Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-192/2024 07.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 6,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Göyçay şəhəri, Atatürk küçəsində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş, həmin gün saat 16:17 dəqiqədə X6 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 1 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni təmiz çəkisi 6,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bu iş üzrə özünü təqsirli bilmir. Belə ki, evə gələn zaman polis əməkdaşları özlərini təqdim etmədən ona maşına əyləşməyi bildirmişlər. Həmin vaxt cibinə narkotik vasitə qoymuşlar. Bundan sonra ona demişdirlər ki, əgər narkotik vasitəni boynuna almasa üzünə adamlar duracaqdır. Sözün düzü onu dini inancına görə tutmuşlar. Daha doğrusu üzərinə narkotik vasitə qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitədən uzaq olan biridir. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Əməliyyatçılar ona demişdirlər ki, onu dini inancına görə həbs edəcəklər. Onu saxlayan əməliyyatçılardan üçünü əvvəllər tanımışdır. Əməliyyatçılarla heç bir şəxsi qərəzli münasibəti olmamışdır. Onu küçədə evə gələn vaxt təxminən saat 4-ə işləmiş saxlamışlar. Onu saxlayan polis əməkdaşları özlərini təqdim etməmişlər və onu nəyə görə saxladıqlarını bildirməmişlər. Onu polis şöbəsinə maşınla aparmışlar. Gələ-gələ üzərinə narkotik vasitə qoymuşdurlar. Sonra narkotik vasitəni çıxarıb üzərinə silah qoymuşdurlar. Sonra zəng gəlmiş və demişlər ki, silah olmaz. Bundan sonra üzərindən silahı alıb təkrar narkotik vasitə qoymuşdurlar. Polis əməkdaşları üzərinə tapança qoymuşdurlar. Şəxsi axtarış zamanı videoçəkiliş olmuşdur. İlk videoçəkiliş zamanı etiraz etmişdir. Sonra ona demişlər ki, nə etsə də tutulacaqdır. Sonra polis əməkdaşları ilə razılaşmış və çəkiliş zamanı narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Güya o, narkotik vasitəni siqaret qutusunun içindən zibillikdən tapmışdır. Güya saat 12 radələrində narkotik vasitəni tapmış, saat 3 radələrində saxlanılmışdır. Vəkili Nəcmi müəllim olmuşdur. Vəkili ilə təklikdə görüşməyə şərait yaratmamışlar. Vəkili ilə videoçəkilişdən sonra görüşmüşdür. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını və üzərinə qoyulduğunu bildirmişdir. Ona olunan qanunsuzluqla bağlı müvafiq orqanlara şikayət ünvanlamışdır. Onu saxlayan maşın Asim adlı polis əməkdaşının maşını olmuşdur. Onu maşının arxa oturacağında əyləşdirmişlər. Maşında arxada əyləşən vaxt sağında Əhməd, solunda isə Nəsir adlı polis əməkdaşı oturmuşdur. Maşını Asim adlı polis əməkdaşı idarə etmişdir. Onun yanında isə Şahid1 əyləşmişdir. Saxlanılan vaxt əynində qara “Jeans” şalvar və bozumtul köynək olmuşdur. Onu saxlayan vaxt ətrafda bir nəfər taksi sürücüsü olmuşdur. Polis əməkaşları ona özlərini təqdim etməmişlər və niyə görə onu saxladıqlarını bildirməmişlər. Polis şöbəsinə gəldikdən yarım saat sonra şəxsi axtarış başlamışdır. Əvvəllər narkotik vasitə görməmişdir. Ümumiyyətlə narkotiki tanımır. İfadəni o yazmamış, lakin imza etmişdir. Polis əməkdaşları onu döyməmişdir. Ona fiziki təsir olunmamışdır. Ona sadəcə demişlər ki, boynuna almasa üzünə adam duracaqdır. O da polislə razılaşmışdır. Polis əməkdaşları maşında gələ-gələ cibinə narkotik vasitə qoymuşdur. Polis əməkdaşları şalvarının arxa sol cibinə narkotik vaitə qoymuşdur. Maşında arxada əyləşmişdir. Həmin vaxt qolunda qandal olmuşdur. Onun qolları iki oturacağın ortasında olmuşdur. Sağında və solunda polis əməkdaşları olmuşdur. Maşının arxasında 3 nəfər oturmuşdur. Əynindəki şalvar “Jeans” şalvar olmuşdur. Maşında qabağa doğru oturmuşdur. Həmin vaxt şalvarın cibi azda olsa aralı olmuşdur. Narkotik vasitə sellofan torbada olmuş və sürüşkən olmuşdur. Həmin narkotiki cibinə qoyan vaxt sellofan torba sürüşmüş və cibinə yerləşmişdir. Səhv etmirsə onu apardıqları maşın “Hundai Sonata” markalı maşın olmuşdur. Saxlanılan vaxt üzərində telefon olmuş, maşına əyləşəndən sonra isə telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Ola bilər ki, yadından çıxmış, ancaq qolları arxaya doğru qandallı olmuşdur. Maşında cibinə narkotik vasitə qoymuşlar və onu polis şöbəsinə aparmışlar. Sonra cibindən narkotik vasitəni çıxarıb stolun üstünə qoymuşdurlar və silah gətirmişdirlər. Sonra kiməsə zəng etmişlər və yanına gəlib demişlər ki, onun üzərinə silah yox, məhz narkotik qoyacaqlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Elsəvər oğlu barəsində narkotik vasitəni üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, təxminən 19 fevral tarixində günün ikinci yarısında Nəsrəddin Göyçay rayon ərazisində saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində Nəsrəddinin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Çəkisini isə hazırda dəqiq xatırlamır.Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında olan zibil qutusunun yanından tapdığını bildirmişdir. Tədbir onun tədbiri olmuşdur. Daxil olan məlumat həm daşıma, həm də satışla bağlı olmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışdan əvvəl və ya sonra heç nəyə etiraz etməmişdir. Təqsirləndirilən şəxsi günün ikinci yarsı təxminən 15-16 radələrində saxlamışlar. Dəqiq saatını isə hazırda xatırlamır. Onlar hadisə yerinə səhv etmirsə onun maşını ilə getmişlər. Şəxsə ilkin olaraq kimin yaxınlaşdığını dəqiq xatırlamır. Maşını o idarə etmişdir. “Əhməd” adlı əməkdaş yanında idi. Şəxsin qoluna qandal taxmamışlar. Şəxsi saxlayanda üzərində telefon olmuşdur. Şəxsin telefonunun kimin götürdüyünü görməmişdir. Səhv etmirsə, şəxsi axtarış zamanı şəxsin üzərindən telefon aşkar edilmişdir. Ancaq dəqiq xatırlamır. Narkotik vasitə şəxsin gödəkcəsinin ya da şalvarının cibindən aşkar edilmişdir. Ancaq dəqiq xatırlamır. Aşkar olunan narkotik vasitənin çəkisi səhv etmirsə, 6 qram olmuşdur. Narkotiklə bağlı tədbirlərdə olduqca çox iştirak edirmiş. Narkotik olan zərfə möhürü təhqiqatçı vururmuş. Səhv etmirsə, zərfə 92 saylı möhür vurulmuşdur. Narkotik vasitə qablaşdırıldıqdan sonra təkrar açılmamışdır. Ekspertizada təkrar zərfin açılması mümkündür. Çünki onların tərəzisi ola bilsin ki, düzgün çəkməmişdir. Bu iş üzrə əməliyyat işi açılmamışdır. Çünki əməliyyat məlumatı dəqiq gəlmişdir. Məlumat hadisədən bir iki üç gün əvvəl daxil olmuşdur. Bu iş üzrə əməliyyat tədbirinin keçirilməsi haqqında qərar olmuşdur. Nəsrəddini saxlayan vaxt ətrafda adamlar olmuşdur. Şəxsi saxlayan yer şəhərin mərkəzi küçəsi olduğu üçün şəxsi axtarışı orada keçirməmişlər. Şəxsi saxladıqları yerlə polis şöbəsi arasındakı məsafə təxminən 10 dəqiqədir. Yəqin ki, şəxsə vəkilin təqdim edilməsi vaxt aparıb. Ona görə şəxsi axtarış biraz gec keçirilib. Təqsirləndirilən şəxs saxladıqdan sonra maşını özü idarə etmişdir. Əhməd adlı əməkdaş isə maşında yanında olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat təxminən bir həftə əvvəl daxil olmuşdur. Onun barəsində daxil olmuş məlumat daşıma və satış olmuşdur. Şəxsin narkotik vasitə satması realizə olunmamışdır. Şəxsin narkotik vasitə satmasını realizə edə bilməmişlər. Əməliyyat icrasının tapşırığı ona həvalə olunmuşdur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-yə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2024-cü il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞnin CAB-ın əməkdaşı Şahid2 ilə birlikdə Göyçay şəhəri, Atatürk küçəsinə gedilmiş, həmin vaxt saat 15:30 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri Atatürk küçəsində müəyyən edib saxlayıb Göyçay RPŞ-yə gətirmişlər. Göyçay RPŞ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini, özünə məxsus mobil telefonu təqdim etmişdir. Bundan sonra həmin büküm açılaraq baxış keçirilmiş, içərisindən tünd qəhvəyi rəngli kütlə olan narkotik vasitə aşkar olunmuş, həmin kütlə elektron tərəziyə qoyularaq çəkilmiş, sellofan bükümdə olan kütlənin çəkisi sellofanla birlikdə 6,33 qram gəlmişdir. Bundan sonra həmin üzərindən aşkar olunmuş 1 bükümdə narkotik vasitə heroin 1 ədəd zərfə qoyularaq götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni yaşadığı küçədə zibil qutusunun yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs 4 nəfər əməliyyat müvəkkili tərəfindən şöbəyə gətirilməmiş, onun və Şahid2 iştirakı ilə saxlanılaraq Şöbəyə gətirilmiş, həmin vaxt Asim və başqa əməliyyat müvəkkili orada olmamış, avtomobildə Təqsirləndirilən şəxs hər hansı qanunsuz hərəkət edilməmiş, Şöbəyə gətirildikdən sonra xidməti otağa aparılmamış, üzərinə narkotik vasitə qoyulmamış, üzərinə bir dəfə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən qanunsuz hərəkət edilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, bu işlə bağlı tədbirdə iştirak etməmiş və şəxsin üzərinə şəxsi axtarış zamanı iştirak etməmişdir. Tədbirdə ümumiyyətlə iştirak etməmişdir. İbtidai istintaq zamanı dindirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun tədbirdə iştirak etdiyini və polis şöbəsinə onun maşını ilə gəldiyini bildirdiyi üçün dindirilmişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Şəxslə heç bir ədavəti yoxdur. Baxış adətən Növbətçi Hissədə keçirilir, lakin bu iş üzrə şəxsi axtarışda iştirak etməmişdir. Şəxsin üzərindən nə aşkar edildiyini bilməmişdir. Təqsirləndirilən şəxsin onunla düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsin niyə onun adını çəkdiyi barədə məlumatı yoxdur. Onunla bağlı tədbirdə iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır.xx.xx.2024-cü il tarixdə saat 09:00-da növbəyə daxil olmuş, həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı Göyçay RPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Göyçay RPŞ-yə gətirilmiş və Növbətçi hissədə hüquqları izah olunaraq müdafiəçi ilə təmin olunmuş, bundan sonra isə müdafiçinin iştirakı ilə üzərində videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunaraq götürülməsi ilə bağlı Göyçay RPŞ-nin X8 təhvil verilmişdir. Təqsirləndirilən şəxs 4 nəfər əməliyyat müvəkkili tərəfindən şöbəyə gətirilməmiş, xidməti otağa aparılmamış, üzərinə narkotik vasitə qoyulmamış, üzərinə bir dəfə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən qanunsuz hərəkət edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Göyçay RPŞ-nə daxil olmuş məlumatda göyçay şəhəri, Atatürk küçəsi 2, ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayn, əvvəllər məhkum olunmamış, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəlidir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:30 –da Göyçay şəhəri, Atatürk küçəsində saxlanılmışdır (cild 01, iş vər. 8). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş, foto cədvəl və DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ondan üzərində hər hansı dövriyyəsi qadağa olunmuş əşyanın olub-olmaması soruşumuş və vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan cins şalvarının sağ yan cibindən açar və qəpik pulları, şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü və 1 ədəd Redmi markalı mobil telefonunu və şalvarının arxa sağ cibindən kağız pulları təqdim etmişdir. Sellofan bükümün içərisinə baxış keçirildikdə tünd qəhvəyi rəngli kütlə aşkar olunur və aşkar edilmiş kütlə sellofan bükümdə elektron tərəzidə çəkilir, sellofanla birlikdə çəkisi 6,33 qram gəlmişdir. Aşkar edilmiş sellofan bükümdə olan kütlə zərfdə qablaşdırılır və möhürlənib göterelmüşdür. Həmçinin aşkar edilmiş mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olduğunu, saxlandığı gün zibil qutusunun yanından tapdığını, istifadə etmək məqsədinin olmadığını, polis əməkdaşları tərəfindən salxanılaraq şöbəyə gətirilərkən ona qarşı heç bir zorakılıq və qanunsuz hərəkət edilmədiyini bildirmişdir (cild 01, iş. vər. 23-24). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli 3-16-16-2-17/179 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs Müdafiəçi: /imza/ N.Qasımov Tərtib etdi: /imza/ Q.Beybutov..” sözləri, imzalar və adlar yazılmış 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 6,025qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (cild 01. iş. vər. 33-36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində müddəti 04 (dörd) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 92-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş. vər. 116-117). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri hansı mənbədən əldə etməsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, sonuncunun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir (cild 01, iş. vər. 118). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi PHŞ-in xx.xx.2024-cü il tarixli, 89 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi ekspertizası zamanı bədən səthində xx.xx.2024-cü il tarixə uyğun xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 157-158). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli 571 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş. vər. 159). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür olur ki, Nəsirov X4 Xəstəxanada narkoloq və psixiatr həkimdə qeydiyyatda olmamışdır (cild 01, iş. vər. 160). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qisimdə saxlanılarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən psixi təsirə məruz qalması, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması və ona məxsus olmayan narkotik vasitənin özünə məxsus olması barədə ifadə verməyə məcbur edilməsi barədə 704-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər.185-187). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinin kimə məxsus olması, həmin nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin “***-***-**-**” saylı "xxxx" nömrəsinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların götürülməsi üçün qərar verilməsi və icrasının Azercell MMCyə tapşırılması üçün təqdimatla Göyçay rayon Məhkəməsinə müraciət edilmiş, Göyçay rayon Məhkəməsinin həmin təqdimatla bağlı qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC tərəfindən məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**”saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***- **-**” saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı “***-***-**- **” saylı nömrə Göyçay şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Anten dairəsi məlumatlarına əsasən həmin nömrənin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15:10 dəqiqədə Göyçay şəhəri ərazisində “Göyçay rayonu, X12 küçəsi 1” və “Göyçay rayonu, M.Əzizbəyov küçəsi 33” anten dairəsində olmuşdur (cild 01, iş. vər. 199-203). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Göyçay rayon İcra Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Atatürk küçəsindəki dalan 2/5 saylı evdə pasport qeydiyyatında dırvə onun barəsində ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər 204-205). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 922811 nömrəli Dögum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər 206). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2019-ci il tarixli, AZ-İV seriyalı, 25.2915 nömrəli Dögum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 207). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından fakta görə cinayət işi ayrılması qərara alınmışdır (cild 01, iş vər. 208-220). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ao seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.2008-ci il tarixdə hərbi xidmət keçməsi ilə bağlı hərbi hissəyə göndərilmiş və xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilərək ehtiyyata baraxılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin “Fəxri Fərman”-ından görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi zamanı arxa cəbhədə dini ayinlərin icrasında, eləcə də, digər zəruri tədbirlərin təşkil edilməsində göstərdiyi nümunəvi xidmətə, peşəkar fəaliyyətə və xüsusi fədakarlığa görə təltif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmadan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmadan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkiz yüz) qramadək çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılaraq Göyçay RPŞ-yə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində, şübhəli şəxs qismində dindirilərkən etirafedici ifadələr verməsinə baxmayaraq ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olan heroinin olmadığını, həmin vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin narkotik vasitə olan heroinlə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Göyçay rayon Polis şöbəsinə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşlarının onu döyməməsini, ona fiziki təsirin olunmamasını, lakin polis əməkdaşları tərəfindən psixi təsir və təyziqlərə məruz qaldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi PHŞ-in 89 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi ekspertizası zamanı bədən səthində xx.xx.2024-cü il tarixə uyğun xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qisimdə saxlanılarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən psixi təsirə məruz qalması, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması və ona məxsus olmayan narkotik vasitənin özünə məxsus olması barədə ifadə verməyə məcbur edilməsi ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı qeyd edilən hallar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə və yaxud hərhansı təsirə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə həmin hallar sübut olunmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı təsirə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Habelə müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanıldığı yeri və vaxtı mübahisələndirmiş və "xxxx" MMC-dən əldə olunmuş anten məlumatlarına istinad etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-in anten məlumatlarından görünür ki, 15:06 və 15:10 zaman kəsiyində Təqsirləndirilən şəxs müxtəlif ünvanlarda, yəni ünvan 4y rayonu M.Azizbəyov küçəsi olmuşdur. Cinayət işi materiallarindan görünür ki, Təqsirləndirilən şəxs saat 15:30 radələrində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılmışdır. Müdafiəçinin iştirakı ilə sərbəst şəkildə vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində Göyçay şəhəri Atatürk küçəsi ilə evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hər hansı təsirə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) sellofan bükümdə olan külli miqdarda narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 6,025 qram olmaqla, 01 ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin ona aid olmamasını, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etməməsini, həmin narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin narkotik vasitənin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən təmiz çəkisi 6,025 qram olmaqla, 01 ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 1 ədəd sellofan bükümdə olan vasitəni, həmçinin həmin şalvarının sağ yan cibindən açar və qəpik pulları, şalvarının sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefonunu və şalvarının arxa sağ cibindən kağız pulları çıxararaq masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən həqiqətən də 01 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış narkoti vasitə olan heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroinin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, xx.xx.2024-cü il tarixli raportda Təqsirləndirilən şəxs narkotik vasitələri hansı mənbədən əldə etməsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, sonuncunun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməməsi göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulanadək onun narkotik vasitə olan heroinin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə psixotrop maddənin əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələr və psixotrop maddələrilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitləri və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə herini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 6,025 qram təşkil edən narkotik vasitə olan heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işi üzrə keçirilmiş 03 aprel 2024-cü il tarixli 571 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuşdur. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə olan heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkitik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkitik vasitə olan heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkitik vasitə olan heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkitik vasitə olan heroin əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və rəydəki göstərilmiş təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Göyçay RPŞ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,975 qram olan narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs Göyçay RPŞ-də üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 5,975 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD və 01 ədəd DVD diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-192/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-192/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver