Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-191/2025 14.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Ağsu rayonunun Hacıqədirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 06 yanvar 2025-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində olarkən arvadı X5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə zəng edilməsinə görə Zərərçəkmiş şəxslə görüşüb söhbət etmək qərarına gələrək Ağsu rayonu ərazisinə gəldikdən sonra 07 yanvar 2025-ci il tarixdə saat 04:30 radələrində Ağsu rayonu Hacıqədirli kəndində Zərərçəkmiş şəxs ilə görüşüb arvadı Əsmər Bədəlovanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə zəng etməsinə görə iradını bildirib qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncuya sağ tərəfli döş boşluğuna nüfuz edən deşilib-kəsilmiş bıçaq yarası, sağ tərəfli hemopnevmatoroks ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, hadisə günü evə gəlmiş və həyat yoldaşının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəldiyini görüb telefonu açaraq həmin şəxslə danışmışdır. Danışıq zamanı zəng edən şəxsin onun dostu Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ondan hal-əhval tutduqdan sonra dostları ilə yeyib-içdiklərini, onun əhvalını öyrənmək üçün zəng vurduğunu, Ağsu rayonuna gəlməsini, ona qonaqlıq verəcəklərini bildirmişdir. O, Farizin nə üçün onun həyat yoldaşının istifadəsində olan mobil nömrəyə zəng etdiyini dəqiqləşdirmək üçün onunla görüşüb bu məsələni aydınlaşdırmaq istəmişdir. Əslində hazırda həyat yoldaşının istifadə etdiyi həmin mobil nömrəni əvvəllər özü işlətdiyi üçün Fariz həmin nömrəyə onun adını qeyd edərək telefonun yaddaşında saxlamış və elə bilmişdir ki, həmin nömrəni hələ də o özü istifadə edir. Sadəcə Vətən müharibəsində aldığı xəsarətlərlə bağlı onun yaddaşında problem olduğu üçün həmin nömrəni əvvəllər özünün işlətməsi yadından çıxmışdır. Ağsu rayonunda Farizlə görüşəndə ondan nəyə görə onun həyat yoldaşının mobil nömrəsinə zəng etdiyini soruşmuş, Fariz isə öz telefonunda həmin mobil nömrəyə onun adını qeyd etdiyini, buna görə də onunla danışmaq üçün həmin mobil nömrəyə zəng etdiyini, həmin mobil nömrəni onun həyat yoldaşının istifadə etməsindən məlumatının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs hətta öz telefonunda həmin mobil nömrəyə onun adını yazdığını və əvvəllər həmin mobil nömrə ilə əlaqə saxladıqlarını ona göstərmişdir. Amma həmin vaxt o, özündə olmadığından və anlaşılmazlıq olduğundan Farizə inanmayaraq bıçaqla ona xəsarət yetirmişdir. Hadisə vaxtı Fariz ona “yekə oğlansan, nə üçün məndən şübhələnirsən?!” dedikdə bu sözlər ona pis təsir etdiyindən bir anlıq özünü itirmiş və Farizi bıçaqla vurmuşdur. Hadisə vaxtı bıçaq onun üzərində olmuşdur. Belə ki, o, həmin bıçağı hadisədən əvvəl Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mağazadan almış, sonra isə Ağsu rayonuna getmişdir. Fariz onun həyat yoldaşının istifadəsində olan nömrəyə zəng edəndə o, Farizdən nə üçün həmin nömrəyə zəng etməsi barədə heç nə soruşmamış, bunu aydınlaşdırmaq üçün Ağsuya gedərək Farizlə görüşmək qərarına gəlmişdir. O, həyat yoldaşına qarşı çox qısqancdır, bu hadisəni də qısqanclıq zəminində törətmişdir. Hadisəni törətdikdən dərhal sonra “102” yə zəng edərək məlumat vermiş və polis əməkdaşları gəlib onu aparmışlar. O, vətən müharibəsində iştirak etmiş və ona 6 ədəd medal verilmişdir. Müharibədən sonra ümumi səhhətində bir sıra problemlər mövcuddur. Zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur, Farizin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, hadisə günü həmkəndlisi Nəci və qohumu Elmanla birlikdə yeyib-içmək üçün Ağsu şəhərində yerləşən kafeyə getmişdir. Kafedə yeyib-içdikdən sonra o, Təqsirləndirilən şəxsla danışmaq üçün “WhatsApp” tətbiqi vasitəsilə ona görüntülü zəng etmişdir ki haləhval tutsun. Belə ki, onlar həmişə bir yerə toplaşanda bir-biriləri ilə görüntülü danışırlar. Onun mobil telefonunda Amilin iki dənə mobil nömrəsi olmuş və sonuncu hər iki nömrədən istifadə etmişdir. O da “WhatsApp” tətbiqi vasitəsilə həmin nömrələrdən birinə görüntülü zəng etmiş, amma Amil onun görüntülü zəngini məşğula ataraq özü ona səsli zəng etmişdir. Həmin vaxt Amillə hal-əhval tutduqdan sonra Amil ondan niyə həmin nömrəyə zəng etdiyini soruşmuşdur. O, Amildən “Bu, sənin nömrən deyil? Sənin nömrən bilib zəng etmişəm” deyə soruşduqda sonuncu həmin nömrəni evə qoyduğunu bildirmişdir. O isə Amilə bu barədə bilmədiyini, əvvəllər bu nömrə ilə də əlaqə saxladıqlarını bildirmişdir. Telefonda bununla bağlı elə bir mübahisələri olmamış, başqa mövzularda da söhbət etmişlər. Bundan sonra o, telefonu Nəciyə vermiş, sonuncu da Amillə bir xeyli danışmışdır. Həmin vaxt Amil özünün də Ağsuya gəlmək istədiyini bildirmiş, onlar da gəlməsini demişlər. Bundan sonra çıxıb kəndə getmişlər. Həmin vaxt Amilə zəng edərək gəlibgəlmədiyini soruşmuş, Amil də yolda olduğunu bir azdan gələcəyini bildirmişdir. Gecə saatlarında Amil ona zəng edərək rayona çatdığını, gəlib onu götürməsini bildirmişdir. Buna görə o, Elman, Nəci və Mənsur birlikdə Ağsu şəhərinə gedərək Amillə görüşmüşlər və Amil onların olduğu avtomobilə əyləşmişdir. Amil ona sakit bir yerə çəkilib söhbət etmələrini demiş, onlar da Ağsu şəhərinin çıxışına getmişlər. Amil və o, avtomobildən düşərək kənara çəkilib söhbət etməyə başlamışlar. O, Amildən nə baş verdiyini, niyə onunla söhbət etmək istədiyini soruşduqda sonuncu ondan niyə həmin nömrəyə zəng etdiyini soruşmuşdur. O, həmin an Amilin bu məsələ ilə bağlı Ağsuya gəldiyini anlamış və qəzəblənərək “utanmırsan sən məndən elə şey gözlüyürsən?” demiş, eləcə də həmin nömrədən Amilin özü ilə yazışdığı mesajları ona göstərmişdir. O, həmin ana qədər Amilin Ağsuya bu məsələ ilə bağlı gəldiyini bilməmiş, uşaqlıq dostu olan Amilin onlarla görüşərək yeyib-içməyə gəldiyini düşünmüşdür. Həmin vaxt digər dostları onlara yaxınlaşmaq istədikdə Amil buna etiraz etmiş, onun ailə söhbətini kənar şəxslərin eşitməsini istəmədiyini bildirmişdir. Buna görə o, Amilə “ürəyində nəsə şübhələr varsa, sənə nəsə qaranlıq qalıbsa kəndə gedək başa salım” deyərək kəndə gedib orada söhbət etməyi təklif etmişdir. Kəndə çatdıqdan sonra onun yaşadığı küçədə avtomobildən düşmüşlər. Mənsur çıxıb getmiş, Elman avtomobili onların həyətinə sürmüş, Nəci isə onların yanında qalmışdır. Həmin vaxt Amil qəflətən üzərindən bıçaq çıxararaq onun döş qəfəsindən bir bıçaq zərbəsi vurmuşdur. Amil ona ikinci dəfə bıçaq zərbəsi vurmaq istədikdə o, Amilin sinə nahiyəsindən təpiklə vurub arxaya itələmişdir. Həmin vaxt o, yarasından qan gəldiyini hiss etmiş və tez yaşadığı evə doğru getmişdir. Bundan sonra Elman, Amilin atası və onun öz atası onu xəstəxanaya aparmışlar. O, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. O, 06 yanvar 2024-cü il tarixdə saat təxminən 20 radələrində həmkəndliləri Zərərçəkmiş şəxslə və Şahid2la birlikdə Ağsu şəhərində kafeyə gedərək yeyib-içmişlər. Fariz və Nəci spirtli içki qəbul etmişlər, amma o, avtomobil idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Bir az sonra Nəci ayaqyoluna getmək istəmiş, o da ayaqyolunu Nəciyə göstərmək üçün onunla birlikdə getmişdir. Geri kafeyə qayıtdıqda Farizin Təqsirləndirilən şəxsla telefonla danışdığını görmüşdür. Telefon danışığı zamanı Fariz Amili rayona yeyib-içməyə dəvət etmiş, Amil də razılaşmış və rayona çatanda ona zəng edəcəyini deyərək gəlib onu rayondan götürməsini istəmişdir. Bundan başqa, telefon danışığı zamanı Amil Farizdən nəyə görə həmin nömrəyə zəng etdiyini soruşmuş, Fariz də “həmişə danışdığımız nömrədi də, başqa hansı nömrəyə zəng etməliyəm ki?!” deyə cavab vermişdir. Onlar kəndə gedərək bir qədər söhbət etdikdən sonra Amil Farizə zəng edərək rayona çatdığını bildirmiş və gəlib onu götürmələrini xahiş etmişdir. Buna görə o, Fariz, Mənsur və Nəci avtomobillə Ağsu şəhərinə gedərək Amili götürmüşlər. Avtomobildə olarkən Amil Farizə avtomobili sakit bir yerdə saxlamasını deyərək onunla söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra onlar Ağsu şəhərinin çıxışına getmişlər. Orada Amil və Fariz avtomobildən düşmüşlər və söhbət etmək üçün bir qədər uzaqlaşmışlar. Həmin vaxt Farizin və Amilin nə barədə danışdıqlarını eşitməmişdir. Bundan sonra onlar avtomobilə minib Ağsu rayonunun Hacıqədirli kəndinə getmişlər. Kəndə çatdıqdan sonra o, avtomobili Farizgilin evinin yaxınlığında saxlamış və hər kəs avtomobildən düşmüşdür. Həmin vaxt Mənsur çıxıb getmiş, o isə avtomobili Farizgilin həyətinə sürərək orada saxlamışdır. O, avtomobildən düşdükdən sonra çöldə səs-küy olduğunu eşidib tez həmin yerə yaxınlaşmış və Farizin bıçaqlandığını görmüşdür. O, hadisənin bilavasitə şahidi olmamışdır. Avtomobili Farizgilin həyətində saxlayıb çölə çıxanda Amili görməmiş, sadəcə Nəcinin Farizi evə doğru apardığını görmüşdür. Bundan sonra onlar Farizi xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 07 yanvar 2025-ci il tarixdə saat təxminən 01 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək Amilin Ağsu şəhərində olduğunu bildirmiş və gedib onu gətirməyini istəmişdir. Bundan sonra o, Fariz, Nəci və Elman birlikdə Ağsu şəhərinə gəlmişlər. Həmin vaxt avtomobili Elman idarə etmişdir. Ağsu şəhərinə çatdıqdan sonra Amilin olduğu yerə getmişlər. Onlar Amillə görüşdükdən sonra Amil avtomobilə əyləşmişdir. Amil avtomobilə əyləşdikdən sonra Farizə avtomobili sakit bir yerdə saxlamasını və Farizlə söhbət etmək istədiyini demişdir. Bundan sonra onlar Ağsu şəhərinin çıxışına getmişlər. Orada Amil və Fariz avtomobildən düşüb söhbət etmək üçün bir qədər uzaqlaşmışlar. Onlar həmin vaxt Fariz və Amilin yanına yaxınlaşmaq istədikdə Amil onların uzaqlaşmağını istəmişdir. Həmin vaxt o, Fariz və Amilin nə barədə söhbət etdiklərini bilməmişdir. Sonra Fariz kəndə getməyi bildirmişdir. Bundan sonra onlar avtomobilə minib Ağsu rayon Hacıqədirli kəndinə getmişlər. Kəndə çatdıqdan sonra Elman avtomobili Farizgilin evinin yaxınlığında saxlamış, o da avtomobildən düşərək çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, o, getdikdən sonra Amil bıçaqla Farizə xəsarət yetirmişdir. Farizlə Amil arasında mübahisənin hansı səbəbdən yarandığını bilmir. O, hadisə vaxtı orada olmamış və Amilin Farizə necə xəsarət yetirməsini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiqi olunmuş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 06 yanvar 2025-ci il tarixdə saat təxminən 20 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə Ağsu şəhərində yerləşən “Dəyirman” adlı kafedə yeyib-içmək üçün Farizə məxsus “Opel Astra” markalı avtomobillə Ağsu şəhərinə gəlmişlər. Kafeyə gedib çörək yemişlər. Fariz və o, spirtli içki qəbul etmişlər. X17 avtomobilini idarə etdiyi üçün spirtli içki qəbul etməmişdir. Bir az sonra o, ayaqyoluna getmişdir. O, ayaqyolundan qayıtdıqda Farizin Təqsirləndirilən şəxsla telefonla danışdığını öyrənmişdir. Həmin vaxt Fariz Amili rayona yeyib-içməyə dəvət etmiş, Amil də Ağsu rayonuna gələcəyini bildirmişdir. Sonra isə Fariz telefon danışığını yekunlaşdırmışdır. Bundan sonra isə onlar kafedən çıxıb Ağsu rayon Hacıqədirli kəndinə getmişlər. Onlar kəndə çatdıqdan sonra avtomobili Farizin yaşadığı küçədə saxlayıb avtomobildən düşmüşlər. Sonra isə yolun kənarında ocaq qalayıb ocağın ətrafında söhbət etməyə başlamışlar. Sonra isə o, yatmağa getmişdir. Bundan sonra isə Fariz ona zəng edib Amilin Ağsu şəhərində olduğunu və Amili gedib gətirməyi istəmişdir. O da yuxudan durub Farizgil ilə birlikdə Ağsu şəhərinə getməyə hazırlaşmışdır. Bundan sonra birlikdə Ağsu şəhərinə gəlmişlər. Həmin vaxt Mənsur da onlarla birlikdə gəlmişdir. Ağsu şəhərinə çatdıqdan sonra Amilin olduğu yerə getmişlər. Onlar Amillə görüşdükdən sonra Amil avtomobilə əyləşmişdir. Amil avtomobilə əyləşdikdən sonra Farizə avtomobili sakit bir yerdə saxlamasını və Farizlə söhbət etmək istədiyini demişdir. Bundan sonra onlar Ağsu şəhərinin çıxışına getmişlər. Orada Amil və Fariz avtomobildən düşüb söhbət etmək üçün avtomobildən uzaqlaşmışlar. Sonra onlar ikisi söhbət etməyə başlamışlar. Onlar həmin vaxt Fariz və Amilin yanına yaxınlaşmaq istədikdə Amil onların uzaqlaşmağını istəmişdir. Həmin vaxt o, Fariz və Amilin nə söhbət etdiklərini bilməmişdir. Sonra Fariz kəndə getməyi bildirmişdir. Bundan sonra onlar avtomobilə minib Ağsu rayon Hacıqədirli kəndinə getmişlər. Saat təxminən 04:30 radələrində kəndə çatdıqdan sonra Elman avtomobili Farizgilin evinin yaxınlığında saxlamışdır. Sonra Amil, Fariz, o və Mənsur avtomobildən düşmüşlər. Elman da avtomobili idarə edib Farizgilin həyətində saxlamışdır. Həmin vaxt X19 şəhərinə qayıdıb söhbəti davam etdirməli olduqlarını bildirmişdir. Fariz də söhbət edəcəklərini demiş və hər ikisi ondan kənarlaşmışlar. O da Amil və Farizdən uzaqlaşaraq kənara çəkilmişdir. Biraz sonra isə onlar arasında mübahisə olduğunu görmüş və tez onlara tərəf getmişdir. Həmin vaxt görmüşdür ki, Amil Farizə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Fariz öz evlərinə getmiş, Amil isə həmin yerdən uzaqlaşmışdır. Sonra onlar Farizi Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Hadisədən əvvəl Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisənin hansı səbəbdən yaranmasını dəqiq bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs necə xəsarət yetirməsini görməmişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirən zaman orada heç kim olmamış, həmin vaxt oraya heç kim gəlməmişdir. Mübahisə qısa müddət, yəni 1-2 dəqiqə ərzində baş vermişdir (cild 1, iş vərəqə 102-105). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 07 yanvar 2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sərxoş olmamış, Zərərçəkmiş şəxs isə orta dərəcəli sərxoş olmuşdur (cild 1, iş vərəqə 4- 5). Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərqə 60-64). Məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli 03 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ tərəfində döş boşluğuna nüfuz edən deşilib-kəsilmiş bıçaq yarası ilə nəticələnən sağ tərəfli hemopnevmotoraks iti uclu deşicikəsici əşyanın, ola bilsin eksperetizaya təqdim edilən 01 ədəd bıçağın təsirindən törənməsi inkar edilmir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlirlər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqə 111-113). Ambulator məhkəmə psixatrik ekspertizasının 20 fevral 2025-ci il tarixli 563 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətləri ilə müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətləri ilə formasında psixi pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda aşkar edilən Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətləri ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual faəliyyət qabiliyyətlidir (cild 1, iş vərəqə 130-134). Maddi sübutların kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə tibbi-bioloji ekspertizasının 14 mart 2025-ci il tarixli 53-MKTŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qara rəngli qolsuz mayka, ağ-göy rəngli mayka tipli qısaqol köynək və qara rəngli kofta tipli köynək) ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 135-141). Maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının 10 fevral 2025-ci il tarixli 82/2025-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV-dir (axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, qısaqol köynək, uzunqol köynək və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A və B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 142-146). Bıçağın təqdim edilməsi və götürülməsi barədə 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa bir ədəd bıçaq təqdim edərək hadisə zamanı Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq dəstəyi açıq qəhvəyi rəngli, tiyəsi isə gümüşü rəngli metaldan olan mətbəx bıçağıdır. Bıçağın ümumi uzunluğu 22 sm, tiyəsinin uzunluğu isə 11 sm-dir. Bıçağın tiyəsinin üzərində qanabənzər ləkələr vardır. Həmin bıçaq sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 11-12). Paltarların təqdim edilməsi və götürülməsi barədə 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Ağsu rayon X2 Şöbəsinin cərrahı X11 bir ədəd qara rəngli mayka, bir ədəd ağ-göy rəngli qısaqol köynək və bir ədəd qara rəngli uzunqol köynəyi istintaqa təqdim edərək həmin paltarların hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmasını, cərrahiyyə əməliyyatı zamanı həmin paltarların Zərərçəkmiş şəxs əynindən çıxarılıb saxlanılmasını bildirmişdir. Həmin paltarlar sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 58-59). Cinayət işinin materiallarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd ağ-göy rəngli qısaqol köynək və bir ədəd qara rəngli uzunqol köynək, həmçinin cinayət əməlinin törədilməsində istifadə olunmuş bir ədəd bıçaq 26 aprel 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 168-182). Ağsu rayon Polis Şöbəsinin məsul növbətçisi Natiq Sərdarlı tərəfindən yazılmış 07 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 04:54-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng Mərkəzi sistemindən operator məlumat vermişdir ki, Ağsu rayonu Hacıqədirli kənd sakini Təqsirləndirilən şəxs ***-***-**- ** saylı nömrədən zəng edərək qonşusu Farizi bıçaqladığını bildirmişdir (cild 1, iş vərəqə 3). Ağsu rayon Polis Şöbəsinin məsul növbətçisi Natiq Sərdarlı tərəfindən yazılmış 07 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:15-də Ağsu rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Nağıyevanın verdiyi məlumata görə xx.xx.1994-cü il təvvəllüdlü Ağsu rayonu Hacıqədirli kəndində yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfindən döş boşluğuna keçən bıçaq yarası diaqnozu ilə xəstənaya daxil olmuş, öz deməsinə görə qohumu tərəfindən bıçaqla vurulmuşdur (cild 1, iş vərəqə 6). Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli medalı ilə təltif olunmuşdur (cild 1, iş vərəqə 70-73). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 789 №li X1 Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup X10 əlilidir. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində xəsarət almışdır (cild 1, iş vərəqə 66-69). Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Hövsanda yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 164). Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli arayışdan, eləcə də cinayət işinin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 93, 163). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, Ağsu rayon prokurorunun 09 yanvar 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatəti təmin edilməmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi məqsədəmüvafiq hesab edilmişdir. İbtidai istintaq orqanının 09 yanvar 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Ağsu rayon X8 Saxlama Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 46-47, 91-95). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının müdafiə nazirinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli medalı ilə təltif olunmasını, İİ qrup X10 əlili olmasını, özünü təqsirli bilərək səmimi peşman olmasını, hadisədən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək törətdiyi cinayət əməli barədə məlumat verməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələri də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza şərti olaraq tətbiq edildiyi üçün onun hökm çıxarılanadək şübhəli şəxs qismində tutulduğu müddət cəza müddətinə hesablanmamalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd ağ-göy rəngli qısaqol köynək və bir ədəd qara rəngli uzunqol köynək məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd ağ-göy rəngli qısaqol köynək və bir ədəd qara rəngli uzunqol köynək məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-191/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-191/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver