Məhkəmə qərarları › İş №1(091)-19/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-19/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-19/2023 16.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X52, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş şəhəri H.Əliyev prospekti 164-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2.747 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə xx.xx.2022-ci il tarixdə saat 1736-dan 1749-dək şəxsi axtarış zamanı ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Samid və Pünhan adlı polis əməkdaşları 01 fevral 2022-ci il tarixdə günorta saatlarında onun yaşadığı evə gələrək üzərinə şəxsi axtarış keçirmiş, axtarış zamanı üzərindən qeyriqanuni heç nə aşkar edilməmişdir. Axtarış bitdikdən sonra onu rayon polis şöbəsinə apararaq orada üzərinə keçirilən axtarış zamanı üzərindən polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni aşkar etmişlər. Narkotik vasitə istifadəçisi olduğuna görə polis əməkdaşları onun CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaqlarını bildirdiklərinə görə sonuncuların təklifi ilə razılaşaraq üzərinə qoyulan narkotik vasitənin özünə məxsus olmasını boynuna almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasında şübhəli olduğuna görə Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmiş, Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetamin olan bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin maddəni tutulmamışdan təxminən 10 gün əvvəl Yevlax rayon sakini **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən Ələddin adlı şəxsdən 25 manata aldığını bildirmiş, üzərindən aşkar edilmiş çəkisi 2,92 qram olan büküm qablaşdırılaraq götürülmüşdür. Lakin üzərindən aşkar edilmiş metamfetamini Ələddin adlı şəxsdən almamış, həmin maddəni tutulmamışdan təxminən 3 gün əvvəl köhnə xəstəxananın yanındakı dairənin yanından taparaq özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, mobil nömrəsi ilə yazılan SMS-ləri xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 164 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 17 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq Ağdaş rayon polis Şöbəsinə gətirilmiş, Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofan bükülüdə 2,92 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunda avtomobil təmir edən elektrik kimi tanımış, özünə məxsus olan Reno markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili tez-tez Anarın yanında təmir etdirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə vermiş, lakin sonuncudan heç vaxt heç vaxt narkotik vasitə almamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla tanışı avtomobil ustası Təqsirləndirilən şəxslə danışmış, Təqsirləndirilən şəxslə aralarında yazışmaların olmasını xatırlamamışdır. Anarla narkotik vasitələrin verilməsi haqqında olan mesajları xatırlamamış, ola bilər ki, telefonu ilə kimsə Anara həmin mesajları yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mobil telefonunu qonşuluqda yaşayan Günay adlı qıza vermiş, Günayın hansı məzmunda SMSlər yazmasından məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid5 göstərmişdir ki, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etməklə Ağdaş şəhər sakini və avtomobil ustası kimi tanıdığı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyəsinə dair SMS-ləri Günay adlı tanışı yazmış, Anarla Günayın arasında dostluq münasibətləri olmuşdur. Günayı qonşuluqda yaşayan şəxs kimi tanımış, sonradan həmin evdən köçərək çıxıb getmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün Anar da ona narkotik vasitə təklif etmiş, lakin sonradan narkotik vasitələrdən istifadə etməkdən imtina etdiyinə və müalicə olunduğuna görə Anarın mesajlarına cavab verməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefondan istifadə etməklə Anarı Ağdaş şəhər sakini və avtomobil ustası kimi tanımış, özünə məxsus Chevrolet Cruze markalı avtomobili Anara təmir etdirmişdir. Anarla uzaq qohum olduğu üçün sonuncu ilə aralarında yalnız avtomobil düzəltdirmək barədə danışıq olmuş, aralarında olan mesajlarda, həmçinin Anarla avtomobilini təmir etdirən zaman birlikdə narkotik vasitədən istifadə etmələrini təklif etmişdir, Lakin Anardan narkotik vasitə almamış, sonuncu ilə birlikdə narkotik vasitədən istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla Anarla birlikdə narkotik vasitədən istifadə etmiş, lakin sonuncudan narkotik vasitə almamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** nömrəli mobil telefondan istifadə etməklə X79 şəhər sakini və avtomobil ustası kimi tanımış, bir neçə dəfə Anara avtomobilini düzəltdirmişdir. Həmçinin mesajlarındada Anardan narkotik vasitə istəmiş, sonuncu ilə zəngləşərək bir neçə dəfə pul mübaqilində narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ***-***-**- ** nömrəli mobil telefondan istifadə etməklə X79 şəhər sakini və avtomobil ustası kimi tanımış, bir neçə dəfə avtomobilini sonuncuya təmir etdirmişdir. Təqsirləndirilən şəxs SMSləri ola bilsin ki, CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda RF-da olan Rüstəm adlı tanışı yazaraq Anardan narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş X76 fadəsində östərmişdir ki, 01 fevral 2022ci il tarixdə polis əməkdaşları yaşadıqları evə gələrək oğlu Anar Həmzəyievi aparmış, aparmamışdan qabaq Anarın üzərində axtarış aparmışlar. Anarın üzərindən siqaret, pul və telefon aşkar dildikdən sonra oğlnu polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X34 eyni məzmunlu ifadə verərək X39 yuxarıdagöstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/115 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2,747 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 249 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən şəffaf sellofan bükülüdə çəkisi 2,92 qram psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefon danışıqlarına dair məlumatların olduğu CD-diskə baxış keçirilməsinə dair 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 00:25də mesaj yazaraq “Salam Axşamın xeyir kim iydi zəng gəlib bu nomradan bilmək olar miiii”, saat 00:53-də həmin nömrədən ona “Menem turaldi bayaq gozduye gozduye qaldiq elcinen alinmadisa he yox deyerdin bele olar lomkadayam imkan varsa seher duz qos ele gunortadan sora gelim goturum”, 01:06-da Anar ona “Çıxardım lomkadan sabah yoxsa qalsın lomkada, Haa bildim tural sansan ? Alınmadı dana neyniyim man yetimca man soxan deyilamki siza gora ala ayaqa düşmüşdüm bilmir sankiiiiiiii, Yaman dedin eyy kii lomkadan ollam gunortadan sonra goruwak, Yaz daniwa bilmirm nom verim istisn wapda yaz q Watsa bu nomdadi 050. 708.90.30 istasan”, 01:53-də “yaz İstirsan bidana 5 diy düzüm qowum sana xatir haaaa” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə saat 01:03-də mesaj yazaraq “X155 X156 İw Galib 2 X309 X4 X157 X194 X41 O X110 X17 X230”, həmin nömrə ona 01:07-də “YALAN DEYEREM İNNEN BELE ANCAQ QAQA SEHER 6 DAN SONRA”, 01:10-da Anar ona “Axwam Ustu 6 X323 Yoxsa Sahar 6 Da, X124 X195 X231 X232 X111 X81 Tezdan 6 Da Deyirsansa O X233 Da Manda”, 10:48-də Anar ona “KURUQ ZAD VURMURUQ BURDAYİQ GEL AMMA”, 23:15-də Anar ona “X155 X61 X158 X42 X28 X54 X159 Opuram”, xx.xx.2022-ci il tarixdə 23:35-də Anar ona mesaj yazaraq “ATAM VURDUM PULU 45 MANAT VURDUM 5 QALDİ SANA BORC 30 MANİMKİ 20 DA BADİN İDİ 15 VURDUM SAHAR 5 DA VURACAM OLARMİ ATAM NARAZİLİQİN YOXDUKİ ?”, xx.xx.2022-ci il tarixdə saat 23:46-da “X160 X234 X196 X235 X62 X161 X43 X262 wim X162 ATAM”, xx.xx.2022-ci il tarixdə saat 15:46-da Anar ona mesaj yazaraq “Atam Mana 4 Elada Ama 2 Bir 2 X324 X263 Taxmini”, xx.xx.2022-ci il tarixdə saat 05:17-də mesaj yazaraq “X310 X63 X44 X112 X163 X125 40 Daqaya? Yaz Gorum” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 23:55-də Habil oğlu Əli adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qa cixda catiram gor varsa 15 etta qa alinirsa” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2018-ci il tarixdə saat 23:30-da X53 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qa Buda bidana dedi weyim var onuda veramiram cakak dedi” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 14:04-də X77 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “X113?, X114 X29? X264 Bu Tarafa”, 17:04-də həmin şəxs “Qaqam cox sukur salamatciliqdir amma basim cox qarisiqdi isim var yoxam burda astaradayam ozumde tekem inseAllah elaqe saxliyacam”, 17:13-də Anar ona “X236 X64 X237 Gal. X164 Galasan ?? Goruwa Bilacayik?? Atam, X165? X127 Atam?, X237 X198 Ol Atam , X325 X115 Goruwacayik Bugun ?? X166 X199 X82 Qalacaq Goruwmayimiz ?? X265 X55 Say, X65 X167 X45 X66 Gozlaziram, X266 X18 ?”, xx.xx.2022-ci il tarixdə 14:19-da həmin şəxs “Qaqa neqeder isdeyirdin”, 14:22-də Anar ona “Ata 3 X168 4 Ela 1 X287 X169”, 14:41-də Anar ona “X170 X6”, 18:33-də Anar ona “Salam qaqa dedim gorum M⁴⁰ isdeyen yoxdu arginal 15 den”, 20:44-də Anar ona “X67 ? X83 Hamda Gorun 5 ,3 X200 Mi ?”, 20:46-da həmin şəxs “Demisem, xx.xx.2022-ci il tarixdə 11:28-də “Qaqa sabahin xeyir niynedin vurmadin dunen? Bide o teker veren mixca kankiret nedeyir verir vermir?” 11:42-də Anar ona “X201 10 X202 X288 X203 1 X171 X128 Uzurlu Say 20 Manatim Var 10 Qoyub Gonda (......)racam X84 Ol”, 11:51-də həmin şəxs “Tekeri deyirem ey neter edek kankiret cvb”, 11:52-də Anar ona “X85 X86, X267 X311 X19 Ozuma”, 19:32də Həmin şəxs “Qaqa sen niyniye bildin burdada birine 250 man veresiyem oncun tincixmaya dusmusem”, 22:09-da Anar ona “X268 Olsun 10 X172 X204 X269 X270 X238 X271 Deya Allahaqi, X129 12 X205, X130 X312 Eda Bilam”, xx.xx.2022-ci il tarixdə 17:00da Anar ona “Ata 3 X239 X240 X131 X206 Gondarcam 2 3 Saata, X207 Pati Cakmaya”, 17:03-də həmin şəxs “Pati yoxundu 3 kola 4 getirecem 3 pul duzelt 1 axsam vurarsan”, 18:49-da Anar ona “Ata NA X272 ? X208 2 Bir Et 2 X334 , Galirsan”, xx.xx.2022-ci il tarixdə 18:48-də Anar ona “X289 X290 X116 X326 X173 X209 X273 Ata, 30 X291 Veriram 2 Qramida Veram 1 X132 Gondararam Olar?”, 19:00-da “X292 X274 ? Yaw Olmuyani ? X133 Etta Ata ? X241 ? Taxmini 1 X134 Ata ??”, 19:03-də həmin şəxs “Xeber edecem”, 19:06-da Anar ona “X174 Ata ? X275 X242 X175”, 19:26-da “X176 Ata 2 X327 1 X20 Sani Ata”, 20:05-də həmin şəxs “Qaqa gelde artizana”, 20:59-da Anar ona “X210 5 İdi 3 Mana Verdin 2 X135 X87 X293 Ata” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2018-ci il tarixdə saat 14:16-da X11 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qa onan bidanada prob gotur cixiram 10 dayqaya cakak goturak galak istiyilar, Qa de biraz dobru etsin 2 papuru, ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2018-ci il tarixdə saat 21:57-də X35 adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “X313 Arginal 20 M Dan İstamirsan” ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021ci il tarixdə saat 21:57-də Sənubər Əlyarova istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazaraq “Qa awda bu ..... Ayqa oaraqcilik elemedana icini ..... acda bu poxu 12 manatim var duzet usdun biwey gotreysa” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə saat 22:48-də X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazaraq “Atam 15 manat manda var 10 da san qoy alaq bolak da atam xabar de mana konturum yoxdu gozduyutam zangi”, xx.xx.2021-ci il tarixdə saat 21:17-də “Axwamin xeyir qa nagarsan alin giran yer var qa komaklik etta bidana” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 18:47-də X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “X294 Pul Var”, 18:48-də həmin şəxs “5m qaqa vallah”, 18:50-də nar ona “Bas Manim 10 X276 Duzalmir Manimda 35 X177 Var 10 Da Verda”, 18:51-də həmin şəxs “Qaqa ikimizin cani ucun yoxdu sabah almicam sabah birsigun 5 5 vercem da bu gunden almicam borcu vercem papamda gedib eve binadayam Allahaqi yoxumdu”, 18:54-də həmin şəxs “X211 X243 Tapmaliyam”, 18:56-da həmin şəxs “Narahat olma bu gun son kez goturum sabah 5 birsigun 5 vercem hardansa tap verecem men borclu qalan dolem bilsen”, 18:58-də Anar ona “Qa 35 X117 X178 Tapmasam Alinmiyacaq”, 19:06-da həmin şəxs Qaqa Allahaqi olsa hec borcum olmasada komeklik ederem men ele biriyem el tutanam ama vallah tekem papamda yoxdu gor nagara bilsen binadayam 5ce var mende”, 19:46-da “Nagarsan qaqa neter oldu men soz verirem e da almicam sonuncudu bu gunde men yola ver sabahdan borcu baglayib oturacam belke derman aldim arada”, 20:36-da “Qaqa sagol eziyyet cekdin geldin ama bu axmagindan idide tez yandi hecne eliyenmedim yene canin saqolsun opurem”, 20:38-də Anar ona “X340 X7 X90 X277 Baxacam Dadina”, xx.xx.2022-ci il tarixdə 18:21-də Anar ona mesaj yazaraq “Eliyarik Ata 15 Daqaya”, 18:22-də həmin şəxs “Yaxwi qa mawin salmiram mehleye 15 dege zada yigacam sen opurem falqada ver mene o 5ide yaxwi ele bawa donum pul bir teher tapmiwam”, 13:17-də “Qaqa deli olmuwam qizi gozleyrem buda catmadi billem az olcag goruwende qizdan burdayam gelim 1inde verde tez caparaq gedm bawa donum gelenmicem sora birde”, 13:51-də “Qaqa balinsan yaninda goxleyrem bawa donum nerviden ollem dalawmiwam oda catmadi burdayam verim goturumde 1 dene nolar getmeliyem gozleyrler meni” xx.xx.2022-ci il tarixdə saat 22:07-də “Yaxwi qaqa onda sabah bidene goturerem ya 5lik ya 10luq indi bilmirem 5 verib 5in saxlaharq vererem ya seher 5 goturerem gunortadan sonra 5 baxariqda olarmi?”, 23:54-də “Qaqa hecne demedin sabah gelim?seher olar?gele bilerem?olarmi? İstesen 5lik istesen 10luq ver 5borclu qalim nece istesen”, xx.xx.2022-ci il tarixdə 00:23-də həmin şəxs “Qaqa men sen soze amin deyrem qardaw kimi 1 wey xaiw edecem sabah mene 5 lik ver son kez ama pulun 1 2 gune verecem uzagi 2 gune ve sondu kiwi kimi deyrem yaxwi n deylem borc saxla sehere mene yaxsimi qa”, 00:42-da “Qardawim soz sozdu fsyo edecem kiwin dediyin soz vermiwem sabah sadece qizla goruwecem ehtiyyacm var 5lik ve men sene brcm olsun bilsenki verecem saxlayan deylem borc saxla sehere mene yaxsimi qa”, 02:09da Anar ona “X278 X212 X279 X213 X295 X57”, 03:16-da həmin şəxs “Qaqam sene tewkil ederem az vaxta problem deil dolu doluki bunla olmaz tewkil ederem qa sabah bawa donum seher duranda gelim 1dene edek vererem sora prblm deil”, xx.xx.2022-ci il 00:43-da tarixdə həmin şəxs “X314 X68 X91 X92 X58 X136 X214 X118 ay qa gelecek?sen bilen ne vaxt gelecek demir?acmir telefonu degigdi sence?mende bilim”, xx.xx.2022-ci il tarixdə 11:13-də Anar həmin nömrəyə “X93 X137 5 X244 X296 X245 X215 X138 X94”, xx.xx.2022-ci il tarixdə 00:04-də həmin şəxs “Qaqa vallah kontur yoxdu yigmaga 5liyin dobrusun elemiwdina deyesen oz aramizdi yenede sagol opurem mende wifi Allahaqi donur iwlemir ama canin saqolsun oprem, Salam qaqa necesen?niye acmadin 1dene 5lik isteyecekdim men yiganda niye acmirsan qa nagarmiwam men yaziq sene” ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə 22:51-də X9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazaraq “qaqa sene umidem hamiya atval verib seni gozluyurem sen cani meni yaddan cixarma gozleyirem iwim senden asilidi uwaqlar malbazarina getcek.gozleyirem 0,5”, xx.xx.2022-ci il tarixdə 19:25-də Təqsirləndirilən şəxs həmin nömrəyə “X315 X47 Yox ?” məzmunlu mesajlar, həmiçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 18:14-də X13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Noldeya, Teli ac, Qa nolar apres olmuwam agriyiram mana 5 manatim var verda 5 dik nolar gozduyum galirsan oluram qa b yaxinda sana 4 . 5 dafa demiwam hamsinda atkaz etmisan nolarki” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə 13:22-də X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qa anardi mani yig tez tacili X299”, 13:57-də həmin şəxs “Teli goturcem onsuz 5 ozme lazimdi pul yoxdu usumde alnsa ver alnmirsa hecne”, 21:43-də Anar ona “Qa bu na harakatiki uje ikinci dafa edirsan gotuzdurursan sonrada bela edirsan bugunun sabahida var eybi yox canin sag olsun” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 15:00-da Cavid Cavadzadənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Qa bu cindirda indi acmir teli ...... Bularin .......qoy gorum neyniram mann Manim 1 qramimi ayir qoy olara da deyak 15 di” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 10:01-də X22 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Saban xeyir anardi qa gizlin gedir zang ac gorak”, xx.xx.2020-ci il tarixdə saat 15:58-də “Nagarsan qa evdasan ? Mana pul lazimdi buguna darman almaqa 40 manat ozumdada 20 manat var mana 25 manat pul ver bidanada wey ver da 05 mumkundu galim ve rr qaa yazda bir we”, xx.xx.2020-ci il tarixdə saat 02:10-da “Qa X328 pul goturursan ???? Cakmaya ozuna elamayada goturda amanat”, xx.xx.2021-ci il tarixdə saat 03:03-də “Qa girda watsapa yoldadilar saat 4 da 5 win yarsina catalar, Qa biraz tez galda de bark sursunda qa” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 14:04-də Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazaraq “HE QAQA SMS ATA BİLSEN”, 14:06-da Anar ona “Atam Mana 2 Q Torpaq Etta”, “X24 X328 X246 X247 5 X120 Galam O X70 Man Olar ? X179 ?, X96 X30 X97 X98 Sanda Atam, X37 Qa” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019-cu il tarixdə 00:22-də Elmin Xəlizadə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə mesaj yazaraq “Menem rustemdi 7 manatim var dermnani ver bidene iki neferik” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019cu il tarixdə saat 19:49-da Elvin Həmidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Kiv istasan kimsa istasa de 70 zor kiv var atom du” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2021-ci il tarixdə saat 22:47-də Şahid4 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Bu ne osdurqxciliqde elisenki ..........bilmirsenki lomka neter seydi iwin dusende zemg vursan icin ..........olanda ama almirsan adami”, xx.xx.2021-ci il tarixdə saat 22:07-də Anar ona “X248 X297 30 Manata, 22:31-də həmin şəxs “Ozume vezyetden cixmaga bir cet verda eritcem men 30 daN”, 22:57-də Anar ona “X216 3 X249”, 22:58-də həmin şəxs “Lomkadan cixartda men osdurax,***-***-**-** saylı mobil nömrəniz ilə xx.xx.2022-ci il tarixdə saat 11:18-də X40 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “X139 X180 X250 X140, Atam Mana 4 Elada Ama 2 Bir 2 X324 X263 ? X298, X217 X251 X71 Ata”, 16:29-da həmin şəxs “Qaqa sen pulu vur karta”, 16:37-də siz ona “X99 Ata Mama, Birda Ki 100 Manat Vurum 4 X141 X181 Mi ? X280 Galarsan Bas?, X316 X142 Qabdayindan ?” 16:47də “Yox derman yoxdu qaqa hamsiin vurmaq lazimdi 130, 6768.6771.7957.0183”, 16:55də Anar ona “Atam 120 X281 Vurum Saat 8 Kimida 10 Vuraram Olar ? X59 3 X317 X341 X100, 120 Vurum Yoxsa 100 Atam, X282 Organdim Qiymatlari”, 14:28-də həmin şəxs “Birezden yiqacam, Qaqa isin kutarmadi?, Toydayam cixim yiqacam” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2020-ci il tarixdə saat 14:51-də X14 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən mesaj yazaraq “qaqa X341 mene cixmisam men caviddi, Qebeleye gelem xeber et de”,xx.xx.2020-ci il tarixdə 01:22-də Anar ona “Qa sahar tezdan galacam qabalaya azpetrolun yanina saat 10 da goruwak ondan utarafa qoyma 5 q pati lazim idi indi 10 kok lzim idi, Alooo, Qa bu na harakatiki, Mana zang vur bawqa cura olmasin bu iwdar sanda hokumat iwindasan qariwmasin bu iwdar, Noldu yena teli sondurdun, Qaqaw man zaprafqadayam benzin vurub cixiram burdan teli ac incitma mani ac bawqa sozum var sana halam, Qa man ayraporta catiram 3 dayqaya ac teli sarxananam ac teli cavit bu na harakatryyy, Cavit manimda alimdan gotuk galir ela etmaki sana onu edim varyoxunu ......yalan deyanin ela edaramki iwdanda cixarsan ayibdi bela gotuk lazim deyil teli, Salam cavit sanki mana bela gotuk etin manda sana bawqa cur gotuk edacam sonrada mandan incima sani gor iwdan cixartiriram yoxsa yox sanin qanindan analiz alib sani iwdan cixartiracam gotuya na varki san eda bilirsan manda sana edacam varyoxunu sikim edacam bunu sana gorarsan, Mandan sonram inciyanin agzina ..... gor man sana na .... edacamda sani iwdan cixardirmiyanin ......... varyoxsuna nahlat edacam bunu sana san man kimlasa saf saldin o boyuk pul deyildi o vaxdida man aylamla qabalaya galanda sana sey aldim verdim pulunu vermadin o gunu da bela etin ama san yaziq olasan gorarik” ***-***-**-** saylı mobil nömrəniz ilə xx.xx.2020-ci il tarixdə saat 15:06-da X15 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “********** bilirsan kimdadi matlabin oglu anarda istiyirsan zang vur daniw”, xx.xx.2021-ci il tarixdə saat 11:00-da həmin şəxs “Elme 30 qram kola dusub iran kolsi temiz ansag” ***- ***-**-** saylı mobil nömrəniz ilə xx.xx.2021-ci il tarixdə 00:21-də X16 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “Aya O Patidi Ha”, xx.xx.2021-ci il tarixdə saat 18:07-də Anar ona “X335 X299, X21 Tel Acmirsan, X182 X344 X72 Zaral Yoxdu”, xx.xx.2021-ci il tarixdə saat 22:37-də “X143 X329 X300 X330 X103 X144 Sani Gozdayir, X301 X183 O X331 X184 Cixir O X318 X121 Sana, ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2021-ci il tarixdə saat 20:52-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən mesaj yazaraq “Qaga patin var 10luq”, xx.xx.2020-ci il tarixdə saat 21:54-də Anar ona “10 nux istasan de var 2 dana” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2020-ci il tarixdə saat 13:41-də Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mesaj yazaraq “Qa yari goturursen onsuz dobru ele ha dobru ele her gun goturecem 2 qaqa edek” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2019-cu il tarixdə saat 20:51-də X25 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mesaj yazaraq “Neyinse var?, Puluydan bir dnene tapmaq olar?” ***-***-**-** saylı mobil nömrənizdən xx.xx.2021-ci il tarixdə saat 00:29-da Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Hallanmaq istirsan Urayim quban sana”, xx.xx.2019-cu il tarixdə saat 20:40-da “Quzu get gal zang vur cixaq ikimiz baw duzaldak galak bir iki tustu vuraq gal zang vur” ***-***-**-** saylı mobil nömrənizdən xx.xx.2022-ci il tarixdə X26 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “X185 Yoxdur Halammm??? X302 X252 X186 X187 X218 X303 Gorak Sahara”, xx.xx.2021-ci il tarixdə saat 17:33-də mesaj yazaraq “Atam 25 manatim var 15 manata alimda iwim var onu qutarim yarim saata kimi 15 da duzaldiram olarmi o vaxda qadar . Olarsa ?? 1 deda X319” ***-***-**-** saylı mobil nömrənizdən xx.xx.2020-ci il tarixdə saat 01:53-də X23 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “X155 necasan Qa na var na yox can qa man indi bakiya cixiram tacili mana nolar 1 papiros darmani verda galim nolar” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2021-ci il tarixdə 11:49-da Hacıyeva Şəbhanə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mesaj yazaraq “anar nolar yarmsada goturde me yari vusal bilmirem niye kusub menen yene men lomkada qoydu aqridan olrem yarmsada cixiram evden, awdana yaqiw oldurdu, sencani qurban olum tez gel oluremda tez ac men cixdim”, xx.xx.2021-ci il tarixdə 12:53-də Anar ona mesaj yazaraq “Ewidirsan bawqa adamda var oda qahbanin balası yarimi 30 za verir”, 12:54-də o sizə “gotur gel cinarin yandayi araya gedrem goturduyun yere”, 12:57-də “men burdayam hava soyuxdu olurem burdan qebeleye getcem gece gelmicem oluyumdiye isdirem tez gel nolar”, 13:01-də Anar ona “Qoy alima çatsın xabar edacam zang vuracam . Ali bow mani neynirsən, ki galsam mana na edasanki ?♡♥”, 13:03-də həmin şəxs “onda 1sada ele olar mende30da tapm 60olsun ama mutleq ala bilim sene arxeyinem opub gozumun usde qoycam”, 22:41-də həmin şəxs “men cetiniyim bunanda 30almaq di cunki temiz isdirem anar komey ele al meme qurban olm bunanda goturum men komey ele ne desen ederem men cixdim vayfay yoxdu giremirem vapcata umversamin qabaqindayam uwurem olrem”, xx.xx.2021-ci il tarixdə 23:12-də həmin şəxs “anar olurem lomkadan men pilanwetimi alan olar 40m olrem” ***-***- **-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə saat 20:04-də X1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “Atam bu hec coxx zayifff bawqa nasa ela”, xx.xx.2020-ci il tarixdə saat 09:38-də “Atam bunu indi xabar etilar ki xowumuza galmadi dedilar bawqa wey istayilar”, “Bunu 3 nafara verdim 2 dedi zayif 3 cuda 40 dayqaya deyacak” ***-***-**-** saylı mobil nömrəniz ilə xx.xx.2021-ci il tarixdə saat 18:50-də Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “X219 X253 X73 X104 X31 X220 Yerda”, xx.xx.2021-ci il tarixdə saat 03:06-da həmin şəxs “Yox pati meni yaman isdiledib soyunmusam iynemin yeri donub biraz nenem kimi eyilib isitdim((qemli qadin cox darxram coxx”, həmin tarixdə Anar ona “CAN BALA KİM UCUN DARİXİRSAN ama duz de QADASİ?? SOYUQA VERMA DODU AY DALİ . CAN PATİ İSİDİB SANİ BALAM CAN SOyudan axtarirsan qadari” və “CAN BALAM MANDA BİRAZ PATİ VAR İSTASAN GATİRİB VERA BİLARAM ALLAHAQİ QADASİ TAKSİDAN CANİM ??YOXSA SOYUMAQ İSTAYİRSAN İSTİLAMİSAN CANİM”, xx.xx.2021-ci il tarixdə 02:53-də siz ona “X342 X188 X304 X254 X283 02,1 X320 X221 X255 X305 2 Ni Y”, “X222 X256 X105 X257 X147 X49 Mu”, “He vererem ama acadi hele evdedi cindirda menen derman isdiyirdi dedim vermisem oze bilmirem kende getcek yoxsa gelcek agzina verdiyim pati vermedi menede”, “X336 X106 X332 X306 X258 X148 X333 X337 X107 Mana Et” və “X32 O X108 X149 X150 X284 Bulardayam” ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 12:48-də X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mesaj yazaraq “Salam qa men bidene yig soz deyecem gelmiwdim ora cagrmadim da utandim yari lazm idi hemde”, xx.xx.2022-ci il tarixdə saat 16:38-də “Salam qaqa baw aqrisi olmayim yarimciq elemek olur?bir dene he yox deyerdin pul duz qow etmeliyem”, xx.xx.2022-ci il tarixdə 18:16-da “Qaqa salam nagarsan gelim 10uda verim tapmiwam 5de verim bir wey verda mene olarmi qaqa” və “Qaqa yaman balaca eledin canin saqolsun sabah goruwe gedecem bawa donum 5 tapacam bidene yaxwi ele 12ye kimi xaiw edirem goruwe gedecem vacibdi”, xx.xx.2022-ci il tarixdə 12:03-də “Salam qaqa dunen dedm e gorwe getcem mene 5dik ele gunortadan sonra 1inde goturcem 1defeye cox elemeyim ama telesrem gelim?” və “Qaqa vaah coxu sene gore eledim kiwiden ne zulumle aldim onu ozumde diwim aqryr uste saliq ickiliyem gelenmrem gel ver getda burdan olarmi falqada ver ama”, xx.xx.2022-ci il tarixdə saat 13:10-da “Salam qa nagarsan salamatcilqidi?gelim 1dene verde mene isteyrsen 10luq ver 5in axwam ustu verim isteyrsen 5dik ele ferqi yoxdu olarmi”, xx.xx.2022-ci il tarixdə saat 21:42-də “Qaqa nolar cox pisem bidene mene 5likde olsa ver sabah verecem narahat olma cox pisem Allaha and olsun dunenden 1denede etmemiwem agirdan ollem”, xx.xx.2022-ci il tarixdə 22:07-də Anar ona “X223 X259 X260 X189 X109 X224 X151 X225 Galarsan” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 11:09-də X27 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “Aya hardasan man kanda gedasiyam mana 5 manat ver parada kiv ama tez indi cixacam”, xx.xx.2020-ci il tarixdə saat 00:04-də həmin şəxs “Anar nolar olrem imkan varsa meni lomkadan cxart pisdi vezyetim qurban olum” ***-***-**-** saylı mobil nömrənizə xx.xx.2021-ci il tarixdə saat 14:18-də X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mesaj yazaraq “Qancig olgu niye acmirsan telefonu. Pul atirsansa mal firladirsansa de ginen iwimizi bilek gelib sutu ...... cavap ver. Gorlesi iwler var” ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 11:54-də ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “Ata 15 X261 16 Liq”, həmin tarixdə o sizə “16” , xx.xx.2022-ci il tarixdə saat 16:55-də siz ona “X338 X33 X226 X343 X321 O X50 X227 X339 X74 X190 2 , 3 X153 X228 İcindan Obwidan 6 X285 X307 X286 X51 X75 X191 X322 X308 X154 X229 X192 Qa Allahaqi” məzmunlu mesajlar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospekti 182 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1716-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini polis əməkdşaları tərəfindən onun üzərinə qoyulmasına və üzərinə iki dəfə şəxsi axtarış keçirilməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs üzərinə heç bir rəsmiləşdirmə aparmadan şəxsi axtarış keçirmələri məhkəmə araşdırması zamanı təsdiq edilməmiş, bu halın baş verməsini iddia edən Rafik Zolov təqsirləndirilən şəxsin atası, Ağasöyün Rzayev isə yanında işləyən şəxs olduğuna görə və ibtidai araşdırma zamanı bu barədə məlumat verilməsinə dair heç bir təşəbbüs göstərməmələri səbəbindən məhkəmənin həmin şəxslərn ifadələrinə inandırıcı olmayan və təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşməsinə yönələn ifadələr kimi yanaşmasına əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitlərin satışı ilə məşğul olmamasına dair ifadələrinə də məhkəmə tərkibi tənqidi yanaşaraq onun mobil telefonunda aşkar olunan SMS yazışmaların onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. Ona görə də məhkəmə SMS yazışmalarla təsdiq olunduğuna və iş matreiallarına uyğun gəldiyinə görə şahidlər Şahid7 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələri daha obyektiv və həqiqi ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 01 fevral 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 2,697 qram metamfetamin məhv edilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar