin istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsindən Şahid7 istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinə 17 iyun 2015-ci il tarixdə gecə saat 00:17 dəqiqədə zəng edilərək 18 saniyə, saat 00:23 dəqiqədə zəng edilərək 68 saniyə, saat 00:25 dəqiqədə zəng edilərək 15 saniyə, saat 01:16 dəqiqədə zəng edilərək 63 saniyə, səhər saat 07:45 dəqiqədə zəng edilərək 61 saniyə, saat 07:48 dəqiqədə zəng edilərək 44 saniyə, saat 08:41 dəqiqədə zəng edilərək 8 saniyə, saat 15:50 dəqiqədə zəng edilərək 12 saniyə, həmçinin Şahid7 istifadəsində olmuş telefon nömrəsindən mərhumun Sahib Babayevin istifadəsində olmuş mobil telefon nömrəsinə saat 09:16 dəqiqədə zəng edilərək 10 saniyə, saat 12:22 dəqiqədə zəng edilərək 18 saniyə danışıqlar qeydə alınmışdır. Müxtəlif telefon operatorlarından götürülmüş mərhum Sahib Babayevlə aparılmış telefon danışıqları dindirmə istintaq hərəkəti zamanı Şahid7 təqdim edilmiş, lakin sonuncu ifadələrində telefon danışıqlarının məzmunu barədə əsaslı cavablar verə bilməmişdir. "xxxx" MMC-dən daxil olan məlumatlardan görünür ki, Şahid7 istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsi 17 iyun 2015-ci il tarixdə saat 09:38 dəqiqədə Ağsu rayonunun Padar kəndi, saat 09:47 dəqiqədə İsmayıllı rayonunun Gəraybəyli kəndi, saat 10:28 dəqiqədə Göyçay rayonu, saat 10:32 dəqiqədə Göyçay rayonunun Şəhadət kəndi, 11:59 dəqiqədə yenidən İsmayıllı rayonunun Gəraybəyli kəndi, saat 12:13 dəqiqədə Ağsu rayonunun Pirhəsənli kəndi və daha sonra Ağsu rayonu ərazisini, saat 15:32 dəqiqədə isə Şamaxı rayonu Hacıqədirli kəndi ərazisindəki antenanın əhatə dairəsində, 18.06.2015-ci il tarixdə, günün müxtəlif vaxtlarında Sabirabad rayonu ərazisində müxtəlif antena dairələrində olmuşdur (cild 02, iş vər. 13-187) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 23.06.2021-ci il tarixli 5550 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Şahid9 və 02.11.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 05, iş vər. 178). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, qeyd edilən cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadələri, habelə digər şahidlərin ifadələri, ekspertizanın rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri qəbul etməyərək işgəncəyə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və məcbur qalıb törətmədiyi cinayət əməlini etiraf etdiyini bildirsə də, o cümlədən müdafiəçi də çıxışında təqsirəndirilən şəxs tərəfindən qeyd olunanlara istinad edərək, habelə ibtidai istintaq orqanının topladığı sübutlara tənqidi yanaşaraq təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb etsə də, məhkəmə kollegiyasdı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə video çəkilişlə dindirilərkən, eyni zamanda müdafiəçinin də iştirakı ilə video çəkilişlə ifadəsi hadisə yerində yoxlanılarkən törətdiyi cinayət əməli ilə bağlı müfəssəl məlumat vermiş, cinayətin törədilmə mexanizmini göstərmiş, cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini bir-bir ətraflı şəkildə qeyd etmiş, ibtidai istintaq zamanı döyülməsi barədə nə müdafiəçisinə, nə də hər hansı hüquq mühafizə orqanlarına məlumat verməmiş, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu xüsusatları qeyd etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs hadisə baş verən ərəfədə qabırğasının sınıq olması səbəbindən sözügedən ifadəsində göstərdiyi hərəkətləri edə bilməsinin qeyrimümkün olması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarında olan 03.07.2021-ci il tarixli 262/MEŞ nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi sənədə əsasən 29.05.2015-ci il tarixdə aşkar edilmiş xəsarət - sol bel, sol sağrı nahiyəsinin əzilməsi, qançırı küt əşya təsirindən əmələ gəlmiş, törənmə müddəti 29.05.2015-ci il tarixi inkar edilmir, yıxılma nəticəsində yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə “qabırğa sınığı” ilə əlaqədar hər-hansı bir qeydiyyat yoxdur. Hətta qabırğa sınığı olduğu halda belə 18.06.2015-ci il tarixdə məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Odur ki, məhkəmə onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Ona görə də, məhkəmə onun həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun gəldiyindən, həmin ifadələrdə hadisə barədə yalnız ona məlum olan faklar və xüsusatlar əks olunduğundan, hadisənin baş vermə mexanizmi aydın şəkildə göstərildiyindən, həmçinin həmin ifadələr cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığından, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadələri əsaslı sayır və ona qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Qeyd olunanlara əsasən müdafiəçinin Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə tələbi əsaslı hesab edilmir. Məhkəmə çıxışları zamanı müdafiəçi həmçinin Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasının mümkünsüzlüyü halında onun əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunması və sonuncuya həmin maddənin sanksiyası çərçivəsində aşağı həddə cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir ki, məhkəmə kollegiyası vurğulayır ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli məhz Sahib Babayevi qəsdən öldürməyə yönəlmiş, o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Belə ki, sözügedən hadisə zamanı Təqsirləndirilən şəxs mövcud şəraitdə qısqanclıq zəminində zərərçəkmiş Sahib Babayevi bir neçə dəfə sillə ilə vurduqdan sonra onu oturmuş və huşsuz vəziyyətindən istifadə etməklə iplə boğaraq öldürmüşdür ki, bu halda məhkəmə kollegiyası hesab edir ki, xəsarətin bir başa boğaz nahiyəyə yetirilməsi, yəni şəxsin boğulmaqla öldürülməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs bunu arzu etmiş, belə əməlin yekunda nə ilə nəticələnəcəyi ehtimalını qabaqcadan görmüş və öz hərəkətlərini davam etdirmişdir ki, bununla da niyətinin məhz Sahib Babayevi öldümək olduğunu öz əməli ilə təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası bu halda ibtidai istintaq orqanının gəldiyi qənaətin düzgün olduğu nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd olunanlara əsasən müdafiəçinin Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunması və sonuncuya həmin maddənin sanksiyası çərçivəsində aşağı həddə cəzanın təyin olunması barədə barədə tələbi də əsaslı hesab edilmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Şahid9 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası onun həmin ifadələrinə də tənqidi yanaşır və qeyd edir ki, Şahid9 Təqsirləndirilən şəxs oğlu olmaqla onun yaxın qohumudur və bu hal onun məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə onun da ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş materialları ilə eyniyyət təşkil etdiyini və üst-üstə düşdüyünü, habelə sonuncunun video çəkilişlə hadisə yerində ifadəsinin alınması zamanı göstərdiyi xüsusatları əsas götürərək Təqsirləndirilən şəxs qarşı elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qazaxıstan SSR-nin Qaraqanda Qarnizonunun hərbi tribunalının 15.02.1985-ci il tarixli hökmünə əsasən Qazaxıstan SSR-nin CM-in 132-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətə şərti cəzaya məhkum edilmiş, Laçın Rayon Xalq Məhkəməsinın 17.03.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olmuş CM-in 186-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03.07.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 03 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan hadisə yerindən götürülmüş meyitin büküldüyü sellefon, hadisə yerindən götürülmüş 106 və 127 sm uzunluqda 2 ədəd “Press” ipi, meyitin içərisinə salındığı torba, Sahib Babayevin əynində olmuş yarımqol köynək, üzərində qara kəməri olan qara rəngli şalvar, ağ rəngli mayka, tuman, bir cüt qara rəngli ayaqqabı, “Köhnə Dəyirman”ın ərazisindən götürülmüş torpaq nümunəsi, bir ədəd daş, Şahid5 evinə baxış zamanı götürülmüş 3 ədəd un torbası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində, Şahid9 isə şahid qismində dindirilərkən, eləcə də Təqsirləndirilən şəxs, Şahid9 və Cəlal Şahbazovun ifadələrinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu, Təqsirləndirilən şəxs və Şahid9 arasında telefon danışıqları zamanı qeydə alınmış audio yazıların əks olunduğu disklərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, içərisində 2 ədəd mobil nömrə kartı olan 1 ədəd “Samsung” markalı telefon zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılmalıdır. İş üzrə 220,62 AZN (iki yüz iyirmi manat, altmış iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan hadisə yerindən götürülmüş meyitin büküldüyü sellefon, hadisə yerindən götürülmüş 106 və 127 sm uzunluqda 2 ədəd “Press” ipi, meyitin içərisinə salındığı torba, Sahib Babayevin əynində olmuş yarımqol köynək, üzərində qara kəməri olan qara rəngli şalvar, ağ rəngli mayka, tuman, bir cüt qara rəngli ayaqqabı, “Köhnə Dəyirman”ın ərazisindən götürülmüş torpaq nümunəsi, bir ədəd daş, Şahid5 evinə baxış zamanı götürülmüş 3 ədəd un torbası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində, Şahid9 isə şahid qismində dindirilərkən, eləcə də Təqsirləndirilən şəxs, Şahid9 və Cəlal Şahbazovun ifadələrinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntülərin əks olunduğu, Təqsirləndirilən şəxs və Şahid9 arasında telefon danışıqları zamanı qeydə alınmış audio yazıların əks olunduğu disklərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, içərisində 2 ədəd mobil nömrə kartı olan 1 ədəd “Samsung” markalı telefon zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılsın. İş üzrə 220,62 AZN (iki yüz iyirmi manat, altmış iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar