Məhkəmə qərarları › İş №1(091)-192/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-192/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-192/2020 24.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən X1 iştirakları ilə xx xxxx 1976-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, İİ qurp əlil, Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi ev 40-da qeydiyyatda olan və yaşamış, 27 may 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X3 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi ev 40-da, yaşadığı evin həyətyanı sahəsində 14 ədədini torpaqda və 08 ədədini qablarda qanunsuz olaraq əkib 22 ədəd şitillərdən ibarət küllimiqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxx 2020-ci ildə saat 16 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin həyatyanı sahədə daş hasarın dibində 14 ədəd torpaqda və 08 ədəd su qabında olmaqla ümumilikdə həmin 22 ədəd əkilib becərməsi qadağan olunmuş kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə verilmiş itttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx.xx.2020-ci ildə polis əməkdaşları həyətyanı sahəsinə baxış keçirmiş, əkib becərdiyi 22 ədəd narkotik bitkilərini aşkar edərk götürmüşlər. Həmin çətənə kollarını özü əkib becərmişdir. Məqsədi isə həmin çətənə kollarını yetişdirib pul əldə edib borcunu qaytarmaq olmuşdur. Belə ki, 2020-ci ilin mart ayında həmin çətənə kollarının toxumlarını yaşadığı evin həyətində əkmişdir. Onlara qulluq göstərmiş, yetişdirmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, münasibətləri normaldır, aralarında ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik tərkibli çətənə bitkilərini özü əkib becərməmişdir. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs həyətinə baxış keçrilməsində hal şahidi kimi iştirak etmiş və baxış zamanı evin həyətyanı torpaq sahəsində olan meyvə bağ sahəsində əkdiyi gilas ağacının qarşısından və hasarın dibindən 14 ədəd narkotik tərkibli çətənə bitkisi və 8 ədəd su qabında əkdiyi narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində əkdiyi 22 ədəd narkotik tərkibli çətənə bitkiləri iştirakçıların iştirakı ilə çıxarılaraq qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının evin həyatyanı sahəsində qanusuz olaraq narkotik vasitə olan çətənə kollarını əkib becərərək kultivasiya etməsi barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxx 2020-ci ildə saat 16:30-da keçirilən əməliyyat tədbiri zamanı evin həyatyanı sahəsində olan meyvə ağaclarının olduğu yerdən 14 ədəd torpaqda və 08 ədəd su qabında əkilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Şaiq İsmayılov həmin bitki kollarına baxış keçirərək həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu və həmin bitki kollarına aqrotexniki qaydada qulluq edilərək suvarıldığını, diblərinin yumşaldıldığını və peyin, gübrə verildiyini bildirmişdir. Həmin bitki kolları aqronom və iştirakçıların iştirakı ilə köklərindən çıxarlaraq uzunluqları ölçüdükdə 12 sm dən 50 sm-dək olmuşdur. Şahidlər Şahid4 və Şahid6 məhkəmədə Şahid5 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/315 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş....” sözləri yazılmış sintetik kisənin içərisində, hündürlükləri 12 sm-dən 50 sm-dək, ümumi təmiz çəkiləri 275,41 qram olan 22 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki 01 ədəd sellofan torbada olan torpaq nümunəsindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Aqronom-mütəxəssis Şaiq İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 22 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 522 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 452 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 3313 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-da “Şəxsiyyətin dissosial pozuntusu” dioqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə CM-nin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəməTəqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onuın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış və xx xxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan xx xxx 2020-ci ildən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuşcinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 34 (otuz beş) manat 55 qəpik təşkil edir. Həmin pul Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 9 ( doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 34 (otuz dörd ) manat 55 (əlli beş ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Narkaloji kabinetdə qeydiyyata götürülsün. Maddi sübut olan və Göyçay RPŞ-nin saxlanılan 22 (iyirmi iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin dibindən götürülmüş torpaq nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X3 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar