Məhkəmə qərarları › İş №1(091)-190/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-190/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-190/2023 14.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və himayəsində yeddi azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 5,751 qram külli miqdarda narkotik vasitə olan heroini 2023-cü ilin fevral ayının axırlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında tanışı X3 və X5 Yevlax rayonunun Xaldan qəsəbəsinin ərazisində 250 manat pulun müqabilində alaraq əldə edib saxlamış, 25 fevral 2023-cü il tarixdə Yevlax şəhərində “5-ci plan” adlanan ərazidə həmin narkotik vasitə olan heroinin külli miqdarda 2,131 qram olan hissəsini Şahid1 15 manat pulun müqabilində satmış, Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində 25 fevral 2023-cü ildə saat 17:00-da Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-yə gətirilib üzərində orada müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 18:05-dən 18:25-dək olan müddətdə aparılmış şəxsi axtarış zamanı üzərində olan Təqsirləndirilən şəxs pul müqabilində aldığı 2,131 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 5,751 qram külli miqdarda narkotik vasitə olan heroinin 2,131 qram olan hissəsini Şahid1 pul müqabilində satdıqdan sonra qalan 3,620 qram külli miqdarında narkotik vasitə olan heroini qəsdən satış məqsədilə qanunsuz olaraq üzərində saxlamış, 26 fevral 2023-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, C.Kərimov küçəsində tutularaq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 14:10-dan saat 14:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə aparılmış şəxsi axtarış nəticəsində əynindəki qara rəngli idman şalvarının sağ yan cibində qəsdən satış məqsədilə saxladığı 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə, təmiz çəkisi 3,421 qram və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə, təmiz çəkisi 0,199 qram olmaqla ümumi cəmi təmiz çəkisi 3,620 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mobil telefondan istifadə etməmiş, özünə məxsus olan 077 ***- **-** mobil telefon nömrəsini övladı istifadə etmişdir. Hadisədən bir neçə gün əvvəl və hadisə baş verən gün Bakı şəhərində olmamışdır. 26 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində narkotik vasitə heroin olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döydükləri üçün bədənində xəsarətlər və başında şişlər yaranmışdır. Polis əməkdaşları onu döydüyünə görə, habelə narkotik vasitənin özünə məxsus olmasını deməyəcəyi təqdirdə yaşadığı evinə gedib ailəsini və uşaqlarını da polis şöbəsinə gətirəcəkləri və evinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış və Şahid1 narkotik vasitə satmamışdır. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı müdafiəçisinə və barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə məlumat vermiş, habelə prokurorluq orqanlarına şikayət etmişdir. İlk dəfə penitensiar müəssisəyə gətirilən zaman bədənində xəsarətlər olduğu üçün onu qəbul etməmişlər. Sonradan penitensiar müəssisəyə qəbul olunan zaman döyülməsi ilə bağlı onu müayinə həkimə məlumat vermiş, müayinə olunan zaman alın nahiyəsində, qaşında, qollarında və ayaqlarında xəsarətlər aşkar olunmuş, sifətində olan xəsarətləri əməkdaşlara göstərsə də bədənində olan xəsarətlərlə bağlı heç nə deməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroinin alğı-satqısı ilə məşğul olur, bir neçə gün əvvəl əvvəlcədən tanıdığı Yevlax rayonunun Xaldan qəsəbəsinin sakini Elanə adlı şəxsdən satmaq üçün 250 manat pulun müqabilində nisyə şəkildə narkotik vasitə olan heroin almış, həmin narkotik vasitənin bir hissəsini İlqar adlı şəxsə 4-5 gün bundan əvvəl 10 manat pulun müqabilində 1 büküm, 25 fevral 2023-cü il tarixdə isə yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində 15 manat pulun müqabilində 01 büküm satmış, bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 26 fevral 2023-cü il tarixdə saat təxminən 13 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində olan zaman qeyd etdiyi narkotik vasitə heroin üzərində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə Yevlax Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə və 01 ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə narkotik vasitə olan heroin, 01 ədəd şpris və 01 ədəd ampula aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olan heroin olduğunu və həmin heroinləri Yevlax rayonunun Xaldan qəsəbəsində Elanə adlı şəxsdən 250 manat pulun müqabilində aldığını, satmaq və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə, şpris və ampula müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 5-6 aydır narkotik vasitə olan heroindən istifadə edir. O, Yevlax şəhəri, C.Kərimov küçəsində narkotik vasitənin satıldığını eşidib həmin küçədə hərəkət edən zaman orada olan şəxslərə narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş və həmin şəxslər də bir nəfər kənarda dayanmış Tahir adlı şəxsi göstərərək həmin şəxsin narkotik vasitə təşkil edə biləcəyini demişlər. O, qeyd olunan şəxsə yaxınlaşdıqda həmin şəxs adının Sirac olduğu demiş və hansı məqsədlə gəldiyini soruşmuşdur. O da Sirac adlı şəxsə narkotik vasitə heroin almaq istədiyini bildirmiş, həmin Sirac adlı şəxs ondan 10 manat məbləğində pul alaraq əvəzində bir büküm narkotik vasitə olan heroini ona vermişdir. Bundan başqa 25 fevral 2023-cü il tarixdə saat təxminən 15 radələrində o, həmin Sirac adlı şəxsdən narkotik vasitə almaq üçün sonuncunun yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsinə getmiş və orada sonuncu ilə görüşüb 15 manat pulun qarşılığında bir büküm narkotik vasitə olan heroin almşdır. Həmin gün saat təxminən 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən «Babək» marketin yaxınlığında olan zaman 2 nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitədən istifadə etməkdə və narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə poilis şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülü aşkar olunmuşdur. O, həmin bükülünün içərisində narkotik vasitə olan heroinin olduğunu və həmin heroini Yevlax şəhəri, C.Kərimov küçəsində Tahir adlı şəxsdən 15 manat məbləğində pulun qarşılığında aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Rafail oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvvəkili vəzifəsində işləyir. 26 fevral 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olması və hal-hazırda Yevlax şəhərinin ərazisində olması barədə Yevlax RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə təxminən saat 13:30 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Yevlax RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, birlikdə Yevlax RPŞ-yə gəldikdən sonra hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindəki 01 ədəd plastik qabın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə və 01 ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 Rafail oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, şəxsi müayinə edəndə üzərində yeni xəsarət aşkar edildiyi halda tibbi kitabçanın 12-ci bəndində, yeni xəsarət aşkar edildiyi təqdirdə isə 13-cü bəndində qeydlər edilir. Xəsarət yerlərinə baxıb köhnə və ya yeni olmasını müəyyən etmək mümkün olur. Təqsirləndirilən şəxs o, müayinə etmiş, kitabçanın 12-ci bəndində qeyd etdiyi xəsarətlər köhnə xəsarətlər olmuş, kitabçada qeyd etdiyi xəsarətlərin hamısı şəxsin özü tərəfindən yetirilmişdir. Sağ saidin içəri hissəsində yaranan xəsarətlər şəxsin öz-özünə yetirdiyi xəsarətlər, ayağında olan xəsarətlər isə narkotik vasitənin bədənə yeridilməsi nəticəsində inyeksiya zamanı aldığı trofiki yaralar olmuşdur. Kitabçanın 13-cü bəndində hər hansı qeydlər etmədiyinə əsasən şəxsin üzərində yeni yaranmış xəsarətlər olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 26 fevral 2023-cü il tarixli qərardan görünür ki, Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 146 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 fevral 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax şəhəri, C.Kərimov küçəsi, mənzil 146 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və satması şübhəsi ilə yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə və 01 ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd şpris və 01 ədəd ampula aşkar edilmişdir. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27 fevral 2023-cü il tarixli 17/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlə və 1 manatlıq əskinasa bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3,421 qram və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində təmiz çəkisi 0,199 olmaqla ümumi çəkiləri 3,620 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş üzərində narkotik maddə hissəcikləri olması ehtimal edilən 01 (bir) ədəd qırılmış vəziyyətdə ampula və 01 (bir) ədəd şpris” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd baş hissəsi qırılmış şüşə ampulada və 01 (bir) ədəd 1 ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisni müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Şahid1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş bükülü aşkar edilmişdir. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 26 fevral 2023-cü il tarixli 17/218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 üstündən aşkar edilmiş bir ədəd sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə oxşar kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 2,131 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 19 may 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroini 2023-cü ilin fevral ayının sonlarında Yevlax şəhər sakini X9 və Yevlax rayonunun Xaldan kənd sakini X1 250 manat pulun müqabilində alması, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinin külli miqdarda 2,131 qram olan hissəsini 25 fevral 2023-cü il tarixdə Yevlax şəhərində “5-ci plan” adlanan ərazidə Şahid1 15 manat pulun müqabilində satması, Təqsirləndirilən şəxs qalan külli miqdarda narkotik vasitəni üzərində satış məqsədilə saxlaması və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 19 aprel 2023-cü il tarixli 17/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “01 ədəd sellofan bükümdə və 01 ədəd 1 manatlıq pul əskinası bükümündə heroinlər. Təqsirləndirilən şəxs” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə və 01 (bir) ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümün içərisində olan heroinlər ilə üzərində “01 ədəd sellofan bükümdə heroin. Şahid1 oğ.” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və barəsində qeyd olunan Məcəllənin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 11 mart 2023-cü il tarixli PHŞ-539/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 16 mart 2023-cü il tarixli 244 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 26 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Götürülmüş narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 26 fevral 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və satmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs və 28 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə olan heroinin alğı-satqısı ilə məşğul olduğunu, bir neçə gün öncə əvvəlcədən tanıdığı Yevlax rayonunun Xaldan qəsəbəsinin sakini Elanə adlı şəxsdən satmaq üçün 250 manat pulun müqabilində nisyə şəkildə narkotik vasitə olan heroin aldığını, həmin narkotik vasitənin bir hissəsini İlqar adlı şəxsə 4-5 gün bundan əvvəl 10 manat pulun müqabilində 1 büküm, 25 fevral 2023-cü il tarixdə isə yaşadığı Yevlax şəhəri, C.Kərimov küçəsində 15 manat pulun müqabilində 01 büküm satdığını, bir hissəsini özünün istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını, 26 fevral 2023-cü il tarixdə saat təxminən 13 radələrində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yaşıl rəngli plastik qabın içəsində olan 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə və 01 ədəd 1 manatlıq pul əskinasına bükülmüş bükümdə narkotik vasitə olan heroinin aşkar olunduğunu etiraf etsə də ibtidai istintaq zamanı 03 iyun 2023cü il tarixdə ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə mobil telefondan istifadə etmədiyini, özünə məxsus olan 077 ***-**-** mobil telefon nömrəsini övladının istifadə etdiyini, hadisədən bir neçə gün əvvəl və hadisə baş verən gün Bakı şəhərində olmadığını, 26 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə heroinin olmadığını və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını və polis əməkdaşlarının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döydükləri üçün bədənində xəsarətlərin və başında şişlərin yarandığını, polis əməkdaşları onu döydüyünə görə, habelə narkotik vasitənin özünə məxsus olmasını deməyəcəyi təqdirdə yaşadığı evinə gedib ailəsini və uşaqlarını da polis şöbəsinə gətirəcəkləri və evinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə verdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, Şahid1 narkotik vasitə satmadığını, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı müdafiəçisinə və barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə məlumat verdiyini, habelə prokurorluq orqanlarına şikayət etdiyini, ilk dəfə penitensiar müəssisəyə gətirilən zaman bədənində xəsarətlər olduğu üçün onu qəbul etmədiklərini, sonradan penitensiar müəssisəyə qəbul olunan zaman döyülməsi ilə bağlı onu müayinə həkimə məlumat verdiyini, müayinə olunan zaman alın nahiyəsində, qaşında, qollarında və ayaqlarında xəsarətlərin aşkar olunduğunu və sifətində olan xəsarətləri əməkdaşlara göstərsə də bədənində olan xəsarətlərlə bağlı heç nə demədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 iyun 2023-cü il tarixdə ifadə verməkdən imtina etməklə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Həmçinin ibtidai istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə olan heroin aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Habelə materialların məhkəmə ekspertizasının 19 aprel 2023-cü il tarixli 17/338 nömrəli nömrəli rəyində də Təqsirləndirilən şəxs oğlu və Şahid1 üzərindən aşkar olunmuş heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olduğu göstərilmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət, o cümlədən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “yuxarı və aşağı nahiyələrdə (bazu, said, baldır) çoxsaylı trofiki yaralar, sağ saidin içəri səthində çoxsaylı (öz-özünə) köhnə çapıq toxuması” xəsarətləri aşkar edilmiş, lakin döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 iyun 2023-cü il tarixli 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “alın nahiyəsinin və sol qaşın bayır bucağının əzilmiş yaraları” diaqnozu ilə, müayinədən 1,5 il əvvəl küt alətin (əşyanın) təsirindən törənmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmiş, lakin 2023-cü ilin fevral ayında polis əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyüldüyünü, polis əməkdaşlarının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu döydüklərini, müayinə olunan zaman alın nahiyəsində, qaşında, qollarında və ayaqlarında xəsarətlərin aşkar olunduğunu qeyd etmişdir. Həmin xüsusatla bağlı şahid qismində dindirilmiş X7 ifadəsində şəxsi müayinə edəndə üzərində yeni xəsarət aşkar edildiyi halda "xxxx"nın 12-ci bəndində, yeni xəsarət aşkar edildiyi təqdirdə isə 13-cü bəndində qeydlərin edildiyini, xəsarət yerlərinə baxıb köhnə və ya yeni olmasını müəyyən etməyin mümkün olduğunu, Təqsirləndirilən şəxs özünün müayinə etdiyini, kitabçanın 12-ci bəndində qeyd etdiyi xəsarətlərin köhnə xəsarətlər olduğunu, kitabçada qeyd etdiyi xəsarətlərin hamısının şəxsin özü tərəfindən yetirildiyini, sağ saidin içəri hissəsində yaranan xəsarətlərin şəxsin öz-özünə yetirdiyi xəsarətlər, ayağında olan xəsarətlərin isə narkotik vasitənin bədənə yeridilməsi nəticəsində inyeksiya zamanı aldığı trofiki yaralar olduğunu, kitabçanın 13-cü bəndində hər hansı qeydlər etmədiyinə əsasən şəxsin üzərində yeni yaranmış xəsarətlərin olmadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zərbələrin vurulduğunu qeyd etdiyi nahiyələrində hər hansı xəsarət aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “yuxarı və aşağı nahiyələrdə (bazu, said, baldır) çoxsaylı trofiki yaralar, sağ saidin içəri səthində çoxsaylı (öz-özünə) köhnə çapıq toxuması” və “alın nahiyəsinin və sol qaşın bayır bucağının əzilmiş yaraları” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılmış və öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 077 ***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi 25 fevral 2023-cü il tarixdə saat 15 radələrində, yəni Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satdığı vaxt Bakı şəhərində olmuşdur. Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona məxsus olan 077 ***-**-** mobil telefon nömrəsini övladının istifadə etdiyini, özünün mobil telefon nömrəsindən istifadə etmədiyini, hadisədən bir neçə gün əvvəl və hadisə baş verən gün Bakı şəhərində olmadığını qeyd etmişdir. Göründüyü kimi 077 ***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmamış və o, 25 fevral 2023-cü il tarixdə saat 15 radələrində, yəni Şahid1 narkotik vasitə satdığı vaxt Bakı şəhərində olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 077 ***-**-** mobil telefon nömrəsinin anten əhatə dairəsinə dair məlumatlar 25 fevral 2023-cü il tarixdə saat 15 radələrində, yəni Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə satdığı vaxt Təqsirləndirilən şəxs Bakı şəhərində olması kimi qəbul oluna bilməz. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına 28 fevral 2023-cü il tarixdə, yəni barəsində Yevlax Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçildiyi tarixdə qəbul olunmuşdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs guya ilk dəfə penitensiar müəssisəyə gətirilən zaman bədənində xəsarətlər olduğu üçün onu penitensiar müəssisəyə qəbul etməkdən imtina etmələri və sonradan həmin müəssisəyə qəbul olunması ilə bağlı qeyd etdiklərinə sübut əhəmiyyəti verilə bilməz. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 03 iyun 2023-cü il tarixdə ifadə verməkdən imtina etməsinə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs və 28 fevral 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkar edilməsini və aşkarlanmış narkotik vasitələrin iki bükümdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin də artıq yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs 2,131 qram olan narkotik vasitə heroini Şahid1 satmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.2-ci maddəsi ilə irəli sürülən ittihamdan imtina etmiş, həmin imtina məhkəmə tərəfindən qəbul edilmiş və 14 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. Eləcə də qeyd olunmalıdır ki, Şahid1 ibtidai istintaq zamanı şahid qismində, habelə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə keçirilən zaman verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs almadığını bildirmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onun ibtidai istintaq zamanı şahid qismində, habelə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə keçirilən zaman verdiyi ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamışdır, 20 sentyabr 2010-cu ildə doğulmuş oğlu Cəlal Zabitov, 23 iyun 2012-ci ildə doğulmuş oğlu İsrayıl Zabitov, 08 avqust 2014-cü ildə doğulmuş oğlu Vasif Zabitov, 25 oktyabr 2016-cı ildə doğulmuş qızı Xatirə Zabitova, 11 mart 2018-ci ildə doğulmuş oğlu Anar Zabitov, 04 iyun 2019-cu ildə doğulmuş qızı Gözəl Zabitova və 10 aprel 2022-ci ildə doğulmuş qızı Zeynəb Zabitova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünün və Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, narkotik vasitənin iki bükümdə olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddəin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 13:30-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 26 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 26 fevral 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,451 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Təqsirləndirilən şəxsla Şahid1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 138,20 (yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 138,20 (yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 5,451 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Təqsirləndirilən şəxsla Şahid1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 138,20 (yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar