Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-191/2021 17.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, xx xxxx 1977-ci il tarixdə Zaqatala rayonu, Axaxdərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 21.09.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09.08.2005-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkməsinin 11.07.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olmayan, Zaqatala rayonu Axaxdərə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 134 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə, saat 17 radələrində Rusiya Federasiyasında yaşayan həmkəndlisi və yaxını X2 Manaxo Zahid qızını Zaqatala rayonu, Car kəndindəki məscidin yaxınlığında gördükdən sonra alkoqol sərxoşluğu fonunda cinsi tələbatı ödəmək məqsədilə həmin şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlmiş və bu məqsədlə həmin şəxsi izləyərək sonuncunun da olduğu “Mercedes Benz D 601” markalı, **-NO-*** dövlət nömrə nişanlı sərnişindaşıyan mikroavtobusla yaşadıqları rayonun Axaxdərə kəndinə gəlmiş, həmin kənddə Zərərçəkmiş şəxs arxası ilə piyada hərəkət edərək öz alçaq niyyətini həyata keçirmək üçün uyğun zaman gözləmiş, nəhayət sonuncunun yaşadığı evə keçmək üçün qohumunun həyətinə giriş qapısını açdığını görüb sağ kürək nahiyəsinə yumruqla zərbə endirərək yerə yıxmış və həmin nahiyənin qançırı xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq etmiş, bundan sonra o, yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə gedərək qışqırmaması üçün əli ilə ağzını tutmuş, cibindən bıçaq çıxardaraq səsini çıxardacağı halda öldürməklə hədələmiş və özü ilə oradan təxminən 100 metr aralıda Axaxdərə kəndində yerləşən, insanların olmadığı və ətrafı ağaclarla əhatələnmiş meşəlik sahəyə aparmış, qeyd edilən yerdə onun üçün aşkar surətdə 14 yaşına çatmayan, yəni xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edib əynindəki şalvar və alt paltarını soyundurduqdan və sinəsi üstə yerə yıxdıqdan sonra özünün sərtləşmiş (ereksiya halında olan) cinsiyyət orqanını zorla (qəsdən) sonuncunun arxa keçəcək nahiyəsinə yeridərək ona anal yolu-düz bağırsaq girəcəyi ətrafında saat sferbulatının 10-11-ci rəqəminə uyğun gələn hissəsində büküşlər boyu qansızmalı, 1.0x0.3, 1.2x0.3 sm ölçüdə yaralar, saat sferbulatının 6-cı rəqəminə uyğun hissəsində 1.0x0.5 sm ölçüdə açıq qırmızı rəngli qansızmalar kimi xəsarət yetirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 134 və 150.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ona böhtan atıldığını bildirmiş, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri, habelə bıçaqla öldürməklə təhdid etməmişdir. İbtidai istintaq zamanı onun qarşısına qoyulmuş kağızlara qorxudan qol çəkmək məcburiyyətində qalmışdır. Hazırda zərərçəkmiş şəxsin nəyə görə ona qarşı bu formada ifadə verdiyi anlamır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində ona CM-nin 134 və 150.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Zaqatala rayonu Axaxdərə kəndində yaşayır, əvvəllər CMnin 234 və 149-cu maddələri ilə məhkum olunmuş, 2012-ci ildə cəzanın sonu ilə azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra mütəmadi olaraq spirtli içkilərdən istifadə etmiş, Zərərçəkmiş şəxs həmkəndlisidir, Manaxonun atası Zahid ilə yaxşı münasibəti olmuş, Zahid uzun illərdir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır, 04 may 2021-ci il tarixdə saat təxminən 17 radələrində o sərxoş vəziyyətdə Zaqatala rayonu Car kəndinin məscidinin yaxınlığında dayanmış, həmin vaxt Zahidin məktəbli qızı Zərərçəkmiş şəxs onun yanında gəlib dayanmış, o Manaxodan atası ilə danışıb-danışmamasını soruşmuş, Manaxo isə ona atası ilə əlaqəsinin olduğunu demiş, bundan sonra Manaxo onun yanından aralanıb bir qədər kənarda dayanmış, həmin vaxt kəndə gedən mikroavtobus gəldiyi üçün qız avtobusa minmiş, Manaxo mikroavtobusa mindiyi üçün o avtobusu saxlatdırıb minmiş, bundan sonra bir yerdə mikroavtobusla Zaqatala rayonu Axaxdərə kəndinə getmişlər, Zaqatala rayonu Axaxdərə kəndində dayanacaqda Manaxo mikroavtobusdan düşmüş, o da Manaxonun arxası ilə avtobusdan düşmüş, bundan sonra o yenidən Manaxoya yaxınlaşaraq neçənci sinifdə oxumasını soruşmuş, Manaxo ona orta məktəbin 7-ci sinifində oxuduğunu bildirmiş, bundan sonra o da Manaxoya nəyə görə məktəbli olduğu halda pul verməsini soruşmuş, Manaxoda ona həmişə pul verdiyini demiş, bir qədər piyada yol getdikdən sonra Manaxo başqa yerə dönmüş, o Manaxoya hara getməsini soruşduqda həyətlərinə qonşunun evindən getdiyini demiş, Manaxo gedən vaxt o Manaxo ilə cinsi əlaqə olmaq fikrinə düşmüş, buna görə də arxası ilə getmiş, Manaxo qapını açan vaxt arxadan çəkib yerə yıxmış, bundan sonra bir əli ilə Manaxonun ağzını tutmuş, digər əli ilə isə cibində olan bıçağı çıxardıb boğazına tutaraq aparmaq istəmiş, həmin vaxt o Manaxoya əgər səsini çıxartsa vuracağını demiş, sonra Manaxonu yerdən durğuzub həmin yerdən təxminən 100 metr aralıda olan meşəlik əraziyə aparmış, o Manaxoya əgər qışqırsa vuracağını demiş, Manaxoda sakit dayanmış, sonra o Manaxonu itələyib yerə yıxmış və əlində olan bıçağı cibinə qoyaraq Manaxonun əynində olan cins şalvarı yarıya qədər aşağı çəkmiş, daha sonra isə öz şalvarını aşağı çəkərək öz cinsiyyət orqanını çıxardıb Manaxonun üzərinə uzanmış və Manaxo ilə arxadan qeyri təbii yolla cinsi əlaqədə olmuş, o cinsi əlaqədə olan vaxt səsi çıxmaması üçün Manaxonun ağzını əli ilə tutmuş, həmin vaxt Manaxonun anası Səltənətin küçədə yüksək səslə qızını səsləyərək getməsini görmüş, lakin Səltənət onları görməmiş, bundan sonra o ayağa qalxaraq Manaxoya əgər xəbər versə öldürəcəyini deyib getmiş, o yoda gələn vaxt əlində olan bıçağı isə çaya atmış, həmin gün təxminən 1 saatdan sonra Manaxonun anası Səltənətlə rastlaşmış Səltənət ona nəyə görə qızına qarşı həmin hərəkətləri etməsini deyərək üzərinə gəlmiş, o da Səltənəti itələyərək yerə yıxmışdır. Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, 04 may 2021-ci il tarixdə 16:30-da hazırlıqdan çıxmış, hazırlıqdan çıxdıqdan sonra həmişəki qaydada yenə piyada Zaqatala rayonu Car kəndində məscidin yanına gəlmiş, həmin vaxt həmkəndlisi və anası onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs görmüş, həmin vaxt Həsən yolun kənarında oturmuş, Həsən onu görən kimi yanına gəlib atası ilə danışmasını soruşmuş, o da Həsənə atası ilə danışdığını demiş, bundan sonra Həsən ondan atasının yenə spirtli içki içməsini soruşmuş, o da Həsənə bilmədiyini demiş, həmin vaxt kəndə işləyən mikroavtobus gəldiyi üçün o avtobusa minmiş, Həsən də onun arxası ilə qaça-qaça gələrək avtobusa minmiş, o avtobusla yaşadığı kənddə dayanacağa qədər getmiş, o dayanacaqda avtobusdan düşdükdə Həsəndə onun arxası ilə avtobusdan düşmüş, bundan sonra o piyada evləri istiqamətində hərəkət edən vaxt Həsən də onun yanı ilə gəlməyə başlamış, təxminən 100- 150 metr yol getdikdən sonra yaşadığı evə getmək üçün ögey bacısı Sevilgilin evləri istiqamətinə dönmüş, həmin vaxt Həsən ondan nəyə görə bu yolla getdiyini soruşduqda, o da Həsənə yaşadığı evlərinin qabağında olan körpünü su apardığı üçün həyətlərinə qonşunun həyətindən keçdiyini bildirmiş, o istiqamətini dəyişib gedən vaxt Həsən də onun arxası ilə gəlmiş, o ögey bacısı Sevilgilin həyət qapısını açmaq istəyən vaxt arxadan nəsə ona dəymiş və o yerə yıxılmış, o yerə yıxılan kimi Həsən onun üzərinə gəlib əli ilə ağzını tutmuş və cibindən bıçaq çıxardıb boğazına dayamış, bundan sonra Həsən onu yerdən qaldırıb bacısıgılin evinin qabağı küçə ilə özünün anasıgil istiqamətində aparmış, bir qədər getdikdən sonra Həsən ona əgər səsini çıxartsa öldürüb gedəcəyini bildirmiş, o da Həsəndən qorxduğu üçün səsini çıxartmamışdır. Həsən onu ağacların altında yerə yıxmış, sonra əlində olan bıçağı cibinə qoyub əlləri ilə şalvarının düyməsini açmış və sepini aşağı çəkmiş, sonra isə onun əynində olan şalvarı və tursiki yarıya qədər aşağı çəkmiş, bundan sonra isə özünün əynində olan şalvarını aşağı çəkib cinsiyyət orqanını çıxardıb onun üzərinə uzanmış və öz cinsiyət orqanını onun arxa keçəcəyinə soxmuş, arxa keçəcəyində ağrı hiss etmiş və qan gəlmiş, həmin vaxt küçədə də anasının qışqırıq səsləri eşidilmiş, Həsən onun cinsi əlaqədə olduqdan sonra üzərindən durmuş, Həsən ona etdiyi hərəkəti heç kimə deməməsini bildirmiş, Həsən onun üzərindən durduqdan sonra o da yerdən duraraq və evlərinə tərəf getmiş, o küçədə nənəsi Cəmilə ilə rastlaşmış və nənəsi ilə yaşadığı evə gəlib hadisə barədə anasına məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, 04 may 2021-ci il tarixdə, saat 15-də qızı X5 şəhəri, Anar Həmidov küçəsinə hazırlığa getmiş, o hər dəfə qızı Manaxonun hazırlıqdan çıxdıqdan sonra evə gələn vaxt qabağına çıxmış, 04 may 2021-ci il tarixdə, saat 17 radələrində yenə qızı Manaxonun evə gəlmə saatına yaxın olduğu üçün yaşadığı evdən küçəyə çıxmış, küçədə bir qədər durduqdan sonra qızının gəlmədiyini görərək, istifadə etdiyi ***-***-**-** nömrəsindən Manaxonun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vurmuş, qızı Manaxo telefonu açdıqda «burax məni, burax məni» səsini eşitmiş, o qızının şəhərdə olduğunu fikirləşərək şəhər istiqamətdə piyada getməyə başlamış, həmin vaxt kəndə gələn mikroavtobusun yenidən şəhərə tərəf qayıtdığını görmüş, o, avtobusu saxlatdıraraq minmiş, o avtobusda olan vaxt sürücüsü Şahindən qızının gəlməsini soruşmuş, Şahin də ona qızı Manaxonun avtobusla gəldiyini və dayanacaqda düşdüyünü bildirmiş, bundan sonra o tez avtobusu saxlatdırıb düşmüş, bundan sonra o həmin istiqamətdə qızını axtarmağa başlamış, həmin vaxt anası Cəmiləyə zəng vurmuş, lakin Cəmilə telefona cavab verməmiş, bundan sonra o piyada qışqıraraq evləri istiqamətində getmiş, evlərinə gedən uçan körpünün yanından anasını səsləyib qızı Manaxonun evə gəlməsini soruşmuş, anası Cəmilə ona qızınun evə gəlmədiyini bildirmiş, bundan sonra o anasına qızını axtarmasını deyib özü yenidən aşağı istiqamətdə qışqıraraq getməyə başlamış, bir qədər sonra anası ona zəng vuraraq qızı Manaxonun yanında olduğunu deyib onu evə çağırmış, o yaşadığı evə çatdıqda qızı Manaxo Həsənin küçədə tutaraq zorla aparıb, onunla zorla qeyri təbii yolla arxadan cinsi əlaqədə olmasını demişdir. Bundan sonra o, oğlu Abdulhəmid ilə birlikdə qonşuluqda yaşayan Həsənin anasının evinə getmiş, Həsənin anasına Həsənin etdiklərini deyib yenidən qayıdan vaxt küçədə Həsənlə rastlaşmış, Həsəndən nəyə görə qızına qarşı qeyri təbii yola cinsi əlaqədə olmasını soruşduqda Həsən onun üstünə gəlib boğazından tutub yerə yıxmış və yerdə təpiklə bədənimə zərbələr endirmiş, həmin vaxt az yaşlı oğlu Abdulhəmid Həsəni kənara itələmiş və Həsən əgər kiməsə xəbər versə onu öldürəcəyi ilə hədələmiş, o da həmin gün polisə məlumat verməmiş, lakin sonradan Həsənin həmin hərəktlərini yenə davam etdirəcəyini fikirləşərək 05 may 2021-ci il tarixdə polisə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirməklə məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 iş üzrə zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Zaqatala rayonunun Muğanlı kənd sakini İsa adlı şəxsə məxsus yaşıl rəngli, «Mercedes Benz D601» markalı, **-NO-*** dövlət nömrə nişanlı mikroavtobusda sürücü işləyir, o 2016-cı ildən Axaxdərə- Zaqatala marşurut xəttində sürücü işləyir, hər gün səhər saat 07:53-də Zaqatala şəhəri mərkəzi bazarının qarşısından Axaxdərə kəndinə gedir, Zaqatala şəhərindən Axaxdərə kəndinə təxminən 24-25 dəqiqəyə çatır, gün ərzində Axaxdərə kəndinə sonuncu səfəri saat 16:53 dəqiqədə Zaqatala şəhərindən çıxır və saat 17:19 dəqiqədə isə Axaxdərə kəndinə çatır, ondan başqa Axaxdərə kəndinə marşurut xətti yoxdur, belə ki, Axaxdərə kəndi balaca kənd olduğu üçün bir xətt kifayət edir, o 5 ilə yaxındır ki, Axaxdərə kəndinə marşurut sürdüyü üçün həmin kəndin bütün sakinlərini tanıyır, Təqsirləndirilən şəxs Axaxdərə kənd sakini kimi sərxoş və tufeyli həyat tərzi keçirən biri kimi tanımış, Qanuni nümayəndə və az yaşlı qızı Zərərçəkmiş şəxsda tanımış, Zərərçəkmiş şəxs Zaqatala şəhərinə məktəbə və hazırlığa həmişə onun mikroavtobusu ilə gedib gəlmiş, 04 may 2021ci il tarixdə saat təxminən 17:05 dəqiqədə o Zaqatala rayonu Car kənd Məscidinin qarşısından keçən vaxt Təqsirləndirilən şəxs marşurutu saxlamaq üçün ona əl ilə işarə etmiş, lakin o Həsənin sərxoş olduğunu hiss etdiyi üçün yanında mikroavtobusu saxlamamış, Həsənin yanından təxminən 7-8 metr keçdikdən sonra Zərərçəkmiş şəxs marşurutu saxlamaq üçün əl etmiş, o mikroavtobusu saxlamış, Manaxo mikroavtobusa minənə qədər Həsən də arxadan qaçaraq gəlib özünü çatdırmış, həmin vaxt mikroavtobusda xatırlamadığı 3-4 nəfər Axaxdərə kənd sakinləri olan qadınlar da olmuş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mikroavtobusa mindikdən sonra o hərəkətini davam etdirmiş, o Manaxonun və Həsənin mikroavtobusda hansı yerlərdə oturmalarına baxmamış, Axaxadərə kəndinə çatdıqda həmişəki qaydada Manaxonun yaşadığı evin yaxınlığında olan dayanacaqda mikroavtobusu saxlamış və Manaxo düşmüş, Zərərçəkmiş şəxs mikroavtobusdan düşən kimi Təqsirləndirilən şəxs Manaxonun arxası ilə düşmüş, bundan sonra o hərəkətini davam etdirmiş, o Axaxdərə kəndində sonuncu dayanacağına çatdıqdan sonra təxminən 1-2 dəqiqə dayanıb yenidən Zaqatala şəhəri istiqamətində hərəkət etməyə başlamış, Zərərçəkmiş şəxs mikroavtobusdan düşdüyü yerdə anası Qanuni nümayəndə əl edərək marşurutu saxlatdırıb minmiş və Qanuni nümayəndə ondan qızının gəlib-gəlməməsini soruşmuş, o da Səltənətə qızı Manaxonun onun idarə etdiyi mikroavtobusla kəndə gəldiyini və həmişə düşdüyü dayanacaqda mikroavtobusdan düşdüyünü bildirmiş, həmin vaxt Qanuni nümayəndə ona qızı Manaxoya zəng vurduğunu telefonu açdıqda kişi səsi gəldiyini, daha sonra isə telefona cavab vermədiyini bildirmiş, bundan sonra Qanuni nümayəndə onun yanında da mobil telefonla bir neçə dəfə qızı Manaxoya zəng vursada telefona cavab verməmiş, təxminən 70-80 metr onun idarə etdiyi mikroavtobusda yol getdikdən sonra saxlatdırıb düşüb qızını axtarması üçün getmiş, bundan bir neçə gün sonra o Təqsirləndirilən şəxs az yaşlı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsini bilmişdir. Cinayət işinin materiallarında olan ərizədən və raportdan görünür ki, Qanuni nümayəndə 05 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək və Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 04 may 2021-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən 2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (cild 01, iş vər. 4-5) Cinayət işinin materiallarında olan 05.05.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu Axaxdərə kəndi ərazisində yerləşir. Müvafiq olaraq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 13-17) Cinayət işinin materiallarında olan 05.05.2021-ci il tarixli “Əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd tuman və bir ədəd qısa qol mayka iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Müvafiq olaraq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 20-22) Cinayət işinin materiallarında olan 05.05.2021-ci il tarixli “Əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şalvar və bir ədəd tuman iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Müvafiq olaraq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 44-45) Cinayət işinin materiallarında olan 153 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. (cild 01, iş vər. 65) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” 07.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsi yoxlanılarkən təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Müvafiq olaraq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 164-168) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın 06 may 2021-ci il tarixli 137 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ kürəkdə aşkar edilmiş qançır bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 04 may 2021-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla, yəni arxa keçəcək yolu ilə cinsi əlaqədə olunmuşdur. Onun anus nahiyyəsində aşkar olunan xəsarətlər-düz bağırsaq girəcəyində 2 (iki) ədəd qansızmalı yaralar və 1 (bir) ədəd qansızma- qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 04 may 2021-ci ildə gərginləşmiş kişi cinsiyyət üzvünün anus dəliyinə zorla yeridilməsi zamanı əmələ gələ bilərdilər. (cild 01, iş vər. 87-88) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizanın (cinsi fəaliyyət qabiliyyəti barədə) 23 iyul 2021-ci il tarixli 362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində oun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (cild 01, iş vər. 188-190) Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizanın 21 iyun 2021-ci il tarixli 3/952 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs ….» yazıları olan bükülüdən aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs …» qızının yazıları olan bükülüdən aşkar edilmiş şalvarın səthində olan «a» zədəsi kənar predmetin təsirindən yaranmağa xarakterik deşilmə zədəsi, şalvarın səthində olan «b» zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda yuxarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ildə bağlı tədqiqat metodu olmadığından bu zədələrin əmələ mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Qeyd edilən zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviroi hissəsində göstərilən şəraitdə də yarana bilər. Təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs….» yazıları olan bükülüdən aşkar edilmiş köynəyin, maykanın, alt tumanın səthində trasoloji zədə yoxdur. (cild 01, iş vər. 218-221) Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizanın 24 iyun 2021-ci il tarixli 6/2224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 nömrəli cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs alt tumanının üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs alt tumanının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs alt tumanının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. (cild 01, iş vər. 191-197) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizanın 28 iyul 2021-ci il tarixli 489/2021-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus trusik üzərindəki ləkələrdə nəcis qarışmış sperma ləkələri aşkar olundu. Nəcis qarışmış ləkələrdə qrupp göstəriciləri təyin olunduqda əsasən qeyri spesifik nəticə alındığı üçün, bu ləkələrdə qrupp faktorlarının təyini məqsədə uyğun hesab edilmir. Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və mayka üzərində isə spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 01, iş vər. 198-201) Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasın 23 iyun 2021-ci il tarixli 1343 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş «adaptasiya pozuntusu, qarışıq təşviş və depressiya reaksiyası» onun fərdi-psixi xüsusiyyətlərinə təsir göstərərək inadkarlıq, hövsələsizlik, həyəcanlılıq, qıcığa qarşı həssaslıq, düşdüyü mühitə uyğunlaşa bilməmək, hirslilik, aqressiv davranışa meyillilikkimi hallar yaratmışdır. Cinayət işi materiallarını təhlil edərək (şahid ifadələri, xasiyyətnamə və s. əsasən) belə qənaətə gəlmək mümkündür ki, baş vermiş hadisədən əvvəlki gövrdə Zərərçəkmiş şəxs mehribanlıq, ünsiyyətçillik, hər kəslə yaxşı yola getmək, aktivlik kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli-intelektual inkişafında gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs yaş intellektual inkişaf xüsusiyyətlərini nəzərə alaraq belə qənaətə gəlinir ki, o baş vermiş hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Qərarın təsviri hissəsində qeyd edilmiş hadisədən əvvəlki dövrdə Zərərçəkmiş şəxs emosional durumu norma səviyyəsində olmuş, baş vermiş hadisə (Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması) onun üçün stress yaradan amil kimi çıxış etmiş, psixi-emosional sferasında qorxu, həyəcan, gərginlik yaratmışdır. Psixatrik müayinə zamanı Zərərçəkmiş şəxs müəyyən edilmiş adaptasiya pozuntusu, qarışıq təşviş və depresiya reaksiyası» ilə əlaqədar hazırki psixi-emosional vəziyyətində əhval-ruhiyyənin enməsi, qəmginlik, həyacan, gərginlik, tez özündən çıxmaq, hirslilik və s. kimi hallar müşahidə edilir. Cinayət işində olan şahid ifadələrinin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən cinayət əməli dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmamışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs həmçinin öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs müəyyən edilən adaptasiya pozuntusu, qarışıq təşviş və depressiya reaksiyası təsvir olunan hadisədən sonra və ona qarşı törədilən əməlin təsiri nəticəsində əmələ gəlmişdir. (cild 01, iş vər. 202-205) Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasın 13 iyul 2021-ci il tarixli 1532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir ruhi (psixi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs simulyativ davranış müəyyən edilir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional oyanıq vəziyyətdə olmuş, həmin halın yaranması alkaqol sərxoşluğu fonunda cinsi tələbatını ödəmək istəyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, iscimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi (ruhi) xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və onun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 206-208) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 134 və 150.3.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşməklə biri digərini tamamlayır. Odur ki, məhkəmə həmin ifadələri obyektiv və işin faktiki halları ilə üstüstə düşən ifadələr kimi qəbul edir. Ona görə də təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasına məhz sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, 2013 və 2015-ci il təvəlldülü iki uşağı ilə) birlikdə Zaqatala rayonu, Axaxdərə kəndində yaşayır. (cild 1, iş vər. 105) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Zaqatala Rayon Məhkəməsinin 07.12.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 215, 143 maddəsinin 3-cü hissəsi və 143-cü maddəsinin 4-cü hisəssi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.05.2003-cü il tarixdə Amnistiya qərarına əsasən azad edilmiş, Zaqatala Rayon Məhkəməsinin 21.09.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 09.08.2005-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkməsinin 11.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş, 14.04.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 110-111) Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın mövcudluğunu, o cümlədən əməlində cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə sonuncunun əvvəllər də eyni cinsli cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasını və bundan nəticə çıxarmayaraq yenidən aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməsini, onun hələ də əvvəllər barəsində təyin olunan cəzalardan islah olunmadığını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.05.2021-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vər. 32) Cinayət işinin materialarında olan Zaqatala Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05.05.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 81-84) Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni 05.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli cins şalvarı, bir ədəd mavi rəngli köynəyi, bir ədəd ağ rəngli qısa qol mayka, bir ədəd ağ rəngli tursik və Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvarı və bir ədəd tursik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mavi rəngli cins şalvarı, bir ədəd mavi rəngli köynəyi, bir ədəd ağ rəngli qısa qol mayka, bir ədəd ağ rəngli tursik və Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvarı və bir ədəd tursik hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-191/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-191/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver